Al-MukhtasarAl‑Ahzab · 33:1–59

Al-Mukhtasar · Tafsir · in Azerbaijani

الأحزاب

Al-Ahzab

The Combined Forces · Medinan · 73 ayahs

33:1Page 418

يَٰٓأَيُّهَا ٱلنَّبِيُّ ٱتَّقِ ٱللَّهَ وَلَا تُطِعِ ٱلۡكَٰفِرِينَ وَٱلۡمُنَٰفِقِينَۚ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمٗا ١

O Prophet, fear Allāh and do not obey the disbelievers and the hypocrites. Indeed, Allāh is ever Knowing and Wise.

Ey Peyğəmbər! Sən və səninlə birlikdə olanlar Allahın əmrlərini yerinə yetirib qadağan etdiklərindən çəkinərək təqva üzərində sabit qal və yalnız Allahdan qorx, ka­firlərə və münafiqlərə - onların nəfsinin istəklərinə itaət et­mə. Hə­qi­qətən Allah, ka­firlərin və münafiqlərin qurduğu hiylələri bilir və O, həm yaratmaq, həm də işləri idarə etməsində hikmət sahibidir.

33:2Page 418

وَٱتَّبِعۡ مَا يُوحَىٰٓ إِلَيۡكَ مِن رَّبِّكَۚ إِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعۡمَلُونَ خَبِيرٗا ٢

And follow that which is revealed to you from your Lord. Indeed Allāh is ever, of what you do, Aware.

Rəbbinin sənə nazil etdiyi vəhyə tabe ol! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdar­dır. Əməllərinizdən heç bir şey Ondan gizli qalmaz və O, sizə əməllərinizin əvəzini verəcəkdir.

33:3Page 418

وَتَوَكَّلۡ عَلَى ٱللَّهِۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلٗا ٣

And rely upon Allāh; and sufficient is Allāh as Disposer of affairs.1

Öz işlərinin hamısında yalnız Allaha arxayın ol! Pak və müqəddəs Allahın, Öz qulları arasında Ona təvəkkül edənləri qoruması yetər.

33:4Page 418

مَّا جَعَلَ ٱللَّهُ لِرَجُلٖ مِّن قَلۡبَيۡنِ فِي جَوۡفِهِۦۚ وَمَا جَعَلَ أَزۡوَٰجَكُمُ ٱلَّٰٓـِٔي تُظَٰهِرُونَ مِنۡهُنَّ أُمَّهَٰتِكُمۡۚ وَمَا جَعَلَ أَدۡعِيَآءَكُمۡ أَبۡنَآءَكُمۡۚ ذَٰلِكُمۡ قَوۡلُكُم بِأَفۡوَٰهِكُمۡۖ وَٱللَّهُ يَقُولُ ٱلۡحَقَّ وَهُوَ يَهۡدِي ٱلسَّبِيلَ ٤

Allāh has not made for a man two hearts in his interior. And He has not made your wives whom you declare unlawful1 your mothers. And He has not made your claimed [i.e., adopted] sons your [true] sons. That is [merely] your saying by your mouths, but Allāh says the truth, and He guides to the [right] way.

Allah bir insanın sinəsin­də iki qəlb yaratmadığı kimi, anaya bənzədərək özünüzə ha­ram etdiyiniz zövcələrinizi də ana­ları­nız etmə­miş, habelə, oğulluğa gö­tür­dük­lə­ri­nizi də doğma oğullarınız etməmişdir. Belə ki, zihar - kişinin öz zövcəsini anasına və bacısına bənzədərək özünə ha­ram sayması, oğulluğa götürdüyünü də öz oğlu hesab etməsi, İslam dininin batil saydığı cahiliyyət adətlərindəndir. Bu zihar etmək və oğulluğa götürmək məsələsi, sizin təkrar-təkrar dili­ni­zə gətirdi­yiniz əsassız söz­lər­dir. Belə ki, kişinin nə zövcəsi onun anası, nə də ki oğululluğa götürdüyü uşaq onun oğlu sayıla bilər. Pak və müqəddəs Allah haqqı de­yir ki, qulları onu yerinə yetirsin. Doğ­ru yola yönəl­dən də məhz Odur.

33:5Page 418

ٱدۡعُوهُمۡ لِأٓبَآئِهِمۡ هُوَ أَقۡسَطُ عِندَ ٱللَّهِۚ فَإِن لَّمۡ تَعۡلَمُوٓاْ ءَابَآءَهُمۡ فَإِخۡوَٰنُكُمۡ فِي ٱلدِّينِ وَمَوَٰلِيكُمۡۚ وَلَيۡسَ عَلَيۡكُمۡ جُنَاحٞ فِيمَآ أَخۡطَأۡتُم بِهِۦ وَلَٰكِن مَّا تَعَمَّدَتۡ قُلُوبُكُمۡۚ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمًا ٥

Call them1 by [the names of] their fathers; it is more just in the sight of Allāh. But if you do not know their fathers - then they are [still] your brothers in religion and those entrusted to you. And there is no blame upon you for that in which you have erred but [only for] what your hearts intended. And ever is Allāh Forgiving and Merciful.

Oğullarınız olduğunu iddia etdiyiniz uşaq­ları öz doğma atalarına mənsub edin. Onları doğma atalarına mənsub etmək Allah yanında da­ha əda­lət­li­dir. Onları mənsub edəcək doğma atalarını ta­nı­ma­sa­nız, o halda on­lar si­zin din qardaşla­rı­nız və köləlikdən azad etdiyiniz kəslərdir. Onları: "Qardaşım!", yaxud "Əmim oğlu!"- deyə çağırın. Sizlərdən birinin oğulluğa götürdüyü uşağı səh­vən özünə mənsub etməsində heç bir günah yox­dur. Lakin bunu bilərəkdən dilinizə gətirməkdə sizə günah vardır. Allah Öz qullarından tövbə edən kəsləri bağış­la­yar, onlara rəhm edər. Belə ki, xəta etdiklərinə görə onları cəzalandırmaz.

33:6Page 418

ٱلنَّبِيُّ أَوۡلَىٰ بِٱلۡمُؤۡمِنِينَ مِنۡ أَنفُسِهِمۡۖ وَأَزۡوَٰجُهُۥٓ أُمَّهَٰتُهُمۡۗ وَأُوْلُواْ ٱلۡأَرۡحَامِ بَعۡضُهُمۡ أَوۡلَىٰ بِبَعۡضٖ فِي كِتَٰبِ ٱللَّهِ مِنَ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُهَٰجِرِينَ إِلَّآ أَن تَفۡعَلُوٓاْ إِلَىٰٓ أَوۡلِيَآئِكُم مَّعۡرُوفٗاۚ كَانَ ذَٰلِكَ فِي ٱلۡكِتَٰبِ مَسۡطُورٗا ٦

The Prophet is more worthy of the believers than themselves,1 and his wives are [in the position of] their mothers. And those of [blood] relationship are more entitled [to inheritance] in the decree of Allāh than the [other] believers and the emigrants, except that you may do to your close associates a kindness [through bequest]. That was in the Book2 inscribed.

Muhəmməd peyğəmbər (səllallahu aleyhi və səlləm) möminlərə - onları dəvət etdiyi hər bir şeydə - on­ların öz­lə­rindən daha yaxın­dır. Hətta özləri başqa şeyə meyl etsələr belə. Onun zöv­cələri isə mö­minlərin hamısının ana­ları sayılırlar. Belə ki, Peyğəmbərin (səllallahu aleyhi və səlləm) vəfatından sonra möminlərə onlardan biri ilə evlənmək haram edilmişdir. Qohumlar varislik məsələsində Allahın hökmünə görə bir-birlərinə iman əhlindən və Allah yolunda hicrət edən kimsələrdən daha yaxın­dır­lar. O kəslər ki, İslamın əvvəlində bir-birilərinə varis olmuş, lakin sonradan bu hökm ləğv edilmişdir. Ey möminlər! Varislərinizdən başqa öz dostlarınıza yax­şı­lıq etməyiniz isə istis­na­dır. Bunu edə bilərsiniz. Bu hökm, lövhi-məhfuzda yazılmışdır deyə buna əməl etməyiniz vacibdir.

33:7Page 419

وَإِذۡ أَخَذۡنَا مِنَ ٱلنَّبِيِّـۧنَ مِيثَٰقَهُمۡ وَمِنكَ وَمِن نُّوحٖ وَإِبۡرَٰهِيمَ وَمُوسَىٰ وَعِيسَى ٱبۡنِ مَرۡيَمَۖ وَأَخَذۡنَا مِنۡهُم مِّيثَٰقًا غَلِيظٗا ٧

And [mention, O Muḥammad], when We took from the prophets their covenant and from you and from Noah and Abraham and Moses and Jesus, the son of Mary; and We took from them a solemn covenant

Ey Peyğğəmbər! Xatırla ki, bir zaman Biz peyğəm­bərlərdən möhkəm bir əhd almışdıq ki, yalnız Allaha ibdaət etsinlər və heç bir şeyi Ona şərik qoşmasınlar, üstəlik, onlara vəhy ediləni təbliğ etsinlər. Xüsusi olaraq səndən, Nuh­dan, İbrahimdən, Musadan və Məryəm oğlu İsa­dan da belə bir əhd almışdıq. Biz onlar­dan, Allahın risaləsini təbliğ etmək xüsusunda əmanəti yerinə yetirəcəklərinə dair möh­kəm bir əhd almışdıq.

33:8Page 419

لِّيَسۡـَٔلَ ٱلصَّٰدِقِينَ عَن صِدۡقِهِمۡۚ وَأَعَدَّ لِلۡكَٰفِرِينَ عَذَابًا أَلِيمٗا ٨

That He may question the truthful about their truth.1 And He has prepared for the disbelievers a painful punishment.

Allah peyğəmbərlərdən belə möhkəm əhd almışdı ki, Allah doğ­ru danışan o peyğəmbərlərdən doğruluq­ları ba­rə­də soruşub kafirləri alçaltsın. Allahı və Onun peyğəmbərlərini inkar edən ka­fir­lər üçün isə Allah qiyamət günü ağrılı-acılı bir əzab - Cəhənnəm atəşi hazırlamışdır.

33:9Page 419

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱذۡكُرُواْ نِعۡمَةَ ٱللَّهِ عَلَيۡكُمۡ إِذۡ جَآءَتۡكُمۡ جُنُودٞ فَأَرۡسَلۡنَا عَلَيۡهِمۡ رِيحٗا وَجُنُودٗا لَّمۡ تَرَوۡهَاۚ وَكَانَ ٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرًا ٩

O you who have believed, remember the favor of Allāh upon you when armies came to [attack] you and We sent upon them a wind and armies [of angels] you did not see. And ever is Allāh, of what you do, Seeing.

Ey Allaha iman gətirən və Onun şəriətini yerinə yetirən kimsələr! Alla­hın sizə bəxş etdiyi nemətləri xa­tır­la­yın. O za­man ki, düşmən ordusu ittifaq edib, sizi öldürmək üçün Mədinəyə gəlmiş, münafiqlər və yəhudilər də bu işdə onlara yardım etmişdi. Biz də Peyğəmbərə (səllallahu aleyhi və səlləm) qələbə bəxş etmək üçün onların üs­tü­nə qasırğalı külək və sizin görmədiyiniz mələklərdən ibarət əsgərlər göndərmişdik. O zaman kafirlər dönüb qaçmış və müqavimət göstərməyə qadir olmamışdılar. Allah si­zin nə etdiyinizi görür. Heç bir şey Ondan gizli qalmaz. O, sizə etdiyiniz əməllərin əvəzini verəcəkdir.

33:10Page 419

إِذۡ جَآءُوكُم مِّن فَوۡقِكُمۡ وَمِنۡ أَسۡفَلَ مِنكُمۡ وَإِذۡ زَاغَتِ ٱلۡأَبۡصَٰرُ وَبَلَغَتِ ٱلۡقُلُوبُ ٱلۡحَنَاجِرَ وَتَظُنُّونَ بِٱللَّهِ ٱلظُّنُونَا۠ ١٠

[Remember] when they came at you from above you and from below you, and when eyes shifted [in fear], and hearts reached the throats, and you assumed about Allāh [various] assumptions.

O zaman kafirlər vadinin həm yuxarı, həm də aşağı tərəfi­n­dən - məşriq və məğrib tərəfdən sizin üstünüzə gəlmişdilər. O vaxt gözlər hər bir şeydən dönüb ancaq düşmənə yönəlmiş, həyacandan ürəklər xirt­dəyə çatmış və siz Allah barəsində müxtəlif gümanlara qapılmış­dınız. Bəzən qalib gələcəyiniz güman edir, bəzən də ümidinizi Ondan kəsirdiniz.

33:11Page 419

هُنَالِكَ ٱبۡتُلِيَ ٱلۡمُؤۡمِنُونَ وَزُلۡزِلُواْ زِلۡزَالٗا شَدِيدٗا ١١

There the believers were tested and shaken with a severe shaking.

Xəndək döyüşündəki o məqamda möminlər düşmənlərinin hücumuna məruz qalaraq sınağa çəkil­miş və qorxudan şiddətli bir sarsın­tıya məruz qalmışdılar. Bu sınaq sayəsində möminlər münafiqlərdən ayırd edilmişdir.

33:12Page 419

وَإِذۡ يَقُولُ ٱلۡمُنَٰفِقُونَ وَٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ مَّا وَعَدَنَا ٱللَّهُ وَرَسُولُهُۥٓ إِلَّا غُرُورٗا ١٢

And [remember] when the hypocrites and those in whose hearts is disease said, "Allāh and His Messenger did not promise us except delusion,"

O zaman münafiqlər və qəlbində şəkk olan zəif möminlər: “Allahın və Onun rəsulunun, düşmənimizə qalib gələcəyimizə və yer üzündə hökmranlıq edəcəyimizə dair veridyi vəd batil və əsassız bir vəd imiş”– deyirdilər.

33:13Page 419

وَإِذۡ قَالَت طَّآئِفَةٞ مِّنۡهُمۡ يَٰٓأَهۡلَ يَثۡرِبَ لَا مُقَامَ لَكُمۡ فَٱرۡجِعُواْۚ وَيَسۡتَـٔۡذِنُ فَرِيقٞ مِّنۡهُمُ ٱلنَّبِيَّ يَقُولُونَ إِنَّ بُيُوتَنَا عَوۡرَةٞ وَمَا هِيَ بِعَوۡرَةٍۖ إِن يُرِيدُونَ إِلَّا فِرَارٗا ١٣

And when a faction of them said, "O people of Yathrib,1 there is no stability for you [here], so return [home]." And a party of them asked permission of the Prophet, saying, "Indeed, our houses are exposed [i.e., unprotected]," while they were not exposed. They did not intend except to flee.

Ey Peyğəmbər! Xatırla ki, bir zaman münafiqlərdən bir dəstə Mədinə əhalisinə belə de­miş­di: “Ey Yəsrib əhli! (Bu, Mədinənin İslamdan öncəki adıdır). Siz xəndəyin kənarında mü­qa­vi­mət gös­tərə bil­məyəcəksi­niz. Evlərinizə qayıdın!” İçərilərin­dən bir qismi isə ev­lərinin düşməndən nəzarətsiz qaldığını deyərək öz evlərinə qayıtmaq üçün Pey­ğəmbərdən (səllallahu aleyhi və səlləm) izin istə­yir­di. Hal­buki iddia etdikləri kimi evləri nəzarətsiz deyildi. Onlar bu yalan üzürləri ilə sadəcə olaraq düşməndən qaçmaq istə­yir­di­lər.

33:14Page 419

وَلَوۡ دُخِلَتۡ عَلَيۡهِم مِّنۡ أَقۡطَارِهَا ثُمَّ سُئِلُواْ ٱلۡفِتۡنَةَ لَأٓتَوۡهَا وَمَا تَلَبَّثُواْ بِهَآ إِلَّا يَسِيرٗا ١٤

And if they had been entered upon from all its [surrounding] regions and fitnah [i.e., disbelief] had been demanded of them, they would have done it and not hesitated over it except briefly.

Əgər düşmən Mədinənin hər tə­rəfindən onların üstünə hücum etsəydi, son­ra da on­lardan küfrə və Allaha şərik qoşmağa qayıtmaq tələb olunsaydı, düşmənin tələbini dərhal yerinə yetirər və cüzi bir vaxt istisna olmaq­la mürtəd olub küfrə qayıtmaqda ləngi­məz­dilər.

33:15Page 419

وَلَقَدۡ كَانُواْ عَٰهَدُواْ ٱللَّهَ مِن قَبۡلُ لَا يُوَلُّونَ ٱلۡأَدۡبَٰرَۚ وَكَانَ عَهۡدُ ٱللَّهِ مَسۡـُٔولٗا ١٥

And they had already promised Allāh before not to turn their backs [i.e., flee]. And ever is the promise to Allāh [that about which one will be] questioned.

Baxmayaraq ki, bu münafiqlər Uhud günü döyüşdən qaçdıqdan sonra; əğər Allah onları başqa bir döyüşə şahid tutarsa düşmənləri ile döyüşəcəklərinə və onlardan qorxub qaçmayacaqlarına dair Allaha söz vermişdilər, lakin verdikləri sözü pozmuşdular. Hər kəs Allaha ver­diyi əhd-peymana görə cavabdehdir və buna görə sorğu-sual ediləcəkdir.

33:16Page 420

قُل لَّن يَنفَعَكُمُ ٱلۡفِرَارُ إِن فَرَرۡتُم مِّنَ ٱلۡمَوۡتِ أَوِ ٱلۡقَتۡلِ وَإِذٗا لَّا تُمَتَّعُونَ إِلَّا قَلِيلٗا ١٦

Say, [O Muḥammad], "Never will fleeing benefit you if you should flee from death or killing; and then [if you did], you would not be given enjoyment [of life] except for a little."

Ey Peyğəmbər! Onlara de: “Ölməkdən və ya öldü­rülməkdən qorxaraq qaçırsınızsa, bu qaçmağın sizə əsla faydası olmayacaq. Çünki hər kəsin əcəli əzəldən müəyyən edilmişdir. Döyüşdən qaçacağınız və əcəliniz sizə yetişməyəcəyi təqdirdə siz sadəcə bu həyatda çox az müddət gün-gü­zə­ran görəcəksiniz”.

33:17Page 420

قُلۡ مَن ذَا ٱلَّذِي يَعۡصِمُكُم مِّنَ ٱللَّهِ إِنۡ أَرَادَ بِكُمۡ سُوٓءًا أَوۡ أَرَادَ بِكُمۡ رَحۡمَةٗۚ وَلَا يَجِدُونَ لَهُم مِّن دُونِ ٱللَّهِ وَلِيّٗا وَلَا نَصِيرٗا ١٧

Say, "Who is it that can protect you from Allāh1 if He intends for you an ill or intends for you a mercy?" And they will not find for themselves besides Allāh any protector or any helper.

Ey Peyğəmbər! Onlara de: “Əgər Allah sizin xoşlamadığınız halda ölməyinizi və ya öldürülməyinizi istəyərsə, yaxud sizə istədiyiniz salamatlığı və xeyri nəsib etmək istəyərsə, buna kim mane ola bilər?!” Heç kəs buna mane ola billməz. O münafiqlər öz­lə­ri üçün Allahdan başqa nə işlərini yoluna qoya biləcək bir hi­ma­yə­çi, nə də onları Allahın əzabından qoruyacaq bir yar­dımçı tapa bilər­lər.

33:18Page 420

۞ قَدۡ يَعۡلَمُ ٱللَّهُ ٱلۡمُعَوِّقِينَ مِنكُمۡ وَٱلۡقَآئِلِينَ لِإِخۡوَٰنِهِمۡ هَلُمَّ إِلَيۡنَاۖ وَلَا يَأۡتُونَ ٱلۡبَأۡسَ إِلَّا قَلِيلًا ١٨

Already Allāh knows the hinderers1 among you and those [hypocrites] who say to their brothers, "Come to us,"2 and do not go to battle, except for a few,3

Allah sizlərdən camaatı Rəsulullah - səllallahu aleyhi və səlləm - ilə birlikdə cihad etməkdən çəkindirənləri və öz qar­daş­larına: “Gəlin bizim yanımıza, onunla birlikdə vuruşmayın ki, öldürülməyəsiniz. Biz sizin ölməyinizdən ehtiyat edirik”– deyənləri tanıyır. Bu rəzil kimsələr çox nadir hallarda döyü­şə qatılırlar. Bunu da, Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - kömək etmək məqsədi ilə yox, sadəcə öz abır-həyalarını qorumaq xatirinə edirlər.

33:19Page 420

أَشِحَّةً عَلَيۡكُمۡۖ فَإِذَا جَآءَ ٱلۡخَوۡفُ رَأَيۡتَهُمۡ يَنظُرُونَ إِلَيۡكَ تَدُورُ أَعۡيُنُهُمۡ كَٱلَّذِي يُغۡشَىٰ عَلَيۡهِ مِنَ ٱلۡمَوۡتِۖ فَإِذَا ذَهَبَ ٱلۡخَوۡفُ سَلَقُوكُم بِأَلۡسِنَةٍ حِدَادٍ أَشِحَّةً عَلَى ٱلۡخَيۡرِۚ أُوْلَٰٓئِكَ لَمۡ يُؤۡمِنُواْ فَأَحۡبَطَ ٱللَّهُ أَعۡمَٰلَهُمۡۚ وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٗا ١٩

Indisposed1 toward you. And when fear comes, you see them looking at you, their eyes revolving like one being overcome by death. But when fear departs, they lash you with sharp tongues, indisposed toward [any] good. Those have not believed, so Allāh has rendered their deeds worthless, and ever is that, for Allāh, easy.

Ey möminlər! Onlar sizə qarşı xəsislik edib öz mallarından sizə yardım etmirlər. Həmçinin, canları ilə xəsislik edib sizinlə birlikdə vuruşmurlar. Habelə, dostluq baxımından xəsislik edib sizinlə dost olmurlar. Düşmənlə qarşılaşdıqda onlara qorxu gəldiyi zaman, ölüm ayağında bayılan adam kimi, qorxudan dönüb sənə bax­dıq­larını gö­rür­sən, ey Peyğəmbər. Qorxu keçib getdik­də və arxayın olduqda isə qənimətə tamah salıb onu tələb etmək xüsusunda acı dil­lə­ri ilə sənə əziyyət verirlər. Bu vəsfləri özlərində əks etdirən o kəslər haqqı ilə iman gətirməmiş­lər. Odur ki, Allah onların əməl­lərininin savabını puç etmişdir. Onların əməl­lərininin savabını puç etmək Allah üçün asan­dır.

33:20Page 420

يَحۡسَبُونَ ٱلۡأَحۡزَابَ لَمۡ يَذۡهَبُواْۖ وَإِن يَأۡتِ ٱلۡأَحۡزَابُ يَوَدُّواْ لَوۡ أَنَّهُم بَادُونَ فِي ٱلۡأَعۡرَابِ يَسۡـَٔلُونَ عَنۡ أَنۢبَآئِكُمۡۖ وَلَوۡ كَانُواْ فِيكُم مَّا قَٰتَلُوٓاْ إِلَّا قَلِيلٗا ٢٠

They think the companies have not [yet] withdrawn.1 And if the companies should come [again], they would wish they were in the desert among the bedouins, inquiring [from afar] about your news. And if they should be among you, they would not fight except for a little.

O qorxaqlar müttəfiqlərin Rəsulullaha (səllallahu aleyhi və səlləm) və möminlərə qarşı vuruşacaqlarını və möminlərin kökünü kəsməyincə əsla çıxıb ge­məyəcəklərini zənn edir­lər. Əgər müt­tə­fiqlər bir daha hücum etmiş olsaydılar, o münafiqlər Mədinədən çıxıb bə­dəvilər ara­sın­da kö­çəri həyat sürər və düşmənlə döyüşdən sonra başınıza nələr gəldiyi barədə xəbərləri soruşub öy­rənmək is­tə­yərdilər. Ey möminlər! Əgər onlar ara­nızda olsaydılar, sadəcə bir az döyüşərdilər. Odur ki, onlara məhəl qoymayın və onlara görə heyifsilənməyin.

33:21Page 420

لَّقَدۡ كَانَ لَكُمۡ فِي رَسُولِ ٱللَّهِ أُسۡوَةٌ حَسَنَةٞ لِّمَن كَانَ يَرۡجُواْ ٱللَّهَ وَٱلۡيَوۡمَ ٱلۡأٓخِرَ وَذَكَرَ ٱللَّهَ كَثِيرٗا ٢١

There has certainly been for you in the Messenger of Allāh an excellent pattern1 for anyone whose hope is in Allāh and the Last Day and [who] remembers Allāh often.

Allahın rəsulunun -səllallahu aleyhi və səlləm- dediklərində və etdiklərində sizlərə gözəl nümu­nə­ vardır. Belə ki, o, öz şərafətli canı lə döyüşdə iştirak etmişdir. Bundan sonra siz niyə öz canınızı -Allah yolunda vuruşmaqdan- əsirgəyirsiniz? Allahın rəsulu -səllallahu aleyhi və səlləm- Allaha mükafatına, rəhmətinə və Axirət gününə ümi­dini bağlayanlara, o gün üçün çalışanlara və həmçinin Allahı çox zikr edənlərə gözəl nümu­nə­dir. Allaha və Axirət gününə ümidini bağlamayanlara və Allahı çox zikr etməyənlərə gəlincə, onlar Allah rəsulunu -səllallahu aleyhi və səlləm- özlərinə nümunə etməzlər.

33:22Page 420

وَلَمَّا رَءَا ٱلۡمُؤۡمِنُونَ ٱلۡأَحۡزَابَ قَالُواْ هَٰذَا مَا وَعَدَنَا ٱللَّهُ وَرَسُولُهُۥ وَصَدَقَ ٱللَّهُ وَرَسُولُهُۥۚ وَمَا زَادَهُمۡ إِلَّآ إِيمَٰنٗا وَتَسۡلِيمٗا ٢٢

And when the believers saw the companies, they said, "This is what Allāh and His Messenger had promised us, and Allāh and His Messenger spoke the truth." And it increased them only in faith and acceptance.

Möminlər özlərinə qarşı vuruşmaq üçün toplanmış müttəfiqləri gördükdə dedilər: “Bu, Allahın və Onun rəsulunun bizə vəd etdiyi imtahanı, müsibəti və qələbəsidir. Allah və Onun rəsulu doğru söyləmiş­lər. Onların söylədiyi gerçəkləşdi.” Müttəfiqləri öz gözləri ilə görmələri on­ların yal­nız Allaha olan imanını və itaətini artırdı.

33:23Page 421

مِّنَ ٱلۡمُؤۡمِنِينَ رِجَالٞ صَدَقُواْ مَا عَٰهَدُواْ ٱللَّهَ عَلَيۡهِۖ فَمِنۡهُم مَّن قَضَىٰ نَحۡبَهُۥ وَمِنۡهُم مَّن يَنتَظِرُۖ وَمَا بَدَّلُواْ تَبۡدِيلٗا ٢٣

Among the believers are men true to what they promised Allāh. Among them is he who has fulfilled his vow [to the death], and among them is he who awaits [his chance]. And they did not alter [the terms of their commitment] by any alteration -

Möminlər arasında Alla­ha ver­dikləri əhdə sadiq qa­lan ki­şi­lər var. Onlar Allaha verdikləri sözün üstündə möhkəm durmuş və Allah yolunda olan cihadda səbir etmişlər. Onlardan ki­misi əh­di­ni yerinə yetirib Allah yolunda şəhid olmuş, ki­mi­si də Onun yolunda şəhid olma­sını göz­ləyir. O möminlər Allaha verdikləri əhdi əsla dəyiş­dir­mə­yib­lər, onlar əhdlərini pozan münafiqlər kimi deyillər.

33:24Page 421

لِّيَجۡزِيَ ٱللَّهُ ٱلصَّٰدِقِينَ بِصِدۡقِهِمۡ وَيُعَذِّبَ ٱلۡمُنَٰفِقِينَ إِن شَآءَ أَوۡ يَتُوبَ عَلَيۡهِمۡۚ إِنَّ ٱللَّهَ كَانَ غَفُورٗا رَّحِيمٗا ٢٤

That Allāh may reward the truthful for their truth and punish the hypocrites if He wills or accept their repentance. Indeed, Allāh is ever Forgiving and Merciful.

Bu ona görədir ki, Allah doğru da­nışanları - Allaha verdikləri əhdi yerinə yetirənləri doğruluqla­rına və əhdi yerinə yetridiklərinə gö­rə mükafatlandırsın, əhdlərini pozan mü­na­fiqlərə isə, küfrlərinə tövbə etməzdən əvvəl onları öldürməklə əzab versin, ya da on­ları tövbə etməyə müvəffəq etməklə tövbə­ləri­ni qəbul etsin. Həqiqətən, Allah, günahlarına görə tövbə edən kimsəni bağış­layar, ona rəhm edər.

33:25Page 421

وَرَدَّ ٱللَّهُ ٱلَّذِينَ كَفَرُواْ بِغَيۡظِهِمۡ لَمۡ يَنَالُواْ خَيۡرٗاۚ وَكَفَى ٱللَّهُ ٱلۡمُؤۡمِنِينَ ٱلۡقِتَالَۚ وَكَانَ ٱللَّهُ قَوِيًّا عَزِيزٗا ٢٥

And Allāh repelled those who disbelieved, in their rage, not having obtained any good. And sufficient was Allāh for the believers in battle, and ever is Allāh Powerful and Exalted in Might.

Allah qureyşliləri, ğətəfanlıları və onlarla birlikdə gələnləri qəm-qüssə və kədər içində, istədiklərinə nail olmadıqları halda geri qaytardı və onlar möminlərin kökünü kəsə bilmədilər. Döyüşdə Allah mö­min­lərə kifayət et­di. Belə ki, onlara külək göndərdi və bəzi mələkləri nazil etdii. Allah Qüv­vət­li­dir, Qüdrətlidir. Ona qarşı müharibə edən elə bir kimsə yoxdur ki, məğlubiyyətə uğrayıb rəzil olmasın.

33:26Page 421

وَأَنزَلَ ٱلَّذِينَ ظَٰهَرُوهُم مِّنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ مِن صَيَاصِيهِمۡ وَقَذَفَ فِي قُلُوبِهِمُ ٱلرُّعۡبَ فَرِيقٗا تَقۡتُلُونَ وَتَأۡسِرُونَ فَرِيقٗا ٢٦

And He brought down those who supported them among the People of the Scripture1 from their fortresses and cast terror into their hearts [so that] a party [i.e., their men] you killed, and you took captive a party [i.e., the women and children].

Allah yəhudilərdən müt­təfiqlərə yardım edənləri düşmənlərindən qorunduqları qa­la­la­rından endir­di və onların qəlbinə qorxu saldı. Siz, ey möminlər, on­la­rın bir qis­mi­ni öldürdünüz, bir qis­mi­ni də əsir götürdünüz.

33:27Page 421

وَأَوۡرَثَكُمۡ أَرۡضَهُمۡ وَدِيَٰرَهُمۡ وَأَمۡوَٰلَهُمۡ وَأَرۡضٗا لَّمۡ تَطَـُٔوهَاۚ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٗا ٢٧

And He caused you to inherit their land and their homes and their properties and a land which you have not trodden.1 And ever is Allāh, over all things, competent.

Allah onları məhv etdikdən sonra sizi onların torpağına - əkin sahələrinə və xurma bağlarına, habelə, onların yurd­larına və digər mallarına, üstəlik, ayağınız dəyməyən Xeybərə sahib etdi. Siz ora ayaq basacaqsınız. Bu, möminlər üçün bir vəd və müjdədir. Allah hər şeyə qadirdir. Heç bir şey Ona qalib gələ bilməz.

33:28Page 421

يَٰٓأَيُّهَا ٱلنَّبِيُّ قُل لِّأَزۡوَٰجِكَ إِن كُنتُنَّ تُرِدۡنَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا وَزِينَتَهَا فَتَعَالَيۡنَ أُمَتِّعۡكُنَّ وَأُسَرِّحۡكُنَّ سَرَاحٗا جَمِيلٗا ٢٨

O Prophet, say to your wives, "If you should desire the worldly life and its adornment, then come, I will provide for you and give you a gracious release.

Ey Peyğəmbər! Zövcələrin səndən onlara daha çox mal-dövlət verməyini tələb etdikləri, sənin də onlara verməyə artıq malın olmadığı bir vaxtda zövcə­lərinə de: “Əgər siz dünya hə­yatını və onun bər­bəzəyini is­təyirsinizsə, gəlin sizi boşanmış qadınların məmnun qaldığı dünya ma­lıyla məmnun edim və sizə zərər vurmadan və əziyyət vermədən sizi boşayım.

33:29Page 421

وَإِن كُنتُنَّ تُرِدۡنَ ٱللَّهَ وَرَسُولَهُۥ وَٱلدَّارَ ٱلۡأٓخِرَةَ فَإِنَّ ٱللَّهَ أَعَدَّ لِلۡمُحۡسِنَٰتِ مِنكُنَّ أَجۡرًا عَظِيمٗا ٢٩

But if you should desire Allāh and His Messenger and the home of the Hereafter - then indeed, Allāh has prepared for the doers of good among you a great reward."

Yox, əgər Allahın və Onun Rəsulunu razılığını qazanmaq, üstəlik, Axirət yurdunda olan Cənnəti is­tə­yir­si­niz­sə, öz halınıza səbir edin. Həqiqətən, Allah ara­nızdan səbir edib gözəl davranmaqla yaxşı işlər görənlər üçün böyük bir mü­ka­fat hazırla­mışdır.”

33:30Page 421

يَٰنِسَآءَ ٱلنَّبِيِّ مَن يَأۡتِ مِنكُنَّ بِفَٰحِشَةٖ مُّبَيِّنَةٖ يُضَٰعَفۡ لَهَا ٱلۡعَذَابُ ضِعۡفَيۡنِۚ وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٗا ٣٠

O wives of the Prophet, whoever of you should commit a clear immorality - for her the punishment would be doubled two fold, and ever is that, for Allāh, easy.

Ey Peyğəmbərin zövcə­ləri! Siz­lərdən hər kim açıq-aş­kar bir günah iş görsə, onun tutduğu yerinə, məqamına və Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yanında olduğuna görə, qiyamət günü onun əza­bı ikiqat artar. O əzabı ikiqat olaraq artırmaq, Allah üçün asandır.

33:31Page 422

۞ وَمَن يَقۡنُتۡ مِنكُنَّ لِلَّهِ وَرَسُولِهِۦ وَتَعۡمَلۡ صَٰلِحٗا نُّؤۡتِهَآ أَجۡرَهَا مَرَّتَيۡنِ وَأَعۡتَدۡنَا لَهَا رِزۡقٗا كَرِيمٗا ٣١

And whoever of you devoutly obeys Allāh and His Messenger and does righteousness - We will give her her reward twice; and We have prepared for her a noble provision.

Sizlərdən hər kim Allaha və Onun Rəsuluna itaət edib Allahın razı qaldığı saleh əməlləri etsə, ona başqa qadınlardan fərqli olaraq müka­fatını ikiqat verərik. Biz axirətdə onun üçün bol ruzi - Cənnət hazırlamışıq.

33:32Page 422

يَٰنِسَآءَ ٱلنَّبِيِّ لَسۡتُنَّ كَأَحَدٖ مِّنَ ٱلنِّسَآءِ إِنِ ٱتَّقَيۡتُنَّۚ فَلَا تَخۡضَعۡنَ بِٱلۡقَوۡلِ فَيَطۡمَعَ ٱلَّذِي فِي قَلۡبِهِۦ مَرَضٞ وَقُلۡنَ قَوۡلٗا مَّعۡرُوفٗا ٣٢

O wives of the Prophet, you are not like anyone among women. If you fear Allāh, then do not be soft in speech [to men],1 lest he in whose heart is disease should covet, but speak with appropriate speech.

Ey Muhəmməd peyğəmbərin (səllallahu aleyhi və səlləm) zövcələ­ri! Siz fəzilət və şərəf baxımından başqa qadınlar kimi deyilsiniz. Əksinə, siz fəzilət və şərəf xüsusunda elə bir mərtəbəyə yüksəlmisiniz ki, sizdən başqası o mərtəbəyə yüksələ bilməz. Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qor­xursunuzsa, yad kişilərlə naz­la­na-nazla­na danışmayın, yoxsa buna görə qəl­bində nifaq xəstəliyi və haram buyurulan şəhvətə meyli olan kəs tamaha düşər. Şübhə doğurmayan sözlər danışın və bacardığınız qədər zarafatı kənara qoyub ciddi olun.

33:33Page 422

وَقَرۡنَ فِي بُيُوتِكُنَّ وَلَا تَبَرَّجۡنَ تَبَرُّجَ ٱلۡجَٰهِلِيَّةِ ٱلۡأُولَىٰۖ وَأَقِمۡنَ ٱلصَّلَوٰةَ وَءَاتِينَ ٱلزَّكَوٰةَ وَأَطِعۡنَ ٱللَّهَ وَرَسُولَهُۥٓۚ إِنَّمَا يُرِيدُ ٱللَّهُ لِيُذۡهِبَ عَنكُمُ ٱلرِّجۡسَ أَهۡلَ ٱلۡبَيۡتِ وَيُطَهِّرَكُمۡ تَطۡهِيرٗا ٣٣

And abide in your houses and do not display yourselves as [was] the display of the former times of ignorance. And establish prayer and give zakāh and obey Allāh and His Messenger. Allāh intends only to remove from you the impurity [of sin], O people of the [Prophet's] household, and to purify you with [extensive] purification.

Evlərinizdə qərar tutun! Ehtiyac olmadığı halda evinizdən bayıra çıxmayın və ilk ca­hi­liyyə dövründə qadınların, kişilərin onlara meyil etmələri üçün öz gözəlliklərini kişilərə göstərdikləri kimi, gözəlliyinizi (yad kişilərə) göstərməyin. Na­mazı tam şəkildə qılın, malınızın zəkatını verin, Allaha və Onun Rəsuluna itaət edin! Pak və müqəddəs Allah, əziyyəti və pisliyi sizdən uzaq etmək istəyir. Ey Rəsulullahın zövcələri və ey onun ev əhli, Allah sizin qəlbinizi gözəl əxlaqla bəzəməklə və qəlbinizdəki günahları silib apar­maqla onu kamil şəkildə tər­təmiz etmək istəyir ki, bundan sonra orada heç bir mərəz qalmasın.

33:34Page 422

وَٱذۡكُرۡنَ مَا يُتۡلَىٰ فِي بُيُوتِكُنَّ مِنۡ ءَايَٰتِ ٱللَّهِ وَٱلۡحِكۡمَةِۚ إِنَّ ٱللَّهَ كَانَ لَطِيفًا خَبِيرًا ٣٤

And remember what is recited in your houses of the verses of Allāh and wisdom.1 Indeed, Allāh is ever Subtle2 and Aware.

Evlərinizdə oxunan Alla­hın Öz rəsuluna nazil etdiyi ayə­lə­rini və Rəsulullahın pak sünnəsini yada salın. Hə­qiqətən, Allah sizi Öz peyğəmbərinin ev əhlindən olmağı nəsib etməklə sizə lütf­ göstərmiş, üstəlik, sizi seçib Öz peyğəmbərinin zövcələri və onun ümmətinin möminlərinin anaları etməklə (sizin hər bir işinizdən) xəbərdar­dır.

33:35Page 422

إِنَّ ٱلۡمُسۡلِمِينَ وَٱلۡمُسۡلِمَٰتِ وَٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ وَٱلۡقَٰنِتِينَ وَٱلۡقَٰنِتَٰتِ وَٱلصَّٰدِقِينَ وَٱلصَّٰدِقَٰتِ وَٱلصَّٰبِرِينَ وَٱلصَّٰبِرَٰتِ وَٱلۡخَٰشِعِينَ وَٱلۡخَٰشِعَٰتِ وَٱلۡمُتَصَدِّقِينَ وَٱلۡمُتَصَدِّقَٰتِ وَٱلصَّٰٓئِمِينَ وَٱلصَّٰٓئِمَٰتِ وَٱلۡحَٰفِظِينَ فُرُوجَهُمۡ وَٱلۡحَٰفِظَٰتِ وَٱلذَّٰكِرِينَ ٱللَّهَ كَثِيرٗا وَٱلذَّٰكِرَٰتِ أَعَدَّ ٱللَّهُ لَهُم مَّغۡفِرَةٗ وَأَجۡرًا عَظِيمٗا ٣٥

Indeed, the Muslim men and Muslim women, the believing men and believing women, the obedient men and obedient women, the truthful men and truthful women, the patient men and patient women, the humble men and humble women, the charitable men and charitable women, the fasting men and fasting women, the men who guard their private parts and the women who do so, and the men who remember Allāh often and the women who do so - for them Allāh has prepared forgiveness and a great reward.

Həqiqətən, Allaha itaət etməklə ona boyun əyən ki­şilər və boyun əyən qadınlar, Allaha sidq-ürəkdən inanan kişilər və sidq-ürəkdən inanan qa­dın­lar, Allaha itaət edən kişilər və itaət edən qa­dınlar, imanında və sözündə dürüst olan kişilər və dürüst olan qadınlar, itaətdə, günah işlərdən çəkinməkdə və müsibət gəldikdə səbirli olan kişi­lər və səbir­li olan qadınlar, mallarından həm fərz (zəkat), həm də müstəhəb olaraq sədəqə ve­rən kişilər və sə­dəqə verən qadın­lar, Allah üçün həm vacib, həm də nafilə oruclarını tu­tan ki­şilər və qadınlar, naməhrəm yanında zinətlərini gizlədərək, habelə, zinadan və ona yaxınlaşdıran hər bir murdar əməldən uzaq durmaqla ismətlərini qoruyan ki­şi­lər və ismətlərini qoruyan qa­dınlar, həmçinin, qəlbləri və dilləri ilə, həm gizlində, həm də aşkarda Allahı çox zikr edən kişilər və qadınlar üçün - Qiyamət günü Allah tərəfindən onların günahlarının ba­ğış­lan­ması üçün məğfirət və böyük mükafat - Cənnət hazırla­mışdır.

33:36Page 423

وَمَا كَانَ لِمُؤۡمِنٖ وَلَا مُؤۡمِنَةٍ إِذَا قَضَى ٱللَّهُ وَرَسُولُهُۥٓ أَمۡرًا أَن يَكُونَ لَهُمُ ٱلۡخِيَرَةُ مِنۡ أَمۡرِهِمۡۗ وَمَن يَعۡصِ ٱللَّهَ وَرَسُولَهُۥ فَقَدۡ ضَلَّ ضَلَٰلٗا مُّبِينٗا ٣٦

It is not for a believing man or a believing woman, when Allāh and His Messenger have decided a matter, that they should [thereafter] have any choice about their affair. And whoever disobeys Allāh and His Messenger has certainly strayed into clear error.

Allah və Onun Rəsulu mömin kişilər və mömin qadınlar arasında bir işə hökm verdikdə, onlardan heç birinin bu hökmü qəbul etmək və ya inkar etmək ixtiyarı ola bilməz. Allaha və Onun Rəsuluna asi olan kəs, əlbəttə ki, haqq yoldan açıq-aydın azmış olar.

33:37Page 423

وَإِذۡ تَقُولُ لِلَّذِيٓ أَنۡعَمَ ٱللَّهُ عَلَيۡهِ وَأَنۡعَمۡتَ عَلَيۡهِ أَمۡسِكۡ عَلَيۡكَ زَوۡجَكَ وَٱتَّقِ ٱللَّهَ وَتُخۡفِي فِي نَفۡسِكَ مَا ٱللَّهُ مُبۡدِيهِ وَتَخۡشَى ٱلنَّاسَ وَٱللَّهُ أَحَقُّ أَن تَخۡشَىٰهُۖ فَلَمَّا قَضَىٰ زَيۡدٞ مِّنۡهَا وَطَرٗا زَوَّجۡنَٰكَهَا لِكَيۡ لَا يَكُونَ عَلَى ٱلۡمُؤۡمِنِينَ حَرَجٞ فِيٓ أَزۡوَٰجِ أَدۡعِيَآئِهِمۡ إِذَا قَضَوۡاْ مِنۡهُنَّ وَطَرٗاۚ وَكَانَ أَمۡرُ ٱللَّهِ مَفۡعُولٗا ٣٧

And [remember, O Muḥammad], when you said to the one on whom Allāh bestowed favor and you bestowed favor,1 "Keep your wife and fear Allāh," while you concealed within yourself that which Allāh is to disclose.2 And you feared the people,3 while Allāh has more right that you fear Him.4 So when Zayd had no longer any need for her, We married her to you in order that there not be upon the believers any discomfort [i.e., guilt] concerning the wives of their claimed [i.e., adopted] sons when they no longer have need of them. And ever is the command [i.e., decree] of Allāh accomplished.

Ey Peyğəmbər, bir zaman Allahın İslam ne­məti bəxş etdiyi və sənin azad etdiyin Zeyd ibn Harisə (radiyallahu anhumə) sənin yanına gəlib zövcəsi Zeynəb bint Cəhşi boşamaq xüsusunda səninlə məşvərət etdikdə, sən ona: “Zövcəni öz ya­nında saxla, onu boşama və Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qorx!”– demişdin. Ey Peyğəmbər, Alla­hın sənə vəhy etdiyi - sənə Zeynəblə evlənməyi buyurduğunu ürəyində gizli sax­la­yır və insan­lar­dan çəkinirdin. Allah Zeydin onu boşayacağını, sonra da, sənin onunla evlənəcəyini aşkara çıxaracaq. Əs­lində, bu işdə qorxmalı oldu­ğun məhz Allah­dır. Zeydin nəfsi zövcəsini istəmədikdə və artıq onu boşadıqda, Biz səni Zeynəblə evlən­dir­dik ki, oğul­luq­ları öv­rətlərini bo­şadıqdan və onların gözləmə müddəti başa çatdıqdan sonra o qadınlarla evlən­mək­də mö­min­lərə heç bir günah ol­masın. Allahın əmri mütləq ye­rinə ye­tə­cək­. Heç bir şey ona mane olmaz və onun qarşısı alınmaz.

33:38Page 423

مَّا كَانَ عَلَى ٱلنَّبِيِّ مِنۡ حَرَجٖ فِيمَا فَرَضَ ٱللَّهُ لَهُۥۖ سُنَّةَ ٱللَّهِ فِي ٱلَّذِينَ خَلَوۡاْ مِن قَبۡلُۚ وَكَانَ أَمۡرُ ٱللَّهِ قَدَرٗا مَّقۡدُورًا ٣٨

There is not to be upon the Prophet any discomfort concerning that which Allāh has imposed upon him.1 [This is] the established way of Allāh with those [prophets] who have passed on before. And ever is the command of Allāh a destiny decreed.

Allahın Muhəmməd peyğəmbərə (səllallahu aleyhi və səlləm) halal buyurduğu işdə - oğulluğa götürdüyü Zeydin boşadığı qadını ilə evlənməkdə ona heç bir günah və sıxıntı olmaz. Peyğəmbər bu işdə, öncə gə­lib-getmiş peyğəmbərlərin sünnəsinə tabedir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) bu işi görən ilk peyğəmbər deyil. Allahın belə bir hökm verməsi - bu evliliyin tamamlaması və bir də oğulluğa götürülmüş kimsənin oğul sayılmasının qadağan edilməsi, peyğəmbərin öz fikri və öz seçimi ilə deyil, məhz Alla­hın əzəldən müəyyən edtiyi bir hökmü ilədir.

33:39Page 423

ٱلَّذِينَ يُبَلِّغُونَ رِسَٰلَٰتِ ٱللَّهِ وَيَخۡشَوۡنَهُۥ وَلَا يَخۡشَوۡنَ أَحَدًا إِلَّا ٱللَّهَۗ وَكَفَىٰ بِٱللَّهِ حَسِيبٗا ٣٩

[Allāh praises] those who convey the messages of Allāh1 and fear Him and do not fear anyone but Allāh. And sufficient is Allāh as Accountant.

O peyğəmbərlər özlərinə nazil edilmiş Allahın risalətlərini öz ümmətlərinə təbliğ edir, pak və uca Allahdan başqa heç kəsdən qorxmur və Allahın onlara halal buyurduğu bir işi gördükdə, heç kəsin iradına məhəl qoymurdular. Allah Öz qullarının əməllərini haqq-hesab çək­mə­yə və etdikləri əməllərini əvəzini, yaxşı əməlin mükafatını, pis əməlin də cəzasını verməyə yetər.

33:40Page 423

مَّا كَانَ مُحَمَّدٌ أَبَآ أَحَدٖ مِّن رِّجَالِكُمۡ وَلَٰكِن رَّسُولَ ٱللَّهِ وَخَاتَمَ ٱلنَّبِيِّـۧنَۗ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٗا ٤٠

Muḥammad is not the father of [any] one of your men, but [he is] the Messenger of Allāh and seal [i.e., last] of the prophets. And ever is Allāh, of all things, Knowing.

Muhəmməd aranızdakı kişilər­dən heç birinin atası de­yil. O, Zeydin atası deyil ki, Zeyd öz zövcəsini boşadıqdan sonra onunla evlənmək ona haram sayılsın. La­kin o, Allahın insanlara göndərdiyi rəsulu və peyğəmbərlərin so­nun­cu­su­­dur. Ondan sonra peyğəmbər gəlməyəcək. Allah hər şeyi bilir. Qullarının əməllərindən heç biri Ondan gizli qalmaz.

33:41Page 423

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱذۡكُرُواْ ٱللَّهَ ذِكۡرٗا كَثِيرٗا ٤١

O you who have believed, remember Allāh with much remembrance

Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr, Alla­hı həm qəlbinizlə, həm dilinizlə, həm də əzalarınızla çox zikr edin!

33:42Page 423

وَسَبِّحُوهُ بُكۡرَةٗ وَأَصِيلًا ٤٢

And exalt Him morning and afternoon.

Səhər-axşam fəzilətli kəlmələri - "subhənallah" və "lə ilahə illəllah" deməklə pak və müqəddəs Allahın şəni­nə təriflər deyin!

33:43Page 423

هُوَ ٱلَّذِي يُصَلِّي عَلَيۡكُمۡ وَمَلَٰٓئِكَتُهُۥ لِيُخۡرِجَكُم مِّنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِۚ وَكَانَ بِٱلۡمُؤۡمِنِينَ رَحِيمٗا ٤٣

It is He who confers blessing upon you,1 and His angels [ask Him to do so] that He may bring you out from darknesses into the light. And ever is He, to the believers, Merciful.

Allah sizə rəhm edir və sizi tərifləyir, üstəlik, Onun mələkləri də sizin üçün dua edirlər ki, sizi küfr zülmətindən iman nuruna çıxartsın. Allah mö­min­lərə qarşı Rəhm­lidir. Əgər onlar Allaha itaət etsələr, Onun əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinsələr, Allah onlara əzab verməz.

33:44Page 424

تَحِيَّتُهُمۡ يَوۡمَ يَلۡقَوۡنَهُۥ سَلَٰمٞۚ وَأَعَدَّ لَهُمۡ أَجۡرٗا كَرِيمٗا ٤٤

Their greeting the Day they meet Him will be, "Peace." And He has prepared for them a noble reward.

Möminlərin Rəbbinə qovu­şa­caqları gün xeyir-duaları “sa­lam” olacaq və hər bir pislikdən qorunacaqlar­. Onlar Allaha itaət etdiklərinə və Ona asi olan işlərdən çəkindiklərinə görə, Allaha onlar üçün gözəl bir mükafat - Cənnət ha­zır­la­mış­dır.

33:45Page 424

يَٰٓأَيُّهَا ٱلنَّبِيُّ إِنَّآ أَرۡسَلۡنَٰكَ شَٰهِدٗا وَمُبَشِّرٗا وَنَذِيرٗا ٤٥

O Prophet, indeed We have sent you as a witness and a bringer of good tidings and a warner

Ey Peyğəmbər! Həqiqətən, Biz səni elçi göndərdik ki, sənə həvalə edilmiş risaləti insanlara təbliğ etdiyinə dair onların əleyhinə şahidlik edəsən, aralarındakı möminlərə Allahın onlara Cənnəti hazırladığı barədə müjdə verəsən, kafirləri də, Allahın onlar üçün hazırladığı azabla qorxudasan.

33:46Page 424

وَدَاعِيًا إِلَى ٱللَّهِ بِإِذۡنِهِۦ وَسِرَاجٗا مُّنِيرٗا ٤٦

And one who invites to Allāh, by His permission, and an illuminating lamp.

Səni həm də Allahın əmri ilə Onun tovhidinə və itaətinə dəvət edən, habelə, doğru yola gəlmək istəyən hər kəsin yoluna nur saçan bir çıraq olaraq göndərdik.

33:47Page 424

وَبَشِّرِ ٱلۡمُؤۡمِنِينَ بِأَنَّ لَهُم مِّنَ ٱللَّهِ فَضۡلٗا كَبِيرٗا ٤٧

And give good tidings to the believers that they will have from Allāh great bounty.

Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən möminlərə sevindirici xəbər ver ki, onlara pak və müqəddəs Allah tərəfindən böyük bir lütf nəsib olacaq. Belə ki, onlar bu dünyada zəfər çalacaq, axirətdə də Cənnətə daxil olmaqla uğur qazanacaqlar.

33:48Page 424

وَلَا تُطِعِ ٱلۡكَٰفِرِينَ وَٱلۡمُنَٰفِقِينَ وَدَعۡ أَذَىٰهُمۡ وَتَوَكَّلۡ عَلَى ٱللَّهِۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلٗا ٤٨

And do not obey the disbelievers and the hypocrites and disregard their annoyance, and rely upon Allāh. And sufficient is Allāh as Disposer of affairs.

Kafirlərin və münafiqlərin çağırışına itaət edib Allahın dinindən kənara çıxma, onlardan üç çevir. Bu, onların, sənin onlara gətirdiyinə iman gətirmələri üçün daha münasib olar. Hər bir işində - o cümlədən də, düşmənlərinə qalib gəlmək xüsusunda Allaha etimad et. İnsanların dünya və axirət işlərinin hamısında Allaha etimad etməsi, Onun insanları qoruması üçün ki­fa­yət­dir.

33:49Page 424

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا نَكَحۡتُمُ ٱلۡمُؤۡمِنَٰتِ ثُمَّ طَلَّقۡتُمُوهُنَّ مِن قَبۡلِ أَن تَمَسُّوهُنَّ فَمَا لَكُمۡ عَلَيۡهِنَّ مِنۡ عِدَّةٖ تَعۡتَدُّونَهَاۖ فَمَتِّعُوهُنَّ وَسَرِّحُوهُنَّ سَرَاحٗا جَمِيلٗا ٤٩

O you who have believed, when you marry believing women and then divorce them before you have touched them [i.e., consummated the marriage], then there is not for you any waiting period to count concerning them. So provide for them and give them a gracious release.

Ey Allaha iman gətirib, Onun şəriətinə əməl edən kimsələr! Əgər mömin qadınlarla nikah müqaviləsi bağlasanız, sonra da onlarla yaxınlıq etməzdən əvvəl talaqlarını ver­səniz, ar­tıq onlar üçün göz­ləmə müd­dəti­ni - istər təmizləmə müddətini, istərsə də üç ayı saymağa haqqınız yoxdur. Bu hökm, o qadınlara yaxınlıq edilmədiyi üçün bətinlərində uşaq olmadığına görədir. Boşanma səbəbi ilə qırılmış könüllərini almaq üçün imkanınız daxilində öz malınızdan onlara verib, sonra da onlara əziyyət vermədən, gözəl bir tərz­də sərbəst buraxın ki, ailələrinin yanına getsinlər.

33:50Page 424

يَٰٓأَيُّهَا ٱلنَّبِيُّ إِنَّآ أَحۡلَلۡنَا لَكَ أَزۡوَٰجَكَ ٱلَّٰتِيٓ ءَاتَيۡتَ أُجُورَهُنَّ وَمَا مَلَكَتۡ يَمِينُكَ مِمَّآ أَفَآءَ ٱللَّهُ عَلَيۡكَ وَبَنَاتِ عَمِّكَ وَبَنَاتِ عَمَّٰتِكَ وَبَنَاتِ خَالِكَ وَبَنَاتِ خَٰلَٰتِكَ ٱلَّٰتِي هَاجَرۡنَ مَعَكَ وَٱمۡرَأَةٗ مُّؤۡمِنَةً إِن وَهَبَتۡ نَفۡسَهَا لِلنَّبِيِّ إِنۡ أَرَادَ ٱلنَّبِيُّ أَن يَسۡتَنكِحَهَا خَالِصَةٗ لَّكَ مِن دُونِ ٱلۡمُؤۡمِنِينَۗ قَدۡ عَلِمۡنَا مَا فَرَضۡنَا عَلَيۡهِمۡ فِيٓ أَزۡوَٰجِهِمۡ وَمَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ لِكَيۡلَا يَكُونَ عَلَيۡكَ حَرَجٞۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا ٥٠

O Prophet, indeed We have made lawful to you your wives to whom you have given their due compensation1 and those your right hand possesses from what Allāh has returned to you [of captives] and the daughters of your paternal uncles and the daughters of your paternal aunts and the daughters of your maternal uncles and the daughters of your maternal aunts who emigrated with you and a believing woman if she gives herself to the Prophet [and] if the Prophet wishes to marry her; [this is] only for you, excluding the [other] believers. We certainly know what We have made obligatory upon them concerning their wives and those their right hands possess, [but this is for you] in order that there will be upon you no discomfort [i.e., difficulty]. And ever is Allāh Forgiving and Merciful.

Ey Peyğəmbər! Mehrlə­rini ver­di­yin zövcələrini və Alla­hın sə­nə bəxş et­dik­lərindən sa­hib olduğun cariyələri sənə halal etdik, habelə, sə­nin­lə birlikdə Məkkədən Mədinəyə hic­rət etmiş əmin qız­la­rı­, bibilərinin qızları, da­yın qızları və xa­lalarının qızla­rı ilə nikaha girməyi halal etdik, eləcə də, heç bir mehr vermədən özü­nü sənə hədiyyə edən mömin qa­dı­nla evlənməyi sənə halal etdik. Özünü hədiyyə edən qadınla evlənmək, bu ümmətdən heç kəsə yox, ancaq məxsusi olaraq Peyğəmbərə (səllallahu aleyhi və səlləm) caizdir. Biz möminlərə zövcələri barə­­də nəyi vacib buyurdu­ğu­muzu bilirik. Belə ki, onlara eyni vaxtda dörd qadından artıq qadınla evlənmək icazəli deyil. Habelə, onlara sahib olduqları cariyələr barədə nə buyurdu­ğu­muzu da bilirik. Belə ki, onlar istədikləri sayda cariyədən istifadə edə bilər. Biz sənə evlənməsinə icazə verdiklərimizdən bəzisini başqalarına icazə vermədik. Biz bunu, sənə sıxıntı və məşəqqət olmasın deyə belə etdik. Allah Öz qullarından tövbə edən kimsələri ba­ğış­layandır, onlara rəhm edəndir.

33:51Page 425

۞ تُرۡجِي مَن تَشَآءُ مِنۡهُنَّ وَتُـٔۡوِيٓ إِلَيۡكَ مَن تَشَآءُۖ وَمَنِ ٱبۡتَغَيۡتَ مِمَّنۡ عَزَلۡتَ فَلَا جُنَاحَ عَلَيۡكَۚ ذَٰلِكَ أَدۡنَىٰٓ أَن تَقَرَّ أَعۡيُنُهُنَّ وَلَا يَحۡزَنَّ وَيَرۡضَيۡنَ بِمَآ ءَاتَيۡتَهُنَّ كُلُّهُنَّۚ وَٱللَّهُ يَعۡلَمُ مَا فِي قُلُوبِكُمۡۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَلِيمٗا ٥١

You, [O Muḥammad], may put aside whom you will of them1 or take to yourself whom you will. And any that you desire of those [wives] from whom you had [temporarily] separated - there is no blame upon you [in returning her]. That is more suitable that they should be content and not grieve and that they should be satisfied with what you have given them - all of them. And Allāh knows what is in your hearts. And ever is Allāh Knowing and Forbearing.

Ey Peyğəmbər, zövcələrindən istədiyinin sə­ninlə gecə­ləmək növbə­sini tə­xirə sala bi­lərsən, onlardan is­tədiyini də öz yanına ala bilərsən ki, gecəni səninlə keçirsin. Özün­­dən ayır­dıq­la­rından hansı birini ye­nidən öz yanına almaq istə­sən, buna görə sə­nə heç bir günah olmaz. Onların növbəsini təxirə salmaq və sənə belə imkan yaratmaq, zövcələrinin sevin­mə­ləri və sənin on­ların hamısına verdiyindən razı qalmaları üçün da­ha münasibdir. Onlar bilsinlər ki, sən öz öhdənə düşən vacibi tərk etməmisən və heç kəsin haqqına girməmisən. Ey kişilər, Allah sizin qəl­­bi­nizdə olan­ları - qadınlarınızdan bəzisinə meyl edib digərlərini tərk etdiyiniz bilir. Allah Öz qullarının nə əməllər etdiklərini bilir, heç bir şey Ondan gizli qalmır, üstəlik, həlimdir, onları (günahlarına görə) dərhal cəzalandırmır ki, bəlkə Ona tövbə edələr.

33:52Page 425

لَّا يَحِلُّ لَكَ ٱلنِّسَآءُ مِنۢ بَعۡدُ وَلَآ أَن تَبَدَّلَ بِهِنَّ مِنۡ أَزۡوَٰجٖ وَلَوۡ أَعۡجَبَكَ حُسۡنُهُنَّ إِلَّا مَا مَلَكَتۡ يَمِينُكَۗ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ رَّقِيبٗا ٥٢

Not lawful to you, [O Muḥammad], are [any additional] women after [this], nor [is it] for you to exchange them for [other] wives, even if their beauty were to please you, except what your right hand possesses. And ever is Allāh, over all things, an Observer.1

Ey Peyğəmər, ixtiyarında olan zövcələrindən başqa qadınlarla evlənmək, onların hamısını yaxud bir qismini boşayıb əvəzinə başqa qadınlar almaq, - hətta o qadınların gö­zəllikləri səni hey­ran etsə də, - sənə halal deyil. Sahib olduğun ca­ri­yələr isə istisnadır, onlardan istədiyin qədər ala bilərsən. Allah hər şeyə nəzarət edən­dir. Bu hökm möminlərin analarının fəzilətinə dəlalət edir. Belə ki, onların boşanması və başqasına ərə getməsi qadağan edilmişdir.

33:53Page 425

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَدۡخُلُواْ بُيُوتَ ٱلنَّبِيِّ إِلَّآ أَن يُؤۡذَنَ لَكُمۡ إِلَىٰ طَعَامٍ غَيۡرَ نَٰظِرِينَ إِنَىٰهُ وَلَٰكِنۡ إِذَا دُعِيتُمۡ فَٱدۡخُلُواْ فَإِذَا طَعِمۡتُمۡ فَٱنتَشِرُواْ وَلَا مُسۡتَـٔۡنِسِينَ لِحَدِيثٍۚ إِنَّ ذَٰلِكُمۡ كَانَ يُؤۡذِي ٱلنَّبِيَّ فَيَسۡتَحۡيِۦ مِنكُمۡۖ وَٱللَّهُ لَا يَسۡتَحۡيِۦ مِنَ ٱلۡحَقِّۚ وَإِذَا سَأَلۡتُمُوهُنَّ مَتَٰعٗا فَسۡـَٔلُوهُنَّ مِن وَرَآءِ حِجَابٖۚ ذَٰلِكُمۡ أَطۡهَرُ لِقُلُوبِكُمۡ وَقُلُوبِهِنَّۚ وَمَا كَانَ لَكُمۡ أَن تُؤۡذُواْ رَسُولَ ٱللَّهِ وَلَآ أَن تَنكِحُوٓاْ أَزۡوَٰجَهُۥ مِنۢ بَعۡدِهِۦٓ أَبَدًاۚ إِنَّ ذَٰلِكُمۡ كَانَ عِندَ ٱللَّهِ عَظِيمًا ٥٣

O you who have believed, do not enter the houses of the Prophet except when you are permitted for a meal, without awaiting its readiness. But when you are invited, then enter; and when you have eaten, disperse without seeking to remain for conversation. Indeed, that [behavior] was troubling the Prophet, and he is shy of [dismissing] you. But Allāh is not shy of the truth. And when you ask [his wives] for something, ask them from behind a partition. That is purer for your hearts and their hearts. And it is not [conceivable or lawful] for you to harm the Messenger of Allāh or to marry his wives after him, ever. Indeed, that would be in the sight of Allāh an enormity.

Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr, sizə yeməyə izin veril­məyib süfrəyə də­vət olunmadıq­ca Peyğəmbə­rin evlərinə girməyin və əv­vəl­cə­dən gəlib oturub yeməyin hazırlan­masını da gözləməyin. Lakin yeməyə dəvət olunduğunuzda gi­rin və ye­mək yedik­dən sonra orada oturub bir-biri­nizlə söhbətə dalmadan da­ğı­­lı­şın. Çün­ki bu hərəkətiniz Peyğəmbəri (səllallahu aleyhi və səlləm) narahat edir və o sizdən çıxıb getmənizi tələb etməyə uta­nır. Allah isə haqq sözü demək­dən utanmır. Elə buna görə də, sizə çıxıb getməyi əmr edir ki, bununla Peyğəmbərə (səllallahu aleyhi və səlləm) əziyyət verməyəsiniz. Peyğəm­bə­rin zöv­cələ­rin­dən bir şey - məsələn, qab və s. is­tədik­də, onu pərdə arxasından istəyin, onlarla üzbəüz durub istəməyin ki, sizin gözləriniz onları görməsin. Belə edin ki, Allahın rəsuluna (səllallahu aleyhi və səlləm) ehtiram əlaməti olaraq onları qorumuş olasınız. İstədiyinizi pərdə arxasından istəmək həm si­zin qəlbinizə, həm də onların qəlbinə daha çox saflıq gə­ti­rər. Belə edin ki, şeytan həm sizin, həm də onların qəlbinə vəsvəsə verib sizi yaramaz işlər görməyə təşviq etməsin. Ey möminlər, sizə Allahın rəsulunun evində çox oturmaqla ona əziyyət vermək, habelə, vəfatından sonra onun hə­yat yoldaşları ilə izdi­vac et­mək qətiyyən yaraşmaz. Çünki onlar möminlərin analarıdır. Heç kəsə də, öz anası ilə evlənmək caiz deyil. Peyğəmbərin vəfatından sonra onun hə­yat yoldaşları ilə izdi­vac et­mək kimi əziyyət vermək haram buyurulub və bu, Allah ya­nında böyük günah sayılır.

33:54Page 425

إِن تُبۡدُواْ شَيۡـًٔا أَوۡ تُخۡفُوهُ فَإِنَّ ٱللَّهَ كَانَ بِكُلِّ شَيۡءٍ عَلِيمٗا ٥٤

Whether you reveal a thing or conceal it, indeed Allāh is ever, of all things, Knowing.

Siz əməllərinizdən bir şeyi aşkara çı­xarsanız da, onu içinizdə gizli sax­lasa­nız ­da, şübhəsiz ki, Allah hər şeyi bilir. Sizin əməllərinizdən və s. heç bir şey Ondan gizli qalmaz. O sizə əməllərinizin əvəzini - yaxşılığa mükafat, pisliyə də cəza verəcəkdir.

33:55Page 426

لَّا جُنَاحَ عَلَيۡهِنَّ فِيٓ ءَابَآئِهِنَّ وَلَآ أَبۡنَآئِهِنَّ وَلَآ إِخۡوَٰنِهِنَّ وَلَآ أَبۡنَآءِ إِخۡوَٰنِهِنَّ وَلَآ أَبۡنَآءِ أَخَوَٰتِهِنَّ وَلَا نِسَآئِهِنَّ وَلَا مَا مَلَكَتۡ أَيۡمَٰنُهُنَّۗ وَٱتَّقِينَ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدًا ٥٥

There is no blame upon them [i.e., women] concerning their fathers or their sons or their brothers or their brothers' sons or their sisters' sons or their women or those their right hands possess [i.e., slaves].1 And fear Allāh. Indeed Allāh is ever, over all things, Witness.

Qadınlara ataları, oğul­ları, qar­daşları, qardaşlarının oğul­la­rı, bacıla­rı­nın oğulları, doğma və ya süd bacılarının oğulları, mömin qadınların, sa­hib ol­duq­ları kənizlərin ya­nında hicab geymədən onlarla danımalarında heç bir günah yox­dur. Ey mömin qa­dınlar, sizə yaxşı işləri əmr edən və pis işləri qadağan edən pak və müqəddəs Allahdan qorxun! Allah sizin aşkara çıxardığınız və etdiyiniz hər şeyə şa­hid­dir.

33:56Page 426

إِنَّ ٱللَّهَ وَمَلَٰٓئِكَتَهُۥ يُصَلُّونَ عَلَى ٱلنَّبِيِّۚ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ صَلُّواْ عَلَيۡهِ وَسَلِّمُواْ تَسۡلِيمًا ٥٦

Indeed, Allāh confers blessing upon the Prophet, and His angels [ask Him to do so]. O you who have believed, ask [Allāh to confer] blessing upon him and ask [Allāh to grant him] peace.

Həqiqətən də, Allah mələklərin yanında Peyğəmbəri (səllallahu aleyhi və səlləm) tərif edir. Onun mə­ləkləri Peyğəmbər (səllallahu aleyhi və səlləm) üçün dua edirlər. Ey Allaha iman gə­tirən və Onun Öz qullarına buyurduqlarını yerinə yetirən kimsələr, siz də ona dua edib kamil ədəb-ərkanla onu sa­lam­la­yın.

33:57Page 426

إِنَّ ٱلَّذِينَ يُؤۡذُونَ ٱللَّهَ وَرَسُولَهُۥ لَعَنَهُمُ ٱللَّهُ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِ وَأَعَدَّ لَهُمۡ عَذَابٗا مُّهِينٗا ٥٧

Indeed, those who abuse Allāh and His Messenger - Allāh has cursed them in this world and the Hereafter and prepared for them a humiliating punishment.

Şübhəsiz ki, Allaha və Onun rəsuluna sözlə, yaxud əməllə əziyyət verənləri Allah dün­yada və axi­rətdə Öz geniş rəhmətindən qovmuş və Onun rəsuluna əziyyət verdiklərinə görə, cəza olaraq axirətdə onlar üçün alçaldıcı bir əzab hazırla­mış­dır.

33:58Page 426

وَٱلَّذِينَ يُؤۡذُونَ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ بِغَيۡرِ مَا ٱكۡتَسَبُواْ فَقَدِ ٱحۡتَمَلُواْ بُهۡتَٰنٗا وَإِثۡمٗا مُّبِينٗا ٥٨

And those who harm believing men and believing women for [something] other than what they have earned [i.e., deserved] have certainly borne upon themselves a slander and manifest sin.

Mömin kişilərə və mö­min qadın­lara etmədikləri bir cinayətdən öt­rü, sözlə və ya əməllə əziyyət verənlər, sözsüz ki, öz üzərlərinə yalan və açıq-aydın günah gö­türmüşlər.

33:59Page 426

يَٰٓأَيُّهَا ٱلنَّبِيُّ قُل لِّأَزۡوَٰجِكَ وَبَنَاتِكَ وَنِسَآءِ ٱلۡمُؤۡمِنِينَ يُدۡنِينَ عَلَيۡهِنَّ مِن جَلَٰبِيبِهِنَّۚ ذَٰلِكَ أَدۡنَىٰٓ أَن يُعۡرَفۡنَ فَلَا يُؤۡذَيۡنَۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا ٥٩

O Prophet, tell your wives and your daughters and the women of the believers to bring down over themselves [part] of their outer garments.1 That is more suitable that they will be known2 and not be abused. And ever is Allāh Forgiving and Merciful.3

Ey Peyğəmbər! Zövcə­lərinə, qız­larına və mömin­lə­rin qadınlarına de ki, geydikləri çarşabları ilə örtün­sün­lər ki, övrət yerləri naməhrəm kişilər yanında görsənməsin. Bu on­la­rın azad qadın kimi tanınması və cariyələrə əziyyət verildiyi kimi, heç kəsin on­lara əziyyət verməməsi üçün daha müna­sib­dir. Allah Öz qullarından Ona tövbə edən kimsələri bağış­layandır, və onlara rəhm edəndir.

Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences

Contents

Ayat al-Kursi36Al-Kahfpage 42juz 15Bukhari 1Muslim 2999

Style

Theme
Text size
Layout

Читать на русском