Al-Mukhtasar · Tafsir · in Azerbaijani
Ali 'Imran 3:191–200
3:191Page 75
ٱلَّذِينَ يَذۡكُرُونَ ٱللَّهَ قِيَٰمٗا وَقُعُودٗا وَعَلَىٰ جُنُوبِهِمۡ وَيَتَفَكَّرُونَ فِي خَلۡقِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ رَبَّنَا مَا خَلَقۡتَ هَٰذَا بَٰطِلٗا سُبۡحَٰنَكَ فَقِنَا عَذَابَ ٱلنَّارِ ١٩١
Who remember Allāh while standing or sitting or [lying] on their sides and give thought to the creation of the heavens and the earth, [saying], "Our Lord, You did not create this aimlessly; exalted are You [above such a thing]; then protect us from the punishment of the Fire.
O kəslər ki, Allahı hər bir halda - ayaq üstə olduqda da, oturaq halda da, uzanmış halda da yad edər, göylərin və yerin yaradılışı barədə düşünər və deyərlər: "Ey Rəbbimiz! Sən bu əzəmətli kainatı əbəs yerə yaratmamısan. Sən bunları əbəs yerə yaratmamısan. Sən pak və müqəddəssən. Bizi xeyirli işlərə müvəffəq edib, pis işlərdən çəkindirərək cəhənnəm odundan qoru!
3:192Page 75
رَبَّنَآ إِنَّكَ مَن تُدۡخِلِ ٱلنَّارَ فَقَدۡ أَخۡزَيۡتَهُۥۖ وَمَا لِلظَّٰلِمِينَ مِنۡ أَنصَارٖ ١٩٢
Our Lord, indeed whoever You admit to the Fire - You have disgraced him, and for the wrongdoers there are no helpers.
Ey Rəbbimiz! Həqiqətən Sən qullarından Oda saldığın kəsi, əlbəttə, alçatmış və rəzil etmiş olarsan. Qiyamət günü zalımların onları Allahın əzabından və cəzasından müdafiə edən heç bir köməkçisi olmaz.
3:193Page 75
رَّبَّنَآ إِنَّنَا سَمِعۡنَا مُنَادِيٗا يُنَادِي لِلۡإِيمَٰنِ أَنۡ ءَامِنُواْ بِرَبِّكُمۡ فَـَٔامَنَّاۚ رَبَّنَا فَٱغۡفِرۡ لَنَا ذُنُوبَنَا وَكَفِّرۡ عَنَّا سَيِّـَٔاتِنَا وَتَوَفَّنَا مَعَ ٱلۡأَبۡرَارِ ١٩٣
Our Lord, indeed we have heard a caller [i.e., Prophet Muḥammad (ﷺ)] calling to faith, [saying], 'Believe in your Lord,' and we have believed. Our Lord, so forgive us our sins and remove from us our misdeeds and cause us to die among the righteous.
Ey Rəbbimiz! Həqiqətən, biz: "Tək İlah olan Rəbbiniz Allaha iman gətirin"– deyə imana çağıran rəsulun Muhəmmədin - sallallahu aleyhi və səlləm - çağırışını eşidib ona iman gətirib, dininə tabe olduq. Belə iə günahlarımızın üstünü ört, bizi rüsvay etmə, bizi bağışla, bizə əzab vermə və canımızı, xeyirli işlərə müvəffəq edib, pis işlərdən çəkindirərək yaxşılarla bir yerdə al!
3:194Page 75
رَبَّنَا وَءَاتِنَا مَا وَعَدتَّنَا عَلَىٰ رُسُلِكَ وَلَا تُخۡزِنَا يَوۡمَ ٱلۡقِيَٰمَةِۖ إِنَّكَ لَا تُخۡلِفُ ٱلۡمِيعَادَ ١٩٤
Our Lord, and grant us what You promised us through Your messengers and do not disgrace us on the Day of Resurrection. Indeed, You do not fail in [Your] promise."
Ey Rəbbimiz! Öz elçilərinin dili ilə: doğru yol və dünyada yardım etmək və s. bu kimi vəd etdiklərini bizə əta et və Qiyamət günü bizi Cəhənnəmə daxil edərək rəzil etmə! Ey Rəbbimiz! Şübhəsiz ki, Sən səxavətlisən, vədindən dönməzsən!"
3:195Page 76
فَٱسۡتَجَابَ لَهُمۡ رَبُّهُمۡ أَنِّي لَآ أُضِيعُ عَمَلَ عَٰمِلٖ مِّنكُم مِّن ذَكَرٍ أَوۡ أُنثَىٰۖ بَعۡضُكُم مِّنۢ بَعۡضٖۖ فَٱلَّذِينَ هَاجَرُواْ وَأُخۡرِجُواْ مِن دِيَٰرِهِمۡ وَأُوذُواْ فِي سَبِيلِي وَقَٰتَلُواْ وَقُتِلُواْ لَأُكَفِّرَنَّ عَنۡهُمۡ سَيِّـَٔاتِهِمۡ وَلَأُدۡخِلَنَّهُمۡ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ ثَوَابٗا مِّنۡ عِندِ ٱللَّهِۚ وَٱللَّهُ عِندَهُۥ حُسۡنُ ٱلثَّوَابِ ١٩٥
And their Lord responded to them, "Never will I allow to be lost the work of [any] worker among you, whether male or female; you are of one another. So those who emigrated or were evicted from their homes or were harmed in My cause or fought or were killed - I will surely remove from them their misdeeds, and I will surely admit them to gardens beneath which rivers flow as reward from Allāh, and Allāh has with Him the best reward."
Rəbbi də onların dualarını qəbul edib cavab verdi: "Mən, sizlərdən yaxşı işlər görən istər kişi, istərsə də qadın olsun, heç bir kəsin əməlini az və ya çox olmasından aslı olmayaraq puç etmərəm. Siz hamınız dində eyni hökmdəsiniz. Kişinin savabı artırılmaz, qadının savabı isə azaldılmaz. Allah yolunda hicrət edənlərin, kafirlər tərəfindən öz yurdlarından çıxarılanların, Rəbbinə itaət etdiyinə görə əziyyətə düçar olanların, Allah yolunda vuruşanların və Allahın - lə ilahə illəlllah - kəliməsi uca olması uğrunda öldürülənlərin, Qiyamət günü əlbəttə, günahlarını bağışlayıb, təqsirlərindən keçəcək və onları ağacları və qəsirləri altından çaylar axan Cənnətlərə daxil edəcəyəm. Bu, Allah tərəfindən bir mükafatdır. Misli olmayan gözəl mükafat məhz Allah yanındadır".
3:196Page 76
لَا يَغُرَّنَّكَ تَقَلُّبُ ٱلَّذِينَ كَفَرُواْ فِي ٱلۡبِلَٰدِ ١٩٦
Be not deceived by the [uninhibited] movement of the disbelievers throughout the land.
Ey Peyğımbər! Kafirlərin əməllərinə kədərlənərək, onların diyarbədiyar gəzib dolaşması, o yerlərdə istədiklərini etməsi, geniş şəkildə ticarətlə məşğul oması və bol ruzi qazanması səni aldatmasın!
3:197Page 76
مَتَٰعٞ قَلِيلٞ ثُمَّ مَأۡوَىٰهُمۡ جَهَنَّمُۖ وَبِئۡسَ ٱلۡمِهَادُ ١٩٧
[It is but] a small enjoyment; then their [final] refuge is Hell, and wretched is the resting place.
Bu dünya, daimi olmayan, müvəqqəti az bir mənfəətdir. Qiyamət günü isə onların gedəcəkləri yer Cəhənnəmdir. Od onlar üçün nə pis yataqdır!
3:198Page 76
لَٰكِنِ ٱلَّذِينَ ٱتَّقَوۡاْ رَبَّهُمۡ لَهُمۡ جَنَّٰتٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَا نُزُلٗا مِّنۡ عِندِ ٱللَّهِۗ وَمَا عِندَ ٱللَّهِ خَيۡرٞ لِّلۡأَبۡرَارِ ١٩٨
But those who feared their Lord will have gardens beneath which rivers flow, abiding eternally therein, as accommodation from Allāh. And that which is with Allāh is best for the righteous.
Lakin öz Rəbbindən qorxub Onun əmrlərini yerinə yetirib qadağanlarından çəkinənlər üçün, qəsirləri altından çaylar axan, onlar orada əbədi qalacaqları Cənnətlər vardır. Bu, Uca Allah yanından onlar üçün hazırlanmız bir mükafatdır. Allah saleh qulları üçün hazırladığı nemətlər, kafirlərin dünya naz-nemətləri içərisində xoş güzəran keçirdiklərindən daha xeyirlidir və daha qiymətlidir.
3:199Page 76
وَإِنَّ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ لَمَن يُؤۡمِنُ بِٱللَّهِ وَمَآ أُنزِلَ إِلَيۡكُمۡ وَمَآ أُنزِلَ إِلَيۡهِمۡ خَٰشِعِينَ لِلَّهِ لَا يَشۡتَرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ ثَمَنٗا قَلِيلًاۚ أُوْلَٰٓئِكَ لَهُمۡ أَجۡرُهُمۡ عِندَ رَبِّهِمۡۗ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلۡحِسَابِ ١٩٩
And indeed, among the People of the Scripture are those who believe in Allāh and what was revealed to you and what was revealed to them, [being] humbly submissive to Allāh. They do not exchange the verses of Allāh for a small price. Those will have their reward with their Lord. Indeed, Allāh is swift in account.
Kitab əhlinin hamısı eyni deyillər. Həqiqətən onlardan elə bir cammat da var ki, onlar Allaha, həm sizə nazil edilən haqqa və doğru yola, həm də öz kitablarında nazil edilənlərə inanır, Allahın elçiləri arasında heç bir fərq qoymadan, Allahın cənnətini istəyərək, Ona müti olaraq iman gətirər, Allahın ayələrini ucuz dünya mənfəətinə dəyişməzlər. Məhz bu sifətlərə sahib olan kimsələr üçün öz Rəbbi yanında böyük mükafatları vardır. Şübhəsiz ki, Allah əməlləri tez haqq-hesab çəkən və əməllərin mükafatınıda tez bir zamanda verəndir.
3:200Page 76
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱصۡبِرُواْ وَصَابِرُواْ وَرَابِطُواْ وَٱتَّقُواْ ٱللَّهَ لَعَلَّكُمۡ تُفۡلِحُونَ ٢٠٠
O you who have believed, persevere1 and endure2 and remain stationed3 and fear Allāh that you may be successful.
Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Şəri öhdəliklərə və dünyada məruz qaldığınız müsibətlərə səbir edin, səbir etməkdə kafirlərdən daha da üstün olun, onlar sizdən səbirli olmasınlar. Allah yolunda cihadda dözümlü olun. Allahın əmrlərini yerinə yetirib qadağanlarından çəkinməklə Ondan qorxun ki, bəlkə Cəhənnəmdən nicat tapıb, Cənnətə daxil olmaqla istəyinizə nail olasınız!
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences