Аль-Мухтасар · Тафсир · на азербайджанском
الأعراف
Аль-Араф
Ограды · Мекканская · 206 аятов
(Əlif. Ləm. Mim. Sad). əl-Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır.
7:2Страница 151
كِتَٰبٌ أُنزِلَ إِلَيۡكَ فَلَا يَكُن فِي صَدۡرِكَ حَرَجٞ مِّنۡهُ لِتُنذِرَ بِهِۦ وَذِكۡرَىٰ لِلۡمُؤۡمِنِينَ ٢
Тебе ниспослано Писание, которое не должно сжимать твою грудь, дабы ты увещевал им и напоминал верующим.
Ey Peyğəmbər! Qurani Kərim Allahın sənə nazil etdiyi bir kitabdır. Elə isə ona görə qəlbində heç bir sıxıntı və səkk-şübhən olmasın. Allah bu kitabı sənə insanları qorxutmaq, onlar üzərində hüccət qaldırmaq və möminlərə öyüd-nəsihət vermək üçün nazil etmişdir. Çünki öyüd-nəsihətdən faydalanan kimsələr məhz onlardır.
7:3Страница 151
ٱتَّبِعُواْ مَآ أُنزِلَ إِلَيۡكُم مِّن رَّبِّكُمۡ وَلَا تَتَّبِعُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَۗ قَلِيلٗا مَّا تَذَكَّرُونَ ٣
Следуйте за тем, что ниспослано вам от вашего Господа, и не следуйте за иными помощниками, помимо Него. Как же мало вы поминаете назидание!
Ey İnsanlar! Rəbbinizin sizə nazil etdiyi Kitaba və peyğəmbərinizin sünnəsinə tabe olun. Şeytanlardan olan dostlara, yaxud rahiblərə tabe olub, Allahın sizə nazil etdiyini tərk edərək nəfslərinizin istəklərinə meyl edib, onları özünüzə dost tutmayın. Həqiqətən, siz necə də az öyüd-nəsihət dinləyirsiniz. Əgər siz öyüd-nəsihət dinləsəydiz, o zaman haqqı hər bir şeydən üstün tutardınız, peyğəmbərinizin yoluna tabe olub, ona əməl edib və ondan başqa olan şeyləri tərk edərdiz.
7:4Страница 151
وَكَم مِّن قَرۡيَةٍ أَهۡلَكۡنَٰهَا فَجَآءَهَا بَأۡسُنَا بَيَٰتًا أَوۡ هُمۡ قَآئِلُونَ ٤
Сколько же селений Мы погубили! Наше наказание поражало их ночью или во время полуденного отдыха.
Küfr və azğınlıqında israr etdiklərinə görə əzabımızla həlak etdiyimiz çoxlu sayda kəndlər vardır. Şiddətli əzabımız onlara gecə ikən yaxud günorta çağı, qəfil gəldiyi zaman, onlar nə özlərini əzabdan müdafiə etməyi bacardılar, nə də ki, iddia etdikləri bütləri onları əzabdan müdafiə etdi.
7:5Страница 151
فَمَا كَانَ دَعۡوَىٰهُمۡ إِذۡ جَآءَهُم بَأۡسُنَآ إِلَّآ أَن قَالُوٓاْ إِنَّا كُنَّا ظَٰلِمِينَ ٥
А когда Наше наказание поражало их, они лишь говорили: «Воистину, мы были несправедливы!».
Əzab gəldikdən sonra onların halı, Allaha küfr etdiklərinə görə, öz nəfislərinə zülm etdiklərini iqrar etməkdən başqa bir şey olmamışdır.
7:6Страница 151
فَلَنَسۡـَٔلَنَّ ٱلَّذِينَ أُرۡسِلَ إِلَيۡهِمۡ وَلَنَسۡـَٔلَنَّ ٱلۡمُرۡسَلِينَ ٦
Мы непременно спросим тех, к кому были отправлены посланники, и непременно спросим самих посланников.
Biz, Qiyamət günü elçilərimizi göndərdiyimiz ümmətləri, elçilərə nə cavab verdikləri barədə və elçiləri əmr olunduqları təbliğ barədə mütləq sorğu-suala tutacağıq.
7:7Страница 151
فَلَنَقُصَّنَّ عَلَيۡهِم بِعِلۡمٖۖ وَمَا كُنَّا غَآئِبِينَ ٧
Мы непременно расскажем им об их деяниях на основании знания. Мы никогда не отсутствовали.
Biz bütün məxluqata dünyada etdikləri əməllər barədə Öz elmimizlə xəbər verəcəyik. Artıq Biz onların bütün etdiklərini bilirik, çünki heç bir əməl Bizə gizli qalmaz və Biz heç vaxt onlardan qaib olmadıq.
7:8Страница 151
وَٱلۡوَزۡنُ يَوۡمَئِذٍ ٱلۡحَقُّۚ فَمَن ثَقُلَتۡ مَوَٰزِينُهُۥ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ ٨
В тот день взвешивать будут правильно. Те, чья чаша Весов будет перевешивать, окажутся преуспевшими.
Qiyamət günü əməllərin tərəzidə çəkilməsi heç bir zülmə yol verilmədən ədalətli şəkildə olacaqdır. Tərəzidə yaxşı əməlləri pis əməllərindən ağır gələnlər - məhz onlar Cənnətə nail olub, Cəhənnəmdən xilas olan kimsələrdir.
7:9Страница 151
وَمَنۡ خَفَّتۡ مَوَٰزِينُهُۥ فَأُوْلَٰٓئِكَ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُم بِمَا كَانُواْ بِـَٔايَٰتِنَا يَظۡلِمُونَ ٩
Те же, чья чаша Весов окажется легче, потеряют самих себя, поскольку они были несправедливы к Нашим знамениям.
Tərəzidə pis əməlləri yaxşı əməllərindən ağır gələnlər isə Allahın ayələrini inkar etdiklərinə və nəfslərini həlaka sürüklədiklərinə görə özlərini ziyana uğradan kimsələrdir.
7:10Страница 151
وَلَقَدۡ مَكَّنَّٰكُمۡ فِي ٱلۡأَرۡضِ وَجَعَلۡنَا لَكُمۡ فِيهَا مَعَٰيِشَۗ قَلِيلٗا مَّا تَشۡكُرُونَ ١٠
Мы наделили вас властью на земле и определили для вас средства к существованию. Как же мала ваша благодарность!
Ey Adəm övladı! Biz sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanışıq səbəbləri yaratdıq. Bunun müqabilində siz Allaha şükür etməli idiniz, lakin Allaha şükür etməniz necə də azdır!
7:11Страница 151
وَلَقَدۡ خَلَقۡنَٰكُمۡ ثُمَّ صَوَّرۡنَٰكُمۡ ثُمَّ قُلۡنَا لِلۡمَلَٰٓئِكَةِ ٱسۡجُدُواْ لِأٓدَمَ فَسَجَدُوٓاْ إِلَّآ إِبۡلِيسَ لَمۡ يَكُن مِّنَ ٱلسَّٰجِدِينَ ١١
Мы сотворили вас, потом придали вам облик. Потом Мы сказали ангелам: «Падите ниц перед Адамом!». Они пали ниц, и только Иблис не был в числе поклонившихся.
Ey İnsanlar! Biz, atanız Adəmi xəlq etdik, sonra ona ən gözəl bir surət verib, onu ən gözəl bir biçimdə yaratdıq, sonra da mələklərə Adəmə hörmət əlaməti olaraq səcdə etmələrini əmr etdik. İblisdən başqa hamısı Allahın əmrinə boyun əyərək Adəmə səcdə etdi. Amma İblis təkəbbürluk və inadkarlıq edərək səcdə etməkdən qoyun qaçırdı.
7:12Страница 152
قَالَ مَا مَنَعَكَ أَلَّا تَسۡجُدَ إِذۡ أَمَرۡتُكَۖ قَالَ أَنَا۠ خَيۡرٞ مِّنۡهُ خَلَقۡتَنِي مِن نَّارٖ وَخَلَقۡتَهُۥ مِن طِينٖ ١٢
Аллах сказал: «Что помешало тебе пасть ниц, когда Я приказал тебе?». Иблис сказал: «Я лучше него. Ты сотворил меня из огня, а его - из глины».
Uca Allah İblisə, onu məzəmmət edərək dedi: "Mən sənə Adəmə səcdə etmək əmrini verdikdə sənə Mənim əmrimə tabe olmağa nə mane oldu?" İblis Rəbbinə cavab olaraq dedi: "Mənim ondan əfzəl olmağım, məni ona səcdə etməyə mane oldu. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan, od isə palçıqdan daha üstündür!
7:13Страница 152
قَالَ فَٱهۡبِطۡ مِنۡهَا فَمَا يَكُونُ لَكَ أَن تَتَكَبَّرَ فِيهَا فَٱخۡرُجۡ إِنَّكَ مِنَ ٱلصَّٰغِرِينَ ١٣
Аллах сказал: «Низвергнись отсюда! Негоже тебе превозноситься здесь. Изыди, ибо ты - один из униженных».
Allah ona dedi: "Cənnətdən aşağı en! Sənin orada təkəbbürlük göstərməyə heç bir haqqın yoxdur. Çünki Cənnət pakların və yaxşıların yeridir, orada olmaq sənə caiz deyildir. Sən özünü Adəmdən üstün görsən də, həqiqətdə sən zəlil və alçaqlardansan".
7:14Страница 152
قَالَ أَنظِرۡنِيٓ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ ١٤
Иблис сказал: «Предоставь мне отсрочку до того дня, когда они будут воскрешены».
İblis dedi: "Ey Rəbb! İnsanlardan bacardığım qədərini azdırmaq üçün mənə qəbirlərdən dirildiləcəkləri günə qədər mənə möhlət ver".
7:15Страница 152
قَالَ إِنَّكَ مِنَ ٱلۡمُنظَرِينَ ١٥
Аллах сказал: «Воистину, ты - один из тех, кому предоставлена отсрочка».
Allah ona dedi: "Ey İblis! Sura ilk dəfə üfürüləcəyi zaman bütün məxluqatın ölüb yalnız tək Allahın qalacağı gün, sən ölümə məhkum edilmiş kimsələrdən müstəsnasan".
7:16Страница 152
قَالَ فَبِمَآ أَغۡوَيۡتَنِي لَأَقۡعُدَنَّ لَهُمۡ صِرَٰطَكَ ٱلۡمُسۡتَقِيمَ ١٦
Иблис сказал: «За то, что Ты совратил меня, я непременно засяду против них на Твоем прямом пути.
İblis dedi: "Sənin Adəmə səcdə etmək əmrini tərk etdiyimə görə məni azdırdığın üçün, mən də Sənin düz yolunun üstündə oturub onları tovlayıb, azdıracaq və mən onların ataları Adəmə səcdə etməyib yolumdan azdığım kimi, onları da düz yoldan azdıracam".
7:17Страница 152
ثُمَّ لَأٓتِيَنَّهُم مِّنۢ بَيۡنِ أَيۡدِيهِمۡ وَمِنۡ خَلۡفِهِمۡ وَعَنۡ أَيۡمَٰنِهِمۡ وَعَن شَمَآئِلِهِمۡۖ وَلَا تَجِدُ أَكۡثَرَهُمۡ شَٰكِرِينَ ١٧
А затем я буду подходить к ним спереди и сзади, справа и слева, и Ты не найдешь большинство из них благодарными».
Sonra onları axirətdən uzaqlaşdırıb, dünya həyatını sevdirmək, qəlblərinə şübhə salmaq və şəhvətləri gözəl göstərmək üçün mən onların yanına hər bir tərəfdən gələcəm. Ey Rəbb! Sən onların əksəriyyətini, küfrə meyil etdirdiyim üçün, Sənə şükür edən görməyəcəksən".
7:18Страница 152
قَالَ ٱخۡرُجۡ مِنۡهَا مَذۡءُومٗا مَّدۡحُورٗاۖ لَّمَن تَبِعَكَ مِنۡهُمۡ لَأَمۡلَأَنَّ جَهَنَّمَ مِنكُمۡ أَجۡمَعِينَ ١٨
Аллах сказал: «Изыди презренным и отверженным! А если кто из них последует за тобой, то Я заполню Геенну всеми вами.
Allah ona dedi: "Ey İblis! Cənnətdən mənfur və Allahın rəhmətindən qovulmuş halda çıx! Mən Qiyamət günü Cəhənnəmi səninlə və sənin ardınca gedib, sənə itaət edən və öz Rəbbinə asi olan hər bir kəslə dolduracağam".
7:19Страница 152
وَيَٰٓـَٔادَمُ ٱسۡكُنۡ أَنتَ وَزَوۡجُكَ ٱلۡجَنَّةَ فَكُلَا مِنۡ حَيۡثُ شِئۡتُمَا وَلَا تَقۡرَبَا هَٰذِهِ ٱلشَّجَرَةَ فَتَكُونَا مِنَ ٱلظَّٰلِمِينَ ١٩
О Адам! Поселись в Раю вместе со своей супругой. Ешьте, где (или когда) пожелаете, но не приближайтесь к этому дереву, а не то окажетесь беззаконниками».
Allah Adəmə dedi: "Ey Adəm, sən zövcən Həvva ilə Cənnətdə qal və hər ikiniz oradakı pak meyvələrdən, istədiyiniz qədər, bol-bol yeyin, yalnız bu (qadağan etdiyim) ağacdan yeməyin! Əgər siz Mənim bu qadağamdan sonra həmin ağacdan yesəniz, Allahın hüdudlarını aşanlardan olarsınız".
7:20Страница 152
فَوَسۡوَسَ لَهُمَا ٱلشَّيۡطَٰنُ لِيُبۡدِيَ لَهُمَا مَا وُۥرِيَ عَنۡهُمَا مِن سَوۡءَٰتِهِمَا وَقَالَ مَا نَهَىٰكُمَا رَبُّكُمَا عَنۡ هَٰذِهِ ٱلشَّجَرَةِ إِلَّآ أَن تَكُونَا مَلَكَيۡنِ أَوۡ تَكُونَا مِنَ ٱلۡخَٰلِدِينَ ٢٠
Дьявол стал наущать их, чтобы обнажить их срамные места, которые были сокрыты от них. Он сказал им: «Ваш Господь запретил вам это дерево только для того, чтобы вы не стали ангелами или бессмертными».
İblis onların bir-birindən gizli qalan övrət yerlərini özlərinə göstərmək üçün onlara gizlincə pıçıldayıb dedi: "Rəbbiniz sizə bu ağacdan yeməyi qadağan etməsi yalnız sizin mələk olmağınızı yaxud da sizin Cənnətdə əbədi qalmağınızı istəməməsinə görədir".
7:21Страница 152
وَقَاسَمَهُمَآ إِنِّي لَكُمَا لَمِنَ ٱلنَّٰصِحِينَ ٢١
Он поклялся им: «Воистину, я для вас - искренний доброжелатель».
Üstəlik onların hər ikisi üçün: "Ey Adəm və Həvva! Şübhəsiz ki, mən sizə dediyim bu işdə sizin nəsihətçilərinizdənəm" – deyə Allaha and içdi.
7:22Страница 152
فَدَلَّىٰهُمَا بِغُرُورٖۚ فَلَمَّا ذَاقَا ٱلشَّجَرَةَ بَدَتۡ لَهُمَا سَوۡءَٰتُهُمَا وَطَفِقَا يَخۡصِفَانِ عَلَيۡهِمَا مِن وَرَقِ ٱلۡجَنَّةِۖ وَنَادَىٰهُمَا رَبُّهُمَآ أَلَمۡ أَنۡهَكُمَا عَن تِلۡكُمَا ٱلشَّجَرَةِ وَأَقُل لَّكُمَآ إِنَّ ٱلشَّيۡطَٰنَ لَكُمَا عَدُوّٞ مُّبِينٞ ٢٢
Он низвел их (вывел из Рая или воодушевил на грех) обманом, и когда они вкусили от этого дерева, то обнажились их срамные места, и они стали прилеплять на себя райские листья. Тогда Господь их воззвал к ним: «Разве Я не запретил вам это дерево и не сказал вам, что дьявол для вас - явный враг?».
Beləliklə, şeytan onları tovlayıb aldataraq Cənnətdə olduqları yerdən aşağı endirdi. Hər ikisi də qadağan olunduqları ağacdan yedikdə, övrət yerləri özlərinə göründü və onlar Cənnət yarpaqlarından ayıb yerlərinin üstünə yapışdırmağa başladılar. Rəbbi onlara belə xitab etdi: "Mən sizə bu ağacdan yeməyi qadağan etmədimmi və hər ikinizi şeytanın şərindən çəkindirərək o, sizin açıq-aşkar düşməninizdir, demədimmi?".
7:23Страница 153
قَالَا رَبَّنَا ظَلَمۡنَآ أَنفُسَنَا وَإِن لَّمۡ تَغۡفِرۡ لَنَا وَتَرۡحَمۡنَا لَنَكُونَنَّ مِنَ ٱلۡخَٰسِرِينَ ٢٣
Они сказали: «Господь наш! Мы поступили несправедливо по отношению к себе, и если Ты не простишь нас и не смилостивишься над нами, то мы непременно окажемся одними из потерпевших урон».
Adəm və Həvva: "Ey Rəbbimiz! Sənin qadağan etdiyin ağacın meyvəsindən yeməklə biz öz nəfsimizə zülm etdik. Əgər günahımızı bağışlamasan və bizə Öz rəhmətinlə rəhm etməsən, əlbəttə, dünya və axirət payımızı itirməklə ziyana uğrayanlardan olarıq"– dedilər.
7:24Страница 153
قَالَ ٱهۡبِطُواْ بَعۡضُكُمۡ لِبَعۡضٍ عَدُوّٞۖ وَلَكُمۡ فِي ٱلۡأَرۡضِ مُسۡتَقَرّٞ وَمَتَٰعٌ إِلَىٰ حِينٖ ٢٤
Аллах сказал: «Низвергнитесь и будьте врагами друг другу! Земля будет для вас обителью и предметом пользования на некоторое время».
Allah Adəmə, Həvvaya və İblisə dedi: "Cənnətdən yer üzünə enin! Sizdən bir qisminiz digərinizin düşməni olacaq. Yerdə sizin üçün müəyyən vaxta qədər qərar tutacağınız məskən və müəyyən olunmuş əcəl gəlib çatana qədər faydalanmaq üçün istifadə edəcəyiniz şeylər vardır".
7:25Страница 153
قَالَ فِيهَا تَحۡيَوۡنَ وَفِيهَا تَمُوتُونَ وَمِنۡهَا تُخۡرَجُونَ ٢٥
Аллах сказал: «На ней вы будете жить, на ней будете умирать и из нее будете выведены».
Allah Adəmə, Həvvaya və onların nəslinə müraciət edərək dedi: "Siz bu yer üzündə Allahın müəyyən etdiyi əcəliniz gəlib çatana qədər yaşayacaq, orada öləcək, dəfn olunacaq və Qiyamət günü sorgu-sual edilmək üçün orada qəbirlərinizdən çıxarılacaqsınız".
7:26Страница 153
يَٰبَنِيٓ ءَادَمَ قَدۡ أَنزَلۡنَا عَلَيۡكُمۡ لِبَاسٗا يُوَٰرِي سَوۡءَٰتِكُمۡ وَرِيشٗاۖ وَلِبَاسُ ٱلتَّقۡوَىٰ ذَٰلِكَ خَيۡرٞۚ ذَٰلِكَ مِنۡ ءَايَٰتِ ٱللَّهِ لَعَلَّهُمۡ يَذَّكَّرُونَ ٢٦
О сыны Адама! Мы ниспослали вам одеяние для прикрытия ваших срамных мест и украшения. Однако одеяние из богобоязненности - лучше. Таково одно из знамений Аллаха. Быть может, они помянут назидание.
Ey Adəm övladları! Biz övrət yerlərinizi örtəsiniz deyə, sizin üçün zəruru libas və bir də insanlar arasınada bəzənmək üçün bəzəkli libas nazil etdik. Təqva - bu, Allahın əmrlərini yerinə yetirib qadağalarından cəkinməkdir - libası isə hissi libasdan daha xeyirlidir. Sizə deyilən bu libas, Allahın qüdrətinə dəlalət edən ayələrindəndir ki, bəlkə, Allahın sizə olan nemətlərini düşünüb və bu nemətlərə görə Ona şükür edəsiniz.
7:27Страница 153
يَٰبَنِيٓ ءَادَمَ لَا يَفۡتِنَنَّكُمُ ٱلشَّيۡطَٰنُ كَمَآ أَخۡرَجَ أَبَوَيۡكُم مِّنَ ٱلۡجَنَّةِ يَنزِعُ عَنۡهُمَا لِبَاسَهُمَا لِيُرِيَهُمَا سَوۡءَٰتِهِمَآۚ إِنَّهُۥ يَرَىٰكُمۡ هُوَ وَقَبِيلُهُۥ مِنۡ حَيۡثُ لَا تَرَوۡنَهُمۡۗ إِنَّا جَعَلۡنَا ٱلشَّيَٰطِينَ أَوۡلِيَآءَ لِلَّذِينَ لَا يُؤۡمِنُونَ ٢٧
О сыны Адама! Не позволяйте дьяволу совратить вас, подобно тому, как он вывел из Рая ваших родителей. Он сорвал с них одежды, чтобы показать им их срамные места. Воистину, он и его сородичи видят вас оттуда, где вы их не видите. Воистину, Мы сделали дьяволов покровителями и помощниками тех, которые не веруют.
Ey Adəm övladları! Şeytan, sizə günah işləri gözəl göstərib, övrət yerini örtən, hissi libası, yaxud təqva libasını soyunduraraq sizi azdırmasın. Çünki şeytan, ata-ananızı aldatıb onların hər ikisinə Cənnətdəki ağacın meyvəsindən yeməyi gözəl göstərib, övrət yerlərinin özlərinə göstərməyə və sonda onların Cənnətdən qovulmasına səbəb olmuşdur. Şübhəsiz ki, şeytan və onun nəsli, siz onları görüb müşahidə edə bilməsəniz də, onlar sizi görüb müşahidə edə bilirlər. Həqiqətən, Biz, şeytanları Allaha iman gətirməyənlərin dostları etdik. Amma xeyirxah işlər görən möminlərə gəldikdə isə, şeytan onlara heç bir zərər yetirə bilməz.
7:28Страница 153
وَإِذَا فَعَلُواْ فَٰحِشَةٗ قَالُواْ وَجَدۡنَا عَلَيۡهَآ ءَابَآءَنَا وَٱللَّهُ أَمَرَنَا بِهَاۗ قُلۡ إِنَّ ٱللَّهَ لَا يَأۡمُرُ بِٱلۡفَحۡشَآءِۖ أَتَقُولُونَ عَلَى ٱللَّهِ مَا لَا تَعۡلَمُونَ ٢٨
Когда они совершают мерзость, они говорят: «Мы видели, что наши отцы поступали таким образом. Аллах повелел нам это». Скажи: «Аллах не велит совершать мерзость. Неужели вы станете наговаривать на Аллаха то, чего не знаете?».
Müşriklər Allaha şərik qoşmaq, Kəbənin ətrafında çılpaq tavaf etmək və s. buna bənzər olduqca çirkin işlər gördükləri zaman ata-babalarından belə gördüklərini və bunu Allahın onlara əmr etdiyini bəhanə gətirirlər. Ey Muhəmməd, onlara cavab olaraq de: "Allah günah əməlləri əmr etməz. Əksinə, qadağan edər. Axı siz bunu yalandan necə iddia edirsiniz?! Ey Müşriklər! Yoxsa Allaha qarşı bilmədiyiniz şeylər yalandan və Allaha iftira yaxaraq deyirsiniz?!"
7:29Страница 153
قُلۡ أَمَرَ رَبِّي بِٱلۡقِسۡطِۖ وَأَقِيمُواْ وُجُوهَكُمۡ عِندَ كُلِّ مَسۡجِدٖ وَٱدۡعُوهُ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَۚ كَمَا بَدَأَكُمۡ تَعُودُونَ ٢٩
Скажи: «Мой Господь велел поступать справедливо». Обращайте к Нему лица в любом месте поклонения и взывайте к Нему, очищая перед Ним веру. Он сотворил вас изначально, и так же вы будете возвращены».
Ey Muhəmməd! Müşriklərə de: "Həqiqətən Allah ədalətli olmağı əmr etmişdir. O heç vaxt çirkin və pis əməlləri əmr etməmişdir. Allah, ümumiyyətlə, xüsusən də, məscidlərdə ixlasla Ona ibadət etmənizi və Allaha itaəti məhz Ona məxsus edərək, tək Ona dua etməyinizi əmr etmişdir. Allah sizi ilk dəfə yoxdan var etdiyi kimi, öldükdən sonra yenidən dirildəcəkdir. Sizi ilk dəfə yaratmağa qadir olan, sizi yenidən yaratmağa və qəbirlərdən dirildib çıxarmağa da qadirdir.
7:30Страница 153
فَرِيقًا هَدَىٰ وَفَرِيقًا حَقَّ عَلَيۡهِمُ ٱلضَّلَٰلَةُۚ إِنَّهُمُ ٱتَّخَذُواْ ٱلشَّيَٰطِينَ أَوۡلِيَآءَ مِن دُونِ ٱللَّهِ وَيَحۡسَبُونَ أَنَّهُم مُّهۡتَدُونَ ٣٠
Он одних наставил на прямой путь, а другим заслуженно предписал заблуждение. Они сочли дьяволов своими покровителями и помощниками вместо Аллаха и полагают, что следуют прямым путем.
Allah insanları iki qisimə bölmüşdür: Sizdən bir qisiminiz doğru yola yönəltdiyi, doğru yola aparan vasitələri ona asalnaşdırdığı və bu yolda olan maneələri ondan uzaqlaşdırdığı kimsələrdir. Digər bir qisiminiz isə haqq yoldan azmağa layiq görülən kimsələr. Çünki onlar Allahı qoyub şeytanları özlərinə dost tutdular, cahillikləri üzündən ona tabe oldular və bununla belə elə güman edirlər ki, onlar doğru yoldadırlar.
7:31Страница 154
۞ يَٰبَنِيٓ ءَادَمَ خُذُواْ زِينَتَكُمۡ عِندَ كُلِّ مَسۡجِدٖ وَكُلُواْ وَٱشۡرَبُواْ وَلَا تُسۡرِفُوٓاْۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلۡمُسۡرِفِينَ ٣١
О сыны Адама! Облекайтесь в свои украшения при каждой мечети. Ешьте и пейте, но не излишествуйте, ибо Он не любит тех, кто излишествует.
Ey Adəm övladları! Övrət yerinizi örtən libasınızı, namaz qılarkən və təvaf edərkən təmiz və gözəl geyimlərinizi geyin. Allahın sizə halal etdiyi pak ruzilərdən istədiyiniz qədər yeyin-için, lakin həddi aşaraq israfa yol verməyin və halalı tərk edib harama keçməyin. Şübhəsiz ki, Allah həddi aşaraq israf edənləri sevməz!
7:32Страница 154
قُلۡ مَنۡ حَرَّمَ زِينَةَ ٱللَّهِ ٱلَّتِيٓ أَخۡرَجَ لِعِبَادِهِۦ وَٱلطَّيِّبَٰتِ مِنَ ٱلرِّزۡقِۚ قُلۡ هِيَ لِلَّذِينَ ءَامَنُواْ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا خَالِصَةٗ يَوۡمَ ٱلۡقِيَٰمَةِۗ كَذَٰلِكَ نُفَصِّلُ ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَعۡلَمُونَ ٣٢
Скажи: «Кто запретил украшения Аллаха, которые Он даровал Своим рабам, и прекрасный удел?». Скажи: «В мирской жизни они предназначены для тех, кто уверовал, а в День воскресения они будут предназначены исключительно для них». Так Мы разъясняем знамения людям знающим.
Ey Peyğəmbər! Allahın, libas, pak ruzi və s. bu kimi halal etdiyi şeyləri haram edən müşriklərə cavab olaraq de: "Zinət əşyası olan libasınızı və Allahın sizə ruzi olaraq bəxş etdiyi pak yeməkləri və içkiləri sizə kim haram etmişdir?! Ey Peyğəmbər! De: "Bu pak ruzilərə dünya həyatında bütün insanlar - möminlər və kafirlər şərik olsalar da, Qiyamət günü isə bunlar yalnız möminlərə məxsus olacaq və heç bir kafirin bu ruzilərdən payı olmayacaq. Çünki Cənnət kafirlərə haramdır". Biz ayələri dərk edən adamlar üçün belə bir təfsilatla izah edirik. Çünki bu ayələrdən ibrət alan elə məhz onlardır.
7:33Страница 154
قُلۡ إِنَّمَا حَرَّمَ رَبِّيَ ٱلۡفَوَٰحِشَ مَا ظَهَرَ مِنۡهَا وَمَا بَطَنَ وَٱلۡإِثۡمَ وَٱلۡبَغۡيَ بِغَيۡرِ ٱلۡحَقِّ وَأَن تُشۡرِكُواْ بِٱللَّهِ مَا لَمۡ يُنَزِّلۡ بِهِۦ سُلۡطَٰنٗا وَأَن تَقُولُواْ عَلَى ٱللَّهِ مَا لَا تَعۡلَمُونَ ٣٣
Скажи: «Мой Господь запретил совершать мерзкие поступки, как явные, так и скрытые, совершать грехи, бесчинствовать без всякого права, приобщать к Аллаху сотоварищей, в пользу чего Он не ниспослал никакого доказательства, и наговаривать на Аллаха то, чего вы не знаете».
Ey Peyğəmbər! Allahın halal etdiyi şeyləri haram edən müşriklərə de: "Həqiqətən Allah qullarına həm aşkar, həm də gizli edilən çirkin, nalayiq əməlləri, bütün günahı, insanların canlarına, mallarına və namuslarına haqsızcasına toxunaraq insalara zülm etməyi, heç bir dəlilliniz olmadan başqasını Allaha şərik qoşmağınızı və Allahın adları, sifətləri, feilləri və şərəti barədə elmsiz danışmağı haram buyurmuşdur".
7:34Страница 154
وَلِكُلِّ أُمَّةٍ أَجَلٞۖ فَإِذَا جَآءَ أَجَلُهُمۡ لَا يَسۡتَأۡخِرُونَ سَاعَةٗ وَلَا يَسۡتَقۡدِمُونَ ٣٤
Для каждой общины есть свой срок. Когда же наступает их срок, они не могут отдалить или приблизить его даже на час.
Hər bir nəslin və əsrin əcəli qabaqcadan müəyyə edilmiş məhdud bir müddəti vardır. Onların qabaqcadan müəyyən edilmiş əcəli gəldiyi zaman bircə an nə yubanar, nə də qabağa keçə bilərlər.
7:35Страница 154
يَٰبَنِيٓ ءَادَمَ إِمَّا يَأۡتِيَنَّكُمۡ رُسُلٞ مِّنكُمۡ يَقُصُّونَ عَلَيۡكُمۡ ءَايَٰتِي فَمَنِ ٱتَّقَىٰ وَأَصۡلَحَ فَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ ٣٥
О сыны Адама! Если к вам придут посланники из вашей среды, читая вам Мои аяты, то всякий, кто станет богобоязненным и исправит свои деяния, не познает страха и не будет опечален.
Ey Adəm övladları! Əgər sizə öz qövmünüzdən olan Mənim elçilərim gəlib Mənim kitablarımdan onlara nazil edilən ayələri sizə oxuduqda onlara itaət edin və onların gətirdiklərinə tabe olun. Allahın əmrlərinə tabe olub və qadağalarından çəkinərək Allahdan qorxub və öz əməllərini islah edən şəxslərin Qiyamət günü heç bir qorxusu yoxdur və onlar dünyada ikən əldə edə bilmədikləri dünya nemətlərinə görə kədərlənməyəcəklər.
7:36Страница 154
وَٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا وَٱسۡتَكۡبَرُواْ عَنۡهَآ أُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ ٣٦
А те, которые сочтут ложью Мои знамения и превознесутся над ними, станут обитателями Огня и пребудут там вечно.
Amma ayələrimizi təkzib edib bu ayələrə iman etməyən və elçiləri onlara gətirdiklərinə təkəbbürlük yanaşıb əməl etməyən kafirlərə gəldikdə isə onlar odda əbədi qalacaq cəhənnəm sakinləridirlər.
7:37Страница 154
فَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوۡ كَذَّبَ بِـَٔايَٰتِهِۦٓۚ أُوْلَٰٓئِكَ يَنَالُهُمۡ نَصِيبُهُم مِّنَ ٱلۡكِتَٰبِۖ حَتَّىٰٓ إِذَا جَآءَتۡهُمۡ رُسُلُنَا يَتَوَفَّوۡنَهُمۡ قَالُوٓاْ أَيۡنَ مَا كُنتُمۡ تَدۡعُونَ مِن دُونِ ٱللَّهِۖ قَالُواْ ضَلُّواْ عَنَّا وَشَهِدُواْ عَلَىٰٓ أَنفُسِهِمۡ أَنَّهُمۡ كَانُواْ كَٰفِرِينَ ٣٧
Кто же несправедливее того, кто возводит на Аллаха навет или считает ложью Его знамения? Они получат удел, отведенный им в Писании. Когда же к ним явятся Наши посланцы, чтобы умертвить их, они скажут: «Где те, к кому вы взывали вместо Аллаха?». Они скажут: «Они бросили нас!». Они принесут свидетельства против самих себя о том, что они были неверующими.
Allahın şəriki olduğunu iddia edən və ya Onu naqislikdə itiham edən, yaxud Allahın demədiyi bir şeyi Onun adından deyib Allaha qarşı yalan uyduran, yaxud da Allahın doğru yoluna aparan açıq-aydın ayələrini yalan hesab edən kimsədən daha zalım heç kəs ola bilməz. Bu sifətləri özündə cəm edən kimsələr Lövhi-Məhfuzda yazılmış xeyir və şər nəsiblərini alacaqlar. Nəhayət, ölüm mələyi və onun mələklərdən olan köməkçiləri onların canını almaq üçün yanlarına gəldiyi zaman onlara məzəmmət edərək: "Allahdan savayı ibadət etdiyiniz ilahlar haradadır?! Elə isə onları çağırın sizin imdadınıza yetişsinlər" – dedikdə. Müşriklər mələklərə: "İbadət etdiyimiz bütlər bizi qoyub getdilər, yox oldular və biz onların harada olduqlarını bilmirik!"– deyəcəklər. Beləliklə də, onlar özlərinin kafir olduqlarını təsdiq edəcək, lakin onların o vaxt təsqiq etmələri onlara heç bir fayda verməyəcəkdir.
7:38Страница 155
قَالَ ٱدۡخُلُواْ فِيٓ أُمَمٖ قَدۡ خَلَتۡ مِن قَبۡلِكُم مِّنَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ فِي ٱلنَّارِۖ كُلَّمَا دَخَلَتۡ أُمَّةٞ لَّعَنَتۡ أُخۡتَهَاۖ حَتَّىٰٓ إِذَا ٱدَّارَكُواْ فِيهَا جَمِيعٗا قَالَتۡ أُخۡرَىٰهُمۡ لِأُولَىٰهُمۡ رَبَّنَا هَٰٓؤُلَآءِ أَضَلُّونَا فَـَٔاتِهِمۡ عَذَابٗا ضِعۡفٗا مِّنَ ٱلنَّارِۖ قَالَ لِكُلّٖ ضِعۡفٞ وَلَٰكِن لَّا تَعۡلَمُونَ ٣٨
Аллах скажет: «Войдите в Ад вместе с народами из числа людей и джиннов, которые прожили до вас». Каждый раз, когда один народ будет входить туда, он будет проклинать родственный ему народ. Когда же они будут собраны там вместе, то последние из них скажут о первых: «Господь наш! Это они ввели нас в заблуждение. Удвой же их мучения в Огне». Он скажет: «Всем воздастся вдвойне, но вы не знаете этого».
Mələklər onlara deyəcəklər: "Ey Müşriklər! Sizdən əvvəl küfr və zəlalət üzərində gəlib-getmiş cin və insan tayfaları ilə birlikdə oda girin!" Hər hansı bir tayfa oda girdikcə ondan qabaq oda girən digər tayfaları lənətləyəcəkdir. Nəhayət, hamısı orada bir-biriləri ilə qarşılaşıb, toplandığı zaman ora sonda girən səfeh başçılarının ardınca gedənlər onlardan əvvəl girən başçıları barəsində deyəcəklər: "Ey Rəbbimiz! Bunlar bizim başçılarımızdır, bizi haqq yolundan azdıran məhz elə bunlardır! Onlar bizə zəlaləti gözəl göstərdikləri üçün onlara ikiqat əzab ver!" Allah onlara cavab olaraq deyəcəkdir: "Sizdən hər bir tayfanı ikiqat əzab gözləyir, lakin siz bundan cahilsiz və bunu dərk etmirsiniz!"
7:39Страница 155
وَقَالَتۡ أُولَىٰهُمۡ لِأُخۡرَىٰهُمۡ فَمَا كَانَ لَكُمۡ عَلَيۡنَا مِن فَضۡلٖ فَذُوقُواْ ٱلۡعَذَابَ بِمَا كُنتُمۡ تَكۡسِبُونَ ٣٩
Тогда первые из них скажут последним: «Вы не были лучше нас. Посему вкусите наказание за то, что вы приобретали».
Tabe olunan başçılar onların ardınca gələnlərə deyəcəklər: "Ey Bizim ardımızca gələn kimsələr! Əzabı sizdən yüngülləşdirmək üçün sizin bizim üzərimizdə heç bir üstünlüyünüz olmayıb. Əsas sizin etdiyiniz əməllərdir. Öz istəyinizə tabe olduğunuza görə sizin bu gün üzür gətirmək üçün heç bir haqqınız yoxdur. Ey bizə tabe olanlar! Elə isə qazandığınız küfr və günah əməllərə görə bizim daddığımız əzabı siz də dadın!"
7:40Страница 155
إِنَّ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا وَٱسۡتَكۡبَرُواْ عَنۡهَا لَا تُفَتَّحُ لَهُمۡ أَبۡوَٰبُ ٱلسَّمَآءِ وَلَا يَدۡخُلُونَ ٱلۡجَنَّةَ حَتَّىٰ يَلِجَ ٱلۡجَمَلُ فِي سَمِّ ٱلۡخِيَاطِۚ وَكَذَٰلِكَ نَجۡزِي ٱلۡمُجۡرِمِينَ ٤٠
Воистину, не откроются врата небесные для тех, кто считал ложью Наши знамения и превозносился над ними. Они не войдут в Рай, пока верблюд не пройдет сквозь игольное ушко. Так Мы воздаем грешникам.
Şübhəsiz ki, aşıq-aydın ayələrimizi yalan sayanlara, onlara boyun əyməkdən təkəbbürlüklə yanaşan və hər bir xeyirdən ümüdlərini kəsən kimsələrə öldükləri zaman küfürləri səbəbindən həm əməlləri üçün həm də ki, ruhlarının səmaya qalxması üçün göyün qapıları açılmayacaq və dəvə - o, ən böyük heyvanlardan biridir - əşyaların ən darı həcmlisi olan iynənin dəliyindən keçməyincə onlar heç vaxt Cənnətə girməyəcəklər. Bu, qeyri-mümkün olan bir işdir, çünki onların Cənnətə girmələri üçün qoyulan şərt, həyata keçməsi mümkün deyildir. Allah günahları çox olan kimsəni belə bir cəza ilə cəzalandıracaqdır.
7:41Страница 155
لَهُم مِّن جَهَنَّمَ مِهَادٞ وَمِن فَوۡقِهِمۡ غَوَاشٖۚ وَكَذَٰلِكَ نَجۡزِي ٱلظَّٰلِمِينَ ٤١
Их ложа будут из Геенны, а над ними будут покрывала. Так Мы воздаем беззаконникам.
Yalan sayan və təkəbbürlük edən kimsələrə Cəhənnəm odundan üzərində oturmaları üçün yataq və üstlərinə örtmək üçün atəşdən yorğan olacaqdır. Biz, küfr və üz çevirərək Allahın hüdudlarını aşan kimsələri belə bir cəza ilə cəzalandırırıq.
7:42Страница 155
وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَا نُكَلِّفُ نَفۡسًا إِلَّا وُسۡعَهَآ أُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡجَنَّةِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ ٤٢
Те, которые уверовали и совершали праведные деяния, будут обитателями Рая и пребудут там вечно. Мы не возлагаем на человека сверх его возможностей.
Rəbbinə iman gətirib, bacardığı qədər yaxşı əməl edənlər isə Cənnət sakinləridir. Onlar ora daxil olub, orada əbədi qalacaqlar. Biz hər kəsi onun bacardığından artıq qədər yükləmərik.
7:43Страница 155
وَنَزَعۡنَا مَا فِي صُدُورِهِم مِّنۡ غِلّٖ تَجۡرِي مِن تَحۡتِهِمُ ٱلۡأَنۡهَٰرُۖ وَقَالُواْ ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي هَدَىٰنَا لِهَٰذَا وَمَا كُنَّا لِنَهۡتَدِيَ لَوۡلَآ أَنۡ هَدَىٰنَا ٱللَّهُۖ لَقَدۡ جَآءَتۡ رُسُلُ رَبِّنَا بِٱلۡحَقِّۖ وَنُودُوٓاْ أَن تِلۡكُمُ ٱلۡجَنَّةُ أُورِثۡتُمُوهَا بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ٤٣
Мы исторгнем из их сердец злобу, и под ними будут протекать реки. Они скажут: «Хвала Аллаху, Который привел нас к этому! Мы не последовали бы прямым путем, если бы Аллах не наставил нас. И посланники Господа нашего принесли истину». Им будет возвещено: «Вот Рай, который вы унаследовали за то, что совершали».
Allah onların qəlblərindəki kin-küdurəti çıxardıb, qəlblərini bu kimi şeylərdən təmizləməsi, Allahın Cənnət sakinlərinə olan nemətlərini tamamlamasıdır. Onların ayaqları altından çaylar axacaqdır. Onlar isə Allahın onlara bəxş etdiyi nemətləri etiraf edərək deyəcəklər: "Bizi bu dərəcəyə nail olmaq üçün saleh əmələ müvəffəq edən Allaha həmd olsun! Əgər Allah bizi buna müvəffəq etməsəydi, biz özümüz bu dərəcəyə müvəffəq ola bilməzdik. Əlbəttə, bizə Rəbbimizin elçiləri heç bir şəkk-şübhə olmayan, Cənnət və Cəhənnəm barədə düzgün olan haqqı gətirmişdilər". Onlara belə xitab ediləcəkdir: "Bu, elçilərimin dünyada ikən sizə xəbər verdiyi Cənnətdir, Allah bunu, ixlasla etdiyiniz saleh əməllərinizə görə sizin üçün hazırlamışdlr!"
7:44Страница 156
وَنَادَىٰٓ أَصۡحَٰبُ ٱلۡجَنَّةِ أَصۡحَٰبَ ٱلنَّارِ أَن قَدۡ وَجَدۡنَا مَا وَعَدَنَا رَبُّنَا حَقّٗا فَهَلۡ وَجَدتُّم مَّا وَعَدَ رَبُّكُمۡ حَقّٗاۖ قَالُواْ نَعَمۡۚ فَأَذَّنَ مُؤَذِّنُۢ بَيۡنَهُمۡ أَن لَّعۡنَةُ ٱللَّهِ عَلَى ٱلظَّٰلِمِينَ ٤٤
Обитатели Рая воззовут к обитателям Огня: «Мы уже убедились в том, что обещанное нам нашим Господом - истина. Убедились ли вы в том, что обещанное вашим Господом - истина?». Они скажут: «Да». Тогда глашатай возвестит среди них: «Да пребудет проклятие Аллаха над беззаконниками,
Cənnət və Cəhənnəm əhlindən hər iki dəstə, onlar üçün hazırlanmış yerlərinə daxil olduqdan sonra Cənnətin əbədi sakinləri, Cəhənnəmin əbədi sakinlərini səsləyib deyəcəklər: "Biz Rəbbimizin bizə Cənnətdə vəd etdiyinin doğru olduğunu gördük və Rəbbimiz bizi ora daxil olmağa müvəffəq etdi. Ey kafirlər! Siz də Rəbbinizin sizə Cəhənnəmdə vəd etdiyinin doğru olduğunu gördünüzmü?" Kafirlər: "Rəbbimizin bizə Cəhənnəmdə vəd etdiyini doğru olduğunu gördük!"– deyəcəklər. Bu zaman bir carçı: "Allah zalımləri Öz rəhmətindən məhrum etməsi!" – deyərək dua edəcəkdir. Artıq Allah onlara dünya həyatında Öz rəhmə qapılıranı açmış, amma onlar isə bundan üz çevirmişdilər.
7:45Страница 156
ٱلَّذِينَ يَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَيَبۡغُونَهَا عِوَجٗا وَهُم بِٱلۡأٓخِرَةِ كَٰفِرُونَ ٤٥
которые сбивали других с пути Аллаха, пытались исказить его и не верили в Последнюю жизнь».
Məhz o zalım kəslərə ki, şəxsən özləri insanları Allah yolundan sapdırır, başqalarını da buna sövq etdirir, insanların haqq yolunun tutmaması üçün daima bu yolu onlara əyri göstərməyə çalışır, axirəti inkar edir və ona hazırlıq da görmürlər.
7:46Страница 156
وَبَيۡنَهُمَا حِجَابٞۚ وَعَلَى ٱلۡأَعۡرَافِ رِجَالٞ يَعۡرِفُونَ كُلَّۢا بِسِيمَىٰهُمۡۚ وَنَادَوۡاْ أَصۡحَٰبَ ٱلۡجَنَّةِ أَن سَلَٰمٌ عَلَيۡكُمۡۚ لَمۡ يَدۡخُلُوهَا وَهُمۡ يَطۡمَعُونَ ٤٦
Между ними будет изгородь, а на оградах будут люди, которые распознают каждого из них по их признакам. Они воззовут к обитателям Рая: «Мир вам!». Они пока не войдут в Рай, хотя будут желать этого.
Bu iki tərəfin - Cənnət və Cəhənnəm əhli arasında "əl-Əraf" yəni, sədd deyilən hündür bir maneə vardır və bu hündür maneənin üzərində isə yaxşı əməlləri ilə pis əməlləri eyni səviyyədə olan insanlar vardır. Onlardan Cənnət əhlinin üzlərinin ağlığı və Cəhənnəm əhlinində üzlərinin qaralığı kimi əlamətləri ilə tanıyan insanlar olacaqdır ki, onlar Cənnət əhlini səsləyib hörmət əlaməti olaraq: "Sizə salam olsun!"–deyəcəklər. əl-Əraf əhli, Allahın rəhməti ilə ora daxil olmağı ümid etdikləri halda hələ Cənnətə daxil olmayan kimsələrdir.
7:47Страница 156
۞ وَإِذَا صُرِفَتۡ أَبۡصَٰرُهُمۡ تِلۡقَآءَ أَصۡحَٰبِ ٱلنَّارِ قَالُواْ رَبَّنَا لَا تَجۡعَلۡنَا مَعَ ٱلۡقَوۡمِ ٱلظَّٰلِمِينَ ٤٧
Когда же их взоры обратятся к обитателям Огня, они скажут: «Господь наш! Не помещай нас с людьми несправедливыми!».
Sədd əhlinin gözləri Cəhənnəm əhlinə tərəf çevrildikdə və onların çəkdikləri şiddətli əzaba şahid olduqları zaman Allaha dua edərək deyəcəklər: "Ey Rəbbimiz, bizi küfr edərək və Sənə şərik qoşaraq öz nəfsinə zülüm edən zalımlara tay tutma!"
7:48Страница 156
وَنَادَىٰٓ أَصۡحَٰبُ ٱلۡأَعۡرَافِ رِجَالٗا يَعۡرِفُونَهُم بِسِيمَىٰهُمۡ قَالُواْ مَآ أَغۡنَىٰ عَنكُمۡ جَمۡعُكُمۡ وَمَا كُنتُمۡ تَسۡتَكۡبِرُونَ ٤٨
Люди на оградах обратятся к мужчинам, которых они узнают по их признакам, и скажут: «Не помогло вам то, что вы собирали, и ваше высокомерие.
Sədd əhli onları üzlərinin qaralığı və gözlərinin göylüyü kimi əlamətlərindən tanıdıqları Cəhənnəm əhlindən olan kafirlərə səsləyib deyəcəklər: "Sizə nə yığdığınız mal-dövlət, oğul-uşaq, nə də ki, təkəbbürlük göstərərək haqqdan üz çevirməyiniz fayda vermədi".
7:49Страница 156
أَهَٰٓؤُلَآءِ ٱلَّذِينَ أَقۡسَمۡتُمۡ لَا يَنَالُهُمُ ٱللَّهُ بِرَحۡمَةٍۚ ٱدۡخُلُواْ ٱلۡجَنَّةَ لَا خَوۡفٌ عَلَيۡكُمۡ وَلَآ أَنتُمۡ تَحۡزَنُونَ ٤٩
Разве это не те, о которых вы клялись, что Аллах никогда не проявит к ним милости?». Им будет сказано: «Войдите в Рай! Вы не познаете страха и не будете опечалены».
Allaha kafirlərə məzəmmət edərək deyəcəkdir: "Allah onlara mərhəmət nəsib etməyəcək"– deyə barəsində and içdiyiniz kəslər bunlardırmı?" Allah möminlərə deyəcək: "Ey Möminlər! Cənnətə girin! Sizi qarşıda gözləyən şeylərə görə, sizə heç bir qorxu yoxdur və Cənnətdə sizə bəxş edilən əbədi nemətləri gördükdə isə dünyada ikən əldə edə bilmədiyiniz dünya nemətlərinə görə siz kədərlənməyəcəksiniz".
7:50Страница 156
وَنَادَىٰٓ أَصۡحَٰبُ ٱلنَّارِ أَصۡحَٰبَ ٱلۡجَنَّةِ أَنۡ أَفِيضُواْ عَلَيۡنَا مِنَ ٱلۡمَآءِ أَوۡ مِمَّا رَزَقَكُمُ ٱللَّهُۚ قَالُوٓاْ إِنَّ ٱللَّهَ حَرَّمَهُمَا عَلَى ٱلۡكَٰفِرِينَ ٥٠
Обитатели Огня воззовут к обитателям Рая: «Пролейте на нас воду или то, чем вас наделил Аллах». Они скажут: «Аллах запретил это для неверующих,
Cəhənnəm əhli Cənnət əhlini səsləyib onlardan özlərinə bir çıxış yolu axtararaq deyəcəklər: "Ey Cənnət əhli! Üstümüzə bir az su tökün və ya Allahın sizə ruzi olaraq verdiyi təamdan bizə də bir qədər verin!" Cənnət əhli onlara deyəcək: "Allah bu nemətləri kafirlərin etdikləri günahlar ucbatından onlara haram etmişdir. Biz isə Allahın sizə haram etdiyi bir şeyi sizə yardım edə bilmərik".
7:51Страница 156
ٱلَّذِينَ ٱتَّخَذُواْ دِينَهُمۡ لَهۡوٗا وَلَعِبٗا وَغَرَّتۡهُمُ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَاۚ فَٱلۡيَوۡمَ نَنسَىٰهُمۡ كَمَا نَسُواْ لِقَآءَ يَوۡمِهِمۡ هَٰذَا وَمَا كَانُواْ بِـَٔايَٰتِنَا يَجۡحَدُونَ ٥١
которые обратили свою религию в потеху и игру и обольстились мирской жизнью». Сегодня Мы предадим их забвению, подобно тому, как они предали забвению встречу в этот день и отвергли Наши знамения.
Məhz o kafirlər, dinlərini məsxərə və əyləncə etmişdilər və dünya həyatı onları öz bər-bəzəyi ilə aldatmışdı. Onlar Allahın ayələrini və dəlillərini haqq olduğunu yəqin bildiklərindən sonra inkar etdikləri, bu gün üçün saleh əməl edib hazırlıq görmədikləri və bu günləri ilə qarşılaşmağı unutduqları kimi, qiyamət günü Allah da onları əzad içərisində tərk edib unudacaqdır.
7:52Страница 157
وَلَقَدۡ جِئۡنَٰهُم بِكِتَٰبٖ فَصَّلۡنَٰهُ عَلَىٰ عِلۡمٍ هُدٗى وَرَحۡمَةٗ لِّقَوۡمٖ يُؤۡمِنُونَ ٥٢
Мы преподнесли им Писание, которое разъяснили на основании знания, как верное руководство и милость для верующих людей.
Biz onlara bu Quranı göndərdik. O, Muhəmmədə - sallallahu aleyhi və səlləm - nazil edilən bir kitabdır. Biz o kitabda bəyan etdiyimizi elmlə izah etmişik. O kitab, möminləri haqq yoluna yönəldəndir, dünya və axirət xeyirlərinə dəlalət etdiyinə görə onlar üçün rəhmətdir.
7:53Страница 157
هَلۡ يَنظُرُونَ إِلَّا تَأۡوِيلَهُۥۚ يَوۡمَ يَأۡتِي تَأۡوِيلُهُۥ يَقُولُ ٱلَّذِينَ نَسُوهُ مِن قَبۡلُ قَدۡ جَآءَتۡ رُسُلُ رَبِّنَا بِٱلۡحَقِّ فَهَل لَّنَا مِن شُفَعَآءَ فَيَشۡفَعُواْ لَنَآ أَوۡ نُرَدُّ فَنَعۡمَلَ غَيۡرَ ٱلَّذِي كُنَّا نَعۡمَلُۚ قَدۡ خَسِرُوٓاْ أَنفُسَهُمۡ وَضَلَّ عَنۡهُم مَّا كَانُواْ يَفۡتَرُونَ ٥٣
Неужели они дожидаются чего-либо, кроме исполнения пророчества? В тот день, когда оно исполнится, те, которые предали его забвению прежде, скажут: «Посланники нашего Господа принесли истину. Найдутся ли для нас заступники, которые заступились бы за нас? И не вернут ли нас обратно, чтобы мы совершили не то, что совершили прежде?». Они потеряют самих себя, и покинет их (или исчезнет) то, что они измышляли.
Kafirlər yalnız axirətdə onlara ağrılı-acılı əzabın baş veriləcəyi xəbərinin baş verməsini gözləyirlər. Onlara xəbər verilən ağrılı-acılı əzabın baş verməsi və möminlərə vəd edilən savabın gəlib yetişdiyi gün, dünya həyatında Quranı unudub, ona əməl etməyən kəslər deyəcəklər: "Həqiqətən də, Rəbbimizin elçiləri heç bir şəkk-şübhə olmayan haqqı gətirmişdilər və onun Allahdan olması barədə heç bir şübhə yoxdur. Kaş, bizi əzabdan xilas etmək üçün Allah yanında bizim tərəfimizi saxlayan vasitəçilərimiz olaydı. Yaxud dünya həyatına geri qaytarılıb etdiyimiz pis əməllərin əvəzinə saleh əməllər edib əzabdan canımızı qurtarardıq". Kafirlər etdikləri günahlar üzündən özlərini həlaka sürükləyərək ziyana uğradılar. Allahdan başqa ibadət etdikləri isə onlardan geyb oldu və onlara heç bir fayda verə bilmədilər.
7:54Страница 157
إِنَّ رَبَّكُمُ ٱللَّهُ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ فِي سِتَّةِ أَيَّامٖ ثُمَّ ٱسۡتَوَىٰ عَلَى ٱلۡعَرۡشِۖ يُغۡشِي ٱلَّيۡلَ ٱلنَّهَارَ يَطۡلُبُهُۥ حَثِيثٗا وَٱلشَّمۡسَ وَٱلۡقَمَرَ وَٱلنُّجُومَ مُسَخَّرَٰتِۭ بِأَمۡرِهِۦٓۗ أَلَا لَهُ ٱلۡخَلۡقُ وَٱلۡأَمۡرُۗ تَبَارَكَ ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ ٥٤
Воистину, ваш Господь - Аллах, Который сотворил небеса и землю за шесть дней, а затем вознесся на Трон (или утвердился на Троне). Он покрывает ночью день, который поспешно за ней следует. Солнце, луна и звезды - все они покорны Его воле. Несомненно, Он творит и повелевает. Благословен Аллах, Господь миров!
Ey İnsanlar! Doğrudan da, sizin Rəbbiniz göyləri və yeri altı gündə misilsiz yaradan, sonra da sizim dərk edə bilməyəcəyimiz tərzdə, Öz Cəlalına layiq bir şəkildə ərşə ucalan Allahdır. O, gecənin zülmətini gündüzün nuru ilə, gündüzün nurunu isə gecənin zülməti ilə aparır. Onlardan hər biri, bir-birini sürətlə təqib edər və bir anda olsun belə o birindən gecikməz, belə ki, biri getdikdə dər hal o birisi onu əvəz edər. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edərək xəlq edəndə də Pak olan Allahdır. Bilin ki, xəlq etmək bütünlüklə Allaha məxsusdur. Axı Ondan başqa xəlq edən kimdir? Hökm verməkdə yalnız Ona məxsusdur! Onun xeyiri, bərəkəti və lütfü boldur. Cəlal və kamillik sifətləri ilə vəsf olunan da yalnız aləmlərin Rəbbi olan Allahdır.
7:55Страница 157
ٱدۡعُواْ رَبَّكُمۡ تَضَرُّعٗا وَخُفۡيَةًۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلۡمُعۡتَدِينَ ٥٥
Взывайте к Господу своему со смирением и в тайне. Воистину, Он не любит преступников.
Ey Möminlər! Rəbbinizə dua edərkən riyakarlığa yol vermədən, Allaha şərik qoşmadan, Onun qarşısında tam zəlil və acizanə bir halda gizlicə dua edin! Şübhəsiz ki, O, dua edərkən həddi aşanları sevməz. Dua etdikdə ən böyük həddi aşan kimsələr, müşriklərin etdiyi kimi Allahdan başqasına dua edən kimsələrdir.
7:56Страница 157
وَلَا تُفۡسِدُواْ فِي ٱلۡأَرۡضِ بَعۡدَ إِصۡلَٰحِهَا وَٱدۡعُوهُ خَوۡفٗا وَطَمَعًاۚ إِنَّ رَحۡمَتَ ٱللَّهِ قَرِيبٞ مِّنَ ٱلۡمُحۡسِنِينَ ٥٦
Не распространяйте нечестия на земле после того, как она приведена в порядок. Взывайте к Нему со страхом и надеждой. Воистину, милость Аллаха близка к творящим добро.
Allah yer üzünə peyğəmbərlər göndərərək oranı tək Ona itaət etməklə islah etdikdən sonra, orada günahlar edərək yenidən fəsad törətməyin. Allahın əzabının qorxusunu hiss edərək və Onun savabına ümid bəsləyərək Ona səmimi qəlbdən dua edin. Həqiqətən, Allahın rəhməti yaxşılıq edənlərə yaxındır və sizdə o kimsələrdən olun!
7:57Страница 157
وَهُوَ ٱلَّذِي يُرۡسِلُ ٱلرِّيَٰحَ بُشۡرَۢا بَيۡنَ يَدَيۡ رَحۡمَتِهِۦۖ حَتَّىٰٓ إِذَآ أَقَلَّتۡ سَحَابٗا ثِقَالٗا سُقۡنَٰهُ لِبَلَدٖ مَّيِّتٖ فَأَنزَلۡنَا بِهِ ٱلۡمَآءَ فَأَخۡرَجۡنَا بِهِۦ مِن كُلِّ ٱلثَّمَرَٰتِۚ كَذَٰلِكَ نُخۡرِجُ ٱلۡمَوۡتَىٰ لَعَلَّكُمۡ تَذَكَّرُونَ ٥٧
Он - Тот, Кто направляет ветры добрыми вестниками Своей милости. Когда же они приносят тяжелые облака, Мы пригоняем их к мертвой земле, проливаем воду и посредством этого взращиваем всевозможные плоды. Таким же образом Мы воскрешаем мертвых. Быть может, вы помяните назидание.
Küləkləri yağışın gəlişi ilə müjdəçi olaraq göndərən pak olan Allahdır. Nəhayət, o küləklər su ilə dolu ağır buludları daşıyarkən, Biz o buludları qurumuş bir diyara tərəf gətirir, Biz onunla yağmur endirir və bu yağmurun vasitəsi ilə bütün növ meyvə yetişdiririk. Biz meyvələri belə bir şəkildə çıxartdığımız kimi ölüləri də qəbirlərindən diri olaraq belə çıxartacağıq. Ey İnsanlar! Biz bunları, Allahın qüdrətini, misilsiz yaraqa olduğunu və Onun ölüləri diriltməyə qadir olduğunu xatırlamanız üçün etdik!
7:58Страница 158
وَٱلۡبَلَدُ ٱلطَّيِّبُ يَخۡرُجُ نَبَاتُهُۥ بِإِذۡنِ رَبِّهِۦۖ وَٱلَّذِي خَبُثَ لَا يَخۡرُجُ إِلَّا نَكِدٗاۚ كَذَٰلِكَ نُصَرِّفُ ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَشۡكُرُونَ ٥٨
На хорошей земле растения растут по воле ее Господа, а на плохой земле они растут с трудом. Так Мы разъясняем знамения для благодарных людей.
Yaxşı yerdə bitkilər Allahın izni ilə çox yaxşı, tam bir şəkildə yetişər. Mömin kimsə də belədir, öyüd-nəsihət eşidəndə ondan ibrət alar, yaxşı işlər görüb bundan faydalanar. Şoran yerdə olan bitkilər çox çətinliklə, kasad bir şəkildə yetişər. Kafir kimsə də belədir, öyüd-nəsihət eşidəndə ondan ibrət almaz, yaxşı işlər görməz və bundan heç bir fayda əldə etməz. Biz Allahın nemətlərinə küfr etməyən, əksinə, şükür edib və Rəbbinə tabe olan bir qövmə haqqı isbat etmək üçün dəlil və sübutları beləcə, növbənöv edirik.
7:59Страница 158
لَقَدۡ أَرۡسَلۡنَا نُوحًا إِلَىٰ قَوۡمِهِۦ فَقَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥٓ إِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ عَذَابَ يَوۡمٍ عَظِيمٖ ٥٩
Мы послали Нуха (Ноя) к его народу, и он сказал: «О мой народ! Поклоняйтесь Аллаху, ибо нет у вас другого божества, кроме Него. Я боюсь, что вас постигнут мучения в Великий день».
Biz Nuhu öz qövmünə, onları tək Allaha ibadətə və Ondan başqasına ibadət etdiklərini tərk etməyə çağırmaq üçün elçi olaraq göndərdik. Nuh onlara dedi: "Ey qövmüm! Tək olan Allaha ibadət edin. Sizin Ondan başqa haqq məbudunuz yoxdur. Ey Qövmüm! Mən sizin, küfr əməllərə davam edəcəyiniz təqdirdə sizə üz verəcək böyük günün əzabından qorxuram!"
7:60Страница 158
قَالَ ٱلۡمَلَأُ مِن قَوۡمِهِۦٓ إِنَّا لَنَرَىٰكَ فِي ضَلَٰلٖ مُّبِينٖ ٦٠
Знатные люди из его народа сказали: «Мы видим, что ты находишься в очевидном заблуждении».
Qövmünün hakim və kübar təbəqəsində olanları dedilər: "Ey Nuh! Doğrudan da, biz sənin həqiqətdən açıq-aydın uzaq olduğunu görürük!".
7:61Страница 158
قَالَ يَٰقَوۡمِ لَيۡسَ بِي ضَلَٰلَةٞ وَلَٰكِنِّي رَسُولٞ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ ٦١
Он сказал: «О мой народ! Я не заблуждаюсь. Напротив, я - посланник Господа миров.
Nuh qövmünün hakim və kübar təbəqəsində olan insanlarına dedi: "Mən heç də sizin iddia etdiyiniz kimi haqq yoldan azan bir kimsə deyiləm. Mən Rəbbimin haqq yolundayam. Mən, mənim, sizin və bütün aləmlərin Rəbbi olan Allah tərəfindən sizə göndərilmiş bir elçiyəm".
7:62Страница 158
أُبَلِّغُكُمۡ رِسَٰلَٰتِ رَبِّي وَأَنصَحُ لَكُمۡ وَأَعۡلَمُ مِنَ ٱللَّهِ مَا لَا تَعۡلَمُونَ ٦٢
Я сообщаю вам послания моего Господа и даю вам искренние советы. Я узнаю от Аллаха то, чего вы не знаете.
Mən, Allahın mənə vəhy edərək sizə göndərdiyi dini sizə təbliğ edir, sizi Allahın əmrlərini yerinə yetirib, savab qazanmanıza təşviq etdirib və Onun əmrlərinə müxalif olub, günah qazanmaqdan çəkindirərək sizə xeyir istəyirəm. Allahdan mənə gələn vəhy sayəsində sizin bilmədiklərinizi bilirəm.
7:63Страница 158
أَوَعَجِبۡتُمۡ أَن جَآءَكُمۡ ذِكۡرٞ مِّن رَّبِّكُمۡ عَلَىٰ رَجُلٖ مِّنكُمۡ لِيُنذِرَكُمۡ وَلِتَتَّقُواْ وَلَعَلَّكُمۡ تُرۡحَمُونَ ٦٣
Неужели вы удивляетесь тому, что напоминание от вашего Господа явилось к вам через мужчину из вашей среды, чтобы он мог предостеречь вас и чтобы вы стали богобоязненны? Быть может, тогда вы будете помилованы».
Yoxsa öz aranızdan olan, tanıdığınız və sizin dilinizdə danışan bir kişiyə Rəbbinizdən vəhy və öyüd-nəsihət gəlməsi təəccübünüzü artırdı?! O, sizin aranızda böyüyüb boya-başa çatmışdır, heç vaxt yalançı, azğın və qeyri adi bir məxluq da olmamışdır. Siz onu yalançı hesab etsəniz də, ona asi olsanız da, o, sizin Allahın əmrlərinə tabe olub, qadağalarından çəkinərək Onun əzabından qoxrmanız və Ona iman etdiyiniz təqdirdə Allahın rəhmətinə nail olmanız üçün gəlmişdir.
7:64Страница 158
فَكَذَّبُوهُ فَأَنجَيۡنَٰهُ وَٱلَّذِينَ مَعَهُۥ فِي ٱلۡفُلۡكِ وَأَغۡرَقۡنَا ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَآۚ إِنَّهُمۡ كَانُواْ قَوۡمًا عَمِينَ ٦٤
Они сочли его лжецом, а Мы спасли его и тех, кто был с ним, в ковчеге, и потопили тех, кто счел ложью Наши знамения. Воистину, они были слепыми людьми.
Qövmü Nuhu yalançı hesab etdi və ona iman gətirmədi, əksinə, hələ bu azmış kimi, olduqları küfürlərində də davam etdilər. Belə olduqda Nuh Allaha onları həlak etməsi üçün dua etdi. Biz onu və onunla birlikdə gəmidə olan möminləri suda qərq olmaqdan xilas etdik. Ayələrimizi yalan hesab edib, yalan samaqda davam edən kimsələri onlara əzab olaraq göndərilən tufanla suda qərq edərək məhv etdik. Doğrudan da, onların qəlbləri haqqı görməkdən kor idi.
7:65Страница 158
۞ وَإِلَىٰ عَادٍ أَخَاهُمۡ هُودٗاۚ قَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥٓۚ أَفَلَا تَتَّقُونَ ٦٥
Мы отправили к адитам их брата Худа. Он сказал: «О мой народ! Поклоняйтесь Аллаху, ибо нет у вас другого божества, кроме Него. Неужели вы не устрашитесь?».
Biz Ad qəbiləsinə də özlərindən elçi göndərdik. O, Hud - aleyhissəlam - peyğəmbərdir. O dedi: "Ey qövmüm! Yalnız Allaha ibadət edin. Sizin Ondan başqa haqq məbudunuz yoxdur. Onun əzabından xilas olmaq üçün Onun əmrlərini yerinə yetirib, qadağalarından çəkinməklə Ondan qorxmursunuz?!"
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии