Al-Mukhtasar · Tafsir · in Azerbaijani
العنكبوت
Al-'Ankabut
The Spider · Meccan · 69 ayahs
﴾Əlif, Ləm, Mim!﴿ Bu xüsusda bənzər bir açıqlama Bəqərə surəsinin əvvəlində zikir edilmişdir.
29:2Page 396
أَحَسِبَ ٱلنَّاسُ أَن يُتۡرَكُوٓاْ أَن يَقُولُوٓاْ ءَامَنَّا وَهُمۡ لَا يُفۡتَنُونَ ٢
Do the people think that they will be left to say, "We believe" and they will not be tried?
Yoxsa insanlar təkcə: "Biz Allaha iman gətirdik!"– deyərək kimin həqiqi mömin olduğunu ortaya çıxaran imtahan etmədən onlardan əl çəkəcəyimizimi güman edirlər?! Xeyir, bu, heç də onların güman etdikləri kimi deyildir.
29:3Page 396
وَلَقَدۡ فَتَنَّا ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۖ فَلَيَعۡلَمَنَّ ٱللَّهُ ٱلَّذِينَ صَدَقُواْ وَلَيَعۡلَمَنَّ ٱلۡكَٰذِبِينَ ٣
But We have certainly tried those before them, and Allāh will surely make evident those who are truthful, and He will surely make evident the liars.
Uca Allah, doğru danışanların imanlarında doğru danışdıqlarını, yalan danışanların da imanlarında yalan danışdıqlarını aşkar edib, üzə çıxarsın deyə, onlardan öncəkiləri də imtahan etmişdir!
29:4Page 396
أَمۡ حَسِبَ ٱلَّذِينَ يَعۡمَلُونَ ٱلسَّيِّـَٔاتِ أَن يَسۡبِقُونَاۚ سَآءَ مَا يَحۡكُمُونَ ٤
Or do those who do evil deeds think they can outrun [i.e., escape] Us? Evil is what they judge.
Yoxsa, şirk və diğər günahlar edənlər Bizi özlərinə qarşı aciz buraxacaqlarını və cəzamızdan qurtula biləcəklərinimi güman edirlər?! Onlar nə qədər də pis hökm irəli sürürlər. Xeyir, onlar Allahı əsla aciz buraxa bilməzlər. Əgər küfr halında ölsələr, Allahın əzabından da canlarını qurtara bilməzlər.
29:5Page 396
مَن كَانَ يَرۡجُواْ لِقَآءَ ٱللَّهِ فَإِنَّ أَجَلَ ٱللَّهِ لَأٓتٖۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ٥
Whoever should hope for the meeting with Allāh - indeed, the term [decreed by] Allāh is coming. And He is the Hearing, the Knowing.
Kim Qiyamət günü, dünyada ikən etdiyi yaxşı əməllərinin mükafatı özünə verilməsi üçün Allahla qarşılaşacağına ümid bəsləyirsə, qoy bilsin ki, Allahın bunun üçün müəyyən etdiyi vaxt çox yaxında olacaqdır. O, qullarının söylədiklərini eşidən, etdikləri əməlləri görəndir və bunlardan Ona heç bir şey gizli qalmaz. Allah, etdikləri əməllərin əvəzini onlara verəcəkdir.
29:6Page 396
وَمَن جَٰهَدَ فَإِنَّمَا يُجَٰهِدُ لِنَفۡسِهِۦٓۚ إِنَّ ٱللَّهَ لَغَنِيٌّ عَنِ ٱلۡعَٰلَمِينَ ٦
And whoever strives only strives for [the benefit of] himself. Indeed, Allāh is Free from need of the worlds.
Kim nəfsini, Uca Allaha itaət etməyə və günahlardan uzaqlaşmağa sövq edərək bu yolda Allah üçün cihad edərsə, şübhəsiz ki, o, öz nəsfi üçün çalışıb, cihad etmişdir. Bunun faydası sonda yalnız onun özünə qayıtacaqdır. Çünki Allahın heç bir məxluquna və onların yaxşı əməllərinə ehtiyacı yoxdur. Onların yaxşı əməllərinin Allaha heç bir faydası olmadığı kimi, pis əməllərinin də Ona heç bir zərəri olmaz!
29:7Page 397
وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَنُكَفِّرَنَّ عَنۡهُمۡ سَيِّـَٔاتِهِمۡ وَلَنَجۡزِيَنَّهُمۡ أَحۡسَنَ ٱلَّذِي كَانُواْ يَعۡمَلُونَ ٧
And those who believe and do righteous deeds - We will surely remove from them their misdeeds and will surely reward them according to the best of what they used to do.
İman gətirib, başlarına gələn müsibətlərə səbir edənlər və yaxşı əməllər edənlərin günahlarını əlbəttə ki, etdikləri yaxşı əməlləri ilə siləcəyik və axirət də onları dünya da ikən etdikləri yaxşı əməllərin daha yaxşısı ilə mükafatlandıracağıq.
29:8Page 397
وَوَصَّيۡنَا ٱلۡإِنسَٰنَ بِوَٰلِدَيۡهِ حُسۡنٗاۖ وَإِن جَٰهَدَاكَ لِتُشۡرِكَ بِي مَا لَيۡسَ لَكَ بِهِۦ عِلۡمٞ فَلَا تُطِعۡهُمَآۚ إِلَيَّ مَرۡجِعُكُمۡ فَأُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ٨
And We have enjoined upon man goodness to parents. But if they endeavor to make you associate with Me that of which you have no knowledge,1 do not obey them. To Me is your return, and I will inform you about what you used to do.
Biz insana valideynləri ilə gözəl davranmağı və onlara yaxşılıq etməyi buyurduq. Ey İnsan! Əgər valideynlərin bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr - Səd bin Əbu Vaqqasın - Allah ondan razı olsun - anasının ona qarşı etdiyi kimi - onda onların əmrinə tabe olma. Çünki Xaliqə asilik saylan bir işdə məxluqa itaət etmək olmaz. Qiyamət günü dönüşünüz yalnız Mənə olacaqdır. Mən də dünyada ikən etdiyiniz bütün etdiklərinizi sizə bildirəcəyəm və sizə əməllərinizin əvəzini verəcəyəm!
29:9Page 397
وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَنُدۡخِلَنَّهُمۡ فِي ٱلصَّٰلِحِينَ ٩
And those who believe and do righteous deeds - We will surely admit them among the righteous [into Paradise].
Uca Allaha iman gətirib yaxşı işlər görənləri, Qiyamət günü əməlisalehlərə qovuşduracaq, onlarla bərabər həşr edəcək və əməlisalehləri bol-bol savablarla mükafatlandırdığımız kimi, onlarıda bol-bol savablarla mükafatlandıracağıq.
29:10Page 397
وَمِنَ ٱلنَّاسِ مَن يَقُولُ ءَامَنَّا بِٱللَّهِ فَإِذَآ أُوذِيَ فِي ٱللَّهِ جَعَلَ فِتۡنَةَ ٱلنَّاسِ كَعَذَابِ ٱللَّهِۖ وَلَئِن جَآءَ نَصۡرٞ مِّن رَّبِّكَ لَيَقُولُنَّ إِنَّا كُنَّا مَعَكُمۡۚ أَوَلَيۡسَ ٱللَّهُ بِأَعۡلَمَ بِمَا فِي صُدُورِ ٱلۡعَٰلَمِينَ ١٠
And of the people are some who say, "We believe in Allāh," but when one [of them] is harmed for [the cause of] Allāh, he considers the trial [i.e., harm] of the people as [if it were] the punishment of Allāh. But if victory comes from your Lord, they say, "Indeed, We were with you." Is not Allāh most knowing of what is within the breasts of the worlds [i.e., all creatures]?
İnsanlardan bəziləri də: "Biz Allaha iman gətirdik!"– deyirlər. Amma kafirlər onlara Allaha iman gətirdiklərinə görə əziyyət verdikdə, onlara verilən bu əziyyəti Allahın əzabı kimi görür, beləliklə də, kafirlərə tabe olub imanlarından üz döndərirlər. Ey Peyğəmbər! Əgər Rəbbindən sənə bir zəfər gəlmiş olsa, onlar mütləq: "Ey möminlər! Biz də Allaha iman gətirməkdə sizinlə birgəyik!"– deyərlər. Məgər Allah insanların qəlblərində olanı ən yaxşı bilən deyilmi?! Qəlblərdə olan küfür və iman Ona əsla gizli qalmaz. Allah qəlblərdə olanı daha yaxşı bildiyi bir halda, onlar qəlblərdində olanı Allaha xəbərmi verirlər?!"
29:11Page 397
وَلَيَعۡلَمَنَّ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ وَلَيَعۡلَمَنَّ ٱلۡمُنَٰفِقِينَ ١١
And Allāh will surely make evident those who believe, and He will surely make evident the hypocrites.
Əlbəttə ki, Allah, Ona gerçəkdən iman gətirənləri də tanıyır, özlərini möminlərə iman gətirdikləri kimi göstərib, qəlblərində isə küfürü gizlədən münafiqləri də.
29:12Page 397
وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لِلَّذِينَ ءَامَنُواْ ٱتَّبِعُواْ سَبِيلَنَا وَلۡنَحۡمِلۡ خَطَٰيَٰكُمۡ وَمَا هُم بِحَٰمِلِينَ مِنۡ خَطَٰيَٰهُم مِّن شَيۡءٍۖ إِنَّهُمۡ لَكَٰذِبُونَ ١٢
And those who disbelieve say to those who believe, "Follow our way, and we will carry your sins."1 But they will not carry anything of their sins. Indeed, they are liars.
Kafirlər, tək Allaha iman edən möminlərə: "Bizim dinimizə tabe olun və bizim yolumuzla gedin ki, biz də sizin günahlarınızı öz üzərimizə götürək və etdiyiniz əməllərə görə biz cavabdeh olaq"– deyirlər. Halbuki onların heç biri heç kimin günahının öz üzərlərinə götürən deyildir. Onlar söylədikləri bu sözlərində sadəcə olaraq yalan danışırlar.
29:13Page 397
وَلَيَحۡمِلُنَّ أَثۡقَالَهُمۡ وَأَثۡقَالٗا مَّعَ أَثۡقَالِهِمۡۖ وَلَيُسۡـَٔلُنَّ يَوۡمَ ٱلۡقِيَٰمَةِ عَمَّا كَانُواْ يَفۡتَرُونَ ١٣
But they will surely carry their [own] burdens and [other] burdens along with their burdens,1 and they will surely be questioned on the Day of Resurrection about what they used to invent.
Öz batil əməllərinə çağıran o müşriklər, etdikləri günah yükünü daşıdıaqları kimi, onlara tabe olanların günah yükündən heç bir şey əksildilmədən, onların çağırışına icabət edən kimsələrin günah yükünü də daşıyacaqlar. Qiyamət günü onlar, dünya da ikən özlərindən uydurduqları şeylər barəsində mütləq sorğu-suala çəkiləcəklər!
29:14Page 397
وَلَقَدۡ أَرۡسَلۡنَا نُوحًا إِلَىٰ قَوۡمِهِۦ فَلَبِثَ فِيهِمۡ أَلۡفَ سَنَةٍ إِلَّا خَمۡسِينَ عَامٗا فَأَخَذَهُمُ ٱلطُّوفَانُ وَهُمۡ ظَٰلِمُونَ ١٤
And We certainly sent Noah to his people, and he remained among them a thousand years minus fifty years, and the flood seized them while they were wrongdoers.
Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O da, öz qövmünü doqquz yüz əlli il tək Allaha ibadət etməyə dəvət etdi. Qövmü isə bunun müqabilində onu yalançı sayıb ona küfür etdi. Onların Allaha qarşı küfrləri, Onun elçilərini yalançı saydıqları və həmçinin, etdikləri günahlar səbəbindən tufan onları yaxaladı və beləliklə də onlar suda boğularaq məhv oldular.
29:15Page 398
فَأَنجَيۡنَٰهُ وَأَصۡحَٰبَ ٱلسَّفِينَةِ وَجَعَلۡنَٰهَآ ءَايَةٗ لِّلۡعَٰلَمِينَ ١٥
But We saved him and the companions of the ship, and We made it1 a sign for the worlds.
Biz Nuhu və onunla gəmidə bərabər olan möminləri boğularaq həlak olmaqdan qurtardıq və bu gəmi hadisəsini, insanların (sonrakı nəsillərin) öyüd-nəsihət almaları üçün bir ibrət etdik.
29:16Page 398
وَإِبۡرَٰهِيمَ إِذۡ قَالَ لِقَوۡمِهِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱتَّقُوهُۖ ذَٰلِكُمۡ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ ١٦
And [We sent] Abraham, when he said to his people, "Worship Allāh and fear Him. That is best for you, if you should know.
Ey Peyğəmbər! İbrahimin - aleyhissəlam - hekayəsini də xatırla! Bir zaman o öz qövmünə belə demişdi: "Tək Allaha ibadət edin! Onun əmrlərini yerinə yetirib və qadağalarından çəkinərək əzabından qorxun! Əmr olunduğunuz bu şeyin sizin üçün nə qədər xeyirli olduğunu bilirsinizmi?
29:17Page 398
إِنَّمَا تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ أَوۡثَٰنٗا وَتَخۡلُقُونَ إِفۡكًاۚ إِنَّ ٱلَّذِينَ تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ لَا يَمۡلِكُونَ لَكُمۡ رِزۡقٗا فَٱبۡتَغُواْ عِندَ ٱللَّهِ ٱلرِّزۡقَ وَٱعۡبُدُوهُ وَٱشۡكُرُواْ لَهُۥٓۖ إِلَيۡهِ تُرۡجَعُونَ ١٧
You only worship, besides Allāh, idols, and you produce a falsehood. Indeed, those you worship besides Allāh do not possess for you [the power of] provision. So seek from Allāh provision and worship Him and be grateful to Him. To Him you will be returned."
Ey müşriklər! Siz, özünüzə fayda və zərər verə bilməyən bütlərə ibadət edirsiniz. Bu bütlərin ibadətə layiq olduğu iddianızda da yalan danışırsınız. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bütlər, sizə ruzi verməyə qadir deyillər. Elə isə ruzini yalnız bol-bol ruzi verən Allahdan diləyin, tək Ona ibadət edin və sizlərə bəxş etdiyi nemətlərə görə də Ona şükür edin. Siz Qiyamət günü haqq-hesaba çəkilmək və etdiyiniz əməllərin əvəzini almaq üçün bütlərin hüzuruna deyil, əksinə, yalnız Allahın hüzuruna qaytarılacaqsınız!"
29:18Page 398
وَإِن تُكَذِّبُواْ فَقَدۡ كَذَّبَ أُمَمٞ مِّن قَبۡلِكُمۡۖ وَمَا عَلَى ٱلرَّسُولِ إِلَّا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ ١٨
And if you [people] deny [the message] - already nations before you have denied. And there is not upon the Messenger except [the duty of] clear notification.1
Ey müşriklər! Əgər siz, Muhəmmədin (sallallahu aleyhi və səlləm) gətirdiyi dini yalan hesab etsəniz, bilin ki, Nuh tayfası, Ad və Səmud qövmü kimi sizdən əvvəlki qövmlər də öz peyğəmbərlərini yalançı hesab etmişdilər. Peyğəmbərin vəzifəsi sadəcə olaraq dini insanlara anlaşıqlı tərzdə təbliğ etməkdir. Əlbəttə ki, artıq o sizə, Rəbbinin təbliğ edilməsini əmr etdiklərini təbliğ etmişdir.
29:19Page 398
أَوَلَمۡ يَرَوۡاْ كَيۡفَ يُبۡدِئُ ٱللَّهُ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥٓۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ ١٩
Have they not considered how Allāh begins creation and then repeats it? Indeed that, for Allāh, is easy.
Məgər Peyğəmbərləri yalan hesab edən o kimsələr, Allahın məxluqatı əvvəlcə necə yaratdığını, öldükdən sonra da onları yenidən necə həyata qaytardığını görmürlərmi? Həqiqətən, bu, Allah üçün çox asandır. O hər şeyə qadirdir. Onu heç bir şey aciz edə bilməz! (Allah insanı əvvəlcə nütfədən, sonra laxtalanmış qandan, daha sonra bir bir parça ətdən yaradır. İnsan anadan olandan sonra ömrünün uşaqlıq, yeniyetməlik, yetkinlik, ahıllıq, qocalıq çağlarını yaşayır və nəhayət, ölür. Allah bütün məxluqatı yoxdan yaratdığı kimi, Qiyamət günü onları yenidən dirildəcəkdir!)
29:20Page 398
قُلۡ سِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ بَدَأَ ٱلۡخَلۡقَۚ ثُمَّ ٱللَّهُ يُنشِئُ ٱلنَّشۡأَةَ ٱلۡأٓخِرَةَۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ٢٠
Say, [O Muḥammad], "Travel through the land and observe how He began creation. Then Allāh will produce the final creation [i.e., development]. Indeed Allāh, over all things, is competent."
Ey Peyğəmbər! Öldükdən sonra yenidən dirilməyi yalan hesab edənlərə belə de: "Yer üzünü gəzib dolaşın və Allahın məxluqatı ilk dəfə necə yoxdan var etdiyini bir düşünün. Allah, insanları öldürdükdən sonra etdikləri əməllərin hesabını vermək üçün onları ikinci dəfə dirildərək yenidən həyata qaytaracaqdır. Həqiqətən Allah hər şeyə qadirdir. Onu heç bir şey aciz edə bilməz. İnsanları ilk dəfə yoxdan var edərək yaratması Onu aciz etmədiyi kim, insanlar öldükdən sonra onları yenidən yaratması da Onu aciz etməz!
29:21Page 398
يُعَذِّبُ مَن يَشَآءُ وَيَرۡحَمُ مَن يَشَآءُۖ وَإِلَيۡهِ تُقۡلَبُونَ ٢١
He punishes whom He wills and has mercy upon whom He wills, and to Him you will be returned.
Allah Öz qullarından istədiyinə ədalətlə əzab verir, Öz lütfü ilə də istədiyinə mərhəmət edir. Qiyamət günü hesaba çəkilmək üçün sizi, qəbirlərinizdən təkrarən dirilib yalnız Onun hüzuruna qaytarılacaqsınız!
29:22Page 398
وَمَآ أَنتُم بِمُعۡجِزِينَ فِي ٱلۡأَرۡضِ وَلَا فِي ٱلسَّمَآءِۖ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِيّٖ وَلَا نَصِيرٖ ٢٢
And you will not cause failure [to Allāh] upon the earth or in the heaven. And you have not other than Allāh any protector or any helper.
Siz nə yer üzündə, nə də ki, göydə Rəbbinizin əzabından əsla canınızı qurtara bilməzsiniz. Allahdan başqa sizin işlərinizi səhmana salan nə bir haminiz var, nə də ki, sizi Onun əzabından qoruyan bir köməkçiniz!"
29:23Page 398
وَٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِ ٱللَّهِ وَلِقَآئِهِۦٓ أُوْلَٰٓئِكَ يَئِسُواْ مِن رَّحۡمَتِي وَأُوْلَٰٓئِكَ لَهُمۡ عَذَابٌ أَلِيمٞ ٢٣
And the ones who disbelieve in the signs of Allāh and the meeting with Him - those have despaired of My mercy, and they will have a painful punishment.
Uca Allahın ayələrinə və Qiyamət günü Onunla qarşılaşacaqlarına inkar edənlər, Məhz onlar Mənim mərhəmətimdən ümidlərini kəsən kimsələrdir. Onlar etdikləri küfr səbəbindən əsla Cənnətə girməyəcəklər. Axirət də onları gözləyən şiddətli bir əzab vardır.
29:24Page 399
فَمَا كَانَ جَوَابَ قَوۡمِهِۦٓ إِلَّآ أَن قَالُواْ ٱقۡتُلُوهُ أَوۡ حَرِّقُوهُ فَأَنجَىٰهُ ٱللَّهُ مِنَ ٱلنَّارِۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ ٢٤
And the answer of his [i.e., Abraham's] people was not but that they said, "Kill him or burn him," but Allāh saved him from the fire. Indeed in that are signs for a people who believe.
İbrahim - aleyhissəlam - qövmünə tək Allaha ibadət etmələrini və Ondan başqa ibadət etdikləri bütləri isə tərk etmələrini əmr etdikdən sonra, qövmünün ona cavabı ancaq: "İlahlarınıza yardımçı olmaq üçün ya onu öldürün, ya da onu oda atın!" – deməkdən başqa bir şey olmadı. Lakin Allah onu oddan qorudu. Doğrudan da, onların İbrahimi odun içinə atdıqdan sonra onu odun içindən sağ-salamat çıxarmasında mömin qövm üçün bir ibrətlər var!
29:25Page 399
وَقَالَ إِنَّمَا ٱتَّخَذۡتُم مِّن دُونِ ٱللَّهِ أَوۡثَٰنٗا مَّوَدَّةَ بَيۡنِكُمۡ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ ثُمَّ يَوۡمَ ٱلۡقِيَٰمَةِ يَكۡفُرُ بَعۡضُكُم بِبَعۡضٖ وَيَلۡعَنُ بَعۡضُكُم بَعۡضٗا وَمَأۡوَىٰكُمُ ٱلنَّارُ وَمَا لَكُم مِّن نَّٰصِرِينَ ٢٥
And [Abraham] said, "You have only taken, other than Allāh, idols as [a bond of] affection among you in worldly life. Then on the Day of Resurrection you will deny one another and curse one another, and your refuge will be the Fire, and you will not have any helpers."
İbrahim - aleyhissəlam - qövmünə belə dedi: "Sizin Allahı qoyub bütlərə ibadət etməniz ancaq dünya həyatında aranızda bir-birinizə qarşı bəslədiyiniz dostluğa və məhəbbətə görədir. Sonra Qiyamət günü Allahın əzabını öz gözlərinizlə gördüyünüz zaman aranızda olan bu dostluq və məhəbbət bağları yox olacaq və bir-birinizi inkar edib lənətləyəcəksiniz. Qərar tutacağınız yer isə Oddur. Sizin Allahın əzabından qoruya biləcək, nə ibadət etdiyiniz bütlərdən, nə də başqalarından hər hansı bir yardımçınız olmayacaqdır!"
29:26Page 399
۞ فَـَٔامَنَ لَهُۥ لُوطٞۘ وَقَالَ إِنِّي مُهَاجِرٌ إِلَىٰ رَبِّيٓۖ إِنَّهُۥ هُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٢٦
And Lot believed him. [Abraham] said, "Indeed, I will emigrate to [the service of] my Lord. Indeed, He is the Exalted in Might, the Wise."
Lut - aleyhissəlam - ona iman gətirdi. İbrahim - aleyhissəlam - ona belə dedi: "Mən Rəbbimə, Şam diyarının bərəkətli torpqlarına hicrət edirəm. Həqiqətən, O, qüdrətlidir, kimsə Onu məğlub edə bilməz və Ona hicrət edəni əsla zəlil etməz. O, təqdirində və işlərində hikmət sahibidir!"
29:27Page 399
وَوَهَبۡنَا لَهُۥٓ إِسۡحَٰقَ وَيَعۡقُوبَ وَجَعَلۡنَا فِي ذُرِّيَّتِهِ ٱلنُّبُوَّةَ وَٱلۡكِتَٰبَ وَءَاتَيۡنَٰهُ أَجۡرَهُۥ فِي ٱلدُّنۡيَاۖ وَإِنَّهُۥ فِي ٱلۡأٓخِرَةِ لَمِنَ ٱلصَّٰلِحِينَ ٢٧
And We gave to him Isaac and Jacob and placed in his descendants prophethood and scripture. And We gave him his reward in this world, and indeed, he is in the Hereafter among the righteous.
Biz İbrahimə, İshaqı və onun oğlu Yəqubu bağışladıq. Onun övladlarına peyğəmbərlik və Allah yanından nazil edilən kitablar bəxş etdik. Dünyada haqq üzərində sabitqədəm olduğuna görə etdiyi səbrin mükafatı olaraq ona saleh övladlar və insanların gözəl tərifini verdik. Şübhəsiz ki, o, axirətdə əməlisaleh kimsələrin aldığı mükafatı olacaqdır. Dünyada ona verilənlər, onun üçün hazırlanmış çox dəyərli axirət mükafatından əksildilməyəcəkdir.
29:28Page 399
وَلُوطًا إِذۡ قَالَ لِقَوۡمِهِۦٓ إِنَّكُمۡ لَتَأۡتُونَ ٱلۡفَٰحِشَةَ مَا سَبَقَكُم بِهَا مِنۡ أَحَدٖ مِّنَ ٱلۡعَٰلَمِينَ ٢٨
And [mention] Lot, when he said to his people, "Indeed, you commit such immorality as no one has preceded you with from among the worlds.
Ey Peyğəmbər! Lutun bir zaman o öz qövmünə belə dediyini də xatırla: "Şübhəsiz ki siz, sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi çirkin bir günahı edirsiniz. Siz sağlam fitrət sahibinin qəbul etmədiyi bu çirkin günahı ilk dəfə edən kimsələrsiniz!"
29:29Page 399
أَئِنَّكُمۡ لَتَأۡتُونَ ٱلرِّجَالَ وَتَقۡطَعُونَ ٱلسَّبِيلَ وَتَأۡتُونَ فِي نَادِيكُمُ ٱلۡمُنكَرَۖ فَمَا كَانَ جَوَابَ قَوۡمِهِۦٓ إِلَّآ أَن قَالُواْ ٱئۡتِنَا بِعَذَابِ ٱللَّهِ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ ٢٩
Indeed, you approach men and obstruct the road1 and commit in your meetings [every] evil." And the answer of his people was not but that they said, "Bring us the punishment of Allāh, if you should be of the truthful."
"Doğrudanmı siz, şəhvətinizi ödəmək üçün kişilərə arxalarından yaxınlaşır, müsafirlərin namusuna toxunmaq məqsədi ilə yol kəsir, onlara qarşı etdiyiniz bu çirkin əməlinizin üzündən insanlar sizin olduğunuz torpaqlardan keçə bilmir və məclislərinizdə çılpaq olmaq və yanınızdan keçənlərə söz və əməllə əziyyət vermək kimi bir-birininizə qarşı murdar işlər görürsünüz?" Lutun onlara bu çirkin əməli qadağan etməsindən sonra qövmünün ona cavabı isə ancaq belə deməkdən başqa bir şey olmadı: "Əgər doğru danışanlardansansa, elə isə bizi hədələdiyin Allahın əzabını gətir görək!"
29:30Page 399
قَالَ رَبِّ ٱنصُرۡنِي عَلَى ٱلۡقَوۡمِ ٱلۡمُفۡسِدِينَ ٣٠
He said, "My Lord, support me against the corrupting people."
Lut - aleyhissəlam - qövmünün ona qarşı inadkarlıq etmələrini, Allahın əzabına istehza edərək Lutdan - aleyhissəlam - o əzabın özlərinə tez bir zaman da gəlməsini tələb etmələrini gördükdən sonra, o, Rəbbinə dua edərək belə dedi: "Ey Rəbbim! Yer üzündə küfür və günahlar etməklə fitnə-fəsad yayan bu qövm qarşı mənə yardım et!"
29:31Page 400
وَلَمَّا جَآءَتۡ رُسُلُنَآ إِبۡرَٰهِيمَ بِٱلۡبُشۡرَىٰ قَالُوٓاْ إِنَّا مُهۡلِكُوٓاْ أَهۡلِ هَٰذِهِ ٱلۡقَرۡيَةِۖ إِنَّ أَهۡلَهَا كَانُواْ ظَٰلِمِينَ ٣١
And when Our messengers [i.e., angels] came to Abraham with the good tidings,1 they said, "Indeed, we will destroy the people of that [i.e., Lot's] city. Indeed, its people have been wrongdoers."
Göndərdiyimiz mələklər, İbrahimə, İshaqın, sonra da İshaqın oğlu Yəqubun doğulacağı barədə müjdə gətirdikləri zaman ona belə dedilər: "Biz Lut qövmünün məmləkəti olan Sədum səhərinin sakinlərini həlak edəcəyik. Çünki o şəhərin sakinləri etdikləri bu çirkin əməl səbəbi ilə özlərinə zülüm edənlərdən oldular!"
29:32Page 400
قَالَ إِنَّ فِيهَا لُوطٗاۚ قَالُواْ نَحۡنُ أَعۡلَمُ بِمَن فِيهَاۖ لَنُنَجِّيَنَّهُۥ وَأَهۡلَهُۥٓ إِلَّا ٱمۡرَأَتَهُۥ كَانَتۡ مِنَ ٱلۡغَٰبِرِينَ ٣٢
[Abraham] said, "Indeed, within it is Lot." They said, "We are more knowing of who is within it. We will surely save him and his family, except his wife. She is to be of those who remain behind."
İbrahim mələklərə dedi: "Sizin, sakinlərini həlak etmək istədiyiniz o şəhərdə Lut da vardır, o heç də zalımlardan deyildir!" Mələklər də ona belə dedilər: "Biz orada kimin olduğunu daha yaxşı bilirik. Biz onu və onun ailəsini, şəhər sakinlərinin üzərinə endirilən əzabla həlak olmaqdan mütləq xilas edəcəyik. Yalnız arvadından başqa. O, geridə, həlak olanlarla birgə qalacaq və onu da onlarla bərabər həlak edəcəyik!"
29:33Page 400
وَلَمَّآ أَن جَآءَتۡ رُسُلُنَا لُوطٗا سِيٓءَ بِهِمۡ وَضَاقَ بِهِمۡ ذَرۡعٗاۖ وَقَالُواْ لَا تَخَفۡ وَلَا تَحۡزَنۡ إِنَّا مُنَجُّوكَ وَأَهۡلَكَ إِلَّا ٱمۡرَأَتَكَ كَانَتۡ مِنَ ٱلۡغَٰبِرِينَ ٣٣
And when Our messengers [i.e., angels] came to Lot, he was distressed for them and felt for them great discomfort.1 They said, "Fear not, nor grieve. Indeed, we will save you and your family, except your wife; she is to be of those who remain behind.
Lut qövmünü həlak etmək üçün göndərdiyimiz mələklər Lutun yanına gəldikdə o, qövmünün onlara qarşı əxlaqsızlıq etmələrindən qorxduğundan dolayı onların gəlişi onu kədərli və hüzünlü etdi. Mələklər Lutun yanına cavan oğlanlar qiyafəsində gəlmişdilər. Lutun qövmü isə qadınları tərk edib kişilərlə yaxınlıq edirdilər. Mələklər ona dedilər: "Qorxma! Qövmün sənə bir pislik toxundura bilməyəcəkdir. Onları həlak edəcəyimizə dair sənə verdiyimiz xəbərə görə də üzülmə. Biz səni və sənin ailəni həlak olmaqdan xilas edəcəyik. Yalnız arvadından başqa. O, geridə, həlak olanlarla birgə qalacaq və onu da onlarla bərabər həlak edəcəyik!"
29:34Page 400
إِنَّا مُنزِلُونَ عَلَىٰٓ أَهۡلِ هَٰذِهِ ٱلۡقَرۡيَةِ رِجۡزٗا مِّنَ ٱلسَّمَآءِ بِمَا كَانُواْ يَفۡسُقُونَ ٣٤
Indeed, we will bring down on the people of this city punishment from the sky because they have been defiantly disobedient."
Biz bu məmləkətin əxlaqsızlıq edən sakinlərinin üstünə göydən əzab endirəcəyik. O əzab, onların Allahın itaətindən çıxaraq, çirkin əməllər etdiyindən dolayı üstlərinə, odda bişmiş gil daşların ardıcıl olaraq yağmasıdır. Onların etdikləri bu çirkin əməl, qadınları tərk edib, şəhvətlə kişilərə yaxınlaşmalarıdır.
29:35Page 400
وَلَقَد تَّرَكۡنَا مِنۡهَآ ءَايَةَۢ بَيِّنَةٗ لِّقَوۡمٖ يَعۡقِلُونَ ٣٥
And We have certainly left of it a sign as clear evidence for a people who use reason.
Şübhəsiz ki, Biz, həlak etdiyimiz bu məmləkətdə düşünən adamlar üçün açıq-aydın bir əlamət saxladıq. Çünki ayələrdən ibrət alanlar elə məhz onlardır.
29:36Page 400
وَإِلَىٰ مَدۡيَنَ أَخَاهُمۡ شُعَيۡبٗا فَقَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱرۡجُواْ ٱلۡيَوۡمَ ٱلۡأٓخِرَ وَلَا تَعۡثَوۡاْ فِي ٱلۡأَرۡضِ مُفۡسِدِينَ ٣٦
And to Madyan [We sent] their brother Shuʿayb, and he said, "O my people, worship Allāh and expect the Last Day and do not commit abuse on the earth, spreading corruption."
Mədyən əhalisinə də bir nəsəbdən olan qardaşları Şueybi - aleyhissəlam - peyğəmbər göndərdik. O dedi: "Ey qövmüm! Tək olan Allaha ibadət edin, Ona ibadət etməklə Qiyamət günü veriləcək savaba ümid bəsləyin. Günahlar edərək və onları yayaraq yer üzündə fitnə-fəsad törətməyin!"
29:37Page 400
فَكَذَّبُوهُ فَأَخَذَتۡهُمُ ٱلرَّجۡفَةُ فَأَصۡبَحُواْ فِي دَارِهِمۡ جَٰثِمِينَ ٣٧
But they denied him, so the earthquake seized them, and they became within their home [corpses] fallen prone.
Lakin qövmü onu yalançı hesab etdi. Elə bu zaman onları dəhşətli bir zəlzələ bürüdü və onlar öz evlərində diz üstə düşüblər və beləliklə də, üz-gözləri toz-torpağa bulaşaraq bir göz qırpımında həlak oldular.
29:38Page 400
وَعَادٗا وَثَمُودَاْ وَقَد تَّبَيَّنَ لَكُم مِّن مَّسَٰكِنِهِمۡۖ وَزَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ أَعۡمَٰلَهُمۡ فَصَدَّهُمۡ عَنِ ٱلسَّبِيلِ وَكَانُواْ مُسۡتَبۡصِرِينَ ٣٨
And [We destroyed] ʿAad and Thamūd, and it has become clear to you from their [ruined] dwellings. And Satan had made pleasing to them their deeds and averted them from the path, and they were endowed with perception.
Biz həmçinin, Hud qövmü Adı və Saleh qövmü Səmudu da məhv etdik. Ey Məkkə əhli! Hicrdə və Hədrəmövtdəki Şəhr diyarında onların həlak olduqlarını göstərən məskənləri sizə açıq-aydın bəllidir. Boş qalmış yurdları da buna şahidir. Şeytan onlara etdikləri küfr və s. günah əməlləri gözəl göstərib, onları doğru yoldan azdırdı. Halbuki onlar, peyğəmbərlərinin özlərinə öyrətdiklərindən - haqqı zəlalətdən, doğrunu isə azğınlıqdan ayıra bilən kimsələr idilər. Lakin onlar nəfslərinin istəklərinə tabe olmağı, haqqa tabe olmaqdan üstün tutdullar.
29:39Page 401
وَقَٰرُونَ وَفِرۡعَوۡنَ وَهَٰمَٰنَۖ وَلَقَدۡ جَآءَهُم مُّوسَىٰ بِٱلۡبَيِّنَٰتِ فَٱسۡتَكۡبَرُواْ فِي ٱلۡأَرۡضِ وَمَا كَانُواْ سَٰبِقِينَ ٣٩
And [We destroyed] Qārūn and Pharaoh and Hāmān. And Moses had already come to them with clear evidences, and they were arrogant in the land, but they were not outrunners [of Our punishment].
Qarun, Musaya qarşı həddinı aşdıq da onu evi ilə birgə yerin dibinə batıraraq həlak etdk, Fironu və vəziri olan Hamanı da dənizdə boğaraq məhv etdik. Musa onlara özünün həqiqətən də, Allah tərəfindən göndərilən bir peyğəmbər olduğuna dəlalət edən açıq-aydın dəlillər gətirdikdən sonra onlar Misir torpaqlarında təkəbbürlük göstərərək ona iman etməkdən boyun qaçırdılar, lakin əzabımızdan qaçıb canlarını qurtara bilmədilər.
29:40Page 401
فَكُلًّا أَخَذۡنَا بِذَنۢبِهِۦۖ فَمِنۡهُم مَّنۡ أَرۡسَلۡنَا عَلَيۡهِ حَاصِبٗا وَمِنۡهُم مَّنۡ أَخَذَتۡهُ ٱلصَّيۡحَةُ وَمِنۡهُم مَّنۡ خَسَفۡنَا بِهِ ٱلۡأَرۡضَ وَمِنۡهُم مَّنۡ أَغۡرَقۡنَاۚ وَمَا كَانَ ٱللَّهُ لِيَظۡلِمَهُمۡ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ ٤٠
So each We seized for his sin; and among them were those upon whom We sent a storm of stones, and among them were those who were seized by the blast [from the sky], and among them were those whom We caused the earth to swallow, and among them were those whom We drowned. And Allāh would not have wronged them, but it was they who were wronging themselves.
Daha öncə zikir etdiklərimizin hər birini həlak edici əzabla yaxaladıq. Onlardan bəziləri, üstlərinə odda bişmiş gil daşlarını ardıcıl olaraq yağdırdığımız Lut qövmüdür. Bəziləri, qorxunc səs ilə yaxaladığımız Saleh və Şueyb qövmüdür. Bəziləri, özünü evi ilə birgə yerin dibinə batırdığımız Qarundur. Bəziləri də, suda boğaraq həlak etdiyimiz Nuhun, Fironun və Hamanın qövmüdür. Allah, onlar günahsız olduqları halda həlak edərək onlara zülm etmədi, lakin onlar günahlar edərək özləri özlərinə zülm edirdilər və beləliklə də, əzaba layiq görüldülər.
29:41Page 401
مَثَلُ ٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ أَوۡلِيَآءَ كَمَثَلِ ٱلۡعَنكَبُوتِ ٱتَّخَذَتۡ بَيۡتٗاۖ وَإِنَّ أَوۡهَنَ ٱلۡبُيُوتِ لَبَيۡتُ ٱلۡعَنكَبُوتِۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ ٤١
The example of those who take allies other than Allāh is like that of the spider who takes [i.e., constructs] a home. And indeed, the weakest of homes is the home of the spider, if they only knew.
Allahdan başqa özlərinə fayda verəcəyini və ya onlara şəfaətçi olacaqlarını arzu etdərək bütlər ibadət edən müşriklərin məsəli, özünü düşmənindən qorumaq üçün özünə bir yuva qurmuş hörümçəyin məsəlinə bənzəyir. Yuvaların ən zəifi isə, əlbəttə ki, hörümçək yuvasıdır. Çünki o yuva, hörümçəyi düşmənindən qoruya bilməz. Onların Allahdan başqa ibadət etdikləri bütləri də eyni şəkildə onlara nə bir zərər verə bilər, nə də ki, onlara şəfaətçilik edə bilərlər. Əgər müşriklər bunu bilsəydilər, Allahı buraxıb bütlərə əsla ibadət etməzdilər!
29:42Page 401
إِنَّ ٱللَّهَ يَعۡلَمُ مَا يَدۡعُونَ مِن دُونِهِۦ مِن شَيۡءٖۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٤٢
Indeed, Allāh knows whatever thing they call upon1 other than Him. And He is the Exalted in Might, the Wise.
Şübhə yoxdur ki, Uca Allah onların Allahdan başqa nəyə ibadət etdiklərini bilir. Bundan Ona heç bir şey gizli qalmaz. O, qüdrətlidir, kimsə Ona qalib gələ bilməz. O, həmçinin yaratmağında, təqdir etməyində və idarə etməyində də hikmət sahibidir!
29:43Page 401
وَتِلۡكَ ٱلۡأَمۡثَٰلُ نَضۡرِبُهَا لِلنَّاسِۖ وَمَا يَعۡقِلُهَآ إِلَّا ٱلۡعَٰلِمُونَ ٤٣
And these examples We present to the people, but none will understand them except those of knowledge.
Biz bu misalları, insanların ayılması, haqqı görmələri və haqqa tərəf yönəlmələri üçün çəkirik. Bunları lazımı şəkildə ancaq Allahın şəriətini və Onun hikmətini dərk edən kimsələr anlayarlar.
29:44Page 401
خَلَقَ ٱللَّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّلۡمُؤۡمِنِينَ ٤٤
Allāh created the heavens and the earth in truth. Indeed in that is a sign for the believers.
Allah göyləri və yeri, batil olaraq, əbəs yerə deyil, əksinə, haqq olaraq yaratmışdır. Şübhəsiz ki, bu yaradılışda möminlər üçün Allahın qüdrətinə dəlalət edən açıq-aydın dəlillər vardır. Çünki Allahın yaratdığı məxluqata baxıb və bu məxluqatın həqiqətən də, Allahın yaratdığını etiraf edənlər elə məhz onlardır. Amma kafirlər isə yer üzündə və həmçinin öz nəfslərində Allahın qüdrətinə dəlalət edən neçə-neşə ayələrə rast gəlsələr də, lakin onlar bunlardan ibdət almadan, üz çevirərək keçib gerdərlər.
29:45Page 401
ٱتۡلُ مَآ أُوحِيَ إِلَيۡكَ مِنَ ٱلۡكِتَٰبِ وَأَقِمِ ٱلصَّلَوٰةَۖ إِنَّ ٱلصَّلَوٰةَ تَنۡهَىٰ عَنِ ٱلۡفَحۡشَآءِ وَٱلۡمُنكَرِۗ وَلَذِكۡرُ ٱللَّهِ أَكۡبَرُۗ وَٱللَّهُ يَعۡلَمُ مَا تَصۡنَعُونَ ٤٥
Recite, [O Muḥammad], what has been revealed to you of the Book and establish prayer. Indeed, prayer prohibits immorality and wrongdoing, and the remembrance of Allāh is greater. And Allāh knows that which you do.
Ey Peyğəmbər! Allahın sənə Qurandan vəhy etdiklərini oxu və namazı da kamil şəkildə qıl. Həqiqətən, kamil şəkildə qılınan namaz, sahibini çirkin və yaramaz işlərdən çəkindirər. Çünki namaz insanın qəlbini nurlandıran, insanı pis işlərdən çəkindirər və yaxşı işlərə yönəldər. Allahı zikr etmək isə hər şeydən böyükdür və hər şeydən əzəmətlidir. Allah nə etdiklərinizdən əlbəttə ki, xəbərdardır. Əməllərinizdən Ona heç bir şey qizli qalmaz. O, etdiyiniz əməllərin mükafatını sizə mütləq verəcəkdir. Yaxşılıq edənlərin mükafatı yaxşılıq olacaqdır, pislik edənlərin də mükafatı pislik.
29:46Page 402
۞ وَلَا تُجَٰدِلُوٓاْ أَهۡلَ ٱلۡكِتَٰبِ إِلَّا بِٱلَّتِي هِيَ أَحۡسَنُ إِلَّا ٱلَّذِينَ ظَلَمُواْ مِنۡهُمۡۖ وَقُولُوٓاْ ءَامَنَّا بِٱلَّذِيٓ أُنزِلَ إِلَيۡنَا وَأُنزِلَ إِلَيۡكُمۡ وَإِلَٰهُنَا وَإِلَٰهُكُمۡ وَٰحِدٞ وَنَحۡنُ لَهُۥ مُسۡلِمُونَ ٤٦
And do not argue with the People of the Scripture except in a way that is best, except for those who commit injustice among them, and say, "We believe in that which has been revealed to us and revealed to you. And our God and your God is one; and we are Muslims [in submission] to Him."
Ey möminlər, yəhudilər və nəsranilərlə ən gözəl tərzdə mübahisə və onlarla ən yaxşı üslubda münaqişə edin - yəni nəsihət etməklə və açıq-aydın dəlilləri ortaya qoymaqla dəvət edin. Yalnız inadkarlıq və təkəbbürlük göstərib özlərinə zülm edən və sizə qarşı hərb elan etmiş kimsələrdən başqa. Onlar İslam dinini qəbul edənədək və ya alçalmış halda cizyə verənədək onlarla vuruşun. Yəhudilərə və nəsranilərə deyin: “Biz, Allahın Qurandan bizə nazil etdiyinə, Tövrat və İncildən sizə nazil etdiyinə iman gətirdik. Bizim də ilahımız, sizin də ilahınız birdir, Onun nə uluhiyyə tovhidində, nə rububiyyə tovhidində, nə də kamil ad və sifətlərində, heç bir şəriki yoxdur. Biz yalnız Ona təslim olanlar və yalnız Ona boyun əyənlərik.”
29:47Page 402
وَكَذَٰلِكَ أَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَۚ فَٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ يُؤۡمِنُونَ بِهِۦۖ وَمِنۡ هَٰٓؤُلَآءِ مَن يُؤۡمِنُ بِهِۦۚ وَمَا يَجۡحَدُ بِـَٔايَٰتِنَآ إِلَّا ٱلۡكَٰفِرُونَ ٤٧
And thus We have sent down to you the Book [i.e., the Qur’ān]. And those to whom We [previously] gave the Scripture believe in it. And among these [people of Makkah] are those who believe in it. And none reject Our verses except the disbelievers.
Biz səndən əvvəlkilərə kitablar nazil etdiyimiz kimi, sənə də Quranı nazil etdik. Abdullah bin Səlam kimi Tövratı oxuyanlardan bəziləri öz kitablarında Muhammədin (sallallahu aleyhi və səlləm) vəsfini gördükləri üçün ona iman gətirirlər. Həmçinin, müşriklər arasında da, ona iman gətirənlər vardır. Bizim ayələrimizi ancaq kafirlər inkar edirlər. O kafirlər ki, onların işi ancaq küfr etmək və inadkarlıq göstərib, gün kimi aydın olan haqqı inkar etməkdir.
29:48Page 402
وَمَا كُنتَ تَتۡلُواْ مِن قَبۡلِهِۦ مِن كِتَٰبٖ وَلَا تَخُطُّهُۥ بِيَمِينِكَۖ إِذٗا لَّٱرۡتَابَ ٱلۡمُبۡطِلُونَ ٤٨
And you did not recite before it any scripture, nor did you inscribe one with your right hand. Then [i.e., otherwise] the falsifiers would have had [cause for] doubt.
Ey Peyğəmbər, sən Qurandan əvvəl nə bir kitab oxuya bilir, nə də sağ əlinlə yaza bilirdin. Çünki sən oxuma və yazma bilməyən ümmi bir kimsə idin. Əgər sən yazıb-oxumaq bilsəydin, cahil insanlar sənin peyğəmbər olduğuna şəkk edər və bundan istifadə edib deyərdilər ki, sən (Quranı) əvvəlki kitablardan köçürmüsən.
29:49Page 402
بَلۡ هُوَ ءَايَٰتُۢ بَيِّنَٰتٞ فِي صُدُورِ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَۚ وَمَا يَجۡحَدُ بِـَٔايَٰتِنَآ إِلَّا ٱلظَّٰلِمُونَ ٤٩
Rather, it [i.e., the Qur’ān] is distinct verses [preserved] within the breasts of those who have been given knowledge. And none reject Our verses except the wrongdoers.
Əksinə, sənə nazil olan bu Quran möminlərdən elm verilmiş kəslərin kökslərində olan açıq-aydın ayələrdir. Bizim ayələrimizi yalnız Allaha küfr etmək və Ona şərik qoşmaqla özlərinə zülm edən kimsələr inkar edirlər.
29:50Page 402
وَقَالُواْ لَوۡلَآ أُنزِلَ عَلَيۡهِ ءَايَٰتٞ مِّن رَّبِّهِۦۚ قُلۡ إِنَّمَا ٱلۡأٓيَٰتُ عِندَ ٱللَّهِ وَإِنَّمَآ أَنَا۠ نَذِيرٞ مُّبِينٌ ٥٠
But they say, "Why are not signs sent down to him from his Lord?" Say, "The signs are only with Allāh, and I am only a clear warner."
Müşriklər dedilər: “Bəs nə üçün Muhəmmədən əvvəlki peyğəmbərlərə möcüzələr nazil olduğu kimi ona da, Rəbbindən möcüzələr nazil olmur?” Ey Peyğəmbər, sənə irad tutan kimsələrə de: “Möcüzələr yalnız pak və müqəddəs Allahın əlindədir, onları istədiyi vaxt nazil edər. Mən isə ancaq sizi Allahın əzabı ilə açıq-aydın xəbərdarlıq edənəm.”
29:51Page 402
أَوَلَمۡ يَكۡفِهِمۡ أَنَّآ أَنزَلۡنَا عَلَيۡكَ ٱلۡكِتَٰبَ يُتۡلَىٰ عَلَيۡهِمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَرَحۡمَةٗ وَذِكۡرَىٰ لِقَوۡمٖ يُؤۡمِنُونَ ٥١
And is it not sufficient for them that We revealed to you the Book [i.e., the Qur’ān] which is recited to them? Indeed in that is a mercy and reminder for a people who believe.
Ey Peyğəmbər, sənə möcüzələr gətirmək xüsusunda irad tutan o kəslərə oxunan Quranı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi?! Həqiqətən, nazil olan Quranda iman gətirən kimsələr üçün mərhəmət və ibrət vardır. Məhz onlar bu kitabda olanlardan faydalanırlar. Onlara nazil olan Quran, əvvəlki peyğəmbərlərə nazil olmuş möcüzələrdən daha xeyirlidir.
29:52Page 402
قُلۡ كَفَىٰ بِٱللَّهِ بَيۡنِي وَبَيۡنَكُمۡ شَهِيدٗاۖ يَعۡلَمُ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ وَٱلَّذِينَ ءَامَنُواْ بِٱلۡبَٰطِلِ وَكَفَرُواْ بِٱللَّهِ أُوْلَٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ ٥٢
Say, "Sufficient is Allāh between me and you as Witness. He knows what is in the heavens and earth. And they who have believed in falsehood and disbelieved in Allāh - it is those who are the losers."
Ey Peyğəmbər! De: "Mənim təbliğ etdiyim risalətin doğruluğunu və sizin onu yalan saydığınızı təsdiqləmək üçün pak və müqəddəs Allahın şahid olması kifayətdir. O, göylərdə və yerdə olanları bilir.Göylərdə və yerdə heç bir şey ondan gizli qalmaz. Allahdan başqa ibadət edilən batilə iman gətirib, ibadətə layiq olan tək Allaha küfr edənlər – məhz onlar, imanı küfrə dəyişdiklərinə görə, ziyana uğrayanlardır."
29:53Page 403
وَيَسۡتَعۡجِلُونَكَ بِٱلۡعَذَابِ وَلَوۡلَآ أَجَلٞ مُّسَمّٗى لَّجَآءَهُمُ ٱلۡعَذَابُۚ وَلَيَأۡتِيَنَّهُم بَغۡتَةٗ وَهُمۡ لَا يَشۡعُرُونَ ٥٣
And they urge you to hasten the punishment. And if not for [the decree of] a specified term, punishment would have reached them. But it will surely come to them suddenly while they perceive not.
Ey Peyğəmbər! Müşriklər səndən, onları qorxutduğun əzabın tez gəlməsini istəyirlər. Əgər Allahın onlara əzab vermək üçün təyin etdiyi, bircə an belə yubanmayan, yaxud önə keçməyən vaxt olmasaydı, istədikləri əzab onları haqlayardı. O əzab onlara birdən, gözləmədikləri halda gələcək.
29:54Page 403
يَسۡتَعۡجِلُونَكَ بِٱلۡعَذَابِ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةُۢ بِٱلۡكَٰفِرِينَ ٥٤
They urge you to hasten the punishment. And indeed, Hell will be encompassing of the disbelievers
Müşriklər səndən, onlara vəd etdiyin əzabın tez gəlməsini istəyirlər. Şübhəsiz ki, Allahın kafirlərə vəd etdiyi Cəhənnəm onları hər tərəfdən bürüyəcək və onlar bu əzabdan qaçıb canlarını qurtara bilməyəcəklər.
29:55Page 403
يَوۡمَ يَغۡشَىٰهُمُ ٱلۡعَذَابُ مِن فَوۡقِهِمۡ وَمِن تَحۡتِ أَرۡجُلِهِمۡ وَيَقُولُ ذُوقُواْ مَا كُنتُمۡ تَعۡمَلُونَ ٥٥
On the Day the punishment will cover them from above them and from below their feet and it is said, "Taste [the result of] what you used to do."
O gün əzab onları həm başları üstündən bürüyəcək, həm də ayaqlarının altına səriləcək və Allah onları alçaltaraq belə buyuracaqdır: “Etdiyiniz şirkin və asiliklərin cəzasını dadın!”
29:56Page 403
يَٰعِبَادِيَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّ أَرۡضِي وَٰسِعَةٞ فَإِيَّٰيَ فَٱعۡبُدُونِ ٥٦
O My servants who have believed, indeed My earth is spacious, so worship only Me.
Ey Mənə iman gətirmiş qullarım! Mənə ibadət etməyə izin verilməyən diyardan hicrət edin. Şübhəsiz ki, Mənim (yaratdığım) yer genişdir. Elə isə yalnız Mənə ibadət edin və heç kəsi Mənə şərik qooşmayın.
29:57Page 403
كُلُّ نَفۡسٖ ذَآئِقَةُ ٱلۡمَوۡتِۖ ثُمَّ إِلَيۡنَا تُرۡجَعُونَ ٥٧
Every soul will taste death. Then to Us will you be returned.
Ölüm qorxusu sizin hicrət etməyinizə mane olmasın. Hər kəs ölümü dadacaq. Nəhayət, Qiyamət günü haqq-hesaba çəkilmək və əməllərin əvəzini almaq üçün yalnız Bizim hüzurumuza qaytarılacaqsınız.
29:58Page 403
وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَنُبَوِّئَنَّهُم مِّنَ ٱلۡجَنَّةِ غُرَفٗا تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ نِعۡمَ أَجۡرُ ٱلۡعَٰمِلِينَ ٥٨
And those who have believed and done righteous deeds - We will surely assign to them of Paradise [elevated] chambers beneath which rivers flow, wherein they abide eternally. Excellent is the reward of the [righteous] workers
Allaha iman gətirən və Ona yaxınlaşdıran saleh əməllər edən kimsələri ağacları altından çaylar axan Cənnətdəki otaqlarda yerləşdirəcəyik. Onlar orada əbədi olaraq qalacaq və əsla ölməyəcəklər. Allaha itaət edən kimsələrin bu mükafatı necə də gözəldir!
29:59Page 403
ٱلَّذِينَ صَبَرُواْ وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ ٥٩
Who have been patient and upon their Lord rely.
Allaha itaət edərkən və Ona asi olan əməllərdən çəkinərkən səbir edən, üstəlik, bütün işlərində yalnız Rəbbinə təvəkkül edən kimsələrin mükafatı necə də gözəldir!
29:60Page 403
وَكَأَيِّن مِّن دَآبَّةٖ لَّا تَحۡمِلُ رِزۡقَهَا ٱللَّهُ يَرۡزُقُهَا وَإِيَّاكُمۡۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ٦٠
And how many a creature carries not its [own] provision. Allāh provides for it and for you. And He is the Hearing, the Knowing.
Neçə-neçə - sayı çox olan - canlılar var ki, nə ruzisini bir yerə toplamağa, nə də onu öz yanında daşımağa qadirdir. Onların da, sizin də ruzinizi Allah verir. Odur ki, aclıqdan qorxub hicrəti tərk etməyinizdə sizin üçün heç bir üzür yoxdur. O sizin dediklərinizi eşidir, niyyətlərinizi və əməllərinizi də bilir. Bunlardan heç biri Allahdan gizli qalmaz və bunların əvəzini sizə verəcəkdir.
29:61Page 403
وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَسَخَّرَ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَ لَيَقُولُنَّ ٱللَّهُۖ فَأَنَّىٰ يُؤۡفَكُونَ ٦١
If you asked them, "Who created the heavens and earth and subjected the sun and the moon?" they would surely say, "Allāh." Then how are they deluded?
Ey Peyğəmbər! Əgər sən o müşriklərdən: “Göyləri yaradan kimdir? Yeri yaradan kimdir? Bir-birini təqib edən günəşi və ayı ram edən kimdir?”– deyə soruşsan, onlar mütləq: “Bunları yaradan Allahdır!”- deyəcəklər. Belə olduğu halda, necə olur ki, onlar tək Allaha iman gətirməkdən üz çevirib, Ondan başqa fayda və ya zərər verməyə qadir olmayan ilahlara ibadət edirlər?!
29:62Page 403
ٱللَّهُ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ مِنۡ عِبَادِهِۦ وَيَقۡدِرُ لَهُۥٓۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ ٦٢
Allāh extends provision for whom He wills of His servants and restricts for him. Indeed Allāh is, of all things, Knowing.
Allah Öz hikməti ilə, qullarından istədiyinin ruzisini çoxaldar, istədiyininkini də azaldar. Şübhəsiz ki, Allah hər şeyi biləndir. Heç bir şey, o cümlədən də qullarının xeyrinə olan işlər Ondan gizli qalmaz.
29:63Page 403
وَلَئِن سَأَلۡتَهُم مَّن نَّزَّلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَحۡيَا بِهِ ٱلۡأَرۡضَ مِنۢ بَعۡدِ مَوۡتِهَا لَيَقُولُنَّ ٱللَّهُۚ قُلِ ٱلۡحَمۡدُ لِلَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡقِلُونَ ٦٣
And if you asked them, "Who sends down rain from the sky and gives life thereby to the earth after its lifelessness?" they would surely say, "Allāh." Say, "Praise to Allāh"; but most of them do not reason.
Ey Peyğəmbər! Əgər sən müşriklərdən: “Göydən yağış endirib onunla qurumuş yeri canlandıran kimdir?”– deyə soruşsan, onlar mütləq: “Göydən yağışı endirən və yeri canlandıran Allahdır!”– deyəcəklər. Ey Peyğəmbər! De: “Həmd, sizin əleyhinizə ortaya dəlil-sübut qoyan Allaha məxsusdur!” Lakin nəticə budur ki, onların çoxu anllamır. Əgər anlasaydılar, fayda və ya zərər verməyə qadir olmayan bütləri Allaha şərik qoşmazdılar.
29:64Page 404
وَمَا هَٰذِهِ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَآ إِلَّا لَهۡوٞ وَلَعِبٞۚ وَإِنَّ ٱلدَّارَ ٱلۡأٓخِرَةَ لَهِيَ ٱلۡحَيَوَانُۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ ٦٤
And this worldly life is not but diversion and amusement. And indeed, the home of the Hereafter - that is the [eternal] life, if only they knew.
Bu dünya həyatı - içindəki ləzzət və zövq-səfalarla birlikdə - qəlbi ona bağlı olan kimsələr üçün əyləncə və oyundan başqa bir şey deyildir. Davamlı olmayan, tükənən nemətlərdir. Axirət yurdu isə, əbədi olduğuna görə, həqiqi həyatdır. Kaş, əbədi nemətləri fani dünya həyatına dəyişdiklərini biləydilər!
29:65Page 404
فَإِذَا رَكِبُواْ فِي ٱلۡفُلۡكِ دَعَوُاْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ فَلَمَّا نَجَّىٰهُمۡ إِلَى ٱلۡبَرِّ إِذَا هُمۡ يُشۡرِكُونَ ٦٥
And when they board a ship, they supplicate Allāh, sincere to Him in religion [i.e., faith and hope]. But when He delivers them to the land, at once they associate others with Him
Müşriklər gəmiyə minib dənizə çıxdıqları zaman, dini yalnız Allaha məxsus edərək, Ona yalvarırlar ki, onları suya qərq olmaqdan qorusun. Allah onları bu təhlükədən xilas etdikdən sonra isə, yenə Ona şərik qoşur, Onunla yanaşı başqa ilahlara da yalvarırlar.
29:66Page 404
لِيَكۡفُرُواْ بِمَآ ءَاتَيۡنَٰهُمۡ وَلِيَتَمَتَّعُواْۚ فَسَوۡفَ يَعۡلَمُونَ ٦٦
So that they will deny what We have granted them, and they will enjoy themselves. But they are going to know.1
Müşriklər onlara bəxş etdiyimiz nemətlərə nankorluq edib, hələlik, özlərinə verilən dünya həyatının zövqü-səfası ilə əylənsinlər. Lakin öldükləri vaxt bunun pis aqibətini görəcəklər.
29:67Page 404
أَوَلَمۡ يَرَوۡاْ أَنَّا جَعَلۡنَا حَرَمًا ءَامِنٗا وَيُتَخَطَّفُ ٱلنَّاسُ مِنۡ حَوۡلِهِمۡۚ أَفَبِٱلۡبَٰطِلِ يُؤۡمِنُونَ وَبِنِعۡمَةِ ٱللَّهِ يَكۡفُرُونَ ٦٧
Have they not seen that We made [Makkah] a safe sanctuary, while people are being taken away1 all around them? Then in falsehood do they believe, and in the favor of Allāh they disbelieve?
Allahın nemətlərini inkar edən o nankorlar Allahın onları suda boğulmaqdan xilas etdiyini, üstəlik, ətraflarındakı insanlar yaxalandıqları - öldürüldükləri, əsir götürüldükləri, qadınları cariyə, uşaqları da kölə edildikləri, mallaır da qəsb edildiyi halda, Məkkəni onlar üçün müqəddəs, təhlükəsiz - canlarının və mallarının qorunduğu bir yer etdiyini görmürlərmi?! Onlar batil bütlərə iman gətirib, Allahın onlara bəxş etdiyi neməti inkar edir və Ona şükür etmirlərmi?
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences