Al-Mukhtasar · Tafsir · in Azerbaijani
An-Nahl 16:69–128
16:69Page 274
ثُمَّ كُلِي مِن كُلِّ ٱلثَّمَرَٰتِ فَٱسۡلُكِي سُبُلَ رَبِّكِ ذُلُلٗاۚ يَخۡرُجُ مِنۢ بُطُونِهَا شَرَابٞ مُّخۡتَلِفٌ أَلۡوَٰنُهُۥ فِيهِ شِفَآءٞ لِّلنَّاسِۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ ٦٩
Then eat from all the fruits1 and follow the ways of your Lord laid down [for you]." There emerges from their bellies a drink, varying in colors, in which there is healing for people. Indeed in that is a sign for a people who give thought.
Sonra istədiyin hər bir meyvədən ye və Rəbbinin sənə ilham edərək qayıtmasını asanlaşdırdığı yollarla qayıt get!" Bu arıların qarınlarından xəstəliklərin müalicəsi, tərkibində insanlar üçün şəfa olan ağ, sarı və s. müxtəlif rəngli ballar çıxar. Həqiqətən, Rəbbinin bu arıya ilham etməsində və arıların qarınlarından çıxan balda, bunları düşünən bir qövm üçün Allahın qüdrətinə və Onun məxluqatın işlərini idarə etməsinə dair dəlillər vardır. Çünki düşünüb ibrət alan elə məhz onlardır.
16:70Page 274
وَٱللَّهُ خَلَقَكُمۡ ثُمَّ يَتَوَفَّىٰكُمۡۚ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰٓ أَرۡذَلِ ٱلۡعُمُرِ لِكَيۡ لَا يَعۡلَمَ بَعۡدَ عِلۡمٖ شَيۡـًٔاۚ إِنَّ ٱللَّهَ عَلِيمٞ قَدِيرٞ ٧٠
And Allāh created you; then He will take you in death. And among you is he who is reversed to the most decrepit [old] age so that he will not know, after [having had] knowledge, a thing. Indeed, Allāh is Knowing and Competent.
Uca Allah sizi, daha öncə belə bir yaradılış olmadan yoxdan var etdi. Sonra da əcəliniz yetişdikdə, O, sizi öldürəcək. Allah sizlərdən bəzilərinin ömrünü, ömrün ən pis çağınadək, bildiyi şeylərdən heç birini xatırlamadığı, qocalıq çağına qədər uzadacaq. Şübhəsiz ki, Allah hər şeyi biləndir. Qullarının əməllərindən Ona heç bir şey gizli qalmaz. O, hər şeyə qadirdir. Heç bir şey Onu aciz edə bilməz!
16:71Page 274
وَٱللَّهُ فَضَّلَ بَعۡضَكُمۡ عَلَىٰ بَعۡضٖ فِي ٱلرِّزۡقِۚ فَمَا ٱلَّذِينَ فُضِّلُواْ بِرَآدِّي رِزۡقِهِمۡ عَلَىٰ مَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ فَهُمۡ فِيهِ سَوَآءٌۚ أَفَبِنِعۡمَةِ ٱللَّهِ يَجۡحَدُونَ ٧١
And Allāh has favored some of you over others in provision. But those who were favored [i.e., given more] would not hand over their provision to those whom their right hands possess [i.e., slaves] so they would be equal to them therein.1 Then is it the favor of Allāh they reject?
Uca Allah sizlərə bəxş etdiyi ruzidə bəzilərinizi digərlərinizdən üstün etmişdir. O, sizlərdən bəzilərini zəngin, bəzilərini yoxsul, bəzilərini ağa, bəzilərini də qul etmişdir. Allahın ruzi baxımından üstün etdiyi kimsələr, sahib olduqları sərvətlərdən, əlləri altında olan qullarının özləri ilə eyni səviyyədə olmaları üçün onlara öz mal-dövlətlərindən verməzlərmi? Elə isə onlar qullarının öz mal-dövlətlərinə şərik olub, özləri ilə eyni bir səviyyədə olmalarına razı olmadıqları bir halda, uca Allahın Öz qullarından Onun şəriki olmasına necə razı ola bilərlər?! Bu necə bir zülmdür. Allahın nemətlərinə qarşı olan hansı nankorluq bundan da daha böyükdür?!
16:72Page 274
وَٱللَّهُ جَعَلَ لَكُم مِّنۡ أَنفُسِكُمۡ أَزۡوَٰجٗا وَجَعَلَ لَكُم مِّنۡ أَزۡوَٰجِكُم بَنِينَ وَحَفَدَةٗ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَٰتِۚ أَفَبِٱلۡبَٰطِلِ يُؤۡمِنُونَ وَبِنِعۡمَتِ ٱللَّهِ هُمۡ يَكۡفُرُونَ ٧٢
And Allāh has made for you from yourselves mates and has made for you from your mates sons and grandchildren and has provided for you from the good things. Then in falsehood do they believe and in the favor of Allāh they disbelieve?
Ey İnsanlar! Uca Allah sizin üçün özünüzdən bir-birinizə alışıb, ünsiyyət qurduğunuz zövcələr yaratdı. Zövcələrinizdən də sizin üçün övladlar, nəvələr və nəticələr yaratdı. Sizə ət, dənli bitkilər, meyvələr və s. yeyiləcək pak ruzilər verdik. Bundan sonra siz batil bütlərəmi inanırsınız?! Uca Allahın sizə bəxş etdiyi saysız-hesabsız nemətlərini inkar edib, tək Allaha iman edərək Ona şükür etmirsiniz?!
16:73Page 275
وَيَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَمۡلِكُ لَهُمۡ رِزۡقٗا مِّنَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ شَيۡـٔٗا وَلَا يَسۡتَطِيعُونَ ٧٣
And they worship besides Allāh that which does not possess for them [the power of] provision from the heavens and the earth at all, and [in fact], they are unable.
Müşriklər Allahı buraxıb onlara göylərdən və yerdən ruzi verməyə gücləri çatmayan bütlərə ibadət edirlər. O bütlər əsla buna sahib ola bilməzlər. Çünki onlar yaşamayan və ətrafındakıları eşidib görməyən cansız bir varlıqlardır.
16:74Page 275
فَلَا تَضۡرِبُواْ لِلَّهِ ٱلۡأَمۡثَالَۚ إِنَّ ٱللَّهَ يَعۡلَمُ وَأَنتُمۡ لَا تَعۡلَمُونَ ٧٤
So do not assert similarities to Allāh.1 Indeed, Allāh knows and you do not know.
Ey İnsanlar! Fayda və zərər verməyə qadir olmayan bu bütləri Allaha oxşatmayın. Uca Allahın oxşarı yoxdur. Elə isə ibadətdə Ona heç bir şeyi şərik qoşmayın. Həqiqətən, Allah Özünün sahib olduğu Cəlal və Kamil sifətlərini bilir, siz isə bunları layiqincə bilməzsiniz. Bu üzdən Ona şərik qoşur və Onun bütlərinizə bənzər olduğunu idda edirsiniz!
16:75Page 275
۞ ضَرَبَ ٱللَّهُ مَثَلًا عَبۡدٗا مَّمۡلُوكٗا لَّا يَقۡدِرُ عَلَىٰ شَيۡءٖ وَمَن رَّزَقۡنَٰهُ مِنَّا رِزۡقًا حَسَنٗا فَهُوَ يُنفِقُ مِنۡهُ سِرّٗا وَجَهۡرًاۖ هَلۡ يَسۡتَوُۥنَۚ ٱلۡحَمۡدُ لِلَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ ٧٥
Allāh presents an example: a slave [who is] owned and unable to do a thing and he to whom We have provided from Us good provision, so he spends from it secretly and publicly. Can they be equal? Praise to Allāh! But most of them do not know.
Uca Allah müşriklərin iddalarına cavab olaraq, xərcləməyə heç bir şeyi omayan, hərəkət etməkdən aciz olan bir qul ilə Öz dərgahımızdan özünə mal-dövlət bəxş etdiyimiz, o da ona verilən mal-dövlətdən gizli və aşkar, istədiyi kimi xərcləyən azad bir insanı nümunə olması üçün məsəl çəkdi. Bu iki kişinin məsəli əsla eyni ola bilməz. Elə isə hər bir şeyə malik olan və mülkündə istədiyini edən Allahla, heç bir şeyə qadir olmayan, hər bir şeydən aciz olan bütləri necə eyni səviyyədə tutursunuz? Həmd-səna və bütün təriflər, yalnız həmd-sənaya və bütün təriflərə layiq olan Allaha məxsusdur. Lakin müşriklərin çoxu Allahın vəhdaniyyətində tək olduğunu və yalnız Onun ibadət edilməyə haqqlı olduğunu bilməzlər!
16:76Page 275
وَضَرَبَ ٱللَّهُ مَثَلٗا رَّجُلَيۡنِ أَحَدُهُمَآ أَبۡكَمُ لَا يَقۡدِرُ عَلَىٰ شَيۡءٖ وَهُوَ كَلٌّ عَلَىٰ مَوۡلَىٰهُ أَيۡنَمَا يُوَجِّههُّ لَا يَأۡتِ بِخَيۡرٍ هَلۡ يَسۡتَوِي هُوَ وَمَن يَأۡمُرُ بِٱلۡعَدۡلِ وَهُوَ عَلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ٧٦
And Allāh presents an example of two men, one of them dumb and unable to do a thing, while he is a burden to his guardian. Wherever he directs him, he brings no good. Is he equal to one who commands justice, while he is on a straight path?
Uca Allah müşriklərin iddialarına başqa bir məsəl çəkməklədə cavab vermişdir, bu məsəl iki kişi barəsində məsəl çəkdi; onlardan biri laldır, eşitməz, danışmaz və heç bir şey anlamaz. Kar və lal olduğu üçün özünə və başqalarına fayda verməkdən aciz qalmış bir kimsədir. Bu insan onun qayğısına qalan və ona görə məsuliyyət daşıyan kimsələr üçün üzərlərində ağır bir yükdür. Onu hara yollasa, xeyirlə qayıtmaz və istədiyini əldə edə bilməz. Məgər halı belə olan bir kimsə, eşidən, görən, danışan, başqalarına fayda verən, özü doğru yolda olub insanlara ədalətli işlər görməyi əmr edən bir kimsə ilə eyni bir səviyyədə ola bilərmi? Ey Müşriklər! Elə isə Cəlal və Kamil sifətlərə sahib olan Uca Allahı, eşitməyən, danışmayan, fayad verməyən və zərəri aradan qaldıra bilməyən bütlərinizi necə tay tutursunuz?!
16:77Page 275
وَلِلَّهِ غَيۡبُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَمَآ أَمۡرُ ٱلسَّاعَةِ إِلَّا كَلَمۡحِ ٱلۡبَصَرِ أَوۡ هُوَ أَقۡرَبُۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ٧٧
And to Allāh belongs the unseen [aspects] of the heavens and the earth. And the command for the Hour is not but as a glance of the eye or even nearer. Indeed, Allāh is over all things competent.
Göylərdə və yerdə qizli qalan bütün işlərin elmi yalnız Uca Allaha aiddir. Bütün bunların elmi heç bir məxluqda deyil, yalnız Uca Allahdadır. Allaha məxsus sirlərdən biridə, Qiyamət saatının Allahın istədiyi vaxt sürətli bir şəkilə hətta gözü qırpıb açmaqdan da daha tez bir zamanda gəlməsidir. Əksinə, qiyamətin qopma saatı bundan da daha yaxındır. Həqiqətən, Allah hər şeyə qadirdir. Onu heç bir şey aciz edə bilməz. O, bir işin olmasını istədikdə ona yalnız: "Ol" deyər, oda dərhal olar!
16:78Page 275
وَٱللَّهُ أَخۡرَجَكُم مِّنۢ بُطُونِ أُمَّهَٰتِكُمۡ لَا تَعۡلَمُونَ شَيۡـٔٗا وَجَعَلَ لَكُمُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَٱلۡأَفۡـِٔدَةَ لَعَلَّكُمۡ تَشۡكُرُونَ ٧٨
And Allāh has extracted you from the wombs of your mothers not knowing a thing, and He made for you hearing and vision and hearts [i.e., intellect] that perhaps you would be grateful.
Ey İnsanlar! Allah sizi hamiləlik müddəti sona yetişdikdən sonra analarınızın bətnindən heç nə anlamayan körpə olaraq çıxartdı. Allahın sizə bəxş etdiyi nemətlərinə şükür edəsiniz deyə, eşitməniz üçün sizə qulaq, görə bilməniz üçün göz və başa düşüb, dərk etməniz üçün sizə ürək verdi!
16:79Page 275
أَلَمۡ يَرَوۡاْ إِلَى ٱلطَّيۡرِ مُسَخَّرَٰتٖ فِي جَوِّ ٱلسَّمَآءِ مَا يُمۡسِكُهُنَّ إِلَّا ٱللَّهُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ ٧٩
Do they not see the birds controlled in the atmosphere of the sky? None holds them up except Allāh. Indeed in that are signs for a people who believe.
Məgər müşriklər, Allahın quşlara iki qanad verib, onların havada uça bilməsi üçün havanı münasib bir vəziyyətə gətirdiyini, onlara havada ikən qanadlarını necə açıb bağlamağı və havada istədikləri kimi uça bilmələrini öyrətdiyini görmürlərmi?! Onları havadan yerə düşmədən göydə saxlayan ancaq qadir olan Allahdır. Həqiqətən, quşların uça bilməsi üçün onların yerə düşmədən göy üzündə saxlanılmasında Allaha iman gətirən insanlar üçün dəlillər vardır. Çünki bu dəlillərdən və öyüd-nəsihətdən yalnız onlar faydalanarlar!
16:80Page 276
وَٱللَّهُ جَعَلَ لَكُم مِّنۢ بُيُوتِكُمۡ سَكَنٗا وَجَعَلَ لَكُم مِّن جُلُودِ ٱلۡأَنۡعَٰمِ بُيُوتٗا تَسۡتَخِفُّونَهَا يَوۡمَ ظَعۡنِكُمۡ وَيَوۡمَ إِقَامَتِكُمۡ وَمِنۡ أَصۡوَافِهَا وَأَوۡبَارِهَا وَأَشۡعَارِهَآ أَثَٰثٗا وَمَتَٰعًا إِلَىٰ حِينٖ ٨٠
And Allāh has made for you from your homes a place of rest and made for you from the hides of the animals tents which you find light on your day of travel and your day of encampment; and from their wool, fur and hair is furnishing and enjoyment [i.e., provision] for a time.
Uca Allah daşlardan və başqa şeylərdən düzəltdiyiniz evlərinizdə sizə rahatlıq verdi. Sizlər üçün dəvə, inək və qoyun dərilərindən, şəhərdəki evlər kimi, çöllərdə qurulan çadırlar və evlər etdi. Səfərdə ikən dərilərdən qurduğunuz bu evləri bir tərəfdən başqa bir tərəfə aparmaq və istədiyiniz vaxtı bu evləri qurub dağıtmaq sizə çoz rahat gəlir. Ustəlik də sizin üçün qoyunun yunundan, dəvənin tükündən və keçinin qılından müəyyən vaxta qədər istifadə edəcəyiniz ev əşyaları, geyib, örtük və başqa şeylər düzəltdi.
16:81Page 276
وَٱللَّهُ جَعَلَ لَكُم مِّمَّا خَلَقَ ظِلَٰلٗا وَجَعَلَ لَكُم مِّنَ ٱلۡجِبَالِ أَكۡنَٰنٗا وَجَعَلَ لَكُمۡ سَرَٰبِيلَ تَقِيكُمُ ٱلۡحَرَّ وَسَرَٰبِيلَ تَقِيكُم بَأۡسَكُمۡۚ كَذَٰلِكَ يُتِمُّ نِعۡمَتَهُۥ عَلَيۡكُمۡ لَعَلَّكُمۡ تُسۡلِمُونَ ٨١
And Allāh has made for you, from that which He has created, shadows [i.e., shade] and has made for you from the mountains, shelters and has made for you garments which protect you from the heat and garments [i.e., coats of mail] which protect you from your [enemy in] battle. Thus does He complete His favor upon you that you might submit [to Him].
Uca Allah günəşin hərarətindən qorunub, kölgələnəsiz deyə, ağaclardan və binalardan sizin üçün kölgələr əmələ gətirdi. Dağlarda sizin üçün soyuqdan, istidən və düşməndən qorunub mühafizə olunasız deyə, mağaralar, kahalar və sığınacaqlar saldı. Sizə soyuqdan və istidən qorunmaq üçün yun, kətan, pambıq paltarlar və döyüş zamanı sizi bir-birinizin zərbələrindən qoruyan və silahın təsiri cisminizə nüfuz etməsinə mane olan zirehli geyimlər verdi. Uca Allah bu nemətləri sizə bəxş etdiyi kimi, daima sizə olan nemətlərini tamamlayır ki, bəlkə Alllaha heç bir şeyi şərik qoşmadan, tək Ona ibadət edəsiniz!
16:82Page 276
فَإِن تَوَلَّوۡاْ فَإِنَّمَا عَلَيۡكَ ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ ٨٢
But if they turn away, [O Muḥammad] - then only upon you is [responsibility for] clear notification.
Ey Peyğəmbər! Əgər onlar imandan və sənin gətirdiyin dini təsdiq etməkdən üz çevirsələr, bil ki, sənin vəzifən ancaq təbliğ etməklə əmr olunduğun şeyləri aşıq-aydın şəkildə təbliğ etməkdən başqa bir şey deyildir. Onları hidayətə qovuşdurmaq sənin işin deyil.
16:83Page 276
يَعۡرِفُونَ نِعۡمَتَ ٱللَّهِ ثُمَّ يُنكِرُونَهَا وَأَكۡثَرُهُمُ ٱلۡكَٰفِرُونَ ٨٣
They recognize the favor of Allāh; then they deny it. And most of them are disbelievers.
Müşriklər, Allahın onlara bəxş etdiyi nemətləri bilirlər. Bu nemətlərdən biri də Allahın onlara Muhəmmədi (sallallahu aleyhi və səlləm) peyğəmbər göndərməsidir. Amma onlar bu nemətlərə şükür etməyərək, peyğəmbəri (sallallahu aleyhi və səlləm) yalnçı hesab edərək Allahın onlara bəxş etdiyi nemətlərinə nankorluq edirlər. Onların çoxu Allahı nemətlərini inkar edir.
16:84Page 276
وَيَوۡمَ نَبۡعَثُ مِن كُلِّ أُمَّةٖ شَهِيدٗا ثُمَّ لَا يُؤۡذَنُ لِلَّذِينَ كَفَرُواْ وَلَا هُمۡ يُسۡتَعۡتَبُونَ ٨٤
And [mention] the Day when We will resurrect from every nation a witness [i.e., their prophet]. Then it will not be permitted to the disbelievers [to apologize or make excuses], nor will they be asked to appease [Allāh].
Ey Peyğəmbər! Uca Allahın hər bir qövmdən iman edənlərin imanına, küfür edənlərində küfürlərinə şahidlik etmək üçün göndərdiyi peyğəmbərləri şahid gətirəcəyi günü xatırla. Bundan sonra kafirlərə etdikləri günahlara görə üzrxahlıq etməyə və bir daha dünyaya qayıdıb Rəbbini razı salacaq əməllər etmələrinə izin verilməyəcəkdir. Axirət yurdu, əməl etmək yurdu deyil, haqq-hesab yurdudur.
16:85Page 276
وَإِذَا رَءَا ٱلَّذِينَ ظَلَمُواْ ٱلۡعَذَابَ فَلَا يُخَفَّفُ عَنۡهُمۡ وَلَا هُمۡ يُنظَرُونَ ٨٥
And when those who wronged see the punishment, it will not be lightened for them, nor will they be reprieved.
Zalımlar və müşriklər əzabı öz gözləri ilə gördükdə, artıq onlardan əzab nə yüngülləşdiriləcək, nə də əzabı gecikdirmək üçün onlara möhlət veriləcəkdir. Əksinə onlar Cəhənnəmə əzab içində əbədi qalmaq üzrə daxil olacaqlar.
16:86Page 276
وَإِذَا رَءَا ٱلَّذِينَ أَشۡرَكُواْ شُرَكَآءَهُمۡ قَالُواْ رَبَّنَا هَٰٓؤُلَآءِ شُرَكَآؤُنَا ٱلَّذِينَ كُنَّا نَدۡعُواْ مِن دُونِكَۖ فَأَلۡقَوۡاْ إِلَيۡهِمُ ٱلۡقَوۡلَ إِنَّكُمۡ لَكَٰذِبُونَ ٨٦
And when those who associated others with Allāh see their "partners," they will say, "Our Lord, these are our partners [to You] whom we used to invoke [in worship] besides You." But they will throw at them the statement, "Indeed, you are liars."
Müşriklər axirətdə, Allahdan başqa ibadət etdikləri bütlərini görüncə, öz günahlarını onların üzərinə yüklənməsi üçün belə deyəcəklər: "Ey Rəbbimiz! Bunlar bizim Səndən başqa ibadət etdiyimiz şəriklərimizdir!". Bu zaman Allah onların ibadət etdikləri bütləri dilə gətirib danışdıracaq və bütlər dünyada ikən onlara ibadət edənlərə: "Ey Müşriklər! Siz Allaha şərik qoşaraq etdiyiniz ibadətlərinizdə yalançısınız, çünki Allahdan başqasına ibaət edilməsi üçün Onun heç bir şəriki yoxdur!" – deyə cavab qaytaracaqlar.
16:87Page 276
وَأَلۡقَوۡاْ إِلَى ٱللَّهِ يَوۡمَئِذٍ ٱلسَّلَمَۖ وَضَلَّ عَنۡهُم مَّا كَانُواْ يَفۡتَرُونَ ٨٧
And they will impart to Allāh that Day [their] submission, and lost from them is what they used to invent.
O gün müşriklər, Allaha boyun əyərək təslim olacaqlar və bütlərinin də özlərinə Allah qatında şəfaətçiləri olacaqları iddaları puca olub, yoxa çıxacaqdır.
16:88Page 277
ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ زِدۡنَٰهُمۡ عَذَابٗا فَوۡقَ ٱلۡعَذَابِ بِمَا كَانُواْ يُفۡسِدُونَ ٨٨
Those who disbelieved and averted [others] from the way of Allāh - We will increase them in punishment over [their] punishment for what corruption they were causing.
Uca Allaha küfür edib, başqalarını da Allah yolundan azdıranlara, törətdikləri fitnə-fəsadlarının və başqalarını azdırmalarının səbəbi ilə etdikləri küfür əməllərinə görə layiq olduqları əzablarının üstündən bir əzab da artıracağıq.
16:89Page 277
وَيَوۡمَ نَبۡعَثُ فِي كُلِّ أُمَّةٖ شَهِيدًا عَلَيۡهِم مِّنۡ أَنفُسِهِمۡۖ وَجِئۡنَا بِكَ شَهِيدًا عَلَىٰ هَٰٓؤُلَآءِۚ وَنَزَّلۡنَا عَلَيۡكَ ٱلۡكِتَٰبَ تِبۡيَٰنٗا لِّكُلِّ شَيۡءٖ وَهُدٗى وَرَحۡمَةٗ وَبُشۡرَىٰ لِلۡمُسۡلِمِينَ ٨٩
And [mention] the Day when We will resurrect among every nation a witness over them from themselves [i.e., their prophet]. And We will bring you, [O Muḥammad], as a witness over these [i.e., your nation]. And We have sent down to you the Book as clarification for all things and as guidance and mercy and good tidings for the Muslims.1
Ey Peyğəmbər! Hər ümmətə, onlara küfr və ya iman üzərində olub-olmadıqlarını şahidlik edən bir peyğəmbər göndərəcəyimiz günü xatırla. Bu peyğəmbər onlar kimi bir bəşər övladından olub, onların danışdıqları dilində danışacaqdır. Ey Peyğəmbər! Biz səni bütün ümmətlərə şahidlik etmək üçün gətirdik. Halal və haram, savab və günah olan və bunlardan başqa təfsilata ehtiyacı olan hər bir şeyi izah etmən üçün sənə Quranı nazilı etdik. Biz bu kitabı, insanları haqqa yönəltmək üçün nazil etdik. Biz onu, ona iman edərək, onunla əməl edənlərə bir rəhmər olması və əbədi olan nemətləri arzu edərək, Allaha iman edən möminlərə bir müjdə olması üçün nazil etdik.
16:90Page 277
۞ إِنَّ ٱللَّهَ يَأۡمُرُ بِٱلۡعَدۡلِ وَٱلۡإِحۡسَٰنِ وَإِيتَآيِٕ ذِي ٱلۡقُرۡبَىٰ وَيَنۡهَىٰ عَنِ ٱلۡفَحۡشَآءِ وَٱلۡمُنكَرِ وَٱلۡبَغۡيِۚ يَعِظُكُمۡ لَعَلَّكُمۡ تَذَكَّرُونَ ٩٠
Indeed, Allāh orders justice and good conduct and giving [help] to relatives and forbids immorality and bad conduct and oppression. He admonishes you that perhaps you will be reminded.
Şübhəsiz ki, Allah insanlara, Allahın və insanların haqlarını verməyi, üstün tutmağı tələb edən amillər müstəsna olmaqla, verilən hökmlərdə heç bir kimsəni digərindən üstün tutmayaraq ədalətli olmağı, Allah yolunda xərcləmək və zalimi əfv etmək kimi edilməsi çətin olmayan yaxşı işləri əmr etməyi və qohumların ehtiyacı olduqları şeyi onlara verməyi əmr etməyi, əmr edir, pis sözlər söyləməyi, zina kimi çirkin əməlləri və şəriətin çəkindirdiyi hər bir günah və iyrənc işlər görməyi qadağan edir. Uca Allah zülüm etməyi və insanlara qarşı təkəbbürlük etməyi qadağan edir. Uca Allah bu ayədə sizə əmr edib, qadağan etdiyi şeylərdən ibrət almanız üçün sizə öyüd-nəsihət verir!
16:91Page 277
وَأَوۡفُواْ بِعَهۡدِ ٱللَّهِ إِذَا عَٰهَدتُّمۡ وَلَا تَنقُضُواْ ٱلۡأَيۡمَٰنَ بَعۡدَ تَوۡكِيدِهَا وَقَدۡ جَعَلۡتُمُ ٱللَّهَ عَلَيۡكُمۡ كَفِيلًاۚ إِنَّ ٱللَّهَ يَعۡلَمُ مَا تَفۡعَلُونَ ٩١
And fulfill the covenant of Allāh when you have taken it, [O believers], and do not break oaths after their confirmation while you have made Allāh, over you, a security [i.e., witness]. Indeed, Allāh knows what you do.
Allaha və insanlara verdiyiniz bütün vədlərə sadiq olun, Allah adına möhkəm and içdikdən sonra andlarınızı əsla pozmayın. Çünki siz verdiyiniz sözə vəfalı olacağınıza dair Allahı özünüzə şahid etmisiniz. Şübhəsiz ki, Allah sizin etdiyinizi hər bir şeyi bilir. Bunların heç biri Ona gizli qalmaz. O, etdiyiniz əməllərin qarşılığını verəcəkdir.
16:92Page 277
وَلَا تَكُونُواْ كَٱلَّتِي نَقَضَتۡ غَزۡلَهَا مِنۢ بَعۡدِ قُوَّةٍ أَنكَٰثٗا تَتَّخِذُونَ أَيۡمَٰنَكُمۡ دَخَلَۢا بَيۡنَكُمۡ أَن تَكُونَ أُمَّةٌ هِيَ أَرۡبَىٰ مِنۡ أُمَّةٍۚ إِنَّمَا يَبۡلُوكُمُ ٱللَّهُ بِهِۦۚ وَلَيُبَيِّنَنَّ لَكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ مَا كُنتُمۡ فِيهِ تَخۡتَلِفُونَ ٩٢
And do not be like she who untwisted her spun thread after it was strong [by] taking your oaths as [means of] deceit between you because one community is more plentiful [in number or wealth] than another community.1 Allāh only tries you thereby. And He will surely make clear to you on the Day of Resurrection that over which you used to differ.
İpliyini, yununu möhkəm əyirdikdən sonra onu açıb sökərək, əvvəlki halına gətirməkdə yorulan axmaq bir qadın kimi, verdiyiniz əhdləri pozaraq yüngül ağıllı, səfeh kimsələr kimi olmayın. Bu qadın ipini, yununu əyirmək də və onu açıb sökmək də yorulub əldən düşsə də, sonda istədiyinə nail ola bilmədi. Camaatınızın, düşmən camaatından sayca və malca daha çox olması üçün andlarınızı aranızda hiylə vasitəsinə çevirirsiniz. Şübhəsiz ki, Allah bununla, verdiyiniz vədlərə vəfalı olmanız üçün sizləri sınağa çəkir. Görsün görək siz verdiyiniz vədlərə sadiq olacaqsınız, yoxsa onları pozacaqsınız? Allah qiyamət günü, dünyada ikən ixtilafda olduğunuz şeyləri açıqlayacaq, kimin haqqlı, kimin haqqsız, kimin sadıq və kimin də yalançı olduğunu bəyan edəcəkir.
16:93Page 277
وَلَوۡ شَآءَ ٱللَّهُ لَجَعَلَكُمۡ أُمَّةٗ وَٰحِدَةٗ وَلَٰكِن يُضِلُّ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۚ وَلَتُسۡـَٔلُنَّ عَمَّا كُنتُمۡ تَعۡمَلُونَ ٩٣
And if Allāh had willed, He could have made you [of] one religion, but He sends astray whom He wills and guides whom He wills.1 And you will surely be questioned about what you used to do.
Əgər Allah istəsəydi, sizi haqq üzərində birləşən, vahid bir ümmət edərdi. Lakin Uca Allah istədiyini, haqdan və verdiyi vədlərə vəfalı olmaqdan məhrum edərək, Öz ədaləti ilə azdırır və istədiyini də Öz lütfü ilə doğru yola müvəffəq edir. Siz Qiyamət günü dünyada ikən etdiyiniz əməllərə görə mütləq sorğu-sual olunacaqsınız.
16:94Page 278
وَلَا تَتَّخِذُوٓاْ أَيۡمَٰنَكُمۡ دَخَلَۢا بَيۡنَكُمۡ فَتَزِلَّ قَدَمُۢ بَعۡدَ ثُبُوتِهَا وَتَذُوقُواْ ٱلسُّوٓءَ بِمَا صَدَدتُّمۡ عَن سَبِيلِ ٱللَّهِ وَلَكُمۡ عَذَابٌ عَظِيمٞ ٩٤
And do not take your oaths as [means of] deceit between you, lest a foot slip after it was [once] firm, and you would taste evil [in this world] for what [people] you diverted from the way of Allāh,1 and you would have [in the Hereafter] a great punishment.
Andlarınızı nəfsinizin istəyinə tabe olub, istədiyiniz zaman pozub, istədiyiniz zaman da ona vəfalı olaraq, öz aranızda bir-birinizə qarşı hiylə vasitəsinə çevirməyin. Əgər siz belə etsəniz, ayağınız doğru yolda möhkəm dayanmış ikən sürüşər, sonra həm özünüzü həm də ki, insanları Allah yolundan azdırdığınıza görə əzabı dadarsınız. Sizin üçün axirətdə də daha böyük bir əzab vardır.
16:95Page 278
وَلَا تَشۡتَرُواْ بِعَهۡدِ ٱللَّهِ ثَمَنٗا قَلِيلًاۚ إِنَّمَا عِندَ ٱللَّهِ هُوَ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ ٩٥
And do not exchange the covenant of Allāh for a small price. Indeed, what is with Allāh is best for you, if only you could know.
Allahla bağladığınız əhdi pozaraq ona vəfalı olmayıb, onu ucuz bir dünya malına dəyişməyin. Bilin ki, Allah yanında, sizin üçün dünyada olan zəfər, qənimətlər və axirətdə olan daimi nemətlər əhdinizi pozub əldə etdiyiniz ucuz bir dünya malından daha xeyirlidir.
16:96Page 278
مَا عِندَكُمۡ يَنفَدُ وَمَا عِندَ ٱللَّهِ بَاقٖۗ وَلَنَجۡزِيَنَّ ٱلَّذِينَ صَبَرُوٓاْ أَجۡرَهُم بِأَحۡسَنِ مَا كَانُواْ يَعۡمَلُونَ ٩٦
Whatever you have will end, but what Allāh has is lasting. And We will surely give those who were patient their reward according to the best of what they used to do.
Ey İnsanlar! Sahib olduğunuz mal-dövlət, naz-nemətlər nə qədər çox olsa da tükənəcək, Allah yanında olan mükafat isə daim qalacaqdır. Elə isə onlar, fani olanı, necə əbədi qalandan üstün tuturlar? Əhdlərində səbirli olub onları pozmayanlara, etdikləri yaxşı əməllərin mükafatını verəcəyik. Onlara, hər bir yaxşı əməlin qarşılığı olaraq, etdiyi yaxşı əməlin on mislindən, yeddi yüz mislinə qədər hətta bundan da daha çox qarşılığı veriləcəkdir!
16:97Page 278
مَنۡ عَمِلَ صَٰلِحٗا مِّن ذَكَرٍ أَوۡ أُنثَىٰ وَهُوَ مُؤۡمِنٞ فَلَنُحۡيِيَنَّهُۥ حَيَوٰةٗ طَيِّبَةٗۖ وَلَنَجۡزِيَنَّهُمۡ أَجۡرَهُم بِأَحۡسَنِ مَا كَانُواْ يَعۡمَلُونَ ٩٧
Whoever does righteousness, whether male or female, while he is a believer - We will surely cause him to live a good life, and We will surely give them their reward [in the Hereafter] according to the best of what they used to do.
Allaha iman edərək, şəriətə müvafiq əməl edən hər bir kişi və qadına, etdikləri əməllərin müqabili olaraq dünyada ikən onlar üçün Allahın qədərinə qane və razı olub, yaxşı əməllərə müvəffəq olmaq kimi gözəl bir həyat bəxş edəcəyik. O kimsələri axirətdə, dünyada gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafatla mükafatlandıracağıq.
16:98Page 278
فَإِذَا قَرَأۡتَ ٱلۡقُرۡءَانَ فَٱسۡتَعِذۡ بِٱللَّهِ مِنَ ٱلشَّيۡطَٰنِ ٱلرَّجِيمِ ٩٨
So when you recite the Qur’ān, [first] seek refuge in Allāh from Satan, the expelled [from His mercy].
Ey Mömin! Quran oxuduqda, Uca Allahdan, səni, Allahın rəhmətindən qovulmuş şeytanın vəsvəsələrindən qorumasını istə!
16:99Page 278
إِنَّهُۥ لَيۡسَ لَهُۥ سُلۡطَٰنٌ عَلَى ٱلَّذِينَ ءَامَنُواْ وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ ٩٩
Indeed, there is for him no authority over those who have believed and rely upon their Lord.
Şübhəsiz ki, şeytanın, Allaha iman gətirib bütün işlərində yalnız tək Rəbbinə təvəkkül edən və Ona güvənənlər üzərində heç bir hökmranlığı yoxdur!
16:100Page 278
إِنَّمَا سُلۡطَٰنُهُۥ عَلَى ٱلَّذِينَ يَتَوَلَّوۡنَهُۥ وَٱلَّذِينَ هُم بِهِۦ مُشۡرِكُونَ ١٠٠
His authority is only over those who take him as an ally and those who through him associate others with Allāh.
Onun hakimiyyəti yalnız vəsvəsə verməklə onu özünə dost tutanlar və azğınlıqda ona tabe olanlar, üstəlik, onları azdırdığına görə Allahdan başqasına ibadət edərək Ona şərik qoşanlar üzərində ola bilər!
16:101Page 278
وَإِذَا بَدَّلۡنَآ ءَايَةٗ مَّكَانَ ءَايَةٖ وَٱللَّهُ أَعۡلَمُ بِمَا يُنَزِّلُ قَالُوٓاْ إِنَّمَآ أَنتَ مُفۡتَرِۭۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ ١٠١
And when We substitute a verse in place of a verse - and Allāh is most knowing of what He sends down - they say, "You, [O Muḥammad], are but an inventor [of lies]." But most of them do not know.
Biz Quranda bir ayənin hökmünü başqa bir ayə ilə nəsx etdikdə -uca Allah müəyyən bir hikmət üçün hansı ayəni Qurandan nəsx edib, hansınıda nəxs etməyini daha yaxşı bilir - Kafirlər Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Ey Mühamməd! Sən ancaq Allah adından yalan uydurub, özündən danışan bir iftiraçısan!" – deyirlər. Xeyr! Onların çoxu uca Allah bir ayənin hökmünü qüsursuz, ilahi bir hikmətdən örtü nəsx etdiyini bilməz!
16:102Page 278
قُلۡ نَزَّلَهُۥ رُوحُ ٱلۡقُدُسِ مِن رَّبِّكَ بِٱلۡحَقِّ لِيُثَبِّتَ ٱلَّذِينَ ءَامَنُواْ وَهُدٗى وَبُشۡرَىٰ لِلۡمُسۡلِمِينَ ١٠٢
Say, [O Muḥammad], "The Pure Spirit [i.e., Gabriel] has brought it down from your Lord in truth to make firm those who believe and as guidance and good tidings to the Muslims."
Ey Peyğəmbər! Onlara belə de: "Cəbrail – aleyhissəlam – bu Quranı uca Allah yanından heç bir xəta, dəyişiklik və təhrif olmadan, Allaha iman gətirənlərin hər dəfə yeni bir ayə nazil edildikdə və bəzi ayələri nəsx etdikdə imanlarının sabitqədəm olması, müsəlmanlara doğru yol göstəricisi və onlara böyük bir savabla müjdə olsun deyə gerçək olaraq nazil etmişdir!"
16:103Page 279
وَلَقَدۡ نَعۡلَمُ أَنَّهُمۡ يَقُولُونَ إِنَّمَا يُعَلِّمُهُۥ بَشَرٞۗ لِّسَانُ ٱلَّذِي يُلۡحِدُونَ إِلَيۡهِ أَعۡجَمِيّٞ وَهَٰذَا لِسَانٌ عَرَبِيّٞ مُّبِينٌ ١٠٣
And We certainly know that they say, "It is only a human being who teaches him [i.e., the Prophet (ﷺ)]." The tongue of the one they refer to is foreign,1 and this [recitation, i.e., Qur’ān] is [in] a clear Arabic language.
Biz müşriklərin: "Quranı Muhammədə (sallallahu aleyhi və səlləm) bir insan öyrədir!" – dediklərini bilirik. Halbuki onlar ortaya atdıqları bu iddialarında yalançıdırlar. Peyğəmbərə Quranı öyrətdiyini istinad etdikləri şəxsin dili əcnəbi dildir. Bu Quran isə açıq-aydın, bəlağətli və fəsahətli ərəb dilində nazil edilmişdir. Axı belə olduğu təqdirdə, onlar, Peyğəmbərə (sallallahu aleyhi və səlləm) Quranı bir əcnəbi öyrətdiyini necə iddia edirlər?!
16:104Page 279
إِنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِـَٔايَٰتِ ٱللَّهِ لَا يَهۡدِيهِمُ ٱللَّهُ وَلَهُمۡ عَذَابٌ أَلِيمٌ ١٠٤
Indeed, those who do not believe in the verses of Allāh - Allāh will not guide them, and for them is a painful punishment.
Uca Allahın ayələrinin Allah yanından nazil edilməsinə inanmayanlar bu əməllərində israrlı olduğu müddətcə, əlbəttə ki, Allah onları doğru yola müvəffəq etməyəcəkdir. Onlar Allaha küfr edib, Onun ayələrini yalan saydıqlarına görə onlar üçün ağrılı-acılı bir əzab vardır!
16:105Page 279
إِنَّمَا يَفۡتَرِي ٱلۡكَذِبَ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِـَٔايَٰتِ ٱللَّهِۖ وَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡكَٰذِبُونَ ١٠٥
They only invent falsehood who do not believe in the verses of Allāh, and it is those who are the liars.
Muhəmməd (sallallahu aleyhi və səlləm) Rəbbindən sizə gətirdiyi dində əsla yalanı danışmır. Yalanı uyduranlar Allahın ayələrini təsdiq etməyən kimsələrdir. Çünki onlar Allahın əzabından qorxmayan və Onun mükafatına ümüd bəsləməyən kimsələrdir. Küfrlə vəsf edilən bu kimsələr sözün həqiqi mənasında kafir olanlardır. Çünki yalan söyləmək artıq onların adətinə çevrilişdir.
16:106Page 279
مَن كَفَرَ بِٱللَّهِ مِنۢ بَعۡدِ إِيمَٰنِهِۦٓ إِلَّا مَنۡ أُكۡرِهَ وَقَلۡبُهُۥ مُطۡمَئِنُّۢ بِٱلۡإِيمَٰنِ وَلَٰكِن مَّن شَرَحَ بِٱلۡكُفۡرِ صَدۡرٗا فَعَلَيۡهِمۡ غَضَبٞ مِّنَ ٱللَّهِ وَلَهُمۡ عَذَابٌ عَظِيمٞ ١٠٦
Whoever disbelieves in [i.e., denies] Allāh after his belief...1 except for one who is forced [to renounce his religion] while his heart is secure in faith. But those who [willingly] open their breasts to disbelief, upon them is wrath from Allāh, and for them is a great punishment;
Allaha küfr etmək məcburiyyəti qarşısında qalaraq, qəlbi imanla sabit olduğu halda, dili ilə küfr sözünü söyləməyə məcbur edilən və qəlbindəndə onu təsdiqləməyən kəslər müstəsna olmaqla, kim Allaha iman gətirdikdən sonra qəlbini küfrə açaraq, öz ixtiyarı ilə Allaha küfr etməyi seçib, küfr sözünü söyləyərsə, o, mürtəd olub, İslamdan çıxar və Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır!
16:107Page 279
ذَٰلِكَ بِأَنَّهُمُ ٱسۡتَحَبُّواْ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا عَلَى ٱلۡأٓخِرَةِ وَأَنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡكَٰفِرِينَ ١٠٧
That is because they preferred the worldly life over the Hereafter and that Allāh does not guide the disbelieving people.
Onların mürtəd olub İslam dinindən çıxma səbəbi, Allaha qarşı etdikləri küfrə əvəz olaraq fani dünya həyatında əldə etdikləri keçici dünya malını axirət həyatından üstün tutduqlarına görədir. Həqiqətən, Allah, kafir qövmü doğru yola müvəffəq etməz, əksinə onları rəzil və rüsvay edər!
16:108Page 279
أُوْلَٰٓئِكَ ٱلَّذِينَ طَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمۡ وَسَمۡعِهِمۡ وَأَبۡصَٰرِهِمۡۖ وَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡغَٰفِلُونَ ١٠٨
Those are the ones over whose hearts and hearing and vision Allāh has sealed, and it is those who are the heedless.
İman etdikdən sonra İslamdan dönüb mürtəd olanlar, Allahın, qəlblərini, qulaqlarını və gözlərini möhürlədiyi kimsələrdir ki, onlar öyüd-nəsihət anlamaz, haqqı eşidib ondan faydalanmaz və Allaha iman etməyə dəlalət edən açıq-aydın möcüzələri görüb iman gətirməzlər. Məhz belə kimsələr, xoşbəxtlik və səadət səbəblərindən və Allahın onlar üçün hazırladığı əzabdan əsl qafil olan kimsələrdir!
16:109Page 279
لَا جَرَمَ أَنَّهُمۡ فِي ٱلۡأٓخِرَةِ هُمُ ٱلۡخَٰسِرُونَ ١٠٩
Assuredly, it is they, in the Hereafter, who will be the losers.
Həqiqətən, onlar, iman etdikdən sonra kafir olduqlarına görə, özlərinə zərər verərək Qiyamət günü ən çox ziyana uğrayan kimsələrdir! Əgər onlar imanlarında sabitqədəm olsaydılar, Cənnətə daxil olardılar!
16:110Page 279
ثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ هَاجَرُواْ مِنۢ بَعۡدِ مَا فُتِنُواْ ثُمَّ جَٰهَدُواْ وَصَبَرُوٓاْ إِنَّ رَبَّكَ مِنۢ بَعۡدِهَا لَغَفُورٞ رَّحِيمٞ ١١٠
Then, indeed your Lord, to those who emigrated after they had been compelled [to say words of disbelief] and thereafter fought [for the cause of Allāh] and were patient - indeed, your Lord, after that, is Forgiving and Merciful
Ey Peyğəmbər! Qəlbləri imanla arxayın olduğu halda küfr sözünü söyləyincəyə qədər müşriklərin işgəncəsinə məruz qalıb, onlar tərəfindən dinlərində imtahan edildikdən sonra Məkkədən Mədinəyə hicrət edən zülmə məruz qalan zəyif müsəlmanlara qarşı Rəbbin bağışlayan və rəhimilidir. Bu kimsələr, Allahın kəlməsi uca, kafirlərin kəlməsi isə alçaq olması üçün Allah yolunda cihad edən və bu yolda məşəqqətlərə səbir edən kimsələrdir. Həqiqətən, Rəbbin onlara edilən bu zülmdən və küfr kəlməsini söyləyincəyə qədər özlərinə verilən əzab-əziyyətdən sonra onları bağışlayar və onlara mərhəmət edər. Çünki onlar küfr sözünü əzab-əziyyətə və işgəncəyə məruz qaldıqları üçün söyləmişdilər!
16:111Page 280
۞ يَوۡمَ تَأۡتِي كُلُّ نَفۡسٖ تُجَٰدِلُ عَن نَّفۡسِهَا وَتُوَفَّىٰ كُلُّ نَفۡسٖ مَّا عَمِلَتۡ وَهُمۡ لَا يُظۡلَمُونَ ١١١
On the Day when every soul will come disputing [i.e., pleading] for itself, and every soul will be fully compensated for what it did, and they will not be wronged [i.e., treated unjustly].
Ey Peyğəmbər! Qiyamətin dəhşətindən hər bir kəsin başqasını deyil yalnız öz canını qurtarmaq üçün çalışacağı bir günü xatırla. O gün hər kəsə etdiyi xeyir və şər əməllərin əvəzi tam veriləcək və onlara etdikləri yaxşı əməllərini naqis edilməklə və ya etdikləri günahları artırmaqla zülm edilməyəcəkdir!
16:112Page 280
وَضَرَبَ ٱللَّهُ مَثَلٗا قَرۡيَةٗ كَانَتۡ ءَامِنَةٗ مُّطۡمَئِنَّةٗ يَأۡتِيهَا رِزۡقُهَا رَغَدٗا مِّن كُلِّ مَكَانٖ فَكَفَرَتۡ بِأَنۡعُمِ ٱللَّهِ فَأَذَٰقَهَا ٱللَّهُ لِبَاسَ ٱلۡجُوعِ وَٱلۡخَوۡفِ بِمَا كَانُواْ يَصۡنَعُونَ ١١٢
And Allāh presents an example: a city [i.e., Makkah] which was safe and secure, its provision coming to it in abundance from every location, but it denied the favors of Allāh. So Allāh made it taste the envelopment of hunger and fear for what they had been doing.
Uca Allah sizə, əhalisi əmin-amanlıq içində yaşayan, heç bir kimsədən qorxmayan, çevrələrindəki adamlar qamarlanıb götürüldüyü, əsir alındığı, öldürüldüyü, qarət edildiyi halda, özləri isə təhlükəsizlik içərisində yaşayan, ruzisi hər bir tərəfdən rahat və məşəqqətsiz gələn bir diyarı - Məkkəni - məsəl çəkir. Bu diyarın əhalisi Allahın onlara bəxş etdiyi nemətlərə nankaorluq edib, buna görə Allaha şükür etmədilər. Allah da onların yalan sayıb, küfür etdiklərinə cəza olaraq onları şiddətli aclıq və qorxu libasına bürüdü.
16:113Page 280
وَلَقَدۡ جَآءَهُمۡ رَسُولٞ مِّنۡهُمۡ فَكَذَّبُوهُ فَأَخَذَهُمُ ٱلۡعَذَابُ وَهُمۡ ظَٰلِمُونَ ١١٣
And there had certainly come to them a Messenger from among themselves, but they denied him; so punishment overtook them while they were wrongdoers.
Artıq Məkkə xalqına öz içərilərindən sadiqliyinə və dürüst bir insan olduğuna yaxşı bələd olduqları bir peyğəmbər gəldi. Bu, Muhəmməd peyğəmbərdir (sallallahu aleyhi və səlləm). Lakin onlar, Rəbbindən ona nazil edilən ayələri yalan saydılar. Bu səbəbdən Allah onlara acılq və qorxu əzabı göndərdi. Onlar isə Allaha şərik qoşmaq və peyğəmbəri yalançı saymaqla nəfslərini həlaka sürükləyərək, özlərinə zülm etdilər.
16:114Page 280
فَكُلُواْ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ حَلَٰلٗا طَيِّبٗا وَٱشۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ إِن كُنتُمۡ إِيَّاهُ تَعۡبُدُونَ ١١٤
Then eat of what Allāh has provided for you [which is] lawful and good. And be grateful for the favor of Allāh, if it is [indeed] Him that you worship.
Ey Allahın qulları! Allahın sizə ruzi olaraq verdiyi, xoşunuza gələn halal ruzilərdən yeyin. Əgər tək Allaha ibadət eidb və Ona heç bir şeyi şərik qoşmursunuzsa, Allahın sizə bəxş etdiyi bu nemətlərini məhz Uca Allahın bəxş etdiyini etiraf edib və bunları Allahın sevib və razı qaldığı işlərə sərf etməklə bu nemətlərə görə Uca Allah şükür edin!
16:115Page 280
إِنَّمَا حَرَّمَ عَلَيۡكُمُ ٱلۡمَيۡتَةَ وَٱلدَّمَ وَلَحۡمَ ٱلۡخِنزِيرِ وَمَآ أُهِلَّ لِغَيۡرِ ٱللَّهِ بِهِۦۖ فَمَنِ ٱضۡطُرَّ غَيۡرَ بَاغٖ وَلَا عَادٖ فَإِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ ١١٥
He has only forbidden to you dead animals,1 blood, the flesh of swine, and that which has been dedicated to other than Allāh. But whoever is forced [by necessity], neither desiring [it] nor transgressing [its limit] - then indeed, Allāh is Forgiving and Merciful.
Uca Allah sizə yeyiləcək şeylərdən, kəsilmədən ölən heyvanları, axar qanı, hər bir parçası ilə donuz ətini və Allahdan başqası üçün qurban kəsilən heyvanların ətindən yeməyi haram etmişdir. Uca Allah bütün bunlar firavan və bolluq vaxtlarda haram etdi. Amma kim çarəsizlikdən, məcburiyyət qarşısında qalsa, zikir edilən bu harama iştah salmadan və həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər bunlardan yesə, ona heç bir günah olmaz. Həqiqətən Allah günahları bağışlayandır. Məcburiyyət qarşısında qalıb haramdan yediyi üçün Allah ona əzab verməz, əksinə, onu bağışlayar. Uca Allah zərurət halında haram olan bir şeyi yeməyi mübah etməklə, Öz qullarına qarşı mərhəmət etmişdir!
16:116Page 280
وَلَا تَقُولُواْ لِمَا تَصِفُ أَلۡسِنَتُكُمُ ٱلۡكَذِبَ هَٰذَا حَلَٰلٞ وَهَٰذَا حَرَامٞ لِّتَفۡتَرُواْ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَۚ إِنَّ ٱلَّذِينَ يَفۡتَرُونَ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَ لَا يُفۡلِحُونَ ١١٦
And do not say about what your tongues assert of untruth, "This is lawful and this is unlawful," to invent falsehood about Allāh. Indeed, those who invent falsehood about Allāh will not succeed.
Ey Müşriklər! Allah adından yalan uydurmaq məqsədi ilə haram buyrulmayan şeyləri haram edərək, ya halal buyrulmayan şeyləri də halal edərək, Allah haqqında dilinizin uydurduğu yalanlarla əsasən: "Bu halal bir şeydir, bu isə haram bir şeydır!" – deməyin. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar istədiklərinə nail ola bilməz, qorxduqları şeydən də canlarını qurtara bilməzlər!
16:117Page 280
مَتَٰعٞ قَلِيلٞ وَلَهُمۡ عَذَابٌ أَلِيمٞ ١١٧
[It is but] a brief enjoyment, and they will have a painful punishment.
Dünyada ikən şəhvətlərinin qulu olduqları səbəbindən onlar üçün bu həyatda alçaq və az dünya malı vardır, Qiyamət günü isə onları ağrılı-acılı bir əzab gözləyir.
16:118Page 280
وَعَلَى ٱلَّذِينَ هَادُواْ حَرَّمۡنَا مَا قَصَصۡنَا عَلَيۡكَ مِن قَبۡلُۖ وَمَا ظَلَمۡنَٰهُمۡ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ ١١٨
And to those who are Jews We have prohibited that which We related to you before.1 And We did not wrong them [thereby], but they were wronging themselves.
Sənə, əl-Ənam surəsi: 146 cı ayədə xəbər verdiyimiz şeylərin eynisini daha öncə xüsusilə yəhudilərə haram etmişdik. Biz bunları haram etməklə onlara zülm etmədik, lakin onlar qadağan olunan əməlləri edərək özləri özlərinə zülm edirdilər. Biz də onların azğınlıqlarına görə cəzalandırdıq və onlara cəza olaraq bunları haram etdik.
16:119Page 281
ثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ عَمِلُواْ ٱلسُّوٓءَ بِجَهَٰلَةٖ ثُمَّ تَابُواْ مِنۢ بَعۡدِ ذَٰلِكَ وَأَصۡلَحُوٓاْ إِنَّ رَبَّكَ مِنۢ بَعۡدِهَا لَغَفُورٞ رَّحِيمٌ ١١٩
Then, indeed your Lord, to those who have done wrong out of ignorance and then repent after that and correct themselves - indeed, your Lord, thereafter, is Forgiving and Merciful.
Ey Peyğəmbər! Şübhəsiz ki, Rəbbin, bilmədiklərindən dolayı, hətta qəsdən olsa da, günah iş görən və günah iş gördükdən sonra Allaha tövbə edib, etdiyi pis əməllərini islah edənləri, əlbəttə ki, Rəbbin onların tövbəsindən sonra güahlarını bağışlayar və onlara rəhm edər!
16:120Page 281
إِنَّ إِبۡرَٰهِيمَ كَانَ أُمَّةٗ قَانِتٗا لِّلَّهِ حَنِيفٗا وَلَمۡ يَكُ مِنَ ٱلۡمُشۡرِكِينَ ١٢٠
Indeed, Abraham was a [comprehensive] leader,1 devoutly obedient to Allāh, inclining toward truth, and he was not of those who associate others with Allāh.
Həqiqətən, İbrahim - aleyhissəlam - bütün yaxşı cəhətləri, gözəl xüsusiyyətləri özündə cəmləşdirən, davamlı olaraq Rəbbinə ibadət və itaət edən, bütün dinlərdən üz çevirib yalnız İslama yönələn və heç bir zaman müşriklərdən olmayan bir kimsə idi.
16:121Page 281
شَاكِرٗا لِّأَنۡعُمِهِۚ ٱجۡتَبَىٰهُ وَهَدَىٰهُ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ١٢١
[He was] grateful for His favors. He [i.e., Allāh] chose him and guided him to a straight path.
O, Allahın ona bəxş etdiyi nemətlərinə şükür edən idi. Uca Allah onu peyğəmbərlik üçün seçdi və onu haqq olan İslam dininə yönəltdi.
16:122Page 281
وَءَاتَيۡنَٰهُ فِي ٱلدُّنۡيَا حَسَنَةٗۖ وَإِنَّهُۥ فِي ٱلۡأٓخِرَةِ لَمِنَ ٱلصَّٰلِحِينَ ١٢٢
And We gave him good in this world, and indeed, in the Hereafter he will be among the righteous.
Biz ona dünyada peyğəmbərlik, gözəl tərif və saleh övlad verdik. Əlbəttə, axirətdə də o, uca Allahın onlar üçün Cənnətdə yüksək dərəcələr hazırladığı əməlisaleh kimsələrdəndir!
16:123Page 281
ثُمَّ أَوۡحَيۡنَآ إِلَيۡكَ أَنِ ٱتَّبِعۡ مِلَّةَ إِبۡرَٰهِيمَ حَنِيفٗاۖ وَمَا كَانَ مِنَ ٱلۡمُشۡرِكِينَ ١٢٣
Then We revealed to you, [O Muḥammad], to follow the religion of Abraham, inclining toward truth; and he was not of those who associate with Allāh.
Ey Peyğəmbər! Bundan sonra Biz sənə, tək Allaha ibadət etməkdə, müşriklərdən uzaq olmaqda, Allaha dəvət etməkdə və Onun şəriətinə əməl edib, bütün dinlərdən üz çevirib yalnız İslam dininə yönəlməkdə İbrahimin dininə tabe olmağı vəhy etdik. O, müşriklərin iddia etdikləri kimi heç vaxt müşrik bir kimsə olmadı, əksinə, o, tək Allaha ibadət edən bir kimsə idi.
16:124Page 281
إِنَّمَا جُعِلَ ٱلسَّبۡتُ عَلَى ٱلَّذِينَ ٱخۡتَلَفُواْ فِيهِۚ وَإِنَّ رَبَّكَ لَيَحۡكُمُ بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ ١٢٤
The sabbath was only appointed for those who differed over it. And indeed, your Lord will judge between them on the Day of Resurrection concerning that over which they used to differ.
Şənbə günü təzim etmək ancaq o günün barəsində ixtilafa düşən yəhudilərə fərz edilmişdir. Belə ki, yəhudilər Allahın onlara cümə gününü ibadətlə keçirmək əmrinə laqeyid yanaşdıqdan sonra Allah onlara şənbə gününü ibadətlə keçirmlərini əmr etdi. Ey Peyğəmbər! şübhəsiz ki, Rəbbin Qiyamət günü, dünyada ikən ixtilafa düşdükləri şey barəsində onların arasında hökm verəcək və hər bir kimsəyə layiq olduğu mukafatı verəcəkdir.
16:125Page 281
ٱدۡعُ إِلَىٰ سَبِيلِ رَبِّكَ بِٱلۡحِكۡمَةِ وَٱلۡمَوۡعِظَةِ ٱلۡحَسَنَةِۖ وَجَٰدِلۡهُم بِٱلَّتِي هِيَ أَحۡسَنُۚ إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعۡلَمُ بِٱلۡمُهۡتَدِينَ ١٢٥
Invite to the way of your Lord with wisdom and good instruction, and argue with them in a way that is best. Indeed, your Lord is most knowing of who has strayed from His way, and He is most knowing of who is [rightly] guided.
Ey Peyğəmbər! Sən və sənə tabe olan möminlər, insanları İslam dininə dəvət edərkən dəvət edilən kimsənini başa düşmə tərzini, anlamasını, qəbul etməsini nəzərə alaraq, onları İslama təşviq edib, Allahın əzabından qorxudaraq və onlarla ən gözəl tərzdə mübahisə edərək Allahın dininə dəvət edin. Sənin vəzifən insanlara hidayət bəxş etmək deyil, sənin vəzifən yalnız insanlara təbliğ etməkdir. Şübhəsiz ki, Rəbbin İslam dinindən dönənləri də, İslam dininə meyil edənləri də yaxşı biləndir. Elə isə onların haqq yoldan azmalarına görə özünü üzüb həlak etmə!
16:126Page 281
وَإِنۡ عَاقَبۡتُمۡ فَعَاقِبُواْ بِمِثۡلِ مَا عُوقِبۡتُم بِهِۦۖ وَلَئِن صَبَرۡتُمۡ لَهُوَ خَيۡرٞ لِّلصَّٰبِرِينَ ١٢٦
And if you punish [an enemy, O believers], punish with an equivalent of that with which you were harmed.1 But if you are patient - it is better for those who are patient.
Əgər düşməninizi cəzalandırmaq istəsəniz, sizə nə cəza verilibsə, siz də ona eynilə, cəzaya heç bir ziyadə etmədən, həmin cəzanı verin. Əgər cəza verməyə qadir olduğunuz bir halda, səbir edib, onu cəzalandırmaqdan vaz keçsəniz, bu, səbir edən kimsələr üçün sizə cəza verəni cəzalandırıb intiqam almaqdan daha xeyirlidir.
16:127Page 281
وَٱصۡبِرۡ وَمَا صَبۡرُكَ إِلَّا بِٱللَّهِۚ وَلَا تَحۡزَنۡ عَلَيۡهِمۡ وَلَا تَكُ فِي ضَيۡقٖ مِّمَّا يَمۡكُرُونَ ١٢٧
And be patient, [O Muḥammad], and your patience is not but through Allāh. And do not grieve over them and do not be in distress over what they conspire.
Ey Peyğəmbər! Səbir et! Onlardan sənə isabət edən əziyətlərə səbirli ol, sənin, onların əziyyətlərinə səbir etməyin yalnız Allahın izni ilə mümkündür. Kafirlərin səndən üz çevirməsinə görə əsla üzülmə və onların sənə qarşı qurduqları hiylələrdən ötrü də qəlbini sıxıb, kədərlənmə!
16:128Page 281
إِنَّ ٱللَّهَ مَعَ ٱلَّذِينَ ٱتَّقَواْ وَّٱلَّذِينَ هُم مُّحۡسِنُونَ ١٢٨
Indeed, Allāh is with those who fear Him and those who are doers of good.
Həqiqətən də Uca Allah, günahları tərk edərək Ondan qorxanlarla, itaət əməllər edərək yaxşı işlər görənlərlə və Onun əmrlərini yerinə yetirənlərlə Öz yardımı və dəstəyi ilə birgədir.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences