Аль-Мухтасар · Тафсир · на азербайджанском
النجم
Ан-Наджм
Звезда · Мекканская · 62 аята
53:1Страница 526
وَٱلنَّجۡمِ إِذَا هَوَىٰ ١
Клянусь звездой, когда она падает (или частью Корана, когда она нисходит)!
Uca Allah batmaqda olan ulduza and içir.
Allahın rəsulu Muhəmməd (səllallahu aleyhi və səlləm) nə hidayət yolundan sapmış, nə də zəlalətə düşmüşdür, əksinə, o, doğru yoldadır.
O, bu Qurandakıları təbliğ etdikdə öz istəyi ilə danışmır.
Bu Quran, Allahın Cəbrailin (aleyhissəlam) vasitəsilə rəsuluna təlqin etdiyi bir vəhydir.
Bu Quranı ona çox qüvvətli olan mələk - Cəbrail (aleyhissəlam) öyrətdi.
53:6Страница 526
ذُو مِرَّةٖ فَٱسۡتَوَىٰ ٦
и прекрасным сложением (или благоразумием). Он вознесся (или выпрямился)
Cəbrail (aleyhissəlam) gözəl görünüşlüdür. O, yüksəlib öz surətində - Allahın yaratdığı xilqətdə Peyğəmbərə (səllallahu aleyhi və səlləm) göründü.
Cəbrail səmada ən uca üfüqdə idi.
Sonra Cəbrail (aleyhissəlam) Peyğəmbərə (səllallahu aleyhi və səlləm) yaxınlaşdı və ona daha yaxın oldu.
53:9Страница 526
فَكَانَ قَابَ قَوۡسَيۡنِ أَوۡ أَدۡنَىٰ ٩
Он находился от него (Джибрил от Мухаммада или Мухаммад от Аллаха) на расстоянии двух луков или даже ближе.
Cəbrailin (aleyhissəlam) ona olan yaxınlığı iki yay uzunluğunda, hətta ondan da yaxın idi.
Cəbrail (aleyhissəlam) Allahın qulu Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil edəcəyini vəhy etdi.
Peyğəmbərin (səllallahu aleyhi və səlləm) qəlbi onun gözünün gördüyünü yalan saymadı.
53:12Страница 526
أَفَتُمَٰرُونَهُۥ عَلَىٰ مَا يَرَىٰ ١٢
Неужели вы будете препираться с ним о том, что он увидел?
Ey müşriklər! İndi siz, Allahın isra gecəsində ona göstərdikləri barədə onunla mübahisəmi edirsiniz?!
Muhəmməd (səllallahu aleyhi və səlləm) gecə səfərində Cəbraili bir daha öz sürətində gördü.
Son həddəki Sidr ağacının yanında. Bu, yeddinci göydə yerləşən olduqca əzəmətli bir ağacdır.
Məva cənnəti bu ağacın yanındadır.
53:16Страница 526
إِذۡ يَغۡشَى ٱلسِّدۡرَةَ مَا يَغۡشَىٰ ١٦
Тогда Лотос покрыло то, что покрыло (золотая саранча, или группы ангелов, или повеление Аллаха).
Həmin vaxt Allahın əmri ilə Sidr ağacını elə əzəmətli bir şey bürümüşdü ki, onun necəliyini yalnız Allaha bilir.
53:17Страница 526
مَا زَاغَ ٱلۡبَصَرُ وَمَا طَغَىٰ ١٧
Его же взор не уклонился в сторону и не излишествовал,
Peyğəmbərin (səllallahu aleyhi və səlləm) gözü nə sağa, nə də sola meyl etdi, nə də ki, həddi aşdı.
53:18Страница 526
لَقَدۡ رَأَىٰ مِنۡ ءَايَٰتِ رَبِّهِ ٱلۡكُبۡرَىٰٓ ١٨
и он увидел величайшие из знамений своего Господа.
Muhəmməd (səllallahu alehi və səlləm) gecə səfərində göyə qalxarkən öz Rəbbinin qüdrətinə dəlalət edən ən böyük dəlillərindən bəzisini - Cənnəti, Cəhənnəmi və başqa məxluqatlar gördü.
Ey müşriklər! Siz Allahdan başqa tapındığınız bu bütləri - Lat və Uzzanı gördünüzmü?
Həmçinin, bütlərinizdən üçüncü olan Mənatı da. Bir mənə deyin görüm, onlar sizə fayda və ya zərər verməyə qaditrdilərmi?!
53:21Страница 526
أَلَكُمُ ٱلذَّكَرُ وَلَهُ ٱلۡأُنثَىٰ ٢١
Неужели у вас - потомки мужского пола, а у Него - женского?
Ey müşriklər, məgər sevdiyiniz oğlanlar sizin, sevmədiyiniz qızlar isə Uca Allahındır?
Elə isə nəfsinizin istəyi ilə apardığınız bu bölgü ədalətsiz bir bölgüdür.
53:23Страница 526
إِنۡ هِيَ إِلَّآ أَسۡمَآءٞ سَمَّيۡتُمُوهَآ أَنتُمۡ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلۡطَٰنٍۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَمَا تَهۡوَى ٱلۡأَنفُسُۖ وَلَقَدۡ جَآءَهُم مِّن رَّبِّهِمُ ٱلۡهُدَىٰٓ ٢٣
Они - всего лишь имена, которыми нарекли их вы и ваши отцы, относительно которых Аллах не ниспослал никакого доказательства. Они следуют лишь предположениям и тому, чего желают души, хотя верное руководство от их Господа уже явилось к ним.
Bu bütlərin adları, (ilahi adların) mənasına uyğun gələn adlardır və bunların ilahi xislətlərə heç bir aidiyyatı yoxdur. Bu adları siz və sizin atalarınız özünüzdən qoymusunuz. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Müşriklər öz etiqadlarında yalnız zənnə qapılır və şeytanın onların könlünə gözəl göstərdiyi, nəfslərinin istəklərinə uyurlar. Halbuki Rəbbindən onlara Peyğəmbərin (səllallahu aleyhi və səlləm) dili ilə doğru yolu göstərən rəhbər gəlmiş, lakin onlar ona tabe olmamışlar.
53:24Страница 526
أَمۡ لِلۡإِنسَٰنِ مَا تَمَنَّىٰ ٢٤
Или же для человека уготовано то, чего он желает?
Yoxsa insan üçün Allah yanında təmənna etdiyi bütlərin şəfaətimi vardır?!
53:25Страница 526
فَلِلَّهِ ٱلۡأٓخِرَةُ وَٱلۡأُولَىٰ ٢٥
Аллаху принадлежит Последняя жизнь и жизнь первая.
Xeyr, insan təmənna etdiyi her bir şeyə nail ola bilməz. Axirət də, dünya da təkcə Allaha məxsudur. O, bunlardan istədiyini verər, istdədiyini də verməz.
53:26Страница 526
۞ وَكَم مِّن مَّلَكٖ فِي ٱلسَّمَٰوَٰتِ لَا تُغۡنِي شَفَٰعَتُهُمۡ شَيۡـًٔا إِلَّا مِنۢ بَعۡدِ أَن يَأۡذَنَ ٱللَّهُ لِمَن يَشَآءُ وَيَرۡضَىٰٓ ٢٦
Сколько же на небесах ангелов, заступничество которых не принесет никакой пользы, пока Аллах не позволит заступиться за тех, за кого Он пожелает и кем Он доволен!
Göylərdə neçə-neçə mələk var ki, onlar bir kimsəyə şəfaətçilik etmək istəsələr, onların şəfaəti yalnız Allahın istədiyi və Onun, haqqında şəfaətçilik edilməsinə razı qaldığı kimsələrə fayda verər. Allah isə Ona şərik qoşan kimsə üçün şəfaətçilik edilməsinə əsla izn verməz və Ondan başqasına ibadət edən kimsə üçün şəfaətçilik edilməsinə əsla razı olmaz.
53:27Страница 527
إِنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ لَيُسَمُّونَ ٱلۡمَلَٰٓئِكَةَ تَسۡمِيَةَ ٱلۡأُنثَىٰ ٢٧
Воистину, те, которые не веруют в Последнюю жизнь, называют ангелов женщинами.
Axirət yurdunda dirilməyə inanmayanlar, həqiqətən də, mələklərin Allahın qızları olduğuna etiqad edərək onlara qadın adları verirlər. Allah onların söylədiklərindən çox uzaqdır!
53:28Страница 527
وَمَا لَهُم بِهِۦ مِنۡ عِلۡمٍۖ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّۖ وَإِنَّ ٱلظَّنَّ لَا يُغۡنِي مِنَ ٱلۡحَقِّ شَيۡـٔٗا ٢٨
У них нет об этом никакого знания. Они следуют лишь предположениям, хотя предположения не могут заменить истину.
Halbuki mələklərin qadın adlarına dair onların istinad etdiyi bir elm yoxdur. Onlar bu işdə yalnız uydurma və fərziyyəyə istinad edirlər. Zənn isə öz təsdiqini tapanadək əsla həqiqət ola bilməz.
53:29Страница 527
فَأَعۡرِضۡ عَن مَّن تَوَلَّىٰ عَن ذِكۡرِنَا وَلَمۡ يُرِدۡ إِلَّا ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا ٢٩
Отвернись же от того, кто отвернулся от Нашего Напоминания и не пожелал ничего, кроме мирской жизни.
Ey Peyğəmbər! Sən də Bizi zikr etməkdən üz çevirərək ona məhəl qoymayıb dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər! Beləsi axirətinə inanmadığına görə, o günü üçün heç bir əməl etməz.
53:30Страница 527
ذَٰلِكَ مَبۡلَغُهُم مِّنَ ٱلۡعِلۡمِۚ إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعۡلَمُ بِمَنِ ٱهۡتَدَىٰ ٣٠
Таков предел их познаний. Воистину, твоему Господу лучше знать тех, кто сбился с Его пути, и лучше знать тех, кто последовал прямым путем.
O müşriklərin söylədikləri - mələklərə qadın adları vermələri onların qavradığı bilik səviyyəsidir. Çünki onlar cahildirlər, həqiqəti hələ dərk etməyiblər. Ey Peyğəmbər! Şübhəsiz ki, sənin Rəbbin haqq yoldan azanı da, Onun yolu ilə gedəni də yaxşı tanıyır. Bunlardan heç bir şey Ona gizli qalmaz.
53:31Страница 527
وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ لِيَجۡزِيَ ٱلَّذِينَ أَسَٰٓـُٔواْ بِمَا عَمِلُواْ وَيَجۡزِيَ ٱلَّذِينَ أَحۡسَنُواْ بِٱلۡحُسۡنَى ٣١
Аллаху принадлежит то, что на небесах, и то, что на земле, дабы Он воздал злодеям за то, что они совершили, и воздал творившим добро Наилучшим (Раем).
Göylərdə və yerdə nə varsa - mülk, yaratmaq və idarə etmək təkcə Allaha məxsusdur. Bu, Allahın dünyada pislik edənlərə əməllərinə görə layiq olduqları əzabı verməsi, yaxşılıq edən möminləri isə Cənnətlə mükafatlandırması üçündür.
53:32Страница 527
ٱلَّذِينَ يَجۡتَنِبُونَ كَبَٰٓئِرَ ٱلۡإِثۡمِ وَٱلۡفَوَٰحِشَ إِلَّا ٱللَّمَمَۚ إِنَّ رَبَّكَ وَٰسِعُ ٱلۡمَغۡفِرَةِۚ هُوَ أَعۡلَمُ بِكُمۡ إِذۡ أَنشَأَكُم مِّنَ ٱلۡأَرۡضِ وَإِذۡ أَنتُمۡ أَجِنَّةٞ فِي بُطُونِ أُمَّهَٰتِكُمۡۖ فَلَا تُزَكُّوٓاْ أَنفُسَكُمۡۖ هُوَ أَعۡلَمُ بِمَنِ ٱتَّقَىٰٓ ٣٢
Они избегают великих грехов и мерзостей, кроме мелких и немногочисленных проступков. Воистину, твой Господь обладает необъятным прощением. Ему было лучше знать о вас, когда Он сотворил вас из земли и когда вы были зародышами в утробах ваших матерей. Не восхваляйте самих себя, ибо Ему лучше знать тех, кто богобоязнен.
Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və iyrənc asiliklərdən çəkinirlər. Böyük günahları tərk etmək və itaəti çoxaltmaqla kiçik günahlar silinir. Ey Peyğəmbər! Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir. Qulları Ona tövbə etdikləri zaman onların günahlarını bağışlayar. Uca Allah sizin atanız Adəmi torpaqdan yaradanda da, siz analarınızın bətnində mərhələlərlə xəlq ediləndə də sizi yaxşı tanıyırdı. Bunlardan heç bir şey Ona gizli qalmaz. Elə isə Allahdan qorxduğunuzu deyərək özünüzü tərifləməyin! Çünki Allah kimin Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə Ondan qorxduğunu yaxşı bilir.
İslam dininə yaxınlaşdıqdan sonra ondan üz çevirən kimsənin halının nə qədər pis olduğunu gördünmü?
Malından azacıq verib sonra heç verməyəni. Çünki xəsislik onun təbiətidir, lakin buna baxmayaraq o, özünü təmizə çıxartmağa çalışır.
53:35Страница 527
أَعِندَهُۥ عِلۡمُ ٱلۡغَيۡبِ فَهُوَ يَرَىٰٓ ٣٥
Разве он обладает таким знанием о сокровенном, что он видит его?
Məgər o, qeybi bilir ki, bunu görsün və qeybdən danışsın?!
53:36Страница 527
أَمۡ لَمۡ يُنَبَّأۡ بِمَا فِي صُحُفِ مُوسَىٰ ٣٦
Разве ему не поведали о том, что было в свитках Мусы (Моисея)
Yoxsa o, Allaha iftira yaxır?! Allahın adından yalan danışan bu adama Allahın Musaya nazil etdiyi əvvəlki səhifələrdə olanlar barədə xəbər verilmədimi?!
53:37Страница 527
وَإِبۡرَٰهِيمَ ٱلَّذِي وَفَّىٰٓ ٣٧
и Ибрахима (Авраама), который выполнил повеления Аллаха полностью?
Məgər İbrahimin səhifələrində olanlar barədə ona bildirilmədi?! O İbrahim ki, Rəbbinin ona buyurduğunu tam şəkildə yerinə yetirmişdir.
Belə ki, heç bir insan başqasının günahını daşımaz.
53:39Страница 527
وَأَن لَّيۡسَ لِلۡإِنسَٰنِ إِلَّا مَا سَعَىٰ ٣٩
Человек получит только то, к чему он стремился.
İnsan yalnız etdiyi əməlin əvəzini (mükafatını, yaxud cəzasını) alar.
Əlbəttə ki, o, can atdığı əməli qiyamət günü öz göü ilə görəcəkdir.
Sonra da ona əməlinin əvəzi tam, heç bir əskiksiz veriləcəkdir!
53:42Страница 527
وَأَنَّ إِلَىٰ رَبِّكَ ٱلۡمُنتَهَىٰ ٤٢
К твоему Господу предстоит конечный исход (или твоему Господу принадлежит конечный предел).
Ey Peyğəmbər! Bəndələr öldükdən sonra onların dönüşü sənin Rəbbinədir.
İstədiyini sevindirib güldürən, istədiyini də kədərləndirib ağladan Allahdır.
Dünyadakı diriləri öldürən, ölüləri də dirildən Odur!
53:45Страница 528
وَأَنَّهُۥ خَلَقَ ٱلزَّوۡجَيۡنِ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰ ٤٥
Он сотворил пару - мужчину и женщину (или самца и самку) -
O, biri erkək və biri də dişi olmaqla iki növ yaratdı.
Qadının uşaqlığına qoyulan nütfədən.
Onlar öldükdən sonra onları yenidən diriltmək də Ona aiddir.
53:48Страница 528
وَأَنَّهُۥ هُوَ أَغۡنَىٰ وَأَقۡنَىٰ ٤٨
Он избавляет от нужды (или дарует богатство) и наделяет собственностью (или удовлетворяет).
Qullarından dilədiyini var-dövlət sahibi edən, dilədiyinə də insanın kifayətlənə biləcəyi qədər az bir şey nəsib edən Odur.
Bəzi müşriklərin Allahla yanaşı ibadət etdikləri Şira ulduzunun da Rəbbi Odur.
O, əvvəlki Ad tayfasını məhv etdi. Onlar öz küfrlərində israr edən Hudun (aleyhissəlam) qövmü idi.
Salehin (aleyhissəlam) qövmü Səmudu da məhv edib onlardan heç bir kimsəni sağ buraxmadı.
53:52Страница 528
وَقَوۡمَ نُوحٖ مِّن قَبۡلُۖ إِنَّهُمۡ كَانُواْ هُمۡ أَظۡلَمَ وَأَطۡغَىٰ ٥٢
а еще раньше погубил народ Нуха (Ноя). Воистину, они были еще более несправедливы и непокорны.
Ad və Səmud qövmlərindən əvvəl Nuh qövmünü də məhv etdi. Çünki Nuh qövmü Ad və Səmud qövmlərindən daha zalım və daha azğın bir qövm idi. Nuh öz qövmünün arasında doqquz yüz əlli il qalıb onları Allahın vəhdaniyyətinə dəvət etdi, lakin onlar Nuhun dəvətini qəbul etmədilər.
O, Lut qövmünün yurdlarını göyə qaldırıb tərsinə çevirdi, sonra da oradan yerə çırpdı.
O kəndlər göyə qaldırılıb yerə çırpıldıqdan sonra daşlar onların başına yağdırıldı və bu onları hər tərəfdən bürüdü.
53:55Страница 528
فَبِأَيِّ ءَالَآءِ رَبِّكَ تَتَمَارَىٰ ٥٥
В каких же милостях твоего Господа ты сомневаешься?
Ey insan! Sən öz Rəbbinin qüdrətinə dəlalət edən ayələrdən hansına şəkk edib və ondan ibrət almırsan?!
53:56Страница 528
هَٰذَا نَذِيرٞ مِّنَ ٱلنُّذُرِ ٱلۡأُولَىٰٓ ٥٦
Этот предостерегающий увещеватель такой же, как и первые предостерегающие увещеватели.
Sizə göndərilmiş bu elçi də, əvvəlki elçilər kimi biri elçidir.
Yaxın olan o qiyamət yaxınlaşdı.
53:58Страница 528
لَيۡسَ لَهَا مِن دُونِ ٱللَّهِ كَاشِفَةٌ ٥٨
и никто, кроме Аллаха, не способен отвратить его.
Allahdan başqa heç kəs onun qarşısını ala bilməz və heç kəs də onun nə zaman qopacağını bilə bilməz.
53:59Страница 528
أَفَمِنۡ هَٰذَا ٱلۡحَدِيثِ تَعۡجَبُونَ ٥٩
Неужели вы удивляетесь этому повествованию,
Yoxsa siz, özünüzə oxunan bu Quranın Allah tərəfindən olduğuna təəccübmü edirsiniz?!
Siz Qurana istehza edərək gülürsünüz, onda olan moizələri eşitdikdə də, heç ağlamırsınız!
Siz onu lağa qoyur və ona məhəl qoymursunuz?!
Tək Allaha səcdə qılın və Ona ixlasla ibadət edin!
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии