Аль-Мухтасар · Тафсир · на азербайджанском
Гафир 40:73–85
40:73Страница 475
ثُمَّ قِيلَ لَهُمۡ أَيۡنَ مَا كُنتُمۡ تُشۡرِكُونَ ٧٣
Потом им скажут: «Где те, кого вы приобщали в сотоварищи
Sonra da onlara məzəmmət edilərək belə deyiləcək: “Haradadır şərik qoşub ibadət etdiyiniz uydurma tanrılarınız?!
40:74Страница 475
مِن دُونِ ٱللَّهِۖ قَالُواْ ضَلُّواْ عَنَّا بَل لَّمۡ نَكُن نَّدۡعُواْ مِن قَبۡلُ شَيۡـٔٗاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ ٱلۡكَٰفِرِينَ ٧٤
к Аллаху?». Они скажут: «Они скрылись от нас. Да и не молились мы раньше никому». Так Аллах вводит в заблуждение неверующих.
Allahdan başqa, nə bir xeyir, nə də bir zərər verməyə qadir olan bütləriniz?!” Kafirlər deyəcəklər: “Onlar bizdən qeyb oldular, biz artıq onları görmürük. Xeyr, biz heç dünyada da, ibadətə layiq olan bir şeyə ibadət etmirdik!” Allah bunları azdırdığı kimi, kafirləri də, hər zaman və hər yerdə azdırar.
40:75Страница 475
ذَٰلِكُم بِمَا كُنتُمۡ تَفۡرَحُونَ فِي ٱلۡأَرۡضِ بِغَيۡرِ ٱلۡحَقِّ وَبِمَا كُنتُمۡ تَمۡرَحُونَ ٧٥
Это вам за то, что вы ликовали на земле без всякого права и превозносились.
Onlara deyiləcək: “Düçar olduğunuz bu əzab, sizin yer üzündə şirk etmənizə sevindiyinizə və bununla qürrələnməyinizə görədir!
40:76Страница 475
ٱدۡخُلُوٓاْ أَبۡوَٰبَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَاۖ فَبِئۡسَ مَثۡوَى ٱلۡمُتَكَبِّرِينَ ٧٦
Входите во врата Геенны и пребывайте там вечно. Как же скверна обитель возгордившихся!».
İçində əbədi qalacağınız Cəhənnəmin qapılarından girin!” Haqqı qəbul etməyə təkəbbürlük göstərən kimsələrin yeri necə də pisdir!
40:77Страница 475
فَٱصۡبِرۡ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞۚ فَإِمَّا نُرِيَنَّكَ بَعۡضَ ٱلَّذِي نَعِدُهُمۡ أَوۡ نَتَوَفَّيَنَّكَ فَإِلَيۡنَا يُرۡجَعُونَ ٧٧
Будь же терпелив, ибо обещание Аллаха истинно. Мы можем показать тебе часть того, что обещаем им, а можем умертвить тебя до этого. Они все равно будут возвращены к Нам.
Ey Peyğəmbər, qövmünün sənə verdiyi əziyyətə və səni yalançı saymasına səbir et! Allahın sənə zəfər bəxş edəcəyi barədə vədi haqdır, bunda heç bir şübhə yoxdur. Biz ya onlara vəd etdiyimiz əzabın bir qismini sənə bu dünya həyatda göstərəcək, necə ki, Bədr döyüşündə göstərdik, ya da bundan qabaq sənin həyatını sona çatdıracağıq. Qiyamət günü onlar yalnız Bizim hüzurumuza qayıdacaq, Biz də onlara əməllərinin əvəzini verəcək və onları içində əbədi qalacaqları Cəhənnəm oduna vasil edəcəyik.
40:78Страница 476
وَلَقَدۡ أَرۡسَلۡنَا رُسُلٗا مِّن قَبۡلِكَ مِنۡهُم مَّن قَصَصۡنَا عَلَيۡكَ وَمِنۡهُم مَّن لَّمۡ نَقۡصُصۡ عَلَيۡكَۗ وَمَا كَانَ لِرَسُولٍ أَن يَأۡتِيَ بِـَٔايَةٍ إِلَّا بِإِذۡنِ ٱللَّهِۚ فَإِذَا جَآءَ أَمۡرُ ٱللَّهِ قُضِيَ بِٱلۡحَقِّ وَخَسِرَ هُنَالِكَ ٱلۡمُبۡطِلُونَ ٧٨
Мы уже отправляли посланников до тебя. Среди них есть такие, о которых Мы рассказали тебе, и такие, о которых Мы не рассказывали тебе. Все посланники показывали знамения только с дозволения Аллаха. Когда же явится веление Аллаха, будет вынесен истинный приговор, и там приверженцы лжи окажутся в убытке.
Ey Peyğəmbər, Biz səndən əvvəl də ümmətlərə bir çox elçilər göndərmişdik. Onlar peyğəmbərləri yalançı saymış və onlara əziyyət vermişdilər, peyğəmbərlər isə onları yalançı saymalarına və onların əziyyətlərinə səbir etmişdilər. Biz o peyğəmbərlərdən bəziləri haqqında sənə xəbər vermiş, bəziləri haqqında isə xəbər verməmişik. Heç bir elçi pak və müqəddəs Allahın istəyi olmadan öz qövmünə Rəbbindən bir ayə (dəlil) gətirə bilməzdi. Odur ki, kafirlərin öz peyğəmbərlərindən ümmətlərinə ayə gətirmələrini tələb etməsi zülm sayılır. Allahın zəfər xüsusunda olan əmri və ya peyğəmbərlərlə onların qövmləri arasında veriləcək hökm vaxtı gəldikdə, ədalətlə hökm verilər, sonra da, kafirlər həlak olar, peyğəmbərlər isə nicat taparlar. Beləliklə, insanlar arasında ədalətlə hökm veriləcək o məqamda, batil əhli öz küfrlərindən dolayı özlərini məhvə sürükləməklə ziyana uğrayacaqlar.
40:79Страница 476
ٱللَّهُ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَنۡعَٰمَ لِتَرۡكَبُواْ مِنۡهَا وَمِنۡهَا تَأۡكُلُونَ ٧٩
Аллах - Тот, Кто создал для вас скотину, чтобы на некоторых из них вы ездили верхом, а другими питались.
Bəzilərini minəsiniz, bəzilərinin də ətindən yeyəsiniz deyə, dəvəni, inəyi və qoyunu sizin üçün yaradan Allahdır.
40:80Страница 476
وَلَكُمۡ فِيهَا مَنَٰفِعُ وَلِتَبۡلُغُواْ عَلَيۡهَا حَاجَةٗ فِي صُدُورِكُمۡ وَعَلَيۡهَا وَعَلَى ٱلۡفُلۡكِ تُحۡمَلُونَ ٨٠
Они приносят вам пользу, и на них вы достигаете того, чего желают ваши сердца. На них и на кораблях вас перевозят.
Sizin üçün bu məxluqatda, hər zamanda yenilənən neçə-neçə başqa mənfəətlər də vardır. Siz onları minərək gedib ürəyinizdən keçən ehtiyaclarınızı ödəyirsiniz. Ən gözəçarpanı isə quruda və dənizdə, bir yerdən başqa yerə hərəkət etməkdir.
40:81Страница 476
وَيُرِيكُمۡ ءَايَٰتِهِۦ فَأَيَّ ءَايَٰتِ ٱللَّهِ تُنكِرُونَ ٨١
Он показывает вам Свои знамения. Какие же знамения Аллаха вы отрицаете?
Pak və müqəddəs Allah sizə Öz qüdrətinə və vəhdaniyyətinə dəlalət edən ayələrindən bəzsini göstərir. Hər hansı bir ayənin Allahın ayəsi olduğunu bildikdən sonra, Onun ayələrinin hansını qəbul etmirsiniz?!
40:82Страница 476
أَفَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ كَانُوٓاْ أَكۡثَرَ مِنۡهُمۡ وَأَشَدَّ قُوَّةٗ وَءَاثَارٗا فِي ٱلۡأَرۡضِ فَمَآ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ يَكۡسِبُونَ ٨٢
Разве они не странствовали по земле и не видели, каким был конец их предшественников? Они превосходили их числом и силой и оставили больше следов на земле, но не спасло их то, что они приобретали.
Məgər haqqı yalan sayan o kəslər yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlki üümətlərin axırının necə olduğunu görmürlərmi ki, ondan ibrət alsınlar?! O ümmətlər bunlardan mal-dövlətcə daha zəngin, daha qüvvətli idilər və yer üzündə daha çox iz qoymuşdular. Allahın həlakedici əzabı onları haqladıqda əldə etdikləri güc-qüdrət onlara heç bir fayda vermədi.
40:83Страница 476
فَلَمَّا جَآءَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ فَرِحُواْ بِمَا عِندَهُم مِّنَ ٱلۡعِلۡمِ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ٨٣
Когда их посланники приходили к ним с ясными знамениями, они радовались тому знанию, которое было у них, и тогда их окружило (или поразило) то, над чем они издевались.
Peyğəmbərləri onlara açıq-aydın dəlillər gətirdikdə, onlar bu dəlilləri təkzib etdilər, üstəlik, peyğəmbərlərinin gətirdiyi risalətə zidd olan, özlərindəki elm ilə kifayətlənməyə üstünlük verdilər. Beləliklə, özlərinin istehza etdiyi, peyğəmbərlərinin də onları qorxutduğu əzab onları yaxaladı.
40:84Страница 476
فَلَمَّا رَأَوۡاْ بَأۡسَنَا قَالُوٓاْ ءَامَنَّا بِٱللَّهِ وَحۡدَهُۥ وَكَفَرۡنَا بِمَا كُنَّا بِهِۦ مُشۡرِكِينَ ٨٤
Когда они узрели Наше наказание, они сказали: «Мы уверовали в Единственного Аллаха и не веруем в тех, кого мы приобщали в сотоварищи к Нему!».
Onlar əzabımızı gördükdə, artıq etriaf etməyin heç bir faydası olmadığı bir halda, etiraf edib dedilər: “Biz tək Allaha iman gətirdik və Ona qoşduğumuz şərikləri və bütləri inkar etdik!”
40:85Страница 476
فَلَمۡ يَكُ يَنفَعُهُمۡ إِيمَٰنُهُمۡ لَمَّا رَأَوۡاْ بَأۡسَنَاۖ سُنَّتَ ٱللَّهِ ٱلَّتِي قَدۡ خَلَتۡ فِي عِبَادِهِۦۖ وَخَسِرَ هُنَالِكَ ٱلۡكَٰفِرُونَ ٨٥
Но не помогла им вера, когда они увидели Наше наказание. Таким всегда было установление Аллаха для Его рабов. Вот тогда неверующие оказались в убытке.
Onlar əzabımızın onlara gəldiyini əyani olaraq gördükdə, iman gətirmələri onlara heç bir fayda vermədi. Allahın Öz qulları barəsində əzəldən olub-keçmiş qanunu belədir ki, onların əzabı gördükləri zaman iman gətirmələrinin onlara faydası olmaz. Kafirlər Allaha küfr etdiklərinə və əzab gəlməmişdən əvvəl bu küfrdən tövbə etmədiklərinə görə, əzab onları bürüyüb məhv etdiyi zaman onlar ziyana uğradılar.
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии