Al-MukhtasarAl‑Isra · 17:68–111

Al-Mukhtasar · Tafsir · in Azerbaijani

Al-Isra 17:68–111

17:68Page 289

أَفَأَمِنتُمۡ أَن يَخۡسِفَ بِكُمۡ جَانِبَ ٱلۡبَرِّ أَوۡ يُرۡسِلَ عَلَيۡكُمۡ حَاصِبٗا ثُمَّ لَا تَجِدُواْ لَكُمۡ وَكِيلًا ٦٨

Then do you feel secure that [instead] He will not cause a part of the land to swallow you or send against you a storm of stones? Then you would not find for yourselves an advocate.

Ey Müşriklər! Yoxsa Allah sizi dənizdə batmaq təhlükəsindən xilas etdikdən sonra sizi quruda yerə batır­ma­yacağına, yaxud da Lut qövmünə etdiyi kimi səmadan üstü­nü­zə daş-kəsək yağdırmayacağına əminsiniz? Bundan son­ra nə sizi bu fəlakətdən qo­ru­yan tapılar, nə də ki, yardım edən bir yardımçı.

17:69Page 289

أَمۡ أَمِنتُمۡ أَن يُعِيدَكُمۡ فِيهِ تَارَةً أُخۡرَىٰ فَيُرۡسِلَ عَلَيۡكُمۡ قَاصِفٗا مِّنَ ٱلرِّيحِ فَيُغۡرِقَكُم بِمَا كَفَرۡتُمۡ ثُمَّ لَا تَجِدُواْ لَكُمۡ عَلَيۡنَا بِهِۦ تَبِيعٗا ٦٩

Or do you feel secure that He will not send you back into it [i.e., the sea] another time and send upon you a hurricane of wind and drown you for what you denied?1 Then you would not find for yourselves against Us an avenger.2

Yoxsa Allahın sizi bir daha də­ni­zə qay­ta­rıb üstünüzə şiddətli külək gön­dər­məyə­cə­yinə və sizi ilk dəfə fəlakətdən xilas etdikdən sonra Allahın nemətlərinə nankorluq etdiyinizə görə sizi dənizdə ba­tır­ma­ya­ca­ğı­ndan əminsiniz? Son­ra sizə yardım etmək üçün buna görə Biz­dən inti­qam almağı tələb edən bir nə­fər be­lə tapa bil­məz­siniz.

17:70Page 289

۞ وَلَقَدۡ كَرَّمۡنَا بَنِيٓ ءَادَمَ وَحَمَلۡنَٰهُمۡ فِي ٱلۡبَرِّ وَٱلۡبَحۡرِ وَرَزَقۡنَٰهُم مِّنَ ٱلطَّيِّبَٰتِ وَفَضَّلۡنَٰهُمۡ عَلَىٰ كَثِيرٖ مِّمَّنۡ خَلَقۡنَا تَفۡضِيلٗا ٧٠

And We have certainly honored the children of Adam and carried them on the land and sea and provided for them of the good things and preferred them over much of what We have created, with [definite] preference.

Biz Adəm züriyyətinə ağıl neməti verərək, mələkləri atalarına səcdə etdirərək və s. bu kimi başqa üstünlüklərlə hör­mətli etdik, onları quruda daşıyacaq heyvanları, minikləri və də­niz­də də gəmiləri onlar üçün ram etdik, on­lara pak yeyəcək, içəcək, qadınlarla nikah bağlamaq və başqa bu kimi nemətlər bəxş etdik. Allahın onlara bəxş etdiyi nemətlərə şükür etmələri üçün, Biz onları ya­rat­dıq­larımızın ço­xun­dan üstün etdik.

17:71Page 289

يَوۡمَ نَدۡعُواْ كُلَّ أُنَاسِۭ بِإِمَٰمِهِمۡۖ فَمَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ فَأُوْلَٰٓئِكَ يَقۡرَءُونَ كِتَٰبَهُمۡ وَلَا يُظۡلَمُونَ فَتِيلٗا ٧١

[Mention, O Muḥammad], the Day We will call forth every people with their record [of deeds].1 Then whoever is given his record in his right hand - those will read their records, and injustice will not be done to them, [even] as much as a thread [inside the date seed].

Ey Peyğəmbər! Hər bir insan toplumunu dünyada ardınca getdikləri baş­çı­la­rı ilə birlikdə çağıra­cağımız günü xatırla. Kimlərin əməl dəftəri sağ əlinə verilərsə, onlar kitab­la­rını sevinclə oxu­yacaq və savabları xurma çəyirdə­yinin üzərində olan ip qədər azda olsa belə savablarını naqis edərək onlara zülm edilmə­yə­cəkdir.

17:72Page 289

وَمَن كَانَ فِي هَٰذِهِۦٓ أَعۡمَىٰ فَهُوَ فِي ٱلۡأٓخِرَةِ أَعۡمَىٰ وَأَضَلُّ سَبِيلٗا ٧٢

And whoever is blind1 in this [life] will be blind in the Hereafter and more astray in way.

Kimin qəlbi bu dünya həyatında haqqı qəbul edib, ona boyun əyməkdən kor olarsa, axi­rət­də isə o bundan daha şiddətli kor olacaq. Bu kimsə Cənnət yolunu tapmaz və haqq yol­undan azmışdır. Çünki cəza əməlin növündəndir.

17:73Page 289

وَإِن كَادُواْ لَيَفۡتِنُونَكَ عَنِ ٱلَّذِيٓ أَوۡحَيۡنَآ إِلَيۡكَ لِتَفۡتَرِيَ عَلَيۡنَا غَيۡرَهُۥۖ وَإِذٗا لَّٱتَّخَذُوكَ خَلِيلٗا ٧٣

And indeed, they were about to tempt you away from that which We revealed to you in order to [make] you invent about Us something else; and then they would have taken you as a friend.

Ey Peyğəmbər! Müşriklər sənə vəhy etdi­yi­miz Qurandan başqa öz nəfslərinin istəklərinə uyan bir şeyi yalan yerə Bizə isnad etməyin üçün az qala səni döndərə­cək­di­lər. Əgər sən onların istəklərinə cavab vermiş olsaydın, bu zaman onlar səni özlərinə dost tutardılar.

17:74Page 289

وَلَوۡلَآ أَن ثَبَّتۡنَٰكَ لَقَدۡ كِدتَّ تَرۡكَنُ إِلَيۡهِمۡ شَيۡـٔٗا قَلِيلًا ٧٤

And if We had not strengthened you, you would have almost inclined to them a little.

Əgər Biz səni haqq üzərində sa­bit etməsəydik, onların hiylələrinin gücündən və sənin onların iman etmələrinə həris olman səbəbindən, onların səndən istədiklərinə hardasa, az­ca da ol­sa meyil edə­cək­din. Lakin Biz səni onlara meyil etməkdən qoruduq!

17:75Page 289

إِذٗا لَّأَذَقۡنَٰكَ ضِعۡفَ ٱلۡحَيَوٰةِ وَضِعۡفَ ٱلۡمَمَاتِ ثُمَّ لَا تَجِدُ لَكَ عَلَيۡنَا نَصِيرٗا ٧٥

Then [if you had], We would have made you taste double [punishment in] life and double [after] death. Then you would not find for yourself against Us a helper.

Əgər sən onların səndən istədiklərinə meyil etsəydin, bu zaman Biz səni dünya və axirət hə­ya­tında ikiqat əzaba düçar edərdik. Sonra sən, Bizə qarşı sənə yardım edən nə bir köməkçi, nə də səni əzabdan qoruyan bir kimsə ta­pa bilərdin.

17:76Page 290

وَإِن كَادُواْ لَيَسۡتَفِزُّونَكَ مِنَ ٱلۡأَرۡضِ لِيُخۡرِجُوكَ مِنۡهَاۖ وَإِذٗا لَّا يَلۡبَثُونَ خِلَٰفَكَ إِلَّا قَلِيلٗا ٧٦

And indeed, they were about to provoke [i.e., drive] you from the land [i.e., Makkah] to evict you therefrom. And then [when they do], they will not remain [there] after you, except for a little.1

Kafirlər, sənə qarşı olan ədavətləri üzündən az qala səni Məkkədən didərgin salacaqdılar. Lakin Rəbbinin hicrət etmə əmri gələnə qədər uca Allah onların sə­ni Məkkədən qovub çıxarmalarına mane oldu. Əgər onları səni Məkkədən qovmuş olsaydılar, bu zaman özləri də orada ancaq az bir müd­dət qala bilərdilər.

17:77Page 290

سُنَّةَ مَن قَدۡ أَرۡسَلۡنَا قَبۡلَكَ مِن رُّسُلِنَاۖ وَلَا تَجِدُ لِسُنَّتِنَا تَحۡوِيلًا ٧٧

[That is Our] established way for those We had sent before you of Our messengers; and you will not find in Our way any alteration.

Müşriklərin səni Məkkədən qovub çıxartdıqlarından sonra özlərinin də orada çox az bir müddət qala bilmələri, uca Allahın səndən öncə göndərilən və qövmləri tərəfindən öz diyarlarından çıxarılan elçilər barəsindəki dəyişməyən sünnəsidir. Yəni, hər hansı bir qövm onlara göndərilən elçilərə qarşı düçmənçilik edib, onları yaşadıqları diyarlarından qovub çıxarmışdılarsa, Allah da əzab göndərib onları məhv etmişdir. Ey Peyğəmbər! Sən Bi­zim sünnəmizdə heç bir də­yi­şik­lik tapa bil­məzsən. Əksinə, sən onu daima sabit və dəyişməz olaraq görərsən.

17:78Page 290

أَقِمِ ٱلصَّلَوٰةَ لِدُلُوكِ ٱلشَّمۡسِ إِلَىٰ غَسَقِ ٱلَّيۡلِ وَقُرۡءَانَ ٱلۡفَجۡرِۖ إِنَّ قُرۡءَانَ ٱلۡفَجۡرِ كَانَ مَشۡهُودٗا ٧٨

Establish prayer at the decline of the sun [from its meridian] until the darkness of the night1 and [also] the Qur’ān [i.e., recitation] of dawn.2 Indeed, the recitation of dawn is ever witnessed.

Günəş səmanın ortasından batmağa meyl etdikdən bəri ta gecənin zülmətinə qədər namazı bəl­li vaxt­­larda kamil şəkildə qıl. Bu, zöhr, əsir, məğrib və işa namazlarına aiddir. Fəcr nama­zını da vaxında qıl və bu namazda qiraəti uzun et! Çün­ki fəcr namazında gecə və gündüz mələkləri iştirak edirlər.

17:79Page 290

وَمِنَ ٱلَّيۡلِ فَتَهَجَّدۡ بِهِۦ نَافِلَةٗ لَّكَ عَسَىٰٓ أَن يَبۡعَثَكَ رَبُّكَ مَقَامٗا مَّحۡمُودٗا ٧٩

And from [part of] the night, pray1 with it [i.e., recitation of the Qur’ān] as additional [worship] for you; it is expected that2 your Lord will resurrect you to a praised station.3

Ey Peyğəmbər! Gecənin bir vaxtı qalx və Rəbbin səni daha da yüksək məqamlara qaldırmaq üçün gecə namazı qıl. Bəlkə buna görə Rəb­bin səni Qiyamət günü bütün insanların qorxu, sıxıntı içində olduqları bir vaxt insanlara bir şəfaətçi olaraq diriltsin və səni əvvəlkilərin və sonrakıların tərifləyib bəyəndikləri böyük bir şəfaət məqamına nail etsin!

17:80Page 290

وَقُل رَّبِّ أَدۡخِلۡنِي مُدۡخَلَ صِدۡقٖ وَأَخۡرِجۡنِي مُخۡرَجَ صِدۡقٖ وَٱجۡعَل لِّي مِن لَّدُنكَ سُلۡطَٰنٗا نَّصِيرٗا ٨٠

And say, "My Lord, cause me to enter a sound entrance1 and to exit a sound exit2 and grant me from Yourself a supporting authority."

Ey Peyğəmbər! De: "Ey Rəbbim! Mənim bütün girəcəyim və çıxagağım yerlərin hamısını Sənin itaətin və razılığın üzərində olan yerlər et və mənə Öz tə­rə­fin­dən düşmənlərinə qarşı mə­nə yardım edən açıq-aşkar bir də­lil ver!"

17:81Page 290

وَقُلۡ جَآءَ ٱلۡحَقُّ وَزَهَقَ ٱلۡبَٰطِلُۚ إِنَّ ٱلۡبَٰطِلَ كَانَ زَهُوقٗا ٨١

And say, "Truth has come, and falsehood has departed. Indeed is falsehood, [by nature], ever bound to depart."

Ey Peyğəmbər! Bu müşriklərə belə de: "İslam gəldi, Allahın vəd etdiyi zəfər gerçəkləşdi, şirk və küfr yox olub getdi. Həqiqətən, batil məhv olub gedər və haqq qarşısında əsla sabit qala bilməz!"

17:82Page 290

وَنُنَزِّلُ مِنَ ٱلۡقُرۡءَانِ مَا هُوَ شِفَآءٞ وَرَحۡمَةٞ لِّلۡمُؤۡمِنِينَ وَلَا يَزِيدُ ٱلظَّٰلِمِينَ إِلَّا خَسَارٗا ٨٢

And We send down of the Qur’ān that which is healing and mercy for the believers, but it does not increase the wrongdoers except in loss.

Biz, qəlblərin cəhalətdən, küfrdən, şirkdən və bədənlərindəki xəstəlikdən qurtulsun deyə, Quranda möminlər üçün şəfa na­zil edirik. Bu Quran ona əməl edən kimsələr üçün bir şəfadır. Bu Quran kafirlərin ancaq həlakını artırır. Çünki Quranı eşitmək onları qəzəbləndirər, onu yalan saymalarının və ondan üz çevirmələrini bir daha da artırar.

17:83Page 290

وَإِذَآ أَنۡعَمۡنَا عَلَى ٱلۡإِنسَٰنِ أَعۡرَضَ وَنَـَٔا بِجَانِبِهِۦ وَإِذَا مَسَّهُ ٱلشَّرُّ كَانَ يَـُٔوسٗا ٨٣

And when We bestow favor upon man [i.e., the disbeliever], he turns away and distances himself; and when evil touches him, he is ever despairing.

Biz insana sağlamlıq və var-dövlət kimi nemətlər bəxş etdikdə bu zaman o təkəbbürlük edərək Allaha itaət və şükür etməkdən üz çevirib haqdan uzaqlaşar. Onun başına xəstəlik və yoxsulluq kimi bir müsibət gəldikdə isə ruhdan düşər və Allahın rəhmətindən ümüdünü üzər.

17:84Page 290

قُلۡ كُلّٞ يَعۡمَلُ عَلَىٰ شَاكِلَتِهِۦ فَرَبُّكُمۡ أَعۡلَمُ بِمَنۡ هُوَ أَهۡدَىٰ سَبِيلٗا ٨٤

Say, "Each works according to his manner, but your Lord is most knowing of who is best guided in way."

Ey Peyğəmbər! De: "Hər bir insan özünün hidayət və azğınlığdakı halına uyğun əməl etsin. Rəbbiniz isə ki­min haqq yol­da oldu­ğunu daha yaxşı bilir!"

17:85Page 290

وَيَسۡـَٔلُونَكَ عَنِ ٱلرُّوحِۖ قُلِ ٱلرُّوحُ مِنۡ أَمۡرِ رَبِّي وَمَآ أُوتِيتُم مِّنَ ٱلۡعِلۡمِ إِلَّا قَلِيلٗا ٨٥

And they ask you, [O Muḥammad], about the soul. Say, "The soul is of the affair [i.e., concern] of my Lord. And you [i.e., mankind] have not been given of knowledge except a little."

Ey Peyğəmbər! Kitab əhlindən olan kafirlər səndən ruhun məğzi barədə so­ru­şurlar. Onlara de: "Ruhun məğzini Allahdan başqa kimsə bilməz. Siz və sizdən başqa bütün yaradılmışlara, pak və müqəddəs olan Allahın elmi müqabilində yalnız az bir elm verilmişdir!"

17:86Page 290

وَلَئِن شِئۡنَا لَنَذۡهَبَنَّ بِٱلَّذِيٓ أَوۡحَيۡنَآ إِلَيۡكَ ثُمَّ لَا تَجِدُ لَكَ بِهِۦ عَلَيۡنَا وَكِيلًا ٨٦

And if We willed, We could surely do away with that which We revealed to you. Then you would not find for yourself concerning it an advocate against Us.

Ey Peyğəmbər! Allaha and olsun ki, sənə nazil etdiyimiz vəhyi kökslərdən və ya yazılı olan kitablardan silib yox etmək istəsəydik, silib yox edərdik. Sonra bundan dola­yı sənə yardımçı olacaq və onu təkrarən geri döndərəcək birini də tapa bil­məz­din.

17:87Page 291

إِلَّا رَحۡمَةٗ مِّن رَّبِّكَۚ إِنَّ فَضۡلَهُۥ كَانَ عَلَيۡكَ كَبِيرٗا ٨٧

Except [We have left it with you] as a mercy from your Lord. Indeed, His favor upon you has ever been great.

Ancaq Rəbbinin mərhə­mə­ti sayə­sində sənə nazil etdiyi Quranı çəkib almadı. Lakin Biz onu Öz tərəfimizdən qorunmuş olaraq buraxdıq. Doğru­dan da, Rəbbinin sənə olan lütfü bö­yükdür. Çünki O, səni insanlara elçi göndərdi, səni peyğəmbərlərin sonuncusu etdi və sənə Quranı verdi!

17:88Page 291

قُل لَّئِنِ ٱجۡتَمَعَتِ ٱلۡإِنسُ وَٱلۡجِنُّ عَلَىٰٓ أَن يَأۡتُواْ بِمِثۡلِ هَٰذَا ٱلۡقُرۡءَانِ لَا يَأۡتُونَ بِمِثۡلِهِۦ وَلَوۡ كَانَ بَعۡضُهُمۡ لِبَعۡضٖ ظَهِيرٗا ٨٨

Say, "If mankind and the jinn gathered in order to produce the like of this Qur’ān, they could not produce the like of it, even if they were to each other assistants."

Ey Peyğəmbər! Onlara belə de: "Əgər bütün insanlar və cin­lər sənə nazil edilən Quranın bəlağəti, gözəl düzümü və fəsahətli olması baxımından ona bənzərini gə­tir­mək üçün bir yerə top­la­şsalar və bu işə bir-birinə yardım etsələr belə heç vaxt ona bən­zə­rini gətirə bilməz­lər"

17:89Page 291

وَلَقَدۡ صَرَّفۡنَا لِلنَّاسِ فِي هَٰذَا ٱلۡقُرۡءَانِ مِن كُلِّ مَثَلٖ فَأَبَىٰٓ أَكۡثَرُ ٱلنَّاسِ إِلَّا كُفُورٗا ٨٩

And We have certainly diversified for the people in this Qur’ān from every [kind of] example, but most of the people refused except disbelief.

Biz bu Quranda insanların iman etmələri üçün hər şeyi bəyan etdik, onların ibrət almalarını ümid edərək Quranda nəsihətləri, öyüdləri, əmr və qadağaları müxtəlif cür məsəllər çəkməklə onlara müfəssəl bir şəkildə izah et­dik. La­kin yenə də insanların ço­xu bu Quranı inkar edərək, ondan üz çevirib iman etmədilər.

17:90Page 291

وَقَالُواْ لَن نُّؤۡمِنَ لَكَ حَتَّىٰ تَفۡجُرَ لَنَا مِنَ ٱلۡأَرۡضِ يَنۢبُوعًا ٩٠

And they say, "We will not believe you until you break open for us from the ground a spring

Müşriklər dedilər: "Bizə Məkkədə suyu heç vaxt qurumayan və yer üzərində çay kimi axıb gedən bir bu­laq çıxarmayınca sə­nə əsla iman gətir­məyə­cəyik!"

17:91Page 291

أَوۡ تَكُونَ لَكَ جَنَّةٞ مِّن نَّخِيلٖ وَعِنَبٖ فَتُفَجِّرَ ٱلۡأَنۡهَٰرَ خِلَٰلَهَا تَفۡجِيرًا ٩١

Or [until] you have a garden of palm trees and grapes and make rivers gush forth within them in force [and abundance]

Yaxud bol-bol xurma və üzüm ağacları olan bostanın olmayınca və bu bostanda ağacların ortasından şırıl-şı­rıl çaylar axmadıqca,

17:92Page 291

أَوۡ تُسۡقِطَ ٱلسَّمَآءَ كَمَا زَعَمۡتَ عَلَيۡنَا كِسَفًا أَوۡ تَأۡتِيَ بِٱللَّهِ وَٱلۡمَلَٰٓئِكَةِ قَبِيلًا ٩٢

Or you make the heaven fall upon us in fragments as you have claimed or you bring Allāh and the angels before [us]

yaxud, dediyin kimi, göyü par­ça-parça əzab olaraq üstü­mü­zə yağ­dır­ma­yınca; və ya iddia etdiyinin gerçək olduğuna açıq-aşkar şahidlik etmələri üçün Allahı və mə­ləkləri gətir­məyincə;

17:93Page 291

أَوۡ يَكُونَ لَكَ بَيۡتٞ مِّن زُخۡرُفٍ أَوۡ تَرۡقَىٰ فِي ٱلسَّمَآءِ وَلَن نُّؤۡمِنَ لِرُقِيِّكَ حَتَّىٰ تُنَزِّلَ عَلَيۡنَا كِتَٰبٗا نَّقۡرَؤُهُۥۗ قُلۡ سُبۡحَانَ رَبِّي هَلۡ كُنتُ إِلَّا بَشَرٗا رَّسُولٗا ٩٣

Or you have a house of ornament [i.e., gold] or you ascend into the sky. And [even then], we will not believe in your ascension until you bring down to us a book we may read." Say, "Exalted is my Lord! Was I ever but a human messenger?"

Yaxud qızıldan və ya daş-qaşdan bir evin ol­ma­yın­ca; yaxud da göyə qalxma­yınca biz sənə inanmayacağıq. Əgər göyə qalxmış olsan, Allah tərəfindən göndərilən bir elçi olduğuna dair bizim oxuya biləcəyimiz yazılı bir ki­tab gətirmədikcə biz sənə əsla inanmaya­ca­ğıq. Ey Peyğəmbər! Onlara de: "Rəbbim pak və mü­qəd­dəsdir! Mən sadəcə diğər elçilər kimi gön­dəril­miş bir elçiyəm. Mən dediklərinizi yerinə yetirməyə qadir deyildir. Axı mən sizin məndən tələb etdiyiniz şeyləri necə gətirə bilərəm?!"

17:94Page 291

وَمَا مَنَعَ ٱلنَّاسَ أَن يُؤۡمِنُوٓاْ إِذۡ جَآءَهُمُ ٱلۡهُدَىٰٓ إِلَّآ أَن قَالُوٓاْ أَبَعَثَ ٱللَّهُ بَشَرٗا رَّسُولٗا ٩٤

And what prevented the people from believing when guidance came to them except that they said, "Has Allāh sent a human messenger?"

Kafirlərə, Allaha və Onun elçisinə iman etmələrinə və Peyğəmbərin (səllallahu aleyhi vəə səlləm) gətirdiyinə əməl etməyə mane olan sadəcə olaraq onlara göndərilən elçinin özləri kimi bir bəşərdən olması idi. Onlar buna inkar edərək: "Allah bizə elçi olaraq bəşərdən olan bir insanmı göndər­di?!" – dedilər.

17:95Page 291

قُل لَّوۡ كَانَ فِي ٱلۡأَرۡضِ مَلَٰٓئِكَةٞ يَمۡشُونَ مُطۡمَئِنِّينَ لَنَزَّلۡنَا عَلَيۡهِم مِّنَ ٱلسَّمَآءِ مَلَكٗا رَّسُولٗا ٩٥

Say, "If there were upon the earth angels walking securely,1 We would have sent down to them from the heaven an angel [as a] messenger."

Ey Peyğəmbər! Onlara cavab olaraq belə de: "Əgər yer üzündə yaşayanlar və orada sizin kimi arxa­yın gə­zib dolaşanlar mə­ləklər ol­saydı, əlbəttə, Biz onlara öz cinslərindən olan bir mələk elçi göndə­rər­dik. Çünki bu zaman yalnız mələk onlara göndərilən şeyi anlada bilərdi. Əgər yer üzündə mələklər olsaydı, onlara bəşərdən olan bir elçi göndərməyimiz də hikmətdən olmazdı. Sizində halınız belədir!"

17:96Page 291

قُلۡ كَفَىٰ بِٱللَّهِ شَهِيدَۢا بَيۡنِي وَبَيۡنَكُمۡۚ إِنَّهُۥ كَانَ بِعِبَادِهِۦ خَبِيرَۢا بَصِيرٗا ٩٦

Say, "Sufficient is Allāh as Witness between me and you. Indeed He is ever, concerning His servants, Aware and Seeing."

Ey Peyğəmbər! Onlara de: "Mənim sizə yalnız Allahın buyurduğu hökmləri təbliğ etdiyimə və sizə elçi olaraq göndərildiyimin doğruluğuna dair, mənimlə sizin aranızda Alla­hın şahid olması ye­tər. Hə­qiqə­tən, Allah, qulların­ın halından xəbər­dardır, onların gizlində və aşkarda nələr etdikləri Ona gizli qalmaz. Allah onların qəlblərində bütün gizli qalan şeyləri gö­rən və biləndir!".

17:97Page 292

وَمَن يَهۡدِ ٱللَّهُ فَهُوَ ٱلۡمُهۡتَدِۖ وَمَن يُضۡلِلۡ فَلَن تَجِدَ لَهُمۡ أَوۡلِيَآءَ مِن دُونِهِۦۖ وَنَحۡشُرُهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ عَلَىٰ وُجُوهِهِمۡ عُمۡيٗا وَبُكۡمٗا وَصُمّٗاۖ مَّأۡوَىٰهُمۡ جَهَنَّمُۖ كُلَّمَا خَبَتۡ زِدۡنَٰهُمۡ سَعِيرٗا ٩٧

And whoever Allāh guides - he is the [rightly] guided; and whoever He sends astray1 - you will never find for them protectors besides Him, and We will gather them on the Day of Resurrection [fallen] on their faces - blind, dumb and deaf. Their refuge is Hell; every time it subsides, We increase [for] them blazing fire.

Allah kimi hidayət yoluna yö­nəl­dir­sə, o, haqq yoluna yönəlmiş olar. Ey Peyğəmbər! Allah kimi rəzil edib, hidayət yolundan az­dı­rırsa, on­ları haqqa yönəldən, şəri onlardan uzaqlaşdıran və onlara xeyir gətirən bir dost­ tapa bil­məz­sən. Qiyamət gü­nü Biz onları kor, lal və kar olduqları halda üzü üstə sürünərək məhşərə top­laya­ca­ğıq. On­ların sığınacaqları yer Cə­hən­nəmdir. Cəhənnəmin atəşi azal­dıqca onlar üçün atəşi daha da artıra­cağıq!

17:98Page 292

ذَٰلِكَ جَزَآؤُهُم بِأَنَّهُمۡ كَفَرُواْ بِـَٔايَٰتِنَا وَقَالُوٓاْ أَءِذَا كُنَّا عِظَٰمٗا وَرُفَٰتًا أَءِنَّا لَمَبۡعُوثُونَ خَلۡقٗا جَدِيدًا ٩٨

That is their recompense because they disbelieved in Our verses and said, "When we are bones and crumbled particles, will we [truly] be resurrected [in] a new creation?"

Bu, onların elçilərimizə nazil etdilən ayələrimizi inkar et­diklərinə və öldüklən sonra yenidən dirilməyi mümkün olduğuna inanmayaraq: "Məgər biz öldükdən, sü­­müklərimiz çürüyüb, ovulub torpağa qarışdıqdan sonra yeni bir məxluq olaraq di­rildilə­cə­yik?" – dediklərinə gö­rə onla­ra veriləcək cəzalarıdır.

17:99Page 292

۞ أَوَلَمۡ يَرَوۡاْ أَنَّ ٱللَّهَ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ قَادِرٌ عَلَىٰٓ أَن يَخۡلُقَ مِثۡلَهُمۡ وَجَعَلَ لَهُمۡ أَجَلٗا لَّا رَيۡبَ فِيهِ فَأَبَى ٱلظَّٰلِمُونَ إِلَّا كُفُورٗا ٩٩

Do they not see that Allāh, who created the heavens and earth, is [the one] Able to create the likes of them? And He has appointed for them a term, about which there is no doubt. But the wrongdoers refuse except disbelief.

Öldükdən sonra yenidən dirilməyi inkar edən kimsələr belə bir əzəmətli göyləri və yeri yaradan Allahın, on­ların bənzərini yenidən yarat­mağa qadir olduğunu bilmirlərmi?! Əzəmətli bir yarlığı yaratmağa qadir olan Allah, əlbətdə ki, ondan daha kiçik olanı yaratmağa qadirdir. Uca Allah onlar üçün dünya həyatında əcəllərinin sona çatacağı mü­əyyən bir vaxt təyin etdiyi kimi, öldükdən sonra yenidən diriləcəkləri gün üçün də müəyyən bir vaxt təyin etmişdir. Öldükdən sonra dirilməyi isbat edən dəlillərin açıq-aydın olmasına rəğmən, müşriklər yenə də öldükdən sonra yenidən dirilməyi inkar etməkdə davam edirlər.

17:100Page 292

قُل لَّوۡ أَنتُمۡ تَمۡلِكُونَ خَزَآئِنَ رَحۡمَةِ رَبِّيٓ إِذٗا لَّأَمۡسَكۡتُمۡ خَشۡيَةَ ٱلۡإِنفَاقِۚ وَكَانَ ٱلۡإِنسَٰنُ قَتُورٗا ١٠٠

Say [to them], "If you possessed the depositories of the mercy of my Lord, then you would withhold out of fear of spending." And ever has man been stingy.

Ey Peyğəmbər! Müşriklərə de: "Əgər siz Rəbbi­min tükməz, bitməz və əksilməz rəhmət xəzinələrinə sahib ol­say­dı­nız, onun xərc­lənib tükənməsindən sonra sizə yoxulluq üz verməsindən qorxaraq, xə­sislik edib onu xərcləməzdiniz. Mömin kimsə istisna olmaqla, insan təbiəti xə­sis­dir. Amma mömin isə Allahın savabına ümid edərək malını gecə-gündüz Allah yolunda xərcləyər!"

17:101Page 292

وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَىٰ تِسۡعَ ءَايَٰتِۭ بَيِّنَٰتٖۖ فَسۡـَٔلۡ بَنِيٓ إِسۡرَٰٓءِيلَ إِذۡ جَآءَهُمۡ فَقَالَ لَهُۥ فِرۡعَوۡنُ إِنِّي لَأَظُنُّكَ يَٰمُوسَىٰ مَسۡحُورٗا ١٠١

And We had certainly given Moses nine evident signs, so ask the Children of Israel [about] when he came to them and Pharaoh said to him, "Indeed I think, O Moses, that you are affected by magic."

Biz Musaya onun peyğəmbərliyini isbat edən doqquz açıq-aş­kar möcü­zə verdik. Bu möcüzələr: əsa, Musanın əlinin bəmbəyaz görünməsi, qıtlıq, məhsul azlığı, tufan, çəyirtkə, əkin həşəratları, qurbağa və qandır. Ey Peyğəmbər! Yəhudilərdən soruş! Çünki Musa onların ata-babalarına bu möcüzələrlə gəldikdə, Firon ona: "Ey Musa! Sən bizə qəribə şeylər gətirdiyin görə, Mən sə­nin sehirlənmiş bir insan olduğunu zənn edirəm!" – demişdi.

17:102Page 292

قَالَ لَقَدۡ عَلِمۡتَ مَآ أَنزَلَ هَٰٓؤُلَآءِ إِلَّا رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ بَصَآئِرَ وَإِنِّي لَأَظُنُّكَ يَٰفِرۡعَوۡنُ مَثۡبُورٗا ١٠٢

[Moses] said, "You have already known that none has sent down these [signs] except the Lord of the heavens and the earth as evidence, and indeed I think,1 O Pharaoh, that you are destroyed."

Musa Fi­rona belə cavab verdi: "Ey Fi­ron! Sən möcüzələrin uca Allahın qüdrətinə və Rəsulunun doğruluğuna dəlil olaraq yalnız göy­lərin və yerin Rəb­bi olan Allah tərəfindən endirdiyini bilirsən. Lakin sən bilərəkdən bunları rədd edib yalan saydın. Mən də, ey Fi­ron, sənin məhv olacağını yəqin bilirəm!"

17:103Page 292

فَأَرَادَ أَن يَسۡتَفِزَّهُم مِّنَ ٱلۡأَرۡضِ فَأَغۡرَقۡنَٰهُ وَمَن مَّعَهُۥ جَمِيعٗا ١٠٣

So he intended to drive them from the land, but We drowned him and those with him all together.

Firon Musanı - aleyhissəlam - və onun qövmünü Misirdən çıxartmaqla cəzalandırmaq istədi. Biz də Fironu və onunla bir­­likdə olan əsgərlərinin hamısını dənizdə boğaraq həlak etdik.

17:104Page 292

وَقُلۡنَا مِنۢ بَعۡدِهِۦ لِبَنِيٓ إِسۡرَٰٓءِيلَ ٱسۡكُنُواْ ٱلۡأَرۡضَ فَإِذَا جَآءَ وَعۡدُ ٱلۡأٓخِرَةِ جِئۡنَا بِكُمۡ لَفِيفٗا ١٠٤

And We said after him [i.e., Pharaoh] to the Children of Israel, "Dwell in the land, and when there comes the promise [i.e., appointment] of the Hereafter, We will bring you forth in [one] gathering."

Biz Firon və onun əsgərlərini suda qərq etdikdən sonra İsrail oğul­larına: "Siz Şam torpaqlarında yaşayın! Qiyamət günü gəlib yetişdiyi za­man sizin hamınızı haqq-hesab üçün məhşərə gə­tirə­cəyik!" – de­dik.

17:105Page 293

وَبِٱلۡحَقِّ أَنزَلۡنَٰهُ وَبِٱلۡحَقِّ نَزَلَۗ وَمَآ أَرۡسَلۡنَٰكَ إِلَّا مُبَشِّرٗا وَنَذِيرٗا ١٠٥

And with the truth We have sent it [i.e., the Qur’ān] down, and with the truth it has descended. And We have not sent you, [O Muḥammad], except as a bringer of good tidings and a warner.

Biz Quranı Muhəmmədə (sallallahu aleyhi və səlləm) haqq ola­raq nazil et­dik, o da dəyişdirilmədən və təhrif edilmədən nazil oldu. Ey Peyğəmbər! Səni də ancaq təqva əhlinə Cənnətlə müj­də verən, küfür əhlini və günahkarları də cəhənnəm əzabı ilə qorxudan bir elçi kimi gön­dərdik.

17:106Page 293

وَقُرۡءَانٗا فَرَقۡنَٰهُ لِتَقۡرَأَهُۥ عَلَى ٱلنَّاسِ عَلَىٰ مُكۡثٖ وَنَزَّلۡنَٰهُ تَنزِيلٗا ١٠٦

And [it is] a Qur’ān which We have separated [by intervals] that you might recite it to the people over a prolonged period. And We have sent it down progressively.

Biz Quranı, insanlara yavaş-yavaş, aramla oxuyasan deyə onu bölümlər halında, qisimlərə ayıraraq nazil etdik. Çünki Quranın belə nazil edilməsi onu başa düşüb, dərk edilməsi üçün daha uyğundur. Biz onu müəyyən olaylarda və zamanlara his­sə­lərə ayırıb təd­riclə nazil et­dik.

17:107Page 293

قُلۡ ءَامِنُواْ بِهِۦٓ أَوۡ لَا تُؤۡمِنُوٓاْۚ إِنَّ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ مِن قَبۡلِهِۦٓ إِذَا يُتۡلَىٰ عَلَيۡهِمۡ يَخِرُّونَۤ لِلۡأَذۡقَانِۤ سُجَّدٗاۤ ١٠٧

Say, "Believe in it or do not believe." Indeed, those who were given knowledge before it1 - when it is recited to them, they fall upon their faces in prostration,

Ey Peyğəmbər! De ki: "İstər Qurana inanın, is­tərsə də inanmayın. Onsuz da sizin Qurana iman etməniz ona heç bir şey artırmaz, onu inkar etməniz də ondan heç bir şeyi əksildib, azaltmaz. Həqiqətən də, Qurandan əvvəl nazil edilən səmavi kitabları oxuyanlar vəhyin və peyğəmbərliyin nə olduğunu yaxşı bilirlər. Onlara Quran ayələr oxundu­ğu za­man onlar Allaha şükür etmək üçün dərhal üzüstə səc­də­yə qapa­narlar".

17:108Page 293

وَيَقُولُونَ سُبۡحَٰنَ رَبِّنَآ إِن كَانَ وَعۡدُ رَبِّنَا لَمَفۡعُولٗا ١٠٨

And they say, "Exalted is our Lord! Indeed, the promise of our Lord has been fulfilled."

Onlar səcdədə ikən: "Rəbbimiz vədinə müxalif olmaqdan pak və ucadır! Onun Muhəmmədi (sallallahu aleyhi və səlləm) peyğəmbər olaraq göndərmə vədi haqqdır. Rəbbimizin bu və bundan başqa verdiyi və­dlər müt­ləq yerinə yetəcəkdir!" – deyərlər.

17:109Page 293

وَيَخِرُّونَ لِلۡأَذۡقَانِ يَبۡكُونَ وَيَزِيدُهُمۡ خُشُوعٗا۩ ١٠٩

And they fall upon their faces weeping, and it [i.e., the Qur’ān] increases them in humble submission.

Onlar Allah qorxusundan ağlayaraq üzüqoylu yerə qapanıb Allah üçün səcdə edərlər. Quranı dinləmələri və onun ayələrinin mənaları barədə düşünmələri onların Allaha ita­ətini və Ondan qorxmalarını bir daha da artırar.

17:110Page 293

قُلِ ٱدۡعُواْ ٱللَّهَ أَوِ ٱدۡعُواْ ٱلرَّحۡمَٰنَۖ أَيّٗا مَّا تَدۡعُواْ فَلَهُ ٱلۡأَسۡمَآءُ ٱلۡحُسۡنَىٰۚ وَلَا تَجۡهَرۡ بِصَلَاتِكَ وَلَا تُخَافِتۡ بِهَا وَٱبۡتَغِ بَيۡنَ ذَٰلِكَ سَبِيلٗا ١١٠

Say, "Call upon Allāh or call upon the Most Merciful [ar-Raḥmān]. Whichever [name] you call - to Him belong the best names." And do not recite [too] loudly in your prayer or [too] quietly but seek between that an [intermediate] way.

Ey Peyğəmbər! Sənin "Ya Allah, Ya Rəhman!" deyərək dua etməni inkar edənlərə belə de: "Allah da, Rəhman da bütün nöqsanlardan uzaq olan Allahın iki adıdır. Siz istər bu iki adla, istərsə də Allahın bundan başqa olan adları ilə Ona dua edə bilərsiz. Uca Allahın gözəl adları vardır. Bu iki adda həmin adlardandır. Uca Allaha bu iki adla və ya bundan başqa olan gözəl adlarla dua edin. Müşriklər səni eşitməsin deyə namazda səsini çox yüksəyə qaldırma. Möminlər də səni eşitməyəcəyi qədər səsini aşağı salma. Bu ikisinin ara­sında or­ta bir yol tut!

17:111Page 293

وَقُلِ ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي لَمۡ يَتَّخِذۡ وَلَدٗا وَلَمۡ يَكُن لَّهُۥ شَرِيكٞ فِي ٱلۡمُلۡكِ وَلَمۡ يَكُن لَّهُۥ وَلِيّٞ مِّنَ ٱلذُّلِّۖ وَكَبِّرۡهُ تَكۡبِيرَۢا ١١١

And say, "Praise to Allāh, who has not taken a son and has had no partner in [His] dominion and has no [need of a] protector out of weakness; and glorify Him with [great] glorification."

Ey Peyğəmbər! De: "Bütün həmd-sənalar və tərifləf Özünə heç bir öv­lad gö­tür­məyən, heç bir şəriki olmayan uca Allaha aiddir. Onun mülkündə heç bir şə­ri­ki, ortağı yoxdur. Ona əsla acizlik və ya zəyiflik toxunmaz. Uca Allahın Özünə kö­mək edə­cək heç bir dos­ta və ya yardımçıya da ehtiyacı yoxdur. Elə isə sən daima Onu tərif­lə­yərək Onun şənini uca tut və mülkündə Ona övlad, şərik və hər hansı bir yardımçı nisbət etmə!"

Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences

Contents

Ayat al-Kursi36Al-Kahfpage 42juz 15Bukhari 1Muslim 2999

Style

Theme
Text size
Layout

Читать на русском