Аль-Мухтасар · Тафсир · на азербайджанском
الصافات
Ас-Саффат
Выстроившиеся в ряды · Мекканская · 182 аята
Allah, Ona ibadət etmək üçün səf-səf duran mələklərə and içir.
Allah, həmçinin, buludları qovduqca qovan və onları Onun yağış yağdıracağı yerədək aparan mələklərə and içir.
O, həmçinin, Allahın kəlamını oxuyan mələklərə and içir.
Ey insanlar, həqiqətən, sizin haqq məbudunuz təkdir, Onun heç bir şəriki yoxdur! Bu məbud, Allahdır.
37:5Страница 446
رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا وَرَبُّ ٱلۡمَشَٰرِقِ ٥
Он - Господь небес, земли и того, что между ними, Господь восходов.
O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də il boyu məşriqlərdən doğan və məğriblərdə batan günəşin Rəbbidir.
37:6Страница 446
إِنَّا زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنۡيَا بِزِينَةٍ ٱلۡكَوَاكِبِ ٦
Мы украсили ближайшее небо красотой звезд (или звездами)
Biz yerə ən yaxın olan səmanı, parıldayan cavahiratlar tək görünən gözəl zinətlə - ulduzlarla bəzədik.
37:7Страница 446
وَحِفۡظٗا مِّن كُلِّ شَيۡطَٰنٖ مَّارِدٖ ٧
и оберегаем его от всякого мятежного дьявола.
və onların sayəsində dünya səmasını, itaət etməkdən boyun qaçıran hər bir asi şeytandan mühafizə etdik. (Belə ki, onlar) ulduzlarla vurulurlar.
37:8Страница 446
لَّا يَسَّمَّعُونَ إِلَى ٱلۡمَلَإِ ٱلۡأَعۡلَىٰ وَيُقۡذَفُونَ مِن كُلِّ جَانِبٖ ٨
Они не могут прислушаться к высшему сонму, и их забрасывают со всех сторон,
O şeytanlar artıq, göydəki mələklərin Rəbbinin onlara vəhy etdiyi şəriət qanunları və müəyyən etdiyi qədəri haqqında danışdıqları söhbətlərinə qulaq asa bilməzlər. (Və əgər qulaq assalar,) hər tərəfdən üstlərinə yandırıb yaxan alovlar yağdırılar.
37:9Страница 446
دُحُورٗاۖ وَلَهُمۡ عَذَابٞ وَاصِبٌ ٩
чтобы изгнать оттуда. Им уготованы вечные мучения.
Onlar səmadan qovular və mələklərə qulaq asmaqdan kənar edilərlər. Axirətdə isə onları uzun sürəcək ağrılı-acılı bir əzab gözləyir.
37:10Страница 446
إِلَّا مَنۡ خَطِفَ ٱلۡخَطۡفَةَ فَأَتۡبَعَهُۥ شِهَابٞ ثَاقِبٞ ١٠
Но если кто из дьяволов выхватит слово, то за ним последует яркий пылающий огонь.
Lakin şeytanlardan hər kim mələklərin bir-birlərinə dedikləri və öz aralarında etdiyi söhbətlərdən yer əhlinə gedib çatmayan bir sözü qapıb qaçarsa, onu yandırıb-yaxan parlaq bir ulduz təqib edər. Bəzən olur ki, ulduz (oğru) şeytanı yandırmamışdan əvvəl o, həmin sözü öz qardaşlarına çatdırır, sonra da, bu söz kahinlərə yetişir, kahinlərdə o sözə yüz yalan qataraq qeybi bildiklərini iddia edirlər.
37:11Страница 446
فَٱسۡتَفۡتِهِمۡ أَهُمۡ أَشَدُّ خَلۡقًا أَم مَّنۡ خَلَقۡنَآۚ إِنَّا خَلَقۡنَٰهُم مِّن طِينٖ لَّازِبِۭ ١١
Спроси их (людей), они созданы прочнее или то, что Мы сотворили? Воистину, Мы сотворили их из липкой глины.
Ey Muhəmməd, dirilməni inkar edən kafirlərdən soruş: onlar xilqətcə daha möhkəm, bədəncə daha güclü və daha böyük məxluqdurlar, yoxsa Bizim yaratdığımız göylər, yer və mələklər? Biz o kafirləri yapışqan kimi bir palçıqdan yaratmışıq. Onlar yapışqan palçıqdan yaradılmış zəif məxluq olduqları halda, dirilməni necə inkar edirlər?!
Ey Muhəmməd, sən Allahın qüdrətinə və məxluqatı yaratmasına, habelə, müşriklərin dirilməni yalan saymasına təəccüb edirsən, müşriklər isə dirilməyə qətiyyətlə inanmadıqlarına görə, sənin o haqda söylədiklərinə lağ edirlər.
37:13Страница 446
وَإِذَا ذُكِّرُواْ لَا يَذۡكُرُونَ ١٣
Когда же им напоминают, они отказываются помнить.
O müşriklərin qəlbləri sərtləşdiyinə görə, onlara öyüd-nəsihət verildikdə, düşünüb ondan ibrət almır və fayda əldə etmirlər.
37:14Страница 446
وَإِذَا رَأَوۡاْ ءَايَةٗ يَسۡتَسۡخِرُونَ ١٤
Когда же они видят знамение, то высмеивают его.
Onlar Peyğəmbərin (səllallahu aleyhi və səlləm) dorğu danışdığını təsdiqləyən bir möcüzə gördükdə, ona lağa qoyur və ona təccüb edirlər.
37:15Страница 446
وَقَالُوٓاْ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ مُّبِينٌ ١٥
Они говорят: «Это - всего лишь очевидное колдовство.
Onlar deyirlər: “Muhəmmədin gətirdiyi bu, açıq-aydın sehrdən başqa bir şey deyil.
37:16Страница 446
أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗا وَعِظَٰمًا أَءِنَّا لَمَبۡعُوثُونَ ١٦
Неужели мы будем воскрешены после того, как умрем и станем прахом и костями?
Məgər biz ölüb torpaq və çürümüş sür-sümük olduqdan sonra yenidən dirildilib həyata qaytarılacağıqmı?! Şübhəsiz ki bu, mümkün olmayan bir işdir.
Habelə, bizdən əvvəl ölüb getmiş atalarımız dirildiləcəklərmi?”
Ey Muhəmməd onlara cavab olaraq de: “Bəli, siz də, sizdən əvvəlki atalarınız da, torpaq və çürümüş sümüklər olduqldan sonra, həm də, hamınız zəlil və alçalmış olaraq dirildiləcəksiniz.
37:19Страница 446
فَإِنَّمَا هِيَ زَجۡرَةٞ وَٰحِدَةٞ فَإِذَا هُمۡ يَنظُرُونَ ١٩
Раздастся один только глас, и все они будут смотреть.
Bu, sura üfürüləcək təkcə dəhşətli bir səs olacaq (İkinci üfürmə). Onların hamısı qalxıb Qiyamətin dəhşətli hadisələrinə baxacaq və Allahın onlara nə edəcəyini gözləyəcəklər.
37:20Страница 446
وَقَالُواْ يَٰوَيۡلَنَا هَٰذَا يَوۡمُ ٱلدِّينِ ٢٠
Они скажут: «Горе нам! Это - День воздаяния!».
Dirilməni yalan sayan müşriklər deyəcəklər: “Vay halımıza! Bu ki, Haqq-hesab günüdür! Bu gün Allah Öz qullarına dünya həyatlarında etdikləri əməllərin əvəzini verəcək.”
37:21Страница 446
هَٰذَا يَوۡمُ ٱلۡفَصۡلِ ٱلَّذِي كُنتُم بِهِۦ تُكَذِّبُونَ ٢١
Это - День различения, который вы считали ложью.
Onlara deyiləcək: “Bu, insanlar arasında hökm verilən gündür! O gün ki, siz onu dünyada inkar edir və yalan sayırdınız.”
37:22–23Страница 446
۞ ٱحۡشُرُواْ ٱلَّذِينَ ظَلَمُواْ وَأَزۡوَٰجَهُمۡ وَمَا كَانُواْ يَعۡبُدُونَ ٢٢
Соберите беззаконников и им подобных и тех, кому они поклонялись
مِن دُونِ ٱللَّهِ فَٱهۡدُوهُمۡ إِلَىٰ صِرَٰطِ ٱلۡجَحِيمِ ٢٣
вместо Аллаха, и укажите им на путь в Ад.
O gün Mələklərə belə buyurulacaq: “Şirk etmiş zalım müşriklərin həm özlərini, həm, Allaha şərik qoşmaqda onlara bənzəyənləri və haqqı yalan saymaqda onları dəstkləyənləri, həm də, onların Alladan başqa tapındıqları bütləri bir yerə toplayın və onlara Cəhənnəmin yolunu tanıdın, göstərin və onları ona tərəf aparın, çünki onları gedəcəyi yer Cəhənnəmdir.
Onlar sorğu-sual olunacaqlar deyə, onları Cəhənnəmə salmamışdan əvvəl dayandırın! Sorğu-sual olunduqdan sonra isə Cəhənnəmə aparın.
Onlara məzəmmət edilərək deyiləcək: “Sizə nə olub ki, dünyadakı kimi bir-birinizə kömək etmirsiniz? Bütlərinizin sizə kömək edəcəyinimi iddia edirdiniz?!”
Xeyr, onlar bu gün Allahın əmrinə boyun əyib zəlil olmuşlar. Onlar aciz olduqlarına və hiylələrinin də, az olduğuna görə, bir-birlərinə kömək edə bilməzlər.
37:27Страница 447
وَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖ يَتَسَآءَلُونَ ٢٧
Они будут обращаться друг к другу с вопросами.
Onlar bir-birlərinə tərəf dönüb bir-birini qınayacaq və bir-birilə höcətləşəcəklər. Halbuki həmin vaxt qınamağın və höcətləşməyin heç bir faydası olmayacaqdır.
37:28Страница 447
قَالُوٓاْ إِنَّكُمۡ كُنتُمۡ تَأۡتُونَنَا عَنِ ٱلۡيَمِينِ ٢٨
Они скажут: «Вы приходили к нам справа».
Tabe olanlar öz başçılarına deyəcəklər: “Siz, ey başçılarımız, bizə din və haqq tərəfdən yanaşıb küfrü, Allaha şərik qoşmağı və asiliklər etməyi bizim üçün gözəl göstərir və bizi, Allah tərəfindən göndərilmiş elçilərinin gətirdikləri haqdan uzaqlaşdırırdınız.”
37:29Страница 447
قَالُواْ بَل لَّمۡ تَكُونُواْ مُؤۡمِنِينَ ٢٩
Они ответят: «О нет! Вы сами не были верующими.
Başçılar tabeçiliklərində olanlara deyəcəklər: “Xeyr, bu, heç də sizin dediyiniz kimi deyil. Əksinə, siz özünüz küfr edirdiniz, inanan kimsələr deyildiniz, üstəlik, (haqqı) inkar da edirdiniz.
37:30Страница 447
وَمَا كَانَ لَنَا عَلَيۡكُم مِّن سُلۡطَٰنِۭۖ بَلۡ كُنتُمۡ قَوۡمٗا طَٰغِينَ ٣٠
Мы не обладали властью над вами. Вы сами были людьми, преступавшими границы дозволенного.
Ey bizə tabe olanlar, biz sizə hökmranlıq etmirdik, yaxud təzyiq göstərmirdik ki, sizi küfr, şirk və asiliklər etməyə vadar edək. Xeyr, siz özünüz küfrdə və azğınlıqda həddi aşmış bir qövm idiniz.
37:31Страница 447
فَحَقَّ عَلَيۡنَا قَوۡلُ رَبِّنَآۖ إِنَّا لَذَآئِقُونَ ٣١
Относительно нас сбылось Слово нашего Господа. Воистину, мы будем вкушать наказание.
Rəbbimizin (İblisə dediyi): ﴾Mən Cəhənnəmi səninlə və sənə tabe olanların hamısı ilə dolduracağam!﴿ [Sad, 85] sözü, həm bizim barəmizdə, həm də sizin barənizdə gerçəkləşdi. Elə buna görə də, biz Rəbbimizin xəbərdar etdiyi əzabı hökmən dadacağıq.
37:32Страница 447
فَأَغۡوَيۡنَٰكُمۡ إِنَّا كُنَّا غَٰوِينَ ٣٢
Мы ввели вас в заблуждение, и мы сами были заблудшими».
Biz sizi zəlalətə və küfrə dəvət etdik. Həqiqətən də, biz doğru yoldan azmış kimsələr idik.”
37:33Страница 447
فَإِنَّهُمۡ يَوۡمَئِذٖ فِي ٱلۡعَذَابِ مُشۡتَرِكُونَ ٣٣
Воистину, в тот день они разделят наказание.
Şübhəsiz ki, qiyamət günü başçılar da, onlara tabe olanlar da, əzaba şərik olacaqlar.
37:34Страница 447
إِنَّا كَذَٰلِكَ نَفۡعَلُ بِٱلۡمُجۡرِمِينَ ٣٤
Воистину, так Мы поступаем с грешниками.
Biz bunlara əzab daddırdığımız kimi, digər günahkarlara da, əzabı belə daddıracağıq.
37:35Страница 447
إِنَّهُمۡ كَانُوٓاْ إِذَا قِيلَ لَهُمۡ لَآ إِلَٰهَ إِلَّا ٱللَّهُ يَسۡتَكۡبِرُونَ ٣٥
Когда им говорили: «Нет божества, кроме Аллаха», - они превозносились
Çünki dünyada o müşriklərə tovhidin tələblərini yerinə yetirmək və ona müxalif olan işlərdən uzaq olsunlar deyə: “Allahdan başqa ibadətə layiq olan məbud yoxdur”– deyildikdə, haqqa boyun əyməyə təkəbbür göstərib və özlərini yüksək tutub onu qəbul etmirdilər və ona heç qulaq da asmırdılar.
37:36Страница 447
وَيَقُولُونَ أَئِنَّا لَتَارِكُوٓاْ ءَالِهَتِنَا لِشَاعِرٖ مَّجۡنُونِۭ ٣٦
и говорили: «Неужели мы откажемся от наших богов ради одержимого поэта?».
və öz küfrlərinə bəraət qazandırmaq üçün deyirdilər: “Məgər bir məcnun şairə görə tanrılarımıza tapınmağı tərkmi edəcəyik?!” Onlar bu sözləri ilə Rəsulullahı (səllallahu aleyhi və səlləm) qəsd edirdilər.
37:37Страница 447
بَلۡ جَآءَ بِٱلۡحَقِّ وَصَدَّقَ ٱلۡمُرۡسَلِينَ ٣٧
О нет! Он принес истину и подтвердил правдивость посланников.
Onlar böyük bir iftira yaxdılar. Rəsulullah (səllallahu aleyhi və səlləm) nə dəli idi, nə də şair, əksinə, o, Allahın tək ilah olduğunu qəbul etməyə və Onun rəsuluna tabe olmağa dəvət edən Quranı gətirdi, üstəlik, əvvəlki peyğəmbərlərin Allah tərəfindən gətirdiyi tovhidi və axirətin həqiqət olduğunu təsdiqlədi və heç bir şeylə onlara müxalif olmadı.
37:38Страница 447
إِنَّكُمۡ لَذَآئِقُواْ ٱلۡعَذَابِ ٱلۡأَلِيمِ ٣٨
Вы непременно вкусите мучительные страдания,
Ey müşriklər, siz küfr etdiyinizə və peyğəmbərləri yalançı saydığınıza görə qiyamət günü mütləq ağrılı-acılı əzabı dadacaqsınız.
37:39Страница 447
وَمَا تُجۡزَوۡنَ إِلَّا مَا كُنتُمۡ تَعۡمَلُونَ ٣٩
и получите воздаяние только за то, что вы совершали.
Ey müşriklər, siz ancaq dünyada Allaha küfr etdiyinizə və asi işlər gördüyünüzə görə cəzalandırılacaqsınız.
37:40Страница 447
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ ٤٠
Это не относится лишь к избранным (или искренним) рабам Аллаха.
Lakin Allahın Özünə ibadət etmək üçün seçdiyi, ixlasla Allaha ibadət etdiyi qulları müstəsnadır. Onlar əzabdan xilas olacaqlar.
Məhz o seçilmiş ixlaslı qullar üçün Allahın onlara bəxş etdiyi - paklığı, gözəlliyi və tükənməzliyi məlum olan bir ruzi vardır.
Bu ruzilərdən biri də, onların yeyəcəyi və nəfslərinin çəkdiyi ən təmiz meyvələrdir. Bundan əlavə onlar öz dərəcələrinin yüksəlməsi və Allahın üzünə baxmaq şərəfinə nail olacaqlar.
Onlar bütün bu nemətlərə, nə sona yetişəcək, nə də yox olacaq, əbədi və dəyişilməz Nəim cənnətlərində nail olacaqlar.
Onlar taxtlar üstündə üzbəüz oturub bir-birilərinə baxacaqlar.
37:45Страница 447
يُطَافُ عَلَيۡهِم بِكَأۡسٖ مِّن مَّعِينِۭ ٤٥
Их будут обходить с чашей родникового напитка (вина),
Onlar üçün axar su kimi şəffaf olan şərabla dolu piyalələr dolandırılacaq.
Rəngi ağappaq, içənlərə tam şəkildə ləzzət verən bir şərab.
37:47Страница 447
لَا فِيهَا غَوۡلٞ وَلَا هُمۡ عَنۡهَا يُنزَفُونَ ٤٧
Он не лишает рассудка и не пьянит.
Bu, dünyadakı şəraba bənzəmir. Onun içində nə ağlı başdan çıxaran sərxoşedici bir şey var, nə də ki o, içənlərə başağrısı verər. Onu içən kimsənin bədəni də, ağlı da salamt qalar.
37:48Страница 447
وَعِندَهُمۡ قَٰصِرَٰتُ ٱلطَّرۡفِ عِينٞ ٤٨
Возле них будут гурии, потупляющие взоры, большеглазые,
Cənnətdə onların yanında iffətli qadınlar olacaq. Onlar ərlərindən başqa heç kəsə baxmayacaq, gözlləri də çox gözəl olacaq.
Onların rənginin ağlığı, qorunub saxlanılmış, heç bir əl dəyməmiş quş yumurtasının sarıya çalan ağlığı kimi olacaq.
37:50Страница 447
فَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖ يَتَسَآءَلُونَ ٥٠
Они будут обращаться друг к другу с вопросами.
Cənnət əhlinin bəzisi digərlərinə tərəf dönüb bir-birilərinin keçmişi və dünyada başlarına nələr gəldiyi barədə soruşacaqlar.
37:51Страница 447
قَالَ قَآئِلٞ مِّنۡهُمۡ إِنِّي كَانَ لِي قَرِينٞ ٥١
Один из них скажет: «Был у меня товарищ.
O möminlərdən biri deyəcək: “Dünyada mənim, dirilməni inkar edən bir tanışım var idi.
37:52Страница 448
يَقُولُ أَءِنَّكَ لَمِنَ ٱلۡمُصَدِّقِينَ ٥٢
Он говорил: «Неужели ты принадлежишь к числу верующих?
O inkar və istehza edərək deyirdi: “Ey siddiq, sən də ölülərin dirəlcəyinə inananlardansan?!
37:53Страница 448
أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗا وَعِظَٰمًا أَءِنَّا لَمَدِينُونَ ٥٣
Неужели мы получим воздаяние после того, как мы умрем и станем прахом и костями?»»
Məgər biz öldükdən, torpağa və sür-sümüyə çevrildikdən sonra dirildiləcək və dünyada etdiyimiz əməllərimizə görə cəzalandırılacağıq?”
Sonra həmin mömin şəxs Cənnətdəki yoldaşlarına deyəcək: “Mənimlə gəlin, dirilməni inkar edən o tanışımın hara düşdüyünü görək.”
37:55Страница 448
فَٱطَّلَعَ فَرَءَاهُ فِي سَوَآءِ ٱلۡجَحِيمِ ٥٥
Он взглянет и увидит его в середине Ада.
O boylanıb tanışını Cəhənnəmin ortasında olduğunu görəcək
37:56Страница 448
قَالَ تَٱللَّهِ إِن كِدتَّ لَتُرۡدِينِ ٥٦
Он скажет: «Клянусь Аллахом! Ты чуть было не погубил меня.
və deyəcək: “Ey yoldaş, Allaha and olsun ki, sən məni küfrə və dirilməni inkar etməyə dəvət etməklə az qala məni Cəhənnəm oduna salıb məhv edəcəkdin.
37:57Страница 448
وَلَوۡلَا نِعۡمَةُ رَبِّي لَكُنتُ مِنَ ٱلۡمُحۡضَرِينَ ٥٧
Если бы не милость моего Господа, то я оказался бы в числе ввергнутых в Геенну.
Əgər Allah məni imana doğru yönəldib mömin olmağa müvəffəq etməsydi, mən də sənin kimi əzaba düçar edilənlərdən olardım.
Biz Cənnət əhli artıq ölməyəcəyik, elə deyilmi?
37:59Страница 448
إِلَّا مَوۡتَتَنَا ٱلۡأُولَىٰ وَمَا نَحۡنُ بِمُعَذَّبِينَ ٥٩
после нашей первой смерти? Неужели мы никогда не будем подвергнуты мучениям?».
Yalnız dünya həyatındakı ilk ölümümüzdən başqa. Əksinə, biz əbədi olaraq Cənnətdə qalacaq və kafirlər kimi əzaba düçar olmayacağıq.”
Rəbbimizin bizə əta etdiyi bu lütf - bizi Cənnətə daxil etməsi və Cəhənnəm odundan qoruması, heç bir bənzəri olmayan böyük uğrurdur.
Çalışıb əməl edənlər, qoy bu böyük mükafatı əldə etmək üçün çalışıb əməl etsinlər. Həqiqətən qazanclı ticarət budur.
37:62Страница 448
أَذَٰلِكَ خَيۡرٞ نُّزُلًا أَمۡ شَجَرَةُ ٱلزَّقُّومِ ٦٢
Это угощение лучше или дерево заккум?
Allahın, Özünə itaət etməkdən ötrü seçdiyi qulları üçün hazırladığı bu zikr edilən nemətlər, məqam və ehtiram baxımından daha xeyirli və daha əfzəldir, yoxsa kafirlərin yeməyi olan, nə qüvvət verən, nə də aclıqdan qurtaran, Quranda lənətlənmiş zəqqum ağacı?!
37:63Страница 448
إِنَّا جَعَلۡنَٰهَا فِتۡنَةٗ لِّلظَّٰلِمِينَ ٦٣
Мы сделали его искушением для беззаконников.
Şübhəsiz ki biz bu ağacı, küft və asilik etməklə özlərinə zülüm edən zalımlar üçün bir sınaq etdik. Çünki onlar: "Təbii ki, od ağacı yandırır. Odur ki,o ağacın Cəhənnəmdə bitməsi mümkün deyil" deyirdilər.
37:64Страница 448
إِنَّهَا شَجَرَةٞ تَخۡرُجُ فِيٓ أَصۡلِ ٱلۡجَحِيمِ ٦٤
Это - дерево, которое растет из основания Ада.
Zəqqum ağacı Cəhənnəmin lap dibindən bitib çıxan xəbis bir ağacdır.
Bu ağacda bitən meyvə iyrənc görünüşlüdür, sanki şeytanların başıdır. İyrənc görünüş isə görünənin iyrənc olmasından xəbər verir. Bu da, o deməkdir ki, onun meyvəsinin dadı çox pisdir.
37:66Страница 448
فَإِنَّهُمۡ لَأٓكِلُونَ مِنۡهَا فَمَالِـُٔونَ مِنۡهَا ٱلۡبُطُونَ ٦٦
Они будут пожирать их и наполнять ими свои животы.
Kafirlər onun acı və iyrənc meyvəsindən yeyib onunla boş qarınlarını dolduracaqlar.
37:67Страница 448
ثُمَّ إِنَّ لَهُمۡ عَلَيۡهَا لَشَوۡبٗا مِّنۡ حَمِيمٖ ٦٧
Потом они (плоды заккума) будут смешаны для них с кипятком.
O ağacın meyvəsindən yedikdən sonra, onları qaynar su ilə qatışdırılmış iyrənc bir içki gözləyir.
Bundan sonra onların qayıdacağı yer, əlbəttə ki, Cəhənnəm əzabıdır. Beləcə onlar, bir əzabdan qurtardıqdan sonra başqa bir azaba düçar olacaqlar.
37:69Страница 448
إِنَّهُمۡ أَلۡفَوۡاْ ءَابَآءَهُمۡ ضَآلِّينَ ٦٩
Воистину, они нашли своих отцов заблудшими
Həqiqətən, o kafirlər ata-babalarının haqq yoldan azmış olduğunu gördülər, sonra da, heç bir dəlil-sübut olmadan, təqlid edərək onların yolunu tutub getdilər.
Onlar zəlalətdə tez-tələsik atalarının yolunu tutub getdilər.
37:71Страница 448
وَلَقَدۡ ضَلَّ قَبۡلَهُمۡ أَكۡثَرُ ٱلۡأَوَّلِينَ ٧١
До них впало в заблуждение большинство первых поколений.
Həqiqətən, onlardan öncə əvvəlki nəsillərin çoxu zəlalətə düşmüşdü. Yoxsa ki, sənin qövmün, ey Peyğəmbər, ümmətlər arasında ilk azmış ümmət deyil.
37:72Страница 448
وَلَقَدۡ أَرۡسَلۡنَا فِيهِم مُّنذِرِينَ ٧٢
Мы посылали к ним предостерегающих увещевателей.
Artıq Biz o əvvəlki ümmətlərə Allahın əzabı ilə qorxudan elçilər göndərmişdik, lakin onlar yenə də Allaha küfr etdilər.
37:73Страница 448
فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُنذَرِينَ ٧٣
Посмотри же, каким был конец всех тех, кого предостерегали,
Ey Peyğəmbər, bax gör öz peyğəmbərləri tərəfindən qorxudulmuş, lakin onların dəvətini qəbul etməmiş ümmətlərin axırı necə oldu. Küfr etdiklərinə və peyğəmbərlərini yalançı saydılarına görə, onların axırı, əbədi olaraq Cəhənnəmdə qalmaq oldu.
37:74Страница 448
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ ٧٤
кроме избранных (или искренних) рабов Аллаха.
Yalnız o kəslərdən başqa ki, Allah onları Özünə iman gətirmək üçün seçmişdir. Onlar, haqqı yalan sayan o kafirlərin aqibəti olan əzabdan xilas olacaqlar.
37:75Страница 448
وَلَقَدۡ نَادَىٰنَا نُوحٞ فَلَنِعۡمَ ٱلۡمُجِيبُونَ ٧٥
Нух (Ной) воззвал к Нам, а ведь Мы прекрасно отвечаем на молитвы.
Peyğəmbərimiz Nuh (aleyhissəlam) onu yalançı sayan qövmünə bəddua edərkən Bizə dua etmişdi. Biz çağırışa necə gözəl cavab verənik! Biz onun öz qövmünün əleyhinə etdiyi duanı tez qəbul etdik.
37:76Страница 448
وَنَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥ مِنَ ٱلۡكَرۡبِ ٱلۡعَظِيمِ ٧٦
Мы спасли его и его семью от великой печали
Biz onu, onun əhli-beytini və onunla birlikdə olan möminləri, onun qövmünün əziyyətindən və onlardan kafir olanların üstünə göndərilmiş böyük tufan qopduğu zaman suya qərq olmaqdan xilas etdik.
Biz ancaq onun ailəsini və onunla birlikdə olan möminləri xilas etdik. Onlardan başqa qövmündən olan kafirləri isə suda qərq etdik.
37:78Страница 449
وَتَرَكۡنَا عَلَيۡهِ فِي ٱلۡأٓخِرِينَ ٧٨
Мы оставили о нем в последующих поколениях добрую молву.
Sonra gələn ümmətlər onu tərifləsinlər deyə, onların arasında onun üçün gözəl xatirə qoyduq.
Gələcək nəsillər arasında Nuh salam və əmin-amanlıq olsun ki, pis xatirə ilə yada salınmasın, əksinə, onu tərifləsinlər və gözəl xatirə ilə yad etsinlər.
Şübhəsiz ki, Biz yaxşı əməl sahiblərini, tək Allaha etdikləri ibadətlərinə və itaətlərinə görə, Nuhu (aleyhissəlam) mükafatlandırdığımız kimi mükafatlandırarıq!
37:81Страница 449
إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ ٨١
Воистину, он - один из Наших верующих рабов.
Həqiqətən, Nuh Allaha itaət və ibadət edən mömin qullarımızdandır.
Sonra yerdə qalanları üstlərinə göndərdiyimiz tufanla suya qərq etdik. Onlardan heç biri salamat qalmadı.
37:83Страница 449
۞ وَإِنَّ مِن شِيعَتِهِۦ لَإِبۡرَٰهِيمَ ٨٣
Ибрахим (Авраам) был одним из его приверженцев.
Həqiqətən, İbrahim Allahın vəhdaniyyətinə dəvət etmək xüsusunda Nuhun yolunu tutub gedən din əhlindən idi.
37:84Страница 449
إِذۡ جَآءَ رَبَّهُۥ بِقَلۡبٖ سَلِيمٍ ٨٤
Вот он пришел к своему Господу с непорочным сердцем.
Bir zaman onun, Allahın yaratdıqlarına nəsihət edən, öz Rəbbinin hüzuruna şirkdən uzaq olan, təmiz bir qəlblə gəldiyini xatırla.
37:85Страница 449
إِذۡ قَالَ لِأَبِيهِ وَقَوۡمِهِۦ مَاذَا تَعۡبُدُونَ ٨٥
Он сказал своему отцу и своему народу: «Чему вы поклоняетесь?
O zaman o, öz atasına və müşrik qövmünə məzəmmət edərək demişdi: “Siz Allahı qoyub nəyə ibadət edirsiniz?
37:86Страница 449
أَئِفۡكًا ءَالِهَةٗ دُونَ ٱللَّهِ تُرِيدُونَ ٨٦
Неужели вы жаждете других богов, помимо Аллаха, измышляя ложь?
Allahı qoyub yalançı tanrılaramı ibadət edirsiniz?
Ey qövmüm, siz aləmlərin Rəbbini qoyub başqasına ibadət etdiyiniz halda, Onun hüzuruna çıxacağınız zaman nə zənn edirsiniz, (sizin halınız necə olacaq)?! Onun sizə nə edəcəyini düşünürüsünüz?!
İbrahim qövmü ilə birlikdə getməsin deyə bir hiylə fikərləşərək ulduzlara nəzər saldı.
O, öz qövmü ilə bayramı keçirməyə getməmək üçün bəhanə gətirib: "Mən xəstəyəm" dedi.
Onlar onu orada qoyub getdilər.
37:91Страница 449
فَرَاغَ إِلَىٰٓ ءَالِهَتِهِمۡ فَقَالَ أَلَا تَأۡكُلُونَ ٩١
Он украдкой пробрался к их богам и сказал: «Не поесть ли вам?
O, onların Allahdan başqa ibadət etdikləri ilahların yanına gəlib onlara istehza edərək dedi: “Siz müşriklərin sizin üçün hazırladığı təamlardan yemirsiniz?!
Sizə nə olub ki, danışmırsınız, sizə sual verən kimsəyə cavab vermirsiniz?!” Heç Allahı qoyub beləsinə ibadət edilərmi?!
37:93Страница 449
فَرَاغَ عَلَيۡهِمۡ ضَرۡبَۢا بِٱلۡيَمِينِ ٩٣
Он подошел к ним и стал бить их десницей.
Sonra İbrahim o bütlərə yaxınlaşıb onları sındırmaq üçün sağ əli ilə onlara zərbə endirdi.
Bu bütlərə sitayiş edən kimsələr yüyürə-yüyürə onun yanına gəldilər.
37:95Страница 449
قَالَ أَتَعۡبُدُونَ مَا تَنۡحِتُونَ ٩٥
Он сказал: «Неужели вы поклоняетесь тому, что сами высекаете?
İbrahim mərd-mərdanə onların qabağına çıxıb onları məzəmmət edərək dedi: “Siz Allahı qoyub öz əllərinizlə yonub düzəltdiyiniz bütlərəmi ibadət edirsiniz?!
37:96Страница 449
وَٱللَّهُ خَلَقَكُمۡ وَمَا تَعۡمَلُونَ ٩٦
Аллах сотворил вас и то, что вы делаете (или Аллах сотворил вас, и сами вы ничего не делаете; или Аллах сотворил вас. Что же вы делаете?)».
Pak və müqəddəs Allah sizi və sizin əməllərinizi yaratmışdır. O əməllərinizdən biri də öz əllərinizlə düzəltdiyiniz bu bütlərdir. İbadət edilməyə layiq olan və heç bir şəriki olmayan yalnız Allahdır.
37:97Страница 449
قَالُواْ ٱبۡنُواْ لَهُۥ بُنۡيَٰنٗا فَأَلۡقُوهُ فِي ٱلۡجَحِيمِ ٩٧
Они сказали: «Соорудите для него строение и бросьте его в огонь!».
Onlar ona dəlil-sübutla üstün gələ bilmədiklərini gördükdə, güc tətbiq etmək qərarına gəldilər. Onlar İbrahimə nə edəcəkləri barədə öz aralarında məşvərət edib dedilər: "Onun üçün bir bina tikin və içərisini odunla doldurub yandırın, sonra da onu o odun içinə atın".
37:98Страница 449
فَأَرَادُواْ بِهِۦ كَيۡدٗا فَجَعَلۡنَٰهُمُ ٱلۡأَسۡفَلِينَ ٩٨
Они замыслили против него козни, но Мы сделали их нижайшими.
İbrahimin qövmü İbrahimə pislik edib onu öldürməklə onlara verdiyi rahatsızlığa son qoymaq istədi. Biz isə (onların qaladığı) odu İbrahim üçün sərin və salamat etməklə onları zəlil bir vəziyyətə saldıq.
37:99Страница 449
وَقَالَ إِنِّي ذَاهِبٌ إِلَىٰ رَبِّي سَيَهۡدِينِ ٩٩
Он сказал: «Я ухожу к моему Господу, Который поведет меня прямым путем.
İbrahim dedi: “Mən qövmümün yurdunu tərk edərək, Ona ibadət etməkdə möhkəm olmağım üçün Rəbbimə doğru gedirəm. O məni dünyada və axirətdə olan xeyrə doğru yola yönəldəcəkdir”.
37:100Страница 449
رَبِّ هَبۡ لِي مِنَ ٱلصَّٰلِحِينَ ١٠٠
Господи, одари меня потомством из числа праведников!».
“Ey Rəbbim! Mənə əməlisaleh övlad bəxş et ki, mənə kömək olsun və mən qürbəttə ikən mənim üçün qövmümü əvəz etsin!”
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии