Al-Mukhtasar · Tafsir · in Azerbaijani
Ash-Shu'ara 26:199–227
26:199Page 375
فَقَرَأَهُۥ عَلَيۡهِم مَّا كَانُواْ بِهِۦ مُؤۡمِنِينَ ١٩٩
And he had recited it to them [perfectly],1 they would [still] not have been believers in it.
Əgər bu Quranı onlara oxusaydı, yenə də ona iman gətirməyib: "Biz onu anlamırıq!"- deyəcəkdilər. Halbuki, Quran öz dillərində nazil edildiyi üçün onlar Allaha həmd-sənalar etməli idirlər.
26:200Page 375
كَذَٰلِكَ سَلَكۡنَٰهُ فِي قُلُوبِ ٱلۡمُجۡرِمِينَ ٢٠٠
Thus have We inserted it [i.e., disbelief] into the hearts of the criminals.
Biz, yalanı və küfürü günahkarların qəlblərinə beləcə yeridirik!
26:201Page 375
لَا يُؤۡمِنُونَ بِهِۦ حَتَّىٰ يَرَوُاْ ٱلۡعَذَابَ ٱلۡأَلِيمَ ٢٠١
They will not believe in it until they see the painful punishment.
Onlar dəhşətli əzabı görənə qədər küfürü tərk edib, iman etməzlər.
26:202Page 375
فَيَأۡتِيَهُم بَغۡتَةٗ وَهُمۡ لَا يَشۡعُرُونَ ٢٠٢
And it will come to them suddenly while they perceive [it] not.
O dəhşətli əzab onlara anidən, gözləmədikləri bir halda gələcəkdir və heç özləri də o əzabın gəlişini hiss etməyəcəklər.
Onlara əzab gəldiyi zaman peşman olduqlarından dolayı belə deyəcəklər: "Görəsən Allaha tövbə etməmiz üçün bizə möhlət veriləcəkmi?!"
"İdda etdiyin kimi göydən üstümüzə bizi məhv edəcək bir azab endirməyincə biz sənə əsla iman gətirməyəcəyik!"- deyən bu kafirlər doğurdanmı əzabımızın onlara tezliklə gəlməsinimi istəyirlər?!
26:205Page 375
أَفَرَءَيۡتَ إِن مَّتَّعۡنَٰهُمۡ سِنِينَ ٢٠٥
Then have you considered if We gave them enjoyment for years
Ey Peyğəbmər! Sənin gətirtdiyin dinə iman etməkdən üz çevirən kafirlərə illərcə bol-bol nemətlər və firavanlıq nəsib etsək,
26:206Page 375
ثُمَّ جَآءَهُم مَّا كَانُواْ يُوعَدُونَ ٢٠٦
And then there came to them that which they were promised?
Özlərinə verilən bol-bol nemətlərdən və firavanlıqdan sonra vəd edildikləri əzab onlara yetişsə,
26:207Page 376
مَآ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ يُمَتَّعُونَ ٢٠٧
They would not be availed by the enjoyment with which they were provided.
Axı Allahın əzabı onları haqladığı zaman dünya naz-nemətləri onlara nə fayda verəcəkdir?! Artıq o nemətlər onlardan alınmış və o nemətlərdən heç bir əsər-əlamət də qalmamışdır.
26:208Page 376
وَمَآ أَهۡلَكۡنَا مِن قَرۡيَةٍ إِلَّا لَهَا مُنذِرُونَ ٢٠٨
And We did not destroy any city except that it had warners
Biz heç bir ümməti, elçilər göndərib və kitablar nazil edərək xəbərdarlıq etməzdən öncə məhv etmədik.
Biz bunu, onlara öyüd-nəsihət vermək və xatırlatmaq üçün belə etdik. Biz onlara, elçilər göndərib və kitablar nazil edərək bütün üzürləri aradan qaldırdıqdan sonra əzab verməyimizlə əsla zalımlardan olmadıq!
26:210Page 376
وَمَا تَنَزَّلَتۡ بِهِ ٱلشَّيَٰطِينُ ٢١٠
And the devils have not brought it [i.e., the revelation] down.1
Bu Quranı Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qəlbinə şeytanlar endirməmişdir.
26:211Page 376
وَمَا يَنۢبَغِي لَهُمۡ وَمَا يَسۡتَطِيعُونَ ٢١١
It is not allowable for them, nor would they be able.
Şeytanlar, Quranı Peyğəmbərin -sallallahu aleyhi və səlləm- qəlbinə endirməyə layiq deyillər və onlar heç bunu bacarmazlar da!
26:212Page 376
إِنَّهُمۡ عَنِ ٱلسَّمۡعِ لَمَعۡزُولُونَ ٢١٢
Indeed they, from [its] hearing, are removed.1
Şeytanlar vəhyin səmadakı mənanından kənar edildikləri üçün onlar vəhyi əsla eşidə bilməzlər. Belə olduğu təqdirdə axı onlar necə vəyhi eşidib, sonra da onu Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qəlbinə endirə bilərlər?!
26:213Page 376
فَلَا تَدۡعُ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَتَكُونَ مِنَ ٱلۡمُعَذَّبِينَ ٢١٣
So do not invoke1 with Allāh another deity and [thus] be among the punished.
Odur ki, Allahla bərabər, Ona şərik qoşaraq, Ondan başqa bir məbuda ibadət etmə, yoxsa bu səbəbdən əzaba düçar edilənlərdən olarsan!
Ey Peyğəmbər! Qövmündən ən yaxın qohum-əqrəbalarını, Allaha şərik qoşacaqları təqdirdə Allahın şiddətli əzabına düçar olacaqları barədə xəbərdar et!
26:215Page 376
وَٱخۡفِضۡ جَنَاحَكَ لِمَنِ ٱتَّبَعَكَ مِنَ ٱلۡمُؤۡمِنِينَ ٢١٥
And lower your wing [i.e., show kindness] to those who follow you of the believers.
Ey Peyğəmbər! Sənə tabe olan möminlərə sözdə və əməldə, şəfqət və rəhmət göstərərək, yumşaq davran!
26:216Page 376
فَإِنۡ عَصَوۡكَ فَقُلۡ إِنِّي بَرِيٓءٞ مِّمَّا تَعۡمَلُونَ ٢١٦
And if they disobey you, then say, "Indeed, I am disassociated from what you are doing."
Əgər sənə qarşı üsyan edib, tək Allaha ibadət və itaət etməyi əmr etdiyin zaman sənə tabeçilik göstərməsələr bu zaman onlara belə de: "Şübhəsiz ki, mən sizin etdiyiniz şirk və asiliklərinizdən uzağam!"
26:217Page 376
وَتَوَكَّلۡ عَلَى ٱلۡعَزِيزِ ٱلرَّحِيمِ ٢١٧
And rely upon the Exalted in Might, the Merciful,
Ey Peyğəmbər! Sən bütün işlərində, düşmənlərindən intiqam alan yenilməz qüdrət sahibinə və həmçinin qullarından tövbə ediblərə qarşı mərhəmətli olan Allaha təvəkkül et!
O Allah ki, namaza qalxdığın zaman da səni görür,
O Allah ki, səni namaz qılanlar arasında rüku və səcdə etdiyini görür. Etdiyin əməllərdən Allaha heç bir şey gizli qalmadığı kimi, insanların da etdikləri əməllərdən Ona heç bir şey gizli qalmaz.
Şübhəsiz ki, Allah, oxuduğun Quranı, namazda etdiyin zikirləri eşidəndir və qəlbindən keçənləri də biləndir!
26:221Page 376
هَلۡ أُنَبِّئُكُمۡ عَلَىٰ مَن تَنَزَّلُ ٱلشَّيَٰطِينُ ٢٢١
Shall I inform you upon whom the devils descend?
(Ey müşriklər!) Bu Quranı endirdiyini iddia etdiyiniz şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi?
Şeytanlar, günahkar, yalançı və üsyankar kahinlərə nazil olarlar.
26:223Page 376
يُلۡقُونَ ٱلسَّمۡعَ وَأَكۡثَرُهُمۡ كَٰذِبُونَ ٢٢٣
They pass on what is heard,1 and most of them are liars.
Şeytanlar, ali toplumda, mələklərin söhbətlərinə gizli-qizli qulaq asıb oradan oğurladıqları bəzi kəlmələri kahinlərdən olan dostlarının qulağına pıçıldayaraq onlara təlqin edərlər. Halbuki kahinlərin əksəriyyəti yalançıdırlar. Əgər onlar bir kəlməni doğru desələr, onunla bərabər yüz kəlməni yalan deyərlər.
26:224Page 376
وَٱلشُّعَرَآءُ يَتَّبِعُهُمُ ٱلۡغَاوُۥنَ ٢٢٤
And the poets - [only] the deviators follow them.
Muhəmmədin (sallallahu aleyhi və səlləm) onlardan olduğunu iddia etdiyiniz şairlərə gəldikdə isə, onlara ancaq haqq yoldan azmışlar və şairlərin söylədikləri şeirləri öz aralarınada biri-birlərinə rəvayət edərlər uyarlar.
26:225Page 376
أَلَمۡ تَرَ أَنَّهُمۡ فِي كُلِّ وَادٖ يَهِيمُونَ ٢٢٥
Do you not see that in every valley they roam1
Ey Peyğəmbər! Məgər sən onların vadilərdə, birini yalandan onu mədh edib, digərini isə əbəs yerə məzəmmət edib və bəzilərinə də xoşa gəlməz adlar qoşaraq veyl-veyl gəzib dolaşdıqlarını görmürsənmi?
26:226Page 376
وَأَنَّهُمۡ يَقُولُونَ مَا لَا يَفۡعَلُونَ ٢٢٦
And that they say what they do not do? -
Şübhəsiz ki onlar, yalan söyləyirlər və etmədikləri bir iş barədə: "Biz filan işi belə etdik" deyirlər.
26:227Page 376
إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ وَذَكَرُواْ ٱللَّهَ كَثِيرٗا وَٱنتَصَرُواْ مِنۢ بَعۡدِ مَا ظُلِمُواْۗ وَسَيَعۡلَمُ ٱلَّذِينَ ظَلَمُوٓاْ أَيَّ مُنقَلَبٖ يَنقَلِبُونَ ٢٢٧
Except those [poets] who believe and do righteous deeds and remember Allāh often and defend [the Muslims]1 after they were wronged. And those who have wronged are going to know to what [kind of] return they will be returned.
Şairlərdən yalnız iman gətirənlər, saleh əməllər işləyənlər, Allahı çox zikr edənlər və Həssən bin Sabit - Allah ondan razı olsun - kimi zülmə məruz qaldıqdan sonra Allahın düşmənlərindən intiqam alan şairlər müstəsnadır. Allaha şərik qoşmaqla və Allahın qullarına qarşı haqsızlıq etməklə həddlərini aşanlar qiyamət günü qayıdacaqları yeri mütləq biləcəklər. Onlar əzəmətli bir yerə və dəqiq haqq-hesaba dönəcəklər.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences