Al-Mukhtasar · Tafsir · in Azerbaijani
Ya-Sin 36:83
36:83Page 445
فَسُبۡحَٰنَ ٱلَّذِي بِيَدِهِۦ مَلَكُوتُ كُلِّ شَيۡءٖ وَإِلَيۡهِ تُرۡجَعُونَ ٨٣
So exalted is He in whose hand is the realm of all things, and to Him you will be returned.
Allah, müşriklərin Ona isnad etdiyi acizlikdən uzaqdır, pak və müqəddəsdir. Hər şeyin mülkü Onun ixtiyarındadır və Allah, onları istədiyi kimi idarə edir. Hər şeyin açarları Onun əlindədir. Siz axirətdə təkcə Onun hüzuruna qaytarılacaqsınız və O sizə əməllərinizin əvəzini verəcəkdir.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences