Аль-Мухтасар · Тафсир · на азербайджанском
Аль-Анфаль 8:60–75
8:60Страница 184
وَأَعِدُّواْ لَهُم مَّا ٱسۡتَطَعۡتُم مِّن قُوَّةٖ وَمِن رِّبَاطِ ٱلۡخَيۡلِ تُرۡهِبُونَ بِهِۦ عَدُوَّ ٱللَّهِ وَعَدُوَّكُمۡ وَءَاخَرِينَ مِن دُونِهِمۡ لَا تَعۡلَمُونَهُمُ ٱللَّهُ يَعۡلَمُهُمۡۚ وَمَا تُنفِقُواْ مِن شَيۡءٖ فِي سَبِيلِ ٱللَّهِ يُوَفَّ إِلَيۡكُمۡ وَأَنتُمۡ لَا تُظۡلَمُونَ ٦٠
Приготовьте против них сколько можете силы и боевых коней, чтобы устрашить врага Аллаха и вашего врага, а также тех, которых вы не знаете, но которых знает Аллах. Что бы вы ни израсходовали на пути Аллаха, вам будет возвращено сполна, и с вами не поступят несправедливо.
Ey möminlər! Atıcılıqla və s. bu kimi şeylərlə düşmənlərə qarşı bacardığınız qədər qoşun və qüvvə hazırlayın. Onlarla döyüşə Allah yolunda bəsləyib saxladığınız döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, kafirlərdən sizə müsibət gəlməsini gözləyən öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz və həmçinin qəlblərində sizə qarşı düşmənçilik gizlətdiklərini bilmədiyiniz düşmənlərinizi qorxudasınız. Siz onları tanımasanızda lakin Allah onların daha yaxşı tanıyır və onların kim olduğunu və qəlblərində sizə qarşı nə gizlətdiklərini daha yaxşı bilir. Allah yolunda az və ya çox olmasından aslı olmayaraq nə xərcləsəniz, Allah sizə dünya həyatında onun əvəzini, axirət həyatında isə sizə kamil savab bəxş edər. Elə isə malınızı Allah yolunda xərcləməyə tələsin!
8:61Страница 184
۞ وَإِن جَنَحُواْ لِلسَّلۡمِ فَٱجۡنَحۡ لَهَا وَتَوَكَّلۡ عَلَى ٱللَّهِۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ٦١
Если они склоняются к миру, ты тоже склоняйся к миру и уповай на Аллаха. Воистину, Он - Слышащий, Знающий.
Ey Peyğəmbər! Əgər onlar sülhə və həmçinin sizinlə döyüşməkdən əl çəkməyə meyl edərlərsə, sən də ona meyl et, onlarla əhd-peyman bağla, bundan sonra Allaha təvəkkül et və yalnız Ona arxalan. Əgər belə etsən Allah səni əsla köməksiz qoymaz! Həqiqətən, Allah, onların dediklərini sözləri eşidəndir, etdikləri əməlləri və qəlblərində gizlətdikləri biləndir.
8:62Страница 185
وَإِن يُرِيدُوٓاْ أَن يَخۡدَعُوكَ فَإِنَّ حَسۡبَكَ ٱللَّهُۚ هُوَ ٱلَّذِيٓ أَيَّدَكَ بِنَصۡرِهِۦ وَبِٱلۡمُؤۡمِنِينَ ٦٢
Если же они захотят обмануть тебя, то тебе достаточно Аллаха. Он поддержал тебя Своей помощью и верующими.
Ey Peyğəmbər! Əgər onlar sülhə meyl etməklə və sizinlə onlar arasında atəşkəsin əldə olunmasını istəməklə yenidən səninlə döyüşməyə hazırlıq görərək səni aldatmaq istəsələr, bil ki, Allah, səni onların hiyləsindən və onların sənə hər hansı bir pislik toxundurmasından qoruyar. O, səni həm Öz köməyi ilə, həm də ki, mühacir və ənsardan olan möminlərin sənə yardım etməsi ilə qüvvətləndirdi.
8:63Страница 185
وَأَلَّفَ بَيۡنَ قُلُوبِهِمۡۚ لَوۡ أَنفَقۡتَ مَا فِي ٱلۡأَرۡضِ جَمِيعٗا مَّآ أَلَّفۡتَ بَيۡنَ قُلُوبِهِمۡ وَلَٰكِنَّ ٱللَّهَ أَلَّفَ بَيۡنَهُمۡۚ إِنَّهُۥ عَزِيزٌ حَكِيمٞ ٦٣
Он сплотил их сердца. Если бы ты израсходовал все, что есть на земле, то не смог бы сплотить их сердца, однако Аллах сплотил их. Воистину, Он - Могущественный, Мудрый.
Allah sənə yardım edən möminlərin qəlblərini bir-birindən ayrı olduqdan sonra birləşdirdi. Əgər sən yer üzündə olan mal-dövlətin hamısını onların qəlblərini bir-birinə birləşdirmək üçün sərf etsəydin belə, yenə də onların qəlblərini birləşdirə bilməzdin. Lakin Uca Allah onları birləşdirdi. Həqiqətən, Allah qüdrətlidir, heç kimsə onu məğlub edə bilməz, O, işlərində, şəri hökmlərində və insanlar üçün təyin etdiyi qəza-qədərində hikmət sahibidir.
8:64Страница 185
يَٰٓأَيُّهَا ٱلنَّبِيُّ حَسۡبُكَ ٱللَّهُ وَمَنِ ٱتَّبَعَكَ مِنَ ٱلۡمُؤۡمِنِينَ ٦٤
О Пророк! Тебе и твоим верующим последователям довольно Аллаха.
Ey Peyğəmbər! Şübhəsiz ki, Allah sənə və sənin ardınca gedən möminlərə düşmənlərinin şərindən kifayət edər. Elə isə, Allah inan və Ona arxalan!
8:65Страница 185
يَٰٓأَيُّهَا ٱلنَّبِيُّ حَرِّضِ ٱلۡمُؤۡمِنِينَ عَلَى ٱلۡقِتَالِۚ إِن يَكُن مِّنكُمۡ عِشۡرُونَ صَٰبِرُونَ يَغۡلِبُواْ مِاْئَتَيۡنِۚ وَإِن يَكُن مِّنكُم مِّاْئَةٞ يَغۡلِبُوٓاْ أَلۡفٗا مِّنَ ٱلَّذِينَ كَفَرُواْ بِأَنَّهُمۡ قَوۡمٞ لَّا يَفۡقَهُونَ ٦٥
О Пророк! Вдохновляй верующих на сражение. Если будет среди вас двадцать терпеливых, то они одолеют две сотни; если же их среди вас будет сотня, то они одолеют тысячу неверующих, потому что они - люди неразумные.
Ey Peyğəmbər! Möminləri döyüşə ruhlandır. Onları kafirlərlə döyüşməyə ürəkləndir. Ey Möminlər! Əgər aranızda kafirlərlə döyüşməyə iyirmi səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr, əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən mininə qalib gələr. Çünki onlar Allahın Öz dostlarına yardım etməsini və düşmənlərini isə məhv etməsini anlamayan bir qövümdür. Onlar nə üçün döyüşdüklərini dərk etmirlər. Onlar dünya da ucalmaq, ad-sana və şan-şöhrət nail olmaq üçün döyüşürlər.
8:66Страница 185
ٱلۡـَٰٔنَ خَفَّفَ ٱللَّهُ عَنكُمۡ وَعَلِمَ أَنَّ فِيكُمۡ ضَعۡفٗاۚ فَإِن يَكُن مِّنكُم مِّاْئَةٞ صَابِرَةٞ يَغۡلِبُواْ مِاْئَتَيۡنِۚ وَإِن يَكُن مِّنكُمۡ أَلۡفٞ يَغۡلِبُوٓاْ أَلۡفَيۡنِ بِإِذۡنِ ٱللَّهِۗ وَٱللَّهُ مَعَ ٱلصَّٰبِرِينَ ٦٦
Теперь Аллах облегчил ваше бремя, ибо Ему известно, что вы слабы. Если среди вас будет сто терпеливых, то они одолеют две сотни; если же их среди вас будет тысяча, то с позволения Аллаха они одолеют две тысячи. Воистину, Аллах - с терпеливыми.
Ey möminlər! Allah sizin zəif olduğunu bildiyi üçün sizin yükünüzü yüngülləşdirdi və sizə rəhm edərək bu sayı azaltdı. Belə ki, sizdən birinin on kafirlə döyüşmək əvəzinə, iki kafirlə döyüşməyini vacib etdi. Əgər aranızda kafirlərlə döyüşməyə yüz səbirli kişi olsa, onlardan iki yüzünə qalib gələr; əgər aranızda min səbirli kişi olsa, Allahın izni ilə kafirlərdən iki mininə qalib gələr. Allah Öz köməy və yardımı ilə səbir edən möminlərlədir.
8:67Страница 185
مَا كَانَ لِنَبِيٍّ أَن يَكُونَ لَهُۥٓ أَسۡرَىٰ حَتَّىٰ يُثۡخِنَ فِي ٱلۡأَرۡضِۚ تُرِيدُونَ عَرَضَ ٱلدُّنۡيَا وَٱللَّهُ يُرِيدُ ٱلۡأٓخِرَةَۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٞ ٦٧
Не подобало Пророку брать пленных, пока он не пролил кровь на земле. Вы желаете мирских благ, но Аллах желает Последней жизни. Аллах - Могущественный, Мудрый.
Peyğəmbərə yer üzündə ona qarşı döyüşən çoxlu sayda kafir qırıb və onların bir daha Peyğəmbərlə döyüşməyə cürət edib, qəlblərinə qorxu salmayınca kafirlərdən əsir götürmək yaraşmaz. Ey Möminlər! Siz Bədrdə əsir düşmüş kimsələrdən fidyə alıb və bunun müqabilində onları sağ buraxmaqla dünya mənfəətlərini istəyirsiniz, Allah isə dinin qələbə çalması və izzətlənməsi ilə axirəti qazanmağınızı istəyir. Allah zatında, sifətlərində və məğlub etməsində yenilməz qüdrət sahibidir, kimsə Onu məğlub edə bilməz. O, insanlar üçün təyin etdiyi qəza-qədərində və qoyduğu şəri hökmlərində hikmət sahibidir.
8:68Страница 185
لَّوۡلَا كِتَٰبٞ مِّنَ ٱللَّهِ سَبَقَ لَمَسَّكُمۡ فِيمَآ أَخَذۡتُمۡ عَذَابٌ عَظِيمٞ ٦٨
Если бы не было предварительного предписания от Аллаха, то вас постигли бы великие мучения за то, что вы взяли.
Əgər qənimtlərin və əsirlərdən almağınız fidyənin Allah tərəfindən sizə hala olması əzəldən yazılmış bir hökm olmasaydı, əldə etdiyiniz qənimətin və əsirlərdən aldığınız fidyənin hala olması barədə Allah tərəfindən vəhy nazil olmadan əvvəl bu işi etdiyinizə görə sizə böyük bir əzab toxunardı.
8:69Страница 185
فَكُلُواْ مِمَّا غَنِمۡتُمۡ حَلَٰلٗا طَيِّبٗاۚ وَٱتَّقُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ ٦٩
Вкушайте то, что вы захватили дозволенным и честным путем, и бойтесь Аллаха. Воистину, Аллах - Прощающий, Милосердный.
Ey möminlər! Kafirlərdən ələ keçirdiyiniz qənimətlərdən yeyin, cünki Allah onu sizə halal etmişdir. Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Allahdan qorxu. Həqiqətən, Allah mömin qullarını bağışlayandır və onlara qarşı rəhmlidir.
8:70Страница 186
يَٰٓأَيُّهَا ٱلنَّبِيُّ قُل لِّمَن فِيٓ أَيۡدِيكُم مِّنَ ٱلۡأَسۡرَىٰٓ إِن يَعۡلَمِ ٱللَّهُ فِي قُلُوبِكُمۡ خَيۡرٗا يُؤۡتِكُمۡ خَيۡرٗا مِّمَّآ أُخِذَ مِنكُمۡ وَيَغۡفِرۡ لَكُمۡۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ ٧٠
О Пророк! Скажи пленникам, которые находятся в ваших руках: «Если Аллаху известно, что в ваших сердцах есть добро, то Он дарует вам нечто лучшее, чем отобранное у вас, и простит вас. Воистину, Аллах - Прощающий, Милосердный.
Ey Peyğəmbər! Bəbr günü əsir götürdüyünüz müşrik əsirlərə de: "Əgər Allah qəlbinizdə xeyirin, niyyətinizin isə saf olduğunu bilsə, sizdən alınan fidyədən daha xeyirlisini sizə verər, elə isə Bədr günü özünüzü əsirlikdən azad etmək üçün sizdən alınan mala görə hüzünlənməyin və üstəlik də günahlarınızı bağışlayar. Allah Ona tövbə edən qullarını bağışlayandır, onlara qarşı rəhmlidir". Artıq Allahın bu vədi Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əmisi və ondan başqa iman gətirmiş kimsələr üçün həqiqiləşmişdir.
8:71Страница 186
وَإِن يُرِيدُواْ خِيَانَتَكَ فَقَدۡ خَانُواْ ٱللَّهَ مِن قَبۡلُ فَأَمۡكَنَ مِنۡهُمۡۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ ٧١
Но если они захотят предать тебя, то ведь еще раньше они предали Аллаха, и Он отдал их во власть мусульманам. Аллах - Знающий, Мудрый.
Ey Muhamməd! Əgər onlar sənə dedikləri sözlərlə sənə xəyanət etmək istəsələr, bilin ki, onlar bundan əvvəl də Allaha xəyanət etmişdilər. Allah sənə onlara qarşı yardım etmiş, belə ki, onlardan bəziləri öldürülmüş, bəziləri isə əsir düşmüşdür. Əgər onlar yenidən sənə xəyanət etmiş olsalar bu zaman özlərindən əvvəlkilərin başına gələn müsibətin öz başlarına da gəlməsini gözləsinlər. Allah qullarına nəyin daha yaxşı olduğunu biləndir, işlərində hikmət sahibidir.
8:72Страница 186
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَهَاجَرُواْ وَجَٰهَدُواْ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡ فِي سَبِيلِ ٱللَّهِ وَٱلَّذِينَ ءَاوَواْ وَّنَصَرُوٓاْ أُوْلَٰٓئِكَ بَعۡضُهُمۡ أَوۡلِيَآءُ بَعۡضٖۚ وَٱلَّذِينَ ءَامَنُواْ وَلَمۡ يُهَاجِرُواْ مَا لَكُم مِّن وَلَٰيَتِهِم مِّن شَيۡءٍ حَتَّىٰ يُهَاجِرُواْۚ وَإِنِ ٱسۡتَنصَرُوكُمۡ فِي ٱلدِّينِ فَعَلَيۡكُمُ ٱلنَّصۡرُ إِلَّا عَلَىٰ قَوۡمِۭ بَيۡنَكُمۡ وَبَيۡنَهُم مِّيثَٰقٞۗ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ ٧٢
Воистину, те, которые уверовали, совершили переселение и сражались своим имуществом и своими жизнями на пути Аллаха, а также те, которые дали убежище мухаджирам и оказали помощь, являются помощниками и друзьями друг другу. Если же люди уверовали, но не совершили переселения, то вы не обязаны защищать их, пока они не совершат переселения. Если они попросят вас о помощи в делах религии, то вы должны помочь, если только эта помощь не направлена против народа, с которым вы заключили договор. Аллах видит то, что вы совершаете.
Həqiqətən, Allaha iman gətirənlər, Onun Rəsulunu təsdiq edənlər, onun gətirdiyi şəriətə əməl edənlər, küfür diyarından İslam diyarına və ya Allaha əmin-amanlıqla ibadət edən bir diyara hicrət edənlər və Allahın kəlməsi uca olması üçün öz malları və canları ilə cihad edən mühacirlər və onlara qonaqpərvərliklə yanaşıb, köməklik göstərən ev sahibi olan ənsarlar məhz onlar bir-birinin dostlarıdırlar. Ey Möminlər! Allaha iman gətirən, lakin küfür diyarından İslam diyarına hicrət etməyənlərə gəldikdə isə, onlar Allah yolunda hicrət etməyincə siz onları qorumağa və himayə etməyə borclu deyilsiniz. Əgər kafirlərin onlara zülüm etdiklərinə görə kafirlərə qarşı sizdən kömək istəsələr,onlara kömək etməyiniz gərəkdir. Əgər sizinlə aranızda əhd olan kafir bir qövmə qarşı özlərinə yardım etmənizi istəsələr bu zaman yardım edib onlarla bağladığınız əhdi pozmaq yalnış addımdır. Allah sizin nə etdiklərinizi görür. Etdiyiniz əməllərdən Ona heç bir şey gizli qalmaz. Allah dünya da ikən gördüyünüz əməllərin müqabilini sizə verəcəkdir.
8:73Страница 186
وَٱلَّذِينَ كَفَرُواْ بَعۡضُهُمۡ أَوۡلِيَآءُ بَعۡضٍۚ إِلَّا تَفۡعَلُوهُ تَكُن فِتۡنَةٞ فِي ٱلۡأَرۡضِ وَفَسَادٞ كَبِيرٞ ٧٣
Неверующие являются помощниками и друзьями друг другу. И если вы не будете поступать таким образом (если верующие не будут помощниками и друзьями друг другу), то на земле возникнут смута и великое беззаконие.
Allaha küfür edənlərin hamısı eyni bir dindədirlər. Onlar bir-birinlərinin dostdurlar. Mömin kimsə kafirləri əsla özünə dost tuta bilməz. Əgər siz möminləri özünüzə dost tutmasanız, kafirləri düşmən bilməsəniz, bu zaman möminlər din qardaşlarından kömək görmədikləri üçün onlara böyük bir fitnə olar və onlar yer üzündə Allahın dininin yayılmasına mane olduqları üçün fitnə-fəsad baş verər.
8:74Страница 186
وَٱلَّذِينَ ءَامَنُواْ وَهَاجَرُواْ وَجَٰهَدُواْ فِي سَبِيلِ ٱللَّهِ وَٱلَّذِينَ ءَاوَواْ وَّنَصَرُوٓاْ أُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُؤۡمِنُونَ حَقّٗاۚ لَّهُم مَّغۡفِرَةٞ وَرِزۡقٞ كَرِيمٞ ٧٤
Те, которые уверовали, совершили переселение и сражались на пути Аллаха, а также те, которые дали убежище и оказали им помощь, являются истинно верующими. Им уготованы прощение и щедрый удел.
Allaha iman gətirənlər, Onun yolunda hicrət edənlər və Allah üçün hicrət edənlərə sığınacaq verib, köməklik göstərənlər – məhz onlar sözün həqiqi məhasında Allaha iman gətirən möminlərdir. Onlar üçün Allahdan günahlarının bağışlanması, bolluca ruzi və cənnət vardır.
8:75Страница 186
وَٱلَّذِينَ ءَامَنُواْ مِنۢ بَعۡدُ وَهَاجَرُواْ وَجَٰهَدُواْ مَعَكُمۡ فَأُوْلَٰٓئِكَ مِنكُمۡۚ وَأُوْلُواْ ٱلۡأَرۡحَامِ بَعۡضُهُمۡ أَوۡلَىٰ بِبَعۡضٖ فِي كِتَٰبِ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمُۢ ٧٥
Те, которые уверовали впоследствии, совершили переселение и сражались вместе с вами, являются одними из вас. Однако родственники ближе друг к другу. Таково предписание Аллаха. Воистину, Аллах ведает о всякой вещи.
Ey möminlər! Mühacir və ənsarlardan sonra İslamı qəbul edənlər və daha sonra küfür diyarından İslam diyarına hicrət edib, kafirlərin kəlməsi alçaq, Allahın kəlməsi isə uca olması üçün cihad edənlər də sizdəndirlər. Onlar da sizilə eyni bərəbər hüquqlara malikdirlər, sizə vacib olanlar onlarada vacib edilmişdir. Qohumlar Allahın hökmünə görə İslamın əvvəllərində olduğu kimi iman və hicrətə görə bir-birilərinə varis olmağa daha yaxındırlar. Həqiqətən, Allah hər şeyi bilir. Ona heç bir şey gizli qalmaz. O, qullarına nəyin daha faydalı olduğunu əvvəlcədən bilib onu da qanun etmişdir.
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии