Al-MukhtasarAl‑Ma'idah · 5:110–120

Al-Mukhtasar · Tafsir · in Azerbaijani

Al-Ma'idah 5:110–120

5:110Page 126

إِذۡ قَالَ ٱللَّهُ يَٰعِيسَى ٱبۡنَ مَرۡيَمَ ٱذۡكُرۡ نِعۡمَتِي عَلَيۡكَ وَعَلَىٰ وَٰلِدَتِكَ إِذۡ أَيَّدتُّكَ بِرُوحِ ٱلۡقُدُسِ تُكَلِّمُ ٱلنَّاسَ فِي ٱلۡمَهۡدِ وَكَهۡلٗاۖ وَإِذۡ عَلَّمۡتُكَ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَٱلتَّوۡرَىٰةَ وَٱلۡإِنجِيلَۖ وَإِذۡ تَخۡلُقُ مِنَ ٱلطِّينِ كَهَيۡـَٔةِ ٱلطَّيۡرِ بِإِذۡنِي فَتَنفُخُ فِيهَا فَتَكُونُ طَيۡرَۢا بِإِذۡنِيۖ وَتُبۡرِئُ ٱلۡأَكۡمَهَ وَٱلۡأَبۡرَصَ بِإِذۡنِيۖ وَإِذۡ تُخۡرِجُ ٱلۡمَوۡتَىٰ بِإِذۡنِيۖ وَإِذۡ كَفَفۡتُ بَنِيٓ إِسۡرَٰٓءِيلَ عَنكَ إِذۡ جِئۡتَهُم بِٱلۡبَيِّنَٰتِ فَقَالَ ٱلَّذِينَ كَفَرُواْ مِنۡهُمۡ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ مُّبِينٞ ١١٠

[The Day] when Allāh will say, "O Jesus, Son of Mary, remember My favor upon you and upon your mother when I supported you with the Pure Spirit [i.e., the angel Gabriel] and you spoke to the people in the cradle and in maturity; and [remember] when I taught you writing and wisdom and the Torah and the Gospel; and when you designed from clay [what was] like the form of a bird with My permission, then you breathed into it, and it became a bird with My permission; and you healed the blind [from birth] and the leper with My permission; and when you brought forth the dead with My permission; and when I restrained the Children of Israel from [killing] you when you came to them with clear proofs and those who disbelieved among them said, "This is not but obvious magic."

Bir zaman Allah İsaya - aleyhissəlam - xitab edərək belə dediyini xatırla: "Ey Mər­yəm oğlu İsa! Mən səni atasız xəlq etdiyim zaman sənə olan və ana­n Məryəmi - aleyhəssəlam - seçib öz dövründəki bütün qadınlardan üstün etdiyim nemətimi xatırla! Səni o za­man Cəbrail - aleyhissəlam - vasitəsi ilə qüv­vətləndirərək sənə bəxş etdiyim nemətimi xatırla! Sən həm - südəmər ikən - insanları Allaha dəvət edərək, həm də yet­kin ça­ğında səni onlara göndərdiyim dini da­nı­şırdın. Allahın sə­nə yazmağı, Musaya - aleyhissəlam -nazil etdiyi Töv­ratı, sənə nazil edilən İncili, sənə şəriətin sirlərini, faydalarını və hikmətlərini öyrət­məsi sənə olan nemətindəndir. Sənin palçıqdan quşa bənzər bir şey düzəl­dib sonra ona üfü­rüb onun quş olması, ana­dangəlmə kora, cüzam xəs­tə­li­yinə tutu­lanı dərisini sa­ğaldıb şəfa verməyin və ölü­lərin dirilməsi üçün Allaha dua etdərək onları diriltməyin sənə olan nemətimdəndir. Bunların hamısı Mənim iznimlədir. Sən İs­rail oğul­la­rı­nın yanına açıq-ay­dın möcüzələrlə gəldik­də onların səni öldürmək istədikləri zaman Allahın səni onlardan qoruması Onun sənə olan nemətindəndir. On­lar­ isə bunu inkar edərək: "İsanın gətirdiyi açıq-aydın sehrdən baş­qa bir şey deyildir"- demiş­di­lər.

5:111Page 126

وَإِذۡ أَوۡحَيۡتُ إِلَى ٱلۡحَوَارِيِّـۧنَ أَنۡ ءَامِنُواْ بِي وَبِرَسُولِي قَالُوٓاْ ءَامَنَّا وَٱشۡهَدۡ بِأَنَّنَا مُسۡلِمُونَ ١١١

And [remember] when I inspired to the disciples, "Believe in Me and in My messenger [i.e., Jesus]." They said, "We have believed, so bear witness that indeed we are Muslims [in submission to Allāh]."

Bir zaman Mən həvari­lə­rə, Mə­nə və sənə iman gətirsinlər, deyə ilham edərək onları sənə köməkçilər müyəssər etdiyim nemətimi yadına sal! Onlar da tabe olaraq: "İman gətirdik. Ey Rəbbimiz! Sən də şahid ol ki, biz Sənə boyun əyən müsəlman­la­rıq!"– cavab verdilər.

5:112Page 126

إِذۡ قَالَ ٱلۡحَوَارِيُّونَ يَٰعِيسَى ٱبۡنَ مَرۡيَمَ هَلۡ يَسۡتَطِيعُ رَبُّكَ أَن يُنَزِّلَ عَلَيۡنَا مَآئِدَةٗ مِّنَ ٱلسَّمَآءِۖ قَالَ ٱتَّقُواْ ٱللَّهَ إِن كُنتُم مُّؤۡمِنِينَ ١١٢

[And remember] when the disciples said, "O Jesus, Son of Mary, can your Lord1 send down to us a table [spread with food] from the heaven?" [Jesus] said, "Fear Allāh, if you should be believers."

Bir zaman həvarilərin: "Əgər Rəbbinə dua etsən O, bizə göy­dən bir süfrə en­dirə bilərmi?"– dediklərini yadına sal. İsa da - aleyhissəlam - on­la­ra Allahdan qorxmağı və istədiklərini tələb etməkdən əl çəkmələrini əmr edərək de­miş­dir: "Əgər mömin­sinizsə, ruzi tələb etməkdə Rəbbinizə təvəkkül edin!"

5:113Page 126

قَالُواْ نُرِيدُ أَن نَّأۡكُلَ مِنۡهَا وَتَطۡمَئِنَّ قُلُوبُنَا وَنَعۡلَمَ أَن قَدۡ صَدَقۡتَنَا وَنَكُونَ عَلَيۡهَا مِنَ ٱلشَّٰهِدِينَ ١١٣

They said, "We wish to eat from it and let our hearts be reassured and know that you have been truthful to us and be among its witnesses."

Həvarilər İsaya - aleyhissəlam - demişdilər: "Biz is­təyirik ki, o süfrədən yeyək, Allahın qüdrətinin kamilliyinə, sənin Allahı elçisi olduğuna qəlbimiz ra­hat ol­sun, sənin Allahdan gətirdiyini həqiqətən də bizə doğru söy­lədiyini tam yəqinliklə bilək və o möcü­zəni görməyən insanlar yanında şa­hid­lik edənlərdən olaq".

5:114Page 127

قَالَ عِيسَى ٱبۡنُ مَرۡيَمَ ٱللَّهُمَّ رَبَّنَآ أَنزِلۡ عَلَيۡنَا مَآئِدَةٗ مِّنَ ٱلسَّمَآءِ تَكُونُ لَنَا عِيدٗا لِّأَوَّلِنَا وَءَاخِرِنَا وَءَايَةٗ مِّنكَۖ وَٱرۡزُقۡنَا وَأَنتَ خَيۡرُ ٱلرَّٰزِقِينَ ١١٤

Said Jesus, the son of Mary, "O Allāh, our Lord, send down to us a table [spread with food] from the heaven to be for us a festival for the first of us and the last of us and a sign from You. And provide for us, and You are the best of providers."

İsa - aleyhissəlam - onların tələbinə cavab verdi və Allaha: "Ey Rəbbi­miz! Bi­zə yemək süfrə en­dir. Biz də Sənə şükür əlaməti olaraq onu endirdiyin günü həm təzim, həm də, bizə və bizdən sonra gələnlər üçün bayram edək və bu süfrə həm Sənin tək İlah olduğuna, həm də gətirdiyim dəlillərin doğru olduğuna dəlalət edən açığ-aydın bir əlamət olsun. Bizə, Sənə ibadət etməyə yardım edən ruzi ver, ey Rəbbimiz! Sən ruzi verənlərin ən yax­şı­sı­san!"– deyərək dua etdi.

5:115Page 127

قَالَ ٱللَّهُ إِنِّي مُنَزِّلُهَا عَلَيۡكُمۡۖ فَمَن يَكۡفُرۡ بَعۡدُ مِنكُمۡ فَإِنِّيٓ أُعَذِّبُهُۥ عَذَابٗا لَّآ أُعَذِّبُهُۥٓ أَحَدٗا مِّنَ ٱلۡعَٰلَمِينَ ١١٥

Allāh said, "Indeed, I will send it down to you, but whoever disbelieves afterwards from among you - then indeed will I punish him with a punishment by which I have not punished anyone among the worlds."

Allah İsanın - aleyhissəlam - duasına cavab verərək belə buyurdu: "Mən sizin tələbinizi nəzərə alıb o süfrəni si­zə endi­rəcəyəm. Lakin bun­dan son­­ra ara­nız­dan kimsə kafir olarsa, öz nəfsindən başqa heç kəsi qınamasın. O açıq-aydın möcüzəyə şahid olduqları üçün, ona heç kəsə ver­mədi­yim şiddətli bir əzabı verərəm. Çünki onun etdiyi küfr, Allahı inkar edərək küfrdür". Beləliklədə Allah onlara verdiyi vədi tutdu və onlara həmən süfrəni nazil etdi.

5:116Page 127

وَإِذۡ قَالَ ٱللَّهُ يَٰعِيسَى ٱبۡنَ مَرۡيَمَ ءَأَنتَ قُلۡتَ لِلنَّاسِ ٱتَّخِذُونِي وَأُمِّيَ إِلَٰهَيۡنِ مِن دُونِ ٱللَّهِۖ قَالَ سُبۡحَٰنَكَ مَا يَكُونُ لِيٓ أَنۡ أَقُولَ مَا لَيۡسَ لِي بِحَقٍّۚ إِن كُنتُ قُلۡتُهُۥ فَقَدۡ عَلِمۡتَهُۥۚ تَعۡلَمُ مَا فِي نَفۡسِي وَلَآ أَعۡلَمُ مَا فِي نَفۡسِكَۚ إِنَّكَ أَنتَ عَلَّٰمُ ٱلۡغُيُوبِ ١١٦

And [beware the Day] when Allāh will say, "O Jesus, Son of Mary, did you say to the people, 'Take me and my mother as deities besides Allāh?'" He will say, "Exalted are You! It was not for me to say that to which I have no right. If I had said it, You would have known it. You know what is within myself, and I do not know what is within Yourself. Indeed, it is You who is Knower of the unseen.

Qiyamət günü Allah Məryəm oğlu İsaya - aleyihssəlam - xitab edərək: "Ey Mər­­yəm oğlu İsa! Sən in­san­­la­ra: "Allahı qo­yub məni və anamı iki məbud qəbul edin!"– demiş­din, deyəcəyini yadına sal?!" İsa - aleyihssəlam - Rəbbini bundan uca tutaraq cavabında deyəcək: "Onlara haqdan başqa bir şe­yi demək mənə yaraşmaz. Əgər bu­nu demiş ol­saydım, əl­bət­tə, Sən onu bi­lər­din. Çünki Sənə heç bir şey gizli qalmaz. Sən mənim qəl­bim­də olan­ları bilirsən, mən isə Sə­nin Özün­də olanları bil­mirəm. Şüb­hə­siz ki, qeybdə, gizlində və zahirdə olan hər bir şeyi bilən tək Sən­sən!

5:117Page 127

مَا قُلۡتُ لَهُمۡ إِلَّا مَآ أَمَرۡتَنِي بِهِۦٓ أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ رَبِّي وَرَبَّكُمۡۚ وَكُنتُ عَلَيۡهِمۡ شَهِيدٗا مَّا دُمۡتُ فِيهِمۡۖ فَلَمَّا تَوَفَّيۡتَنِي كُنتَ أَنتَ ٱلرَّقِيبَ عَلَيۡهِمۡۚ وَأَنتَ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ ١١٧

I said not to them except what You commanded me - to worship Allāh, my Lord and your Lord. And I was a witness over them as long as I was among them; but when You took me up, You were the Observer over them, and You are, over all things, Witness.

İsa - aleyihssəlam - Rəbbinə dedi: "Mən insanlara ancaq Sə­nin mənə əmr etdiyini, onların yalnız Sənə ibadət etmələri əmrinidən başqa bir şey deməmişəm. Mən onların arasında olduğum müddətcə, dediklərinə şahid idim. Ey Rəbbim! Sən mə­ni diri ikən göyə qaldıraraq, onların ara­sından olmağıma son qoyduqdan son­ra əməllərinə nəzarət edən Özün ol­dun. Sən hər şeyə şahidsən. Sənə heç bir şey gizlində qalmaz. Mənim onlara dediyim və onların məndən sonra dedikləri səndən gizli qalmaz.

5:118Page 127

إِن تُعَذِّبۡهُمۡ فَإِنَّهُمۡ عِبَادُكَۖ وَإِن تَغۡفِرۡ لَهُمۡ فَإِنَّكَ أَنتَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ١١٨

If You should punish them - indeed they are Your servants; but if You forgive them - indeed it is You who is the Exalted in Might, the Wise."

Ey Rəbb! Əgər onlara əzab ver­sən, sözsüz ki, onlar Sənin qul­la­rın­dır, onlara istədiyini edə bilərsən. Əgər onlardan Sənə iman gətirənləri bağışla­san, bu işdə heç kəs Sənə mane ola bilməz. Sən məğlub edilməz qüdrət­ sahibisən və işlərində müd­rik­sən!

5:119Page 127

قَالَ ٱللَّهُ هَٰذَا يَوۡمُ يَنفَعُ ٱلصَّٰدِقِينَ صِدۡقُهُمۡۚ لَهُمۡ جَنَّٰتٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۖ رَّضِيَ ٱللَّهُ عَنۡهُمۡ وَرَضُواْ عَنۡهُۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ ١١٩

Allāh will say, "This is the Day when the truthful will benefit from their truthfulness." For them are gardens [in Paradise] beneath which rivers flow, wherein they will abide forever, Allāh being pleased with them, and they with Him. That is the great attainment.

Allah İsaya - aleyihssəlam - dedi: "Bu, doğru da­nışan­la­ra niyyətlərinin, əməllərinin və sözlərinin doğruluqları fay­da ve­rəcəyi bir gün­dür! On­ları ağacları və qəsrləri altından çay­lar axan, için­də əbədi qala­caq­ları Cən­nətlər gözləyir. Onlar orada ölməzlər. Allah on­­lardan razı­dır, heç vaxt onlara qəzəblənməz. Onlara əbəbi nemətlər bəxş etdiyi üçün onlar da Allahdan razıdır­lar. Bu, mükafat və razılıq, heç bir uğurun ona bərabər ola bilməyəcəyi böyük uğur­dur.

5:120Page 127

لِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا فِيهِنَّۚ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرُۢ ١٢٠

To Allāh belongs the dominion of the heavens and the earth and whatever is within them. And He is over all things competent.

Göylərin və yerin hökm­ranlığı yalnız Allaha məxsusdur. Bunların hər ikisini yaradan və idarə edən Allahdır. Onların arasında olan bütün məxluqat Onun mülküdür. O, hər şeyə qadirdir. Heç bir şey Onu aciz edə bilməz.

Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences

Contents

Ayat al-Kursi36Al-Kahfpage 42juz 15Bukhari 1Muslim 2999

Style

Theme
Text size
Layout

Читать на русском