Al-Mukhtasar · Tafsir · in Azerbaijani
السجدة
As-Sajdah
The Prostration · Meccan · 30 ayahs
(Əlif. Ləm. Mim.) Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır.
32:2Page 415
تَنزِيلُ ٱلۡكِتَٰبِ لَا رَيۡبَ فِيهِ مِن رَّبِّ ٱلۡعَٰلَمِينَ ٢
[This is] the revelation of the Book about which there is no doubt from the Lord of the worlds.
Şəkk yoxdur ki, Muhəmmədin (səllallahu aleyhi və səlləm) gətirdiyi bu Quran, ona aləmlərin Rəbbindən nazil edilmişdir.
32:3Page 415
أَمۡ يَقُولُونَ ٱفۡتَرَىٰهُۚ بَلۡ هُوَ ٱلۡحَقُّ مِن رَّبِّكَ لِتُنذِرَ قَوۡمٗا مَّآ أَتَىٰهُم مِّن نَّذِيرٖ مِّن قَبۡلِكَ لَعَلَّهُمۡ يَهۡتَدُونَ ٣
Or do they say, "He invented it"? Rather, it is the truth from your Lord, [O Muḥammad], that you may warn a people to whom no warner has come before you [so] perhaps they will be guided.
Yoxsa bu kafirlər: “Muhəmməd bunu Rəbbinə qarşı özündən uydurmuşdur!”– deyirlər. Bu, heç də onların dediyi kimi deyil. Əksinə, ey Peyğəmbər, o, sənin Rəbbindən nazil olan bir haqdır ki, səndən əvvəl Allahın əzabı ilə qorxudan peyğəmbər gəlməmiş bir qövmü xəbərdar edəsən. Bəlkə, onlar haqq yola hidayət olunalar, ona boyun əyələr və ona əməl edələr.
32:4Page 415
ٱللَّهُ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا فِي سِتَّةِ أَيَّامٖ ثُمَّ ٱسۡتَوَىٰ عَلَى ٱلۡعَرۡشِۖ مَا لَكُم مِّن دُونِهِۦ مِن وَلِيّٖ وَلَا شَفِيعٍۚ أَفَلَا تَتَذَكَّرُونَ ٤
It is Allāh who created the heavens and the earth and whatever is between them in six days; then He established Himself above the Throne.1 You have not besides Him any protector or any intercessor; so will you not be reminded?
Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, bunları bir göz qırpımından da tez yaratmağa qadir olan, sonra da Özünə layiq olan tərzdə Ərşə ucalan Allahdır. Ey insanlar! Sizin Ondan başqa nə işlərinizi yoluna qoyacaq bir haminiz, nə də Rəbbiniz yanında sizə havadarlıq edəcək bir şəfaətçiniz var. Niyə siz düşünüb, sizi yaradan Allaha ibadət etmir və Allahdan qeyrisinə ibadət etməyi tərk etmirsiniz?!
32:5Page 415
يُدَبِّرُ ٱلۡأَمۡرَ مِنَ ٱلسَّمَآءِ إِلَى ٱلۡأَرۡضِ ثُمَّ يَعۡرُجُ إِلَيۡهِ فِي يَوۡمٖ كَانَ مِقۡدَارُهُۥٓ أَلۡفَ سَنَةٖ مِّمَّا تَعُدُّونَ ٥
He arranges [each] matter from the heaven to the earth; then it will ascend to Him in a Day, the extent of which is a thousand years of those which you count.
Pak, müqəddəs və uca Allah göylərdə və yerdə olan bütün işləri idarə edir. Sonra da bu işlər sizin, ey insanlar, dünyada saydığınız illərdən min ilə bərabər olan bir gündə Ona doğru yüksəlir.
32:6Page 415
ذَٰلِكَ عَٰلِمُ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ٦
That is the Knower of the unseen and the witnessed, the Exalted in Might, the Merciful,
O işlərin hamısını idarə edən Allah qeybi və aşkarı bilir, heç bir şey ondan gizli qalmır. O, qüdrətlidir. Düşmənlərindən intiqam almaq istəyən heç bir kimsə Ona qalib gələ bilməz. Mömin qullarına qarşı rəhmlidir.
32:7Page 415
ٱلَّذِيٓ أَحۡسَنَ كُلَّ شَيۡءٍ خَلَقَهُۥۖ وَبَدَأَ خَلۡقَ ٱلۡإِنسَٰنِ مِن طِينٖ ٧
Who perfected everything which He created and began the creation of man from clay.
O Allah ki, yaratdığı hər şeyi kamil biçimdə yaratmış, Adəmi yeni bir biçimdə palçıqdan xəlq etmişdir.
32:8Page 415
ثُمَّ جَعَلَ نَسۡلَهُۥ مِن سُلَٰلَةٖ مِّن مَّآءٖ مَّهِينٖ ٨
Then He made his posterity out of the extract of a liquid disdained.
sonra onun nəslini ondan çıxan bir damla sudan (mənidən) əmələ gətirmişdir.
32:9Page 415
ثُمَّ سَوَّىٰهُ وَنَفَخَ فِيهِ مِن رُّوحِهِۦۖ وَجَعَلَ لَكُمُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَٱلۡأَفۡـِٔدَةَۚ قَلِيلٗا مَّا تَشۡكُرُونَ ٩
Then He proportioned him and breathed into him from His [created] soul1 and made for you hearing and vision and hearts [i.e., intellect]; little are you grateful.
sonra onu düzəldib tam şəklə salmış və ona Öz ruhundan, ruh üfürmək üçün müvəkkəl edilmiş mələyə əmr etmiş, üstəlik, sizə, ey insanlar, eşitmək üçün qulaqlar, görmək üçün gözlər və dərk etmək üçün qəlblər vermişdir. Siz Allahın sizə verdiyi nemətlərə necə də az şükür edirsiniz!
32:10Page 415
وَقَالُوٓاْ أَءِذَا ضَلَلۡنَا فِي ٱلۡأَرۡضِ أَءِنَّا لَفِي خَلۡقٖ جَدِيدِۭۚ بَلۡ هُم بِلِقَآءِ رَبِّهِمۡ كَٰفِرُونَ ١٠
And they say, "When we are lost [i.e., disintegrated] within the earth, will we indeed be [recreated] in a new creation?" Rather, they are, in the meeting with their Lord, disbelievers.
Öldükdən sonra yenidən dirilməyi yalan sayan müşriklər deyirlər: “Biz ölüb torpağın içində yox olduqdan və cəsədimiz torpağa çevrildikdən sonra, yenidən dirildiləcəyik?!” Bu, ağılasığmaz iddiadır. Əslində, onlar yenidən diriləcəklərini inkar edir və buna iman gətirmirlər.
32:11Page 415
۞ قُلۡ يَتَوَفَّىٰكُم مَّلَكُ ٱلۡمَوۡتِ ٱلَّذِي وُكِّلَ بِكُمۡ ثُمَّ إِلَىٰ رَبِّكُمۡ تُرۡجَعُونَ ١١
Say, "The angel of death who has been entrusted with you will take you. Then to your Lord you will be returned."
Ey Peyğəmbər! Öldükdən sonra yenidən dirilməyi yalan sayan o müşriklərə de: “Allahın canınızı almaq üçün müvəkkil etdiyi ölüm mələyi canınızı alacaq, sonra da qiyamət günü siz haqq-hesaba çəkilmək və əməllərinizin əvəzini almaq üçün yalnız Bizim hüzurumuza qaytarılacaqsınız!”
32:12Page 416
وَلَوۡ تَرَىٰٓ إِذِ ٱلۡمُجۡرِمُونَ نَاكِسُواْ رُءُوسِهِمۡ عِندَ رَبِّهِمۡ رَبَّنَآ أَبۡصَرۡنَا وَسَمِعۡنَا فَٱرۡجِعۡنَا نَعۡمَلۡ صَٰلِحًا إِنَّا مُوقِنُونَ ١٢
If you could but see when the criminals are hanging their heads before their Lord, [saying], "Our Lord, we have seen and heard, so return us [to the world]; we will work righteousness. Indeed, we are [now] certain."
Günahkarlar dirilmə gününü inkar etdiklərinə görə, Qiyamət günü zəlil halda başlarını aşağı dikərək, özlərinin rəzil olduğunu hiss edərək deyəcəklər: “Ey Rəbbimiz! Biz yalan saydığımız dirilməni gördük və Sənin göndərdiyini elçilərin dediklərinin haqq olduğunu eşitdik. Bizi dünya həyatına qaytar ki, Səni razı salacaq yaxşı işlər görək. Biz indi, dirilməyə və elçilərin dediklərinin doğru olduğuna yəqinliklə inanırıq. Əgər sən günahkarların o halını görsəydin, dəhşətli bir mənzərə görmüş olardın.
32:13Page 416
وَلَوۡ شِئۡنَا لَأٓتَيۡنَا كُلَّ نَفۡسٍ هُدَىٰهَا وَلَٰكِنۡ حَقَّ ٱلۡقَوۡلُ مِنِّي لَأَمۡلَأَنَّ جَهَنَّمَ مِنَ ٱلۡجِنَّةِ وَٱلنَّاسِ أَجۡمَعِينَ ١٣
And if We had willed, We could have given every soul its guidance, but the word1 from Me will come into effect [that] "I will surely fill Hell with jinn and people all together.
Əgər Biz hər kəsi doğru yola yönəltmək və müvəffəq etmək istəsəydik, onları o yola yönəldərdik. Lakin Mənim: “Qiyamət günü Cəhənnəmi iki sinif kafirlərlə - imanı və doğru yolu, küfrə və zəlalətə dəyişən cinlər və insanlarla mütləq dolduracağam!” sözüm hikmət və ədalətlə yerinə yetəcək.
32:14Page 416
فَذُوقُواْ بِمَا نَسِيتُمۡ لِقَآءَ يَوۡمِكُمۡ هَٰذَآ إِنَّا نَسِينَٰكُمۡۖ وَذُوقُواْ عَذَابَ ٱلۡخُلۡدِ بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ١٤
So taste [punishment] because you forgot the meeting of this, your Day; indeed, We have [accordingly] forgotten you. And taste the punishment of eternity for what you used to do."
Qiyamət günü onlara qınanılaraq və alçaldılaraq deyiləcək: "Qiyamət günü haqq-hesaba çəkilmək üçün Allahın hüzuruna çıxacağınızı, dünya həyatında unutduğunuza görə dadın əzabı! Doğrusu, siz haqq-hesaba çəkiləcəyiniz unutduğunuz kimi, Biz də sizi unutduq. Dünyada ikən etdiyiniz asiliklərə görə, dadın əbədi Cəhənnəm atəşinin əzabını!
32:15Page 416
إِنَّمَا يُؤۡمِنُ بِـَٔايَٰتِنَا ٱلَّذِينَ إِذَا ذُكِّرُواْ بِهَا خَرُّواْۤ سُجَّدٗاۤ وَسَبَّحُواْ بِحَمۡدِ رَبِّهِمۡ وَهُمۡ لَا يَسۡتَكۡبِرُونَ۩ ١٥
Only those believe in Our verses who, when they are reminded by them, fall down in prostration and exalt [Allāh] with praise of their Lord, and they are not arrogant.
Elçimizə nazil etdiyimiz ayələrimizə ancaq o kəslər iman gətirirlər ki, ayələrimiz onlara oxunarkən özlərinin Rəbbinə səcdə edib həmd-səna edərək təriflər deyirlər. Onlar heç bir halda Allaha ibadət etməyə və Ona səcdə etməyə təkəbbür göstərmirlər.
32:16Page 416
تَتَجَافَىٰ جُنُوبُهُمۡ عَنِ ٱلۡمَضَاجِعِ يَدۡعُونَ رَبَّهُمۡ خَوۡفٗا وَطَمَعٗا وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ ١٦
Their sides part [i.e., they arise] from [their] beds; they supplicate their Lord in fear and aspiration, and from what We have provided them, they spend.1
Onlar gecə namazını qılmaq üçün böyürlərini uzanıb yatdıqları yataqdan qaldırır, Allaha üz tutur, Onun əzabından qorxaraq və rəhmətinə ümid edərək Ona yalvarır və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər.
32:17Page 416
فَلَا تَعۡلَمُ نَفۡسٞ مَّآ أُخۡفِيَ لَهُم مِّن قُرَّةِ أَعۡيُنٖ جَزَآءَۢ بِمَا كَانُواْ يَعۡمَلُونَ ١٧
And no soul knows what has been hidden for them of comfort for eyes [i.e., satisfaction] as reward for what they used to do.
Dünyada ikən etdikləri saleh əməllərin mükafatı olaraq Allahın onlar üçün gözlərinə sevinc gətirəcək nələr hazırladığını heç kəs bilmir. Bu mükafat əzəmətli olduğuna görə onun nə olduğunu ancaq Allah bilir.
32:18Page 416
أَفَمَن كَانَ مُؤۡمِنٗا كَمَن كَانَ فَاسِقٗاۚ لَّا يَسۡتَوُۥنَ ١٨
Then is one who was a believer like one who was defiantly disobedient? They are not equal.
Allahın əmrlərini yerinə yetirib, qadağan etdiklərindən çəkinərək Ona iman gətirən kimsə ilə Onun itaətindən çıxan kimsə eyni ola bilməz. Bu iki sinif insan Allah yanında mükafat və ya cəza almaq xüsusunda eyni ola bilməzlər!
32:19Page 416
أَمَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ فَلَهُمۡ جَنَّٰتُ ٱلۡمَأۡوَىٰ نُزُلَۢا بِمَا كَانُواْ يَعۡمَلُونَ ١٩
As for those who believed and did righteous deeds, for them will be the Gardens of Refuge as accommodation for what they used to do.
Allaha iman gətirib saleh əməllər edənlərə gəlincə, onları dünyada etdikləri saleh əməllərə görə, mükafat olaraq hazırlanmış, Allahdan kəramət olaraq onlara bəxş edilmiş, içində əbəbdi qalacaqları cənnətlər gözləyir.
32:20Page 416
وَأَمَّا ٱلَّذِينَ فَسَقُواْ فَمَأۡوَىٰهُمُ ٱلنَّارُۖ كُلَّمَآ أَرَادُوٓاْ أَن يَخۡرُجُواْ مِنۡهَآ أُعِيدُواْ فِيهَا وَقِيلَ لَهُمۡ ذُوقُواْ عَذَابَ ٱلنَّارِ ٱلَّذِي كُنتُم بِهِۦ تُكَذِّبُونَ ٢٠
But as for those who defiantly disobeyed, their refuge is the Fire. Every time they wish to emerge from it, they will be returned to it while it is said to them, "Taste the punishment of the Fire which you used to deny."
Küfr və asiliklər edərək Allahın itaətindən çıxmış kimsələrə gəldikdə isə, qiyamət günü onların qərar tutacaqları, onlar üçün hazırlanmış yer Oddur. Onlar orada əbədi qalacaqlar. Hər dəfə onlar oradan çıxmaq istədikdə, yenidən ora qaytarılacaq və onlara qınanılaraq deyiləcəkdir.: “Dünyada ikən peyğəmbərlərinizin sizi qorxutduğu, yalan saydığınız odun əzabını dadın!”
32:21Page 417
وَلَنُذِيقَنَّهُم مِّنَ ٱلۡعَذَابِ ٱلۡأَدۡنَىٰ دُونَ ٱلۡعَذَابِ ٱلۡأَكۡبَرِ لَعَلَّهُمۡ يَرۡجِعُونَ ٢١
And We will surely let them taste the nearer punishment1 short of the greater punishment that perhaps they will return [i.e., repent].
Rəbbinin itaətindən çıxan və haqqı yalan sayan kimsələr tövbə etməsələr, Axirətdə onlar üçün hazırlanmış ən böyük əzabdan əvvəl Biz onlara bu dünyada müsibətlər və bəlalar daddıracağıq ki, bəlkə onlar Rəbbinə itaət etməyə qayıtsınlar.
32:22Page 417
وَمَنۡ أَظۡلَمُ مِمَّن ذُكِّرَ بِـَٔايَٰتِ رَبِّهِۦ ثُمَّ أَعۡرَضَ عَنۡهَآۚ إِنَّا مِنَ ٱلۡمُجۡرِمِينَ مُنتَقِمُونَ ٢٢
And who is more unjust than one who is reminded of the verses of his Lord; then he turns away from them? Indeed We, from the criminals, will take retribution.
Allahın ayələri yadına salındıqda onlardan öyüd-nəsihət almayan və onlara məhəl qoymadan onlardan üz döndərən kimsədən daha zalım kim ola bilər?! Şübhəsiz ki, Biz günahkarlardan - küfr və asilik edərək Allahın ayələrindən üz döndərən kimsələrdən intiqam alacağıq. Bunda heç bir şəkk-şübhə yoxdur.
32:23Page 417
وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ فَلَا تَكُن فِي مِرۡيَةٖ مِّن لِّقَآئِهِۦۖ وَجَعَلۡنَٰهُ هُدٗى لِّبَنِيٓ إِسۡرَٰٓءِيلَ ٢٣
And We certainly gave Moses the Scripture, so do not be in doubt over his meeting.1 And We made it [i.e., the Torah] guidance for the Children of Israel.
Biz Musaya Tövrat vermişdik. Ey Peyğəmbər! Sən Musa ilə İsra və Merac gecəsində görüşəcəyinə şübhə etmə. Biz Musaya nazil etdiyimiz Kitabı İsrail oğullarına doğru yol göstərən bir rəhbər etmişdik.
32:24Page 417
وَجَعَلۡنَا مِنۡهُمۡ أَئِمَّةٗ يَهۡدُونَ بِأَمۡرِنَا لَمَّا صَبَرُواْۖ وَكَانُواْ بِـَٔايَٰتِنَا يُوقِنُونَ ٢٤
And We made from among them leaders guiding by Our command when they were patient and [when] they were certain of Our signs.
İsrail oğulları Allahın əmrlərinə yerinə yetirməyə, qadağan etdiklərindən çəkinməyə və dəvət yolunda özlərinə verilən əziyyətlərə səbir etdiklərinə, habelə, peyğəmbərlərinə nazil edilmiş Allahın ayələrinə yəqinliklə iman gətirdiklərinə görə, Biz onlardan insanları haqqa yönəldən, onlara doğru yolu göstərən rəhbərlər təyin etmişdik.
32:25Page 417
إِنَّ رَبَّكَ هُوَ يَفۡصِلُ بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ ٢٥
Indeed, your Lord will judge between them on the Day of Resurrection concerning that over which they used to differ.
Ey Peyğəmbər! Həqiqətən, sənin Rəbbin onların dünyda ikən ixtilafda olduqları məsələlər barəsində qiyamət günü onların arasında hökm verəcək, beləliklə də,kimin haqq, kimin də batil yolda olduğunu üzə çıxaracaq və hər kəsə layiq olduğunu (mükafat və ya cəza) verəcək.
32:26Page 417
أَوَلَمۡ يَهۡدِ لَهُمۡ كَمۡ أَهۡلَكۡنَا مِن قَبۡلِهِم مِّنَ ٱلۡقُرُونِ يَمۡشُونَ فِي مَسَٰكِنِهِمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٍۚ أَفَلَا يَسۡمَعُونَ ٢٦
Has it not become clear to them how many generations We destroyed before them, [as] they walk among their dwellings? Indeed in that are signs; then do they not hear?
Məgər onlar kordular, görmürlər ki, keçmiş ümmətlərdən neçə-neçə insanları məhv etmişik?! Onlar həlak olmamışdan əvvəl öz yurdlarında gəzib-dolaşır və öz hallarından ibrət almırdılar. Həqiqətən, o ümmətlərin küfr və asiliklər etdiklərinə görə başlarına gəlmiş müsibətlərdə, Allah tərəfindən onlara göndərilmiş peyğəmbərlərin dediklərinin doğru olduğuna dair dəlillər vardır. Məgər Allahın ayələrini yalan sayan o günahkarlar deyilənləri eşidib ibrət almırlar?!
32:27Page 417
أَوَلَمۡ يَرَوۡاْ أَنَّا نَسُوقُ ٱلۡمَآءَ إِلَى ٱلۡأَرۡضِ ٱلۡجُرُزِ فَنُخۡرِجُ بِهِۦ زَرۡعٗا تَأۡكُلُ مِنۡهُ أَنۡعَٰمُهُمۡ وَأَنفُسُهُمۡۚ أَفَلَا يُبۡصِرُونَ ٢٧
Have they not seen that We drive water [in clouds] to barren land and bring forth thereby crops from which their livestock eat and [they] themselves? Then do they not see?
Məgər yenidən dirilməni yalan sayan o günahkarlar, bitki bitməyən qurumuş torpağa yağış nazil edib, o su vasitəsilə həm onların dəvələrinin, inəklərinin və qoyunlarının, həm də onların özlərinin yedikləri nemətləri yetişdirdiyimizi görmürlər?! Hələ də bunu görmürlər və dərk etmirlər ki, qurumuş torpağı canlandıran Allah, ölüləri də diriltməyə qadirdir?!
32:28Page 417
وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡفَتۡحُ إِن كُنتُمۡ صَٰدِقِينَ ٢٨
And they say, "When will be this conquest,1 if you should be truthful?"
Dirilməni yalan sayıb əzabın tez gəlməsini tələb edənlər deyirlər: “Sizin iddia etdiyiniz kimi, qiyamət günü bizimlə sizin aranızda veriləcək hökm, bizim Cəhənnəmə, sizin isə Cənnətə gedəcəyiniz nə vaxt baş verəcək?!”
32:29Page 417
قُلۡ يَوۡمَ ٱلۡفَتۡحِ لَا يَنفَعُ ٱلَّذِينَ كَفَرُوٓاْ إِيمَٰنُهُمۡ وَلَا هُمۡ يُنظَرُونَ ٢٩
Say, [O Muḥammad], "On the Day of Conquest the belief of those who had disbelieved will not benefit them, nor will they be reprieved."
Ey Peyğəmbər! Onlara de ki: “Bu vəd qiyamət günü baş verəcək. Bu, qullar arasında ayırd etmə günüdür. Belə ki, dünyada ikən Allaha qarşı küfr etmiş kimsələrin qiyamət gününü gördükdən sonra Allahın nazil etdiklərini təsdiqləməsi onlara heç bir fayda verməyəcək, habelə, onlara Rəbbinə tövbə edib Ona üz tutmaq üçün möhlət verilməyəcək.”
32:30Page 417
فَأَعۡرِضۡ عَنۡهُمۡ وَٱنتَظِرۡ إِنَّهُم مُّنتَظِرُونَ ٣٠
So turn away from them and wait. Indeed, they are waiting.
Ey Peyğəmbər! Onlar öz zəlalətlərinə daldıqdan sonra sən onlardan üz çevir və onların başına nə gələcəyini gözlə. Doğrusu, onlar da, sənin onlara vəd etdiyin əzabı gözləyirlər.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences