Аль-Мухтасар · Тафсир · на азербайджанском
الشرح
Аш-Шарх
Раскрытие · Мекканская · 8 аятов
Biz sənin köksünü açdıq və sənə vəhyin nazil edilməsini sevdirdik.
Sənin keçmiş günahlarını bağışladıq və sənin cahiliyyət dövrünün ağır günlərində yaşadıqlarının təqsirlərindən keçdik.
O günah yükü səni o qədər yormuşdu ki, az qala sənin belini sındıracaqdı.
Sənin ad-sanını (şan-şöhrətini) ucaltdıq. Artıq sənin adın azan və iqamə verildikdə, habelə, başqa məqamlarda zikr edilir.
Həqiqətən də, çətinlik və sıxıntının ardından asanlıq və genişlik gəlir.
Şübhəsiz ki, çətinlik və sıxıntının ardından asanlıq və genişlik gəlir. Əgər bunu bilsən, artıq qövmünün sənə verdiyi əziyyətlər səni qorxutmayacaq və səni (insanları) Allahın yoluna dəvət etməkdən yayındırmayacaq.
94:7Страница 596
فَإِذَا فَرَغۡتَ فَٱنصَبۡ ٧
Посему, как только освободишься, будь деятелен (как только освободишься от мирских дел, усердно поклоняйся Аллаху, или как только завершишь намаз, усердно взывай к Аллаху с молитвами)
(Dünyəvi) işlərini bitirib onlara son verdikdə, Rəbbinə ibadət etmək üçün ayağa qalx!
Sən öz istəyini və öz məqsədini yalnız Allaha yönəlt!
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии