Al-MukhtasarAl‑Anbya · 21:80–112

Al-Mukhtasar · Tafsir · in Azerbaijani

Al-Anbya 21:80–112

21:80Page 328

وَعَلَّمۡنَٰهُ صَنۡعَةَ لَبُوسٖ لَّكُمۡ لِتُحۡصِنَكُم مِّنۢ بَأۡسِكُمۡۖ فَهَلۡ أَنتُمۡ شَٰكِرُونَ ٨٠

And We taught him the fashioning of coats of armor to protect you from your [enemy in] battle. So will you then be grateful?

Biz Süleymana deyil, Davuda silahın öldürücü zərbələrinə qarşı vücudlarınızı təhlü­kə­lər­dən mühafizə edəcək zi­reh­li geyim düzəltməyi öy­rət­dik. Ey İnsanlar! Allahın sizə bəxş etdiyi bu nemətlərə görə Ona şükür edirsi­niz­mi?!

21:81Page 328

وَلِسُلَيۡمَٰنَ ٱلرِّيحَ عَاصِفَةٗ تَجۡرِي بِأَمۡرِهِۦٓ إِلَى ٱلۡأَرۡضِ ٱلَّتِي بَٰرَكۡنَا فِيهَاۚ وَكُنَّا بِكُلِّ شَيۡءٍ عَٰلِمِينَ ٨١

And to Solomon [We subjected] the wind, blowing forcefully, proceeding by his command toward the land which We had blessed. And We are ever, of all things, Knowing.

Biz şiddətli əsən küləyi Sü­ley­manın əmrinə tabe etdik. Belə ki, Süleyman, küləyə əmr etdikdə, külək onun əmri ilə bərəkətli etdiyimiz, peyğəmbərlər göndərdiyimiz və bol-bol xeyirlər bəxş etdiyimiz Şam torpaqlarına tərəf əsərdi. Biz hər şe­yi bi­lirik. Bizə heç bir şey gizli qalmaz.

21:82Page 329

وَمِنَ ٱلشَّيَٰطِينِ مَن يَغُوصُونَ لَهُۥ وَيَعۡمَلُونَ عَمَلٗا دُونَ ذَٰلِكَۖ وَكُنَّا لَهُمۡ حَٰفِظِينَ ٨٢

And of the devils [i.e., jinn] were those who dived for him and did work other than that. And We were of them a guardian.1

Şeytanlardan dənizə dalıb onun üçün mirvari, inci və digər qiymətli şetylər çıxaranları onun əmrinə verdik. Bu şeytanlar ev tikmək və bun­dan başqa di­gər işlərdə onun üçün edirdilər. Biz (Süleymanın əmrindən çıxmasınlar, gördükləri işləri təzədən korlamasınlar, fitnə-fəsad törətməsinlər deyə) on­ların saylarını və etdikləri əməlləri nə­zarətimiz altında saxla­yırdıq. Bundan heç bir şey Bizim nəzarətimizdən kənar qalmadı.

21:83Page 329

۞ وَأَيُّوبَ إِذۡ نَادَىٰ رَبَّهُۥٓ أَنِّي مَسَّنِيَ ٱلضُّرُّ وَأَنتَ أَرۡحَمُ ٱلرَّٰحِمِينَ ٨٣

And [mention] Job, when he called to his Lord, "Indeed, adversity has touched me, and You are the most merciful of the merciful."

Ey Peyğəmbər! Əyyubun - aleyhissəlam - hekayəsini də, yada sal! O, xəstəliyə düçar olduqda, Rəbbinə: "Ey Rəbbim! Mən, xəstəlik və ailəmi itirmək müsibətinə məruz qaldım. Sən mərhəmətlilərin ən mərhəmətlisisən, məni düşdüyüm bu bəladan xilas et!"– deyərək yalvarıb dua de­mişdi.

21:84Page 329

فَٱسۡتَجَبۡنَا لَهُۥ فَكَشَفۡنَا مَا بِهِۦ مِن ضُرّٖۖ وَءَاتَيۡنَٰهُ أَهۡلَهُۥ وَمِثۡلَهُم مَّعَهُمۡ رَحۡمَةٗ مِّنۡ عِندِنَا وَذِكۡرَىٰ لِلۡعَٰبِدِينَ ٨٤

So We responded to him and removed what afflicted him of adversity. And We gave him [back] his family and the like thereof with them as mercy from Us and a reminder for the worshippers [of Allāh].

Biz Əyyubun duasını qəbul etdik və onu xəstəlikdən və ailəsinə üz vermiş müsibətdən qurtardıq. Biz ona ailəsindən, övladlarından itirdiklərini özünə qaytarıb və eyni zaman da onlarla bərabər bir mislinidə əlavə olaraq ona verdik. Biz bütün bunları Öz tərə­fi­mizdən bir mərhə­mət və Allaha iba­dət etməklə Onun əmrinə tabe olanlara bir öyüd-nəsihət olsun deyə etdik ki, qoy onlarda Əyyubun səbir etdiyi kimi səbir etsinlər.

21:85Page 329

وَإِسۡمَٰعِيلَ وَإِدۡرِيسَ وَذَا ٱلۡكِفۡلِۖ كُلّٞ مِّنَ ٱلصَّٰبِرِينَ ٨٥

And [mention] Ishmael and Idrees and Dhul-Kifl; all were of the patient.

Ey Peyğəmbər! İsmaili, İdrisi və Zülkifli - aleyhimusəlam - də yada sal! Onlardan hər biri müsibətə qarşı səbir edən və Allahın onları mükəlləf etdiyi öhdəlikləri yerinə yetirən kimsələr idi.

21:86Page 329

وَأَدۡخَلۡنَٰهُمۡ فِي رَحۡمَتِنَآۖ إِنَّهُم مِّنَ ٱلصَّٰلِحِينَ ٨٦

And We admitted them into Our mercy. Indeed, they were of the righteous.

Biz onları Öz rəhmətimiz altına aldıq, onlara peyğəmbərlik bəxş etdik və bunun ardından onları Cənnətə daxil etdik. Çünki onlar, həqiqətən də, Rəbbinə itaət edən, zahiri və batini əməllərini islah etmiş Allahın əməlisaleh qullarından idilər.

21:87Page 329

وَذَا ٱلنُّونِ إِذ ذَّهَبَ مُغَٰضِبٗا فَظَنَّ أَن لَّن نَّقۡدِرَ عَلَيۡهِ فَنَادَىٰ فِي ٱلظُّلُمَٰتِ أَن لَّآ إِلَٰهَ إِلَّآ أَنتَ سُبۡحَٰنَكَ إِنِّي كُنتُ مِنَ ٱلظَّٰلِمِينَ ٨٧

And [mention] the man of the fish [i.e., Jonah], when he went off in anger1 and thought that We would not decree [anything] upon him.2 And he called out within the darknesses,3 "There is no deity except You; exalted are You. Indeed, I have been of the wrongdoers."

Ey Peyğəmbər! Balıq sahibi Yunusu - aleyhissəlam - da yada sal! Bir za­man o, qövmünün günah işlər görməkdə davam etdiklərinə görə onlara qarşı qəzəblənərək Rəbbinin izni olmadan onlardan ay­rı­lıb getmiş və Biz onu bu əməlinə görə cəzasız buraxıb, sıxıntıya salmayacağımızı zənn et­mişdi. Nəhayət, balıq onu udub qarnında həbs etdikdə, Biz onu şiddətli bir sıxıntı ilə imtahan etdik. Sonra da o balığın qarnının, gecənin və dənizin zülmətində günahını etiraf edib, Allaha tövbə edərək: "Sən­dən başqa ibadətə layiq olan heç bir məbud yoxdur! Sən uca, pak və müqəd­dəssən! Mən isə hə­qiqətən də, özümə zülm edənlərdən oldum!" – deyərək yalvarıb dua et­mişdi.

21:88Page 329

فَٱسۡتَجَبۡنَا لَهُۥ وَنَجَّيۡنَٰهُ مِنَ ٱلۡغَمِّۚ وَكَذَٰلِكَ نُـۨجِي ٱلۡمُؤۡمِنِينَ ٨٨

So We responded to him and saved him from the distress. And thus do We save the believers.

Biz onun duasını qəbul etdik, onu zülmətdən və balığın qarnından çıxartmaqla böyük qəm-qüssədən qur­tar­dıq. Biz Yunusu bu sıxıntıdan xilas etdiyimiz kimi, sıxıntıya düşüb Allaha yalvararaq dua edən mö­minləri də belə xi­las edirik!

21:89Page 329

وَزَكَرِيَّآ إِذۡ نَادَىٰ رَبَّهُۥ رَبِّ لَا تَذَرۡنِي فَرۡدٗا وَأَنتَ خَيۡرُ ٱلۡوَٰرِثِينَ ٨٩

And [mention] Zechariah, when he called to his Lord, "My Lord, do not leave me alone [with no heir], while You are the best of inheritors."

Ey Peyğəmbər! Zəkəriyyanın - aleyhissəlam - hekayəsini də bir yada sal! Bir za­man o: "Ey Rəb­bim! Məni övladsız, tək başına bu­raxma. Həqiqətən, Sən, varislərin ən xeyirlisisən. Məndən sonra qalacaq bir övladla məni ruziləndir!" – deyə yalvarıb dua etmişdi.

21:90Page 329

فَٱسۡتَجَبۡنَا لَهُۥ وَوَهَبۡنَا لَهُۥ يَحۡيَىٰ وَأَصۡلَحۡنَا لَهُۥ زَوۡجَهُۥٓۚ إِنَّهُمۡ كَانُواْ يُسَٰرِعُونَ فِي ٱلۡخَيۡرَٰتِ وَيَدۡعُونَنَا رَغَبٗا وَرَهَبٗاۖ وَكَانُواْ لَنَا خَٰشِعِينَ ٩٠

So We responded to him, and We gave to him John, and amended for him his wife. Indeed, they used to hasten to good deeds and supplicate1 Us in hope and fear, and they were to Us humbly submissive.

Biz (Zəkəriyyanın) duasını qəbul et­dik və ona övlad olaraq Yəhyanı verdik. Zöv­cəsi sonsuz olduğu bir halda, Biz onu uşaq doğ­mağa qa­dir bir hala gətirdik. Həqiqətən, Zəkəriyya, onun zövcəsi və oğlu yaxşı əməllər etməyə tələsər və rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq Bizə dua edərdilər. Onlar daima Bizə yalvarıb-yaxarardılar.

21:91Page 330

وَٱلَّتِيٓ أَحۡصَنَتۡ فَرۡجَهَا فَنَفَخۡنَا فِيهَا مِن رُّوحِنَا وَجَعَلۡنَٰهَا وَٱبۡنَهَآ ءَايَةٗ لِّلۡعَٰلَمِينَ ٩١

And [mention] the one who guarded her chastity [i.e., Mary], so We blew into her [garment] through Our angel [i.e., Gabriel], and We made her and her son a sign for the worlds.

Ey Peyğəmbər! Namusunu zinadan qoruyan Mər­yə­mi - aleyhəssəlam - də ya­da sal! Bir zaman Allah ona Cəbraili - aleyhissəlam - göndərdi. Cəb­rail də Məryəmə ruh üfürdi və Məyrəmdə bunun ardından İsaya - aleyhissəlam- hamilə qaldı. Məryəm və onun oğ­lu İsa, həmçinin, İsanın atasız xəlq edilməsi insanlara Allahın qüdrətini və heç bir şeyin Onu aciz edə bilməyəcəyini göstərən açıq-aydın bir dəlil idi.

21:92Page 330

إِنَّ هَٰذِهِۦٓ أُمَّتُكُمۡ أُمَّةٗ وَٰحِدَةٗ وَأَنَا۠ رَبُّكُمۡ فَٱعۡبُدُونِ ٩٢

Indeed this, your religion, is one religion,1 and I am your Lord, so worship Me.

Ey insanlar! Şübhəsiz ki, sizin bu dininiz tək bir dindir. O, tövhid inancı olan İslam dinidir. Mən si­zin Rəbbini­zəm. Elə isə ibadəti ixlasla yalnız Mənə edin!

21:93Page 330

وَتَقَطَّعُوٓاْ أَمۡرَهُم بَيۡنَهُمۡۖ كُلٌّ إِلَيۡنَا رَٰجِعُونَ ٩٣

And [yet] they divided their affair [i.e., that of their religion] among themselves,1 [but] all to Us will return.

Lakin insanlar din barəsində ayrılığa düşdülər. Onlardan kimisi töhvid əhli, kimisi müşrik, kimisi kafir, kimisi də mömin oldu. Ayrılığa düşən bütün bu kimsələrin ha­mısı Qiyamət günü Bizim hüzu­ru­muza qa­yı­da­caq­lar. Biz də müvafiq surətdə əməllərinin əvəzini verəcəyik.

21:94Page 330

فَمَن يَعۡمَلۡ مِنَ ٱلصَّٰلِحَٰتِ وَهُوَ مُؤۡمِنٞ فَلَا كُفۡرَانَ لِسَعۡيِهِۦ وَإِنَّا لَهُۥ كَٰتِبُونَ ٩٤

So whoever does righteous deeds while he is a believer - no denial will there be for his effort,1 and indeed We [i.e., Our angels], of it, are recorders.

Kim Allaha, Onun rəsullarına və axirət gününə iman edərək yaxşı işlər görsə, onun etdiyi yaxşı əməllər əsla in­kar olun­mayacaqdır. Əksinə, Allah onun əməlini qəbul edər və ona mükafatını tam və kamil bir şəkildə verər. Qiyamət günü dirildikdə isə etdiyi əməllərin hamısının əməl kitabında yazılıdığını görər və bundan dolayı o çox sevinər.

21:95Page 330

وَحَرَٰمٌ عَلَىٰ قَرۡيَةٍ أَهۡلَكۡنَٰهَآ أَنَّهُمۡ لَا يَرۡجِعُونَ ٩٥

And it is prohibited to [the people of] a city which We have destroyed that they will [ever] return1

Günahlarına görə məhv etdiyimiz məmləkət əhlinin tövbə edib və tövbələrinin qəbul edilməsi üçün yenidən dünyaya qaytarılması qeyri mümükündür.

21:96Page 330

حَتَّىٰٓ إِذَا فُتِحَتۡ يَأۡجُوجُ وَمَأۡجُوجُ وَهُم مِّن كُلِّ حَدَبٖ يَنسِلُونَ ٩٦

Until when [the dam of] Gog and Magog has been opened and they, from every elevation, descend

Onlar, Yəcuc və Mə­cuc səddi dağılana qədər əsla dünya həyatına geri dönməzlər. O gün Yəcuc və Mə­cuc hər alçaq və yüksək təpələrdən sürətlə axı­şıb gəl­əcəklər.

21:97Page 330

وَٱقۡتَرَبَ ٱلۡوَعۡدُ ٱلۡحَقُّ فَإِذَا هِيَ شَٰخِصَةٌ أَبۡصَٰرُ ٱلَّذِينَ كَفَرُواْ يَٰوَيۡلَنَا قَدۡ كُنَّا فِي غَفۡلَةٖ مِّنۡ هَٰذَا بَلۡ كُنَّا ظَٰلِمِينَ ٩٧

And [when] the true promise [i.e., the resurrection] has approached; then suddenly the eyes of those who disbelieved will be staring [in horror, while they say], "O woe to us; we had been unmindful of this; rather, we were wrongdoers."

Onlar olduqları yerdən çıxması ilə Qiyamət saatı yaxınlaşar və bununla da qiyamətin dəhşəti hər bir tərəfi bürüyər. Bu zaman kafirlər qiyamət qorxusunun dəhşətindən gözləri bə­rəlmiş halda: "Vay halımıza! Biz başımızı dünya həyatına qarışdıraraq bu əzəmətli gün üçün heç bir tədarük görmədik. Üstə­lik Allaha qarşı küfür və asiliklər etməklə özümüzə zülüm etdik!" – deyərlər.

21:98Page 330

إِنَّكُمۡ وَمَا تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ حَصَبُ جَهَنَّمَ أَنتُمۡ لَهَا وَٰرِدُونَ ٩٨

Indeed, you [disbelievers] and what you worship other than Allāh are the firewood of Hell. You will be coming to [enter] it.

Ey müşriklər! Siz və Allah­dan başqa tapındığınız bütlər də, insanlardan və cinlərdən sizin onlara ibadət etmənizə razı olanlar da Cə­hənnəm odunusu­nuz. Siz və ibadət etdiyiniz bütlər müt­ləq ora girəcəksiniz.

21:99Page 330

لَوۡ كَانَ هَٰٓؤُلَآءِ ءَالِهَةٗ مَّا وَرَدُوهَاۖ وَكُلّٞ فِيهَا خَٰلِدُونَ ٩٩

Had these [false deities] been [actual] gods, they would not have come to it, but all are eternal therein.

Əgər bu ibadət edilən bütlər həqiqi ilahlar ol­say­dılar, o zaman onlar özlərinə ibadət edənlərlə birgə Cəhənnəmə varid olmazdılar. Allahı qoyub qeyrisinə ibadət edənlərin və ibadət olunanların hər biri Cəhənnəmlikdirlər. Onlar orada əbəd qalacaqlar və əsla oradan çıxmayacaqlar.

21:100Page 330

لَهُمۡ فِيهَا زَفِيرٞ وَهُمۡ فِيهَا لَا يَسۡمَعُونَ ١٠٠

For them therein is heavy sighing, and they therein will not hear.

Onlar Cəhənnəmin şiddətli əzabından inildəyərək ah-nalə çəkəcəklər və Cəhənnəmin onlara olan dəhşətli əzabından dolayı başqa heç bir səs eşitməyə­cəklər.

21:101Page 330

إِنَّ ٱلَّذِينَ سَبَقَتۡ لَهُم مِّنَّا ٱلۡحُسۡنَىٰٓ أُوْلَٰٓئِكَ عَنۡهَا مُبۡعَدُونَ ١٠١

Indeed, those for whom the best [reward] has preceded from Us - they are from it far removed.

Müşriklər: "İnsanların ibadət etdiyi İsa və mələklərdə Cənənnəmə varid olacaqlar" – deyincə, Uca Allah onlara belə cavab verdi: "Şübhəsiz ki, Allahın əzəli elmi ilə İsa - aleyhissəlam - kimi səadət əhli olan kimsələr Cəhənnəmdən uzaq olacaqlar.

21:102Page 331

لَا يَسۡمَعُونَ حَسِيسَهَاۖ وَهُمۡ فِي مَا ٱشۡتَهَتۡ أَنفُسُهُمۡ خَٰلِدُونَ ١٠٢

They will not hear its sound, while they are, in that which their souls desire, abiding eternally.

Onlar Cəhənnəmin gurultusunun səsini belə eşit­məyəcəklər. Onlar Cənnətdə nəfslərinin arzuladığı nemət və ləzzətlər içində əbədi qalacaqlar. Onlara bəxş edilən bu nemətlər əsla onlardan geri alınmayacaqdır.

21:103Page 331

لَا يَحۡزُنُهُمُ ٱلۡفَزَعُ ٱلۡأَكۡبَرُ وَتَتَلَقَّىٰهُمُ ٱلۡمَلَٰٓئِكَةُ هَٰذَا يَوۡمُكُمُ ٱلَّذِي كُنتُمۡ تُوعَدُونَ ١٠٣

They will not be grieved by the greatest terror,1 and the angels will meet them, [saying], "This is your Day which you have been promised" -

Cəhənnəm əhlinin Cəhəmməmə atıldığı zaman bu ən böyük dəhşət Cənnət əhlini qorxutmayacaqdır. Mələk­lər on­la­rı müjdə verərək qarşı­layıb: "Nəhayət bu sizə dünyada ikən vəd edilən gü­n­dür!" – deyəcək və Cənnətdə onları gözləyən nemətlərlə müjdələyəcəklər.

21:104Page 331

يَوۡمَ نَطۡوِي ٱلسَّمَآءَ كَطَيِّ ٱلسِّجِلِّ لِلۡكُتُبِۚ كَمَا بَدَأۡنَآ أَوَّلَ خَلۡقٖ نُّعِيدُهُۥۚ وَعۡدًا عَلَيۡنَآۚ إِنَّا كُنَّا فَٰعِلِينَ ١٠٤

The Day when We will fold the heaven like the folding of a [written] sheet for the records. As We began the first creation, We will repeat it. [That is] a promise binding upon Us. Indeed, We will do it.1

Biz o gün göyü kağızın büküldüyü kimi bü­kə­cəyik. Məx­luqatı ilk dəfə lüt-üryan, anadangəlmə vəziyyətdə yarat­dığımız kimi yenidən elə bir halda yaradacağıq. Biz bunu vəd verdik və vədimizə əsla xilaf çıxmarıq. Sözsüz ki, Biz vədimizi ye­ri­nə yeti­rə­cə­yik.

21:105Page 331

وَلَقَدۡ كَتَبۡنَا فِي ٱلزَّبُورِ مِنۢ بَعۡدِ ٱلذِّكۡرِ أَنَّ ٱلۡأَرۡضَ يَرِثُهَا عِبَادِيَ ٱلصَّٰلِحُونَ ١٠٥

And We have already written in the book [of Psalms]1 after the [previous] mention2 that the land [of Paradise] is inherited by My righteous servants.

Biz Lövhi-məh­fuz­da­ yazdıqdan sonra rəsullara nazil et­di­yi­miz ki­tab­larda: "Yer üzünə Allahın əməli­sa­leh qul­la­rı varis ola­caqlar!" – deyə yazmışdıq. Onlar Muhammədin (sallallahu aleyhi və səlləm) ümmətidir.

21:106Page 331

إِنَّ فِي هَٰذَا لَبَلَٰغٗا لِّقَوۡمٍ عَٰبِدِينَ ١٠٦

Indeed, in this [Qur’ān] is notification for a worshipping people.

Həqiqətən, nazil etdiyimiz öyüd-nəsihətlərdə, Rəbbinin şəriətinə əməl edən qulları üçün kifayət qədər ibrətlər vardır.

21:107Page 331

وَمَآ أَرۡسَلۡنَٰكَ إِلَّا رَحۡمَةٗ لِّلۡعَٰلَمِينَ ١٠٧

And We have not sent you, [O Muḥammad], except as a mercy to the worlds.

Ey Muhamməd! Sən insanların haqq yola yönəlmələrinə və onların Allahın əzabından xilas olmalarına həris olduğun üçün Biz səni bütün məxluqata bir rəh­mət olaraq göndərdik.

21:108Page 331

قُلۡ إِنَّمَا يُوحَىٰٓ إِلَيَّ أَنَّمَآ إِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞۖ فَهَلۡ أَنتُم مُّسۡلِمُونَ ١٠٨

Say, "It is only revealed to me that your god is but one God; so will you be Muslims [in submission to Him]?"

Ey Peyğəmbər! Müşriklərə de: "Rəbbim tərəfindən mənə, sizin haqq məbudunuzun, heç bir şəriki olmayan, tək bir İlah olan Uca Allahın olduğu deyə vəhy edilmişdir. Elə isə siz, yalnız Ona iman edərək boyun əyin və Ona itaət edərək əməl edin!"

21:109Page 331

فَإِن تَوَلَّوۡاْ فَقُلۡ ءَاذَنتُكُمۡ عَلَىٰ سَوَآءٖۖ وَإِنۡ أَدۡرِيٓ أَقَرِيبٌ أَم بَعِيدٞ مَّا تُوعَدُونَ ١٠٩

But if they turn away, then say, "I have announced to [all of] you equally.1 And I know not whether near or far is that which you are promised.

Ey Peyğəmbər! Əgər onlar sənin gətirdiyin dindən üz döndər­sələr, o zaman onlara de: "Mən və sizlər, sizə bildirdiyim şeylərdə eyni səviyyədəyik və Uca Allahın sizə vəd etdiyi əzabın nə zaman sizə gələcəyinidə bilmirəm!"

21:110Page 331

إِنَّهُۥ يَعۡلَمُ ٱلۡجَهۡرَ مِنَ ٱلۡقَوۡلِ وَيَعۡلَمُ مَا تَكۡتُمُونَ ١١٠

Indeed, He knows what is declared of speech, and He knows what you conceal.

Həqiqətən, Uca Allah yüksəkdən de­diyiniz sözü də, deməyib, qəlbinizdə gizli saxlatdığınızı da yaxşı bilir. Bunlardan Ona heç bir şey gizli qalmaz. Şübhəsiz ki, bunun qarşılığını Uca Allah sizə verəcəkdir.

21:111Page 331

وَإِنۡ أَدۡرِي لَعَلَّهُۥ فِتۡنَةٞ لَّكُمۡ وَمَتَٰعٌ إِلَىٰ حِينٖ ١١١

And I know not; perhaps it1 is a trial for you and enjoyment for a time."

Bilmirəm, əzabın sizə gecikdirilməsinin səbəbi bəl­kə də, bu sizi sınaqdan keçirt­mək və ya bəlanın qəfildən sizə göndərmək, yaxud da küfür və günah əməllərdə davam edəsiniz deyə Allahın təyin etdiyi mü­əyyən bir müddətə qədər dün­ya həyatından faydalan­ma­ğınız üçündür".

21:112Page 331

قَٰلَ رَبِّ ٱحۡكُم بِٱلۡحَقِّۗ وَرَبُّنَا ٱلرَّحۡمَٰنُ ٱلۡمُسۡتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ ١١٢

[The Prophet (ﷺ)] has said, "My Lord, judge [between us] in truth. And our Lord is the Most Merciful, the one whose help is sought against that which you describe."1

Peyğəmbər (sallallahu aleyhi və səlləm) Rəbbinə dua edərək belə dedi: "Ey Rəb­bim! Bizimlə kafirdə israr edəm qövmümüz ara­sında əda­lət­lə hökm ver! Söylədiyiniz küfür və yalanlara görə an­caq Mərhəmətli olan Rəbbi­miz­dən kömək diləyirik!".

Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences

Contents

Ayat al-Kursi36Al-Kahfpage 42juz 15Bukhari 1Muslim 2999

Style

Theme
Text size
Layout

Читать на русском