Аль-МухтасарАз‑Зарият · 51:1–60

Аль-Мухтасар · Тафсир · на азербайджанском

الذاريات

Аз-Зарият

Рассеивающие прах · Мекканская · 60 аятов

51:1Страница 520

وَٱلذَّٰرِيَٰتِ ذَرۡوٗا ١

Клянусь рассеивающими прах!

Allah, toz-torpağı ət­ra­fa sə­pə­ləyən küləklərə and içir.

51:2Страница 520

فَٱلۡحَٰمِلَٰتِ وِقۡرٗا ٢

Клянусь несущими бремя!

Uca Allah, həmçinin, yağmur yükü daşıyan­ buludlara and içir.

51:3Страница 520

فَٱلۡجَٰرِيَٰتِ يُسۡرٗا ٣

Клянусь плывущими легко!

Uca Allah, həmçinin, dənizdə rahatlıqla və asanlıqla üzüb gedən gəmilərə and içir.

51:4Страница 520

فَٱلۡمُقَسِّمَٰتِ أَمۡرًا ٤

Клянусь распределяющими дела!

Uca Allah, həmçinin, Allahın Öz qullarına aid buyurduğu əmrləri paylaşdıran mələklərə and içir.

51:5Страница 520

إِنَّمَا تُوعَدُونَ لَصَادِقٞ ٥

Обещанное вам есть истина,

Sizə vəd olunan haqq-hesaba çəkilmə və əməllərin əvəzini alma həqiqətdir, bunda heç bir şəkk-şübhə yoxdur.

51:6Страница 520

وَإِنَّ ٱلدِّينَ لَوَٰقِعٞ ٦

и суд непременно наступит.

Qiyamət günü bəndələrin haqq-hesaba çəkilməsi mütləq baş verəcəkdir, buna heç bir şübhə yoxdur.

51:7Страница 521

وَٱلسَّمَآءِ ذَاتِ ٱلۡحُبُكِ ٧

Клянусь небом, обладающим прекрасным обликом (или небом, обладающим мощью; или небом со звездами)!

Uca Allah özünəməxsus yolları olan gözəl görünüşlü səmaya! and içir.

51:8Страница 521

إِنَّكُمۡ لَفِي قَوۡلٖ مُّخۡتَلِفٖ ٨

Ваши (неверующих) слова противоречивы.

Ey Məkkə əhli! Sizin sözləriniz bir-birinə müxalif və ziddiy­yət­li­dir. Belə ki, siz bəzən Quranın sehr olduğunu, bəzən də onun şeir olduğunu deyirsiniz. Həmçinin, bəzən Muhəmmədin sehrbaz olduğunu, bəzən də onun şair olduğunu deyirsiniz.

51:9Страница 521

يُؤۡفَكُ عَنۡهُ مَنۡ أُفِكَ ٩

Отвращен от него (Мухаммада или Корана) тот, кто был отвращен.

Qurana və Peyğəmbərə (səllallahu aleyhi və səlləm) iman gətirməkdən üz döndərən kimsə, Allahın əzəli elminə əsasən bundan dön­də­ri­lər. Belə ki, bu əzəli elmə görə o, nə iman gətirər, nə də hidayətə müvəffəq olar.

51:10Страница 521

قُتِلَ ٱلۡخَرَّٰصُونَ ١٠

Да будут убиты лжецы,

Lənət olsun haqqı yalan sayan o kimsələrə ki, onlar Quran və Allahın Peyğəmbərləri barədə yalan danışmışlar.

51:11Страница 521

ٱلَّذِينَ هُمۡ فِي غَمۡرَةٖ سَاهُونَ ١١

которые окутаны невежеством и беспечны!

O kəslər ki, cəhalət içində olub axirət yurdundan qafildirlər və buna heç əhəmiyyət vermirlər.

51:12Страница 521

يَسۡـَٔلُونَ أَيَّانَ يَوۡمُ ٱلدِّينِ ١٢

Они спрашивают, когда же настанет День воздаяния?

Onlar: "Haqq-hesab günü nə vaxt olacaq?"- deyə soruşurlar. Halbuki özləri həmin gün üçün bir iş görmürlər.

51:13Страница 521

يَوۡمَ هُمۡ عَلَى ٱلنَّارِ يُفۡتَنُونَ ١٣

В тот день они будут гореть в Огне.

Allah onların sualına belə cavab verir: "O gün onlara odda əzab veriləcəkdir".

51:14Страница 521

ذُوقُواْ فِتۡنَتَكُمۡ هَٰذَا ٱلَّذِي كُنتُم بِهِۦ تَسۡتَعۡجِلُونَ ١٤

Вкусите ваше наказание, которое вы торопили.

Onlara deyiləcək: “Dadın əzabınızı! Sizə xəbərdarlıq edilərkən sizin istehza edərək tez-tələsik gəlməsini istədiyiniz əzab budur!”

51:15Страница 521

إِنَّ ٱلۡمُتَّقِينَ فِي جَنَّٰتٖ وَعُيُونٍ ١٥

Воистину, богобоязненные пребудут в Райских садах и среди источников,

Şübhəsiz ki, Rəbbinin əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Ondan qorxan kimsələr qiyamət günü bağlar və axar çeşmələr başında olacaqlar.

51:16Страница 521

ءَاخِذِينَ مَآ ءَاتَىٰهُمۡ رَبُّهُمۡۚ إِنَّهُمۡ كَانُواْ قَبۡلَ ذَٰلِكَ مُحۡسِنِينَ ١٦

получая то, что даровал им их Господь. До этого они были творящими добро.

Rəbbinin onlara ver­di­yi gözəl mükafatı ala­caqlar. Həqiqətən, on­lar bu gözəl mükafatdan əvvəl dünyada yaxşı iş gö­rən kimsələr olmuşdular.

51:17Страница 521

كَانُواْ قَلِيلٗا مِّنَ ٱلَّيۡلِ مَا يَهۡجَعُونَ ١٧

Они спали лишь малую часть ночи,

Onlar gecələr namaz qılıb az bir vaxt ya­tır­dı­lar.

51:18Страница 521

وَبِٱلۡأَسۡحَارِ هُمۡ يَسۡتَغۡفِرُونَ ١٨

а перед рассветом они молили о прощении.

Onlar sübh çağı öz günahlarına görə Allahdan bağış­lan­ma diləyirdilər.

51:19Страница 521

وَفِيٓ أَمۡوَٰلِهِمۡ حَقّٞ لِّلسَّآئِلِ وَٱلۡمَحۡرُومِ ١٩

Они выделяли известную долю своего имущества для просящих и обездоленных.

Onların mal-dövlətində insanlardan di­lənən və bir də dilənməyən, ruzidən məhrum olmuş kasıba könüllü veriləcək payı var idi­.

51:20Страница 521

وَفِي ٱلۡأَرۡضِ ءَايَٰتٞ لِّلۡمُوقِنِينَ ٢٠

На земле есть знамения для людей убежденных,

Allahın xaliq və surət verən olduğuna qəti inananlar üçün yer üzündə və Allahın ora yerləşdirdiyi dağlarda, dənizlərdə, çaylarda, ağaclarda, bitkilərdə və heyvanlarda Allahın qüdrətinə dəlalət edən dəlillər vardır.

51:21Страница 521

وَفِيٓ أَنفُسِكُمۡۚ أَفَلَا تُبۡصِرُونَ ٢١

а также в вас самих. Неужели вы не видите?

Ey insanlar! Sizin özünüzdə də, Allahın qüdrətinə dəlalət edən dəlil­lər vardır. Məgər görüb ibrət amırsınız?!

51:22Страница 521

وَفِي ٱلسَّمَآءِ رِزۡقُكُمۡ وَمَا تُوعَدُونَ ٢٢

На небе находится ваш удел и то, что вам обещано.

Sizin dünyavi və dini ruziniz, habelə, sizə vəd olunan hər bir xeyir və şər göydədir.

51:23Страница 521

فَوَرَبِّ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ إِنَّهُۥ لَحَقّٞ مِّثۡلَ مَآ أَنَّكُمۡ تَنطِقُونَ ٢٣

Клянусь Господом неба и земли, что это является истиной, подобно тому, что вы обладаете даром речи.

Göyün və yerin Rəbbinə and ol­sun ki, dirilmə, sizin danışma­ğa qüdrətiniz olduğu ki­mi, içində heç bir şəkk olmayan həqiqətdir.

51:24Страница 521

هَلۡ أَتَىٰكَ حَدِيثُ ضَيۡفِ إِبۡرَٰهِيمَ ٱلۡمُكۡرَمِينَ ٢٤

Дошел ли до тебя рассказ о почтенных гостях Ибрахима (Авраама)?

Ey Peyğəmbər! İbrahimin -Aleyhissəlam- ehtiram göstərdiyi mələklərdən ibarət hörmətli qonaqlarının əhvalatı sənə gəlib çatdı­mı?

51:25Страница 521

إِذۡ دَخَلُواْ عَلَيۡهِ فَقَالُواْ سَلَٰمٗاۖ قَالَ سَلَٰمٞ قَوۡمٞ مُّنكَرُونَ ٢٥

Вот они вошли к нему и сказали: «Мир тебе!». Он сказал: «И вам мир, люди незнакомые!».

Onlar İbrahimin yanına daxil olduqları zaman dedilər: “Sənə salam olsun!” İbrahim də onlara belə cavab verdi: “Sizə də salam ol­sun!" Sonra o öz-özünə: "Bunlar tanımadığımız adamlardır!” – dedi.

51:26Страница 521

فَرَاغَ إِلَىٰٓ أَهۡلِهِۦ فَجَآءَ بِعِجۡلٖ سَمِينٖ ٢٦

Он направился к своей семье с опаской и принес жирного теленка.

O, təşviş içində ailəsinin yanına getdi və onları insan sanıb onlar üçün kök bir buzov gətirdi.

51:27Страница 521

فَقَرَّبَهُۥٓ إِلَيۡهِمۡ قَالَ أَلَا تَأۡكُلُونَ ٢٧

Он придвинул его к ним и сказал: «Не отведаете ли?».

O, buzovu onların qabağına qoyub mülayim səslə: “Sizin üçün hazırlanan bu yeməkdən yemirsinizmi?” – dedi.

51:28Страница 521

فَأَوۡجَسَ مِنۡهُمۡ خِيفَةٗۖ قَالُواْ لَا تَخَفۡۖ وَبَشَّرُوهُ بِغُلَٰمٍ عَلِيمٖ ٢٨

Он испугался их в душе, и тогда они сказали: «Не бойся». Они обрадовали его вестью о знающем мальчике.

İbrahim, qonaqların yemədik­lə­ri­ni görüb onlardan qorxuya düş­dü. Onlar İbrahimin əndişə etdiyini görüb onu arxayın edərək dedilər: “Qorx­ma! Biz Allahın göndərdiyi elçilərik” – de­dilər və ona çox elmli bir oğlan övladı olacağı ilə müj­də ver­dilər. Müjdə verilən uşaq İshaq (aleyhissəlam) idi.

51:29Страница 521

فَأَقۡبَلَتِ ٱمۡرَأَتُهُۥ فِي صَرَّةٖ فَصَكَّتۡ وَجۡهَهَا وَقَالَتۡ عَجُوزٌ عَقِيمٞ ٢٩

Его жена стала кричать и бить себя по лицу. Она сказала: «Старая бесплодная женщина!».

Zövcəsi bu müjdəni eşitdikdə sevincindən qışqırıb üz-gö­zü­nə vurdu və təəccüblə dedi: “Qoca qarı­, əslində sonsuz olan birisi doğacaqmı?!”

51:30Страница 521

قَالُواْ كَذَٰلِكِ قَالَ رَبُّكِۖ إِنَّهُۥ هُوَ ٱلۡحَكِيمُ ٱلۡعَلِيمُ ٣٠

Они сказали: «Так сказал твой Господь. Он - Мудрый, Знающий».

Mələklər ona dedilər: “Bizim sənə verdiyimiz müjdəni sənin Rəbbin demişdir və Onun dediyinin qarşısını heç kəs ala bilməz. Həqiqətən, O, yaratmaq və qədəri yazmaq xüsusunda Hikmət sahibidir, üstəlik, yaratdıqlarını və nəyin onlara xeyirli olduğunu Biləndir!”

51:31Страница 522

۞ قَالَ فَمَا خَطۡبُكُمۡ أَيُّهَا ٱلۡمُرۡسَلُونَ ٣١

Он сказал: «Какова же ваша миссия, о посланцы?».

İbrahim (aleyhissəlam) mələklərə dedi: "Sizin işiniz nədir? Nə üçün gəlmisiniz?"

51:32Страница 522

قَالُوٓاْ إِنَّآ أُرۡسِلۡنَآ إِلَىٰ قَوۡمٖ مُّجۡرِمِينَ ٣٢

Они сказали: «Мы посланы к грешным людям,

Mələklər ona belə cavab verdilər: "Allah bizi, murdar işlər görən günahkar qövmün üstünə göndərib ki,

51:33Страница 522

لِنُرۡسِلَ عَلَيۡهِمۡ حِجَارَةٗ مِّن طِينٖ ٣٣

чтобы наслать на них каменья из глины,

onların üstünə bərkimiş gildən daş­lar yağdıraq –

51:34Страница 522

مُّسَوَّمَةً عِندَ رَبِّكَ لِلۡمُسۡرِفِينَ ٣٤

помеченные у твоего Господа для тех, кто излишествовал».

Ey İbrahim! Sənin Rəbbinin yanında nişan qoyulmuş o daşlar, Allahın qoyduğu hudüdları həmçinin, küfr və asilikdə həddi aşan kimsələrin üzərinə yağdırılacaq.

51:35Страница 522

فَأَخۡرَجۡنَا مَن كَانَ فِيهَا مِنَ ٱلۡمُؤۡمِنِينَ ٣٥

Мы вывели оттуда всех уверовавших,

Biz Lut qövmünün yaşadığı kənddəki mömin­ləri oradan çıxartdıq ki, günahkarların düçar olacaqları əzaba düçar olmasınlar.

51:36Страница 522

فَمَا وَجَدۡنَا فِيهَا غَيۡرَ بَيۡتٖ مِّنَ ٱلۡمُسۡلِمِينَ ٣٦

но нашли там только один дом с мусульманами.

Lakin biz onların bu kəndində bir evdən - Lutun (aleyhissəlam) ailəsindən başqa müsəlman yaşayan bir ev tapmadıq.

51:37Страница 522

وَتَرَكۡنَا فِيهَآ ءَايَةٗ لِّلَّذِينَ يَخَافُونَ ٱلۡعَذَابَ ٱلۡأَلِيمَ ٣٧

Мы оставили там знамение для тех, которые боятся мучительных страданий.

Biz Lut qövmünün diyarında, onların əzaba düçar olduqlarını bildirən nişanələr qoyduq ki, onlara üz vermiş şiddətli əzabdan qor­xan­ kimsələr bundan ibrət alsınlar və canlarını əzabdan qurtarmaq üçün onların etdikləri kimi murdar əməllər etməsinlər.

51:38Страница 522

وَفِي مُوسَىٰٓ إِذۡ أَرۡسَلۡنَٰهُ إِلَىٰ فِرۡعَوۡنَ بِسُلۡطَٰنٖ مُّبِينٖ ٣٨

Знамение было и в рассказе о Мусе (Моисее). Вот Мы отправили его к Фараону с явным доводом.

Musanı açıq-aydın dəlillərlə Fi­ro­nun yanına göndərməyimizdə də, şiddətli əzabdan qorxan kimsələr üçün ibrət vardır.

51:39Страница 522

فَتَوَلَّىٰ بِرُكۡنِهِۦ وَقَالَ سَٰحِرٌ أَوۡ مَجۡنُونٞ ٣٩

Он отвернулся в сторону (или вместе со своим окружением) и сказал: «Колдун или одержимый!».

Fi­ro­n öz gücünə və ordusuna arxayın olub haqdan üz çe­vi­rdi və Musa (aleyhissəlam) barədə: “O, insanların sehr edən sehrbazdır, ya da nə danışdığını anlamayan də­lidir!” – dedi.

51:40Страница 522

فَأَخَذۡنَٰهُ وَجُنُودَهُۥ فَنَبَذۡنَٰهُمۡ فِي ٱلۡيَمِّ وَهُوَ مُلِيمٞ ٤٠

Мы схватили его вместе с войском и бросили их в море, и он был достоин порицания.

Biz Fironu və onun bütün əsgərlərini yaxa­la­yıb dənizə atdıq və onlar suda boğulub həlak oldular. Firon haqqı yalan saydığına və özünün ilah olduğunu iddia etdiyinə görə qı­nan­ma­ğa layiq oldu.

51:41Страница 522

وَفِي عَادٍ إِذۡ أَرۡسَلۡنَا عَلَيۡهِمُ ٱلرِّيحَ ٱلۡعَقِيمَ ٤١

Знамение было и в рассказе об адитах. Вот Мы наслали на них недобрый ветер.

Hud qövmü Adın hekayə­tin­də də, şiddətli əzabdan qorxanlar üçün ib­rət vardır. O zaman Biz on­la­rın üstünə özü ilə yağış daşımayan, ağacları dölləndirməyənə xeyir-bərə­kət­siz bir külək göndər­miş­dik.

51:42Страница 522

مَا تَذَرُ مِن شَيۡءٍ أَتَتۡ عَلَيۡهِ إِلَّا جَعَلَتۡهُ كَٱلرَّمِيمِ ٤٢

Он обращал в подобие праха все, на что налетал.

O külək üstündən keç­diyi hər bir insanı, mal-dövləti və başqa şeyləri sovurub paramparça çürümüş hala dön­də­rir­di.

51:43Страница 522

وَفِي ثَمُودَ إِذۡ قِيلَ لَهُمۡ تَمَتَّعُواْ حَتَّىٰ حِينٖ ٤٣

Знамение было и в рассказе о самудянах. Им было сказано: «Пользуйтесь благами до определенного времени».

Salehin (aleyhissəlam) qövmü Səmudun heka­yətində də şiddətli əzabdan qorxanlar üçün ibrət vardır. O za­man on­la­ra belə deyilmişdi: “Əcəliniz yetişənədək dünya həyatınızla dolanıb-keçinin!”

51:44Страница 522

فَعَتَوۡاْ عَنۡ أَمۡرِ رَبِّهِمۡ فَأَخَذَتۡهُمُ ٱلصَّٰعِقَةُ وَهُمۡ يَنظُرُونَ ٤٤

Они ослушались веления своего Господа, и их поразило губительное наказание, пока они наблюдали за этим.

Onlar Rəbbinin əm­rinə itaət etməyə təkəbbür göstərdilər, özlərini dartaraq iman gətirib itaət etməkdən boyun qaçırdılar və elə bu səbəbdən də, onları gözləri baxa-baxa ildı­rım əzabı yaxaladı. Belə ki, bu əzab gəlməmişdən üç gün əvvəl onlara əzabın gələcəyi barədə vəd verilmişdi.

51:45Страница 522

فَمَا ٱسۡتَطَٰعُواْ مِن قِيَامٖ وَمَا كَانُواْ مُنتَصِرِينَ ٤٥

Они не смогли даже подняться, и никто не помог им.

Onlar düçar olduqları əzabı dəf edə bilmədilər və özlərinin də, bu əzabın qarşısını almağa qüvvəsi yox idi.

51:46Страница 522

وَقَوۡمَ نُوحٖ مِّن قَبۡلُۖ إِنَّهُمۡ كَانُواْ قَوۡمٗا فَٰسِقِينَ ٤٦

Мы уничтожили народ Нуха (Ноя) еще раньше, ибо они были людьми нечестивыми.

Bunlardan əvvəl Nuh qöv­mü­nü suda batırmaqla məhv etdik. Çünki onlar Allahın itaətindən çıxmış fa­siq bir qövm idi. Elə buna görə də onlar, Allahın əzabına düçar olmağa layiq görüldülər.

51:47Страница 522

وَٱلسَّمَآءَ بَنَيۡنَٰهَا بِأَيۡيْدٖ وَإِنَّا لَمُوسِعُونَ ٤٧

Мы воздвигли небо благодаря могуществу, и Мы его расширяем (или даруем пропитание; или обладаем мощью).

Biz göyü yarat­dıq və qüdrətimizlə onun binasını möhkəmləndirdik. Biz, həqiqətən də, onun ətrafını da genişləndiririk.

51:48Страница 522

وَٱلۡأَرۡضَ فَرَشۡنَٰهَا فَنِعۡمَ ٱلۡمَٰهِدُونَ ٤٨

Мы разостлали землю, и как же прекрасно Мы расстилаем!

Yeri də, sakinləri üçün döşədik ki, onlar onun üzərində rahatlıq tapsınlar. Yeri onlar üçün döşədiyimizə görə nə gözəl döşəyənlərik Biz!

51:49Страница 522

وَمِن كُلِّ شَيۡءٍ خَلَقۡنَا زَوۡجَيۡنِ لَعَلَّكُمۡ تَذَكَّرُونَ ٤٩

Мы сотворили все сущее парами, - быть может, вы помяните назидание.

Biz hər şeydən iki sinif - məsələn, erkək və dişi, göy və yer, quru və dəniz yaratdıq ki, bəlkə, hər şeyi cüt yaradan Allahın vəhdaniyyətini və Onun qüdrətini dü­şünüb ib­rət alasınız.

51:50Страница 522

فَفِرُّوٓاْ إِلَى ٱللَّهِۖ إِنِّي لَكُم مِّنۡهُ نَذِيرٞ مُّبِينٞ ٥٠

Скажи: «Бегите же к Аллаху. Воистину, я являюсь для вас предостерегающим и разъясняющим увещевателем от Него.

Elə isə, Allaha itaət edib Ona asi olmaqdan uzaq durmaqla, Onun əzabından çəkinib Onun verdiyi savaba doğru qaçın! Ey insanlar! Mən sizi Allahın əzabı ilə açıq-aşkar qorxudub xəbərdar edənəm!

51:51Страница 522

وَلَا تَجۡعَلُواْ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَۖ إِنِّي لَكُم مِّنۡهُ نَذِيرٞ مُّبِينٞ ٥١

Не поклоняйтесь наряду с Аллахом другому божеству. Воистину, я являюсь для вас предостерегающим и разъясняющим увещевателем от Него».

Allahla yanaşı başqa bir məbud qə­bul edib ona ibadət etməyin. Mən si­zi Allah­la açıq-aş­kar qorxudub xəbərdar edənəm!

51:52Страница 523

كَذَٰلِكَ مَآ أَتَى ٱلَّذِينَ مِن قَبۡلِهِم مِّن رَّسُولٍ إِلَّا قَالُواْ سَاحِرٌ أَوۡ مَجۡنُونٌ ٥٢

Таким же образом, какой бы посланник ни приходил к их предшественникам, они обязательно говорили: «Он - колдун или одержимый!».

Məkkə əhli haqqı yalan saydıqları kimi, əvvəlki ümmtlər də, haqqı yalan saymışdılar. Allahın onlara göndərdiyi elə bir elçi gəlmədi ki, onun ba­rəsində: “O, sehrbaz­dır, ya da dəlidir!” – deməsin­lər.

51:53Страница 523

أَتَوَاصَوۡاْ بِهِۦۚ بَلۡ هُمۡ قَوۡمٞ طَاغُونَ ٥٣

Неужели они заповедали это друг другу? О нет! Они являются людьми, преступающими границы дозволенного.

Yoxsa əvvəl yaşamış kafirlər Allah rəsulunu yalançı saymağı sonrakılara və­siyyət etmişdilər?! Xeyr, əksinə, on­ları öz azğınlıqları eyni yolda olmağa vadar etmişdir.

51:54Страница 523

فَتَوَلَّ عَنۡهُمۡ فَمَآ أَنتَ بِمَلُومٖ ٥٤

Отвратись же от них, и тебя не будут порицать.

Ey Peyğəmbər! Sən bu yalan sayanlardan üz dön­dər! Sən bu­na görə qınanmayacaqsan. Sən artıq Allahın göndərdiyi risaləti onlara təbliğ etmisən.

51:55Страница 523

وَذَكِّرۡ فَإِنَّ ٱلذِّكۡرَىٰ تَنفَعُ ٱلۡمُؤۡمِنِينَ ٥٥

И напоминай, ибо напоминание приносит пользу верующим.

Sənin onlardan üz çevirməyin, onlara öyüd-nəsihət verməyinə və onlara xatırlatmağına mane olmaz. Sən onlara nəsihət et və xatırlat, çünki xatır­latmaq Allaha iman gətirənlərə fayda verir.

51:56Страница 523

وَمَا خَلَقۡتُ ٱلۡجِنَّ وَٱلۡإِنسَ إِلَّا لِيَعۡبُدُونِ ٥٦

Я сотворил джиннов и людей только для того, чтобы они поклонялись Мне.

Mən cinləri və insanları mənə şərik qoşmaqdan ötrü yox, əksinə, təkcə Mənə ibadət etsinlər deyə ya­rat­dım.

51:57Страница 523

مَآ أُرِيدُ مِنۡهُم مِّن رِّزۡقٖ وَمَآ أُرِيدُ أَن يُطۡعِمُونِ ٥٧

Я не хочу от них никакого удела и не хочу, чтобы они кормили Меня.

Mən onlardan ruzi is­tə­mirəm. Mən onlardan Məni ye­dirt­mə­lərini də istəmirəm.

51:58Страница 523

إِنَّ ٱللَّهَ هُوَ ٱلرَّزَّاقُ ذُو ٱلۡقُوَّةِ ٱلۡمَتِينُ ٥٨

Воистину, Аллах является Наделяющим уделом, Обладающим могуществом, Крепким.

Həqiqətən, Allah Öz qullarına ruzi ve­rəndir. Hamı onun verdiyi ruziyə möhtacdır. O, qüvvət sahibidir, Mə­tindir. Heç bir şey Ona üstün gələ bilməz. Bütün cinlər və insanlar Uca Allahın güvvəsinə tabedilər.

51:59Страница 523

فَإِنَّ لِلَّذِينَ ظَلَمُواْ ذَنُوبٗا مِّثۡلَ ذَنُوبِ أَصۡحَٰبِهِمۡ فَلَا يَسۡتَعۡجِلُونِ ٥٩

Воистину, тем, которые поступали несправедливо, уготована доля наказания, подобная доле их товарищей. Пусть же они не торопят Меня.

Ey Peyğəmbər! Heç şübhəsiz ki, səni yalançı saymaqla özlərinə zülm edən­ləri, özlərindən əvvəl yaşamış həm­taylarının qisməti ki­mi əzabdan bir qis­mət göz­ləyir. Bu qismətin müəyyən edilmiş bir vaxtı vardır, qoy onlar Məndən onun tez baş verməsini istəməsinlər!

51:60Страница 523

فَوَيۡلٞ لِّلَّذِينَ كَفَرُواْ مِن يَوۡمِهِمُ ٱلَّذِي يُوعَدُونَ ٦٠

Горе неверующим от того дня их, который им обещан!

Özlərinin əzaba düçar olacaqlarına dair vəd olunmuş qiyamət gününüdən ötrü, Allaha küfr edən və peyğəmbərlərini yalançı sayan kimsələrə ölüm olsun və ziyana uğrasınlar!

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English