Аль-Мухтасар · Тафсир · на азербайджанском
الدخان
Ад-Духан
Дым · Мекканская · 59 аятов
﴾Ha. Mim.﴿ Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır.
Allah, aydın şəkildə haqq yolu göstərən Qurana and içir.
44:3Страница 496
إِنَّآ أَنزَلۡنَٰهُ فِي لَيۡلَةٖ مُّبَٰرَكَةٍۚ إِنَّا كُنَّا مُنذِرِينَ ٣
Мы ниспослали его в благословенную ночь, и Мы предостерегаем.
Biz Quranı qədr gecəsində nazil etdik. Bu, çoxlu xeyirlə dolu bir gecədir. Həqiqətən, Biz bu Quran vasitəsilə qorxuduruq.
Bu gecədə, Allahın növbəti il üçün müəyyən etdiyi ruziyə, əcələ və başqa şeylərə aid olan hər bir iş ayırd edilir.
44:5Страница 496
أَمۡرٗا مِّنۡ عِندِنَآۚ إِنَّا كُنَّا مُرۡسِلِينَ ٥
по повелению от Нас. Мы посылаем пророков и Писания
Biz hər bir işi Öz hüzurumuzda ayırd edirik. Həqiqətən, elçiləri Biz göndəririk -
44:6Страница 496
رَحۡمَةٗ مِّن رَّبِّكَۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ٦
по милости твоего Господа, Слышащего, Знающего,
Ey Peyğəmbər! Biz elçiləri göndərildikləri insanlara Rəbbindən mərhəmət olaraq göndəririk. Şübhəsiz ki, pak və müqəddəs Allah Öz qullarının dediklərini Eşidəndir, onların əməllərini və niyyətlərini Biləndir. Bunlardan heç bir şey Ona gizli qalmaz.
44:7Страница 496
رَبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَآۖ إِن كُنتُم مُّوقِنِينَ ٧
Господа небес, земли и того, что между ними, если только вы обладаете убежденностью.
Allah göylərin, yerin və onların arasında olanların Rəbbidir. Əgər buna yəqinliklə inanırsınızsa, Rəsuluma iman gətirin.
44:8Страница 496
لَآ إِلَٰهَ إِلَّا هُوَ يُحۡيِۦ وَيُمِيتُۖ رَبُّكُمۡ وَرَبُّ ءَابَآئِكُمُ ٱلۡأَوَّلِينَ ٨
Нет божества, кроме Него. Он оживляет и умерщвляет. Он - ваш Господь и Господь ваших праотцев.
Ondan başqa ibadətə haqqı çatan məbud yoxdur. O, həm dirildir, həm də öldürür. Ondan başqa nə dirildən, nə də öldürən var. O, həm sizin Rəbbiniz, həm də keçmişdəki atalarınızın Rəbbidir.
Müşriklər buna yəqinliklə inanmırlar, əksinə, onlar özlərinin batil düşüncələrinə əsaslanıb buna şəkk-şübhə edirlər.
44:10Страница 496
فَٱرۡتَقِبۡ يَوۡمَ تَأۡتِي ٱلسَّمَآءُ بِدُخَانٖ مُّبِينٖ ١٠
Подожди же того дня, когда небо принесет ясный дым,
Ey Peyğəmbər! Sən, qövmünü yaxalayacaq yaxın əzabın gəlməsini gözlə. O gün qöy üzünü əzabın şiddətindən öz gözləri ilə görəcəkləri açıq-aydın bir düman bürüyəcəkdir.
44:11Страница 496
يَغۡشَى ٱلنَّاسَۖ هَٰذَا عَذَابٌ أَلِيمٞ ١١
который окутает людей. Это будут мучительные страдания!
O tüstü sənin qövmünü bürüyəcək və onda onlara deyiləcək: "Sizə üz vermiş bu əzab, ağrılı-acılı bir əzabdır.
44:12Страница 496
رَّبَّنَا ٱكۡشِفۡ عَنَّا ٱلۡعَذَابَ إِنَّا مُؤۡمِنُونَ ١٢
Они скажут: «Господь наш! Избавь нас от страданий, ведь мы уверовали».
Onlar Rəbbinə yalvarıb deyəcəklər: “Ey Rəbbimiz! Bizə göndərdiyin bu əzabı bizdən uzaqlaşdır. Əgər onu bizdən uzaqlaşdırsan, biz Sənə də, Sənin rəsuluna da iman gətirəcəyik”.
44:13Страница 496
أَنَّىٰ لَهُمُ ٱلذِّكۡرَىٰ وَقَدۡ جَآءَهُمۡ رَسُولٞ مُّبِينٞ ١٣
Но как они могут помянуть такое назидание, если к ним уже приходил разъясняющий посланник.
Onlar necə öyüd-nəsihət qəbul edib Rəbbinə tərəf üz tuta bilər?! Axı onlara peyğəmbərliyi aşkar bilinən, doğru danışan və əmanətə xəyanət etməyən birisi kimi tanıdıqları bir elçi gəldi,
44:14Страница 496
ثُمَّ تَوَلَّوۡاْ عَنۡهُ وَقَالُواْ مُعَلَّمٞ مَّجۡنُونٌ ١٤
Затем они отвернулись от него и сказали: «Он - обученный, одержимый».
Sonra onun təsdiq etməkdən üz çevirib onun barəsində: "O Allahın elçisi deyil. O başqa bir kimsə tərəfindən öyrədilmiş bir dəlidir!" - dedilər.
44:15Страница 496
إِنَّا كَاشِفُواْ ٱلۡعَذَابِ قَلِيلًاۚ إِنَّكُمۡ عَآئِدُونَ ١٥
Мы избавим вас от страданий ненадолго, но ведь вы вернетесь к неверию.
Biz əzabı sizdən bir az uzaqlaşdıracağıq, siz isə yenə küfrə və haqqı yalan saymağa qayıdacaqsınız.
44:16Страница 496
يَوۡمَ نَبۡطِشُ ٱلۡبَطۡشَةَ ٱلۡكُبۡرَىٰٓ إِنَّا مُنتَقِمُونَ ١٦
В тот день, когда Мы схватим вас величайшей Хваткой, Мы будем мстить.
Ey Peyğəmbər! Sənin qövmünün kafirlərini böyük bir müsibətlə yaxalayacağımız günü - Bədr gününü gözlə. Onlar Allaha küfr etdiklərinə və Onun rəsulunu yalançı saydıqlarına görə, Biz onlardan intiqam alacağıq.
44:17Страница 496
۞ وَلَقَدۡ فَتَنَّا قَبۡلَهُمۡ قَوۡمَ فِرۡعَوۡنَ وَجَآءَهُمۡ رَسُولٞ كَرِيمٌ ١٧
До вас Мы уже испытали народ Фараона, и к ним явился благородный посланник.
Biz onlardan əvvəl Firon qövmünü imtahana çəkmişdik. Onlara Allah tərəfindən dəyərli bir elçi - Musa (aleyhissəlam) gəlib onları Allahın təkliyini qəbul etməyə və Ona ibadət etməyə dəvət etmişdi.
44:18Страница 496
أَنۡ أَدُّوٓاْ إِلَيَّ عِبَادَ ٱللَّهِۖ إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ ١٨
Он сказал: «Верните мне рабов Аллаха. Я являюсь посланником к вам, заслуживающим доверия.
Musa Firona və onun qövmünə belə demişdi: “İsrail oğullarını mənə verin. Onlar Allahın qullarıdır, sizin onları qul etməyə haqqınız yoxdur. Həqiqətən, mən, Allahın sizə göndərdiyi və mənə əmr etdiyi risaləti təbliğ edəcəyimə etibar etdiyi bir elçiyəm. Mən bu risalətdən nə bir şey əskildər, nə də ona bir şey artıraram.
44:19Страница 497
وَأَن لَّا تَعۡلُواْ عَلَى ٱللَّهِۖ إِنِّيٓ ءَاتِيكُم بِسُلۡطَٰنٖ مُّبِينٖ ١٩
Не превозноситесь над Аллахом, ведь я принес вам явное доказательство.
Allaha ibadət etməyi tərk etməklə və özünüzü Onun qullarından üstün tutmaqla Ona qarşı təkəbbür göstərməyin. Həqiqətən, mən sizə açıq-aydın bir dəlil gətirmişəm.
44:20Страница 497
وَإِنِّي عُذۡتُ بِرَبِّي وَرَبِّكُمۡ أَن تَرۡجُمُونِ ٢٠
Я прибег к защите моего Господа и вашего Господа, чтобы вы не побили меня камнями.
Mən sizin məni daşqalaq edib öldürməyinizdən mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha sığınıram.
44:21Страница 497
وَإِن لَّمۡ تُؤۡمِنُواْ لِي فَٱعۡتَزِلُونِ ٢١
Если же вы не верите мне, то оставьте меня».
Əgər mənim gətirdiyimi qəbul etmirsinizsə, məndən uzaq olun və pis niyyətlə mənə yaxınlaşmayın!”
44:22Страница 497
فَدَعَا رَبَّهُۥٓ أَنَّ هَٰٓؤُلَآءِ قَوۡمٞ مُّجۡرِمُونَ ٢٢
Затем он воззвал к своему Господу: «Они являются грешными людьми».
Sonra Musa (aleyhissəlam) Rəbbinə dua edib dedi: “Həqiqətən, bu qövm - Firon və onun camaatı tezliklə cəzalandırılmağa layiq olan bir qövmdür!”
44:23Страница 497
فَأَسۡرِ بِعِبَادِي لَيۡلًا إِنَّكُم مُّتَّبَعُونَ ٢٣
Аллах сказал: «Выступи с Моими рабами ночью. Воистину, вас будут преследовать.
Allah Musaya öz qövmü ilə birlikdə gecə ikən yola çıxmağı əmr etdi və Firon və onun qövmü onları təqib edəcəklərini ona xəbər verdi.
44:24Страница 497
وَٱتۡرُكِ ٱلۡبَحۡرَ رَهۡوًاۖ إِنَّهُمۡ جُندٞ مُّغۡرَقُونَ ٢٤
Оставь море в покое - их воинство будет потоплено».
Allah Musaya İsrail oğulları ilə birlikdə dənizi keçdikdən sonra onu olduğu kimi sakit buraxmağı əmr etdi. Şübhəsiz ki, Firon və onun əsgərləri dənizdə boğularaq həlak ediləcək bir ordudur.
Firon və onun qövmü özlərindən sonra neçə-neçə bağ-bağçalar və axar çeşmələr qoyub getdilər!
Onlar özlərindən sonra neçə-neçə əkinlər və gözəl yerlər qoyub getdilər!
Habelə, zövq aldıqları neçə-neçə nemətlər qoyub getdilər.
44:28Страница 497
كَذَٰلِكَۖ وَأَوۡرَثۡنَٰهَا قَوۡمًا ءَاخَرِينَ ٢٨
Вот так! Мы позволили унаследовать это другому народу.
Beləcə, sizə bildirilən hadisələr, onların başına gəldi. Biz onların bağ-bağçalarına, çeşmələrinə, əkinlərinə və gözəl məskənlərinə başqa qövmü - İsrail oğullaını varis etdik.
44:29Страница 497
فَمَا بَكَتۡ عَلَيۡهِمُ ٱلسَّمَآءُ وَٱلۡأَرۡضُ وَمَا كَانُواْ مُنظَرِينَ ٢٩
Ни небо, ни земля не оплакивали их, и им не была предоставлена отсрочка.
Firon və onun qövmü dənizdə batdıqda, nə göy, nə də yer onlardan ötrü ağladı. Onlara tövbə etmək üçün möhlət də verilmədi.
44:30Страница 497
وَلَقَدۡ نَجَّيۡنَا بَنِيٓ إِسۡرَٰٓءِيلَ مِنَ ٱلۡعَذَابِ ٱلۡمُهِينِ ٣٠
Мы уже спасли сынов Исраила (Израиля) от унизительных страданий -
Biz İsrail oğullarını alçaldıcı əzabdan xilas etdik. Belə ki, Firon və onun qövmü onların oğlan uşaqlarını öldür, qadınlarını da sağ buraxırdılar.
44:31Страница 497
مِن فِرۡعَوۡنَۚ إِنَّهُۥ كَانَ عَالِيٗا مِّنَ ٱلۡمُسۡرِفِينَ ٣١
от Фараона. Воистину, он был надменен и был одним из преступающих границы дозволенного.
Biz onları Fironun əzabından xilas etdik. Həqiqətən, o, Allahın əmrinə və Onun dininə qarşı çıxan təkəbbürlü bir kimsə idi.
44:32Страница 497
وَلَقَدِ ٱخۡتَرۡنَٰهُمۡ عَلَىٰ عِلۡمٍ عَلَى ٱلۡعَٰلَمِينَ ٣٢
Мы избрали их и возвысили их над мирами на основании знания.
Biz Öz elmimizlə İsrail oğulları arasından çoxlu peyğəmbər seçməklə onları zəmanələrindəki insanlardan üstün etdik.
44:33Страница 497
وَءَاتَيۡنَٰهُم مِّنَ ٱلۡأٓيَٰتِ مَا فِيهِ بَلَٰٓؤٞاْ مُّبِينٌ ٣٣
Мы даровали им знамения, в которых было заключено явное испытание (или явная милость).
Biz onlara möcüzələr və dəlillər - qüdrət halvası, bildirçin əti və başqa bu kimi zahiri nemətlər bəxş etməklə Musaya dəstək verdik.
Haqqı yalan sayan o müşriklər dirilməni mütləq inkar edib deyəcəklər:
44:35Страница 497
إِنۡ هِيَ إِلَّا مَوۡتَتُنَا ٱلۡأُولَىٰ وَمَا نَحۡنُ بِمُنشَرِينَ ٣٥
«Для нас есть только одна смерть, и мы не будем воскрешены.
“Bu ölüm bizim birinci (və axırıncı) ölümümüzdür və bundan sonra həyat olmayacaq. Bu ölümdən sonra biz bir daha dirildilməyəcəyik.
44:36Страница 497
فَأۡتُواْ بِـَٔابَآئِنَآ إِن كُنتُمۡ صَٰدِقِينَ ٣٦
Приведите же наших отцов, если вы говорите правду».
Ey Muhəmməd! Əgər sənin və sənin ardıcıllarının iddia etdiyi kimi Allahın ölüləri haqq-hesaba çəkmək və əməllərinin əvəzini vermək üçün diriltməsi doğrudursa, onda bizim ölmüş atalarımızı dirildib gətirin görək”
44:37Страница 497
أَهُمۡ خَيۡرٌ أَمۡ قَوۡمُ تُبَّعٖ وَٱلَّذِينَ مِن قَبۡلِهِمۡ أَهۡلَكۡنَٰهُمۡۚ إِنَّهُمۡ كَانُواْ مُجۡرِمِينَ ٣٧
Они лучше или же народ Тубба (Тобба) и их предшественники? Мы погубили их. Воистину, они были грешниками.
Ey Peyğəmbər! Güc-qüvvətə malik olmaq baxımından, səni yalançı sayan bu müşriklər üstündür, yoxsa Tubba qövmü və onlardan əvvəlki Ad və Səmud tayfaları?! Biz onların hamısını məhv etdik. Çünki onlar günahkar kimsələr idi.
44:38Страница 497
وَمَا خَلَقۡنَا ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا لَٰعِبِينَ ٣٨
Мы не сотворили небеса, землю и то, что между ними, забавляясь.
Biz göyü, yeri və onların arasında olanları əylənmək üçün yaratmadıq.
44:39Страница 497
مَا خَلَقۡنَٰهُمَآ إِلَّا بِٱلۡحَقِّ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ ٣٩
Мы сотворили их (небеса и землю) только ради истины, но большинство их не знает этого.
Biz göyləri və yeri böyük bir hikmət üçün yaratdıq, lakin müşriklərin əksəriyyəti bunu bilməz.
44:40Страница 498
إِنَّ يَوۡمَ ٱلۡفَصۡلِ مِيقَٰتُهُمۡ أَجۡمَعِينَ ٤٠
Воистину, День различения - это срок, установленный для каждого из них.
Şübhəsiz ki, Allahın qulları arasında ayırd etmə günü - qiyamət günü yaradılanların hamısı üçün müəyyən olunmuş vaxtdır ki, həmin vaxt Allah onları bir yerə toplayacaqdır.
44:41Страница 498
يَوۡمَ لَا يُغۡنِي مَوۡلًى عَن مَّوۡلٗى شَيۡـٔٗا وَلَا هُمۡ يُنصَرُونَ ٤١
Это будет день, когда близкий ничем не поможет своему близкому и когда помощь не будет оказана никому,
O gün qohum öz qohumuna, dost da öz dostuna nə fayda verə biləcək, nə də onlar Allahın əzabının qarşısını ala biləcəklər. Çünki o gün mülk yalnız Allaha məxsus olacaq və Ondan başqası buna iddialı ola bilməyəcək.
44:42Страница 498
إِلَّا مَن رَّحِمَ ٱللَّهُۚ إِنَّهُۥ هُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ٤٢
кроме тех, над кем смилостивится Аллах. Воистину, Он - Могущественный, Милосердный.
Yalnız Allahın insanlardan rəhm etdiyi kimsədən başqa! Həmin kimsə dünyada etdiyi yaxşı əməllərin faydasını görəcək. Həqiqətən, Allah Qüdrətlidir, heç kəs Ona qalib gələ bilməz. Tövbə edən qullarına qarşı çox mərhəmətlidir.
Allahın Cəhənnəmin özülündə bitirdiyi zəqqum ağacı
Böyük günah sahibinin - kafirin yeməyidir. O, bu ağacın iyrənc meyvəsindən yeyəcəkdir.
44:45Страница 498
كَٱلۡمُهۡلِ يَغۡلِي فِي ٱلۡبُطُونِ ٤٥
Подобно осадку масла (или расплавленной меди), оно будет кипеть в животах так,
Zəqqum ağacının meyvəsi, qara zeytun yağına bənzəyir. O həddən artıq qaynar olduğu üçün onların qarnında qaynayacaqdır.
Son dərəcə qaynar suyun qaynadığı kimi.
44:47Страница 498
خُذُوهُ فَٱعۡتِلُوهُ إِلَىٰ سَوَآءِ ٱلۡجَحِيمِ ٤٧
Схватите его и волоките (или несите) до самой середины Ада.
Cəhənnəm zəbanilərinə belə buyurulacaq: "Onu tutub çox sərt və kobud şəkildə Cəhənnəmin ortasına doğru sürükləyərək aparın!
44:48Страница 498
ثُمَّ صُبُّواْ فَوۡقَ رَأۡسِهِۦ مِنۡ عَذَابِ ٱلۡحَمِيمِ ٤٨
Затем налейте ему на голову кипяток, причиняющий страдания.
Sonra əzab verilən bu kimsənin başına qaynar su tökün ki, əzabı səngiməsin!"
44:49Страница 498
ذُقۡ إِنَّكَ أَنتَ ٱلۡعَزِيزُ ٱلۡكَرِيمُ ٤٩
Вкушай, ведь ты - могущественный, благородный!
Ona lağ edilərək deyiləcək: "Dad bu ağrılı-acılı əzabı! Sən ki qüdrətli - şəninə toxunulmaz, həm də, qövmün arasında hörmətə layiq birisi idin.
Bu əzab, qiyamət günü vaqe olacağına şəkk etdiyiniz əzabdır. İndi siz onu öz gözlərinizlə görməklə artıq şübhəniz aradan qalxmışdır.
44:51Страница 498
إِنَّ ٱلۡمُتَّقِينَ فِي مَقَامٍ أَمِينٖ ٥١
Воистину, богобоязненные пребудут в безопасном месте,
Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qorxanlar isə başlarına gələ biləcək hər bir xətərdən xatircəm olduqları bir yerdə olacaqlar.
Bağçalarda və axar çeşmələr başında olacaqlar!
44:53Страница 498
يَلۡبَسُونَ مِن سُندُسٖ وَإِسۡتَبۡرَقٖ مُّتَقَٰبِلِينَ ٥٣
Они будут облачены в атлас и парчу и будут восседать друг против друга.
Onlar Cənnətdə incə və qalın ipəkdən libaslar geyəcək və qarşı-qarşıya əyləşəcəklər. Heç biri digərinə arxasını çevirməyəcəkdir.
44:54Страница 498
كَذَٰلِكَ وَزَوَّجۡنَٰهُم بِحُورٍ عِينٖ ٥٤
Вот так! Мы сочетаем их с черноокими, большеглазыми девами.
Bu deyilənləri onlara bəxş etməyimizlə yanaşı, hələ Cənnətdə onları, gözlərinin qarası qapqara, ağı da ağappaq olan iri gözlü gözəl qadınlarla evləndirəcəyik.
44:55Страница 498
يَدۡعُونَ فِيهَا بِكُلِّ فَٰكِهَةٍ ءَامِنِينَ ٥٥
Там они будут просить любые фрукты, будучи в безопасности.
Onlar orada istədikləri hər növ meyvədən özlərinə gətirilməsi üçün xidmətçilərini yanlarına çağıracaqlar. Özləri də, bu meyvələrin tükənməyəcəyindən və xarab olmayacağından xatircəm olacaqlar.
44:56Страница 498
لَا يَذُوقُونَ فِيهَا ٱلۡمَوۡتَ إِلَّا ٱلۡمَوۡتَةَ ٱلۡأُولَىٰۖ وَوَقَىٰهُمۡ عَذَابَ ٱلۡجَحِيمِ ٥٦
Там они не вкусят смерти после первой смерти. Он защитил их от мучений в Аду
Onlar orada əbədi qalacaq və dünya həyatında daddıqları ilk ölümdən başqa orada heç bir ölüm dadmayacaqlar. Rəbbi onları Cəhənnəm əzabından qorumuşdur.
44:57Страница 498
فَضۡلٗا مِّن رَّبِّكَۚ ذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ ٥٧
по милости от твоего Господа. Это и есть великое преуспеяние.
Sənin Rəbbindən onlara bir lütf və yaxşılıq olaraq. Bu zikr edilənlər - Allahın onları Cənnətə daxil etməsi və Cəhənnəm odundan qoruması, heç bir bənzəri olmayan böyük uğurdur.
44:58Страница 498
فَإِنَّمَا يَسَّرۡنَٰهُ بِلِسَانِكَ لَعَلَّهُمۡ يَتَذَكَّرُونَ ٥٨
Мы облегчили его (Коран) на твоем языке, чтобы они могли помянуть назидание.
Ey Peyğəmbər! Biz Quranı sənin ana dilində nazil etməklə asanlaşdırdıq ki, bəlkə onlar öyüd-nəsihət qəbul edələr.
Sən özünün qalib gələcəyini, onların da həlak olacaqlarını gözlə! Şübhəsiz ki, onlar da, sənin həlak olacağını gözləyirlər.
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии