Al-MukhtasarAz‑Zumar · 39:70–75

Al-Mukhtasar · Tafsir · in Azerbaijani

Az-Zumar 39:70–75

39:70Page 466

وَوُفِّيَتۡ كُلُّ نَفۡسٖ مَّا عَمِلَتۡ وَهُوَ أَعۡلَمُ بِمَا يَفۡعَلُونَ ٧٠

And every soul will be fully compensated [for] what it did; and He is most knowing1 of what they do.

Allah hər kəsə etdiyi əməlin, - istər xeyir əməl olsun, istərsə şər, - əvə­zini tam verəcək. Allah on­ların nə etdik­lə­rini yaxşı bilir. Onların istər xeyir, istərsə də şər əməllərindən heç bir şey Ondan gizli qalmaz və həmin gün Allah onlara əməllərinin əvəzini verər.

39:71Page 466

وَسِيقَ ٱلَّذِينَ كَفَرُوٓاْ إِلَىٰ جَهَنَّمَ زُمَرًاۖ حَتَّىٰٓ إِذَا جَآءُوهَا فُتِحَتۡ أَبۡوَٰبُهَا وَقَالَ لَهُمۡ خَزَنَتُهَآ أَلَمۡ يَأۡتِكُمۡ رُسُلٞ مِّنكُمۡ يَتۡلُونَ عَلَيۡكُمۡ ءَايَٰتِ رَبِّكُمۡ وَيُنذِرُونَكُمۡ لِقَآءَ يَوۡمِكُمۡ هَٰذَاۚ قَالُواْ بَلَىٰ وَلَٰكِنۡ حَقَّتۡ كَلِمَةُ ٱلۡعَذَابِ عَلَى ٱلۡكَٰفِرِينَ ٧١

And those who disbelieved will be driven to Hell in groups until, when they reach it, its gates are opened and its keepers will say, "Did there not come to you messengers from yourselves, reciting to you the verses of your Lord and warning you of the meeting of this Day of yours?" They will say, "Yes, but the word [i.e., decree] of punishment has come into effect upon the disbelievers."

Mələklər Allaha küfr etmiş kimsələri dəstə-dəstə zəlil vəziyyətdə Cə­hənnəmə gətirəcəklər. Nə­hayət, Cəhənnəmə çatdıqda onun gözətçiləri onun qapı­larını onlar üçün açacaq və onları məzəmmət edərək qarşılayıb deyəcək­lər: “Məgər özünüzdən sizə Rəbbinizin özlərinə nazil etdiyi ayə­lə­ri­ni oxu­yan və sizi qiyamət gü­nü­nə yetişib orada şiddətli əzaba düçar olacağınızla qorxudan elçilər gəlməmiş­di?!” Kafirlər özlərinin əleyhinə şahidlik edib: “Əlbəttə, gəlmişdi, lakin əzab sözü ka­fir­lər ba­rəsində ger­çək­ləşdi və biz də, kafir idik!” – deyə­cəklər.

39:72Page 466

قِيلَ ٱدۡخُلُوٓاْ أَبۡوَٰبَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَاۖ فَبِئۡسَ مَثۡوَى ٱلۡمُتَكَبِّرِينَ ٧٢

[To them] it will be said, "Enter the gates of Hell to abide eternally therein, and wretched is the residence of the arrogant."

Onlar alçalsınlar, üstəlik də, Allahın rəhmətindən və Cəhənnəmdən xilas olmaqdan ümidlərini kəssinlər deyə, onlara belə deyiləcək: “İçində əbədi qa­lacağınız Cəhənnəmin qapıla­rından girin!” Haqqı qəbul etməyə tə­kəb­bürlük göstərənlərin yeri necə də pis və necə də iyrənc­dir!

39:73Page 466

وَسِيقَ ٱلَّذِينَ ٱتَّقَوۡاْ رَبَّهُمۡ إِلَى ٱلۡجَنَّةِ زُمَرًاۖ حَتَّىٰٓ إِذَا جَآءُوهَا وَفُتِحَتۡ أَبۡوَٰبُهَا وَقَالَ لَهُمۡ خَزَنَتُهَا سَلَٰمٌ عَلَيۡكُمۡ طِبۡتُمۡ فَٱدۡخُلُوهَا خَٰلِدِينَ ٧٣

But those who feared their Lord will be driven to Paradise in groups until, when they reach it while its gates have been opened and its keepers say, "Peace be upon you; you have become pure; so enter it to abide eternally therein," [they will enter].1

Rəbbinin əmrlərini yerinə yetirib qadağalarından çəkinməklə Ondan qorxan möminləri isə mələklər dəstə-dəstə, ehtiramla Cənnətə doğru gətirilə­cək­lər. Nə­ha­yət, onlar Cənnətə çatdıqda onun qapıları möminlər üçün açılacaq və onun gözət­çiləri on­lara deyəcəklər: “Hər bir zərərdən və xoşlamadığınız hər bir şeydən salamat qalın! Sizin dünyada ikən qəlbiniz və əməlləriniz gözəl olmuşdur! İndi isə əbədi qal­maq üçün Cənnətə daxil olun!”

39:74Page 466

وَقَالُواْ ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي صَدَقَنَا وَعۡدَهُۥ وَأَوۡرَثَنَا ٱلۡأَرۡضَ نَتَبَوَّأُ مِنَ ٱلۡجَنَّةِ حَيۡثُ نَشَآءُۖ فَنِعۡمَ أَجۡرُ ٱلۡعَٰمِلِينَ ٧٤

And they will say, "Praise to Allāh, who has fulfilled for us His promise and made us inherit the earth [so] we may settle in Paradise wherever we will. And excellent is the reward of [righteous] workers."

Möminlər Cənnətə daxil olduqda deyəcəklər: “Peyğəmbərlərinin dili ilə bizə verdiyi vədini - bizi Cənnətə daxil edəcəyi barədə olan vədini yerinə yetirən və bi­zi Cənnət diyarına va­ris edən Allaha həmd olsun! Biz Cən­nətdə is­tə­diyimiz ye­rdə ola bilirik. Rəbbinin üzü xatirinə yaxşı işlər görən əməlisaleh insanların müka­fatı necə də gö­zəldir!”

39:75Page 467

وَتَرَى ٱلۡمَلَٰٓئِكَةَ حَآفِّينَ مِنۡ حَوۡلِ ٱلۡعَرۡشِ يُسَبِّحُونَ بِحَمۡدِ رَبِّهِمۡۚ وَقُضِيَ بَيۡنَهُم بِٱلۡحَقِّۚ وَقِيلَ ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ ٧٥

And you will see the angels surrounding the Throne, exalting [Allāh] with praise of their Lord. And it will be judged between them in truth, and it will be said, "[All] praise to Allāh, Lord of the worlds."

Hamının bir yerə toplanacağı həmin gün mələklər ərşi əha­tə edərək, Allahı tərif edəcək və kafirlərin Onun barəsində dedikləri sözlərdən Onun uzaq olduğunu de­yəcəklər. Allah yaradılanların hamısının arasında ədalətlə hökm verəcək, kimisinə ehtiram göstərəcək, kimisini də əzaba düçar edəcək. Onda belə deyiləcək: “Mömin qullarının rəhm edilməsi, kafir qullarının da əzaba düçar edilməsi barədə hökm verdiyinə görə məxluqatın Rəbbi olan Allaha həmd olsun!”

Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences

Contents

Ayat al-Kursi36Al-Kahfpage 42juz 15Bukhari 1Muslim 2999

Style

Theme
Text size
Layout

Читать на русском