Аль-Мухтасар · Тафсир · на азербайджанском
الواقعة
Аль-Вакиа
Событие · Мекканская · 96 аятов
Qiyamət, həqiqətən də, qopacaqdır. Bunda şübhə ola bilməz.
Həmin vaxt heç kəs dünya olduğu kimi onun qopduğunu yalan saya bilməz.
O, kafirləri və günahkarları Cəhənnəm oduna daxil etməklə alçaldacaq, möminləri və müttəqiləri isə Cənnətə daxil etməklə ucaldacaqdır.
Yer çox möhkəm titrəyişlə titrədiyi zaman,
Dağlar tikə-tikə olub ovxalandığı zaman,
Dağlar parça-parça olub, bir yerdə sabit qalmayan toza çevriləcəyi zaman,
Ey insanlar! O gün siz üç zümrəyə ayrılacaqsınız.
56:8Страница 534
فَأَصۡحَٰبُ ٱلۡمَيۡمَنَةِ مَآ أَصۡحَٰبُ ٱلۡمَيۡمَنَةِ ٨
Одни будут по правую сторону. Кто же будет по правую сторону?
Öz kitablarını sağ əlləri ilə götürəcək sağ tərəf sahibləri. Onların yeri necə uca və necə də əzəmətlidir!
56:9Страница 534
وَأَصۡحَٰبُ ٱلۡمَشۡـَٔمَةِ مَآ أَصۡحَٰبُ ٱلۡمَشۡـَٔمَةِ ٩
Другие же будут по левую сторону. Кто же будет по левую сторону?
Öz kitablarını sol əlləri ilə götürəcək sol tərəf sahibləri. Onların yeri necə alçaq və necə də pisdir!
56:10Страница 534
وَٱلسَّٰبِقُونَ ٱلسَّٰبِقُونَ ١٠
И будут опередившие их всех в добре, которые опередят их и в Раю.
Dünyada xeyirxah işlərdə öndə gedənlər, axirətdə Cənnətə daxil olma xüsusunda da öndə olacaqlar!
Onlar Allaha yaxın olanlar,
Nəim cənnətlərində qalacaq və orada cürbəcür nemətlərdən istifadə edəcək kimsələrdir.
Onların bir qismi bu ümmətdən, qalanı da əvvəlki ümmətlərdən,
Axır zamanda olan insanların az bir qismi öndə gedənlərdən və yaxın olanlardan olacaqlar.
Onlar qızılla toxunmuş taxtlar üstündə
O taxtlar üzərində qarşı-qarşıya əyləşib dirsəklənəcək və onlardan heç biri arxasını qarşısında əyləşənə çevirməyəcəkdir.
Onlara xidmət etmək üçün ətraflarında həmişəcavan və ölməz xidmətçi oğlanlar dolanacaqlar.
56:18Страница 535
بِأَكۡوَابٖ وَأَبَارِيقَ وَكَأۡسٖ مِّن مَّعِينٖ ١٨
с чашами, кувшинами и кубками с родниковым напитком (вином),
O xidmətçilər Cənnətdə daim axan çeşmə şərabı ilə dolu qulpsuz badələr, qulplu bardaqlar və qədəhlərlə ətraflarında dolanarlar.
56:19Страница 535
لَّا يُصَدَّعُونَ عَنۡهَا وَلَا يُنزِفُونَ ١٩
от которого не болит голова и не теряют рассудок,
Bu şərab dünyadakı şəraba bənzəmir, onu içdikdə nə başağrı verər, nə də ağılı aparar,
O xidmətçilər Cənnət əhlinin ətrafınd onların bəyənib seçdikləri meyvələrlə dolanarlar.
Və nəfslərinin istədiyi quş əti ilə onların ətraflarında dolanacaqlar.
Onlar üçün Cənnətdə yaraşıqlı iri gözlü hurilər də vardır.
Sədəf içində saxlanılmış mirvariyə bənzər hurilər.
Bu, onların dünyada etdikləri saleh əməllərin mükafatı olacaqdır.
56:25Страница 535
لَا يَسۡمَعُونَ فِيهَا لَغۡوٗا وَلَا تَأۡثِيمًا ٢٥
Они не услышат там ни празднословия, ни греховных речей,
Onlar Cənnətdə nə pis bir kəlam, nə də sahibini günaha batıran bir söz eşidəcəklər.
Onlar Cənnətdə yalnız mələklərin onları salamlamasını və bir də bir-birilərinə verdikləri salamı eşidəcəklər.
56:27Страница 535
وَأَصۡحَٰبُ ٱلۡيَمِينِ مَآ أَصۡحَٰبُ ٱلۡيَمِينِ ٢٧
И будут те, кто по правую сторону. Кто же будет по правую сторону?
Kitabları sağ əllərinə veriləcək sağ tərəf sahibləri necə də yüksək məqam sahibləri və Allah yanında şərəfli olan kimsələrdir.
Onlar tikansız, insana əziyyət verməyən sidr ağacları arasında,
56:29Страница 535
وَطَلۡحٖ مَّنضُودٖ ٢٩
под бананами (или акациями камеденосными) с висящими рядами плодами,
Habelə, meyvələri bir-birinin üstündə yerləşən salxım-salxım asılmış banan ağacları arasında,
Uzanan və heç vaxt yox olmayan kölgəliklərdə,
Davamlı şəkildə axan sular kənarında,
Saymaqla bitməyən, çoxlu meyvələr,
Heç vaxt tükənməyən, mövsümə bağlı olmayana və dərmək istədikləri vaxt özlərinə qadağan edilməyən meyvələr içində,
Və taxtlar üzərinə qoyulmuş hündür döşəklər üstündə olacaqlar.
Biz bu zikir edilən Cənnət hurilərini xəyala gəlməyən, yeni bir biçimdə yaradacağıq.
Onları daha öncə heç kəsin toxunmamış bakirə qızlar edəcəyik –
Ərlərini sevən, həmyaşıdlar.
Biz o huriləri sağ tərəf sahibləri üçün yaratmışıq. O kəslər ki, özlərinə xoşbəxt olacaqlarını bildirmək üçün sağ tərəfdən götürüləcəklər.
Onlar əvvəlki peyğəmbərlərin ümmətlərindən olan bir toplumdur.
Bir qismi də Muhəmmədin (səllallahu aleyhi və səlləm) ümmətindən olan toplumdur. Bu toplum ümmətlərin sonuncusudur.
56:41Страница 535
وَأَصۡحَٰبُ ٱلشِّمَالِ مَآ أَصۡحَٰبُ ٱلشِّمَالِ ٤١
И будут те, кто по левую сторону. Кто же будет по левую сторону?
Kitabları sol əllərinə veriləcək sol tərəf sahiblərinin də halı və gedəcəkləri yer necə də pisdir.
Onlar çox isti külək və qaynar su içində,
Qapqara tüstü kölgəsində olacaqlar.
Bu tüstünün nə sərin havası var, nə də xoşagələn görkəmi.
Onlar bu əzaba düçar olmazdan əvvəl dünyada ikən cah-calal içində yaşayırdılar. Duyada onların öz nəfslərinin istəklərindən başqa qayğıları yox idi.
Onlar Allaha küfr etməkdə və Onu qoyub bütlərə tapınmaqda israr edirdilər.
56:47Страница 535
وَكَانُواْ يَقُولُونَ أَئِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗا وَعِظَٰمًا أَءِنَّا لَمَبۡعُوثُونَ ٤٧
и говорили: «Неужели мы будем воскрешены после того, как мы умрем и станем прахом и костями?
Və dirilməni inkar edib istehza edərək və ona inanmayaraq deyirdilər: “Məgər biz ölüb torpaq və çürümüş sür-sümük olduqdan sonra yenidən dirildiləcəyikmi?!
Yaxud bizdən əvvəl ölüb getmiş atalarımız dirildiləcəklərmi?”
56:49Страница 535
قُلۡ إِنَّ ٱلۡأَوَّلِينَ وَٱلۡأٓخِرِينَ ٤٩
Скажи: «Воистину, как первые, так и последние поколения
Ey Peyğəmbər! Dirilməni inkar edən o kimsələrə de: “Şübhəsiz ki, əvvəl yaşamış insanlar da, sonra gələcək bütün nəsillərdə,
56:50Страница 535
لَمَجۡمُوعُونَ إِلَىٰ مِيقَٰتِ يَوۡمٖ مَّعۡلُومٖ ٥٠
будут собраны в определенном месте в известный день.
Qiyamət günü haqq-hesaba çəkilmək və etdikləri əməllərin əvəzini almaq üçün mütləq toplanacaqlar.
56:51Страница 536
ثُمَّ إِنَّكُمۡ أَيُّهَا ٱلضَّآلُّونَ ٱلۡمُكَذِّبُونَ ٥١
Тогда вы, о заблудшие, считающие лжецами посланников,
Sonra siz, ey dirilməni yalan sayan və düz yoldan azan kimsələr, Qiyamət günü zəqqum ağacının meyvəsindən yeyəcəksiniz. Bu isə, meyvələrin ən şərli və murdar olanıdır.
Sonra siz, ey dirilməni yalan sayan və düz yoldan azan kimsələr, Qiyamət günü zəqqum ağacının meyvəsindən yeyəcəksiniz. Bu isə, ən şər və murdar meyvədir.
Boş qarnınızı o ağacın acı meyvəsi ilə dolduracaqsınız,
Üstündən də olduqca hərarətli olan qaynar su içəcəksiniz.
56:55Страница 536
فَشَٰرِبُونَ شُرۡبَ ٱلۡهِيمِ ٥٥
как пьют больные верблюды, которые не могут спастись от жажды».
Siz onu susuzluq xəstəliyinə tutulmuş dəvənin çoxlu su içdiyi kimi çoxlu-çoxlu içəcəksiniz”.
Bu zikr edilən acı yemək və qaynar içki, haqq-hesab günü onlara veriləcək ziyafətdir.
56:57Страница 536
نَحۡنُ خَلَقۡنَٰكُمۡ فَلَوۡلَا تُصَدِّقُونَ ٥٧
Мы сотворили вас. Почему же вы не признаете воскрешения?
Ey haqqı yalan sayanlar! Siz yox ikən sizi Biz yaratdıq. Bəs nə üçün siz öldükdən sonra Bizim sizi dirildəcəyimizi təsdiq etmirsiniz?!
Ey insanlar! Qadınlarınızın uşaqlığına axıtdığınız mənini gördünüzmü?!
56:59Страница 536
ءَأَنتُمۡ تَخۡلُقُونَهُۥٓ أَمۡ نَحۡنُ ٱلۡخَٰلِقُونَ ٥٩
Вы создаете его или Мы создаем?
O mənini siz yaradırsınız, yoxsa onu yaradan Bizik?!
56:60Страница 536
نَحۡنُ قَدَّرۡنَا بَيۡنَكُمُ ٱلۡمَوۡتَ وَمَا نَحۡنُ بِمَسۡبُوقِينَ ٦٠
Мы распределили между вами смерть, и ничто не может помешать Нам
Sizin aranızda ölümü Biz müəyyən etdik. Sizlərdən hər kəsin əvvəlcədən müəyyən edilmiş əcəli vardır, o, nə qabağa keçər, nə də yubanar. Biz acizdə deyilik.
56:61Страница 536
عَلَىٰٓ أَن نُّبَدِّلَ أَمۡثَٰلَكُمۡ وَنُنشِئَكُمۡ فِي مَا لَا تَعۡلَمُونَ ٦١
заменить вас подобными вам (или изменить ваше обличие) и создать вас такими, какими вы себе и не представляете.
Sizi bildiyiniz xilqətinizi və görünüşünüzü başqası ilə əvəz etməyə və sizi özünüz bilmədiyiniz başqa bir xilqətdə və şəkildə yaratmağa Bizə mane olan tapılmaz.
56:62Страница 536
وَلَقَدۡ عَلِمۡتُمُ ٱلنَّشۡأَةَ ٱلۡأُولَىٰ فَلَوۡلَا تَذَكَّرُونَ ٦٢
Вы уже знаете о первом сотворении. Почему же вы не помяните назидание?
Siz artıq Bizim sizi ilk dəfə necə xəlq etdiyimizi bilirsiniz. Bəs nə üçün sizi ilk dəfə yaradan Allahın, siz öldükdən sonra sizi yenidən diriltməyə qadirdir olduğunu düşünüb ibrət almırsınız?!
Torpağa səpdiyiniz toxumu gördünüzmü?!
56:64Страница 536
ءَأَنتُمۡ تَزۡرَعُونَهُۥٓ أَمۡ نَحۡنُ ٱلزَّٰرِعُونَ ٦٤
Вы ли заставляете его произрасти или Мы заставляем?
O toxumu siz bitirisiniz, yoxsa onu bitirən Bizik?!
56:65Страница 536
لَوۡ نَشَآءُ لَجَعَلۡنَٰهُ حُطَٰمٗا فَظَلۡتُمۡ تَفَكَّهُونَ ٦٥
Если Мы пожелаем, то превратим его в труху, и тогда вы останетесь удивленными
Əgər Biz istəsəydik, o əkin yetişib məhsul verdiyi zaman onu saman çöpünə döndərər, siz də onun nə kökə düşdüyünə heyrət edərdiniz,
Və deyərdiniz: “Biz xərc qoyduğumuz işdə ziyana uğramaqla əzaba düçar olduq.
Xeyr, biz ruzidən məhrum olduq!”
56:68Страница 536
أَفَرَءَيۡتُمُ ٱلۡمَآءَ ٱلَّذِي تَشۡرَبُونَ ٦٨
Видели ли вы воду, которую вы пьете?
Susadığınız zaman içdiyiniz suyu gördünüzmü?!
56:69Страница 536
ءَأَنتُمۡ أَنزَلۡتُمُوهُ مِنَ ٱلۡمُزۡنِ أَمۡ نَحۡنُ ٱلۡمُنزِلُونَ ٦٩
Вы ли ниспосылаете ее из дождевых туч или Мы ниспосылаем?
Onu göydəki buluddan siz endirirsiniz, yoxsa onu endirən Bizik?!
56:70Страница 536
لَوۡ نَشَآءُ جَعَلۡنَٰهُ أُجَاجٗا فَلَوۡلَا تَشۡكُرُونَ ٧٠
Если бы Мы пожелали, то сделали бы ее горькой. Почему же вы неблагодарны?
Əgər istəsəydik, o suyu elə duzlu edərdik ki, o, nə içməyə, nə də suvarılmağa yaralı olardı. Bəs nə üçün Allahın sizə rəhmət olaraq şirin su endirdiyinə görə Ona şükür etmirsiniz?!
56:71Страница 536
أَفَرَءَيۡتُمُ ٱلنَّارَ ٱلَّتِي تُورُونَ ٧١
Видели ли вы огонь, который вы высекаете?
Öz mənfəətiniz üçün yandırdığınız odu gördünüzmü?!
56:72Страница 536
ءَأَنتُمۡ أَنشَأۡتُمۡ شَجَرَتَهَآ أَمۡ نَحۡنُ ٱلۡمُنشِـُٔونَ ٧٢
Вы ли создаете деревья для него или Мы создаем?
Yandırdığınız ağacı siz yaratdınız, yoxsa onu Biz sizə mərhəmət olaraq yaradırıq?!
56:73Страница 536
نَحۡنُ جَعَلۡنَٰهَا تَذۡكِرَةٗ وَمَتَٰعٗا لِّلۡمُقۡوِينَ ٧٣
Мы сделали его напоминанием и предметом пользования для путников.
Biz onu axirət odunu yada salmağınız və sizlərdən səfərə çıxan müsafirlərin istifadəsi üçün yaratdıq.
Ey Peyğəmbər! Elə isə, əzəmətli Rəbbini Ona layiq olmayan sifətlərdən uzaq tutaq şəninə təriflər de!
56:75Страница 536
۞ فَلَآ أُقۡسِمُ بِمَوَٰقِعِ ٱلنُّجُومِ ٧٥
Но нет! Клянусь местами заката звезд (или ниспослания частей Корана)!
Uca Allah ulduzların batdığı və olduğu yerlərə and içir.
56:76Страница 536
وَإِنَّهُۥ لَقَسَمٞ لَّوۡ تَعۡلَمُونَ عَظِيمٌ ٧٦
Если бы вы только знали, что это - клятва великая.
Kaş bu yerlərə and içməyin, onda olan dəlillərə və məhdud olmayan ibrətlərə görə, böyük bir and olduğunu biləydiniz.
Ey insanlar! Sizə oxunan bu Quran, içində əzəmətli faydalar olduğuna görə, həqiqətən də, ehtirama layiq olan dəyərli bir Qurandır.
İnsanların görmədiyi bir kitabda - Lövhi-məhfuzda qorunub saxlanan kitabdır.
Ona ancaq günahlardan və eyiblərdən uzaq olan mələklər toxuna bilər.
O, məxluqatın Rəbbi tərəfindən Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil edilmişdir!
56:81Страница 537
أَفَبِهَٰذَا ٱلۡحَدِيثِ أَنتُم مُّدۡهِنُونَ ٨١
Неужели вы не веруете в это повествование (или отворачиваетесь от него)
Ey müşriklər! Siz bu kəlamı yalan sayırsınız, ona inanmırsınız?!
56:82Страница 537
وَتَجۡعَلُونَ رِزۡقَكُمۡ أَنَّكُمۡ تُكَذِّبُونَ ٨٢
и делаете ваш удел тем, что считаете ложью истину?
Allahın sizə verdiyi nemətlərə şükür etməyi, onu yalan saymaqla yerinə yetirirsiniz?! Yağışın yağmasını ulduzla əlaqələndirib: "Bizə filan və filan ulduz sayəsində yağış yağır" - deyirsiniz?!
Ruh hülquma yetişdiyi zaman,
Həmin vaxt siz önünüzdə can verən adama baxıb durursunuz.
56:85Страница 537
وَنَحۡنُ أَقۡرَبُ إِلَيۡهِ مِنكُمۡ وَلَٰكِن لَّا تُبۡصِرُونَ ٨٥
Мы находимся ближе вас к нему, хотя вы не видите этого.
Biz Öz elmimiz, qüdrətimiz və mələklərimizlə sizin ölünüzə sizdən daha yaxın oluruq, lakin siz o mələkləri görmürsünüz.
56:86Страница 537
فَلَوۡلَآ إِن كُنتُمۡ غَيۡرَ مَدِينِينَ ٨٦
Почему же вы, если вы действительно не получите воздаяние
Madam ki, siz iddianıza görə əməllərinizin əvəzini almaq üçün haqq-hesab olunmayacaqsınız -
Əgər doğru danışanlarsınız, onda, ölünüzdən çıxan o ruhu geri qaytarın! Siz bunu bacara bilməzsiniz.
Amma əgər o can verən adam, yaxşı işlər görməyə tələsən kimsələrdəndirsə,
56:89Страница 537
فَرَوۡحٞ وَرَيۡحَانٞ وَجَنَّتُ نَعِيمٖ ٨٩
то обретет покой (или радость; или милость), удел (или базилик) и Сад блаженства.
Onda o, rahatlıq tapar və bundan sonra heç vaxt yorulmaz, üstəlik, gözəl ruzi əldə edər və Nəim cənnətində nəfsi çəkdiyi hər bir nemətdən istifadə edər.
56:90–91Страница 537
وَأَمَّآ إِن كَانَ مِنۡ أَصۡحَٰبِ ٱلۡيَمِينِ ٩٠
Если он будет одним из тех, кто по правую сторону,
فَسَلَٰمٞ لَّكَ مِنۡ أَصۡحَٰبِ ٱلۡيَمِينِ ٩١
то ему скажут: «Мир тебе! Ты являешься одним из тех, кто на правой стороне».
Əgər ölən adam sağ tərəf sahiblərindəndirsə, belələrinin aqibətinə görə narahat olma, çünki onları salamatlıq və əmin-amanlıq gözləyir.
56:92Страница 537
وَأَمَّآ إِن كَانَ مِنَ ٱلۡمُكَذِّبِينَ ٱلضَّآلِّينَ ٩٢
Если же он будет одним из заблудших, считавших лжецами посланников,
Yox əgər ölən adam Rəsulullahın (səllallahu aleyhi və səlləm) gətirdiyi risaləti yalan sayanlardan və doğru yoldan azanlardandırsa,
Ona veriləcək ziyafət, hərarəti olduqca şiddətli olan qaynar su olacaqdır,
Özü də Cəhənnəm odunda yanacaqdır.
Ey Peyğəmbər! Bizim sənə anlatdığımız bu hadisələr, doğrudan da, təkzibolunmaz bir həqiqətdir.
Elə isə əzəmətli Rəbbinin adına təriflər de və Onun bütün eyib və nöqsanlardan uca tut!
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии