Аль-Мухтасар · Тафсир · на азербайджанском
Аль-Араф 7:66–133
7:66Страница 158
قَالَ ٱلۡمَلَأُ ٱلَّذِينَ كَفَرُواْ مِن قَوۡمِهِۦٓ إِنَّا لَنَرَىٰكَ فِي سَفَاهَةٖ وَإِنَّا لَنَظُنُّكَ مِنَ ٱلۡكَٰذِبِينَ ٦٦
Знатные люди из его народа, которые не уверовали, сказали: «Мы видим, что ты глупец, и считаем тебя одним из лжецов».
Qövmünün Allaha küfr edən və Onun elçisini yalan sayan hakim və kübar təbəqəsindən olan insanları ona dedilər: "Ey Hud, Biz səni yalnız Allaha ibadət etməyə çağırdığın və bütlərə sitayiş etməkdən çıkindirdiyin vaxtdan bəri ağlının zəyif və özünün də təlaş içində olduğunu bilirik. Çünki biz sənin Allah tərəfindən göndərilən bir elçi olduğun iddianda yalan danışdığını hesab edirik!"
7:67Страница 158
قَالَ يَٰقَوۡمِ لَيۡسَ بِي سَفَاهَةٞ وَلَٰكِنِّي رَسُولٞ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ ٦٧
Он сказал: «О мой народ! Я не являюсь глупцом, а являюсь посланником Господа миров.
Hud öz qövmünə cavab olaraq belə dedi: "Ey Qövmüm, ağlımda heç bir zəyiflik yoxdur və özündə təlaş içində deyiləm, əksinə, mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!"
7:68Страница 159
أُبَلِّغُكُمۡ رِسَٰلَٰتِ رَبِّي وَأَنَا۠ لَكُمۡ نَاصِحٌ أَمِينٌ ٦٨
Я доношу до вас послания от вашего Господа, и я для вас - надежный и добрый советчик.
Mən sizə, Allahın sizə çatdırmağı mənə əmr etdiyi tək İlah oduğunu və Onun şəriətini təbliğ edirəm. Mən sizə təbliğ etməklə əmr olunduğum işdə sizin ən etibarlı nəsihətçinizəm. Bu işdə nöqsana və ya ziyadəyə yol vermərəm.
7:69Страница 159
أَوَعَجِبۡتُمۡ أَن جَآءَكُمۡ ذِكۡرٞ مِّن رَّبِّكُمۡ عَلَىٰ رَجُلٖ مِّنكُمۡ لِيُنذِرَكُمۡۚ وَٱذۡكُرُوٓاْ إِذۡ جَعَلَكُمۡ خُلَفَآءَ مِنۢ بَعۡدِ قَوۡمِ نُوحٖ وَزَادَكُمۡ فِي ٱلۡخَلۡقِ بَصۜۡطَةٗۖ فَٱذۡكُرُوٓاْ ءَالَآءَ ٱللَّهِ لَعَلَّكُمۡ تُفۡلِحُونَ ٦٩
Неужели вы удивляетесь тому, что напоминание от вашего Господа дошло до вас через мужчину, который является одним из вас, чтобы он мог предостеречь вас? Помните о том, как Он сделал вас преемниками народа Нуха (Ноя) и сделал вас еще более рослыми. Помните о милостях Аллаха, - быть может, вы преуспеете».
Yoxsa sizi qorxutmaq üçün mələk və cinlərdən olmayan, əksinə, öz aranızdan olan və sizin dildə danışan bir kişinin vasitəsi ilə Rəbbinizdən sizə öyüd-nəsihət gəlməsi heyrətinizi artırdı?! Rəbbinizə həmd-səna edin, Allahın yer üzündə sizə bəxş etdiyi nemətlərə, Nuh qövmünü küfür əməlləri üzündən həlak etdiyindən sonra sizi yer üzünə xələflər təyin etdiyinə və sizi xilqətcə daha cüssəli, qüvvətli və şiddətli etdiyinə görə Ona şükür edin və Cənnətə daxil olub və Cəhənnəmdən nicat tapmanız üçün Allahın sizə verdiyi böyük nemətlərini daima xatırlayın!
7:70Страница 159
قَالُوٓاْ أَجِئۡتَنَا لِنَعۡبُدَ ٱللَّهَ وَحۡدَهُۥ وَنَذَرَ مَا كَانَ يَعۡبُدُ ءَابَآؤُنَا فَأۡتِنَا بِمَا تَعِدُنَآ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ ٧٠
Они сказали: «Неужели ты пришел к нам для того, чтобы мы поклонялись одному Аллаху и отреклись от того, чему поклонялись наши отцы? Ниспошли нам то, чем ты угрожаешь (или что ты обещаешь), если ты говоришь правду».
Qövmü ona dedi: "Ey Hud! Yanımıza ata-babalarımızın ibadət etdiklərini tərk edib tək Allaha ibadət etməyimizi əmr etməyəmi gəldin? Əgər iddianda doğrusansa, elə isə bizə vəd etdiyin əzabı gətir".
7:71Страница 159
قَالَ قَدۡ وَقَعَ عَلَيۡكُم مِّن رَّبِّكُمۡ رِجۡسٞ وَغَضَبٌۖ أَتُجَٰدِلُونَنِي فِيٓ أَسۡمَآءٖ سَمَّيۡتُمُوهَآ أَنتُمۡ وَءَابَآؤُكُم مَّا نَزَّلَ ٱللَّهُ بِهَا مِن سُلۡطَٰنٖۚ فَٱنتَظِرُوٓاْ إِنِّي مَعَكُم مِّنَ ٱلۡمُنتَظِرِينَ ٧١
Он сказал: «Наказание и гнев вашего Господа уже поразили вас. Неужели вы станете пререкаться со мной относительно имен, которые придумали вы и ваши отцы? Аллах не ниспосылал о них никакого доказательства. Ждите, и я подожду вместе с вами».
Hud onlara cavab olaraq dedi: "Pis əməllərinizlə özünüzə Allahın əzabını və qəzəbini vacib etdiniz. Bu sizə mütləq baş verəcəkdir. Sizin və ata-babalarınızın özlərindən uydurub ilah adlandırdıqları batil bütlər barəsində mənimlə mübahisəmi edirsiniz? Halbuki Allah onların ilah olduğu iddianız barədə sübut etməyiniz üçün heç bir dəlil nazil etməmişdir. Elə isə sizə tez gəlməsini istədiyiniz əzabın gəlişini gözləyin! Şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm. O əzab mütləq gələcəkdir".
7:72Страница 159
فَأَنجَيۡنَٰهُ وَٱلَّذِينَ مَعَهُۥ بِرَحۡمَةٖ مِّنَّا وَقَطَعۡنَا دَابِرَ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَاۖ وَمَا كَانُواْ مُؤۡمِنِينَ ٧٢
Мы спасли его и тех, кто был с ним, по Своей милости и искоренили тех, которые сочли ложью Наши знамения и не стали верующими.
Biz Hudu və onunla birğə olan möminləri Öz mərhəmətimizlə əzabdan salamat etdik. Ayələrimizi yalan hesab edənləri isə məhv edərək kökünü kəsdik. Onlar iman gətirənlər deyil, əksinə, Allahın ayələrini yalan hesab edənlərdən idilər, elə buna görə də onlar əzaba layiq görüldülər.
7:73Страница 159
وَإِلَىٰ ثَمُودَ أَخَاهُمۡ صَٰلِحٗاۚ قَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥۖ قَدۡ جَآءَتۡكُم بَيِّنَةٞ مِّن رَّبِّكُمۡۖ هَٰذِهِۦ نَاقَةُ ٱللَّهِ لَكُمۡ ءَايَةٗۖ فَذَرُوهَا تَأۡكُلۡ فِيٓ أَرۡضِ ٱللَّهِۖ وَلَا تَمَسُّوهَا بِسُوٓءٖ فَيَأۡخُذَكُمۡ عَذَابٌ أَلِيمٞ ٧٣
Мы отправили к самудянам их брата Салиха. Он сказал: «О мой народ! Поклоняйтесь Аллаху, ибо нет у вас другого божества, кроме Него. К вам явилось ясное знамение от вашего Господа. Эта верблюдица Аллаха является знамением для вас. Позвольте ей пастись на земле Аллаха и не причиняйте ей зла, а не то вас постигнут мучительные страдания.
Biz Səmud qəbiləsinə də qardaşları Salehi onları yalnız Allaha ibadət etməyə çağırmaq üçün peyğəmbər göndərdik. Saleh onlara dedi: "Ey qövmüm! Tək Allaha ibadət edin! Sizin Ondan başqa ibadətə layiq olan məbudunuz yoxdur. Artıq Allahdan sizə gətirdiyimin doğru olduğunu təsdiq edən açıq-aydın dəlillər gəldi. Buna misal qayadan çıxan bu dişi dəvəni misal göstərmək olar. Onun da, sizin də müəyyən edilmiş vaxtlarda su içmək haqqınız vardır. Onu Allahın torpağında otlasına mane olmayın. Onun ruzisi Bizə aiddir, bu işdə sizə aid olan bir şey yoxdur. Ona heç bir əziyyət verməyin, əgər ona əziyyət vermiş olsanız sizi ağrılı-acılı bir əzab yaxalayacaqdır!".
7:74Страница 160
وَٱذۡكُرُوٓاْ إِذۡ جَعَلَكُمۡ خُلَفَآءَ مِنۢ بَعۡدِ عَادٖ وَبَوَّأَكُمۡ فِي ٱلۡأَرۡضِ تَتَّخِذُونَ مِن سُهُولِهَا قُصُورٗا وَتَنۡحِتُونَ ٱلۡجِبَالَ بُيُوتٗاۖ فَٱذۡكُرُوٓاْ ءَالَآءَ ٱللَّهِ وَلَا تَعۡثَوۡاْ فِي ٱلۡأَرۡضِ مُفۡسِدِينَ ٧٤
Помните о том, как Он сделал вас преемниками адитов и расселил вас на земле, на равнинах которой вы воздвигаете дворцы, а в горах высекаете жилища. Помните о милостях Аллаха и не творите на земле зла, распространяя нечестие».
Ad qövmü elçiləri yalan sayıb, küfr əməllərində davam etdiklərinə görə onları həlak etdikdən sonra Allahın sizi onların ardından yer üzündə xələflər təyin etdiyini və sizi yer üzündə yerləşdirib, orada istədiyinizi edib faydalanmanız üçün bütün vasitələri sizə asanlaşdırdığını və yer üzünün düzənliklərində qəsrlər bina edib, dağları da yonub özünüzə evlər inşa etdiyiniz nemətini xatırlayın. Allaha şükür etməyiniz üçün Onun sizə bəxş etdiyi nemətlərini yada salın, yer üzündə Allaha küfr və asiliklər etməkdən əl çəkib orada fəsad törətməyin.
7:75Страница 160
قَالَ ٱلۡمَلَأُ ٱلَّذِينَ ٱسۡتَكۡبَرُواْ مِن قَوۡمِهِۦ لِلَّذِينَ ٱسۡتُضۡعِفُواْ لِمَنۡ ءَامَنَ مِنۡهُمۡ أَتَعۡلَمُونَ أَنَّ صَٰلِحٗا مُّرۡسَلٞ مِّن رَّبِّهِۦۚ قَالُوٓاْ إِنَّا بِمَآ أُرۡسِلَ بِهِۦ مُؤۡمِنُونَ ٧٥
Знатные люди из его народа, которые превозносились, сказали уверовавшим из числа тех, кто был слаб: «Знаете ли вы, что Салих послан своим Господом?». Они сказали: «Мы веруем в то, с чем он послан».
Onun qövmünün təkəbbürlük edən başçıları öz aralarından iman gətirmiş zəif möminlərə dedilər: "Ey Möminlər! Siz Salehin həqiqətən də, Allah tərəfindən göndərilən bir elçi olduğunu bilirsinizmi?" Bu zaman zəif möminlər onlar belə cavab verdilər: "Həqiqətən, biz Salehlə göndərilən hər şeyə inanır, təsdiq edir, boyun əyir və onun gətirdiyi şəriətə əməl edirik".
7:76Страница 160
قَالَ ٱلَّذِينَ ٱسۡتَكۡبَرُوٓاْ إِنَّا بِٱلَّذِيٓ ءَامَنتُم بِهِۦ كَٰفِرُونَ ٧٦
Те, которые превозносились, сказали: «А мы отказываемся уверовать в то, во что уверовали вы».
Qövmünün təkəbbürlük edən başçılar dedilər: "Ey Möminlər! Həqiqətən, biz sizin inandığınıza inanmırıq, bundan sonra da inanmayacaq və gətirdiyin şəriətə əməl etməyəcəyik".
7:77Страница 160
فَعَقَرُواْ ٱلنَّاقَةَ وَعَتَوۡاْ عَنۡ أَمۡرِ رَبِّهِمۡ وَقَالُواْ يَٰصَٰلِحُ ٱئۡتِنَا بِمَا تَعِدُنَآ إِن كُنتَ مِنَ ٱلۡمُرۡسَلِينَ ٧٧
Они подрезали верблюдице поджилки, ослушались своего Господа и сказали: «О Салих! Ниспошли нам то, чем ты угрожаешь, если ты действительно являешься одним из посланников».
Onlar, Allahın onlara pislik etməsini qadağan etdiyi dişi dəvəni kəsdilər və beləliklə də, Allahın əmrinə tabe olmayarağı özlərinə sığışdırmayıb, Salehə istehza edərək və onları təhdid etdiyi əzabın gəlişinə inanmayaraq: "Ey Saleh! Əgər sən həqiqətən də Allahın göndərdiyi elçilərdənsənsə, elə isə bizə vəd etdiyin ağrılı-əzabı gətir"– dedilər.
7:78Страница 160
فَأَخَذَتۡهُمُ ٱلرَّجۡفَةُ فَأَصۡبَحُواْ فِي دَارِهِمۡ جَٰثِمِينَ ٧٨
Их поразило землетрясение, и они оказались повергнуты ниц в своих домах.
Əzabın tez bir zamanda gəlməsini istəyən kafirlər şiddətli bir zəlzələ yaxaladıqda, onlar üzüqoylu və diz üstə yerə sərilib bayıldılar və onlardan kimsə həlakdan xilas ola bilmədi.
7:79Страница 160
فَتَوَلَّىٰ عَنۡهُمۡ وَقَالَ يَٰقَوۡمِ لَقَدۡ أَبۡلَغۡتُكُمۡ رِسَالَةَ رَبِّي وَنَصَحۡتُ لَكُمۡ وَلَٰكِن لَّا تُحِبُّونَ ٱلنَّٰصِحِينَ ٧٩
Он отвернулся от них и сказал: «О мой народ! Я донес до вас послание моего Господа и искренне желал вам добра, но вы не любите тех, кто желает вам добра».
Saleh - aleyhissəlam - qövmünün onun dəvətinə cavab verəcəklərindən ümidini kəsdikdən sonra onlardan üz çevirib dedi: "Ey qövmüm! Atrıq mən, Allahın mənə sizə çatdırmağı əmr etdiyi hökmünü sizə çatdırdım və sizi həvəsləndirərək və qorxudaraq sizə öyüd-nəsihət verdim. Lakin siz, sizi xeyirə yönəldən və şər əməllərdən çəkindirən nəsihət verənləri sevmirsiniz".
7:80Страница 160
وَلُوطًا إِذۡ قَالَ لِقَوۡمِهِۦٓ أَتَأۡتُونَ ٱلۡفَٰحِشَةَ مَا سَبَقَكُم بِهَا مِنۡ أَحَدٖ مِّنَ ٱلۡعَٰلَمِينَ ٨٠
Мы отправили Лута (Лота), и он сказал своему народу: «Неужели вы станете совершать мерзость, которую до вас не совершал никто из миров?
Bir zaman Lut öz qövmünə inkar edərək: "Siz kişilərlə cinsi əlaqədə olub bu çirkin və murdar əməlimi edəcəksiniz? Etdiyiniz bu çirkin və murdar əməl, sizdən öncə kiminsə etmədiyi iyrənc bir əməldir" – dediyini xatırla.
7:81Страница 160
إِنَّكُمۡ لَتَأۡتُونَ ٱلرِّجَالَ شَهۡوَةٗ مِّن دُونِ ٱلنِّسَآءِۚ بَلۡ أَنتُمۡ قَوۡمٞ مُّسۡرِفُونَ ٨١
В похотливом вожделении вы приходите к мужчинам вместо женщин. Воистину, вы - народ излишествующий».
Siz şəhvəti ödəmək üçün xəlq edilmiş qadınları qoyub şəhvətlə kişilərə yaxınlaşırsınız. Sizin bu əməliniz nə ağıla, nə Allahın dininə, nə də ki, fitrətə müvafiq deyildir. Əksin, siz bu əməlinizə sağlam bəşər düşüncəli ağla və fitrətə müxalif əməl etməklə həddi aşmış adamlarsınız.
7:82Страница 161
وَمَا كَانَ جَوَابَ قَوۡمِهِۦٓ إِلَّآ أَن قَالُوٓاْ أَخۡرِجُوهُم مِّن قَرۡيَتِكُمۡۖ إِنَّهُمۡ أُنَاسٞ يَتَطَهَّرُونَ ٨٢
В ответ его народ лишь сказал: «Прогоните их из вашего селения. Воистину, эти люди хотят очиститься».
Lut qövmündən bu çirkin işi edənlərə inkar etdikdə, onların haqqı inkar edərək Lut haqqında cavabı belə olmuşdur: "Lutu və oun əhl-əyalını yurdunuzdan çıxarın. Onlar bizim etdiyimiz bu əməldən uzaq olmağa can atan adamlardır, elə buna görə də onların bizim arasında qalması yol verilməzdir".
7:83Страница 161
فَأَنجَيۡنَٰهُ وَأَهۡلَهُۥٓ إِلَّا ٱمۡرَأَتَهُۥ كَانَتۡ مِنَ ٱلۡغَٰبِرِينَ ٨٣
Мы спасли его и его семью, кроме жены, которая оказалась в числе оставшихся позади.
Qövmünə Allahın əzabı gəlməzdən öncə Biz ona gecə vaxtı yaşadığı yurdundan çıxmağı əmr edərək onu və əhl-əyalını əzabdan xilas etdik. Yalnız arvadından başqa. O, qövmü ilə birgə qalanlardan oldu və onlara baş verən müsibət onada baş verdi.
7:84Страница 161
وَأَمۡطَرۡنَا عَلَيۡهِم مَّطَرٗاۖ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُجۡرِمِينَ ٨٤
Мы пролили на них дождь. Посмотри же, каким был конец грешников!
Biz onun qövmünün üstünə çoxlu sayda palçıqdan olan daşlarla yağış yağdırdıq və həmin kəndin altını üstünə çevirdik. Ey Peyğəmbər! Bir düşün Lut peyğəmbərin günahkar qövmünün aqibəti necə oldu. Onların aqibəti həlak və daimi rəzillik oldu.
7:85Страница 161
وَإِلَىٰ مَدۡيَنَ أَخَاهُمۡ شُعَيۡبٗاۚ قَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥۖ قَدۡ جَآءَتۡكُم بَيِّنَةٞ مِّن رَّبِّكُمۡۖ فَأَوۡفُواْ ٱلۡكَيۡلَ وَٱلۡمِيزَانَ وَلَا تَبۡخَسُواْ ٱلنَّاسَ أَشۡيَآءَهُمۡ وَلَا تُفۡسِدُواْ فِي ٱلۡأَرۡضِ بَعۡدَ إِصۡلَٰحِهَاۚ ذَٰلِكُمۡ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُم مُّؤۡمِنِينَ ٨٥
Мы отправили к мадьянитам их брата Шуейба. Он сказал: «О мой народ! Поклоняйтесь Аллаху, ибо нет у вас другого божества, кроме Него. К вам явилось ясное знамение от вашего Господа. Наполняйте же меру и весы сполна, не придерживайте имущества людей и не распространяйте нечестия на земле после того, как на ней наведен порядок. Так лучше для вас, если только вы являетесь верующими.
Biz Mədyən qəbiləsinə də qardaşları Şueybi - aleyhissəlam - peyğəmbər göndərdik. Şueyb - aleyhissəlam - onlara dedi: "Ey qövmüm! Tək Allaha ibadət edin. Sizin Ondan başqa ibadətə layiq olan haqq məbudunuz yoxdur. Artıq Allahdan sizə açıq-aydın bir dəlil və Rəbbimdən sizə gətirdiyimin doğru olduğunu təsdiq edən sübut gəldi. Elə isə ölçüdə və çəkidə naqislik etmədən insanların haqqını verin. Malın eybinə görə insanların haqqını kəsməyin və ya buna görə mal sahibini aldatmayın. Bundan öncə peyğəmbərlərin gəlişi ilə yer üzü islah olunduqdan sonra bir daha orada günahlar edərək fəsad törətməyin. Əgər möminsinizsə, bu deyilənlər sizin üçün daha xeyirli və daha faydalıdır. Çünki bu, sizi Allahın qadağan etdiyi günahları tərk etməyə və Onun əmrini yerinə yetirərək Allaha yaxınlaşdırmağa sövq edər".
7:86Страница 161
وَلَا تَقۡعُدُواْ بِكُلِّ صِرَٰطٖ تُوعِدُونَ وَتَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ مَنۡ ءَامَنَ بِهِۦ وَتَبۡغُونَهَا عِوَجٗاۚ وَٱذۡكُرُوٓاْ إِذۡ كُنتُمۡ قَلِيلٗا فَكَثَّرَكُمۡۖ وَٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُفۡسِدِينَ ٨٦
Не садитесь на дорогах, угрожая и сбивая с пути Аллаха тех, кто уверовал в Него, и пытаясь исказить его. Помните, что вас было мало, а Он приумножил ваше число. Посмотри же, каким был конец злодеев!
Hər yolun başında oturub, yoldan ötən insanları hədələyib mallarını mənimsəməyin. İnsanların Allahın yoluna gəlməməsi üçün bu yolu onlara əyri göstərərək, Allahın dinini qəbul etmək istəyənləri dinindən sapdırmayın. Allaha şükür etməniz üçün Onun sizə bəxş etdiyi nemətlərini xatırlayın. Sayınız az idiniz, O sizi çoxaltdı. Yer üzündə sizdən öncə fəsad törədənlərin aqibətlərinin necə olduğunu bir düşünün. Onların aqibəti, özlərinin məhv olması ilə sona çatdı.
7:87Страница 161
وَإِن كَانَ طَآئِفَةٞ مِّنكُمۡ ءَامَنُواْ بِٱلَّذِيٓ أُرۡسِلۡتُ بِهِۦ وَطَآئِفَةٞ لَّمۡ يُؤۡمِنُواْ فَٱصۡبِرُواْ حَتَّىٰ يَحۡكُمَ ٱللَّهُ بَيۡنَنَاۚ وَهُوَ خَيۡرُ ٱلۡحَٰكِمِينَ ٨٧
Если одна часть из вас уверовала в то, с чем я послан, а другая не уверовала, то потерпите, пока Аллах не рассудит между нами, ибо Он - Наилучший из судей».
Əgər aranızdan olan bir camaat Rəbbimdən təbliğ etdiyimə inanmış, bir camaatınız isə buna inanmamışsa, elə isə ey yalan hesab edən kimsələr! Allah aramızda hökm verənədək gözləyin. Çünki O, hökm verənlərin ən yaxşısı və ən ədalətlisidir.
7:88Страница 162
۞ قَالَ ٱلۡمَلَأُ ٱلَّذِينَ ٱسۡتَكۡبَرُواْ مِن قَوۡمِهِۦ لَنُخۡرِجَنَّكَ يَٰشُعَيۡبُ وَٱلَّذِينَ ءَامَنُواْ مَعَكَ مِن قَرۡيَتِنَآ أَوۡ لَتَعُودُنَّ فِي مِلَّتِنَاۚ قَالَ أَوَلَوۡ كُنَّا كَٰرِهِينَ ٨٨
Знатные люди из его народа, которые превозносились, сказали: «О Шуейб! Мы непременно изгоним тебя и тех, кто уверовал вместе с тобой, из нашего города или же ты вернешься в нашу религию». Шуейб сказал: «Даже если это ненавистно нам?
Şueyb - Aleyhissəlam - qövmünün təkəbbürlü başçıları ona dedilər: "Ey Şueyb! Ya biz səni və səninlə birlikdə sənə iman gətirənləri mütləq bu yurdumuzdan çıxaracaq, ya da sən bizim dinimizə qayıdacaqsan". Şueyb onların bu sözünə təəccüb edərək və onlara inkar edərək dedi: "Biz sizin getdiyiniz yolun batil olduğunu bildiyimiz halda, hətta nifrət etmiş olsaq belə, sizin dininizə və yolunuza tabe olacağıq?"
7:89Страница 162
قَدِ ٱفۡتَرَيۡنَا عَلَى ٱللَّهِ كَذِبًا إِنۡ عُدۡنَا فِي مِلَّتِكُم بَعۡدَ إِذۡ نَجَّىٰنَا ٱللَّهُ مِنۡهَاۚ وَمَا يَكُونُ لَنَآ أَن نَّعُودَ فِيهَآ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّنَاۚ وَسِعَ رَبُّنَا كُلَّ شَيۡءٍ عِلۡمًاۚ عَلَى ٱللَّهِ تَوَكَّلۡنَاۚ رَبَّنَا ٱفۡتَحۡ بَيۡنَنَا وَبَيۡنَ قَوۡمِنَا بِٱلۡحَقِّ وَأَنتَ خَيۡرُ ٱلۡفَٰتِحِينَ ٨٩
Мы возведем навет на Аллаха, если вернемся в вашу религию после того, как Аллах спас нас от нее. Не бывать тому, чтобы мы вернулись в вашу религию, если только этого не пожелает Аллах, наш Господь. Наш Господь объемлет знанием всякую вещь. Мы уповаем только на Аллаха. Господь наш! Рассуди между нами и нашим народом по справедливости, ведь Ты - Наилучший из судей».
Allah bizi Öz lütfü sayəsinsdə sizin etdiyiniz şirk və küfr əməllərdən xilas etdikdən sonra biz sizin doğru yolda olduğunuzu etiqad etmiş olsaq, Allaha qarşı yalan uydurmuş olarıq. Bütün bəşəriyyət Onun istəyinə boyun əydiyi üçün Rəbbimiz Allah istəməyincə bizim sizin batil dininizə dönməyimiz heç vaxt baş tutacaq bir şey deyildir. Rəbbimiz hər şeyi elmini əhatə etmişdir və bundan Ona heç bir şey gizli qalmaz. Allah bizi doğru yolda sabitqədəm etməsi və bizi Cəhənnəmə aparan yoldan qoruması üçün biz yalnız tək Allaha arxalanmışıq. Ey Rəbbimiz! Bizimlə kafir qövmümüz arasında haqqla hökm ver! Məzlum haqq sahibinə haqqsız zalıma qarşı kömək ol! Ey Rəbbimiz! Sən hökm verənlərin ən yaxşısısan!"
7:90Страница 162
وَقَالَ ٱلۡمَلَأُ ٱلَّذِينَ كَفَرُواْ مِن قَوۡمِهِۦ لَئِنِ ٱتَّبَعۡتُمۡ شُعَيۡبًا إِنَّكُمۡ إِذٗا لَّخَٰسِرُونَ ٩٠
Знатные люди из его народа, которые не уверовали, сказали: «Если вы последуете за Шуейбом, то непременно окажетесь в числе потерпевших урон».
Şueyb qövmündən tövhid dəvətini inkar edib, insanları Sueybdən - aleyhissəlam - və onun dinindən çəkindirən təkəbbürlü başçıları dedilər: "Ey camaatımız! Əgər Şueybin dinini qəbul edib, özünüzün və ata-dabalarınızın dinini tərk etsəniz siz mütləq ziyana uğrayanlardan olarsınız".
7:91Страница 162
فَأَخَذَتۡهُمُ ٱلرَّجۡفَةُ فَأَصۡبَحُواْ فِي دَارِهِمۡ جَٰثِمِينَ ٩١
Их постигло землетрясение, и они оказались повергнуты ниц в своих домах.
Buna görə də onları dəhşətli bir zəlzələ bürüdü və beləliklə də onlar öz yurdlarında dizləri və üzləri üstə düşüb həlak oldular.
7:92Страница 162
ٱلَّذِينَ كَذَّبُواْ شُعَيۡبٗا كَأَن لَّمۡ يَغۡنَوۡاْ فِيهَاۚ ٱلَّذِينَ كَذَّبُواْ شُعَيۡبٗا كَانُواْ هُمُ ٱلۡخَٰسِرِينَ ٩٢
Те, которые сочли Шуейба лжецом, словно никогда не жили там. Те, которые сочли Шуейба лжецом, оказались потерпевшими убыток.
Şueybi yalançı sayanların hamısı həlak oldu, sanki onlar öz yurdlarında yaşamamış və orada əylənməmişdilər. Çünki onlar öz canlarını və sahib olduqları mal-dövlətilərini ziyana uğratdılar və Şueybin iman edən qövmündən olmadılar. Haqqı yalan sayan o kafirlərin iddia etdikləri kimi elə özləri ziyana uğrayan kimsələr oldular.
7:93Страница 162
فَتَوَلَّىٰ عَنۡهُمۡ وَقَالَ يَٰقَوۡمِ لَقَدۡ أَبۡلَغۡتُكُمۡ رِسَٰلَٰتِ رَبِّي وَنَصَحۡتُ لَكُمۡۖ فَكَيۡفَ ءَاسَىٰ عَلَىٰ قَوۡمٖ كَٰفِرِينَ ٩٣
Он отвернулся от них и сказал: «О мой народ! Я донес до вас послания моего Господа и искренне желал вам добра. Как я могу печалиться о неверующих людях?».
Onlar həlak olduqdan peyğəmbərləri Şueyb - aleyhissəlam - onlardan üz çevirib onlara xitabən belə dedi: "Ey qövmüm! Mən Rəbbimin mənə sizə çatdırmağı əmr etdiyi hökmlərini sizə çatdırdım və sizə öyüd-nəsihət verdim, lakin siz mənim öyüd-nəsihətimi dinləyib, mənə tabe olmadınız. Elə isə Allaha küfr edib, günahlar etməkdə davam edən bir qövümdən ötrü mən necə qəm-qüssə edə bilərəm?"
7:94Страница 162
وَمَآ أَرۡسَلۡنَا فِي قَرۡيَةٖ مِّن نَّبِيٍّ إِلَّآ أَخَذۡنَآ أَهۡلَهَا بِٱلۡبَأۡسَآءِ وَٱلضَّرَّآءِ لَعَلَّهُمۡ يَضَّرَّعُونَ ٩٤
В какое бы селение Мы не отправляли пророка, Мы непременно подвергали его жителей невзгодам и напастям, дабы они проявили смирение.
Biz hər hansı bir diyara Allahın peyğəmbərlərindən bir peyğəmbər göndərdikdə, onlar ona inanmayıb, onu yalançı hesab etdikləri zaman, Biz həmin diyarın əhalisini sıxıntı, yoxsulluq və xəstəlik və s. buna oxşar bəlalara düçar edirik ki, bəlkə onlar Allaha qarşı təkəbbürlük və küfür etməkdən əl çəkib, Ona acizanə halda dua etsinlər!
7:95Страница 162
ثُمَّ بَدَّلۡنَا مَكَانَ ٱلسَّيِّئَةِ ٱلۡحَسَنَةَ حَتَّىٰ عَفَواْ وَّقَالُواْ قَدۡ مَسَّ ءَابَآءَنَا ٱلضَّرَّآءُ وَٱلسَّرَّآءُ فَأَخَذۡنَٰهُم بَغۡتَةٗ وَهُمۡ لَا يَشۡعُرُونَ ٩٥
Затем Мы заменяли зло добром, и тогда они начинали благоденствовать и говорили: «Наших отцов также касались невзгоды и радости». Мы хватали их внезапно, когда они даже не помышляли об этом.
Biz onları sıxıntını və xəstəliyə düçar etdikdən sonra onlara bol-bol ruzi və əmin-amanlıq bəxş etdik. Nəhayət onların sayı çoxalıb və mal-dövlətləri artdıqda: "Başmıza gələn xeyir və şər, eyni qayda da bizdən əvvəlki ata-babalarımızın da başına gələmişdir" – dedilər. Amma onlar başlarına gələn əzabın onların başa düşüb öyüd-nəsihət almaları və onlara baş verən nemətlərin isə onlara qəfildən bəla göndərməsi üçün olduğunu dərk etmədilər. Biz də onları heç özləri də hiss etmədikləri və əzabı gözləmədikləri bir halda onları qəflətən əzabla yaxaladıq.
7:96Страница 163
وَلَوۡ أَنَّ أَهۡلَ ٱلۡقُرَىٰٓ ءَامَنُواْ وَٱتَّقَوۡاْ لَفَتَحۡنَا عَلَيۡهِم بَرَكَٰتٖ مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ وَلَٰكِن كَذَّبُواْ فَأَخَذۡنَٰهُم بِمَا كَانُواْ يَكۡسِبُونَ ٩٦
Если бы жители селений уверовали и стали богобоязненны, Мы раскрыли бы перед ними благодать с неба и земли. Но они сочли это ложью, и Мы схватили их за то, что они приобретали.
Əgər elçilər göndərdiyimiz diyarın əhalisi elçilərin onlara gətirdiklərini təsdiq edərək, günah əməlləri tərk edib, Allahın əmrlərinə tabe olsaydılar, əlbəttə, Biz onlara hər bir tərəfdən xeyir qapılarını açardıq. Lakin onlar peyğəmbərləri təsdiq etmədilər və onların dəvətindən üz çevirdilər. Elə bu azlıq edirmiş kimi, onları yalançı da hesab etdilər. Belə olduğu təqdirdə Biz də onların qazandıqları günahlara görə onları qəflətən əzabla yaxaladıq.
7:97Страница 163
أَفَأَمِنَ أَهۡلُ ٱلۡقُرَىٰٓ أَن يَأۡتِيَهُم بَأۡسُنَا بَيَٰتٗا وَهُمۡ نَآئِمُونَ ٩٧
Неужели жители селений не опасались того, что Наше наказание постигнет их ночью, когда они спят?
Məgər peyğəmbərləri yalan hesab edən o diyarın əhalisi, əzabımızın onlara gecə vaxtı, onlar yuxuya daldıqları və dincəlib rahatlandıqları bir vaxta da gəlməyəcəyindən əmin idilər?!
7:98Страница 163
أَوَأَمِنَ أَهۡلُ ٱلۡقُرَىٰٓ أَن يَأۡتِيَهُم بَأۡسُنَا ضُحٗى وَهُمۡ يَلۡعَبُونَ ٩٨
Неужели жители селений не опасались того, что Наше наказание постигнет их утром, когда они забавляются?
Yaxud onlar əzabımızın onlara dündüzün ilk çağında, onların başı dünya işləri ilə qarışdığı bir vaxta gəlməyəcəyindən əmin idilər?!
7:99Страница 163
أَفَأَمِنُواْ مَكۡرَ ٱللَّهِۚ فَلَا يَأۡمَنُ مَكۡرَ ٱللَّهِ إِلَّا ٱلۡقَوۡمُ ٱلۡخَٰسِرُونَ ٩٩
Неужели они не опасались хитрости Аллаха? Хитрости Аллаха не опасаются только люди, терпящие убыток!
Allahın onlara verdiyi möhlətə fikir ver. Allah onları qəfil yaxalamaq üçün onlara güc-qüvvət və bol-bol ruzi vermişdir. Məgər elçiləri yalah hesab edən o diyarın əhalisi Allahın gizli məkrindən və hiyləsindən əmin idilər?! Allahın məkrindən yalnız həlaka məruz qalan kimələr əmin olar. Amma müvəffəq olan kimsələr Onun məkrindən qorxar, onlara verilən nemətlərə görə qürurlanmazlar, əksinə, o nemətlərin onlara Allah bəxş etdiyini etiraf edib, daima Ona şükür edərlər.
7:100Страница 163
أَوَلَمۡ يَهۡدِ لِلَّذِينَ يَرِثُونَ ٱلۡأَرۡضَ مِنۢ بَعۡدِ أَهۡلِهَآ أَن لَّوۡ نَشَآءُ أَصَبۡنَٰهُم بِذُنُوبِهِمۡۚ وَنَطۡبَعُ عَلَىٰ قُلُوبِهِمۡ فَهُمۡ لَا يَسۡمَعُونَ ١٠٠
Разве не ясно тем, которые унаследовали землю от ее прежних жителей, что если бы Мы пожелали, то покарали бы их за грехи? Мы запечатываем их сердца, и они не способны слышать.
Məgər keçmiş ümmətlərin günahları səbəbindən həlak olduğundan sonra yer üzünə sakin olanlara, keçmişdəkilərin həlak olma səbəbi bəyan olmadımı və onlara baş verən müsibətdən ibrət almadılarmı? Əksinə, onlar, özlərindən əvvəlkilərin etdikləri əməlləri etdilər. Lakin onlar bilmirdilər ki, əgər Allah istəstəydi, əvvəlkiləri etdiyi kimi, onları da günahları üzündən müsibətə düçar edər, qəlblərinə möhür vurardı və heç bir öyüd-nəsihət eşitməz və heç bir xatırlatma fayda verməzdi.
7:101Страница 163
تِلۡكَ ٱلۡقُرَىٰ نَقُصُّ عَلَيۡكَ مِنۡ أَنۢبَآئِهَاۚ وَلَقَدۡ جَآءَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ فَمَا كَانُواْ لِيُؤۡمِنُواْ بِمَا كَذَّبُواْ مِن قَبۡلُۚ كَذَٰلِكَ يَطۡبَعُ ٱللَّهُ عَلَىٰ قُلُوبِ ٱلۡكَٰفِرِينَ ١٠١
Мы рассказываем тебе повествования об этих селениях. Их посланники приходили к ним с ясными знамениями. Однако они не хотели уверовать в то, что они сочли ложью прежде. Так Аллах запечатывает сердца неверующих.
Ey Peyğəmbər! Misal çəkdiyimiz diyar, Nuh, Hud, Saleh, Lut və Şueyb qövmünün diyarıdır ki, Biz onların xəbərlərindən - elçiləri yalan hesab edib, onlara qarşı inadkarlıq etmələrindən və bu üzdən onları həlaka düçar etdiyimizin bəzisini sənə söyləyirik ki, qoy başqaları üçün bir ibrət və öyüd-nəsihət olsun. Artıq o diyarın əhlinə elçiləri onlara özlərinin həqiqətən də Allah tərəfindən göndərilən elçilər olduğuna dəlalət edən açıq-aydın dəlillər gətirdilər. Amma elçilər onlara gəldikdə isə iman gətirmədilər. Halbuki Allah onların iman gətirməyəcəyini əzəldən bilirdi. Allah elçiləri yalan hesab edən o diyar əhlinin qəlblərini möhürlədiyi kimi, Muhəmmədə - sallallahu aleyhi və səlləm - iman gətirməyənlərin də gəlblərini eləcə möhürləyər və onlar əsla imana yönələ bilməzlər.
7:102Страница 163
وَمَا وَجَدۡنَا لِأَكۡثَرِهِم مِّنۡ عَهۡدٖۖ وَإِن وَجَدۡنَآ أَكۡثَرَهُمۡ لَفَٰسِقِينَ ١٠٢
Большинство из них Мы не нашли верными завету. Воистину, Мы нашли большинство из них нечестивцами.
Biz özlərinə elçilər göndərilən ümmətlərin əksəriyyətini Allahın onlara nəsihət etdiyinə vəfalı olan və Onun əmrlərini yerinə yetirən görmədik. Onların çoxunu Allahın itaətindən uzaq olan kimsələr gördük.
7:103Страница 163
ثُمَّ بَعَثۡنَا مِنۢ بَعۡدِهِم مُّوسَىٰ بِـَٔايَٰتِنَآ إِلَىٰ فِرۡعَوۡنَ وَمَلَإِيْهِۦ فَظَلَمُواْ بِهَاۖ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُفۡسِدِينَ ١٠٣
После них Мы отправили Мусу (Моисея) с Нашими знамениями к Фараону и его знати, но они поступили с ними несправедливо. Посмотри же, каким был конец распространявших нечестие!
Biz o elçilərdən sonra Musanın - aleyhissəlam - həqiqətən də, Allah tərəfindən göndərilən elçi olduğuna dəlalət edən açıq-aşkar dəlillərimiz və möcüzələrimizlə onu Firon və onun qövmünə elçi göndərdik. Amma onlar bu dəlillərdən üz çevirib, küfr etdilər. Ey Peyğəmbər! Sən, Firon və onun qövmünün aqibətinin necə olduğuna fikir ver. Allah onları suda qərq etdi, onları dünya və axirətdə lənətə düçar etdi.
7:104Страница 163
وَقَالَ مُوسَىٰ يَٰفِرۡعَوۡنُ إِنِّي رَسُولٞ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ ١٠٤
Муса (Моисей) сказал: «О Фараон! Я - посланник от Господа миров.
Allah Musanı - aleyhissəlam - Firon yanına göndərdiyi zaman o, Firona gələrək dedi: "Ey Firon! Həqiqətən, mən bütün məxluqatın Xaliqinin, onların Hökmdarının və işlərini idarə edənin tərəfindən göndərilmiş bir elçiyəm".
7:105Страница 164
حَقِيقٌ عَلَىٰٓ أَن لَّآ أَقُولَ عَلَى ٱللَّهِ إِلَّا ٱلۡحَقَّۚ قَدۡ جِئۡتُكُم بِبَيِّنَةٖ مِّن رَّبِّكُمۡ فَأَرۡسِلۡ مَعِيَ بَنِيٓ إِسۡرَٰٓءِيلَ ١٠٥
Мне полагается говорить об Аллахе только правду. Я принес вам ясное знамение от вашего Господа. Пошли же со мной сынов Исраила (Израиля)».
Musa - aleyhissəlam - dedi: "Allah məni sizə elçi göndərdiyi təqdirdə mənim üzərimə düşən borcum, sizə Onun barəsində yalnız həqiqəti deməkdir. Mən sizə, mənim doğru olduğuma və mənim həqiqətən də, Rəbbim tərəfindən göndərilən bir elçi olduğuma dəlalət edən açıq-aydın dəlillər gətirmişəm. Elə isə əsarətdə saxladığın İsrail oğullarını mənimlə getməsinə izin ver".
7:106Страница 164
قَالَ إِن كُنتَ جِئۡتَ بِـَٔايَةٖ فَأۡتِ بِهَآ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ ١٠٦
Он сказал: «Если ты принес знамение, то покажи его, если ты говоришь правду».
Firon Musaya - aleyhissəlam - dedi: "Əgər iddia etdiyin kimi bir möcüzə gətirmisənsə və iddianda da doğrusansa elə isə iddia etdiyin möcüzəni gətir göstər!".
7:107Страница 164
فَأَلۡقَىٰ عَصَاهُ فَإِذَا هِيَ ثُعۡبَانٞ مُّبِينٞ ١٠٧
Он бросил свой посох, и тот превратился в явную змею.
Musa əlindəki əsasını atdı və o, dərhal insanların gözü önündə hərəkətə gələrək əzəmətli bir ilana çevrildi.
7:108Страница 164
وَنَزَعَ يَدَهُۥ فَإِذَا هِيَ بَيۡضَآءُ لِلنَّٰظِرِينَ ١٠٨
Затем он вытащил руку, и она стала белой (цвета молока, светящейся) для тех, кто смотрел на нее.
Musa - aleyhissəlam - əlini paltarının boyun keçən hissəsindən yaxud qoltuğunun altından çıxartdı və onu baxan insanlara heç bir ləkəsiz, ağappaq parlaq bir halda göstərdi.
7:109Страница 164
قَالَ ٱلۡمَلَأُ مِن قَوۡمِ فِرۡعَوۡنَ إِنَّ هَٰذَا لَسَٰحِرٌ عَلِيمٞ ١٠٩
Знать из народа Фараона сказала: «Воистину, он - знающий колдун.
Təkəbbürlü başçılar və əyanlar, Musanın - aleyhissəlam - əsasının gözləri önündə ilana çevrilməsini və əlinin də heç bir ləkə olmadan, ağappaq parlaq bir halda olmasını gördükdə dedilər: "Musa, sehri dərindən bilən, bilikli bir sehrbazdan başqa bir şey deyil".
7:110Страница 164
يُرِيدُ أَن يُخۡرِجَكُم مِّنۡ أَرۡضِكُمۡۖ فَمَاذَا تَأۡمُرُونَ ١١٠
Он хочет вывести вас из вашей страны. Что же вы посоветуете?».
Musa - aleyhissəlam - etdiyi bu əməllər ilə sizi öz diyarınız, Misirdən çıxartmaq istəyir. Bunda sonra Firon Musa - aleyhissəlam - barədə əyanları ilə məsləhətləşərək onlara dedi: "Sizin mənə təklifiniz nədir?"
7:111Страница 164
قَالُوٓاْ أَرۡجِهۡ وَأَخَاهُ وَأَرۡسِلۡ فِي ٱلۡمَدَآئِنِ حَٰشِرِينَ ١١١
Они сказали: «Повремени с ним и его братом и разошли по городам сборщиков,
Onlar Firona dedilər: "Musanı və onun qardaşı Harunu gözlət və Misirin şəhərlərinə oradan sehrbazları toplayan adamlar göndər ki,
7:112Страница 164
يَأۡتُوكَ بِكُلِّ سَٰحِرٍ عَلِيمٖ ١١٢
чтобы они привели к тебе всех знающих колдунов».
Misirin şəhərlərindən sehribazları toplamaq üçün göndərdiyin kimsələr bütüb bilikli və sehirdə mahir olan sehrbazların hamısını sənin yanına gətirsinlər".
7:113Страница 164
وَجَآءَ ٱلسَّحَرَةُ فِرۡعَوۡنَ قَالُوٓاْ إِنَّ لَنَا لَأَجۡرًا إِن كُنَّا نَحۡنُ ٱلۡغَٰلِبِينَ ١١٣
Колдуны пришли к Фараону и сказали: «Если мы одержим верх, то нам полагается вознаграждение!».
Beləliklə də Firon sehrbazları toplamaq üçün Misirin şəhərlərinə adamlar göndərdi. Nəhayət, onlar Fironun yanına gəldikdə, ona belə dedilər: "Əgər biz öz sehiimizlə Musanı məğlub edib, ona qalib gəlsək bizim üçün bir mükafat olacaqmı?"
7:114Страница 164
قَالَ نَعَمۡ وَإِنَّكُمۡ لَمِنَ ٱلۡمُقَرَّبِينَ ١١٤
Он сказал: «Да, вы станете одними из приближенных».
Firon onlara belə cavab verdi: "Bəli, siz üçün əcr və mükafat vardır və siz vəzifə etibarı ilə mənə ən yaxın olan adamlardan olacaqsınız".
7:115Страница 164
قَالُواْ يَٰمُوسَىٰٓ إِمَّآ أَن تُلۡقِيَ وَإِمَّآ أَن نَّكُونَ نَحۡنُ ٱلۡمُلۡقِينَ ١١٥
Они сказали: «О Муса (Моисей)! Либо ты бросишь, либо бросим мы».
Sehrbazlar Musaya - aleyhissəlam - qələbə çalacaqlarından özlərindən əmin olaraq təkəbbürlük və lovğalıq edərək dedilər: "Ey Musa! Seçim sənindir, ya sən atmaq istədiyini birinci at, ya da ki, biz birinci ataraq başlayaq!"
7:116Страница 164
قَالَ أَلۡقُواْۖ فَلَمَّآ أَلۡقَوۡاْ سَحَرُوٓاْ أَعۡيُنَ ٱلنَّاسِ وَٱسۡتَرۡهَبُوهُمۡ وَجَآءُو بِسِحۡرٍ عَظِيمٖ ١١٦
Он сказал: «Бросайте!». Когда же они бросили, то очаровали взоры людей, вселили в них страх и явили великое колдовство.
Musa heç onlara fikir vermədən və Rəbbinin ona yardım edəcəyinə inanaraq dedi: "Əllərinizdəki əsalarınızı və iplərinizi birinci siz atın!" Onlar əllərindəkiləri atdıqda, insanların gözlərini sehrləyib canlarına qorxu saldılar və insanların gözündə güclü bir sehr göstərdilər.
7:117Страница 164
۞ وَأَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰٓ أَنۡ أَلۡقِ عَصَاكَۖ فَإِذَا هِيَ تَلۡقَفُ مَا يَأۡفِكُونَ ١١٧
Мы внушили Мусе (Моисею): «Брось свой посох!». И вот она (змея) стала заглатывать то, что они измыслили.
Allah, peyğəmbəri və heç bir vasitəçiz danışdığı Musaya - aleyhissəlam - ey Musaya!: "Əsanı yerə at!"– deyə vəhy etdi. Musa - aleyhissəlam - əlindəki əsasını yerə atan kimi o, dərhal bir ilan olub insanların gözü qarşısında sürətlə sürünüb, sehribazların camaatı qorxudub aldatmaq üçün yerə atdıqları ipləri və əsaları udmağa başladı.
7:118Страница 164
فَوَقَعَ ٱلۡحَقُّ وَبَطَلَ مَا كَانُواْ يَعۡمَلُونَ ١١٨
Истина подтвердилась, и тщетным оказалось то, что они совершали.
Artıq haqq üzə çıxdı, Musanın - aleyhissəlam - doğru yolda olduğu bəyan oldu və sehribazların etdikləri sehir isə batil oldu.
7:119Страница 164
فَغُلِبُواْ هُنَالِكَ وَٱنقَلَبُواْ صَٰغِرِينَ ١١٩
Они были повержены там и вернулись униженными.
Sehrbazlar rüsvay və məğlub oldular. Musa - aleyhissəlam - isə camaatın qarşısında onlara qalib gəldi. Sehrbazlar oradan zəlil olaraq və həqir bir halda geri döndülər.
Sehrbazlar Allahın qüdrətinin əzəmətinə şahid olub və Onun açıq-aydın ayələrini öz gözləri ilə gördükləri an pak və uca olan Allaha səcdə etmək üçün yerə qapandılar.
7:121Страница 165
قَالُوٓاْ ءَامَنَّا بِرَبِّ ٱلۡعَٰلَمِينَ ١٢١
и сказали: «Мы уверовали в Господа миров,
Sehrbazlar dedilər: "Biz bütün məxluqatın Rəbbinə iman gətirdik –
Musa və Harunun - aleyhiməssalam - Rəbbinə! O, batil ilahlardan başqa ibadətə layiq olan yalnız Odur.
7:123Страница 165
قَالَ فِرۡعَوۡنُ ءَامَنتُم بِهِۦ قَبۡلَ أَنۡ ءَاذَنَ لَكُمۡۖ إِنَّ هَٰذَا لَمَكۡرٞ مَّكَرۡتُمُوهُ فِي ٱلۡمَدِينَةِ لِتُخۡرِجُواْ مِنۡهَآ أَهۡلَهَاۖ فَسَوۡفَ تَعۡلَمُونَ ١٢٣
Фараон сказал: «Вы уверовали в него без моего дозволения? Воистину, это - козни, которые вы задумали в городе, чтобы изгнать из него его жителей. Но скоро вы узнаете!
Onlar tək Allaha iman gətirdikdən sonra Firon onları hədələyərək dedi: "Mən sizə izin verməzdən əvvəl siz Musaya iman gətirdiniz? Şübhəsiz ki, sizin Musaya iman gətirib onu təsdiqləməniz, şəhər sakinlərini oradan çıxarmaq üçün, sizin və Musanın qurduğu bir hiylə və məkirdir. Ey sehribazlar! Tezliklə başınıza gələn əzabı biləcəksiniz.
7:124Страница 165
لَأُقَطِّعَنَّ أَيۡدِيَكُمۡ وَأَرۡجُلَكُم مِّنۡ خِلَٰفٖ ثُمَّ لَأُصَلِّبَنَّكُمۡ أَجۡمَعِينَ ١٢٤
Я отрублю вам руки и ноги накрест, а затем распну всех вас».
Sizin hər birinizin sağ əli ilə sol ayağını və sol əli ilə də sağ ayağını kəsəcək, həm sizə əzab vermək, həm də ki, sizi bu halda görənləri qorxutmaq üçün hamınızı xurma ağaclarının kötüklərindən asacağam.
7:125Страница 165
قَالُوٓاْ إِنَّآ إِلَىٰ رَبِّنَا مُنقَلِبُونَ ١٢٥
Они сказали: «Воистину, мы возвращаемся к нашему Господу.
Sehrbazlar Fironun təhdidlərinə cavab olaraq belə dedilər: "Şübhəsiz ki, biz tək olan Rəbbimizin hüzuruna qayıdacağıq. Elə buna görə də sənin bizə hədə-qorxu gəlməyinin heç bir mənası yoxdur".
7:126Страница 165
وَمَا تَنقِمُ مِنَّآ إِلَّآ أَنۡ ءَامَنَّا بِـَٔايَٰتِ رَبِّنَا لَمَّا جَآءَتۡنَاۚ رَبَّنَآ أَفۡرِغۡ عَلَيۡنَا صَبۡرٗا وَتَوَفَّنَا مُسۡلِمِينَ ١٢٦
Ты мстишь нам только за то, что мы уверовали в знамения нашего Господа, когда они явились к нам. Господь наш! Ниспошли нам терпение и умертви нас мусульманами».
Ey Firon! Sən bizdən sadəcə, Musanın - aleyhissəlam - vasitəsi ilə Rəbbimizin ayələri bizə gəldikdə onlara iman gətirməyimizə görə intiqam alırsan. Əgər bu eyib edilən bir günahdırsa, bu sənin deyil, bizim günahımızdır. Sonra onlar: Ey Rəbbimiz! Bizə haqq üzərində sabitqədəm qalmağımız üçün bizə çoxlu səbir ver və bizi müsəlman, əmrlərinə müti və elçinə tabe olaraq öldür" – deyib Allaha yalvararaq dua etdilər.
7:127Страница 165
وَقَالَ ٱلۡمَلَأُ مِن قَوۡمِ فِرۡعَوۡنَ أَتَذَرُ مُوسَىٰ وَقَوۡمَهُۥ لِيُفۡسِدُواْ فِي ٱلۡأَرۡضِ وَيَذَرَكَ وَءَالِهَتَكَۚ قَالَ سَنُقَتِّلُ أَبۡنَآءَهُمۡ وَنَسۡتَحۡيِۦ نِسَآءَهُمۡ وَإِنَّا فَوۡقَهُمۡ قَٰهِرُونَ ١٢٧
Знатные люди из народа Фараона сказали: «Неужели ты позволишь Мусе (Моисею) и его народу распространять на земле нечестие и отречься от тебя и твоих богов?». Он сказал: «Мы будем убивать их сыновей и оставлять в живых их женщин. Мы обладаем непоколебимой властью над ними».
Firon qövmünün hakim və kübar təbəqəsindən olan insanları, Fironu, Musaya - aleyhissəlam - və onunla birgə olan möminlərə qarşı qaldıraraq dedilər: "Ey Firon! Sən Musanı və onun qövmünü yer üzündə fəsad yaymaq, həm səni, həm də sənin ilahlarını bir kənara atıb və tək Allah ibadət etməyə çağırmaları üçün başlı-başına buraxırsanmı?". Firon dedi: "Biz hökmən İsrail oğullarının oğlan uşaqlarını öldürəcək, qadınlarını isə bizə xidmət etmək üçün sağ buraxacağıq. Şübhəsiz ki, onların üzərində sarsılmaz hökmranlığa va güc-qüvvətə malik olan bizik".
7:128Страница 165
قَالَ مُوسَىٰ لِقَوۡمِهِ ٱسۡتَعِينُواْ بِٱللَّهِ وَٱصۡبِرُوٓاْۖ إِنَّ ٱلۡأَرۡضَ لِلَّهِ يُورِثُهَا مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦۖ وَٱلۡعَٰقِبَةُ لِلۡمُتَّقِينَ ١٢٨
Муса (Моисей) сказал своему народу: «Просите помощи у Аллаха и терпите. Воистину, земля принадлежит Аллаху. Он дарует ее в наследие тому из Своих рабов, кому пожелает, и благой конец уготован богобоязненным».
Musa - aleyhissəlam - öz qövmünə nəsihət edərək dedi: "Ey Qövmüm! Zərəri sizdən sovuşdurmaq və sizə xeyir bəxş etmək üçün tək Allahdan yardım diləyin və sizə baş vermiş bu müsibətə görə səbir edin. Şübhəsiz ki, yer üzü tək Allahındır. Bu yer üzü heç də Fironun və ya başqasının deyil ki, orada kimsə istədiy hökümü versin. Allah yer üzündə qalibiyyəti və məğlubiyyəti insanlar arasında istədiyi kimi növbə ilə dəyişər. Lakin yer üzündə gözəl aqibət isə Rəbbinin əmrlərini yerinə yetirib, Onun qadağalarından çəkinən möminlər üçündür. Onlar bu dünya da çətin imtahanlarla üzləşsələrdə bilin ki, gözəl aqibət onlarındır".
7:129Страница 165
قَالُوٓاْ أُوذِينَا مِن قَبۡلِ أَن تَأۡتِيَنَا وَمِنۢ بَعۡدِ مَا جِئۡتَنَاۚ قَالَ عَسَىٰ رَبُّكُمۡ أَن يُهۡلِكَ عَدُوَّكُمۡ وَيَسۡتَخۡلِفَكُمۡ فِي ٱلۡأَرۡضِ فَيَنظُرَ كَيۡفَ تَعۡمَلُونَ ١٢٩
Они сказали: «Нам причиняли страдания до того, как ты явился к нам, и причиняют их после твоего пришествия». Он сказал: «Быть может, ваш Господь погубит вашего врага и сделает вас их преемниками на земле, а затем посмотрит, как вы будете поступать».
Musanın - aleyhissəlam - İsrail oğullarından olan qövmü Musaya - aleyhissəlam - dedilər: "Ey Musa! Sən bizim yanımıza gəlməzdən əvvəl də, sənin gəlişindən sonra da Firon tətəfdən oğlan övladlarımızı öldurməklə, qadınlarımızı sağ buraxmağla bizə əziyyət verildi". Musa - aleyhissəlam - onlara müjdə verərək dedi: "Ola bilsin ki, Rəbbiniz düşməniniz Fironu və onun əyanlarını məhv edib sizi onlardan sonra yer üzünün varisləri təyin etsin, sonra da sizin orada Allaha şükür yoxsa küfür edəcəyinizə baxsın".
7:130Страница 165
وَلَقَدۡ أَخَذۡنَآ ءَالَ فِرۡعَوۡنَ بِٱلسِّنِينَ وَنَقۡصٖ مِّنَ ٱلثَّمَرَٰتِ لَعَلَّهُمۡ يَذَّكَّرُونَ ١٣٠
Мы поразили род Фараона засушливыми годами и неурожаем плодов, дабы они помянули назидание.
Biz Firon xalqını quraqlığa, yağışın yağmamasına, meyvələrin və məhsulun qıtlığına məruz qoyaraq imtahana çəkdik ki, bəlkə onlar başlarına gələn müsibətlərin etdikləri küfürlər səbəbindən olduğunu düşünüb ibrət alsınlar və beləliklə də, günahlardan tövbə edib Allaha qayıtsınlar.
7:131Страница 166
فَإِذَا جَآءَتۡهُمُ ٱلۡحَسَنَةُ قَالُواْ لَنَا هَٰذِهِۦۖ وَإِن تُصِبۡهُمۡ سَيِّئَةٞ يَطَّيَّرُواْ بِمُوسَىٰ وَمَن مَّعَهُۥٓۗ أَلَآ إِنَّمَا طَٰٓئِرُهُمۡ عِندَ ٱللَّهِ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ ١٣١
Когда их постигало добро, они говорили: «Это - для нас». А когда их постигало зло, они связывали его с Мусой (Моисеем) и теми, кто был с ним. Воистину, их дурные предзнаменования были у Аллаха, но большинство из них не знает этого.
Firon xalqına bolluq, gözəl meyvələr və ucuzluq və s. bu kimi xoşladıqları şeylər verildikdə: "Bu nemətlər bizə, biz buna layiq olduğumuz və bunların yalnız bizə aid olduğu üçün verilmişdir!"– deyərdilər. Onlara quraqlığ, yağışın yağmaması və xəstəliklər və s. bu kimi pisliklər üz verdikdə isə, Musa - aleyhissəlam - və onunla birlikdə olan İsrail oğullarını uğursuzluq əlaməti sayardılar. Əslində isə onların uğursuzluğu pak və uca olan Allahın qədəri ilədir, bu işdə Musanın - aleyhissəlam - onlara bəd dua etməsindən başqa, Musanın və ona iman gətirənlərin heç bir aidiyyatı yoxdur. Lakin onların çoxu bunu bilmədikləri üçün bunu Allahdan başqalarının etdiyini zənn edirlər.
7:132Страница 166
وَقَالُواْ مَهۡمَا تَأۡتِنَا بِهِۦ مِنۡ ءَايَةٖ لِّتَسۡحَرَنَا بِهَا فَمَا نَحۡنُ لَكَ بِمُؤۡمِنِينَ ١٣٢
Они сказали: «Какие бы знамения ты ни показывал, чтобы околдовать нас ими, мы не поверим тебе».
Firon xalqı Musaynın - aleyhissəlam - gətirdiyi haqqı qəbul etməkdən inadkarlıq edərək dedilər: "Sən bizə hər hansı bir ayəni, hər hansı bir dəlili gətirsən də, bizi yolumuzdan döndərmək məqsədi ilə dəlillərimizi batil edib, sənin həqiqətən də Allahın elçisi olduğunu sübut etmək üçün bizə hansı möcüzəni gətirsəndə belə, yenə də biz sənə inanan deyilik!".
7:133Страница 166
فَأَرۡسَلۡنَا عَلَيۡهِمُ ٱلطُّوفَانَ وَٱلۡجَرَادَ وَٱلۡقُمَّلَ وَٱلضَّفَادِعَ وَٱلدَّمَ ءَايَٰتٖ مُّفَصَّلَٰتٖ فَٱسۡتَكۡبَرُواْ وَكَانُواْ قَوۡمٗا مُّجۡرِمِينَ ١٣٣
Мы наслали на них потоп, саранчу, вшей, жаб и кровь в качестве различных знамений. Однако они возгордились - они были народом грешным.
Biz də onların Allahın ayələrini yalan hesab edib və bu ayələrə inadkarlıq etdiklərinə görə, üzərinə leysan yağış göndərib, onların tarlalarını və meyvələrini suda qərq etdik. Biz onların üzərinə çəyirtkələr göndərdik və bu çəyirtkələr də onların məhsullarını talan etdilər. Biz onların üzərinə əkin sahələrini məhv edən və insanın saçına düşüb, insana əziyyət verən bitlər göndərdik. Biz onların üzərinə qurbağalar göndərdik və beləliklə də, bu qurbağalar onların qab-qacağlarına doluşub, yemək-içməklərini məhv etdi, yuxularına da haram qatdı. Biz onların üzərinə qan göndərdik. Onların su quyuları və çayları qanla doldu. Biz onlara bu açıq-aydın möcüzələri ayrı-ayrılıqda, bir-birinin ardınca göndərdik. Onlara hər bir müsibət üz verdikdə, onlar Allaha iman gətirməkdən və Musanın - aleyhissəlam - gətirdiyini təsdiq etməkdən təkəbbürlük göstərdilər, bununla da günahkar, batildən əl çəkməyən və haqqa yönəlməyən bir tayfa oldular.
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии