Аль-Мухтасар · Тафсир · на азербайджанском
يس
Йа Син
Йа Син · Мекканская · 83 аята
﴾Ya. Sin.﴿ Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır.
Allah, ayələri mükəmməlləşdirilmiş Qurana and içir. O Quran ki, ona nə önündən, nə də arxasından batil yaxınlaşa bilir.
Ey Peyğəmbər, həqiqətən də, sən, Allahın Öz qullarına, Allahın tək ilah olduğunu və təkcə Ona ibadət etməyi əmr etmək üçün göndərdiyi elçilərdən birisən.
36:4–5Страница 440
عَلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ٤
на прямом пути.
تَنزِيلَ ٱلۡعَزِيزِ ٱلرَّحِيمِ ٥
Он ниспослан Могущественным, Милосердным,
Sən doğru yoldasan və əsaslı şəriətə istinad edirsən. Bu doğru yol və əsaslı şəriət yenilməz qüvvət sahibi olan və mömin qullarına rəhm edən Rəbbindən nazil edilmişdir.
36:6Страница 440
لِتُنذِرَ قَوۡمٗا مَّآ أُنذِرَ ءَابَآؤُهُمۡ فَهُمۡ غَٰفِلُونَ ٦
чтобы ты предостерег людей, отцов которых никто не предостерег, из-за чего они оставались беспечными невеждами.
Quranı sənə nazil etdik ki, özlərinə qorxudan peyğəmbər gəlməmiş, özləri də imandan və tovhiddən qafil olan bir qövmü - ərəbləri qorxudub xəbərdar edəsən. Xəbərdar edib qorxudan peyğəmbəri olmayan hər bir ümmətin halı da belədir, onların özlərini xəbərdar edib peyğəmbərə ehtiyacı vardır.
36:7Страница 440
لَقَدۡ حَقَّ ٱلۡقَوۡلُ عَلَىٰٓ أَكۡثَرِهِمۡ فَهُمۡ لَا يُؤۡمِنُونَ ٧
Относительно большинства из них сбылось Слово, и они не уверуют.
Allahın əzabı onların əksəriyyətinə vacib oldu. Çünki Allahın nazil etdiyi haqq Peyğəmbərinin dili ilə onlara təbliğ edilərkən onlar ona iman gətirmədilər və öz küfrlərində qaldılar. Onlar nə Allaha, nə Onun rəsuluna iman gətirir, nə də onun gətirdiyi haqqın tələblərini yerinə yetirirlər.
36:8Страница 440
إِنَّا جَعَلۡنَا فِيٓ أَعۡنَٰقِهِمۡ أَغۡلَٰلٗا فَهِيَ إِلَى ٱلۡأَذۡقَانِ فَهُم مُّقۡمَحُونَ ٨
Воистину, Мы наложили на их шеи оковы до самого подбородка, и их головы задраны.
Onların məsəli boyunlarına zəncir vurulmuş, əlləri də çənələrinin altından boyunlarına zəncirlənmiş kimsəyə bənzəyirlər. Onlar başlarını göyə qaldırmaq məcburiyyətindədirlər, çünki başlarını aşağı əyə bilmirlər. Onlar Allaha iman gətirməkdən məhrum olublar. Odur ki, nə ona itaət edir, nə də Ona görə boyun əyirlər.
36:9Страница 440
وَجَعَلۡنَا مِنۢ بَيۡنِ أَيۡدِيهِمۡ سَدّٗا وَمِنۡ خَلۡفِهِمۡ سَدّٗا فَأَغۡشَيۡنَٰهُمۡ فَهُمۡ لَا يُبۡصِرُونَ ٩
Мы установили преграду перед ними и преграду позади них и накрыли их покрывалом, и они не видят.
Biz haqq ilə onların arasına, önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərinə pərdə saldıq. Buna görə də onlar haqqı özlərinə fayda verəcək bir şəkildə görə bilmirlər. Onlar inadkarlıq göstərdikdən və küfr etməkdə israrlı olduqdan sonra bu vəziyyətə qaldılar.
36:10Страница 440
وَسَوَآءٌ عَلَيۡهِمۡ ءَأَنذَرۡتَهُمۡ أَمۡ لَمۡ تُنذِرۡهُمۡ لَا يُؤۡمِنُونَ ١٠
Им все равно, предостерег ты их или не предостерег. Они не веруют.
Ey Muhəmməd, haqqı qəbul etməyən o inadkar kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, sənin Allahdan gətirdiyinə iman gətirməzlər.
36:11Страница 440
إِنَّمَا تُنذِرُ مَنِ ٱتَّبَعَ ٱلذِّكۡرَ وَخَشِيَ ٱلرَّحۡمَٰنَ بِٱلۡغَيۡبِۖ فَبَشِّرۡهُ بِمَغۡفِرَةٖ وَأَجۡرٖ كَرِيمٍ ١١
Ты можешь предостеречь только того, кто последовал за Напоминанием и устрашился Милостивого, не видя Его воочию. Обрадуй его вестью о прощении и щедрой награде.
Sənin xəbərdarlığından ancaq bu Quranı təsdiq edib onun tələblərini yerinə yetirən, üstəlik, heç bir kimsənin görmədiyi yerdə, xəlvətdə ikən öz Rəbbindən qorxan kimsə faydalana bilər. Bu xislətləri özündə cəm edən kimsələrə müjdə ver ki, Allah onun günahlarını bağışlamışdır və onları böyük bir mükafat - Cənnət gözləyir.
36:12Страница 440
إِنَّا نَحۡنُ نُحۡيِ ٱلۡمَوۡتَىٰ وَنَكۡتُبُ مَا قَدَّمُواْ وَءَاثَٰرَهُمۡۚ وَكُلَّ شَيۡءٍ أَحۡصَيۡنَٰهُ فِيٓ إِمَامٖ مُّبِينٖ ١٢
Воистину, Мы оживляем мертвых и записываем то, что они совершили, и то, что они оставили после себя. Всякую вещь Мы подсчитали в ясном руководстве (Хранимой скрижали).
Həqiqətən, qiyamət günü haqq-hesaba çəkilmək üçün ölüləri dirildən, onların dünya həyatlarında etdikləri yaxşı və pis əməlləri, habelə, ölüdükdən sonra qoyub getdikləri - ardıkəsilməz sədəqə kimi yaxşı əməllərini və bir də küfr etmək kimi pis əməllərini yazan Bizik. Biz hər şeyi açıq-aydın yazıda - Lövhi-məhfuzda qeydə almışıq.
36:13Страница 441
وَٱضۡرِبۡ لَهُم مَّثَلًا أَصۡحَٰبَ ٱلۡقَرۡيَةِ إِذۡ جَآءَهَا ٱلۡمُرۡسَلُونَ ١٣
В качестве притчи приведи им жителей селения, к которым явились посланники.
Ey Peyğəmbər, sən haqqı yalan sayan bu inadkarlara o şəhər əhlinin əhvalatını misal çək ki, bu, onlar üçün ibrət olsun. O zaman ki, onlara elçilər gəlmişdi.
36:14Страница 441
إِذۡ أَرۡسَلۡنَآ إِلَيۡهِمُ ٱثۡنَيۡنِ فَكَذَّبُوهُمَا فَعَزَّزۡنَا بِثَالِثٖ فَقَالُوٓاْ إِنَّآ إِلَيۡكُم مُّرۡسَلُونَ ١٤
Когда Мы отправили к ним двух посланников, они сочли их лжецами, и тогда Мы подкрепили их третьим. Они сказали: «Воистину, мы посланы к вам».
Biz onlara iki elçi göndərdik ki, onları Allahın tək ilah olduğuna və Ona ibadət etməyə dəvət etsinlər, lakin onlar bu elçilərin ikisini də yalançı saydılar. Biz də elçilərimizi göndərdiyimiz üçüncü elçi ilə qüvvətləndirdik. Onların üçü də şəhər əhlinə dedilər: “Biz üçümüz, həqiqətən də, sizə göndərilmiş ki, sizi Allahın tək ilah olduğunu qəbul etməyə və Onun şəriətinə tabe olmağa dəvət edək.”
36:15Страница 441
قَالُواْ مَآ أَنتُمۡ إِلَّا بَشَرٞ مِّثۡلُنَا وَمَآ أَنزَلَ ٱلرَّحۡمَٰنُ مِن شَيۡءٍ إِنۡ أَنتُمۡ إِلَّا تَكۡذِبُونَ ١٥
Они сказали: «Вы - такие же люди, как и мы. Милостивый ничего не ниспосылал, а вы всего лишь лжете».
Şəhər əhli elçilər dedi: “Siz də bizim kimi sadəcə bir insansınız, sizin bizdən heç bir üstünlüyünüz yoxdur. Mərhəmətli Allah sizə heç bir vəhy nazil etməmişdir. Siz sadəcə bu dəvətinizdə Allaha qarşı yalan danışırsınız.”
36:16Страница 441
قَالُواْ رَبُّنَا يَعۡلَمُ إِنَّآ إِلَيۡكُمۡ لَمُرۡسَلُونَ ١٦
Они сказали: «Наш Господь знает, что мы действительно посланы к вам.
O elçilər şəhər əhlinin yalanına cavab olaraq dedilər: “Ey şəhər əhli, Rəbbimiz bilir ki, biz, həqiqətən də, Onun sizə göndərdiyi elçilərik. Bu da, dəlil olaraq bizə kifayət edər.
36:17Страница 441
وَمَا عَلَيۡنَآ إِلَّا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ ١٧
На нас возложена только ясная передача откровения».
Bizim vəzifəmiz ancaq Allahın bizə buyurduqlarını sizə aşkar təbliğ etməkdir. Biz sizə hidayət verməyə qadir deyilik.”
36:18Страница 441
قَالُوٓاْ إِنَّا تَطَيَّرۡنَا بِكُمۡۖ لَئِن لَّمۡ تَنتَهُواْ لَنَرۡجُمَنَّكُمۡ وَلَيَمَسَّنَّكُم مِّنَّا عَذَابٌ أَلِيمٞ ١٨
Они сказали: «Воистину, мы увидели в вас дурное предзнаменование. Если вы не прекратите, то мы непременно побьем вас камнями и вас коснутся мучительные страдания от нас».
Şəhər əhli elçilərə dedi: “Biz sizdə bəd əlamət gördük. Əgər bizi təkAllahlığa dəvət etmənizə son qoymasanız, sizi ölənədək daşqalaq edəcəyik və bizdən sizə mütləq ağrılı-acılı bir əzab toxunacaqdır.”
36:19Страница 441
قَالُواْ طَٰٓئِرُكُم مَّعَكُمۡ أَئِن ذُكِّرۡتُمۚ بَلۡ أَنتُمۡ قَوۡمٞ مُّسۡرِفُونَ ١٩
Они сказали: «Ваше дурное предзнаменование обратится против вас самих. Неужели, если вас предостерегают, вы считаете это дурным предзнаменованием? О нет! Вы - народ излишествующий.
Elçilər onlara belə cavab verdilər: “Sizin uğursuzluğunuz, Allaha küfr etdiyinizə və Onun elçilərinə tabe olmadığınıza görədir. Yoxsa Allahı sizə xatırlatmağımızı bəd əlamət sayırsınız?! Doğrusu, siz küfr və asilik etmək xüsusunda həddi aşmış bir qövmsünüz.”
36:20Страница 441
وَجَآءَ مِنۡ أَقۡصَا ٱلۡمَدِينَةِ رَجُلٞ يَسۡعَىٰ قَالَ يَٰقَوۡمِ ٱتَّبِعُواْ ٱلۡمُرۡسَلِينَ ٢٠
С окраины города второпях пришел мужчина и сказал: «О мой народ! Последуйте за посланниками.
Şəhərin ən ucqar tərəfindən bir kişi qaça-qaça qövmünün yanına gəlib, onların elçiləri yalançı saydığına, üstəlik, onları ölüm və işkəncə ilə hədələdiklərəinə görə dedi: “Ey qövmüm, elçilərə tabe olun!
36:21Страница 441
ٱتَّبِعُواْ مَن لَّا يَسۡـَٔلُكُمۡ أَجۡرٗا وَهُم مُّهۡتَدُونَ ٢١
Последуйте за теми, кто не просит у вас награды и следует прямым путем.
Ey qövmüm, sizdən, öz təbliğatları müqabilində heç bir mükafat istəməyən, özləri də doğru yolda olan kəslərin təbliğ etdiyi - Allahın vəhyini qəbul edin. Belə bir sifətlərə sahib olan kimsələr, tabe olunmağa layiq olan kimsələrdir.
36:22Страница 441
وَمَالِيَ لَآ أَعۡبُدُ ٱلَّذِي فَطَرَنِي وَإِلَيۡهِ تُرۡجَعُونَ ٢٢
И почему бы мне не поклоняться Тому, Кто сотворил меня и к Кому вы будете возвращены?
Bu nəsihət edən kişi onlara dedi: "Mənə nə mane olur ki, məni yaradan Allaha ibadət etməyim?! Eləcə də, sizə nə mane olur ki, sizi yaradan və haqq-hesaba çəkilib əməllərinizin əvəzini almaq üçün hüzuruna qaytarılacağınız Rəbbinizə ibadət etmyəsiniz?!
36:23Страница 441
ءَأَتَّخِذُ مِن دُونِهِۦٓ ءَالِهَةً إِن يُرِدۡنِ ٱلرَّحۡمَٰنُ بِضُرّٖ لَّا تُغۡنِ عَنِّي شَفَٰعَتُهُمۡ شَيۡـٔٗا وَلَا يُنقِذُونِ ٢٣
Неужели я стану поклоняться другим богам помимо Него? Ведь если Милостивый пожелает причинить мне зло, то их заступничество ничем не поможет мне, и они не спасут меня.
Mən heç məni yaradan Allahdan başqa ibadət olunmağa haqqı çatmayan məbudlar qəbul edərəmmi?! Əgər Mərhəmətli Allah mənə bir zərər yetirmək istəsə, o məbudların şəfaəti mənə heç bir fayda verməz. Belə ki, onlar mənə nə fayda verməyə, nə də zərər vurmağa qadirdirlər. Və əgər Allah mənim küfr üzərində ölməyimə hökm vermişdirsə, onlar məni Allahın istədiyindən xilas edə bilməzlər.
36:24Страница 441
إِنِّيٓ إِذٗا لَّفِي ضَلَٰلٖ مُّبِينٍ ٢٤
Вот тогда я окажусь в очевидном заблуждении.
Əgər mən onları məbud qəbul etsəm, ibadət olunmağa haqqı çatmayan məbudlara ibadət edib, ibadət olunmağa haqqı çatan Allahı tərk etməklə açıq-aydın xəta etmiş olaram.
36:25Страница 441
إِنِّيٓ ءَامَنتُ بِرَبِّكُمۡ فَٱسۡمَعُونِ ٢٥
Воистину, я уверовал в вашего Господа. Послушайте же меня».
Ey qövmüm, həqiqətən, mən həm mənim, həm də sizin sizin Rəbbiniz olan Allaha iman gətirdim. Mənə qulaq asın! Sizin məni ölümlə hədələməyiniz məni əsla qorxutmaz.” Qövmü onu öldürdü. Bundan sonra Allah onu Cənnətə daxil etdi.
36:26–27Страница 441
قِيلَ ٱدۡخُلِ ٱلۡجَنَّةَۖ قَالَ يَٰلَيۡتَ قَوۡمِي يَعۡلَمُونَ ٢٦
Ему было сказано: «Войди в Рай!». Он сказал: «О, если бы мой народ знал,
بِمَا غَفَرَ لِي رَبِّي وَجَعَلَنِي مِنَ ٱلۡمُكۡرَمِينَ ٢٧
за что мой Господь простил меня (или что мой Господь простил меня) и что Он сделал меня одним из почитаемых!».
O kişi şəhid olduqdan sonra ona sayğı və hörmət olaraq: “Cənnətə daxil ol!”– deyildi. O, Cənnətə daxil olub oradakı nemətləri gördükdən sonra təmənna edərək dedi: “Kaş məni yalançı sayan və məni qətlə yetirən qövmüm biləydi ki, Rəbbim mənim günahlarımı bağışlamış və mənə ehtiram göstərmişdir. Bunu bilsəydilər, onlar da mənim kimi iman gətirər və mənim qazandığım mükafatı qazanardılar.
36:28Страница 442
۞ وَمَآ أَنزَلۡنَا عَلَىٰ قَوۡمِهِۦ مِنۢ بَعۡدِهِۦ مِن جُندٖ مِّنَ ٱلسَّمَآءِ وَمَا كُنَّا مُنزِلِينَ ٢٨
После него Мы не ниспослали на его народ никакого войска с неба и не собирались делать этого.
Biz onu yalançı sayıb qətlə yetirmiş qövmünü məhv etmək üçün onların üstünə göydən mələklərdən ibarət bir qoşun göndərmədik. Biz hər hansı bir qövmü məhv etmək istədikdə, onların məhv edilməsi üçün mələklər göndərməyə ehtiyada yoxdur. Onların məhv edilməsi Bizim üçün bundan daha asandır. Biz onların üzərinə əzab mələklərini göndərməklə deyil, göydən gələn bir səslə məhv etməyi qərar verdik.
36:29Страница 442
إِن كَانَتۡ إِلَّا صَيۡحَةٗ وَٰحِدَةٗ فَإِذَا هُمۡ خَٰمِدُونَ ٢٩
Был всего лишь один глас, и они затухли.
Onun qövmünü məhv edən yalnız onların üzərinə göndərdiyimiz dəhşətli bir səs oldu. Onlar birdən həlak oldular və onlardan salamat bir kimsə qalmadı. Onların halı əvvəlcə alovlanan, sonra isə sönüb gedən, heç bir əsər-əlaməti qalmayan atəşin halına bənzəyir.
36:30Страница 442
يَٰحَسۡرَةً عَلَى ٱلۡعِبَادِۚ مَا يَأۡتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ٣٠
О горе рабам! Не приходил к ним ни один посланник, над которым бы они не издевались.
Bu adamlar qiyamət günü əzabı görəcəkləri zaman vay onların halına! Çünki dünyada ikən onlara elə bir elçi gəlməyib ki, onu məsxərəyə qoymasınlar və ona istehza etməsinlər. Onların qiyamət günü cəzası, Allahın əmrlərinə qarşı gəldiklərinə görə peşman olmaqdır.
36:31Страница 442
أَلَمۡ يَرَوۡاْ كَمۡ أَهۡلَكۡنَا قَبۡلَهُم مِّنَ ٱلۡقُرُونِ أَنَّهُمۡ إِلَيۡهِمۡ لَا يَرۡجِعُونَ ٣١
Неужели они не видят, сколько поколений Мы погубили до них и что они не вернутся к ним?
Məgər peyğəmbərləri yalançı sayan və onlara istehza edənlər özlərindən əvvəlki ümmətlərin başına gələnlərdən ibrət almırlarmı?! Onlar artıq həlak olmuşlar və bir daha bu dünyaya qayıtmayacaqlar. Əksinə, dünyada etdikləri əməllərə görə cavab verəcəklər və Allah onlara etdikləri əməllərin əvəzini verəcək.
36:32Страница 442
وَإِن كُلّٞ لَّمَّا جَمِيعٞ لَّدَيۡنَا مُحۡضَرُونَ ٣٢
Воистину, все они будут собраны у Нас.
Qiyamət günü bütün ümmətlər dirildikdən sonra, etdikləri əməllərin əvəzini almaq üçün Bizim hüzurumuza gətiriləcəklər.
36:33Страница 442
وَءَايَةٞ لَّهُمُ ٱلۡأَرۡضُ ٱلۡمَيۡتَةُ أَحۡيَيۡنَٰهَا وَأَخۡرَجۡنَا مِنۡهَا حَبّٗا فَمِنۡهُ يَأۡكُلُونَ ٣٣
Знамением для них является мертвая земля, которую Мы оживили и извлекли из нее зерно, которым они питаются.
Dirilməni yalan hesab edənlərə, dirilmənin haqq olduğunu sübut edən dəlil budur ki, Biz bu qurumuş, məhsul verməyən torpağa göydən yağış nazil edib orada növbənöv bitkilər yetişdirir və oradan çeşid-çeşid toxumlar çıxardırıq ki, insanlar ondan yesinlər. Belə torpağa yağış nazil edib orada bitkilər yetişdirməklə onu dirildən Allah, ölüləri də dirildib (məhşərə) gətəriməyə qadirdir.
36:34Страница 442
وَجَعَلۡنَا فِيهَا جَنَّٰتٖ مِّن نَّخِيلٖ وَأَعۡنَٰبٖ وَفَجَّرۡنَا فِيهَا مِنَ ٱلۡعُيُونِ ٣٤
Мы создали на ней сады из финиковых пальм и винограда и заставили биться в них источники,
Biz üzərinə yağış nazil etdiyimiz o torpaqda xurma bağları və üzümlüklər yaratdıq, habelə, oradan torpağın suvarılması üçün bulaqlar qaynadıb çıxartdıq.
36:35Страница 442
لِيَأۡكُلُواْ مِن ثَمَرِهِۦ وَمَا عَمِلَتۡهُ أَيۡدِيهِمۡۚ أَفَلَا يَشۡكُرُونَ ٣٥
чтобы они вкушали их плоды и то, что создали своими руками (или чтобы они вкушали плоды, которые они не создали своими руками). Неужели они не будут благодарны?
Belə etdik ki, insanlar Allahın onlara bəxş etdiyi və öz əlləri ilə becərmədikləri o bağların meyvələrindən yesinlər. Onlar yalnız Allaha ibadət etməklə və Onun peyğəmbərlərinə iman gətirməklə, Allahın onlara bəxş etdiyi bu nemətlərə görə Ona şükür etməyəcəklərmi?!
36:36Страница 442
سُبۡحَٰنَ ٱلَّذِي خَلَقَ ٱلۡأَزۡوَٰجَ كُلَّهَا مِمَّا تُنۢبِتُ ٱلۡأَرۡضُ وَمِنۡ أَنفُسِهِمۡ وَمِمَّا لَا يَعۡلَمُونَ ٣٦
Пречист Тот, Кто сотворил парами то, что растит земля, их самих и то, чего они не знают.
Bitkilərdən və ağaclardan, habelə, insanların həm özlərindən, kişi və qadın olmaqla, həm də onların bilmədikləri, Allahın yerdə və dənizdə yaratdığı digər məxluqlardan cütlər yaradan Allah müqəddəsdir və ucadır.
36:37Страница 442
وَءَايَةٞ لَّهُمُ ٱلَّيۡلُ نَسۡلَخُ مِنۡهُ ٱلنَّهَارَ فَإِذَا هُم مُّظۡلِمُونَ ٣٧
Знамением для них является ночь, которую Мы отделяем ото дня, и вот они погружаются во мрак.
Gündüzü gecədən ayırdığımız zaman, onun işığını aparıb, ardından gecənin zülmətini gətirməyimiz, insanlar üçün Allahın vəhdaniyyətniə dəlalət edən bir dəlildir. Biz gündüzün ardından zülməti gətirən kimi insanlar zülmət içində qalırlar.
36:38Страница 442
وَٱلشَّمۡسُ تَجۡرِي لِمُسۡتَقَرّٖ لَّهَاۚ ذَٰلِكَ تَقۡدِيرُ ٱلۡعَزِيزِ ٱلۡعَلِيمِ ٣٨
Солнце плывет к своему местопребыванию. Так предопределил Могущественный, Знающий.
Günəş də, Allahın vəhdaniyyətinə dəlalət edən dəlillərdəndir. O günəş ki, Allahın onun üçün müəyyən etdiyi yerdə seyr edir və (bu həddi) keçmir. Bu təqdir, yenilməz qüdrət sahibinin və yaratdıqları barədə hər şeyi bilən Allahın təqdiridir.
36:39Страница 442
وَٱلۡقَمَرَ قَدَّرۡنَٰهُ مَنَازِلَ حَتَّىٰ عَادَ كَٱلۡعُرۡجُونِ ٱلۡقَدِيمِ ٣٩
Мы предопределили для луны положения, пока она вновь не становится подобна старой пальмовой ветви.
Ay da, pak və müqəddəs Allahın vəhdaniyyətinə dəlalət edən dəlillərdəndir. O ay ki, Biz onun hər gecəsi üçün mənzillər müəyyən etmişik. O, kiçik şəkildən başlayaraq böyüyür, sonra isə, yenidən kiçilir və nəhayət, o, tədricən dönüb xurma ağacının olduqca nazik, əyri, sapsarı və qurumuş budağı kimi olur.
36:40Страница 442
لَا ٱلشَّمۡسُ يَنۢبَغِي لَهَآ أَن تُدۡرِكَ ٱلۡقَمَرَ وَلَا ٱلَّيۡلُ سَابِقُ ٱلنَّهَارِۚ وَكُلّٞ فِي فَلَكٖ يَسۡبَحُونَ ٤٠
Солнцу не надлежит догонять луну, и ночь не опережает день. Каждый плывет по орбите.
Günəş də, ay da, gecə də, gündüz də, Allahın təqdiri ilə müəyyən edilib və onlar özləri üçün müəyyə edilmiş (həddi) keçmirlər. Nə günəş ayın istiqamətini dəyişmək və onun nurunu aparmaq üçün ona çata bilər, nə də gecə gündüzü keçib onun vaxtı başa çatmamış ona qarışa bilər. Bu, ram edilmiş məxluqların, habelə, digər göy cisimlərinin və kəhkəşanların (ulduzlar sisteminin) hamısının, Allahın Öz təqdiri və mühafizəsi ilə onlar üçün müəyyən etdiyi, özlərinə məxsus hədəqəsi vardır.
36:41Страница 443
وَءَايَةٞ لَّهُمۡ أَنَّا حَمَلۡنَا ذُرِّيَّتَهُمۡ فِي ٱلۡفُلۡكِ ٱلۡمَشۡحُونِ ٤١
Знамением для них является то, что Мы перенесли их потомство в переполненном ковчеге.
Onlar üçün Allahın vəhdaniyyətinə dəlalət edən dəlillərdən və Öz qullarına bəxş etdiyi nemətlərdən biri də, Nuhun dövründə yaşayan, Adəm nəslinindən olub tufandan qurtulan kimsələri məxluqatla dolu gəmidə daşımağımızdır. Allah o gəmiyə hər növ məxluqdan bir cüt yerləşdirmişdir.
36:42Страница 443
وَخَلَقۡنَا لَهُم مِّن مِّثۡلِهِۦ مَا يَرۡكَبُونَ ٤٢
Мы создали для них по его подобию то, на что они садятся.
Onlar üçün Allahın vəhdaniyyətinə dəlalət edən dəlillərdən və Öz qullarına bəxş etdiyi nemətlərdən biri də, Bizim onlar üçün Nuhun gəmisinə bənzər daha neçə-neçə minik vasitələri yaratmağımızdır.
36:43Страница 443
وَإِن نَّشَأۡ نُغۡرِقۡهُمۡ فَلَا صَرِيخَ لَهُمۡ وَلَا هُمۡ يُنقَذُونَ ٤٣
Если Мы пожелаем, то потопим их, и тогда никто не спасет их, и сами они не спасутся,
Əgər Biz onları suya qərq etmək istəsəydik, edərdik. Biz onları suya qərq etmək istəsəydik, onların imdadına çatan köməkçi tapılmaz, habelə, onlar bizim əmrimiz və hökmümüzlə suya qərq edilsəydilər, onları xilas edən olmazdı.
36:44Страница 443
إِلَّا رَحۡمَةٗ مِّنَّا وَمَتَٰعًا إِلَىٰ حِينٖ ٤٤
если только Мы не окажем им милость и не позволим им пользоваться благами до определенного времени.
Yalnız Bizim onları suya qərq olunmaqdan xilas etməklə onlara rəhm etməyimiz və onlara, müəyyən edilmiş vaxtadək gün-güzəran nəsib etməyimiz istisnadır ki, bəlkə ibrət alıb iman gətirsinlər.
36:45Страница 443
وَإِذَا قِيلَ لَهُمُ ٱتَّقُواْ مَا بَيۡنَ أَيۡدِيكُمۡ وَمَا خَلۡفَكُمۡ لَعَلَّكُمۡ تُرۡحَمُونَ ٤٥
Когда им говорят: «Бойтесь того, что перед вами, и того, что после вас, чтобы вы были помилованы», - они не отвечают.
İmandan üz döndərən o müşriklərə: “Axirətdə düçar olacağınız əzabdan və onun şiddətindən, habelə, arxada buraxdığınız dünyadan qorxun ki, bəlkə Allah sizə Öz mərhəhəmtindən bəxş etsin!”– deyildikdə, buna əməl etmir və ona əhəmiyyət vermədən üz çevirirlər.
36:46Страница 443
وَمَا تَأۡتِيهِم مِّنۡ ءَايَةٖ مِّنۡ ءَايَٰتِ رَبِّهِمۡ إِلَّا كَانُواْ عَنۡهَا مُعۡرِضِينَ ٤٦
Какое бы знамение из знамений их Господа не явилось к ним, они непременно отворачиваются от него.
Hər dəfə o inadkar müşriklərə Allahın vəhdaniyyətini və Onun ibadətə layiq olan tək ilah olduğunu sübut edən ayələri gəldikdə, bu ayələrdən ibrət almadan onlardan üz çevirərdilər.
36:47Страница 443
وَإِذَا قِيلَ لَهُمۡ أَنفِقُواْ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ قَالَ ٱلَّذِينَ كَفَرُواْ لِلَّذِينَ ءَامَنُوٓاْ أَنُطۡعِمُ مَن لَّوۡ يَشَآءُ ٱللَّهُ أَطۡعَمَهُۥٓ إِنۡ أَنتُمۡ إِلَّا فِي ضَلَٰلٖ مُّبِينٖ ٤٧
Когда им говорят: «Расходуйте из того, чем вас наделил Аллах», - неверующие говорят верующим: «Неужели мы будем кормить того, кого накормил бы Аллах, если бы пожелал? Воистину, вы лишь находитесь в очевидном заблуждении».
O inadkarlara: “Allahın sizə bəxş etdiyi mal-dövlətdən fəqirlərə və miskinlərə verməklə onlara kömək edin!”– deyildikdə, inkar edib iman gətirənlərə deyirlər: “Allahın istədiyi təqdirdə yedirdəcəyi kimsəni bizmi yedirdəcəyik?! Biz Onun istəyinə qarşı çıxa bilmərik. Siz, ey möminlər, ancaq açıq-aydın azğınlıq içindəsiniz və haqdan uzaqsınız.”
36:48Страница 443
وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡوَعۡدُ إِن كُنتُمۡ صَٰدِقِينَ ٤٨
Они говорят: «Когда сбудется это обещание, если вы говорите правду?».
Dirilməni inkar edən, onu yalan sayan və onun inanılmaz bir şey olduğunu iddia edən kafirlər deyirlər: "Ey möminlər, əgər bu dirilmənin olacağı barədə iddianız doğrudursa, onda (bir deyin görək,) bu dirilmə nə zaman olacaq?!"
36:49Страница 443
مَا يَنظُرُونَ إِلَّا صَيۡحَةٗ وَٰحِدَةٗ تَأۡخُذُهُمۡ وَهُمۡ يَخِصِّمُونَ ٤٩
Им нечего ожидать, кроме одного только гласа, который поразит их тогда, когда они будут препираться.
Dirilməni yalan sayan və onun inanılmaz bir şey olduğunu iddia edən o kafirlər, sadəcə olaraq alış-veriş, suvarma, otarma və s. bu kimi dünya işləri ilə məşğul olduqları halda, özlərini haqlayacaq bir tükürpədici səsi - sura üfürüləcək ilk səsi gözləyirlər.
36:50Страница 443
فَلَا يَسۡتَطِيعُونَ تَوۡصِيَةٗ وَلَآ إِلَىٰٓ أَهۡلِهِمۡ يَرۡجِعُونَ ٥٠
Они не смогут ни оставить завещание, ни вернуться к своим семьям.
Bu səs onları qəfil yaxaladıqda, onlar nə bir-birilərinə vəsiyyət etməyə qadir olacaq, nə də öz mənzillərinə və ailələrinin yanına qayıda biləcəklər, əksinə, məşğul olduqları işin içində ikən öləcəklər.
36:51Страница 443
وَنُفِخَ فِي ٱلصُّورِ فَإِذَا هُم مِّنَ ٱلۡأَجۡدَاثِ إِلَىٰ رَبِّهِمۡ يَنسِلُونَ ٥١
Протрубят в Рог, и вот они устремляются к своему Господу из могил.
Dirilmə üçün sur ikinci dəfə üfürülən kimi onların hamısı dərhal qəbirlərindən çıxıb, haqq-hesaba çəkilmək və əməllərinin əvəzini almaq üçün tələsik Rəbinə tərəf gedəcəklər.
36:52Страница 443
قَالُواْ يَٰوَيۡلَنَا مَنۢ بَعَثَنَا مِن مَّرۡقَدِنَاۜۗ هَٰذَا مَا وَعَدَ ٱلرَّحۡمَٰنُ وَصَدَقَ ٱلۡمُرۡسَلُونَ ٥٢
Они скажут: «О горе нам! Кто поднял нас с места, где мы спали?». Это - то, что обещал Милостивый, и посланники говорили правду».
Dirilməni yalan sayan o kafirlər peşman olub deyəcəklər: “Vay halımıza! Bizi kim dirildib qəbrimizdən çıxartdı?!" Sonra da öz suallarına belə cavab veriləcək: "Bu, Mərhəmətli Allahın vəd etdiyi gündür, bu mütləq baş verəcəkdi, elçilərin öz Rəbbindən təbliğ etdiyi xəbər doğru imiş.”
36:53Страница 443
إِن كَانَتۡ إِلَّا صَيۡحَةٗ وَٰحِدَةٗ فَإِذَا هُمۡ جَمِيعٞ لَّدَيۡنَا مُحۡضَرُونَ ٥٣
Будет один только глас, и все они будут собраны у Нас.
Dirilib qəbirlərdən çıxmaq yalnız ikinci kərə sur üfürüləndə baş verəcək. Həmin vaxt - qiyamət günü məxluqatın hamısı haqq-hesaba çəkilmək üçün hüzurumuza gətiriləcəklər.
36:54Страница 443
فَٱلۡيَوۡمَ لَا تُظۡلَمُ نَفۡسٞ شَيۡـٔٗا وَلَا تُجۡزَوۡنَ إِلَّا مَا كُنتُمۡ تَعۡمَلُونَ ٥٤
Сегодня ни одной душе не будет причинено никакой несправедливости, и вам воздастся только за то, что вы совершали.
O gün ədalətlə hökm veriləcək və ey Allahın qulları, günahlarınız üzərinə günah artırmaqla, yaxud, savabınızdan bir şey əksiltməklə sizə zülm edilməyəcək. Sizə ancaq dünya həyatınızda etdiyiniz əməllərin əvəzi veriləcəkdir.
36:55Страница 444
إِنَّ أَصۡحَٰبَ ٱلۡجَنَّةِ ٱلۡيَوۡمَ فِي شُغُلٖ فَٰكِهُونَ ٥٥
Воистину, обитатели Рая сегодня будут заняты тем, что будут наслаждаться.
Həqiqətən, qiyamət gün Cənnət əhli tükənməz nemətlər və böyük uğur əldə etdiklərini gördükdə, başqaları haqda düşünməyəcək, sevinərək ancaq bu nemətlər haqqında düşünəcəklər.
36:56Страница 444
هُمۡ وَأَزۡوَٰجُهُمۡ فِي ظِلَٰلٍ عَلَى ٱلۡأَرَآئِكِ مُتَّكِـُٔونَ ٥٦
Они и их супруги будут лежать в тенях на ложах, прислонившись.
Onlar zövcələri ilə birlikdə yaşıllaşan cənnət kölgəlikləri altında taxtlara söykənib kef çəkəcəklər.
36:57Страница 444
لَهُمۡ فِيهَا فَٰكِهَةٞ وَلَهُم مَّا يَدَّعُونَ ٥٧
Там для них есть фрукты и все, что они потребуют.
O Cənnətdə onlar üçün üzüm, əncir, nar və başqa bu kimi növbənöv gözəl meyvələr, habelə, istədikləri zövqverən şeylər və cürbəcür nemətlər vardır.
36:58Страница 444
سَلَٰمٞ قَوۡلٗا مِّن رَّبّٖ رَّحِيمٖ ٥٨
Милосердный Господь приветствует их словом: «Мир!».
Bu nemətdən əlavə onlara rəhm edən Rəbbi tərəfindən: “Salam” veriləcək. Rəbbi onlara salam verəcəyi zaman onları hər tərəfdən salamatlıq bürüyəcək və onlar heç bir bənzəri olmayan salamla qarşılaşacaqlar.
Qiyamət günü müşriklərə deyiləcək: “Bu gün möminlərdən ayrılın, siz onlarla bir yerdə olmağa layiq deyilsiniz. (Onlardan ayrı durmalısınız ki,) sizin cəzanızla onların mükafatı, habelə, sizin sifətinizlə onların sifəti arasındakı fərq bilinsin.
36:60Страница 444
۞ أَلَمۡ أَعۡهَدۡ إِلَيۡكُمۡ يَٰبَنِيٓ ءَادَمَ أَن لَّا تَعۡبُدُواْ ٱلشَّيۡطَٰنَۖ إِنَّهُۥ لَكُمۡ عَدُوّٞ مُّبِينٞ ٦٠
Разве Я не завещал вам, сыны Адама, не поклоняться дьяволу, который является вашим явным врагом,
Ey Adəm övladları, məgər Mən sizə Öz peyğəmbərlərimin vasitəsi sizə tövsiyə edib buyurmadım ki, hər cür küfr və asilik etməklə şeytana ibadət etməyin, həqiqətən də, şeytan sizin açıq-aydın düşməninizdir?! Ağıllı adam özünə açıq-aydın düşmən olan şeytana necə itaət edə bilər?!
36:61Страница 444
وَأَنِ ٱعۡبُدُونِيۚ هَٰذَا صِرَٰطٞ مُّسۡتَقِيمٞ ٦١
и поклоняться Мне? Это - прямой путь.
Ey Adəm övladları, Mən sizə yalnız Mənə ibadət etməyi və heç nəyi Mənə şərik qoşmamağı əmr etmişdim. Yalnız Mənə ibadət və itaət etmək, həm Mənim rizamı qazanmağa, həm də Cənnətə tərəf aparan doğru yoldur. Lakin siz Mənim tövsiyəmə və sizə buyurulanlara məhəl qoymadınız.
36:62Страница 444
وَلَقَدۡ أَضَلَّ مِنكُمۡ جِبِلّٗا كَثِيرًاۖ أَفَلَمۡ تَكُونُواْ تَعۡقِلُونَ ٦٢
Он уже ввел в заблуждение многих из вас. Неужели вы не разумеете?
Artıq şeytan içərinizdən çoxlarını yoldan çıxartmışdır. Məgər sizi Rəbbinizə itaət etməyə və yalnız Ona ibadət etməyə təhrik edən, habelə, açıq-aydın düşməniniz olan şeytana itaət etməkdən çəkindirən ağlınız yoxdurmu?!
36:63Страница 444
هَٰذِهِۦ جَهَنَّمُ ٱلَّتِي كُنتُمۡ تُوعَدُونَ ٦٣
Вот Геенна, которая была вам обещана.
Bu, dünyada etdiyiniz küfrə görə, sizə vəd edilmiş Cəhənnəmdir. O vaxt siz onu görmürdünüz, bu gün isə artıq siz onu öz gözlərinizlə görürsünüz.
36:64Страница 444
ٱصۡلَوۡهَا ٱلۡيَوۡمَ بِمَا كُنتُمۡ تَكۡفُرُونَ ٦٤
Горите в ней сегодня за то, что вы не веровали».
Dünya həyatınızda Allaha küfr etdiyinizə görə, bu gün ora girin və onun atəşində yanın!”
36:65Страница 444
ٱلۡيَوۡمَ نَخۡتِمُ عَلَىٰٓ أَفۡوَٰهِهِمۡ وَتُكَلِّمُنَآ أَيۡدِيهِمۡ وَتَشۡهَدُ أَرۡجُلُهُم بِمَا كَانُواْ يَكۡسِبُونَ ٦٥
Сегодня Мы запечатаем их уста. Их руки будут говорить с Нами, а их ноги будут свидетельствовать о том, что они приобретали.
Bu gün Biz onların ağızlarına möhür vuracaq və onlar lal olub etdikləri küfr və asilikləri inkar edə bilməyəcəklər. Dünyada etdikləri əməllər barəsində onların əlləri Bizimlə danışacaq, ayaqları da, onların asilik etdiyinə və bu asiliyin dalınca getdiyinə şəhadət verəcək.
36:66Страница 444
وَلَوۡ نَشَآءُ لَطَمَسۡنَا عَلَىٰٓ أَعۡيُنِهِمۡ فَٱسۡتَبَقُواْ ٱلصِّرَٰطَ فَأَنَّىٰ يُبۡصِرُونَ ٦٦
Если Мы пожелаем, то лишим их зрения, и тогда они бросятся к Пути. Но как они будут видеть?
Əgər Biz onların gözlərini kor etmək istəsəydik, kor edərdik və onlar heç nə görməzdilər. Onda onlar doğru yolu tapıb Cənnətə girmə üçün bir-biri ilə ötüşərdilər. Lakin onların kor olduqları halda doğru yolu tapması mümkün deyil.
36:67Страница 444
وَلَوۡ نَشَآءُ لَمَسَخۡنَٰهُمۡ عَلَىٰ مَكَانَتِهِمۡ فَمَا ٱسۡتَطَٰعُواْ مُضِيّٗا وَلَا يَرۡجِعُونَ ٦٧
Если Мы пожелаем, то обезобразим их на их местах, и тогда они не смогут ни двинуться вперед, ни вернуться.
Əgər Biz onların xilqətini dəyişdirmək və onları topal etmək istəsəydik, edərdik və bundan sonra onlar yerlərindəcə donub qalar, nə irəli, nə də geri gedə bilərdilər.
36:68Страница 444
وَمَن نُّعَمِّرۡهُ نُنَكِّسۡهُ فِي ٱلۡخَلۡقِۚ أَفَلَا يَعۡقِلُونَ ٦٨
Тому, кому Мы даруем долгую жизнь, Мы придаем противоположный облик. Неужели они не разумеют?
Biz insanlardan kimə uzun ömür veririksə, onu xilqətcə zəiflədirik, (qüvvəsini alır, hafizəsini zəiflədir və s.). Məgər onlar ağıllarını işlədib, bu həyatın qərar tutulacaq bir yer və əbədi yurd olmadığını, məhz axirət yurdunun əbədi yurd olduğunu dərk etmirlərmi?!
36:69Страница 444
وَمَا عَلَّمۡنَٰهُ ٱلشِّعۡرَ وَمَا يَنۢبَغِي لَهُۥٓۚ إِنۡ هُوَ إِلَّا ذِكۡرٞ وَقُرۡءَانٞ مُّبِينٞ ٦٩
Мы не учили его (Мухаммада) поэзии, и не подобает ему это. Это - не что иное, как Напоминание и ясный Коран,
Biz Muhəmmədə (səllallahu aleyhi və səlləm) şeir öyrətmədik, bu ona heç yaraşmaz da. Belə etmək onun xilqətinə və təbiətinə aid deyil ki, bu sizə, onun şair olduğunu iddia etmənizə rəvac versin. Bizim ona öyüd-nəsihətdən və araşdıranlara aydın olan Qurandan başqa bir şey öyrətmirik.
36:70Страница 444
لِّيُنذِرَ مَن كَانَ حَيّٗا وَيَحِقَّ ٱلۡقَوۡلُ عَلَى ٱلۡكَٰفِرِينَ ٧٠
чтобы он предостерегал тех, кто жив, и чтобы сбылось Слово относительно неверующих.
Belə edirik ki, qəlbi salamat və bəsirət gözü açıq olan kimsələri qorxutsun. Məhz beləsi Qurandan faydalana bilər. Həmçinin, kafirlər də, Quranın nazil olması və Peyğəmbərin (səllallahu aleyhi və səlləm) dəvətinin onlara çatması ilə, özlərinin əleyhinə dəlil-sübut göstərildikdən sonra əzab çəkməyə layiq olsunlar və üzrxahlıq etmələri üçün bir bəhanələri qalmasın.
36:71Страница 445
أَوَلَمۡ يَرَوۡاْ أَنَّا خَلَقۡنَا لَهُم مِّمَّا عَمِلَتۡ أَيۡدِينَآ أَنۡعَٰمٗا فَهُمۡ لَهَا مَٰلِكُونَ ٧١
Неужели они не видят, что из того, что совершили Наши руки (Мы Сами), Мы создали для них скот, и что они им владеют?
Məgər onlar görmürlər ki, Biz onlar üçün mal-qara yaratmışıq, onlar da, o mal-qaraya sahib olmuş və onlardan öz xeyirlərinə istifadə edirlər?!
36:72Страница 445
وَذَلَّلۡنَٰهَا لَهُمۡ فَمِنۡهَا رَكُوبُهُمۡ وَمِنۡهَا يَأۡكُلُونَ ٧٢
Мы сделали его подвластным им. На одних из них они ездят верхом, а другими питаются.
Biz bu heyvanları onlar üçün yaratdıq və onların ixtiyarına verdik. Onların bəzisini minir və bellərində əşyalarını daşıyır, bəzisinin də ətindən yeyirlər.
36:73Страница 445
وَلَهُمۡ فِيهَا مَنَٰفِعُ وَمَشَارِبُۚ أَفَلَا يَشۡكُرُونَ ٧٣
Они приносят им пользу и питье. Неужели они не будут благодарны?
Onlar üçün bu heyvanları minmək və ətindən yemək kimi mənfəətlərdən başqa, yunundan, qılından, tükündən və müqabilində əldə edilmiş puldan istifadə etmək, bu heyvanların tükündən özünüzə isti paltarlar və yumuşaq döşəklər düzəltmək, habelə, südündən içmək kimi başqa mənfəətlər də vardır. Bu və digər nemətləri onlara bəxş edən Allaha şükür etməyəcəklərmi?!
36:74Страница 445
وَٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ ءَالِهَةٗ لَّعَلَّهُمۡ يُنصَرُونَ ٧٤
Но они поклоняются вместо Аллаха другим богам в надежде на то, что им окажут помощь.
Müşriklər Allahdan başqa tanrılar qəbul edib onlara tapındılar ki, bəlkə bu tanrılar özlərinə yardım etsin və onları Allahın əzabından qurtarsın.
36:75Страница 445
لَا يَسۡتَطِيعُونَ نَصۡرَهُمۡ وَهُمۡ لَهُمۡ جُندٞ مُّحۡضَرُونَ ٧٥
Они не могут помочь им, хотя они являются для них готовым войском (язычники готовы сражаться за своих идолов, или идолы будут в Последней жизни готовым войском против язычников).
Onların tapındıqları tanrılar nə özlərinə kömək edə bilər, nə də Allahı qoyub onlara ibadət edən kimsələrə kömək edə bilərlər. Onların həm özləri, həm də bütləri əzaba düçar olacaq və onlardan hər biri digərindən uzaq olduğunu bildirəcək.
36:76Страница 445
فَلَا يَحۡزُنكَ قَوۡلُهُمۡۘ إِنَّا نَعۡلَمُ مَا يُسِرُّونَ وَمَا يُعۡلِنُونَ ٧٦
Пусть их речи не печалят тебя. Мы знаем то, что они скрывают, и то, что они обнаруживают.
Ey Peyğəmbər, onların: "Sən rəsul deyilsən", yaxud "sən şairsən" sözü və başqa bu kimi böhtanları səni kədərləndirməsin. Şübhəsiz ki, Biz onların nəyi gizli saxladıqlarını və nəyi aşkara çıxardıqlarını bilirik. Bunlardan heç bir şey Bizdən gizli qalmaz və Biz onlara dediklərinin cəzasını verərik.
36:77Страница 445
أَوَلَمۡ يَرَ ٱلۡإِنسَٰنُ أَنَّا خَلَقۡنَٰهُ مِن نُّطۡفَةٖ فَإِذَا هُوَ خَصِيمٞ مُّبِينٞ ٧٧
Неужели человек не видит, что Мы сотворили его из капли? И вот он открыто препирается!
Ölümdən sonra dirilməni inkar edən insan, Bizim onu nütfədən yaratdığımızı, sonra, yaradılış mərhələlərindən keçib dünyaya gəldiyini və böyüyüb boya-başa çatdığını, sonra da, çox mübahisə və münaqişə edən birisinə çevrildiyini düşünmürmü?! Məgər bütün bunları görümür ki, ölümdən sonra dirilməni özü üçün isbat edə bilsin?!
36:78Страница 445
وَضَرَبَ لَنَا مَثَلٗا وَنَسِيَ خَلۡقَهُۥۖ قَالَ مَن يُحۡيِ ٱلۡعِظَٰمَ وَهِيَ رَمِيمٞ ٧٨
Он привел Нам притчу и забыл о своем сотворении. Он сказал: «Кто оживит кости, которые истлели?».
O kafir, dirilmənin qeyri-mümkün olduğunu isbat etmək üçün çürümüş sümükləri misal çəkib: "Onları kim yenidən yarada bilər?" deyərkən, özünün heç nədən yaradıldığını unutmuşdur.
36:79Страница 445
قُلۡ يُحۡيِيهَا ٱلَّذِيٓ أَنشَأَهَآ أَوَّلَ مَرَّةٖۖ وَهُوَ بِكُلِّ خَلۡقٍ عَلِيمٌ ٧٩
Скажи: «Оживит их Тот, Кто создал их в первый раз. Он ведает о всяком творении».
Ey Muhəmməd, ona cavaba olaraq de: “Bu çürümüş sümükləri onları ilk dəfə yaradan dirildəcək. Onları ilk dəfə yaradan, yenidən onlara həyat verməkdən aciz qalmaz. Pak və müqəddəs Allah hər bir məxluqu yaxşı tanıyır. Onlardan heç bir şey Allaha gizli qalmaz.
36:80Страница 445
ٱلَّذِي جَعَلَ لَكُم مِّنَ ٱلشَّجَرِ ٱلۡأَخۡضَرِ نَارٗا فَإِذَآ أَنتُم مِّنۡهُ تُوقِدُونَ ٨٠
Он создал для вас огонь из зеленого дерева, и теперь вы разжигаете огонь от него.
Ey insanlar, Allah sizin üçün yaşıl və yaş ağacdan istifadə etdiyiniz odu əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız. Bir-birinə zidd olan iki şeyi - yaşıl ağacda olan su ilə onun içində yanan odu bir araya gətirən Allah, ölüləri diriltməyə də qadirdir.
36:81Страница 445
أَوَلَيۡسَ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِقَٰدِرٍ عَلَىٰٓ أَن يَخۡلُقَ مِثۡلَهُمۚ بَلَىٰ وَهُوَ ٱلۡخَلَّٰقُ ٱلۡعَلِيمُ ٨١
Неужели Тот, Кто сотворил небеса и землю, не способен создать подобных им? Конечно, ведь Он - Творец, Знающий.
Məgər əzmətli göyləri və yeri yaradan Allah, bəşəriyyəti öldürdükdən sonra onları diriltməyə qadir deyilmi?! Əlbəttə, qadirdir. O, məxluqatın hamısını yaradan Xaliq və onlar haqqında hər şeyi biləndir. Yaradılanlar barədə heç bir şey Allaha gizli qalmaz.
36:82Страница 445
إِنَّمَآ أَمۡرُهُۥٓ إِذَآ أَرَادَ شَيۡـًٔا أَن يَقُولَ لَهُۥ كُن فَيَكُونُ ٨٢
Когда Он желает чего-либо, то стоит Ему сказать: «Будь!». - как это сбывается.
Pak və müqəddəs olan Allahın buyuruğu və istəyi belədir ki, O, bir şeyi yaratmaq istədikdə, ona sadəcə: “Ol!” deyər və dərhal Onun istədiyi olar. Yaratmaq, öldürmək, yenidən diriltmək və başqa bu kimi işlər də, Onun istəyinə bağlıdır.
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии