Al-Mukhtasar · Tafsir · in Azerbaijani
الشورى
Ash-Shuraa
The Consultation · Meccan · 53 ayahs
﴾Hə. Mim. Ayn. Sin. Qaf﴿ Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır.
42:3Page 483
كَذَٰلِكَ يُوحِيٓ إِلَيۡكَ وَإِلَى ٱلَّذِينَ مِن قَبۡلِكَ ٱللَّهُ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٣
Thus has He revealed to you, [O Muḥammad], and to those before you - Allāh, the Exalted in Might, the Wise.
Ey Muhəmməd! Sənə və səndən əvvəl gəlib-getmiş Allahın peyğəmbərlərinə bu vəhyə bənzər vəhy nazil edən Uca Allah, düşmənlərindən intiqam almağa qadir olan, həmçinin, idarə etmək və yartamaq xüsusunda Hikmət sahibidir.
42:4Page 483
لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۖ وَهُوَ ٱلۡعَلِيُّ ٱلۡعَظِيمُ ٤
To Him belongs whatever is in the heavens and whatever is in the earth, and He is the Most High, the Most Great.1
Göylərdə və yerdə nə varsa - yaratmaq, mülk və idarə etmək təkcə Allaha məxsusdur. O, həm zatı, həm qüdrəti, həm də hökmranlığı ilə Ucadır, üstəlik də, Öz zatında Əzəmətlidir.
42:5Page 483
تَكَادُ ٱلسَّمَٰوَٰتُ يَتَفَطَّرۡنَ مِن فَوۡقِهِنَّۚ وَٱلۡمَلَٰٓئِكَةُ يُسَبِّحُونَ بِحَمۡدِ رَبِّهِمۡ وَيَسۡتَغۡفِرُونَ لِمَن فِي ٱلۡأَرۡضِۗ أَلَآ إِنَّ ٱللَّهَ هُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ ٥
The heavens almost break from above them,1 and the angels exalt [Allāh] with praise of their Lord and ask forgiveness for those on earth. Unquestionably, it is Allāh who is the Forgiving, the Merciful.
Göylərin əzəmətli və uca olmasına rəğmən, pak və müqəddəs Allahın əzəmətinə dözməyib, az qala yerlərin üzərində çatlayıb yarılsın. Mələklər də Rəbbini bütün nöqsanlardan uzaq tutur və müti olaraq ehtiram göstərərək Ona həmd edir, Onu uca tutur, üstəlik, Allahdan yerdəkilər üçün bağışlanma diləyirlər. Həqiqətən, Allah Öz qullarından tövbə edən kimsələri bağışlayar və onlara rəhm edər.
42:6Page 483
وَٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَ ٱللَّهُ حَفِيظٌ عَلَيۡهِمۡ وَمَآ أَنتَ عَلَيۡهِم بِوَكِيلٖ ٦
And those who take as allies other than Him - Allāh is [yet] Guardian over them; and you, [O Muḥammad], are not over them a manager -
Allahdan başqa bütləri özlərinə dost tutan və onlara ibadət edən kimsələrə Allah özü nəzarət edir və onların əməllərini qeydə alır, sonra da, bu əməllərin əvəzini verəcəkdir. Ey Peyğəmbər! Sən onların əməllərini gözətləməyə təyin edilməmisən və onların əməllərinə görə soru-suala çəkilən deyilsən, sən sadəcə təbliğ edənsən.
42:7Page 483
وَكَذَٰلِكَ أَوۡحَيۡنَآ إِلَيۡكَ قُرۡءَانًا عَرَبِيّٗا لِّتُنذِرَ أُمَّ ٱلۡقُرَىٰ وَمَنۡ حَوۡلَهَا وَتُنذِرَ يَوۡمَ ٱلۡجَمۡعِ لَا رَيۡبَ فِيهِۚ فَرِيقٞ فِي ٱلۡجَنَّةِ وَفَرِيقٞ فِي ٱلسَّعِيرِ ٧
And thus We have revealed to you an Arabic Qur’ān that you may warn the Mother of Cities [i.e., Makkah] and those around it1 and warn of the Day of Assembly, about which there is no doubt. A party will be in Paradise and a party in the Blaze.
Ey Peyğəmbər, səndən əvvəlki peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də, ərəbcə Quran vəhy etdik ki, Məkkə əhlini və onun ətrafındakı ərəb kəndlərini, sonra da, bütün insanları xəbərdar edəsən, habelə, insanları qiyamət günü ilə - Allahın əvvəlki və sonrakı insanların hamısını bir yerə toplayıb haqq-hesaba çəkəcəyi və əməllərinin əvəzini verəcəyi ilə qorxudasan. O günün vaqe olacağına dair heç bir şəkk-şübhə yoxdur. O gün insanlar iki dəstəyə ayrılacaq: bir dəstə - yəni, möminlər Cənnətdə, bir dəstə də - yəni, kafirlər Cəhənnəmdə olacaq.
42:8Page 483
وَلَوۡ شَآءَ ٱللَّهُ لَجَعَلَهُمۡ أُمَّةٗ وَٰحِدَةٗ وَلَٰكِن يُدۡخِلُ مَن يَشَآءُ فِي رَحۡمَتِهِۦۚ وَٱلظَّٰلِمُونَ مَا لَهُم مِّن وَلِيّٖ وَلَا نَصِيرٍ ٨
And if Allāh willed, He could have made them [of] one religion, but He admits whom He wills1 into His mercy. And the wrongdoers have not any protector or helper.
Əgər Allah istəsəydi, onları İslam dini üzərində olan tək bir ümmət edər və hamısını Cənnətə daxil edərdi. Lakin O, Öz hikməti ilə istədiyini İslam dininə yönəldir və onu Cənnətə daxil edir. Küfr və asiliklər etməklə öz nəfslərinə zülm etmiş kimsələrin isə nə bir qoruyan himayəçisi olar, nə də Allahın əzabından xilas edən bir köməkçisi.
42:9Page 483
أَمِ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَۖ فَٱللَّهُ هُوَ ٱلۡوَلِيُّ وَهُوَ يُحۡيِ ٱلۡمَوۡتَىٰ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ٩
Or have they taken protectors [or allies] besides Him? But Allāh - He is the Protector, and He gives life to the dead, and He is over all things competent.
Müşriklər özlərini himayə etmək üçün özlərinə Allahdan başqa hamilər götürdülər. Halbuki, haqq himayədar yalnız Allahdır. Ondan başqası nə xeyir verə bilər, nə də zərər. O, qiyamət günü haqq-hesaba çəkmək və etdikləri əməllərin əvəzini vermək üçün onları dirildəcəkdir. O, Pak və müqəddəsdir və heç bir şey Onu aciz qoya bilməz.
42:10Page 483
وَمَا ٱخۡتَلَفۡتُمۡ فِيهِ مِن شَيۡءٖ فَحُكۡمُهُۥٓ إِلَى ٱللَّهِۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبِّي عَلَيۡهِ تَوَكَّلۡتُ وَإِلَيۡهِ أُنِيبُ ١٠
And in anything over which you disagree - its ruling is [to be referred] to Allāh. [Say], "That is Allāh, my Lord; upon Him I have relied, and to Him I turn back."1
Ey insanlar, dininizin əsas yaxud ikinci dərəcəli məsələlərdə ixtilafa düşdüyünüz şeylər barəsində hökm vermək ancaq Allaha aiddir. Belə məsələlərdə Onun kitabına və Rəsulunun (səllallahu aleyhi və səlləm) sünnəsinə qayıtmaq gərəkdir. Bu xislətləri özündə cəm edən varlıq, mənim Rəbbim olan Allahdır. Mən bütün işlərimdə yalnız Ona etimad edir və tövbə edərək yalnız Ona tərəf yönəlirəm.
42:11Page 484
فَاطِرُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ جَعَلَ لَكُم مِّنۡ أَنفُسِكُمۡ أَزۡوَٰجٗا وَمِنَ ٱلۡأَنۡعَٰمِ أَزۡوَٰجٗا يَذۡرَؤُكُمۡ فِيهِۚ لَيۡسَ كَمِثۡلِهِۦ شَيۡءٞۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ ١١
[He is] Creator of the heavens and the earth. He has made for you from yourselves, mates, and among the cattle, mates; He multiplies you thereby. There is nothing like unto Him,1 and He is the Hearing, the Seeing.2
Allah göyləri və yeri bənzəri olmayan bir şəkildə xəlq etmişdir. O sizin üçün özünüzdən zövcələr, dəvədən, inəkdən və qoyundan da cütlər yaratmışdır ki, sizin üçün artıb çoxalsınlar. Zövcələrinizlə ailə həyatı qurmağınızla sizin sayınızı artırır və sizi mal-qaranızın əti və südü ilə dolandırır. Məxluqat arasında Allahın heç bir bənzəri yoxdur. O, Öz qullarının nə dediklərini eşidir, nə etdiklərini də görür. Heç bir şey Onun nəzarətindən yayına bilməz. Allah onlara etdikləri əməllərin əvəzini verəcək, xeyirin əvəzinə xeyir, şərin əvəzinə də şər.
42:12Page 484
لَهُۥ مَقَالِيدُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُۚ إِنَّهُۥ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ ١٢
To Him belong the keys of the heavens and the earth. He extends provision for whom He wills and restricts [it]. Indeed He is, of all things, Knowing.
Göylərin və yerin xəzinələrinin açarları təkcə Ona məxsusdur. O, Öz qullarından istədiyinin ruzisini bol etməklə onu imtahana çəkər, görsün, o, şükür eədəcək, yoxsa nankor olacaq? İstədiyininkini də azaltmaqla onu müsibətə düçar edər, görsün, o, səbir edəcək, yoxsa Allahın qədərinə qəzəblənəcək? Allah hər şeyi bilir. Qullarına məsləhət olan şeylərdən heç biri Ondan gizli qalmaz.
42:13Page 484
۞ شَرَعَ لَكُم مِّنَ ٱلدِّينِ مَا وَصَّىٰ بِهِۦ نُوحٗا وَٱلَّذِيٓ أَوۡحَيۡنَآ إِلَيۡكَ وَمَا وَصَّيۡنَا بِهِۦٓ إِبۡرَٰهِيمَ وَمُوسَىٰ وَعِيسَىٰٓۖ أَنۡ أَقِيمُواْ ٱلدِّينَ وَلَا تَتَفَرَّقُواْ فِيهِۚ كَبُرَ عَلَى ٱلۡمُشۡرِكِينَ مَا تَدۡعُوهُمۡ إِلَيۡهِۚ ٱللَّهُ يَجۡتَبِيٓ إِلَيۡهِ مَن يَشَآءُ وَيَهۡدِيٓ إِلَيۡهِ مَن يُنِيبُ ١٣
He has ordained for you of religion what He enjoined upon Noah and that which We have revealed to you, [O Muḥammad], and what We enjoined upon Abraham and Moses and Jesus - to establish the religion and not be divided therein. Difficult for those who associate others with Allāh is that to which you invite them. Allāh chooses for Himself whom He wills and guides to Himself whoever turns back [to Him].
Ey Peyğəmbər! Biz Nuha nəyi təbliğ etməsini və nəyə əməl etməsini əmr etdiksə, sənə, vəhy etdiyimizi, habelə, İbrahimə, Musaya və İsaya nəyi təbliğ etməsini və nəyə əməl etməsini əmr etdiksə, sizin üçün də onun bənzərini dində qanun etdik. Bunun xülasəsi belədir: “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” Sənin müşrikləri Allahın tək ilah olduğunu qəbul etməyə və Ondan baqasına edilən ibadəti tərk etməyə çağırmağın onlara ağır gəldi. Allah Öz qullarından istədiyini seçib onu Allaha ibadət və itaət etməyə müvəffəq edər, həmçinin, günahlarına görə tövbə edib Allaha üz tutan kimsəni də Özünə tərəf yönəldər.
42:14Page 484
وَمَا تَفَرَّقُوٓاْ إِلَّا مِنۢ بَعۡدِ مَا جَآءَهُمُ ٱلۡعِلۡمُ بَغۡيَۢا بَيۡنَهُمۡۚ وَلَوۡلَا كَلِمَةٞ سَبَقَتۡ مِن رَّبِّكَ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى لَّقُضِيَ بَيۡنَهُمۡۚ وَإِنَّ ٱلَّذِينَ أُورِثُواْ ٱلۡكِتَٰبَ مِنۢ بَعۡدِهِمۡ لَفِي شَكّٖ مِّنۡهُ مُرِيبٖ ١٤
And they did not become divided until after knowledge had come to them - out of jealous animosity between themselves. And if not for a word1 that preceded from your Lord [postponing the penalty] until a specified time, it would have been concluded between them. And indeed, those who were granted inheritance of the Scripture after them are, concerning it, in disquieting doubt.
Muhəmməd (səllallahu aleyhi və səlləm) peyğəmbər göndərilib kafirlərin və müşriklərin əleyhinə dəlil-sübut göstərdikdən sonra, onlar firqələrə ayrıldılar. Onların firqələrə bölünmələrin səbəbi isə haqsızlıq və zülm etmək oldu. Əgər Allahın əzəli elmində, onlara verəcək əzabın müəyyən edilmiş vaxtadək - qiyamət gününədək təxirə salacağına dair söz verilmiş olmasaydı, Allah onların arasında hökm verər və Allah küfr etdiklərinə, həmçinin, Onun peyğəmbərlərini yalançı saydıqlarına görə onları dərhal əzaba düçar edərdi. Müşriklərdən və öz sələflərindən sonra Tövrata varis olan yəhudilər və İncilə varis olan nəsranilər Muhəmmədin (səllallahu aleyhi və səlləm) gətirdiyi bu Qurana şəkk edir və yalan sayırlar.
42:15Page 484
فَلِذَٰلِكَ فَٱدۡعُۖ وَٱسۡتَقِمۡ كَمَآ أُمِرۡتَۖ وَلَا تَتَّبِعۡ أَهۡوَآءَهُمۡۖ وَقُلۡ ءَامَنتُ بِمَآ أَنزَلَ ٱللَّهُ مِن كِتَٰبٖۖ وَأُمِرۡتُ لِأَعۡدِلَ بَيۡنَكُمُۖ ٱللَّهُ رَبُّنَا وَرَبُّكُمۡۖ لَنَآ أَعۡمَٰلُنَا وَلَكُمۡ أَعۡمَٰلُكُمۡۖ لَا حُجَّةَ بَيۡنَنَا وَبَيۡنَكُمُۖ ٱللَّهُ يَجۡمَعُ بَيۡنَنَاۖ وَإِلَيۡهِ ٱلۡمَصِيرُ ١٥
So to that [religion of Allāh] invite, [O Muḥammad],1 and remain on a right course as you are commanded and do not follow their inclinations but say, "I have believed in what Allāh has revealed of scripture [i.e., the Qur’ān], and I have been commanded to do justice among you. Allāh is our Lord and your Lord. For us are our deeds, and for you your deeds.2 There is no [need for] argument between us and you.3 Allāh will bring us together, and to Him is the [final] destination."
Buna görə də sən bu doöru-düzgün dinə dəvət et və Allahın sənə əmr etdiyi kimi bu yolda sabitqədəm ol. Onların nəfslərinin batil istəyinə uyma və onlarla mübahisə etdikdə, belə de: “Mən Allaha və Allahın öz elçilərinə nazil etdiyi kitablara iman gətirdim. Allah mənə sizin aranızda ədalətlə hökm verməyi əmr etmişdir. Mənim ibadət etdiyim Allah hamımızın - həm bizim, həm də sizin Rəbbinizdir. Bizim əməllərimiz - istər xeyir, istərsə şər olsun -bizə, sizin əməlləriniz də - istər xeyir, istərsə şər olsun - sizə aiddir. Dəlil-sübut bəlli olduqdan və doğru yol aydın seçildikdən sonra, bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah hamımızı bir yerə toplayacaq. Qiyamət günü dönüş də yalnız Onadır. O, bizlərdən hər kəsə əməllərinin əvəzini layiq olduğu şəkildə verəcəyi zaman, kimin doğruçu, kimin də yalançı olduğu, habelə, kimin haqq, kimin də batil olduğu bəlli olacaqdır”.
42:16Page 485
وَٱلَّذِينَ يُحَآجُّونَ فِي ٱللَّهِ مِنۢ بَعۡدِ مَا ٱسۡتُجِيبَ لَهُۥ حُجَّتُهُمۡ دَاحِضَةٌ عِندَ رَبِّهِمۡ وَعَلَيۡهِمۡ غَضَبٞ وَلَهُمۡ عَذَابٞ شَدِيدٌ ١٦
And those who argue concerning Allāh after He has been responded to1 - their argument is invalid with their Lord, and upon them is [His] wrath, and for them is a severe punishment.
İnsanlar Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil olmuş İslam dinini qəbul etdikdən sonra, bu din barəsində batil dəlillərlə mübahisəyə girişənlərin gətirdiyi dəlillər Rəbbinin və möminlərin yanında, heç bir istinadı olmayan boş və dəyərsiz bir şeydir. Onlar küfr etdiklərinə və haqqı inkar etdiklərinə görə Allahın qəzəbinə gəlmişlər. Qiyamət günü isə onları şiddətli bir əzab gözləyir.
42:17Page 485
ٱللَّهُ ٱلَّذِيٓ أَنزَلَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ وَٱلۡمِيزَانَۗ وَمَا يُدۡرِيكَ لَعَلَّ ٱلسَّاعَةَ قَرِيبٞ ١٧
It is Allāh who has sent down the Book in truth and [also] the balance [i.e., justice]. And what will make you perceive? Perhaps the Hour is near.
Quranı haqq olaraq, içində heç bir şübhə olmadığı halda nazil edən, habelə, insanlar arasında insafla hökm vermək üçün ədalət (tərəzisini) nazil edən Allahdır. Ola bilsin ki, onların yalan saydığı qiyamət saatı yaxındır. Məlumdur ki, gələn hər bir şey yaxın olur.
42:18Page 485
يَسۡتَعۡجِلُ بِهَا ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِهَاۖ وَٱلَّذِينَ ءَامَنُواْ مُشۡفِقُونَ مِنۡهَا وَيَعۡلَمُونَ أَنَّهَا ٱلۡحَقُّۗ أَلَآ إِنَّ ٱلَّذِينَ يُمَارُونَ فِي ٱلسَّاعَةِ لَفِي ضَلَٰلِۭ بَعِيدٍ ١٨
Those who do not believe in it are impatient for it,1 but those who believe are fearful of it and know that it is the truth. Unquestionably, those who dispute concerning the Hour are in extreme error.
Qiyamətə inanmayanlar onun tez gəlməsini itələb edirlər. Çünki onlar nə haqq-hesaba çəkilməyə, nə mükafat, nə də cəza veriləcəyinə inanırlar. Möminlər isə qiyamət günü insanları nələr gözlədiyini bildiklərinə görə Allahdan qorxur və o günün gələcəyinə heç bir şübhə olmayan bir həqiqət olduğunu yəqin bilirlər. Şübhəsiz ki, qiyamət saatı barəsində mübahisə edib höcətləşənlər və onun gələcəyinə şübhə ilə yanaşanlar haqdan uzaq bir azğınlıq içindədirlər.
42:19Page 485
ٱللَّهُ لَطِيفُۢ بِعِبَادِهِۦ يَرۡزُقُ مَن يَشَآءُۖ وَهُوَ ٱلۡقَوِيُّ ٱلۡعَزِيزُ ١٩
Allāh is Subtle1 with His servants; He gives provision to whom He wills. And He is the Powerful, the Exalted in Might.
Allah Öz qullarına qarşı lütfkardır. O, istədiyinə ruzi verir və onun üçün o ruzini atırır, istədiyinin də ruzisini Öz hikməti və lütfü ilə azaldır. O, Qüvvətlidir - O Allah ki, heç kəs Ona üstün gələ bilməz, həmçinin, Qüdrətlidir - düşmənlərindən intiqam alar.
42:20Page 485
مَن كَانَ يُرِيدُ حَرۡثَ ٱلۡأٓخِرَةِ نَزِدۡ لَهُۥ فِي حَرۡثِهِۦۖ وَمَن كَانَ يُرِيدُ حَرۡثَ ٱلدُّنۡيَا نُؤۡتِهِۦ مِنۡهَا وَمَا لَهُۥ فِي ٱلۡأٓخِرَةِ مِن نَّصِيبٍ ٢٠
Whoever desires the harvest of the Hereafter - We increase for him in his harvest [i.e., reward]. And whoever desires the harvest [i.e., benefits] of this world - We give him thereof, but there is not for him in the Hereafter any share.
Hər kim axirətə hazırlıq olaraq əməl edib savabını istəyərsə, Biz onun savabını qat-qat artırar - bir yaxşılığın əvəzinə on savabdan yeddi yüz savaba qədər, hətta bundan da çox artırarırq. Kim də təkcə dünyanı istəyərsə, ona əzəldən onun üçün müəyyən edilmiş nəsibini verərik. Beləcə, o, dünyanı axirətdən üstün tutduğuna görə, axirətdə onun heç bir payı olmaz.
42:21Page 485
أَمۡ لَهُمۡ شُرَكَٰٓؤُاْ شَرَعُواْ لَهُم مِّنَ ٱلدِّينِ مَا لَمۡ يَأۡذَنۢ بِهِ ٱللَّهُۚ وَلَوۡلَا كَلِمَةُ ٱلۡفَصۡلِ لَقُضِيَ بَيۡنَهُمۡۗ وَإِنَّ ٱلظَّٰلِمِينَ لَهُمۡ عَذَابٌ أَلِيمٞ ٢١
Or have they partners [i.e., other deities] who have ordained for them a religion to which Allāh has not consented? But if not for the decisive word,1 it would have been concluded between them. And indeed, the wrongdoers will have a painful punishment.
Yoxsa o müşriklərin Allahın dində izin vermədiyi şeyləri - Allaha şərik qoşmağı, halalı haram etməyi və ya haramı halal etməyi, onlar üçün şəriət qanunu edən, Allahdan başqa tanrıları var?! Əgər Allahın ixtilafa düşənlər arasında hökm vermək üçün müəyyən etdiyi vaxt, barələrindəki hökmü o vaxta qədər təxirə salmış olmasaydı, aralarındakı iş bitmiş olardı. Həqiqətən, Allaha şərik qoşma və asiliklərə yol verməklə özlərinə zülm edən kimsələri qiyamət günü ağrılı-acılı bir əzab gözləyir.
42:22Page 485
تَرَى ٱلظَّٰلِمِينَ مُشۡفِقِينَ مِمَّا كَسَبُواْ وَهُوَ وَاقِعُۢ بِهِمۡۗ وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ فِي رَوۡضَاتِ ٱلۡجَنَّاتِۖ لَهُم مَّا يَشَآءُونَ عِندَ رَبِّهِمۡۚ ذَٰلِكَ هُوَ ٱلۡفَضۡلُ ٱلۡكَبِيرُ ٢٢
You will see the wrongdoers fearful of what they have earned, and it will [certainly] befall them. And those who have believed and done righteous deeds will be in lush regions of the gardens [in Paradise] having whatever they will in the presence of their Lord. That is what is the great bounty.
Ey Peyğəmbər! Alaha şərik qoşmaqla və asiliklər etməklə özlərinə zülm edən kimsələrin qazandıqları günahlara görə cəzalandırılacaqlarından qorxub titrədiyini görəcəksən. Onlar, şübhəsiz ki, cəzalandırılacaqlar. Tövbə etmədən, bu cür qorxmağın heç bir faydası yoxdur. Bunlardan fərqli olaraq, Allaha və Onun elçilərinə iman gətirib yaxşı işlər görənlər isə Cənnət bağlarında naz-nemətlər içində olacaqlar. Rəbbinin yanında onlar üçün istədikləri hər növ tükənməz nemətlər hazırlanmışdır. Bənzəri olmayan böyük lütf də, elə budur.
42:23Page 486
ذَٰلِكَ ٱلَّذِي يُبَشِّرُ ٱللَّهُ عِبَادَهُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِۗ قُل لَّآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ أَجۡرًا إِلَّا ٱلۡمَوَدَّةَ فِي ٱلۡقُرۡبَىٰۗ وَمَن يَقۡتَرِفۡ حَسَنَةٗ نَّزِدۡ لَهُۥ فِيهَا حُسۡنًاۚ إِنَّ ٱللَّهَ غَفُورٞ شَكُورٌ ٢٣
It is that of which Allāh gives good tidings to His servants who believe and do righteous deeds. Say, [O Muḥammad], "I do not ask you for it [i.e., this message] any payment [but] only good will through [i.e., due to] kinship." And whoever commits a good deed - We will increase for him good therein. Indeed, Allāh is Forgiving and Appreciative.1
Allahın Öz rəsulu vasitəsilə, Allaha və Onun elçilərinə iman gətirib yaxşı işlər görən kimsələrə verdiyi böyük müjdə budur. Ey Peyğəmbər, de: “Mən haqqı təbliğ etdiyimə görə sizdən mükafat istəmirəm. Yalnız sizin özünüzə fayda verəcək bir mükafatdan başqa. Bu da, mənim sizinlə olan qohumluğuma görə sevməyinizdir". Kim bir yaxşılıq edərsə, Biz onun savabını on mislində artırarıq. Həqiqətən, Allah Öz qullarından Ona tövbə edən kimsənin günahlarını bağışlayar, üstəlik, onların Onun üzü xatirinə etdikləri yaxşı əməllərin əvəzini verər.
42:24Page 486
أَمۡ يَقُولُونَ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبٗاۖ فَإِن يَشَإِ ٱللَّهُ يَخۡتِمۡ عَلَىٰ قَلۡبِكَۗ وَيَمۡحُ ٱللَّهُ ٱلۡبَٰطِلَ وَيُحِقُّ ٱلۡحَقَّ بِكَلِمَٰتِهِۦٓۚ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ٢٤
Or do they say, "He has invented about Allāh a lie"? But if Allāh willed, He could seal over your heart.1 And Allāh eliminates falsehood and establishes the truth by His words. Indeed, He is Knowing of that within the breasts.
Müşriklərin batil iddialarından biri də budur ki, Muhəmməd (səllallahu aleyhi və səlləm) bu Quranı özündən uydurub Allah nisbət etmişdir. Allah onların bu iddiasını rədd edib buyurur: "Əgər sənin nəfsin yalan uydurmaq istəsəydi, Mən ona möhür vurardım. Beləliklə də, uydurma batili silib yox edər, haqqı saxlayardım. Bu işin onların iddia etdiyi kimi olmaması dəlildir ki, Muhəmməd (səllallahu aleyhi və səlləm) Quranın ona öz Rəbbi tərəfindən vəhy edildiyini doğru söyləyir. Şübhəsiz ki, Allah, Öz qullarının qəlblərində olanları bilir, bunlardan heç bir şey Ondan gizli qalmır.
42:25Page 486
وَهُوَ ٱلَّذِي يَقۡبَلُ ٱلتَّوۡبَةَ عَنۡ عِبَادِهِۦ وَيَعۡفُواْ عَنِ ٱلسَّيِّـَٔاتِ وَيَعۡلَمُ مَا تَفۡعَلُونَ ٢٥
And it is He who accepts repentance from His servants and pardons misdeeds, and He knows what you do.
Pak və müqəddəs Allah Öz qulları arasında küfrdən və asilikdən tövbə edən kimsələrin tövbəsini qəbul edir, onların etdikləri günahları bağışlayır və sizin nə etdiyinizi bilir, sizin əməllərinizdən heç bir şey Ondan gizli qalmır və bu əməlləri əvəzini sizə verəcəkdir.
42:26Page 486
وَيَسۡتَجِيبُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ وَيَزِيدُهُم مِّن فَضۡلِهِۦۚ وَٱلۡكَٰفِرُونَ لَهُمۡ عَذَابٞ شَدِيدٞ ٢٦
And He answers [the supplication of] those who have believed and done righteous deeds and increases [for] them from His bounty. But the disbelievers will have a severe punishment.
O, Allaha və Onun elçilərinə iman gətirib saleh əməllər edənlərin duasını qəbul edər və diləmədikləri nemətləri də onlara verməklə Öz lütfünü onlara artırar. Allaha və Onun elçilərinə küfr edən kəsləri isə qiyamət günün şiddətli əzab gözləyir.
42:27Page 486
۞ وَلَوۡ بَسَطَ ٱللَّهُ ٱلرِّزۡقَ لِعِبَادِهِۦ لَبَغَوۡاْ فِي ٱلۡأَرۡضِ وَلَٰكِن يُنَزِّلُ بِقَدَرٖ مَّا يَشَآءُۚ إِنَّهُۥ بِعِبَادِهِۦ خَبِيرُۢ بَصِيرٞ ٢٧
And if Allāh had extended [excessively] provision for His servants, they would have committed tyranny throughout the earth. But He sends [it] down in an amount which He wills. Indeed He is, of His servants, Aware and Seeing.
Əgər Allah bütün qullarına bol-bol ruzi versəydi, onlar yer üzündə zülm etməklə həddi aşardılar. Lakin pak və müqəddəs Allah ruzini istədiyi qədər - bəzən çox, bəzən də az nazil edir. Həqiqətən, O, Öz qullarının işlərindən xəbərdardır və onların etdiklərini görür. Elə buna görə də, O Öz hikməti ilə istədiyinə ruzi verir və Öz hikməti ilə istədiyinin ruzisini kəsir.
42:28Page 486
وَهُوَ ٱلَّذِي يُنَزِّلُ ٱلۡغَيۡثَ مِنۢ بَعۡدِ مَا قَنَطُواْ وَيَنشُرُ رَحۡمَتَهُۥۚ وَهُوَ ٱلۡوَلِيُّ ٱلۡحَمِيدُ ٢٨
And it is He who sends down the rain after they had despaired and spreads His mercy. And He is the Protector, the Praiseworthy.
Bəndələri yağışın yağmasından ümidlərini kəsdikdən sonra onlara yağış endirən və bu yağışı hər tərəfə yayıb yeri canlandıran Allahdır. O, Öz qullarının işlərini yoluna qoyan Hamidir və hər bir halda Tərifəlayiqdir.
42:29Page 486
وَمِنۡ ءَايَٰتِهِۦ خَلۡقُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَثَّ فِيهِمَا مِن دَآبَّةٖۚ وَهُوَ عَلَىٰ جَمۡعِهِمۡ إِذَا يَشَآءُ قَدِيرٞ ٢٩
And of His signs is the creation of the heavens and earth and what He has dispersed throughout them of creatures. And He, for gathering them when He wills, is competent.
Allahın göyləri və yeri xəlq etməsi, habelə, onların içində qəribə məxluqlar yayması, Onun qüdrətinə və vəhdaniyyətinə dəlalət edən dəlillərindəndir. Allah istədiyi vaxt yaratdıqlarını bir yerə toplamağa və haqq-hesab çəkməyə qadirdir. Onların ilk yaradılışında Ona heç nə mane olmadığı kimi, onları bir yerə topladıqda da, Ona heç nə mane ola bilməz.
42:30Page 486
وَمَآ أَصَٰبَكُم مِّن مُّصِيبَةٖ فَبِمَا كَسَبَتۡ أَيۡدِيكُمۡ وَيَعۡفُواْ عَن كَثِيرٖ ٣٠
And whatever strikes you of disaster - it is for what your hands have earned; but He pardons much.
Ey insanlar, başınıza gələn, yaxud malınıza toxunan hər bir müsibət öz əllərinizlə etdiyiniz asiliklər üzündəndir. Allah o günahların çoxunu sizə bağışlayır və buna görə sizi sorğu-sual etməyəcəkdir.
42:31Page 486
وَمَآ أَنتُم بِمُعۡجِزِينَ فِي ٱلۡأَرۡضِۖ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِيّٖ وَلَا نَصِيرٖ ٣١
And you will not cause failure [to Allāh]1 upon the earth. And you have not besides Allāh any protector or helper.
Rəbbiniz sizi cəzalandırmaq istəsə, siz qaçıb Ondan canınızı qurtara bilməzsiniz. Ondan başqa sizin nə işlərinizi yoluna qoyan bir haminiz olar, nə də Onun əzabını sizdən uzaqlaşdıracaq bir köməkçiniz.
42:32Page 487
وَمِنۡ ءَايَٰتِهِ ٱلۡجَوَارِ فِي ٱلۡبَحۡرِ كَٱلۡأَعۡلَٰمِ ٣٢
And of His signs are the ships in the sea, like mountains.
Dənizdə üzən dağlar kimi hündür və uca gəmilər də Allahın qüdrətinə və vəhdaniyyətinə dəlalət edən dəlillərindəndir.
42:33Page 487
إِن يَشَأۡ يُسۡكِنِ ٱلرِّيحَ فَيَظۡلَلۡنَ رَوَاكِدَ عَلَىٰ ظَهۡرِهِۦٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّكُلِّ صَبَّارٖ شَكُورٍ ٣٣
If He willed, He could still the wind, and they would remain motionless on its surface. Indeed in that are signs for everyone patient and grateful.
Əgər Allah gəmiləri aparan küləyi sakitləşdirmək istəsə, onu sakitləşdirər, onlar da, dənizdə hərəkətsiz qalarlar. Həqiqətən, gəmilərin qayırılmasında və küləklərin ram edilməsində, bəlalara və sınaqlara səbir edən və Allahın nemətlərinə şükür edən hər kəs üçün Allahın qüdrətini sübut edən aydın dəlillər vardır.
42:34Page 487
أَوۡ يُوبِقۡهُنَّ بِمَا كَسَبُواْ وَيَعۡفُ عَن كَثِيرٖ ٣٤
Or He could destroy them1 for what they earned; but He pardons much.
Yaxud, əgər pak və müqəddəs Allah, o gəmidəki insanların qazandıqları günahlardan dolayı qasırğa göndərib onları məhv etmək istəsə, onları məhv edər. Lakin O, Öz qullarının günahlarından çoxunu bağışlayır, o günahlara görə onları cəzalandırmır.
42:35Page 487
وَيَعۡلَمَ ٱلَّذِينَ يُجَٰدِلُونَ فِيٓ ءَايَٰتِنَا مَا لَهُم مِّن مَّحِيصٖ ٣٥
And [that is so] those who dispute concerning Our signs may know that for them there is no place of escape.
Allahın ayələrinin batil olduğunu sübut etmək üçün mübahisə edənlər (göndərdiyimiz) o qasırğanın gəmiləri batırdığını görəndə, özləri üçün bu bəladan qurtuluş yeri olmadığını biləcəklər. Onda onlar Allahdan başqasına dua etməyəcək, Allahdan savayı bütün tanrılarını tərk edəcəklər.
42:36Page 487
فَمَآ أُوتِيتُم مِّن شَيۡءٖ فَمَتَٰعُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۚ وَمَا عِندَ ٱللَّهِ خَيۡرٞ وَأَبۡقَىٰ لِلَّذِينَ ءَامَنُواْ وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ ٣٦
So whatever thing you have been given - it is but [for] enjoyment of the worldly life. But what is with Allāh is better and more lasting for those who have believed and upon their Lord rely
Ey insanlar, sizə verilən mal-dövlət, yaxud şan-şöhrət, yaxud övlad dünya həyatının keçici zövqüdür. Tükənməz nemətlər isə Allahın, Ona və Onun elçilərinə iman gətirən və bütün işlərində təkcə Rəbbinə etimad edən kimsələr üçün hazırladığı Cənnət nemətləridir.
42:37Page 487
وَٱلَّذِينَ يَجۡتَنِبُونَ كَبَٰٓئِرَ ٱلۡإِثۡمِ وَٱلۡفَوَٰحِشَ وَإِذَا مَا غَضِبُواْ هُمۡ يَغۡفِرُونَ ٣٧
And those who avoid the major sins and immoralities, and when they are angry, they forgive,
O kəslər ki, böyük günahlardan və murdar əməllərdən uzaq durur, birisinin onlara dediyi pis sözdən və ya etdiyi pis hərəkətdən qəzəbləndikləri zaman onun xətasını bağışlayır və buna görə onu cəzalandırmırlar. Əgər bu bağışlamada xeyir və məsləhət varsa, o halda bu mərhəmət onlar tərəfindən bir lütfdür.
42:38Page 487
وَٱلَّذِينَ ٱسۡتَجَابُواْ لِرَبِّهِمۡ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ وَأَمۡرُهُمۡ شُورَىٰ بَيۡنَهُمۡ وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ ٣٨
And those who have responded to their Lord and established prayer and whose affair is [determined by] consultation among themselves, and from what We have provided them, they spend,
O kəslər ki, Rəbbinin əmrlərini yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə Onun çağırışını qəbul edir, namazları kamil şəkildə yerinə yetirir, özlərinə aid olan işlər barədə öz aralarında məşvərət edir və onlara verdiyimiz ruzidən Allahın üzü xatirinə xərcləyirlər.
42:39Page 487
وَٱلَّذِينَ إِذَآ أَصَابَهُمُ ٱلۡبَغۡيُ هُمۡ يَنتَصِرُونَ ٣٩
And those who, when tyranny strikes them, they retaliate [in a just manner].1
O kəslər ki, zülmə məruz qaldıqda, öz mənliklərini və şərəflərini qorumaq üçün zalımdan - əgər onlara zülm etmiş adam bağışlanmağa layiq deyilsə - intiqam alırlar. Bu intiqam,əlbəttə ki, haqdır, xüsusilə də, əgər zalımı bağışlamaq məsləhət deyilsə.
42:40Page 487
وَجَزَٰٓؤُاْ سَيِّئَةٖ سَيِّئَةٞ مِّثۡلُهَاۖ فَمَنۡ عَفَا وَأَصۡلَحَ فَأَجۡرُهُۥ عَلَى ٱللَّهِۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلظَّٰلِمِينَ ٤٠
And the retribution for an evil act is an evil one like it, but whoever pardons and makes reconciliation - his reward is [due] from Allāh. Indeed, He does not like wrongdoers.
Hər kim özünə edilmiş pisliyin əvəzini çıxmaq istəsə, onun əvəzini çıxa bilər. Lakin (bir şərtlə ki,) o bunu heç bir şey artırmadan və ya həddi aşmadan yerinə yetirsin. Kim də özünə pislik edən kimsəni bağışlasa, onu cəzalandırmasa və qardaşı ilə öz arasında olan münasibəti düzəltsə, onun mükafatı Allah yanında olar. Həqiqətən, O, insanların özlərinə, yaxud mallarına, yaxud da namusuna təcavüz edən zalımları sevməz, əksinə, onlara qəzəblənər.
42:41Page 487
وَلَمَنِ ٱنتَصَرَ بَعۡدَ ظُلۡمِهِۦ فَأُوْلَٰٓئِكَ مَا عَلَيۡهِم مِّن سَبِيلٍ ٤١
And whoever retaliates after having been wronged - those have not upon them any cause [for blame].
Haqsızlığa məruz qaldıqdan sonra qisas alanlar, öz haqlarını aldıqlarına görə qınanmazlar.
42:42Page 487
إِنَّمَا ٱلسَّبِيلُ عَلَى ٱلَّذِينَ يَظۡلِمُونَ ٱلنَّاسَ وَيَبۡغُونَ فِي ٱلۡأَرۡضِ بِغَيۡرِ ٱلۡحَقِّۚ أُوْلَٰٓئِكَ لَهُمۡ عَذَابٌ أَلِيمٞ ٤٢
The cause is only against the ones who wrong the people and tyrannize upon the earth without right. Those will have a painful punishment.
Qınanılmağa və cəzalanldırılmağa yalnız o kəslər layiqdirlər ki, onlar insanlara zülm edir və yer üzündə asilik edirlər. Onlar üçün axirətdə ağrılı-acılı əzab vardır.
42:43Page 487
وَلَمَن صَبَرَ وَغَفَرَ إِنَّ ذَٰلِكَ لَمِنۡ عَزۡمِ ٱلۡأُمُورِ ٤٣
And whoever is patient and forgives - indeed, that is of the matters [worthy] of resolve.1
Hər kim başqasının əziyyətinə səbir edib onu əfv edərsə, şübhəsiz ki, bu səbir, ona və cəmiyyətə xeyir gətirər. Bu, elə bir təqdirəlayiq əməldir ki, buna yalnız böyük qismət sahibləri müvəffəq olar.
42:44Page 487
وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِن وَلِيّٖ مِّنۢ بَعۡدِهِۦۗ وَتَرَى ٱلظَّٰلِمِينَ لَمَّا رَأَوُاْ ٱلۡعَذَابَ يَقُولُونَ هَلۡ إِلَىٰ مَرَدّٖ مِّن سَبِيلٖ ٤٤
And he whom Allāh sends astray - for him there is no protector beyond Him. And you will see the wrongdoers, when they see the punishment, saying, "Is there for return [to the former world] any way?"
Allah kimi hidayətdən məhrum edib haqdan azdırarsa, bundan sonra ona yardım edəcək bir hamisi olmaz. Qiyamət günü sən, küfr və asilik etməklə özlərinə zülm edən kimsələrin əzabı gördükləri zaman təmənna edib: “Dünyaya qayıtmağa bir yol varmı, (qayıdıb) Allaha tövbə edək?” – dediklərini görəcəksən.
42:45Page 488
وَتَرَىٰهُمۡ يُعۡرَضُونَ عَلَيۡهَا خَٰشِعِينَ مِنَ ٱلذُّلِّ يَنظُرُونَ مِن طَرۡفٍ خَفِيّٖۗ وَقَالَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّ ٱلۡخَٰسِرِينَ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمۡ وَأَهۡلِيهِمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۗ أَلَآ إِنَّ ٱلظَّٰلِمِينَ فِي عَذَابٖ مُّقِيمٖ ٤٥
And you will see them being exposed to it [i.e., the Fire], humbled from humiliation, looking from [behind] a covert glance. And those who had believed will say, "Indeed, the [true] losers are the ones who lost themselves and their families on the Day of Resurrection. Unquestionably, the wrongdoers are in an enduring punishment."
Ey Peyğəmbər, o zalımlar zəlil və rəzil olduqları halda Cəhənnəmin qarşısına gətirildikləri zaman sən onların Cəhənnəmin qorxusundan başlarını aşağı salıb gözucu insanlara gizlin-gizlin baxdıqlarını görəcəksən. Allaha və Onun elçilərinə iman gətirənlər deyəcəklər: “Şübhəsiz ki, ziyana uğrayanlar qiyamət günü Allahın əzabına düçar olmaqla özlərini və ailələrini ziyana salanlardır”. Heç şübhəsiz ki, küfr və asilik etməklə özlərinə zülm edən kimsələr əbədi olaraq daimi əzab içində qalacaqlar.
42:46Page 488
وَمَا كَانَ لَهُم مِّنۡ أَوۡلِيَآءَ يَنصُرُونَهُم مِّن دُونِ ٱللَّهِۗ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِن سَبِيلٍ ٤٦
And there will not be for them any allies to aid them other than Allāh. And whoever Allāh sends astray - for him there is no way.
Qiyamət günü onları Allahın əzabından qurtarmaqla onlara kömək edəcək dostlar olmayacaq. Allah kimi haqdan azdırarsa, onun üçün heç vaxt haqqa yönəldən yol tapılmayacaq.
42:47Page 488
ٱسۡتَجِيبُواْ لِرَبِّكُم مِّن قَبۡلِ أَن يَأۡتِيَ يَوۡمٞ لَّا مَرَدَّ لَهُۥ مِنَ ٱللَّهِۚ مَا لَكُم مِّن مَّلۡجَإٖ يَوۡمَئِذٖ وَمَا لَكُم مِّن نَّكِيرٖ ٤٧
Respond to your Lord before a Day comes from Allāh of which there is no repelling. No refuge will you have that Day, nor for you will there be any denial.1
Ey insanlar, qiyamət günü gəlməmişdən əvvəl Rəbbinizin əmrlərini yerinə yetirib qadağan etdiyi əmllərdən çəkinməklə, yaxşı işlər görməyi sonraya saxlamamaqla, Onun çağırışına cavab verin! O gün ki, heç kəs onun gəlməsinin qarşısını ala bilməz. O gün sizin üçün heç bir sığınacaq yeri olmayacaq və siz dünyada ikən qazandığınız günahlarınızı da inkar edə bilməyəcəksiniz.
42:48Page 488
فَإِنۡ أَعۡرَضُواْ فَمَآ أَرۡسَلۡنَٰكَ عَلَيۡهِمۡ حَفِيظًاۖ إِنۡ عَلَيۡكَ إِلَّا ٱلۡبَلَٰغُۗ وَإِنَّآ إِذَآ أَذَقۡنَا ٱلۡإِنسَٰنَ مِنَّا رَحۡمَةٗ فَرِحَ بِهَاۖ وَإِن تُصِبۡهُمۡ سَيِّئَةُۢ بِمَا قَدَّمَتۡ أَيۡدِيهِمۡ فَإِنَّ ٱلۡإِنسَٰنَ كَفُورٞ ٤٨
But if they turn away - then We have not sent you, [O Muḥammad], over them as a guardian; upon you is only [the duty of] notification. And indeed, when We let man taste mercy from Us, he rejoices in it; but if evil afflicts him for what his hands have put forth, then indeed, man is ungrateful.
Ey Peyğəmbər, əgər onlar sənin onlara əmr etdiyindən üz döndərsələr, bil ki, Biz səni onların əməllərinə nəzarətçi təyin etməmişik. Sənin vəzifən ancaq sənə əmr olunanı təbliğ etməkdir. Onların haqq-hesabı isə Allaha aiddir. Biz insana Öz mərhəmətimizdən - var-dövlət, sağlamlıq və başqa bu kimi nemətlərdən daddırdıqda ona sevinər. İnsanlara öz günahları üzündən xoşlamadıqları bir müsibət üz verdikdə isə, insanın xislətcə Allaha qarşı nankor olduğunu, Ona şükr etmədiyini və Allahın Öz hikməti ilə yazdığı qədərə qəzəbləndiyi görərsən.
42:49–50Page 488
لِّلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ يَخۡلُقُ مَا يَشَآءُۚ يَهَبُ لِمَن يَشَآءُ إِنَٰثٗا وَيَهَبُ لِمَن يَشَآءُ ٱلذُّكُورَ ٤٩
To Allāh belongs the dominion of the heavens and the earth; He creates what He wills. He gives to whom He wills female [children], and He gives to whom He wills males.
أَوۡ يُزَوِّجُهُمۡ ذُكۡرَانٗا وَإِنَٰثٗاۖ وَيَجۡعَلُ مَن يَشَآءُ عَقِيمًاۚ إِنَّهُۥ عَلِيمٞ قَدِيرٞ ٥٠
Or He makes them [both] males and females, and He renders whom He wills barren. Indeed, He is Knowing and Competent.
Göylərin və yerin mülkü Allaha məxsusdur. O, kişi, qadın və s. istədiyini yaradır; kimisinə qız uşaqları verib və onu oğlan uşağından məhrum edir. Kimisinə oğlan uşaqları verib və onu qız uşağından məhrum edir. Kimisinə həm oğlan, həm də qız uşaqları bəxş edir. Kimisinə də sonsuzluq nəsib edir və onun heç bir uşağı olmaz. Həqiqətən də, Allah keçmişdə baş vermiş və gələcəkdə baş verəcək hər şeyi bilir. Bu da, Allahın elminin əhatəli və hikmətinin kamil olduğundan irəli gəlir. Heç bir şey Ondan gizli qalmaz və heç bir şey Onun istədiyinin qarşısını ala bilməz.
42:51Page 488
۞ وَمَا كَانَ لِبَشَرٍ أَن يُكَلِّمَهُ ٱللَّهُ إِلَّا وَحۡيًا أَوۡ مِن وَرَآيِٕ حِجَابٍ أَوۡ يُرۡسِلَ رَسُولٗا فَيُوحِيَ بِإِذۡنِهِۦ مَا يَشَآءُۚ إِنَّهُۥ عَلِيٌّ حَكِيمٞ ٥١
And it is not for any human being that Allāh should speak to him except by revelation or from behind a partition or that He sends a messenger [i.e., angel] to reveal, by His permission, what He wills. Indeed, He is Most High and Wise.
İnsana layiq olan budur ki, Allah onunla yalnız vəhy - ilham və s. vasitə ilə danışır, yaxud onunla danışdığı zaman insan Onu eşdiri, lakin Onu görmür, yaxud bir Cəbrail kimi bir elçi mələk göndərir və o da Allahın izni ilə Onun istədiyini bəşərdən olan elçiyə vəhy edir. Həqiqətən, pak və müqəddəs Allahın zatı və sifətləri ucadır, üstəlik, yaratmaq, qədəri yazmaq və şəri hökmləri təqdir etmə xüsusunda hikmət sahibidir.
42:52Page 489
وَكَذَٰلِكَ أَوۡحَيۡنَآ إِلَيۡكَ رُوحٗا مِّنۡ أَمۡرِنَاۚ مَا كُنتَ تَدۡرِي مَا ٱلۡكِتَٰبُ وَلَا ٱلۡإِيمَٰنُ وَلَٰكِن جَعَلۡنَٰهُ نُورٗا نَّهۡدِي بِهِۦ مَن نَّشَآءُ مِنۡ عِبَادِنَاۚ وَإِنَّكَ لَتَهۡدِيٓ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ٥٢
And thus We have revealed to you an inspiration of Our command [i.e., the Qur’ān]. You did not know what is the Book or [what is] faith, but We have made it a light by which We guide whom We will of Our servants. And indeed, [O Muḥammad], you guide to a straight path -
Ey Peyğəmbər! Biz səndən əvvəlki peyğəmbərlərə vəhy etdiyimiz kimi, sənə də Özümüzdən olan Quranı vəhy etdik. Bundan öncə sən elçilərə nazil edilmiş səmavi kitabların nə olduğunu, habelə, imanın nə olduğunu bilmirdin. Lakin Biz Quranı, qullarımızdan istədiyimizi doğru yola yönəltmək üçün bir nur olaraq nazil etdik. Həqiqətən, sən insanları doğru yola - İslamı dininə yönəldirsən.
42:53Page 489
صِرَٰطِ ٱللَّهِ ٱلَّذِي لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ أَلَآ إِلَى ٱللَّهِ تَصِيرُ ٱلۡأُمُورُ ٥٣
The path of Allāh, to whom belongs whatever is in the heavens and whatever is on the earth. Unquestionably, to Allāh do [all] matters evolve [i.e., return].
Allahın yoluna (yönəldirsən). O Allah ki, göylərdə və yerdə nə varsa - məxluqat, mülk və idarə etmək yalnız Ona məxsusdur. Heç şübhəsiz ki, bütün işlərin əzəli qədəri və onların yoluna qoyulması təkcə Allahın ixtiyarına qayıdır.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences