Аль-МухтасарАль‑Джинн · 72:1–28

Аль-Мухтасар · Тафсир · на азербайджанском

الجن

Аль-Джинн

Джинны · Мекканская · 28 аятов

72:1Страница 572

قُلۡ أُوحِيَ إِلَيَّ أَنَّهُ ٱسۡتَمَعَ نَفَرٞ مِّنَ ٱلۡجِنِّ فَقَالُوٓاْ إِنَّا سَمِعۡنَا قُرۡءَانًا عَجَبٗا ١

Скажи: «Мне было открыто, что несколько джиннов послушали чтение Корана и сказали: «Воистину, мы слышали удивительный Коран.

Ey Peyğəmbər! Ümmətinə de: "Allah mənə vəhy etdi ki, bir dəstə cin xurma bağları olduğu bir vadidə oxuduğum Quranı dinlədi. Sonra onlar öz qövmünün yanına qayıdıb onlara dedilər: "Həqiqətən, biz aydınlıq və fəsahət baxımından heyrətamiz bir kəlam dinlədik!

72:2Страница 572

يَهۡدِيٓ إِلَى ٱلرُّشۡدِ فَـَٔامَنَّا بِهِۦۖ وَلَن نُّشۡرِكَ بِرَبِّنَآ أَحَدٗا ٢

Он наставляет на прямой путь, и мы уверовали в него и не будем приобщать сотоварищей к нашему Господу.

Bizim dinlədiyimiz bu kəlam, etiqad, söz və əməl xüsusunda doğru yol göstərir. Biz ona iman gətirdik və bundan sonra əsla kimsəni o Quranı nazil edən Rəbbimizə şərik qoşmayacağıq.

72:3Страница 572

وَأَنَّهُۥ تَعَٰلَىٰ جَدُّ رَبِّنَا مَا ٱتَّخَذَ صَٰحِبَةٗ وَلَا وَلَدٗا ٣

Величие (или богатство) нашего Господа превысокое, и Он не взял Себе ни супруги, ни сына.

Biz iman gətirdik ki, Rəbbimizin əzəməti və şanı olduqca ucadır. Heç də müşriklərini iddiası kimi deyil, O, özünə nə zövcə, nə də övlad götürmüşdür.

72:4Страница 572

وَأَنَّهُۥ كَانَ يَقُولُ سَفِيهُنَا عَلَى ٱللَّهِ شَطَطٗا ٤

Глупец среди нас (Иблис) наговаривал на Аллаха чрезмерное.

İblis Uca Allaha zövcə və övlad nisbət edərək Allah barəsində tamamilə yalan sözlər söyləmişdir.

72:5Страница 572

وَأَنَّا ظَنَنَّآ أَن لَّن تَقُولَ ٱلۡإِنسُ وَٱلۡجِنُّ عَلَى ٱللَّهِ كَذِبٗا ٥

Мы же думали, что ни люди, ни джинны не станут говорить об Аллахе ложь.

Biz elə güman edirdik ki, insanlardan və cinlərdən olan müşriklər Allah barəsində, zövcə və övlad xüsusunda əsla yalan danışmazlar. Elə buna görə də biz onlara təqlid edərək onların dediklərini təsdiqlədik.

72:6Страница 572

وَأَنَّهُۥ كَانَ رِجَالٞ مِّنَ ٱلۡإِنسِ يَعُوذُونَ بِرِجَالٖ مِّنَ ٱلۡجِنِّ فَزَادُوهُمۡ رَهَقٗا ٦

Мужи из числа людей искали покровительства мужей из числа джиннов, но они только увеличивали в них страх (или беззаконие).

Cahiliyyət dövründə insanlardan bəziləri qorxulu bir yerə getdikdə orada cinlərin bəzilərinə sığınırdılar. Onlardan bəzisi deyərdi: "Bu vadidə yaşayan tayfanın səfehlərinin şərindən onun seyyidinə sığınıram." Beləliklə də, həmin adamların cinlərdən olan qorxusu, o adamların ancaq azğınlığını artırırdı.

72:7Страница 572

وَأَنَّهُمۡ ظَنُّواْ كَمَا ظَنَنتُمۡ أَن لَّن يَبۡعَثَ ٱللَّهُ أَحَدٗا ٧

Они думали так же, как и вы, что Аллах никого не воскресит.

Ey cinlər! İnsanlarda siz zənn etdiyiniz kimi, Allah heç bir kimsəni öldürdükdən sonra haqq-hesaba çəkilməsi və əməllərinin əvəzini verilməsi üçün diriltməyəcəyini zənn edirdilər.

72:8Страница 572

وَأَنَّا لَمَسۡنَا ٱلسَّمَآءَ فَوَجَدۡنَٰهَا مُلِئَتۡ حَرَسٗا شَدِيدٗا وَشُهُبٗا ٨

Мы достигли неба, но обнаружили, что оно заполнено суровыми стражами и пылающими огнями.

Biz gizli xəbərləri öyrənmək məqsədilə səmaya qalxdıqda, onun o xəbərləri bizdən qorumaq üçün mələklərdən ibarət güvvətli gözətçilərlə və səmaya yaxınlaşan hər kəsə arxasınca atılacaq yandırıb-yaxan alovlarla dolu olduğunun şahidi olduq.

72:9Страница 572

وَأَنَّا كُنَّا نَقۡعُدُ مِنۡهَا مَقَٰعِدَ لِلسَّمۡعِۖ فَمَن يَسۡتَمِعِ ٱلۡأٓنَ يَجِدۡ لَهُۥ شِهَابٗا رَّصَدٗا ٩

Прежде мы садились там на седалищах, чтобы подслушивать. Но тот, кто подслушает сейчас, обнаружит, что его подстерегает пылающий огонь.

Halbuki daha öncə biz göyün bəzi yerlərində oturub mələklərin söhbətinə qulaq asır və onlardan eşitdiyimiz sözləri yerdəki kahinlərə çatdırırdıq. Artıq vəziyyət dəyişib, indi bizlərdən kim onları dinləmək istəsə, o, pusquda onu gözləyən, yaxınlaşdıqda isə onun üstünə göndərilib onu yandırıb-yaxan alova rast gələr.

72:10Страница 572

وَأَنَّا لَا نَدۡرِيٓ أَشَرٌّ أُرِيدَ بِمَن فِي ٱلۡأَرۡضِ أَمۡ أَرَادَ بِهِمۡ رَبُّهُمۡ رَشَدٗا ١٠

Мы не знаем, зло ли задумано для тех, кто на земле, или Господь пожелал направить их на прямой путь.

Biz bilmirik, bu güclü mühafizə nə üçündür, bununla yerdəkilərə pislik etmək qəsd edilmişdir, yoxsa Allah onlara xeyir nəsib etmək? Biz artıq göydəki xəbərləri dinləməkdən məhrum olmuşuq.

72:11Страница 572

وَأَنَّا مِنَّا ٱلصَّٰلِحُونَ وَمِنَّا دُونَ ذَٰلِكَۖ كُنَّا طَرَآئِقَ قِدَدٗا ١١

Среди нас есть праведные и те, которые ниже этого. Мы были разрозненными группами.

Əlbəttə ki, biz cinlərin arasında Allahdan qorxan saleh əməl sahibləri də var, kafir və fasiq olanları da. Biz müxtəlif firqələrə məzhəblərə ayrılmışıq.

72:12Страница 572

وَأَنَّا ظَنَنَّآ أَن لَّن نُّعۡجِزَ ٱللَّهَ فِي ٱلۡأَرۡضِ وَلَن نُّعۡجِزَهُۥ هَرَبٗا ١٢

Мы знали, что не спасемся от Аллаха на земле и не спасемся от Него бегством.

Biz yəqin etdik ki, pak və müqəddəs Allah bizə nə isə etmək istəsə, biz Ondan yaxa qurtara bilmərik. Hətta göyə qaçmalı olsaq belə, Onun əzabından yayına bilməyəcəyik.

72:13Страница 572

وَأَنَّا لَمَّا سَمِعۡنَا ٱلۡهُدَىٰٓ ءَامَنَّا بِهِۦۖ فَمَن يُؤۡمِنۢ بِرَبِّهِۦ فَلَا يَخَافُ بَخۡسٗا وَلَا رَهَقٗا ١٣

Когда же мы услышали верное руководство, то уверовали в него. А тот, кто верует в своего Господа, не должен бояться ни обиды, ни притеснения.

Biz doğru yolu göstərən Quranı eşitdiyimiz zaman ona iman gətirdik. Rəbbinə iman gətirən kəs, nə savabının azalmasından, nə də keçmiş günahları üzərinə günahın artmasından qorxar.

72:14Страница 573

وَأَنَّا مِنَّا ٱلۡمُسۡلِمُونَ وَمِنَّا ٱلۡقَٰسِطُونَۖ فَمَنۡ أَسۡلَمَ فَأُوْلَٰٓئِكَ تَحَرَّوۡاْ رَشَدٗا ١٤

Среди нас есть мусульмане и уклонившиеся. Те, которые стали мусульманами, последовали прямым путем.

Sözsüz ki, aramızda itaət etməklə Allaha tərəf yönələn müsəlmanlar da var, amaldan və doğru yoldan azanlar da. Kim mütiliklə və yaxşı işlər görməklə Allaha boyun əyirsə, məhz onlar doğru yola və haqqa yönələn kimsələrdir.

72:15Страница 573

وَأَمَّا ٱلۡقَٰسِطُونَ فَكَانُواْ لِجَهَنَّمَ حَطَبٗا ١٥

Уклонившиеся же будут дровами для Геенны»».

Amaldan və doğru yoldan azanlara gəlincə isə, onlar Cəhənnəm üçün odun olacaq və onları insanlardan özlərinə bənzəyənlərlə birlikdə orada yandıracaqlar.

72:16Страница 573

وَأَلَّوِ ٱسۡتَقَٰمُواْ عَلَى ٱلطَّرِيقَةِ لَأَسۡقَيۡنَٰهُم مَّآءً غَدَقٗا ١٦

Если бы они устояли на прямом пути, то Мы напоили бы их водой вволю,

Necə ki, bir dəstə cinin Peyğəmbəri (səllallahu aleyhi və səlləm) dinlədiyi ona vəhy edilmişdir, eləcə də, ona belə vəhy edilmişdir ki, əgər cinlər və insanlar İslam yolunu tutsalar və Quranda buyurulanlara əməl etsələr, Allah onlara bol-bol su verər və onlara müxtəlif cür nemətlər əta edər.

72:17Страница 573

لِّنَفۡتِنَهُمۡ فِيهِۚ وَمَن يُعۡرِضۡ عَن ذِكۡرِ رَبِّهِۦ يَسۡلُكۡهُ عَذَابٗا صَعَدٗا ١٧

чтобы этим подвергнуть их испытанию. А тех, кто отвращается от Напоминания своего Господа, Он ввергает в тяжкие мучения.

Belə edərik ki, onları sınayaq görək, Allahın nemətlərinə şükür edəcəklər, yoxsa nankor olacaqlar? Kim Qurandan və onun içindəki öyüd-nəsihətlərdən üz çevirərsə, Rəbbi onu məşəqqətli, həm də, dözə bilməyəcəyi bir əzaba düçar edər.

72:18Страница 573

وَأَنَّ ٱلۡمَسَٰجِدَ لِلَّهِ فَلَا تَدۡعُواْ مَعَ ٱللَّهِ أَحَدٗا ١٨

Мечети принадлежат Аллаху. Не взывайте же ни к кому наряду с Аллахом.

Şübhəsiz ki, məscidlər heç kəsə deyil, məhz pak və müqəddəs Allaha məxsusdur. Elə isə orada Allahla yanaşı heç kəsə dua etməyin, yoxsa yəhudilərin öz sinaqoqlarında, nəsranilərin də öz kilsələrində Allahdan qeyrisinə dua etdiyi kimi dua etmiş olarsınız.

72:19Страница 573

وَأَنَّهُۥ لَمَّا قَامَ عَبۡدُ ٱللَّهِ يَدۡعُوهُ كَادُواْ يَكُونُونَ عَلَيۡهِ لِبَدٗا ١٩

Когда раб Аллаха встал, обращаясь с мольбой к Нему, они столпились вокруг него (джинны столпились вокруг Пророка, чтобы послушать Коран, или неверующие ополчились против него, чтобы помешать ему).

Allahın qulu Muhəmməd (səllallahu aleyhi və səlləm) qalxıb xurma bağları olduğu bir vadidə Allaha ibadət edərkən cinlər onun Quran oxuduğunu eşitdikdə az qala izdihamın çoxluğundan bir-birinin üstünə minsinlər.

72:20Страница 573

قُلۡ إِنَّمَآ أَدۡعُواْ رَبِّي وَلَآ أُشۡرِكُ بِهِۦٓ أَحَدٗا ٢٠

Скажи: «Я взываю только к своему Господу и никого не приобщаю в сотоварищи к Нему».

Ey Peyğəmbər! O müşriklərə de: "Mən təkcə öz Rəbbimə dua edirəm. Kim olursa olsun, ibadətdə heç kəsi, Ona şərik qoşmuram!".

72:21Страница 573

قُلۡ إِنِّي لَآ أَمۡلِكُ لَكُمۡ ضَرّٗا وَلَا رَشَدٗا ٢١

Скажи: «Не в моей власти навредить вам или наставить вас на прямой путь».

Onlara de: "Mən nə Allahın sizin əleyhinizə yazdığı zərərin qarşısnı almağa, nə də Allahın sizi məhrum etdiyi xeyiri sizə verməyə qadirəm".

72:22Страница 573

قُلۡ إِنِّي لَن يُجِيرَنِي مِنَ ٱللَّهِ أَحَدٞ وَلَنۡ أَجِدَ مِن دُونِهِۦ مُلۡتَحَدًا ٢٢

Скажи: «Никто не защитит меня от Аллаха, и мне не найти помимо Него прибежища.

Onlara de: "Əgər mən Allaha asi olsam, məni Onun əzabından heç kəs xilas edə bilməz və mən Ondan başqa bir sığınacaq yeri tapa bilmərəm!

72:23Страница 573

إِلَّا بَلَٰغٗا مِّنَ ٱللَّهِ وَرِسَٰلَٰتِهِۦۚ وَمَن يَعۡصِ ٱللَّهَ وَرَسُولَهُۥ فَإِنَّ لَهُۥ نَارَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَآ أَبَدًا ٢٣

Мне остается лишь доносить истину от Аллаха и Его послания. Кто же ослушается Аллаха и Его Посланника, тому уготован огонь Геенны, в котором они пребудут вечно».

Mənim əlimdən gələn ancaq Allahın mənə sizə təbliğ etməyi buyurduqğu risaləti sizə təbliğ etməkdir. Kim Allaha və Onun rəsuluna (səllallahu aleyhi və səlləm) asi olarsa, onun gedəcəyi yer içərisində əbədi qalacağı, heç vaxt oradan çıxmayacağı Cəhənnəm odu olar.

72:24Страница 573

حَتَّىٰٓ إِذَا رَأَوۡاْ مَا يُوعَدُونَ فَسَيَعۡلَمُونَ مَنۡ أَضۡعَفُ نَاصِرٗا وَأَقَلُّ عَدَدٗا ٢٤

Когда же они увидят то, что им было обещано, то узнают, чьи помощники слабее и малочисленнее.

Kafirlər dünyada özlərinə vəd olunmuş əzabı qiyamət günü öz gözləri ilə görənədək küfrlərindən əl çəkməyəcəklər. O zaman onlar kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər.

72:25Страница 573

قُلۡ إِنۡ أَدۡرِيٓ أَقَرِيبٞ مَّا تُوعَدُونَ أَمۡ يَجۡعَلُ لَهُۥ رَبِّيٓ أَمَدًا ٢٥

Скажи: «Я не знаю, скоро ли настанет обещанное вам, или же мой Господь отсрочил его».

Ey Peyğəmbər! Diriləcəklərini inkar edən o müşriklərə belə de: "Mən sizə vəd olunmuş əzabın yaxın olduğunu, yoxsa Allahın onun üçün Özündən başqa heç kəsin bilmədiyi bir vaxt təyin etdiyini bilmirəm.

72:26Страница 573

عَٰلِمُ ٱلۡغَيۡبِ فَلَا يُظۡهِرُ عَلَىٰ غَيۡبِهِۦٓ أَحَدًا ٢٦

Он - Ведающий сокровенное, и Он не открывает Своего сокровенного никому,

Pak və müqəddəs Allah, qeybi tam olaraq bilir, heç bir şey Ona gizli qalmaz və O, Öz qeybini heç kəsə bildirməz, əksinə, yalnız Özünə məxsus olaraq qalar.

72:27Страница 573

إِلَّا مَنِ ٱرۡتَضَىٰ مِن رَّسُولٖ فَإِنَّهُۥ يَسۡلُكُ مِنۢ بَيۡنِ يَدَيۡهِ وَمِنۡ خَلۡفِهِۦ رَصَدٗا ٢٧

кроме тех посланников, которыми Он доволен и к которым Он приставляет спереди и сзади стражей,

Yalnız Özünün razı qaldığı elçidən başqa. Həqiqətən, Allah Öz qeybindən rəsuluna istədiyi qədər bildirir, üstəlik, onu önündən və arxasından qoruyacaq gözətçi mələklər göndərir ki, elçidən başqa heç kəs o qeybə əl ata bilməsin.

72:28Страница 573

لِّيَعۡلَمَ أَن قَدۡ أَبۡلَغُواْ رِسَٰلَٰتِ رَبِّهِمۡ وَأَحَاطَ بِمَا لَدَيۡهِمۡ وَأَحۡصَىٰ كُلَّ شَيۡءٍ عَدَدَۢا ٢٨

чтобы знать, что они донесли послания своего Господа. Он объемлет знанием все, что с ними, и Он исчислил всякую вещь.

Belə edir ki, o elçi özündən əvvəl gəlib-getmiş elçilərin özlərinə Rəbbi tərəfindən təbliğ edilməsi əmr olunan risalətləri təbliğ etdiyini və Allahın ona qeydiən qaldığını bilsin. Allah mələklərin və elçilərin nə etdiklərini bilir, hər şeyi ayrı-ayrılıqda hesaba alır və heç bir şey Ona gizli qalmır.

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English