Аль-МухтасарСад · 38:1–88

Аль-Мухтасар · Тафсир · на азербайджанском

ص

Сад

Сод · Мекканская · 88 аятов

38:1Страница 453

صٓۚ وَٱلۡقُرۡءَانِ ذِي ٱلذِّكۡرِ ١

Сад. Клянусь Кораном, содержащим напоминание!

﴾Sad.﴿ Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır. Allah, insanlara həm bu dünyada, həm də axirətdə fayda verəcək əməlləri onlara xatırladan Qurana and içir. Bu, heç də müşriklərin zənn etdiyi kimi - Allahın şəriklərinin olması demək deyildir.

38:2Страница 453

بَلِ ٱلَّذِينَ كَفَرُواْ فِي عِزَّةٖ وَشِقَاقٖ ٢

Однако те, которые не веруют, пребывают в гордыне и разладе с истиной.

Lakin kafirlər Allahın təkliyini qəbul etməyi özlərinə sığışdırmır və təkəbbürlük göstərir, üstəlik, Muhəmmədə (səllallahu aleyhi və səlləm) müxalif olub onunla ədavət aparırlar.

38:3Страница 453

كَمۡ أَهۡلَكۡنَا مِن قَبۡلِهِم مِّن قَرۡنٖ فَنَادَواْ وَّلَاتَ حِينَ مَنَاصٖ ٣

Как же много поколений погубили Мы до них! Они взывали, но уже было поздно для того, чтобы уклониться.

Biz onlardan əvvəl öz peyğəmbərlərini yalançı saymış ne­çə-neçə nə­silləri məhv etdik. Onlara əzab gəldiyi zaman yalvarıb im­dad diləyir­di­lər, lakin artıq əzabdan qurtulma vaxtı bitmişdi, onların əzabdan xilas olmaq üçün yalvarmasının onlara heç bir faydası yox idi.

38:4Страница 453

وَعَجِبُوٓاْ أَن جَآءَهُم مُّنذِرٞ مِّنۡهُمۡۖ وَقَالَ ٱلۡكَٰفِرُونَ هَٰذَا سَٰحِرٞ كَذَّابٌ ٤

Они удивились тому, что к ним явился предостерегающий увещеватель из них самих, и неверующие сказали: «Это - лживый колдун!

Onlar öz içərilərindən onları, küfrdən əl çəkməyəcəkləri təqdirdə Allahın əzabına düçar olacaqları barədə xəbərdar edən bir peyğəmbər gəlməsinə təəccüb etdilər və kafirlər Muhəmmədin (səllallahu aleyhi və səlləm) doğru danışdığını təsdiqləyən dəlilləri gördükləri zaman dedilər: “Bu adam, insanları sehrləyən bir sehrbazdır, onun Allahın rəsulu olması və ona vəhy nazil olması iddiası da, yalandır.

38:5Страница 453

أَجَعَلَ ٱلۡأٓلِهَةَ إِلَٰهٗا وَٰحِدًاۖ إِنَّ هَٰذَا لَشَيۡءٌ عُجَابٞ ٥

Неужели он обратил богов в Единственного Бога? Воистину, это - нечто удивительное!».

Bu adam bir neçə məbudu, heç bir şəriki olmayan bir məbudmu etdi?! Həqi­qətən, onun gördüyü bu iş, olduqca əcaib bir işdir.”

38:6Страница 453

وَٱنطَلَقَ ٱلۡمَلَأُ مِنۡهُمۡ أَنِ ٱمۡشُواْ وَٱصۡبِرُواْ عَلَىٰٓ ءَالِهَتِكُمۡۖ إِنَّ هَٰذَا لَشَيۡءٞ يُرَادُ ٦

Знатные люди из их числа удалились со словами: «Ступайте и терпите за ваших богов. Воистину, это - некий замысел (или нечто желанное).

Onların əşrəfləri və böyükləri çıxıb gedərək öz tabeçiliklərində olan kimsələrə dedilər: “Əvvəlki yolunuza davam edin, Muhəmmədin dinini qəbul etməyin və öz tanrılarınıza ibadətdə səbirli olun. Doğrusu, Muhəmmədin sizi tək ilaha ibadət etməyə dəvət etməsi qurma bir işdir. O, bunun sayəsində bizə üstün gəlmək və bizi özünə tabe etdirmək istəyir.

38:7Страница 453

مَا سَمِعۡنَا بِهَٰذَا فِي ٱلۡمِلَّةِ ٱلۡأٓخِرَةِ إِنۡ هَٰذَآ إِلَّا ٱخۡتِلَٰقٌ ٧

Мы не слышали об этом в последней религии. Это - не что иное, как вымысел.

Muhəmmədin bizi dəvət etdiyini - Allahın tək ilah olduğunu, biz nə atalarımızdan, nə də İsanın (aleyhissəlam) davamçılarından eşitmişik. Ondan eşitdiklərimiz yalan və uydurma­dan baş­qa bir şey deyildir.

38:8Страница 453

أَءُنزِلَ عَلَيۡهِ ٱلذِّكۡرُ مِنۢ بَيۡنِنَاۚ بَلۡ هُمۡ فِي شَكّٖ مِّن ذِكۡرِيۚ بَل لَّمَّا يَذُوقُواْ عَذَابِ ٨

Неужели среди нас Напоминание ниспослано только ему одному?». О нет! Они сомневаются в Моем Напоминании (Коране). О нет! Они еще не вкусили мучений.

Biz qəbilələrin ağaları və böyükləri olduğumuz halda, aramızdan, Quranın yalnız ona nazil olması və yalnız ona məxsus edilməsi doğrudurmu?!” Xeyr, o müşriklər sənə nazil olan vəhyə şəkk edirlər. On­lar Allahın əzabını hə­lə dadma­yıblar. Onlar Allahın onlara verdiyi möhlətə aldanıblar. Əgər Allahın əzabını dadsaydılar, küfr etməyə, Allaha şərik qoşmağa və sənə nazil olan vəhyə şəkk etməyə əsla cəsarət etməzdilər.

38:9Страница 453

أَمۡ عِندَهُمۡ خَزَآئِنُ رَحۡمَةِ رَبِّكَ ٱلۡعَزِيزِ ٱلۡوَهَّابِ ٩

Или же у них есть сокровищницы милости твоего Господа, Могущественного, Дарующего?

Yoxsa sənin hər kəsə qalib gələ biləcək Qüdrətli və istədiyi kimsəyə istədiyini Bəxşedən Rəbbinin lütf xə­zinə­lə­ri haqqı yalan sayan o müşriklərin əlindədir?! Onun lütf xə­zinə­lə­rindən biri də peyğəmbərlikdir və O, bunu istədiyinə verir. Bu nemət onlara məxsus deyil ki, onu istədiklərini verə bilsinlər, istədiklərini də ondan məhrum etsinlər.

38:10Страница 453

أَمۡ لَهُم مُّلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَاۖ فَلۡيَرۡتَقُواْ فِي ٱلۡأَسۡبَٰبِ ١٠

Или же им принадлежит власть над небесами, землей и тем, что между ними? Пусть же они поднимутся на небеса по путям (или веревкам).

Yaxud göylərin, yerin və onların arasında olanların ixtiyarı onların əlindədir və onlar dilədiyinə ondan verir, dilədiyini də ondan məhrum edirlər?! Əgər onların iddia etdiyi kimidirsə, qoy onda göyə qalxmaq üçün yollar axtarsınlar ki, istədikləri hökmü - vermək və ya məhrum etmək ixtiyarına yiyələnsinlər. Onlar heç vaxt buna nail ola bilməzlər.

38:11Страница 453

جُندٞ مَّا هُنَالِكَ مَهۡزُومٞ مِّنَ ٱلۡأَحۡزَابِ ١١

Это войско будет разбито, подобно прежним соумышленникам.

Muhəmməd( səllallahu aleyhi və səlləm) yalançı sayan bu ordu, ondan əvvəl öz peyğəmbərlərini yalançı saymış ordular tək darmadağın edi­lə­cək­lər.

38:12Страница 453

كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٖ وَعَادٞ وَفِرۡعَوۡنُ ذُو ٱلۡأَوۡتَادِ ١٢

До них посланников сочли лжецами народ Нуха (Ноя), адиты и Фараон, владыка кольев,

Haqqı yalan sayan bu kimsələr ilk yalan sayanlar deyil. Onlardan əvvəl Nuh qöv­mü, Ad tayfası və dirəklər üstündə insanlara əzab verən Fi­ron da el­çi­ləri ya­lançı say­mış­dı.

38:13Страница 453

وَثَمُودُ وَقَوۡمُ لُوطٖ وَأَصۡحَٰبُ لۡـَٔيۡكَةِۚ أُوْلَٰٓئِكَ ٱلۡأَحۡزَابُ ١٣

самудяне, народ Лута (Лота) и жители Айки. Это были соумышленники.

Həmçinin, Səmud tayfası, Lut qövmü və Şueybin xalqı da elçiləri yalançı saymışdılar. Bun­lar hamısı özlərinə göndərilmiş elçiləri yalançı saymaq və onların gətirdiklərini inkar etmək üçün bir-biriləri ilə əlbir olan dəstələr idi.

38:14Страница 453

إِن كُلٌّ إِلَّا كَذَّبَ ٱلرُّسُلَ فَحَقَّ عِقَابِ ١٤

Все они сочли лжецами посланников, и истинным было Мое наказание.

Bu dəstələrdən hər biri elçiləri yalançı saymış, bu səbəbdən də, Allahın əzabı onları yaxalamış və Onun verdiyi cəza, bir müddət sonra olsa belə, gerçəkləşmişdir.

38:15Страница 453

وَمَا يَنظُرُ هَٰٓؤُلَآءِ إِلَّا صَيۡحَةٗ وَٰحِدَةٗ مَّا لَهَا مِن فَوَاقٖ ١٥

Им нечего ждать, кроме одного лишь гласа, для которого нет возврата.

Muhəmmədi (səllallahu aleyhi və səlləm) yalançı sayan bu kafirlər surun ikinci kərə üfürülməsini gözlə­yir­lər. O səs, qarşısıalınmaz bir səs olacaq. Əgər onlar Peyğəmbəri (səllallahu aleyhi və səlləm) yalançı saydıqları halda ölsələr, mütləq əzaba düçar olacaqlar.

38:16Страница 453

وَقَالُواْ رَبَّنَا عَجِّل لَّنَا قِطَّنَا قَبۡلَ يَوۡمِ ٱلۡحِسَابِ ١٦

Они сказали: «Господь наш! Приблизь нашу долю (покажи нам книгу с нашими добрыми и злыми деяниями) до наступления Дня расчета».

Onlar istehza edərək dedilər: “Ey Rəbbimiz! Qiyamət günü gəl­məzdən əvvəl bu dünya həyatında bizə payımıza düşən əzabı tezliklə ver!”

38:17Страница 454

ٱصۡبِرۡ عَلَىٰ مَا يَقُولُونَ وَٱذۡكُرۡ عَبۡدَنَا دَاوُۥدَ ذَا ٱلۡأَيۡدِۖ إِنَّهُۥٓ أَوَّابٌ ١٧

Терпи то, что они говорят, и помяни Нашего могучего раба Давуда (Давида). Он всегда обращался к Аллаху.

Ey Peyğəmbər, bu yalan sayan kimsələrin sənə xoş gəlməyən sözlər söyləmələrinə sə­bir et. Düşmənləri ilə mübarizə aparan və Allaha itaət etməkdə səbirli olan qüvvətli qulumuz Davu­du ya­dına sal! Həqiqətən, o, daim Allaha üz tutub tövbə edər və Onun razı qalacağı işləri görərdi.

38:18Страница 454

إِنَّا سَخَّرۡنَا ٱلۡجِبَالَ مَعَهُۥ يُسَبِّحۡنَ بِٱلۡعَشِيِّ وَٱلۡإِشۡرَاقِ ١٨

Мы подчинили горы, и они славословили вместе с ним после полудня и утром.

Biz dağları ona ram et­mişdik ki, gündüzün axırında və bir də əvvəlində - işraq vaxtı onun­la birlikdə Allahın şəninə təriflər desinlər.

38:19Страница 454

وَٱلطَّيۡرَ مَحۡشُورَةٗۖ كُلّٞ لَّهُۥٓ أَوَّابٞ ١٩

А также птиц, собранных вместе. Все они обращались к Нему.

Biz göydə uçan quşları da ona ram etmişdik. Onların ha­mısı onunla birlikdə Allaha itaət edib təriflər deyərdi.

38:20Страница 454

وَشَدَدۡنَا مُلۡكَهُۥ وَءَاتَيۡنَٰهُ ٱلۡحِكۡمَةَ وَفَصۡلَ ٱلۡخِطَابِ ٢٠

Мы укрепили его власть и даровали ему мудрость и решающее слово.

Biz ona heybət, qüvvət və düşmənləri üzərində qələbə bəxş etməklə onun səltənətini möh­kəm­lən­dirdik, özünə də, peyğəmbərlik və doğru işlər görməyi, habelə, düzgün qə­rar çıxartmaq və ədalətli hökm vermək qabi­liy­yəti bəxş etdik.

38:21Страница 454

۞ وَهَلۡ أَتَىٰكَ نَبَؤُاْ ٱلۡخَصۡمِ إِذۡ تَسَوَّرُواْ ٱلۡمِحۡرَابَ ٢١

Дошла ли до тебя весть о тех, кто затеял тяжбу и перелез через стену молельни?

Ey Peyğəmbər, Davud (aleyhissəlam) ibadət etdiyi yerdə ikən, divarı aşıb onun yanına gəlib orada bir-birilə höcətləşənlərin xəbəri sənə gəlib çat­dı­mı?

38:22Страница 454

إِذۡ دَخَلُواْ عَلَىٰ دَاوُۥدَ فَفَزِعَ مِنۡهُمۡۖ قَالُواْ لَا تَخَفۡۖ خَصۡمَانِ بَغَىٰ بَعۡضُنَا عَلَىٰ بَعۡضٖ فَٱحۡكُم بَيۡنَنَا بِٱلۡحَقِّ وَلَا تُشۡطِطۡ وَٱهۡدِنَآ إِلَىٰ سَوَآءِ ٱلصِّرَٰطِ ٢٢

Они вошли к Давуду (Давиду), и он испугался их. Они сказали: «Не бойся, мы - двое тяжущихся. Один из нас поступил несправедливо по отношению к другому. Рассуди же между нами по справедливости, не будь несправедлив и укажи нам на верный путь.

Onlar Davudun yanına qəfil daxil ol­duqda, Davud onların belə qeyri-adi yolla içəri daxil olmasından əndişəyə düşdü. Onlar onun əndişəyə düşdüyünü gördükdə dedilər: “Qorx­ma! Biz iki iddiaçıyıq. Bi­rimiz di­gə­ri­nə zülm etmişdir. Bizim aramızda ədalətlə hökm ver, aramızda hökm verdikdə haqqımızı tapdalama və bizə düz yolu - haqq yolu göstər!

38:23Страница 454

إِنَّ هَٰذَآ أَخِي لَهُۥ تِسۡعٞ وَتِسۡعُونَ نَعۡجَةٗ وَلِيَ نَعۡجَةٞ وَٰحِدَةٞ فَقَالَ أَكۡفِلۡنِيهَا وَعَزَّنِي فِي ٱلۡخِطَابِ ٢٣

Это - мой брат. У него есть девяносто девять овец, а у меня - всего одна овца. Он сказал: «Отдай ее мне!» - и одолел меня на словах».

Höcətləşən o iki nəfərdən biri Davuda (aleyhissəlam) dedi: "Bu kişi mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mə­nim isə bircə qoyunum var­. Məndən o qoyunu ona verməyi tələb etdi və mübahisədə mə­nə qalib gəldi.”

38:24Страница 454

قَالَ لَقَدۡ ظَلَمَكَ بِسُؤَالِ نَعۡجَتِكَ إِلَىٰ نِعَاجِهِۦۖ وَإِنَّ كَثِيرٗا مِّنَ ٱلۡخُلَطَآءِ لَيَبۡغِي بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٍ إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ وَقَلِيلٞ مَّا هُمۡۗ وَظَنَّ دَاوُۥدُ أَنَّمَا فَتَنَّٰهُ فَٱسۡتَغۡفَرَ رَبَّهُۥ وَخَرَّۤ رَاكِعٗاۤ وَأَنَابَ۩ ٢٤

Давуд (Давид) сказал: «Он поступил по отношению к тебе несправедливо, когда попросил присоединить твою овцу к своим. Воистину, многие партнеры поступают несправедливо по отношению друг к другу, кроме тех, которые уверовали и совершают праведные деяния. Но таких мало». Давуд (Давид) убедился, что Мы подвергли его искушению, попросил прощения у своего Господа, пал ниц и раскаялся.

Davud onların arasında hökm verib şikayət edən kimsəyə dedi: “Qardaşın sənin qo­yununu öz qoyunlarına qat­maq istəməklə, sənə zülm etmişdir. Həqiqətən, şə­riklərin bir qismi digərlərin haqqını yeyib insafsızlıq etməklə bir-birinin haq­qını tap­da­layır. Yalnız yax­şı işlər gö­rən möminlərdən başqa. Onlar öz şəriklərinin haqqını layiqincə ödəyir və onlara zülm etmirlər. Belələri isə çox azdır­.” Bunları de­dikdən sonra Da­vud (aleyhissəlam) yəqin etdi ki, Biz bu mübahisə sayəsində onu sınağa çəkirik. Odur ki, dərhal Rəbbindən ba­ğışlanma dilə­di və səcdəyə qapanıb Ona tövbə etdi.

38:25Страница 454

فَغَفَرۡنَا لَهُۥ ذَٰلِكَۖ وَإِنَّ لَهُۥ عِندَنَا لَزُلۡفَىٰ وَحُسۡنَ مَـَٔابٖ ٢٥

Мы простили ему это. Воистину, он приближен к Нам, и ему уготовано прекрасное место возвращения.

Biz onun tövbəsini qəbul edib bu səhvi ona bağış­la­dıq. Həqi­qə­tən, o, Bizə yaxın olanlardandır və onun üçün Axirətdə gözəl qayıdış yeri hazırlanmışdır.

38:26Страница 454

يَٰدَاوُۥدُ إِنَّا جَعَلۡنَٰكَ خَلِيفَةٗ فِي ٱلۡأَرۡضِ فَٱحۡكُم بَيۡنَ ٱلنَّاسِ بِٱلۡحَقِّ وَلَا تَتَّبِعِ ٱلۡهَوَىٰ فَيُضِلَّكَ عَن سَبِيلِ ٱللَّهِۚ إِنَّ ٱلَّذِينَ يَضِلُّونَ عَن سَبِيلِ ٱللَّهِ لَهُمۡ عَذَابٞ شَدِيدُۢ بِمَا نَسُواْ يَوۡمَ ٱلۡحِسَابِ ٢٦

О Давуд (Давид)! Воистину, Мы назначили тебя наместником на земле. Суди же людей по справедливости и не потакай порочным желаниям, а не то они собьют тебя с пути Аллаха. Воистину, тем, кто сбивается с пути Аллаха, уготованы тяжкие мучения за то, что они предали забвению День расчета.

Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik ki, dini və dünyəvi hökmləri və qərarları həyata keçirəsən. Odur ki, insanlar ara­sında ədalətlə hökm ver, hökm verdikdə nəfsin istəyinə uy­ma - iddiaçılardan biri sənin qoyumun, yaxud dostun, yaxud da düşmənin olduğuna görə yanlış qərar verməyə cəhd etmə, yoxsa nəfsin sə­ni Allahın haqq yo­lun­dan azdırar. Həqiqətən, Allahın haqq yo­lundan azan­la­r haqq-hesab gününü unut­duq­ları üçün onları şid­dətli bir əzab göz­lə­yir. Əgər onlar Allahın əzabını xatırlayıb ondan qorxsaydılar, nəfslərinin istəklərinə uymazdılar.

38:27Страница 455

وَمَا خَلَقۡنَا ٱلسَّمَآءَ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا بَٰطِلٗاۚ ذَٰلِكَ ظَنُّ ٱلَّذِينَ كَفَرُواْۚ فَوَيۡلٞ لِّلَّذِينَ كَفَرُواْ مِنَ ٱلنَّارِ ٢٧

Мы не создали небо, землю и то, что между ними, понапрасну. Так думают только те, которые не веруют. Горе же тем, которые не веруют, от Огня!

Biz göyü və yeri əbəs yerə yaratmamışıq. Bu, kafirlərin zən­nidir. Əgər o kafirlər küfr etdikləri və Allah barədə pis zənnə qapıldıqları halda ölsələr, vay bu cür zənn edən o kafirlərin qiyamət günü Odda əzab çəkəcəkləri halına!

38:28Страница 455

أَمۡ نَجۡعَلُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ كَٱلۡمُفۡسِدِينَ فِي ٱلۡأَرۡضِ أَمۡ نَجۡعَلُ ٱلۡمُتَّقِينَ كَٱلۡفُجَّارِ ٢٨

Неужели Мы уравняем тех, кто уверовал и совершал праведные деяния, с теми, кто распространял нечестие на земле? Или же Мы уравняем богобоязненных с грешниками?

Biz Allaha iman gətirən və Onun rəsuluna tabe olan, üstəlik, yax­şı işlər gö­rən kimsələri, küfr və asiliklər etməklə yer üzündə fitnə-fəsad törə­dən kimsə­lərə tay tu­marıq. Eləcə də, Rəbbinin əmrlərini yerinə yetirib Onun qadağan etdiyi əməllərdən çəkinərək Ondan qorxan kimsələri, günaha batmış kafirlərə və münafiqlərə tay tutmarıq. Onları bir-birinə tay tutmaq haqsızlıqdır və belə etmək uca Allaha yaraşmaz. Əksinə, Allah təqvalı möminləri Cənnətə daxil etməklə mükafatlandırar, bədbəxt kafirləri isə Cəhənnəmə daxil etməklə cəzalandırar. Onlar Allah yanında eyni deyillər deyə, əməllərinin əvəzi də Onun yanında eyni ola bilməz.

38:29Страница 455

كِتَٰبٌ أَنزَلۡنَٰهُ إِلَيۡكَ مُبَٰرَكٞ لِّيَدَّبَّرُوٓاْ ءَايَٰتِهِۦ وَلِيَتَذَكَّرَ أُوْلُواْ ٱلۡأَلۡبَٰبِ ٢٩

Это - благословенное Писание, которое Мы ниспослали тебе, дабы они размышляли над его аятами и дабы обладающие разумом помянули назидание.

Həqiqətən, bu Quran sənə nazil etdiyimiz xeyir və fayda ilə dolu bir Kitabdır ki, insanlar onun ayələrini araşdırıb mənaları barədə düşünsünlər və sağlam ağıl sahibləri də ondan ibrət götürsünlər.

38:30Страница 455

وَوَهَبۡنَا لِدَاوُۥدَ سُلَيۡمَٰنَۚ نِعۡمَ ٱلۡعَبۡدُ إِنَّهُۥٓ أَوَّابٌ ٣٠

Мы даровали Давуду (Давиду) Сулеймана (Соломона). Как прекрасен был этот раб! Воистину, он всегда обращался к Аллаху.

Biz Öz tərəfimizdən Davuda bir nemət olaraq və gözü aydın olsun deyə, oğlu Süleymanı bəxş etdik. Süleynman nə gözəl qul idi! O, Allaha tez-tez tövbə edər, Ona yalvarar və Ona üz tutardı.

38:31Страница 455

إِذۡ عُرِضَ عَلَيۡهِ بِٱلۡعَشِيِّ ٱلصَّٰفِنَٰتُ ٱلۡجِيَادُ ٣١

Однажды после полудня ему показали коней, бьющих копытами, быстроногих (или породистых).

Xatırla ki, bir dəfə əsr vaxtı ona üç ayağı üstündə durub dördüncü ayağını qaldıran qaçağan cins atlar göstərildi. Beləliklə də, o cins atların ona göstərilməsi ta günəş batanadək davam et.

38:32Страница 455

فَقَالَ إِنِّيٓ أَحۡبَبۡتُ حُبَّ ٱلۡخَيۡرِ عَن ذِكۡرِ رَبِّي حَتَّىٰ تَوَارَتۡ بِٱلۡحِجَابِ ٣٢

Он сказал: «Я продолжал отдавать предпочтение любви к добру перед поминанием моего Господа, пока оно (солнце) не скрылось за преградой.

Süleyman dedi: “Mən, gü­nəş üfüq­də batanadək mal-dövlətə - bu atlara olan sevgini Rəbbimi zikr etməkdən üstün tutdum və əsr namazını gecikdirdim.”

38:33Страница 455

رُدُّوهَا عَلَيَّۖ فَطَفِقَ مَسۡحَۢا بِٱلسُّوقِ وَٱلۡأَعۡنَاقِ ٣٣

Верните их ко мне!». А затем он стал рубить им голени и шеи.

Süleyman: “O atları yanı­ma qay­ta­rın!”– dedi və atları onun yanın gətirdilər. Süleyman qılıncla onların qıç­la­rı­nı və bo­yunlarını vurma­ğa başladı.

38:34Страница 455

وَلَقَدۡ فَتَنَّا سُلَيۡمَٰنَ وَأَلۡقَيۡنَا عَلَىٰ كُرۡسِيِّهِۦ جَسَدٗا ثُمَّ أَنَابَ ٣٤

Мы подвергли Сулеймана (Соломона) искушению и бросили на его трон тело (уродливое тело ребенка или дьявола), после чего он раскаялся (или вернулся к власти).

Biz Süleymanı sınağa çə­kib onun səltənət tax­tı­nın üstünə insan qiyafəsində olan bir şeytan qoyduq. Bu şeytan az bir müddət onun səltənətini idarə etdi. Sonra Allah, Süleymanın səltənəti özünə qayıtdı və şeytanları onun ixtiyarına verdi.

38:35Страница 455

قَالَ رَبِّ ٱغۡفِرۡ لِي وَهَبۡ لِي مُلۡكٗا لَّا يَنۢبَغِي لِأَحَدٖ مِّنۢ بَعۡدِيٓۖ إِنَّكَ أَنتَ ٱلۡوَهَّابُ ٣٥

Он сказал: «Господи! Прости меня и даруй мне такую власть, которая не будет подобать никому после меня. Воистину, Ты - Дарующий».

Süleyman dedi: “Ey Rəbbim! Mə­nim günahlarımı ba­ğış­la və mənə məxsusi olaraq elə bir səl­tə­nət ver ki, o, mən­dən sonra insanlardan heç kəsə nəsib olmasın. Ey Rəbbim, hə­qi­qə­tən, Sən çox bəx­şe­dənsən və olduqca səxavətli­sən.

38:36Страница 455

فَسَخَّرۡنَا لَهُ ٱلرِّيحَ تَجۡرِي بِأَمۡرِهِۦ رُخَآءً حَيۡثُ أَصَابَ ٣٦

Тогда Мы подчинили ему ветер, который нежно дул по его велению, куда бы он ни пожелал,

Biz onun duasını qəbul etdik və küləyi ona ram etdik. Külək onun əmri ilə istədiyi yerə rahatca gedirdi. Küləyin güclü olmasına və sürətlə hərəkət etməsinə rəğmən o, çox dağıdıcı olmurdu və Süleyman onu istədiyi tərəfə yönəldirdi.

38:37Страница 455

وَٱلشَّيَٰطِينَ كُلَّ بَنَّآءٖ وَغَوَّاصٖ ٣٧

а также дьяволов - всяких строителей, ныряльщиков

Həmçinin, şeytanları da ona ram etdik. Onlar onun əmrlərini yerinə yetirirdilər. Onlardan bəzisi bən­na­, bəzisi də dənizlərdən onun üçün mirvari çıxardan dalğıclar idi.

38:38Страница 455

وَءَاخَرِينَ مُقَرَّنِينَ فِي ٱلۡأَصۡفَادِ ٣٨

и прочих, связанных оковами.

Bir çox azğın şeytanlar da ona ram edilmişdi. Onların əl-ayağına zən­cir­lər vurulduğuna görə hərəkət edə bilmirdilər.

38:39Страница 455

هَٰذَا عَطَآؤُنَا فَٱمۡنُنۡ أَوۡ أَمۡسِكۡ بِغَيۡرِ حِسَابٖ ٣٩

Это - Наш дар. Оказывай милость или удерживай - расчета не будет (ты не будешь нести ответственность за то, что одарял дарами одних и не оказывал милости другим, или тебе будут дарованы блага без расчета).

Ey Süleyman, bu, sənin Bizdən istədiyinə cavab olaraq, Bizim sənə verdiyimiz hədiy­yə­mizdir! Bunlardan istə­diyinə ver­sən də, verməsən də, səndən (bu nemətlərdən istədiyinə) verib və ya vermədiyin barədə haqq-hesab tələb olun­ma­ya­caq­dır.”

38:40Страница 455

وَإِنَّ لَهُۥ عِندَنَا لَزُلۡفَىٰ وَحُسۡنَ مَـَٔابٖ ٤٠

Воистину, он приближен к Нам, и ему уготовано прекрасное место возвращения.

Həqiqətən, Süleyman Bizə yaxın olan­lar­dandır və onun üçün gözəl qayıdış yeri - Cənnət hazırlanmışdır.

38:41Страница 455

وَٱذۡكُرۡ عَبۡدَنَآ أَيُّوبَ إِذۡ نَادَىٰ رَبَّهُۥٓ أَنِّي مَسَّنِيَ ٱلشَّيۡطَٰنُ بِنُصۡبٖ وَعَذَابٍ ٤١

Помяни Нашего раба Айюба (Иова). Он воззвал к своему Господу: «Дьявол причинил мне вред и мучения!».

Ey Peyğəmbər, qulumuz Əyyubu da ya­da sal! Bir zaman o öz Rəbbi Allaha yal­varıb demişdi: “Şeytan mə­nə bəla və əzab toxundur­muş­dur!”

38:42Страница 455

ٱرۡكُضۡ بِرِجۡلِكَۖ هَٰذَا مُغۡتَسَلُۢ بَارِدٞ وَشَرَابٞ ٤٢

Ему было сказано: «Топни ногой! Вот прохладная вода для купания и питье».

Biz ona dedik: “Ayağını yerə vur!" O, ayağını yerə vurduqda, oradan onun üçün su çıxdı ki, o bu sudan içsin və onunla yuyunsun, beləliklə də, ona zərər və əziyyət verən şeylər ondan uzaq olsun.

38:43Страница 456

وَوَهَبۡنَا لَهُۥٓ أَهۡلَهُۥ وَمِثۡلَهُم مَّعَهُمۡ رَحۡمَةٗ مِّنَّا وَذِكۡرَىٰ لِأُوْلِي ٱلۡأَلۡبَٰبِ ٤٣

Мы даровали ему его семью и еще столько же вместе с ними по Нашей милости и как напоминание для обладающих разумом.

Biz onun duasını qəbul etdik, onun başına gəlmiş müsibəti ondan uzaqlaşdırdıq və ona həm övladlarını qaytardıq, həm də onlar qədər oğullar və nəvələr bəxş etdik ki, bu, Bizim tərəfimizdən onun üçün bir mərhəmət və səbir etdiyinə görə bir mükafat olsun, üstəlik, sağlam ağıl sa­hibləri də düşünsünlər ki, səbrin axırı sevinc və mükafatdır.

38:44Страница 456

وَخُذۡ بِيَدِكَ ضِغۡثٗا فَٱضۡرِب بِّهِۦ وَلَا تَحۡنَثۡۗ إِنَّا وَجَدۡنَٰهُ صَابِرٗاۚ نِّعۡمَ ٱلۡعَبۡدُ إِنَّهُۥٓ أَوَّابٞ ٤٤

Возьми в руку пучок, ударь им жену и не преступай клятвы». Воистину, Мы нашли его терпеливым. Как прекрасен был этот раб! Воистину, он всегда обращался к Аллаху.

Əyyub zövcəsinə qəzəbləndikdə və ona yüz çubuq vuracağına and içdikdə, Biz ona dedik: “Ey Əyyub, an­dı­nı yerini yetirmək üçün əlinə bir bağlama çubuq götür onu bir kərə vur və andını pozma.” Əyyub əlinə bir bağlama çubuq götürüb onu vurdu. Həqiqətən, Biz onun, Bizim ona göndərdiyimiz imtahana səbir etdiyini gör­dük. O, daim Allaha töbvə edər və Ona üz tutardı.

38:45Страница 456

وَٱذۡكُرۡ عِبَٰدَنَآ إِبۡرَٰهِيمَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَ أُوْلِي ٱلۡأَيۡدِي وَٱلۡأَبۡصَٰرِ ٤٥

Помяни Наших рабов Ибрахима (Авраама), Исхака (Исаака) и Йакуба (Иакова), могучих и прозорливых.

Ey Peyğəmbr, seçib elçi göndərdiyimiz qul­larımızı - İbrahimi, İshaqı və Yəqubu da yada sal! Onlar Allaha itaət etməyə və Onun rizasını qazanmağa qadir idilər, üstəlik, haqqı görən düzgün bəsirət sahibləri idilər.

38:46Страница 456

إِنَّآ أَخۡلَصۡنَٰهُم بِخَالِصَةٖ ذِكۡرَى ٱلدَّارِ ٤٦

Мы избрали их за то, что они искренне поминали Последнюю обитель.

Biz onlara məxsusi olaraq bir xislət bəxş edik. Bu da, onların qəlbinin axirət yurdunu anması, o günə hazırlıq olaraq yaxşı işlər görmələri və insanları o günə hazırlıq görmək üçün yaxşı işlər görməyə dəvət etmələridir.

38:47Страница 456

وَإِنَّهُمۡ عِندَنَا لَمِنَ ٱلۡمُصۡطَفَيۡنَ ٱلۡأَخۡيَارِ ٤٧

Воистину, они у Нас - в числе избранных, лучших.

Həqiqətən, onlar Bizim yanı­mız­da, Bizə itaət və ibadət etmək, üstəlik, risalətimizi daşımaq və onu insanlara təbliğ etmək üçün seçdiyimiz ən yaxşı kimsələrdəndirlər.

38:48Страница 456

وَٱذۡكُرۡ إِسۡمَٰعِيلَ وَٱلۡيَسَعَ وَذَا ٱلۡكِفۡلِۖ وَكُلّٞ مِّنَ ٱلۡأَخۡيَارِ ٤٨

Помяни Исмаила (Измаила), Альясу (Елисея) иЗулькифла. Все они принадлежат к числу лучших.

Ey Peyğəmbər, İbrahimin oğlu İsmaili, əl-Yəsəi və Zülkifli də yada sal və onları ən gözəl təriflə tərif et! Onlar tərif olunmağa layiqdirlər. Onların ha­mısı Allah yanında, seşilmiş kim­sələrdəndir.

38:49Страница 456

هَٰذَا ذِكۡرٞۚ وَإِنَّ لِلۡمُتَّقِينَ لَحُسۡنَ مَـَٔابٖ ٤٩

Это - Напоминание, и богобоязненным уготовано прекрасное место возвращения -

Bu, onlar üçün Quranda xatırlanan gözəl tərifdir. Allahın buyuruqlarını yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qorxanları Axirət yurdunda gözəl qa­yı­dış ye­ri göz­lə­yir.

38:50Страница 456

جَنَّٰتِ عَدۡنٖ مُّفَتَّحَةٗ لَّهُمُ ٱلۡأَبۡوَٰبُ ٥٠

сады Эдема, врата которых будут раскрываться перед ними.

Bu gözəl qayıdış yeri cənnətlərdir. O qərar tutulacaq yer ki, onlar ora qiyamət günü daxil olacaqlar və onun qapıları onlar üçün təntənə ilə açılacaq.

38:51Страница 456

مُتَّكِـِٔينَ فِيهَا يَدۡعُونَ فِيهَا بِفَٰكِهَةٖ كَثِيرَةٖ وَشَرَابٖ ٥١

Они будут возлежать там, прислонившись, и просить принести им множество фруктов и питье.

Onlar orada özləri üçün bəzədilmiş taxtlara dir­səklənəcək və öz xidmətçilərindən tələb edəcəklər ki, onlar üçün istədikləri növbənöv çoxlu meyvələr, üstəlik, şərab və s. içkilər gətirsinlər.

38:52Страница 456

۞ وَعِندَهُمۡ قَٰصِرَٰتُ ٱلطَّرۡفِ أَتۡرَابٌ ٥٢

Рядом с ними будут сверстницы с потупленными взорами.

Onların yanında gözlərini ərindən çəkməyən, başqalarına meyl etməyən həmyaşıd qadınlar olacaq.

38:53Страница 456

هَٰذَا مَا تُوعَدُونَ لِيَوۡمِ ٱلۡحِسَابِ ٥٣

Это - то, что обещано вам ко Дню расчета.

Ey müttəqilər, bu, dünyada etdiyiniz saleh əməllərin əvəzi olaraq sizə qiyamət günü üçün vəd olunan gözəl mükafatdır.

38:54Страница 456

إِنَّ هَٰذَا لَرِزۡقُنَا مَا لَهُۥ مِن نَّفَادٍ ٥٤

Это - Наш неиссякаемый удел.

Zikr etdiyimiz bu mükafat, həqiqətən də, Bizim qiyamət günü müttəqilərə verdiyi­miz ruzidir. O, davamlı ruzidir, nə tükənər, nə də bitər.

38:55Страница 456

هَٰذَاۚ وَإِنَّ لِلطَّٰغِينَ لَشَرَّ مَـَٔابٖ ٥٥

Вот так! Воистину, для преступивших границы дозволенного уготовано скверное место возвращения -

Bu zikr etdiyimiz, müttəqilərin mükafatıdır. Küfr və asilik etməklə Allahın hüdudlarını aşan kimsələri isə müttəqilərin mükafatından fərli olan bir cəza gözləyir. Qiyamət günü onlar üçün pis qayıdış yeri vardır.

38:56Страница 456

جَهَنَّمَ يَصۡلَوۡنَهَا فَبِئۡسَ ٱلۡمِهَادُ ٥٦

Геенна, в которой они будут гореть. Как же скверно это ложе!

Bu cəza, onları hər tərəfdən bürüyəcək, istisi və alovu onları yandırıb-yaxacaq Cə­hən­nəmdir. Onların yatağı Cəhənnəm odundan olacaqdır. Onların yatağı nə pis yataqdır!

38:57Страница 456

هَٰذَا فَلۡيَذُوقُوهُ حَمِيمٞ وَغَسَّاقٞ ٥٧

Это - кипяток и гной. Пусть же они вкушают его.

Bu əzab, olduqca qaynar su və Cəhənnəmdə əzab çəkən kimsələrin bədənindən axan irindir. Qoy onu içsinlər! Bu, onların susuzluğunu yatırmayan bir içkidir.

38:58Страница 456

وَءَاخَرُ مِن شَكۡلِهِۦٓ أَزۡوَٰجٌ ٥٨

Им уготованы и другие виды подобных мучений.

Onlar üçün əzabın buna bənzər başqa növləri də vardır. Onlar üçün neçə-neçə başqa əzablar da var ki, onlar axirətdə ona düçar olacaqlar.

38:59Страница 456

هَٰذَا فَوۡجٞ مُّقۡتَحِمٞ مَّعَكُمۡ لَا مَرۡحَبَۢا بِهِمۡۚ إِنَّهُمۡ صَالُواْ ٱلنَّارِ ٥٩

Неверующие скажут: «Вот толпа, ввергаемая вместе с вами. Нет им приветствия! Воистину, они будут гореть в Огне!».

Cəhənnəm əhli atəşə düçar olduqdan sonra onlar öz aralarında höcətləşib bir-birilərini söyəcək və bir-birilərindən uzaq olduqlarını deyəcəklər. Onlardan bəzisi deyəcək: “Bu, sizinlə birlikdə Cəhənnə­mə gi­rən dəstə­dir." O biriləri də onlara belə cavab verəcəklər: “Onlara salam olma­sın! Şübhəsiz ki, biz odda əzab çəkdiyimiz kimi, onlar da odda əzab çəkəcəklər”.

38:60Страница 456

قَالُواْ بَلۡ أَنتُمۡ لَا مَرۡحَبَۢا بِكُمۡۖ أَنتُمۡ قَدَّمۡتُمُوهُ لَنَاۖ فَبِئۡسَ ٱلۡقَرَارُ ٦٠

Они скажут: «О нет! Это вам не будет приветствия! Это вы преподнесли его нам. Как же скверно это местопребывание!».

Tabe olanlar öz başçılarına deyəcəklər: “Xeyr, si­zin özünüzə salam ol­ma­sın, ey başçılar! Bizim bu ağrılı-acılı əzaba düçar olmağımıza səbəbkar sizsiniz. Siz bizi azdırıb yoldan çıxardırdınız. Onların hamısının qərar tutacağı bu Cəhənnəm odu, necə də pis qə­rar tutulan yer­dir!”

38:61Страница 456

قَالُواْ رَبَّنَا مَن قَدَّمَ لَنَا هَٰذَا فَزِدۡهُ عَذَابٗا ضِعۡفٗا فِي ٱلنَّارِ ٦١

Они скажут: «Господь наш! Приумножь многократно мучения в Огне тем, кто преподнес это нам».

Tabe olanlar deyəcəklər: “Ey Rəbbimiz! Bizə doğru yol göstəricisi gəldikdən sonra kim bizi azdırmışdırsa, onun Cəhənnəm atəşindəki əzabını ikiqat et!”

38:62Страница 457

وَقَالُواْ مَا لَنَا لَا نَرَىٰ رِجَالٗا كُنَّا نَعُدُّهُم مِّنَ ٱلۡأَشۡرَارِ ٦٢

Они скажут: «Что с нами? Почему мы не видим мужей, которых мы считали плохими?

Azğın təkəbbürlü kimsələr deyəcəklər: “Bizə nə olub ki, dünyada ikən bədbəxt insanlar saydı­ğımız və Cəhənnəm əhlindən olacaqlarını güman etdiyimiz kəsləri yanımızda - bu atəşin içində görmürük?

38:63Страница 457

أَتَّخَذۡنَٰهُمۡ سِخۡرِيًّا أَمۡ زَاغَتۡ عَنۡهُمُ ٱلۡأَبۡصَٰرُ ٦٣

Неужели мы несправедливо глумились над ними? Или же просто взоры не падают на них?».

Bizim onları lağa qoymağımız və onlara istehza etməyimiz yanlış idimi ki, onlar əzaba düçar olmayıblar?! Yoxsa, bizim onlara istehza etməyimiz doğru idi və onlar da Cəhənnəmə düşüblər, lakin gö­zümüzə dəy­mirlər?!”

38:64Страница 457

إِنَّ ذَٰلِكَ لَحَقّٞ تَخَاصُمُ أَهۡلِ ٱلنَّارِ ٦٤

Воистину, препирательство обитателей Огня является истиной.

Qiyamət günü kafirlərin öz aralarında höcətləş­məsi barədə söylədiklərimiz, əlbəttə ki, içində heç bir şəkk-şübhə olmayan bir hə­qiqətdir.

38:65Страница 457

قُلۡ إِنَّمَآ أَنَا۠ مُنذِرٞۖ وَمَا مِنۡ إِلَٰهٍ إِلَّا ٱللَّهُ ٱلۡوَٰحِدُ ٱلۡقَهَّارُ ٦٥

Скажи: «Я - всего лишь предостерегающий увещеватель. Нет божества, кроме Единственного и Всемогущего Аллаха,

Ey Muhəmməd, qövmünün kafirlərinə de: “Mən sizi, Allaha küfr etdiyinizə və Onun peyğəmbərlərini yalançı saydığınıza görə, Allahın əzabına düçar olacağınız barədə xəbər­darlıq edə­nəm. Əzəməti, sifətləri və isimləri xüsusunda tək olan, hər şeyə üstün gə­lən və hər şeyi Özünə ram edən pak və müqəddəs Allahdan başqa iba­də­tə layiq olan məbud yoxdur”.

38:66Страница 457

رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا ٱلۡعَزِيزُ ٱلۡغَفَّٰرُ ٦٦

Господа небес, земли и того, что между ними, Могущественного, Всепрощающего».

O, göylərin, yerin və onların arasında olanların Rəbbidir. O Öz səltənətində yenilməz qüvvət sahibidir, üstəlik, tövbə edən qullarını bağışlayandır.

38:67Страница 457

قُلۡ هُوَ نَبَؤٌاْ عَظِيمٌ ٦٧

Скажи: «Это - великая весть,

Ey Peyğəmbər, haqqı yalan sayan o kəslərə de: “Bu Quran böyük bir xəbərdir.

38:68Страница 457

أَنتُمۡ عَنۡهُ مُعۡرِضُونَ ٦٨

от которой вы отворачиваетесь.

Siz isə bu böyük xəbərdən üz döndə­rirsiniz, ona tərəf heç üz tutmursunuz.

38:69Страница 457

مَا كَانَ لِيَ مِنۡ عِلۡمِۭ بِٱلۡمَلَإِ ٱلۡأَعۡلَىٰٓ إِذۡ يَخۡتَصِمُونَ ٦٩

У меня не было знания о том, как препирались в высшем сонме.

Əgər Allah mənə vəhy nazil edib məni öyrətməsəydi, mələklərin Adəmin yaradılışı haqqında öz aralarında etdikləri söhbətdən mənim xəbərim olmazdı.

38:70Страница 457

إِن يُوحَىٰٓ إِلَيَّ إِلَّآ أَنَّمَآ أَنَا۠ نَذِيرٞ مُّبِينٌ ٧٠

Мне внушается в откровении только то, что я - всего лишь предостерегающий и разъясняющий увещеватель».

Allah bu xəbərləri mənə, yalnız Onun əzabı ilə açıq-aydın qorxudan bir peyğəmbər olduğum üçün vəhy edir".

38:71Страница 457

إِذۡ قَالَ رَبُّكَ لِلۡمَلَٰٓئِكَةِ إِنِّي خَٰلِقُۢ بَشَرٗا مِّن طِينٖ ٧١

Вот твой Господь сказал ангелам: «Я создам человека из глины.

Xatırla ki, bir zaman sənin Rəbbin mələk­lə­rə belə demişdi: “Mən palçıqdan bir in­san yarada­ca­ğam - yəni Adəmi (aleyhissəlam).

38:72Страница 457

فَإِذَا سَوَّيۡتُهُۥ وَنَفَخۡتُ فِيهِ مِن رُّوحِي فَقَعُواْ لَهُۥ سَٰجِدِينَ ٧٢

Когда же Я придам ему соразмерный облик и вдохну в него от Моего духа, то падите перед ним ниц».

Mən onun yaradılışını tamamlayıb insan şəklinə saldığım və ona Öz ruhum­dan üfürdüyüm zaman ona səcdə edin!”

38:73Страница 457

فَسَجَدَ ٱلۡمَلَٰٓئِكَةُ كُلُّهُمۡ أَجۡمَعُونَ ٧٣

Все ангелы без исключения пали ниц,

Mələklər Rəbbinin əmrini yerinə yetirib hamısı bir­lik­də Adəmə hörmət əlaməti olaraq səcdə etdi. Beləliklə də, aralarında Adəmə səcdə etməyən birisi qalmadı.

38:74Страница 457

إِلَّآ إِبۡلِيسَ ٱسۡتَكۡبَرَ وَكَانَ مِنَ ٱلۡكَٰفِرِينَ ٧٤

кроме Иблиса, который возгордился и стал одним из неверующих.

Yalnız İblisdən başqa! O, səcdə etməyə təkəb­bür göstərdi və Rəbbinin əmrinə boyun əyməyə tökəbbür göstərdiyinə görə kafirlər­dən oldu.

38:75Страница 457

قَالَ يَٰٓإِبۡلِيسُ مَا مَنَعَكَ أَن تَسۡجُدَ لِمَا خَلَقۡتُ بِيَدَيَّۖ أَسۡتَكۡبَرۡتَ أَمۡ كُنتَ مِنَ ٱلۡعَالِينَ ٧٥

Он сказал: «О Иблис! Что помешало тебе пасть ниц перед тем, кого Я сотворил Своими обеими Руками? Ты возгордился или же принадлежишь к числу превозносящихся?».

Allah buyurdu: “Ey İblis! Sə­nə Mə­nim iki əlimlə yaratdı­ğı­ma Adəmə səc­də etməyə nə ma­ne oldu? Səcdə etməyə sənə təkəbbür mane oldu, yoxsa sən elə bundan əvvəl də, Rəbbinə qarşı təkəbbür göstərən və özünü yük­sək tutan birisi idin?”

38:76Страница 457

قَالَ أَنَا۠ خَيۡرٞ مِّنۡهُ خَلَقۡتَنِي مِن نَّارٖ وَخَلَقۡتَهُۥ مِن طِينٖ ٧٦

Иблис сказал: «Я лучше него. Ты сотворил меня из огня, а его сотворил из глины».

İblis dedi: “Mən Adəmdən daha xe­yirliyəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!”. Bu İblisin, odun palçıqdan daha üstün ünsür olduğunu iddia etməsinə görə idi.

38:77Страница 457

قَالَ فَٱخۡرُجۡ مِنۡهَا فَإِنَّكَ رَجِيمٞ ٧٧

Аллах сказал: «Изыди, и отныне ты будешь изгнан и побит.

Allah İblisə belə buyurdu: “Cənnətdən çıx! Sən artıq rəh­mətimdən qovulmuş və məzəmmət olunmuş birisən!

38:78Страница 457

وَإِنَّ عَلَيۡكَ لَعۡنَتِيٓ إِلَىٰ يَوۡمِ ٱلدِّينِ ٧٨

И проклятие Мое пребудет над тобой до Дня воздаяния».

Haqq-hesab gününədək - qiyamətə qədər Cənnətdən qovulmuş olacaqsan!”

38:79Страница 457

قَالَ رَبِّ فَأَنظِرۡنِيٓ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ ٧٩

Иблис сказал: «Господи! Предоставь мне отсрочку до того дня, когда они будут воскрешены».

İblis dedi: “Ey Rəbbim! Qullarını di­rildəcəyin günə qə­dər mə­nə möhlət ver, məni öldürmə.”

38:80Страница 457

قَالَ فَإِنَّكَ مِنَ ٱلۡمُنظَرِينَ ٨٠

Аллах сказал: «Воистину, ты - один из тех, кому предоставлена отсрочка

Allah buyurdu: “Sən möhlət verilən­lərdənsən.

38:81Страница 457

إِلَىٰ يَوۡمِ ٱلۡوَقۡتِ ٱلۡمَعۡلُومِ ٨١

до дня, срок которого определен».

Həlak olacağına dair təyin edilmiş məlum olan günə qədər!”

38:82Страница 457

قَالَ فَبِعِزَّتِكَ لَأُغۡوِيَنَّهُمۡ أَجۡمَعِينَ ٨٢

Иблис сказал: «Клянусь Твоим могуществом! Я совращу их всех,

İblis dedi: “Sənin qüd­rə­tinə və qüvvətinə and olsun ki, Adəm övladlarının ha­mı­sını yol­dan çı­xa­racağam;

38:83Страница 457

إِلَّا عِبَادَكَ مِنۡهُمُ ٱلۡمُخۡلَصِينَ ٨٣

кроме Твоих избранных (или искренних) рабов».

Yalnız Sənin mənim hiyləmdən qoruduğun və təkcə Öz ibadətin üçün seçdiyin qullarından başqa!”

38:84Страница 458

قَالَ فَٱلۡحَقُّ وَٱلۡحَقَّ أَقُولُ ٨٤

Аллах сказал: «Вот истина! Я говорю только истину.

Uca Allah buyurdu: “Mənim dediyim haqdır! Mən yal­nız haqqı deyirəm. Mən haqdan başqa bir söz demirəm.

38:85Страница 458

لَأَمۡلَأَنَّ جَهَنَّمَ مِنكَ وَمِمَّن تَبِعَكَ مِنۡهُمۡ أَجۡمَعِينَ ٨٥

Я непременно заполню Геенну тобою и всеми, кто последует за тобою».

Qiyamət günü Mən Cəhənnəmi səninlə və sənin küfründə sənə tabe olan Adəm övladlarının hamısı ilə doldura­ca­ğam!”

38:86Страница 458

قُلۡ مَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٖ وَمَآ أَنَا۠ مِنَ ٱلۡمُتَكَلِّفِينَ ٨٦

Скажи: «Я не прошу у вас за это никакого вознаграждения и не обременяю себя измышлениями.

Ey Peyğəmbər, o müşriklərə de: “Mən sizə təbliğ etdiyim nəsihətlərin əvəzinə siz­dən heç bir mükafat istəmirəm və mənim, özümə əmr edilənlərdən artıq bir şey təbliğ etməyə ixtiyarım çatmır.

38:87Страница 458

إِنۡ هُوَ إِلَّا ذِكۡرٞ لِّلۡعَٰلَمِينَ ٨٧

Это - не что иное, как Напоминание для миров.

Bu, Quran (ibadət etmək üçün) mükəlləf edilmiş insanlar və cinlər üçün ancaq bir xatırlatmadır.

38:88Страница 458

وَلَتَعۡلَمُنَّ نَبَأَهُۥ بَعۡدَ حِينِۭ ٨٨

А вы непременно узнаете весть о нем через определенное время».

Siz bir müddətdən sonra - öləcəyiniz zaman, bu Quranın verdiyi xəbərin və bu xəbərin doğru olduğunu mütləq biləcəksiniz!”

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English