Аль-МухтасарАз‑Зумар · 39:1–69

Аль-Мухтасар · Тафсир · на азербайджанском

الزمر

Аз-Зумар

Толпы · Мекканская · 75 аятов

39:1Страница 458

تَنزِيلُ ٱلۡكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡحَكِيمِ ١

Писание ниспослано от Аллаха Могущественного, Мудрого.

Quran, başqası tərəfindən deyil, əksinə, heç kəsin üstün gələ bilməyəcəyi Qüdrətli, həm də, yaratmaq, işləri idarə etmək və həmçinin şəri əhkamların təyin edilməsi xüsusunda Müdrik olan Allah tərəfindən nazil edilmişdir.

39:2Страница 458

إِنَّآ أَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ فَٱعۡبُدِ ٱللَّهَ مُخۡلِصٗا لَّهُ ٱلدِّينَ ٢

Мы ниспослали тебе Писание с истиной. Поклоняйся же Аллаху, очищая перед Ним веру.

Ey Peyğəmbər, Biz Quranı sənə haqq olaraq nazil etdik. Onun içindəki xəbərlərin hamısı doğru, hökmlərinin də, hamısı ədalətləidir. Buna görə sən də, dini Tək Allaha aid edib şirkdən uzaq durararq yalnız Ona ibadət et!

39:3Страница 458

أَلَا لِلَّهِ ٱلدِّينُ ٱلۡخَالِصُۚ وَٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَ مَا نَعۡبُدُهُمۡ إِلَّا لِيُقَرِّبُونَآ إِلَى ٱللَّهِ زُلۡفَىٰٓ إِنَّ ٱللَّهَ يَحۡكُمُ بَيۡنَهُمۡ فِي مَا هُمۡ فِيهِ يَخۡتَلِفُونَۗ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَنۡ هُوَ كَٰذِبٞ كَفَّارٞ ٣

Воистину, чистая вера может быть посвящена одному Аллаху. А те, которые взяли себе вместо Него других покровителей и помощников, говорят: «Мы поклоняемся им только для того, чтобы они приблизили нас к Аллаху как можно ближе». Аллах рассудит их в том, в чем они расходились во мнениях. Воистину, Аллах не ведет прямым путем тех, кто лжет и не верует.

Doğrusu, şirkdən uzaq olan xalis din yalnız Allaha məxsusdur. Allahdan başqa bütləri və tağutları özlərinə dost tutan və Allahı qoyub onlara ibadət edən kimsələr, onlara ibadət etmələrinə haqq qazandlrmaq üçün: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar, bizim istəklərimizi Allaha çatdırsınlar və Onun yanında bizim üçün şəfaətçilik etsinlər deyə ibadət edirik”– deyirlər. Şübhəsiz ki, qiyamət günü Allah, təkcə Ona ibadət edən möminlərlə Ona şərik qoşan kafirlər arasında ixtilafda olduqları tövhid barədə onların arasında hökm verəcəkdir. Həqiqətən də, Allaha qarşı yalan uydurub Ona şərik nisbət edən və Allahın ona verdiyi nemətə qarşı nankor olan kimsəni doğru yola müvəffəq etməz.

39:4Страница 458

لَّوۡ أَرَادَ ٱللَّهُ أَن يَتَّخِذَ وَلَدٗا لَّٱصۡطَفَىٰ مِمَّا يَخۡلُقُ مَا يَشَآءُۚ سُبۡحَٰنَهُۥۖ هُوَ ٱللَّهُ ٱلۡوَٰحِدُ ٱلۡقَهَّارُ ٤

Если бы Аллах захотел иметь детей, то Он избрал бы из Своих творений того, кого бы пожелал. Пречист Он! Он - Аллах, Единственный, Всемогущий.

Əgər Allah Özünə övlad götürmək istəsəydi, yaratdıqlarından istədiyini seçib onu övlad edərdi. Allah pakdır, müqəddəsdir və o müşriklərin dediklərindən uzaqdır. O, həm zatı, həm sifətləri, həm də isimləri xüsusunda Tək ilahdır və bu xüsusiyyətlərdə Onun heç bir şəriki yoxdur. O, bütün yaratdıqlarına qarşı mütləq qalib gələndir.

39:5Страница 458

خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّۖ يُكَوِّرُ ٱلَّيۡلَ عَلَى ٱلنَّهَارِ وَيُكَوِّرُ ٱلنَّهَارَ عَلَى ٱلَّيۡلِۖ وَسَخَّرَ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَۖ كُلّٞ يَجۡرِي لِأَجَلٖ مُّسَمًّىۗ أَلَا هُوَ ٱلۡعَزِيزُ ٱلۡغَفَّٰرُ ٥

Он сотворил небеса и землю ради истины. Он обвивает ночью день и обвивает днем ночь. Он подчинил солнце и луну. Все они движутся к назначенному сроку. Воистину, Он - Могущественный, Всепрощающий.

O, göyləri və yeri zalımların: "bunlar əbəs yerə yaranmışdır"- dediyi kimi yox, ən kamil məqsəd üçün yaratmışdır. O, ge­cə­ni gün­düzə qatır, gün­düzü də gecəyə qatır. Belə ki, onlardan bir gəldikdə, digəri gözdən itib gedir, O, günəşi və ayı ram etmişdir. Onların hər biri müəyyən olunmuş vaxta­dək - bu dünya həyatı sona yetişənədək hərəkət edər. Bil ki, pak və müqəddəs Allah Qüdrət­lidir - düşmənlərindən intiqam almağa qadirdir və heç kəs Ona üstün gələ bilməz, habelə, qullarından Ona tövbə edən kimsələrin günahlarını Bağışlayandır.

39:6Страница 459

خَلَقَكُم مِّن نَّفۡسٖ وَٰحِدَةٖ ثُمَّ جَعَلَ مِنۡهَا زَوۡجَهَا وَأَنزَلَ لَكُم مِّنَ ٱلۡأَنۡعَٰمِ ثَمَٰنِيَةَ أَزۡوَٰجٖۚ يَخۡلُقُكُمۡ فِي بُطُونِ أُمَّهَٰتِكُمۡ خَلۡقٗا مِّنۢ بَعۡدِ خَلۡقٖ فِي ظُلُمَٰتٖ ثَلَٰثٖۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡ لَهُ ٱلۡمُلۡكُۖ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ فَأَنَّىٰ تُصۡرَفُونَ ٦

Он создал вас из одного человека. Он сотворил из него жену и ниспослал для вас из скотины восемь животных парами. Он создает вас в утробах ваших матерей: одно творение появляется вслед за другим в трех мраках. Таков Аллах, ваш Господь. Ему принадлежит власть. Нет божества, кроме Него. До чего же вы отвращены от истины!

Ey insanlar, Rəbbiniz sizi tək bir nə­fər­dən - Adəmdən yaratdı. Sonra Adəmdən onun zöv­cə­si Həvvanı yaratdı. O sizin üçün səkkiz cüt heyvan - dəvə, inək, qoyun və keçi xəlq etdi - hər növündən erkək və dişi yaratdı. Pak və müqəddəs Allah sizi analarınızın bətnində üç zülmət - bətn, uşaqlıq və cift içərisində yaranışdan-yaranışa salaraq yaradır. Bütün bunları yaradan, sizin Rəb­bi­niz olan Allah­dır. Mülk yalnız Ona məx­sus­dur. On­dan başqa ibadə­tə layiq olan heç bir məbud yox­dur. Siz necə Ona ibadət etməkdən üz döndərib, heç bir şey yaratmayan, əksinə, özləri yaradılmış olan məxluqlara ibadət edirsiniz?!

39:7Страница 459

إِن تَكۡفُرُواْ فَإِنَّ ٱللَّهَ غَنِيٌّ عَنكُمۡۖ وَلَا يَرۡضَىٰ لِعِبَادِهِ ٱلۡكُفۡرَۖ وَإِن تَشۡكُرُواْ يَرۡضَهُ لَكُمۡۗ وَلَا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰۚ ثُمَّ إِلَىٰ رَبِّكُم مَّرۡجِعُكُمۡ فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَۚ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ٧

Если вы не уверуете, то ведь Аллах не нуждается в вас. Он не одобряет неверия для Своих рабов. А если вы будете благодарны, то Он одобрит для вас это. Ни одна душа не понесет чужого бремени. Затем вам предстоит вернуться к вашему Господу, и Он поведает вам о том, что вы совершали. Воистину, Он ведает о том, что в груди.

Ey insanlar, əgər Rəbbinizə küfr etsəniz, bilin ki, Allah sizin iman gətirmənizə möhtac deyildir və sizin küfr etməyiniz də Ona zərər verməz, əksinə, sizin etdiyiniz küfrün zərəri yalnız özünüzə qayıdar. Qulla­rı­nın Ona küfr etməsi Ona xoş getməz və O, Öz qullarına küfr etməyi əsla buyur­maz. Belə ki, Allah murdar əmələri və günah işləri əmr etməz. Əgər Allahın sizə əta etdiyi nemətlərə görə Ona şükür et­sə­niz və Ona iman gətirsəniz, O, bu şükrünüzə görə siz­dən razı qalar və buna görə sizə mükafat verər. Heç bir kəs başqa birisinin günahını da­şı­maz, əksinə, hər kəs özünün qazandığı günahın girovudur. Son­ra qiyamət günü siz yalnız Rəbbini­zin hüzuruna qayıdacaqsınız. O sizə dünyada ikən nə əməllər etdiyinizi bildirəcək və sizə etdiyiniz əməllərin əvəzini verəcək. Həqi­qə­tən, pak və müqəddəs Allah, qullarının qəlbində olanları bilir və qəlblərdə olanlardan heç bir şey Ona gizli qalmaz.

39:8Страница 459

۞ وَإِذَا مَسَّ ٱلۡإِنسَٰنَ ضُرّٞ دَعَا رَبَّهُۥ مُنِيبًا إِلَيۡهِ ثُمَّ إِذَا خَوَّلَهُۥ نِعۡمَةٗ مِّنۡهُ نَسِيَ مَا كَانَ يَدۡعُوٓاْ إِلَيۡهِ مِن قَبۡلُ وَجَعَلَ لِلَّهِ أَندَادٗا لِّيُضِلَّ عَن سَبِيلِهِۦۚ قُلۡ تَمَتَّعۡ بِكُفۡرِكَ قَلِيلًا إِنَّكَ مِنۡ أَصۡحَٰبِ ٱلنَّارِ ٨

Когда человека коснется вред, он взывает к своему Господу, обращаясь к Нему одному. Когда же Он предоставляет ему благо от Себя, человек забывает Того, к Кому он взывал прежде (или забывает то, ради чего он взывал прежде), и равняет с Аллахом других, чтобы сбить других с Его пути. Скажи: «Попользуйся благами со своим неверием немного! Воистину, ты будешь одним из обитателей Огня».

Kafir kimsəyə bir zərər toxun­duq­da - xəstələndikdə, yaxud malını itirdikdə, yaxud da suda batmqa qorxusu olduqda, pak və müqəddəs Rəb­binə üz tutub təkcə Ona yalvararaq bu bəlanı ondan sovuşdurmasını diləyir. Sonra Allah ona nemət bəxş etdikdə - yəni, ona üz vermiş bəlanı ondan uzaqlaşdırdıqda, o,bəla gəldiyi vaxt yalvardı­ğı Allahı unu­dur və başqalarını Allahın yolundan azdırmaq üçün Allahı qoyub Ondan başqa ibadət ediləcək şə­rik­lər qəbul edir. Ey Peyğəmbər, bu şirkə yol verən kimsələrə de: “Ömrünün qalan hissəsini küf­­r etməklə keçin, bu, az bir zamandır. Şübhəsiz ki, qiyamət günü sən, - dost dostunun yanında olduğu kimi, - Cəhənnəm atəşi içində onun sakinlərindən olacaqsan!”

39:9Страница 459

أَمَّنۡ هُوَ قَٰنِتٌ ءَانَآءَ ٱلَّيۡلِ سَاجِدٗا وَقَآئِمٗا يَحۡذَرُ ٱلۡأٓخِرَةَ وَيَرۡجُواْ رَحۡمَةَ رَبِّهِۦۗ قُلۡ هَلۡ يَسۡتَوِي ٱلَّذِينَ يَعۡلَمُونَ وَٱلَّذِينَ لَا يَعۡلَمُونَۗ إِنَّمَا يَتَذَكَّرُ أُوْلُواْ ٱلۡأَلۡبَٰبِ ٩

Неужели тот, кто смиренно проводит ночные часы, падая ниц и стоя, страшась Последней жизни и надеясь на милость своего Господа, равен неверующему? Скажи: «Неужели равны те, которые знают, и те, которые не знают?». Воистину, поминают назидание только обладающие разумом.

Məgər Allaha itaət edib gecə saatlarını səc­də edərək və ayaq üstə du­ra­raq ibadət içində ke­çirən, üstəlik, axi­rət­ əzabından qorxan və Rəbbinin rəhmətinə ümid bəs­ləyən kimsə xeyirlidir, yoxsa çətin vaxtda Allaha ibadət edən, xoş gün-güzəranı olduqda isə Ona küfr edən və Allaha şəriklər qoşan o kafir?! Ey Peyğəmbər, de: “Məgər Allahı tanıdıqlarına görə Allahın onlara vacib buyuruduqlarını bilənlərlə, bu haqda heç nə bilmə­yən­lər ey­ni ola bilər­mi?! Bu iki firqə arasında olan fərqi yalnız salamat ağıl sahibləri bilər.”

39:10Страница 459

قُلۡ يَٰعِبَادِ ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ رَبَّكُمۡۚ لِلَّذِينَ أَحۡسَنُواْ فِي هَٰذِهِ ٱلدُّنۡيَا حَسَنَةٞۗ وَأَرۡضُ ٱللَّهِ وَٰسِعَةٌۗ إِنَّمَا يُوَفَّى ٱلصَّٰبِرُونَ أَجۡرَهُم بِغَيۡرِ حِسَابٖ ١٠

Скажи Моим рабам, которые уверовали: «Бойтесь вашего Господа! Тем, которые совершили добро в этом мире, уготовано добро. Земля Аллаха обширна. Воистину, терпеливым их награда воздастся полностью без счета».

Ey Peyğəmbər, Mənə və Mənim göndərdiyim elçilərə iman gətirmiş qullarıma de: “Rəb­binizin əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Ondan qor­xun! Sizlərdən bu dünyada yaxşılıq edən­ləri dünyada ikən gözəl nemətlər - zəfər, sağlamlıq və mal-dövlət, axirətdə isə Cənnət göz­ləyir. Alla­hın yaratdığı yer üzü ge­niş­dir. Elə isə hicrət edin ki, Allaha ibadət etmək üçün yer tapasınız. Heç nə sizə mane ola bilməz. Səbir edənlərin savabı qiyamət günündə çox çeşidli olduğundan dolayı sayız-hesabsız verilə­cək­dir.”

39:11Страница 460

قُلۡ إِنِّيٓ أُمِرۡتُ أَنۡ أَعۡبُدَ ٱللَّهَ مُخۡلِصٗا لَّهُ ٱلدِّينَ ١١

Скажи: «Мне велено поклоняться Аллаху, очищая перед Ним веру.

Ey Peyğəmbər, de: “Allah mənə əmr etmişdir ki, dini yalnız Ona məxsus edərək yalnız Ona iba­dət edim.

39:12Страница 460

وَأُمِرۡتُ لِأَنۡ أَكُونَ أَوَّلَ ٱلۡمُسۡلِمِينَ ١٢

Мне также велено быть первым из мусульман».

Rəbbim mənə bu ümmətdən Ona boyun əyən müsəl­man­ların birincisi olmaq əmri olun­muş­dur”.

39:13Страница 460

قُلۡ إِنِّيٓ أَخَافُ إِنۡ عَصَيۡتُ رَبِّي عَذَابَ يَوۡمٍ عَظِيمٖ ١٣

Скажи: «Я боюсь, что если я ослушаюсь своего Господа, то меня постигнут мучения в Великий день».

Ey Peyğəmbər, de: “Allaha asi olsam və Ona itaət etməsəm, o əzə­mətli günün - qiyamət gününün əzabından qorxuram”.

39:14Страница 460

قُلِ ٱللَّهَ أَعۡبُدُ مُخۡلِصٗا لَّهُۥ دِينِي ١٤

Скажи: «Я поклоняюсь одному Аллаху, очищая перед Ним веру.

Ey Peyğəmbər, de: “Mən dinimi məhz Allaha məx­sus edərək təkcə Ona ibadət edi­rəm və Ondan başqa heç kəsə ibadət etmirəm.

39:15Страница 460

فَٱعۡبُدُواْ مَا شِئۡتُم مِّن دُونِهِۦۗ قُلۡ إِنَّ ٱلۡخَٰسِرِينَ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمۡ وَأَهۡلِيهِمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۗ أَلَا ذَٰلِكَ هُوَ ٱلۡخُسۡرَانُ ٱلۡمُبِينُ ١٥

Поклоняйтесь же, помимо Него, чему пожелаете». Скажи: «Воистину, потерпят убыток те, которые потеряют себя и свои семьи в День воскресения. Воистину, это и есть явный убыток!

Ey müşriklər, siz də Ondan başqa istə­diyiniz bütlərə ibadət edin.” (Buradakı əmr, hədələmə sayılır.) Ey, Peyğəmbər, de: “Şüb­hə­siz ki, həqiqi ziyana uğrayanlar özlərini və ailə­lə­rini ziyana uğradanlardır. O kəslər ki, yaxınları onları qoyub Cənnətdə daxil olduqlarına və ya onlarla bərabər Cəhənnəmə düçar olduqlarına görə heç vaxt onları görməyəcəklər. Bil ki, açıq-aydın və heç bir şəkk-şübhə olmayan həqiqi ziyan da elə budur!”

39:16Страница 460

لَهُم مِّن فَوۡقِهِمۡ ظُلَلٞ مِّنَ ٱلنَّارِ وَمِن تَحۡتِهِمۡ ظُلَلٞۚ ذَٰلِكَ يُخَوِّفُ ٱللَّهُ بِهِۦ عِبَادَهُۥۚ يَٰعِبَادِ فَٱتَّقُونِ ١٦

Над ними будут навесы из огня, и под ними будут навесы». Этим Аллах устрашает Своих рабов. О рабы Мои, бойтесь Меня!

Onların üstündə və altında tüstü, alov və istilik ola­caq. Allah Öz qullarını bu zikr edilən əzabla qor­xudur. Ey qul­la­rım, Mənim əmrlərimi yerinə yetirib qadağan etdiyim əməllərdən çəkinməklə Məndən qorxun!

39:17Страница 460

وَٱلَّذِينَ ٱجۡتَنَبُواْ ٱلطَّٰغُوتَ أَن يَعۡبُدُوهَا وَأَنَابُوٓاْ إِلَى ٱللَّهِ لَهُمُ ٱلۡبُشۡرَىٰۚ فَبَشِّرۡ عِبَادِ ١٧

Для тех, которые избежали поклонения тагуту и обратились к Аллаху, есть благая весть. Обрадуй же Моих рабов,

Bütlərə və Allahdan savayı sitayiş edilən istənilən bir şeyə ibadət etməkdən çəkinən və tövbə edərək Allaha üz tutanlar, həm ölüm anında, həm qəbirdə, həm də qiyamət günü Cənnətlə müj­dələnəcəklər. Ey Peyğəmbər, qul­larımı müj­dələ!

39:18Страница 460

ٱلَّذِينَ يَسۡتَمِعُونَ ٱلۡقَوۡلَ فَيَتَّبِعُونَ أَحۡسَنَهُۥٓۚ أُوْلَٰٓئِكَ ٱلَّذِينَ هَدَىٰهُمُ ٱللَّهُۖ وَأُوْلَٰٓئِكَ هُمۡ أُوْلُواْ ٱلۡأَلۡبَٰبِ ١٨

которые прислушиваются к словам и следуют наилучшим из них. Это - те, которых Аллах наставил на прямой путь. Они и есть обладающие разумом.

O kəslər ki, sözə qulaq asır, onun yaxşısını pisindən ayırd edir və onda olan faydadan dolayı onun ən yaxşısına tabe olurlar. Bu vəsflərlə vəsf olunan kimsələr - məhz onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Sağlam ağıl sahibləri də məhz on­lardır.

39:19Страница 460

أَفَمَنۡ حَقَّ عَلَيۡهِ كَلِمَةُ ٱلۡعَذَابِ أَفَأَنتَ تُنقِذُ مَن فِي ٱلنَّارِ ١٩

Разве ты сможешь спасти того, относительно кого сбылось Слово о мучениях, кто находится в Огне?

Ey Peyğəmbər, küfründə və azğınlığında israr etdiyinə görə haqqında əzab sözü vacib olmuş kimsənin doğru yola yönəlməsinə və (yaxşı işlər görməyə) müvəffəq olmasına sən tədbir görə bilməzsən. Ey Peyğəmbər, bu xislətlərə sahib olan kimsəni Cəhənnəm odundan sənmi xilas edəcəksən?!

39:20Страница 460

لَٰكِنِ ٱلَّذِينَ ٱتَّقَوۡاْ رَبَّهُمۡ لَهُمۡ غُرَفٞ مِّن فَوۡقِهَا غُرَفٞ مَّبۡنِيَّةٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ وَعۡدَ ٱللَّهِ لَا يُخۡلِفُ ٱللَّهُ ٱلۡمِيعَادَ ٢٠

Но для тех, кто боялся своего Господа, уготованы горницы, расположенные одна над другой, под которыми текут реки. Таково обещание Аллаха, и Аллах не нарушает обещания!

Lakin Rəbbinin əmrlərini yerinə yetirib Onun qadağan etdiyi əməllərdən çəkinməklə Ondan qor­xan kimsələri üst-üstə yerləşən, altından çay­lar axan mənzillər gözləyir. Bunu Allah onlara vəd etmişdir. Allah vədinə xilaf çıxmaz.

39:21Страница 460

أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَسَلَكَهُۥ يَنَٰبِيعَ فِي ٱلۡأَرۡضِ ثُمَّ يُخۡرِجُ بِهِۦ زَرۡعٗا مُّخۡتَلِفًا أَلۡوَٰنُهُۥ ثُمَّ يَهِيجُ فَتَرَىٰهُ مُصۡفَرّٗا ثُمَّ يَجۡعَلُهُۥ حُطَٰمًاۚ إِنَّ فِي ذَٰلِكَ لَذِكۡرَىٰ لِأُوْلِي ٱلۡأَلۡبَٰبِ ٢١

Неужели ты не видел, что Аллах ниспослал с неба воду и провел ее к источникам по земле? Потом посредством нее Он выводит посевы различных цветов. Затем они вянут, и ты видишь их пожелтевшими. Затем Он превращает их в труху. Воистину, во всем этом - напоминание для обладающих разумом.

Siz öz gözlərinizlə görürsünüz ki, Allah göydən yağmur en­dirib onu yer üzün­dəki çaylar və çeşmə­lərə axıdır. Sonra Allah onunla müxtəlif rəng­li birkilər yetiş­di­rir. Sonra bu bitkilər quruyur və sən, ey onları müşahidə edən insan, bu yaşıl bitkilərin sonradan saraldığını görür­sən. Bunlar quruduqdan sonra Allah on­ları qırıq-qırıq olmuş çör-çöpə dön­dərir. Həqiqətən, bu deyilənlərdə sağlam ağıl sahibləri üçün ibrət var.

39:22Страница 461

أَفَمَن شَرَحَ ٱللَّهُ صَدۡرَهُۥ لِلۡإِسۡلَٰمِ فَهُوَ عَلَىٰ نُورٖ مِّن رَّبِّهِۦۚ فَوَيۡلٞ لِّلۡقَٰسِيَةِ قُلُوبُهُم مِّن ذِكۡرِ ٱللَّهِۚ أُوْلَٰٓئِكَ فِي ضَلَٰلٖ مُّبِينٍ ٢٢

Разве тот, чью грудь Аллах раскрыл для ислама, кто на свету от своего Господа, равен неверующему? Горе тем, чьи сердца черствы к поминанию Аллаха! Они пребывают в очевидном заблуждении.

Məgər Allahın, köksünü İslam üçün açdığı və ona tərəf yönəltdiyi, üstəlik, Rəbbinin dəlillərinə əsaslanan kimsə, Allahı zikr etməkdən uzaq olub qəlbi sərtləşmiş ilə ey­ni ola bilərmi?! Onlar əsla eyni ola bilməzlər. Doğru yola yönələn kimsələr nicat tapar, qəlbi Alla­hı zikr etməkdən qafil olub sərtləşmiş kimsələrə isə ziyana uğrayar. Onlar haqdan uzaq olan açıq-aydın azğınlıq içində­dir­lər.

39:23Страница 461

ٱللَّهُ نَزَّلَ أَحۡسَنَ ٱلۡحَدِيثِ كِتَٰبٗا مُّتَشَٰبِهٗا مَّثَانِيَ تَقۡشَعِرُّ مِنۡهُ جُلُودُ ٱلَّذِينَ يَخۡشَوۡنَ رَبَّهُمۡ ثُمَّ تَلِينُ جُلُودُهُمۡ وَقُلُوبُهُمۡ إِلَىٰ ذِكۡرِ ٱللَّهِۚ ذَٰلِكَ هُدَى ٱللَّهِ يَهۡدِي بِهِۦ مَن يَشَآءُۚ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنۡ هَادٍ ٢٣

Аллах ниспослал наилучшее повествование - Писание, аяты которого сходны и повторяются. У тех, кто страшится своего Господа, от него по коже проходит дрожь. А потом их кожа и сердца смягчаются при поминании Аллаха. Это - верное руководство Аллаха, посредством которого Он ведет прямым путем того, кого пожелает. А кого Аллах введет в заблуждение, тому не будет наставника.

Allah Sözün ən gözəlini – doğruluq, gözəllik, uyğunluq və ziddiyyətdən kənar olmaq baxımından ayələri bir-birinə bənzəyən və içindəki hekayələri və əhkamları, habelə, vədləri və təhdidləri, həmçinin, haqq əhlinin sifətləri və batil əhlinin sifətləri və s. təkrarlanan Quran nazil etdi. Rəbbindən qor­xan­la­r bu kitabdakı vədləri və təhdidləri eşitdikdə, on­dan dəriləri ür­pəşər. Daha sonra Allahı zikr etməklə xoş sözləri və müjdələri eşitdikdə isə, dəriləri və qəlbləri yum­şa­lar. Qurandan deyilən bu sözlər və onun təsiri, Alla­hın hidayətidir. Allah onun­la istədi­yini doğru yola yönəl­dər. Alla­h kimi rüsvay edib doğru yola yönəltməzsə, ona yol gös­­tərən tapılmaz.

39:24Страница 461

أَفَمَن يَتَّقِي بِوَجۡهِهِۦ سُوٓءَ ٱلۡعَذَابِ يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ وَقِيلَ لِلظَّٰلِمِينَ ذُوقُواْ مَا كُنتُمۡ تَكۡسِبُونَ ٢٤

Разве тот, кто в День воскресения будет лицом защищаться от ужасных мучений, равен верующему? Беззаконникам скажут: «Вкусите то, что вы приобретали!».

Allahın hidayət verdiyi, dünyada (yaxşı işlər görməyə) müvəffəq etdiyi və axirətdə Cənnətə daxil etdiyi kimsə ilə, küfr edən və kafir olduğu halda ölən, üstəlik, Allahın, əllərini və ayaqlarını zəncirləmiş halda Cəhənnəm oduna düşar etdiyi və atəşdən üzü ilə qoru­nan kəs ey­nidirmi? Küfr və asilik etməklə özlərinə zülm etmiş kimsələrə məzəmətt edilərək deyilər: “Etdiyiniz küfr və asiliklərə görə qazandığınız əzabı da­dın! Bu sizin cəzanızdır.”

39:25Страница 461

كَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ فَأَتَىٰهُمُ ٱلۡعَذَابُ مِنۡ حَيۡثُ لَا يَشۡعُرُونَ ٢٥

Их предшественники также считали лжецами посланников, и мучения явились к ним оттуда, откуда они не предполагали.

O müşriklərdən əvvəlki ümmətlər də (peyğəm­bər­ləri) yalançı saymış­dı­lar. Bu­na görə əzab on­lara gözləmədikləri yerdən qəfildən gəldi və onlar heç tövbə etməyə macal da tapmadılar.

39:26Страница 461

فَأَذَاقَهُمُ ٱللَّهُ ٱلۡخِزۡيَ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ وَلَعَذَابُ ٱلۡأٓخِرَةِ أَكۡبَرُۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ ٢٦

Аллах дал им вкусить позор в мирской жизни. А мучений в Последней жизни, несомненно, будет еще больше, если бы они только знали!

Allah bu əzabla onları dünya hə­ya­tında rüs­vay və biabır etdi. Onları gözləyən axirət əza­bı isə daha böyük­ və daha dəhşətlidir. Kaş, biləydilər!

39:27Страница 461

وَلَقَدۡ ضَرَبۡنَا لِلنَّاسِ فِي هَٰذَا ٱلۡقُرۡءَانِ مِن كُلِّ مَثَلٖ لَّعَلَّهُمۡ يَتَذَكَّرُونَ ٢٧

Мы уже привели для людей в этом Коране всевозможные притчи, чтобы они могли помянуть назидание.

Biz Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil olmuş bu Quranda insanlar üçün xeyir və şərə, haqq və batilə, imana və küfrə aid cürbəcür məsəllər çəkdik ki, bəlkə, onlar çəkdiyimiz bu məsəllərdən ibrət alıb haqqa boyun əysinlər və batili tərk etsinlər.

39:28Страница 461

قُرۡءَانًا عَرَبِيًّا غَيۡرَ ذِي عِوَجٖ لَّعَلَّهُمۡ يَتَّقُونَ ٢٨

Мы ниспослали Коран, в котором нет неправды, на арабском языке, чтобы они устрашились.

Biz onlara içində heç bir qü­sur, əyrilik və şübhə ol­ma­yan, ərəbcə Quran nazil etdik ki, bəlkə Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Ondan qorx­sunlar.

39:29Страница 461

ضَرَبَ ٱللَّهُ مَثَلٗا رَّجُلٗا فِيهِ شُرَكَآءُ مُتَشَٰكِسُونَ وَرَجُلٗا سَلَمٗا لِّرَجُلٍ هَلۡ يَسۡتَوِيَانِ مَثَلًاۚ ٱلۡحَمۡدُ لِلَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ ٢٩

Аллах приводит в качестве притчи мужа, принадлежащего нескольким несговорчивым партнерам, и мужа, принадлежащего только одному человеку. Равны ли они в притче? Хвала надлежит Аллаху, но большинство их не знает этого.

Allah müşriki və muvəhhidi (yalnız Allaha ibadət edən) kimsəni məsəl çəkir. (Birincisini) bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişiyə bənzədir. O kişi ki, ağalarından bəzisini razı saldıqda, digərlərinin ona qəzəbi tutur və o, heyrət və çaşqınlıq içində qalır. (İkincisini) isə tək bir ağası olan və ağasının məqsədini bilən, üstəlik arxayınlıq və rahatlıq içində olan kişiyə bənzədir. Bu iki kişi məsəlcə eyni ola bi­lməzlər. Həmd Allaha məx­sus­dur, lakin onların əksəriy­yəti bunu bil­mir, elə buna görə də Allaha şəriklər qoşurlar.

39:30Страница 461

إِنَّكَ مَيِّتٞ وَإِنَّهُم مَّيِّتُونَ ٣٠

Воистину, ты смертен, и они смертны.

Ey Peyğəmbər, şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər!

39:31Страница 461

ثُمَّ إِنَّكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ عِندَ رَبِّكُمۡ تَخۡتَصِمُونَ ٣١

А потом, в День воскресения, вы будете препираться у своего Господа.

Sonra siz, ey insanlar, ixtilafa düşdüyünüz məsələlər barədə, qiyamət günü Rəb­bi­ni­zin hüzurunda mübahisə edəcək­ və beləliklə, aranızdakı doğru danışanlarla, yalançılar ayırd ediləcək.

39:32Страница 462

۞ فَمَنۡ أَظۡلَمُ مِمَّن كَذَبَ عَلَى ٱللَّهِ وَكَذَّبَ بِٱلصِّدۡقِ إِذۡ جَآءَهُۥٓۚ أَلَيۡسَ فِي جَهَنَّمَ مَثۡوٗى لِّلۡكَٰفِرِينَ ٣٢

Кто может быть несправедливее того, кто возвел навет на Аллаха и счел ложью правду, когда она явилась ему? Разве не в Геенне обитель неверующих?

Allaha şərik qoşmaq, habelə, həyat yoldaşı və övlad nisbət etməklə, Ona layiq olmayan bir şeyi Ona mənsub edən kimsədən daha zalımı bir kimsə yoxdur. Eləcə də, Rəsulullahın (səllallahu aleyhi və səlləm) gətirdiyi vəhyi təkzib edən kimsədən daha zalımı bir kimsə yoxdur. Məgər Cəhənnəmdə, Allaha və Onun rəsulunun gətirdiyinə küfr edən kimsələr üçün sığınıcaq və məskən yoxdur?! Əksinə, orada onlar üçün sığınacaq da var, məskən də.

39:33Страница 462

وَٱلَّذِي جَآءَ بِٱلصِّدۡقِ وَصَدَّقَ بِهِۦٓ أُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُتَّقُونَ ٣٣

Но тот, кто явился с правдой, и тот, кто признал ее истинность, действительно являются богобоязненными.

Sözləri və əməlləri ilə haqqı təsdiqləyən, ona iman gətirən və onun tələblərini yerinə yetirən peyğəmbərlər və qeyriləri - məhz onlar əsl müttəqilərdir. O müttəqilər ki, Rəbbinin əmrini yerinə yetirir və qadağan etdiyi işlərdən çəkinirlər.

39:34Страница 462

لَهُم مَّا يَشَآءُونَ عِندَ رَبِّهِمۡۚ ذَٰلِكَ جَزَآءُ ٱلۡمُحۡسِنِينَ ٣٤

Для них у их Господа уготовано то, чего они пожелают. Таково воздаяние творящим добро!

Onlar üçün Rəbbinin ya­nında di­lədikləri tükənməz ləzzətlər vardır. Bu, həm öz Rəbbi, həm də Onun qulları ilə gözəl münasibət qurmuş kimsələrin mükafatıdır.

39:35Страница 462

لِيُكَفِّرَ ٱللَّهُ عَنۡهُمۡ أَسۡوَأَ ٱلَّذِي عَمِلُواْ وَيَجۡزِيَهُمۡ أَجۡرَهُم بِأَحۡسَنِ ٱلَّذِي كَانُواْ يَعۡمَلُونَ ٣٥

Это произойдет для того, чтобы Аллах простил им наихудшее из того, что они совершили, и воздал им наградой за лучшее из того, что они совершали (или лучшим, чем то, что они совершали).

Beləcə, Allah onların, - tövbə edib Rəbbinə üz tutduqlarına görə, - dünyada etdikləri asiliklərdən ən pis əməlləri bağış­la­yacaq və etdikləri ən yaxşı əməl­lərə görə mükafatlarını verəcək.

39:36Страница 462

أَلَيۡسَ ٱللَّهُ بِكَافٍ عَبۡدَهُۥۖ وَيُخَوِّفُونَكَ بِٱلَّذِينَ مِن دُونِهِۦۚ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنۡ هَادٖ ٣٦

Разве Аллаха не достаточно для Его раба? Они устрашают тебя теми, которые ниже Него. А кого Аллах введет в заблуждение, тому не будет наставника.

Məgər Allah Öz qulu Muhəmmədə (səllallahu aleyhi və səlləm) onun din və dünya işlərində, habelə, düşmənini ondan dəf etməyə kifayət deyilmi?! Əlbəttə, kifayətdir. Onlar isə öz cahillikləri və səfehlikləri ucbatından səni, ey Peyğəmbər, Allahdan baqa tapındıqları bütlərlə qorxu­dur­lar ki, guya onlar sənə xətər toxunduracaqlar. Allahın köməksiz qoyduğu və hidayət vermədiyi kim­səyə doğru yol göstərən və (haqq yola yönəlməyə) müvəffəq edən tapılmaz.

39:37Страница 462

وَمَن يَهۡدِ ٱللَّهُ فَمَا لَهُۥ مِن مُّضِلٍّۗ أَلَيۡسَ ٱللَّهُ بِعَزِيزٖ ذِي ٱنتِقَامٖ ٣٧

А кого Аллах наставит на прямой путь, того никто не введет в заблуждение. Разве Аллах - не Могущественный, Способный на возмездие?

Allahın doğru yola yö­nəltdiyi kim­səni də, zəlalətə sala biləcək birisi tapıl­maz. Mə­gər Allah, kimsənin Ona qalib gəlmədiyi mütləq güc sahibi, habelə, Ona küfr edən və asi olan kəsdən in­tiqam almağa qadir deyilmi?! Əlbəttə, Allah qüdrətlidir, in­tiqam almağa qadirdir.

39:38Страница 462

وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ لَيَقُولُنَّ ٱللَّهُۚ قُلۡ أَفَرَءَيۡتُم مَّا تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ إِنۡ أَرَادَنِيَ ٱللَّهُ بِضُرٍّ هَلۡ هُنَّ كَٰشِفَٰتُ ضُرِّهِۦٓ أَوۡ أَرَادَنِي بِرَحۡمَةٍ هَلۡ هُنَّ مُمۡسِكَٰتُ رَحۡمَتِهِۦۚ قُلۡ حَسۡبِيَ ٱللَّهُۖ عَلَيۡهِ يَتَوَكَّلُ ٱلۡمُتَوَكِّلُونَ ٣٨

Если ты спросишь их: «Кто создал небеса и землю?». - они непременно скажут: «Аллах». Скажи: «Видели ли вы тех, к кому вы взываете вместо Аллаха? Если Аллах захочет навредить мне, разве они смогут отвратить Его вред? Или же, если Он захочет оказать мне милость, разве они смогут удержать Его милость?». Скажи: «Довольно мне Аллаха. На Него одного уповают уповающие».

Ey Peyğəmbər, əgər sən o müşriklərdən: “Göy­ləri və ye­ri kim yaratmışdır?”– de­yə so­ruşsan, on­lar mütləq: “Bunları Allah yaratmışdır!”– deyəcəklər. Bütlərinin aciz olduğunu göstərmək üçün onlara belə de: “Elə isə bir deyin gö­rək, əgər Allah mənə bir zərər yetirmək istəsə, sizin Allahdan başqa ibadət et­dikləriniz Onun mənə yetirəcək zərəri ara­dan qaldıra bilərlərmi?! Yaxud, əgər Rəbbim mə­nə bir mərhəmət göstərmək is­tə­sə, onlar Onun mər­həməti­nin qar­şısını ala bilərlərmi?!” Onlara de: “Mənə təkcə Allah kifayət edər. Mən bütün işlərimdə yalnız Ona təvəkkül edirəm, təvək­kül edənlər də təkcə Ona təvək­kül edərlər!”

39:39Страница 462

قُلۡ يَٰقَوۡمِ ٱعۡمَلُواْ عَلَىٰ مَكَانَتِكُمۡ إِنِّي عَٰمِلٞۖ فَسَوۡفَ تَعۡلَمُونَ ٣٩

Скажи: «О мой народ! Действуйте по своему усмотрению, и я тоже буду действовать. Скоро вы узнаете,

Ey Peyğəmbər, de: “Ey qövmüm! Siz özünüzün razı qaldığınız əmələ - Allaha şərik qoşmağınıza davam edin, mən də, Rəbbimin mənə buyurduğunu yerinə yetirməyə - tövhidə dəvət etməyə və ixlasla Ona ibadət etməyə davam edəcəyəm. Siz bu iki yolu tutanların aqibətinin nə olduğunu tezliklə biləcəksi­niz.

39:40Страница 462

مَن يَأۡتِيهِ عَذَابٞ يُخۡزِيهِ وَيَحِلُّ عَلَيۡهِ عَذَابٞ مُّقِيمٌ ٤٠

кого постигнет мучение, которое опозорит его, и на кого падут вечные мучения».

Tezliklə siz biləcəksiniz, bu dünyada rüsvayedici və alçaldıcı əzab kimə gələcək, axirətdə də kim sürəkli, daimi əzaba düçar ola­caq­”.

39:41Страница 463

إِنَّآ أَنزَلۡنَا عَلَيۡكَ ٱلۡكِتَٰبَ لِلنَّاسِ بِٱلۡحَقِّۖ فَمَنِ ٱهۡتَدَىٰ فَلِنَفۡسِهِۦۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيۡهَاۖ وَمَآ أَنتَ عَلَيۡهِم بِوَكِيلٍ ٤١

Мы ниспослали тебе Писание для людей с истиной. Тот, кто последовал прямым путем, поступил во благо себе. А тот, кто впал в заблуждение, поступает во вред только себе, и ты не являешься их попечителем и хранителем.

Ey Peyğəmbər, Biz Quranı sənə, insanlar üçün haqq olaraq na­zil etdik ki, onları qorxudasan. Kim doğru yol­la getsə, doğru yolda olmasının xeyri onun özü­nə olar. Onun doğru yolla getsməsinin Allaha heç bir faydası yoxdur, çünki Allahın buna ehtiyacı yoxdur. Kim də zəlalətə düşsə, zəlalətdə olmasının zi­yanı onun öz əleyhinə olar. Onun zəlalətdə olmasının pak və müqəddəs Allaha heç bir ziyanı olmaz. Sən onlara vəkil deyilsən ki, onları doğru yola gəlməyə məcbur edəsən. Sən yalnız sənə əmr ediləni təbliğ edənsən.

39:42Страница 463

ٱللَّهُ يَتَوَفَّى ٱلۡأَنفُسَ حِينَ مَوۡتِهَا وَٱلَّتِي لَمۡ تَمُتۡ فِي مَنَامِهَاۖ فَيُمۡسِكُ ٱلَّتِي قَضَىٰ عَلَيۡهَا ٱلۡمَوۡتَ وَيُرۡسِلُ ٱلۡأُخۡرَىٰٓ إِلَىٰٓ أَجَلٖ مُّسَمًّىۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ ٤٢

Аллах забирает души в момент смерти, а ту, которая пока не умирает, - во время сна. Он удерживает ту, которой предопределил смерть, а другую отпускает до определенного срока. Воистину, в этом - знамения для людей размышляющих.

Allah ölənlərin ruhlarını onların əcəli yetişdikdə, ölməyənlərin ruhlarını isə onlar yu­xu­da ikən alır. Ölümünə hökm verdiyi kəsin canını sax­la­yır, digərini isə Öz əzəli elmi ilə mü­əyyən etdiyi vaxtadək bu­ra­xır. Hə­qiqətən, ruhların saxlanılmasında və buraxılmasında, habelə, (insanın) öldürülməsində və dirildilməsində, düşünən bir qövm üçün də­lillər var. Belə ki, buna qadir olan Allah, insanlar öldükdən sonra onları haqq-hesaba çəkmək və onlara əməllərinin əvəzini vermək üçün onları diriltməyə də qadirdir.

39:43Страница 463

أَمِ ٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ شُفَعَآءَۚ قُلۡ أَوَلَوۡ كَانُواْ لَا يَمۡلِكُونَ شَيۡـٔٗا وَلَا يَعۡقِلُونَ ٤٣

Или же они взяли себе заступников помимо Аллаха? Скажи: «А если они не владеют ничем и не разумеют?».

Müşriklər Allahı qoyub bütlərin onlara fayda verəcəyinə ümid edərək onları şəfaətçi qəbul etdilər. Ey Peyğəmbər, onlara de: "O bütlər nə sizin üçün, nə də özləri üçün bir şeyə malik olduğu, özləri də lal, kar və kor, üstəlik də, nə fayda, nə də zərər verən daşlar olduğu halda, siz yenədəmi onları özünüzə şəfaətçi qəbul etdiniz?!”

39:44Страница 463

قُل لِّلَّهِ ٱلشَّفَٰعَةُ جَمِيعٗاۖ لَّهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ ثُمَّ إِلَيۡهِ تُرۡجَعُونَ ٤٤

Скажи: «Аллаху принадлежит заступничество целиком. Ему принадлежит власть над небесами и землей, и к Нему вы будете возвращены».

Ey Peyğəmbər, o müşriklərə de: “Şəfaət bütünlüklə Allaha məxsusdur. (Şəfaətçilik edən) kimsə Onun yanında yalnız Onun izni ilə şəfaətçilik edə bilər. O da, yalnız Allahın razı qaldığı kimsə üçün şəfaətçilik edə bilər. Göylərin və ye­rin hökm­ranlığı təkcə Ona məx­susdur. Sonra qiyamət günü haqq-hesaba çəkilmək və əməllərin əvəzini almaq üçün Onun hüzuruna qaytarı­la­caq, O da sizə etdiyiniz əməllərin əvəzini verəcək.”

39:45Страница 463

وَإِذَا ذُكِرَ ٱللَّهُ وَحۡدَهُ ٱشۡمَأَزَّتۡ قُلُوبُ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِۖ وَإِذَا ذُكِرَ ٱلَّذِينَ مِن دُونِهِۦٓ إِذَا هُمۡ يَسۡتَبۡشِرُونَ ٤٥

Когда поминают одного лишь Аллаха, содрогаются от отвращения сердца тех, которые не веруют в Последнюю жизнь. А когда поминают тех, которые ниже Него, они радуются.

Allah tək olaraq xa­tır­lan­dığı za­man axirətə və axirətdə baş verəcək hadisələrə - dirilməyə, haqq-hesaba çəkilməyə və əməllərin əvəzinin verilməsinə inan­ma­yan müşriklərin qəlbini nif­rət bürü­yür. Onların Allahdan başqa ibadət etdiyi bütlər yad edil­diyi za­man isə on­lar sevinib fərəhlənərlər.

39:46Страница 463

قُلِ ٱللَّهُمَّ فَاطِرَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ عَٰلِمَ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ أَنتَ تَحۡكُمُ بَيۡنَ عِبَادِكَ فِي مَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ ٤٦

Скажи: «О Аллах, Творец небес и земли, Ведающий сокровенное и явное! Ты рассудишь Своих рабов в том, в чем они расходились во мнениях».

Ey Peyğəmbər, de: “Ey göyləri və yeri bənzəri olmayan bir biçimdə xəlq edən, qeybdə və aşkarda olanı bilən Alla­hım! Bunlardan heç bir şey Səndən gizli qalmaz. Dünyada qul­la­rı­nın arasında baş vermiş ziddiyyətlər barədə qiyamət günü hökmü yal­nız Sən ve­rəcək, kimin haqq, kimin batil, habelə, kimin xoşbəxt, kimin də bədbəxt olduğunu Sən bəyan edəcəksən”.

39:47Страница 463

وَلَوۡ أَنَّ لِلَّذِينَ ظَلَمُواْ مَا فِي ٱلۡأَرۡضِ جَمِيعٗا وَمِثۡلَهُۥ مَعَهُۥ لَٱفۡتَدَوۡاْ بِهِۦ مِن سُوٓءِ ٱلۡعَذَابِ يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ وَبَدَا لَهُم مِّنَ ٱللَّهِ مَا لَمۡ يَكُونُواْ يَحۡتَسِبُونَ ٤٧

Если бы у тех, которые поступали несправедливо, было все, что на земле, и еще столько же, то они непременно попытались бы откупиться этим от ужасных мучений в День воскресения. Но откроется им от Аллаха то, о чем они даже не предполагали.

Yer üzündə olan daş-qaşlar, sərvətlər və s. bu kimi qiymətli əşyalar, şirk və asilik etməklə özlərinə zülm edən kimsələrin olmuş olsaydı, onlar onu, dirildikdən sonra öz gözləri ilə gördükləri Qiyamət gününün dəhşətli əzabından qurtarmaq üçün fidyə verərdilər. Lakin onlar bunu edə bilməzlər. Hətta onlara fidyə vermək imkanı verilsəydi, o fidyə onlardan qəbul olunmazdı. Allahdan onlara gözləmədikləri müxtəlif növ əzablar veriləcəkdir.

39:48Страница 464

وَبَدَا لَهُمۡ سَيِّـَٔاتُ مَا كَسَبُواْ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ٤٨

Им откроются злые деяния, которые они приобрели, а то, над чем они издевались, окружит (или поразит) их.

Onların qazandıqları pis əməl­lər - Allaha şərik qoşmaları və asilik etmələri öz­lərinə göstəriləcək və əzab onları bü­rüyəcək. O əzab ki, onlar dünyada onunla qorxudulduqda, ona istehza edərdilər.

39:49Страница 464

فَإِذَا مَسَّ ٱلۡإِنسَٰنَ ضُرّٞ دَعَانَا ثُمَّ إِذَا خَوَّلۡنَٰهُ نِعۡمَةٗ مِّنَّا قَالَ إِنَّمَآ أُوتِيتُهُۥ عَلَىٰ عِلۡمِۭۚ بَلۡ هِيَ فِتۡنَةٞ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ ٤٩

Когда человека касается вред, он взывает к Нам. Когда же Мы предоставляем ему благо от Нас, он говорит: «Воистину, это даровано мне благодаря знанию (знанию Аллаха о моих заслугах или моему знанию)». О нет, это - искушение, но большинство их не знает этого.

Kafir insana bir xəstəlik, yaxud kasıblıq və ya buna bənzər bir bəla üz verdiyi zaman, Bizə dua edər ki, o bəlanı ondan uzaq edək. Sonra Biz o kafirə Özümüzdən bir nemət - sağlamlıq, yaxud mal-dövlət verdikdə isə deyər: “Mən bu nemətə layiq olduğum üçün Allah onu mənə əta edib”. Doğrusu, bu, bir sınaq və tədricən həlak olmaqdır, lakin kafirlərin çoxu bunu bilmir və Allahın onlara verdiyi nemətlərə aldanırlar.

39:50Страница 464

قَدۡ قَالَهَا ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ فَمَآ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ يَكۡسِبُونَ ٥٠

Так уже говорили их предшественники, но их не спасло то, что они приобретали.

Bu sözü onlardan əvvəl yaşamış kafir­lər də de­mişdilər. Lakin onların əldə etdikləri mal-dövlət və şan-şöhrət on­lara heç bir fayda vermədi.

39:51Страница 464

فَأَصَابَهُمۡ سَيِّـَٔاتُ مَا كَسَبُواْۚ وَٱلَّذِينَ ظَلَمُواْ مِنۡ هَٰٓؤُلَآءِ سَيُصِيبُهُمۡ سَيِّـَٔاتُ مَا كَسَبُواْ وَمَا هُم بِمُعۡجِزِينَ ٥١

Их поразили злые деяния, которые они приобрели. Тех, которые поступали несправедливо, из этих также поразят злые деяния, которые они приобрели, и им не удастся спастись.

Onlar şərik qoşmaq və asilik etmək kimi pis əməllərinin cəzasını aldılar. Habelə, hazırkı gün şirk və asilik etməklə özlərinə zülm edən bu kimsələr də, qazandıqları günahların cəzasını əvvəlkilər tək alacaqlar. Onlar nə Allahdan yaxa qurtara biləcək, nə də Ona qalib gələ biləcəklər.

39:52Страница 464

أَوَلَمۡ يَعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ ٥٢

Разве они не знают, что Аллах увеличивает или ограничивает удел, кому пожелает? Воистину, в этом - знамения для верующих людей.

Bu müşriklər öz bildiklərini danışır, bəs bilmirlər ki, Allah dilədiyinin ruzisini bol edərək onu sınağa çəkir, görsün, şükür edəcək, yoxsa küfr edəcək, habelə, dilədiyinin də ruzisini azaldaraq onu sınağa çəkir, görsün, səbir edəcək, yoxsa Allahın yazdığı qədərə qəzəbi tutacaq?! Həqiqətən, ruzinin bol verilməsində və azaldılmasında, iman gə­tirən bir qövm üçün, Allahın hər şeyi idarə etdiyini sübuta yetirən dəlillər var. Belə ki, yalnız möminlər belə dəlillərdən ibrət alırlar. Kafirlər isə bu dəlillərə məhəl qoymayıb onlardan üz döndərirlər.

39:53Страница 464

۞ قُلۡ يَٰعِبَادِيَ ٱلَّذِينَ أَسۡرَفُواْ عَلَىٰٓ أَنفُسِهِمۡ لَا تَقۡنَطُواْ مِن رَّحۡمَةِ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ يَغۡفِرُ ٱلذُّنُوبَ جَمِيعًاۚ إِنَّهُۥ هُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ ٥٣

Скажи Моим рабам, которые излишествовали во вред самим себе: «Не отчаивайтесь в милости Аллаха. Воистину, Аллах прощает грехи полностью, ибо Он - Прощающий, Милосердный».

Ey Peyğəmbər, Allaha şərik qoşmaq və asi işlər görməklə özlərinə qar­şı həd­di aşmış qulla­rıma de: "Alla­hın rəhmətin­dən və günahlarınızı bağışlamağından ümidi­nizi üzməyin. Şüb­həsiz ki, Allah, Ona tövbə edən kimsənin gü­nahlarının hamısını bağışla­yır. Hə­qiqətən də, O, tövbə edən kimsələrin günahlarını ba­ğış­­layır və onlara rəhm edir”.

39:54Страница 464

وَأَنِيبُوٓاْ إِلَىٰ رَبِّكُمۡ وَأَسۡلِمُواْ لَهُۥ مِن قَبۡلِ أَن يَأۡتِيَكُمُ ٱلۡعَذَابُ ثُمَّ لَا تُنصَرُونَ ٥٤

Обратитесь к вашему Господу и покоритесь Ему до того, как мучения явятся к вам, ведь тогда вам уже не будет оказана помощь.

Qiyamət günü əzab sizə gəlməmişdən əvvəl tövbə edib yaxşı işlər görməklə Rəbbinizə dönün və Ona boyun əyin. Sonra siz bütləriniz və əhli-əyalınız arasında sizi əzabdan xilas edəcək bir köməkçi tapa bilməyəcəksiniz.

39:55Страница 464

وَٱتَّبِعُوٓاْ أَحۡسَنَ مَآ أُنزِلَ إِلَيۡكُم مِّن رَّبِّكُم مِّن قَبۡلِ أَن يَأۡتِيَكُمُ ٱلۡعَذَابُ بَغۡتَةٗ وَأَنتُمۡ لَا تَشۡعُرُونَ ٥٥

Следуйте за наилучшим из того, что ниспослано вам вашим Господом, прежде чем мучения явятся к вам внезапно, когда вы даже не почувствуете их приближения.

Əzab özünüz də hiss etmədən qəflətən gəl­mə­miş­dən əv­vəl Rəbbinizin Öz rəsuluna nazil etdiyi ən gözəl söz sayılan Qurana tabe olun, onun əmrlərini yerinə yetirin, qadağalarından da çəkinin!

39:56Страница 464

أَن تَقُولَ نَفۡسٞ يَٰحَسۡرَتَىٰ عَلَىٰ مَا فَرَّطتُ فِي جَنۢبِ ٱللَّهِ وَإِن كُنتُ لَمِنَ ٱلسَّٰخِرِينَ ٥٦

Чтобы не пришлось человеку говорить: «О горе мне за то, что я был нерадив по отношению к Аллаху! Я был всего лишь одним из насмехающихся!».

Bu deyilənlərə əməl edin ki, qiyamət günü kimsə çox peşman olub deməsin: “Küfr və asiliklər etməklə Allaha etinasızlıq göstərdiyimə görə vay mənim halı­ma! Həqiqətən, mən iman əhlini və itaətkarları məsxərəyə qoyurdum!”.

39:57Страница 465

أَوۡ تَقُولَ لَوۡ أَنَّ ٱللَّهَ هَدَىٰنِي لَكُنتُ مِنَ ٱلۡمُتَّقِينَ ٥٧

Или чтобы не пришлось ему говорить: «Если бы Аллах наставил меня на прямой путь, то я был бы одним из богобоязненных».

Yaxud qədəri bəhanə gətirib deməsin: “Əgər Allah mə­ni doğru yola yönəlt­səydi, mən Onun əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Ondan qorxan kimsələr­dən olardım!”.

39:58Страница 465

أَوۡ تَقُولَ حِينَ تَرَى ٱلۡعَذَابَ لَوۡ أَنَّ لِي كَرَّةٗ فَأَكُونَ مِنَ ٱلۡمُحۡسِنِينَ ٥٨

Или чтобы не пришлось ему говорить, когда он увидит мучения: «Если бы у меня была еще одна возможность, то я стал бы одним из творящих добро».

Və ya əzabı gördüyü zaman təmənna edib deməsin: “Kaş, bir də dün­ya­ya qayı­da biləydim, Allaha tövbə edib yaxşı işlər görənlərdən olar­dım!”.

39:59Страница 465

بَلَىٰ قَدۡ جَآءَتۡكَ ءَايَٰتِي فَكَذَّبۡتَ بِهَا وَٱسۡتَكۡبَرۡتَ وَكُنتَ مِنَ ٱلۡكَٰفِرِينَ ٥٩

О нет! К тебе явились Мои знамения, но ты счел их ложью, возгордился и был одним из неверующих.

Xeyr, bu, heç də sənin hidayətə qovuşmağını təmənna etdiyin kimi deyil. Mənim ayələrim sənə gəl­mişdi, lakin sən onları yalan say­dın, tə­kəbbür gös­tərdin və Allaha və Onun rəsuluna küfr edən kəslərdən oldun”.

39:60Страница 465

وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ تَرَى ٱلَّذِينَ كَذَبُواْ عَلَى ٱللَّهِ وُجُوهُهُم مُّسۡوَدَّةٌۚ أَلَيۡسَ فِي جَهَنَّمَ مَثۡوٗى لِّلۡمُتَكَبِّرِينَ ٦٠

В День воскресения ты увидишь тех, которые возводили навет на Аллаха, с почерневшими лицами. Разве не в Геенне обитель возгордившихся?

Sən qiyamət günü Alla­ha şərik qoşmaq və Ona övlad nisbət etməklə Ona qarşı yalan uyduranların üzlə­rini qapqara görəcəksən. Bu, onların bəxbəxt olduğunu göstərəcək. Məgər Allaha və Onun rəsuluna iman gətirməyə təkəb­bür göstərənlər üçün Cəhənnəmdə yer yox­­dur?! Əlbəttə ki, onlar üçün orada qərar tutacaq yer vardır.

39:61Страница 465

وَيُنَجِّي ٱللَّهُ ٱلَّذِينَ ٱتَّقَوۡاْ بِمَفَازَتِهِمۡ لَا يَمَسُّهُمُ ٱلسُّوٓءُ وَلَا هُمۡ يَحۡزَنُونَ ٦١

Аллах спасет богобоязненных, и они обретут успех (или по причине их успеха). Зло не коснется их, и они не будут опечалены.

Uca Allah, Rəbbinin əmrlərini yerinə yetirib qadağan etdyi əməllərdən çəkinməklə Ondan qorxan kimsələri əzabdan qurtarıb qazandıqları uğur­a qovuşduracaq - Cənnətə daxil edəcək. On­lara əzab toxunma­yacaq və onlar dünyada qoyub getdikləri nəsiblərinə görə kədərlənməyəcəklər.

39:62Страница 465

ٱللَّهُ خَٰلِقُ كُلِّ شَيۡءٖۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ وَكِيلٞ ٦٢

Аллах - Творец всякой вещи. Он - Попечитель и Хранитель всякой вещи.

Allah hər şeyin xaliqi­dir və Ondan başqa heç bir xaliq yoxdur. O, hər şeyi qoruyur, onun işini yoluna qoyur və istədiyi kimi onu idarə edir.

39:63Страница 465

لَّهُۥ مَقَالِيدُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ وَٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِ ٱللَّهِ أُوْلَٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ ٦٣

Ему принадлежат ключи небес и земли. А те, которые не веруют в знамения Аллаха, являются потерпевшими убыток.

Göylərdə və yerdə olan xeyir xəzinələrinin açar­ları yalnız Onda­dır. Dilədiyinə ondan verər, dilədiyini də ondan məhrum edər. Allahın ayələrinə küfr edən­lər - məhz onlar, dünya həyatlarında iman gətirməkdən məhrum olmaq, axirətdə də əbədi olaraq Cəhənnəm oduna daxil olmaqla, ziyana uğrayanlardır.

39:64Страница 465

قُلۡ أَفَغَيۡرَ ٱللَّهِ تَأۡمُرُوٓنِّيٓ أَعۡبُدُ أَيُّهَا ٱلۡجَٰهِلُونَ ٦٤

Скажи: «Неужели вы повелеваете мне поклоняться кому-либо другому вместо Аллаха, о невежды?».

Ey Peyğəmbər, səni öz bütlərinə ibadət etməyə təşviq edən o müşriklərə de: “Ey Rəbbinə qarşı cahillik edən kəslər, mənə Allahdan qey­ri­sinə­mi ibadət etməyi əmr edirsi­niz?!” Halbuki, yalnız Allahın ibadət olunmağa haqqı var və mən Ondan başqasına ibadət edən deyiləm.

39:65Страница 465

وَلَقَدۡ أُوحِيَ إِلَيۡكَ وَإِلَى ٱلَّذِينَ مِن قَبۡلِكَ لَئِنۡ أَشۡرَكۡتَ لَيَحۡبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ ٱلۡخَٰسِرِينَ ٦٥

Тебе и твоим предшественникам уже было внушено: «Если ты станешь приобщать сотоварищей, то тщетными будут твои деяния и ты непременно окажешься одним из потерпевших убыток».

Ey Peyğəmbər, sənə və səndən əvvəlki­ peyğəmbərlərə belə vəhy olunmuşdur: “Əgər Allahla yanaşı başqasına ibadət etsən, yaxşı əməllərinin savabı puç olacaq, beləliklə də, bu dünyada dinini ititrməklə, axirətdə də əzaba düçar olmaqla ziyana uğrayanlardan olacaq­san.

39:66Страница 465

بَلِ ٱللَّهَ فَٱعۡبُدۡ وَكُن مِّنَ ٱلشَّٰكِرِينَ ٦٦

Поклоняйся же одному Аллаху и будь в числе благодарных.

Əksinə, sən yalnız Allaha ibadət et, Ona heç kəsi şərik qoşma və Onun sənə verdiyi nemətlərə şü­kür etməklə şükr edən bəndə ol!”.

39:67Страница 465

وَمَا قَدَرُواْ ٱللَّهَ حَقَّ قَدۡرِهِۦ وَٱلۡأَرۡضُ جَمِيعٗا قَبۡضَتُهُۥ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَٱلسَّمَٰوَٰتُ مَطۡوِيَّٰتُۢ بِيَمِينِهِۦۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ ٦٧

Не ценили они Аллаха должным образом, а ведь вся земля в День воскресения будет всего лишь Пригоршней Его, а небеса будут свернуты Его Десницей. Пречист Он и превыше того, что они приобщают к Нему в сотоварищи.

Müşriklər Allahdan qeyrisini - Onun yaratdığı zəif və aciz məxluqatı Ona şərik qoşmaqla, Allahı layiqincə uca tutmadılar və Onun qüdrətindən qafil oldular. Onun qüdrət əlamətlərindən bəzisi budur ki, qi­ya­mət günü yer üzərindəki dağlar, ağaclar, çaylar və dənizlərlə birlikdə Onun ovcunun içində olacaq, yeddi göy­ün də hamısı Onun sağ əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və müşriklərin Onun barəsində dediklərindən və etiqad etdiklərindən ucadır.

39:68Страница 466

وَنُفِخَ فِي ٱلصُّورِ فَصَعِقَ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَمَن فِي ٱلۡأَرۡضِ إِلَّا مَن شَآءَ ٱللَّهُۖ ثُمَّ نُفِخَ فِيهِ أُخۡرَىٰ فَإِذَا هُمۡ قِيَامٞ يَنظُرُونَ ٦٨

Но подуют в Рог, и тогда потеряют сознание (или умрут) те, кто на небесах, и те, кто на земле, кроме тех, кого Аллах пожелает оставить. Потом в нее подуют еще раз, и тогда они встанут и будут смотреть.

Sura üfürmək üçün təyin olunmuş mələk ona üfürəcəyi gün göylərdə və yer­də kim varsa, yalnız Allahın, sağ qalmasını istədiklərindən başqa hamısı öləcəkdir. Mələk dirilmə üçün ikinci kərə ona üfü­rdükdə isə onlar qal­xıb Allahın onlara nə edəcəyinə baxacaqlar.

39:69Страница 466

وَأَشۡرَقَتِ ٱلۡأَرۡضُ بِنُورِ رَبِّهَا وَوُضِعَ ٱلۡكِتَٰبُ وَجِاْيٓءَ بِٱلنَّبِيِّـۧنَ وَٱلشُّهَدَآءِ وَقُضِيَ بَيۡنَهُم بِٱلۡحَقِّ وَهُمۡ لَا يُظۡلَمُونَ ٦٩

Земля озарится светом своего Господа. Будет положено Писание, и будут приведены пророки и свидетели. Между ними рассудят по справедливости, и с ними не поступят несправедливо.

Qüdrətli Rəbb Öz qulları arasında hökm vermək üçün gəldiyi zaman yer işıq­lana­caq, insanların əməlləri yazılmış səhifələr üzə çıxacaq, peyğəmbərlər və Muhəmmədin (səllallahu aleyhi və səlləm) ümməti gəti­rilə­cək ki, peyğəmbərlər öz qövmlərinə şahidlik etsinlər. Allah onların ara­sında əda­lətlə hökm verilə­cək və o gün onlara zülm edil­mə­yə­cək, heç kəsin nə günahı üstə günah artırılar, nə də savabından bir savab azalar.

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English