Al-MukhtasarAl‑Ahzab · 33:60–73

Al-Mukhtasar · Tafsir · in Azerbaijani

Al-Ahzab 33:60–73

33:60Page 426

۞ لَّئِن لَّمۡ يَنتَهِ ٱلۡمُنَٰفِقُونَ وَٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ وَٱلۡمُرۡجِفُونَ فِي ٱلۡمَدِينَةِ لَنُغۡرِيَنَّكَ بِهِمۡ ثُمَّ لَا يُجَاوِرُونَكَ فِيهَآ إِلَّا قَلِيلٗا ٦٠

If the hypocrites and those in whose hearts is disease1 and those who spread rumors in al-Madīnah do not cease, We will surely incite you against them; then they will not remain your neighbors therein except for a little,

Əgər münafiqlər öz nifaqlarına - müsəlman olduqlarını aşkarda göstərib küfrü qəlblərində gizlətmələrinə, habelə, qəlbi xəs­tə olanlar öz nəfsi istəklərinə və bir də Mədinədə möminlərin arasını vurmaq üçün yalan xəbərlər yayanlar bu əməllərinə son qoymasalar, sənə, ey Peyğəmbər, onları cəzalandırmağı buyurar və səni onların üzərində hökmran edərik. Sonra da onlar yer üzündə fəsad törətdiklərinə görə, məhv ediləcəkləri və ya yurdlarından qovulacaqları üçün, Mədinədə səninlə an­caq az bir müd­dət ərzində qonşuluq edərlər.

33:61Page 426

مَّلۡعُونِينَۖ أَيۡنَمَا ثُقِفُوٓاْ أُخِذُواْ وَقُتِّلُواْ تَقۡتِيلٗا ٦١

Accursed wherever they are found, [being] seized and massacred completely.

Onlar Allahın rəhmətindən qovular­lar. Münafiq olduqlarına və yer üzündə fəsad yaydıqlarına görə, harada ələ keçirilsələr, yaxalanıb aman­sızcasına öl­dürü­lər­lər.

33:62Page 426

سُنَّةَ ٱللَّهِ فِي ٱلَّذِينَ خَلَوۡاْ مِن قَبۡلُۖ وَلَن تَجِدَ لِسُنَّةِ ٱللَّهِ تَبۡدِيلٗا ٦٢

[This is] the established way of Allāh with those who passed on before; and you will not find in the way of Allāh any change.

Allahın öncə gəlib-getmiş, nifaqlarını aşkara çıxarmış münafiqlər barədə qanunu belədir. Allahın qanunu sabitdir, sən onda əsla bir dəyişiklik ta­pa bilməzsən.

33:63Page 427

يَسۡـَٔلُكَ ٱلنَّاسُ عَنِ ٱلسَّاعَةِۖ قُلۡ إِنَّمَا عِلۡمُهَا عِندَ ٱللَّهِۚ وَمَا يُدۡرِيكَ لَعَلَّ ٱلسَّاعَةَ تَكُونُ قَرِيبًا ٦٣

People ask you concerning the Hour. Say, "Knowledge of it is only with Allāh. And what may make you perceive? Perhaps the Hour is near."

Ey Peyğəmbər, müşriklər və yəhudilər sənə etiraz edərək və inanmayaraq o saat (qiyamət) barədə sual verirlər ki: "O nə zaman qopacaq?" Onlara de: “Onu yal­nız Allah bilir, mən bu haqda heç nə bilmirəm!” Ey Peyğəmbər, nə bilirsən, bəlkə də, o saat lap yaxınlaş­mışdır.

33:64Page 427

إِنَّ ٱللَّهَ لَعَنَ ٱلۡكَٰفِرِينَ وَأَعَدَّ لَهُمۡ سَعِيرًا ٦٤

Indeed, Allāh has cursed the disbelievers and prepared for them a Blaze.

Pak və müqəddəs Allah kafir­lə­ri Öz rəhmətindən qovmuş və qiyamət günü onları gözləyən yandırıb-yaxan Od hazırla­mışdır.

33:65Page 427

خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۖ لَّا يَجِدُونَ وَلِيّٗا وَلَا نَصِيرٗا ٦٥

Abiding therein forever, they will not find a protector or a helper.

Onlar özləri üçün hazırlanmış o atəşin içindəki əzabda əbədi qala­caq, özlərinə fayda verən nə bir himayəçi, nə də bir əzabı onlardan dəf edən yardımçı tapa biləcəklər.

33:66Page 427

يَوۡمَ تُقَلَّبُ وُجُوهُهُمۡ فِي ٱلنَّارِ يَقُولُونَ يَٰلَيۡتَنَآ أَطَعۡنَا ٱللَّهَ وَأَطَعۡنَا ٱلرَّسُولَا۠ ٦٦

The Day their faces will be turned about in the Fire, they will say, "How we wish we had obeyed Allāh and obeyed the Messenger."

Qiyamət günü onların üzləri Cəhənnəm odunda o yan-bu yana döndərildikdə, çox peşman olduqlarına və təəssüf etdiklərinə görə deyəcəklər: “Kaş, dünya həyatımızda Allahın bizə əmr etdiklərini yerinə yetirməklə və Onun bizə qadağan etdiklərindən çəkinməklə Allaha itaət edər, habelə, Peyğəmbərin öz Rəbbindən bizə gətirdiyinə itaət edərdik.”

33:67Page 427

وَقَالُواْ رَبَّنَآ إِنَّآ أَطَعۡنَا سَادَتَنَا وَكُبَرَآءَنَا فَأَضَلُّونَا ٱلسَّبِيلَا۠ ٦٧

And they will say, "Our Lord, indeed we obeyed our masters and our dignitaries,1 and they led us astray from the [right] way.

Onlar zəif və batil dəlil gətirib deyəcəklər: “Ey Rəbbimiz! Biz başçılarımıza və qövmümüzün böyüklərinə ita­ət etdik, on­lar da bizi düz yoldan sapdır­dılar.

33:68Page 427

رَبَّنَآ ءَاتِهِمۡ ضِعۡفَيۡنِ مِنَ ٱلۡعَذَابِ وَٱلۡعَنۡهُمۡ لَعۡنٗا كَبِيرٗا ٦٨

Our Lord, give them double the punishment and curse them with a great curse."

Ey Rəbbimiz! Bizi düz yoldan sapdıran o başçılara və böyüklərə, bizi haqq yoldan azdırdıqlarına görə, bizə verdiyin əzabın ikiqatını ver və onları Öz rəhmətindən birdəfəlik qov!”

33:69Page 427

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَكُونُواْ كَٱلَّذِينَ ءَاذَوۡاْ مُوسَىٰ فَبَرَّأَهُ ٱللَّهُ مِمَّا قَالُواْۚ وَكَانَ عِندَ ٱللَّهِ وَجِيهٗا ٦٩

O you who have believed, be not like those who abused Moses; then Allāh cleared him of what they said. And he, in the sight of Allāh, was distinguished.

Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Musanın bədənində qüsur olduğunu iddia edərək ona əziyyət verən kimsələr kimi, siz də, öz Peyğəmbərinizə əziyyət verməyin. Allah Musanı onların dediklərindən təmizə çıxartdı və beləliklə, onlara iddia etdikləri qüsurun Musada olmadığı aydın oldu. Musa Allahın yanında çox ehtiram edilən bir şəxs idi. Dilədikləri rədd edilməz, gördüyü işlər də uğursuz olmazdı.

33:70Page 427

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ وَقُولُواْ قَوۡلٗا سَدِيدٗا ٧٠

O you who have believed, fear Allāh and speak words of appropriate justice.

Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr, Allah­dan qor­xun və doğru-düzgün söz da­nı­şın.

33:71Page 427

يُصۡلِحۡ لَكُمۡ أَعۡمَٰلَكُمۡ وَيَغۡفِرۡ لَكُمۡ ذُنُوبَكُمۡۗ وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ فَقَدۡ فَازَ فَوۡزًا عَظِيمًا ٧١

He will [then] amend for you your deeds and forgive you your sins. And whoever obeys Allāh and His Messenger has certainly attained a great attainment.

Əgər siz Allahdan qorxsanız və doğru söz danışsanız, O, sizin əməllərinizi islah edər və bu əməlləri sizdən qəbul edər, habelə, sizin günahlarınızı bağış­layar və bu günahlara görə sizi cəzalandırmaz. Kim Allaha və Onun rəsuluna itaət etsə, bənzəri olmayan, böyük bir uğur qa­zanar. Bu uğur - Allahın rizasını qazanmaq və Cənnətə daxil olmaqdır.

33:72Page 427

إِنَّا عَرَضۡنَا ٱلۡأَمَانَةَ عَلَى ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَٱلۡجِبَالِ فَأَبَيۡنَ أَن يَحۡمِلۡنَهَا وَأَشۡفَقۡنَ مِنۡهَا وَحَمَلَهَا ٱلۡإِنسَٰنُۖ إِنَّهُۥ كَانَ ظَلُومٗا جَهُولٗا ٧٢

Indeed, We offered the Trust1 to the heavens and the earth and the mountains, and they declined to bear it and feared it; but man [undertook to] bear it. Indeed, he was unjust and ignorant.2

Biz şəri hökmləri yerinə yetirməyi, mal-dövləti və sirləri qorumağı göylərə, ye­rə və dağ­lara təklif etdik. On­lar onu daşımaqdan im­tina etdilər və onun aqibətindən qorxdular. İnsan onu boynuna gö­türdü. Doğrudan da, o, nəfsinə zülm edən və bunun aqibətini bilməyən cahildir.

33:73Page 427

لِّيُعَذِّبَ ٱللَّهُ ٱلۡمُنَٰفِقِينَ وَٱلۡمُنَٰفِقَٰتِ وَٱلۡمُشۡرِكِينَ وَٱلۡمُشۡرِكَٰتِ وَيَتُوبَ ٱللَّهُ عَلَى ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمَۢا ٧٣

[It1 was] so that Allāh may punish the hypocrite men and hypocrite women and the men and women who associate others with Him and that Allāh may accept repentance from the believing men and believing women. And ever is Allāh Forgiving and Merciful.

Allahın yazdığı qədərə görə bu əmanət insana ona görə verildi ki, Allah münafiq ki­şilə­ri və mü­nafiq qadınları nifaqlarına görə, müş­rik kişiləri və müşrik qa­dınları da Allaha şərik qoşdularına görə cəzalan­dır­sın, habelə, şəri hökmləri əhatə edən bu əmanəti layiqincə daşıyan mömin kişilərin və mömin qadınların tövbələ­rini qəbul etsin. Allah Öz qullarından tövbə edən kimsələrin günahlarını bağış­la­yandır, onlara rəhm edəndir.

Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences

Contents

Ayat al-Kursi36Al-Kahfpage 42juz 15Bukhari 1Muslim 2999

Style

Theme
Text size
Layout

Читать на русском