Al-Mukhtasar · Tafsir · in Azerbaijani
ق
Qaf
The Letter "Qaf" · Meccan · 45 ayahs
﴾Qaf.﴿ Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır. Uca Allah, özündə çox mənalar, çoxlu xeyir və bərəkət cəm edən Qurani Kərimə and içir ki, qiyamət günü siz mütləq dirilib haqq-hesaba çəkiləcək və əməllərinizin əvəzini alacaqsınız.
50:2Page 518
بَلۡ عَجِبُوٓاْ أَن جَآءَهُم مُّنذِرٞ مِّنۡهُمۡ فَقَالَ ٱلۡكَٰفِرُونَ هَٰذَا شَيۡءٌ عَجِيبٌ ٢
But they wonder that there has come to them a warner from among themselves, and the disbelievers say, "This is an amazing thing.
Onların haqqı inkar etmələrinin səbəbi səni yalançı saymaları olmamışdı, çünki onlar sənin doğru danışdığını bilirdilər. Xeyr, onlar mələklərdən deyil, özləri kimi bir insanın onlara qorxudan bir peyğəmbər göndərildiyinə təəccüb etdilər və elə buna görə də dedilər: “Bəşər övladının bizə peyğəmbər göndərilməsi əcaib bir şeydir.
50:3Page 518
أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗاۖ ذَٰلِكَ رَجۡعُۢ بَعِيدٞ ٣
When we have died and have become dust, [we will return to life]? That is a distant [i.e., unlikely] return."
Məgər biz ölüb torpağa qarışdıqdan sonra yenidən diriləcəyik?! Bu dirilmə və cəsədimiz çürüyüb yox olduqdan sonra yenidən ona həyat verilməsi mümkün deyil”.
50:4Page 518
قَدۡ عَلِمۡنَا مَا تَنقُصُ ٱلۡأَرۡضُ مِنۡهُمۡۖ وَعِندَنَا كِتَٰبٌ حَفِيظُۢ ٤
We know what the earth diminishes [i.e., consumes] of them, and with Us is a retaining record.
Onlar öldükdən sonra yerin onların cəsədlərini necə çürüdüb yox etdiyini bilirik. Heç bir şey Bizdən gizli qalmaz. Bizdə, Uca Allahın onların həyatında və ölümündən sonra nələr baş verəcəyinə dair əzəldən yazdığı qədəri qoruyan bir kitab var.
50:5Page 518
بَلۡ كَذَّبُواْ بِٱلۡحَقِّ لَمَّا جَآءَهُمۡ فَهُمۡ فِيٓ أَمۡرٖ مَّرِيجٍ ٥
But they denied the truth when it came to them, so they are in a confused condition.
Lakin Peyğəmbər Quranı o müşriklərə gətirdikdə onlar Quranı yalan hesab etdilər. İndi onlar çaşqın vəziyyətdədirlər və Quran barəsində nə qərar verəcəklərini bilmirlər.
50:6Page 518
أَفَلَمۡ يَنظُرُوٓاْ إِلَى ٱلسَّمَآءِ فَوۡقَهُمۡ كَيۡفَ بَنَيۡنَٰهَا وَزَيَّنَّٰهَا وَمَا لَهَا مِن فُرُوجٖ ٦
Have they not looked at the heaven above them - how We structured it and adorned it and [how] it has no rifts?
Dirilməni yalab sayan o kimsələr başları üstündəki göyə baxıb onu necə yaratdığımızı, necə qurduğumuzu, ulduzlarla necə bəzədiyimizi və onda naqislik gətirən yarıqlar olmadığını görmürlərmi?! Bu göyü yaradan Allah, insanlar öldükdən sonra onları diriltməyə aciz deyildir.
50:7Page 518
وَٱلۡأَرۡضَ مَدَدۡنَٰهَا وَأَلۡقَيۡنَا فِيهَا رَوَٰسِيَ وَأَنۢبَتۡنَا فِيهَا مِن كُلِّ زَوۡجِۭ بَهِيجٖ ٧
And the earth - We spread it out and cast therein firmly set mountains and made grow therein [something] of every beautiful kind,
Biz yeri, sakinləri onun üzərində qərar tuta bilsin deyə döşədik, yer silkələnməsin deyə orada möhkəm dağlar yerləşdirdik və orada göz oxşayan bitkilərin və ağacların hər növündən yetişdirdik.
50:8Page 518
تَبۡصِرَةٗ وَذِكۡرَىٰ لِكُلِّ عَبۡدٖ مُّنِيبٖ ٨
Giving insight and a reminder for every servant who turns [to Allāh].
Bütün bunları itaət edərək Rəbbinə üz tutan hər bir qul üçün ibrət və öyüd-nəsihət olsun deyə yaratdıq.
50:9Page 518
وَنَزَّلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءٗ مُّبَٰرَكٗا فَأَنۢبَتۡنَا بِهِۦ جَنَّٰتٖ وَحَبَّ ٱلۡحَصِيدِ ٩
And We have sent down blessed rain from the sky and made grow thereby gardens and grain from the harvest
Biz göydən çox faydalı və xeyirli su endirdik və o su ilə bağ-bostanlar, habelə, biçilən taxıl dənələri və s. bitirdik.
50:10Page 518
وَٱلنَّخۡلَ بَاسِقَٰتٖ لَّهَا طَلۡعٞ نَّضِيدٞ ١٠
And lofty palm trees having fruit arranged in layers -
Həmçinin, o su ilə meyvələri üst-üstə asılmış hündür uca xurma ağacları bitirdik.
50:11Page 518
رِّزۡقٗا لِّلۡعِبَادِۖ وَأَحۡيَيۡنَا بِهِۦ بَلۡدَةٗ مَّيۡتٗاۚ كَذَٰلِكَ ٱلۡخُرُوجُ ١١
As provision for the servants, and We have given life thereby to a dead land. Thus is the emergence [i.e., resurrection].
Biz orada bitkilər yetişdirdik ki, insanlar ruzi olarq ondan yesinlər. Həmçinin, Biz bu yağışla bitki bitməyən bir məmləkəti diriltdik. Eləcə də, ölüləri dirildib qəbirlərindən çıxardacağıq.
50:12Page 518
كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٖ وَأَصۡحَٰبُ ٱلرَّسِّ وَثَمُودُ ١٢
The people of Noah denied before them,1 and the companions of the well2 and Thamūd
Ey Peyğəmbər! Səni yalançı sayan o kəslərdən əvvəl bir çox qövmlər - Nuh qövmü, quyu əhli və Səmud tayfası öz peyğəmbərlərini yalançı saydı.
50:13Page 518
وَعَادٞ وَفِرۡعَوۡنُ وَإِخۡوَٰنُ لُوطٖ ١٣
And ʿAad and Pharaoh and the brothers [i.e., people] of Lot
Həmçinin, Ad qövmü, Firon xalqı, Lut tayfası yalançı saydı,
50:14Page 518
وَأَصۡحَٰبُ ٱلۡأَيۡكَةِ وَقَوۡمُ تُبَّعٖۚ كُلّٞ كَذَّبَ ٱلرُّسُلَ فَحَقَّ وَعِيدِ ١٤
And the companions of the thicket and the people of Tubbaʿ. All denied the messengers, so My threat was justly fulfilled.
Şueybin qövmü Əykə əhlinin və Yəmən hökmdarıTubbə qövmünün yalançı saydı. Bütün bu qövmlər Allahın onlara göndərdiyi elçiləri yalançı saydılar. Odur ki, Allahın onlara vəd etdiyi əzab onları yaxaladı.
50:15Page 518
أَفَعَيِينَا بِٱلۡخَلۡقِ ٱلۡأَوَّلِۚ بَلۡ هُمۡ فِي لَبۡسٖ مِّنۡ خَلۡقٖ جَدِيدٖ ١٥
Did We fail in the first creation? But they are in confusion over a new creation.
Məgər Biz sizi ilk dəfə yaratdıqda aciz qalmışdıq ki, sizi diriltməkdə də aciz qalaq?! Xeyr! Onlar ilk yaradılışlarından sonrakı yeni yaradılış barəsində şəkk-şübhə içindədirlər.
50:16Page 519
وَلَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ وَنَعۡلَمُ مَا تُوَسۡوِسُ بِهِۦ نَفۡسُهُۥۖ وَنَحۡنُ أَقۡرَبُ إِلَيۡهِ مِنۡ حَبۡلِ ٱلۡوَرِيدِ ١٦
And We have already created man and know what his soul whispers to him, and We are closer1 to him than [his] jugular vein.
İnsanı Biz yaratdıq və nəfsinin ona təlqin etdiyi xəyalları və fikirləri bilirik. Biz ona qəlbə bağlı olan boynunda yerləşən şah damarından da yaxınıq.
50:17Page 519
إِذۡ يَتَلَقَّى ٱلۡمُتَلَقِّيَانِ عَنِ ٱلۡيَمِينِ وَعَنِ ٱلشِّمَالِ قَعِيدٞ ١٧
When the two receivers [i.e., recording angels] receive,1 seated on the right and on the left.
Biri sağında, digəri solunda iki mələk oturub onun əməllərini qeydə alır.
50:18Page 519
مَّا يَلۡفِظُ مِن قَوۡلٍ إِلَّا لَدَيۡهِ رَقِيبٌ عَتِيدٞ ١٨
He [i.e., man] utters no word except that with him is an observer prepared [to record].
İnsanın dediyi hər bir sözü yazmaq üçün onun yanında hazır durub gözləyən mələk vardır!
50:19Page 519
وَجَآءَتۡ سَكۡرَةُ ٱلۡمَوۡتِ بِٱلۡحَقِّۖ ذَٰلِكَ مَا كُنتَ مِنۡهُ تَحِيدُ ١٩
And the intoxication of death will bring the truth; that is what you were trying to avoid.
Ölümün şiddəti həqiqətən gələcək, bu qaçılmazdır. Ey qafil insan! Ölüm, sənin çəkindiyin və qorxub qaçdığın şeydir.
50:20Page 519
وَنُفِخَ فِي ٱلصُّورِۚ ذَٰلِكَ يَوۡمُ ٱلۡوَعِيدِ ٢٠
And the Horn will be blown. That is the Day of [carrying out] the threat.
Sur üfürməyə müvəkkəl edilmiş mələk ikinci dəfə sura üfürəcəkdir. Bu, kafirlərə və asi olanlara əzab vəd olunmuş qiyamət günüdür.
50:21Page 519
وَجَآءَتۡ كُلُّ نَفۡسٖ مَّعَهَا سَآئِقٞ وَشَهِيدٞ ٢١
And every soul will come, with it a driver and a witness.1
Hər kəs onu qova-qova məhşərə gətirən mələklə və bir də onun əməllərinə şahidlik edən mələklə birlikdə gələcəkdir.
50:22Page 519
لَّقَدۡ كُنتَ فِي غَفۡلَةٖ مِّنۡ هَٰذَا فَكَشَفۡنَا عَنكَ غِطَآءَكَ فَبَصَرُكَ ٱلۡيَوۡمَ حَدِيدٞ ٢٢
[It will be said], "You were certainly in unmindfulness of this, and We have removed from you your cover,1 so your sight, this Day, is sharp."
Məhşərə gətirilən o insana belə deyiləcək: "Sən dünyada ikən şəhvətlərə və ləzzətlərə aldandığına görə, bu günün haqqında qəflət içində idin. Lakin Biz sənin qəflətini aradan qaldırdıq ki, əzabı və qəm-qüssəni görəsən. Bu gün sən artıq çox yaxşı görürsən və barəsində qafil olduğunu dərk edirsən!”
50:23Page 519
وَقَالَ قَرِينُهُۥ هَٰذَا مَا لَدَيَّ عَتِيدٌ ٢٣
And his companion, [the angel], will say, "This [record] is what is with me, prepared."
Yanındakı (əməllərini qeydə almaq üçün) müvəkkəl edilmiş mələk deyəcək: “Yanımda olan kimsənin əməli heç bir artırma və əskiltmə olmadan hazırdır!”
50:24Page 519
أَلۡقِيَا فِي جَهَنَّمَ كُلَّ كَفَّارٍ عَنِيدٖ ٢٤
[Allāh will say], "Throw into Hell every obstinate disbeliever,
Allah (o günahkarı) gətirən və şahid olan iki mələyə belə buyuracaq: “Haqqı inkar edən hər bir inadcılı atın Cəhənnəmə.
Həmçinin, Allahın vacib buyurduğu haqların verilməsinə mane olanı, Allahın qoyduğu hüdudları aşanı, xəbər verilən vədlərə və təhdidlərə şəkk edən kimsəni də,
50:26Page 519
ٱلَّذِي جَعَلَ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَأَلۡقِيَاهُ فِي ٱلۡعَذَابِ ٱلشَّدِيدِ ٢٦
Who made [as equal] with Allāh another deity; then throw him into the severe punishment."
Habelə, ibadətdə başqa bir məbudu Allaha şərik qoşan kimsəni də. Atın onu şiddətli əzaba!”
50:27Page 519
۞ قَالَ قَرِينُهُۥ رَبَّنَا مَآ أَطۡغَيۡتُهُۥ وَلَٰكِن كَانَ فِي ضَلَٰلِۭ بَعِيدٖ ٢٧
His [devil] companion will say, "Our Lord, I did not make him transgress, but he [himself] was in extreme error."
Şeytanlardan olan yoldaşı ondan uzaq olduğunu bəyan edib deyəcək: “Ey Rəbbimiz! Onu mən azdırmadım, əksinə, o özü haqdan uzaq bir zəlalət içində idi!”
50:28Page 519
قَالَ لَا تَخۡتَصِمُواْ لَدَيَّ وَقَدۡ قَدَّمۡتُ إِلَيۡكُم بِٱلۡوَعِيدِ ٢٨
[Allāh] will say, "Do not dispute before Me, while I had already presented to you the threat [i.e., warning].
Allah buyuracaq: “Mənim hüzurumda mübahisə etməyin, bunun heç bir faydası yoxdur. Mən sizi hələ siz dünyada ikən elçilərimin Mənə küfr edən və Mənə asi olan kimsələri qorxutduğu şiddətli təhdidlərlə xəbərdar etmişdim.
50:29Page 519
مَا يُبَدَّلُ ٱلۡقَوۡلُ لَدَيَّ وَمَآ أَنَا۠ بِظَلَّٰمٖ لِّلۡعَبِيدِ ٢٩
The word [i.e., decree] will not be changed with Me, and never will I be unjust to the servants."
Mənim Sözüm dəyişməzdir və mən vədimə xilaf çıxan deyiləm. Mən qullarımın nə savablarını azaldaraq, nə də ki, günahlarını artıraraq əsla onlara zülm etmərəm, Əksinə, onlara etdikləri əməllərin əvəzini verərəm”.
50:30Page 519
يَوۡمَ نَقُولُ لِجَهَنَّمَ هَلِ ٱمۡتَلَأۡتِ وَتَقُولُ هَلۡ مِن مَّزِيدٖ ٣٠
On the Day We will say to Hell, "Have you been filled?" and it will say, "Are there some more,"
O gün Biz Cəhənnəmə belə deyəcəyik: “Sənə atılan kafirlər və asilərlə doldunmu?” O da Rəbbinə görə qəzəblənib daha çox tələb edərək Rəbbinə: “Yenə varmı?” – deyəcək.
50:31Page 519
وَأُزۡلِفَتِ ٱلۡجَنَّةُ لِلۡمُتَّقِينَ غَيۡرَ بَعِيدٍ ٣١
And Paradise will be brought near to the righteous, not far,
Cənnət, Rəbbinin əmrlərini yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə Ondan qorxan kimsələrə yaxınlaşdırılacaq və onun içində olan nemətləri çox yaxın məsafədən müşahidə edəcəklər.
50:32Page 519
هَٰذَا مَا تُوعَدُونَ لِكُلِّ أَوَّابٍ حَفِيظٖ ٣٢
[It will be said], "This is what you were promised - for every returner [to Allāh] and keeper [of His covenant].
Onlara deyiləcək: "Budur Allahın sizə vəd etdiyi Cənnət! O, hər tövbə edib Rəbbinə üz tutan, Onun əmrinə riayət edən,
50:33Page 519
مَّنۡ خَشِيَ ٱلرَّحۡمَٰنَ بِٱلۡغَيۡبِ وَجَآءَ بِقَلۡبٖ مُّنِيبٍ ٣٣
Who feared the Most Merciful in the unseen and came with a heart returning [in repentance].
Gizlində, Allahdan başqasının onu görmədiyi halda Mərhəmətli Allahdan qorxan və Allaha üz tutub daim Ona yönəlmiş salamat qəlblə Onun hüzuruna gələn kimsələr üçündür.
50:34Page 519
ٱدۡخُلُوهَا بِسَلَٰمٖۖ ذَٰلِكَ يَوۡمُ ٱلۡخُلُودِ ٣٤
Enter it in peace. This is the Day of Eternity."
Onlar deyiləcək: "Xoşlamadığınız şeylərdən qurtulmuş halda salamatlıqla Cənnətə daxil olun! Bu, sonrası fani olmayan əbədiyyət günüdür.
50:35Page 519
لَهُم مَّا يَشَآءُونَ فِيهَا وَلَدَيۡنَا مَزِيدٞ ٣٥
They will have whatever they wish therein, and with Us is more.
Orada onlar üçün istədikləri tükənməz nemətlər hazırlanmışdır. Üstəlik, hüzurumuzda bundan da artığı heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir bəşər övladının qəlbindən keçirmədiyi nemətlər vardır. Uca Allahı görmək də bu nemətlərdən biridir.
50:36Page 520
وَكَمۡ أَهۡلَكۡنَا قَبۡلَهُم مِّن قَرۡنٍ هُمۡ أَشَدُّ مِنۡهُم بَطۡشٗا فَنَقَّبُواْ فِي ٱلۡبِلَٰدِ هَلۡ مِن مَّحِيصٍ ٣٦
And how many a generation before them did We destroy who were greater than them in [striking] power and had explored throughout the lands. Is there any place of escape?
Biz haqqı yalan sayan bu Məkkə müşriklərindən əvvəl bir çox ümmətləri məhv etdik. Onlar Məkkə müşriklərindən daha qüvvətli idilər. Onlar diyarbədiyar gəzib canlarını əzabdan qurtarmağa yol axtardılar, lakin tapa bilmədilər”.
50:37Page 520
إِنَّ فِي ذَٰلِكَ لَذِكۡرَىٰ لِمَن كَانَ لَهُۥ قَلۡبٌ أَوۡ أَلۡقَى ٱلسَّمۡعَ وَهُوَ شَهِيدٞ ٣٧
Indeed in that is a reminder for whoever has a heart or who listens while he is present [in mind].
Həqiqətən, bu deyilənlərdə - əvvəlki ümmətlərin məhv olmasında, dərk edən qəlbi olan və ya sakit durub diqqətlə qulaq asan kimsə üçün ibrət vardır.
50:38Page 520
وَلَقَدۡ خَلَقۡنَا ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا فِي سِتَّةِ أَيَّامٖ وَمَا مَسَّنَا مِن لُّغُوبٖ ٣٨
And We did certainly create the heavens and earth and what is between them in six days, and there touched Us no weariness.
Biz göyləri, yeri və onların arasında olanları bir anda yaratmağa qadir olduğumuz halda, altı gündə yaratdıq və yəhudilərin iddia etdiyi kimi, Bizə heç bir yorğunluq üz vermədi.
50:39Page 520
فَٱصۡبِرۡ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ قَبۡلَ طُلُوعِ ٱلشَّمۡسِ وَقَبۡلَ ٱلۡغُرُوبِ ٣٩
So be patient, [O Muḥammad], over what they say and exalt [Allāh] with praise of your Lord before the rising of the sun and before its setting,
Ey Peyğəmbər! Sən yəhudilərin və başqalarının dediklərinə səbir et! Rəbbinə həmd edərək gün doğmamışdan əvvəl fəcr namazını, gün batmamışdan əvvəl də əsr namazını qıl!
50:40Page 520
وَمِنَ ٱلَّيۡلِ فَسَبِّحۡهُ وَأَدۡبَٰرَ ٱلسُّجُودِ ٤٠
And [in part] of the night exalt Him and after prostration [i.e., prayer].
Gecənin bir vaxtında Allah üçün namaz qıl və namazlardan sonra Onun şəninə təriflər de!
50:41Page 520
وَٱسۡتَمِعۡ يَوۡمَ يُنَادِ ٱلۡمُنَادِ مِن مَّكَانٖ قَرِيبٖ ٤١
And listen on the Day when the Caller1 will call out from a place that is near -
Ey Peyğəmbər! O gün sura üfürməyə müvəkkəl edilmiş mələyin yaxın bir yerdən ikinci kərə sura üfürəcəyini dinlə.
50:42Page 520
يَوۡمَ يَسۡمَعُونَ ٱلصَّيۡحَةَ بِٱلۡحَقِّۚ ذَٰلِكَ يَوۡمُ ٱلۡخُرُوجِ ٤٢
The Day they will hear the blast [of the Horn] in truth. That is the Day of Emergence [from the graves].
O gün məxluqat, heç bir şübhə olmayan dirilmə çağırışını gerçəkdən eşidəcək. Onların bu çağırışı eşidəcəkləri o gün, ölülərin haqq-hesaba çəkilmək və əməllərinin əvəzini almaq üçün öz qəbirlərdən çıxma günüdür.
50:43Page 520
إِنَّا نَحۡنُ نُحۡيِۦ وَنُمِيتُ وَإِلَيۡنَا ٱلۡمَصِيرُ ٤٣
Indeed, it is We who give life and cause death, and to Us is the destination
Şübhəsiz ki, dirildən də, öldürən də Bizik. Bizdən başqa nə dirildən, nə də öldürən var. Qiyamət günü qulların haqq-hesaba çəkilməsi və əməllərinin əvəzini alması üçün dönüşü yalnız Bizədir.
50:44Page 520
يَوۡمَ تَشَقَّقُ ٱلۡأَرۡضُ عَنۡهُمۡ سِرَاعٗاۚ ذَٰلِكَ حَشۡرٌ عَلَيۡنَا يَسِيرٞ ٤٤
On the Day the earth breaks away from them [and they emerge] rapidly; that is a gathering easy for Us.
O gün yer onlardan ötrü yarılacaq və onlar (qəbirlərindən) sürətlə çıxacaqlar. Beləcə, onları bir yerə yığmaq Bizim üçün asandır.
50:45Page 520
نَّحۡنُ أَعۡلَمُ بِمَا يَقُولُونَۖ وَمَآ أَنتَ عَلَيۡهِم بِجَبَّارٖۖ فَذَكِّرۡ بِٱلۡقُرۡءَانِ مَن يَخَافُ وَعِيدِ ٤٥
We are most knowing of what they say, and you are not over them a tyrant.1 But remind by the Qur’ān whoever fears My threat.
Biz haqqı yalan sayan o kimsələrin nə dediklərini yaxşı bilirik. Ey Peyğəmbər! Sən onları iman gətirməyə məcbur edən deyilsən. Sən sadəcə Allahın sənə təbliğ olunmasını əmr etdiyini təbliğ edənsən. Sən Mənim təhdidimdən qorxan kafirlərə və asi olanlara Quranla öyüd-nəsihət ver. Çünki məhz qorxan kimsə öyüd-nəsihət alar və ona xatırlatdıqda xatırlayar.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences