Аль-МухтасарСаба · 34:1–54

Аль-Мухтасар · Тафсир · на азербайджанском

سبإ

Саба

Сава · Мекканская · 54 аята

34:1Страница 428

ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ وَلَهُ ٱلۡحَمۡدُ فِي ٱلۡأٓخِرَةِۚ وَهُوَ ٱلۡحَكِيمُ ٱلۡخَبِيرُ ١

Хвала Аллаху, Которому принадлежит то, что на небесах, и то, что на земле. Ему же надлежит хвала в Последней жизни. Он - Мудрый, Ведающий.

Həmd, göylərdə və yer­də nə varsa ha­mısının - məxluqatın, hökmranlığın və işləri yoluna qoymağın sahibi olan Allaha məxsusdur! Axirətdə də təriflər pak və müqəddəs Allaha məxsusdur. O, yaratmaq və idarə etmək xüsusunda Hikmət sahibidir, üstəlik, Öz qullarının işlərindən Xə­bərdardır, heç bir şey Ondan gizli qalmaz.

34:2Страница 428

يَعۡلَمُ مَا يَلِجُ فِي ٱلۡأَرۡضِ وَمَا يَخۡرُجُ مِنۡهَا وَمَا يَنزِلُ مِنَ ٱلسَّمَآءِ وَمَا يَعۡرُجُ فِيهَاۚ وَهُوَ ٱلرَّحِيمُ ٱلۡغَفُورُ ٢

Он знает то, что проникает в землю, и то, что выходит из нее, и то, что нисходит с неба, и то, что восходит к нему. Он - Милосердный, Прощающий.

O, yerə daxil olan suyu və toxumları və oradan çıxanı bitkiləri və s. habelə, göydən enən yağışı, mələkləri və ruzini, eləcə də, ora­ya qalxan mələkləri, qullarının əməllərini və ruhlarını bilir. O, Öz mömin qullarına qarşı Rəhmlidir, Ona tövbə edən kimsələrin günahlarını Bağışlayandır.

34:3Страница 428

وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لَا تَأۡتِينَا ٱلسَّاعَةُۖ قُلۡ بَلَىٰ وَرَبِّي لَتَأۡتِيَنَّكُمۡ عَٰلِمِ ٱلۡغَيۡبِۖ لَا يَعۡزُبُ عَنۡهُ مِثۡقَالُ ذَرَّةٖ فِي ٱلسَّمَٰوَٰتِ وَلَا فِي ٱلۡأَرۡضِ وَلَآ أَصۡغَرُ مِن ذَٰلِكَ وَلَآ أَكۡبَرُ إِلَّا فِي كِتَٰبٖ مُّبِينٖ ٣

Неверующие сказали: «Час не наступит для нас». Скажи: «Нет, клянусь моим Господом, Ведающим сокровенное! Он непременно наступит для вас. Ни на небесах, ни на земле не ускользнет от Него даже то, что весом с мельчайшую частицу, или меньше нее, или больше нее. Все это есть в ясном Писании,

Allaha küfr edən kimsələr dedilər: “Qiyamət saatı heç vaxt bizə gəlməyə­cək­!” Ey Peyğəmbər, de: “Xeyr, Allaha and olsun ki, yalan saydığınız o saat sizi mütləq haq­­la­ya­caqdır. Lakin onun vaxtını yalnız Allah bilir. Məhz Allah qeybə aid olan qiyamət saatını və başqa bu kimi qeyb məsələlərini bilir. Göy­lərdə və yerdə qarşıqadan kiçik belə bir şey On­dan gizli qal­maz. Bu deyiləndən da­ha kiçik və daha bö­yük elə bir şey yoxdur ki, açıq-ay­dın kitabda - içində qiyamət gününədək baş verəcək hər bir şey haqqında yazılmış lovhi-məhfuzda qeyd edilmiş olmasın.”

34:4Страница 428

لِّيَجۡزِيَ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِۚ أُوْلَٰٓئِكَ لَهُم مَّغۡفِرَةٞ وَرِزۡقٞ كَرِيمٞ ٤

дабы Он воздал тем, которые уверовали и совершали праведные деяния. Именно им уготовано прощение и щедрый удел».

Allaha iman gətirib yaxşı işlər görən kimsə­ləri mü­ka­fat­landırması üçün əvvəlcədən lovhi-məhfuzda yazıb qeyd etmişdir. Bu xislət sahibləri - məhz belələrinin günahlarını Allah bağışlayacaq, onların etdikləri günahlara görə onları cəzalandırmayacaq və onlara bol ruzi - qiyamət günü Cənnət bəxş edəcəkdir.

34:5Страница 428

وَٱلَّذِينَ سَعَوۡ فِيٓ ءَايَٰتِنَا مُعَٰجِزِينَ أُوْلَٰٓئِكَ لَهُمۡ عَذَابٞ مِّن رِّجۡزٍ أَلِيمٞ ٥

А тем, которые старались ослабить Наши знамения, уготованы страдания от мучительного наказания.

Allahın nazil etdiyi ayələri batil etməyə cəhd göstərib ayələr barədə: "Bu bir sehrdir", habelə, rəsulumuz haqqında da: "O, kahindir, sehrbazdır, şairdir"- deyənlər - bu xislətlərə sahib olanlar qiyamət günü ən pis və ən şiddətli əzaba düçar olacaqlar.

34:6Страница 428

وَيَرَى ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ ٱلَّذِيٓ أُنزِلَ إِلَيۡكَ مِن رَّبِّكَ هُوَ ٱلۡحَقَّ وَيَهۡدِيٓ إِلَىٰ صِرَٰطِ ٱلۡعَزِيزِ ٱلۡحَمِيدِ ٦

Те, которым даровано знание, видят, что ниспосланное тебе от твоего Господа есть истина, которая ведет к пути Могущественного, Достохвального.

Səhabələrdən və kitab əhlindən iman gətirmiş olan alimlər Allahın sənə nazil etdiyi vəhyin içində şübhə olmayan haqq ol­du­ğunu, onun yenilməz güc sahibi olan Qüdrətli, habelə, dünyada və axirətdə Tə­ri­fəlayiq olan Allahın yo­lunu gös­tər­diyinə şahidlik edirlər.

34:7Страница 428

وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ هَلۡ نَدُلُّكُمۡ عَلَىٰ رَجُلٖ يُنَبِّئُكُمۡ إِذَا مُزِّقۡتُمۡ كُلَّ مُمَزَّقٍ إِنَّكُمۡ لَفِي خَلۡقٖ جَدِيدٍ ٧

Неверующие сказали: «Указать ли вам на мужа, который возвещает вам, что вы возродитесь в новом творении после того, как полностью распадетесь?

Allaha küfr etmiş kimsələrdən bəzisi digərlərinə Rəsulullahın (səllallahu aleyhi və səlləm) gətirdiyinə təəccüb və istehza edərək dedilər: “Çürü­yüb parça-parça olduqdan, ölüb getdikdən sonra yenidən dirildiləcəyinizi xəbər verən bir kişini sizə göstərəkmi?

34:8Страница 429

أَفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَم بِهِۦ جِنَّةُۢۗ بَلِ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ فِي ٱلۡعَذَابِ وَٱلضَّلَٰلِ ٱلۡبَعِيدِ ٨

Измыслил ли он ложь об Аллахе, или же он является бесноватым?». О нет! Те, которые не веруют в Последнюю жизнь, будут подвергнуты мучениям и пребывают в глубоком заблуждении.

Onlar dedilər: "Görəsən, bu adam Allahın əleyhinə yalan uydurub bizim öldükdən sonra diriləcəyimizi iddia edir, yoxsa o dəli olub, boş-boş danışıb sərsəmləyir?” Xeyr, bu heç də onların dediyi kimi deyil, əksinə, həqiqətə budur ki, axirətə inanmayanlar qiyamət günü şiddətli əzaba düçar olacaqlar, üstəlik, bu dünyada onlar haqdan uzaq bir azğınlıq içindədirlər.

34:9Страница 429

أَفَلَمۡ يَرَوۡاْ إِلَىٰ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۚ إِن نَّشَأۡ نَخۡسِفۡ بِهِمُ ٱلۡأَرۡضَ أَوۡ نُسۡقِطۡ عَلَيۡهِمۡ كِسَفٗا مِّنَ ٱلسَّمَآءِۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّكُلِّ عَبۡدٖ مُّنِيبٖ ٩

Неужели они не видят того, что перед ними и что позади них на небе и на земле? Если Мы пожелаем, то заставим землю поглотить их или же низринем на них кусок неба. Воистину, в этом - знамение для каждого раскаивающегося раба.

Məgər öldükdən sonra yenidən dirilməyi yalan sayan o kimsələr qarşılarındakı yeri və arxalarındakı göyü görmürlərmi?! Əgər Biz onların ayaqları altındakı yeri batırmaq istəsək, onu batırar, yaxud göyün bir parçasını onların başına salmaq istəsək, salarıq. Şübhəsiz ki, bunda, Rəbbinə çox itaət edib bunun sayəsində Allahın qüdrətinə arxayın olan hər bir qul üçün qəti əlamət vardır. Belə ki, onları torpaqdan yaratmağa qadir olan Allah, onlar ölüb getdikdən və cəsədlərinin parça-parça olduqdan sonra yenidən onları diriltməyə də qadirdir.

34:10Страница 429

۞ وَلَقَدۡ ءَاتَيۡنَا دَاوُۥدَ مِنَّا فَضۡلٗاۖ يَٰجِبَالُ أَوِّبِي مَعَهُۥ وَٱلطَّيۡرَۖ وَأَلَنَّا لَهُ ٱلۡحَدِيدَ ١٠

Мы одарили Давуда (Давида) милостью от Нас и сказали: «О горы и птицы! Славьте вместе с ним!». Мы сделали железо мягким для него.

Biz Davuda -Aleyhissəlam- Öz tərəfimizdən peyğəmbərlik və mülk bəxş etdik, sonra da dağlara belə buyur­duq: “Ey dağlar, Davudla birlikdə Allahın şəninə təriflər de­yin!”. Quşlara da eyni ilə əmr etdik. Biz dəmi­ri onun üçün yumşaltdıq ki, ondan istədiyi alətləri düzəltsin.

34:11Страница 429

أَنِ ٱعۡمَلۡ سَٰبِغَٰتٖ وَقَدِّرۡ فِي ٱلسَّرۡدِۖ وَٱعۡمَلُواْ صَٰلِحًاۖ إِنِّي بِمَا تَعۡمَلُونَ بَصِيرٞ ١١

Выкуй длинные кольчуги и соблюдай меру в кольцах. Поступайте праведно, ведь Я вижу то, что вы совершаете.

Sonra buyurduq: “Ey Davud, düşmənlərinin sənə xəsarət yetirməsindən qorunmaq üçün geniş zirehlər düzəlt və halqaları toxu­duq­da mismarları halqalara uyğun et, nazik etmə ki, yerindən oynamasın, həmçinin, onları qalın da etmə ki, mismarlar ona keçə bilsin. Yaxşı işlər gö­rün! Mən, hə­qi­qə­tən də, sizin nə et­di­yi­nizi görürəm, sizin əməllərinizdən heç bir şey Məndən gizli qalamaz və Mən sizə əməllərinizin əvəzini verəcəyəm.”

34:12Страница 429

وَلِسُلَيۡمَٰنَ ٱلرِّيحَ غُدُوُّهَا شَهۡرٞ وَرَوَاحُهَا شَهۡرٞۖ وَأَسَلۡنَا لَهُۥ عَيۡنَ ٱلۡقِطۡرِۖ وَمِنَ ٱلۡجِنِّ مَن يَعۡمَلُ بَيۡنَ يَدَيۡهِ بِإِذۡنِ رَبِّهِۦۖ وَمَن يَزِغۡ مِنۡهُمۡ عَنۡ أَمۡرِنَا نُذِقۡهُ مِنۡ عَذَابِ ٱلسَّعِيرِ ١٢

Мы подчинили Сулейману (Соломону) ветер, который утром пролетал месячный путь и после полудня пролетал месячный путь. Мы заставили для него течь источник меди. Среди джиннов были такие, которые работали перед ним с дозволения его Господа. А того из них, кто уклонился от Нашего повеления, Мы заставили вкусить мучения в Пламени.

Səhər bir aylıq məsafəni qət edən, axşam ye­nə bir aylıq məsa­fə­ni qət edən kü­ləyi Davudun oğlu Süleymana (aleyhissəlam) ram etdik. Biz onun üçün mis qaynağını sel kimi axıtdıq ki, misdən istədiyi şeyləri düzəltsin. Cinlərin bir qismini ona ram etdik ki, Rəbbinin əmri ilə onun hüzurunda işləyirdi. O cinlərdən hansı biri Bizim ona buyurduğumuzu yerinə yetirmirdisə, ona Cə­hən­nəm odunun əzabından daddırırdıq.

34:13Страница 429

يَعۡمَلُونَ لَهُۥ مَا يَشَآءُ مِن مَّحَٰرِيبَ وَتَمَٰثِيلَ وَجِفَانٖ كَٱلۡجَوَابِ وَقُدُورٖ رَّاسِيَٰتٍۚ ٱعۡمَلُوٓاْ ءَالَ دَاوُۥدَ شُكۡرٗاۚ وَقَلِيلٞ مِّنۡ عِبَادِيَ ٱلشَّكُورُ ١٣

Они создавали прекрасные строения, изваяния, миски, подобные водоемам, и неподвижные котлы. О род Давуда (Давида)! Трудитесь в знак благодарности. Но среди Моих рабов мало благодарных.

O cinlər Süleyman üçün istə­diyi ibadətgahlar, qəsrlər, heykəllər, hovuz­lara bən­zər çanaqlar və yerin­dən tərpənməyən nəhəng qazan­lar dü­zəl­dir­di­lər. Biz onlara belə buyurduq: Ey Davud ailəsi, Allahın sizə verdiyi nemətlərə şükür etmək üçün yaxşı işlər görün. Verdiyim nemətlərə görə qullarımdan şükür edənlər azdır.

34:14Страница 429

فَلَمَّا قَضَيۡنَا عَلَيۡهِ ٱلۡمَوۡتَ مَا دَلَّهُمۡ عَلَىٰ مَوۡتِهِۦٓ إِلَّا دَآبَّةُ ٱلۡأَرۡضِ تَأۡكُلُ مِنسَأَتَهُۥۖ فَلَمَّا خَرَّ تَبَيَّنَتِ ٱلۡجِنُّ أَن لَّوۡ كَانُواْ يَعۡلَمُونَ ٱلۡغَيۡبَ مَا لَبِثُواْ فِي ٱلۡعَذَابِ ٱلۡمُهِينِ ١٤

Когда же Мы предписали ему умереть, они узнали об этом лишь благодаря земляному червю, который источил его посох. Когда же он упал, джинны уяснили, что если бы они знали сокровенное, то не оставались бы в унизительных мучениях.

Süleymanın ölümünə hökm verdi­yi­miz zaman onun öldü­yü­nü cinlərə onun söykəndiyi əsa­sı­nı yeyən bir ağac qurdu gös­tər­di. Sü­ley­man yerə yıxıl­dıqda cin­lərə bəlli oldu ki, onlar qeybi bilmirlər. Əgər qeybi bil­səy­­dilər, alçal­dıcı əza­b içində qalmazdı­lar. Belə ki, həmin vaxt onlar Süleyman (aleyhissəlam) üçün ağır işlər görür və onun sağ olduğunu, onlara nəzarət etdiyini güman edirdilər.

34:15Страница 430

لَقَدۡ كَانَ لِسَبَإٖ فِي مَسۡكَنِهِمۡ ءَايَةٞۖ جَنَّتَانِ عَن يَمِينٖ وَشِمَالٖۖ كُلُواْ مِن رِّزۡقِ رَبِّكُمۡ وَٱشۡكُرُواْ لَهُۥۚ بَلۡدَةٞ طَيِّبَةٞ وَرَبٌّ غَفُورٞ ١٥

В поселении сабейцев было знамение - два сада справа и слева. Вкушайте из удела вашего Господа и благодарите Его. Прекрасная страна и Прощающий Господь!

Səba qəbiləsinin yaşa­dığı yerdə Allahın qüdrətinə və onlara bəxş etdiyi lütfünə dəlalət edən aşkar əlamət – biri sağda, digə­ri də solda olan iki bağça var idi. Biz onlara belə buyurduq: “Rəbbinizin ruzi­sin­dən yeyin və Onun verdiyi nemətlərə görə Ona şükür edin! Budur gözəl diyar və budur Allah - tövbə edən qullarının günahlarını bağışla­yan Rəbb!”

34:16Страница 430

فَأَعۡرَضُواْ فَأَرۡسَلۡنَا عَلَيۡهِمۡ سَيۡلَ ٱلۡعَرِمِ وَبَدَّلۡنَٰهُم بِجَنَّتَيۡهِمۡ جَنَّتَيۡنِ ذَوَاتَيۡ أُكُلٍ خَمۡطٖ وَأَثۡلٖ وَشَيۡءٖ مِّن سِدۡرٖ قَلِيلٖ ١٦

Но они отвернулись, и Мы наслали на них поток, прорвавший плотину, и заменили их два сада двумя садами с горькими плодами, тамариском и несколькими лотосами.

Lakin onlar Allaha şükür etməkdən və Onun peyğəmbərlərinə iman gətirməkdən boyun qaçırdılar, Biz də verdiyimiz nemətləri əzabla dəyişdirərək onları cəzalandırdıq, onların üstünə, səddlərini dağıdan və əkinlərini batıran güclü sel göndərdik, beləliklə də, on­la­rın iki bağça­sını acı meyvəli, məhsul verməyən yulğunlu və içində bir az sidr ağacı olan iki bağla əvəz etdik.

34:17Страница 430

ذَٰلِكَ جَزَيۡنَٰهُم بِمَا كَفَرُواْۖ وَهَلۡ نُجَٰزِيٓ إِلَّا ٱلۡكَفُورَ ١٧

Так Мы воздали им за то, что они не уверовали. Разве Мы караем так кого-либо, кроме неблагодарных?

Verdiyimiz nemətləri başqası ilə əvəz etməyimiz ona gör idi ki, onlar nankorluq edib nemətlərə görə şükr etməkdən imtina etdilər. Biz belə şiddətli cəzanı yalnız Allahın nemətinə qarşı nankor olan və Ona küfr edən kimsəyə veririk.

34:18Страница 430

وَجَعَلۡنَا بَيۡنَهُمۡ وَبَيۡنَ ٱلۡقُرَى ٱلَّتِي بَٰرَكۡنَا فِيهَا قُرٗى ظَٰهِرَةٗ وَقَدَّرۡنَا فِيهَا ٱلسَّيۡرَۖ سِيرُواْ فِيهَا لَيَالِيَ وَأَيَّامًا ءَامِنِينَ ١٨

Между ними и городами, которые Мы благословили, Мы воздвигли ясно различимые города и размерили путь между ними. Разъезжайте между ними ночью и днем в безопасности!

Yəməndəki Səba qəbiləsi ilə bərəkət verdi­yi­miz Şam məmləkətləri ara­sın­da aydın görünən bir-birinə ya­xın şəhərlər salmış, orada gediş-gəliş yaratmışdıq. Belə ki, onlar rahatlıqla bir şəhərdən digərinə keçə-keçə Şam şəhərinə gedib çatardılar. Biz onlara belə buyurmuşduq: “Ora­lar­da ge­cə və ya gündüz, düşməndən, aclıqdan və susuzluqdan xatircəm olduğunuz halda gəzib dolaşın!”

34:19Страница 430

فَقَالُواْ رَبَّنَا بَٰعِدۡ بَيۡنَ أَسۡفَارِنَا وَظَلَمُوٓاْ أَنفُسَهُمۡ فَجَعَلۡنَٰهُمۡ أَحَادِيثَ وَمَزَّقۡنَٰهُمۡ كُلَّ مُمَزَّقٍۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّكُلِّ صَبَّارٖ شَكُورٖ ١٩

Они сказали: «Господь наш! Удлини расстояния между нашими остановками в пути». Они поступили несправедливо по отношению к себе. Мы сделали их предметом сказаний и рассеяли их. Воистину, в этом - знамение для каждого, кто терпелив и благодарен.

Onlar isə Allahın bəxş etdiyi nemətə - o məsafələrin yaxın olduğuna naşükürlük edib: “Ey Rəbbi­miz! Səfər­ləri­mizdə dayanacağımız şə­hər­ləri yox etməklə aralarındakı məsafəni uzaq et ki, səfərin yorğunluğunu dadaq və miniklərimizin üstünlüyü bilinsin!”- dedilər və Allahın nemətinə küfr etməklə, Ona şükür etməkdən boyun qaçırmaqla və bir də aralarındakı kasıblara həsəd aparmaqla özlə­rinə zülm et­di­lər. Biz onları özlərindən sonra gələnlərin dilində dastan etdik və həmçinin onları yaşadıqları şəhərlərdə pərən-pərən saldıq və bundan sonra onlar öz aralarında bir-biriləri ilə görüşə bilmədilər. Həqi­qə­tən, bu deyilənlərdə - Səba qəbiləsinə nemət verilməsində, sonra da, onların nankorluqlarına və təkəbbürlüklərinə görə onlardan intiqam alınmasında, Allaha olan itaətdə, Ona asilik etməkdən çəkinməkdə və bir də müsibət gəldikdə səbirli olan və Allahın nemətlərinə şü­kür edən hər kəs üçün ibrət vardır.

34:20Страница 430

وَلَقَدۡ صَدَّقَ عَلَيۡهِمۡ إِبۡلِيسُ ظَنَّهُۥ فَٱتَّبَعُوهُ إِلَّا فَرِيقٗا مِّنَ ٱلۡمُؤۡمِنِينَ ٢٠

Предположение Иблиса относительно них оказалось правдивым, и они последовали за ним, за исключением группы верующих.

İblisin onlar barəsindəki zənni - onları azdırıb haqq yoldan çıxara biləcəyi ehtimalı doğru çıxdı. Bir dəstə mö­min­dən baş­qa, qalan insanlar küfr etməkdə və haqq yoldan azmaqda ona tabe oldular. Onlar İblisə tabe olmamaqla onun arzusunu ürəyində qoydular.

34:21Страница 430

وَمَا كَانَ لَهُۥ عَلَيۡهِم مِّن سُلۡطَٰنٍ إِلَّا لِنَعۡلَمَ مَن يُؤۡمِنُ بِٱلۡأٓخِرَةِ مِمَّنۡ هُوَ مِنۡهَا فِي شَكّٖۗ وَرَبُّكَ عَلَىٰ كُلِّ شَيۡءٍ حَفِيظٞ ٢١

У него не было над ними никакой власти (или не было для них никакого доказательства). Но он искушал людей, чтобы Мы узнали и отличили того, кто верует в Последнюю жизнь, от того, кто сомневается в ней. Господь твой - Хранитель всякой вещи.

Halbuki İblis o insanlar üzərində ixtiyar sahibi deyildi ki, onları azdıra bilsin. O, sadəcə (batili) onlara gözəl göstərməklə onları azdırırdı. Biz an­caq axirətə və axirətdə olan cəzaya iman gətirən kimsə ilə, ona şəkk edən kimsələri ayırd et­mək üçün İblisə insanları azdırmaq fürsəti verdik. Ey Peyğəmbər, sənin Rəbbin hər şe­yi hifz edəndir. O, Öz qullarının əməllərini hifz edir və onlara bu əməllərini əvəzini verəcəkdir.

34:22Страница 430

قُلِ ٱدۡعُواْ ٱلَّذِينَ زَعَمۡتُم مِّن دُونِ ٱللَّهِ لَا يَمۡلِكُونَ مِثۡقَالَ ذَرَّةٖ فِي ٱلسَّمَٰوَٰتِ وَلَا فِي ٱلۡأَرۡضِ وَمَا لَهُمۡ فِيهِمَا مِن شِرۡكٖ وَمَا لَهُۥ مِنۡهُم مِّن ظَهِيرٖ ٢٢

Скажи: «Призовите тех, кого вы считали богами наряду с Аллахом». Они не владеют даже мельчайшей частицей на небесах и на земле и не являются совладельцами чего-либо на них, и нет у Него среди них помощников.

Ey Peyğəmbər, o müşriklərə de: “Allahdan başqa ilah saydıqlarınızı çağırın ki, sizə bir fayda versinlər, yaxud zərəri sizdən dəf etsinlər." On­lar göylərdə və yerdə zərrə qədər bir şeyə sahib de­yil­lər. Onların göylərin və yerin yaradılışında heç bir şərikliyi yox­dur və Alla­ha yardımçı olanı da yoxdur. Onun nə şəriklərə, nə də köməkçilərə ehtiyacı var.

34:23Страница 431

وَلَا تَنفَعُ ٱلشَّفَٰعَةُ عِندَهُۥٓ إِلَّا لِمَنۡ أَذِنَ لَهُۥۚ حَتَّىٰٓ إِذَا فُزِّعَ عَن قُلُوبِهِمۡ قَالُواْ مَاذَا قَالَ رَبُّكُمۡۖ قَالُواْ ٱلۡحَقَّۖ وَهُوَ ٱلۡعَلِيُّ ٱلۡكَبِيرُ ٢٣

Ничье заступничество перед Ним не принесет пользы, кроме тех, кому будет дозволено. Когда же испуг покинет их (многобожников или ангелов) сердца, они скажут: «Что сказал ваш Господь?». Они скажут: «Истину, ведь Он - Возвышенный, Великий».

Pak və müqəddəs Allahın hüzurunda, Onun izin ver­diyi kəs­lərdən başqa, heç ki­min şə­faəti fay­da verməz. Allah isə Öz əzəmətini göstərmək üçün yalnız razı qaldığı kimsələrə şəfaətçilik etməyə izin verər. Uca Allah, göydə bir söz deyəndə mələklər onun əzəmətinin qorxusundan öz qanadlarını bir-birinə çırparaq, Onun sözünə boyun əyib, itaət etmələri Onun əzəmətindəndir. Nəhayə, onların qəlbin­dən qorxu ke­çib get­dikdə, onlar Cəbraildən: “Rəb­biniz nə buyurdu?”­– deyə soruşar, Cəbrail də onlara belə cavab verər: “O, haqqı buyurdu! O, Öz zatı və hökmranlığı ilə Ucadır, və hər şeydən Bö­yük­dür!”

34:24Страница 431

۞ قُلۡ مَن يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ قُلِ ٱللَّهُۖ وَإِنَّآ أَوۡ إِيَّاكُمۡ لَعَلَىٰ هُدًى أَوۡ فِي ضَلَٰلٖ مُّبِينٖ ٢٤

Скажи: «Кто наделяет вас уделом с небес и земли?». Скажи: «Аллах! Воистину, одни из нас либо на прямом пути, либо в очевидном заблуждении».

Ey Peyğəmbər, o müşriklərə de: “Göylərdən sizə yağış endirməklə və yer­dən sizin üçün bitkilər, əkinlər, meyvələr və s. bu kimi bitirmiklə sizə ruzi verən kimdir?”. De: “Oradan sizə ruzi verən Allahdır! Elə isə biz və ya siz, ey müşriklər – ikimizdən biri ya doğ­ru yolda, ya da açıq-aydın azğın­lıq için­dədir”. Şəkk yoxdur ki, möminlər doğru yolda olan kimsələrdir, müşriklər isə azğınlıq yolunda olan kimsələr.

34:25Страница 431

قُل لَّا تُسۡـَٔلُونَ عَمَّآ أَجۡرَمۡنَا وَلَا نُسۡـَٔلُ عَمَّا تَعۡمَلُونَ ٢٥

Скажи: «Вас не спросят о грехах, которые мы совершили, а нас не спросят о том, что совершаете вы».

Ey Peyğəmbər, de: “Qiyamət günü nə siz bizim qazandığımız günah­lara görə sorğu-sual ediləcəksiniz, nə də biz sizin et­diyiniz əməllərə görə sorğu-sual edilə­yə­cə­yik.”

34:26Страница 431

قُلۡ يَجۡمَعُ بَيۡنَنَا رَبُّنَا ثُمَّ يَفۡتَحُ بَيۡنَنَا بِٱلۡحَقِّ وَهُوَ ٱلۡفَتَّاحُ ٱلۡعَلِيمُ ٢٦

Скажи: «Наш Господь соберет всех нас, а потом рассудит между нами по справедливости, ибо Он - Раскрывающий (или Справедливый Судья), Знающий».

Onlara de: “Qiyamət günü Rəbbimiz hamımızı bir yerə toplayıb, sonra ara­­mızda ədalətlə hökm verə­cək. Beləliklə də, haqq əhli batil əhlindən ayırd ediləcək. O, ədalətlə hökm verən Hakim­dir və nə hökm verdiyin Bilən­dir.”.

34:27Страница 431

قُلۡ أَرُونِيَ ٱلَّذِينَ أَلۡحَقۡتُم بِهِۦ شُرَكَآءَۖ كـَلَّاۚ بَلۡ هُوَ ٱللَّهُ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٢٧

Скажи: «Покажите мне тех, кого вы приобщаете к Нему в сотоварищи. О нет! Он - Аллах, Могущественный, Мудрый».

Ey Peyğəmbər, de: “Allaha ibadətdə qoşduğunuz şə­rikləri bir mənə göstərin. Xeyr, bu, sizin düşündüyünüz kimi deyil, Onun heç bir şəriki yoxdur. Əksinə, O, yenilməz qüvvət sahibi olan Qüd­rətli, üstəlik, yaratmaq, hər bir şeyin müqəddəratını əzəldən yazmaq və işləri idarə etmək xüsusunda Hikmət sahibi olan Allahdır!”

34:28Страница 431

وَمَآ أَرۡسَلۡنَٰكَ إِلَّا كَآفَّةٗ لِّلنَّاسِ بَشِيرٗا وَنَذِيرٗا وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ٢٨

Мы отправили тебя ко всем людям добрым вестником и предостерегающим увещевателем, но большинство людей не знает этого.

Ey Peğəmbər, Biz səni bütün insanlara - müttəqilərə Cənnətlə müjdə verən, kafirləri və günahkarları Cəhənnəmlə qorxudan bir peyğəm­bər olaraq gön­dərdik. Lakin insanların çoxu bunu bilmir. Əgər bilsəydilər, səni yalançı hesab etməzdilər.

34:29Страница 431

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡوَعۡدُ إِن كُنتُمۡ صَٰدِقِينَ ٢٩

Они сказали: «Когда же сбудется это обещание, если вы говорите правду?».

Barəsində xəbərdarlıq edilən əzabın tez gəlməsini istəyən müşriklər deyirlər: “Əgər sizin dediyiniz haqdırsa, bu vəd etdiyiniz əzab nə vaxt gələcək?”

34:30Страница 431

قُل لَّكُم مِّيعَادُ يَوۡمٖ لَّا تَسۡتَـٔۡخِرُونَ عَنۡهُ سَاعَةٗ وَلَا تَسۡتَقۡدِمُونَ ٣٠

Скажи: «Вам обещан день, который вы не сможете отдалить или приблизить даже на час».

Ey Peyğəmbər, əzabın tez gəlməsini istəyən o kimsələrə de: “Sizə vəd edilmiş müəyyən bir gün var ki, siz nə bircə saat ondan yubanar, nə də bircə saat onu qabaqlaya bilərsiniz. O gün qiyamət günüdür.”

34:31Страница 431

وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لَن نُّؤۡمِنَ بِهَٰذَا ٱلۡقُرۡءَانِ وَلَا بِٱلَّذِي بَيۡنَ يَدَيۡهِۗ وَلَوۡ تَرَىٰٓ إِذِ ٱلظَّٰلِمُونَ مَوۡقُوفُونَ عِندَ رَبِّهِمۡ يَرۡجِعُ بَعۡضُهُمۡ إِلَىٰ بَعۡضٍ ٱلۡقَوۡلَ يَقُولُ ٱلَّذِينَ ٱسۡتُضۡعِفُواْ لِلَّذِينَ ٱسۡتَكۡبَرُواْ لَوۡلَآ أَنتُمۡ لَكُنَّا مُؤۡمِنِينَ ٣١

Неверующие сказали: «Мы никогда не уверуем ни в этот Коран, ни в то, что было до него». Если бы ты видел беззаконников, когда они будут стоять перед их Господом, отвечая друг другу словами. Те, которые были слабыми, скажут тем, которые превозносились: «Если бы не вы, то мы стали бы верующими».

Allaha küfr edən kəslər dedilər: “Biz nə Muhəmmədin özünə nazil olduğunu iddia etdiyi bu Qu­rana, nə də bundan əv­vəl­ki səmavi kitablara inana­cağıq!” Ey Peyğəmbər, kaş sən o zalımları qiyamət günü haqq-hesaba çəkilmək üçün öz Rəbbi­nin hü­zu­run­da saxlanılıb bir-bi­ri­nə söz qaytardıqları vaxt görəydin. Onların hər biri etdiyi günaha görə digərinin məsuliyyət daşıdığını deyəcək və onu qınayacaq. Tabeçilikdə olmuş zə­if­lər, dünyada onları öz tabeçiliyində saxlayan böyüklərinə deyəcəklər: “Əgər siz bizi haqq yoldan azdırmasaydınız, biz Allaha və Onun rəsuluna iman gəti­rər­dik.”

34:32Страница 432

قَالَ ٱلَّذِينَ ٱسۡتَكۡبَرُواْ لِلَّذِينَ ٱسۡتُضۡعِفُوٓاْ أَنَحۡنُ صَدَدۡنَٰكُمۡ عَنِ ٱلۡهُدَىٰ بَعۡدَ إِذۡ جَآءَكُمۖ بَلۡ كُنتُم مُّجۡرِمِينَ ٣٢

Те, которые превозносились, скажут тем, которые были слабыми: «Разве мы удержали вас от верного руководства после того, как оно явилось к вам? Нет, вы сами были грешниками».

Haqqa boyun əyməyə təkəbbürlük göstərən böyüklər də onlara tabe olmuş zəiflərə belə de­yə­cək­lər: “Məgər sizə Muhəmmədin göstərdiyi doğru yola yönəlməyə biz mane odluq?! Xeyr, əksinə, siz özünüz zülm edən və fəsad törədənlər idiniz.”

34:33Страница 432

وَقَالَ ٱلَّذِينَ ٱسۡتُضۡعِفُواْ لِلَّذِينَ ٱسۡتَكۡبَرُواْ بَلۡ مَكۡرُ ٱلَّيۡلِ وَٱلنَّهَارِ إِذۡ تَأۡمُرُونَنَآ أَن نَّكۡفُرَ بِٱللَّهِ وَنَجۡعَلَ لَهُۥٓ أَندَادٗاۚ وَأَسَرُّواْ ٱلنَّدَامَةَ لَمَّا رَأَوُاْ ٱلۡعَذَابَۚ وَجَعَلۡنَا ٱلۡأَغۡلَٰلَ فِيٓ أَعۡنَاقِ ٱلَّذِينَ كَفَرُواْۖ هَلۡ يُجۡزَوۡنَ إِلَّا مَا كَانُواْ يَعۡمَلُونَ ٣٣

Тогда те, которые были слабыми, скажут тем, которые превозносились: «Вы замышляли козни ночью и днем и велели нам не верить в Аллаха и равнять с Ним других». Когда же они увидят мучения, они утаят раскаяние. Мы наложим оковы на шеи неверующих. Разве им не воздается только за то, что они совершали?

Böyüklərinə tabe olmuş zəiflər, haqqa boyun əyməyə təkəbbürlük göstərmiş böyüklərə deyəcəklər: “Xeyr, sizin gecə-gün­düz bizə qurduğunuz hiylələr bizi doğru yoldan azdırdı. Siz bizə Allaha küfr etməyi və Allahı qoyub məxluqata ibadət etməyi əmr edirdiniz”. Onlar əzabı gördük­də və canlarını əzabdan qurtara bilməyəcəklərini yəqin etdikdə, dünyada etdikləri küfrə görə peşmançılıq hisslərini gizlə­dəcəklər. Biz, kafirlərin boyunlarına zən­cir­lər vu­rarıq. Onlar dünyada etdikləri əməllərə görə - Alladan baqasına tapındıqlarına və asi əməllər etdiklərinə görə belə cəza ilə cəza­lan­dırılarlar.

34:34Страница 432

وَمَآ أَرۡسَلۡنَا فِي قَرۡيَةٖ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتۡرَفُوهَآ إِنَّا بِمَآ أُرۡسِلۡتُم بِهِۦ كَٰفِرُونَ ٣٤

В какое бы селение Мы ни направляли предостерегающего увещевателя, его изнеженные роскошью жители говорили: «Воистину, мы не веруем в то, с чем вы посланы».

Biz hansı bir məmləkətə Allahın əzabı ilə qorxudan peyğəmbər gön­dər­diksə, onun cah-calal içində yaşayan sultanları, zadəganları və varlıları onlara sa­dəcə ola­raq: “Ey elçilər, biz sizinlə göndərilənləri inkar edirik!”– dedilər.

34:35Страница 432

وَقَالُواْ نَحۡنُ أَكۡثَرُ أَمۡوَٰلٗا وَأَوۡلَٰدٗا وَمَا نَحۡنُ بِمُعَذَّبِينَ ٣٥

Они говорили: «У нас больше богатства и детей, и нас не подвергнут мучениям».

Cah-calal içində yaşayan o lovğalar və özlərini başqalarından üstün görənlər dedilər: “Bizim mal-döv­lətimizin və övladlarımızın sayı daha çoxdu və sizin, bizim azab olunacağımıza dair iddanız da yalandır. Biz nə bu dünyada, nə də axirətdə əzab çəkəcən deyilik.”

34:36Страница 432

قُلۡ إِنَّ رَبِّي يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ٣٦

Скажи: «Воистину, мой Господь увеличивает или ограничивает удел тому, кому пожелает, но большинство людей не знает этого».

Ey Peyğəmbər, özlərinə verilən nemətlərlə qürurlanan o kəslərə de: “Pak və uca Rəbbim dilədi­yi kimsə­ni ruzisini bol edib onu sınağa çəkər ki, görsün o, şükr edəcək, yoxsa nankor olacaq, dilədiyi kimsənin də ruzisini azaldıb onu sınağa çəkər ki, görsün o, səbir edəcək, yoxsa qəzəblənəcək? Lakin insanların çoxu Allahın hikmət sahibi olduğunu və O, gördüyü işləridə böyük bir hikmətlə təqdir etdiyini bilmir. Bunu bilənlər bilir, qafil olanlar da ondan qafildirlər.”

34:37Страница 432

وَمَآ أَمۡوَٰلُكُمۡ وَلَآ أَوۡلَٰدُكُم بِٱلَّتِي تُقَرِّبُكُمۡ عِندَنَا زُلۡفَىٰٓ إِلَّا مَنۡ ءَامَنَ وَعَمِلَ صَٰلِحٗا فَأُوْلَٰٓئِكَ لَهُمۡ جَزَآءُ ٱلضِّعۡفِ بِمَا عَمِلُواْ وَهُمۡ فِي ٱلۡغُرُفَٰتِ ءَامِنُونَ ٣٧

Ни ваше богатство, ни ваши дети не приближают вас к Нам, если только вы не уверовали и не поступаете праведно. Для таких людей будет приумножено воздаяние за то, что они совершили, и они будут пребывать в горницах, находясь в безопасности.

Sizi Allahın razılığını qazanmağa yaxınlaşdıra bi­ləcək nə öyündüyünüz var-dövlətiniz, nə də oğul-uşağınızdır. Lakin Allaha iman gətirib yaxşı iş görənlərin müka­fat­la­rı et­dikləri əməllərə görə qat-qat ar­tı­rı­la­caq. Belə ki, insanın Allah yolunda xərclədiyi mal-dövləti və övladların onun üçün etdiyi dua onu Allaha yaxınlaşdırır. Saleh əməllər edən o möminləri etdikləri yaxşılıqlara görə, qat-qat artırılmış mükafat gözləyir. Onlar Cən­nət­dəki yüksək mənzillərdə, qorxduqları hər bir şeydən - əzaba düçar olmayacaqlarından, ölməyəcəklərindən və nemətlərin tükənməyəcəyindən xatircəm olduqları halda yaşayacaqlar.

34:38Страница 432

وَٱلَّذِينَ يَسۡعَوۡنَ فِيٓ ءَايَٰتِنَا مُعَٰجِزِينَ أُوْلَٰٓئِكَ فِي ٱلۡعَذَابِ مُحۡضَرُونَ ٣٨

А те, которые стараются ослабить Наши знамения, будут ввергнуты в мучения.

İnsanları ayələrimizdən uzaqlaşdırmaq üçün bacardıqları qədər səy göstərən və məqsədlərinə çatmaq üçün əllərindən gələni edən kafirlər isə dünyada ziyana uğrayacaq, axirətdə də əzaba düçar edi­ləcəklər.

34:39Страница 432

قُلۡ إِنَّ رَبِّي يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ مِنۡ عِبَادِهِۦ وَيَقۡدِرُ لَهُۥۚ وَمَآ أَنفَقۡتُم مِّن شَيۡءٖ فَهُوَ يُخۡلِفُهُۥۖ وَهُوَ خَيۡرُ ٱلرَّٰزِقِينَ ٣٩

Скажи: «Воистину, мой Господь увеличивает или ограничивает удел тому из Своих рабов, кому пожелает. Он возместит все, что бы вы ни израсходовали. Он - Наилучший из дарующих удел».

Ey Peyğəmbər, de: “Həqiqətən, pak və uca Rəbbim Öz qullarından dilədiyinin ruzisini bol edər, dilədiyinə də onu azaldar. Allah yolunda nə xərcləsəniz, pak və uca Allah bunun əvəzinə sizə bu dünyada ondan da xeyrilisini ve­rər, axirətdə də böyük mükafat bəxş edər. Pak və müqəddəs Allah ruzi verən­lərin ən yaxşısıdır! Odur ki, kim ruzi istəyirsə, qoy pak və müqəddəs Allahdan istəsin!”

34:40Страница 433

وَيَوۡمَ يَحۡشُرُهُمۡ جَمِيعٗا ثُمَّ يَقُولُ لِلۡمَلَٰٓئِكَةِ أَهَٰٓؤُلَآءِ إِيَّاكُمۡ كَانُواْ يَعۡبُدُونَ ٤٠

В тот день Он соберет их всех, а затем скажет ангелам: «Это они поклонялись вам?».

Ey Peyğəmbər, xatırla ki, o gün Allah onların ha­mısını toplayacaq, sonra da, müşrikləri qınayaraq və onlara məzəmmət edərək, mə­lək­lə­rə bu­yu­ra­caq: “Bunlar dünya həyatında Allahı qoyub si­zəmi ibadət edirdilər?”

34:41Страница 433

قَالُواْ سُبۡحَٰنَكَ أَنتَ وَلِيُّنَا مِن دُونِهِمۖ بَلۡ كَانُواْ يَعۡبُدُونَ ٱلۡجِنَّۖ أَكۡثَرُهُم بِهِم مُّؤۡمِنُونَ ٤١

Они скажут: «Пречист Ты! Ты - наш Покровитель, а не они. Они поклонялись джиннам, и большинство их веровали именно в них».

Mələklər deyəcəklər: “Sən paksan, müqəddəssən! Onlar de­yil, Sən­sən bi­zim Hamimiz! Bizimlə onların arasında heç bir bağlılıq yoxdur. Əksinə, o müşriklər şeytanlara iba­dət edir­dilər. Şeytanlar özlərini onlara mələk kimi göstərir və onlar da Allahı qoyub şeytanlara ibadət edirdilər. Ək­səriyyəti də məhz şeytanlara iman gətirmişdi.”

34:42Страница 433

فَٱلۡيَوۡمَ لَا يَمۡلِكُ بَعۡضُكُمۡ لِبَعۡضٖ نَّفۡعٗا وَلَا ضَرّٗا وَنَقُولُ لِلَّذِينَ ظَلَمُواْ ذُوقُواْ عَذَابَ ٱلنَّارِ ٱلَّتِي كُنتُم بِهَا تُكَذِّبُونَ ٤٢

Сегодня вы не можете принести друг другу ни пользы, ни вреда. Мы скажем беззаконникам: «Вкусите мучения в Огне, который вы считали ложью!».

Məhşər və haqq-hesaba çəkilmə günü ibadət edilən (tanrılar) dünyada ikən Allahı qoyub onlara ibadət edənlərə nə fayda verər, nə də zərər vura bi­lərlər. Küfr və asilk etməklə özlərinə zülm edən kimsələrə deyəcəyik: “Dünyada yalan saydığınız Cə­hən­nəm əzabını dadın!”

34:43Страница 433

وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُنَا بَيِّنَٰتٖ قَالُواْ مَا هَٰذَآ إِلَّا رَجُلٞ يُرِيدُ أَن يَصُدَّكُمۡ عَمَّا كَانَ يَعۡبُدُ ءَابَآؤُكُمۡ وَقَالُواْ مَا هَٰذَآ إِلَّآ إِفۡكٞ مُّفۡتَرٗىۚ وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لِلۡحَقِّ لَمَّا جَآءَهُمۡ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ مُّبِينٞ ٤٣

Когда им читают Наши ясные аяты, они говорят: «Это - всего лишь мужчина, который хочет удержать вас от того, чему поклонялись ваши отцы». Они говорят: «Это - всего лишь вымышленная ложь». А те, которые не уверовали в истину, когда она явилась к ним, говорят: «Это - всего лишь очевидное колдовство».

Rəsulumuza nazil olan, açıq-aydın, içində heç bir şəkk-şübhə olmayan ayələrimiz, yalan sayan o müşriklərə oxunduğu zaman dedilər: “Bu, öz təbliğatı ilə ancaq si­zi ata­la­rınızın ibadət etdiklərindən dön­dər­mək istə­yən bir adam­dır!” Onlar dedilər: “Bu Quran, Allaha qarşı uydurulmuş yalan­dan başqa bir şey de­yil­!” Allah küfr edən kimsələrə Allah tərəfindən Quran gəldikdə onun ba­rəsində dedilər: “Bu, ər ilə arvadın, habelə, oğul ilə atanı bir-birindən ayırmaq üçün olan açıq-aydın bir sehrdir!"

34:44Страница 433

وَمَآ ءَاتَيۡنَٰهُم مِّن كُتُبٖ يَدۡرُسُونَهَاۖ وَمَآ أَرۡسَلۡنَآ إِلَيۡهِمۡ قَبۡلَكَ مِن نَّذِيرٖ ٤٤

Мы не даровали им Писаний, которые они могли бы изучить, и не посылали к ним до тебя предостерегающего увещевателя.

Halbuki Biz onlara oxuyub öyrənmələri üçün bir kitab verməmiş­dik ki, bu kitab onlara Quranın yalan olduğunu və Muhəmmədin onu özündən uydurduğunu bildirsin. Ey Peyğəmbər, səni elçi göndərməmişdən ­əvvəl onları Allahın əzabı ilə qorxudan bir elçi göndərməmişdik.

34:45Страница 433

وَكَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ وَمَا بَلَغُواْ مِعۡشَارَ مَآ ءَاتَيۡنَٰهُمۡ فَكَذَّبُواْ رُسُلِيۖ فَكَيۡفَ كَانَ نَكِيرِ ٤٥

Те, которые были до них, сочли лжецами посланников. Они (мекканские многобожники) не получили даже десятой части того, что Мы даровали им, однако они сочли лжецами Моих посланников. Каким же было Мое обличение!

Onlardan əvvəlki ümmətlər - Ad, Səmud və Lut qövmləri də haqqı yalan saymışdılar. Sənin qövmündən olan müşriklər güc-qüvvət, mal-dövlət və say baxımından əvvəlki ümmətlərin əldə etdiyinin heç onda birini belə əldə etməmişlər. Onlardan hər biri özlərinə göndərilmiş elçini yalançı say­dı. Beləliklə də, özlərinə verilmiş mal-dövlət, güc-qüvvət və say çoxluğu onlara fayda vermədi və Mənim əzabım onları yaxaladı. Ey Peyğəmbər, bir görəy­din, Mənim on­ları həlak etməyim və onları cəzalandırmağım necə oldu!

34:46Страница 433

۞ قُلۡ إِنَّمَآ أَعِظُكُم بِوَٰحِدَةٍۖ أَن تَقُومُواْ لِلَّهِ مَثۡنَىٰ وَفُرَٰدَىٰ ثُمَّ تَتَفَكَّرُواْۚ مَا بِصَاحِبِكُم مِّن جِنَّةٍۚ إِنۡ هُوَ إِلَّا نَذِيرٞ لَّكُم بَيۡنَ يَدَيۡ عَذَابٖ شَدِيدٖ ٤٦

Скажи: «Я призываю вас только к одному: встаньте ради Аллаха по двое и по одному, а потом призадумайтесь. Ваш товарищ не является бесноватым. Он лишь предостерегает вас перед наступлением тяжких мучений».

Ey Peyğəmbər, de: “Mən sizə yalnız bir nəsihət etmək istəyirəm: nəfsinizin istəklərindən uzaq olub pak və müqəddəs Allah üçün iki-iki, yaxud bir-bir ayağa qal­xın, son­ra da dostunuzun (Peyğəmbərin səllallahu aleyhi və səlləm) həyat-yolu barədə, onun necə ağıllı, doğru danışan və əmanəti qoruyan birisi olması barədə bir düşünün ki, onda (səllallahu aleyhi və səlləm) heç bir dəlilik olmadığını başa düşəsiniz. O, etdiyiniz şirkə görə Allaha tövbə etmədiyiniz təqdirdə, sizi yaxalayacaq şid­dətli əzab gəl­məz­dən əvvəl si­zi ancaq xəbərdar edən­dir.”

34:47Страница 433

قُلۡ مَا سَأَلۡتُكُم مِّنۡ أَجۡرٖ فَهُوَ لَكُمۡۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَى ٱللَّهِۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٞ ٤٧

Скажи: «То вознаграждение, которое я прошу от вас, предназначено вам самим, а меня вознаградит только Аллах. Он - Свидетель всякой вещи».

Ey Peyğəmbər, haqqı yalan sayan o müşriklərə de: “Mən sizi yönəltdiyim doğru yol və xeyir müqabilində sizdən bir savab və ya bir mükafat istəmişəmsə, - əgər bunun əvəzinə bir mükafat veriləcəksə, - qoy o, sizin olsun. Mənim mükafatım isə təkcə Allaha aiddir. Pak və müqəddəs Allah hər şeyə Şahiddir. Allah şahiddir ki, mən sizə təbliğ etdim. O, həmçinin, sizin əməllərinizə də şahiddir və sizə bunun əvəzini verəcəkdir.”

34:48Страница 433

قُلۡ إِنَّ رَبِّي يَقۡذِفُ بِٱلۡحَقِّ عَلَّٰمُ ٱلۡغُيُوبِ ٤٨

Скажи: «Воистину, мой Господь ниспосылает истину (или бросает истину в ложь). Он - Ведающий сокровенное».

Ey Peyğəmbər, de: “Rəbbim haqqı batilin üzərində hökmran etməklə batili puç edir. O, qeybləri biləndir. Nə göylərdə, nə də yerdə, heç bir şey Ondan gizli qalmaz, habelə, qullarının əməllərindən də, heç bir şey Ondan gizli qalmaz.”

34:49Страница 434

قُلۡ جَآءَ ٱلۡحَقُّ وَمَا يُبۡدِئُ ٱلۡبَٰطِلُ وَمَا يُعِيدُ ٤٩

Скажи: «Явилась истина, и ложь ничего больше не породит и не вернется».

Ey Peyğəmbər, haqqı yalan sayan o müşriklərə de: “Haqq - İslam gəldi və batil puç olub getdi. O batil ki, haqqa qarşı nə bir güc və müqavimət göstərə bilər, nə də ona əks təsir edə bilər”.

34:50Страница 434

قُلۡ إِن ضَلَلۡتُ فَإِنَّمَآ أَضِلُّ عَلَىٰ نَفۡسِيۖ وَإِنِ ٱهۡتَدَيۡتُ فَبِمَا يُوحِيٓ إِلَيَّ رَبِّيٓۚ إِنَّهُۥ سَمِيعٞ قَرِيبٞ ٥٠

Скажи: «Если я заблуждаюсь, то заблуждаюсь только во вред себе. Если же я следую прямым путем, то только благодаря тому, что внушил мне мой Господь. Воистину, Он - Слышащий, Близкий».

Ey Peyğəmbər, haqqı yalan sayan o müşriklərə de: “Əgər mən sizə təbliğ etdiyim haqq yol­dan çıx­sam, azmağım zərəri mənim öz əleyhimə olar, bundan sizə heç bir zərər gəlməz. Yox, əgər doğru yolla gedirəmsə, bu da, pak və müqəddəs Rəb­bimin mənə nazil et­diyi vəhy sayəsindədir. Həqiqətən, O, Öz qullarının dediklərini eşidəndir və yaxındır, mənim dediklərimi eşitməyə Ona mane olan bir şey yoxdur.”

34:51Страница 434

وَلَوۡ تَرَىٰٓ إِذۡ فَزِعُواْ فَلَا فَوۡتَ وَأُخِذُواْ مِن مَّكَانٖ قَرِيبٖ ٥١

Если бы ты видел, как они будут напуганы. Они не смогут сбежать и будут схвачены поблизости.

Ey Peyğəmbər, kaş, sən haqqı yalan sayan o kafirlərin qiyamət günü əzabı gördükdə qor­xuya düşdüklərini gö­rəy­din. On­ların bu əzabdan qurtulmağa bir yolu olmayacaq və onlar sığınmaq üçün bir yer tapa bilməyəcəklər, üstəlik, yaxın və asanlıqla ələ keçiriləcək bir yerdə ilk həmlədə yaxalanacaqlar. Əgər sən bunu görsən əcaib bir şey görmüş olarsan.

34:52Страница 434

وَقَالُوٓاْ ءَامَنَّا بِهِۦ وَأَنَّىٰ لَهُمُ ٱلتَّنَاوُشُ مِن مَّكَانِۭ بَعِيدٖ ٥٢

Они скажут: «Мы уверовали в это!». Но как им обрести веру или заслужить прощение в таком далеком месте!

Onlar gedəcəkləri yeri gördükdə deyəcəklər: “Biz qiyamət gününə inan­dıq!” İman gətirməyin qəbul edildiyi yerdən - əməlin qəbul edildiyi, lakin mükafatı verilmədiyi dünya həyatından çıxıb, əməl etməyə fürsət verilmədiyi, lakin (edilmiş əməlin) mükafatı verildiyi axirət həyatına qovuşduqdan sonra imana necə nail ola bilərlər?!

34:53Страница 434

وَقَدۡ كَفَرُواْ بِهِۦ مِن قَبۡلُۖ وَيَقۡذِفُونَ بِٱلۡغَيۡبِ مِن مَّكَانِۭ بَعِيدٖ ٥٣

Они не верили в это прежде и делали предположения из далекого места.

Onlar necə iman gətirə bilər və bu, onlardan necə qəbul ola bilər ki, onlar dünya həyatında onu inkar edir və haqdan uzaq bir yer­dən qeyb haq­qında fikir yü­rüdürdülər, üstəlik, Rəsulullah -səllallahu aleyhi və səlləm- barədə: "O, sehrbazdır, kahindir, şairdir"- deyirdilər.

34:54Страница 434

وَحِيلَ بَيۡنَهُمۡ وَبَيۡنَ مَا يَشۡتَهُونَ كَمَا فُعِلَ بِأَشۡيَاعِهِم مِّن قَبۡلُۚ إِنَّهُمۡ كَانُواْ فِي شَكّٖ مُّرِيبِۭ ٥٤

Между ними и тем, что они пожелают, будет воздвигнута преграда, что прежде произошло с подобными им. Воистину, они терзались смутными сомнениями.

Haqqı yalan sayan o yalançılarla istədikləri şey - dünya həyatının ləzzətləri, üstəlik, küfrdən tövbə etmək, Cəhənnəmdən qurtulmaq və dünya həyatına qayıtmaq arasında maneə çəkilər. Onlardan öncə özlərinə bənzər keçmiş ümmətlərə də belə edilmişdir. Həqiqətən, onlar elçilərin təbliğ etdiyinə - Allahın Tək ilah olmasına və ölümdən sonra dirilməyə şəkk edirdilər. Elə bir şəkk ki, bu, onları küfrə sürükləmişdir.

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English