Аль-Мухтасар · Тафсир · на азербайджанском
Аль-Анам 6:66–127
6:66Страница 135
وَكَذَّبَ بِهِۦ قَوۡمُكَ وَهُوَ ٱلۡحَقُّۚ قُل لَّسۡتُ عَلَيۡكُم بِوَكِيلٖ ٦٦
Твой народ счел его (Коран) ложью, хотя это - истина. Скажи: «Я не являюсь вашим попечителем и хранителем».
Sənin qövmün bu Quranın, həqiqətən də, Allah tərəfindən olmasına heç bir şübhə olmadığı bir təqdirdə onu yalan saydı. Ey Peyğəmbər! Onlara de: "Mən sizi qorumağa müvəkkil deyiləm, mən yalnız sizi şiddətli əzab barədə xəbərdar edənəm".
6:67Страница 135
لِّكُلِّ نَبَإٖ مُّسۡتَقَرّٞۚ وَسَوۡفَ تَعۡلَمُونَ ٦٧
Для каждого сообщения установлен срок, и вы узнаете об этом.
Hər bir xəbərin zamanı çatıb gerçəkləşəcəyi müəyyən vaxtı vardır, bu xəbərlərdən biri də sizin sonunuzun və aqibətinizin necə olacağı xəbəridir. Siz onu Qiyamət günü qəbirlərinizdən dirildiyiniz zaman biləcəksiniz.
6:68Страница 135
وَإِذَا رَأَيۡتَ ٱلَّذِينَ يَخُوضُونَ فِيٓ ءَايَٰتِنَا فَأَعۡرِضۡ عَنۡهُمۡ حَتَّىٰ يَخُوضُواْ فِي حَدِيثٍ غَيۡرِهِۦۚ وَإِمَّا يُنسِيَنَّكَ ٱلشَّيۡطَٰنُ فَلَا تَقۡعُدۡ بَعۡدَ ٱلذِّكۡرَىٰ مَعَ ٱلۡقَوۡمِ ٱلظَّٰلِمِينَ ٦٨
Когда ты увидишь тех, которые разглагольствуют о Наших знамениях, отвернись от них, пока они не увлекутся другим разговором. Если же дьявол заставит тебя забыть об этом, то не сиди с несправедливыми людьми после того, как вспомнишь.
Ey Peyğəmbər! Ayələrimizi məsxərəyə qoyan və istehza edən müşrikləri gördüyün zaman, ayələrimizə istehza etməkdən başqa söhbətə keçənə qədər onlardan uzaq dur. Əgər şeytan bunu sənə unutdurub onlarla birgə otursan, xatırladıqdan sonra isə dərhal o məclisi tərk et və həddi aşan kimsələrlə birgə oturma.
6:69Страница 136
وَمَا عَلَى ٱلَّذِينَ يَتَّقُونَ مِنۡ حِسَابِهِم مِّن شَيۡءٖ وَلَٰكِن ذِكۡرَىٰ لَعَلَّهُمۡ يَتَّقُونَ ٦٩
Те, которые богобоязненны, не несут никакой ответственности за их расчет. Они должны лишь напоминать им, - быть может, они устрашатся.
Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Ondan qorxan kimsələr, zalımların törətdiklərinə görə azca da olsa məsuliyyət daşımırlar. Mütəqilərə vacib olan, onları etdikləri pis əməllərdən çəkindirməkdir ki, bəlkə Allahdan qorxub, Onun əmrlərinə mültəzim olub, qadağalarından çəkinsinlər.
6:70Страница 136
وَذَرِ ٱلَّذِينَ ٱتَّخَذُواْ دِينَهُمۡ لَعِبٗا وَلَهۡوٗا وَغَرَّتۡهُمُ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَاۚ وَذَكِّرۡ بِهِۦٓ أَن تُبۡسَلَ نَفۡسُۢ بِمَا كَسَبَتۡ لَيۡسَ لَهَا مِن دُونِ ٱللَّهِ وَلِيّٞ وَلَا شَفِيعٞ وَإِن تَعۡدِلۡ كُلَّ عَدۡلٖ لَّا يُؤۡخَذۡ مِنۡهَآۗ أُوْلَٰٓئِكَ ٱلَّذِينَ أُبۡسِلُواْ بِمَا كَسَبُواْۖ لَهُمۡ شَرَابٞ مِّنۡ حَمِيمٖ وَعَذَابٌ أَلِيمُۢ بِمَا كَانُواْ يَكۡفُرُونَ ٧٠
Покинь тех, которые считают свою религию забавой и потехой и обольщаются мирской жизнью. Но увещевай их этим, дабы душа не обрекла себя на погибель тем, что приобрела, когда не будет у нее покровителя и заступника, кроме Аллаха, и когда от нее ничего не будет принято, какой бы выкуп она ни предложила. Они обрекли себя на погибель тем, что приобрели. Им уготованы кипящее питье и мучительные страдания за то, что они были неверующими.
Ey Peyğəmbər! Dinlərini məsxərəyə qoyub, onu oyun və əyləncə edənləri və dünya həyatının keçici naz-nemətləri ilə aldatdığı müşrikləri tərk et. Ey Peyğəmbər! İnsanlara Quranla öyüd-nəsihət ver ki, heç kəs etdiyi günahlar səbəbindən özünü həlaka sürükləməsin. Allahdan başqa onun, ona yardım edən nə bir hamisi, nə də ki, Qiyamət günü onu Allahın əzabından qoruyan bir havadarı olacaqdır. O, canını Allahın əzabından xilas etmək üçün nə cür fidyə versə də, fidyəsi ondan qəbul olunmayacaq. Onlar qazandıqları günahlar səbəbindən özlərini həlaka sürükləyən kimsələrdir. Kafir olduqlarına görə onlar üçün Qiyamət günü son dərəcədə qaynar içki və ağrılı-acılı bir əzab hazırlanmışdır.
6:71Страница 136
قُلۡ أَنَدۡعُواْ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُنَا وَلَا يَضُرُّنَا وَنُرَدُّ عَلَىٰٓ أَعۡقَابِنَا بَعۡدَ إِذۡ هَدَىٰنَا ٱللَّهُ كَٱلَّذِي ٱسۡتَهۡوَتۡهُ ٱلشَّيَٰطِينُ فِي ٱلۡأَرۡضِ حَيۡرَانَ لَهُۥٓ أَصۡحَٰبٞ يَدۡعُونَهُۥٓ إِلَى ٱلۡهُدَى ٱئۡتِنَاۗ قُلۡ إِنَّ هُدَى ٱللَّهِ هُوَ ٱلۡهُدَىٰۖ وَأُمِرۡنَا لِنُسۡلِمَ لِرَبِّ ٱلۡعَٰلَمِينَ ٧١
Скажи: «Разве мы станем поклоняться помимо Аллаха тому, что не приносит нам пользы и не причиняет вреда? Разве мы обратимся вспять после того, как Аллах наставил нас на прямой путь, подобно тому, кого дьяволы на земле обольстили и привели в замешательство, чьи товарищи призывают его на прямой путь: «Иди к нам!»». Скажи: «Путь Аллаха - единственно верный путь, и нам велено покориться Господу миров.
Ey Peyğəmbər, müşriklərə de: "Məgər biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verəməyə qadir olmayan bütlərəmi ibadət edəcəyik?! Allah bizi doğru yola müvəffəq etdikdən sonra, şeytanların azdırıb çaşbaş buraxaraq doğru yola yönəlməyən kimsə kimi iman etdikdən sonra mürtədmi olacağıq?!" Halbuki onun doğru yolda olan mömin dostları onu haqqa çağırdıqda isə o, onların çağırışlarına cavab verməkdən imtina edirdi. Ey Peyğəmbər, onlara de: "Həqiqətən Allahın doğru yolu, doğru haqq yoldur! Allah bizə, pak və uca olan Allaha ibadət edməyi əmr edmişdir. O, aləmlərin Rəbbidir.
6:72Страница 136
وَأَنۡ أَقِيمُواْ ٱلصَّلَوٰةَ وَٱتَّقُوهُۚ وَهُوَ ٱلَّذِيٓ إِلَيۡهِ تُحۡشَرُونَ ٧٢
Совершайте намаз и бойтесь Его, ведь к Нему вы будете собраны».
Biz kamil şəkildə namaz qılıb, Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Allahdan qorxmağı əmr etmişdik. Qiyamət günü Allah, qullarının etdikləri əməllərin əvəzini vermək üçün onların hamısı məhz Onun hüzuruna toplanacaqdır.
6:73Страница 136
وَهُوَ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّۖ وَيَوۡمَ يَقُولُ كُن فَيَكُونُۚ قَوۡلُهُ ٱلۡحَقُّۚ وَلَهُ ٱلۡمُلۡكُ يَوۡمَ يُنفَخُ فِي ٱلصُّورِۚ عَٰلِمُ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِۚ وَهُوَ ٱلۡحَكِيمُ ٱلۡخَبِيرُ ٧٣
Он - Тот, Кто сотворил небеса и землю ради истины. В тот день Он скажет: «Будь!». - и это сбудется. Его Слово есть истина. Ему одному будет принадлежать власть в тот день, когда подуют в Рог. Он знает сокровенное и явное, и Он - Мудрый, Ведающий.
Göyləri və yeri haqq olaraq xəlq edən Pak və Uca olan Allahdır. Allah: "Ol!"– dediyi gün hər şey olar. Qiyamət günü onlara: "Qalxın" – dedikdə onlarda qalxarlar. Onun sözü haqdır, mütləq baş verəcəkdir buna şübhə ola bilməz. İsrafil ikinci dəfə sura üfürüləcəyi Qiyamət günü hökm yalnız pak və uca olan Allaha məxsus olacaqdır. O, qeybdə və aşkarda nə varsa hamısını biləndir. O, yaratmağında və idarə etməyində hikmət sahibidir.Allah, Ona heç bir şey gizli qalmayan, hər şeydən xəbərdardır. Gizlində olan işlər Onun qatında aşkarda olan kimidir.
6:74Страница 137
۞ وَإِذۡ قَالَ إِبۡرَٰهِيمُ لِأَبِيهِ ءَازَرَ أَتَتَّخِذُ أَصۡنَامًا ءَالِهَةً إِنِّيٓ أَرَىٰكَ وَقَوۡمَكَ فِي ضَلَٰلٖ مُّبِينٖ ٧٤
Вот Ибрахим (Авраам) сказал своему отцу Азару: «Неужели ты считаешь идолов богами? Я вижу, что ты и твой народ находитесь в очевидном заблуждении».
Ey Peyğəmbər! Bir zaman İbrahim - aleyhissəlam - müşrik atası Azərə: "Ey Atacan sən bütləri Allahdan başqa ibadət etdiyin məbud qəbul edirsən?! Mən səni və sənin bütlərə tapınan qövmünü, Allahdan başqasına ibadət etdiyinizə görə, açıq-aydın azğınlıq içində olduğunuzu və haqq yoldan azdığınızı görürəm. Pak olan Allah haqq məbuddur. Ondan başqa olan məbudlar isə batildir"– dediyini yadına sal.
6:75Страница 137
وَكَذَٰلِكَ نُرِيٓ إِبۡرَٰهِيمَ مَلَكُوتَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَلِيَكُونَ مِنَ ٱلۡمُوقِنِينَ ٧٥
Так Мы показали Ибрахиму (Аврааму) царство небес и земли, дабы он стал одним из убежденных.
Biz, İbrahimə atasının və qövmünün azğınlıqda olduqlarını göstərdiyimiz kimi ona göylərin və geniş yerin mülkünü göstərdik ki, o bu geniş mülklə Allahın təkliyinə və yalnız Onun ibadətə layiq olduğuna dəlil gətirsin və beləliklə də Allahın tək və Onun heç bir şəriki olmadığına yəqinliklə inananlardan olsun. Çünki O hər şeyə qadirdir.
6:76Страница 137
فَلَمَّا جَنَّ عَلَيۡهِ ٱلَّيۡلُ رَءَا كَوۡكَبٗاۖ قَالَ هَٰذَا رَبِّيۖ فَلَمَّآ أَفَلَ قَالَ لَآ أُحِبُّ ٱلۡأٓفِلِينَ ٧٦
Когда ночь покрыла его своим мраком, он увидел звезду и сказал: «Вот мой Господь!». Когда же она закатилась, он сказал: «Я не люблю тех, кто закатывается».
Gecənin zülməti İbrahimi bürüdüyü zaman o, ulduz görüb: "Bu mənim Rəbbimdir!"– dedi. Ulduz yox olduqda isə: "Mən yoxa olanı sevmirəm, çünki həqiqi İlah həmişə mövcuddur və O yoxa olmaz!"– dedi.
6:77Страница 137
فَلَمَّا رَءَا ٱلۡقَمَرَ بَازِغٗا قَالَ هَٰذَا رَبِّيۖ فَلَمَّآ أَفَلَ قَالَ لَئِن لَّمۡ يَهۡدِنِي رَبِّي لَأَكُونَنَّ مِنَ ٱلۡقَوۡمِ ٱلضَّآلِّينَ ٧٧
Когда он увидел восходящую луну, то сказал: «Вот мой Господь!». Когда же она закатилась, он сказал: «Если мой Господь не наставит меня на прямой путь, то я стану одним из заблудших людей».
İbrahim ayın çıxdığını gördükdə: "Bu mənim Rəbbimdir!"– dedi. Ay yox olduqda isə: "Əgər Rəbbim məni tək Ona ibadət etməyə müvəffəq etməsəydi, mən Onun haqq dinindən uzaq düşənlərdən olardım"– dedi.
6:78Страница 137
فَلَمَّا رَءَا ٱلشَّمۡسَ بَازِغَةٗ قَالَ هَٰذَا رَبِّي هَٰذَآ أَكۡبَرُۖ فَلَمَّآ أَفَلَتۡ قَالَ يَٰقَوۡمِ إِنِّي بَرِيٓءٞ مِّمَّا تُشۡرِكُونَ ٧٨
Когда он увидел восходящее солнце, то сказал: «Вот мой Господь! Оно больше других». Когда же оно зашло, он сказал: «О мой народ! Я непричастен к тому, что вы приобщаете в сотоварищи.
O günəşin çıxdığını gördükdə: "Bu çıxan mənim Rəbbimdir, bu ulduzdan və aydan daha böyükdür!"– dedi. O yox olduqda isə dedi: "Ey qövmüm! Həqiqətən, mən sizin Allaha şərik qoşduqlarınızdan uzağam!
6:79Страница 137
إِنِّي وَجَّهۡتُ وَجۡهِيَ لِلَّذِي فَطَرَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ حَنِيفٗاۖ وَمَآ أَنَا۠ مِنَ ٱلۡمُشۡرِكِينَ ٧٩
Я искренне обратил свой лик к Тому, Кто сотворил небеса и землю, и Я не принадлежу к многобожникам!».
Doğrudan da, mən, şirkdən xalis tövhidə meyil edərək, dinimi ixlasla göyləri və yeri misilsiz yaradana etdim. Mən Allahdan başqasına ibadət edən müşriklərdən deyiləm.
6:80Страница 137
وَحَآجَّهُۥ قَوۡمُهُۥۚ قَالَ أَتُحَٰٓجُّوٓنِّي فِي ٱللَّهِ وَقَدۡ هَدَىٰنِۚ وَلَآ أَخَافُ مَا تُشۡرِكُونَ بِهِۦٓ إِلَّآ أَن يَشَآءَ رَبِّي شَيۡـٔٗاۚ وَسِعَ رَبِّي كُلَّ شَيۡءٍ عِلۡمًاۚ أَفَلَا تَتَذَكَّرُونَ ٨٠
Его народ стал препираться с ним, и тогда он сказал: «Неужели вы станете препираться со мной относительно Аллаха, в то время как Он наставил меня на прямой путь? И я не боюсь тех, кого вы приобщаете в сотоварищи к Нему, если только мой Господь не пожелает чего-либо. Мой Господь объемлет знанием всякую вещь. Неужели вы не помяните назидание?
Müşrik qövmü onunla pak olan Allahın təkliyi barədə höcətləşib, onu öz bütlərindən qorxuzmağa çalışdılar. İbrahim - aleyhissəlam - onlara dedi: "Siz mənimlə Allahn təkliyi və ibadətdə Onu təkləşdirmək barəsində höcətləşirsiniz? Artıq Rəbbim məni doğru yola yönəltdiyi, mən sizin bütlərinizdən qorxmuram, çünki onlar Allahın istədiyindən başqa mənə zərər və ya fayda verməyə qadir deyillər, Allah nə istəsə o, olur. Hər bir şeyin elmi Allah qatındadır, yerdə və göydə Ona heç bir şey gizli qalmaz. Ey Qövmüm! Məgər Allaha qarşı küfr edib, Ona şərik qoşduğunuzu düşünüb, tək Ona iman gətirməyəcəksinizmi?!"
6:81Страница 137
وَكَيۡفَ أَخَافُ مَآ أَشۡرَكۡتُمۡ وَلَا تَخَافُونَ أَنَّكُمۡ أَشۡرَكۡتُم بِٱللَّهِ مَا لَمۡ يُنَزِّلۡ بِهِۦ عَلَيۡكُمۡ سُلۡطَٰنٗاۚ فَأَيُّ ٱلۡفَرِيقَيۡنِ أَحَقُّ بِٱلۡأَمۡنِۖ إِن كُنتُمۡ تَعۡلَمُونَ ٨١
Как я могу бояться тех, кого вы приобщаете в сотоварищи, если вы не боитесь приобщать в сотоварищи к Аллаху тех, о ком Он не ниспослал вам никакого доказательства? Какая же из двух групп имеет больше оснований чувствовать себя в безопасности, если вы только знаете?».
Siz, Allahın sizə, haqqında heç bir dəlil nazil etmədiyi Allahın yaratdıqlarını Ona şərik qoşmaqdan qorxmursunuzsa, mən sizin şərik qoşduğunuz bütlərdən niyə qorxmalıyam?! Əgər bilirsinizsə, deyin görüm bu iki dəstədən: tövhid əhli olan dəstə, yoxsa müşriklər olan dəstə - bunlardan hansı biri əmin-amanlıqda olmağa daha haqlıdır, elə ona da tabe olun?! Şübhə yoxdur ki, əmin-amanlıqda olmağa daha haqlı olan dəstə, tövhid əhi olan möminlərin dəstəsidir.
6:82Страница 138
ٱلَّذِينَ ءَامَنُواْ وَلَمۡ يَلۡبِسُوٓاْ إِيمَٰنَهُم بِظُلۡمٍ أُوْلَٰٓئِكَ لَهُمُ ٱلۡأَمۡنُ وَهُم مُّهۡتَدُونَ ٨٢
Те, которые уверовали и не облекли свою веру в несправедливость, пребывают в безопасности, и они следуют прямым путем.
Allaha iman gətirib, Onun şəriətinə tabe olub sonra imanlarına şirk qarışdırmayanları əmin-amanlıq gözləyir. Bu, başqaları üçün deyil, yalnız onlara aiddir. Rəbbi onları doğru yola yönəltdiyi üçün məhz Onlar Allahın müvəffəq etdiyi insanlardır.
6:83Страница 138
وَتِلۡكَ حُجَّتُنَآ ءَاتَيۡنَٰهَآ إِبۡرَٰهِيمَ عَلَىٰ قَوۡمِهِۦۚ نَرۡفَعُ دَرَجَٰتٖ مَّن نَّشَآءُۗ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٞ ٨٣
Таковы Наши доводы, которые Мы предоставили Ибрахиму (Аврааму) против его народа. Мы возвышаем по степеням, кого пожелаем. Воистину, твой Господь - Мудрый, Знающий.
Uca Allahın: (Əgər bilirsinizsə, deyin görək bu iki dəstədən hansı (qiyamət əzabından) əmin olmağa daha layiqdir?) sözü, İbrahimin - aleyhissəlam - öz qövmünə qələbə çalıb və onların dəlillərini batil etdiyi dəlildir. Bu, Bizim dəlillərimizdir, biz İbrahimin - aleyhissəlam - öz qövmü ilə mübahisə etmək üçün onu bu dəlilə müvəffəq edib ona verdik. Biz istədiyimiz qulumuzun dünyada və axirətdə dərəcələrini ucaldarıq. Ey Peyğəmbər! Şübhəsiz ki, sənin Rəbbin yaratmaqda, idarə etməkdə hikmət sahibidir və qullarından xəbərdardır.
6:84Страница 138
وَوَهَبۡنَا لَهُۥٓ إِسۡحَٰقَ وَيَعۡقُوبَۚ كُلًّا هَدَيۡنَاۚ وَنُوحًا هَدَيۡنَا مِن قَبۡلُۖ وَمِن ذُرِّيَّتِهِۦ دَاوُۥدَ وَسُلَيۡمَٰنَ وَأَيُّوبَ وَيُوسُفَ وَمُوسَىٰ وَهَٰرُونَۚ وَكَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ٨٤
Мы даровали ему Исхака (Исаака) и Йакуба (Иакова). Мы повели их обоих прямым путем. Еще раньше Мы повели прямым путем Нуха (Ноя), а из его потомства - Давуда (Давида), Сулеймана (Соломона), Айюба (Иова), Йусуфа (Иосифа), Мусу (Моисея) и Харуна (Аарона). Таким образом Мы воздаем творящим добро.
Biz İbrahimi oğlu İshaq və nəvəsi Yaqubla ruziləndirdik. Onların hər ikisini doğru yola müvəffəq etdik. Onlardan əvvəl Nuhu da doğru yola müvəffəq etmişdik. Biz Nuhun nəslindən olan Davudu və onun oğlu Süleymanı, Əyyubu, Yusifu, Musanı və onun qardaşı Harunu - aleyhimussəlam - da haqq yoluna müvəffəq etmişdik. Biz Peyğəmbərlərə etdikləri yaxşı əməllərinə görə bu mükafatı bəxş etdiyimiz kimi onlardan başqa yaxşı əməl sahiblərini də etdikləri yaxşı əməllərinə görə belə mükafatlandırırıq.
6:85Страница 138
وَزَكَرِيَّا وَيَحۡيَىٰ وَعِيسَىٰ وَإِلۡيَاسَۖ كُلّٞ مِّنَ ٱلصَّٰلِحِينَ ٨٥
А также Закарию (Захарию), Йахйу (Иоанна), Ису (Иисуса) и Ильяса (Илию). Все они были из числа праведников.
Biz həmçinin Zəkəriyyani, Yəhyani, Məryəm oğlu İsanı və İlyası - aleyhimussəlam - bunların hər birini müvəffəq etdik. Bunların hamısı Allahın insanlara elçi olaraq seçib göndərdiyi əməlisaleh peyğəmbərlərdən idilər.
6:86Страница 138
وَإِسۡمَٰعِيلَ وَٱلۡيَسَعَ وَيُونُسَ وَلُوطٗاۚ وَكُلّٗا فَضَّلۡنَا عَلَى ٱلۡعَٰلَمِينَ ٨٦
А также Исмаила (Измаила), Альяcу (Елисея), Йунуса (Иону) и Лута (Лота). Всех их Мы превознесли над мирами.
Biz İsmaili, Əlyəsəni, Yunusu və Lutu - aleyhimussəlam - da hər birini müvəffəq etdik. Biz bu peyğəmbərlərin hamısını başqa Muhəmməd peyğəmbər - sallallahu aleyhi və səlləm - olmaqla onları aləmlərdən üstün etdik.
6:87Страница 138
وَمِنۡ ءَابَآئِهِمۡ وَذُرِّيَّٰتِهِمۡ وَإِخۡوَٰنِهِمۡۖ وَٱجۡتَبَيۡنَٰهُمۡ وَهَدَيۡنَٰهُمۡ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ٨٧
А также некоторых из их отцов, потомков и братьев. Мы избрали их и повели прямым путем.
Biz onların atalarını, övladlarını və qardaşlarının bəzilərini istədiyimiz şeylərə müvəffəq etdik. Biz onları seçdik və Allahın təkliyinə və Onun itaətinə aparan doğru-düzün yola yönəltdik.
6:88Страница 138
ذَٰلِكَ هُدَى ٱللَّهِ يَهۡدِي بِهِۦ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦۚ وَلَوۡ أَشۡرَكُواْ لَحَبِطَ عَنۡهُم مَّا كَانُواْ يَعۡمَلُونَ ٨٨
Таково руководство Аллаха, посредством которого Он ведет прямым путем тех из Своих рабов, кого пожелает. Но если бы они приобщили сотоварищей, то стало бы тщетным все, что они совершали.
Onların nail olduqları müvəffəqiyyət, bu, Allahın qullarından istədiyinə bəxş etdiyi müvəffəqiyyətdir. Əgər onlar Allaha başqasını şərik qoşsaydılar, əlbəttə, etdikləri əməllər batil olardı, çünki Allaha şərik qoşmaq saleh əməli batil edir.
6:89Страница 138
أُوْلَٰٓئِكَ ٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ وَٱلۡحُكۡمَ وَٱلنُّبُوَّةَۚ فَإِن يَكۡفُرۡ بِهَا هَٰٓؤُلَآءِ فَقَدۡ وَكَّلۡنَا بِهَا قَوۡمٗا لَّيۡسُواْ بِهَا بِكَٰفِرِينَ ٨٩
Это - те, кому Мы даровали Писание, мудрость и пророчество. И даже если они не уверуют в это, Мы уже вверили это другим людям, которые не станут неверующими.
Bu adları çəkilən peyğəmbərlər, Biz onlara kitab, hikmət və peyğəmbərlik verdiyimiz kəslrdir. Əgər sənin qövmün peyğəmbərlərə verdiyimiz bu üç şeyi inkar edirlərsə, Biz onları inkar etməyən, əksinə, bunlara iman edib və bunlardan möhkəm yapışan başqa bir qövm təyin edib hazırlamışıq. Bu kimsələr qiyamət gününədək onların yolunu tutub gedən mühacir və ənsarlardır.
6:90Страница 138
أُوْلَٰٓئِكَ ٱلَّذِينَ هَدَى ٱللَّهُۖ فَبِهُدَىٰهُمُ ٱقۡتَدِهۡۗ قُل لَّآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ أَجۡرًاۖ إِنۡ هُوَ إِلَّا ذِكۡرَىٰ لِلۡعَٰلَمِينَ ٩٠
Это - те, кого Аллах повел прямым путем. Следуй же их прямым путем. Скажи: «Я не прошу у вас вознаграждения за него. Это не что иное, как Напоминание для миров».
O peyğəmbərlər və onlarla birgə atalarının, övladlarının və qardaşlarının adları çəkilənlər, həqiqətən də, doğru yolda olan kimsələrdir. Sən də onlara tabe ol və onların ardınca get. Ey Peyğəmbər! Öz qövmünə de: "Mən bu Quranı sizə təbliğ etdiyimə görə sizdən heç bir mükafat istəmirəm. Bu Quran insan və cinləri doğru yola yönəltmək üçün aləmlərə görə yalnız bir öyüd-nəsihətdir".
6:91Страница 139
وَمَا قَدَرُواْ ٱللَّهَ حَقَّ قَدۡرِهِۦٓ إِذۡ قَالُواْ مَآ أَنزَلَ ٱللَّهُ عَلَىٰ بَشَرٖ مِّن شَيۡءٖۗ قُلۡ مَنۡ أَنزَلَ ٱلۡكِتَٰبَ ٱلَّذِي جَآءَ بِهِۦ مُوسَىٰ نُورٗا وَهُدٗى لِّلنَّاسِۖ تَجۡعَلُونَهُۥ قَرَاطِيسَ تُبۡدُونَهَا وَتُخۡفُونَ كَثِيرٗاۖ وَعُلِّمۡتُم مَّا لَمۡ تَعۡلَمُوٓاْ أَنتُمۡ وَلَآ ءَابَآؤُكُمۡۖ قُلِ ٱللَّهُۖ ثُمَّ ذَرۡهُمۡ فِي خَوۡضِهِمۡ يَلۡعَبُونَ ٩١
Они не оценили Аллаха должным образом, когда сказали: «Аллах ничего не ниспосылал человеку». Скажи: «Кто же ниспослал в качестве света и верного руководства для людей Писание, с которым пришел Муса (Моисей), и которое вы превратили в отдельные листы, показывая некоторые из них и скрывая многие другие? А ведь вас обучили тому, чего не знали ни вы, ни ваши отцы». Скажи: «Аллах». Затем оставь их забавляться собственным празднословием.
Müşriklər, Muhəmməd peyğəmbərə - sallallahu aleyhi və səlləm: "Allah insana vəhydən heç bir şey nazil etməmişdir"– dedikləri zaman Allahı layiqincə təzim etmədilər. Ey Peyğəmbər! Onlara de: "Tövratı qövmü üçün nur, hidayət və doğru yolu göstərən rəhbər olaraq Musaya kim nazil etmişdir? Yəhudilər Tövratı dəftərlərə yazıb öz nəfslərinə müvafiq gələni insanlara göstərir və Peyğəmbərin - sallallahu aleyhi və səlləm - vəsf olunması kimi nəfslərinə müxalif olanları isə gizlədirlər. Ey ərəblər! Axı, sizin də, əcdadınızın da bundan əvvəl Qurandan bilmədiyiniz şeylər sizə öyrədilmişdir". Ey Peyğəmbər! Onlara: "Onu Allah nazil etmişdir!"- de, sonra da əcəl onları haqlayanadək onları öz cahillikləri və azğınlıqları içində - dini məsxərəyə qoyub istehza etdikləri halda tərk et.
6:92Страница 139
وَهَٰذَا كِتَٰبٌ أَنزَلۡنَٰهُ مُبَارَكٞ مُّصَدِّقُ ٱلَّذِي بَيۡنَ يَدَيۡهِ وَلِتُنذِرَ أُمَّ ٱلۡقُرَىٰ وَمَنۡ حَوۡلَهَاۚ وَٱلَّذِينَ يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ يُؤۡمِنُونَ بِهِۦۖ وَهُمۡ عَلَىٰ صَلَاتِهِمۡ يُحَافِظُونَ ٩٢
Это - благословенное Писание, которое Мы ниспослали и которое подтверждает то, что было до него, дабы ты увещевал Мать городов (жителей Мекки), и тех, кто живет вокруг нее. Те, которые веруют в Последнюю жизнь, веруют в него (Коран) и бережливо относятся к своим намазам.
Ey Peyğəmbər! Bu Quran, Məkkə əhalisinin, habelə yer üzünün məşriqində və məğribində yaşayan insanların doğru yola yönəlməsi üçün sənə nazil etdiyimiz, özündən əvvəl nazil edilmiş səmavi kitabları təsdiq edən mübarək bir Kitabdır. Axirət həyatına iman gətirənlər bu Qurana iman gətirir, içində buyurulanlara əməl edir və namazlarının rükunlarını, fərzlərini və müstəhəblərini şəriətin müəyyən etdiyi vaxtlarda yerinə yetirərək qoruyub saxlayarlar.
6:93Страница 139
وَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوۡ قَالَ أُوحِيَ إِلَيَّ وَلَمۡ يُوحَ إِلَيۡهِ شَيۡءٞ وَمَن قَالَ سَأُنزِلُ مِثۡلَ مَآ أَنزَلَ ٱللَّهُۗ وَلَوۡ تَرَىٰٓ إِذِ ٱلظَّٰلِمُونَ فِي غَمَرَٰتِ ٱلۡمَوۡتِ وَٱلۡمَلَٰٓئِكَةُ بَاسِطُوٓاْ أَيۡدِيهِمۡ أَخۡرِجُوٓاْ أَنفُسَكُمُۖ ٱلۡيَوۡمَ تُجۡزَوۡنَ عَذَابَ ٱلۡهُونِ بِمَا كُنتُمۡ تَقُولُونَ عَلَى ٱللَّهِ غَيۡرَ ٱلۡحَقِّ وَكُنتُمۡ عَنۡ ءَايَٰتِهِۦ تَسۡتَكۡبِرُونَ ٩٣
Кто может быть несправедливее того, кто возводит навет на Аллаха или говорит: «Мне дано откровение», - хотя никакого откровения ему не дано, или говорит: «Я ниспошлю подобное тому, что ниспослал Аллах»? Если бы ты видел беззаконников, когда они оказываются в предсмертной агонии, и ангелы простирают к ним свои руки: «Отдайте свои души! Сегодня вам воздадут унизительными мучениями за то, что вы говорили об Аллахе неправду и превозносились над Его знамениями».
Allaha qarşı yalan uyduraraq: "Allah heç bir bəşərə bir şey nazil etməmişdir", yaxud Allah ona vəhy nazil etmədiyi bir halda yalandan: "Allah mənə də vəhy etmişdir"– söyləyəndən və yaxud: "Mən də Allahın Qurandan nazil etdiyinin bənzərini endirəcəyəm"– deyəndən daha zalım kimsə ola bilməz. Ey Peyğəmbər! O zalımları ölüm girdabında olduqda, mələklərin də əllərini onlara tərəf uzadıb onlara əzab verərək və onları vuraraq: "Canlarınızı çıxarın, biz onları götürəcəyik! Allaha qarşı yalan sözlər söylədiyinizə, peyğəmbərlik və vəhyin nazil olması idda etdiyinizə, Allahın nazil etdiyinin bənzərini nazil etməyə qadir olduğunuza və Onun ayələrinə iman etməkdən təkəbbür göstərdiyinizə görə bu gün siz alçaldıcı və zəlil edici əzabla cəzalandırılacaqsınız!"– dediklərini görsəydin sən çox dəhşətli bir hal görərdin.
6:94Страница 139
وَلَقَدۡ جِئۡتُمُونَا فُرَٰدَىٰ كَمَا خَلَقۡنَٰكُمۡ أَوَّلَ مَرَّةٖ وَتَرَكۡتُم مَّا خَوَّلۡنَٰكُمۡ وَرَآءَ ظُهُورِكُمۡۖ وَمَا نَرَىٰ مَعَكُمۡ شُفَعَآءَكُمُ ٱلَّذِينَ زَعَمۡتُمۡ أَنَّهُمۡ فِيكُمۡ شُرَكَٰٓؤُاْۚ لَقَد تَّقَطَّعَ بَيۡنَكُمۡ وَضَلَّ عَنكُم مَّا كُنتُمۡ تَزۡعُمُونَ ٩٤
Вы явились к Нам одинокими, какими Мы сотворили вас в первый раз, и оставили позади себя то, чем Мы вас наделили. Мы не видим с вами ваших заступников, которых вы для себя считали сотоварищами Аллаха. Связи между вами разорваны, и покинуло вас то, что вы утверждали.
Qəbirlərdən diriləcəyi gün onlara: "Bu gün hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi ayaqyalın, lüt-üryan, sünnət olunmamış, mal-dövlətiniz və başçılıq etməyiniz əlinizdən çıxmış bir halda, tək-tənha, həm də sizə verdiyimiz nemətləri özünüz də istəmədən dünya həyatında arxanızda qoyub gəldiniz. Bu gün öz aranızda Allaha vasitəçilər saydığınız ilahlarınızı yanınızda görmürük. Halbuki siz onların ibadətə layiq olmaları barədə Allahın şərikləri olduqlarını iddia edirdiniz. Artıq onlarla sizin aranızda olan əlaqə qırılmış, onların Allahın şərikləri və sizə şəfaətçilər olacaqları iddianız isə sizdən uzaqlaşmışdır"– deyiləcəkdir.
6:95Страница 140
۞ إِنَّ ٱللَّهَ فَالِقُ ٱلۡحَبِّ وَٱلنَّوَىٰۖ يُخۡرِجُ ٱلۡحَيَّ مِنَ ٱلۡمَيِّتِ وَمُخۡرِجُ ٱلۡمَيِّتِ مِنَ ٱلۡحَيِّۚ ذَٰلِكُمُ ٱللَّهُۖ فَأَنَّىٰ تُؤۡفَكُونَ ٩٥
Аллах раскрывает зерно и косточку. Он извлекает живое из мертвого и извлекает мертвое из живого. Таков Аллах! До чего же вы отвращены от истины!
Toxumu yarıb oradan bitki çıxardan, çəyirdəkdən xurma, üzün və s. ağaclar çıxardan, insan və heyvanları nütfədən xəlq edərək ölüdən diri çıxardan, insandan nütfə, toyuqdan isə yumurta çıxardaraq diridən də ölü çıxardan, məhz tək olan Allahdır. Bütün bunları edən sizin xaliqiniz olan Allahdır! Ey müşriklər! Siz Allahın misilsiz yaratdıqlarına şahid olduqdan sonra necə də haqdan döndərilirsiniz!
6:96Страница 140
فَالِقُ ٱلۡإِصۡبَاحِ وَجَعَلَ ٱلَّيۡلَ سَكَنٗا وَٱلشَّمۡسَ وَٱلۡقَمَرَ حُسۡبَانٗاۚ ذَٰلِكَ تَقۡدِيرُ ٱلۡعَزِيزِ ٱلۡعَلِيمِ ٩٦
Он раскрывает утреннюю зарю. Он предназначил ночь для покоя, а солнце и луну - для исчисления. Таково установление Могущественного, Знающего.
Gecənin zülmətindən səhərin nurunu yarıb çıxardan da, gecəni insanların gündüz ikən ruzi axtarıb yorulduqdan sonra dincəlmək üçün istirahət vaxtı edən də, günəşi və ayı müəyyən hesabla hərəkət edən vaxt ölçüsü edən də, pak və uca olan Allahdır. Bu deyilən misilsiz yaradılış, məğlub edilməz və qulları üçün nəyin daha xeyirli olduğunu bilən qüdrətli Allahın əzəldən müəyyən etdiyi hökmdür.
6:97Страница 140
وَهُوَ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلنُّجُومَ لِتَهۡتَدُواْ بِهَا فِي ظُلُمَٰتِ ٱلۡبَرِّ وَٱلۡبَحۡرِۗ قَدۡ فَصَّلۡنَا ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَعۡلَمُونَ ٩٧
Он - Тот, Кто сотворил для вас звезды, чтобы вы находили по ним путь во мраках суши и моря. Мы уже разъяснили знамения для людей знающих.
Ey Adəm övladı! Siz səfərdə ikən quruda və ya dənizdə olan zaman yolu azdıqda yolu tapa biləsiniz deyə sizin üçün səmada ulduzları yaradan pak və uca olan Allahdır. Artıq Biz, qüdrətimizə dəlalət edən dəlilləri, bu dəlillərdən düşünüb faydalana bilən kimsələrə izah etdik.
6:98Страница 140
وَهُوَ ٱلَّذِيٓ أَنشَأَكُم مِّن نَّفۡسٖ وَٰحِدَةٖ فَمُسۡتَقَرّٞ وَمُسۡتَوۡدَعٞۗ قَدۡ فَصَّلۡنَا ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَفۡقَهُونَ ٩٨
Он - Тот, Кто сотворил вас из одной души. Для вас есть место пребывания (на земле или в утробах матерей) и место хранения (в могилах или чреслах отцов). Мы уже разъяснили знамения для людей понимающих.
Sizi tək bir candan, atanız Adəmdən yaradan pak və uca olan Allahdır. Allah sizin yaradılışınıza atanızı torpaqdan yaradaraq başlamışdır. Sonra isə sizi ondan yaratmışdır. Allah sizin üçün analarınızın bətinləri kimi qərar tutacağınız və atalarınızın belləri kimi əmanət saxlandığınız bir yer yaratmışdır. Artıq Biz ayələri Allahın kəlamını anlayan bir qövmə izah etdik.
6:99Страница 140
وَهُوَ ٱلَّذِيٓ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَخۡرَجۡنَا بِهِۦ نَبَاتَ كُلِّ شَيۡءٖ فَأَخۡرَجۡنَا مِنۡهُ خَضِرٗا نُّخۡرِجُ مِنۡهُ حَبّٗا مُّتَرَاكِبٗا وَمِنَ ٱلنَّخۡلِ مِن طَلۡعِهَا قِنۡوَانٞ دَانِيَةٞ وَجَنَّٰتٖ مِّنۡ أَعۡنَابٖ وَٱلزَّيۡتُونَ وَٱلرُّمَّانَ مُشۡتَبِهٗا وَغَيۡرَ مُتَشَٰبِهٍۗ ٱنظُرُوٓاْ إِلَىٰ ثَمَرِهِۦٓ إِذَآ أَثۡمَرَ وَيَنۡعِهِۦٓۚ إِنَّ فِي ذَٰلِكُمۡ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ ٩٩
Он - Тот, Кто ниспослал с неба воду. Посредством нее Мы взрастили растения всех видов. Мы выводим из них зеленые травы, а из них - расположенные одно на другом зерна. На финиковых пальмах из завязей вырастают свисающие низко гроздья. Мы взращиваем виноградники, оливки и гранаты, которые имеют сходства и различия. Взгляните на их плоды, когда они появляются и когда созревают. Воистину, в этом - знамения для людей верующих.
Səmadan su - yağış suyu endirən pak və uca olan Allahdır. Biz bu yağış suyu ilə hər bir bitki növündən yetişdirir, o bitkilərdən əkin və yaşıl ağac bitirir, onlardan da sünbülün üzərində olduğu kimi üst-üstə düzülmüş toxumlar çıxarırıq. Xurma ağacının tumurcuqlarından, ayaqda duran və ya oturan adamın dərə biləcəyi salxımlar yetişdirir. Biz, həmçinin, üzüm talvarları, yarpaqları bir-birinə bənzəyən və meyvəsi isə bir-birinə bənzəməyən zeytun və nar ağacları da yetişdiririk. Ey İnsanlar! Ağac ilk dəfə bar verdiyi və meyvəsinin yetişdiyi zaman onların meyvəsinə baxın. Ey İnsanlar! Şübhəsiz ki, bunlarda Allaha iman gətirən kimsələr üçün Allahın qüdrətinə dəlalət edən açıq-aydın dəlillər vardır. Məhz onlardır bu dəlillərdən faydalanan kimsələr.
6:100Страница 140
وَجَعَلُواْ لِلَّهِ شُرَكَآءَ ٱلۡجِنَّ وَخَلَقَهُمۡۖ وَخَرَقُواْ لَهُۥ بَنِينَ وَبَنَٰتِۭ بِغَيۡرِ عِلۡمٖۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يَصِفُونَ ١٠٠
Они приобщили к Аллаху в сотоварищи джиннов, а ведь Он создал их. Они выдумали для Него сыновей и дочерей, не имея об этом никакого знания. Пречист Он и превыше всего, что они приписывают Ему.
Müşriklər cinlərin fayda və zərər verə biləcəklərini etiqad etdikləri zaman, onları Allaha ibadətdə şərik qəbul etdilər. Halbuki onları da, Allahdan başqası yox, məhz Allah yaratmışdır. Elə buna görə də yalnız Allah, ibadət olunmağa layiqdir. Yəhudilər Üzeyirin, nəsranilər isə İsanın Allahın oğlu olduğunu, müşriklər də mələklərin Allahın qızları olduğunu iddia etdilər. Allah batil əhlinin vəsf etdikləri sifətlərdən uzaqdır və ucadır.
6:101Страница 140
بَدِيعُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ أَنَّىٰ يَكُونُ لَهُۥ وَلَدٞ وَلَمۡ تَكُن لَّهُۥ صَٰحِبَةٞۖ وَخَلَقَ كُلَّ شَيۡءٖۖ وَهُوَ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ ١٠١
Он - Созидатель небес и земли. Как может быть у Него сын, если у Него нет супруги? Он сотворил всякую вещь и ведает обо всем сущем.
Göyləri və yeri misilsiz yaradan pak və uca olan Allahdır. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər?! O, hər şeyi yaratmışdır. O, hər şeyi bilir və Ona heç bir şey gizli qalmaz.
6:102Страница 141
ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡۖ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ خَٰلِقُ كُلِّ شَيۡءٖ فَٱعۡبُدُوهُۚ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ وَكِيلٞ ١٠٢
Таков Аллах, ваш Господь. Нет божества, кроме Него, Творца всякой вещи. Поклоняйтесь же Ему! Он является Попечителем и Хранителем всякой вещи.
Ey İnsanlar! Bu sifətlərlə vəsf olunan sizin Rəbbiniz olan Allah. Ondan başqa ibadətə layiq olan haqq məbud yoxdur. O, hər şeyin Yaradıcısıdır. Elə isə siz tək Ona ibadət edin, çünki O, ibadətə layiq olan və hər bir şeyi Qoruyandır.
6:103Страница 141
لَّا تُدۡرِكُهُ ٱلۡأَبۡصَٰرُ وَهُوَ يُدۡرِكُ ٱلۡأَبۡصَٰرَۖ وَهُوَ ٱللَّطِيفُ ٱلۡخَبِيرُ ١٠٣
Взоры не могут постичь Его, а Он постигает взоры. Он - Проницательный (или Добрый), Сведущий.
Gözlər Onu əhatə edə bilməz. Pak olan Allah isə gözləri dərk edib və o gözləri əhatə edə bilər. O, əməlisaleh qullarına qarşı lütfkardır və onların hər bir işindən xəbərdardır.
6:104Страница 141
قَدۡ جَآءَكُم بَصَآئِرُ مِن رَّبِّكُمۡۖ فَمَنۡ أَبۡصَرَ فَلِنَفۡسِهِۦۖ وَمَنۡ عَمِيَ فَعَلَيۡهَاۚ وَمَآ أَنَا۠ عَلَيۡكُم بِحَفِيظٖ ١٠٤
Скажи: «К вам уже явились наглядные знамения от вашего Господа. Кто узрел, тот поступил во благо себе, а кто был слепым, тот навредил себе. Я не являюсь вашим хранителем».
Ey İnsanlar! Artıq Rəbbinizdən sizə açıq-aydın dəlillər gəlmişdir. Kim bu dəlillərə tabe olub boyun əyərsə, xeyri onun özünə, kim də bunları görməkdən kor olub, tabeçilik göstərməyib boyun əyməsə, bunun zərəri yalnız öz əleyhinə olar. Mən sizin üstünüzdə, əməllərinizi haqq-hesab edən gözətçi deyiləm. Mən yalnız Rəbbimdən olan bir elçiyəm. Sizin üzərinizdə gözətçi isə Allahdır.
6:105Страница 141
وَكَذَٰلِكَ نُصَرِّفُ ٱلۡأٓيَٰتِ وَلِيَقُولُواْ دَرَسۡتَ وَلِنُبَيِّنَهُۥ لِقَوۡمٖ يَعۡلَمُونَ ١٠٥
Вот так Мы излагаем различным образом аяты, чтобы они сказали: «Ты обучился этому!». - и чтобы Мы разъяснили его людям знающим.
Biz Allahın qüdrətinə dəlalət edən dəlilləri növbənöv etdiyimiz kimi, Cənnət, Cəhənnəm və öyüd-nəsihət barədə olan ayələrimizi də növbənöv etmişik. Müşriklər: "Bu, vəhy deyildir, sən bunu özündən əvvəlki Kitab əhlindən dərs almısan"– deyəcəklər. Biz bu ayələri Muhəmmədin - səllallahu aleyhi və səlləm - ümmətindən olan möminlər üçün növbənöv etməklə insanlara haqqı bəyan edirik. Çünki haqqı qəbul edib, ona tabe olanlar məhz elə onlardır.
6:106Страница 141
ٱتَّبِعۡ مَآ أُوحِيَ إِلَيۡكَ مِن رَّبِّكَۖ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ وَأَعۡرِضۡ عَنِ ٱلۡمُشۡرِكِينَ ١٠٦
Следуй тому, что дано тебе в откровении от твоего Господа. Нет божества, кроме Него. И отвернись от многобожников.
Ey Peyğəmbər! Rəbbin sənə haqqdan vəhy etdiyinə tabe ol! O pak Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur. Qəlbini kairlərlər və onların sənə qarşı inadkarlıq etmələri ilə məşğul etmə. Onların işi Allaha aiddir.
6:107Страница 141
وَلَوۡ شَآءَ ٱللَّهُ مَآ أَشۡرَكُواْۗ وَمَا جَعَلۡنَٰكَ عَلَيۡهِمۡ حَفِيظٗاۖ وَمَآ أَنتَ عَلَيۡهِم بِوَكِيلٖ ١٠٧
Если бы Аллах пожелал, то они не приобщали бы сотоварищей. Мы не назначили тебя их хранителем, и ты не являешься их попечителем.
Əgər Allah kiminsə ona şərik qoşmamasını istəsəydi, bu zaman heç kəs ona şərik qoşa bilməzdi. Ey Peyğəmbər! Biz səni onların üstündə, onların əməllərini haqq-hesab edən gözətçi qoymamışıq və sən onların qəyyumu da deyilsən, sən yalnız bir elçisən, sənin öhdənə düşən isə təbliğ etməkdir.
6:108Страница 141
وَلَا تَسُبُّواْ ٱلَّذِينَ يَدۡعُونَ مِن دُونِ ٱللَّهِ فَيَسُبُّواْ ٱللَّهَ عَدۡوَۢا بِغَيۡرِ عِلۡمٖۗ كَذَٰلِكَ زَيَّنَّا لِكُلِّ أُمَّةٍ عَمَلَهُمۡ ثُمَّ إِلَىٰ رَبِّهِم مَّرۡجِعُهُمۡ فَيُنَبِّئُهُم بِمَا كَانُواْ يَعۡمَلُونَ ١٠٨
Не оскорбляйте тех, к кому они взывают помимо Аллаха, а не то они станут оскорблять Аллаха из враждебности и по невежеству. Так Мы приукрасили для каждого народа их деяния. Потом им предстоит вернуться к своему Господу, и Он поведает им о том, что они совершали.
Ey Möminlər! Müşriklərin Allahdan başqalarına ibadət etdikləri bütlər ən həqir şeylərə və söyüşə layiq olsalar belə, müşriklərin Allaha qarşı cahillik edib Onu söyməsinlər deyə, siz onların bütlərini söyməyin. Onlara öz azğınlıqlarını gözəlləşdirdiyimiz kimi, biz hər bir ümmətə öz əməllərini xeyir və şər olmasından aslı olmayaraq beləcə gözəlləşdirdik. Onlar isə özlərinə gözəlləşdirdiyimiz əməlləri etdilər. Qiyamət günü isə onların dönüşü öz Rəbbinə olacaq, O da nə onların dünyada ikən etdikləri əməlləri bildirəcək və hər bir kəsin əməlinin əvəzini verəcəkdir.
6:109Страница 141
وَأَقۡسَمُواْ بِٱللَّهِ جَهۡدَ أَيۡمَٰنِهِمۡ لَئِن جَآءَتۡهُمۡ ءَايَةٞ لَّيُؤۡمِنُنَّ بِهَاۚ قُلۡ إِنَّمَا ٱلۡأٓيَٰتُ عِندَ ٱللَّهِۖ وَمَا يُشۡعِرُكُمۡ أَنَّهَآ إِذَا جَآءَتۡ لَا يُؤۡمِنُونَ ١٠٩
Именем Аллаха они принесли величайшие клятвы о том, что если к ним явится знамение, они непременно уверуют в него. Скажи: «Знамения находятся у Аллаха. И откуда вам знать, что они не уверуют, если даже оно придет к ним?».
Müşriklər bacardıqları ən möhkəm andlarla Allaha and içdilər ki, əgər Muhəmməd - səllallahu aleyhi və səlləm - onların təklif etdikləri ayələrdən hər hansı birini gəlsə, mütləq ona inanacaqlar. Ey Peyğəmbər! Onlara de: "Tələb etdiyiniz ayələr məndə deyil ki, onları sizin üçün nazil edim. Onlar Allahın yanındadır və istədiyi vaxt nazil edir". Ey Möminlər! Siz haradan biləsiniz ki, əgər bu ayələr onların tələbinə uygun olaraq gəldikdə onlar yenə də iman gətirməyəcəklər. Əksinə, yenə də öz inadkarlığında qalıb, inkar edəcəklər, çünki onlar haqq yolunu istəmirlər.
6:110Страница 141
وَنُقَلِّبُ أَفۡـِٔدَتَهُمۡ وَأَبۡصَٰرَهُمۡ كَمَا لَمۡ يُؤۡمِنُواْ بِهِۦٓ أَوَّلَ مَرَّةٖ وَنَذَرُهُمۡ فِي طُغۡيَٰنِهِمۡ يَعۡمَهُونَ ١١٠
Мы отворачиваем их сердца и умы, поскольку они не уверовали в него в первый раз, и оставляем их скитаться вслепую в собственном беззаконии.
Biz onların ürəklərini və gözlərini ilk dəfə inadkarlıqları üzündən Qurana iman etməyə mane olduğumuz kimi haqqa yönəlməyə də mane olub tərsinə çevirər və onları öz azğınlıqları və günahları ilə birgə Allaha qarşı çaşqınlıq içərisində dolaşan bir halda buraxarıq.
6:111Страница 142
۞ وَلَوۡ أَنَّنَا نَزَّلۡنَآ إِلَيۡهِمُ ٱلۡمَلَٰٓئِكَةَ وَكَلَّمَهُمُ ٱلۡمَوۡتَىٰ وَحَشَرۡنَا عَلَيۡهِمۡ كُلَّ شَيۡءٖ قُبُلٗا مَّا كَانُواْ لِيُؤۡمِنُوٓاْ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ يَجۡهَلُونَ ١١١
Даже если бы Мы ниспослали им ангелов, и мертвые заговорили бы с ними, и Мы собрали бы перед ними все сущее, они ни за что не уверовали бы, если бы только этого не пожелал Аллах. Однако большинство их не ведает об этом.
Əgər Biz onların tələblərinə cavab olaraq istədiklərini yerinə yetirib mələkləri onlara göndərsəydik və özləridə buna şahid olsaydılar, ölülər də onlarla danışıb sənin onlara gətirdiyin dinin doğru olduğunu onlara xəbər versəydilər və tələb etdikləri hər şeyi onların qarşısına toplayıb öz gözləri ilə görsəydilər, Allah onlardan kimi doğru yola yönəltmək istədikləri müstəsna olmaqla, onlar sənin gətirdiyin dinə yenə də iman gətirməzdilər. Lakin onların çoxu bunudan cahildir və Allah onları doğru yola müvəffəq etmək üçün Allaha sığınmazlar.
6:112Страница 142
وَكَذَٰلِكَ جَعَلۡنَا لِكُلِّ نَبِيٍّ عَدُوّٗا شَيَٰطِينَ ٱلۡإِنسِ وَٱلۡجِنِّ يُوحِي بَعۡضُهُمۡ إِلَىٰ بَعۡضٖ زُخۡرُفَ ٱلۡقَوۡلِ غُرُورٗاۚ وَلَوۡ شَآءَ رَبُّكَ مَا فَعَلُوهُۖ فَذَرۡهُمۡ وَمَا يَفۡتَرُونَ ١١٢
Так Мы определили для каждого пророка врагов - дьяволов из числа людей и джиннов, внушающих друг другу красивые слова обольщения. Если бы твой Господь пожелал, они не поступали бы так. Оставь же их вместе с их измышлениями.
Biz səni, müşriklərin sənə qarşı düşmənçilik etməklə sınaqa çəkdiyimiz kimi, səndən əvvəlki peyğəmbərlərin də hər birinə azğın insanlar və cinlərdən düşmən təyin etdik. Onlar biri-birini aldatmaq məqsədilə bir-birlərinə vəsvəsə edərək batili gözəl göstərirlər. Əgər Allah istəməsəydi, onlar bunu heç vaxt edə bilməzdilər. Lakin Allah onları sınaqa çəkmək üçün belə olmasını istədi. Onları uydurduqları küfür və batil əməlləri ilə birlikdə tərk et və onlara fikir vermə.
6:113Страница 142
وَلِتَصۡغَىٰٓ إِلَيۡهِ أَفۡـِٔدَةُ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ وَلِيَرۡضَوۡهُ وَلِيَقۡتَرِفُواْ مَا هُم مُّقۡتَرِفُونَ ١١٣
Мы сделали так, чтобы к этим словам склонялись сердца тех, которые не верят в Последнюю жизнь, и чтобы они довольствовались ими и совершали то, что они совершают.
Bu, axirətə inanmayanların ürəkləri bir-birinə vəsvəsə etdikləri işlərə meyl etməsi, bunu qəbul edib, buna razı qalıb və etdikləri pis və günah əməlləri bir daha etmələri üçündür.
6:114Страница 142
أَفَغَيۡرَ ٱللَّهِ أَبۡتَغِي حَكَمٗا وَهُوَ ٱلَّذِيٓ أَنزَلَ إِلَيۡكُمُ ٱلۡكِتَٰبَ مُفَصَّلٗاۚ وَٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ يَعۡلَمُونَ أَنَّهُۥ مُنَزَّلٞ مِّن رَّبِّكَ بِٱلۡحَقِّۖ فَلَا تَكُونَنَّ مِنَ ٱلۡمُمۡتَرِينَ ١١٤
Скажи: «Неужели я пожелаю иного судью, помимо Аллаха, в то время как Он ниспослал вам Писание, подробно разъяснив его?». Те, кому Мы даровали Писание, знают, что оно ниспослано от твоего Господа с истиной. Посему не будь в числе тех, кто сомневается.
Ey Peyğəmbər! Allahla yanaşı qeyrisinə ibadət edən müşriklərə de: "Allah Quranı sizə hər bir şeyin təfərrüatı ilə nazil etdiyi halda, mənin sizinlə öz aramda Allahdan başqasını hakim qəbul etməyim sizcə ağıla batandırmı?" Özlərinə Tövrat verdiyimiz yəhudilər və özlərinə İncil verdiyimiz nəsranilər öz kitablarındakı dəlilləri gördkdən sonra, Quranın sənə haqq olaraq nazil edildiyini bilirlər. Odur ki, sənə nazil etdiyimiz ayələr barədə şübhə edənlərdən olma.
6:115Страница 142
وَتَمَّتۡ كَلِمَتُ رَبِّكَ صِدۡقٗا وَعَدۡلٗاۚ لَّا مُبَدِّلَ لِكَلِمَٰتِهِۦۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ١١٥
Слово твоего Господа исполнилось правдиво и справедливо! Никто не изменит Его Слов. Он - Слышащий, Знающий.
Quranda deyilən sözlərin və verilən xəbərlərin düzgünlüyünə şübhə ola bilməz. Heç kəs Onun kəlmələrini dəyişəyi bacarmaz. O, qularının dediklərini eşidəndir, onların halından xəbərdardır və Ona heç bir şey gizli qalmaz. Onun kəlmələrini dəyişməyə səy göstərənlərin cəzasını Allah verəcəkdir.
6:116Страница 142
وَإِن تُطِعۡ أَكۡثَرَ مَن فِي ٱلۡأَرۡضِ يُضِلُّوكَ عَن سَبِيلِ ٱللَّهِۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنۡ هُمۡ إِلَّا يَخۡرُصُونَ ١١٦
Если ты станешь повиноваться большинству тех, кто на земле, они собьют тебя с пути Аллаха. Они следуют лишь предположениям и только измышляют.
Ey Peyğəmbər! Əgər sən yer üzündə olan insanların əksəriyyətinə itaət etsən, onlar səni Allahın dinindən azdırarlar. Allahın qoyduğu qanundan aydın olur ki, haqqa tabe olanlar, daim az insanlardır. Çünki insanların əksəriyyəti yalnız heç bir əsası olmayan zənnə qapılır və öz ibadət etdikləri ilahların onları Allaha yaxınlaşdırdıqlarını zənn edirlər və onlar bunu da yalandan uydururlar.
6:117Страница 142
إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ مَن يَضِلُّ عَن سَبِيلِهِۦۖ وَهُوَ أَعۡلَمُ بِٱلۡمُهۡتَدِينَ ١١٧
Воистину, твоему Господу лучше знать, кто сбивается с Его пути. Ему также лучше знать, кто следует прямым путем.
Ey Peyğəmbər! Şübhəsiz ki, Rəbbin insanlardan Onun yolundan azanları və Onun yola yönələnləri daha yaxşı tanıyır və bu işdə Allaha heç bir şey gizli qalmaz.
6:118Страница 142
فَكُلُواْ مِمَّا ذُكِرَ ٱسۡمُ ٱللَّهِ عَلَيۡهِ إِن كُنتُم بِـَٔايَٰتِهِۦ مُؤۡمِنِينَ ١١٨
Ешьте же из того, над чем произнесено имя Аллаха, если вы веруете в Его знамения.
Ey İnsanlar! Əgər siz açıq-aydın dəlillər vasitəsi ilə həqiqətən də Allaha iman gətirmişsinizsə elə isə heyvan kəsildiyi zaman üstündə Allahın adı çəkilmiş – "bismilləh" deyilib kəsilmiş heyvanlardan yeyin.
6:119Страница 143
وَمَا لَكُمۡ أَلَّا تَأۡكُلُواْ مِمَّا ذُكِرَ ٱسۡمُ ٱللَّهِ عَلَيۡهِ وَقَدۡ فَصَّلَ لَكُم مَّا حَرَّمَ عَلَيۡكُمۡ إِلَّا مَا ٱضۡطُرِرۡتُمۡ إِلَيۡهِۗ وَإِنَّ كَثِيرٗا لَّيُضِلُّونَ بِأَهۡوَآئِهِم بِغَيۡرِ عِلۡمٍۚ إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِٱلۡمُعۡتَدِينَ ١١٩
Почему вы не должны есть из того, над чем произнесено имя Аллаха, в то время как Он уже подробно разъяснил вам, что вам запрещено, если только вы не принуждены к этому? Воистину, многие вводят других в заблуждение своими собственными желаниями, без всякого знания. Воистину, твоему Господу лучше знать преступников.
Ey Möminlər! Allah, – zərurət, qadağan olunan şeyləri halallaşdırır, qaydasına əsasən, məcburiyyət qarşısında zərurətdən yeyəcəyiniz şeylər istisna olmaqla – tərk etməniz vacib olan haram buyurulanları sizə bildirdiyi halda, üstündə Allahın adı çəkilənlərdən yeməyə sizə mane olan nədir? Şübhəsiz ki, müşriklərin əksəriyyəti cahilliklərinə görə yalnış düşüncələri səbəbindən, Allahın haram etdiyi ölmüş heyvanı və s. haramları halal edirlər və Allahın halal etdiyi bəhirəni (bu, müəyyən say bala verdikdən sonra qulaqları kəsilən dişi dəvədir), saibəni (bu, müəyyən yaşa çatdıqdan sonra bütləri üçün nəzir edilən dişi dəvədir), vəsiləni (bu, dişi dəvə doğduqdan sonra ardınca daha bir dişi dəvə doğan dişi dəvədir) və hamı (bu da, belindən bir necə sayda dəvə doğulan erkək dəvədir) və s. heyvanları haram edərək özlərinə tabe olanları doğru yoldan uzaqlaşdırırlar. Ey Peyğəmbər! Həqiqətən, sənin Rəbbin, Allahın hədlərini aşanları yaxşı tanıyır və onlar hədlərini aşdıqlarına görə Allah onların cəzalarını verəcəkdir.
6:120Страница 143
وَذَرُواْ ظَٰهِرَ ٱلۡإِثۡمِ وَبَاطِنَهُۥٓۚ إِنَّ ٱلَّذِينَ يَكۡسِبُونَ ٱلۡإِثۡمَ سَيُجۡزَوۡنَ بِمَا كَانُواْ يَقۡتَرِفُونَ ١٢٠
Оставьте грехи очевидные и сокрытые. Воистину, те, которые совершают грех, получат воздаяние за то, что они совершали.
Ey İnsanlar! Aşkarda da, gizlində də günah etməkdən əl çəkin! Şübhəsiz ki, gizlində yaxud aşkar günah edənləri, Allah, etdikləri əməllərə görə cəzalandıracaqdır.
6:121Страница 143
وَلَا تَأۡكُلُواْ مِمَّا لَمۡ يُذۡكَرِ ٱسۡمُ ٱللَّهِ عَلَيۡهِ وَإِنَّهُۥ لَفِسۡقٞۗ وَإِنَّ ٱلشَّيَٰطِينَ لَيُوحُونَ إِلَىٰٓ أَوۡلِيَآئِهِمۡ لِيُجَٰدِلُوكُمۡۖ وَإِنۡ أَطَعۡتُمُوهُمۡ إِنَّكُمۡ لَمُشۡرِكُونَ ١٢١
Не ешьте из того, над чем не было произнесено имя Аллаха, ибо это есть нечестие. Воистину, дьяволы внушают своим помощникам препираться с вами. Если вы станете повиноваться им, то окажетесь многобожниками.
Ey Müsəlmanlar! Üstündə Allahdan qeyrisinin adı çəkilib və ya çəkilməməsindən aslı olmayaraq, Allahın adı çəkilməmiş – "bismilləh" deyilib kəsilməmiş heyvanların ətindən yeməyin. Çünki bu cür kəsilmiş heyvanın ətindən yemək, Allaha itaətdən çıxıb asiliyə meyl etməkdir. Həqiqətən, şeytanlar öz dostlarının qəlbinə şübhə salaraq ölmüş heyvan ətindən yemək barədə sizinlə mübahisə etmək üçün onlara vəsvəsə edirlər. Ey Müsəlmanlar! Əgər onların ölmüş heyvanın halal olması barədə qəlbinizə şübhə saldıqları şeydə onlara itaət etsəniz, sözsüz ki, siz və onlar Allaha şərik qoşmaqda eyni səviyyədə olarsınız.
6:122Страница 143
أَوَمَن كَانَ مَيۡتٗا فَأَحۡيَيۡنَٰهُ وَجَعَلۡنَا لَهُۥ نُورٗا يَمۡشِي بِهِۦ فِي ٱلنَّاسِ كَمَن مَّثَلُهُۥ فِي ٱلظُّلُمَٰتِ لَيۡسَ بِخَارِجٖ مِّنۡهَاۚ كَذَٰلِكَ زُيِّنَ لِلۡكَٰفِرِينَ مَا كَانُواْ يَعۡمَلُونَ ١٢٢
Разве тот, кто был мертвецом, и Мы вернули его к жизни и наделили светом, благодаря которому он ходит среди людей, подобен тому, кто находится во мраках и не может выйти из них? Так неверующим представляется прекрасным то, что они совершают.
Məgər Allah onu doğru yola yönəltməzdən əvvəl küfr, cəhalət və günahlar içərisinidə ölü ikən imana, elmə və itaətə yönəldərək diriltdiyimiz şəxs zülmətlər, küfür, cəhalət və günahlar içində qalıb, yolunu azmış, qaranlıqlar onu hər təfəfdən bürüyüb oradan çıxa bilməyən kimsə ilə eyni səviyyədə ola bilərmi?! Müşriklərə Allaha şərik qoşmağı, ölmüş heyvan ətindən yeməyi, batilə görə mübahisə etməyi gözəlləşdirildiyimiz kimi kafirlərə də qiyamət günü ağrıdıcı əzab verməyimiz üçün onlara etdikləri günah əməlləri beləcə gözəlləşdirildi.
6:123Страница 143
وَكَذَٰلِكَ جَعَلۡنَا فِي كُلِّ قَرۡيَةٍ أَكَٰبِرَ مُجۡرِمِيهَا لِيَمۡكُرُواْ فِيهَاۖ وَمَا يَمۡكُرُونَ إِلَّا بِأَنفُسِهِمۡ وَمَا يَشۡعُرُونَ ١٢٣
Вот так в каждом селении Мы создавали главных грешников, чтобы они строили там козни. Однако они строят козни только против самих себя, но не ощущают этого.
Məkkədə müşriklərin başçıları insanları Allah yolundan döndərdikləri kimi, biz, hər bir diyarda şeytanın yoluna dəvətdə, elçilərə və onlara tabe olanlarla müharibə aparmaqda hiyləgər və məkrli əməllərini əsirgəməyən başçlar təyin etdik. Həqiqətdə isə onların etdikləri hiylə və məkrli əməllər ancaq elə özlərinə qayıtdı. Lakin onlar cahillikləri üzündən və həmçinin nəfslərinə tabe olduqlarına görə bunu hiss etmirlər.
6:124Страница 143
وَإِذَا جَآءَتۡهُمۡ ءَايَةٞ قَالُواْ لَن نُّؤۡمِنَ حَتَّىٰ نُؤۡتَىٰ مِثۡلَ مَآ أُوتِيَ رُسُلُ ٱللَّهِۘ ٱللَّهُ أَعۡلَمُ حَيۡثُ يَجۡعَلُ رِسَالَتَهُۥۗ سَيُصِيبُ ٱلَّذِينَ أَجۡرَمُواْ صَغَارٌ عِندَ ٱللَّهِ وَعَذَابٞ شَدِيدُۢ بِمَا كَانُواْ يَمۡكُرُونَ ١٢٤
Когда им явилось знамение, они сказали: «Мы не уверуем, пока не получим то, что получили посланники Аллаха». Аллах лучше знает, кому доверить Свое послание. Грешников же постигнет унижение перед Аллахом и тяжкие мучения за то, что они строили козни.
Kafirlərin başçılarına Allah Öz peyğəmbərinə nazil etdiyi ayələrdən hər hansı bir ayə gəldikdə: "Allah elçilərinə peyğəmbərlik və risalə verdiyinin bənzərini bizə də verməyincə biz iman gətirməyəcəyik"– dedilər. Allahda onlara risalətin kimə verəcəyini və bunun məşəqqətinə kimin tab gətirə biləcəyini daha yaxşı bilib, peyğəmbərlik və risalə üçün müəyyən qullarından seçdiyini xəbər verərək cavab verdi. Həddlərini aşanlar haqqdan üz çevirdiklərinə görə zəlilliyə və alçağlıqa düçar olacaqlar, məkrli əməllərininə görə isə şiddətli əzab çəkəcəklər.
6:125Страница 144
فَمَن يُرِدِ ٱللَّهُ أَن يَهۡدِيَهُۥ يَشۡرَحۡ صَدۡرَهُۥ لِلۡإِسۡلَٰمِۖ وَمَن يُرِدۡ أَن يُضِلَّهُۥ يَجۡعَلۡ صَدۡرَهُۥ ضَيِّقًا حَرَجٗا كَأَنَّمَا يَصَّعَّدُ فِي ٱلسَّمَآءِۚ كَذَٰلِكَ يَجۡعَلُ ٱللَّهُ ٱلرِّجۡسَ عَلَى ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ ١٢٥
Кого Аллах желает наставить на прямой путь, тому Он раскрывает грудь для ислама, а кого Он желает ввести в заблуждение, тому Он сдавливает и сжимает грудь, словно тот забирается на небо. Так Аллах насылает скверну (или наказание) на тех, кто не верует.
Allah kimi doğru yola müvəffəq etmək istəsə, onun köksünü İslamı qəbul etməsi üçün açar, kimi də rəzil edib, doğru yola müvəffəq etmək istəməsə, onun köksünü haqqı qəbul etməkdən daraldar və sıxıntılı edər, belə ki, öz ixtiyarı ilə göyə çıxmaqa aciz qaldığı kimi, haqq da onun qəlbinə daxil olmaqa aciz qalar. Allah azğın kimsələrin halını belə bir dar və sıxıntılı hal etdiyi kimi, eləcədə əzabı iman gətirməyən kimsələrə edəcəkdir.
6:126Страница 144
وَهَٰذَا صِرَٰطُ رَبِّكَ مُسۡتَقِيمٗاۗ قَدۡ فَصَّلۡنَا ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَذَّكَّرُونَ ١٢٦
Таков прямой путь твоего Господа. Мы уже подробно разъяснили знамения людям поминающим.
Ey Peyğəmbər! Sənə göndərdiyimiz bu din, Allahın heç bir əyrilik olmayan doğru yoludur. Artıq Biz ayələri Allah barədə düşünüb dərk edən kimsə üçün izah etdik.
6:127Страница 144
۞ لَهُمۡ دَارُ ٱلسَّلَٰمِ عِندَ رَبِّهِمۡۖ وَهُوَ وَلِيُّهُم بِمَا كَانُواْ يَعۡمَلُونَ ١٢٧
Им уготована Обитель мира и благополучия у их Господа. Он является их Покровителем благодаря тому, что они совершали.
Onlar üçün hər bir qəm-qüssədən salamat bir ev, Cənnət evi vardır. Allah onların gördükləri yaxşı işlərə görə onların yardımçısı, mövlasıdır.
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии