Аль-Мухтасар · Тафсир · на азербайджанском
فصلت
Фуссилят
Разъяснены · Мекканская · 54 аята
﴾Ha. Mim.﴿ Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır.
Bu Quran Mərhəmətli və Rəhmli Allah tərəfindən nazil edilmişdir.
41:3Страница 477
كِتَٰبٞ فُصِّلَتۡ ءَايَٰتُهُۥ قُرۡءَانًا عَرَبِيّٗا لِّقَوۡمٖ يَعۡلَمُونَ ٣
является Писанием, аяты которого разъяснены в виде Корана на арабском языке для людей знающих.
Anlayan bir qövm üçün ərəbcə Quran olaraq ayələri tam və ən mükəmməl şəkildə bəyan edilmiş bir kitabdır. Çünki onlar onun ayələrinin mənasını dərk edən və haqq yolu göstərən ayələrdən faydalanan kimsələrdir.
41:4Страница 477
بَشِيرٗا وَنَذِيرٗا فَأَعۡرَضَ أَكۡثَرُهُمۡ فَهُمۡ لَا يَسۡمَعُونَ ٤
Оно возвещает благую весть и предостерегает, однако большинство их отворачивается и не слышит.
Bu Quran, həm möminlərə Allahın onlar üçün hazırladığı böyük mükafatla müjdə verən, həm də kafirləri Allahın ağrılı-acılı əzabı ilə qorxudandır. Lakin kafirlərin çoxu Qurandan üz döndərib, onun doğru yol göstərən ayələrini dinləmirlər.
41:5Страница 477
وَقَالُواْ قُلُوبُنَا فِيٓ أَكِنَّةٖ مِّمَّا تَدۡعُونَآ إِلَيۡهِ وَفِيٓ ءَاذَانِنَا وَقۡرٞ وَمِنۢ بَيۡنِنَا وَبَيۡنِكَ حِجَابٞ فَٱعۡمَلۡ إِنَّنَا عَٰمِلُونَ ٥
Они говорят: «Наши сердца закрыты для того, к чему ты призываешь нас, наши уши поражены глухотой, а между нами и тобой - завеса. Трудись же, и мы будем трудиться».
Onlar deyirlər: “Qəlbimizə örtük çəkildiyinə görə, sənin bizi dəvət etdiyini anlamırıq, qulaqlarımız da kardır deyə, nə dediyini eşitmirik və bir də, bizimlə sənin aranda pərdə var deyə, sənin dediklərin bizə çatmır. Sən öz dininə əməl et, biz də öz dinimizə əməl edəcəyik və sənə tabe olmayacağıq”.
41:6Страница 477
قُلۡ إِنَّمَآ أَنَا۠ بَشَرٞ مِّثۡلُكُمۡ يُوحَىٰٓ إِلَيَّ أَنَّمَآ إِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞ فَٱسۡتَقِيمُوٓاْ إِلَيۡهِ وَٱسۡتَغۡفِرُوهُۗ وَوَيۡلٞ لِّلۡمُشۡرِكِينَ ٦
Скажи: «Я - такой же человек, как и вы. Мне внушено в откровении, что ваш бог - Бог Единственный. Идите к Нему прямым путем и просите у Него прощения. И горе многобожникам,
Ey Peyğəmbər, o inadkarlara belə de: “Mən də sizin kimi bir insanam. Allah mənə vəhy edir ki, sizin haqq məbudunuz yalnız Tək olan Allahdır. Ona tərəf doğru yol tutun və günahlarınıza görə Ondan bağışlanma diləyin. Allahdan qeyrisinə ibadət edən və ya Allaha şərik qoşan müşriklər məhv olsun və əzaba uğrasınlar!
41:7Страница 477
ٱلَّذِينَ لَا يُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَهُم بِٱلۡأٓخِرَةِ هُمۡ كَٰفِرُونَ ٧
которые не выплачивают закята и не веруют в Последнюю жизнь».
O kəslər ki, mallarının zəkat vermir və axirəti - oradakı tükənməz nemətləri və ağrılı-acılı əzabı inkar edirlər.
41:8Страница 477
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَهُمۡ أَجۡرٌ غَيۡرُ مَمۡنُونٖ ٨
Воистину, тем, которые уверовали и совершали праведные деяния, уготована неиссякаемая награда.
Allaha və Onun peyğəmbərlərinə iman gətirib yaxşı işlər görənləri əbədi, tükənməz nemət - Cənnət gözləyir”.
41:9Страница 477
۞ قُلۡ أَئِنَّكُمۡ لَتَكۡفُرُونَ بِٱلَّذِي خَلَقَ ٱلۡأَرۡضَ فِي يَوۡمَيۡنِ وَتَجۡعَلُونَ لَهُۥٓ أَندَادٗاۚ ذَٰلِكَ رَبُّ ٱلۡعَٰلَمِينَ ٩
Скажи: «Неужели вы не веруете в Того, Кто создал землю за два дня, и равняете с Ним других? Он же - Господь миров.
Ey Peyğəmbər, müşriklərə məzəmmət edərək belə de: “Siz nə üçün yeri iki gündə - bazar günü və bazar ertəsi yaradan Allaha küfr edir və Ona şəriklər qoşub onlara ibadət edirsiniz?! O ki, bütün məxluqatın Rəbbidir.
41:10Страница 477
وَجَعَلَ فِيهَا رَوَٰسِيَ مِن فَوۡقِهَا وَبَٰرَكَ فِيهَا وَقَدَّرَ فِيهَآ أَقۡوَٰتَهَا فِيٓ أَرۡبَعَةِ أَيَّامٖ سَوَآءٗ لِّلسَّآئِلِينَ ١٠
Он воздвиг над землей незыблемые горы, наделил ее благодатью и распределил на ней пропитание для страждущих (или для тех, кто спрашивает) за четыре полных дня.
O, yer silkələnməsin deyə onun üstündə möhkəm duran dağlar yerləşdirdi, ora bərəkət verdi, oranı sakinləri üçün bərəkətli bir yer etdi və ruzi istəyənlər üçün orada insanların və heyvanların ruzisini, əvvəlki iki gün (bazar və bazar ertsəi) də daxil olmaqla, dörd gündə - ikinci və üçüçncü günlər müəyyən etdi.
41:11Страница 477
ثُمَّ ٱسۡتَوَىٰٓ إِلَى ٱلسَّمَآءِ وَهِيَ دُخَانٞ فَقَالَ لَهَا وَلِلۡأَرۡضِ ٱئۡتِيَا طَوۡعًا أَوۡ كَرۡهٗا قَالَتَآ أَتَيۡنَا طَآئِعِينَ ١١
Потом Он обратился к небу, которое было дымом, и сказал ему и земле: «Придите по доброй воле или по принуждению». Они сказали: «Мы пришли по доброй воле».
Sonra pak və müqəddəs Allah, o zaman hələ tüstü halında olan göyü xəlq etmək üçün səmaya təfəf ucaldı. Onda O, göyə və yerə belə buyurdu: “Könüllü surətdə və ya məcburi olaraq əmrimə boyun əyin, sizin bundan başqa bir yolunuz yoxdur!”. Onlar da belə cavab verdilər: “Könüllü olaraq boyun əyirik. Sənin istəyindən başqa, bizim heç bir istəyimiz ola bilməz, ey Rəbbimiz!”
41:12Страница 478
فَقَضَىٰهُنَّ سَبۡعَ سَمَٰوَاتٖ فِي يَوۡمَيۡنِ وَأَوۡحَىٰ فِي كُلِّ سَمَآءٍ أَمۡرَهَاۚ وَزَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنۡيَا بِمَصَٰبِيحَ وَحِفۡظٗاۚ ذَٰلِكَ تَقۡدِيرُ ٱلۡعَزِيزِ ٱلۡعَلِيمِ ١٢
Он сотворил их семью небесами за два дня и внушил каждому небу его обязанности. Мы украсили нижнее небо светильниками и оберегаем его (или для оберегания его). Таково предопределение Могущественного, Знающего».
Allah göylərin yaradılışını iki gündə - cümə axşamı və cümə günü tamamladı. Bununla da, göylərin və yerin yaradılışı altı gündə tamamlandı. Sonra Allah hər bir göyə nə həvalə etdiyini, üstəlik, itaət və ibadət aid olan buyuruqlarını ona vəhy edib bildirdi. Biz dünya səmasını ulduzlarla bəzədik və onu şeytanların xəlvətcə qulaq asmasından qoruduq. Bu zikr edilənlərin hamısı, hər kəsə gücü yetən - Qüdrətli, hər şeyi Bilən Allahın əzəli hökmüdür.
41:13Страница 478
فَإِنۡ أَعۡرَضُواْ فَقُلۡ أَنذَرۡتُكُمۡ صَٰعِقَةٗ مِّثۡلَ صَٰعِقَةِ عَادٖ وَثَمُودَ ١٣
Если же они отвернутся, то скажи: «Я предостерегаю вас от мучений, подобных мучениям адитов и самудян».
Ey Peyğəmbər, əgər onlar sənin təbliğ etdiyinə iman gətirməkdən üz döndərsələr, de: “Mən sizi Hudun qövmü Ad və Salehin qövmü Səmud tayfalarına, öz peyğəmbərlərini yalançı saydıqları zaman, üz vermiş əzab kimi bir əzabla qorxuduram”.
41:14Страница 478
إِذۡ جَآءَتۡهُمُ ٱلرُّسُلُ مِنۢ بَيۡنِ أَيۡدِيهِمۡ وَمِنۡ خَلۡفِهِمۡ أَلَّا تَعۡبُدُوٓاْ إِلَّا ٱللَّهَۖ قَالُواْ لَوۡ شَآءَ رَبُّنَا لَأَنزَلَ مَلَٰٓئِكَةٗ فَإِنَّا بِمَآ أُرۡسِلۡتُم بِهِۦ كَٰفِرُونَ ١٤
Посланники приходили к ним спереди и сзади: «Не поклоняйтесь никому, кроме Аллаха». Они же говорили: «Если бы наш Господь захотел, то ниспослал бы ангелов. Воистину, Мы не веруем в то, с чем вы посланы».
Elçilər bir-birinin ardınca onlara eyni dəvəti gətirib onlara yalnız Allaha ibadət etməyi əmr etmişdilər. İçərilərindəki kafirlər isə belə cavab vermişdilər: “Əgər Rəbbimiz bizə mələklərdən elçilər endirmək istəsəydi, endirərdi. Biz sizinlə göndərilənlərə inanmırıq. Çünki siz də, bizim kimi bir bəşərsiniz”.
41:15Страница 478
فَأَمَّا عَادٞ فَٱسۡتَكۡبَرُواْ فِي ٱلۡأَرۡضِ بِغَيۡرِ ٱلۡحَقِّ وَقَالُواْ مَنۡ أَشَدُّ مِنَّا قُوَّةًۖ أَوَلَمۡ يَرَوۡاْ أَنَّ ٱللَّهَ ٱلَّذِي خَلَقَهُمۡ هُوَ أَشَدُّ مِنۡهُمۡ قُوَّةٗۖ وَكَانُواْ بِـَٔايَٰتِنَا يَجۡحَدُونَ ١٥
Что касается адитов, то они возгордились на земле без всякого права и сказали: «Кто может превзойти нас силой?». Неужели они не видели, что Аллах, Который сотворил их, превосходит их силой? Они отвергали Наши знамения.
Hud peyğəmbərin qövmü Ada gəlincə, onlar Allaha küfr etməklə yanaşı yer üzündə haqsızcasına təkəbbür göstərib özlərinin ətrafındakılara zülm etdilər və öz qüvvələrinə aldanıb dedilər: “Bizdən daha qüvvətli kim ola bilər?!” Onların iddiasına görə onlardan güvvətlisi yox idi. Allah onlara cavab verərək belə buyurdu: "Məgər onlar bilmirdilər və görmürdülər ki, onları yaradan və onlara bu qədər güvvət verən Allah onlardan daha qüvvətlidir?! Onlar Hudun (aleyhissəlam) gətirdiyi ayələri - Allahın ayələrini inkar edirdilər.
41:16Страница 478
فَأَرۡسَلۡنَا عَلَيۡهِمۡ رِيحٗا صَرۡصَرٗا فِيٓ أَيَّامٖ نَّحِسَاتٖ لِّنُذِيقَهُمۡ عَذَابَ ٱلۡخِزۡيِ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ وَلَعَذَابُ ٱلۡأٓخِرَةِ أَخۡزَىٰۖ وَهُمۡ لَا يُنصَرُونَ ١٦
Мы наслали на них морозный (или завывающий) ветер в злополучные дни, чтобы дать им вкусить муки позора в мирской жизни. А мучения в Последней жизни будут еще более позорными, и им не будет оказана помощь.
Biz onlara dünya həyatında zəlillik və rüsvayçılıq əzabını daddırmaq üçün onları əzaba sürükləyən uğursuz günlərdə üstlərinə vıyıltı ilə əsən bir külək göndərdik. Onları gözləyən axirət əzabı isə onlar üçün daha zəliledicidir. Onlar özlərini əzabdan qurtaracaq bir köməkçi tapa bilməyəcəklər.
41:17Страница 478
وَأَمَّا ثَمُودُ فَهَدَيۡنَٰهُمۡ فَٱسۡتَحَبُّواْ ٱلۡعَمَىٰ عَلَى ٱلۡهُدَىٰ فَأَخَذَتۡهُمۡ صَٰعِقَةُ ٱلۡعَذَابِ ٱلۡهُونِ بِمَا كَانُواْ يَكۡسِبُونَ ١٧
Что же касается самудян, то Мы указали им на прямой путь, но они предпочли слепоту верному руководству, и их поразила молния унизительных мучений за то, что они приобретали.
Salehin qövmü Səmuda gəldikdə isə, Biz onlara haqq yolu bəyan etməklə onları doğru yola yönəltdik, onlar isə zəlalətə düşməyi doğru yola yönəlməkdən üstün tutdular. Beləliklə, etdikləri küfr və asiliklər üzündən onları alçaldıcı əzab ildırımı yaxaladı.
41:18Страница 478
وَنَجَّيۡنَا ٱلَّذِينَ ءَامَنُواْ وَكَانُواْ يَتَّقُونَ ١٨
А тех, которые уверовали и были богобоязненны, Мы спасли.
Allaha və Onun peyğəmbərlərinə iman gətirənləri və Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə Allahdan qorxanları isə, onların qövmünə üz vermiş əzabdan xilas etdik.
41:19Страница 478
وَيَوۡمَ يُحۡشَرُ أَعۡدَآءُ ٱللَّهِ إِلَى ٱلنَّارِ فَهُمۡ يُوزَعُونَ ١٩
В тот день, когда враги Аллаха будут собраны перед Огнем, их задержат.
Allah Öz düşmənlərini Cəhənnəmə toplayacağı gün, zəbanilər əvvəlincisindən axırıncısınadək ora sürükləyəcək və onlardan heç biri qaçıb canlarını Cəhənnəm odundan qurtara bilməyəcəkdir.
41:20Страница 478
حَتَّىٰٓ إِذَا مَا جَآءُوهَا شَهِدَ عَلَيۡهِمۡ سَمۡعُهُمۡ وَأَبۡصَٰرُهُمۡ وَجُلُودُهُم بِمَا كَانُواْ يَعۡمَلُونَ ٢٠
Когда же они достигнут его, их слух, их взоры и их кожа станут свидетельствовать против них о том, что они совершали.
Nəhayət, onlar sürüklənərək gətirildikləri Cəhənnəmə yetişdikdə və dünyada ikən etdikləri əməlləri inkar etdikdə, qulaqları, gözləri və dəriləri onların dünyada etdikləri küfr və asiliklər barəsində onların əleyhinə şahidlik edəcəkdir.
41:21Страница 479
وَقَالُواْ لِجُلُودِهِمۡ لِمَ شَهِدتُّمۡ عَلَيۡنَاۖ قَالُوٓاْ أَنطَقَنَا ٱللَّهُ ٱلَّذِيٓ أَنطَقَ كُلَّ شَيۡءٖۚ وَهُوَ خَلَقَكُمۡ أَوَّلَ مَرَّةٖ وَإِلَيۡهِ تُرۡجَعُونَ ٢١
Они скажут своей коже: «Почему вы стали свидетельствовать против нас?». Они скажут: «Нас заставил говорить Аллах, Который заставил говорить всякую вещь». Он сотворил вас в первый раз, и к Нему вы будете возвращены.
Kafirlər öz dərilərinə: “Nə üçün dünyada etdiyimiz əməllər barədə əleyhimizə şahidlik edirsiniz?” – deyəcəklər. Dəriləri də öz sahiblərinə belə cavab verəcək: “Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə, hələ dünyada ikən O yaratmışdır. Axirətdə də siz haqq-hesaba çəkilmək və əməllərinizin əvəzini almaq üçün yalnız Onun hüzuruna qaytarılacaqsınız.”
41:22Страница 479
وَمَا كُنتُمۡ تَسۡتَتِرُونَ أَن يَشۡهَدَ عَلَيۡكُمۡ سَمۡعُكُمۡ وَلَآ أَبۡصَٰرُكُمۡ وَلَا جُلُودُكُمۡ وَلَٰكِن ظَنَنتُمۡ أَنَّ ٱللَّهَ لَا يَعۡلَمُ كَثِيرٗا مِّمَّا تَعۡمَلُونَ ٢٢
Вы не укрывались от свидетельств вашего слуха, ваших взоров и вашей кожи. Но вы предполагали, что Аллах не знает многого из того, что вы совершали.
Siz günah işlər gördüyünüz zaman qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şahid olmasından çəkinib gizlənmirdiniz. Çünki siz ölümdən sonra haqq-hessaba çəkilməyə, cəzalandırılmağa və mükafatlandırılmağa inanmırdınız. Əksinə, elə zənn edirdiniz ki, pak və müqəddəs Allah sizin etdiyiniz əməllərin çoxunu bilmir, bu əməllər Ondan gizli qalır. Elə bu səbəbdən də, aldandınız.
41:23Страница 479
وَذَٰلِكُمۡ ظَنُّكُمُ ٱلَّذِي ظَنَنتُم بِرَبِّكُمۡ أَرۡدَىٰكُمۡ فَأَصۡبَحۡتُم مِّنَ ٱلۡخَٰسِرِينَ ٢٣
Эти ваши предположения, которые вы делали о вашем Господе, погубили вас, и вы оказались одними из потерпевших убыток.
Sizin öz Rəbbiniz barədə olan pis zənniniz sizi həlak etdi və bu səbəbdən də, siz dünyada da, axirətdə də, ziyana uğrayan kimsələrdən oldunuz.
41:24Страница 479
فَإِن يَصۡبِرُواْ فَٱلنَّارُ مَثۡوٗى لَّهُمۡۖ وَإِن يَسۡتَعۡتِبُواْ فَمَا هُم مِّنَ ٱلۡمُعۡتَبِينَ ٢٤
Если даже они проявят терпение, их обителью будет Огонь. Если же они попросят о благосклонности, то к ним не будут благосклонны (или если к ним проявят благосклонность, то они не станут искать благосклонности).
Qulaqları, gözləri və dəriləri özlərinin əleyhinə şahidlik etdikləri bu kimsələr əzaba səbir edib dözsələr də, onların qərar tutacaqları və sığınıcaqları yer oddur. Onlar əzabın aradan qaldırılmasını və Allahın onlardan razı qalmasını diləsələr də, Allahın razılığını qazana bilməyəcək və heç vaxt Cənnətə girməyəcəklər.
41:25Страница 479
۞ وَقَيَّضۡنَا لَهُمۡ قُرَنَآءَ فَزَيَّنُواْ لَهُم مَّا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡ وَحَقَّ عَلَيۡهِمُ ٱلۡقَوۡلُ فِيٓ أُمَمٖ قَدۡ خَلَتۡ مِن قَبۡلِهِم مِّنَ ٱلۡجِنِّ وَٱلۡإِنسِۖ إِنَّهُمۡ كَانُواْ خَٰسِرِينَ ٢٥
Мы приставили к ним товарищей, которые представили им прекрасным их настоящее и будущее, и сбылось Слово относительно них и относительно живших до них народов из числа джиннов и людей. Воистину, они были потерпевшими убыток.
Biz o kafirlərə şeytanlardan, daim onların yanında olacaq dostlar hazırladıq və bu dostlar onlara həm dünyadakı pis əməllərini gözəl göstərdilər, həm də, axirəti yada salmağı və o gün üçün əməl etməyi onlara unutdurdular. Onlardan əvvəl gəlib-getmiş cinlərdən və insanlardan olan ümmətlərə əzab vacib olduğu kimi, onlara da vacib oldu. Həqiqətən də, onlar özlərini və ailələrini Cəhənnəm oduna düçar etməklə ziyana uğradılar.
41:26Страница 479
وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لَا تَسۡمَعُواْ لِهَٰذَا ٱلۡقُرۡءَانِ وَٱلۡغَوۡاْ فِيهِ لَعَلَّكُمۡ تَغۡلِبُونَ ٢٦
Неверующие сказали: «Не слушайте этот Коран, а начинайте говорить вздор (опровергайте его любым способом или шумите во время его чтения). Быть может, вы одержите верх».
Kafirlər dəlilə qarşı dəlil gətirməkdən aciz qaldıqdıqda, bir-birilərinə tövsiyə edib dedilər: “Muhəmmədin sizə oxuduğu bu Qurana qulaq asmayın və içindəkilərə inanmayın, o, onu oxuyarkən hay-küy salın, səsinizi qaldırın ki, bəlkə, bunun sayəsində ona qalib gələsiniz, o da, onu oxumaqdan və ona dəvət etməkdən vaz keçsin, beləliklə də, siz dinclik tapasınız”.
41:27Страница 479
فَلَنُذِيقَنَّ ٱلَّذِينَ كَفَرُواْ عَذَابٗا شَدِيدٗا وَلَنَجۡزِيَنَّهُمۡ أَسۡوَأَ ٱلَّذِي كَانُواْ يَعۡمَلُونَ ٢٧
Мы непременно дадим неверующим вкусить тяжкие мучения и воздадим им за наихудшее из того, что они совершали.
Biz Allaha və Onun elçilərinə küfr edən kimsələrə qiyamət günü mütləq şiddətli bir əzab daddıracaq və onları etdikləri əməllərin ən pisi ilə - şirk və asiliklərə görə cəzalandıracağıq.
41:28Страница 479
ذَٰلِكَ جَزَآءُ أَعۡدَآءِ ٱللَّهِ ٱلنَّارُۖ لَهُمۡ فِيهَا دَارُ ٱلۡخُلۡدِ جَزَآءَۢ بِمَا كَانُواْ بِـَٔايَٰتِنَا يَجۡحَدُونَ ٢٨
Таково воздаяние врагам Аллаха! Огонь! В нем будет их Вечная обитель в воздаяние за то, что они отвергали Наши знамения.
Bu deyilən cəza, Allahın düşmənlərinin - Allaha küfr etmiş və və Onun elçilərini yalançı saymış kimsələrin cəzası – Oddur! Onlar Allahın ayələrini inkar etdiklərinə və bu ayələrin aydın və çox tutarlı olmasına rəğmən onlara iman gətirmədiklərinə görə, cəza olaraq, əbədiyyən odda qalacaq və heç vaxt oradan çıxmayacaqlar.
41:29Страница 479
وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ رَبَّنَآ أَرِنَا ٱلَّذَيۡنِ أَضَلَّانَا مِنَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ نَجۡعَلۡهُمَا تَحۡتَ أَقۡدَامِنَا لِيَكُونَا مِنَ ٱلۡأَسۡفَلِينَ ٢٩
Неверующие скажут: «Господь наш! Покажи нам тех джиннов и людей, которые ввели нас в заблуждение. Мы бросим их себе под ноги, чтобы они были самыми низкими».
Allaha küfr edən və Onun elçilərini yalançı sayan kimsələr deyəcəklər: “Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi tovlayıb yoldan çıxardanları - küfrün əsasını qoymuş və ona dəvət etmiş İblisi, habelə, yer üzündə ilk dəfə qan tökmüş Adəm oğlunu bizə göstər, biz onları Cəhənnəm odunda ayaqlarımızın altına salaq ki, onlar Cəhənnəm əhlinin ən şiddətli əzaba düçar olan alçalmış kimsələrdən olsunlar”.
41:30Страница 480
إِنَّ ٱلَّذِينَ قَالُواْ رَبُّنَا ٱللَّهُ ثُمَّ ٱسۡتَقَٰمُواْ تَتَنَزَّلُ عَلَيۡهِمُ ٱلۡمَلَٰٓئِكَةُ أَلَّا تَخَافُواْ وَلَا تَحۡزَنُواْ وَأَبۡشِرُواْ بِٱلۡجَنَّةِ ٱلَّتِي كُنتُمۡ تُوعَدُونَ ٣٠
Воистину, к тем, которые сказали: «Наш Господь - Аллах», - а потом были стойки, нисходят ангелы: «Не бойтесь и не печальтесь, а возрадуйтесь Раю, который был обещан вам.
Həqiqətən də: “Rəbbimiz Allahdır, bizim Ondan başqa Rəbbimiz yoxdur!” – deyib sonra Onun əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə düz yol tutan kəslərə, onlar ölüm ayağında ikən mələklər nazil olub onlara deyirlər: “Ölümdən və ölümdən sonra baş verəcəklərdən qorxmayın və dünyada qoyub gəldiklərinizə görə kədərlənməyin! Dünyada ikən Allaha olan imanınıza və saleh əməllərinizə görə sizə vəd edilən Cənnətlə sevinin!
41:31Страница 480
نَحۡنُ أَوۡلِيَآؤُكُمۡ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَفِي ٱلۡأٓخِرَةِۖ وَلَكُمۡ فِيهَا مَا تَشۡتَهِيٓ أَنفُسُكُمۡ وَلَكُمۡ فِيهَا مَا تَدَّعُونَ ٣١
Мы - ваши помощники (или хранители) в мирской жизни и Последней жизни. Вам там уготовано все, чего пожелают ваши души! Вам там уготовано все, о чем вы попросите!
Biz dünya həyatında sizin dostlarınız idik, sizi doğru yola yönəldir və sizi qoruyurduq, həmçinin, axirətdə də, biz sizin dostlarınızıq, sizə olan dostluğumuz daimidir. Cənnətdə sizin üçün nəfsinizin istədiyi ləzzət və zövq verəcək nemətlər, üstəlik, orada sizin üçün tələb edəcəyiniz hər şey vardır.
Tövbə etmiş qullarını bağışlayan və onlara rəhm edən Allah tərəfindən sizin üçün hazırlanmış bir ziyafətdir.
41:33Страница 480
وَمَنۡ أَحۡسَنُ قَوۡلٗا مِّمَّن دَعَآ إِلَى ٱللَّهِ وَعَمِلَ صَٰلِحٗا وَقَالَ إِنَّنِي مِنَ ٱلۡمُسۡلِمِينَ ٣٣
Чья речь прекраснее, чем речь того, кто призывает к Аллаху, поступает праведно и говорит: «Воистину, я - один из мусульман»?
İnsanları Allahın vəhdaniyyətinə və Onun şəriətinə əməl etməyə çağıran, Rəbbinin razı salacaq yaxşı iş görən və: “Mən Allaha təslim olanlardan, Onun əmrinə boyun əyənlərdənəm!” – deyən kəsdən daha gözəl söz söyləyən bir kimsə yoxdur. Bütün bunları edən kimsə - məhz beləsi insanlar arasında ən gözəl söz söyləyən kimsədir.
41:34Страница 480
وَلَا تَسۡتَوِي ٱلۡحَسَنَةُ وَلَا ٱلسَّيِّئَةُۚ ٱدۡفَعۡ بِٱلَّتِي هِيَ أَحۡسَنُ فَإِذَا ٱلَّذِي بَيۡنَكَ وَبَيۡنَهُۥ عَدَٰوَةٞ كَأَنَّهُۥ وَلِيٌّ حَمِيمٞ ٣٤
Не равны добро и зло. Оттолкни зло тем, что лучше, и тогда тот, с кем ты враждуешь, станет для тебя словно близкий любящий родственник.
Savab qazandıran əməllər və Allahı razı salan ibadətlərlə Allahı qəzəbə gətirəcək pisliklər və asiliklər eyni ola bilməz. İnsanlardan sənə pislik etmiş kimsənin pisliyini yaxşı əməllə dəf et! Onun pisliyini yaxşılıqla dəf etdiyin zaman səninlə aranda düşmənçilik olmuş kimsə sanki yaxın bir dost olar.
41:35Страница 480
وَمَا يُلَقَّىٰهَآ إِلَّا ٱلَّذِينَ صَبَرُواْ وَمَا يُلَقَّىٰهَآ إِلَّا ذُو حَظٍّ عَظِيمٖ ٣٥
Но не будет это даровано никому, кроме тех, кто проявляет терпение, и не будет это даровано никому, кроме тех, кто обладает великой долей.
Bu tərifəlayiq xislətdə çoxlu xeyir və bol fayda olduğundan buna yalnız əziyyətlərə, həmçinin, insanların etdiyi pisliklərlə səbir edənlər və ancaq böyük qismət sahibləri müvəffəq ola bilər.
41:36Страница 480
وَإِمَّا يَنزَغَنَّكَ مِنَ ٱلشَّيۡطَٰنِ نَزۡغٞ فَٱسۡتَعِذۡ بِٱللَّهِۖ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ٣٦
А если тебя коснется наваждение от дьявола, то прибегай к защите Аллаха, ибо Он - Слышащий, Знающий.
Şeytan sənə pis iş görmək üçün nə vaxt vəsvəsə versə, Allaha üz tut və Ona sığın. Həqiqətən də, O, sənin dediklərini eşidir, və sənin halını bilir.
41:37Страница 480
وَمِنۡ ءَايَٰتِهِ ٱلَّيۡلُ وَٱلنَّهَارُ وَٱلشَّمۡسُ وَٱلۡقَمَرُۚ لَا تَسۡجُدُواْ لِلشَّمۡسِ وَلَا لِلۡقَمَرِ وَٱسۡجُدُواْۤ لِلَّهِۤ ٱلَّذِي خَلَقَهُنَّ إِن كُنتُمۡ إِيَّاهُ تَعۡبُدُونَ ٣٧
Среди Его знамений - ночь и день, солнце и луна. Не падайте ниц перед солнцем и луной, а падайте ниц перед Аллахом, Который сотворил их, если Ему вы поклоняетесь.
Bir-birini əvəz edən gecə və gündüz, habelə, günəş və ay Allahın əzəmətinə və tək İlah olduğuna dəlalət edən dəlillərindəndir. Ey insanlar, əgər siz Allaha haqqı ilə ibadət edirsinizsə, günəşə və aya səcdə etməyin, onları yaradan tək Allaha səcdə edin.
41:38Страница 480
فَإِنِ ٱسۡتَكۡبَرُواْ فَٱلَّذِينَ عِندَ رَبِّكَ يُسَبِّحُونَ لَهُۥ بِٱلَّيۡلِ وَٱلنَّهَارِ وَهُمۡ لَا يَسۡـَٔمُونَ۩ ٣٨
Если же они возгордятся, то ведь находящиеся возле твоего Господа прославляют Его ночью и днем, и им это не наскучивает.
Əgər onlar təkəbbür göstərsələr, üz döndərsələr və yaradan Allaha səcdə etməsələr (blsinlər ki), Allahın yanında olan mələklər gecə-gündüz Onu tərifləyir və Ona şəninə həmd-sənalar deyirlər, onlar usanmadan Ona ibadət edirlər.
41:39Страница 481
وَمِنۡ ءَايَٰتِهِۦٓ أَنَّكَ تَرَى ٱلۡأَرۡضَ خَٰشِعَةٗ فَإِذَآ أَنزَلۡنَا عَلَيۡهَا ٱلۡمَآءَ ٱهۡتَزَّتۡ وَرَبَتۡۚ إِنَّ ٱلَّذِيٓ أَحۡيَاهَا لَمُحۡيِ ٱلۡمَوۡتَىٰٓۚ إِنَّهُۥ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ ٣٩
Среди Его знамений - то, что ты видишь землю иссохшей, но когда Мы ниспосылаем на нее воду, она приходит в движение и набухает. Воистину, Тот, Кто оживил ее, непременно оживит мертвецов. Он способен на всякую вещь.
Allahın əzəmətinə, vəhdaniyyətinə və ölüləri dirltməyə qadir olduğuna dəlalət edən dəlillətrdəndir ki, sən yer üzünün qupquru olduğunu, orada heç bir bitki olmadığını görürsən. Biz onun üzərinə yağış endirdikdə isə, içindəki toxumların cücərməsindən dolayı o, hərəkətə gəlib qabarır. Şübhəsiz ki, o ölü torpağı bitkilərlə dirildən Allah, ölüləri də hökmən dirildib, haqq-hesaba çəkilmələri və etdikləri əməllərin əvəzini almaq üçün məhşərə toplayacaq. Həqiqətən, O, hər şeyə qadirdir. O, nə ölü torpağı canlandırmaqdan, nə də ölüləri dirildib qəbirlərindən çıxartmaqdan acizdir.
41:40Страница 481
إِنَّ ٱلَّذِينَ يُلۡحِدُونَ فِيٓ ءَايَٰتِنَا لَا يَخۡفَوۡنَ عَلَيۡنَآۗ أَفَمَن يُلۡقَىٰ فِي ٱلنَّارِ خَيۡرٌ أَم مَّن يَأۡتِيٓ ءَامِنٗا يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ ٱعۡمَلُواْ مَا شِئۡتُمۡ إِنَّهُۥ بِمَا تَعۡمَلُونَ بَصِيرٌ ٤٠
Воистину, те, которые уклоняются от истины в отношении Наших аятов, не сокрыты от Нас. Тот, кто будет брошен в Огонь, лучше или тот, кто в День воскресения явится, будучи в безопасности? Поступайте, как пожелаете! Он видит то, что вы совершаете.
Şübhəsiz ki, Allahın ayələrini inkar etməklə, onları yalan saymaqla və onları təhrif etməklə haqdan üz döndərənlərin halı Bizdən gizli qalmaz. Biz onların hamısını bilirik. Bir deyin görək, Cəhənnəm oduna atılan kimsə üstündür, yoxsa qiyamət günü əzabdan qurtulacağına əmin olan kimsə?! Ey insanlar, istədiyiniz xeyir və şər əməlləri edin! Biz sizə artıq xeyiri də şəri də bəyan etdik. Allah sizin xeyir yaxud şər əməllər etdiyinizi görür. Etdiyiniz əməllərdən heç bir şey Ondan gizli qalmaz.
41:41Страница 481
إِنَّ ٱلَّذِينَ كَفَرُواْ بِٱلذِّكۡرِ لَمَّا جَآءَهُمۡۖ وَإِنَّهُۥ لَكِتَٰبٌ عَزِيزٞ ٤١
Воистину, те, которые не уверовали в Напоминание, когда оно дошло до них, будут наказаны. Воистину, это - могущественное Писание.
Şübhəsiz ki, özlərinə Allah tərəfindən Quran gəldiyi zaman onu yalan sayan kimsələr qiyamət günü əzaba düçar olacaqlar. Həqiqətən, bu, əzəmətli və əsaslı bir Kitabdır. Onu nə təhrif etmək istəyən kəs təhrif edə bilər, nə də, dəyişdirmək istəyən kəs onu dəyişdirə bilər.
41:42Страница 481
لَّا يَأۡتِيهِ ٱلۡبَٰطِلُ مِنۢ بَيۡنِ يَدَيۡهِ وَلَا مِنۡ خَلۡفِهِۦۖ تَنزِيلٞ مِّنۡ حَكِيمٍ حَمِيدٖ ٤٢
Ложь не подберется к нему ни спереди, ни сзади. Оно ниспослано от Мудрого, Достохвального.
Batil ondan bir şey əksiltmək, yaxud ona bir şey artırmaq, yaxud onu dəyişdirmək, yaxud da onu təhrif etmək üçün onun nə önündən, nə də arxasından ona gələ bilər. O, yaratdıqları, yazdığı qədər və qoyduğu şəriət xüsusunnda hikmət sahibidir, hər bir halda tərifə layiqdir.
41:43Страница 481
مَّا يُقَالُ لَكَ إِلَّا مَا قَدۡ قِيلَ لِلرُّسُلِ مِن قَبۡلِكَۚ إِنَّ رَبَّكَ لَذُو مَغۡفِرَةٖ وَذُو عِقَابٍ أَلِيمٖ ٤٣
Тебе будет сказано только то, что было сказано посланникам до тебя. Воистину, твой Господь обладает прощением и обладает мучительным наказанием.
Ey Peyğəmbər, səni təkzib etmək üçün sənə nə deyilirsə, (bil ki,) səndən əvvəlki elçilərə də bunun eynisini demişdilər. Sən səbir et! Həqiqətən, sənin Rəbbin Öz qullarından ona tövbə edən kimsələri bağışlayandır, həmçinin, günah işlər görməkdə israrlı olub tövbə etməyən kimsələrə də, ağrılı-acılı cəza verəndir.
41:44Страница 481
وَلَوۡ جَعَلۡنَٰهُ قُرۡءَانًا أَعۡجَمِيّٗا لَّقَالُواْ لَوۡلَا فُصِّلَتۡ ءَايَٰتُهُۥٓۖ ءَا۬عۡجَمِيّٞ وَعَرَبِيّٞۗ قُلۡ هُوَ لِلَّذِينَ ءَامَنُواْ هُدٗى وَشِفَآءٞۚ وَٱلَّذِينَ لَا يُؤۡمِنُونَ فِيٓ ءَاذَانِهِمۡ وَقۡرٞ وَهُوَ عَلَيۡهِمۡ عَمًىۚ أُوْلَٰٓئِكَ يُنَادَوۡنَ مِن مَّكَانِۭ بَعِيدٖ ٤٤
Если бы Мы сделали его Кораном не на арабском языке, то они непременно сказали бы: «Почему его аяты не разъяснены? Неарабская речь и араб?». Скажи: «Он является верным руководством и исцелением для тех, которые уверовали. А уши неверующих поражены глухотой, и они слепы к нему. Это - те, к которым взывают издалека».
Əgər Biz bu Quranı ərəb dilindən başqa bir dildə nazil etsəydik, onların arasındakı kafirlər deyərdilər: “Nə üçün onun ayələri müfəssəl izah edilməmişdir ki, biz onu başa düşək? Quran yad dildə, onu gətirən isə ərəb ola bilərmi?!” Ey Peyğəmbər, onlara de: “Bu Quran, Allaha iman gətirən və Onun peyğəmbərlərinin dediklərini təsdiqləyən kimsələri zəlalətdən çıxardıb doğru yola yönəldən rəhbər və bir də, qəlblərdəki cahillik və ona bənzər xəstəliklər üçün şəfadır". Allaha iman gətirməyənlərin isə qulaqlarında karlıq var. Onlar ona qarşı kordurlar, onu anlamırlar. Bu xislətləri özlərində cəm edən kimsələr sanki uzaq bir yerdən çağırılırlar. Onlar bu çağırışı necə eşidə bilərlər?!
41:45Страница 481
وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ فَٱخۡتُلِفَ فِيهِۚ وَلَوۡلَا كَلِمَةٞ سَبَقَتۡ مِن رَّبِّكَ لَقُضِيَ بَيۡنَهُمۡۚ وَإِنَّهُمۡ لَفِي شَكّٖ مِّنۡهُ مُرِيبٖ ٤٥
Мы даровали Мусе (Моисею) Писание, но по его поводу возникли разногласия. И если бы не было прежде Слова от твоего Господа, то спор их был бы решен. Воистину, они испытывают смутные сомнения относительно него (Корана).
Biz Musaya Tövratı verdik, lakin onun barəsində də ixtilaf düşdü. Onlardan bəzisi ona iman gətirdi, bəzisi də onu inkar etdi. Əgər sənin Rəbbinin, qiyamət günü insanların ixtilafa düşdükləri məsələlər barədə onlar arasında hökm verəcəyi vədi olmasaydı, Tövrat barəsində ixtilaf edənlərin arasında hökm verər, kimin haqq, kimin də batil olduğunu göstərər, haqlı kimsəni ucaldar, batil fikirli olanı isə alçaldardı. Həqiqətən, kafirlər Quran barəsində anlaşılmaz bir şəkk-şübhə içindədirlər.
41:46Страница 481
مَّنۡ عَمِلَ صَٰلِحٗا فَلِنَفۡسِهِۦۖ وَمَنۡ أَسَآءَ فَعَلَيۡهَاۗ وَمَا رَبُّكَ بِظَلَّٰمٖ لِّلۡعَبِيدِ ٤٦
Кто поступает праведно, тот поступает во благо себе. А кто творит зло, тот поступает во вред себе. Господь твой не поступает несправедливо со Своими рабами.
Kim yaxşı iş görsə, gördüyü işin xeyri özünə qayıdar, çünki bir kimsənin etdiyi yaxşı əməlin Allaha heç bir faydası yoxdur. Kim də pislik etsə, zərəri onun öz əleyhinə olar, çünki yaradılanlardan bir kimsənin etdiyi pis əməlin Allaha heç bir zərəri yoxdur. Uca Allah hər bir kəsə etdiyi əməlinin əvəzini verəcəkdir. Ey Peyğəmbər, Rəbbin Öz qullarına züml edən deyildir. Allah onların nə savabından azaldar, nə də günahları üzərinə günah artırar.
41:47Страница 482
۞ إِلَيۡهِ يُرَدُّ عِلۡمُ ٱلسَّاعَةِۚ وَمَا تَخۡرُجُ مِن ثَمَرَٰتٖ مِّنۡ أَكۡمَامِهَا وَمَا تَحۡمِلُ مِنۡ أُنثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلۡمِهِۦۚ وَيَوۡمَ يُنَادِيهِمۡ أَيۡنَ شُرَكَآءِي قَالُوٓاْ ءَاذَنَّٰكَ مَا مِنَّا مِن شَهِيدٖ ٤٧
К Нему восходит знание о Часе. Не вырастет ни один плод из завязи, не понесет и не родит ни одна самка без Его ведома. В тот день, когда Он воззовет к ним: «Где же Мои сотоварищи?». - они скажут: «Мы дали Тебе знать, что никто из нас не станет свидетельствовать».
Qiyamət saatı haqqında bilgi yalnız Allaha məxsusdur və Onun nə zaman vaqe olacağını yalnız O bilir. Bunu Ondan başqa heç kəs bilmir. Onun xəbəri olmadan heç bir meyvə toxumundan cücərib çıxmaz, heç bir dişi hamilə qalmaz və bətnində daşıdığı yükü yerə qoymaz. Bunlardan heç bir şey Ondan gizli qalmaz. Qiyamət günü Allah, Onunla yanaşı bütlərə ibadət edən müşrikləri çağırıb, onları bütlərə ibadət etdiklərinə görə məzəmmət edib deyəcək: “Mənim şərikim olduğunu iddia etdiyiniz şəriklərim haradadır?!” Müşriklər deyəcəklər: “Biz Sənin qarşında etiraf edirik ki, indi heç birimiz Sənin şərikin olduğunu deyə bilməz!”
41:48Страница 482
وَضَلَّ عَنۡهُم مَّا كَانُواْ يَدۡعُونَ مِن قَبۡلُۖ وَظَنُّواْ مَا لَهُم مِّن مَّحِيصٖ ٤٨
Те, к кому они взывали прежде, покинут их, и они обретут уверенность в том, что не смогут сбежать.
Əvvəllər tapındıqları bütlər onları qoyub gedəcək və onlar Allahın əzabından qaçıb qurtulmağa bir yeri olmadığını yəqin edəcəklər.
41:49Страница 482
لَّا يَسۡـَٔمُ ٱلۡإِنسَٰنُ مِن دُعَآءِ ٱلۡخَيۡرِ وَإِن مَّسَّهُ ٱلشَّرُّ فَيَـُٔوسٞ قَنُوطٞ ٤٩
Человеку не наскучивает молить о добре, но если его коснется вред, то он отчаивается и теряет надежду.
İnsan özünə sağlıq, mal-dövlət, övlad və başqa nemətlər diləməkdən usanmır. Elə ki, ona kasıblıq, yaxud xəstəlik və buna bənzər müsibət üz verir, çox məyus olub Allahın rəhmətindən ümidini üzür.
41:50Страница 482
وَلَئِنۡ أَذَقۡنَٰهُ رَحۡمَةٗ مِّنَّا مِنۢ بَعۡدِ ضَرَّآءَ مَسَّتۡهُ لَيَقُولَنَّ هَٰذَا لِي وَمَآ أَظُنُّ ٱلسَّاعَةَ قَآئِمَةٗ وَلَئِن رُّجِعۡتُ إِلَىٰ رَبِّيٓ إِنَّ لِي عِندَهُۥ لَلۡحُسۡنَىٰۚ فَلَنُنَبِّئَنَّ ٱلَّذِينَ كَفَرُواْ بِمَا عَمِلُواْ وَلَنُذِيقَنَّهُم مِّنۡ عَذَابٍ غَلِيظٖ ٥٠
Если Мы дадим ему вкусить милость от Нас после того, как его коснется несчастье, то он непременно скажет: «Вот это - для меня, и я не думаю, что настанет Час. Если же я буду возвращен к моему Господу, то у Него для меня обязательно будет уготовано наилучшее». Мы непременно поведаем неверующим о том, что они совершили, и дадим им вкусить жестокие мучения.
Əgər onun başına gələn bəladan və xəstəlikdən sonra, Biz sağlamlıq, zənginlik və əmin-amanlıq daddırsaq, mütləq deyər: “Bu mənə məxsusdur, çünki mən buna layiqəm, bu mənim haqqımdır və Mən qiyamət saatının gələcəyini güman etmirəm. Əgər qiyamətin qopacağını fərz etsək belə, yenə Allah yanında mənim var-dövlətim və malım olacaq. Necə ki, mən bu dünyada o var-dövlətə layiq olduğum üçün Allah onu mənə əta edib, eləcə də, axirətdə onu mənə əta edəcəkdir.” Biz Allaha küfr edənlərə etdikləri küfr və asiliklər barədə mütləq xəbər verəcək və onlara hökmən şiddətli bir əzab daddıracağıq.
41:51Страница 482
وَإِذَآ أَنۡعَمۡنَا عَلَى ٱلۡإِنسَٰنِ أَعۡرَضَ وَنَـَٔا بِجَانِبِهِۦ وَإِذَا مَسَّهُ ٱلشَّرُّ فَذُو دُعَآءٍ عَرِيضٖ ٥١
Если Мы одаряем человека благами, он отворачивается и удаляется (или превозносится). Если же зло касается его, он начинает произносить пространные молитвы.
Biz insana sağlamlıq, salamatlıq və başqa bu kimi nemətlər verdiyimiz zaman Allahı zikr etməkdən və Ona itaət etməkdən qafil olar və təkəbbürlə arxa çevirər. Ona xəstəlik, kasıblıq və buna bənzər bəla üz verdikdə isə uzun-uzadı Allaha dua edib başına gəlmiş bəlanı ondan sovuşdurması üçün Ona şikayətlənərək yalvarıb-yaxarar. Beləcə, o, nə Rəbbi ona nemət verdikdə ona şükr edər, nə də onu sınağa çəkib bəlaya düçar etdikdə səbir edər.
41:52Страница 482
قُلۡ أَرَءَيۡتُمۡ إِن كَانَ مِنۡ عِندِ ٱللَّهِ ثُمَّ كَفَرۡتُم بِهِۦ مَنۡ أَضَلُّ مِمَّنۡ هُوَ فِي شِقَاقِۭ بَعِيدٖ ٥٢
Скажи: «Что вы думаете, а если Коран - от Аллаха, и вы не веруете в него? Кто может быть более заблудшим, чем тот, кто находится в глубоком разладе с истиной?».
Ey Peyğəmbər, haqqı yalan sayan o müşriklərə de: “Bir deyin görək, əgər bu Quran Allah tərəfindəndirsə, sonra da, siz onu inkar edir və onu yalan sayırsınızsa, belə olduğu təqdirdə sizin halınız necə olacaq?! Haqq açıq-aydın, dəlil-sübutla əsaslandırıldığı və tutarlı ola-ola inad edib onu qəbul etməyən kəsdən daha çox azmış kim ola bilər?!
41:53Страница 482
سَنُرِيهِمۡ ءَايَٰتِنَا فِي ٱلۡأٓفَاقِ وَفِيٓ أَنفُسِهِمۡ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمۡ أَنَّهُ ٱلۡحَقُّۗ أَوَلَمۡ يَكۡفِ بِرَبِّكَ أَنَّهُۥ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ ٥٣
Мы покажем им Наши знамения по свету и в них самих, пока им не станет ясно, что это есть истина. Неужели не достаточно того, что твой Господь является Свидетелем всякой вещи?
Biz öz dəlillərimizi Qureyş kafirlərinə həm yer üzündə - (məsələn,) müsəlmanlara fəthlər bəxş etməklə, həm də onların özlərində - yəni Məkkəni fəth etməklə mütləq göstərəcəyik ki, axırda Quranın haqq olduğu və içində heç bir şübhə olmadığı üzə çıxıb onların şəkkini aradan qaldırsın. Məgər o müşriklərə Quranın haqq olduğuna və Allah tərəfindən nazil edilməsinə dair Allahın şahidliyi kifayət deyilmi?! Əgər onlar haqqı istəsəydilər, Rəbbinin şahidliyi ilə kifayətlənərdilər.
41:54Страница 482
أَلَآ إِنَّهُمۡ فِي مِرۡيَةٖ مِّن لِّقَآءِ رَبِّهِمۡۗ أَلَآ إِنَّهُۥ بِكُلِّ شَيۡءٖ مُّحِيطُۢ ٥٤
Воистину, они сомневаются во встрече со своим Господом. Воистину, Он объемлет всякую вещь.
Doğrudan da, o müşriklər dirilməni inkar etdiklərinə görə, qiyamət günü özlərinin Rəbbi ilə qarşılaşacaqlarına şəkk edirlər. Onlar axirətə inanmırlar və elə buna görə də, yaxşı işlər görməklə o gün üçün hazırlıq görmürlər. Həqiqətən, Allah elm və qüdrət ilə hər şeyi əhatə edəndir.
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии