Аль-Мухтасар · Тафсир · на азербайджанском
المائدة
Аль-Маида
Трапеза · Мединская · 120 аятов
5:1Страница 106
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَوۡفُواْ بِٱلۡعُقُودِۚ أُحِلَّتۡ لَكُم بَهِيمَةُ ٱلۡأَنۡعَٰمِ إِلَّا مَا يُتۡلَىٰ عَلَيۡكُمۡ غَيۡرَ مُحِلِّي ٱلصَّيۡدِ وَأَنتُمۡ حُرُمٌۗ إِنَّ ٱللَّهَ يَحۡكُمُ مَا يُرِيدُ ١
О те, которые уверовали! Будьте верны обязательствам. Вам дозволена скотина, кроме той, о которой вам будет возвещено, и кроме добычи, на которую вы осмелились охотиться в ихраме. Воистину, Аллах повелевает все, что пожелает.
Ey iman gətirənlər! Xaliqinizlə öz aranızda və bir-birinizlə bağladığınız bütün əhdlərinizi yerinə yetirin. Sizə həcc yaxud ömrə ihramında ikən çöl ovu ovlamaq haram edilməklə yanaşı, haram olması sizə bildiriləcək heyvanlar da istisna olmaqla, Allah sizə rəhmət olaraq: dəvə, inək və qoyunu sizə halal etdi. Həqiqətən, Allah hikmətinə müvafiq istədiyi halal və ya haram hökmünü verir, bu işdə Onu məcbur və hökmünə etiraz edən bir kimsə yoxdur.
5:2Страница 106
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تُحِلُّواْ شَعَٰٓئِرَ ٱللَّهِ وَلَا ٱلشَّهۡرَ ٱلۡحَرَامَ وَلَا ٱلۡهَدۡيَ وَلَا ٱلۡقَلَٰٓئِدَ وَلَآ ءَآمِّينَ ٱلۡبَيۡتَ ٱلۡحَرَامَ يَبۡتَغُونَ فَضۡلٗا مِّن رَّبِّهِمۡ وَرِضۡوَٰنٗاۚ وَإِذَا حَلَلۡتُمۡ فَٱصۡطَادُواْۚ وَلَا يَجۡرِمَنَّكُمۡ شَنَـَٔانُ قَوۡمٍ أَن صَدُّوكُمۡ عَنِ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ أَن تَعۡتَدُواْۘ وَتَعَاوَنُواْ عَلَى ٱلۡبِرِّ وَٱلتَّقۡوَىٰۖ وَلَا تَعَاوَنُواْ عَلَى ٱلۡإِثۡمِ وَٱلۡعُدۡوَٰنِۚ وَٱتَّقُواْ ٱللَّهَۖ إِنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ ٢
О те, которые уверовали! Не нарушайте святость обрядовых знамений Аллаха и запретного месяца. Не считайте дозволенным покушаться на жертвенных животных, или животных (или людей) с ожерельями, или людей, которые приходят к Заповедному дому, стремясь к милости и довольству своего Господа. Когда же вы освободитесь от ихрама, то можете охотиться. И пусть ненависть людей, которые помешали вам пройти к Заповедной мечети, не подтолкнет вас на преступление. Помогайте друг другу в благочестии и богобоязненности, но не помогайте друг другу в грехе и посягательстве. Бойтесь Аллаха, ведь Аллах суров в наказании.
Ey iman gətirənlər! Allahın etina ilə yanamanızı əmr etdiyi haramları özünüzə halallaşdırmayın. Tikişli paltar geyinmək kimi, həmçinin ov etmək kimi haram hüdudları daxilində edilməsi haram edilən əməllərdən əl çəkin. Haram aylarda: zülqədə, zülhiccə, məhərrəm və rəcəb aylarında döyüşməyi, Allah üçün orada kəsmək məqsədi ilə göndərilən qurbanlıq heyvana qəsb etməyi, yaxud ora çatmasına mane olmağı, boynuna yundan və s. şeylərdən nişan taxılmış qurbanlıq heyvanlarını, ticarətin qazancını və Rəbbinin razılığını diləyərək Allahın toxunulmaz evinə gələnlərə qarşı hörmətsizlik etməyi özünüzə halal saymayın. Həcc və ümrə ihramından, yaxud haram hüdudlarından çıxdığınız zaman, istəsəniz ov edə bilərsiniz. Sizi Məscidulharama daxil olmağa qoymayan bir qövümə qarşı olan kin-küdurət sizi onlara qarşı zülm və haqsızlıq etməyə sövq etməsin. Ey Möminlər! Sizə əmr edilən yaxşı işləri edib, pis əməllərdən çəkinməkdə bir-birinizə yardım edin. Günah və asi işlərdə və həmçinin insanların canlarına, mallarına və namuslarına qarşı olan düşmənçilik işlərdə bir-birinizə yardım etməyin. Allahın itaətinə mültəzim olub, günahlardan çəkinərək Allahdan qorxun. Həqiqətən, Allahın Ona asi olan qullarına əzabı şiddətlidir, elə isə Onun əzabından çəkinin!
5:3Страница 107
حُرِّمَتۡ عَلَيۡكُمُ ٱلۡمَيۡتَةُ وَٱلدَّمُ وَلَحۡمُ ٱلۡخِنزِيرِ وَمَآ أُهِلَّ لِغَيۡرِ ٱللَّهِ بِهِۦ وَٱلۡمُنۡخَنِقَةُ وَٱلۡمَوۡقُوذَةُ وَٱلۡمُتَرَدِّيَةُ وَٱلنَّطِيحَةُ وَمَآ أَكَلَ ٱلسَّبُعُ إِلَّا مَا ذَكَّيۡتُمۡ وَمَا ذُبِحَ عَلَى ٱلنُّصُبِ وَأَن تَسۡتَقۡسِمُواْ بِٱلۡأَزۡلَٰمِۚ ذَٰلِكُمۡ فِسۡقٌۗ ٱلۡيَوۡمَ يَئِسَ ٱلَّذِينَ كَفَرُواْ مِن دِينِكُمۡ فَلَا تَخۡشَوۡهُمۡ وَٱخۡشَوۡنِۚ ٱلۡيَوۡمَ أَكۡمَلۡتُ لَكُمۡ دِينَكُمۡ وَأَتۡمَمۡتُ عَلَيۡكُمۡ نِعۡمَتِي وَرَضِيتُ لَكُمُ ٱلۡإِسۡلَٰمَ دِينٗاۚ فَمَنِ ٱضۡطُرَّ فِي مَخۡمَصَةٍ غَيۡرَ مُتَجَانِفٖ لِّإِثۡمٖ فَإِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ ٣
Вам запрещены мертвечина, кровь, мясо свиньи и то, над чем не было произнесено имя Аллаха (или что было зарезано не ради Аллаха), или было задушено, или забито до смерти, или подохло при падении, или заколото рогами или задрано хищником, если только вы не успеете зарезать его, и то, что зарезано на каменных жертвенниках (или для идолов), а также гадание по стрелам. Все это есть нечестие. Сегодня неверующие отчаялись в вашей религии. Не бойтесь же их, а бойтесь Меня. Сегодня Я ради вас усовершенствовал вашу религию, довел до конца Мою милость к вам и одобрил для вас в качестве религии ислам. Если же кто-либо будет вынужден пойти на это (на употребление запрещенных продуктов) от голода, а не из склонности к греху, то ведь Аллах - Прощающий, Милосердный.
Allah sizə kəsilmədən ölmüş heyvanı, axar qanı, donuz ətini, kəsildikdə Allahdan başqasının adı ilə kəsilmiş, boğularaq ölmüş, vurulub öldürülmüş, hündür bir yerdən yıxılıb gəbərmiş, başqa bir heyvanın buynuzu ilə vurulub ölmüş, aslan, pələnğ və canavar kimi yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş – qeyd edilən heyvanlardan canı çıxmamış kəsdiyiniz heyvanlar isə sizə halaldır – bütlər üçün kəsilmiş heyvanlar və üzərində (et) və ya (etmə) sözləri yazılmış daş, yaxud fal oxları ilə qeybdən qismət axtarıb, bu fal oxlarından bəxtinizə çıxana əməl etmənizi haram etdi. Sadalanan bu haramları etmək, Allahın taətindən çıxmaq deməkdir. Bu gün kafirlər dininizin gücünü gördükdən sonra, sizin İslamdan geri dönmənizdən ümidlərini kəsdilər. Elə isə siz onlardan qorxmayın, yalnız Məndən qorxun. Bu gün dininiz İslamı sizin üçün kamil etdim, sizə olan aşkar və gizli nemətimi tamamladım və sizin üçün din olaraq İslamı seçdim. Mən ondan başqa heç bir din qəbul etmirəm. Kim aclıq səbəbindən çarəsiz qalarsa, günaha meyl etməyərək, ölmüş heyvandan yeməsində ona günah yazılmaz. Çünki Allah bağışlayandır, rəhmlidir.
5:4Страница 107
يَسۡـَٔلُونَكَ مَاذَآ أُحِلَّ لَهُمۡۖ قُلۡ أُحِلَّ لَكُمُ ٱلطَّيِّبَٰتُ وَمَا عَلَّمۡتُم مِّنَ ٱلۡجَوَارِحِ مُكَلِّبِينَ تُعَلِّمُونَهُنَّ مِمَّا عَلَّمَكُمُ ٱللَّهُۖ فَكُلُواْ مِمَّآ أَمۡسَكۡنَ عَلَيۡكُمۡ وَٱذۡكُرُواْ ٱسۡمَ ٱللَّهِ عَلَيۡهِۖ وَٱتَّقُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلۡحِسَابِ ٤
Они спрашивают тебя о том, что им дозволено. Скажи: «Вам дозволены блага. А то, что поймали для вас обученные хищники, которых вы обучаете, как собак, части того, чему обучил вас Аллах, ешьте и поминайте над этим имя Аллаха. Бойтесь Аллаха, ведь Аллах скор в расчете.
Ey Peyğəmbər! Səhabələrin səndən Allahın onlara nəyin yeyilməsinin halal etdiyini soruşurlar. Ey Peyğəmbər! De: "Allah sizə təmiz yeməkləri və Allahın sizə nemət bəxş edərək öyrətdiyi elmdən, ov etməyi öyrədib, əhliləşdirdiyiniz, ovçu, ov heyvanını ovun arxasınca göndərdikdə sıçrayıb gedən və onu ovdan uzaqlaşdirdıqda uzaqlaşan yırtıcı dişi olan ov itləri, bəbirlər və caynağı olan şahin quşları kimi heyvanların ovladıqlarından yemək sizə halal edildi. Onların tutub gətirdikləri ovdan, hətta ovu öldürsələr belə, yeyin və onları ova göndərərkən Allahın adını çəkin. Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməklə Allahdan qorxun! Şübhəsiz ki, Allah əməlləri tez haqq-hesab çəkəndir".
5:5Страница 107
ٱلۡيَوۡمَ أُحِلَّ لَكُمُ ٱلطَّيِّبَٰتُۖ وَطَعَامُ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ حِلّٞ لَّكُمۡ وَطَعَامُكُمۡ حِلّٞ لَّهُمۡۖ وَٱلۡمُحۡصَنَٰتُ مِنَ ٱلۡمُؤۡمِنَٰتِ وَٱلۡمُحۡصَنَٰتُ مِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ مِن قَبۡلِكُمۡ إِذَآ ءَاتَيۡتُمُوهُنَّ أُجُورَهُنَّ مُحۡصِنِينَ غَيۡرَ مُسَٰفِحِينَ وَلَا مُتَّخِذِيٓ أَخۡدَانٖۗ وَمَن يَكۡفُرۡ بِٱلۡإِيمَٰنِ فَقَدۡ حَبِطَ عَمَلُهُۥ وَهُوَ فِي ٱلۡأٓخِرَةِ مِنَ ٱلۡخَٰسِرِينَ ٥
Сегодня вам дозволена благая пища. Еда людей Писания также дозволена вам, а ваша еда дозволена им, а также вам дозволены целомудренные женщины из числа уверовавших и целомудренные женщины из числа тех, кому Писание было даровано до вас, если вы выплатите им вознаграждение (брачный дар), желая сберечь целомудрие, не распутствуя и не беря их себе в подруги. Тщетны деяния того, кто отрекся от веры, а в Последней жизни он окажется среди потерпевших урон.
Bu gün Allah sizə ləzzətli yeməkləri və həmçinin yəhudi və nəsranilərdən olan Kitab əhlinin kəsdiklərindən yeməyi və sizin də kəsdiklərinizdən onların yeməsini halal etdi. Mömin qadınlardan ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan), azad olanlar və sizdən öncə yəhudi və nəsranilərdən olan Kitab verilənlərdən ismətli qadınlar, mehrlərini verdiyiniz təqdirdə, fahişəlik etmədən namuslu olub, onlarla zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə sizə halaldır. Kim Allahın qulları üçün qanun etdiyi şəri əhkamları inkar edərsə, iman şərti datil olduğuna görə əməli boşa çıxar və o, Qiyamət günü əbədi qalacağı cəhənnəmə daxil olduğu üçün ziyana uğrayanlardan olar.
5:6Страница 108
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا قُمۡتُمۡ إِلَى ٱلصَّلَوٰةِ فَٱغۡسِلُواْ وُجُوهَكُمۡ وَأَيۡدِيَكُمۡ إِلَى ٱلۡمَرَافِقِ وَٱمۡسَحُواْ بِرُءُوسِكُمۡ وَأَرۡجُلَكُمۡ إِلَى ٱلۡكَعۡبَيۡنِۚ وَإِن كُنتُمۡ جُنُبٗا فَٱطَّهَّرُواْۚ وَإِن كُنتُم مَّرۡضَىٰٓ أَوۡ عَلَىٰ سَفَرٍ أَوۡ جَآءَ أَحَدٞ مِّنكُم مِّنَ ٱلۡغَآئِطِ أَوۡ لَٰمَسۡتُمُ ٱلنِّسَآءَ فَلَمۡ تَجِدُواْ مَآءٗ فَتَيَمَّمُواْ صَعِيدٗا طَيِّبٗا فَٱمۡسَحُواْ بِوُجُوهِكُمۡ وَأَيۡدِيكُم مِّنۡهُۚ مَا يُرِيدُ ٱللَّهُ لِيَجۡعَلَ عَلَيۡكُم مِّنۡ حَرَجٖ وَلَٰكِن يُرِيدُ لِيُطَهِّرَكُمۡ وَلِيُتِمَّ نِعۡمَتَهُۥ عَلَيۡكُمۡ لَعَلَّكُمۡ تَشۡكُرُونَ ٦
О те, которые уверовали! Когда вы встаете на намаз, то умойте ваши лица и ваши руки до локтей, оботрите ваши головы и умойте ваши ноги до щиколоток. А если вы находитесь в половом осквернении, то очиститесь. Если же вы больны или находитесь в путешествии, если кто-либо из вас пришел из уборной или если вы имели близость с женщинами, и вы не нашли воды, то направьтесь к чистой земле и оботрите ею ваши лица и руки. Аллах не хочет создавать для вас трудности, а хочет очистить вас и довести до конца Свою милость по отношению к вам, - быть может, вы будете благодарны.
Ey iman gətirənlər! Namaz qılmaq üçün ayağa qalxmaq istədikdə, dəstəmazsız olsanız, üzünüzü və dirsəklərlə birgə əllərinizi yuyun, başınıza məsh çəkin və baldır sümükləri ilə pəncə sümüklərinin birləşdiyi yerdə yanlara çıxan iki oynaqla birgə ayaqlarınızı yuyun. Əgər cunub olmusunuzsa, qüsl edin. Əgər xəstə olsanız, qüsl etmə səbəbindən xəstəliyin artmasından və ya şəfanın gecikməsindən qorxsanız yaxud sağlam ikən səfərdə olsanız, yaxud sizlərdən biri ayaqyolundan gəldiyi üçün dəstəmazı və ya qadınlarla yaxınlıq etdiyinə görə qüslu olmazsa, təmizlənmək üçün su axtardıqdan sonra tapmasanız, təmiz torpaqla təyəmmüm edin və əllərinizi yerə vurun ondan üzünüzə və əllərinizə sürtün. Allah, sizin sudan istifadə edib səhhətinizə zərər yerirərək sizə şəri hökmlərində çətinliyə salmaq istəməz. Xəstəlik üzündən və ya su tapılmadığından sizə suyu əvəz edən torpaqla təyəmmüm etmənizə icazə verməsi, Allahın sizə olan nemətinin tamamlıqındandır ki, bəlkə Allahın sizə olan nemətinə şükür edib, inkar etməyəsiniz.
5:7Страница 108
وَٱذۡكُرُواْ نِعۡمَةَ ٱللَّهِ عَلَيۡكُمۡ وَمِيثَٰقَهُ ٱلَّذِي وَاثَقَكُم بِهِۦٓ إِذۡ قُلۡتُمۡ سَمِعۡنَا وَأَطَعۡنَاۖ وَٱتَّقُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ٧
Помните о милости Аллаха к вам и завете, который Он заключил с вами, когда вы сказали: «Слушаем и повинуемся». Бойтесь Аллаха, ведь Аллаху известно о том, что в груди.
Allahın sizə olan hidayət və İslam nemətini və Peyğəmbərə - sallallahu aleyhi və səlləm - xoş gündə və sıxıntı anlarında əmirləri dinləyib itaət edəcəyinizə dair beyət etdikdə: "Sözünü eşitdik və əmrinə itaət etdik!"– dediyiniz zaman sizdən aldığımız əhdi xatırlayın. Allahdan Onun əmrlərini yerinə yetirməklə -həmçinin əhdlərinidə- və qadağalarından çəkinməklə qorxun! Şübhəsiz ki, Allah, qəlblərdə olanları bilir və Ona heç bir şey gizli qalmaz.
5:8Страница 108
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ كُونُواْ قَوَّٰمِينَ لِلَّهِ شُهَدَآءَ بِٱلۡقِسۡطِۖ وَلَا يَجۡرِمَنَّكُمۡ شَنَـَٔانُ قَوۡمٍ عَلَىٰٓ أَلَّا تَعۡدِلُواْۚ ٱعۡدِلُواْ هُوَ أَقۡرَبُ لِلتَّقۡوَىٰۖ وَٱتَّقُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ خَبِيرُۢ بِمَا تَعۡمَلُونَ ٨
О те, которые уверовали! Будьте стойки ради Аллаха, свидетельствуя беспристрастно, и пусть ненависть людей не подтолкнет вас к несправедливости. Будьте справедливы, ибо это ближе к богобоязненности. Бойтесь Аллаха, ведь Аллах ведает о том, что вы совершаете.
Ey Allaha və Onun peyğəmbərinə iman gətirənlər kimsələr! Allahın rizasını qazanmaq üçün, Allahın sizin üzərinizdə olan haqqlarını qoruyan, zülümlə deyil, ədalətlə şahidlik edən kimsələr olun. Bir qövmə qarşı olan qəzəb sizi ədalətsizliyə sövq etməsin. Dost ilə də, düşmənlə də ədalətlə rəftar edin. Onların hər ikisi ilədə ədalətli olun. Ədalətli olmaq, Allahdan qorxmaqa, zalım olmaq isə xüsrana uğramağa daha yaxındır. Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməklə Ondan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. Əməllərinizdən heç bir şey Ondan gizli qalmaz və O, əməllərinizin əvəzini verəcəkdir.
5:9Страница 108
وَعَدَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَهُم مَّغۡفِرَةٞ وَأَجۡرٌ عَظِيمٞ ٩
Аллах обещал тем, которые уверовали и совершали праведные деяния, прощение и великую награду.
Allah, Allaha və rəsullarına iman gətirib saleh əməllər edənlərə onlara günahlarının bağışlanmasını və böyük mükafat gözlədiyini vəd -Allah vədinə xilaf çıxmaz- vermişdir, bu mükafat, cənnətə daxil olmaqdır.
5:10Страница 109
وَٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَآ أُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡجَحِيمِ ١٠
А те, которые не уверовали и сочли ложью Наши знамения, окажутся обитателями Ада.
Allahı inkar edib, ayələrini yalan sayanlara gəlincə, məhz onlar küfür etdiklərinə və yalan saydıqlarına görə cəza olaraq daxil olacaqları Cəhənnəm sakinləridirlər. Yoldaş yoldaşından ayrılmadığı kimi onlardan Cəhənnəmdən ayrılmayacaqlıar.
5:11Страница 109
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱذۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ عَلَيۡكُمۡ إِذۡ هَمَّ قَوۡمٌ أَن يَبۡسُطُوٓاْ إِلَيۡكُمۡ أَيۡدِيَهُمۡ فَكَفَّ أَيۡدِيَهُمۡ عَنكُمۡۖ وَٱتَّقُواْ ٱللَّهَۚ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُؤۡمِنُونَ ١١
О те, которые уверовали! Помните о милости, которую Аллах оказал вам, когда люди вознамерились протянуть к вам свои руки, но Он убрал от вас их руки. Бойтесь Аллаха, и пусть на Аллаха уповают верующие!
Ey iman gətirənlər! Allahın sizə bəxş etdiyi əmin-amanlıq və düşmənlərinizin (Məkkə müşriklərini və ya Bəni Sələb qəbiləsi) sizi məhv etmək üçün əllərini sizə uzatdıqları zaman onların qəlblərinə qorxu salıb, onların hiyləsini sizdən uzaqlaşdırıb və sizi onların şərindən qoruduğumuz nemətini qəlbləriniz və dillərinizlə xatırlayın. Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməklə Ondan qorxun! Qoy möminlər dini və dünyavi mənfəətlərini əldə etmə üçün tək Allaha etimad etsinlər!
5:12Страница 109
۞ وَلَقَدۡ أَخَذَ ٱللَّهُ مِيثَٰقَ بَنِيٓ إِسۡرَٰٓءِيلَ وَبَعَثۡنَا مِنۡهُمُ ٱثۡنَيۡ عَشَرَ نَقِيبٗاۖ وَقَالَ ٱللَّهُ إِنِّي مَعَكُمۡۖ لَئِنۡ أَقَمۡتُمُ ٱلصَّلَوٰةَ وَءَاتَيۡتُمُ ٱلزَّكَوٰةَ وَءَامَنتُم بِرُسُلِي وَعَزَّرۡتُمُوهُمۡ وَأَقۡرَضۡتُمُ ٱللَّهَ قَرۡضًا حَسَنٗا لَّأُكَفِّرَنَّ عَنكُمۡ سَيِّـَٔاتِكُمۡ وَلَأُدۡخِلَنَّكُمۡ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۚ فَمَن كَفَرَ بَعۡدَ ذَٰلِكَ مِنكُمۡ فَقَدۡ ضَلَّ سَوَآءَ ٱلسَّبِيلِ ١٢
Аллах взял завет с сынов Исраила (Израиля). Мы создали среди них двенадцать вождей. Аллах сказал: «Я - с вами. Если вы будете совершать намаз и выплачивать закят, уверуете в Моих посланников, поможете им и одолжите Аллаху прекрасный заем, то Я отпущу вам ваши прегрешения и введу вас в сады, в которых текут реки. А если кто-либо из вас после этого станет неверующим, то он сойдет с прямого пути».
Allah İsrail oğullarındanş qabaqda bu haqda daha ətraflı danışılacaq möhkəm əhd alamışdı. Biz onlara on iki başçı təyin etdik. Bu başçıların hər biri, öz öhdəliyində olanlardan cavabdeh idi. Allah İsrail oğullarına demişdi: "Mən Öz köməyim və yardımımla sizinləyəm. Əgər namazı kamil şəkildə qılsanız, mallarınızın zəkatın versəniz, bütün peyğəmbərlərimə onlar arasında heç bir fərq qoymadan iman gətirib onlara ehtiram edib, dəstəkləsəniz və mallarınızı xeyirli işlərdə sərf etsəniz, əgər siz bütün bunları etsəniz, etdiyiniz günahları bağışlayar və qiyamət günü sizi qəsirləri altından çaylar axan cənnətlərə daxil edərəm. Bu möhkəm əhdi aldıqdan sonra kim küfr edərsə, artıq doğru yoldan bilərəkdən və qəsdən üz çevirmiş olar".
5:13Страница 109
فَبِمَا نَقۡضِهِم مِّيثَٰقَهُمۡ لَعَنَّٰهُمۡ وَجَعَلۡنَا قُلُوبَهُمۡ قَٰسِيَةٗۖ يُحَرِّفُونَ ٱلۡكَلِمَ عَن مَّوَاضِعِهِۦ وَنَسُواْ حَظّٗا مِّمَّا ذُكِّرُواْ بِهِۦۚ وَلَا تَزَالُ تَطَّلِعُ عَلَىٰ خَآئِنَةٖ مِّنۡهُمۡ إِلَّا قَلِيلٗا مِّنۡهُمۡۖ فَٱعۡفُ عَنۡهُمۡ وَٱصۡفَحۡۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُحۡسِنِينَ ١٣
За то, что они нарушили завет, Мы прокляли их и ожесточили их сердца. Они искажают слова, меняя их местами, и забыли долю из того, чему их научили. Ты всегда будешь обнаруживать их измену, за исключением некоторых из них. Прости же их и будь великодушен, ведь Аллах любит творящих добро.
İsrail oğullarından aldığımız əhdi pozduqları səbəbindən, Biz onları Öz rəhmətimizdən qovduq və qəlblərini ora heç bir xeyirin və öyüd-nəsihətin fayda verməyəcəyi dərəcədə sərtləşdirdik. Onlar sözlərin yerlərini dəyişməklə və ayələrin mənalarını öz havalarına uyğun yozaraqla kəlmələri təhrif edirlər və özlərinə öyrədilmiş şeylərin bəzilərinə əməl etmədilər. Ey Peyğəmbər! Onlardan aldığımız əhdə sadiq olan az bir qismi istisna olmaqla, sən onlardan daim Allaha və Allahın mömin qullarına xəyanət görəcəksən. Onları əfv et, onlara əzab vermə və təqsirlərindən keç. Çünki bu özüdə bir yaxşılıqdır, şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir!
5:14Страница 110
وَمِنَ ٱلَّذِينَ قَالُوٓاْ إِنَّا نَصَٰرَىٰٓ أَخَذۡنَا مِيثَٰقَهُمۡ فَنَسُواْ حَظّٗا مِّمَّا ذُكِّرُواْ بِهِۦ فَأَغۡرَيۡنَا بَيۡنَهُمُ ٱلۡعَدَاوَةَ وَٱلۡبَغۡضَآءَ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِۚ وَسَوۡفَ يُنَبِّئُهُمُ ٱللَّهُ بِمَا كَانُواْ يَصۡنَعُونَ ١٤
Мы также взяли завет с тех, которые сказали: «Мы - христиане». Они забыли долю из того, что им напомнили, и тогда Мы возбудили между ними вражду и ненависть до Дня воскресения. Аллах поведает им о том, что они творили.
Biz yəhudilərdən möhkəm bir əhd aldığımız kimi, özlərinin İsanın - aleyhissəlam - davamçıları olduqlarını idda edərək təmizə çıxaranlardan da əhd aldıq. Onlar əcdadları yəhudilərin etdiyi kimi, özlərinə öyrədilmiş şeylərin bəzilərinə əməl etmədilər. Buna görə də onların arasına Qiyamət gününə qədər ədavət və nifrət saldıq və elə bu səbəbdən də bir-birilərini kafir hesab edir və bir-birilərini öldürürlər. Allah qiyamət günü onlara nə etdikləri barədə xəbər verəcəkdir və onlara etdikləri əməllərin əvəzini də verəcəkdir.
5:15Страница 110
يَٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ قَدۡ جَآءَكُمۡ رَسُولُنَا يُبَيِّنُ لَكُمۡ كَثِيرٗا مِّمَّا كُنتُمۡ تُخۡفُونَ مِنَ ٱلۡكِتَٰبِ وَيَعۡفُواْ عَن كَثِيرٖۚ قَدۡ جَآءَكُم مِّنَ ٱللَّهِ نُورٞ وَكِتَٰبٞ مُّبِينٞ ١٥
О люди Писания! К вам явился Наш Посланник, который разъясняет вам многое из того, что вы скрываете из Писания, и воздерживается от многого. Явились к вам от Аллаха свет (Мухаммад) и ясное Писание.
Ey yəhudilərdən Tövrata, nəsranilərdən isə İncilə inanan Kitab əhli! Sizə nazil edilmiş kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və sizi rüsvay etməkdən başqa heç bir mənfəət olmayan bir çoxunun da üstündən keçən rəsulumuz Muhəmməd - sallallahu aleyhi və səlləm - gəldi. Artıq sizə Allahdan bir Kitab - Quran gəldi. Bu, işıq saçan, bir nur və insanların dünya və axirət işlərində ehtiyacları olduğu şeyləri bəyan edən açıq-aydın bir kitabdır.
5:16Страница 110
يَهۡدِي بِهِ ٱللَّهُ مَنِ ٱتَّبَعَ رِضۡوَٰنَهُۥ سُبُلَ ٱلسَّلَٰمِ وَيُخۡرِجُهُم مِّنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِ بِإِذۡنِهِۦ وَيَهۡدِيهِمۡ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ١٦
Посредством его Аллах ведет по путям мира тех, кто стремится снискать Его довольство. По Своему соизволению Он выводит их из мраков к свету и наставляет их на прямой путь.
Allah bu kitaba iman gətirib və saleh əməl edərək, Onun rizasını arayan kəsləri, Allahın əzabından salamat edən yollarına yönəldər. Bu yollar Cənnətə aparan yollardır. Onları Öz izni ilə küfür və asilik zülmətlərdən iman və itaət nuruna çıxarar və doğru, düzgün yola, İslam yoluna müvəffəq edər.
5:17Страница 110
لَّقَدۡ كَفَرَ ٱلَّذِينَ قَالُوٓاْ إِنَّ ٱللَّهَ هُوَ ٱلۡمَسِيحُ ٱبۡنُ مَرۡيَمَۚ قُلۡ فَمَن يَمۡلِكُ مِنَ ٱللَّهِ شَيۡـًٔا إِنۡ أَرَادَ أَن يُهۡلِكَ ٱلۡمَسِيحَ ٱبۡنَ مَرۡيَمَ وَأُمَّهُۥ وَمَن فِي ٱلۡأَرۡضِ جَمِيعٗاۗ وَلِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَاۚ يَخۡلُقُ مَا يَشَآءُۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ١٧
Не уверовали те, которые сказали: «Воистину, Аллах - это Мессия, сын Марьям (Марии)». Скажи: «Кто может хотя бы немного помешать Аллаху, если Он пожелает погубить Мессию, сына Марьям (Марии), его мать и всех, кто на земле?». Аллаху принадлежит власть над небесами, землей и тем, что между ними. Он создает, что пожелает. Аллах способен на всякую вещь.
Nəsranilərdən: "Allah Məryəm oğlu İsa Məsihdir!"– deyənlər artıq kafir oldular. Ey Peyğəmbər! Onlara de: "Məgər Allah Məryəm oğlu İsa Məsihi, onun anasını və bütün yer üzündə olanların hamısını məhv etmək istəsə, kim Ona mane olmağa qadirdir?!" Əgər heç kimsə Ona bu işdə mane ola bilməzsə, bu, Allahdan başqa heç bir ilahın olmadığına, Məryəm oğlu İsanın, onun anasının və bütün bəşəriyyətin Allahın məxluqatı olduğuna dəlalət edir. Göylərin, yerin və onların arasında olanların mülkü Allaha məxsusdur. Allah istədiyini yaradır. Onun yaratmaq istədiyi məxluqundan biri də: İsadır - aleyhissəlam, o, Allahın qulu və rəsuludur. Allah hər şeyə qadirdir.
5:18Страница 111
وَقَالَتِ ٱلۡيَهُودُ وَٱلنَّصَٰرَىٰ نَحۡنُ أَبۡنَٰٓؤُاْ ٱللَّهِ وَأَحِبَّٰٓؤُهُۥۚ قُلۡ فَلِمَ يُعَذِّبُكُم بِذُنُوبِكُمۖ بَلۡ أَنتُم بَشَرٞ مِّمَّنۡ خَلَقَۚ يَغۡفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُۚ وَلِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَاۖ وَإِلَيۡهِ ٱلۡمَصِيرُ ١٨
Иудеи и христиане сказали: «Мы - сыны Аллаха и Его возлюбленные». Скажи: «Почему же Он причиняет вам мучения за ваши грехи? О нет! Вы всего лишь одни из людей, которых Он сотворил. Он прощает, кого пожелает, и причиняет мучения, кому пожелает. Аллаху принадлежит власть над небесами, землей и тем, что между ними, и к Нему предстоит прибытие».
Yəhudi və nəsranilərin hər biri özlərinin Allahın oğulları və sevimliləri olduqlarını idda etdilər. Ey Peyğəmbər! Onlara cavab olaraq de: "Elə isə Allah nə üçün sizə etdiyiniz günahlara görə əzab verir?! Əgər siz iddia etdiyiniz kimi Allahın sevimliləri olsaydınız, o zaman Allah sizi dünyada meymuna və donuza döndərməklə və ölümlə sizə əzab verməzdi. Çünki Allah sevdiyinə əzab verməz. Əksinə, siz Onun yaratdığı adi insanlar kimi bir bəşərsiniz. İnsanlardan kim yaxşılıq edərsə, Allah onu Cənnətlə mükafatlandırar, kim də pislik edərsə onu cəhənnəmlə cəzalandırar". Allah istədiyini lütfü ilə bağışlar, istədiyinə də ədaləti ilə əzab verər. Göylərin, yerin mülkü və onların arasında olanların mülkü tək Allaha məxsusdur. Dönüş yalnız tək Onadır.
5:19Страница 111
يَٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ قَدۡ جَآءَكُمۡ رَسُولُنَا يُبَيِّنُ لَكُمۡ عَلَىٰ فَتۡرَةٖ مِّنَ ٱلرُّسُلِ أَن تَقُولُواْ مَا جَآءَنَا مِنۢ بَشِيرٖ وَلَا نَذِيرٖۖ فَقَدۡ جَآءَكُم بَشِيرٞ وَنَذِيرٞۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ١٩
О люди Писания! После периода, когда не было посланников, к вам явился Наш Посланник, давая вам разъяснения, дабы вы не говорили: «К нам не приходил добрый вестник и предостерегающий увещеватель». Добрый вестник и предостерегающий увещеватель уже явился к вам. Аллах способен на всякую вещь.
Ey yəhudi və nəsranilərdən olan Kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi və peyğəmbərlərin gəlişinə böyük ehtiyac olduğu bir vaxtda üzür gətirərək: "Bizə Allahın savabı ilə müjdələyən və Onun əzabı ilə qorxudan kimsə gəlmədi"– deməyəsiniz deyə, sizə Rəsulumuz Muhəmməd - sallallahu aleyhi və səlləm - gəldi. Artıq sizi Allahın savabı ilə müjdələyən və Onun əzabı ilə qorxudan Muhəmməd - sallallahu aleyhi və səlləm - gəldi. Allah hər şeyə qadirdir. Onu heç bir şey aciz edə bilməz. Bəşəriyyətə rəsulları göndərmək də Allahın qüdrətinin bir göstəricisidir. Allah bu rəsulları Muhəmmədi - sallallahu aleyhi və səlləm - göndərməklə tamamladı.
5:20Страница 111
وَإِذۡ قَالَ مُوسَىٰ لِقَوۡمِهِۦ يَٰقَوۡمِ ٱذۡكُرُواْ نِعۡمَةَ ٱللَّهِ عَلَيۡكُمۡ إِذۡ جَعَلَ فِيكُمۡ أَنۢبِيَآءَ وَجَعَلَكُم مُّلُوكٗا وَءَاتَىٰكُم مَّا لَمۡ يُؤۡتِ أَحَدٗا مِّنَ ٱلۡعَٰلَمِينَ ٢٠
Вот Муса (Моисей) сказал своему народу: «О мой народ! Помните милость, которую Аллах оказал вам, когда создал среди вас пророков, сделал вас царями и даровал вам то, чего не даровал никому из миров.
Ey Peyğəmbər! Musanın bir zaman qövmü İsrail oğullarına: "Ey qövmüm! Allahın sizə bəxt etdiyi nemətini qəlbləriniz və dillərinizlə xatırlayın. Allah, öz aranızdan sizi doğru yola dəvət edən peyğəmbərlər göndərdiyi, siz qul olduqdan sonra sizi özünüzə sahib edən hökmdarlar təyin etdiyi və zamanınızda aləmlərdən heç bir kəsə vermədiyi nemətləri sizə verdiyi nemətlərini xatırlayın"- dediyini yadına sal.
5:21Страница 111
يَٰقَوۡمِ ٱدۡخُلُواْ ٱلۡأَرۡضَ ٱلۡمُقَدَّسَةَ ٱلَّتِي كَتَبَ ٱللَّهُ لَكُمۡ وَلَا تَرۡتَدُّواْ عَلَىٰٓ أَدۡبَارِكُمۡ فَتَنقَلِبُواْ خَٰسِرِينَ ٢١
О мой народ! Ступите на священную землю, которую Аллах предписал вам, и не обращайтесь вспять, а не то вернетесь потерпевшими убыток».
Musa dedi: "Ey qövmüm! Allahın sizə ora daxil olmağı və orada olan kafirlərlə döyüşməyi vəd etdiyi pak torpağa (Beytülmüqəddəsə və onun ərtafında olan yerlərə) daxil olun və oradakı nəhəng adamlara məğlub olmayın, yoxsa dünyada və axirətdə ziyana uğrayarsınız".
5:22Страница 111
قَالُواْ يَٰمُوسَىٰٓ إِنَّ فِيهَا قَوۡمٗا جَبَّارِينَ وَإِنَّا لَن نَّدۡخُلَهَا حَتَّىٰ يَخۡرُجُواْ مِنۡهَا فَإِن يَخۡرُجُواْ مِنۡهَا فَإِنَّا دَٰخِلُونَ ٢٢
Они сказали: «О Муса (Моисей)! Там обитают могучие люди, и мы не войдем туда, пока они не уйдут оттуда. Если же они уйдут оттуда, то мы войдем».
Qövmü ona dedi: "Ey Musa! Müqəddəs torpaqda çox qüvvətli və qüdrətli adamlar vardır və bu, bizim ora daxil olmağımıza mane olur. Onlar orada olduğu müddətcə biz əsla oraya daxil olmayacağıq. Çünki bizim onlarla döyüşməyə gücümüz və taqətimiz yoxdur. Əgər onlar oradan çıxsalar, biz oraya daxil olarıq".
5:23Страница 111
قَالَ رَجُلَانِ مِنَ ٱلَّذِينَ يَخَافُونَ أَنۡعَمَ ٱللَّهُ عَلَيۡهِمَا ٱدۡخُلُواْ عَلَيۡهِمُ ٱلۡبَابَ فَإِذَا دَخَلۡتُمُوهُ فَإِنَّكُمۡ غَٰلِبُونَۚ وَعَلَى ٱللَّهِ فَتَوَكَّلُوٓاْ إِن كُنتُم مُّؤۡمِنِينَ ٢٣
Двое богобоязненных мужчин, которым Аллах оказал милость, сказали: «Входите к ним через ворота. Когда вы войдете туда, вы непременно одержите победу. Уповайте только на Аллаха, если вы являетесь верующими».
Allahdan və Onun əzabından qorxanlar arasından Allahın onları itaətinə müvəffəq etməklə nemət bəxş etdiyi Musanın əshabından iki kişi, qövmünü Musanın - aleyhissəlam - əmrinə tabeçilik göstərməyə həvəsləndirərək dedi: "Qüvvətli adamların üzərinə şəhərin qapısından daxil olun. Əgər siz qapıdan keçib ora daxil olsanız, Allahın izni ilə və Allah qələbəni Allaha imana və maddi vasitələrdən istifadə edərək səbəblərə bağladığı sünnəsinə inanaraq onlara mütləq qalib gələrsiniz. Əgər siz həqiqi möminsinizsə, tək Allaha etimad və təvəkkül edin!".
5:24Страница 112
قَالُواْ يَٰمُوسَىٰٓ إِنَّا لَن نَّدۡخُلَهَآ أَبَدٗا مَّا دَامُواْ فِيهَا فَٱذۡهَبۡ أَنتَ وَرَبُّكَ فَقَٰتِلَآ إِنَّا هَٰهُنَا قَٰعِدُونَ ٢٤
Они сказали: «О Муса (Моисей)! Мы ни за что не войдем туда, пока они находятся там. Ступай и сражайся вместе со своим Господом, мы же посидим здесь».
İsrail oğullarından olan Musanın qövmü öz peyğəmbərləri Musanın - aleyissəlam - əmrinə müxalif olaraq israrla dedilər: "Qüvvətli adamlar orada olduqları müddətcə biz əsla o şəhərə girməyəcəyik. Ey Musa! Elə isə sən get Rəbbinlə birlikdə o qüvvətli adamlara qarşı vuruş. Amma biz isə sizinlə birgə vuruşmaqdan geridə qalıb burada öz yerimizdə oturacağıq".
5:25Страница 112
قَالَ رَبِّ إِنِّي لَآ أَمۡلِكُ إِلَّا نَفۡسِي وَأَخِيۖ فَٱفۡرُقۡ بَيۡنَنَا وَبَيۡنَ ٱلۡقَوۡمِ ٱلۡفَٰسِقِينَ ٢٥
Он сказал: «Господи! Я властен только над самим собой и моим братом. Разлучи же нас с (или рассуди между нами и) нечестивыми людьми».
Musa Rəbbinə dedi: "Ey Rəbbim! Mənim özüm və qardaşım Harundan başqa heç bir kimsə üzərində hökmüm yoxdur. Odur ki, Sən bizimlə Sənin və Sənin rəsulunun itaətindən çıxmış tayfanın arasını ayır!"
5:26Страница 112
قَالَ فَإِنَّهَا مُحَرَّمَةٌ عَلَيۡهِمۡۛ أَرۡبَعِينَ سَنَةٗۛ يَتِيهُونَ فِي ٱلۡأَرۡضِۚ فَلَا تَأۡسَ عَلَى ٱلۡقَوۡمِ ٱلۡفَٰسِقِينَ ٢٦
Он сказал: «Тогда она будет запретна для них в течение сорока лет. Они будут скитаться по земле. Не печалься же о нечестивых людях».
Allah, peyğəmbəri Musaya - aleyhissəlam - dedi: "Allah onlara müqəddəs torpaqa daxil olmağı qırx il müddətinə haram edildi. Onlar bu müddət ərzində səhrada heyrət içərisində azmış halda gəzib dolaşacaqlar. Ey Musa! Sən Allahın itaətindən çıxmış tayfa üçün heyifsilənmə, çünki onların başına gələn müsibət öz əlləri ilə etdikləri asiliklərin və günahların səbəbindəndir".
5:27Страница 112
۞ وَٱتۡلُ عَلَيۡهِمۡ نَبَأَ ٱبۡنَيۡ ءَادَمَ بِٱلۡحَقِّ إِذۡ قَرَّبَا قُرۡبَانٗا فَتُقُبِّلَ مِنۡ أَحَدِهِمَا وَلَمۡ يُتَقَبَّلۡ مِنَ ٱلۡأٓخَرِ قَالَ لَأَقۡتُلَنَّكَۖ قَالَ إِنَّمَا يَتَقَبَّلُ ٱللَّهُ مِنَ ٱلۡمُتَّقِينَ ٢٧
Прочти им истинный рассказ о двух сыновьях Адама. Вот они оба принесли жертву, и она была принята от одного из них и была не принята от другого. Он сказал: «Я непременно убью тебя». Он ответил: «Воистину, Аллах принимает только от богобоязненных.
Ey Peyğəmbər! Yəhudilərdən olan həsəd aparan zalim kəslərə Adəmin iki oğlu: Qabil və Habilin əhvalatını, bu barədə heç bir şübhə olmadan gerçək olaraq danış. O zaman hər ikisi pak olan Allaha yaxınlaşmaq məqsədi ilə qurban vermiş, Allah Habilin gətirdiyi qurbanı, o, təqva əhlindən olduğu üçün qəbul etmiş, Qabil təqva əhlindən olmadığı üçün isə onun qurbanı qəbul edilməmişdi. Qabil, Habilin qurbanı qəbul olunduğu üçün ona həsəd edib və demişdir: "Ey Habil, Səni hökmən öldürəcəyəm!". Habil də ona belə demişdir: "Həqiqətən Allah, Onun əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Ondan qorxan kimsənin qurbanını qəbul edər.
5:28Страница 112
لَئِنۢ بَسَطتَ إِلَيَّ يَدَكَ لِتَقۡتُلَنِي مَآ أَنَا۠ بِبَاسِطٖ يَدِيَ إِلَيۡكَ لِأَقۡتُلَكَۖ إِنِّيٓ أَخَافُ ٱللَّهَ رَبَّ ٱلۡعَٰلَمِينَ ٢٨
Если ты протянешь ко мне руку, чтобы убить меня, я все равно не протяну руки, чтобы убить тебя. Воистину, я боюсь Аллаха, Господа миров.
Sən məni öldürmək üçün mənə əl uzatsanda, mən sənin etdiyin kimi etməyəcəyəm. Bu heç də mənim səndən qorxduğuma görə deyil, lakin mən məxluqatın Rəbbi olan Allahdan qorxuram.
5:29Страница 112
إِنِّيٓ أُرِيدُ أَن تَبُوٓأَ بِإِثۡمِي وَإِثۡمِكَ فَتَكُونَ مِنۡ أَصۡحَٰبِ ٱلنَّارِۚ وَذَٰلِكَ جَزَٰٓؤُاْ ٱلظَّٰلِمِينَ ٢٩
Я хочу, чтобы ты вернулся с моим грехом и твоим грехом и оказался среди обитателей Огня. Таково воздаяние беззаконникам».
Habil Qabili qorxudaraq demişdir: "Mən istəyirəm ki, sən, həm mənim zülm və düşmənçilik edərək öldürmək günahımı, həm də əvvəlki günahını öz üzərinə götürəsən və qiyamət günü cəhənnəmə daxil olan, cəhənnəm əhlindən olasan. Bu, həddi aşanların cəzasıdır. Mən isə səni öldürməklə günahı öz üzərimə götürüb, cəhənnəm əhlindən olmaq istəmirəm".
5:30Страница 112
فَطَوَّعَتۡ لَهُۥ نَفۡسُهُۥ قَتۡلَ أَخِيهِ فَقَتَلَهُۥ فَأَصۡبَحَ مِنَ ٱلۡخَٰسِرِينَ ٣٠
Душа подтолкнула его на убийство своего брата, и он убил его и оказался одним из потерпевших убыток.
Nəhayət, Qabilin pis işlər görməyi əmr edən nəfsi, ona, qardaşı Habili zülm edərək qətlə yetirməyi gözəl göstərdi və Qabil, Habili öldürdü, elə bu səbəbdən də Qabil, dünya və axirətdə öz paylarını qanis edənlərdən oldu.
5:31Страница 112
فَبَعَثَ ٱللَّهُ غُرَابٗا يَبۡحَثُ فِي ٱلۡأَرۡضِ لِيُرِيَهُۥ كَيۡفَ يُوَٰرِي سَوۡءَةَ أَخِيهِۚ قَالَ يَٰوَيۡلَتَىٰٓ أَعَجَزۡتُ أَنۡ أَكُونَ مِثۡلَ هَٰذَا ٱلۡغُرَابِ فَأُوَٰرِيَ سَوۡءَةَ أَخِيۖ فَأَصۡبَحَ مِنَ ٱلنَّٰدِمِينَ ٣١
Аллах послал ворона, который стал разгребать землю, чтобы показать ему, как спрятать труп его брата. Он сказал: «Горе мне! Неужели я не могу поступить, как этот ворон, и спрятать труп моего брата?». Так он оказался одним из сожалеющих.
Allah qarğa göndərir ki, onun (Adəmin oğlu Qabilin) önündə torpağı qazıb ölmüş qarğanı orada basdırsın və beləliklə də, ona öz qardaşının cəsədini necə dəfn edəcəyini göstərsin. Qardaş qatili olan bu adam (Qabil) bunu gördükdə belə demişdir: "Vay halıma! Yəni mən qardaşımın cəsədini basdırmaqda, ölmüş o qarğanı basdıran bu qarğa qədər olmaqdan da acizəmmi?!” Beləliklə o, qardaşının cəsədini basdırdı və peşmançılıq çəkənlərdən oldu.
5:32Страница 113
مِنۡ أَجۡلِ ذَٰلِكَ كَتَبۡنَا عَلَىٰ بَنِيٓ إِسۡرَٰٓءِيلَ أَنَّهُۥ مَن قَتَلَ نَفۡسَۢا بِغَيۡرِ نَفۡسٍ أَوۡ فَسَادٖ فِي ٱلۡأَرۡضِ فَكَأَنَّمَا قَتَلَ ٱلنَّاسَ جَمِيعٗا وَمَنۡ أَحۡيَاهَا فَكَأَنَّمَآ أَحۡيَا ٱلنَّاسَ جَمِيعٗاۚ وَلَقَدۡ جَآءَتۡهُمۡ رُسُلُنَا بِٱلۡبَيِّنَٰتِ ثُمَّ إِنَّ كَثِيرٗا مِّنۡهُم بَعۡدَ ذَٰلِكَ فِي ٱلۡأَرۡضِ لَمُسۡرِفُونَ ٣٢
По этой причине Мы предписали сынам Исраила (Израиля): кто убьет человека не за убийство или распространение нечестия на земле, тот словно убил всех людей, а кто сохранит жизнь человеку, тот словно сохранит жизнь всем людям. Наши посланники уже явились к ним с ясными знамениями, но многие из них после этого излишествуют на земле.
Qabil qardaşını öldürdüyün görə də İsrail oğullarına bildirdik ki, kim bir cana qisas səbəbi ilə qəsd etməyən və ya yer üzündə küfür, quldurluq edərək fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüş kimi olar. Çünki onun üçün cinayətkarla günahsız insan arasında fərq yoxdur. Kim də uca Allahın öldürməyi haram etdiyi bir nəfsi haram olduğunu etiqad edərək öldürməkdən əl çəkib, qətlə yetirməzsə, sanki bütün insanları diriltmiş kimi olar. Çünki onun bu əməli bütün insanların salamat qalmasıdır. Artıq peyğəmbərlərimiz İsrail oğullarına açıq-aydın dəlillər və sübutlar gətirmişdilər. Amma buna baxmayaraq onların çoxu yenə də günahlar etməklə və onlara göndərilən elçilərə müxalif olmaqla Allahın qoyduğu hüdudları aşırlar.
5:33Страница 113
إِنَّمَا جَزَٰٓؤُاْ ٱلَّذِينَ يُحَارِبُونَ ٱللَّهَ وَرَسُولَهُۥ وَيَسۡعَوۡنَ فِي ٱلۡأَرۡضِ فَسَادًا أَن يُقَتَّلُوٓاْ أَوۡ يُصَلَّبُوٓاْ أَوۡ تُقَطَّعَ أَيۡدِيهِمۡ وَأَرۡجُلُهُم مِّنۡ خِلَٰفٍ أَوۡ يُنفَوۡاْ مِنَ ٱلۡأَرۡضِۚ ذَٰلِكَ لَهُمۡ خِزۡيٞ فِي ٱلدُّنۡيَاۖ وَلَهُمۡ فِي ٱلۡأٓخِرَةِ عَذَابٌ عَظِيمٌ ٣٣
Воистину, те, которые сражаются против Аллаха и Его Посланника и стремятся сотворить на земле нечестие, в воздаяние должны быть убиты или распяты, или у них должны быть отсечены накрест руки и ноги, или они должны быть изгнаны из страны. Это будет для них позором в этом мире, а в Последней жизни для них уготованы великие мучения.
Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - qarşı savaşanların və yer üzündə qətlə yetirmək, insanların mallarını əllərindən almaq və quldurluq etməklə fitnə-fəsad törətməyə və ədavət salmağa səy göstərənlərin əzabı ancaq ya çarmıxa çəkilmədən və ya taxta və s. bu kimi şeylər üzərində çarmıxa çəkilərək öldürülmək, yaxud sag əllərinin və sol ayaqlarının çarpazvari kəsilməsi, əgər bundan sonra yenə də bu işə qayıdarsa sol əli və sağ ayağı çarpazvari kəsilməsi yaxud da yaşadıqları yerdən sürgün edilib, heç bir dövlətdə sakin olmağa izin verilməməkdir. Bu əzab, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir.
5:34Страница 113
إِلَّا ٱلَّذِينَ تَابُواْ مِن قَبۡلِ أَن تَقۡدِرُواْ عَلَيۡهِمۡۖ فَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ ٣٤
Исключением являются те, которые раскаялись и вернулись до того, как вы получили власть над ними. Знайте же, что Аллах - Прощающий, Милосердный.
Ey əmr sahibləri! Quldurluq edən kimsələrdən əlinizə keçməzdən öncə tövbə edənlər müstəsnadır. Bilin ki, onlar tövbə etdikdən sonra Allah onları bağışlayandır. Onlara əzab verməməsi də Allahın onlara olan bir rəhmətidir.
5:35Страница 113
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ وَٱبۡتَغُوٓاْ إِلَيۡهِ ٱلۡوَسِيلَةَ وَجَٰهِدُواْ فِي سَبِيلِهِۦ لَعَلَّكُمۡ تُفۡلِحُونَ ٣٥
О те, которые уверовали! Бойтесь Аллаха, ищите близости к Нему и сражайтесь на Его пути, - быть может, вы преуспеете.
Ey iman gətirənlər! Allahın əmrlərini yerinə yetirib, qadağan etdiklərindən çəkinməklə Allahdan qorxun. Sizə əmr etdiklərini əda edib, çəkindirdiklərindən uzaq durmaqla, Ona yaxınlaşmaq üçün yol axtarın. Onun razılığını qazanmaq üçün kafirlərlə cihad edin ki, əgər belə etsəniz, bəlkə istədiyinizə nail olub, qorxduqunuzdan nicat tapasınız.
5:36Страница 113
إِنَّ ٱلَّذِينَ كَفَرُواْ لَوۡ أَنَّ لَهُم مَّا فِي ٱلۡأَرۡضِ جَمِيعٗا وَمِثۡلَهُۥ مَعَهُۥ لِيَفۡتَدُواْ بِهِۦ مِنۡ عَذَابِ يَوۡمِ ٱلۡقِيَٰمَةِ مَا تُقُبِّلَ مِنۡهُمۡۖ وَلَهُمۡ عَذَابٌ أَلِيمٞ ٣٦
Воистину, если бы у неверующих было все, что есть на земле, и еще столько же, чтобы откупиться от мучений в День воскресения, то это не было бы принято от них. Им уготованы мучительные страдания.
Şübhəsiz ki, Allahı və Onun peyğəmbərlərini inkar edənlərin hər birinin mülkü, yer üzündə olanların hamısı, üstəlik, bir o qədər də özlərinin olsa və onlar bunu Qiyamət günü Allahın əzabından canlarını qurtarmaq üçün versələr, bu fidyə əsla onlardan qəbul edilməz. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
5:37Страница 114
يُرِيدُونَ أَن يَخۡرُجُواْ مِنَ ٱلنَّارِ وَمَا هُم بِخَٰرِجِينَ مِنۡهَاۖ وَلَهُمۡ عَذَابٞ مُّقِيمٞ ٣٧
Они захотят выйти из Огня, но не смогут выйти оттуда. Им уготованы вечные мучения.
Kafirlər cəhənnəmə daxil olduqda oradan çıxmaq istərlər, onlar buna necə nail ola bilərlər?! Onlar oradan heç vaxt çıxan bilməyəcəklər. Onlar üçün Cəhənnəmdə davamlı əzab vardır.
5:38Страница 114
وَٱلسَّارِقُ وَٱلسَّارِقَةُ فَٱقۡطَعُوٓاْ أَيۡدِيَهُمَا جَزَآءَۢ بِمَا كَسَبَا نَكَٰلٗا مِّنَ ٱللَّهِۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٞ ٣٨
Вору и воровке отсекайте руки в воздаяние за то, что они совершили. Таково наказание от Аллаха, ведь Аллах - Могущественный, Мудрый.
Ey Hakimlər! Oğru kişinin və oğru qadının, haqsız yerə insanların malların götürdüklərinə görə hər birinə, Allahdan etdikləri əməlin cəzası olaraq, həm onları, həm də başqalarını qorxutmaq məqsədi ilə sağ əllərini kəsin! Allah qüdrətlidir heç bir şey Onu məğlub edə bilməz. O, işlərində və şəriətində hikmət sahibidir.
5:39Страница 114
فَمَن تَابَ مِنۢ بَعۡدِ ظُلۡمِهِۦ وَأَصۡلَحَ فَإِنَّ ٱللَّهَ يَتُوبُ عَلَيۡهِۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٌ ٣٩
Аллах примет покаяние того, кто раскается после совершения несправедливости и исправит содеянное, ибо Аллах - Прощающий, Милосердный.
Kim oğurluq etməkdən Allaha tövbə edib özünü islah edərsə, şübhəsiz ki, Allah Öz lütf ilə onun tövbəsini qəbul edər. Çünki Allah, qullahından Ona töbə edənlərin günahlarını bağışlayandır və onlara qarşı rəhmlidir. Amma oğurluq işi hakimlərə çatarsa, bu zaman onun tövbə etyməsi ona oğurluq cəzasının tətbiq edilməsinə mane ola bilməz.
5:40Страница 114
أَلَمۡ تَعۡلَمۡ أَنَّ ٱللَّهَ لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ يُعَذِّبُ مَن يَشَآءُ وَيَغۡفِرُ لِمَن يَشَآءُۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ٤٠
Разве ты не знаешь, что Аллаху принадлежит власть над небесами и землей? Он подвергает мучениям, кого пожелает, и прощает, кого пожелает. Аллах способен на всякую вещь.
Ey Peyğəmbər! Göylərin və yerin mülkünün Allaha məxsus olduğunu və Allahın orada istədiyi etdiyini artıq bildin. O, istədiyinə ədaləti ilə əzab verər, istədiyini də Öz lütfü ilə bağışlayar. Həqiqətən, Allah hər şeyə qadirdir. Onu heç bir şey aciz edə bilməz.
5:41Страница 114
۞ يَٰٓأَيُّهَا ٱلرَّسُولُ لَا يَحۡزُنكَ ٱلَّذِينَ يُسَٰرِعُونَ فِي ٱلۡكُفۡرِ مِنَ ٱلَّذِينَ قَالُوٓاْ ءَامَنَّا بِأَفۡوَٰهِهِمۡ وَلَمۡ تُؤۡمِن قُلُوبُهُمۡۛ وَمِنَ ٱلَّذِينَ هَادُواْۛ سَمَّٰعُونَ لِلۡكَذِبِ سَمَّٰعُونَ لِقَوۡمٍ ءَاخَرِينَ لَمۡ يَأۡتُوكَۖ يُحَرِّفُونَ ٱلۡكَلِمَ مِنۢ بَعۡدِ مَوَاضِعِهِۦۖ يَقُولُونَ إِنۡ أُوتِيتُمۡ هَٰذَا فَخُذُوهُ وَإِن لَّمۡ تُؤۡتَوۡهُ فَٱحۡذَرُواْۚ وَمَن يُرِدِ ٱللَّهُ فِتۡنَتَهُۥ فَلَن تَمۡلِكَ لَهُۥ مِنَ ٱللَّهِ شَيۡـًٔاۚ أُوْلَٰٓئِكَ ٱلَّذِينَ لَمۡ يُرِدِ ٱللَّهُ أَن يُطَهِّرَ قُلُوبَهُمۡۚ لَهُمۡ فِي ٱلدُّنۡيَا خِزۡيٞۖ وَلَهُمۡ فِي ٱلۡأٓخِرَةِ عَذَابٌ عَظِيمٞ ٤١
О Посланник! Пусть тебя не печалят те, которые стремятся исповедовать неверие и говорят своими устами: «Мы уверовали», - хотя их сердца не уверовали. Среди исповедующих иудаизм есть такие, которые охотно прислушиваются ко лжи и прислушиваются к другим людям, которые не явились к тебе. Они искажают слова, меняя их местами, и говорят: «Если вам дадут это, то берите, но если вам не дадут этого, то остерегайтесь». Того, кого Аллах желает подвергнуть искушению, ты не властен защитить от Аллаха. Их сердца Аллах не пожелал очистить. В этом мире их ожидает позор, а в Последней жизни им уготованы великие мучения.
Ey Peyğəmbər! Qəlblərində küfrü gizlədib, zahirdə isə özlərinin iman gətirdiklərini göstərərək, səni qəzəbləndirmək üçün küfr əməllər etməyə can atan münafiqlərin və yəhudilərdən öz böyüklərindən yalanı dinləyib, bunu qəbul edib, sənə üz çevirərək sənin yanına gəlməyən başçılarına təqlid edənlərin halı səni kədərləndirməsin. Onlar Tövratdakı Allahın kəlamının öz havalarına uyğun olaraq dəyişdirib onlara tabe olanlara deyirlər: "Əgər Muhəmmədin hökmü sizin istəyinizə müvafiq olsa, ona tabe olun. Yox əgər istəyinizə müvafiq olmasa, ondan çəkinin!" Ey Peyğəmbər! Allah insanlardan kimi azdırmaq istərsə, sən kiminsə onu azğınlıqdan çıxarıb, haqq yoluna yönəldən tapa bilməzsən. Yəhudilərdən və münafiqlərdən bu sifətlərə sahib kimsələr, məhz Allah onların qəlblərini küfrdən təmizləmək istəmdiyi kimsələrdir. Onlar üçün dünyada rəzillik və ar, axirətdə isə böyük bir əzab, cəhənnəm əzabı vardır.
5:42Страница 115
سَمَّٰعُونَ لِلۡكَذِبِ أَكَّٰلُونَ لِلسُّحۡتِۚ فَإِن جَآءُوكَ فَٱحۡكُم بَيۡنَهُمۡ أَوۡ أَعۡرِضۡ عَنۡهُمۡۖ وَإِن تُعۡرِضۡ عَنۡهُمۡ فَلَن يَضُرُّوكَ شَيۡـٔٗاۖ وَإِنۡ حَكَمۡتَ فَٱحۡكُم بَيۡنَهُم بِٱلۡقِسۡطِۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُقۡسِطِينَ ٤٢
Они охотно выслушивают ложь и пожирают запретное. Если они явятся к тебе, то рассуди их или же отвернись от них. Если ты отвернешься от них, то они нисколько не навредят тебе. Но если ты вынесешь решение, то суди их беспристрастно. Воистину, Аллах любит беспристрастных.
Bu yəhudilər yalana həddən çox qulaq asır və sələm kimi daima haram mal yeyirlər. Ey Peyğəmbər! Əgər onlar səndən öz aralarında hökm verməni tələb etsələr, istəsən onlar arasında hökm ver, ya da istəsən onlardan üz çevir. Sən bu iki iş arasında ixtiyar sahibisən. Əgər onlar arasında hökm verməsən, sənə heç bir şeylə zərər verə biləməzlər. Əgər onların arasında hökm verməli olsan, onlar zalım və ya düşmən də olsa, sən yenə də onların arasında ədalətlə hökm ver. Şübhəsiz ki, Allah, hökmündə, mühakimə olunanlar mühakimə edənlərin düşmənləri olsa, ədalətli olanları sevər.
5:43Страница 115
وَكَيۡفَ يُحَكِّمُونَكَ وَعِندَهُمُ ٱلتَّوۡرَىٰةُ فِيهَا حُكۡمُ ٱللَّهِ ثُمَّ يَتَوَلَّوۡنَ مِنۢ بَعۡدِ ذَٰلِكَۚ وَمَآ أُوْلَٰٓئِكَ بِٱلۡمُؤۡمِنِينَ ٤٣
Но как они выберут тебя судьей, если у них есть Таурат (Тора), содержащий закон Аллаха? Даже после этого они отворачиваются, ибо они не являются верующими.
Həqiqətən, yəhudilərin işi çox qəribədir. Onlar səni inkar edirlər, amma içində Allahın hökmü olan və özlərinin də iman gətirdiklərini idda etdikləri Tövrat onlarda olduğu halda, sənin, onların nəfsi istəklərinə müvafiq hökm verməyinə tamah edərək, səndən onlar arasında hökm verməni istəyirlər. Sonra da sənin verdiyin hökm öz nəfsi istəklərinə müvafiq olmadıqda, ondan üz çevirirlər. Onların etdikləri bu əməl, iman gətirmiş kimsələrin etdiyi əməl deyildir. Elə isə onlar, nə sənə, nə də sənin gətirdiyinə iman etmiş kimsələrdir.
5:44Страница 115
إِنَّآ أَنزَلۡنَا ٱلتَّوۡرَىٰةَ فِيهَا هُدٗى وَنُورٞۚ يَحۡكُمُ بِهَا ٱلنَّبِيُّونَ ٱلَّذِينَ أَسۡلَمُواْ لِلَّذِينَ هَادُواْ وَٱلرَّبَّٰنِيُّونَ وَٱلۡأَحۡبَارُ بِمَا ٱسۡتُحۡفِظُواْ مِن كِتَٰبِ ٱللَّهِ وَكَانُواْ عَلَيۡهِ شُهَدَآءَۚ فَلَا تَخۡشَوُاْ ٱلنَّاسَ وَٱخۡشَوۡنِ وَلَا تَشۡتَرُواْ بِـَٔايَٰتِي ثَمَنٗا قَلِيلٗاۚ وَمَن لَّمۡ يَحۡكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡكَٰفِرُونَ ٤٤
Мы ниспослали Таурат (Тору), в котором содержится верное руководство и свет. Покорившиеся пророки выносили по нему решения для исповедующих иудаизм. Раввины и первосвященники поступали таким же образом в соответствии с тем, что им было поручено сохранить из Писания Аллаха. Они свидетельствовали о нем. Не бойтесь же людей, а бойтесь Меня, и не продавайте Мои знамения за ничтожную цену. Те же, которые не принимают решений в соответствии с тем, что ниспослал Аллах, являются неверующими.
Həqiqətən, Tövratı Musaya - aleyhissəlam - Biz nazil etdik. Orada xeyirə yönəldən doğru yol və işıq saçan nur vardır. Allaha itaətlə boyun əyən İsrail oğullarının peyğəmbərləri və insanları, Allah, Öz kitabında qorunub saxladığı hökmlərlə tərbiyə edən din xadimləri və fəqihlər onunla hökm verərdilər. Allah onları kitaba təhrif və dəyişiklik etməkdən qorumaları üçün etibarlı insanlar etmişdir. Onlar bu kitabın haqq bir kitab olmasını şahiddirlər və insanlar da bu kitab barədə bilği almaq istədikdə onlara müraciət edirdilər. Ey Yəhudilər! İnsanlardan qorxmayın, tək Məndən qorxun! Allahın nazil etdiyi ilə hökmü verməyi başçılıq, şan-şöhrət və mal-dövlət kimi ucuz qiymətə dəyişməyin. Allahın nazil etdiyi vəhy ilə hökm verməməsini özünə halal görən yaxud başqa hökmləri Allahın hökmündən üstün, yaxud Allahın hökmünə bərabər tutaraq Allahın nazil etdiyi ilə hökm etməyənlər, kafirdirlər.
5:45Страница 115
وَكَتَبۡنَا عَلَيۡهِمۡ فِيهَآ أَنَّ ٱلنَّفۡسَ بِٱلنَّفۡسِ وَٱلۡعَيۡنَ بِٱلۡعَيۡنِ وَٱلۡأَنفَ بِٱلۡأَنفِ وَٱلۡأُذُنَ بِٱلۡأُذُنِ وَٱلسِّنَّ بِٱلسِّنِّ وَٱلۡجُرُوحَ قِصَاصٞۚ فَمَن تَصَدَّقَ بِهِۦ فَهُوَ كَفَّارَةٞ لَّهُۥۚ وَمَن لَّمۡ يَحۡكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلظَّٰلِمُونَ ٤٥
Мы предписали им в нем: душа - за душу, око - за око, нос - за нос, ухо - за ухо, зуб - за зуб, а за раны - возмездие. Но если кто-нибудь пожертвует этим, то это станет для него искуплением. Те же, которые не принимают решений в соответствии с тем, что ниспослал Аллах, являются беззаконниками.
Biz Tövratda yəhudilərə, kim bir cana haqsız yerə qəsd edərək qətlə yetirərsə onu da qətilə yetirməyi, kim qəsdən bir göz çıxararsa, onun da gözünü çıxartmağı, kim qəsdən bir kimsənin burnunu kəsərsə onun da burnunun kəsilməsini, kim qəsdən bir kimsənin qulağını qoparasa onunda qulağının qopardılmağını, kim qəsdən bir kimsənin dişini çıxardarsa onun da dişinin çıxardılmağını vacib buyurduq. Biz onlara yazıb hökm etdik ki, cinayətkara, xəsarət yetirdiyi yaranın eyni ilə dərhal cəza verilməlidir. Kim cinayətkarı qisas almadan bağışlayarsa, ona zülm edəni əfv etdiyinə görə, bu onun üçün günahlarına kəffarə olar. Qisas və başqa işlərdə Allahın nazil etdiyi ilə hökm verməyənlər, Allahın hüdudlarını aşanlardır.
5:46Страница 116
وَقَفَّيۡنَا عَلَىٰٓ ءَاثَٰرِهِم بِعِيسَى ٱبۡنِ مَرۡيَمَ مُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيۡهِ مِنَ ٱلتَّوۡرَىٰةِۖ وَءَاتَيۡنَٰهُ ٱلۡإِنجِيلَ فِيهِ هُدٗى وَنُورٞ وَمُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيۡهِ مِنَ ٱلتَّوۡرَىٰةِ وَهُدٗى وَمَوۡعِظَةٗ لِّلۡمُتَّقِينَ ٤٦
Вслед за ними Мы отправили Ису (Иисуса), сына Марьям (Марии), с подтверждением истинности того, что было прежде ниспослано в Таурате (Торе). Мы даровали ему Инджил (Евангелие), в котором было верное руководство и свет, которое подтверждало то, что прежде было ниспослано в Таурате (Торе). Он был верным руководством и увещеванием для богобоязненных.
İsrail oğullarına göndərilən Peyğəmbərlərin ardınca Məryəm oğlu İsanı, Tövratda olana iman edən və onunla hökm verən olaraq göndərdik. Biz İncili ona, içərisində haqqa yönəldən, şübhələri dəlillərlə dəf edən, Allahın höklmlərini onlara bəyan edən, özündən əvvəl Tövratda zikr olunan nəsx edilmiş az bir qism hökmlər müstəsna olmaqla, Tövrata müvafiq olaraq verdik. Biz İncili müttəqilər üçün doğru yol göstərən və Allahın onlara haram buyurduğundan çəkindirən etdik.
5:47Страница 116
وَلۡيَحۡكُمۡ أَهۡلُ ٱلۡإِنجِيلِ بِمَآ أَنزَلَ ٱللَّهُ فِيهِۚ وَمَن لَّمۡ يَحۡكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡفَٰسِقُونَ ٤٧
Пусть люди Инджила (Евангелия) судят согласно тому, что Аллах ниспослал в нем. Те же, которые не принимают решений в соответствии с тем, что ниспослал Аллах, являются нечестивцами.
Qoy nəsranilər Allahın İncildə nazil etdiynə iman etsinlər və onlar insanlar arasında - Muhəmməd - sallallahu aleyhi və səlləm - onlara gəlməzdən əvvəl orada olan haqla - İncil ilə hökm versinlər. Allahın nazil etdiyi ilə hökm verməyənlər, Allahın itaətindən çıxan, haqqı tərk edib və batilə meyl edən kimsələrdir.
5:48Страница 116
وَأَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ مُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيۡهِ مِنَ ٱلۡكِتَٰبِ وَمُهَيۡمِنًا عَلَيۡهِۖ فَٱحۡكُم بَيۡنَهُم بِمَآ أَنزَلَ ٱللَّهُۖ وَلَا تَتَّبِعۡ أَهۡوَآءَهُمۡ عَمَّا جَآءَكَ مِنَ ٱلۡحَقِّۚ لِكُلّٖ جَعَلۡنَا مِنكُمۡ شِرۡعَةٗ وَمِنۡهَاجٗاۚ وَلَوۡ شَآءَ ٱللَّهُ لَجَعَلَكُمۡ أُمَّةٗ وَٰحِدَةٗ وَلَٰكِن لِّيَبۡلُوَكُمۡ فِي مَآ ءَاتَىٰكُمۡۖ فَٱسۡتَبِقُواْ ٱلۡخَيۡرَٰتِۚ إِلَى ٱللَّهِ مَرۡجِعُكُمۡ جَمِيعٗا فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ فِيهِ تَخۡتَلِفُونَ ٤٨
Мы ниспослали тебе Писание с истиной в подтверждение прежних Писаний, и для того, чтобы оно предохраняло их (или свидетельствовало о них; или возвысилось над ними). Суди же их согласно тому, что ниспослал Аллах, и не потакай их желаниям, уклоняясь от явившейся к тебе истины. Каждому из вас Мы установили закон и путь. Если бы Аллах пожелал, то сделал бы вас одной общиной, однако Он разделил вас, чтобы испытать вас тем, что Он даровал вам. Состязайтесь же в добрых делах. Всем вам предстоит вернуться к Аллаху, и Он поведает вам о том, в чем вы расходились во мнениях.
Ey Peyğəmbər! Biz Quranı sənə, onun Allahdan olmasına heç bir şək-şübhə olmadan, özündən əvvəl nazil edilmiş ilahi kitabları təsdiqləyən, onların doğruluğuna şahidlik edən, haqq olaraq nazil etdik. O kitablarda Qurana müvafiq olan hökmlər haqqdır, müxalif olanlar isə batil. Sən insanlar arasında, Allahın Qurandan sənə nazil etdiyi ilə hökm ver. Sənə nazil edilən, heç bir şəkkə yer olmayan haqqı buraxıb onların istəklərinə uyma. Biz hər bir ümmət üçün əməllərə bağlı hökmlərdən ibarət bir şəriət və onların Allahın yola yönəlmələri üçün açıq-aydın bir yol təyin etdik. Əgər Allah istəsəydi, bütün şəriətləri tək bir şəriət edərdi. Lakin Allah hamınızı imtahan edib, itaətkarı asi kimsədən ayırd edib, seçmək üçün hər bir ümmətə bir şəriət təyin etdi. Elə isə yaxşı işlər görməkdə və pis işlərdən əl çəkməkdə bir-birinizlə yarışın. Qiyamət günü dönüşünüz yalnız tək Allahadır. O, ixtilaf etdiyiniz şeylər barəsində sizə xəbər verəcək və etdiyiniz əməllərin də əvəzini sizə verəcəkdir.
5:49Страница 116
وَأَنِ ٱحۡكُم بَيۡنَهُم بِمَآ أَنزَلَ ٱللَّهُ وَلَا تَتَّبِعۡ أَهۡوَآءَهُمۡ وَٱحۡذَرۡهُمۡ أَن يَفۡتِنُوكَ عَنۢ بَعۡضِ مَآ أَنزَلَ ٱللَّهُ إِلَيۡكَۖ فَإِن تَوَلَّوۡاْ فَٱعۡلَمۡ أَنَّمَا يُرِيدُ ٱللَّهُ أَن يُصِيبَهُم بِبَعۡضِ ذُنُوبِهِمۡۗ وَإِنَّ كَثِيرٗا مِّنَ ٱلنَّاسِ لَفَٰسِقُونَ ٤٩
Суди между ними согласно тому, что ниспослал Аллах, не потакай их желаниям и остерегайся их, дабы они не отвратили тебя от части того, что ниспослал тебе Аллах. Если же они отвернутся, то знай, что Аллах желает покарать их за некоторые из их грехов. Воистину, многие люди являются нечестивцами.
Ey Peyğəmbər! Onların arasında Allahın sənə nazil etdiyi ilə hökm ver və onların öz nəfsi istəklərindən gələn fikirlərinə uyma. Onlardan ehtiyat et ki, Allahın sənə nazil etdiyi hökmlərin bəzisindən səni azdırmasınlar. Çünki onlar bu işdən heç vaxt əl çəkməzlər. Əgər onlar Allahın sənə nazil etdiyi hökmü qəbul etməkdən üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə dünya müsibəti ilə əzaba düçar etmək istəyir. Günahlarının hamısına görə isə onlara axirətdə əzab verəcəkdir. Həqiqətən, insanların çoxu Allaha itaət etməkdən uzaqdırlar.
5:50Страница 116
أَفَحُكۡمَ ٱلۡجَٰهِلِيَّةِ يَبۡغُونَۚ وَمَنۡ أَحۡسَنُ مِنَ ٱللَّهِ حُكۡمٗا لِّقَوۡمٖ يُوقِنُونَ ٥٠
Неужели они ищут суда времен невежества? Чьи решения могут быть лучше решений Аллаха для людей убежденных?
Onlar sənin verdiyin hökmdən üz çevirib, öz istəklərinə müvafiq hökm verən, bütpərəst cahiliyyə əhlinin hökmünümü istəyirlər? Allahın elçisinə nazil etdiyini dərk edib, qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kimsə yoxdur. Təbbi ki, cəhalətə və öz havalarına uyan kimsələr, hətta batil olsa da belə yalnız öz istəklərinə müvafiq olanı qəbul edərlər.
5:51Страница 117
۞ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّخِذُواْ ٱلۡيَهُودَ وَٱلنَّصَٰرَىٰٓ أَوۡلِيَآءَۘ بَعۡضُهُمۡ أَوۡلِيَآءُ بَعۡضٖۚ وَمَن يَتَوَلَّهُم مِّنكُمۡ فَإِنَّهُۥ مِنۡهُمۡۗ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّٰلِمِينَ ٥١
О те, которые уверовали! Не считайте иудеев и христиан своими помощниками и друзьями, поскольку они помогают друг другу. Если же кто-либо из вас считает их своими помощниками и друзьями, то он сам является одним из них. Воистину, Аллах не ведет прямым путем несправедливых людей.
Ey Allaha və Onun peyğəmbərinə iman gətirən kimsələr! Yəhudi və nəsraniləri özünüzə yaxın dost, sirdaş etməyin! Çünki yəhudi və nəsranilərin hər biri, yalnız öz millətindən olanları özlərinə dost tuturlar. Bu iki firqənin hər biri, sizə qarşı düşmənçilik bəsləyir. Sizlərdən kim onları özünə dost tutarsa, o da onlardandır. Şübhəsiz ki, Allah zalım qövmü, kafirlərləri özünə dost tutduğu üçün doğru yola yönəltməz.
5:52Страница 117
فَتَرَى ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ يُسَٰرِعُونَ فِيهِمۡ يَقُولُونَ نَخۡشَىٰٓ أَن تُصِيبَنَا دَآئِرَةٞۚ فَعَسَى ٱللَّهُ أَن يَأۡتِيَ بِٱلۡفَتۡحِ أَوۡ أَمۡرٖ مِّنۡ عِندِهِۦ فَيُصۡبِحُواْ عَلَىٰ مَآ أَسَرُّواْ فِيٓ أَنفُسِهِمۡ نَٰدِمِينَ ٥٢
Ты видишь, что те, чьи сердца поражены недугом, поспешают среди них и говорят: «Мы боимся, что нас постигнет беда». Но, может быть, Аллах явится с победой или своим повелением, и тогда они станут сожалеть о том, что утаивали в себе.
Ey Peyğəmbər! İmanı zəif olan münafiqlərin: "Yəhudi və nəsranilərin qələbə çalmasından və özlərinə dövlət qurub, onlardan bizə hər hansı bir pisliyin gəlməsindən qorxuruq"– deyərək onları özlərinə dost tutmağa can atdıqlarını görərsən. Ola bilsin ki, Allah fəthi Öz elçisinə və möminlərə nəsib etsin, yaxud onları, yəhudilərin və ya onların tərəfdarların hücumundan müdafiə etsin və beləliklə də, onları özlərinə dost tutmağa can atanlar qəlblərindəki nifaqı gizlətdiklərindən dolayı peşman olsunlar.
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии