Al-MukhtasarAl‑Fatihah · 1:1–7

Al-Mukhtasar · Tafsir · in Azerbaijani

الفاتحة

Al-Fatihah

The Opener · Meccan · 7 ayahs

1:1Page 1

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ ١

In the name of Allāh,1 the Entirely Merciful, the Especially Merciful.2

Quranı oxumağa Uca Allahın adını zikr etməklə Ondan yardım və xeyir-bərəkət umaraq başlayıram. Bismilləh ər-Rəhman ər-Rəhim sözü özündə Allahın üç gözəl adını ehtiva etmişdir. Bu adlar: 1- «Allah» yəni: İbadətə haqqlı olan. Bu ad Uca Allahın yalnız Ona məxsus olan adıdır və Allah Subhənəhudan başqası bu ad ilə adlanmaz. 2- «ər-Rəhman» yəni: Allah geniş rəhmət sahibidir və Allah hər bir zaman rəhimlidir. 3- «ər-Rəhim» yəni: Allahın rəhməti qullarına yetişər və Allah mömin qulları ilə yanaşı yaratdıqlarından istədiyinə rəhməti ilə mərhəmət edir.

1:2Page 1

ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ ٢

[All] praise is [due] to Allāh, Lord1 of the worlds -

Allah hər bir şeyin Rəbbi, xaliqi və idarə edicisi olduğu üçün, uca və kamil sifətlərinə aid olan həmd sənaların hər bir növü başqasına deyil, yalnız Ona məxsusdur. Ayədə zikr edilən «aləmun» yəni, «aləmlər», sözü ərəbcə «aləm» sözünün cəm formasıdır. Kainatda Uca Allahdan başqa olan hər bir şey aləmdir.

1:3Page 1

ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ ٣

The Entirely Merciful, the Especially Merciful,

Əvvəlki ayədə qeyd edilən Allaha tərifdən sonda, Uca Allaha həmd sənadır.

1:4Page 1

مَٰلِكِ يَوۡمِ ٱلدِّينِ ٤

Sovereign of the Day of Recompense.1

Uca Allahı qiyamət gününün hər bir şeyinə sahib olması ilə tərif etməkdir. Şan-şöhrət yalnız Ona məxsusdur, çünki O gün heç kəs heç kəsə fayda verə bilməz. "Yovmud-din" yəni, Haqq-hesab və cəza (qiyamət) gününün sahibi.

1:5Page 1

إِيَّاكَ نَعۡبُدُ وَإِيَّاكَ نَسۡتَعِينُ ٥

It is You we worship and You we ask for help.

İbadət və itaətin bütün növlərini yalnız tək Sənə edir, başqasını Sənə şərik qoşmur və hər bir işimizdə tək Səndən yardım diləyirik. Çünki bütün xeyirlər Sənin əlindədir və Səndən başqa yardım edən yoxdur.

1:6Page 1

ٱهۡدِنَا ٱلصِّرَٰطَ ٱلۡمُسۡتَقِيمَ ٦

Guide us to the straight path -

Bizi doğru (düz) yola yönəlt, bizə bu yolla getməyi, bu yolda sabit olmağı müvəffəq et və hidayəitimizi artır. Ayədə deyilən "əs-Sirat əl-mustəqim" sözü heç bir əyriliyi olmayan açıq-aydın yol mənasını bildirir. Bu yol Allahın Muhammədi (sallallahu aleyhi və səlləm) göndərdiyi İslam yoldur.

1:7Page 1

صِرَٰطَ ٱلَّذِينَ أَنۡعَمۡتَ عَلَيۡهِمۡ غَيۡرِ ٱلۡمَغۡضُوبِ عَلَيۡهِمۡ وَلَا ٱلضَّآلِّينَ ٧

The path of those upon whom You have bestowed favor, not of those who have earned [Your] anger or of those who are astray.

Bizi hidayət neməti bəxş etdiyin Peyğəmbərlər, Siddqlər, Şəhidlər və Saleh qulların yoluna yönəlt. Onlar necə də gözəl yoldaşlardır! Yəhudilər kimi haqqı bilib ondan üz çevirərək qəzəbə düçar olmuşların və nasranilər kimi haqqı araşdırmaqdan üz çevrən azğınların yoluna yönəltmə.

Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences

Contents

Ayat al-Kursi36Al-Kahfpage 42juz 15Bukhari 1Muslim 2999

Style

Theme
Text size
Layout

Читать на русском