Аль-МухтасарМухаммад · 47:1–38

Аль-Мухтасар · Тафсир · на азербайджанском

محمد

Мухаммад

Мухаммад · Мединская · 38 аятов

47:1Страница 507

ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ أَضَلَّ أَعۡمَٰلَهُمۡ ١

Он сделал тщетными деяния тех, которые не уверовали и сбивали других с пути Аллаха.

Allaha küfr edən və insanları Alla­hın dinindən uzaqlaşdıran kimsələrin əməl­lə­­rini Allah puça çıxar­mış­dır.

47:2Страница 507

وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ وَءَامَنُواْ بِمَا نُزِّلَ عَلَىٰ مُحَمَّدٖ وَهُوَ ٱلۡحَقُّ مِن رَّبِّهِمۡ كَفَّرَ عَنۡهُمۡ سَيِّـَٔاتِهِمۡ وَأَصۡلَحَ بَالَهُمۡ ٢

Он простил грехи и исправил положение тех, которые уверовали, совершали праведные деяния и уверовали в истину, ниспосланную Мухаммаду от их Господа.

Allaha iman gətirib yaxşı işlər görən və özlərinin Rəbbindən haqq olaraq - Allahın Öz Rəsulu Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil etdiyinə iman gətirən kimsələrin isə Allah günahlarından keç­miş və bunlara görə onlar qınanmayacaqlar, üstəlik, onların dünya və axirət işlərini yoluna qoymuşdur.

47:3Страница 507

ذَٰلِكَ بِأَنَّ ٱلَّذِينَ كَفَرُواْ ٱتَّبَعُواْ ٱلۡبَٰطِلَ وَأَنَّ ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّبَعُواْ ٱلۡحَقَّ مِن رَّبِّهِمۡۚ كَذَٰلِكَ يَضۡرِبُ ٱللَّهُ لِلنَّاسِ أَمۡثَٰلَهُمۡ ٣

Это - за то, что неверующие последовали за ложью, а верующие последовали за истиной от их Господа. Так Аллах приводит людям их притчи.

Bu iki dəstəyə veriləcək cəza və mükafat, Allaha küfr edənlərin batilə uymaları, Allaha və Onun rəsuluna iman gətirənlərin isə öz Rəb­bin­dən gələn haqqa tabe olmaları səbəbi ilədir. Bu iki dəstənin səy etdikləri əməllər fərqli və müxtəlif olduğuna görə əməllərinin əvəzi də fərqli və müxtəlifdir. Allah, bu iki dəstə: möminlər və kafirlər haqqında verdiyi hökmü bəyan etdiyi kimi, taylı tayını tapması üçün in­sanlara onların özlərinə dair məsələləri belə misal çəkir!

47:4Страница 507

فَإِذَا لَقِيتُمُ ٱلَّذِينَ كَفَرُواْ فَضَرۡبَ ٱلرِّقَابِ حَتَّىٰٓ إِذَآ أَثۡخَنتُمُوهُمۡ فَشُدُّواْ ٱلۡوَثَاقَ فَإِمَّا مَنَّۢا بَعۡدُ وَإِمَّا فِدَآءً حَتَّىٰ تَضَعَ ٱلۡحَرۡبُ أَوۡزَارَهَاۚ ذَٰلِكَۖ وَلَوۡ يَشَآءُ ٱللَّهُ لَٱنتَصَرَ مِنۡهُمۡ وَلَٰكِن لِّيَبۡلُوَاْ بَعۡضَكُم بِبَعۡضٖۗ وَٱلَّذِينَ قُتِلُواْ فِي سَبِيلِ ٱللَّهِ فَلَن يُضِلَّ أَعۡمَٰلَهُمۡ ٤

Когда вы встречаетесь с неверующими на поле боя, то рубите головы. Когда же вы ослабите их, то крепите оковы. А потом или милуйте, или же берите выкуп до тех пор, пока война не сложит свое бремя. Вот так! Если бы Аллах пожелал, то отомстил бы им сам, но Он пожелал испытать одних из вас посредством других. Он никогда не сделает тщетными деяния тех, кто был убит на пути Аллаха.

Ey möminlər! Sizə qarşı vuruşan kafirlərlə qarşı-qarşıya gəl­diyiniz zaman qılınclarınızla onların bo­ynunu vurun. On­ları qırıb-çatanadək və onların müqavimətini sındıranadək onlarla vuruşun. Elə ki onları qırıb-çatdınız, əsirlərə bağ­­la­dığınız kəndirləri bərk çəkin. Onları əsir götürdükdə, öz məsləhətinizə görə siz ixtiyar sahibisiniz, ya rəhm edib onlardan fidyə almadan, ya da mallarından və sairədən fidyə götürərək onları azad edə bilərsiniz. Kafirlər İslamı qəbul edənədək və ya əhd bağlayanadək onlarla vuruşun və onlardan əsirlər götürün. Möminlərin kafirlər vasitəsilə imtahan edilməsinin xatırlanması və günlərin dəyişgən olması - bəzən bunların onlara, bəzəndə onların bunlara qalib gəlməsi Allahın hikmətindəndir. Hərçənd Allah istəsəydi, kafirlərə qalib gəlmək üçün onlardan dö­yüş­süz intiqam alar­dı, lakin O, sizi bir-birinizlə imtahana çəkmək, möminlər arasında kimlərin vuruşduğunu, kimlərində döyüşdən yayındığını ayırd etmək və bir də kafiri möminlə sınamaq üçün cihadı əmr etdi. Belə ki, əgər mömin kimsə öldürülsə, Cənnətə daxil olar, yox əgər mömin kafiri oldürərsə, kafir Cəhənnəmlik olar. Allah yo­lunda öldürülən­lə­rin isə əməllərini Allah heç vaxt puç etməz.

47:5Страница 507

سَيَهۡدِيهِمۡ وَيُصۡلِحُ بَالَهُمۡ ٥

Он поведет их прямым путем, исправит их положение

Allah onları dünya həyatında haqqa tabe olmağa müvəffəq edəcək və onların vəziyyətini düzəldəcəkdir.

47:6Страница 507

وَيُدۡخِلُهُمُ ٱلۡجَنَّةَ عَرَّفَهَا لَهُمۡ ٦

и введет их в Рай, с которым Он их ознакомил (или который Он умастил для них благовониями).

Və qiyamət günü onları Cənnətə daxil edəcək­. O Cənnət ki, Allah onun vəsflərini onlara hələ dünyada ikən bəyan etmiş, onlar da onu tanımışlar, üstəlik, onlara axirət günü Cənnətdə sahib olacaqları mənzillərini də tanıtmışdır.

47:7Страница 507

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِن تَنصُرُواْ ٱللَّهَ يَنصُرۡكُمۡ وَيُثَبِّتۡ أَقۡدَامَكُمۡ ٧

О те, которые уверовали! Если вы поможете Аллаху, то и Он поможет вам и утвердит ваши стопы.

Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Əgər siz Alla­hın peyğəmbərinə və Onun dininə kö­mək etməklə, habelə, kafirlərlə vuruşmaqla Allaha kömək göstərsəniz, O da sizə kafirlərə qalib gəlməyinizə kö­mək göstərər və döyüşdə onlarla qarşı-qarşıya gəldikdə ayaq­ları­nızı möhkəmlədər.

47:8Страница 507

وَٱلَّذِينَ كَفَرُواْ فَتَعۡسٗا لَّهُمۡ وَأَضَلَّ أَعۡمَٰلَهُمۡ ٨

Гибель тем, которые не уверовали! Он сделает тщетными их деяния.

Qoy ziyana uğrasın və həlak olsun Allaha və Onun rəsuluna küfr edənlər. Allah onların əməllərinin savabını puça çıxartmışdır.

47:9Страница 507

ذَٰلِكَ بِأَنَّهُمۡ كَرِهُواْ مَآ أَنزَلَ ٱللَّهُ فَأَحۡبَطَ أَعۡمَٰلَهُمۡ ٩

Это потому, что они возненавидели ниспосланное Аллахом, и Он сделал тщетными их деяния!

Onlara verilən bu cəza ona görədir ki, onlar Allahın Öz rəsuluna nazil etdiyi Qurana - onun içində zikr edilən Allahın təkliyinə nifrət etdilər. Odur ki, Allah onla­rın əməllərini puça çıxartdı, beləliklə də, onlar dünyada və axirətdə ziyana uğradılar.

47:10Страница 507

۞ أَفَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۖ دَمَّرَ ٱللَّهُ عَلَيۡهِمۡۖ وَلِلۡكَٰفِرِينَ أَمۡثَٰلُهَا ١٠

Неужели они не странствовали по земле и не видели, каким был конец их предшественников? Аллах уничтожил их, и неверующих ожидает подобное этому.

Məgər haqqı yalan sayan o kimsələr yer üzündə gəzib dolaşıb özlərindən əv­vəl­ki­ yalan sayanların aqibə­ti­nin necə oldu­ğu­nu görmürlərmi?! Onların axırı çox acnacaqlı olmuşdur. Allah on­ların yurdlarını yerlə yeksan etmiş, üstəlik, onların həm özlərini, həm övladlarını, həm də mal-dövlətlərini məhv etmişdir. Kafir­ləri hər zaman və hər yerdə buna bənzər aqibət gözlə­yir.

47:11Страница 507

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ مَوۡلَى ٱلَّذِينَ ءَامَنُواْ وَأَنَّ ٱلۡكَٰفِرِينَ لَا مَوۡلَىٰ لَهُمۡ ١١

Это потому, что Аллах является Покровителем верующих, а у неверующих нет покровителя.

Bu iki dəstəyə verilən mükafat və cəza ona görədir ki, Allah, Ona iman gətirmiş kimsələrin yardımçısıdır. Ka­fir­lə­rin isə heç bir yardımçısı yoxdur.

47:12Страница 508

إِنَّ ٱللَّهَ يُدۡخِلُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ وَٱلَّذِينَ كَفَرُواْ يَتَمَتَّعُونَ وَيَأۡكُلُونَ كَمَا تَأۡكُلُ ٱلۡأَنۡعَٰمُ وَٱلنَّارُ مَثۡوٗى لَّهُمۡ ١٢

Воистину, Аллах введет тех, которые уверовали и совершали праведные деяния, в Райские сады, в которых текут реки. А неверующие пользуются благами и едят, подобно скоту. Их обителью будет Огонь.

Allah, Ona və Onun rəsuluna iman gətirib yaxşı işlər gö­rənləri qəsrləri və ağacları altın­dan çay­lar axan cən­nətlərə daxil edər. Allaha və Onun rəsuluna küfr edənlər isə dünyada öz şəhvətlərinə uymaqla kef çəkir və heyvan ki­mi yeyib-içirlər. Onların öz qarınlarını doldurmaqdan və şəhvətlərini ödəməkdən başqa məqsədləri yoxdur. Qiyamət günü onların qərar tutacaqları yer Oddur!

47:13Страница 508

وَكَأَيِّن مِّن قَرۡيَةٍ هِيَ أَشَدُّ قُوَّةٗ مِّن قَرۡيَتِكَ ٱلَّتِيٓ أَخۡرَجَتۡكَ أَهۡلَكۡنَٰهُمۡ فَلَا نَاصِرَ لَهُمۡ ١٣

Сколько же селений, которые превосходили силой твое селение, изгнавшее тебя, Мы погубили! У них не было помощников.

Əhalsi səni qovub çıxaran Məkkə şəhərindən daha qüvvətli və daha çox oğul-uşaq və mal-dövlət sahibi olan əvvəlki ümmətlərin yaşadığı neçə-ne­çə məmləkət olub ki, onlar peyğəmbərlərini yalan saydıqlarına görə, Biz onları məhv etmişik və on­lara Allahın əzabı gəldikdə onları bu əzabdan qurtaran yardımçı tapılmayıb. Eləcə də, əgər biz Məkkə əhalisini məhv etmək istəsək, Bizim qarşımızı kəsən tapılmaz.

47:14Страница 508

أَفَمَن كَانَ عَلَىٰ بَيِّنَةٖ مِّن رَّبِّهِۦ كَمَن زُيِّنَ لَهُۥ سُوٓءُ عَمَلِهِۦ وَٱتَّبَعُوٓاْ أَهۡوَآءَهُم ١٤

Разве тот, кто следует ясному доказательству от своего Господа, подобен тем, которым представилось прекрасным зло их деяний и которые потакали своим желаниям?

Məgər öz Rəbbindən açıq-aydın dəlil-sübuta istinad edən və elmə əsaslanaraq Allaha ibadət edən kim­sə, pis əməli şeytan tərəfindən özlərinə gözəl göstərilən və öz nəfs­lərinin istəklərinə uyan - bütlərə ibadət edən, günah işlər görən və peyğəmbərləri yalançı sayan kimsələr kimi ola bi­lər­mi?!

47:15Страница 508

مَّثَلُ ٱلۡجَنَّةِ ٱلَّتِي وُعِدَ ٱلۡمُتَّقُونَۖ فِيهَآ أَنۡهَٰرٞ مِّن مَّآءٍ غَيۡرِ ءَاسِنٖ وَأَنۡهَٰرٞ مِّن لَّبَنٖ لَّمۡ يَتَغَيَّرۡ طَعۡمُهُۥ وَأَنۡهَٰرٞ مِّنۡ خَمۡرٖ لَّذَّةٖ لِّلشَّٰرِبِينَ وَأَنۡهَٰرٞ مِّنۡ عَسَلٖ مُّصَفّٗىۖ وَلَهُمۡ فِيهَا مِن كُلِّ ٱلثَّمَرَٰتِ وَمَغۡفِرَةٞ مِّن رَّبِّهِمۡۖ كَمَنۡ هُوَ خَٰلِدٞ فِي ٱلنَّارِ وَسُقُواْ مَآءً حَمِيمٗا فَقَطَّعَ أَمۡعَآءَهُمۡ ١٥

Вот описание Рая, обещанного богобоязненным! В нем текут реки из воды, которая не застаивается, реки из молока, вкус которого не изменяется, реки из вина, дарующего наслаждение пьющим, и реки из очищенного меда. В нем для них уготованы любые фрукты и прощение от их Господа. Неужели они подобны тем, которые вечно пребывают в Огне и которых поят кипящей водой, разрывающей их кишки?

Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi işlərdən çəkinən müttəqilərə vəd olunan (Qiyamət günü) daxil olacaqları Cən­nə­tin vəsfi belədir; orada, uzun müddət bir yerdə qaldığına görə iyi və dadı dəyişməyən sudan, dadı dəyişməyən süddən, içənlərə ləzzət verən şə­rab­dan və bir də tərkibindəki xəlitələrdən təmizlənmiş baldan çaylar var­dır. Orada onlar üçün istədikləri hər cür meyvə vardır. Bütün bunlardan əlavə Allah onların günahlarını bağışlayacaq və o günahlara görə onları cəzalandırmayacaq. Məgər bu mükafatlara layiq görülən kimsə, od içində əbədi olaraq qalıb oradan heç vaxt çıxmayacaq və istisi ba­ğır­saqlarını parça-par­ça edən qay­nar su içirdiləcək kimsə kimi ola bilərlərmi?!

47:16Страница 508

وَمِنۡهُم مَّن يَسۡتَمِعُ إِلَيۡكَ حَتَّىٰٓ إِذَا خَرَجُواْ مِنۡ عِندِكَ قَالُواْ لِلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ مَاذَا قَالَ ءَانِفًاۚ أُوْلَٰٓئِكَ ٱلَّذِينَ طَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمۡ وَٱتَّبَعُوٓاْ أَهۡوَآءَهُمۡ ١٦

Среди них есть такие, которые слушают тебя. Когда они вышли от тебя, то сказали тем, которым было даровано знание: «Что он сказал только что?». Это - те, сердца которых Аллах запечатал и которые потакают своим желаниям.

Ey Peyğəmbər! Münafiqlər arasında sənin dediklərini qəbul etmədiyi halda sənə qulaq asanlar da vardır. Nəhayət, onlar sə­nin yanından çıxdıq­da, özlərinə elm verilmiş kimsələrə cahilcəsinə və etiraz edərək deyər­lər: “O, bayaq nə danışırdı?!” Bunlar o kəslərdir ki, Allah onların qəl­binə möhür vurmuş və belə qəlbə xeyir yetişməz, özləri də nəfs­lərinə uy­muş­ və elə buna görə də onlar haqqı görməzlər.

47:17Страница 508

وَٱلَّذِينَ ٱهۡتَدَوۡاْ زَادَهُمۡ هُدٗى وَءَاتَىٰهُمۡ تَقۡوَىٰهُمۡ ١٧

Тем, кто следует прямым путем, Он увеличивает их приверженность прямому пути и дарует их богобоязненность.

Haqq yola yönələn və Rəsulullahin (səllallahu aleyhi və səlləm) gətirdiyinə tabe olan kimsələrə gəlincə, Rəbbi onlara hidayəti artırar, onları yaxşı işlər görməyə müvəffəq edər və onlara, özlərini Cəhənnəm odundan xilas edəcək işlər görməyi ilham edər.

47:18Страница 508

فَهَلۡ يَنظُرُونَ إِلَّا ٱلسَّاعَةَ أَن تَأۡتِيَهُم بَغۡتَةٗۖ فَقَدۡ جَآءَ أَشۡرَاطُهَاۚ فَأَنَّىٰ لَهُمۡ إِذَا جَآءَتۡهُمۡ ذِكۡرَىٰهُمۡ ١٨

Неужели они ожидают чего-либо, кроме Часа, который явится к ним внезапно? Ведь уже явились его приметы. Разве они смогут помянуть назидание, когда он явится к ним?

Yoxsa kafirlər qiyamət saatının nə zaman gələcəyini bilmədikləri halda onun qəfil onları yaxalamasından başqa bir şeymi gözləyirlər?! Artıq onun əlamətləri gəl­miş­dir. O əlamətlərdən biri də, Muhəmmədin (səlallahu aleyhi və səlləm) peyğəmbər olaraq göndərilməsi və ayın iki yerə bölünməsidir. O Saat on­la­rı yaxaladığı vaxt ibrət almaları onlara nə fayda verər?!

47:19Страница 508

فَٱعۡلَمۡ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا ٱللَّهُ وَٱسۡتَغۡفِرۡ لِذَنۢبِكَ وَلِلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِۗ وَٱللَّهُ يَعۡلَمُ مُتَقَلَّبَكُمۡ وَمَثۡوَىٰكُمۡ ١٩

Знай же, что нет божества, кроме Аллаха, и проси прощения за свой грех и за верующих мужчин и верующих женщин. Аллах знает о ваших передвижениях и вашей обители.

Ey Peyğəmbər! Yəqin bil ki, Allahdan başqa haqq məbud yox­dur. Sən Allahdan həm öz günah­la­rının, həm də mö­min kişilərlə mömin qadınların günah­la­rının bağışlan­ma­sını dilə. Allah sizin gündüz vaxtı gə­zib-dolaş­dı­ğınız yeri də, gecə qalacağınız məskəni də bilir. Bunlardan heç bir şey Ona gizli qalmaz.

47:20Страница 509

وَيَقُولُ ٱلَّذِينَ ءَامَنُواْ لَوۡلَا نُزِّلَتۡ سُورَةٞۖ فَإِذَآ أُنزِلَتۡ سُورَةٞ مُّحۡكَمَةٞ وَذُكِرَ فِيهَا ٱلۡقِتَالُ رَأَيۡتَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ يَنظُرُونَ إِلَيۡكَ نَظَرَ ٱلۡمَغۡشِيِّ عَلَيۡهِ مِنَ ٱلۡمَوۡتِۖ فَأَوۡلَىٰ لَهُمۡ ٢٠

Верующие говорят: «Почему не ниспослана сура о джихаде?». Когда же ясная сура, в которой упоминалось сражение, была ниспослана, ты увидел, что те, чьи сердца поражены недугом, смотрят на тебя взглядом потерявших сознание перед смертью. Для них предпочтительнее было бы

Allaha iman gəriən kimsələr, Allahın Öz rəsuluna cihad barədə surə nazil etməsini təmənna edib deyirlər: “Kaş, cihad barədə bir surə nazil olaydı!” Allah cihaddan bəhs edən, hök­mü və mənası bəlli olan bir surə na­zil etdikdə, Ey Peyğəmbər! Sən qəlbində şəkk olan münafiqlərin sənə, ölüm ayağında olan kimsənin qorxu və həyacan içində baxdığı kimi bax­dıqlarını gö­rər­sən. Uca Allah onları, döyüşdən dönüb qaçdıqlarına və bundan qorxduqlarına görə, onlara veriləcək əzab artıq onların başlarının üstünü alıb, onlara yaxınlaşdığını xəbər vermişdir.

47:21Страница 509

طَاعَةٞ وَقَوۡلٞ مَّعۡرُوفٞۚ فَإِذَا عَزَمَ ٱلۡأَمۡرُ فَلَوۡ صَدَقُواْ ٱللَّهَ لَكَانَ خَيۡرٗا لَّهُمۡ ٢١

повиноваться и говорить слово доброе. Если же дело решено, то для них лучше быть верными Аллаху.

qoy Allahın əmrinə itaət etsinlər və öz xeyirlərinə olan xoş söz danışsınlar. Cihada qəti əmr ve­rildiyi və hazırlıq görüldüyü zaman imanlarında və itaətlərində Allaha sadiq qal­saydılar, əlbəttə ki, bu, onlar üçün münafiqlikdən və Allahın əmrlərinə asi olmaqdan daha yaxşı olar­dı.

47:22Страница 509

فَهَلۡ عَسَيۡتُمۡ إِن تَوَلَّيۡتُمۡ أَن تُفۡسِدُواْ فِي ٱلۡأَرۡضِ وَتُقَطِّعُوٓاْ أَرۡحَامَكُمۡ ٢٢

Может быть, если вы станете руководить (или отвернетесь от веры; или откажетесь повиноваться), то распространите нечестие на земле и разорвете родственные связи.

Əgər Allaha iman gətirməkdən və Ona itaət etməkdən üz çevirsəniz, böyük ehtimal ki, siz cahilyyət dövründə olduğunuz kimi, küfr və asilik etməklə yer üzündə fitnə-fə­sad törədəcək və qo­humluq bağlarını kəsəcəksiniz.

47:23Страница 509

أُوْلَٰٓئِكَ ٱلَّذِينَ لَعَنَهُمُ ٱللَّهُ فَأَصَمَّهُمۡ وَأَعۡمَىٰٓ أَبۡصَٰرَهُمۡ ٢٣

Таких Аллах проклял и лишил слуха и ослепил их взоры.

Yer üzündə fəsad törədəcəkləri və qohumluq bağlarını kəsəcəkləri ehtimal edilən o kimsələr Allahın Öz rəhmətindən uzaqlaşdırdığı, qulaq­larını haqqı eşidib qəbul etməkdən və ona tabe olmaqdan, gözlərini də haqqı görüb ondan ibrət almaqdan məhrum etdiyi kimsə­lərdir.

47:24Страница 509

أَفَلَا يَتَدَبَّرُونَ ٱلۡقُرۡءَانَ أَمۡ عَلَىٰ قُلُوبٍ أَقۡفَالُهَآ ٢٤

Неужели они не размышляют над Кораном? Или же на их сердцах замки?

Məgər haqdan üz çevirən o kimsələr Quranı oxuyub içindəkilər haqqında dü­şünmürlərmi?! Əgər onlar Quranı oxuyub-araşdırsaydılar, Quran, onları hər bir xeyirə yönəldər və hər bir şərdən uzaq edərdi. Yoxsa onları qəlbinə elə möhkəm qıfıl vurulmuşdur ki, buna görə onların qəlbinə nə öyüd-nəsihət təsir edər, nə də Mənim zikrim onlara fayda verər?!

47:25Страница 509

إِنَّ ٱلَّذِينَ ٱرۡتَدُّواْ عَلَىٰٓ أَدۡبَٰرِهِم مِّنۢ بَعۡدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلۡهُدَى ٱلشَّيۡطَٰنُ سَوَّلَ لَهُمۡ وَأَمۡلَىٰ لَهُمۡ ٢٥

Воистину, тех, которые обратились вспять после того, как им стал ясен прямой путь, дьявол обольстил и обещал им долгую жизнь.

Özlərinə dəlil-sübut göstərildikdən və Peyğəmbərin (səllallahu aleyhi və səlləm) doğru danışdığı bəlli olduqdan sonra imandan üz döndərib kafir və münafiq olan kimsələrə şeytan küfrü və nifaqı gözəl göstərmiş, bunu onlar üçün asanlaşdırmış və onlara uzun ömür vəd etmişdir.

47:26Страница 509

ذَٰلِكَ بِأَنَّهُمۡ قَالُواْ لِلَّذِينَ كَرِهُواْ مَا نَزَّلَ ٱللَّهُ سَنُطِيعُكُمۡ فِي بَعۡضِ ٱلۡأَمۡرِۖ وَٱللَّهُ يَعۡلَمُ إِسۡرَارَهُمۡ ٢٦

Это потому, что они сказали тем, которые возненавидели ниспосланное Аллахом: «Мы будем повиноваться вам в некоторых делах». Аллах знает то, что они скрывают.

Onların zəlalətə düşməsi, onlar Allahın Öz rəsuluna nazil etdiyi vəhyə nifrət edən­ müşriklə­rə gizlində: “Biz bəzi işlərdə - möminləri döyüşdən yayındırmaq kimi işlərdə sizə itaət edəcəyik” - dediklərinə görə idi. Allah onların saxladıqları sirri və gizlətdiklərini bilir. Heç bir şey Ona gizli qalmaz. Allah bu xəbərlərdən istədiyini Öz Rəsuluna -səllallahu aleyhi və səlləm- bildirər.

47:27Страница 509

فَكَيۡفَ إِذَا تَوَفَّتۡهُمُ ٱلۡمَلَٰٓئِكَةُ يَضۡرِبُونَ وُجُوهَهُمۡ وَأَدۡبَٰرَهُمۡ ٢٧

Но что же будет, когда ангелы станут умерщвлять их, ударяя по их лицам и спинам?

Can alman mələklərin dəmir toppuzlarla onların üzünə və arxasına vura-vura can­la­rını alanda onların əzabı və acınacaqlı halının nə dərəcədə olduğunu bir görsəydin.

47:28Страница 509

ذَٰلِكَ بِأَنَّهُمُ ٱتَّبَعُواْ مَآ أَسۡخَطَ ٱللَّهَ وَكَرِهُواْ رِضۡوَٰنَهُۥ فَأَحۡبَطَ أَعۡمَٰلَهُمۡ ٢٨

Это - за то, что они последовали за тем, что вызвало ярость Аллаха, и возненавидели то, чем Он доволен, и поэтому Он сделал тщетными их деяния.

Bu əzab onların, Allahın qəzəbinə səbəb olan hər bir şe­yə uyduqları - kafirlik və münafiqlik etdikləri, habelə, Allaha və Onun rəsuluna düşmən olduqları və özlərinin Rəbbinə yaxınlaşdıracaq və Onun rizasını qazandıracaq əməllərə - Allaha iman gətirməyə və Onun rəsuluna tabe olmağa nifrət etdiklərinə görədir. Elə buna görə də Allah onların əməllə­rini puç etdi.

47:29Страница 509

أَمۡ حَسِبَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ أَن لَّن يُخۡرِجَ ٱللَّهُ أَضۡغَٰنَهُمۡ ٢٩

Неужели те, чьи сердца поражены недугом, полагали, что Аллах не выведет наружу их злобу (или зависть)?

Yoxsa qəlblərində şəkk-şübhə olan münafiqlər elə zənn edirdilər ki, Allah onların kin-küdurə­tini üzə çıxarmayacaq?! Allah müsibətlər göndərib imtahan etməklə bu kin-küdurəti mütləq üzə çıxaracaqdır. Beləcə, imanında sadiq olan kimsə ilə yalançı olan kimsə ayırd ediləcək, habelə, kimin həqiqi mömin, kimin də münafiq olduğu bəlli olacaqdır.

47:30Страница 510

وَلَوۡ نَشَآءُ لَأَرَيۡنَٰكَهُمۡ فَلَعَرَفۡتَهُم بِسِيمَٰهُمۡۚ وَلَتَعۡرِفَنَّهُمۡ فِي لَحۡنِ ٱلۡقَوۡلِۚ وَٱللَّهُ يَعۡلَمُ أَعۡمَٰلَكُمۡ ٣٠

Если бы Мы пожелали, то показали бы их тебе, и тогда ты узнавал бы их по их приметам. Но ты непременно узнаешь их по оговоркам. Аллах знает о ваших деяниях.

Ey Peyğəmbər! Əgər Biz sənin münafiqləri tanımağını istəsəydik, on­ları sənə tanıdardıq, sən də onları üz­lərin­dəki əlamət­lərin­dən tanıyardın. Sən onları da­nışıq tərz­lə­rin­dən mütləq tanıyacaq­san. Allah sizin əməllərinizi bilir, bu əməllərdən heç bir şey Ona gizli qalmaz və O, onların əvəzini sizə verəcəkdir.

47:31Страница 510

وَلَنَبۡلُوَنَّكُمۡ حَتَّىٰ نَعۡلَمَ ٱلۡمُجَٰهِدِينَ مِنكُمۡ وَٱلصَّٰبِرِينَ وَنَبۡلُوَاْ أَخۡبَارَكُمۡ ٣١

Мы непременно подвергнем вас испытанию до тех пор, пока не узнаем тех из вас, кто сражается и проявляет терпение, и пока не проверим ваши вести.

Ey möminlər! Biz cihad, düşmənə qarşı vuruşmaq və qətlə yetirmək sayəsində sizlərdən Allah yolunda cihad edənləri və Onun düşmənlərilə döyüşməkdə sə­bir edənləri ayırd edib üzə çıxar­maq üçün sizi mütləq sınayacaq və sizi sınamaqla sizlərdən kimin sadiq kimin də yalançı olduğunu biləcəyik.

47:32Страница 510

إِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ وَشَآقُّواْ ٱلرَّسُولَ مِنۢ بَعۡدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلۡهُدَىٰ لَن يَضُرُّواْ ٱللَّهَ شَيۡـٔٗا وَسَيُحۡبِطُ أَعۡمَٰلَهُمۡ ٣٢

Воистину, те, которые не уверовали, сбивали других с пути Аллаха и откололись от Посланника после того, как им стал ясен прямой путь, нисколько не навредят Аллаху, а Он сделает тщетными их деяния.

Şübhəsiz ki, Allaha və Onun rəsuluna küfr edənlər, Allahın dinindən uzaqlaşanlar, insanları da Onun dinindən az­dı­ran­lar və Muhəmmədin -səllallahu aleyhi və səlləm- peyğəmbər olduğunu bildikdən sonra Allahın rəsuluna müxalif olanlar və ona qar­şı düşmənçilik edənlər Alla­ha heç bir zərər yetirə bilməzlər. Əksinə, onlar özlərinə zərər yetirərlər. Allah onların bü­tün əməl­ləri­ni pu­ça çıxa­ra­caqdır­.

47:33Страница 510

۞ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَطِيعُواْ ٱللَّهَ وَأَطِيعُواْ ٱلرَّسُولَ وَلَا تُبۡطِلُوٓاْ أَعۡمَٰلَكُمۡ ٣٣

О те, которые уверовали! Повинуйтесь Аллаху, повинуйтесь Посланнику и не делайте тщетными ваши деяния.

Ey Allaha iman gətirən və Onun əmrlərini yerinə yetirən kimsələr! Alla­hın və Onun rəsulunun əmrlərini yerinə yetirməklə və qadağan etdiyi əməllərdən çəkinməklə Allaha və Rəsuluna itaət edin, küfr və riyakarlıq etməklə əməllərinizi puç etməyin!

47:34Страница 510

إِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ ثُمَّ مَاتُواْ وَهُمۡ كُفَّارٞ فَلَن يَغۡفِرَ ٱللَّهُ لَهُمۡ ٣٤

Воистину, Аллах не простит тех, которые не уверовали и сбивали других с пути Аллаха, а потом умерли неверующими.

Şübhəsiz ki, Allaha küfr edənlərin, həm özlərini, həm də insan­ları Allahın dinindən az­dı­ran­ların, sonra da tövbə etmədən kafir ki­mi ölənlərin, Allah heç vaxt günahlarını ba­ğış­la­ma­ya­caq, əksinə, bu günahlarına görə onları cəzalandıracaqdır, onları içində əbədi qalacaqları Cəhənnəmə daxil edəcək­dir.

47:35Страница 510

فَلَا تَهِنُواْ وَتَدۡعُوٓاْ إِلَى ٱلسَّلۡمِ وَأَنتُمُ ٱلۡأَعۡلَوۡنَ وَٱللَّهُ مَعَكُمۡ وَلَن يَتِرَكُمۡ أَعۡمَٰلَكُمۡ ٣٥

Не проявляйте слабости и не призывайте к миру, поскольку вы - выше остальных. Аллах - с вами и не умалит ваших деяний.

Ey möminlər! Siz düşmənlə üzbəüz gəldikdə zəiflik göstərməyin, onlardan üstün olduğu­nuz və onlara qalib gələ biləcəyiniz halda, onlar sizi sülhə çağırmazdan əvvəl siz onları sülhə çağırma­yın! Allah Öz köməyi və yardımı ilə sizin yanınızdadır. O si­zin əməllərinizin savabından heç bir şey əskiltməz, əksinə, sizə əta etdiyi lütfü və fəziləti ilə artırar.

47:36Страница 510

إِنَّمَا ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا لَعِبٞ وَلَهۡوٞۚ وَإِن تُؤۡمِنُواْ وَتَتَّقُواْ يُؤۡتِكُمۡ أُجُورَكُمۡ وَلَا يَسۡـَٔلۡكُمۡ أَمۡوَٰلَكُمۡ ٣٦

Мирская жизнь - всего лишь игра и потеха. Если вы уверуете и будете богобоязненны, Он дарует вам вашу награду и не попросит у вас вашего имущества.

Dünya həya­tı sadəcə oyun və əyləncədən ibarətdir. Ağıllı insan axirət əməlini qoyub dünya ilə məşğul olmaz. Əgər Allaha və Onun rəsuluna iman gə­tirsəniz və Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Ondan qorxsanız, O sizə əməllərinizin mü­ka­fat­ı­nı kamil şəkildə, heç bir şey əksiltmədən verər və siz­dən mal-dövlətinizin hamısını (Onun yolunda xərcləməyi) tələb etməz, sizdən sadəcə fərz buyurulmuş zəkatı verməyi tələb edər.

47:37Страница 510

إِن يَسۡـَٔلۡكُمُوهَا فَيُحۡفِكُمۡ تَبۡخَلُواْ وَيُخۡرِجۡ أَضۡغَٰنَكُمۡ ٣٧

Если же Он попросит у вас его и проявит настойчивость, то вы поскупитесь, и Он выведет наружу вашу злобу (или зависть).

Əgər Allah sizdən mal-dövlətinizin hamısını (xərcləməyinizi) tələb etsə və sizdən təkidlə tələb etdiyi hal­da, siz onu verməyə xə­sislik gös­tərsəniz, O, sizin qəlbinizdə yerləşən - malınızı Onun yolunda sərf etməyə olan nifrəti üzə çıxardar, beləliklə, sizə acıyaraq bunu sizdən tələb etməkdən vaz keçər.

47:38Страница 510

هَٰٓأَنتُمۡ هَٰٓؤُلَآءِ تُدۡعَوۡنَ لِتُنفِقُواْ فِي سَبِيلِ ٱللَّهِ فَمِنكُم مَّن يَبۡخَلُۖ وَمَن يَبۡخَلۡ فَإِنَّمَا يَبۡخَلُ عَن نَّفۡسِهِۦۚ وَٱللَّهُ ٱلۡغَنِيُّ وَأَنتُمُ ٱلۡفُقَرَآءُۚ وَإِن تَتَوَلَّوۡاْ يَسۡتَبۡدِلۡ قَوۡمًا غَيۡرَكُمۡ ثُمَّ لَا يَكُونُوٓاْ أَمۡثَٰلَكُم ٣٨

Вот вас призывают делать пожертвования на пути Аллаха, и среди вас находятся такие, которые скупятся. Кто скупится, тот скупится только во вред себе. Аллах - богат, а вы - бедны. И если вы отвернетесь, Он заменит вас другими людьми, и они не будут подобны вам.

Budur, siz mal-dövlətinizin cüzi bir hissəsini Allah yolunda sərf etməyə çağırılan kimsələrsiniz. Allah sizdən malınızın hamısını sərf etməyi tələb etmir. İçərinizdə xəsislik edib tələb olunan malı sərf etmək istəməyənlər də vardır. Kim malının bir hissəsini Allah yolunda xərcləməyə xəsislik edərsə, əslində o, özünü Allah yolunda xərcləmək savabından məhrum erdərək an­caq öz əleyhinə xəsislik etmiş olar. Allah Zəngin və sizin (malınızdan Onun yolunda) xərcləməyinizə ehtiyacı yoxdur, sizlər isə Ona möhtacsınız. Əgər İslamdan dönüb küfrə qayıtsanız, O sizi məhv edər və yerinizə sizlər kimi olmayan, Allaha itaət edən başqa bir qövm gətirər.

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English