Аль-МухтасарАль‑Джасия · 45:1–37

Аль-Мухтасар · Тафсир · на азербайджанском

الجاثية

Аль-Джасия

Коленопреклоненные · Мекканская · 37 аятов

45:1Страница 499

حمٓ ١

Ха. Мим.

﴾Ha. Mim.﴿ Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır.

45:2Страница 499

تَنزِيلُ ٱلۡكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡحَكِيمِ ٢

Писание ниспослано от Аллаха Могущественного, Мудрого.

Quran heç kəsin üstün gələ bilməyəcəyi Qüdrətli, həm də, yaratmaq, qədəri yazmaq və işləri idarə etmək xüsusunda Hikmət sahibi olan Allah tərəfindən nazil edilmişdir.

45:3Страница 499

إِنَّ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ لَأٓيَٰتٖ لِّلۡمُؤۡمِنِينَ ٣

Воистину, на небесах и на земле есть знамения для верующих.

Həqiqətən, göylərdə və yerdə mö­minlər üçün Allahın qüdrətinə və Onun vəhdaniyyətinə işarə edən dəlillər vardır. Çünki dəlillərdən ibrət alanlar elə məhz möminlərdir.

45:4Страница 499

وَفِي خَلۡقِكُمۡ وَمَا يَبُثُّ مِن دَآبَّةٍ ءَايَٰتٞ لِّقَوۡمٖ يُوقِنُونَ ٤

В сотворении вас и живых тварей, которых Он расселил, есть знамения для людей убежденных.

Ey insanlar! Sizin yaradılışınızda - əvvəlcə nütfə, sonra qan laxtası, sonra da ət parçası olmanızda və Allahın yer üzünə yaydığı can­lılarda, Allahın Xaliq olduğuna yəqinliklə iman gə­tirmiş kimsələr üçün Onun vəhdaniyyətinə dəlalət edən dəlillər vardır.

45:5Страница 499

وَٱخۡتِلَٰفِ ٱلَّيۡلِ وَٱلنَّهَارِ وَمَآ أَنزَلَ ٱللَّهُ مِنَ ٱلسَّمَآءِ مِن رِّزۡقٖ فَأَحۡيَا بِهِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَا وَتَصۡرِيفِ ٱلرِّيَٰحِ ءَايَٰتٞ لِّقَوۡمٖ يَعۡقِلُونَ ٥

В смене ночи и дня, в уделе, который Аллах ниспосылает с неба и посредством которого Он оживляет землю после ее смерти, и в смене ветров есть знамения для людей разумеющих.

Gecə və gündüzün bir-birinin ardınca gəlib-getməsində, Allahın göy­dən yağmur en­dirib onun vasitəsilə, heç bir bitki bitməyən qurumuş bir yerdə bitkilər bitirib oranı canlandırmasında və küləkləri də sizin mənfəətiniz üçün bəzən bir istiqamətdən, bəzən də başqa bir istiqamətdən gətirməsində, başa düşən insanlar üçün dəlillər var. Onlar bu dəlillərə əsaslanaraq Allahın vəhdaniyyətini, Onun ölüləri dirildəcəyinə qadir olduğunu və ümumiyyətlə, hər şeyə qadir olduğunu isbat edirlər.

45:6Страница 499

تِلۡكَ ءَايَٰتُ ٱللَّهِ نَتۡلُوهَا عَلَيۡكَ بِٱلۡحَقِّۖ فَبِأَيِّ حَدِيثِۭ بَعۡدَ ٱللَّهِ وَءَايَٰتِهِۦ يُؤۡمِنُونَ ٦

Вот аяты Аллаха, которые Мы читаем тебе истинно. В какой же рассказ после рассказа об Аллахе и его знамениях они верят?

Ey Peyğəmbər! Biz bu ayələri və dəlilləri sənə bir həqiqət olaraq oxuyuruq. On­lar Allahın Öz quluna nazil etdiyi sözünə və Onun dəlillərinə inanmadıqdan sonra, hansı sözə inana­caq və hansı dəlili qəbul edəcəklər?!

45:7Страница 499

وَيۡلٞ لِّكُلِّ أَفَّاكٍ أَثِيمٖ ٧

Горе всякому лживому грешнику!

Əzaba düçar olsun və həlaka uğrasın hər bir yalançı və çox günah edən kimsə!

45:8Страница 499

يَسۡمَعُ ءَايَٰتِ ٱللَّهِ تُتۡلَىٰ عَلَيۡهِ ثُمَّ يُصِرُّ مُسۡتَكۡبِرٗا كَأَن لَّمۡ يَسۡمَعۡهَاۖ فَبَشِّرۡهُ بِعَذَابٍ أَلِيمٖ ٨

Он выслушивает аяты Аллаха, которые читаются ему, а затем надменно упорствует, словно он вовсе не слышал их. Обрадуй же его вестью о мучительных страданиях.

Bu kafir Allahın Qurandakı ayələrinin ona oxunduğunu eşidir, sonra guya özünə oxunan o ayələri eşitmirmiş kimi, haqqa boyun əyməyə təkəb­bür göstərərək küfr və asilik etməyinə davam edir. Ey Peyğəmbər! Ona axirətdə başına gələcək müsibət - orada onu gözləyən ağ­rı­lı-acılı bir əzab barədə xəbər ver.

45:9Страница 499

وَإِذَا عَلِمَ مِنۡ ءَايَٰتِنَا شَيۡـًٔا ٱتَّخَذَهَا هُزُوًاۚ أُوْلَٰٓئِكَ لَهُمۡ عَذَابٞ مُّهِينٞ ٩

Когда он узнает о чем-либо из Наших знамений, он начинает насмехаться над ними. Таким уготованы унизительные мучения.

O, ayələrimizdən bir şey ona bildirildikdə, onu məsxərəyə qoyur. Quranı məsxərəyə qoyan kimsələr üçün qiyamət günü alçaldıcı bir əzab vardır.

45:10Страница 499

مِّن وَرَآئِهِمۡ جَهَنَّمُۖ وَلَا يُغۡنِي عَنۡهُم مَّا كَسَبُواْ شَيۡـٔٗا وَلَا مَا ٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ أَوۡلِيَآءَۖ وَلَهُمۡ عَذَابٌ عَظِيمٌ ١٠

Перед ними - Геенна. Не спасут их то, что они приобрели, и те, кого они взяли себе в покровители и помощники вместо Аллаха. Им уготованы великие мучения.

Qarşıda - axirətdə onları Cəhən­nəm odu göz­lə­yir. Nə qazandıqları var-dövlət, nə də Allah­dan başqa tapındıqları bütlər onla­rı Allahın əzabın­dan qur­ta­ra bilər. Qiyamət günü onlar böyük bir əzaba düçar olacaqlar.

45:11Страница 499

هَٰذَا هُدٗىۖ وَٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِ رَبِّهِمۡ لَهُمۡ عَذَابٞ مِّن رِّجۡزٍ أَلِيمٌ ١١

Это - верное руководство. А тем, которые не уверовали в знамения своего Господа, уготованы мучения от великого наказания.

Rəsulumuz Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil etdiyimiz bu kitab doğru yol gös­təricisidir. Allahın Öz rəsuluna nazil etdiyi ayələrini inkar edən kimsə­lə­ri ağ­rılı-acılı ən pis əzab gözləyir.

45:12Страница 499

۞ ٱللَّهُ ٱلَّذِي سَخَّرَ لَكُمُ ٱلۡبَحۡرَ لِتَجۡرِيَ ٱلۡفُلۡكُ فِيهِ بِأَمۡرِهِۦ وَلِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ ١٢

Аллах - Тот, Кто подчинил вам море, чтобы корабли плыли по нему по Его воле и чтобы вы искали Его милость. Быть может, вы будете благодарны.

Ey insanlar! Gəmilərin Allahın əmri ilə dənizdə üzüb getməsi və sizin də müxtəlif halal qazanc yolları ilə Onun lütfündən ruzi ax­tarmanız üçün dənizi sizə ram edən yalnız Allah­dır. Bəlkə, Allahın sizə verdiyi nemətlərə şükür edəsiniz.

45:13Страница 499

وَسَخَّرَ لَكُم مَّا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ جَمِيعٗا مِّنۡهُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ ١٣

Он подчинил вам то, что на небесах, и то, что на земле. Воистину, в этом - знамения для людей размышляющих.

Pak və müqəddəs Allah göylərdə olan günəşi, ayı və ulduzları, habelə, yerdə olan çayları, ağacları, dağları və s. sizə ram etmişdir. Sizə bəxş edilən bütün bu nemətlər Allahın lütfü sayəsindədir. Həqiqətən, onların sizin üçün ram edilməsində Allahın ayələri barədə düşünən və onlardan ibrət alan bir qövm üçün Allahın qüdrətinə və Onun vəhdaniyyətinə dəlalət edən dəlillər var­dır.

45:14Страница 500

قُل لِّلَّذِينَ ءَامَنُواْ يَغۡفِرُواْ لِلَّذِينَ لَا يَرۡجُونَ أَيَّامَ ٱللَّهِ لِيَجۡزِيَ قَوۡمَۢا بِمَا كَانُواْ يَكۡسِبُونَ ١٤

Скажи верующим, чтобы они простили тех, которые не надеются на дни Аллаха, дабы Он воздал людям за то, что они приобретали.

Ey Peyğəmbər! Allaha iman gətirən və Onun rəsulunun dediklərini təsdiqləyən kimsələrə de ki, Allah verdiyi nemətlərə və ya cəzalara məhəl qoymayan kafirlərdən sizə pislik edən kəsləri əfv edin. Heç şübhəsiz ki, Allah səbir edən möminlərin də, düşmənçilik edən kafirlərin də, dünyada etdikləri əməllər sayəsində qazandıqlarının cəzasını verəcəkdir.

45:15Страница 500

مَنۡ عَمِلَ صَٰلِحٗا فَلِنَفۡسِهِۦۖ وَمَنۡ أَسَآءَ فَعَلَيۡهَاۖ ثُمَّ إِلَىٰ رَبِّكُمۡ تُرۡجَعُونَ ١٥

Кто поступает праведно, тот поступает во благо себе. А кто творит зло, тот поступает во вред себе. А затем вы будете возвращены к вашему Господу.

Kim yaxşı bir əməl edərsə, bu əməlin xeyri onun özünə olar, belə ki, Allahın onun əməlinə ehtiyacı yoxdur. Kim də pis bir əməl edərsə, bu əməlin cəzası onun öz əleyhinə olar. Belə ki, onun pis əməli Allaha zərər yetirməz. Son­ra axirətdə hamınız yalnız Bizim hüzurumuza qaytarılacaqsınız ki, hər birinizə layiq olan (mükafatı və ya cəzanı) verək.

45:16Страница 500

وَلَقَدۡ ءَاتَيۡنَا بَنِيٓ إِسۡرَٰٓءِيلَ ٱلۡكِتَٰبَ وَٱلۡحُكۡمَ وَٱلنُّبُوَّةَ وَرَزَقۡنَٰهُم مِّنَ ٱلطَّيِّبَٰتِ وَفَضَّلۡنَٰهُمۡ عَلَى ٱلۡعَٰلَمِينَ ١٦

Мы уже даровали сынам Исраила (Израиля) Писание, власть и пророчество, наделили их благами и предпочли их мирам.

Biz İsrail oğullarına Tövrat və onun sayəsində insanlar arasında hökm­ vermək ixtiyarı bəxş etdik, habelə, peyğəmbərlərin çoxunu onların özlərindən - İbrahimin (aleyhissəlam) nəslindən etdik, onlara növbənöv pak ne­mətlərdən ruzi verdik və on­la­rı zəmanələrindəki bəşər əhlindən üs­tün etdik.

45:17Страница 500

وَءَاتَيۡنَٰهُم بَيِّنَٰتٖ مِّنَ ٱلۡأَمۡرِۖ فَمَا ٱخۡتَلَفُوٓاْ إِلَّا مِنۢ بَعۡدِ مَا جَآءَهُمُ ٱلۡعِلۡمُ بَغۡيَۢا بَيۡنَهُمۡۚ إِنَّ رَبَّكَ يَقۡضِي بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ ١٧

Мы даровали им ясные знамения из повеления. Они же разошлись во мнениях лишь после того, как к ним явилось знание, по причине зависти и несправедливого отношения друг к другу. Воистину, твой Господь рассудит их в День воскресения в том, в чем они расходились во мнениях.

Biz onlara haqqı batildən ayırd edən dəlillər vermişdik. Onlar yalnız özlərinə dəlil-sübut göstərildikdən - Muhəmməd (səllallahu aleyhi və səlləm) peyğəmbər göndərildikdən sonra ixtilafa düşdülər. Bu ixtilafa düşmələrinin səbəbi isə yalnız vəzifəyə və şan-şöhrətə olan hərislikdən irəli gələn ədavətdən dolayı olmuşdur. Ey Peyğəmbər! Şübhəsiz ki, sənin Rəbbin onların dünyada ixtilafa düşdükləri məsələlər barəsində qiyamət günü onların arasında hökm verəcək, kimin haqq və kimin də batil olduğunu bəyan edəcəkdir.

45:18Страница 500

ثُمَّ جَعَلۡنَٰكَ عَلَىٰ شَرِيعَةٖ مِّنَ ٱلۡأَمۡرِ فَٱتَّبِعۡهَا وَلَا تَتَّبِعۡ أَهۡوَآءَ ٱلَّذِينَ لَا يَعۡلَمُونَ ١٨

Потом Мы наставили тебя на путь из повеления. Следуй им и не потакай желаниям тех, которые не обладают знанием.

Sonra Biz səni Öz əmrimizlə düz yol, sünnə və şəriət üzrə - səndən əvvəlki elçilərimizə əmr etdiyimiz yol üzərində qaim etdik ki, (insanları) iman gətirməyə və yaxşı işlər görməyə dəvət edəsən. Sən bu şəritə ta­be ol və haqqı bil­məyənlərin is­təklərinə tabe olma. Onların nəfslərinin istəkləri (səni) haqdan azdırar.

45:19Страница 500

إِنَّهُمۡ لَن يُغۡنُواْ عَنكَ مِنَ ٱللَّهِ شَيۡـٔٗاۚ وَإِنَّ ٱلظَّٰلِمِينَ بَعۡضُهُمۡ أَوۡلِيَآءُ بَعۡضٖۖ وَٱللَّهُ وَلِيُّ ٱلۡمُتَّقِينَ ١٩

Они нисколько не спасут тебя от Аллаха. Воистину, беззаконники являются помощниками и друзьями друг другу, а Аллах является Покровителем богобоязненных.

Əgər haqqı bilməyənlərin nəfslərinin istəklərinə uysan, onlar səni Allahın əzabından heç cür xilas edə bil­məz­lər. Həqiqətən də, hər bir millətdən və dindarlardan olan zalımlar möminlərə qarşı bir-birinin hamisidir. Allah isə, Onun əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Ondan qorxan kimsələrin Hamisidir.

45:20Страница 500

هَٰذَا بَصَٰٓئِرُ لِلنَّاسِ وَهُدٗى وَرَحۡمَةٞ لِّقَوۡمٖ يُوقِنُونَ ٢٠

Это - наглядное наставление для людей, верное руководство и милость для людей убежденных.

Rəsulumuza nazil edilmiş bu Quran insanlar üçün haqqı batildən ayırd edən dəlil, yəqinliklə inananlar üçün də doğru yol gös­təricisi və mər­hə­mətdir. Çünki məhz onlar Quran sayəsində doğru yola yönəlirlər ki, özlərinin Rəbbi onlardan razı qalsın və onları Cəhənnəm odundan uzaqlaşdırıb Cənnətə daxil etsin.

45:21Страница 500

أَمۡ حَسِبَ ٱلَّذِينَ ٱجۡتَرَحُواْ ٱلسَّيِّـَٔاتِ أَن نَّجۡعَلَهُمۡ كَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ سَوَآءٗ مَّحۡيَاهُمۡ وَمَمَاتُهُمۡۚ سَآءَ مَا يَحۡكُمُونَ ٢١

Неужели те, которые приобретали зло, полагали, что Мы полностью приравняем их к тем, которые уверовали и совершали праведные деяния, как при жизни, так и после смерти? Как же скверны их суждения!

Yoxsa öz əzaları ilə küfr və asilik edib günah qazananlar, onları, əməllərinin əvəzini almaq xüsusunda həyatda olduğu kimi, ölümlərindən son­ra da, Allaha iman gə­tirib yaxşı işlər görənlərlə eyni tutacağımızı güman edir­lər?! Yürütdükləri bu mühakimə necə də pisdir!

45:22Страница 500

وَخَلَقَ ٱللَّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّ وَلِتُجۡزَىٰ كُلُّ نَفۡسِۭ بِمَا كَسَبَتۡ وَهُمۡ لَا يُظۡلَمُونَ ٢٢

Аллах сотворил небеса и землю ради истины и для того, чтобы каждая душа получила воздаяние за то, что она приобрела, и с ними не поступят несправедливо.

Allah göyləri və yeri əbəs yerə yatamamış, əksinə, onları böyük bir hikmətlə yaratmışdır. Həm də, hər kəsin qazandığı nə isə onun müqabilində qarşılıq görməsi üçün yaratmışdır. Allah onların savabını azaltmaqla, yaxud günahlarını artırmaqla onlara zülm etməz.

45:23Страница 501

أَفَرَءَيۡتَ مَنِ ٱتَّخَذَ إِلَٰهَهُۥ هَوَىٰهُ وَأَضَلَّهُ ٱللَّهُ عَلَىٰ عِلۡمٖ وَخَتَمَ عَلَىٰ سَمۡعِهِۦ وَقَلۡبِهِۦ وَجَعَلَ عَلَىٰ بَصَرِهِۦ غِشَٰوَةٗ فَمَن يَهۡدِيهِ مِنۢ بَعۡدِ ٱللَّهِۚ أَفَلَا تَذَكَّرُونَ ٢٣

Видел ли ты того, кто обожествил свою прихоть? Аллах ввел его в заблуждение на основании знания, запечатал его слух и сердце и бросил на его взор покрывало. Кто же наставит его на прямой путь после Аллаха? Неужели вы не помяните назидание?

Ey Peyğəmbər! Nəfsinin istəyinə uyan və onu özünə məbud hesab edib ona müxalif olmayan kimsəni gördünmü? Allah Öz əzəli elmi sayəsində onu zəlalətə salmışdır. Çünki o, zəlalətə düşməyə layiqdir. Allah onun qulağına və qəlbinə möhür vurmuş və buna görə də o əzaları ona fayda vermir, habelə, onun gözünə pərdə çəkmişdir və bu da onun haqqı görməsinə mane olur. Allah onu zəlalətə saldıqdan sonra, kim onu haqq yola yönəldə bilər?! Məgər nəfsin istəyinə uymağın zərərini, Allahın şəriətinə tabe olmağın da faydasını düşünüb anlamırsınız?!

45:24Страница 501

وَقَالُواْ مَا هِيَ إِلَّا حَيَاتُنَا ٱلدُّنۡيَا نَمُوتُ وَنَحۡيَا وَمَا يُهۡلِكُنَآ إِلَّا ٱلدَّهۡرُۚ وَمَا لَهُم بِذَٰلِكَ مِنۡ عِلۡمٍۖ إِنۡ هُمۡ إِلَّا يَظُنُّونَ ٢٤

Они сказали: «Есть только наша мирская жизнь. Мы умираем и рождаемся, и нас не губит ничто, кроме времени». У них нет об этом никакого знания. Они лишь делают предположения.

Öldükdən sonra yenidən dirilməyi inkar edən kafirlər belə deyirlər: “Həyat fəqət bi­zim dünya həyatımız­dır və bu həyatdan sonra heç bir həyat yoxdur. Bir nəsil ölüb gedir bir daha geri qayıtmır və ardından yeni bir nəsil də doğu­lur. Bizi ancaq gecə ilə gündüzün bir-birini təqib etməsi öldürür”. Onların öldükdən sonra yenidən dirilməyi inkar etməyə dair heç bilgiləri yoxdur. Onlar yalnız zən­nə qapılır­lar. Zənn isə əsla həqiqət ola bilməz!

45:25Страница 501

وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُنَا بَيِّنَٰتٖ مَّا كَانَ حُجَّتَهُمۡ إِلَّآ أَن قَالُواْ ٱئۡتُواْ بِـَٔابَآئِنَآ إِن كُنتُمۡ صَٰدِقِينَ ٢٥

Когда им читают Наши ясные аяты, их единственным доводом оказываются слова: «Приведите наших отцов, если вы говорите правду».

Öldükdən sonra yenidən dirilməyi inkar edən müşriklərə açıq-aydın ayələrimiz oxunduğu zaman onla­rın Peyğəmbərə (səllallahu aleyhi və səlləm) və onun səhabələrinə gətirdiyi də­li­li: “Əgər bizim öldükdən sonra diriləcəyimiz barədə olan iddianız doğrudursa, onda ölüb getmiş atalarımızı dirildin!” – de­mək­­dən başqa bir şey de­yildi.

45:26Страница 501

قُلِ ٱللَّهُ يُحۡيِيكُمۡ ثُمَّ يُمِيتُكُمۡ ثُمَّ يَجۡمَعُكُمۡ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ لَا رَيۡبَ فِيهِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ٢٦

Скажи: «Аллах дарует вам жизнь, затем умерщвляет вас, а затем Он соберет вас ко Дню воскресения, в котором нет сомнения». Однако большинство людей не знает этого.

Ey Peyğəmbər! Onlara de: “Allah sizi yaradaraq sizə həyat ve­rir, sonra sizi öldürür, sonra da si­zi, haqq-hesaba çəkiləcəyiniz və əməllərinizin əvəzini alacağınız qiyamət günü di­ril­dib bir yerə toplaya­caq­. O gün mütləq gələcəkdir, buna heç kimin şəkk-şübhə olmasın”. La­kin insanların çoxu bunu bilməz. Elə buna görə də saleh əməllər etməklə o gün üçün hazırlıq görmürlər.

45:27Страница 501

وَلِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَيَوۡمَ تَقُومُ ٱلسَّاعَةُ يَوۡمَئِذٖ يَخۡسَرُ ٱلۡمُبۡطِلُونَ ٢٧

Аллаху принадлежит власть над небесами и землей. В тот день, когда настанет Час, приверженцы лжи окажутся в убытке.

Göylərin və yerin mülkü təkcə Allaha məx­sus­dur. Odur ki, nə göydə, nə də yerdə Ondan başqa ibadət olunmağa haqqı olan məbud yoxdur. Qiyamət qopacağı - Allahın ölüləri haqq-hesaba çəkmək və onlara əməllərinin əvəzini vermək üçün dirildəcəyi gün – məhz o gün, Allahdan başqasına tapınan, haqqa batil donu, batilə də haqq donu geyindirən batil əhli ziyana uğ­ra­ya­caqlar­.

45:28Страница 501

وَتَرَىٰ كُلَّ أُمَّةٖ جَاثِيَةٗۚ كُلُّ أُمَّةٖ تُدۡعَىٰٓ إِلَىٰ كِتَٰبِهَا ٱلۡيَوۡمَ تُجۡزَوۡنَ مَا كُنتُمۡ تَعۡمَلُونَ ٢٨

Ты увидишь все общины коленопреклоненными. Каждую общину призовут к ее Писанию (Книге деяний): «Сегодня вам воздастся за то, что вы совершали».

Ey Peyğəmbər! Sən o gün hər ümməti diz çöküb, barələrində veriləcək hökmü gözlədiklərini görəcəksən. Hər ümmət öz əməlləri gözətçi mələklər tərəfindən yazılmış kitabına tərəf çağırılacaq. “Ey insanlar! Bu gün sizə dünyada etdiyiniz yaxşı və pis əməllərin əvəzi veriləcəkdir!

45:29Страница 501

هَٰذَا كِتَٰبُنَا يَنطِقُ عَلَيۡكُم بِٱلۡحَقِّۚ إِنَّا كُنَّا نَسۡتَنسِخُ مَا كُنتُمۡ تَعۡمَلُونَ ٢٩

Это Писание Наше (Книга деяний) говорит против вас по справедливости. Мы приказали записывать все, что вы совершали.

Bu, mələklərimizin, sizin əməllərinizi yazdıqları kitabımızdır. Bu klitab, sizin əley­hi­ni­zə haqqa şahidlik edən bir kitab­dır, elə isə onu oxuyun. Şübhəsiz ki, Biz gözətçi mələklərə sizin dünyada et­di­yiniz əməlləri yazmalarını əmr etmişdik".

45:30Страница 501

فَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ فَيُدۡخِلُهُمۡ رَبُّهُمۡ فِي رَحۡمَتِهِۦۚ ذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡمُبِينُ ٣٠

Что касается тех, которые уверовали и совершали праведные деяния, то их Господь введет их в Свою милость. Это и есть явное преуспеяние.

İman gətirib yaxşı işlər görən kimsələrə gəlincə, pak və müqəddəs Rəbbi onları Öz mər­həməti ilə Cənnətə daxil edəcəkdir. Allahın onlara bəxş etdiyi bu mükafat, bənzəri olmayan açıq-aşkar uğurdur.

45:31Страница 501

وَأَمَّا ٱلَّذِينَ كَفَرُوٓاْ أَفَلَمۡ تَكُنۡ ءَايَٰتِي تُتۡلَىٰ عَلَيۡكُمۡ فَٱسۡتَكۡبَرۡتُمۡ وَكُنتُمۡ قَوۡمٗا مُّجۡرِمِينَ ٣١

А что касается тех, которые не уверовали, то им будет сказано: «Разве вам не читались Мои аяты? Вы возгордились и были людьми грешными.

Allaha küfr edən kimsələr gəlincə, onlara məzəmmət edilərək deyiləcəkdir: “Məgər ayələ­rim sizə oxunmurdumu?! Siz isə onlara iman gətirməyə təkəbbür göstə­rir­di­niz və özünüz də, küfr və günüh işlər görən gü­nah­kar bir qövm idiniz.

45:32Страница 501

وَإِذَا قِيلَ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞ وَٱلسَّاعَةُ لَا رَيۡبَ فِيهَا قُلۡتُم مَّا نَدۡرِي مَا ٱلسَّاعَةُ إِن نَّظُنُّ إِلَّا ظَنّٗا وَمَا نَحۡنُ بِمُسۡتَيۡقِنِينَ ٣٢

Когда вам говорили, что обещание Аллаха истинно и что в Часе нет сомнения, вы говорили: «Мы не знаем, что такое Час. Мы полагаем, что это - всего лишь предположения. Мы не имеем твердой убежденности»».

Sizə: “Allahın vədi – Öz qullarını dirildəcəyinə və onlara əməllərinin əvəzini verəcəyinə dair onlara verdiyi vədi – haqdır, bunda heç bir şübhə yoxdur, həmçinin, qiyamət saatının yetişməsində də, heç bir şəkk-şübhə yoxdur. Odur ki, o gününüz üçün tədarük görün!”– deyildikdə: “Biz qiyamət saatının nə olduğunu bilmirik! Onun ancaq əsassız bir zənn olduğunu güman edirik. Biz qiyamətin qopacağına əmin deyilik!”– deyə cavab verdiniz.

45:33Страница 502

وَبَدَا لَهُمۡ سَيِّـَٔاتُ مَا عَمِلُواْ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ٣٣

Им открылось зло, которое они совершили, и их окружило (или поразило) то, над чем они насмехались.

Onların dünyada ikən etdikləri pis əməl­lər - küfr və asiliklər özlərinə göstəriləcək və onlara xəbərdarlıq edilərkən isteh­za etdik­ləri əzab onları haqlayacaqdır.

45:34Страница 502

وَقِيلَ ٱلۡيَوۡمَ نَنسَىٰكُمۡ كَمَا نَسِيتُمۡ لِقَآءَ يَوۡمِكُمۡ هَٰذَا وَمَأۡوَىٰكُمُ ٱلنَّارُ وَمَا لَكُم مِّن نَّٰصِرِينَ ٣٤

Будет сказано: «Сегодня Мы предадим вас забвению, подобно тому, как вы предали забвению встречу с этим днем вашим. Вашим пристанищем будет Огонь, и не будет у вас помощников.

Allah onlara deyəcək: “Siz bu gününüzə qovuşacağınızı unutduğunuz, iman gətirib yaxşı işlər görməklə o gün üçün tədarük görmədiyiniz kimi, Biz də bu gün sizi Cəhənnəm odunda tərk edəcəyik. Si­zin qərar tutmaq üçün gedəcəyiniz yer Cəhən­nəm­dir. Allahın əzabını sizdən dəf edəcək köməkçiləriniz də ol­maya­caq­dır.

45:35Страница 502

ذَٰلِكُم بِأَنَّكُمُ ٱتَّخَذۡتُمۡ ءَايَٰتِ ٱللَّهِ هُزُوٗا وَغَرَّتۡكُمُ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَاۚ فَٱلۡيَوۡمَ لَا يُخۡرَجُونَ مِنۡهَا وَلَا هُمۡ يُسۡتَعۡتَبُونَ ٣٥

Это вам - за то, что вы насмехались над знамениями Аллаха и обольстились мирской жизнью. Сегодня они не выйдут оттуда, и от них не потребуют покаяния».

Sizə verilən bu əzab, Allahın ayələrinə lağ edib onları məsxərəyə qoyur­du­nuz və dünya həyatının ləzzət və şəhvətlərinə aldandığınıza görədir”. Bu gün, Allahın ayələrinə istehza edən o kafirlər Cəhənnəmdən çıxa­rıl­ma­ya­caq, əksinə onlar, əbədi olaraq orada qalacaqlar və dünya həyatına da qayıtmayacaqlar ki, yaxşı işlər görsünlər, beləliklə də, Rəbbi onlardan razı qalsın.

45:36Страница 502

فَلِلَّهِ ٱلۡحَمۡدُ رَبِّ ٱلسَّمَٰوَٰتِ وَرَبِّ ٱلۡأَرۡضِ رَبِّ ٱلۡعَٰلَمِينَ ٣٦

Хвала Аллаху, Господу небес и земли, Господу миров!

Həmd yalnız göylərin Rəbbi, yerin Rəbbi və bütün məxluqatın Rəbbi olan Allaha məxsusdur!

45:37Страница 502

وَلَهُ ٱلۡكِبۡرِيَآءُ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٣٧

Ему принадлежит величие на небесах и на земле. Он - Могущественный, Мудрый.

Göylərdə və yerdə böyüklük və əzəmət yalnız Ona məxsusdur. O, Qüdrətlidir. Heç kəs Ona üstün gələ bilməz. O, yaratmaq, qədəri yazmaq, işləri idarə etmək və şəri hökmləri təyin etmək xüsusunda Hikmət sahibidir.

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English