Al-Mukhtasar · Tafsir · in Azerbaijani
Al-Ma'idah 5:53–109
5:53Page 117
وَيَقُولُ ٱلَّذِينَ ءَامَنُوٓاْ أَهَٰٓؤُلَآءِ ٱلَّذِينَ أَقۡسَمُواْ بِٱللَّهِ جَهۡدَ أَيۡمَٰنِهِمۡ إِنَّهُمۡ لَمَعَكُمۡۚ حَبِطَتۡ أَعۡمَٰلُهُمۡ فَأَصۡبَحُواْ خَٰسِرِينَ ٥٣
And those who believe will say,1 "Are these the ones who swore by Allāh their strongest oaths that indeed they were with you?" Their deeds have become worthless, and they have become losers.
Möminlər bu münafiqlərin halından təəccüb edərək deyəcəklər: "Ey Möminlər! İmanda, köməkdə və dostluqda sizinlə bir yerdə olacaqlarına dair möhkəm and içənlər bunlardırmı?!" Onların əməlləri batil oldu, məqsədləri boşa çıxdığı və onlara cəhənnəm əzabı hazırlandığı üçün ziyana uğrayanlardan oldular.
5:54Page 117
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ مَن يَرۡتَدَّ مِنكُمۡ عَن دِينِهِۦ فَسَوۡفَ يَأۡتِي ٱللَّهُ بِقَوۡمٖ يُحِبُّهُمۡ وَيُحِبُّونَهُۥٓ أَذِلَّةٍ عَلَى ٱلۡمُؤۡمِنِينَ أَعِزَّةٍ عَلَى ٱلۡكَٰفِرِينَ يُجَٰهِدُونَ فِي سَبِيلِ ٱللَّهِ وَلَا يَخَافُونَ لَوۡمَةَ لَآئِمٖۚ ذَٰلِكَ فَضۡلُ ٱللَّهِ يُؤۡتِيهِ مَن يَشَآءُۚ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌ ٥٤
O you who have believed, whoever of you should revert from his religion - Allāh will bring forth [in place of them] a people He will love and who will love Him [who are] humble toward the believers, strong against the disbelievers; they strive in the cause of Allāh and do not fear the blame of a critic. That is the favor of Allāh; He bestows it upon whom He wills. And Allāh is all-Encompassing and Knowing.
Ey iman gətirənlər! Sizlərdən kim dinindən dönüb, küfrə qayıdarsa, bilsin ki, Allah onların əvəzinə dinlərində sabitqədəm olduqlarına görə, Allah onları, onlar da Allahı sevən, möminlərə qarşı mərhəmətli, kafirlərə qarşı isə çox şiddətli olan, Allahın kəlməsi uca oldun deyə Allah yolunda malları və canları ilə cihad edən və Allahın razılığını bütün məxluqatın razılığından önə çəkdiyi üçün tənə edənin tənəsindən qorxmayan bir qövüm gətirər. Bu, Allahın qullarından istədiynə bəxş etdiyi bir ətasıdır. Allah geniş lütf və ehsan sahibidir. Allah kimin Onun lütfünə layiq olduğunu bilib, ona Öz lütfündən bəxş edər, kim də buna layiq olmazsa, onu Öz lütfündən məhrum edər.
5:55Page 117
إِنَّمَا وَلِيُّكُمُ ٱللَّهُ وَرَسُولُهُۥ وَٱلَّذِينَ ءَامَنُواْ ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَهُمۡ رَٰكِعُونَ ٥٥
Your ally is none but Allāh and [therefore] His Messenger and those who have believed - those who establish prayer and give zakāh, and they bow [in worship].
Yəhudilər, nəsranilər və onlardan başqa olan kafirlər sizin dostunuz deyildir. Əksinə sizin dostunuz və haminiz yalnız Allah, Onun rəsulu və Allaha zəlil halda boyun əyərək namazı kamil şəkildə qılan və mallarının zəkatını verən möminlərdir.
5:56Page 117
وَمَن يَتَوَلَّ ٱللَّهَ وَرَسُولَهُۥ وَٱلَّذِينَ ءَامَنُواْ فَإِنَّ حِزۡبَ ٱللَّهِ هُمُ ٱلۡغَٰلِبُونَ ٥٦
And whoever is an ally of Allāh and His Messenger and those who have believed - indeed, the party of Allāh - they will be the predominant.
Kim Allahı, Onun rəsulunu - səllallahu aleyhi və səlləm - və möminləri onlara yardım etməklə özünə dost tutarsa, o, Allahın firqəsindəndir. Bilin ki, Allahın firqəsi məhz onlar qələbə çalanlardırlar, çünki onların yardımçısı Allahdır.
5:57Page 117
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّخِذُواْ ٱلَّذِينَ ٱتَّخَذُواْ دِينَكُمۡ هُزُوٗا وَلَعِبٗا مِّنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ مِن قَبۡلِكُمۡ وَٱلۡكُفَّارَ أَوۡلِيَآءَۚ وَٱتَّقُواْ ٱللَّهَ إِن كُنتُم مُّؤۡمِنِينَ ٥٧
O you who have believed, take not those who have taken your religion in ridicule and amusement among the ones who were given the Scripture before you nor the disbelievers as allies. And fear Allāh, if you should [truly] be believers.
Ey iman gətirənlər! Sizdən əvvəl Kitab verilən yəhudilərdən, nəsranilərdən və müşriklərdən dininizə istehza edib, onu oyun-oyuncaq hesab edənləri özünüzə yaxın dost və ya sirdaş tutmayın. Əgər Allaha və sizə nazil etdiyinə iman gətirmisinizsə, Allahın sizi onlarla dostluq etmək qadağasından çəkinməklə Ondan qorxun.
5:58Page 118
وَإِذَا نَادَيۡتُمۡ إِلَى ٱلصَّلَوٰةِ ٱتَّخَذُوهَا هُزُوٗا وَلَعِبٗاۚ ذَٰلِكَ بِأَنَّهُمۡ قَوۡمٞ لَّا يَعۡقِلُونَ ٥٨
And when you call to prayer, they take it in ridicule and amusement. That is because they are a people who do not use reason.
Allaha yaxınlaşdıran ən əzəmətli əməl, namaz üçün azan verdiyiniz zaman onlar bunu məsxərəyə qoyub oyun-oyuncaq sayarlar. Bu, Allahın insanlar üçün qoyduğu şəriətin və ibadətin həqiqi mənasını dərk etməyən bir qövüm olduqlarına görədir.
5:59Page 118
قُلۡ يَٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ هَلۡ تَنقِمُونَ مِنَّآ إِلَّآ أَنۡ ءَامَنَّا بِٱللَّهِ وَمَآ أُنزِلَ إِلَيۡنَا وَمَآ أُنزِلَ مِن قَبۡلُ وَأَنَّ أَكۡثَرَكُمۡ فَٰسِقُونَ ٥٩
Say, "O People of the Scripture, do you resent us except [for the fact] that we have believed in Allāh and what was revealed to us and what was revealed before and because most of you are defiantly disobedient?"
Ey Peyğəmbər! İstehza edən Kitab əhlinə de: "Siz bizi Allaha, bizə nazil edilənə və bizdən əvvəl nazil edilənlərə iman gətirdiyimiz üçün və sizin əksəriyyətinizin Allaha imanı və Onun əmrlərinə tabe olmağı tərk edib, Allaha itaət etməkdən xaric olduğunuza inandığımıza görə bizə eyib edirsiniz? Sizin bizə eyibiniz, bizim üçün məzəmmət deyil, əksinə bu bizə şərəfdir".
5:60Page 118
قُلۡ هَلۡ أُنَبِّئُكُم بِشَرّٖ مِّن ذَٰلِكَ مَثُوبَةً عِندَ ٱللَّهِۚ مَن لَّعَنَهُ ٱللَّهُ وَغَضِبَ عَلَيۡهِ وَجَعَلَ مِنۡهُمُ ٱلۡقِرَدَةَ وَٱلۡخَنَازِيرَ وَعَبَدَ ٱلطَّٰغُوتَۚ أُوْلَٰٓئِكَ شَرّٞ مَّكَانٗا وَأَضَلُّ عَن سَوَآءِ ٱلسَّبِيلِ ٦٠
Say, "Shall I inform you of [what is] worse than that1 as penalty from Allāh? [It is that of] those whom Allāh has cursed and with whom He became angry and made of them apes and pigs and slaves of ṭāghūt.2 Those are worse in position and further astray from the sound way."
Ey Peyğəmbər! De: "Cəza etibarilə bundan daha çox ayıb tutulmağa və daha şiddətli əzaba olanı sizə xəbər verimmi? Bu, Allahın Öz rəhmətindən qovduğu və qəzəbinə düçar olduğu, özlərini meymunlara və donuzlara döndərdiyi, üstəlik, tağuta ibadət edənlərə çevirdiyi ata-babalarıdır. Tağut: Allahdan başqa ibadət olunan və o da ona olunan ibadətdən razı qalan hər bir şeyə deyilir. Belə kimsələr, Qiyamət günü yeri daha pis olan və doğru yoldan daha çox azanlardır!"
5:61Page 118
وَإِذَا جَآءُوكُمۡ قَالُوٓاْ ءَامَنَّا وَقَد دَّخَلُواْ بِٱلۡكُفۡرِ وَهُمۡ قَدۡ خَرَجُواْ بِهِۦۚ وَٱللَّهُ أَعۡلَمُ بِمَا كَانُواْ يَكۡتُمُونَ ٦١
And when they come to you, they say, "We believe." But they have entered with disbelief [in their hearts], and they have certainly left with it. And Allāh is most knowing of what they were concealing.
Ey Möminlər! Münafiqlər sizin yanınıza gəldikdə, onlardan bəziləri qəlblərindəki nifaq üzündən sizə özlərinin iman gətirdiklərini büruzə verirlər. Amma həqiqət budur ki, onlar sizin yanınıza girdikdə də, sizin yanınızdan çıxdıqda da, küfrlə girib elə küfrlə də çıxmışdılar. Allah onların sizə özlərini iman əhli kimi göstərib, qəlblərində isə küfrü gizlətdiklərini daha yaxşı bilir və onlara bu əməllərinin cəzasını verəcəkdir.
5:62Page 118
وَتَرَىٰ كَثِيرٗا مِّنۡهُمۡ يُسَٰرِعُونَ فِي ٱلۡإِثۡمِ وَٱلۡعُدۡوَٰنِ وَأَكۡلِهِمُ ٱلسُّحۡتَۚ لَبِئۡسَ مَا كَانُواْ يَعۡمَلُونَ ٦٢
And you see many of them hastening into sin and aggression and the devouring of [what is] unlawful. How wretched is what they have been doing.
Ey Peyğəmbər! Yəhudi və münafiqlərdən bir çoxunu yalan danışmaqa, haqsız yerə başqalarına zülm etməyə və insanların mallarını haram yollarla mənimsəyərək günahlar işləməyə tələsən görərsən. Onların gördükləri iş necə də pisdir!
5:63Page 118
لَوۡلَا يَنۡهَىٰهُمُ ٱلرَّبَّٰنِيُّونَ وَٱلۡأَحۡبَارُ عَن قَوۡلِهِمُ ٱلۡإِثۡمَ وَأَكۡلِهِمُ ٱلسُّحۡتَۚ لَبِئۡسَ مَا كَانُواْ يَصۡنَعُونَ ٦٣
Why do the rabbis and religious scholars not forbid them from saying what is sinful and devouring what is unlawful? How wretched is what they have been practicing.
Məgər onların imamları və elm adamları onları yalan sözlər danışmaqdan, yalan şahidlik etməkdən və insanların mallarını haram yollarla yeməkdən çəkindirə bilmirdilərmi? Onların imamlarının və elm adamlarının onları gördükləri əməllərdən çəkindirməməsi necə də pis bir işdir!
5:64Page 118
وَقَالَتِ ٱلۡيَهُودُ يَدُ ٱللَّهِ مَغۡلُولَةٌۚ غُلَّتۡ أَيۡدِيهِمۡ وَلُعِنُواْ بِمَا قَالُواْۘ بَلۡ يَدَاهُ مَبۡسُوطَتَانِ يُنفِقُ كَيۡفَ يَشَآءُۚ وَلَيَزِيدَنَّ كَثِيرٗا مِّنۡهُم مَّآ أُنزِلَ إِلَيۡكَ مِن رَّبِّكَ طُغۡيَٰنٗا وَكُفۡرٗاۚ وَأَلۡقَيۡنَا بَيۡنَهُمُ ٱلۡعَدَٰوَةَ وَٱلۡبَغۡضَآءَ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِۚ كُلَّمَآ أَوۡقَدُواْ نَارٗا لِّلۡحَرۡبِ أَطۡفَأَهَا ٱللَّهُۚ وَيَسۡعَوۡنَ فِي ٱلۡأَرۡضِ فَسَادٗاۚ وَٱللَّهُ لَا يُحِبُّ ٱلۡمُفۡسِدِينَ ٦٤
And the Jews say, "The hand of Allāh is chained."1 Chained are their hands, and cursed are they for what they say. Rather, both His hands are extended; He spends however He wills. And that which has been revealed to you from your Lord will surely increase many of them in transgression and disbelief. And We have cast among them animosity and hatred until the Day of Resurrection. Every time they kindled the fire of war [against you], Allāh extinguished it. And they strive throughout the land [causing] corruption, and Allāh does not like corrupters.
Yəhudilərə çətinlik və quraqlıq baş verdikdə dedilər: "Allahın əli xeyir və əta bəxş etməkdən bağlıdır, Özündə olandan biz vermir!" Agah olun ki, dedikləri bu sözə görə onların öz əlləri xeyir əməl görməkdən və əta etməkdən bağlandı və Allahın rəhmətindən qovuldular! Əksinə, Uca və Pak olan Allahın hər iki əli xeyir və əta bəxş etməklə açıqdır, O, istədiyi kimi sərf edir. Allah istədiyi bəndənin ruzisini bol edir, istədiyinikini də azaldır. Onu bu işdən mane olan və ya məcbur edən kimsə yoxdur. Ey Peyğəmbər! Yəhudilər qəlblərindəki həsəd üzündən sənə nazil edilən onların hədlərini aşmağı və küfrünü artırar. Biz yəhudi tayfalrının arasına ədavət və kin saldıq. Onlar hər dəfə müharibə üçün cəm olud, döyüş hazırlığı gördükdə yaxud müharibə alovunu yandırmaq istədikdə, Allah onların toplumunu dağıtmış, qüvvələrini isə məhv etmişdir. Onlar daima İslamı məhv edib ona qarşı hiylə işlətməyə çalışaraq yer üzündə fitnə-fəsad törətməyə səy göstərərlər. Allah isə fitnəkarları sevməz!
5:65Page 119
وَلَوۡ أَنَّ أَهۡلَ ٱلۡكِتَٰبِ ءَامَنُواْ وَٱتَّقَوۡاْ لَكَفَّرۡنَا عَنۡهُمۡ سَيِّـَٔاتِهِمۡ وَلَأَدۡخَلۡنَٰهُمۡ جَنَّٰتِ ٱلنَّعِيمِ ٦٥
And if only the People of the Scripture had believed and feared Allāh, We would have removed from them their misdeeds and admitted them to Gardens of Pleasure.
Əgər yəhudi və nəsranilər Muhəmmədin - sallallahu aleyhi və səlləm - gətirdiyinə iman gətirib, günahlardan çəkinərək Allahdan qorxsaydılar, əlbəttə, Biz, onların günahlarını hətta çox olsa belə bağışlayardıq və Qiyamət günü onları Nəim cənnətlərinə daxil edərdik və onlar orada əbədi olan nemətlətdən qidalanardılar.
5:66Page 119
وَلَوۡ أَنَّهُمۡ أَقَامُواْ ٱلتَّوۡرَىٰةَ وَٱلۡإِنجِيلَ وَمَآ أُنزِلَ إِلَيۡهِم مِّن رَّبِّهِمۡ لَأَكَلُواْ مِن فَوۡقِهِمۡ وَمِن تَحۡتِ أَرۡجُلِهِمۚ مِّنۡهُمۡ أُمَّةٞ مُّقۡتَصِدَةٞۖ وَكَثِيرٞ مِّنۡهُمۡ سَآءَ مَا يَعۡمَلُونَ ٦٦
And if only they had upheld [the law of] the Torah, the Gospel, and what has been revealed to them from their Lord [i.e., the Qur’ān], they would have consumed [provision] from above them and from beneath their feet.1 Among them are a moderate [i.e., acceptable] community, but many of them - evil is that which they do.
Əgər yəhudilər Tövratda, nəsranilər İncildə olana və Quranda özlərinə nazil edilənin hamısına əməl etsəydilər, yağışı yağdırmaqla və yerdən bitki yetişdirməklə sizə ruzi qapılarını asanlaşdırardım. Kitab əhlindən haqq üzərində sabit qalıb orta yol tutan bir zümrə vardır. Lakin onların çoxunun imanı olmadığı üçün əməllərini zay etdilər.
5:67Page 119
۞ يَٰٓأَيُّهَا ٱلرَّسُولُ بَلِّغۡ مَآ أُنزِلَ إِلَيۡكَ مِن رَّبِّكَۖ وَإِن لَّمۡ تَفۡعَلۡ فَمَا بَلَّغۡتَ رِسَالَتَهُۥۚ وَٱللَّهُ يَعۡصِمُكَ مِنَ ٱلنَّاسِۗ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡكَٰفِرِينَ ٦٧
O Messenger, announce that which has been revealed to you from your Lord, and if you do not, then you have not conveyed His message. And Allāh will protect you from the people. Indeed, Allāh does not guide the disbelieving people.
Ey Rəsul! Rəbbindən sənə nazil ediləni kamil şəkildə xəbət ver və ondan heç bir şey gizlətmə! Əgər sən ondan nəsə gizlətsən, o zaman Rəbbinin risalətini çatdırmış olmazsan. (Artıq Peyğəmbər - sallallahu aleyhi və səlləm - Rəbbinin ona nazil etdiyi hər bir şeyi insanlara çatdırmışdır. Kim bunun əksini idda edərsə, bilsin ki, o, Allah adından böyük yalan danışmışdır). Bu gündən etibarən Allah səni insanlardan qoruyacaq, bunda sonra onlar sənə heç bir zərər yetirə bilməyəcəklər. Sənə vacib olan isə haqqı çatdırmaqdır. Allah haqq yola yönəlmək istəməyən kafirləri doğru yola müvəffəq etməz.
5:68Page 119
قُلۡ يَٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لَسۡتُمۡ عَلَىٰ شَيۡءٍ حَتَّىٰ تُقِيمُواْ ٱلتَّوۡرَىٰةَ وَٱلۡإِنجِيلَ وَمَآ أُنزِلَ إِلَيۡكُم مِّن رَّبِّكُمۡۗ وَلَيَزِيدَنَّ كَثِيرٗا مِّنۡهُم مَّآ أُنزِلَ إِلَيۡكَ مِن رَّبِّكَ طُغۡيَٰنٗا وَكُفۡرٗاۖ فَلَا تَأۡسَ عَلَى ٱلۡقَوۡمِ ٱلۡكَٰفِرِينَ ٦٨
Say, "O People of the Scripture, you are [standing] on nothing until you uphold [the law of] the Torah, the Gospel, and what has been revealed to you from your Lord [i.e., the Qur’ān]." And that which has been revealed to you from your Lord will surely increase many of them in transgression and disbelief. So do not grieve over the disbelieving people.
Ey Peyğəmbər! De: "Ey Yəhudi və nəsranilər! Tövratda, İncildə olana və ona iman gətirmədikcə imanınız səhih olmayan Quranda sizə nazil edilənə əməl etmədikcə, siz mötədil bir din üzərində deyilsiniz". Əlbəttə, Rəbbindən sənə nazil edilən Quran, Kitab əhlinin qəlblərindəki həsəd üzündən bir çoxunun tüğyanını və küfrünü daha da artıracaqdır. Sən isə bu kafirlər üçün heyifsilənmə. Sənin ardınca gələn möminlər bəs edərlər.
5:69Page 119
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَٱلَّذِينَ هَادُواْ وَٱلصَّٰبِـُٔونَ وَٱلنَّصَٰرَىٰ مَنۡ ءَامَنَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَعَمِلَ صَٰلِحٗا فَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ ٦٩
Indeed, those who have believed [in Prophet Muḥammad (ﷺ)] and those [before him (ﷺ)] who were Jews or Sabeans or Christians - those [among them] who believed in Allāh and the Last Day and did righteousness - no fear will there be concerning them, nor will they grieve.1
Həqiqətən, möminlərdən, yəhudlərdən, bəzi peyğəmbərlərin ardıncılları olan sabiilərdən və nəsranilərdən Allaha və axirət gününə iman gətirib yaxşı işlər görənlərin qiyamət günü heç bir qorxusu olmayacaqdır və onlar dünyada ikən əldə edə bilmədikləri dünya nemətlərinə görə kədərlənməyəcəklər.
5:70Page 119
لَقَدۡ أَخَذۡنَا مِيثَٰقَ بَنِيٓ إِسۡرَٰٓءِيلَ وَأَرۡسَلۡنَآ إِلَيۡهِمۡ رُسُلٗاۖ كُلَّمَا جَآءَهُمۡ رَسُولُۢ بِمَا لَا تَهۡوَىٰٓ أَنفُسُهُمۡ فَرِيقٗا كَذَّبُواْ وَفَرِيقٗا يَقۡتُلُونَ ٧٠
We had already taken the covenant of the Children of Israel and had sent to them messengers. Whenever there came to them a messenger with what their souls did not desire, a party [of messengers] they denied, and another party they killed.
Biz İsrail oğullarından, eşidib itaət etmələrinə dair möhkəm əhd aldıq. Onlara Allahın şəriətini təbliğ etmək üçün peyğəmbərlər göndərdik. Lakin onlar bu əhdi pozdular və peyğəmbərlərin onlara gətirdiklərindən üz çevirib öz istəklərinin ardınca gedərək peyğəmbərlərin bir qismini yalançı hesab etdilər, bir qismini də öldürdülər.
5:71Page 120
وَحَسِبُوٓاْ أَلَّا تَكُونَ فِتۡنَةٞ فَعَمُواْ وَصَمُّواْ ثُمَّ تَابَ ٱللَّهُ عَلَيۡهِمۡ ثُمَّ عَمُواْ وَصَمُّواْ كَثِيرٞ مِّنۡهُمۡۚ وَٱللَّهُ بَصِيرُۢ بِمَا يَعۡمَلُونَ ٧١
And they thought there would be no [resulting] punishment, so they became blind and deaf. Then Allāh turned to them in forgiveness; then [again] many of them became blind and deaf. And Allāh is Seeing of what they do.
Onlar əhd-peymanı pozmalarının, peyğəmbərləri yalan saymalarının və onları öldürmələrinin onlara heç bir zərəri olmayacağını güman etdilər, amma onların başına gözləmədikləri iş gəldi. Beləliklə də haqqı görməkdən gözləri kor oldu, onlar haqqa yönələ bilməz və haqqı eşitməkdən qulaqları kar oldu, haqqı eşidib onu qəbul edə bilməzlər. Sonra Allah onlara lütf edərək tövbələrini qəbul etdi. Bundan sonra onlar yenə də haqqı görməkdən kor və onu eşitməkdən kar oldular. Bu hal onların bir çoxu tərəfindən baş verdi. Allah onların nə etdiklərini görür. Onların əməllərindən Allaha heç nə gizlin qalmaz və O, hər bir kəsin əməlinin müqabilini verəcəkdir.
5:72Page 120
لَقَدۡ كَفَرَ ٱلَّذِينَ قَالُوٓاْ إِنَّ ٱللَّهَ هُوَ ٱلۡمَسِيحُ ٱبۡنُ مَرۡيَمَۖ وَقَالَ ٱلۡمَسِيحُ يَٰبَنِيٓ إِسۡرَٰٓءِيلَ ٱعۡبُدُواْ ٱللَّهَ رَبِّي وَرَبَّكُمۡۖ إِنَّهُۥ مَن يُشۡرِكۡ بِٱللَّهِ فَقَدۡ حَرَّمَ ٱللَّهُ عَلَيۡهِ ٱلۡجَنَّةَ وَمَأۡوَىٰهُ ٱلنَّارُۖ وَمَا لِلظَّٰلِمِينَ مِنۡ أَنصَارٖ ٧٢
They have certainly disbelieved who say, "Allāh is the Messiah, the son of Mary" while the Messiah has said, "O Children of Israel, worship Allāh, my Lord and your Lord." Indeed, he who associates others with Allāh - Allāh has forbidden him Paradise, and his refuge is the Fire. And there are not for the wrongdoers any helpers.
Həqiqətən, "Allah Məryəm oğlu İsa Məsihdir" – deyən nasranilər, ilahlığı Allahdan qeyrisinə nisbət etdikləri üçün artıq kafir oldular. Baxmayaraq ki, Məryəm oğlu İsa Məsih elə özü onlara demişdir: "Ey İsrail oğulları! Tək Allaha ibadət edin, O, mənim də, sizin də Rəbbinizdir. Biz Ona ibadət etməkdə hamımız eyni səviyyədəyik. Allah, Ona başqasını şərik qoşan kimsəyə əbədi olaraq Cənnətə daxil olmasını haram edər, onun məskunlaşacağı yer Cəhənnəm odudur. Onun Allah yanında nə bir yardımçısı olar, nə də onu gözləyən əzabdan xilas edən bir köməkçisi".
5:73Page 120
لَّقَدۡ كَفَرَ ٱلَّذِينَ قَالُوٓاْ إِنَّ ٱللَّهَ ثَالِثُ ثَلَٰثَةٖۘ وَمَا مِنۡ إِلَٰهٍ إِلَّآ إِلَٰهٞ وَٰحِدٞۚ وَإِن لَّمۡ يَنتَهُواْ عَمَّا يَقُولُونَ لَيَمَسَّنَّ ٱلَّذِينَ كَفَرُواْ مِنۡهُمۡ عَذَابٌ أَلِيمٌ ٧٣
They have certainly disbelieved who say, "Allāh is the third of three."1 And there is no god except one God. And if they do not desist from what they are saying, there will surely afflict the disbelievers among them a painful punishment.
Həqiqətən "Allah üç ilahdan ibarətdir. Bunlar: Ata, oğul və müqəddəs ruhdur!"– deyən nəsranilər artıq kafir oldular. Allah onların söylədiklərindən uzaqdır, çox ucadır. Allah bir neçə sayda deyil, yalnız O, tək bir İlahdır və Onun heç bir şəriki yoxdur. Əgər onlar söylədikləri bu çirkin sözə son qoymasalar, mütləq ağrılı-acılı əzaba düçar olacaqlar.
5:74Page 120
أَفَلَا يَتُوبُونَ إِلَى ٱللَّهِ وَيَسۡتَغۡفِرُونَهُۥۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ ٧٤
So will they not repent to Allāh and seek His forgiveness? And Allāh is Forgiving and Merciful.
Məgər onlar bu sözü söyləməyə son qoyaraq, Allaha tövbə edib, Ona şərik qoşduqları üçün Allahdan bağışlanma diləməyəcəklər?! Allah, günahından aslı olmayaraq bütün tövbə edənləri, hətta Allaha küfr olsa belə, bağışlayandır və möminlərə qarşı rəhmlidir.
5:75Page 120
مَّا ٱلۡمَسِيحُ ٱبۡنُ مَرۡيَمَ إِلَّا رَسُولٞ قَدۡ خَلَتۡ مِن قَبۡلِهِ ٱلرُّسُلُ وَأُمُّهُۥ صِدِّيقَةٞۖ كَانَا يَأۡكُلَانِ ٱلطَّعَامَۗ ٱنظُرۡ كَيۡفَ نُبَيِّنُ لَهُمُ ٱلۡأٓيَٰتِ ثُمَّ ٱنظُرۡ أَنَّىٰ يُؤۡفَكُونَ ٧٥
The Messiah, son of Mary, was not but a messenger; [other] messengers have passed on before him. And his mother was a supporter of truth. They both used to eat food.1 Look how We make clear to them the signs; then look how they are deluded.
Məryəm oğlu İsa Məsih - aleyhissalam - göndərilən elçilərdən yalnız bir elçidir, o da özündən əvvəlki, elçilər kimi ölümə məhkumdur. Onun anası Məryəm - aleyhəssalam - isə Allaha sidq ürəkdən çox inanan bir qadın idi. Onların hər ikisi də ehtiyacı üzündən yemək yeyirdi. Yeməyə ehtiyaci olan bu iki kimsə necə ilah ola bilər axı?! Ey Peyğəmbər! Bax gör, Biz Allahın təkliyinə dəlalət edən ayələri və onların Allahdan qeyrisinə ilahlığ nisbət etmələrinin batil olmasını onlara necə bəyan edirik, lakin onlar bununla yanaşı yenə də bu ayələri inkar edirlər. Sonra bir daha bax gör Allahın təkliyinə dəlalət edən açıq-aydın ayələrin olması ilə yanaşı necə də onlar haqqda döndərilirlər.
5:76Page 120
قُلۡ أَتَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَمۡلِكُ لَكُمۡ ضَرّٗا وَلَا نَفۡعٗاۚ وَٱللَّهُ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ٧٦
Say, "Do you worship besides Allāh that which holds for you no [power of] harm or benefit while it is Allāh who is the Hearing, the Knowing?"
Ey Peyğəmbər! Onların Allahdan qeyrisinə etdikləri ibadətin batil olduğunu onlara isbat edərək de: "Sizə nə bir fayda, nə də bir zərər verə bilməyənəmi ibadət edirsiniz?! Onlar sizə fayda və ya zərər verməkdən acizdirlər. Allah isə acizlikdən münəzzəhdir, Allah sözlərinizi eşidəndir, dediyiniz sözlərdən hər hansı biri Allaha qizlin qalmaz. Allah etdiyiniz əməlləridə biləndir, əməllərinizdən də Ona heç bir şey gizli qalmaz. Allah, etdiyiniz əməllərin müqabilini sizə verəcəkdir.
5:77Page 121
قُلۡ يَٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لَا تَغۡلُواْ فِي دِينِكُمۡ غَيۡرَ ٱلۡحَقِّ وَلَا تَتَّبِعُوٓاْ أَهۡوَآءَ قَوۡمٖ قَدۡ ضَلُّواْ مِن قَبۡلُ وَأَضَلُّواْ كَثِيرٗا وَضَلُّواْ عَن سَوَآءِ ٱلسَّبِيلِ ٧٧
Say, "O People of the Scripture, do not exceed limits in your religion beyond the truth and do not follow the inclinations of a people who had gone astray before and misled many and have strayed from the soundness of the way."
Ey Peyğəmbər! Nəsranilərə de: "Əmr olunduğunuz haqqa tabe olmaqda həddinizi aşmayın. Həm özləri haqq yoldan azmış, həm də ki, bir çoxlarını azdırmış azğın ata-babalarınızın ardınca getdiyinizə görə, Peyğəmbərlər kimi təzim etməyi əmr ounduğunuz şəxsləri təzim etməkdə ifrata varıb, Məryəm oğlu İsaya etdiyiniz kimi onların da ilah olduğunu etiqad etməyin".
5:78Page 121
لُعِنَ ٱلَّذِينَ كَفَرُواْ مِنۢ بَنِيٓ إِسۡرَٰٓءِيلَ عَلَىٰ لِسَانِ دَاوُۥدَ وَعِيسَى ٱبۡنِ مَرۡيَمَۚ ذَٰلِكَ بِمَا عَصَواْ وَّكَانُواْ يَعۡتَدُونَ ٧٨
Cursed were those who disbelieved among the Children of Israel by the tongue of David and of Jesus, the son of Mary. That was because they disobeyed and [habitually] transgressed.
Pak olan Allah, Davuda nazil etdiyi Kitabda - Zəburda və Məryəm oğlu İsaya nazil etdiyi Kitabda - İncildə İsrail oğullarından kafir olanları Öz rəhmətindən qovduğunu xəbər vermişdir. Onların Allahın rəhmətdən qovulma səbəbi, onların asi olduqlarına və Allahın qoyduğu hədləri aşdıqlarına görə idi.
5:79Page 121
كَانُواْ لَا يَتَنَاهَوۡنَ عَن مُّنكَرٖ فَعَلُوهُۚ لَبِئۡسَ مَا كَانُواْ يَفۡعَلُونَ ٧٩
They used not to prevent one another from wrongdoing that they did. How wretched was that which they were doing.
Onlar bir-birlərini etdikləri günahlardan çəkindirmirdilər. Əksinə, onlardan günah edən asi kimsələr, onları bu əməllərdən çəkindirən olmadığı üçün, etdikləri günahları və pislikləri insanlar arasında açıq-aşkarda edirdilər. Pis əməllərdən çəkindirmədikləri üçün onların etdikləri necə də pisdir!
5:80Page 121
تَرَىٰ كَثِيرٗا مِّنۡهُمۡ يَتَوَلَّوۡنَ ٱلَّذِينَ كَفَرُواْۚ لَبِئۡسَ مَا قَدَّمَتۡ لَهُمۡ أَنفُسُهُمۡ أَن سَخِطَ ٱللَّهُ عَلَيۡهِمۡ وَفِي ٱلۡعَذَابِ هُمۡ خَٰلِدُونَ ٨٠
You see many of them becoming allies of those who disbelieved [i.e., the polytheists]. How wretched is that which they have put forth for themselves in that Allāh has become angry with them, and in the punishment they will abide eternally.
Ey Peyğəmbər! Sən bu yəhudilərdən kafir olanların əksəriyyətinin kafirləri sevib onlara meyil etdiyinə şahidsən. Onlar sənə və tövhid əhlinə qarşı düşmənçilik edirlər. Onların kafirləri özlərinə dost tutmaları necə də pisdir! Çünki onların bu əməli, Allahın onlara qəzəblənməsinə və özlərinin əzab içində əbədi qalacaqları və bir daha oradan çıxmayacaqları oda daxil olmasına səbəbdir.
5:81Page 121
وَلَوۡ كَانُواْ يُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلنَّبِيِّ وَمَآ أُنزِلَ إِلَيۡهِ مَا ٱتَّخَذُوهُمۡ أَوۡلِيَآءَ وَلَٰكِنَّ كَثِيرٗا مِّنۡهُمۡ فَٰسِقُونَ ٨١
And if they had believed in Allāh and the Prophet and in what was revealed to him, they would not have taken them as allies; but many of them are defiantly disobedient.
Əgər bu yəhudilər Allaha və peyğəmbərinə - səllallahu aleyhi və səlləm - həqiqi iman gətirsəydilər, heç vaxt müşrikləri özlərinə dost tutub, onları sevib və onlara meyil etməzdilər. Çünki yəhudilər kafirləri özlərinə dost tutmaqdan qadağan edilmişdir. Lakin bu yəhudilərin əksəriyyəti Allahın itaətindən çıxmış və möminlərə qarşı düşmənşilik edən kimsələrdir.
5:82Page 121
۞ لَتَجِدَنَّ أَشَدَّ ٱلنَّاسِ عَدَٰوَةٗ لِّلَّذِينَ ءَامَنُواْ ٱلۡيَهُودَ وَٱلَّذِينَ أَشۡرَكُواْۖ وَلَتَجِدَنَّ أَقۡرَبَهُم مَّوَدَّةٗ لِّلَّذِينَ ءَامَنُواْ ٱلَّذِينَ قَالُوٓاْ إِنَّا نَصَٰرَىٰۚ ذَٰلِكَ بِأَنَّ مِنۡهُمۡ قِسِّيسِينَ وَرُهۡبَانٗا وَأَنَّهُمۡ لَا يَسۡتَكۡبِرُونَ ٨٢
You will surely find the most intense of the people in animosity toward the believers [to be] the Jews and those who associate others with Allāh; and you will find the nearest of them in affection to the believers those who say, "We are Christians." That is because among them are priests and monks and because they are not arrogant.
Ey Peyğəmbər! Yəhudilərin qəlblərindəki kin, paxıllıq, kibr üzündən, həmçinin Allaha şərik qoşaraq bütlərə və s. əşyalara ibadət edən müşriklərin sənə iman gətirən kimsələrə və sənin gətirdiyin dinə qarşı düşmənçilik edən insanların ən şiddətlisi olduğunu görəcəksən. Özləri barədə: "Biz nəsranilərik!"– deyənləri isə sevgi baxımından sənə iman gətirən kimsələrə və sənin gətirdiyin dinə ən yaxın olduğunu görəcəksən. Onların möminlərə olan sevgisinin səbəbi, aralarında alimlərin və abidlərin olması və özlərinin təkəbbürlükdən uzaq təvazökar olmasına görədir, çünki xeiyr təkəbbürlük edən kimsənin qəlbinə çatmaz.
5:83Page 122
وَإِذَا سَمِعُواْ مَآ أُنزِلَ إِلَى ٱلرَّسُولِ تَرَىٰٓ أَعۡيُنَهُمۡ تَفِيضُ مِنَ ٱلدَّمۡعِ مِمَّا عَرَفُواْ مِنَ ٱلۡحَقِّۖ يَقُولُونَ رَبَّنَآ ءَامَنَّا فَٱكۡتُبۡنَا مَعَ ٱلشَّٰهِدِينَ ٨٣
And when they hear what has been revealed to the Messenger, you see their eyes overflowing with tears because of what they have recognized of the truth. They say, "Our Lord, we have believed, so register us among the witnesses.
Nəcaşi və onun havadarları kimi insanların qəlbləri yumşaq insanlardır. Çünki onlar, Qurandan nazil edilən ayələri eşitdikdə İsaya - aleyhisssəlam - nazil edilən İncildən xəbərləri olduqları üçün, Quranın Allahdan olduğunu bildiklərinə görə Allah qorxusundan ağlayaraq: "Ey Rəbbimiz! Biz Sənin rəsulun Muhəmmədə - sallallahu aleyhi və səlləm - nazil etdiyinə iman gətirdik. Ey Rəbbimiz! Bizi Qiyamət günü insanlara dəlil olacaq Muhəmmədin - sallallahu aleyhi və səlləm - ümməti ilə birgə olanlarla bir yerə yaz!" deyərlər.
5:84Page 122
وَمَا لَنَا لَا نُؤۡمِنُ بِٱللَّهِ وَمَا جَآءَنَا مِنَ ٱلۡحَقِّ وَنَطۡمَعُ أَن يُدۡخِلَنَا رَبُّنَا مَعَ ٱلۡقَوۡمِ ٱلصَّٰلِحِينَ ٨٤
And why should we not believe in Allāh and what has come to us of the truth? And we aspire that our Lord will admit us [to Paradise] with the righteous people."
Bizə Allaha və Muhəmmədin - sallallahu aleyhi və səlləm - gətirdiyi haqdan nazil edilənə iman etməyə mane olan səbəb nədir?! Axı biz, peyğəmbərlərlə və onların Allaha itaət edib Onun əzabından qorxan ardıcılları ilə birlikdə Cənnətə daxil olacağımıza ümid edirik.
5:85Page 122
فَأَثَٰبَهُمُ ٱللَّهُ بِمَا قَالُواْ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ وَذَٰلِكَ جَزَآءُ ٱلۡمُحۡسِنِينَ ٨٥
So Allāh rewarded them for what they said1 with gardens [in Paradise] beneath which rivers flow, wherein they abide eternally. And that is the reward of doers of good.
Allah onların imanlarına və haqqı etiraf etiklərinə görə, onları ağacları və qəsrləri altından çaylar axan, içində əbədi qalacaqları cənnətlərlə mükafatlandırdı. Haqqa tabe olub, heç bir qeydsiz və şərtsiz ona boyun əyənlərin mükafatı budur.
5:86Page 122
وَٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَآ أُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡجَحِيمِ ٨٦
But those who disbelieved and denied Our signs - they are the companions of Hellfire.
Allahı və Onun elçisini - səllallahu aleyhi və səlləm - inkar edən, üstəlik, elçisinə nazil etdiyi Allahın ayələrin təkzib edənlər isə içində əbədi qalacaqları, alovlanan Cəhənnəm sakinləridirlər.
5:87Page 122
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تُحَرِّمُواْ طَيِّبَٰتِ مَآ أَحَلَّ ٱللَّهُ لَكُمۡ وَلَا تَعۡتَدُوٓاْۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلۡمُعۡتَدِينَ ٨٧
O you who have believed, do not prohibit the good things which Allāh has made lawful to you and do not transgress. Indeed, Allāh does not like transgressors.
Ey iman gətirənlər! Yeməklərdən, içkilərdən və nikahlardan təmiz və pak olanını haram etməyin, Allahın sizə bəxş etdiyi bu nemətləri zahidlik edərək və ya ibadət məqsədi ilə özünüzə haram etməyin və Allahın sizə haram etdiyi hüdudları aşmayın. Həqiqətən, Allah, Onun hüdudlarını aşanları sevmər, əksinə bunu edənlərə qəzəblənər.
5:88Page 122
وَكُلُواْ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ حَلَٰلٗا طَيِّبٗاۚ وَٱتَّقُواْ ٱللَّهَ ٱلَّذِيٓ أَنتُم بِهِۦ مُؤۡمِنُونَ ٨٨
And eat of what Allāh has provided for you [which is] lawful and good. And fear Allāh, in whom you are believers.
Qəsb edərək haram yolla əldə etdiyiniz və ya təmiz olmayan və s. bu kimi qidalarla deyil, Allahın sizə Öz ruzisindən əta etdiyi nemətlərin halal və pak olanından yeyin və iman gətirdiyiniz Allahın əmrlərini yerinə yetirib və qadağanlarından çəkinməklə Ondan qorxun. Çünki Allaha iman gətirməniz Ondan qorxmağı tələb edir.
5:89Page 122
لَا يُؤَاخِذُكُمُ ٱللَّهُ بِٱللَّغۡوِ فِيٓ أَيۡمَٰنِكُمۡ وَلَٰكِن يُؤَاخِذُكُم بِمَا عَقَّدتُّمُ ٱلۡأَيۡمَٰنَۖ فَكَفَّٰرَتُهُۥٓ إِطۡعَامُ عَشَرَةِ مَسَٰكِينَ مِنۡ أَوۡسَطِ مَا تُطۡعِمُونَ أَهۡلِيكُمۡ أَوۡ كِسۡوَتُهُمۡ أَوۡ تَحۡرِيرُ رَقَبَةٖۖ فَمَن لَّمۡ يَجِدۡ فَصِيَامُ ثَلَٰثَةِ أَيَّامٖۚ ذَٰلِكَ كَفَّٰرَةُ أَيۡمَٰنِكُمۡ إِذَا حَلَفۡتُمۡۚ وَٱحۡفَظُوٓاْ أَيۡمَٰنَكُمۡۚ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمۡ ءَايَٰتِهِۦ لَعَلَّكُمۡ تَشۡكُرُونَ ٨٩
Allāh will not impose blame upon you for what is meaningless1 in your oaths, but He will impose blame upon you for [breaking] what you intended of oaths. So its expiation2 is the feeding of ten needy people from the average of that which you feed your [own] families or clothing them or the freeing of a slave. But whoever cannot find [or afford it] - then a fast of three days [is required]. That is the expiation for oaths when you have sworn. But guard your oaths.3 Thus does Allāh make clear to you His verses [i.e., revealed law] that you may be grateful.
Ey Möminlər! Allah sizi qəsdiniz olmadan dilinizdən çıxan andlara görə hesaba çəkməz, lakin O, sizi qəsdlə qəlbinizdən gələn içdiyiniz andı pozduğunuza görə hesaba çəkəcəkdir. Qəsdən and içdikdən sonra andınızı pozsanız, üç şeydən istədiyiniz hər hansı birin etməklə pozduğunuz andın günahını yuyua bilərsiniz, bunlar: yaşadığınız yerdə insanların yediyi orta hesabı dəyərində hər miskinə yarım saa miqdarında yemək yedizdirməklə on miskini yedizdirmək yaxud insanların adətində paltar adlanan geyimlə onları geyindirmək və yaxud da bir mömin qul azad etməkdir. Andını pozmuş şəxs kəffarə vermək üçün bu üç şeydən hər hansı birini tapmazsa, o zaman həmin şəxs onu əvəzinə üç gün oruc tutmalıdır. Ey Möminlər! Bu, Allaha and içib sonra pozduğunuz andlarınızın kəffarəsidir. Yalandan və çox sayda Allaha and içməkdən çəkinərək andlarınızı qoruyun, andı xeyir səbəbdən pozmaq istisna olmaqla, içdiyiniz anda vəfalı olun, xeyir işlər görün və andlarınızın kəffarəsini verin! Allah sizə andın kəffarəsini bəyan etdiyi kimi, Öz halal və haram hökmlərinidə sizə bu cür bəyan edir ki, bilmədiklərinizi sizə öyrətdiyi üçün bəlkə Allaha şükür edəsiniz.
5:90Page 123
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّمَا ٱلۡخَمۡرُ وَٱلۡمَيۡسِرُ وَٱلۡأَنصَابُ وَٱلۡأَزۡلَٰمُ رِجۡسٞ مِّنۡ عَمَلِ ٱلشَّيۡطَٰنِ فَٱجۡتَنِبُوهُ لَعَلَّكُمۡ تُفۡلِحُونَ ٩٠
O you who have believed, indeed, intoxicants, gambling, [sacrificing on] stone alters [to other than Allāh], and divining arrows are but defilement from the work of Satan, so avoid1 it that you may be successful.
Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, hər iki tərəfdən əvəz ödənilən qumar da, müşriklərin təzim edərək yanında qurban kəsdikləri, yaxud tapınmaq məqsədilə dik qoyduqları daşlar da, qeybdən xəbər əldə etmək məqsədi ilə istifadə etdikləri fal oxları da, bunların hamısı şeytanın gözəl göstərdiyi günah əməllərdir. Bu əməllərdən çəkinin ki, bəlkə dünyada xoş bir həyata, axirətdə isə Cənnət nemetinə nail olasınız.
5:91Page 123
إِنَّمَا يُرِيدُ ٱلشَّيۡطَٰنُ أَن يُوقِعَ بَيۡنَكُمُ ٱلۡعَدَٰوَةَ وَٱلۡبَغۡضَآءَ فِي ٱلۡخَمۡرِ وَٱلۡمَيۡسِرِ وَيَصُدَّكُمۡ عَن ذِكۡرِ ٱللَّهِ وَعَنِ ٱلصَّلَوٰةِۖ فَهَلۡ أَنتُم مُّنتَهُونَ ٩١
Satan only wants to cause between you animosity and hatred through intoxicants and gambling and to avert you from the remembrance of Allāh and from prayer. So will you not desist?
Həqiqətən, şeytan sərxoşedici içkini və qumarı gözəl göstərməklə qəlblər arasında ədavət və kin salmaq, Allahı zikir etməkdən və namaz qılmaqdan yayındırmaq istəyər. Ey Möminlər! Siz bu pis əməlləri tərk edəcəksinizmi?! Şübhə yoxdur ki, sizə layiq olan, bu əməlləri tərk etmənizdir. Elə isə bu əməlləri tərk edin!
5:92Page 123
وَأَطِيعُواْ ٱللَّهَ وَأَطِيعُواْ ٱلرَّسُولَ وَٱحۡذَرُواْۚ فَإِن تَوَلَّيۡتُمۡ فَٱعۡلَمُوٓاْ أَنَّمَا عَلَىٰ رَسُولِنَا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ ٩٢
And obey Allāh and obey the Messenger and beware. And if you turn away - then know that upon Our Messenger is only [the responsibility for] clear notification.
Şəriətin əmrini yerinə yetirərək, qadağan etdiyindən çəkinərək Allaha və Onun rəsuluna - səllalllahu aleyhi və səlləm - itaət edin və müxalif olmaqdan çəkinin! Əgər bundan üz çevirsəniz, bilin ki, rəsulumuzun öhdəsinə düşən Allahın ona əmr etdiyini çatdırmaqdır, o da artıq bunu çatdırmışdır. Bundan sonra haqq yola gəlməyinniz, özünüz üçündür, pislik etməyiniz də, özünüz üçündür.
5:93Page 123
لَيۡسَ عَلَى ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ جُنَاحٞ فِيمَا طَعِمُوٓاْ إِذَا مَا ٱتَّقَواْ وَّءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ ثُمَّ ٱتَّقَواْ وَّءَامَنُواْ ثُمَّ ٱتَّقَواْ وَّأَحۡسَنُواْۚ وَٱللَّهُ يُحِبُّ ٱلۡمُحۡسِنِينَ ٩٣
There is not upon those who believe and do righteousness [any] blame concerning what they have eaten [in the past] if they [now] fear Allāh and believe and do righteous deeds, and then fear Allāh and believe, and then fear Allāh and do good; and Allāh loves the doers of good.
Allaha iman gətirib Ona yaxınlaşmaq məqsədi ilə saleh işlər görənlərə, haramlardan çəkinib, Allahın onlara qəzəblənməsindən qorxub, Allaha iman gətirdikləri, yaxşı əməllər etdikləri, sonra da Allahdan qorxaraq sanki Onu görürmüş kimi Ona ibadət etdikləri təqdirdə haram edilməzdən əvvəl daddıqları şəraba görə heç bir günah sayılmaz. Allah, Onu görürmüş kimi Ona ibadət edənləri, onlar daima Allahın onları gördüyünü hiss etdikləri üçün sevər. Çünki Allahı görürmüş kimi ibadət etmək, mömini əməlini daha yaxşı və dəqiq etməyə sövq edər.
5:94Page 123
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَيَبۡلُوَنَّكُمُ ٱللَّهُ بِشَيۡءٖ مِّنَ ٱلصَّيۡدِ تَنَالُهُۥٓ أَيۡدِيكُمۡ وَرِمَاحُكُمۡ لِيَعۡلَمَ ٱللَّهُ مَن يَخَافُهُۥ بِٱلۡغَيۡبِۚ فَمَنِ ٱعۡتَدَىٰ بَعۡدَ ذَٰلِكَ فَلَهُۥ عَذَابٌ أَلِيمٞ ٩٤
O you who have believed, Allāh will surely test you through something of the game that your hands and spears [can] reach, that Allāh may make evident those who fear Him unseen. And whoever transgresses after that - for him is a painful punishment.
Ey iman gətirənlər! Allah, Öz qulları arasında kimlərin Allahın elminə kamil şəkildə iman gətirdiyinə görə, Allahı görmədən Ondan qorxan və etdiyi əməllərinin hamısından xəbərdar olan Xaliqindən həzər edib, quruda ov ovlamaqdan çəkinəcək kimsələri tanımaq – onları üzə çıxarmaq, sonra da (Qiyamət günü) haqq-hesaba çəkmək – üçün, siz ehramda ikən, quruda ovlanan – kiçiyini əlinizlə tuta biləcəyiniz, böyüyünü də, nizələrinizlə vura biləcəyiniz – ov heyvanlarını sizə tərəf yönəltməklə sizi sınağa çəkəcək. Hər kim həcc və ya ümrə ziyarətinə niyyət edib ehrama girdikdən sonra həddi aşıb, quruda ov edərsə, Allahın qadağan etdiyi bir əməli etdiyinə görə, Qiyamət günü ağrılı-acılı əzaba düçar olar.
5:95Page 123
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَقۡتُلُواْ ٱلصَّيۡدَ وَأَنتُمۡ حُرُمٞۚ وَمَن قَتَلَهُۥ مِنكُم مُّتَعَمِّدٗا فَجَزَآءٞ مِّثۡلُ مَا قَتَلَ مِنَ ٱلنَّعَمِ يَحۡكُمُ بِهِۦ ذَوَا عَدۡلٖ مِّنكُمۡ هَدۡيَۢا بَٰلِغَ ٱلۡكَعۡبَةِ أَوۡ كَفَّٰرَةٞ طَعَامُ مَسَٰكِينَ أَوۡ عَدۡلُ ذَٰلِكَ صِيَامٗا لِّيَذُوقَ وَبَالَ أَمۡرِهِۦۗ عَفَا ٱللَّهُ عَمَّا سَلَفَۚ وَمَنۡ عَادَ فَيَنتَقِمُ ٱللَّهُ مِنۡهُۚ وَٱللَّهُ عَزِيزٞ ذُو ٱنتِقَامٍ ٩٥
O you who have believed, do not kill game while you are in the state of iḥrām.1 And whoever of you kills it intentionally - the penalty is an equivalent from sacrificial animals to what he killed, as judged by two just men among you as an offering [to Allāh] delivered to the Kaʿbah, or an expiation: the feeding of needy people or the equivalent of that in fasting, that he may taste the consequence of his matter [i.e., deed]. Allāh has pardoned what is past; but whoever returns [to violation], then Allāh will take retribution from him. And Allāh is Exalted in Might and Owner of Retribution.2
Ey iman gətirənlər! Həcc və ya ümrə ziyarətində ehramda olarkən quru ovunu öldürməyin. Sizlərdən kim onu qəsdən öldürərsə, öldürdüyü ovun cəzası olaraq dəvə yaxud inək yaxud qoyun mislində bir qurbanlıq heyvan əvəz ödəməkdir. Bunu müsəlmanlar arasında ədalətli insan kimi tanınan, iki kişi qərar verməli, onlar necə qərar verərlərsə, elə də edilməli, sonra da həmin qurbanlıq heyvan Kəbəyə göndərilib, Haram bölgəsində kəsilməli, yaxud həmin heyvanın qiyməti dəyərində yemək olaraq Haram bölgəsində fəqirləri, hər bir fəqirə yarım saa miqdarında olmaqla yemək yedirtməli, yaxud hər bir yarım saa yeməyin əvəzinə oruc tutmalıdır. Bunların hamısı ov edən kimsənin etdiyi günahın əzabını dadması üçündür. Allah Haram hüdudları daxilində ov etməyi və haram edilməzdən əvvəl ehramda ikən quru ovunu ovlamaq günahını bağışlamışdır. Hər kim haram edildikdən sonra yenə bu günaha qayıdarsa Allah ona əzab verməklə intiqam alacaqdır. Allah qüvvətlidir, Ona mane olan heç bir qüvvə yoxdur. Allahın istədiyi zaman Ona asi olan kimsədən intiqam alması da Onun qüvvətindəndir. Heç kim Onu bu işdən mane ola bilməz.
5:96Page 124
أُحِلَّ لَكُمۡ صَيۡدُ ٱلۡبَحۡرِ وَطَعَامُهُۥ مَتَٰعٗا لَّكُمۡ وَلِلسَّيَّارَةِۖ وَحُرِّمَ عَلَيۡكُمۡ صَيۡدُ ٱلۡبَرِّ مَا دُمۡتُمۡ حُرُمٗاۗ وَٱتَّقُواْ ٱللَّهَ ٱلَّذِيٓ إِلَيۡهِ تُحۡشَرُونَ ٩٦
Lawful to you is game from the sea and its food as provision for you and the travelers,1 but forbidden to you is game from the land as long as you are in the state of iḥrām. And fear Allāh to whom you will be gathered.
Allah sizlərdən yerli və ya müsafir olanların özlərinə onda azüqə götürüb faydalanması üçün sizə su heyvanlarını ov etməyi və dənizin sizin üçün diri və ya ölü olaraq çölə ardığını halal etdi. Həcc və ya ömrə ehramda olduğunuz müddətdə isə quruda ov etməyi sizə haram etdi. Allahın əmrlərini yerinə yetirib və qadağan etdiklərindən çəkinməklə Ondan qorxun! Qiyamət günü siz yalnız tək Ona tərəf dönəcəksiz və O, əməllərinizin mükafat verəcəkdir.
5:97Page 124
۞ جَعَلَ ٱللَّهُ ٱلۡكَعۡبَةَ ٱلۡبَيۡتَ ٱلۡحَرَامَ قِيَٰمٗا لِّلنَّاسِ وَٱلشَّهۡرَ ٱلۡحَرَامَ وَٱلۡهَدۡيَ وَٱلۡقَلَٰٓئِدَۚ ذَٰلِكَ لِتَعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ وَأَنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٌ ٩٧
Allāh has made the Kaʿbah, the Sacred House, standing1 for the people and [has sanctified] the sacred months and the sacrificial animals and the garlands [by which they are identified]. That is so you may know that Allāh knows what is in the heavens and what is in the earth and that Allāh is Knowing of all things.
Allah, Haram evi olan Kəbəni namaz, həcc və ümrə kimi dini və haram hüdudları daxilində əmin-amanlıq olması və Ora ruzi olaraq hər cür meyvələr gətirərək insanların dünyavi işlərini yoluna qoymaq üçün bir vasitə kimi müəyyən etdi. Haram ayları (bu aylar: zülqədə, zülhiccə, muhərrəm və rəcəb aylarıdır) onların əmin-amanlığının təminatı baxımından onlara bu aylarda döyüşməyi qadağan etmək üçün bir vasitə kimi təyin etdi. Kəbəyə gətirildiyi bilinsin deyə, qurbanı və boynuna nişan taxılmış qurbanlıq heyvanlarını sahibinə əziyyət verilməməsi üçün bir vasitə kimi müəyyən etdi. Allahın sizə bəxş etdiyi bu nemət ona görədir ki, siz göylərdə və yerdə olanların Allaha bəlli olmasını və Allahın hər şeyi bilən olduğunu anlayasınız. Allahın şəriətinin -sizə fayda verib və zərər sizə gəlməzdən əvvəl sizi ondan qoruması üçün- bu cür olması, Onun insanlara nəyin daha faydlı olmasını bildiyinə dəlilidir.
5:98Page 124
ٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ وَأَنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ ٩٨
Know that Allāh is severe in penalty and that Allāh is Forgiving and Merciful.
Ey İnsanlar! Bilin ki, Allah, Ona asi olanlara qarşı şiddətli cəza verəndir, həm də Ona tövbə edənləri bağışlayandır və onlara qarşı rəhmlidir.
5:99Page 124
مَّا عَلَى ٱلرَّسُولِ إِلَّا ٱلۡبَلَٰغُۗ وَٱللَّهُ يَعۡلَمُ مَا تُبۡدُونَ وَمَا تَكۡتُمُونَ ٩٩
Not upon the Messenger is [responsibility] except [for] notification. And Allāh knows whatever you reveal and whatever you conceal.
Allahın elçisinin - səllallahu aleyhi və səlləm - vəzifəsi yalnız Allahın ona əmr etdiyini insanlara təbliğ etməkdir. İnsanları hidayətə müvəffəq etmək isə onun işi deyil. Bu, ancaq tək Allahın əlində olan bir işdir. Allah sizin hidayət və ya zəlalətdən aşkara çıxardığınızı da, gizlində saxladığınızı da bilir. O, etdiyiniz əməllərə görə sizin mükafatınızı verəcəkdir.
5:100Page 124
قُل لَّا يَسۡتَوِي ٱلۡخَبِيثُ وَٱلطَّيِّبُ وَلَوۡ أَعۡجَبَكَ كَثۡرَةُ ٱلۡخَبِيثِۚ فَٱتَّقُواْ ٱللَّهَ يَٰٓأُوْلِي ٱلۡأَلۡبَٰبِ لَعَلَّكُمۡ تُفۡلِحُونَ ١٠٠
Say, "Not equal are the evil and the good, although the abundance of evil might impress you." So fear Allāh, O you of understanding, that you may be successful.
Ey Peyğəmbər! De: "Murdar şeyin çox olması sənin xoşuna gəlsə də, hər bir murdar şeylə hər bir təmiz şey eyni ola bilməz, murdar şeyin çox olması, heç də onun üstün olması demək deyildir". Ey ağıl sahibləri! Murdar şeyləri tərk edib, təmiz şeyləri etməklə Allahdan qorxun ki, bəlkə cənnətə nail olasınız.
5:101Page 124
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَسۡـَٔلُواْ عَنۡ أَشۡيَآءَ إِن تُبۡدَ لَكُمۡ تَسُؤۡكُمۡ وَإِن تَسۡـَٔلُواْ عَنۡهَا حِينَ يُنَزَّلُ ٱلۡقُرۡءَانُ تُبۡدَ لَكُمۡ عَفَا ٱللَّهُ عَنۡهَاۗ وَٱللَّهُ غَفُورٌ حَلِيمٞ ١٠١
O you who have believed, do not ask about things which, if they are shown to you, will distress you. But if you ask about them while the Qur’ān is being revealed, they will be shown to you. Allāh has pardoned it [i.e., that which is past]; and Allāh is Forgiving and Forbearing.
Ey iman gətirənlər! Peyğəmbərinizdən - səllallahu aleyhi və səlləm - ehtiyacınız olmadığı, dini işlərdə sizə heç bir faydası olmayan, sizə agah olduqda isə məşəqqətə görə xoşunuza gəlməyəcək şeylər barəsində soruşmayın. Əgər Peyğəmbərə - səllallahu aleyhi və səlləm - vəhy nazil edildiyi zaman soruşulması sizə qadağan edilən işlər haqqında soruşsanız, sizə bəyan olar. Bu, Allah üçün asandır. Allah Quranın, barəsində susduğu şeyləri bağışlamışdır. Odur ki, bu haqda soruşmayın. Çünki bu haqda soruşsanız, o zaman yeni bir hökm nazil edilər və bu hökm sizi məşəqqətə salar. Allah Ona tövbə edən qullarının günahlarını bağışlayandır. Həlimdir, tövbə etdikləri təqdirdə onlara əzab verməz.
5:102Page 124
قَدۡ سَأَلَهَا قَوۡمٞ مِّن قَبۡلِكُمۡ ثُمَّ أَصۡبَحُواْ بِهَا كَٰفِرِينَ ١٠٢
A people asked such [questions] before you; then they became thereby disbelievers.1
Sizdən əvvəl bir qövm buna bənzər şeyləri soruşmuş, amma soruşduqları şey onlara vacib edildikdə, ona əməl etməkdən boyun qaçırmış, sonra da bu səbəbdən kafir olmuşdular.
5:103Page 124
مَا جَعَلَ ٱللَّهُ مِنۢ بَحِيرَةٖ وَلَا سَآئِبَةٖ وَلَا وَصِيلَةٖ وَلَا حَامٖ وَلَٰكِنَّ ٱلَّذِينَ كَفَرُواْ يَفۡتَرُونَ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَۖ وَأَكۡثَرُهُمۡ لَا يَعۡقِلُونَ ١٠٣
Allāh has not appointed [such innovations as] baḥīrah or sā’ibah or waṣīlah or ḥām.1 But those who disbelieve invent falsehood about Allāh, and most of them do not reason.
Allah sizə dəvə, inək və qoyun kimi heyvanları halal etdi. Allah bu heyvanlardan müşriklər bütləri üçün öz nəfslərinə haram etdiyi bəhirəni (bu, müəyyən say bala verdikdən sonra qulaqları kəsilən dişi dəvədir), saibəni (bu, müəyyən yaşa çatdıqdan sonra bütləri üçün nəzir edilən dişi dəvədir), vəsiləni (bu, dişi dəvə doğduqdan sonra ardınca daha bir dişi dəvə doğan dişi dəvədir) və hamın (bu da, belindən bir necə sayda dəvə doğulan erkək dəvədir) heç bir haram etməmişdir. Lakin kafir olanlar qeyd edilən bu heyvanların yalandan və böhtan ataraq Allahın hama etdiyini idda edirlər. Kafirlərin çoxu isə haqq ilə batilin və halal ilə haramın arasını anlamırlar.
5:104Page 125
وَإِذَا قِيلَ لَهُمۡ تَعَالَوۡاْ إِلَىٰ مَآ أَنزَلَ ٱللَّهُ وَإِلَى ٱلرَّسُولِ قَالُواْ حَسۡبُنَا مَا وَجَدۡنَا عَلَيۡهِ ءَابَآءَنَآۚ أَوَلَوۡ كَانَ ءَابَآؤُهُمۡ لَا يَعۡلَمُونَ شَيۡـٔٗا وَلَا يَهۡتَدُونَ ١٠٤
And when it is said to them, "Come to what Allāh has revealed and to the Messenger," they say, "Sufficient for us is that upon which we found our fathers." Even though their fathers knew nothing, nor were they guided?
Bəzi heyvanların haram olması barədə Allahın adından yalan danışıb, iftira yaxanlara: "Halalı haramdan ayırd etməniz bilməniz üçün Allahın göndərdiyi Qurana və Peyğəmbərin - sallallahu aleyhi və səlləm - sünnəsinə tərəf gəlin!"– deyildiyi zaman, onlar: "Bizə ata-babalarımızın əqidəsi bəs edər!"– deyirlər. Bu onlara necə bəs edə bilər, axı ata-babaları bir şey anlamamışdılar və haqq yolda da deyildilər?! Onların ardınca yalnız özlərindən də daha cahil və yolunu azan insan gedər, onlar hamısı azğın cahillərdir.
5:105Page 125
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ عَلَيۡكُمۡ أَنفُسَكُمۡۖ لَا يَضُرُّكُم مَّن ضَلَّ إِذَا ٱهۡتَدَيۡتُمۡۚ إِلَى ٱللَّهِ مَرۡجِعُكُمۡ جَمِيعٗا فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ١٠٥
O you who have believed, upon you is [responsibility for] yourselves. Those who have gone astray will not harm you when you have been guided. To Allāh is your return all together; then He will inform you of what you used to do.
Ey iman gətirənlər! Saleh əməl etməklə öz nəfslərinizin qeydinə qalın! Siz doğru yolda olsanız, insanlardan haqq yoldan azan və sizin dəvətinizə cavab verməyənlər sizə zərər yetirə bilməzlər. Başqalarına yaxşılığı əmr edib, pislikdən çəkindirməniz haqq yolda olmanızın əlamətindəndir. Qiyamət günü dönüşünüz tək Allahadır. Allah dünyada ikən etdiyiniz əməlləri sizə bildirəcək və etdiyiniz əməllərin mükafatını sizə verəcəkdir.
5:106Page 125
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ شَهَٰدَةُ بَيۡنِكُمۡ إِذَا حَضَرَ أَحَدَكُمُ ٱلۡمَوۡتُ حِينَ ٱلۡوَصِيَّةِ ٱثۡنَانِ ذَوَا عَدۡلٖ مِّنكُمۡ أَوۡ ءَاخَرَانِ مِنۡ غَيۡرِكُمۡ إِنۡ أَنتُمۡ ضَرَبۡتُمۡ فِي ٱلۡأَرۡضِ فَأَصَٰبَتۡكُم مُّصِيبَةُ ٱلۡمَوۡتِۚ تَحۡبِسُونَهُمَا مِنۢ بَعۡدِ ٱلصَّلَوٰةِ فَيُقۡسِمَانِ بِٱللَّهِ إِنِ ٱرۡتَبۡتُمۡ لَا نَشۡتَرِي بِهِۦ ثَمَنٗا وَلَوۡ كَانَ ذَا قُرۡبَىٰ وَلَا نَكۡتُمُ شَهَٰدَةَ ٱللَّهِ إِنَّآ إِذٗا لَّمِنَ ٱلۡأٓثِمِينَ ١٠٦
O you who have believed, testimony [should be taken] among you when death approaches one of you at the time of bequest - [that of] two just men from among you or two others from outside if you are traveling through the land and the disaster of death should strike you. Detain them after the prayer and let them both swear by Allāh if you doubt [their testimony, saying], "We will not exchange it [i.e., our oath] for a price [i.e., worldly gain], even if he should be a near relative, and we will not withhold the testimony of [i.e., ordained by] Allāh. Indeed, we would then be of the sinful."
Ey iman gətirənlər! Sizlərdən bir kimsəyə ölüm əlaməti yaxınlaşdığı zaman, etdiyi vəsiyyətə müsəlmanlardan iki ədalətli kişi, yaxud səfərdə ikən ölüm sizi haqladıqda, yanınızda müsəlmanlardan olmadığı üçün ehtiyac üzündən kafirlərdən iki kişi şahidlik etsin. Əgər kafirlərin şahidliyində şübhə olarsa, hər hansı bir namazdan sonra hər ikisini saxlayın və qoy onlar: "Allahdan olan paylarını heç bir şeyə dəyişməyəcəklərinə, andlarını hətta yaxın qohumlara belə güzəşt etməyəcəklərinə və bildikləri Allahın şahidliyini gizlətməyəcəklərinə, əgər bunu edərlərsə onların hər ikisidə günahkarlardan və Allaha asi olanlardandır" – deyə Allaha and içsinlər.
5:107Page 125
فَإِنۡ عُثِرَ عَلَىٰٓ أَنَّهُمَا ٱسۡتَحَقَّآ إِثۡمٗا فَـَٔاخَرَانِ يَقُومَانِ مَقَامَهُمَا مِنَ ٱلَّذِينَ ٱسۡتَحَقَّ عَلَيۡهِمُ ٱلۡأَوۡلَيَٰنِ فَيُقۡسِمَانِ بِٱللَّهِ لَشَهَٰدَتُنَآ أَحَقُّ مِن شَهَٰدَتِهِمَا وَمَا ٱعۡتَدَيۡنَآ إِنَّآ إِذٗا لَّمِنَ ٱلظَّٰلِمِينَ ١٠٧
But if it is found that those two were guilty of sin [i.e., perjury], let two others stand in their place [who are] foremost [in claim] from those who have a lawful right. And let them swear by Allāh, "Our testimony is truer than their testimony, and we have not transgressed. Indeed, we would then be of the wrongdoers."
Əgər and içdikdən sonra hər ikisinin yalandan şahidlik etdikləri və ya yalandan and içdikləri, yaxud hər ikisinin xəyanət etdikləri aşkar edilsə, o zaman qoy onların yerinə ölən şəxsə daha yaxın olan iki kişi, olduğu kimi şahidlik etsin yaxud and içsin və onlar: "Əlbəttə, bizim o iki nəfərin yalan danışdığına və xəyanət etdiyinə olan şahidliyimiz özlərinin sadiq və əmin insan olmalarına şahidlik etmələrindən daha doğrudur. Biz yalandan and içmədik. Əgər biz yalandan şahidlik etsək, əlbəttə ki, zalımlardan və Allahın qoyduğu hüdudları aşanlardan olarıq"– deyə Allaha and içərlər.
5:108Page 125
ذَٰلِكَ أَدۡنَىٰٓ أَن يَأۡتُواْ بِٱلشَّهَٰدَةِ عَلَىٰ وَجۡهِهَآ أَوۡ يَخَافُوٓاْ أَن تُرَدَّ أَيۡمَٰنُۢ بَعۡدَ أَيۡمَٰنِهِمۡۗ وَٱتَّقُواْ ٱللَّهَ وَٱسۡمَعُواْۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡفَٰسِقِينَ ١٠٨
That is more likely that they will give testimony according to its [true] objective, or [at least] they would fear that [other] oaths might be taken after their oaths. And fear Allāh and listen [i.e., obey Him]; and Allāh does not guide the defiantly disobedient people.
Hər iki şahidin verdiyi ifadələrə şübhə etdikdə, namazdan sonra onların hər ikisini and içdirmək və şəhidliklərinin qəbul edilməməsi hökmü, onların şəriətə müvafiq qayda da şahidlik etmələri, şahidlik etdikdə ifadələrinə heç bir əlavə və ya naqislik və ya xəyanət etməmələri yaxud andlarının sonradan varislər tərəfindən başqa andlarla rədd edilməsindən qorxmaları üçün daha münasib bir hökmdür. Onların hər ikisi şahid olduğunun tam əksinə and içərək şahidlik edirlər, sonra da yalan danışdıqları bəlli oluduğu üçün rüsvay olurlar. Şahidlik etdikdə və ya and içdikdə yalan danışmaqdan və xəyanət etməkdən çəkinərək Allahdan qorxun və əmr olunduğunuz şeylərə qulaq asıb qəbul edin! Allah Ona itaət etməyənləri xeyirə müvəffəq etməz.
5:109Page 126
۞ يَوۡمَ يَجۡمَعُ ٱللَّهُ ٱلرُّسُلَ فَيَقُولُ مَاذَآ أُجِبۡتُمۡۖ قَالُواْ لَا عِلۡمَ لَنَآۖ إِنَّكَ أَنتَ عَلَّٰمُ ٱلۡغُيُوبِ ١٠٩
[Be warned of] the Day when Allāh will assemble the messengers and say, "What was the response you received?" They will say, "We have no knowledge. Indeed, it is You who is Knower of the unseen" -
Ey İnsanlar! Qiyamət günü Allah bütün elçilərini toplayacağı gün onlara: "Sizi göndərdiyim ümmətləriniz sizə nə cavab verildi?"- deyəcəyini, onlar da cavabı Allaha həvalə edərək: "Bizim elmimiz yoxdur. Ey Rəbbimiz! Şübhəsiz ki, hər şeyi bilən Sənsən, qeybləri bilən yalnız Sənsən!"– deyəcəklərini xatırlayın.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences