Аль-Мухтасар · Тафсир · на азербайджанском
الطور
Ат-Тур
Гора · Мекканская · 49 аятов
Uca Allah, Musa (aleyhissəlam) ilə danışdığı yer olan, Tur dağına and içir.
O, həmçinin, içində yazılar olan Kitaba and içir.
Nazil edilmiş kitablar tək sərilmiş və açıq vəziyyətdə olan vərəqlər.
Allah, həmçinin, göydə yerləşən və içində mələklərin Ona ibadət etdiyi evə and içir.
O, həmçinin, yerin tavanı sayılan yüksələn göyə and içir.
52:6Страница 523
وَٱلۡبَحۡرِ ٱلۡمَسۡجُورِ ٦
Клянусь морем разожженным (или переполненным; или опустевшим; или перемешанным; или удерживаемым)!
O, həmçinin, suyu dolub daşan dənizə and içir.
Ey Peyğəmbər! Sənin Rəbbinin əzabı hökmən vaqe olacaqdır və bu kafirlərdən əsla yan keçməyəcəkdir.
Heç bir şey kafirləri o əzabdan xilas edə bilməz, eləcə də, onların əzaba düçar olmasının qarşısını ala bilməz.
O gün göy qiyamətin qopacağını bildirmək titrəyib lərzəyə gələcəkdir.
Dağlar öz yerlərindən çıxıb hərəkətə gələcəkdir.
52:11Страница 523
فَوَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ ١١
Горе в тот день тем, кто считает истину ложью,
Allahın kafirlərə vəd etdiyi əzabı yalan sayanlar, o gün həlak olsun və ziyana uğrasın!
O kəslər ki, batil işlərlə əylənir, nə diriləcəklərini, nə də həşr olunacaqlarını düşünürlər.
52:13Страница 523
يَوۡمَ يُدَعُّونَ إِلَىٰ نَارِ جَهَنَّمَ دَعًّا ١٣
В тот день они будут нещадно ввергнуты в огонь Геенны.
O gün onlar şiddətlə və amansızcasına sürüklənib Cəhənnəm oduna atılacaqlar.
52:14Страница 523
هَٰذِهِ ٱلنَّارُ ٱلَّتِي كُنتُم بِهَا تُكَذِّبُونَ ١٤
Это - тот самый Огонь, который вы считали ложью.
Onlara məzəmmət edilərək deyiləcək: “Bu, sizin yalan saydığınız və peyğəmbərlərinizin sizi qorxutduğu Cəhənnəm odudur!
52:15Страница 524
أَفَسِحۡرٌ هَٰذَآ أَمۡ أَنتُمۡ لَا تُبۡصِرُونَ ١٥
Неужели это колдовство? Или же вы не видите?
Bəlkə bu gördüyünüz əzab da sehrdir?! Yoxsa siz onu görmürsünüz?!
52:16Страница 524
ٱصۡلَوۡهَا فَٱصۡبِرُوٓاْ أَوۡ لَا تَصۡبِرُواْ سَوَآءٌ عَلَيۡكُمۡۖ إِنَّمَا تُجۡزَوۡنَ مَا كُنتُمۡ تَعۡمَلُونَ ١٦
Горите в нем! Вам все равно, будете вы терпеть или не станете проявлять терпения. Вам воздается только за то, что вы совершали.
Dadın bu atəşin istisini və yanın orada! Onun atəşinin əzabını dözsəniz də, dözməsəniz də, səbili olmağınız və ya səbirsizliyiniz sizin üçün eynidir. Bu gün sizə ancaq dünyada etdiyiniz küfrün və asiliklərin cəzası veriləcəkdir”
52:17Страница 524
إِنَّ ٱلۡمُتَّقِينَ فِي جَنَّٰتٖ وَنَعِيمٖ ١٧
Воистину, богобоязненные пребудут в Райских садах и блаженстве.
Rəbbinin əmrlərini yerinə yetirib Onun qadağan etdiyi işlərdən çəkinməklə Ondan qorxan kimsələr cənnətlərdə və tükənməz böyük nemət içində olcaqlar.
52:18Страница 524
فَٰكِهِينَ بِمَآ ءَاتَىٰهُمۡ رَبُّهُمۡ وَوَقَىٰهُمۡ رَبُّهُمۡ عَذَابَ ٱلۡجَحِيمِ ١٨
Они будут радоваться тому, чем их одарит их Господь. Господь их уберег их от мучений в Аду.
Rəbbinin onlara bəxş etdiyi ləzzətli yemək-içməklərə, habelə, hurilərə sevinəcək və onların pak və müqəddəs Rəbbi onları Cəhənnəm əzabından xilas edəcək. Beləcə, onlar istədikləri nemətlərə nail olmaqla, habelə, çəkindikləri əzabdan qurtulmaqla uğur qazanacaqlar.
52:19Страница 524
كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ١٩
Ешьте и пейте во здравие за то, что вы совершали!
Onlara deyiləcək: "Nəfsinizi çəkdiyi nemətlərdən nuşcanlıqla yeyin-için! Yediyiniz və içdiyiniz şeylərdən zərər görəcəyinizdən və əziyyət çəkəcəyinizdən ötrü əndişlənməyin. Bu nemətlər sizin dünyada etdiyiniz yaxşı əməllərin mükafatıdır.
52:20Страница 524
مُتَّكِـِٔينَ عَلَىٰ سُرُرٖ مَّصۡفُوفَةٖۖ وَزَوَّجۡنَٰهُم بِحُورٍ عِينٖ ٢٠
Они будут, прислонившись, возлежать на ложах, выстроенных в ряд, и Мы сочетаем их с черноокими, большеглазыми гуриями.
Onlar bəzədilmiş və bir-birinin yanına cərgələrlə düzülmüş taxtlar üzərində dirsəklənəcəklər. Biz onları iri qara gözlü hurilərlə evləndirəcəyik.
52:21Страница 524
وَٱلَّذِينَ ءَامَنُواْ وَٱتَّبَعَتۡهُمۡ ذُرِّيَّتُهُم بِإِيمَٰنٍ أَلۡحَقۡنَا بِهِمۡ ذُرِّيَّتَهُمۡ وَمَآ أَلَتۡنَٰهُم مِّنۡ عَمَلِهِم مِّن شَيۡءٖۚ كُلُّ ٱمۡرِيِٕۭ بِمَا كَسَبَ رَهِينٞ ٢١
Мы воссоединим верующих с их потомками, которые последовали за ними в вере, и нисколько не умалим их деяний. Каждый человек является заложником того, что он приобрел.
Möminlərin imanda onların arxasınca gedən övladlarını, əməlləri onların əməllərinə çatmasa belə, Cənnətdə özlərinə qovuşduracağıq ki, könülləri şad olsun. Onların əməllərinin savabından heç bir şey əskiltməyəcəyik. Hər bir insan qazandığı pis əməlinin girovudur və başqa birisi onun günah yükündən heç bir şey daşımaz.
52:22Страница 524
وَأَمۡدَدۡنَٰهُم بِفَٰكِهَةٖ وَلَحۡمٖ مِّمَّا يَشۡتَهُونَ ٢٢
Мы наделим их фруктами и мясом таким, какое они пожелают.
Biz Cənnət əhlinə istədikləri çeşid-çeşid meyvələrdən və ətdən bol-bol verəcəyik.
52:23Страница 524
يَتَنَٰزَعُونَ فِيهَا كَأۡسٗا لَّا لَغۡوٞ فِيهَا وَلَا تَأۡثِيمٞ ٢٣
Они будут передавать друг другу чашу с вином, которое не принесет ни празднословия, ни греха.
Onlar Cənnətdə bir-birinə şərab dolu badə ötürəcəklər. Bu şərabı içdikdə, o, dünyadakı şərabın sərxoşluğu kimi onları nə batil sözlər danışmağa, nə də günaha təhrik edəcəkdir.
52:24Страница 524
۞ وَيَطُوفُ عَلَيۡهِمۡ غِلۡمَانٞ لَّهُمۡ كَأَنَّهُمۡ لُؤۡلُؤٞ مَّكۡنُونٞ ٢٤
Их будут обходить их юные слуги, подобные сокрытому жемчугу.
Onların ətrafında xidmətlərinə verilmiş, dəriləri də, sədəfin içində qorunub saxlanılan mirvari kimi saf və ağappaq olan yeniyetmə oğlanlar dolanacaqlar.
52:25Страница 524
وَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖ يَتَسَآءَلُونَ ٢٥
Они будут расспрашивать друг друга.
Cənnət əhli bir-birlərinə tərəf dönüb bir-birindən dünyadakı halları barədə soruşacaqlar.
52:26Страница 524
قَالُوٓاْ إِنَّا كُنَّا قَبۡلُ فِيٓ أَهۡلِنَا مُشۡفِقِينَ ٢٦
Они скажут: «Прежде, находясь в кругу своих семей, мы трепетали от страха.
Onlar belə cavab verəcəklər: "Biz dünyada ailəmizin içində ikən Allahın əzabından qorxurduq.
52:27Страница 524
فَمَنَّ ٱللَّهُ عَلَيۡنَا وَوَقَىٰنَا عَذَابَ ٱلسَّمُومِ ٢٧
Аллах же оказал нам милость и уберег нас от мучений знойного ветра (или мучений в Аду).
Allah bizi İslam dininə yönəltməklə bizə mərhəmət göstərdi və bizi çox qızmar atəşin əzabından qorudu.
52:28Страница 524
إِنَّا كُنَّا مِن قَبۡلُ نَدۡعُوهُۖ إِنَّهُۥ هُوَ ٱلۡبَرُّ ٱلرَّحِيمُ ٢٨
Мы взывали к Нему прежде. Воистину, Он - Добродетельный, Милосердный».
Biz dünya həyatımızda Allaha ibadət edir və Ona dua edirdik ki, bizi Cəhənnəm əzabından qorusun. Həqiqətən, O, Öz qullarına verdiyi vədinə sadiq qalan, onlara yaxşılıq və rəhm edəndir. Onun bizə iman bəxş etməsi, bizi Cənnətə daxil etməsi və Cəhənnəmdən uzaqlaşdırması, Onun bizə etdiyi yaxşılığı və bizə göstərdiyi mərhəmətindəndir”.
52:29Страница 524
فَذَكِّرۡ فَمَآ أَنتَ بِنِعۡمَتِ رَبِّكَ بِكَاهِنٖ وَلَا مَجۡنُونٍ ٢٩
Напоминай же! По милости своего Господа ты не являешься ни прорицателем, ни одержимым.
Ey Peyğəmbər! Sən Quranla xatırlat! Allahın sənə əta etdiyi iman və ağıl sayəsində nə cinlərdən bilgi alan kahinsən, nə də dəli!
52:30Страница 524
أَمۡ يَقُولُونَ شَاعِرٞ نَّتَرَبَّصُ بِهِۦ رَيۡبَ ٱلۡمَنُونِ ٣٠
Или же они говорят: «Он - поэт! Давайте же подождем, пока время не разберется с ним».
Yoxsa haqqı yalan sayanlar: “Muhəmməd rəsul deyil, əksinə, o, bir şairdir. Biz canımızı ondan qurtarmaq üçün, ölümün onu yaxalamasını gözləyirik” – deyirlər.
52:31Страница 524
قُلۡ تَرَبَّصُواْ فَإِنِّي مَعَكُم مِّنَ ٱلۡمُتَرَبِّصِينَ ٣١
Скажи: «Ждите, и я подожду вместе с вами».
Ey Peyğəmbər! Onlara de: “Ölümümü gözləyin, mən də sizin məni yalançı saydığınıza görə düçar olacağınız əzabı gözləyirəm”.
52:32Страница 525
أَمۡ تَأۡمُرُهُمۡ أَحۡلَٰمُهُم بِهَٰذَآۚ أَمۡ هُمۡ قَوۡمٞ طَاغُونَ ٣٢
Неужели умы повелевают им такое? Или же они являются людьми преступными?
Yoxsa onların ağılları onlara: "Peyğəmbər kahin və dəlidir" – deməyi əmr edir?! Beləliklə də, onlar heç bir şəxsdə cəm olmayan xislətin onda olduğunu deyirlər. Əksinə, onlar hüdudları aşmış bir qövmdür. Odur ki, onlar nə şəriətə, nə də ağıla etimad edərlər.
52:33Страница 525
أَمۡ يَقُولُونَ تَقَوَّلَهُۥۚ بَل لَّا يُؤۡمِنُونَ ٣٣
Или же они говорят: «Он выдумал его!». О нет! Просто они не веруют.
Yoxsa onlar: “Muhəmməd bu Quranı özündən uydurdu, bu ona vəhy edilməmişdir!” – deyirlər?! Xeyr, o, bunu özündən uydurmamışdır. Onlar iman gətirməyə təkəbbürlük edirlər deyə: "O bunu özündən uydurdu" – deyirlər.
52:34Страница 525
فَلۡيَأۡتُواْ بِحَدِيثٖ مِّثۡلِهِۦٓ إِن كَانُواْ صَٰدِقِينَ ٣٤
Пусть приведут подобное ему (Корану) повествование, если они говорят правду.
Əgər onların Peyğəmbərin Quranı uydurması barədə iddiaları doğrudursa, qoy onlar da Qurana bənzər uydurma bir kəlam gətirsinlər.
52:35Страница 525
أَمۡ خُلِقُواْ مِنۡ غَيۡرِ شَيۡءٍ أَمۡ هُمُ ٱلۡخَٰلِقُونَ ٣٥
Неужели они были сотворены сами по себе (или просто так)? Или же они сами являются творцами?
Bəlkə onlar özlərini yaradan Xaliqsiz yaranıblar?! Yaxud onlar özləri özlərini yaradıblar?! Məxluqun Xaliqsiz yaranması mümkün deyil. Həmçinin, heç bir məxluq nə isə xəlq edə bilməz. Elə isə nə üçün onlar özlərinin Xaliqinə ibadət etmirlər?!
52:36Страница 525
أَمۡ خَلَقُواْ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَۚ بَل لَّا يُوقِنُونَ ٣٦
Или же это они сотворили небеса и землю? О нет! Просто они лишены убежденности.
Yoxsa onlar göyləri və yeri yaradıblar?! Xeyr, onlar, Allahın özlərinin Xaliqi olduğuna qətiyyən inanmırlar. Əgər onlar buna inansaydılar, Allahın tək ilah olduğunu qəbul edər və Onun rəsuluna iman gətirərdilər.
52:37Страница 525
أَمۡ عِندَهُمۡ خَزَآئِنُ رَبِّكَ أَمۡ هُمُ ٱلۡمُصَۜيۡطِرُونَ ٣٧
Неужели у них находятся сокровищницы твоего Господа? Или же они сами являются владыками?
Yoxsa sənin Rəbbinin ruzi xəzinələri onların əlindədir və onlar bunu istədiklərinə verirlər, habelə, peyğəmbərlik bəxş etmək onların ixtiyarındadır və onlar bunu istədiyinə verir, istədiyini də ondan məhrum edirlər?! Yaxud onlar hökm sahibidirlər, istədikləri işləri görə bilirlər?!
52:38Страница 525
أَمۡ لَهُمۡ سُلَّمٞ يَسۡتَمِعُونَ فِيهِۖ فَلۡيَأۡتِ مُسۡتَمِعُهُم بِسُلۡطَٰنٖ مُّبِينٍ ٣٨
Или же у них есть лестница, на которой они подслушивают разговоры ангелов? Пусть тот из них, кто подслушивал, приведет ясное доказательство.
Yoxsa onların elə bir nərdivanı var ki, onun vasitəsilə göyə qalxıb Allahın vəhyini - onların haqq üzərində olduqları barədə olan vəhyi dinləyirlər?! Elə isə qoy onların o vəhyi dinləyənləri, onların haqq üzərində olduğu iddialarını təsdiqləyən açıq-aydın bir dəlil gətirsinlər!
52:39Страница 525
أَمۡ لَهُ ٱلۡبَنَٰتُ وَلَكُمُ ٱلۡبَنُونَ ٣٩
Неужели у Него - дочери, а у вас - сыновья?
Yoxsa sizin xoşlamıdığınız qız uşaqları nöqsansız və uca Allahın, sevdiyiniz oğlan uşaqları isə sizindir?!
52:40Страница 525
أَمۡ تَسۡـَٔلُهُمۡ أَجۡرٗا فَهُم مِّن مَّغۡرَمٖ مُّثۡقَلُونَ ٤٠
Или же ты просишь у них вознаграждения, и они обременены обязательствами?
Ey Peyğəmbər! Yoxsa sən, Rəbbinin risalətini təbliğ etdiyinə görə onlardan bir muzd istəyirsən?! Onlar da buna görə, daşıya bilmədikləri bir yük altına giriblər?!
52:41Страница 525
أَمۡ عِندَهُمُ ٱلۡغَيۡبُ فَهُمۡ يَكۡتُبُونَ ٤١
Или же они владеют сокровенным и записывают его?
Yoxsa qeyb elmi onların əlindədir və onlar da qeybdəki xəbərləri öyrənib insanlar üçün istədiklərini yazır, qeybdən onlara istədiklərini xəbər verirlər?!
52:42Страница 525
أَمۡ يُرِيدُونَ كَيۡدٗاۖ فَٱلَّذِينَ كَفَرُواْ هُمُ ٱلۡمَكِيدُونَ ٤٢
Или же они желают замыслить козни? Но ведь неверующие сами станут жертвой козней.
Yoxsa haqqı yalan sayanlar sənə və sənin dininə qarşı hiylə qurmaq istəyirlər?! İnan Allaha, sən yox, əksinə, Allaha və Onun rəsuluna küfr edən kimsələr o hiylənin qurbanı olacaqlar.
52:43Страница 525
أَمۡ لَهُمۡ إِلَٰهٌ غَيۡرُ ٱللَّهِۚ سُبۡحَٰنَ ٱللَّهِ عَمَّا يُشۡرِكُونَ ٤٣
Или же у них есть другой бог наряду с Аллахом? Аллах пречист и далек от тех, кого они приобщают в сотоварищи!
Yoxsa onların Allahdan başqa ibadətə layiq bir məbudu vardır?! Allah onların Ona qoşduqları şəriklərdən uzaqdır, pak və müqəddəsdir. Onların etdiklərinin heç biri olmayıb və heç cür təsəvvür oluna bilməz də.
52:44Страница 525
وَإِن يَرَوۡاْ كِسۡفٗا مِّنَ ٱلسَّمَآءِ سَاقِطٗا يَقُولُواْ سَحَابٞ مَّرۡكُومٞ ٤٤
Даже если они увидят куски неба падающими, они скажут: «Это скопились облака!».
Əgər onlar göy parçalarının başlarına düşdüyünü görsələr: “Özlərinə əzab gəldiyinə inanmadan, bu, bir-birinin üstünə yığılmış adi bulud topasıdır!” – deyər, beləliklə də, nə nəsihət qəbul edər, nə də iman gətirərlər.
52:45Страница 525
فَذَرۡهُمۡ حَتَّىٰ يُلَٰقُواْ يَوۡمَهُمُ ٱلَّذِي فِيهِ يُصۡعَقُونَ ٤٥
Оставь же их, пока они не встретят тот день их, когда их постигнет погибель.
Ey Peyğəmbər! Sən, onları əzaba düçar olacaqları günə - qiyamət gününə qovuşana qədər, tərk et, qoy inadkarlıq və tərslik etməyə davam etsinlər.
52:46Страница 525
يَوۡمَ لَا يُغۡنِي عَنۡهُمۡ كَيۡدُهُمۡ شَيۡـٔٗا وَلَا هُمۡ يُنصَرُونَ ٤٦
В тот день их козни не принесут им никакой пользы, и никто не поможет им.
O gün hiylələri onlara nə az, nə də çox - heç bir fayda verməyəcək və onlara əzabdan qurtulmaq üçün kömək göstərilməyəcəkdir.
52:47Страница 525
وَإِنَّ لِلَّذِينَ ظَلَمُواْ عَذَابٗا دُونَ ذَٰلِكَ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ ٤٧
Воистину, беззаконникам уготованы мучения и перед этим, но большинство их не знает этого.
Həqiqətən, şirk və asiliklər etməklə özlərinə zülm edənləri axirət əzabından əvvəl, bir əzab - dünyada qətlə yetirilmək və kölə edilmək, üstəlik, bərzəx aləmində qəbir əzabına düçar olmaq gözləyir. Lakin onların əksəriyyəti bunu bilməz və elə buna görə də küfr üzərində davam edərlər.
52:48Страница 525
وَٱصۡبِرۡ لِحُكۡمِ رَبِّكَ فَإِنَّكَ بِأَعۡيُنِنَاۖ وَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ حِينَ تَقُومُ ٤٨
Потерпи же до решения твоего Господа, ведь ты - у Нас на Глазах. Прославляй хвалой своего Господа, когда поднимаешься ото сна.
Ey Peyğəmbər! Sən, öz Rəbbinin əzəldən yazdığı qədərə və şəri hökmünə səbir et! Həqiqətən, sən Bizim gözümüz önündə və himayəmiz altındasan. Yuxudan qalxdıqda Rəbbini həmd ilə zikr et!
52:49Страница 525
وَمِنَ ٱلَّيۡلِ فَسَبِّحۡهُ وَإِدۡبَٰرَ ٱلنُّجُومِ ٤٩
Среди ночи восхваляй Его и при исчезновении звезд.
Gecənin bir vaxtında Rəbbinə təriflər de və Onun üçün namaz qıl, bir də ulduzlar batandan sonra, dan yeri söküldükdə fəcr namazını qıl!
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии