Аль-Мухтасар · Тафсир · на азербайджанском
Аль-Анам 6:128–165
6:128Страница 144
وَيَوۡمَ يَحۡشُرُهُمۡ جَمِيعٗا يَٰمَعۡشَرَ ٱلۡجِنِّ قَدِ ٱسۡتَكۡثَرۡتُم مِّنَ ٱلۡإِنسِۖ وَقَالَ أَوۡلِيَآؤُهُم مِّنَ ٱلۡإِنسِ رَبَّنَا ٱسۡتَمۡتَعَ بَعۡضُنَا بِبَعۡضٖ وَبَلَغۡنَآ أَجَلَنَا ٱلَّذِيٓ أَجَّلۡتَ لَنَاۚ قَالَ ٱلنَّارُ مَثۡوَىٰكُمۡ خَٰلِدِينَ فِيهَآ إِلَّا مَا شَآءَ ٱللَّهُۚ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٞ ١٢٨
В тот день Он соберет их вместе: «О сонмище джиннов! Вы ввели в заблуждение многих людей». Их помощники из числа людей скажут: «Господь наш! Одни из нас пользовались другими, и мы достигли нашего срока, который Ты назначил нам». Он скажет: «Огонь будет вашей обителью, в которой вы пребудете вечно, если только Аллах не пожелает иначе!». Воистину, твой Господь - Мудрый, Знающий.
Ey Peyğəmbər! Allah insanları və cinləri bir yerə toplayacağı gün onlara: "Ey cin tayfası! Artıq siz insanlardan bir çoxunu azdırdınız və Allahın yolundan döndərdiniz"- deyəcəyini yadına sal. İnsanlardan onlara tabe olanlar isə Rəbbinə cavab olaraq deyəcəklər: "Ey Rəbbimiz! Bizdən hər biri digərimizdən faydalandıq. Cinlər insanların onlara itaət etməsindən ləzzət aldı, insanlar isə cinlərin onlara xidmət edib istədiklərini etdiklərinə görə cinlərdən fafdalandılar və sonda bizim üçün müəyyən etdiyin vaxta, qiyamət gününə gəlib çatdıq". Allah deyəcək: "Qəbirlərindən dirilib Cəhənnəmə varid olma arasındakı Allahın istədiyi müddət müstəsna olmaqla od sizin əbədi qalacağınız yerdir". Allah yalnız bu müddət ərzində onların odda əbədi qalmayacaqlarını müstəsna etmişdir. Ey Peyğəmbər! Həqiqətən, Rəbbin hər şeyin müqəddəratını müəyyən etmək və işləri idarə etmək xüsusunda hikmət sahibidir, qullarından xəbərdardır və onlardan kimin əzaba layiq olduğunu biləndir.
6:129Страница 144
وَكَذَٰلِكَ نُوَلِّي بَعۡضَ ٱلظَّٰلِمِينَ بَعۡضَۢا بِمَا كَانُواْ يَكۡسِبُونَ ١٢٩
Так Мы позволяем одним беззаконникам править другими за то, что они приобретают.
Biz bəzi azğın cinləri bəzi insanları azdırmaq üçün onların üzərində hökrman etdiyimiz kimi, qazandıqları günahların cəzası olaraq hər bir zalıma onu şər işlər görməyə təhrik edən və xeyir əməllərdən çəkindirən bir zalım təyin edərik.
6:130Страница 144
يَٰمَعۡشَرَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ أَلَمۡ يَأۡتِكُمۡ رُسُلٞ مِّنكُمۡ يَقُصُّونَ عَلَيۡكُمۡ ءَايَٰتِي وَيُنذِرُونَكُمۡ لِقَآءَ يَوۡمِكُمۡ هَٰذَاۚ قَالُواْ شَهِدۡنَا عَلَىٰٓ أَنفُسِنَاۖ وَغَرَّتۡهُمُ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا وَشَهِدُواْ عَلَىٰٓ أَنفُسِهِمۡ أَنَّهُمۡ كَانُواْ كَٰفِرِينَ ١٣٠
Мы скажем: «О сонмище джиннов и людей! Разве к вам не приходили посланники из вашего числа, которые читали вам Мои аяты и предупреждали вас о встрече с этим днем вашим?». Они скажут: «Мы свидетельствуем против самих себя». Мирская жизнь обольстила их, и они принесут свидетельство против самих себя о том, что они были неверующими.
Biz Qiyamət günü onlara deyəcəyik: "Ey insan və cin tayfası! Məgər sizə öz nəslinizdən - insan növündən olan - Allahın özlərinə nazil etdiyi ayələri sizə xəbər verən və bu gününüzlə, Qiyamət günü ilə qarşılaşacağınız barədə sizə xəbərdarlıq edib, qorxudan elçilər gəlmədimi?" Onlar deyəcəklər: "Əlbətdə gəldi. Bu gün biz, Sənin elçilərin bizi xəbərdar etdiklərinə görə öz əleyhimizə şahidlik edirik, biz bu gün qarşılaşacağımıza şahid olduq, lakin biz bundan əvvəl bizə göndərilən elçiləri və bu gün qarşılaşacağımızı yalan hesab etdik!" Onları dünya həyatının bər-bəzəyi və keçici naz-nemətləri aldatdı və onlar dünya həyatında Allah və Onun elçilərinə kafir olduqları barədə özlərinə qarşı şahidlik etdilər. Amma vaxt bitdiyinə görə onların öz əleyhinə şahidlik etməsi və iman gətirmələri onlara heç bir fayda vermədi.
6:131Страница 144
ذَٰلِكَ أَن لَّمۡ يَكُن رَّبُّكَ مُهۡلِكَ ٱلۡقُرَىٰ بِظُلۡمٖ وَأَهۡلُهَا غَٰفِلُونَ ١٣١
Это произойдет потому, что твой Господь не губит города несправедливо, пока их жители пребывают в неведении.
Heç bir kimsəyə elçilər göndərilmədən və ona dəvət çatmadan öncə etdiyi günaha görə əzab verilməməsi üçün insan və cinlərə xəbərdarlıq edən elçilər göndərdik. Biz hər hansı bir ümmətə elçilər göndərmədən öncə onlara əzab vermərik.
6:132Страница 145
وَلِكُلّٖ دَرَجَٰتٞ مِّمَّا عَمِلُواْۚ وَمَا رَبُّكَ بِغَٰفِلٍ عَمَّا يَعۡمَلُونَ ١٣٢
Для всех будут ступени, соответствующие тому, что они совершили. Господь твой не находится в неведении относительно того, что они совершают.
Onların hər birinin etdiyi əməllərə görə dərəcələri vardır. Yaxşı əməllər edənlərin savabı eyni səviyyədə olmadığı kimi, şər əməlləri çox olanla az olan da eyni səviyyədə ola bilməz. Rəbbin onların etdiklərindən qafil deyildir. Əksinə, onların nə etdiklərindən xəbərdardır. Ona heç bir şey gizli qalmaz və Allah onlara etdikləri əməllərin əvəzini verəcəkdir.
6:133Страница 145
وَرَبُّكَ ٱلۡغَنِيُّ ذُو ٱلرَّحۡمَةِۚ إِن يَشَأۡ يُذۡهِبۡكُمۡ وَيَسۡتَخۡلِفۡ مِنۢ بَعۡدِكُم مَّا يَشَآءُ كَمَآ أَنشَأَكُم مِّن ذُرِّيَّةِ قَوۡمٍ ءَاخَرِينَ ١٣٣
Господь твой богат и обладает милостью. Если Он пожелает, то уничтожит вас и сделает вашими преемниками, кого пожелает, подобно тому, как Он сотворил вас из потомства других людей.
Ey Peyğəmbər! Rəbbin Öz qullarına möhtac deyil - Allahın nə qullarına, nə də onların ibadətinə ehtiyacı var. Onların Allaha küfr etməsi Ona zərər verməz. Allahın qullarına ehtiyacı olmasa da, O, qullarına qarşı rəhmlidir. Ey Günahkar insanlar! Allah sizi və sizdən əvvəliki başqa bir qövmün nəslindən yaratdığı kimi, əgər Allah sizi məhv etmək istəsə sizə əzab göndərib məhv edərdi və sizi məhv etdikdən sonra Allaha iman gətirib və Ona itaət edən istədiyi bir qövmün yaratardı.
6:134Страница 145
إِنَّ مَا تُوعَدُونَ لَأٓتٖۖ وَمَآ أَنتُم بِمُعۡجِزِينَ ١٣٤
Воистину, обещанное вам наступит, и вы не сможете избежать этого.
Ey Kafirlər! Şübhə yoxdur ki, sizə vəd olunan - qəbirlərdən dirilib çıxma, haqq-hesab və əzab günü mütləq gələcəkdir. Siz ondan qaçıb yaxa qurtara bilməyəcəksiniz. O, sizin kəkillərinizdən tutaraq sizə Öz əzabını dadıracaqdır.
6:135Страница 145
قُلۡ يَٰقَوۡمِ ٱعۡمَلُواْ عَلَىٰ مَكَانَتِكُمۡ إِنِّي عَامِلٞۖ فَسَوۡفَ تَعۡلَمُونَ مَن تَكُونُ لَهُۥ عَٰقِبَةُ ٱلدَّارِۚ إِنَّهُۥ لَا يُفۡلِحُ ٱلظَّٰلِمُونَ ١٣٥
Скажи: «О мой народ! Действуйте по своему усмотрению, и я тоже буду действовать. Вы узнаете, кому достанется Последняя обитель. Воистину, не преуспеют беззаконники».
Ey Peyğəmbər! De: "Ey qövmüm! Elə olduğunuz kimi küfr və azğınlığınıza davam edin. Artıq mən sizə haqqı açıq-aydın dəlillərlə bəyan edərək sizi xəbərdar etim. Bundan sonra sizin küfür etməniz və zəlalətdə olmanız məni maraqlandırmaz. Mən isə bundan sonra da elə olduğum haqq üzərində sabit qalacam. Siz Allahın dünyada kimə yardım etdiyini, yer üzünə kimin varis olduğunu və axirət yurdunun kimə nəsib olacağını biləcəksiniz. Şübhəsiz ki, müşriklər nə dünyada nə də axirətdə nicat taparlar. Onlar dünyada nə qədər dünya nemətlərindən ləzzət alsalarda, axirətdə isə aqibətləri xüsrana düçar olmaqdır".
6:136Страница 145
وَجَعَلُواْ لِلَّهِ مِمَّا ذَرَأَ مِنَ ٱلۡحَرۡثِ وَٱلۡأَنۡعَٰمِ نَصِيبٗا فَقَالُواْ هَٰذَا لِلَّهِ بِزَعۡمِهِمۡ وَهَٰذَا لِشُرَكَآئِنَاۖ فَمَا كَانَ لِشُرَكَآئِهِمۡ فَلَا يَصِلُ إِلَى ٱللَّهِۖ وَمَا كَانَ لِلَّهِ فَهُوَ يَصِلُ إِلَىٰ شُرَكَآئِهِمۡۗ سَآءَ مَا يَحۡكُمُونَ ١٣٦
Они предназначают Аллаху долю того, что Он вырастил из посевов и скота, и по своему разумению говорят: «Это - Аллаху, а это - сотоварищам». То, что предназначено сотоварищам, не попадает Аллаху, а то, что предназначено Аллаху, попадает сотоварищам. Скверно то, что они решают!
Müşriklər Allahın yaratdığı əkindən və mal-qaradan Allah üçün pay ayırmaqı özlərindən icad edib və bunun Allah aid olduğunu, başqa bir payda ayıraraq onunda isə bütlərinə aid olduğunu iddia etdilər. Şərikləri üçün ayırdıqları pay fəqirlər və miskinlər kimi Allah üçün olan yerlərə çatmaz, Allah üçün ayırdıqları pay isə Allaha şərik qoşduqları bütlərə çatar. Onların pay bölgüsü barədə verdikləri hökm necə də pisdir!
6:137Страница 145
وَكَذَٰلِكَ زَيَّنَ لِكَثِيرٖ مِّنَ ٱلۡمُشۡرِكِينَ قَتۡلَ أَوۡلَٰدِهِمۡ شُرَكَآؤُهُمۡ لِيُرۡدُوهُمۡ وَلِيَلۡبِسُواْ عَلَيۡهِمۡ دِينَهُمۡۖ وَلَوۡ شَآءَ ٱللَّهُ مَا فَعَلُوهُۖ فَذَرۡهُمۡ وَمَا يَفۡتَرُونَ ١٣٧
Так многим многобожникам их сотоварищи представили прекрасным убийство детей, дабы погубить их и сделать запутанной их религию. Если бы Аллах пожелал, они не поступали бы таким образом. Оставь же их вместе с их измышлениями.
Allahın haqsız yerə qətlə yetirməyi haram etdiyi canı qətlə yetirərək həlaka sürüklənmələri və dinlərinə qarmaqarışıqlıq salıb nəyin icazəli və nəyin də qadağan olduğunu bilməmələri məqsədi ilə şeytan müşriklərə bu zalım hökmü gözəl göstərdiyi kimi, müşriklərin bir çoxuna şeytanlardan olan şərikləri yoxsuzluq qorxusundan uşaqlarını öldürməyi də gözəl göstərdi. Əgər Allah bunun etməmələrini istəsəydi, onlar bunu heç vaxt edə bilməzdilər. Lakin Allah bunun böyük bir hikmət üçün belə olmasını istədi. Ey Peyğəmbər! Elə isə müşrikləri Allah adından uydurub yalan danışanlar ilə birlikdə tərk et. Çünki bu sənə zərər verə bilməz. Onları Allaha burax.
6:138Страница 146
وَقَالُواْ هَٰذِهِۦٓ أَنۡعَٰمٞ وَحَرۡثٌ حِجۡرٞ لَّا يَطۡعَمُهَآ إِلَّا مَن نَّشَآءُ بِزَعۡمِهِمۡ وَأَنۡعَٰمٌ حُرِّمَتۡ ظُهُورُهَا وَأَنۡعَٰمٞ لَّا يَذۡكُرُونَ ٱسۡمَ ٱللَّهِ عَلَيۡهَا ٱفۡتِرَآءً عَلَيۡهِۚ سَيَجۡزِيهِم بِمَا كَانُواْ يَفۡتَرُونَ ١٣٨
На основании своих предположений они говорят: «Эта скотина и эти посевы запретны. Питаться ими может только тот, кому мы позволим». На одной скотине они запрещают ездить верхом и возить грузы, а над другой скотиной они не произносят имени Аллаха, возводя на Него навет. Он воздаст им за то, что они измышляют!
Müşrəklər dedilər: "Bu mal-qara və əkinlər haramdır. Onlar öz iddialarına və iftiralarına əsasən, bunları bizim istədiklərimiz bütlərə xidmət edən kişilərdən başqa kiminsə yeməsi qadağandır. Bu mal-qaranın bəzisinin minilməsi haram edilmiş, minilməyən və üzərində yük daşınılmayan heyvanlardır. Bunlar: Bəhira, saibə və hami heyvanlarıdır. Bu heyvanları da kəsərkən üstündə Allahın adını çəkərək deyil, yalnız bütlərinin adını çəkərək kəsirlər. Onlar bunların hamısını yalandan Allaha iftira ataraq bunun Allahdan olduğunu iddia edirlər. Allahda onları atdıqları bu iftiralarına görə cəzalandıracaqdır.
6:139Страница 146
وَقَالُواْ مَا فِي بُطُونِ هَٰذِهِ ٱلۡأَنۡعَٰمِ خَالِصَةٞ لِّذُكُورِنَا وَمُحَرَّمٌ عَلَىٰٓ أَزۡوَٰجِنَاۖ وَإِن يَكُن مَّيۡتَةٗ فَهُمۡ فِيهِ شُرَكَآءُۚ سَيَجۡزِيهِمۡ وَصۡفَهُمۡۚ إِنَّهُۥ حَكِيمٌ عَلِيمٞ ١٣٩
Они говорят: «То, что находится в утробах этой скотины, дозволено нашим мужчинам и запрещено нашим женам». Если же он рождается мертвым, то все они получают право на него. Аллах воздаст им за то, что они приписывали, ведь Он - Мудрый, Знающий.
Onlar: "Bu saibə və bəhirə heyvanlarının qarınlarındakı balalar diri doğulduğu təqdirdə kişilərimizə halal, qadınlarımıza isə haramdır, əgər o balalar ölü doğularsa, kişilərimiz və qadınlarımız ona şərikdirlər"– deyirlər. Allah onları bu sözlərinə görə onlara layiqli cəza verəcəkdir. Həqiqətən, Allah, şəri hökmlərində, işlərində, qullarının idarə etməkdə hikmət sahibidir və qullarından xəbərdardır.
6:140Страница 146
قَدۡ خَسِرَ ٱلَّذِينَ قَتَلُوٓاْ أَوۡلَٰدَهُمۡ سَفَهَۢا بِغَيۡرِ عِلۡمٖ وَحَرَّمُواْ مَا رَزَقَهُمُ ٱللَّهُ ٱفۡتِرَآءً عَلَى ٱللَّهِۚ قَدۡ ضَلُّواْ وَمَا كَانُواْ مُهۡتَدِينَ ١٤٠
Понесли урон те, которые убивали своих детей по глупости, без всякого знания, и запрещали то, чем наделял их Аллах, возводя навет на Аллаха. Они впали в заблуждение и не последовали прямым путем.
Ağılsızlıqları və cahillikləri üzündən öz övladlarını öldürən və Allaha iftira ataraq Allahın onlara ruzi olaraq verdiyi heyvanları haram edənlər həlak oldular. Onlar doğru yoldan azdılar və bu yola yönəlmədilər.
6:141Страница 146
۞ وَهُوَ ٱلَّذِيٓ أَنشَأَ جَنَّٰتٖ مَّعۡرُوشَٰتٖ وَغَيۡرَ مَعۡرُوشَٰتٖ وَٱلنَّخۡلَ وَٱلزَّرۡعَ مُخۡتَلِفًا أُكُلُهُۥ وَٱلزَّيۡتُونَ وَٱلرُّمَّانَ مُتَشَٰبِهٗا وَغَيۡرَ مُتَشَٰبِهٖۚ كُلُواْ مِن ثَمَرِهِۦٓ إِذَآ أَثۡمَرَ وَءَاتُواْ حَقَّهُۥ يَوۡمَ حَصَادِهِۦۖ وَلَا تُسۡرِفُوٓاْۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلۡمُسۡرِفِينَ ١٤١
Он - Тот, Кто создал сады на трельяжах и без трельяжей, финиковые пальмы и злаки с различным вкусом, оливки и гранаты, имеющие сходства и различия. Вкушайте эти плоды, когда они созревают, и отдавайте должное в день уборки, но не излишествуйте, ведь Он не любит тех, кто излишествует.
Yer üzünə sərilmiş, talvar üzərində olan və talvarsız öz gövdəsi üzərində duran bostanları, dadları və zahiri görünüşü müxtəlif meyvəli xurma və dənli bitkiləri, yarpaqları bir-birinə bənzəyən, dadları isə bir-birindən fərqli olan zeytunu və narı yaradan pak olan Allahdır. Ey İnsanlar! Bar verdiyi zaman onların meyvəsindən yeyin, yığım günü onun zəkatını verin, lakin yedikdə və xərclədikdə şəri hüdudları aşmayın. Allah bu və digər işlərdə Onun hüdudlarını aşanları sevməz, əksinə belə kimsələrə qəzəblənər. Bunların hamısını yaradan, bu nemətləri qullarına halal edən Allahdır. Müşriklərin bunları haram etməyə heç bir haqqı yoxdur.
6:142Страница 146
وَمِنَ ٱلۡأَنۡعَٰمِ حَمُولَةٗ وَفَرۡشٗاۚ كُلُواْ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ وَلَا تَتَّبِعُواْ خُطُوَٰتِ ٱلشَّيۡطَٰنِۚ إِنَّهُۥ لَكُمۡ عَدُوّٞ مُّبِينٞ ١٤٢
Среди скотины есть предназначенная для перевозки и не предназначенная для этого. Ешьте из того, чем вас наделил Аллах, и не следуйте по стопам дьявола, ведь он для вас - явный враг.
Böyük dəvə kimi üstündə yük daşımaqa yararlı olan və kiçik dəvə yaxud qoyun kimi üstündə yük daşımağa yararlı olmayan heyvanları da sizin üçün yaradan Odur. Ey İnsanlar! Allahın sizə halal etdiyi bu ruzilərdən yeyin, müşriklərin etdiyi kimi, Allahın haram etdiyini halal və halal etdiyini isə haram edərək şeytanın addım izləri ilə getməyin! Ey İnsanlar! Şübhəsiz ki, şeytan, sizdən Allaha asi olmanızı istəyən, ədavəti sizə açıq-aşkar olan düşməninizdir.
6:143Страница 147
ثَمَٰنِيَةَ أَزۡوَٰجٖۖ مِّنَ ٱلضَّأۡنِ ٱثۡنَيۡنِ وَمِنَ ٱلۡمَعۡزِ ٱثۡنَيۡنِۗ قُلۡ ءَآلذَّكَرَيۡنِ حَرَّمَ أَمِ ٱلۡأُنثَيَيۡنِ أَمَّا ٱشۡتَمَلَتۡ عَلَيۡهِ أَرۡحَامُ ٱلۡأُنثَيَيۡنِۖ نَبِّـُٔونِي بِعِلۡمٍ إِن كُنتُمۡ صَٰدِقِينَ ١٤٣
Восемь парных особей: две из числа овец и две из числа коз. Скажи: «Он запретил самцов или самок? Или же то, что находится в утробах самок? Поведайте мне, опираясь на знание, если вы говорите правду».
Allah sizin üçün heyvanları səkkiz cift yaratdı: erkək və dişi olmaqla qoyundan ikisini və keçidən ikisini. Ey Peyğəmbər! Müşriklərə de: "Məğər Uca Allah iki erkəyi sadəcə olaraq erkək olduğuna görə haram etdi?" Əgər onlar: "Bəli"– desələr, onlara de: "Siz nə üçün dişi heyvanları haram edirsiniz?! Yoxsa Allah iki dişi heyvanı sadəcə olaraq dişi olduğuna görə haram etdi?!" Əgər onlar: "Bəli" – desələr, onlara de: "Siz nə üçün erkək heyvanları haram edirsiniz?! Yoxsa Allah qarnında balası olan iki dişinin qarnındakı balaları səbəbindən haram etdi?!" Əgər onlar: "Bəli" – desələr, onlara de: "Qarnında bala olan heyvanların bəzən erkəyini bəzəndə isə dişisini haram edərək bu hevyanların arasında nə üçün fərq qoruyursunuz? Ey Müşriklər! Bunların haram olmasının Allah tərəfindən olduğu iddanızda doğru danışanlarsınızsa, elə isə düzgün elmə əsaslanıb bu haqda mənə xəbər verin".
6:144Страница 147
وَمِنَ ٱلۡإِبِلِ ٱثۡنَيۡنِ وَمِنَ ٱلۡبَقَرِ ٱثۡنَيۡنِۗ قُلۡ ءَآلذَّكَرَيۡنِ حَرَّمَ أَمِ ٱلۡأُنثَيَيۡنِ أَمَّا ٱشۡتَمَلَتۡ عَلَيۡهِ أَرۡحَامُ ٱلۡأُنثَيَيۡنِۖ أَمۡ كُنتُمۡ شُهَدَآءَ إِذۡ وَصَّىٰكُمُ ٱللَّهُ بِهَٰذَاۚ فَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبٗا لِّيُضِلَّ ٱلنَّاسَ بِغَيۡرِ عِلۡمٍۚ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّٰلِمِينَ ١٤٤
Две из числа верблюдов и две из числа коров. Скажи: «Он запретил самцов или самок? Или же то, что находится в утробах самок? Или же вы присутствовали, когда Аллах заповедал вам это?». Кто же несправедливее того, кто возводит на Аллаха навет, чтобы ввести людей в заблуждение без всякого знания? Воистину, Аллах не ведет прямым путем беззаконников.
Səkkiz növ heyvandan qalanları isə bunlardır: Dəvədən iki ədəd, inəkdən iki ədəd. Ey Peyğəmbər! Müşriklərə de: "Yoxsa Allah bunları erkək, yaxud dişi olduğuna görəmi haram etdi, yoxsa dişinin qarnındakı balaları?! Ey Müşriklər! Yoxsa iddia etdiyiniz kimi bu heyvanlardan haram etdiyinizin haramlığını Allah sizə tövsiyə etdiyi zaman siz buna şahid idiniz?" Heç bir elmə əsaslanmadan insanları doğru yoldan azdırmaq məqsədi ilə Allahın haram etmədiyini Onun haram etdiyini iddia edərək Allaha qarşı yalan uyduran kimsədən daha zalım və daha böyük günah sahibi kim ola bilər? Şübhəsiz ki, Allah zalımları Allaha qarşı yalan uydurduqlarına görə doğru yola müvəffəq etməz.
6:145Страница 147
قُل لَّآ أَجِدُ فِي مَآ أُوحِيَ إِلَيَّ مُحَرَّمًا عَلَىٰ طَاعِمٖ يَطۡعَمُهُۥٓ إِلَّآ أَن يَكُونَ مَيۡتَةً أَوۡ دَمٗا مَّسۡفُوحًا أَوۡ لَحۡمَ خِنزِيرٖ فَإِنَّهُۥ رِجۡسٌ أَوۡ فِسۡقًا أُهِلَّ لِغَيۡرِ ٱللَّهِ بِهِۦۚ فَمَنِ ٱضۡطُرَّ غَيۡرَ بَاغٖ وَلَا عَادٖ فَإِنَّ رَبَّكَ غَفُورٞ رَّحِيمٞ ١٤٥
Скажи: «Из того, что дано мне в откровении, я нахожу запрещенным употреблять в пищу только мертвечину, пролитую кровь и мясо свиньи, которое (или которая) является скверной, а также недозволенное мясо животных, заколотых не ради Аллаха». Если же кто-либо вынужден пойти на это, не домогаясь запретного и не преступая пределы необходимого, то ведь Аллах - Прощающий, Милосердный.
Ey Peyğəmbər! De: "Allahın mənə etdiyi vəhylər içərisində kəsilmədən ölmüş heyvan yaxud axar qan, yaxud murdar, haram sayılan donuz əti, yaxud bütlər üçün kəsilən heyvanlar kimi Allahdan başqasının adı ilə kəsilmiş heyvanlardan başqa, hər hansı bir şəyin haram olduğunu görmürəm". Hər kəs aclıq üzündən bu yeməkdən ləzzət almaq məqsədi ilə deyil və zərurət həddini aşmadan bu haramlardan yeməyə məcbur qalarsa, buna görə ona günah gəlməz. Ey Peyğəmbər! Şübhəsiz ki, sənin Rəbbin məcburiyyət qarşısında qalıb bu haramlardan yeyən kimsəni bağışlayandır və ona qarşı rəhmlidir.
6:146Страница 147
وَعَلَى ٱلَّذِينَ هَادُواْ حَرَّمۡنَا كُلَّ ذِي ظُفُرٖۖ وَمِنَ ٱلۡبَقَرِ وَٱلۡغَنَمِ حَرَّمۡنَا عَلَيۡهِمۡ شُحُومَهُمَآ إِلَّا مَا حَمَلَتۡ ظُهُورُهُمَآ أَوِ ٱلۡحَوَايَآ أَوۡ مَا ٱخۡتَلَطَ بِعَظۡمٖۚ ذَٰلِكَ جَزَيۡنَٰهُم بِبَغۡيِهِمۡۖ وَإِنَّا لَصَٰدِقُونَ ١٤٦
Иудеям Мы запретили всех животных с нераздвоенными копытами. Мы запретили им сало коров и овец, кроме того, что находится на спинном хребте и внутренностях или смешалось с костями. Так Мы наказали их за их бесчинства. Воистину, Мы правдивы.
Biz yəhudilərə dəvə və qoyun kimi barmaqları yarılmayan heyvanları haram etdik. Biz onlara inək və qoyunun bellərinə və ya bağırsaqlarına yapışan, yaxud omba və yan sümüklərə qarışan yağlar istisna olmaqla, o heyvanların piylərini də haram etdik. Biz bunları onlara haram etməklə etdikləri zülümə onları görə cəzalandırdıq. Şübhəsiz ki, Biz sənə xəbər verdiyimiz hər bir şeydə doğru danışanlarıq.
6:147Страница 148
فَإِن كَذَّبُوكَ فَقُل رَّبُّكُمۡ ذُو رَحۡمَةٖ وَٰسِعَةٖ وَلَا يُرَدُّ بَأۡسُهُۥ عَنِ ٱلۡقَوۡمِ ٱلۡمُجۡرِمِينَ ١٤٧
Если они сочтут тебя лжецом, то скажи: «Ваш Господь обладает обширной милостью, но Его наказание невозможно отвратить от грешных людей».
Ey Peyğəmbər! Əgər onlar səni yalançı hesab edib və Rəbbindən gətirdiyini təsdiq etməsələr, onları rəğbətləndirərək onlara de: "Rəbbiniz geniş mərhəmət sahibidir. Sizə möhlət verib, əzab verməyə tələsməməsi Onun sizə olan mərhəmətindəndir. Onlara xəbərdarlıq edərə belə de: "Onun əzabı günahlar və asiliklər edən qövmdən uzaqlaşdırılmaz".
6:148Страница 148
سَيَقُولُ ٱلَّذِينَ أَشۡرَكُواْ لَوۡ شَآءَ ٱللَّهُ مَآ أَشۡرَكۡنَا وَلَآ ءَابَآؤُنَا وَلَا حَرَّمۡنَا مِن شَيۡءٖۚ كَذَٰلِكَ كَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ حَتَّىٰ ذَاقُواْ بَأۡسَنَاۗ قُلۡ هَلۡ عِندَكُم مِّنۡ عِلۡمٖ فَتُخۡرِجُوهُ لَنَآۖ إِن تَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنۡ أَنتُمۡ إِلَّا تَخۡرُصُونَ ١٤٨
Многобожники скажут: «Если бы Аллах пожелал, то ни мы, ни наши отцы не приобщали бы сотоварищей и не запрещали бы ничего». Таким же образом считали лжецами посланников те, кто были до них, пока они не вкусили Наше наказание. Скажи: «Есть ли у вас какое-либо знание, которое вы можете представить нам? Вы лишь следуете предположениям и лжете».
Müşriklər Allaha şərik qoşduqlarının doğruluğuna dair bunun Allahın istəyi və qüdrəti ilə olduğunu görə özlərinə bəraət qazandıraraq deyəcəklər: "Əgər Allah bizim və ata-babalarımızın Allaha şərik qoşmamasını istəsəydi, biz Ona heç vaxt şərik qoşa bilməzdik. Əgər Allah bizim öz nəfsimizə haram etməyi istəməsəydi, biz haram özümüzə etdiyimiz şeylərdən heç bir şeyi haram edə bilməzdik". Onların bu batil dəlillərinə oxşar olaraq onlardan əvvəlkilər də öz peyğəmbərlərini beləcə yalançı hesab edərək belə demişdilər: "Əgər Allah bizim peyğəmbərləri yalan hesab etməyimizi istəməsəydi, biz heç vaxt onları yalan hesab edə bilməzdik". Beləliklə də, onlar əzabımızı onlara daddırana qədər bu münvalla peyğəmbərləri yalan hesab etməkdə davam etdilər. Ey Peyğəmbər! Müşriklərə de: "Deyin görək, sizin Allaha şərik qoşmanızın Allahın buna razı olmasına, yaxud Allahın haram etdiyini halal və ya halal etdiyinidə haram etmənizə dair bir dəliliniz varmı?" Sizin cadəcə olaraq bunu etməyiniz, heç də Allahın bu işdən razı olduğuna dəlil deyil. Siz bu işdə ancaq zənnə qapılırsınız, zənn isə əsla həqiqət ola bilməz, siz ancaq yalan danışırsınız.
6:149Страница 148
قُلۡ فَلِلَّهِ ٱلۡحُجَّةُ ٱلۡبَٰلِغَةُۖ فَلَوۡ شَآءَ لَهَدَىٰكُمۡ أَجۡمَعِينَ ١٤٩
Скажи: «У Аллаха есть убедительное доказательство. Если бы Он пожелал, то повел бы прямым путем всех вас».
Ey Peyğəmbər! Müşriklərə de: "Əgər bu zəif dəlillərinizdən başqa sizin heç bir dəliliniz yoxdursa, gətirdiyiniz üzürləri və qəlbinizdə olan şübhələri batil edən tutarlı dəlillər ancaq Allaha məxsusdur. Ey Müşriklər! Əgər Allah sizin hamınızı haqqa müvəffəq etmək istəsəydi, müvəffəq edərdi".
6:150Страница 148
قُلۡ هَلُمَّ شُهَدَآءَكُمُ ٱلَّذِينَ يَشۡهَدُونَ أَنَّ ٱللَّهَ حَرَّمَ هَٰذَاۖ فَإِن شَهِدُواْ فَلَا تَشۡهَدۡ مَعَهُمۡۚ وَلَا تَتَّبِعۡ أَهۡوَآءَ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا وَٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ وَهُم بِرَبِّهِمۡ يَعۡدِلُونَ ١٥٠
Скажи: «Приведите ваших свидетелей, которые засвидетельствуют, что Аллах запретил это». Если даже они станут свидетельствовать, ты не свидетельствуй вместе с ними и не потакай желаниям тех, которые считали ложью Наши знамения, которые не веруют в Последнюю жизнь и равняют других со своим Господом.
Ey Peyğəmbər! Allahın onlara halal etdiyini özlərinə haram edən müşriklərə de: "Siz bunu, Allahın haram etdiyini iddia edirsiniz. Elə isə haram etdiyiniz bu şeylərin Allahın haram etdiyinə dair şahidlərinizi gətirin, qoy onlar şəhadət versinlər ki, həqiqətən də, bunu Allah haram buyurmuşdur". Ey Peyğəmbər! Əgər onlar elmsiz olaraq bunları Allahın haram etdiyinə şəhadət versələr, sən onların bu şəhadətlərinə inanma. Çünki onlar yalan danışırlar. Ağıllarını özlərinə hakim qəbul edəblərin, Allahın onlara halal etdiyini özlərinə haram edərək ayələrimizi yalan sayanların və axirətə inanmayanların istəklərinə uyma. Onlar başqalarını öz Rəbbinə şərik qoşurlar və tay tuturlar. Axı belə bir kimsəyə necə tabe olmaq olar?!
6:151Страница 148
۞ قُلۡ تَعَالَوۡاْ أَتۡلُ مَا حَرَّمَ رَبُّكُمۡ عَلَيۡكُمۡۖ أَلَّا تُشۡرِكُواْ بِهِۦ شَيۡـٔٗاۖ وَبِٱلۡوَٰلِدَيۡنِ إِحۡسَٰنٗاۖ وَلَا تَقۡتُلُوٓاْ أَوۡلَٰدَكُم مِّنۡ إِمۡلَٰقٖ نَّحۡنُ نَرۡزُقُكُمۡ وَإِيَّاهُمۡۖ وَلَا تَقۡرَبُواْ ٱلۡفَوَٰحِشَ مَا ظَهَرَ مِنۡهَا وَمَا بَطَنَۖ وَلَا تَقۡتُلُواْ ٱلنَّفۡسَ ٱلَّتِي حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلۡحَقِّۚ ذَٰلِكُمۡ وَصَّىٰكُم بِهِۦ لَعَلَّكُمۡ تَعۡقِلُونَ ١٥١
Скажи: «Придите, и я прочту то, что запретил вам ваш Господь». Никого не приобщайте к Нему в сотоварищи и делайте добро родителям. И не убивайте своих детей, опасаясь нищеты, ведь Мы обеспечиваем пропитанием вас вместе с ними. И не приближайтесь к мерзким поступкам, явным или сокрытым. Не убивайте душу, которую Аллах запретил убивать, если только у вас нет на это права. Это заповедал вам Аллах, - быть может, вы уразумеете.
Ey Peyğəmbər! İnsanlara de: "Gəlin, Allahın nələri haram etdiyini sizə oxuyum. Allah sizə məxluqatı Ona şərik qoşmağı, valideynlərin üzünə ağ olmağı haram etmiş, onlara yaxşılıq etməyi isə sizə vacib etmişdir. Cahiliyyə dövründə öz uşaqlarını öldürdükləri kimi, Allah sizə yoxsulluq üzündən uşaqlarınızı öldürməyi haram etmişdir. Sizin də, onların da ruzisini verən Allahdır. Allah sizə çirkin əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmağı, evləndikdən sonra zina edən, İslama gəldikdən sonra mürtəd olan şəxs kimi haqlı yerə öldürülən kimsələr müstəsna olmaqla, Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyi haram etmişdir. Allah bu deyilənləri sizə tövsiyə etmişdir ki, bəlkə Allahın əmr və qadağalarını anlayasınız.
6:152Страница 149
وَلَا تَقۡرَبُواْ مَالَ ٱلۡيَتِيمِ إِلَّا بِٱلَّتِي هِيَ أَحۡسَنُ حَتَّىٰ يَبۡلُغَ أَشُدَّهُۥۚ وَأَوۡفُواْ ٱلۡكَيۡلَ وَٱلۡمِيزَانَ بِٱلۡقِسۡطِۖ لَا نُكَلِّفُ نَفۡسًا إِلَّا وُسۡعَهَاۖ وَإِذَا قُلۡتُمۡ فَٱعۡدِلُواْ وَلَوۡ كَانَ ذَا قُرۡبَىٰۖ وَبِعَهۡدِ ٱللَّهِ أَوۡفُواْۚ ذَٰلِكُمۡ وَصَّىٰكُم بِهِۦ لَعَلَّكُمۡ تَذَكَّرُونَ ١٥٢
Не приближайтесь к имуществу сироты, кроме как во благо ему, пока он не достигнет зрелого возраста. Наполняйте меру и весы по справедливости. Мы не возлагаем на человека сверх его возможностей. Когда вы произносите слово, будьте справедливы, даже если это касается родственника. Будьте верны договору с Аллахом. Это заповедал вам Аллах, - быть может, вы помяните назидание.
Allah sizə, yetim həddi-buluğa çatıb və mallarından düzgün istifadə etdiyi bəlli olana qədər, malı artırmaq məqsədilə istifadə etmək istisna olmaqla, onun malına toxunmağı haram etmişdir. Allah sizə ölçüdə və çəkidə aldatmağı haram, alış-veriş edərkən aldıqda və ya verdikdə isə ədalətli olmağı vacib etmişdir. Biz hər kəsi yalnız onun taqəti çatdığı qədər yükləyərik. Ölçüdə, çəkidə və s. bu kimi az və ya çoxluğunun dəqiq bilinməsi mümkün olmayan kiçik şeylərə görə sizə günah yoxdur. Allah sizə söz söylədiyiniz yaxud şahidlik etdiyiniz zaman, qohuma və ya dosta tərəfkeşlik etməyinizi haram etmişdir. Allah sizə, Allahın əhdini və ya Allaha verdiyiniz əhdi yaxud Allahla bağladığınız əhdi pozmağı haram, bunlara sadiq qalmağı isə vacib etmişdir. Allah bunları sizə əmr edir ki, bəlkə, işinizin sonunu düşünüb ibrət alasınız.
6:153Страница 149
وَأَنَّ هَٰذَا صِرَٰطِي مُسۡتَقِيمٗا فَٱتَّبِعُوهُۖ وَلَا تَتَّبِعُواْ ٱلسُّبُلَ فَتَفَرَّقَ بِكُمۡ عَن سَبِيلِهِۦۚ ذَٰلِكُمۡ وَصَّىٰكُم بِهِۦ لَعَلَّكُمۡ تَتَّقُونَ ١٥٣
Таков Мой прямой путь. Следуйте по нему и не следуйте другими путями, поскольку они собьют вас с Его пути. Он заповедал вам это, - быть может, вы устрашитесь.
Allah sizə zəlalət yollarına tabe olmağı haram, Allahın doğru və heç bir əyriliyi olmayan yoluna tabe olmağınızı isə vacib etmişdir. Zəlalət yolları sizi parçalanmağa və haqq yoldan uzaqlaşmağa aparır. Bu Allahın düzğün yoluna tabe olmaq üçündür. Allah bunu sizə tövsiyə etmişdir ki, bəlkə sizə əmr olunanları yerinə yetirib və qadağa olunanlardan çəkinərək Allahdan qorxasınız.
6:154Страница 149
ثُمَّ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ تَمَامًا عَلَى ٱلَّذِيٓ أَحۡسَنَ وَتَفۡصِيلٗا لِّكُلِّ شَيۡءٖ وَهُدٗى وَرَحۡمَةٗ لَّعَلَّهُم بِلِقَآءِ رَبِّهِمۡ يُؤۡمِنُونَ ١٥٤
Мы также даровали Мусе (Моисею) Писание в завершение милости к тому, кто был добродетелен, как разъяснение всякой вещи, верное руководство и милость, дабы они уверовали во встречу со своим Господом.
Bunları xəbər verdikdən sonra, Biz Musaya - aleyhissəlam - əməlini yaxşı etdiyinə görə ona mükafat olaraq nemətimizi tamamlamaq məqsədilə, dində ehtiyac olan hər şeyi müfəssəl izah edən, haqq yolun göstəricisi, mərhəmət və onların Qiyamət günü Allahla qarşılaşacaqlarına iman gətirmələrinə ümid edib və o gün üçün xeyirli əməllər edərək hazırlaşmaları üçün Tövratı verdiyimizi xəbər veririk.
6:155Страница 149
وَهَٰذَا كِتَٰبٌ أَنزَلۡنَٰهُ مُبَارَكٞ فَٱتَّبِعُوهُ وَٱتَّقُواْ لَعَلَّكُمۡ تُرۡحَمُونَ ١٥٥
Это - благословенное Писание, которое Мы ниспослали. Следуйте же ему и будьте богобоязненны, - быть может, вы будете помилованы.
Bu Quran, dini və dünyavi mənfəətləri özündə əhatə etdiyinə görə, nazil etdiyimiz bərəkəti bol olan bir Kitabdır. Orada nazil edilənə tabe olun və rəhm olunmanız üçün ona müxalif olmaqdan çəkinin.
6:156Страница 149
أَن تَقُولُوٓاْ إِنَّمَآ أُنزِلَ ٱلۡكِتَٰبُ عَلَىٰ طَآئِفَتَيۡنِ مِن قَبۡلِنَا وَإِن كُنَّا عَن دِرَاسَتِهِمۡ لَغَٰفِلِينَ ١٥٦
Мы ниспослали его, чтобы вы не говорили: «Писание было ниспослано только двум общинам до нас, и мы ничего не знали о том, что они изучали».
Ey Ərəb müşrikləri: "Allah Tövratı və İncili yalnız bizdən əvvəlki yəhudilərə və nəsranilərə nazil etmiş, bizə isə heç bir kitab nazil etməmişdir. O Kitablar bizim dilimizdə deyil, əksinə, onların dillərində olduğu üçün biz onu oxuya bilmirik" –deməməyiniz üçündür.
6:157Страница 149
أَوۡ تَقُولُواْ لَوۡ أَنَّآ أُنزِلَ عَلَيۡنَا ٱلۡكِتَٰبُ لَكُنَّآ أَهۡدَىٰ مِنۡهُمۡۚ فَقَدۡ جَآءَكُم بَيِّنَةٞ مِّن رَّبِّكُمۡ وَهُدٗى وَرَحۡمَةٞۚ فَمَنۡ أَظۡلَمُ مِمَّن كَذَّبَ بِـَٔايَٰتِ ٱللَّهِ وَصَدَفَ عَنۡهَاۗ سَنَجۡزِي ٱلَّذِينَ يَصۡدِفُونَ عَنۡ ءَايَٰتِنَا سُوٓءَ ٱلۡعَذَابِ بِمَا كَانُواْ يَصۡدِفُونَ ١٥٧
Или чтобы вы не говорили: «Если бы нам было ниспослано Писание, то мы придерживались бы прямого пути лучше, чем они». К вам уже явилось ясное знамение от вашего Господа, верное руководство и милость. Кто же несправедливее того, кто считает ложью знамения Аллаха и отворачивается от них? Мы воздадим тем, кто отворачивается от Наших знамений, тяжкими мучениями за то, что они отворачивались.
və ya: "Əgər Allah yəhudi və nəsranilərə kitab nazil etdiyi kimi, bizə də bir kitab nazil etsəydi, biz onlardan daha çox doğru yolda olardıq" – deməyəsiniz. Artıq Allah peyğəmbəriniz Muhammədə - sallallahu aleyhi və səlləm - öz dilinizdə kitab nazil etdi. Bu kitab, açıq-aydın bir dəlil, haqq yol göstəricisi və ümmət üçün bir rəhmətdir. Elə isə bəhanə və batil dəlillər gətirərək özünüzə bəraət qazandırmayın. Allahın ayələrini yalan sayan və onlardan üz çevirən kimsədən daha zalım kimsə ola bilməz. Biz ayələrimizdən üz çevirənləri üz və arxa çevirdiklərinə görə Cəhənnəm oduna daxil edərək şiddətli əzabla cəzalandıracağıq.
6:158Страница 150
هَلۡ يَنظُرُونَ إِلَّآ أَن تَأۡتِيَهُمُ ٱلۡمَلَٰٓئِكَةُ أَوۡ يَأۡتِيَ رَبُّكَ أَوۡ يَأۡتِيَ بَعۡضُ ءَايَٰتِ رَبِّكَۗ يَوۡمَ يَأۡتِي بَعۡضُ ءَايَٰتِ رَبِّكَ لَا يَنفَعُ نَفۡسًا إِيمَٰنُهَا لَمۡ تَكُنۡ ءَامَنَتۡ مِن قَبۡلُ أَوۡ كَسَبَتۡ فِيٓ إِيمَٰنِهَا خَيۡرٗاۗ قُلِ ٱنتَظِرُوٓاْ إِنَّا مُنتَظِرُونَ ١٥٨
Неужели они ожидают чего-либо помимо того, что к ним явятся ангелы, или явится твой Господь, или явятся некоторые из знамений твоего Господа? В тот день, когда явятся некоторые знамения твоего Господа, вера не принесет пользы душе, если та не уверовала прежде или не приобрела благодаря своей вере добро. Скажи: «Ждите, и мы тоже подождем».
Ey Peyğəmbər! Yoxsa yalan hesab edənlər ancaq onlara dünyada canlarını almaq üçün ölüm mələyinin, yaxud onun köməkçilərinin və ya Qiyamət günü Rəbbinin onlar arasında hökm vermək üçün və yaxud Rəbbinin Qiyamət saatının vaqe olmasına dəlalət edən bəzi əlamətlərinin gəlməsini gözləyirlər? Rəbbinin, günəşin məğribdən çıxması kimi bəzi əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş kafir kimsəyə və ya iman etdikdən sonra heç bir xeyir əməl etməyən mömin kimsəyə iman gətirməsi fayda verməyəcəkdir. Ey Peyğəmbər! Yalan hesab edən müşriklərə de: "Bu əlamətlərdən birinin gəlməsini gözləyin, şübhəsiz ki, Biz də gözləyirik".
6:159Страница 150
إِنَّ ٱلَّذِينَ فَرَّقُواْ دِينَهُمۡ وَكَانُواْ شِيَعٗا لَّسۡتَ مِنۡهُمۡ فِي شَيۡءٍۚ إِنَّمَآ أَمۡرُهُمۡ إِلَى ٱللَّهِ ثُمَّ يُنَبِّئُهُم بِمَا كَانُواْ يَفۡعَلُونَ ١٥٩
Ты не имеешь никакого отношения к тем, которые раскололи свою религию и разделились на секты. Их дело находится у Аллаха, и позднее Он сообщит им о том, что они совершали.
Ey Peyğəmbər! Dinlərini parçalayıb firqə-firqə edən - dinin bəzi tələblərini yerinə yetirib, bəzisini də tərk edən, özləri də müxtəlif firqələrə bölünən yəhudi və nəsranilərlə sənin heç bir əlaqən yoxdur. Sən onların olduğları zəlalətdən uzaqsan. Sənin üzərinə düşən yalnız onları xəbərdar etməyindir. Onların işi Allaha aiddir. Sonra Allah Qiyamət günü onlara dünyada etdikləri əməlləri bildirəcək və etdikləri əməllərin müqabilini verəcəkdir.
6:160Страница 150
مَن جَآءَ بِٱلۡحَسَنَةِ فَلَهُۥ عَشۡرُ أَمۡثَالِهَاۖ وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَلَا يُجۡزَىٰٓ إِلَّا مِثۡلَهَا وَهُمۡ لَا يُظۡلَمُونَ ١٦٠
Кто явится с добрым деянием, тот получит десятикратное воздаяние. А кто явится со злым деянием, тот получит только соответствующее воздаяние, и с ними не поступят несправедливо.
Möminlərdən kim yaxşı əməl gətirərsə, Allah ona gətirdiyinin on qat əvəzini artırar. Kim pis əməl gətirərsə, ona gərirdiyindən çox olmadan yalnız gətirdiyinin yüngüllükdə və ağırlıqda onun misli qədər cəza verilər. Onlara qiyamət günü yaxşı əməllərinin savabı azaldılaraq və ya pis əməllərinin günahı çoxaldılaraq zülm edilməz.
6:161Страница 150
قُلۡ إِنَّنِي هَدَىٰنِي رَبِّيٓ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ دِينٗا قِيَمٗا مِّلَّةَ إِبۡرَٰهِيمَ حَنِيفٗاۚ وَمَا كَانَ مِنَ ٱلۡمُشۡرِكِينَ ١٦١
Скажи: «Воистину, мой Господь наставил меня на прямой путь, на правильную религию, веру Ибрахима (Авраама), ханифа. Ведь он не был из числа многобожников».
Ey Peyğəmbər! Yalan hesab edən müşriklərə de: "Həqiqətən, Rəbbim məni doğru yola, dunya və axirət xeyirlərini özündə cəm edən həqiqi din yoluna, batildən haqqa meyil edən və heç bir zaman müşriklərdən olmayan İbrahimin dininə yönəltdi!
6:162Страница 150
قُلۡ إِنَّ صَلَاتِي وَنُسُكِي وَمَحۡيَايَ وَمَمَاتِي لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ ١٦٢
Скажи: «Воистину, мой намаз и мое жертвоприношение (или поклонение), моя жизнь и моя смерть посвящены Аллаху, Господу миров.
Ey Peyğəmbər! De: "Şübhəsiz ki, mənim namazım da, Allahın adını çəkərək - "bismilləh" deyərək - kəsdiyim qurbanım da başqası üçün deyil, yalnız Allah üçündür. Həmçinin, həyatım da, ölümüm də və bunların hamısı bütün məxluqatın tək Rəbbi Allah üçündür və kiminsə bundan heç bir payı yoxdur!".
6:163Страница 150
لَا شَرِيكَ لَهُۥۖ وَبِذَٰلِكَ أُمِرۡتُ وَأَنَا۠ أَوَّلُ ٱلۡمُسۡلِمِينَ ١٦٣
Нет у Него сотоварищей. Это мне велено, и я - первый из мусульман».
Pak və bütün nöqsanlardan uzaq olan Allahın heç bir şəriki və Ondan başqa haqq ibadət olunan yoxdur. Allah mənə şirkdən uzaq bu xalis tövhidi əmr etmişdir və bu ümmətdən Allaha ən birinci təslim olan da mənəm.
6:164Страница 150
قُلۡ أَغَيۡرَ ٱللَّهِ أَبۡغِي رَبّٗا وَهُوَ رَبُّ كُلِّ شَيۡءٖۚ وَلَا تَكۡسِبُ كُلُّ نَفۡسٍ إِلَّا عَلَيۡهَاۚ وَلَا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰۚ ثُمَّ إِلَىٰ رَبِّكُم مَّرۡجِعُكُمۡ فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ فِيهِ تَخۡتَلِفُونَ ١٦٤
Скажи: «Неужели я стану искать другого господа помимо Аллаха, в то время как Он является Господом всякой вещи?». Каждая душа приобретает грехи только во вред самой себе. Ни одна душа не понесет чужого бремени. Затем вам предстоит вернуться к вашему Господу, и Он поведает вам о том, в чем вы расходились во мнениях.
Ey Peyğəmbər! Müşriklərə de: "Məgər Pak və Uca olan Allah hər şeyin Rəbbi olduğu halda, mən Ondan başqa Rəbbmi axtaracağam?!" O, sizin Allahdan başqa ibadət etdiyiniz ilahların Rəbbidir. Günahkarın günahı isə bşqasına yüklənməz. Sonra Qiyamət günü dönüşünüz tək Rəbbinizə olacaq və O, dünyada ikən ixtilafa düşdüyünüz dini məsələlər barədə sizə xəbər verəcəkdir.
6:165Страница 150
وَهُوَ ٱلَّذِي جَعَلَكُمۡ خَلَٰٓئِفَ ٱلۡأَرۡضِ وَرَفَعَ بَعۡضَكُمۡ فَوۡقَ بَعۡضٖ دَرَجَٰتٖ لِّيَبۡلُوَكُمۡ فِي مَآ ءَاتَىٰكُمۡۗ إِنَّ رَبَّكَ سَرِيعُ ٱلۡعِقَابِ وَإِنَّهُۥ لَغَفُورٞ رَّحِيمُۢ ١٦٥
Он - Тот, Кто сделал вас преемниками на земле и возвысил одних из вас над другими по степеням, чтобы испытать вас тем, что Он даровал вам. Воистину, твой Господь скор в наказании. Воистину, Он - Прощающий, Милосердный.
Sizi yerdiyi nemətlərlə imtahan etmək üçün və yer üzünü inşa edəsiz deyə sizi, sizdən əvvəl yer üzündə olub keşmiş insanların xələfləri təyin edən, yaradılışda, ruzidə və s. bu kimi sifətlərdə birinizi digərinizin üstün dərəcələrə qaldıran Allahdır. Ey Peyğəmbər! Həqiqətən, sənin Rəbbin tezliklə cəza verəndir. Qarşıda gələn hər bir şey yaxındır. Həqiqətən, Allah, Ona tövbə edən qullarını bağışlayandır və onlara qarşı rəhmlidir.
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии