Аль-МухтасарГафир · 40:1–72

Аль-Мухтасар · Тафсир · на азербайджанском

غافر

Гафир

Прощающий · Мекканская · 85 аятов

40:1Страница 467

حمٓ ١

Ха. Мим.

﴾Ha. Mim﴿. Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır.

40:2Страница 467

تَنزِيلُ ٱلۡكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡعَلِيمِ ٢

Писание ниспослано от Аллаха Могущественного, Знающего,

Quranın heç kəsin qalib gələ bilmədiyi, Öz qullarına fayda verən işləri bilən qüdrətli Allah tərəfindən rəsulu Muhəmmədə -səllallahu aleyhi və səlləm- nazil olması.

40:3Страница 467

غَافِرِ ٱلذَّنۢبِ وَقَابِلِ ٱلتَّوۡبِ شَدِيدِ ٱلۡعِقَابِ ذِي ٱلطَّوۡلِۖ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ إِلَيۡهِ ٱلۡمَصِيرُ ٣

Прощающего грехи, Принимающего покаяния, Сурового в наказании, Обладающего милостью. Нет божества, кроме Него, и к Нему предстоит прибытие.

Günahkarların günahlarını bağışlayan, tövbə edən qullarının tövbəsini qəbul edən, günahlarına görə tövbə etməyən kimsələrə şid­dət­li cəza verən, həm də, kərəm və lütf sahibi olan Allahdan. Ondan başqa haqq məbud yoxdur. Qiyamət günü insanlar yalnız Onun hüzuruna qayıdacaq və Allah, onlara layiq olduqları (mükafat və ya cəzanı) verəcəkdir.

40:4Страница 467

مَا يُجَٰدِلُ فِيٓ ءَايَٰتِ ٱللَّهِ إِلَّا ٱلَّذِينَ كَفَرُواْ فَلَا يَغۡرُرۡكَ تَقَلُّبُهُمۡ فِي ٱلۡبِلَٰدِ ٤

Знамения Аллаха оспаривают только неверующие. Пусть не обольщает тебя то, как они мечутся на земле.

Allahın vəhdaniyyətinə və Onun rəsulunun doğru danışdığına dəlalət edən ayələri barəsində yalnız Allaha küfr etmiş kimsələr, ağıllarının fəsad olmasından dolayı mübahisə edər­lər. Onlara görə kədərlənmə. Onların bol ruzi və nemətlər içində yaşaması səni aldat­masın. Kafirlərə möhlət verililməsi, onları tədricən məhv etmək üçün onlara qurulmuş bir hiylədir.

40:5Страница 467

كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٖ وَٱلۡأَحۡزَابُ مِنۢ بَعۡدِهِمۡۖ وَهَمَّتۡ كُلُّ أُمَّةِۭ بِرَسُولِهِمۡ لِيَأۡخُذُوهُۖ وَجَٰدَلُواْ بِٱلۡبَٰطِلِ لِيُدۡحِضُواْ بِهِ ٱلۡحَقَّ فَأَخَذۡتُهُمۡۖ فَكَيۡفَ كَانَ عِقَابِ ٥

До них сочли лжецами посланников народ Нуха (Ноя) и соумышленники после них. Каждый народ намеревался схватить своего посланника. Они спорили, прибегая ко лжи, чтобы опровергнуть ею истину. Но Я схватил их, и каким же было Мое наказание!

Bunlardan əvvəl Nuh qövmü, ondan sonra da başqa toplumlar - Ad, Səmud və Lut tayfaları, Mədyən əhli və Firon, el­çi­lə­ri yalançı saymış, hər bir ümmət öz peyğəmbərlərini tutub öldürməyə cəhd göstərmiş və haqqı yox etmək üçün öz ba­til sözləri ilə müba­hisə etmişdilər. Buna gör də, Mən o ümmətlərin hamısını yaxaladım. Bir düşün, Mə­nim onlara verdiyim cəzam necə oldu! Bu, şiddətli bir cəza idi.

40:6Страница 467

وَكَذَٰلِكَ حَقَّتۡ كَلِمَتُ رَبِّكَ عَلَى ٱلَّذِينَ كَفَرُوٓاْ أَنَّهُمۡ أَصۡحَٰبُ ٱلنَّارِ ٦

Так сбылось Слово твоего Господа относительно того, что неверующие окажутся обитателями Огня.

Ey Peyğəmbər, necə ki, Allah, haqqı yalan saymış o ümmətlərin həlak edilməsi barədə hökm vermişdi, eləcə də, küfr edənlərin Cəhənnəm sakinləri ola­cağı ba­rədə Rəbbinin sözü gerçəkləşdi.

40:7Страница 467

ٱلَّذِينَ يَحۡمِلُونَ ٱلۡعَرۡشَ وَمَنۡ حَوۡلَهُۥ يُسَبِّحُونَ بِحَمۡدِ رَبِّهِمۡ وَيُؤۡمِنُونَ بِهِۦ وَيَسۡتَغۡفِرُونَ لِلَّذِينَ ءَامَنُواْۖ رَبَّنَا وَسِعۡتَ كُلَّ شَيۡءٖ رَّحۡمَةٗ وَعِلۡمٗا فَٱغۡفِرۡ لِلَّذِينَ تَابُواْ وَٱتَّبَعُواْ سَبِيلَكَ وَقِهِمۡ عَذَابَ ٱلۡجَحِيمِ ٧

Те, которые несут Трон, и те, которые вокруг него, прославляют хвалой своего Господа, веруют в Него и просят прощения для верующих: «Господь наш! Ты объял всякую вещь милостью и знанием. Прости же тех, которые раскаялись и последовали Твоим путем, и защити их от мучений в Аду.

Ey Peyğəmbər, sənin Rəbbinin ərşini daşıyan mələklər və onun ətra­fın­da­kılar öz Rəbbini bütün nöqsanlardan uzaq tutaraq tərif edir, Ona iman gətirir və Allaha iman gətirənlər üçün ba­ğış­lan­ma diləyib belə dua edirlər: “Ey Rəbbi­miz! Sənin rəhmətin və elmin hər şeyi əhatə etmişdir. Günahlarından töv­bə edib Sənin dininə tabe olanları bağışla və on­ları Cə­hən­nəm odundan qoru!

40:8Страница 468

رَبَّنَا وَأَدۡخِلۡهُمۡ جَنَّٰتِ عَدۡنٍ ٱلَّتِي وَعَدتَّهُمۡ وَمَن صَلَحَ مِنۡ ءَابَآئِهِمۡ وَأَزۡوَٰجِهِمۡ وَذُرِّيَّٰتِهِمۡۚ إِنَّكَ أَنتَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٨

Господь наш! Введи их в сады Эдема, которые Ты обещал им, а также праведников из числа их отцов, супруг и потомков. Воистину, Ты - Могущественный, Мудрый.

Mələklər deyirlər: "Ey Rəbbimiz! Möminləri də, onların atalarından, zövcələ­rin­dən və övladlarından olan əmə­lisaleh kimsələri də, onlara vəd etdi­yin, içində əbədi qalacaqları Cən­nətlərə daxil et. Hə­qi­qə­tən, Sən Qüdrətlisən - heç kəsin Sənə gücü çatmaz, üstəlik, qədəri yazmaq və işləri idarə yoluna qoymaq xüsusunda Hikmət sahibisən.

40:9Страница 468

وَقِهِمُ ٱلسَّيِّـَٔاتِۚ وَمَن تَقِ ٱلسَّيِّـَٔاتِ يَوۡمَئِذٖ فَقَدۡ رَحِمۡتَهُۥۚ وَذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ ٩

Защити их от грехов, ведь только тот, кого Ты защитишь в тот день от грехов, будет помилован Тобой. Это и есть великое преуспеяние».

Onları pis əməllərinin cəzasından qoru və o əməllərə görə onlara əzab vermə. Qiyamət günü Sən kimi pis əməllərinin cəzasından qorusan, ona rəhm etmiş olarsan. Allahın Öz qulunu əzabdan qoruması və Cənnətə daxil etməklə ona rəhm etməsi, bənzəri olmayan böyük uğurdur”.

40:10Страница 468

إِنَّ ٱلَّذِينَ كَفَرُواْ يُنَادَوۡنَ لَمَقۡتُ ٱللَّهِ أَكۡبَرُ مِن مَّقۡتِكُمۡ أَنفُسَكُمۡ إِذۡ تُدۡعَوۡنَ إِلَى ٱلۡإِيمَٰنِ فَتَكۡفُرُونَ ١٠

Воистину, к неверующим воззовут: «Ненависть Аллаха к вам тогда, когда вас призывали к вере, а вы не веровали, была сильнее, чем ваша ненависть к самим себе».

Allaha və Onun peyğəmbərlərinə küfr edənlər qiyamət günü Cəhənnəmə daxil olduqda və özlərinə nifrət edib lənət oxuduqda, onlara belə xitab olu­nacaq: “Allahın sizə olan nifrəti sizin özünüzə olan nifrətinizdən daha böyükdür. Çünki siz dünyada ikən Allaha iman gətirməyə dəvət olunduqda, Ona küfr edir və Onunla yanaşı başqa tanrıları ilah qəbul edirdiniz.”

40:11Страница 468

قَالُواْ رَبَّنَآ أَمَتَّنَا ٱثۡنَتَيۡنِ وَأَحۡيَيۡتَنَا ٱثۡنَتَيۡنِ فَٱعۡتَرَفۡنَا بِذُنُوبِنَا فَهَلۡ إِلَىٰ خُرُوجٖ مِّن سَبِيلٖ ١١

Они скажут: «Господь наш! По Твоей воле дважды мы были мертвы, и дважды Ты оживил нас. Мы признались в своих грехах. Нет ли пути к выходу?».

Kafirlərin öz günahlarını etiraf etməsinin və tövbə etməsinin faydası olmadığı vaxt, onlar öz günahlarını etiraf edib deyəcəklər: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öl­dürdün. Belə ki, biz yox ikən Sən bizi yaratdın və biz bir müddət yaşadıqdan sonra bizi öldürdün. Eləcə də, bizi iki dəfə di­rilt­din. Belə ki, əvvəlcə bizi yoxdan yaratdın və nəhayət, biz öldükdən sonra bizi yenidən diriltdin. Biz qazandığımız günahlarımızı etiraf etdik. İndi Cəhənnəm odundan çıxıb dünya həyatına qayıtmağa bir yol varmı, biz gedib əməllərimizi islah edək və Sənin razılığını qazanaq?!”

40:12Страница 468

ذَٰلِكُم بِأَنَّهُۥٓ إِذَا دُعِيَ ٱللَّهُ وَحۡدَهُۥ كَفَرۡتُمۡ وَإِن يُشۡرَكۡ بِهِۦ تُؤۡمِنُواْۚ فَٱلۡحُكۡمُ لِلَّهِ ٱلۡعَلِيِّ ٱلۡكَبِيرِ ١٢

Это потому, что когда призывали одного Аллаха, вы не веровали. Если же к Нему приобщали сотоварищей, вы верили. Решение принимает только Аллах, Возвышенный, Большой».

(Onlara deyiləcək:) “Sizə verilən bu əzab ona görədir ki, tək olan Allah çağı­rıl­dı­ğı və heç kəs Ona şərik qoşulmadığı zaman siz Ona küfr edir və Ona şəriklər qoşurdunuz. Allahla yanaşı başqa tanrılara ibadət edildikdə isə ina­nır­dı­nız. İndi isə hökm Öz zatı, hörməti və qüdrəti ilə Uca və hər şeydən Bö­yük olan tək Allaha məxsusdur”.

40:13Страница 468

هُوَ ٱلَّذِي يُرِيكُمۡ ءَايَٰتِهِۦ وَيُنَزِّلُ لَكُم مِّنَ ٱلسَّمَآءِ رِزۡقٗاۚ وَمَا يَتَذَكَّرُ إِلَّا مَن يُنِيبُ ١٣

Он - Тот, Кто показывает вам Свои знамения и ниспосылает вам с неба удел, но поминают назидание только обращающиеся к Аллаху.

Öz qüdrətini və vəhdaniyyətini sizə bildirmək üçün kainatda və sizin özünüzdə sizə Öz dəlillərini gös­tə­rən, habelə, bitkilərdən, əkinlərdən və sairədən ruzi əldə etməyiniz üçün göydən sizə yağmur endirən məhz Allahdır. Allahın dəlillərindən yalnız ixlasla Allaha tövbə edərək Ona tərəf yönələn kimsələr ibrət alarlar!

40:14Страница 468

فَٱدۡعُواْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ وَلَوۡ كَرِهَ ٱلۡكَٰفِرُونَ ١٤

Взывайте же к Аллаху, очищая перед Ним веру, даже если это ненавистно неверующим.

Ey möminlər, Allaha itaətdə və duada ixlaslı olduğunuz və Ona şərik qoşmadığınız halda Ona dua edin! Hətta bu əməliniz kafirlərin xoşuna gəl­mə­sə və onları qəzəbə gətirsə belə.

40:15Страница 468

رَفِيعُ ٱلدَّرَجَٰتِ ذُو ٱلۡعَرۡشِ يُلۡقِي ٱلرُّوحَ مِنۡ أَمۡرِهِۦ عَلَىٰ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦ لِيُنذِرَ يَوۡمَ ٱلتَّلَاقِ ١٥

Он обладает возвышенными качествами (или возвышает по степеням) и владеет Троном. Он ниспосылает дух (откровение) со Своими велениями тем из Своих рабов, кому пожелает, чтобы предупредить о Дне встречи.

Yalnız Allah, ixlasla dua və ibadət olunmağa haqqı olandır. O, məxluqatın hamısından uca olan ən yüksək dərəcələr sahibi və əzəmətli Ərşin Rəbbidir. O, qul­la­rından dilədi­yi kimsələrə vəhy nazil edir ki, onlar onun sayəsində həm özləri yaşasınlar, həm də baqşalarını yaşatsınlar, üstəlik də, insan­ları, əvvəlkilərin və sonrakıların görüşəcəyi qiyamət günü ilə qorxutsunlar.

40:16Страница 468

يَوۡمَ هُم بَٰرِزُونَۖ لَا يَخۡفَىٰ عَلَى ٱللَّهِ مِنۡهُمۡ شَيۡءٞۚ لِّمَنِ ٱلۡمُلۡكُ ٱلۡيَوۡمَۖ لِلَّهِ ٱلۡوَٰحِدِ ٱلۡقَهَّارِ ١٦

В тот день, когда они появятся на поверхности земли после воскрешения, ничто о них не скроется от Аллаха. Кому же принадлежит власть сегодня? Аллаху, Единственному, Всемогущему.

O gün insanlar (qəbirlərindən) çıxıb bir yerə toplanacaq və barələrində heç bir şey - nə özləri, nə əməlləri, nə də ki əməllərinin əvəzi xüsusunda heç bir şey Allahdan gizli qalmayacaq. Sonra soruşulacaq: “Bu gün səltənət kimə məxsusdur?" Həmin vaxt yalnız bir cavab olacaq: "Səltənət Öz zatında, sifətlərində və işlərində vahid olan, hər şeyi Öz hökmünə tabe edən, hər kəsin boyun əydiyi Allaha məxsusdur!”

40:17Страница 469

ٱلۡيَوۡمَ تُجۡزَىٰ كُلُّ نَفۡسِۭ بِمَا كَسَبَتۡۚ لَا ظُلۡمَ ٱلۡيَوۡمَۚ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلۡحِسَابِ ١٧

Сегодня каждая душа получит только то, что она приобрела, и не будет сегодня несправедливости. Воистину, Аллах скор в расчете!

Bu gün hər kəsə qazan­dı­ğı əməlin əvə­zi veriləcək, yaxşı əmələ yaxşı, pisə də pis əvəz veriləcək. Bu gün zülm olmayacaq. Çünki hökmü verən, ədalətli Allahdır. Allah qularının əməllərindən xəbərdar olduğu üçün olarla tez haqq-hesab çə­kər.

40:18Страница 469

وَأَنذِرۡهُمۡ يَوۡمَ ٱلۡأٓزِفَةِ إِذِ ٱلۡقُلُوبُ لَدَى ٱلۡحَنَاجِرِ كَٰظِمِينَۚ مَا لِلظَّٰلِمِينَ مِنۡ حَمِيمٖ وَلَا شَفِيعٖ يُطَاعُ ١٨

Предупреди их о приближающемся дне, когда сердца подступят к горлу, и они будут опечалены. Не будет у беззаконников ни любящего родственника, ни заступника, которому подчиняются.

Ey Peyğəmbər, onları ya­xınlaşan qiyamət günü ilə qorxut. O gün mütləq gələcəkdir. Hər gələn şey yaxındır. O gün ürəklər onun qorxusundan qalxıb öz sahiblərinin xirtdəyinə çata­caq. Həmin vaxt onlar səssiz duracaq və Mərhəmətli Allahın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq. Allaha şərik qoşmaq və asilik etməklə özlərinə zülm etmiş kimsələrin o gün nə bir ya­xın dostu, nə də şəfaətçilik etmək vaxtı gəldikdə, sözü keçən bir şəfaətçisi olar.

40:19Страница 469

يَعۡلَمُ خَآئِنَةَ ٱلۡأَعۡيُنِ وَمَا تُخۡفِي ٱلصُّدُورُ ١٩

Он знает о предательском взгляде и том, что скрывают груди.

Allah gözlərin nəyə oğrun-oğrun baxdığını və kökslərin nələr gizlətdi­yi­ni bilir, bunlardan heç bir şey Ondan gizli qalmaz.

40:20Страница 469

وَٱللَّهُ يَقۡضِي بِٱلۡحَقِّۖ وَٱلَّذِينَ يَدۡعُونَ مِن دُونِهِۦ لَا يَقۡضُونَ بِشَيۡءٍۗ إِنَّ ٱللَّهَ هُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ ٢٠

Аллах решает по справедливости, а те, которых призывают вместо Него, не решают ничего. Воистину, Аллах - Слышащий, Видящий.

Allah ədalətlə hökm ve­rər, heç kəsə, onun savabından azaltmaqla, yaxud günahlarını artırmaqla zülm etməz. Müşriklərin Allah­dan başqa tapındıqları (bütlər) isə heç bir şeyə hökm edə bilməzlər. Çünki onlar heç bir şeyə malik deyillər. Şübhəsiz ki, Allah Öz qullarının danışdıqlarını eşidir, habelə, onların niyyətlərini və əməllərini görür və tezliklə bunların əvəzini onlara verəcəkdir.

40:21Страница 469

۞ أَوَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ كَانُواْ مِن قَبۡلِهِمۡۚ كَانُواْ هُمۡ أَشَدَّ مِنۡهُمۡ قُوَّةٗ وَءَاثَارٗا فِي ٱلۡأَرۡضِ فَأَخَذَهُمُ ٱللَّهُ بِذُنُوبِهِمۡ وَمَا كَانَ لَهُم مِّنَ ٱللَّهِ مِن وَاقٖ ٢١

Разве они не странствовали по земле и не видели, каким был конец их предшественников? А ведь они превосходили их силой и оставили больше следов на земле, но Аллах схватил их за их грехи, и никто не защитил их от Аллаха.

Məgər o müşriklər yer üzündə gəzib-dolaşıb özlərindən əvvəl (yaşamış və) haqqı yalan saymış ümmətlərin axırının necə olduğunu düşünmürlərmi? Onların axırı çox pis olmuşdur. O ümmətlər bunlardan daha qüvvətli idilər və yer üzündə bunların qurduğundan da möhtəşəm tikililər qurmuşdular. Allah onları günahlarına görə məhv etdi və onları Allahın əzabından qoruyan bir kimsə tapılmadı.

40:22Страница 469

ذَٰلِكَ بِأَنَّهُمۡ كَانَت تَّأۡتِيهِمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ فَكَفَرُواْ فَأَخَذَهُمُ ٱللَّهُۚ إِنَّهُۥ قَوِيّٞ شَدِيدُ ٱلۡعِقَابِ ٢٢

Это произошло потому, что они не веровали, когда их посланники приходили к ним с ясными знамениями. Аллах схватил их, ведь Он - Всесильный, Суровый в наказании.

Onların düçar olduğu bu əzab ona görə idi ki, Allahın elçi­ləri onlara açıq-aydın dəlillər və tutarlı sübutlarla gə­tir­dikdə, on­lar Allaha küfr edir və Onun elçilərini yalançı hesab edirdilər. Onlar qüvvətli olmalarına rəğmən, Allah onla­rı yaxalayıb məhv etdi. Pak və müqəddəs Allah, həqi­qətən də, Ona küfr edən və Onun elçilərini yalançı sayan kimsələrə qarşı qüvvətlidir, cəzası da şiddətli­dir.

40:23Страница 469

وَلَقَدۡ أَرۡسَلۡنَا مُوسَىٰ بِـَٔايَٰتِنَا وَسُلۡطَٰنٖ مُّبِينٍ ٢٣

Мы послали Мусу (Моисея) с Нашими знамениями и ясным доказательством

Biz Musanı aydın möcüzələ­ri­mizlə və kəsərli dəlillərlə göndərdik.

40:24Страница 469

إِلَىٰ فِرۡعَوۡنَ وَهَٰمَٰنَ وَقَٰرُونَ فَقَالُواْ سَٰحِرٞ كَذَّابٞ ٢٤

к Фараону, Хаману и Каруну (Корею). Они сказали: «Он - лживый колдун!».

Fironun, onun vəziri Hamanın və Qa­runun ya­nına. Onlar isə dedilər: “Musa sehr­baz­dır və iddia etdiyi peyğəmbərliyi də yalandır!”

40:25Страница 469

فَلَمَّا جَآءَهُم بِٱلۡحَقِّ مِنۡ عِندِنَا قَالُواْ ٱقۡتُلُوٓاْ أَبۡنَآءَ ٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ وَٱسۡتَحۡيُواْ نِسَآءَهُمۡۚ وَمَا كَيۡدُ ٱلۡكَٰفِرِينَ إِلَّا فِي ضَلَٰلٖ ٢٥

Когда он принес им истину от Нас, они сказали: «Убивайте сыновей тех, кто уверовал вместе с ним, и оставляйте в живых их женщин!». Но козни неверующих безуспешны.

Musa onlara özünün doğru danışdığını təsdiq edən dəlillər gətirdikdə, Firon dedi: “Onları alçaltmaq üçün, onunla birlikdə iman gətirənlərin oğullarını öldürün, qadınlarını isə sağ buraxın!” Möminlərin sayını azaltmaq üçün kafirlərin qurduqları hiylələr boşa çıxar və bu hiylələrin heç bir təsiri olmaz.

40:26Страница 470

وَقَالَ فِرۡعَوۡنُ ذَرُونِيٓ أَقۡتُلۡ مُوسَىٰ وَلۡيَدۡعُ رَبَّهُۥٓۖ إِنِّيٓ أَخَافُ أَن يُبَدِّلَ دِينَكُمۡ أَوۡ أَن يُظۡهِرَ فِي ٱلۡأَرۡضِ ٱلۡفَسَادَ ٢٦

Фараон сказал: «Не мешайте мне убить Мусу (Моисея). Пусть он призовет своего Господа. Я опасаюсь, что он заменит вашу религию или распространит на земле нечестие».

Firon dedi: “Buraxın mə­ni Mu­sa­ya cəza olaraq onu öldürüm! Qoy o da canını məndən qurtarmaq üçün Rəbbinə dua etsin. Onun Rəb­bi­nə dua etməsi mənim üçün önəmli deyil. Mən onun sizin etiqad etdiyiniz dini dəyiş­di­rə­cə­yindən, ya­xud yer üzündə insanları öldürmək və yurdları viran qoymaqla fəsad törədəcəyindən qor­xuram”.

40:27Страница 470

وَقَالَ مُوسَىٰٓ إِنِّي عُذۡتُ بِرَبِّي وَرَبِّكُم مِّن كُلِّ مُتَكَبِّرٖ لَّا يُؤۡمِنُ بِيَوۡمِ ٱلۡحِسَابِ ٢٧

Муса (Моисей) сказал: «Воистину, я прибег к защите моего Господа и вашего Господа от всякого превознесшегося гордеца, не верующего в День расчета».

Musa (aleyhissəlam) Fironun onu təhdid etdiyini biləndə dedi: “Mən qiyamət gününə və o gün haqq-hesaba çəkiləcəyinə və əməllərinin əvəzini alacağına inanmayan, haqqı qəbul etməyən hər bir təkəb­bürlüdən, həm mə­nim Rəbbim, həm də sizin Rəb­bi­niz olan Alla­ha sığı­nı­r və Ona üz tuturam!”

40:28Страница 470

وَقَالَ رَجُلٞ مُّؤۡمِنٞ مِّنۡ ءَالِ فِرۡعَوۡنَ يَكۡتُمُ إِيمَٰنَهُۥٓ أَتَقۡتُلُونَ رَجُلًا أَن يَقُولَ رَبِّيَ ٱللَّهُ وَقَدۡ جَآءَكُم بِٱلۡبَيِّنَٰتِ مِن رَّبِّكُمۡۖ وَإِن يَكُ كَٰذِبٗا فَعَلَيۡهِ كَذِبُهُۥۖ وَإِن يَكُ صَادِقٗا يُصِبۡكُم بَعۡضُ ٱلَّذِي يَعِدُكُمۡۖ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَنۡ هُوَ مُسۡرِفٞ كَذَّابٞ ٢٨

Верующий муж из рода Фараона, скрывавший свою веру, сказал: «Неужели вы убьете человека за то, что он говорит: «Мой Господь - Аллах»? Ведь он явился к вам с ясными знамениями от вашего Господа. Если он лжет, то его ложь навредит только ему самому. Если же он говорит правду, то вас поразит некоторое из того, что он вам обещает. Воистину, Аллах не ведет прямым путем того, кто излишествует и лжет.

Firon ailəsindən olub Allaha iman gətirmiş və ima­nını öz qövmündən giz­lədən bir kişi, onların Musanı qətlə yetirmək istəklərinə etirazını bildirib dedi: “Məgər siz cinayət etməyən bir insanı sadəcə: “Rəbbim Allahdır!” – dediyinə görə öl­dü­rə­cək­si­niz­?! Hal­buki o, sizə, Rəb­binin onu elçi göndərməsi barədə olan iddiasının dorğuluğuna dəlalət edən dəlil-sübutlar gətirmişdir. Əgər o, yalan danı­şır­sa, onun yalanının zərəri öz əley­hi­nə olacaq. Yox, əgər doğru da­nı­şırsa, onda onun sizə vəd etdiyi əzabın bir qismi tezliklə sizi yaxalayacaq. Hə­qi­qətən, Allah, Onun hüdudlarını aşanı, həmçinin, Allaha və Onun rəsuluna iftira yaxanı haqq yola yönəltməz.

40:29Страница 470

يَٰقَوۡمِ لَكُمُ ٱلۡمُلۡكُ ٱلۡيَوۡمَ ظَٰهِرِينَ فِي ٱلۡأَرۡضِ فَمَن يَنصُرُنَا مِنۢ بَأۡسِ ٱللَّهِ إِن جَآءَنَاۚ قَالَ فِرۡعَوۡنُ مَآ أُرِيكُمۡ إِلَّا مَآ أَرَىٰ وَمَآ أَهۡدِيكُمۡ إِلَّا سَبِيلَ ٱلرَّشَادِ ٢٩

О мой народ! Сегодня у вас есть власть, и вы господствуете на земле. Но кто поможет нам, если наказание Аллаха явится к нам?». Фараон сказал: «Я указываю вам только на то, что сам считаю нужным. Я веду вас только правильным путем».

Ey qövmüm! Bu gün səltənət sizə məxsusdur. Misir torpağında qalib gələnlər də sizsiniz. Əgər Musanı qətlinə görə, Allahın əzabı bizə gəlsə, bizi ondan kim xilas edə bilər?!” Firon dedi: “Söz, mən dediyim söz, hökm də, mən verdiyim hökm olmalıdır. Mən şərin və fəsadın qarşısını almaq üçün, Musanı öldürməyimi məsləhət bilirəm və mən sizə ancaq doğru yolu göstə­ri­rəm”.

40:30Страница 470

وَقَالَ ٱلَّذِيٓ ءَامَنَ يَٰقَوۡمِ إِنِّيٓ أَخَافُ عَلَيۡكُم مِّثۡلَ يَوۡمِ ٱلۡأَحۡزَابِ ٣٠

Тогда тот, кто уверовал, сказал: «О мой народ! Я боюсь, что вас постигнет нечто подобное дню соумышленников,

Mömin kişi öz qövmünə nəsihət edib dedi: “Ey qövmüm! Mən qorxuram ki, siz zülm və düşmənçilik edərək Musanı qətlə yetirəcəyiniz təqdirdə, əvvəlki toplumların ba­şı­na gəlmiş əzabın bənzəri sizin də başı­nıza gəlsin. Onlar öz peyğəmbərlərinə qarşı birləşmiş, Allah da, onları həlak etmişdir.

40:31Страница 470

مِثۡلَ دَأۡبِ قَوۡمِ نُوحٖ وَعَادٖ وَثَمُودَ وَٱلَّذِينَ مِنۢ بَعۡدِهِمۡۚ وَمَا ٱللَّهُ يُرِيدُ ظُلۡمٗا لِّلۡعِبَادِ ٣١

подобное тому, что произошло с народом Нуха (Ноя), адитами, самудянами и теми, которые были после них. Аллах не желает поступать несправедливо с рабами.

Küfr etmiş və elçiləri yalançı saymış kəslərin - Nuh qövmünün, Ad və Səmud tayfalarının və onlardan sonrakıların adəti kimi. Allah onları küfrlərinə və elçilərini yalançı saydıqlarına görə məhv etmişdir. Allah Öz bəndələrinə zülm etmək istəməz, lakin onların günahlarına görə, layiqli cəza olaraq, onlara əzab verər.

40:32Страница 470

وَيَٰقَوۡمِ إِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ يَوۡمَ ٱلتَّنَادِ ٣٢

О мой народ! Я боюсь наступления для вас того дня, когда одни будут взывать к другим.

Ey qömüm, mən sizə üz verəcək qiyamət günündən qorxu­ram. O gün ki, insanlar qohumluq və ya şan-şöhrət səbəbilə bir-birini köməyə çağıracaq və belə etməklə bu dəhşətli məqamda bir-birinə fayda verə biləcəklərini güman edəcəklər.

40:33Страница 470

يَوۡمَ تُوَلُّونَ مُدۡبِرِينَ مَا لَكُم مِّنَ ٱللَّهِ مِنۡ عَاصِمٖۗ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنۡ هَادٖ ٣٣

В тот день вы обратитесь вспять, но никто не защитит вас от Аллаха. Кого Аллах введет в заблуждение, тому не будет наставника.

Cəhənnəm odundan qorxub geriyə qaçacağı­nız gün si­zi Allahın əzabından qoruyan ta­pıl­maz. Alla­h bir kimsəni rəzil edib onu iman gətirməkdən məhrum edərsə, onu doğru yola yönəldən tapılmaz. Çünki doğru yola müvəffəq etmək təkcə Allahın əlindədir”.

40:34Страница 471

وَلَقَدۡ جَآءَكُمۡ يُوسُفُ مِن قَبۡلُ بِٱلۡبَيِّنَٰتِ فَمَا زِلۡتُمۡ فِي شَكّٖ مِّمَّا جَآءَكُم بِهِۦۖ حَتَّىٰٓ إِذَا هَلَكَ قُلۡتُمۡ لَن يَبۡعَثَ ٱللَّهُ مِنۢ بَعۡدِهِۦ رَسُولٗاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَنۡ هُوَ مُسۡرِفٞ مُّرۡتَابٌ ٣٤

Прежде к вам явился с ясными знамениями Йусуф (Иосиф), но вы до сих пор сомневаетесь в том, что он вам принес. Когда же он умер, вы сказали: «Аллах не отправит посланника после него». Так Аллах вводит в заблуждение того, кто излишествует и сомневается».

Musadan əvvəl Yusuf sizə Allahın tək ilah olduğuna dəlalət edən açıq-aydın dəlillər gətirmişdi. Siz onun gətirdiklərinə şəkk edib və onu yalançı saydınız. Nə­­hayət, o, və­fat etdik­də, sizin şəkk-şübhəniz artdı və siz: “Allah ondan sonra rəsul göndərməyəcək!”- dedi­niz. Allah sizi haqq yoldan azdırdığı kimi, Allahın qoyduğu hüdudları aşan və Onun tək ilah olduğuna şəkk edən hər kəsi beləcə azdırar.

40:35Страница 471

ٱلَّذِينَ يُجَٰدِلُونَ فِيٓ ءَايَٰتِ ٱللَّهِ بِغَيۡرِ سُلۡطَٰنٍ أَتَىٰهُمۡۖ كَبُرَ مَقۡتًا عِندَ ٱللَّهِ وَعِندَ ٱلَّذِينَ ءَامَنُواْۚ كَذَٰلِكَ يَطۡبَعُ ٱللَّهُ عَلَىٰ كُلِّ قَلۡبِ مُتَكَبِّرٖ جَبَّارٖ ٣٥

Препирательство тех, которые оспаривают знамения Аллаха без всякого довода, явившегося к ним, весьма ненавистно Аллаху и верующим. Так Аллах накладывает печать на сердце каждого возгордившегося тирана.

O kəslər ki, özlərinə bir dəlil və sübut gəlmədiyi halda, Allahın ayələri barəsində mübahisə edirlər ki, onun batil olduğunu isbat etsinlər. Onların bu mübahisəsi, həm Allah yanında, həm də, Allaha və Onun peyğəmbərlərinə iman gətirənlər yanında nifrət artırar. Allah, Quran ayələrinin batil olduğunu isbat etmək üçün, o ayələr barədə mübahisə edənlərin qəlbinə möhür vurduğu kimi, haqqı qəbul etməyən hər bir təkəbbürlü və azğın qəlbi də möhürləyər və onu nə doğru yola yönəldər, nə də xeyirli bir iş görməyə müvəffəq edər.

40:36Страница 471

وَقَالَ فِرۡعَوۡنُ يَٰهَٰمَٰنُ ٱبۡنِ لِي صَرۡحٗا لَّعَلِّيٓ أَبۡلُغُ ٱلۡأَسۡبَٰبَ ٣٦

Фараон сказал: «О Хаман! Построй для меня башню. Быть может, я достигну путей,

Firon öz vəziri Hamana dedi: “Ey Haman, mənim üçün uca bir qüllə tik ki, bəl­kə yollara çatım.

40:37Страница 471

أَسۡبَٰبَ ٱلسَّمَٰوَٰتِ فَأَطَّلِعَ إِلَىٰٓ إِلَٰهِ مُوسَىٰ وَإِنِّي لَأَظُنُّهُۥ كَٰذِبٗاۚ وَكَذَٰلِكَ زُيِّنَ لِفِرۡعَوۡنَ سُوٓءُ عَمَلِهِۦ وَصُدَّ عَنِ ٱلسَّبِيلِۚ وَمَا كَيۡدُ فِرۡعَوۡنَ إِلَّا فِي تَبَابٖ ٣٧

путей небесных, и взгляну на Бога Мусы (Моисея). Воистину, я считаю его лжецом». Вот так Фараону представилось прекрасным зло его деяний, и он был сбит с пути. А козни Фараона оказались безуспешными.

Göylərin yollarına çatım və Mu­sanın iddia etdiyi haqq məbudunu gö­rüm. Dorğusu, mən Musanın iddiasının yalan olduğunu güman edirəm!” Beləcə, Firon istədiyini Hamandan tələb edərkən, pis əməli ona gö­zəl göstərildi və o, haqq yoldan çı­xarılıb batil yola yönəldildi. Fironun hiyləsi, - özünün batil etiqadını üzə çıxardıb, Musanın gətirdiyi haqqı puç etmək cəhdi, - boşa çıxdı. Çünki bu ona uğrusuz nəticə verdi, üstəlik də, əbədi bəxbəxtlik gətirdi.

40:38Страница 471

وَقَالَ ٱلَّذِيٓ ءَامَنَ يَٰقَوۡمِ ٱتَّبِعُونِ أَهۡدِكُمۡ سَبِيلَ ٱلرَّشَادِ ٣٨

Тот, кто уверовал, сказал: «О мой народ! Последуйте за мной, и я поведу вас правильным путем.

Fironun camaatından olan iman gətrimiş o kişi qövmünə nəsihət etmək və onları haqq yola yönəltmək məqsədilə dedi: “Ey qöv­müm! Mənim ardımca gə­lin, si­zi doğru yola yönəldim və haqqa qovuşdurum.

40:39Страница 471

يَٰقَوۡمِ إِنَّمَا هَٰذِهِ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا مَتَٰعٞ وَإِنَّ ٱلۡأٓخِرَةَ هِيَ دَارُ ٱلۡقَرَارِ ٣٩

О мой народ! Мирская жизнь - не что иное, как предмет пользования, а Последняя жизнь является Обителью пребывания.

Ey qövmüm! Bu dünya həyatı ancaq keçici ləzzətlərdən ibarətdir. Elə isə oradakı fani şeylər sizi aldatmasın. Əbədi və tükənməz nemətlərlə dolu axi­rət yurdu isə qərar tutulacaq əbədi yurd­dur. Allaha itaət etməklə o yurda yiyələnməyə çalışın və sizi axirət üçün yaxşı işlər görməkdən yayındıran dünya həyatınızla məşğul olmaqdan çəkinin.

40:40Страница 471

مَنۡ عَمِلَ سَيِّئَةٗ فَلَا يُجۡزَىٰٓ إِلَّا مِثۡلَهَاۖ وَمَنۡ عَمِلَ صَٰلِحٗا مِّن ذَكَرٍ أَوۡ أُنثَىٰ وَهُوَ مُؤۡمِنٞ فَأُوْلَٰٓئِكَ يَدۡخُلُونَ ٱلۡجَنَّةَ يُرۡزَقُونَ فِيهَا بِغَيۡرِ حِسَابٖ ٤٠

Тот, кто совершил зло, получит только соответствующее воздаяние. А те мужчины и женщины, которые поступали праведно, будучи верующими, войдут в Рай, в котором они будут получать удел без счета.

Kim pis bir iş görsə, o, yalnız etdiyi pislik qədər cəzalandırılar və bu cəzaya heç nə artırılmaz. Allaha və Onun elçilərinə iman gətirdiyi halda, Allahın üzünü diləyərək saleh əməl edən kişilər və qadınlar - məhz bu tərifəlayiq xislətləri özündə əks etdirən kimsələr qiyamət günü Cənnətə daxil olar. Allah onlara, orada olan meyvələrdən və əbədi qalan, heç vaxt tükənməyən nemətlərdən hesabsız olaraq bəxş edər.

40:41Страница 472

۞ وَيَٰقَوۡمِ مَا لِيٓ أَدۡعُوكُمۡ إِلَى ٱلنَّجَوٰةِ وَتَدۡعُونَنِيٓ إِلَى ٱلنَّارِ ٤١

О мой народ! Почему я зову вас к спасению, а вы зовете меня в Огонь?

Ey qövmüm! Bu nə işdir, mən sizi dünyada və axirətdə ziyana uğramaqdan xilas etmək üçün, Allaha iman gətirməyə və yaxşı işlər görməyə çağırdığım halda, siz məni Cəhənnəm oduna girmək üçün, Allaha küfr etməyə və Ona asi olmağa çağırırsınız?!

40:42Страница 472

تَدۡعُونَنِي لِأَكۡفُرَ بِٱللَّهِ وَأُشۡرِكَ بِهِۦ مَا لَيۡسَ لِي بِهِۦ عِلۡمٞ وَأَنَا۠ أَدۡعُوكُمۡ إِلَى ٱلۡعَزِيزِ ٱلۡغَفَّٰرِ ٤٢

Вы призываете меня не веровать в Аллаха и приобщать к Нему в сотоварищи то, о чем у меня нет знания. Я же призываю вас к Могущественному, Всепрощающему.

Siz məni öz batil əqidənizə dəvət edirsiniz ki, Allahı inkar edim və Onunla yanaşı haqqında heç bir doğru məlumatım olmayan bir tanrıya ibadət edim, mən isə sizi heç kimsənin qalib gələ bilməyəcəyi qüdrətli və qullarını çox bağışlayan Allaha iman gətirməyə çağırıram.

40:43Страница 472

لَا جَرَمَ أَنَّمَا تَدۡعُونَنِيٓ إِلَيۡهِ لَيۡسَ لَهُۥ دَعۡوَةٞ فِي ٱلدُّنۡيَا وَلَا فِي ٱلۡأٓخِرَةِ وَأَنَّ مَرَدَّنَآ إِلَى ٱللَّهِ وَأَنَّ ٱلۡمُسۡرِفِينَ هُمۡ أَصۡحَٰبُ ٱلنَّارِ ٤٣

Нет сомнения в том, что то, к чему вы меня призываете, не заслуживает молитв ни в этом мире, ни в Последней жизни, и что нам предстоит вернуться к Аллаху, и что излишествующие окажутся обитателями Огня.

Həqiqətən də, sizin məni iman gətirməyə və itaət etməyə çağırdınız (bütlər) nə dün­yada, nə də axi­rətdə çağırıl­ma­ğa haqqı yoxdur və (bu bütlər) onlara dua edənlərə cavab verməyə qadir deyillər. Bizim hamımızın dö­nü­şü yalnız Alla­ha­dır. Küfr və asilik etməklə həddi aşan­lar, sözsüz ki, cəhənnəmlikdirlər. O kəslər ki, qiyamət günü ora əbədi olaraq daxil olacaqlar.

40:44Страница 472

فَسَتَذۡكُرُونَ مَآ أَقُولُ لَكُمۡۚ وَأُفَوِّضُ أَمۡرِيٓ إِلَى ٱللَّهِۚ إِنَّ ٱللَّهَ بَصِيرُۢ بِٱلۡعِبَادِ ٤٤

Вы вспомните то, о чем я вам говорю. Я вверяю свое дело Аллаху. Воистину, Аллах видит рабов».

Onlar onun nəsihətini rədd etdikdə, o dedi: "Sizə etdiyim nəsihəti mütləq xatır­la­yacaq və bu nəsihəti qəbul etmədiyinizə görə peşman olacaqsınız. Mən bütün işləri­mi təkcə Uca Alla­ha həvalə edirəm. Uca Allaha, qullarının əməlllərindən heç bir şey gizlin qalmaz”.

40:45Страница 472

فَوَقَىٰهُ ٱللَّهُ سَيِّـَٔاتِ مَا مَكَرُواْۖ وَحَاقَ بِـَٔالِ فِرۡعَوۡنَ سُوٓءُ ٱلۡعَذَابِ ٤٥

Аллах защитил его от зла того, что они замыслили, а род Фараона окружили (или поразили) скверные мучения -

Onlar Musanı qətlə yetirmək istədikdə, Allah onu onların qur­duğu hiylənin şərindən qo­ru­du. Fi­ron əhlini isə dənizdəki əzab bürüdü. Allah onu və onun əsgərlərinin hamısını, dünyada ikən suya qərq etdi.

40:46Страница 472

ٱلنَّارُ يُعۡرَضُونَ عَلَيۡهَا غُدُوّٗا وَعَشِيّٗاۚ وَيَوۡمَ تَقُومُ ٱلسَّاعَةُ أَدۡخِلُوٓاْ ءَالَ فِرۡعَوۡنَ أَشَدَّ ٱلۡعَذَابِ ٤٦

Огонь, в который их ввергают утром и после полудня. А в День наступления Часа подвергните род Фараона самым жестоким мучениям!

Onlar öldükdən sonra (qiyamətədək) qəbirlərində, gündüzün əvvəlində və axırında odda yandırılarlar. Qiyamət qopacağı gün isə belə deyiləcəkdir: "Firona tabe olanlar küfr etdiklərinə, haqqı yalan saydıqlarına və Allahın yolundan sapdılarına görə, onları ən şiddətli və ən böyük əzaba salın!"

40:47Страница 472

وَإِذۡ يَتَحَآجُّونَ فِي ٱلنَّارِ فَيَقُولُ ٱلضُّعَفَٰٓؤُاْ لِلَّذِينَ ٱسۡتَكۡبَرُوٓاْ إِنَّا كُنَّا لَكُمۡ تَبَعٗا فَهَلۡ أَنتُم مُّغۡنُونَ عَنَّا نَصِيبٗا مِّنَ ٱلنَّارِ ٤٧

Когда они будут препираться друг с другом в Огне, слабые скажут тем, которые превозносились: «Мы следовали за вами. Не избавите ли вы нас от доли Огня?».

Ey Peyğəmbər, cəhənnəm əhlindən özlərinə tabe olunanlar ilə onlara tabe olanların bir-biriləri ilə mübahisə etdiklərini xatırla! O zaman tabe olan zəiflər təkəbbürlü başçılara belə deyəcəklər: “Biz dünyada azğın işlər görməkdə sizə tabe idik. İndi siz Allahın əzabının bir hissəsini öz boynunuza götürməklə onu bizdən dəf edə bilərsinizmi?!”

40:48Страница 472

قَالَ ٱلَّذِينَ ٱسۡتَكۡبَرُوٓاْ إِنَّا كُلّٞ فِيهَآ إِنَّ ٱللَّهَ قَدۡ حَكَمَ بَيۡنَ ٱلۡعِبَادِ ٤٨

Те, которые превозносились, скажут: «Все мы - в нем. Воистину, Аллах уже рассудил между рабами».

Təkəbbürlü başçılar deyəcəklər: “Biz, - istər başçı, istərsə də tabe olanlar olsun, - hamımız odun içindəyik və aramızdan heç kəs heç kəsin əzabının bir hissəsini öz üzərinə götürə bilməz. Allah artıq Öz qulları ara­sında hök­m vermiş və hər kəs də layiq olan cəzanı almışdır”.

40:49Страница 472

وَقَالَ ٱلَّذِينَ فِي ٱلنَّارِ لِخَزَنَةِ جَهَنَّمَ ٱدۡعُواْ رَبَّكُمۡ يُخَفِّفۡ عَنَّا يَوۡمٗا مِّنَ ٱلۡعَذَابِ ٤٩

Те, которые попали в Огонь, скажут стражам Геенны: «Помолитесь вашему Господа, пусть Он облегчит наши мучения хотя бы на день».

Odda əzab çəkən başçılar və onlara tabe olanlar, Cəhənnəmdən çıxacaqlarına və dünya həyatına qayıdıb tövbə edəcəklərinə ümidlərini itirdikdə, Cəhənnəmin mələklərdən ibarət gözət­çi­lərinə deyəcəklər: “Rəb­bi­ni­zə dua edin ki, heç olmasa, bircə gün bu davamlı əzabımızı yüngül­ləş­dir­sin!”

40:50Страница 473

قَالُوٓاْ أَوَلَمۡ تَكُ تَأۡتِيكُمۡ رُسُلُكُم بِٱلۡبَيِّنَٰتِۖ قَالُواْ بَلَىٰۚ قَالُواْ فَٱدۡعُواْۗ وَمَا دُعَٰٓؤُاْ ٱلۡكَٰفِرِينَ إِلَّا فِي ضَلَٰلٍ ٥٠

Они скажут: «Разве ваши посланники не приходили к вам с ясными знамениями?». Они ответят: «Конечно». Они скажут: «Тогда молите сами». Но мольбы неверующих безуспешны.

Cəhənnəm gözətçiləri kafirlərə cavab verərək deyəcəklər: “Mə­gər elçi­ləriniz sizə açıq-aydın də­lil-sübutlar gə­tirmə­miş­dilər?” Kafirlər: “Əlbəttə, onlar bizə açıq-aydın də­lil-sübutlar gə­tir­miş­dilər!”– deyə cavab verəcəklər. O zaman gö­zət­çi­lər onlara hökm edib deyəcəklər: “Elə isə özü­nüz dua edin! Biz kafirlər üçün şəfaətçilik edən deyilik”. Ka­firlərin duası isə əbəs və boş şeydir. Çünki onların küfr etməsindən dolayı duaları qəbul olan deyildir.

40:51Страница 473

إِنَّا لَنَنصُرُ رُسُلَنَا وَٱلَّذِينَ ءَامَنُواْ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَيَوۡمَ يَقُومُ ٱلۡأَشۡهَٰدُ ٥١

Воистину, Мы окажем помощь Нашим посланникам и верующим в мирской жизни и в тот день, когда предстанут свидетели.

Biz bu dünyada Öz el­çi­lərimizə, habelə, Allaha və Onun peyğəmbərlərinə iman gətirən kimsələrə kömək edəcəyik ki, əlllərindəki dəlillərlə öz düşmənlərinə qalib gəlsinlər. Eləcə də, qiyamət günü Peyğəmbərlər, mələklər və möminlər risalətin təbliğ edildiyinə və ümmətlərin onu təkzib etdiyinə şəhadət verdikdən sonra Biz möminlərin Cənnətə daxil olmasına kömək edəcəyik, üstəlik, dünyada onlarla ədavət aparmış kimsələri Cəhənnəmə vasil etməklə cəzalandıracağıq.

40:52Страница 473

يَوۡمَ لَا يَنفَعُ ٱلظَّٰلِمِينَ مَعۡذِرَتُهُمۡۖ وَلَهُمُ ٱللَّعۡنَةُ وَلَهُمۡ سُوٓءُ ٱلدَّارِ ٥٢

В тот день извинения (или оправдания) не помогут беззаконникам. На них лежит проклятие, и им уготована Скверная обитель.

O gün, (dünyada) küfr və asilik etməklə özlərinə zülm etmiş kimsələrə zülmlərinə görə üzr di­lə­mələri heç bir fayda verməyəcək­. Həmin gün onları həm Allahın rəhmətindən qovulmaq, həm də ağrılı-acılı əzaba düçar olacaqları pis yurd gözləyir.

40:53Страница 473

وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡهُدَىٰ وَأَوۡرَثۡنَا بَنِيٓ إِسۡرَٰٓءِيلَ ٱلۡكِتَٰبَ ٥٣

Мы даровали Мусе (Моисею) верное руководство и дали в наследство сынам Исраила (Израиля) Писание

Biz Musaya İsrail oğullarına doğru yolu göstərən elm bəxş etdik və İsrail oğullarını, nəsildən nəsilə ötürdükləri Tövrata varis etdik.

40:54Страница 473

هُدٗى وَذِكۡرَىٰ لِأُوْلِي ٱلۡأَلۡبَٰبِ ٥٤

как верное руководство и напоминание для обладающих разумом.

Salamat ağıl sahiblərinə haqq yol göstəricisi və öyüd-nəsihət olsun deyə.

40:55Страница 473

فَٱصۡبِرۡ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞ وَٱسۡتَغۡفِرۡ لِذَنۢبِكَ وَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ بِٱلۡعَشِيِّ وَٱلۡإِبۡكَٰرِ ٥٥

Будь же терпелив, ибо обещание Аллаха истинно. Проси прощения за свой грех и прославляй хвалой своего Господа после полудня и утром.

Ey Peyğəmbər, qövmününü səni yalançı hesab etməsinə və onların sənə əziyyət verməsinə səbir et! Həqiqətən, Alla­hın sənə kömək edəcəyi və dəstək verəcəyi barədə verdiyi vədi haqdır, bunda heç bir şübhə yoxdur. Günahının bağışlanması­nı di­lə. Gündüzün əvvəlində və axırında Rəbbini həmd-səna ilə tərif et!

40:56Страница 473

إِنَّ ٱلَّذِينَ يُجَٰدِلُونَ فِيٓ ءَايَٰتِ ٱللَّهِ بِغَيۡرِ سُلۡطَٰنٍ أَتَىٰهُمۡ إِن فِي صُدُورِهِمۡ إِلَّا كِبۡرٞ مَّا هُم بِبَٰلِغِيهِۚ فَٱسۡتَعِذۡ بِٱللَّهِۖ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ ٥٦

Воистину, в сердцах тех, которые препираются относительно знамений Аллаха без всякого довода, явившегося к ним, нет ничего, кроме высокомерия. Они не достигнут этого (своей цели). Прибегай же к защите Аллаха. Воистину, Он - Слышащий, Видящий.

Həqiqətən, əllərində heç bir dəlil-subut olmadan, Allahın ayələrinin batil olduğunu isbat etmək məqsədilə onlar barədə mü­bahisə edənləri buna vadar edən, yalnız böyüklük iddia­sı və haqqa qarşı təkəbbürlük göstərməkdir. On­lar heç vaxt istədikləri bu böyüklük arzusuna çatmayacaq­lar. Ey Peyğəmbər, sən Alla­ha sı­ğın! Həqi­qətən, O, Öz qullarının dedikləri sözləri Eşidəndir və etdikləri əməlləri Gö­rəndir. Bunlardan heç bir şey Ondan gizli qalmaz və O, bu əməllərin əvəzini onlara verəcəkdir.

40:57Страница 473

لَخَلۡقُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ أَكۡبَرُ مِنۡ خَلۡقِ ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ٥٧

Воистину, сотворение небес и земли есть нечто более великое, чем сотворение людей, но большинство людей не знает этого.

Həqiqətən, böyüklüyünə və genişliyinə görə göylərin və yerin xəlq edilməsi insanların xəlq edilməsindən daha əzəmətlidir. Onların əzəmətli olması rəğmən onları yaradan Allah, ölüləri haqq-hesaba çəkilmələri və əməllərinin əvəzini almaları üçün qəbirlərindən dirildib çıxartmağa da qadirdir. Lakin insanların çoxu bunu bilmir. Elə buna görə də, onlar bundan nə ibrət alar, nə də bu açıq-aydın ayəni dirilməyə dair dəlil olaraq qəbul edərlər.

40:58Страница 473

وَمَا يَسۡتَوِي ٱلۡأَعۡمَىٰ وَٱلۡبَصِيرُ وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ وَلَا ٱلۡمُسِيٓءُۚ قَلِيلٗا مَّا تَتَذَكَّرُونَ ٥٨

Не равны слепой и зрячий, а также те, которые уверовали и совершали праведные деяния, и творящие зло. Как же мало вы поминаете назидания!

Korla görən eyni deyil. Həmçinin, Allaha iman gəti­rən, Onun elçilərini təsdiqləyən və yaxşı iş­lər görənlərlə batil etiqada dalmaq və asilik etməklə pis iş görən kimsə eyni de­yil. Necə də az düşünürsünüz. Əgər düşünsəydiniz, bu iki dəstə arasındakı fərqi anlayar və Allahın rizasını qazanmaq üçün, iman gətirib yaxşı işlər görən kimsələrdən olmağa səy göstərərdiniz.

40:59Страница 474

إِنَّ ٱلسَّاعَةَ لَأٓتِيَةٞ لَّا رَيۡبَ فِيهَا وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يُؤۡمِنُونَ ٥٩

Час непременно наступит, и в нем нет сомнения. Однако большинство людей не верует.

Allahın ölüləri haqq-hesaba çəkmək və əməllərinin əvəzini vermək üçün dirildəcəyi o saat mütləq gələcək­, buna heç bir şübhə yox­dur. La­kin insanların çoxu onun gələcəyinə inanmır və elə buna görə də, o gün üçün hazırlıq görmürlər.

40:60Страница 474

وَقَالَ رَبُّكُمُ ٱدۡعُونِيٓ أَسۡتَجِبۡ لَكُمۡۚ إِنَّ ٱلَّذِينَ يَسۡتَكۡبِرُونَ عَنۡ عِبَادَتِي سَيَدۡخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ ٦٠

Ваш Господь сказал: «Взывайте ко Мне, и Я отвечу вам. Воистину, те, которые превозносятся над поклонением Мне, войдут в Геенну униженными».

Rəbbiniz buyurdu: “Ey insanlar, yalnız Mənə ibadət edin və yalnız Mənə dua edin, Mən də sizin duanızı qəbul edim və sizə rəhm edim. Həqiqətən, yalnız Mənə ibadət etmə­yə təkəbbür gös­tə­rənlər qiyamət günü Cəhən­nəmə zə­lil və alçalmış vəziyyətdə girə­cək­lər”.

40:61Страница 474

ٱللَّهُ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلَّيۡلَ لِتَسۡكُنُواْ فِيهِ وَٱلنَّهَارَ مُبۡصِرًاۚ إِنَّ ٱللَّهَ لَذُو فَضۡلٍ عَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَشۡكُرُونَ ٦١

Аллах - Тот, Кто сотворил для вас ночь, чтобы вы отдыхали в течение нее, и день для освещения. Воистину, Аллах оказывает людям милость, но большинство людей неблагодарны.

Sizin rahatlanmanız və dincəlməyiniz üçün gecəni qaranlıq və iş görməyiniz üçün də gündüzü işıqlı və nurlu yaradan Allahdır. Həqiqətən, Allah insanlara çoxlu zahiri və batini nemətlər verməklə onlara olduqca çox lütf göstərmişdir, lakin insanların çoxu pak və müqəddəs Allahın Öz lütfündən onlara verdiyi nemətlərə şükür etməz.

40:62Страница 474

ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡ خَٰلِقُ كُلِّ شَيۡءٖ لَّآ إِلَٰهَ إِلَّا هُوَۖ فَأَنَّىٰ تُؤۡفَكُونَ ٦٢

Таков Аллах - ваш Господь, Творец всякой вещи. Нет божества, кроме Него. До чего же вы отвращены от истины!

Sizə Öz nemətlərindən bəxş edən o Allah, hər şeyin Xaliqidir. Ondan başqa xaliq yoxdur. Eləcə də, Ondan başqa ibadə­tə olunmağa haqqı çatan məbud yoxdur! Elə isə siz necə, Ona ibadət etməkdən üz döndərib, nə bir xeyir, nə də bir zərər verməyə qadir olan (bütlərə) ibadət edirsiniz!

40:63Страница 474

كَذَٰلِكَ يُؤۡفَكُ ٱلَّذِينَ كَانُواْ بِـَٔايَٰتِ ٱللَّهِ يَجۡحَدُونَ ٦٣

Таким же образом отвращаются те, которые отвергают знамения Аллаха.

Onlar Allaha iman gətirməkdən və təkcə Ona ibadət etməkdən üz döndərdikləri kimi, hər zaman və hər yerdə Allahın tək İlah olduğuna dəlalət edən ayələrini yeniləyən kimsədən döndərilərlər. Beləsi nə haqq yola yönələr, nə də doğru işlər görməyə müvəffəq edilər.

40:64Страница 474

ٱللَّهُ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ قَرَارٗا وَٱلسَّمَآءَ بِنَآءٗ وَصَوَّرَكُمۡ فَأَحۡسَنَ صُوَرَكُمۡ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَٰتِۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡۖ فَتَبَارَكَ ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ ٦٤

Аллах - Тот, Кто сотворил для вас землю местом пребывания, а небо - кровлей. Он придал вам облик и сделал ваш облик прекрасным. Он наделил вас благами. Таков Аллах, ваш Господь. Благословен Аллах, Господь миров!

Ey insanlar, üzərində qərar tutasınız deyə yeri sizin üçün məskən edən, üstünüzdəki göy başınıza düşməsin deyə onu möhkəm bina edən, sizə analarınızın bətnində surət ve­rib surət­ləri­ni­zi gözəlləşdirən, sizə halal və pak nemət­lər­dən ru­zi verən Allahdır. Bu nemətləri sizə verən, Rəbbiniz olan Allahdır. Yaradılanların hamısının Rəbbi olan Allah xeyri və bərəkəti bol Olandır. Onların pak və müqəddəs Allahdan başqa Rəbbi yoxdur.

40:65Страница 474

هُوَ ٱلۡحَيُّ لَآ إِلَٰهَ إِلَّا هُوَ فَٱدۡعُوهُ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَۗ ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ ٦٥

Он - Живой, и нет божества, кроме Него. Взывайте же к Нему, очищая перед Ним веру. Хвала Аллаху, Господу миров!

O, əbədi yaşayandır, ölməzdir, On­dan başqa ibadə­tə haqqı çatan mə­bud yox­dur. Allaha, yalnız Onun üzünü diləyərək, ibadət və dua edin. Allahın yaratdığı heç bir məxluqunu Ona şərik qoşmayın. Həmd, məxluqatın Rəbbi Allaha məxsusdur!

40:66Страница 474

۞ قُلۡ إِنِّي نُهِيتُ أَنۡ أَعۡبُدَ ٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ لَمَّا جَآءَنِيَ ٱلۡبَيِّنَٰتُ مِن رَّبِّي وَأُمِرۡتُ أَنۡ أُسۡلِمَ لِرَبِّ ٱلۡعَٰلَمِينَ ٦٦

Скажи: «Воистину, мне запрещено поклоняться тем, кого вы призываете помимо Аллаха, с тех пор, как ко мне явились ясные знамения от моего Господа, и мне велено покориться Господу миров».

Ey Peyğəmbər! De ki: “Mənə, sizin Allahdan başqa tapındığınız, nə fayda, nə də zərər verməyə qadir olan bu bütlərə ibadət etməyin batil olmasına dair açıq-ay­dın dəlil-sübutlar gəldiyi zaman, Allah onlara ibadət etməyi mənə qadağan etmiş və mənə ibadəti yalnız Ona yönəltməyi əmr etmişdir. O, bütün məxluqatın Rəbbidir. Onların Allahdan başqa Rəbbi yoxdur”.

40:67Страница 475

هُوَ ٱلَّذِي خَلَقَكُم مِّن تُرَابٖ ثُمَّ مِن نُّطۡفَةٖ ثُمَّ مِنۡ عَلَقَةٖ ثُمَّ يُخۡرِجُكُمۡ طِفۡلٗا ثُمَّ لِتَبۡلُغُوٓاْ أَشُدَّكُمۡ ثُمَّ لِتَكُونُواْ شُيُوخٗاۚ وَمِنكُم مَّن يُتَوَفَّىٰ مِن قَبۡلُۖ وَلِتَبۡلُغُوٓاْ أَجَلٗا مُّسَمّٗى وَلَعَلَّكُمۡ تَعۡقِلُونَ ٦٧

Он - Тот, Кто сотворил вас из земли, потом - из капли, потом - из сгустка крови. Потом Он выводит вас младенцами, чтобы потом вы могли достигнуть зрелого возраста и чтобы потом вы стали стариками, хотя среди вас есть такие, которых умерщвляют раньше, и чтобы вы достигли назначенного срока. Быть может, вы уразумеете.

Atanız Adəmi torpaqdan xəlq edən, ondan sonra sizi nütfədən, sonra da laxtalanmış qan­dan yara­dan, daha son­ra sizi, böyü­yüb yetkinlik yaşına çatası­nız, daha sonra da qocalasınız deyə, körpə uşaq olaraq ana bətnin­dən çı­xardan Odur. İçə­ri­nizdə qocalmamışdan əv­vəl ölən­lər də vardır. Bu ona görədir ki, Allahın əzəli elmində müəy­yən olunmuş vaxta yeti­şəsiniz, nə yubanasınız, nə də zamanı qabaqlayasınız və bəlkə, Allahın qüdrətinə və vəhdaniyyətinə dəlalət edən bu dəlil-sübutlardan ibrət alasınız.

40:68Страница 475

هُوَ ٱلَّذِي يُحۡيِۦ وَيُمِيتُۖ فَإِذَا قَضَىٰٓ أَمۡرٗا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ ٦٨

Он - Тот, Кто дарует жизнь и умерщвляет. Когда же Он принимает решение, то стоит Ему сказать: «Будь!». - как это сбывается.

Diriltmək də, öldürmək də, yalnız pak və müqəddəs Allahın əlindədir. O, bir şeyin olmasını istədikdə, o işə ancaq: “Ol” – deyir, o da olur.

40:69Страница 475

أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ يُجَٰدِلُونَ فِيٓ ءَايَٰتِ ٱللَّهِ أَنَّىٰ يُصۡرَفُونَ ٦٩

Разве ты не видел тех, которые препираются относительно знамений Аллаха? До чего же они отвращены от истины?

Ey Peyğəmbər, Allahın açıq-aydın ayələrini təkzib edərək onların barə­sin­də müba­hisə edənləri görmür­sən­mi?! Onların halına bax gör, gün kimi aydın olan haqdan necə üz döndərirlər!

40:70Страница 475

ٱلَّذِينَ كَذَّبُواْ بِٱلۡكِتَٰبِ وَبِمَآ أَرۡسَلۡنَا بِهِۦ رُسُلَنَاۖ فَسَوۡفَ يَعۡلَمُونَ ٧٠

Они сочли ложью Писание и то, с чем Мы отправили Наших посланников. Но они узнают,

Onlar Quranı və elçiləri­mizlə gön­dərdiyimiz haqqı yalan say­dı­lar. Haqqı yalan sayan o kəslər bu yaramaz əməllərinin aqibətini tezliklə biləcək və onun pis sonluğunu görəcəklər.

40:71Страница 475

إِذِ ٱلۡأَغۡلَٰلُ فِيٓ أَعۡنَٰقِهِمۡ وَٱلسَّلَٰسِلُ يُسۡحَبُونَ ٧١

когда с оковами на шеях и в цепях их поволокут

Onlar boyunla­rın­a dəmir halqalar taxılmış, ayaqlarında da zəncirlər vurulmuş halda, zəbanilər tərəfindən sü­rüklənəcəkləri zaman haqqı yalan saymağın aqibətini biləcəklər.

40:72Страница 475

فِي ٱلۡحَمِيمِ ثُمَّ فِي ٱلنَّارِ يُسۡجَرُونَ ٧٢

в кипяток, а потом разожгут в Огне.

Onlar qaynar suya tərəf sürüklənəcək, sonra da, odda yandırılacaqlar.

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English