Al-Mukhtasar · Tafsir · in Azerbaijani
الزمر
Az-Zumar
The Troops · Meccan · 75 ayahs
39:1Page 458
تَنزِيلُ ٱلۡكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡحَكِيمِ ١
The revelation of the Book [i.e., the Qur’ān] is from Allāh, the Exalted in Might, the Wise.
Quran, başqası tərəfindən deyil, əksinə, heç kəsin üstün gələ bilməyəcəyi Qüdrətli, həm də, yaratmaq, işləri idarə etmək və həmçinin şəri əhkamların təyin edilməsi xüsusunda Müdrik olan Allah tərəfindən nazil edilmişdir.
39:2Page 458
إِنَّآ أَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ فَٱعۡبُدِ ٱللَّهَ مُخۡلِصٗا لَّهُ ٱلدِّينَ ٢
Indeed, We have sent down to you the Book, [O Muḥammad], in truth. So worship Allāh, [being] sincere to Him in religion.
Ey Peyğəmbər, Biz Quranı sənə haqq olaraq nazil etdik. Onun içindəki xəbərlərin hamısı doğru, hökmlərinin də, hamısı ədalətləidir. Buna görə sən də, dini Tək Allaha aid edib şirkdən uzaq durararq yalnız Ona ibadət et!
39:3Page 458
أَلَا لِلَّهِ ٱلدِّينُ ٱلۡخَالِصُۚ وَٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَ مَا نَعۡبُدُهُمۡ إِلَّا لِيُقَرِّبُونَآ إِلَى ٱللَّهِ زُلۡفَىٰٓ إِنَّ ٱللَّهَ يَحۡكُمُ بَيۡنَهُمۡ فِي مَا هُمۡ فِيهِ يَخۡتَلِفُونَۗ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَنۡ هُوَ كَٰذِبٞ كَفَّارٞ ٣
Unquestionably, for Allāh is the pure religion.1 And those who take protectors besides Him [say], "We only worship them that they may bring us nearer to Allāh in position." Indeed, Allāh will judge between them concerning that over which they differ. Indeed, Allāh does not guide he who is a liar and [confirmed] disbeliever.
Doğrusu, şirkdən uzaq olan xalis din yalnız Allaha məxsusdur. Allahdan başqa bütləri və tağutları özlərinə dost tutan və Allahı qoyub onlara ibadət edən kimsələr, onlara ibadət etmələrinə haqq qazandlrmaq üçün: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar, bizim istəklərimizi Allaha çatdırsınlar və Onun yanında bizim üçün şəfaətçilik etsinlər deyə ibadət edirik”– deyirlər. Şübhəsiz ki, qiyamət günü Allah, təkcə Ona ibadət edən möminlərlə Ona şərik qoşan kafirlər arasında ixtilafda olduqları tövhid barədə onların arasında hökm verəcəkdir. Həqiqətən də, Allaha qarşı yalan uydurub Ona şərik nisbət edən və Allahın ona verdiyi nemətə qarşı nankor olan kimsəni doğru yola müvəffəq etməz.
39:4Page 458
لَّوۡ أَرَادَ ٱللَّهُ أَن يَتَّخِذَ وَلَدٗا لَّٱصۡطَفَىٰ مِمَّا يَخۡلُقُ مَا يَشَآءُۚ سُبۡحَٰنَهُۥۖ هُوَ ٱللَّهُ ٱلۡوَٰحِدُ ٱلۡقَهَّارُ ٤
If Allāh had intended to take a son, He could have chosen from what He creates whatever He willed. Exalted is He; He is Allāh, the One, the Prevailing.1
Əgər Allah Özünə övlad götürmək istəsəydi, yaratdıqlarından istədiyini seçib onu övlad edərdi. Allah pakdır, müqəddəsdir və o müşriklərin dediklərindən uzaqdır. O, həm zatı, həm sifətləri, həm də isimləri xüsusunda Tək ilahdır və bu xüsusiyyətlərdə Onun heç bir şəriki yoxdur. O, bütün yaratdıqlarına qarşı mütləq qalib gələndir.
39:5Page 458
خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّۖ يُكَوِّرُ ٱلَّيۡلَ عَلَى ٱلنَّهَارِ وَيُكَوِّرُ ٱلنَّهَارَ عَلَى ٱلَّيۡلِۖ وَسَخَّرَ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَۖ كُلّٞ يَجۡرِي لِأَجَلٖ مُّسَمًّىۗ أَلَا هُوَ ٱلۡعَزِيزُ ٱلۡغَفَّٰرُ ٥
He created the heavens and earth in truth. He wraps the night over the day and wraps the day over the night and has subjected the sun and the moon, each running [its course] for a specified term. Unquestionably, He is the Exalted in Might, the Perpetual Forgiver.1
O, göyləri və yeri zalımların: "bunlar əbəs yerə yaranmışdır"- dediyi kimi yox, ən kamil məqsəd üçün yaratmışdır. O, gecəni gündüzə qatır, gündüzü də gecəyə qatır. Belə ki, onlardan bir gəldikdə, digəri gözdən itib gedir, O, günəşi və ayı ram etmişdir. Onların hər biri müəyyən olunmuş vaxtadək - bu dünya həyatı sona yetişənədək hərəkət edər. Bil ki, pak və müqəddəs Allah Qüdrətlidir - düşmənlərindən intiqam almağa qadirdir və heç kəs Ona üstün gələ bilməz, habelə, qullarından Ona tövbə edən kimsələrin günahlarını Bağışlayandır.
39:6Page 459
خَلَقَكُم مِّن نَّفۡسٖ وَٰحِدَةٖ ثُمَّ جَعَلَ مِنۡهَا زَوۡجَهَا وَأَنزَلَ لَكُم مِّنَ ٱلۡأَنۡعَٰمِ ثَمَٰنِيَةَ أَزۡوَٰجٖۚ يَخۡلُقُكُمۡ فِي بُطُونِ أُمَّهَٰتِكُمۡ خَلۡقٗا مِّنۢ بَعۡدِ خَلۡقٖ فِي ظُلُمَٰتٖ ثَلَٰثٖۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡ لَهُ ٱلۡمُلۡكُۖ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ فَأَنَّىٰ تُصۡرَفُونَ ٦
He created you from one soul. Then He made from it its mate, and He produced for you from the grazing livestock eight mates.1 He creates you in the wombs of your mothers, creation after creation, within three darknesses.2 That is Allāh, your Lord; to Him belongs dominion. There is no deity except Him, so how are you averted?
Ey insanlar, Rəbbiniz sizi tək bir nəfərdən - Adəmdən yaratdı. Sonra Adəmdən onun zövcəsi Həvvanı yaratdı. O sizin üçün səkkiz cüt heyvan - dəvə, inək, qoyun və keçi xəlq etdi - hər növündən erkək və dişi yaratdı. Pak və müqəddəs Allah sizi analarınızın bətnində üç zülmət - bətn, uşaqlıq və cift içərisində yaranışdan-yaranışa salaraq yaradır. Bütün bunları yaradan, sizin Rəbbiniz olan Allahdır. Mülk yalnız Ona məxsusdur. Ondan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Siz necə Ona ibadət etməkdən üz döndərib, heç bir şey yaratmayan, əksinə, özləri yaradılmış olan məxluqlara ibadət edirsiniz?!
39:7Page 459
إِن تَكۡفُرُواْ فَإِنَّ ٱللَّهَ غَنِيٌّ عَنكُمۡۖ وَلَا يَرۡضَىٰ لِعِبَادِهِ ٱلۡكُفۡرَۖ وَإِن تَشۡكُرُواْ يَرۡضَهُ لَكُمۡۗ وَلَا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰۚ ثُمَّ إِلَىٰ رَبِّكُم مَّرۡجِعُكُمۡ فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَۚ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ٧
If you disbelieve - indeed, Allāh is Free from need of you. And He does not approve for His servants disbelief. And if you are grateful, He approves [i.e., likes] it for you; and no bearer of burdens will bear the burden of another. Then to your Lord is your return, and He will inform you about what you used to do. Indeed, He is Knowing of that within the breasts.
Ey insanlar, əgər Rəbbinizə küfr etsəniz, bilin ki, Allah sizin iman gətirmənizə möhtac deyildir və sizin küfr etməyiniz də Ona zərər verməz, əksinə, sizin etdiyiniz küfrün zərəri yalnız özünüzə qayıdar. Qullarının Ona küfr etməsi Ona xoş getməz və O, Öz qullarına küfr etməyi əsla buyurmaz. Belə ki, Allah murdar əmələri və günah işləri əmr etməz. Əgər Allahın sizə əta etdiyi nemətlərə görə Ona şükür etsəniz və Ona iman gətirsəniz, O, bu şükrünüzə görə sizdən razı qalar və buna görə sizə mükafat verər. Heç bir kəs başqa birisinin günahını daşımaz, əksinə, hər kəs özünün qazandığı günahın girovudur. Sonra qiyamət günü siz yalnız Rəbbinizin hüzuruna qayıdacaqsınız. O sizə dünyada ikən nə əməllər etdiyinizi bildirəcək və sizə etdiyiniz əməllərin əvəzini verəcək. Həqiqətən, pak və müqəddəs Allah, qullarının qəlbində olanları bilir və qəlblərdə olanlardan heç bir şey Ona gizli qalmaz.
39:8Page 459
۞ وَإِذَا مَسَّ ٱلۡإِنسَٰنَ ضُرّٞ دَعَا رَبَّهُۥ مُنِيبًا إِلَيۡهِ ثُمَّ إِذَا خَوَّلَهُۥ نِعۡمَةٗ مِّنۡهُ نَسِيَ مَا كَانَ يَدۡعُوٓاْ إِلَيۡهِ مِن قَبۡلُ وَجَعَلَ لِلَّهِ أَندَادٗا لِّيُضِلَّ عَن سَبِيلِهِۦۚ قُلۡ تَمَتَّعۡ بِكُفۡرِكَ قَلِيلًا إِنَّكَ مِنۡ أَصۡحَٰبِ ٱلنَّارِ ٨
And when adversity touches man, he calls upon his Lord, turning to Him [alone]; then when He bestows on him a favor from Himself, he forgets Him whom he called upon before,1 and he attributes to Allāh equals to mislead [people] from His way. Say, "Enjoy your disbelief for a little; indeed, you are of the companions of the Fire."
Kafir kimsəyə bir zərər toxunduqda - xəstələndikdə, yaxud malını itirdikdə, yaxud da suda batmqa qorxusu olduqda, pak və müqəddəs Rəbbinə üz tutub təkcə Ona yalvararaq bu bəlanı ondan sovuşdurmasını diləyir. Sonra Allah ona nemət bəxş etdikdə - yəni, ona üz vermiş bəlanı ondan uzaqlaşdırdıqda, o,bəla gəldiyi vaxt yalvardığı Allahı unudur və başqalarını Allahın yolundan azdırmaq üçün Allahı qoyub Ondan başqa ibadət ediləcək şəriklər qəbul edir. Ey Peyğəmbər, bu şirkə yol verən kimsələrə de: “Ömrünün qalan hissəsini küfr etməklə keçin, bu, az bir zamandır. Şübhəsiz ki, qiyamət günü sən, - dost dostunun yanında olduğu kimi, - Cəhənnəm atəşi içində onun sakinlərindən olacaqsan!”
39:9Page 459
أَمَّنۡ هُوَ قَٰنِتٌ ءَانَآءَ ٱلَّيۡلِ سَاجِدٗا وَقَآئِمٗا يَحۡذَرُ ٱلۡأٓخِرَةَ وَيَرۡجُواْ رَحۡمَةَ رَبِّهِۦۗ قُلۡ هَلۡ يَسۡتَوِي ٱلَّذِينَ يَعۡلَمُونَ وَٱلَّذِينَ لَا يَعۡلَمُونَۗ إِنَّمَا يَتَذَكَّرُ أُوْلُواْ ٱلۡأَلۡبَٰبِ ٩
Is one who is devoutly obedient during periods of the night, prostrating and standing [in prayer], fearing the Hereafter and hoping for the mercy of his Lord, [like one who does not]? Say, "Are those who know equal to those who do not know?" Only they will remember [who are] people of understanding.
Məgər Allaha itaət edib gecə saatlarını səcdə edərək və ayaq üstə duraraq ibadət içində keçirən, üstəlik, axirət əzabından qorxan və Rəbbinin rəhmətinə ümid bəsləyən kimsə xeyirlidir, yoxsa çətin vaxtda Allaha ibadət edən, xoş gün-güzəranı olduqda isə Ona küfr edən və Allaha şəriklər qoşan o kafir?! Ey Peyğəmbər, de: “Məgər Allahı tanıdıqlarına görə Allahın onlara vacib buyuruduqlarını bilənlərlə, bu haqda heç nə bilməyənlər eyni ola bilərmi?! Bu iki firqə arasında olan fərqi yalnız salamat ağıl sahibləri bilər.”
39:10Page 459
قُلۡ يَٰعِبَادِ ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ رَبَّكُمۡۚ لِلَّذِينَ أَحۡسَنُواْ فِي هَٰذِهِ ٱلدُّنۡيَا حَسَنَةٞۗ وَأَرۡضُ ٱللَّهِ وَٰسِعَةٌۗ إِنَّمَا يُوَفَّى ٱلصَّٰبِرُونَ أَجۡرَهُم بِغَيۡرِ حِسَابٖ ١٠
Say,1 "O My servants who have believed, fear your Lord. For those who do good in this world is good, and the earth of Allāh is spacious. Indeed, the patient will be given their reward without account [i.e., limit]."
Ey Peyğəmbər, Mənə və Mənim göndərdiyim elçilərə iman gətirmiş qullarıma de: “Rəbbinizin əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Ondan qorxun! Sizlərdən bu dünyada yaxşılıq edənləri dünyada ikən gözəl nemətlər - zəfər, sağlamlıq və mal-dövlət, axirətdə isə Cənnət gözləyir. Allahın yaratdığı yer üzü genişdir. Elə isə hicrət edin ki, Allaha ibadət etmək üçün yer tapasınız. Heç nə sizə mane ola bilməz. Səbir edənlərin savabı qiyamət günündə çox çeşidli olduğundan dolayı sayız-hesabsız veriləcəkdir.”
39:11Page 460
قُلۡ إِنِّيٓ أُمِرۡتُ أَنۡ أَعۡبُدَ ٱللَّهَ مُخۡلِصٗا لَّهُ ٱلدِّينَ ١١
Say, [O Muḥammad], "Indeed, I have been commanded to worship Allāh, [being] sincere to Him in religion.
Ey Peyğəmbər, de: “Allah mənə əmr etmişdir ki, dini yalnız Ona məxsus edərək yalnız Ona ibadət edim.
39:12Page 460
وَأُمِرۡتُ لِأَنۡ أَكُونَ أَوَّلَ ٱلۡمُسۡلِمِينَ ١٢
And I have been commanded to be the first [among you] of the Muslims."
Rəbbim mənə bu ümmətdən Ona boyun əyən müsəlmanların birincisi olmaq əmri olunmuşdur”.
39:13Page 460
قُلۡ إِنِّيٓ أَخَافُ إِنۡ عَصَيۡتُ رَبِّي عَذَابَ يَوۡمٍ عَظِيمٖ ١٣
Say, "Indeed I fear, if I should disobey my Lord, the punishment of a tremendous Day."
Ey Peyğəmbər, de: “Allaha asi olsam və Ona itaət etməsəm, o əzəmətli günün - qiyamət gününün əzabından qorxuram”.
39:14Page 460
قُلِ ٱللَّهَ أَعۡبُدُ مُخۡلِصٗا لَّهُۥ دِينِي ١٤
Say, "Allāh [alone] do I worship, sincere to Him in my religion,
Ey Peyğəmbər, de: “Mən dinimi məhz Allaha məxsus edərək təkcə Ona ibadət edirəm və Ondan başqa heç kəsə ibadət etmirəm.
39:15Page 460
فَٱعۡبُدُواْ مَا شِئۡتُم مِّن دُونِهِۦۗ قُلۡ إِنَّ ٱلۡخَٰسِرِينَ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمۡ وَأَهۡلِيهِمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۗ أَلَا ذَٰلِكَ هُوَ ٱلۡخُسۡرَانُ ٱلۡمُبِينُ ١٥
So worship what you will besides Him." Say, "Indeed, the losers are the ones who will lose themselves and their families on the Day of Resurrection. Unquestionably, that is the manifest loss."
Ey müşriklər, siz də Ondan başqa istədiyiniz bütlərə ibadət edin.” (Buradakı əmr, hədələmə sayılır.) Ey, Peyğəmbər, de: “Şübhəsiz ki, həqiqi ziyana uğrayanlar özlərini və ailələrini ziyana uğradanlardır. O kəslər ki, yaxınları onları qoyub Cənnətdə daxil olduqlarına və ya onlarla bərabər Cəhənnəmə düçar olduqlarına görə heç vaxt onları görməyəcəklər. Bil ki, açıq-aydın və heç bir şəkk-şübhə olmayan həqiqi ziyan da elə budur!”
39:16Page 460
لَهُم مِّن فَوۡقِهِمۡ ظُلَلٞ مِّنَ ٱلنَّارِ وَمِن تَحۡتِهِمۡ ظُلَلٞۚ ذَٰلِكَ يُخَوِّفُ ٱللَّهُ بِهِۦ عِبَادَهُۥۚ يَٰعِبَادِ فَٱتَّقُونِ ١٦
They will have canopies [i.e., layers] of fire above them and below them, canopies. By that Allāh threatens [i.e., warns] His servants. O My servants, then fear Me.
Onların üstündə və altında tüstü, alov və istilik olacaq. Allah Öz qullarını bu zikr edilən əzabla qorxudur. Ey qullarım, Mənim əmrlərimi yerinə yetirib qadağan etdiyim əməllərdən çəkinməklə Məndən qorxun!
39:17Page 460
وَٱلَّذِينَ ٱجۡتَنَبُواْ ٱلطَّٰغُوتَ أَن يَعۡبُدُوهَا وَأَنَابُوٓاْ إِلَى ٱللَّهِ لَهُمُ ٱلۡبُشۡرَىٰۚ فَبَشِّرۡ عِبَادِ ١٧
But those who have avoided ṭāghūt,1 lest they worship it, and turned back to Allāh - for them are good tidings. So give good tidings to My servants
Bütlərə və Allahdan savayı sitayiş edilən istənilən bir şeyə ibadət etməkdən çəkinən və tövbə edərək Allaha üz tutanlar, həm ölüm anında, həm qəbirdə, həm də qiyamət günü Cənnətlə müjdələnəcəklər. Ey Peyğəmbər, qullarımı müjdələ!
39:18Page 460
ٱلَّذِينَ يَسۡتَمِعُونَ ٱلۡقَوۡلَ فَيَتَّبِعُونَ أَحۡسَنَهُۥٓۚ أُوْلَٰٓئِكَ ٱلَّذِينَ هَدَىٰهُمُ ٱللَّهُۖ وَأُوْلَٰٓئِكَ هُمۡ أُوْلُواْ ٱلۡأَلۡبَٰبِ ١٨
Who listen to speech and follow the best of it. Those are the ones Allāh has guided, and those are people of understanding.
O kəslər ki, sözə qulaq asır, onun yaxşısını pisindən ayırd edir və onda olan faydadan dolayı onun ən yaxşısına tabe olurlar. Bu vəsflərlə vəsf olunan kimsələr - məhz onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Sağlam ağıl sahibləri də məhz onlardır.
39:19Page 460
أَفَمَنۡ حَقَّ عَلَيۡهِ كَلِمَةُ ٱلۡعَذَابِ أَفَأَنتَ تُنقِذُ مَن فِي ٱلنَّارِ ١٩
Then, is one who has deserved the decree of punishment [to be guided]? Then, can you save one who is in the Fire?
Ey Peyğəmbər, küfründə və azğınlığında israr etdiyinə görə haqqında əzab sözü vacib olmuş kimsənin doğru yola yönəlməsinə və (yaxşı işlər görməyə) müvəffəq olmasına sən tədbir görə bilməzsən. Ey Peyğəmbər, bu xislətlərə sahib olan kimsəni Cəhənnəm odundan sənmi xilas edəcəksən?!
39:20Page 460
لَٰكِنِ ٱلَّذِينَ ٱتَّقَوۡاْ رَبَّهُمۡ لَهُمۡ غُرَفٞ مِّن فَوۡقِهَا غُرَفٞ مَّبۡنِيَّةٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ وَعۡدَ ٱللَّهِ لَا يُخۡلِفُ ٱللَّهُ ٱلۡمِيعَادَ ٢٠
But those who have feared their Lord - for them are chambers,1 above them chambers built high, beneath which rivers flow. [This is] the promise of Allāh. Allāh does not fail in [His] promise.
Lakin Rəbbinin əmrlərini yerinə yetirib Onun qadağan etdiyi əməllərdən çəkinməklə Ondan qorxan kimsələri üst-üstə yerləşən, altından çaylar axan mənzillər gözləyir. Bunu Allah onlara vəd etmişdir. Allah vədinə xilaf çıxmaz.
39:21Page 460
أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَسَلَكَهُۥ يَنَٰبِيعَ فِي ٱلۡأَرۡضِ ثُمَّ يُخۡرِجُ بِهِۦ زَرۡعٗا مُّخۡتَلِفًا أَلۡوَٰنُهُۥ ثُمَّ يَهِيجُ فَتَرَىٰهُ مُصۡفَرّٗا ثُمَّ يَجۡعَلُهُۥ حُطَٰمًاۚ إِنَّ فِي ذَٰلِكَ لَذِكۡرَىٰ لِأُوْلِي ٱلۡأَلۡبَٰبِ ٢١
Do you not see that Allāh sends down rain from the sky and makes it flow as springs [and rivers] in the earth; then He produces thereby crops of varying colors; then they dry and you see them turned yellow; then He makes them [scattered] debris. Indeed in that is a reminder for those of understanding.
Siz öz gözlərinizlə görürsünüz ki, Allah göydən yağmur endirib onu yer üzündəki çaylar və çeşmələrə axıdır. Sonra Allah onunla müxtəlif rəngli birkilər yetişdirir. Sonra bu bitkilər quruyur və sən, ey onları müşahidə edən insan, bu yaşıl bitkilərin sonradan saraldığını görürsən. Bunlar quruduqdan sonra Allah onları qırıq-qırıq olmuş çör-çöpə döndərir. Həqiqətən, bu deyilənlərdə sağlam ağıl sahibləri üçün ibrət var.
39:22Page 461
أَفَمَن شَرَحَ ٱللَّهُ صَدۡرَهُۥ لِلۡإِسۡلَٰمِ فَهُوَ عَلَىٰ نُورٖ مِّن رَّبِّهِۦۚ فَوَيۡلٞ لِّلۡقَٰسِيَةِ قُلُوبُهُم مِّن ذِكۡرِ ٱللَّهِۚ أُوْلَٰٓئِكَ فِي ضَلَٰلٖ مُّبِينٍ ٢٢
So is one whose breast Allāh has expanded to [accept] Islām and he is upon [i.e., guided by] a light from his Lord [like one whose heart rejects it]? Then woe to those whose hearts are hardened against the remembrance of Allāh. Those are in manifest error.
Məgər Allahın, köksünü İslam üçün açdığı və ona tərəf yönəltdiyi, üstəlik, Rəbbinin dəlillərinə əsaslanan kimsə, Allahı zikr etməkdən uzaq olub qəlbi sərtləşmiş ilə eyni ola bilərmi?! Onlar əsla eyni ola bilməzlər. Doğru yola yönələn kimsələr nicat tapar, qəlbi Allahı zikr etməkdən qafil olub sərtləşmiş kimsələrə isə ziyana uğrayar. Onlar haqdan uzaq olan açıq-aydın azğınlıq içindədirlər.
39:23Page 461
ٱللَّهُ نَزَّلَ أَحۡسَنَ ٱلۡحَدِيثِ كِتَٰبٗا مُّتَشَٰبِهٗا مَّثَانِيَ تَقۡشَعِرُّ مِنۡهُ جُلُودُ ٱلَّذِينَ يَخۡشَوۡنَ رَبَّهُمۡ ثُمَّ تَلِينُ جُلُودُهُمۡ وَقُلُوبُهُمۡ إِلَىٰ ذِكۡرِ ٱللَّهِۚ ذَٰلِكَ هُدَى ٱللَّهِ يَهۡدِي بِهِۦ مَن يَشَآءُۚ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنۡ هَادٍ ٢٣
Allāh has sent down the best statement: a consistent Book wherein is reiteration. The skins shiver therefrom of those who fear their Lord; then their skins and their hearts relax at the remembrance [i.e., mention] of Allāh. That is the guidance of Allāh by which He guides whom He wills. And one whom Allāh sends astray - for him there is no guide.
Allah Sözün ən gözəlini – doğruluq, gözəllik, uyğunluq və ziddiyyətdən kənar olmaq baxımından ayələri bir-birinə bənzəyən və içindəki hekayələri və əhkamları, habelə, vədləri və təhdidləri, həmçinin, haqq əhlinin sifətləri və batil əhlinin sifətləri və s. təkrarlanan Quran nazil etdi. Rəbbindən qorxanlar bu kitabdakı vədləri və təhdidləri eşitdikdə, ondan dəriləri ürpəşər. Daha sonra Allahı zikr etməklə xoş sözləri və müjdələri eşitdikdə isə, dəriləri və qəlbləri yumşalar. Qurandan deyilən bu sözlər və onun təsiri, Allahın hidayətidir. Allah onunla istədiyini doğru yola yönəldər. Allah kimi rüsvay edib doğru yola yönəltməzsə, ona yol göstərən tapılmaz.
39:24Page 461
أَفَمَن يَتَّقِي بِوَجۡهِهِۦ سُوٓءَ ٱلۡعَذَابِ يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ وَقِيلَ لِلظَّٰلِمِينَ ذُوقُواْ مَا كُنتُمۡ تَكۡسِبُونَ ٢٤
Then is he who will shield with his face1 the worst of the punishment on the Day of Resurrection [like one secure from it]? And it will be said to the wrongdoers, "Taste what you used to earn."
Allahın hidayət verdiyi, dünyada (yaxşı işlər görməyə) müvəffəq etdiyi və axirətdə Cənnətə daxil etdiyi kimsə ilə, küfr edən və kafir olduğu halda ölən, üstəlik, Allahın, əllərini və ayaqlarını zəncirləmiş halda Cəhənnəm oduna düşar etdiyi və atəşdən üzü ilə qorunan kəs eynidirmi? Küfr və asilik etməklə özlərinə zülm etmiş kimsələrə məzəmətt edilərək deyilər: “Etdiyiniz küfr və asiliklərə görə qazandığınız əzabı dadın! Bu sizin cəzanızdır.”
39:25Page 461
كَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ فَأَتَىٰهُمُ ٱلۡعَذَابُ مِنۡ حَيۡثُ لَا يَشۡعُرُونَ ٢٥
Those before them denied, and punishment came upon them from where they did not perceive.
O müşriklərdən əvvəlki ümmətlər də (peyğəmbərləri) yalançı saymışdılar. Buna görə əzab onlara gözləmədikləri yerdən qəfildən gəldi və onlar heç tövbə etməyə macal da tapmadılar.
39:26Page 461
فَأَذَاقَهُمُ ٱللَّهُ ٱلۡخِزۡيَ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ وَلَعَذَابُ ٱلۡأٓخِرَةِ أَكۡبَرُۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ ٢٦
So Allāh made them taste disgrace in worldly life. But the punishment of the Hereafter is greater, if they only knew.
Allah bu əzabla onları dünya həyatında rüsvay və biabır etdi. Onları gözləyən axirət əzabı isə daha böyük və daha dəhşətlidir. Kaş, biləydilər!
39:27Page 461
وَلَقَدۡ ضَرَبۡنَا لِلنَّاسِ فِي هَٰذَا ٱلۡقُرۡءَانِ مِن كُلِّ مَثَلٖ لَّعَلَّهُمۡ يَتَذَكَّرُونَ ٢٧
And We have certainly presented for the people in this Qur’ān from every [kind of] example - that they might remember.
Biz Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil olmuş bu Quranda insanlar üçün xeyir və şərə, haqq və batilə, imana və küfrə aid cürbəcür məsəllər çəkdik ki, bəlkə, onlar çəkdiyimiz bu məsəllərdən ibrət alıb haqqa boyun əysinlər və batili tərk etsinlər.
39:28Page 461
قُرۡءَانًا عَرَبِيًّا غَيۡرَ ذِي عِوَجٖ لَّعَلَّهُمۡ يَتَّقُونَ ٢٨
[It is] an Arabic Qur’ān, without any deviance1 that they might become righteous.2
Biz onlara içində heç bir qüsur, əyrilik və şübhə olmayan, ərəbcə Quran nazil etdik ki, bəlkə Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Ondan qorxsunlar.
39:29Page 461
ضَرَبَ ٱللَّهُ مَثَلٗا رَّجُلٗا فِيهِ شُرَكَآءُ مُتَشَٰكِسُونَ وَرَجُلٗا سَلَمٗا لِّرَجُلٍ هَلۡ يَسۡتَوِيَانِ مَثَلًاۚ ٱلۡحَمۡدُ لِلَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ ٢٩
Allāh presents an example: a man [i.e., slave] owned by quarreling partners and another belonging exclusively to one man - are they equal in comparison? Praise be to Allāh! But most of them do not know.
Allah müşriki və muvəhhidi (yalnız Allaha ibadət edən) kimsəni məsəl çəkir. (Birincisini) bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişiyə bənzədir. O kişi ki, ağalarından bəzisini razı saldıqda, digərlərinin ona qəzəbi tutur və o, heyrət və çaşqınlıq içində qalır. (İkincisini) isə tək bir ağası olan və ağasının məqsədini bilən, üstəlik arxayınlıq və rahatlıq içində olan kişiyə bənzədir. Bu iki kişi məsəlcə eyni ola bilməzlər. Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti bunu bilmir, elə buna görə də Allaha şəriklər qoşurlar.
39:30Page 461
إِنَّكَ مَيِّتٞ وَإِنَّهُم مَّيِّتُونَ ٣٠
Indeed, you are to die, and indeed, they are to die.
Ey Peyğəmbər, şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər!
39:31Page 461
ثُمَّ إِنَّكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ عِندَ رَبِّكُمۡ تَخۡتَصِمُونَ ٣١
Then indeed you, on the Day of Resurrection, before your Lord, will dispute.
Sonra siz, ey insanlar, ixtilafa düşdüyünüz məsələlər barədə, qiyamət günü Rəbbinizin hüzurunda mübahisə edəcək və beləliklə, aranızdakı doğru danışanlarla, yalançılar ayırd ediləcək.
39:32Page 462
۞ فَمَنۡ أَظۡلَمُ مِمَّن كَذَبَ عَلَى ٱللَّهِ وَكَذَّبَ بِٱلصِّدۡقِ إِذۡ جَآءَهُۥٓۚ أَلَيۡسَ فِي جَهَنَّمَ مَثۡوٗى لِّلۡكَٰفِرِينَ ٣٢
So who is more unjust than one who lies about Allāh and denies the truth when it has come to him? Is there not in Hell a residence for the disbelievers?
Allaha şərik qoşmaq, habelə, həyat yoldaşı və övlad nisbət etməklə, Ona layiq olmayan bir şeyi Ona mənsub edən kimsədən daha zalımı bir kimsə yoxdur. Eləcə də, Rəsulullahın (səllallahu aleyhi və səlləm) gətirdiyi vəhyi təkzib edən kimsədən daha zalımı bir kimsə yoxdur. Məgər Cəhənnəmdə, Allaha və Onun rəsulunun gətirdiyinə küfr edən kimsələr üçün sığınıcaq və məskən yoxdur?! Əksinə, orada onlar üçün sığınacaq da var, məskən də.
39:33Page 462
وَٱلَّذِي جَآءَ بِٱلصِّدۡقِ وَصَدَّقَ بِهِۦٓ أُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُتَّقُونَ ٣٣
And the one who has brought the truth [i.e., the Prophet (ﷺ)] and [they who] believed in it - those are the righteous.
Sözləri və əməlləri ilə haqqı təsdiqləyən, ona iman gətirən və onun tələblərini yerinə yetirən peyğəmbərlər və qeyriləri - məhz onlar əsl müttəqilərdir. O müttəqilər ki, Rəbbinin əmrini yerinə yetirir və qadağan etdiyi işlərdən çəkinirlər.
39:34Page 462
لَهُم مَّا يَشَآءُونَ عِندَ رَبِّهِمۡۚ ذَٰلِكَ جَزَآءُ ٱلۡمُحۡسِنِينَ ٣٤
They will have whatever they desire with their Lord. That is the reward of the doers of good -
Onlar üçün Rəbbinin yanında dilədikləri tükənməz ləzzətlər vardır. Bu, həm öz Rəbbi, həm də Onun qulları ilə gözəl münasibət qurmuş kimsələrin mükafatıdır.
39:35Page 462
لِيُكَفِّرَ ٱللَّهُ عَنۡهُمۡ أَسۡوَأَ ٱلَّذِي عَمِلُواْ وَيَجۡزِيَهُمۡ أَجۡرَهُم بِأَحۡسَنِ ٱلَّذِي كَانُواْ يَعۡمَلُونَ ٣٥
That Allāh may remove from them the worst of what they did and reward them their due for the best of what they used to do.
Beləcə, Allah onların, - tövbə edib Rəbbinə üz tutduqlarına görə, - dünyada etdikləri asiliklərdən ən pis əməlləri bağışlayacaq və etdikləri ən yaxşı əməllərə görə mükafatlarını verəcək.
39:36Page 462
أَلَيۡسَ ٱللَّهُ بِكَافٍ عَبۡدَهُۥۖ وَيُخَوِّفُونَكَ بِٱلَّذِينَ مِن دُونِهِۦۚ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنۡ هَادٖ ٣٦
Is not Allāh sufficient for His Servant [i.e., Prophet Muḥammad (ﷺ)]? And [yet], they threaten you with those [they worship] other than Him. And whoever Allāh leaves astray - for him there is no guide.
Məgər Allah Öz qulu Muhəmmədə (səllallahu aleyhi və səlləm) onun din və dünya işlərində, habelə, düşmənini ondan dəf etməyə kifayət deyilmi?! Əlbəttə, kifayətdir. Onlar isə öz cahillikləri və səfehlikləri ucbatından səni, ey Peyğəmbər, Allahdan baqa tapındıqları bütlərlə qorxudurlar ki, guya onlar sənə xətər toxunduracaqlar. Allahın köməksiz qoyduğu və hidayət vermədiyi kimsəyə doğru yol göstərən və (haqq yola yönəlməyə) müvəffəq edən tapılmaz.
39:37Page 462
وَمَن يَهۡدِ ٱللَّهُ فَمَا لَهُۥ مِن مُّضِلٍّۗ أَلَيۡسَ ٱللَّهُ بِعَزِيزٖ ذِي ٱنتِقَامٖ ٣٧
And whoever Allāh guides - for him there is no misleader. Is not Allāh Exalted in Might and Owner of Retribution?
Allahın doğru yola yönəltdiyi kimsəni də, zəlalətə sala biləcək birisi tapılmaz. Məgər Allah, kimsənin Ona qalib gəlmədiyi mütləq güc sahibi, habelə, Ona küfr edən və asi olan kəsdən intiqam almağa qadir deyilmi?! Əlbəttə, Allah qüdrətlidir, intiqam almağa qadirdir.
39:38Page 462
وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ لَيَقُولُنَّ ٱللَّهُۚ قُلۡ أَفَرَءَيۡتُم مَّا تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ إِنۡ أَرَادَنِيَ ٱللَّهُ بِضُرٍّ هَلۡ هُنَّ كَٰشِفَٰتُ ضُرِّهِۦٓ أَوۡ أَرَادَنِي بِرَحۡمَةٍ هَلۡ هُنَّ مُمۡسِكَٰتُ رَحۡمَتِهِۦۚ قُلۡ حَسۡبِيَ ٱللَّهُۖ عَلَيۡهِ يَتَوَكَّلُ ٱلۡمُتَوَكِّلُونَ ٣٨
And if you asked them, "Who created the heavens and the earth?" they would surely say, "Allāh." Say, "Then have you considered1 what you invoke besides Allāh? If Allāh intended me harm, are they removers of His harm; or if He intended me mercy, are they withholders of His mercy?" Say, "Sufficient for me is Allāh; upon Him [alone] rely the [wise] reliers."
Ey Peyğəmbər, əgər sən o müşriklərdən: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar mütləq: “Bunları Allah yaratmışdır!”– deyəcəklər. Bütlərinin aciz olduğunu göstərmək üçün onlara belə de: “Elə isə bir deyin görək, əgər Allah mənə bir zərər yetirmək istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun mənə yetirəcək zərəri aradan qaldıra bilərlərmi?! Yaxud, əgər Rəbbim mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?!” Onlara de: “Mənə təkcə Allah kifayət edər. Mən bütün işlərimdə yalnız Ona təvəkkül edirəm, təvəkkül edənlər də təkcə Ona təvəkkül edərlər!”
39:39Page 462
قُلۡ يَٰقَوۡمِ ٱعۡمَلُواْ عَلَىٰ مَكَانَتِكُمۡ إِنِّي عَٰمِلٞۖ فَسَوۡفَ تَعۡلَمُونَ ٣٩
Say, "O my people, work according to your position, [for] indeed, I am working; and you are going to know
Ey Peyğəmbər, de: “Ey qövmüm! Siz özünüzün razı qaldığınız əmələ - Allaha şərik qoşmağınıza davam edin, mən də, Rəbbimin mənə buyurduğunu yerinə yetirməyə - tövhidə dəvət etməyə və ixlasla Ona ibadət etməyə davam edəcəyəm. Siz bu iki yolu tutanların aqibətinin nə olduğunu tezliklə biləcəksiniz.
39:40Page 462
مَن يَأۡتِيهِ عَذَابٞ يُخۡزِيهِ وَيَحِلُّ عَلَيۡهِ عَذَابٞ مُّقِيمٌ ٤٠
To whom will come a torment disgracing him and on whom will descend an enduring punishment."
Tezliklə siz biləcəksiniz, bu dünyada rüsvayedici və alçaldıcı əzab kimə gələcək, axirətdə də kim sürəkli, daimi əzaba düçar olacaq”.
39:41Page 463
إِنَّآ أَنزَلۡنَا عَلَيۡكَ ٱلۡكِتَٰبَ لِلنَّاسِ بِٱلۡحَقِّۖ فَمَنِ ٱهۡتَدَىٰ فَلِنَفۡسِهِۦۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيۡهَاۖ وَمَآ أَنتَ عَلَيۡهِم بِوَكِيلٍ ٤١
Indeed, We sent down to you the Book for the people in truth. So whoever is guided - it is for [the benefit of] his soul; and whoever goes astray only goes astray to its detriment. And you are not a manager [i.e., authority] over them.
Ey Peyğəmbər, Biz Quranı sənə, insanlar üçün haqq olaraq nazil etdik ki, onları qorxudasan. Kim doğru yolla getsə, doğru yolda olmasının xeyri onun özünə olar. Onun doğru yolla getsməsinin Allaha heç bir faydası yoxdur, çünki Allahın buna ehtiyacı yoxdur. Kim də zəlalətə düşsə, zəlalətdə olmasının ziyanı onun öz əleyhinə olar. Onun zəlalətdə olmasının pak və müqəddəs Allaha heç bir ziyanı olmaz. Sən onlara vəkil deyilsən ki, onları doğru yola gəlməyə məcbur edəsən. Sən yalnız sənə əmr ediləni təbliğ edənsən.
39:42Page 463
ٱللَّهُ يَتَوَفَّى ٱلۡأَنفُسَ حِينَ مَوۡتِهَا وَٱلَّتِي لَمۡ تَمُتۡ فِي مَنَامِهَاۖ فَيُمۡسِكُ ٱلَّتِي قَضَىٰ عَلَيۡهَا ٱلۡمَوۡتَ وَيُرۡسِلُ ٱلۡأُخۡرَىٰٓ إِلَىٰٓ أَجَلٖ مُّسَمًّىۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ ٤٢
Allāh takes the souls at the time of their death, and those that do not die [He takes] during their sleep. Then He keeps those for which He has decreed death and releases the others for a specified term. Indeed in that are signs for a people who give thought.
Allah ölənlərin ruhlarını onların əcəli yetişdikdə, ölməyənlərin ruhlarını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə Öz əzəli elmi ilə müəyyən etdiyi vaxtadək buraxır. Həqiqətən, ruhların saxlanılmasında və buraxılmasında, habelə, (insanın) öldürülməsində və dirildilməsində, düşünən bir qövm üçün dəlillər var. Belə ki, buna qadir olan Allah, insanlar öldükdən sonra onları haqq-hesaba çəkmək və onlara əməllərinin əvəzini vermək üçün onları diriltməyə də qadirdir.
39:43Page 463
أَمِ ٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ شُفَعَآءَۚ قُلۡ أَوَلَوۡ كَانُواْ لَا يَمۡلِكُونَ شَيۡـٔٗا وَلَا يَعۡقِلُونَ ٤٣
Or have they taken other than Allāh as intercessors? Say, "Even though they do not possess [power over] anything, nor do they reason?"
Müşriklər Allahı qoyub bütlərin onlara fayda verəcəyinə ümid edərək onları şəfaətçi qəbul etdilər. Ey Peyğəmbər, onlara de: "O bütlər nə sizin üçün, nə də özləri üçün bir şeyə malik olduğu, özləri də lal, kar və kor, üstəlik də, nə fayda, nə də zərər verən daşlar olduğu halda, siz yenədəmi onları özünüzə şəfaətçi qəbul etdiniz?!”
39:44Page 463
قُل لِّلَّهِ ٱلشَّفَٰعَةُ جَمِيعٗاۖ لَّهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ ثُمَّ إِلَيۡهِ تُرۡجَعُونَ ٤٤
Say, "To Allāh belongs [the right to allow] intercession entirely. To Him belongs the dominion of the heavens and the earth. Then to Him you will be returned."
Ey Peyğəmbər, o müşriklərə de: “Şəfaət bütünlüklə Allaha məxsusdur. (Şəfaətçilik edən) kimsə Onun yanında yalnız Onun izni ilə şəfaətçilik edə bilər. O da, yalnız Allahın razı qaldığı kimsə üçün şəfaətçilik edə bilər. Göylərin və yerin hökmranlığı təkcə Ona məxsusdur. Sonra qiyamət günü haqq-hesaba çəkilmək və əməllərin əvəzini almaq üçün Onun hüzuruna qaytarılacaq, O da sizə etdiyiniz əməllərin əvəzini verəcək.”
39:45Page 463
وَإِذَا ذُكِرَ ٱللَّهُ وَحۡدَهُ ٱشۡمَأَزَّتۡ قُلُوبُ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِۖ وَإِذَا ذُكِرَ ٱلَّذِينَ مِن دُونِهِۦٓ إِذَا هُمۡ يَسۡتَبۡشِرُونَ ٤٥
And when Allāh is mentioned alone, the hearts of those who do not believe in the Hereafter shrink with aversion, but when those [worshipped] other than Him are mentioned, immediately they rejoice.
Allah tək olaraq xatırlandığı zaman axirətə və axirətdə baş verəcək hadisələrə - dirilməyə, haqq-hesaba çəkilməyə və əməllərin əvəzinin verilməsinə inanmayan müşriklərin qəlbini nifrət bürüyür. Onların Allahdan başqa ibadət etdiyi bütlər yad edildiyi zaman isə onlar sevinib fərəhlənərlər.
39:46Page 463
قُلِ ٱللَّهُمَّ فَاطِرَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ عَٰلِمَ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ أَنتَ تَحۡكُمُ بَيۡنَ عِبَادِكَ فِي مَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ ٤٦
Say, "O Allāh, Creator of the heavens and the earth, Knower of the unseen and the witnessed, You will judge between your servants concerning that over which they used to differ."
Ey Peyğəmbər, de: “Ey göyləri və yeri bənzəri olmayan bir biçimdə xəlq edən, qeybdə və aşkarda olanı bilən Allahım! Bunlardan heç bir şey Səndən gizli qalmaz. Dünyada qullarının arasında baş vermiş ziddiyyətlər barədə qiyamət günü hökmü yalnız Sən verəcək, kimin haqq, kimin batil, habelə, kimin xoşbəxt, kimin də bədbəxt olduğunu Sən bəyan edəcəksən”.
39:47Page 463
وَلَوۡ أَنَّ لِلَّذِينَ ظَلَمُواْ مَا فِي ٱلۡأَرۡضِ جَمِيعٗا وَمِثۡلَهُۥ مَعَهُۥ لَٱفۡتَدَوۡاْ بِهِۦ مِن سُوٓءِ ٱلۡعَذَابِ يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ وَبَدَا لَهُم مِّنَ ٱللَّهِ مَا لَمۡ يَكُونُواْ يَحۡتَسِبُونَ ٤٧
And if those who did wrong had all that is in the earth entirely and the like of it with it, they would [attempt to] ransom themselves thereby from the worst of the punishment on the Day of Resurrection. And there will appear to them from Allāh that which they had not taken into account.1
Yer üzündə olan daş-qaşlar, sərvətlər və s. bu kimi qiymətli əşyalar, şirk və asilik etməklə özlərinə zülm edən kimsələrin olmuş olsaydı, onlar onu, dirildikdən sonra öz gözləri ilə gördükləri Qiyamət gününün dəhşətli əzabından qurtarmaq üçün fidyə verərdilər. Lakin onlar bunu edə bilməzlər. Hətta onlara fidyə vermək imkanı verilsəydi, o fidyə onlardan qəbul olunmazdı. Allahdan onlara gözləmədikləri müxtəlif növ əzablar veriləcəkdir.
39:48Page 464
وَبَدَا لَهُمۡ سَيِّـَٔاتُ مَا كَسَبُواْ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ٤٨
And there will appear to them the evils they had earned, and they will be enveloped by what they used to ridicule.
Onların qazandıqları pis əməllər - Allaha şərik qoşmaları və asilik etmələri özlərinə göstəriləcək və əzab onları bürüyəcək. O əzab ki, onlar dünyada onunla qorxudulduqda, ona istehza edərdilər.
39:49Page 464
فَإِذَا مَسَّ ٱلۡإِنسَٰنَ ضُرّٞ دَعَانَا ثُمَّ إِذَا خَوَّلۡنَٰهُ نِعۡمَةٗ مِّنَّا قَالَ إِنَّمَآ أُوتِيتُهُۥ عَلَىٰ عِلۡمِۭۚ بَلۡ هِيَ فِتۡنَةٞ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ ٤٩
And when adversity touches man, he calls upon Us; then when We bestow on him a favor from Us, he says, "I have only been given it because of [my] knowledge." Rather, it is a trial, but most of them do not know.
Kafir insana bir xəstəlik, yaxud kasıblıq və ya buna bənzər bir bəla üz verdiyi zaman, Bizə dua edər ki, o bəlanı ondan uzaq edək. Sonra Biz o kafirə Özümüzdən bir nemət - sağlamlıq, yaxud mal-dövlət verdikdə isə deyər: “Mən bu nemətə layiq olduğum üçün Allah onu mənə əta edib”. Doğrusu, bu, bir sınaq və tədricən həlak olmaqdır, lakin kafirlərin çoxu bunu bilmir və Allahın onlara verdiyi nemətlərə aldanırlar.
39:50Page 464
قَدۡ قَالَهَا ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ فَمَآ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ يَكۡسِبُونَ ٥٠
Those before them had already said it, but they were not availed by what they used to earn.
Bu sözü onlardan əvvəl yaşamış kafirlər də demişdilər. Lakin onların əldə etdikləri mal-dövlət və şan-şöhrət onlara heç bir fayda vermədi.
39:51Page 464
فَأَصَابَهُمۡ سَيِّـَٔاتُ مَا كَسَبُواْۚ وَٱلَّذِينَ ظَلَمُواْ مِنۡ هَٰٓؤُلَآءِ سَيُصِيبُهُمۡ سَيِّـَٔاتُ مَا كَسَبُواْ وَمَا هُم بِمُعۡجِزِينَ ٥١
And the evil consequences of what they earned struck them. And those who have wronged of these [people] will be struck [i.e., afflicted] by the evil consequences of what they earned; and they will not cause failure.1
Onlar şərik qoşmaq və asilik etmək kimi pis əməllərinin cəzasını aldılar. Habelə, hazırkı gün şirk və asilik etməklə özlərinə zülm edən bu kimsələr də, qazandıqları günahların cəzasını əvvəlkilər tək alacaqlar. Onlar nə Allahdan yaxa qurtara biləcək, nə də Ona qalib gələ biləcəklər.
39:52Page 464
أَوَلَمۡ يَعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ ٥٢
Do they not know that Allāh extends provision for whom He wills and restricts [it]? Indeed in that are signs for a people who believe.
Bu müşriklər öz bildiklərini danışır, bəs bilmirlər ki, Allah dilədiyinin ruzisini bol edərək onu sınağa çəkir, görsün, şükür edəcək, yoxsa küfr edəcək, habelə, dilədiyinin də ruzisini azaldaraq onu sınağa çəkir, görsün, səbir edəcək, yoxsa Allahın yazdığı qədərə qəzəbi tutacaq?! Həqiqətən, ruzinin bol verilməsində və azaldılmasında, iman gətirən bir qövm üçün, Allahın hər şeyi idarə etdiyini sübuta yetirən dəlillər var. Belə ki, yalnız möminlər belə dəlillərdən ibrət alırlar. Kafirlər isə bu dəlillərə məhəl qoymayıb onlardan üz döndərirlər.
39:53Page 464
۞ قُلۡ يَٰعِبَادِيَ ٱلَّذِينَ أَسۡرَفُواْ عَلَىٰٓ أَنفُسِهِمۡ لَا تَقۡنَطُواْ مِن رَّحۡمَةِ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ يَغۡفِرُ ٱلذُّنُوبَ جَمِيعًاۚ إِنَّهُۥ هُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ ٥٣
Say, "O My servants who have transgressed against themselves [by sinning], do not despair of the mercy of Allāh. Indeed, Allāh forgives all sins.1 Indeed, it is He who is the Forgiving, the Merciful."
Ey Peyğəmbər, Allaha şərik qoşmaq və asi işlər görməklə özlərinə qarşı həddi aşmış qullarıma de: "Allahın rəhmətindən və günahlarınızı bağışlamağından ümidinizi üzməyin. Şübhəsiz ki, Allah, Ona tövbə edən kimsənin günahlarının hamısını bağışlayır. Həqiqətən də, O, tövbə edən kimsələrin günahlarını bağışlayır və onlara rəhm edir”.
39:54Page 464
وَأَنِيبُوٓاْ إِلَىٰ رَبِّكُمۡ وَأَسۡلِمُواْ لَهُۥ مِن قَبۡلِ أَن يَأۡتِيَكُمُ ٱلۡعَذَابُ ثُمَّ لَا تُنصَرُونَ ٥٤
And return [in repentance] to your Lord and submit to Him before the punishment comes upon you; then you will not be helped.
Qiyamət günü əzab sizə gəlməmişdən əvvəl tövbə edib yaxşı işlər görməklə Rəbbinizə dönün və Ona boyun əyin. Sonra siz bütləriniz və əhli-əyalınız arasında sizi əzabdan xilas edəcək bir köməkçi tapa bilməyəcəksiniz.
39:55Page 464
وَٱتَّبِعُوٓاْ أَحۡسَنَ مَآ أُنزِلَ إِلَيۡكُم مِّن رَّبِّكُم مِّن قَبۡلِ أَن يَأۡتِيَكُمُ ٱلۡعَذَابُ بَغۡتَةٗ وَأَنتُمۡ لَا تَشۡعُرُونَ ٥٥
And follow the best of what was revealed to you from your Lord [i.e., the Qur’ān] before the punishment comes upon you suddenly while you do not perceive,
Əzab özünüz də hiss etmədən qəflətən gəlməmişdən əvvəl Rəbbinizin Öz rəsuluna nazil etdiyi ən gözəl söz sayılan Qurana tabe olun, onun əmrlərini yerinə yetirin, qadağalarından da çəkinin!
39:56Page 464
أَن تَقُولَ نَفۡسٞ يَٰحَسۡرَتَىٰ عَلَىٰ مَا فَرَّطتُ فِي جَنۢبِ ٱللَّهِ وَإِن كُنتُ لَمِنَ ٱلسَّٰخِرِينَ ٥٦
Lest a soul should say,1 "Oh, [how great is] my regret over what I neglected in regard to Allāh and that I was among the mockers."
Bu deyilənlərə əməl edin ki, qiyamət günü kimsə çox peşman olub deməsin: “Küfr və asiliklər etməklə Allaha etinasızlıq göstərdiyimə görə vay mənim halıma! Həqiqətən, mən iman əhlini və itaətkarları məsxərəyə qoyurdum!”.
39:57Page 465
أَوۡ تَقُولَ لَوۡ أَنَّ ٱللَّهَ هَدَىٰنِي لَكُنتُ مِنَ ٱلۡمُتَّقِينَ ٥٧
Or [lest] it say, "If only Allāh had guided me, I would have been among the righteous."
Yaxud qədəri bəhanə gətirib deməsin: “Əgər Allah məni doğru yola yönəltsəydi, mən Onun əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Ondan qorxan kimsələrdən olardım!”.
39:58Page 465
أَوۡ تَقُولَ حِينَ تَرَى ٱلۡعَذَابَ لَوۡ أَنَّ لِي كَرَّةٗ فَأَكُونَ مِنَ ٱلۡمُحۡسِنِينَ ٥٨
Or [lest] it say when it sees the punishment, "If only I had another turn1 so I could be among the doers of good."
Və ya əzabı gördüyü zaman təmənna edib deməsin: “Kaş, bir də dünyaya qayıda biləydim, Allaha tövbə edib yaxşı işlər görənlərdən olardım!”.
39:59Page 465
بَلَىٰ قَدۡ جَآءَتۡكَ ءَايَٰتِي فَكَذَّبۡتَ بِهَا وَٱسۡتَكۡبَرۡتَ وَكُنتَ مِنَ ٱلۡكَٰفِرِينَ ٥٩
But yes, there had come to you My verses, but you denied them and were arrogant, and you were among the disbelievers.
Xeyr, bu, heç də sənin hidayətə qovuşmağını təmənna etdiyin kimi deyil. Mənim ayələrim sənə gəlmişdi, lakin sən onları yalan saydın, təkəbbür göstərdin və Allaha və Onun rəsuluna küfr edən kəslərdən oldun”.
39:60Page 465
وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ تَرَى ٱلَّذِينَ كَذَبُواْ عَلَى ٱللَّهِ وُجُوهُهُم مُّسۡوَدَّةٌۚ أَلَيۡسَ فِي جَهَنَّمَ مَثۡوٗى لِّلۡمُتَكَبِّرِينَ ٦٠
And on the Day of Resurrection you will see those who lied about Allāh [with] their faces blackened. Is there not in Hell a residence for the arrogant?
Sən qiyamət günü Allaha şərik qoşmaq və Ona övlad nisbət etməklə Ona qarşı yalan uyduranların üzlərini qapqara görəcəksən. Bu, onların bəxbəxt olduğunu göstərəcək. Məgər Allaha və Onun rəsuluna iman gətirməyə təkəbbür göstərənlər üçün Cəhənnəmdə yer yoxdur?! Əlbəttə ki, onlar üçün orada qərar tutacaq yer vardır.
39:61Page 465
وَيُنَجِّي ٱللَّهُ ٱلَّذِينَ ٱتَّقَوۡاْ بِمَفَازَتِهِمۡ لَا يَمَسُّهُمُ ٱلسُّوٓءُ وَلَا هُمۡ يَحۡزَنُونَ ٦١
And Allāh will save those who feared Him by their attainment;1 no evil will touch them, nor will they grieve.
Uca Allah, Rəbbinin əmrlərini yerinə yetirib qadağan etdyi əməllərdən çəkinməklə Ondan qorxan kimsələri əzabdan qurtarıb qazandıqları uğura qovuşduracaq - Cənnətə daxil edəcək. Onlara əzab toxunmayacaq və onlar dünyada qoyub getdikləri nəsiblərinə görə kədərlənməyəcəklər.
39:62Page 465
ٱللَّهُ خَٰلِقُ كُلِّ شَيۡءٖۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ وَكِيلٞ ٦٢
Allāh is the Creator of all things, and He is, over all things, Disposer of affairs.
Allah hər şeyin xaliqidir və Ondan başqa heç bir xaliq yoxdur. O, hər şeyi qoruyur, onun işini yoluna qoyur və istədiyi kimi onu idarə edir.
39:63Page 465
لَّهُۥ مَقَالِيدُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ وَٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِ ٱللَّهِ أُوْلَٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ ٦٣
To Him belong the keys of the heavens and the earth. And they who disbelieve in the verses of Allāh - it is those who are the losers.
Göylərdə və yerdə olan xeyir xəzinələrinin açarları yalnız Ondadır. Dilədiyinə ondan verər, dilədiyini də ondan məhrum edər. Allahın ayələrinə küfr edənlər - məhz onlar, dünya həyatlarında iman gətirməkdən məhrum olmaq, axirətdə də əbədi olaraq Cəhənnəm oduna daxil olmaqla, ziyana uğrayanlardır.
39:64Page 465
قُلۡ أَفَغَيۡرَ ٱللَّهِ تَأۡمُرُوٓنِّيٓ أَعۡبُدُ أَيُّهَا ٱلۡجَٰهِلُونَ ٦٤
Say, [O Muḥammad], "Is it other than Allāh that you order me to worship, O ignorant ones?"
Ey Peyğəmbər, səni öz bütlərinə ibadət etməyə təşviq edən o müşriklərə de: “Ey Rəbbinə qarşı cahillik edən kəslər, mənə Allahdan qeyrisinəmi ibadət etməyi əmr edirsiniz?!” Halbuki, yalnız Allahın ibadət olunmağa haqqı var və mən Ondan başqasına ibadət edən deyiləm.
39:65Page 465
وَلَقَدۡ أُوحِيَ إِلَيۡكَ وَإِلَى ٱلَّذِينَ مِن قَبۡلِكَ لَئِنۡ أَشۡرَكۡتَ لَيَحۡبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ ٱلۡخَٰسِرِينَ ٦٥
And it was already revealed to you and to those before you that if you should associate [anything] with Allāh, your work would surely become worthless, and you would surely be among the losers.
Ey Peyğəmbər, sənə və səndən əvvəlki peyğəmbərlərə belə vəhy olunmuşdur: “Əgər Allahla yanaşı başqasına ibadət etsən, yaxşı əməllərinin savabı puç olacaq, beləliklə də, bu dünyada dinini ititrməklə, axirətdə də əzaba düçar olmaqla ziyana uğrayanlardan olacaqsan.
39:66Page 465
بَلِ ٱللَّهَ فَٱعۡبُدۡ وَكُن مِّنَ ٱلشَّٰكِرِينَ ٦٦
Rather, worship [only] Allāh and be among the grateful.
Əksinə, sən yalnız Allaha ibadət et, Ona heç kəsi şərik qoşma və Onun sənə verdiyi nemətlərə şükür etməklə şükr edən bəndə ol!”.
39:67Page 465
وَمَا قَدَرُواْ ٱللَّهَ حَقَّ قَدۡرِهِۦ وَٱلۡأَرۡضُ جَمِيعٗا قَبۡضَتُهُۥ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَٱلسَّمَٰوَٰتُ مَطۡوِيَّٰتُۢ بِيَمِينِهِۦۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ ٦٧
They have not appraised Allāh with true appraisal,1 while the earth entirely will be [within] His grip2 on the Day of Resurrection, and the heavens will be folded in His right hand.3 Exalted is He and high above what they associate with Him.
Müşriklər Allahdan qeyrisini - Onun yaratdığı zəif və aciz məxluqatı Ona şərik qoşmaqla, Allahı layiqincə uca tutmadılar və Onun qüdrətindən qafil oldular. Onun qüdrət əlamətlərindən bəzisi budur ki, qiyamət günü yer üzərindəki dağlar, ağaclar, çaylar və dənizlərlə birlikdə Onun ovcunun içində olacaq, yeddi göyün də hamısı Onun sağ əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və müşriklərin Onun barəsində dediklərindən və etiqad etdiklərindən ucadır.
39:68Page 466
وَنُفِخَ فِي ٱلصُّورِ فَصَعِقَ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَمَن فِي ٱلۡأَرۡضِ إِلَّا مَن شَآءَ ٱللَّهُۖ ثُمَّ نُفِخَ فِيهِ أُخۡرَىٰ فَإِذَا هُمۡ قِيَامٞ يَنظُرُونَ ٦٨
And the Horn will be blown, and whoever is in the heavens and whoever is on the earth will fall dead except whom Allāh wills. Then it will be blown again, and at once they will be standing, looking on.
Sura üfürmək üçün təyin olunmuş mələk ona üfürəcəyi gün göylərdə və yerdə kim varsa, yalnız Allahın, sağ qalmasını istədiklərindən başqa hamısı öləcəkdir. Mələk dirilmə üçün ikinci kərə ona üfürdükdə isə onlar qalxıb Allahın onlara nə edəcəyinə baxacaqlar.
39:69Page 466
وَأَشۡرَقَتِ ٱلۡأَرۡضُ بِنُورِ رَبِّهَا وَوُضِعَ ٱلۡكِتَٰبُ وَجِاْيٓءَ بِٱلنَّبِيِّـۧنَ وَٱلشُّهَدَآءِ وَقُضِيَ بَيۡنَهُم بِٱلۡحَقِّ وَهُمۡ لَا يُظۡلَمُونَ ٦٩
And the earth will shine with the light of its Lord, and the record [of deeds] will be placed, and the prophets and the witnesses will be brought, and it will be judged between them in truth, and they will not be wronged.
Qüdrətli Rəbb Öz qulları arasında hökm vermək üçün gəldiyi zaman yer işıqlanacaq, insanların əməlləri yazılmış səhifələr üzə çıxacaq, peyğəmbərlər və Muhəmmədin (səllallahu aleyhi və səlləm) ümməti gətiriləcək ki, peyğəmbərlər öz qövmlərinə şahidlik etsinlər. Allah onların arasında ədalətlə hökm veriləcək və o gün onlara zülm edilməyəcək, heç kəsin nə günahı üstə günah artırılar, nə də savabından bir savab azalar.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences