Al-Mukhtasar · Tafsir · in Azerbaijani
الملك
Al-Mulk
The Sovereignty · Meccan · 30 ayahs
67:1Page 562
تَبَٰرَكَ ٱلَّذِي بِيَدِهِ ٱلۡمُلۡكُ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ ١
Blessed is He in whose hand is dominion, and He is over all things competent -
Mülkün tək sahibi olan Allahın bəxş etdiyi xeyir böyüdü və çoxaldı. O, hər şeyə qadirdir və heç nə onu aciz qoya bilməz.
67:2Page 562
ٱلَّذِي خَلَقَ ٱلۡمَوۡتَ وَٱلۡحَيَوٰةَ لِيَبۡلُوَكُمۡ أَيُّكُمۡ أَحۡسَنُ عَمَلٗاۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡغَفُورُ ٢
[He] who created death and life to test you [as to] which of you is best in deed - and He is the Exalted in Might, the Forgiving -
Ey insanlar! Hansınızın əməl baxımından daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, kimsə Onu məğlub edə bilməyəcək yenilməz qüvvət sahibidir, və qullarından tövbə edən kimsələrin günahlarını bağışlayandır.
67:3Page 562
ٱلَّذِي خَلَقَ سَبۡعَ سَمَٰوَٰتٖ طِبَاقٗاۖ مَّا تَرَىٰ فِي خَلۡقِ ٱلرَّحۡمَٰنِ مِن تَفَٰوُتٖۖ فَٱرۡجِعِ ٱلۡبَصَرَ هَلۡ تَرَىٰ مِن فُطُورٖ ٣
[And] who created seven heavens in layers.1 You do not see in the creation of the Most Merciful any inconsistency. So return [your] vision [to the sky]; do you see any breaks?
O Allah ki, yeddi göyü təbəqələr şəklində xəlq etmişdir. Bu təbəqələr bir-birinə toxunmadığı halda onlardan hər biri özündən əvvəlkinin üzərində yerləşir. Ey göyə baxan insan! Sən Allahın yaratdığında heç bir fərq və ya bir uyğunsuzluq görməzsən. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat, yaxud bir yarıq görürsənmi? Heç vaxt onu görə bilməzsən, əksinə, sən möhkəm və dəqiq biçimdə yaradılmış bir məxluq görəcəksən.
67:4Page 562
ثُمَّ ٱرۡجِعِ ٱلۡبَصَرَ كَرَّتَيۡنِ يَنقَلِبۡ إِلَيۡكَ ٱلۡبَصَرُ خَاسِئٗا وَهُوَ حَسِيرٞ ٤
Then return [your] vision twice again.1 [Your] vision will return to you humbled while it is fatigued.
Sonra başını qaldır bir daha bax. Sənin gözün göyün xilqətində heç bir eyib və xələl tapmayıb zəlil və yorğun halda sənin özünə tərəf dönəcək.
67:5Page 562
وَلَقَدۡ زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنۡيَا بِمَصَٰبِيحَ وَجَعَلۡنَٰهَا رُجُومٗا لِّلشَّيَٰطِينِۖ وَأَعۡتَدۡنَا لَهُمۡ عَذَابَ ٱلسَّعِيرِ ٥
And We have certainly beautified the nearest heaven with lamps [i.e., stars] and have made [from] them what is thrown at the devils1 and have prepared for them the punishment of the Blaze.
Biz yerə ən yaxın olan göyü işıq saçan ulduzlarla bəzədik və o ulduzları səma xəbərlərini oğurlayan şeytanları vurub yandırmaq üçün alovlar etdik. Biz o şeytanlar üçün axirətdə onları yandırıb-yaxan od əzabı da hazırlamışıq.
67:6Page 562
وَلِلَّذِينَ كَفَرُواْ بِرَبِّهِمۡ عَذَابُ جَهَنَّمَۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ ٦
And for those who disbelieved in their Lord is the punishment of Hell, and wretched is the destination.
Rəbbinə küfr edən kimsələr qiyamət günü yandırıb-yaxan Cəhənnəm əzabına düçar olacaqlar. Onların qayıdacaqları yer nə pis dönüş yeridir.
67:7Page 562
إِذَآ أُلۡقُواْ فِيهَا سَمِعُواْ لَهَا شَهِيقٗا وَهِيَ تَفُورُ ٧
When they are thrown into it, they hear from it a [dreadful] inhaling while it boils up.
Onlar Cəhənnəmə atıldıqda, onun dəhşətli uğultusunu eşidəcəklər. Cəhənnəm, qazan qaynadığı kimi qaynayacaqdır.
67:8Page 562
تَكَادُ تَمَيَّزُ مِنَ ٱلۡغَيۡظِۖ كُلَّمَآ أُلۡقِيَ فِيهَا فَوۡجٞ سَأَلَهُمۡ خَزَنَتُهَآ أَلَمۡ يَأۡتِكُمۡ نَذِيرٞ ٨
It almost bursts with rage. Every time a company is thrown into it, its keepers ask them, "Did there not come to you a warner?"
Cəhənnəm, öz içinə düşənlərə olan qəzəbindən az qala parçalanıb ayrılsın. Hər dəfə cəhənnəmlik olan kafirlərdən bir dəstə oda atılarkən Cəhənnəm gözətçiləri onlara təhqiranə sual verib deyəcəklər: “Məgər dünyada sizə Allahın əzabı ilə xəbərdarlıq edən bir peyğəmbər gəlməmişdi?”
67:9Page 562
قَالُواْ بَلَىٰ قَدۡ جَآءَنَا نَذِيرٞ فَكَذَّبۡنَا وَقُلۡنَا مَا نَزَّلَ ٱللَّهُ مِن شَيۡءٍ إِنۡ أَنتُمۡ إِلَّا فِي ضَلَٰلٖ كَبِيرٖ ٩
They will say, "Yes, a warner had come to us, but we denied and said, 'Allāh has not sent down anything. You are not but in great error.'"
Kafirlər deyəcəklər: "Əlbəttə, bizə Allahın əzabı ilə bizi qorxudan bir peyğəmbər gəlmişdi. Lakin biz onu yalançı saymış və ona: “Allah heç bir vəhy nazil etməyib. Ey elçilər! Siz də, haqdan uzaq olan böyük bir azğınlıq içindəsiniz" – demişdik.
67:10Page 562
وَقَالُواْ لَوۡ كُنَّا نَسۡمَعُ أَوۡ نَعۡقِلُ مَا كُنَّا فِيٓ أَصۡحَٰبِ ٱلسَّعِيرِ ١٠
And they will say, "If only we had been listening or reasoning, we would not be among the companions of the Blaze."
Kafirlər deyəcəklər: "Əgər biz faydalı alacaq bir tərzdə dinləsəydik və ya haqqı batildən ayırd edən bir kimsə ağlı tək anlasaydıq cəhənnəm əhli içində olmazdıq. Əksinə, peyğəmbərlərə iman gətirər, onların gətirdikləri dini təsdiq edər və beləliklə də, Cənnət əhlindən olardıq".
67:11Page 562
فَٱعۡتَرَفُواْ بِذَنۢبِهِمۡ فَسُحۡقٗا لِّأَصۡحَٰبِ ٱلسَّعِيرِ ١١
And they will admit their sin, so [it is] alienation1 for the companions of the Blaze.
Onlar küfr etdiklərini və haqqı yalan saydıqlarını etiraf etdilər və beləliklə də, Cəhənnəmə layiq oldular. Məhv olsun Cəhənnəm sakinləri!
67:12Page 562
إِنَّ ٱلَّذِينَ يَخۡشَوۡنَ رَبَّهُم بِٱلۡغَيۡبِ لَهُم مَّغۡفِرَةٞ وَأَجۡرٞ كَبِيرٞ ١٢
Indeed, those who fear their Lord unseen will have forgiveness and great reward.
Həqiqətən, xəlvətə çəkildikləri zaman Allahdan qorxan kimsələri, günahlarının bağışlanması və böyük bir mükafat - Cənnət gözləyir.
67:13Page 563
وَأَسِرُّواْ قَوۡلَكُمۡ أَوِ ٱجۡهَرُواْ بِهِۦٓۖ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ١٣
And conceal your speech or publicize it; indeed, He is Knowing of that within the breasts.
Ey insanlar! Sözünüzü gizli saxlasanız da, onu açıq desəniz də, Allah onu bilir. Şübhəsiz ki, O Öz qulların qəlbində olanları bilir və heç bir şey Ona gizli qalmaz.
67:14Page 563
أَلَا يَعۡلَمُ مَنۡ خَلَقَ وَهُوَ ٱللَّطِيفُ ٱلۡخَبِيرُ ١٤
Does He who created not know,1 while He is the Subtle, the Aware?
Heç ola bilərmi ki, bütün məxluqatı yaradan Allah sirri, hətta ondan da gizlin olanları bilməsin? Allah qullarına qarşı lütfkardır və onların bütün işlərindən xəbərdardır, bu işlərdən heç bir şey Ona gizli qalmaz.
67:15Page 563
هُوَ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ ذَلُولٗا فَٱمۡشُواْ فِي مَنَاكِبِهَا وَكُلُواْ مِن رِّزۡقِهِۦۖ وَإِلَيۡهِ ٱلنُّشُورُ ١٥
It is He who made the earth tame1 for you - so walk among its slopes and eat of His provision - and to Him is the resurrection.
Yer üzündə gəzib-dolaşmanızı və orada məskunlaşmanızı sizin üçün asanlaşdıran Allahdır. Yerin hər tərəfini gəzin və Allahın orada sizin üçün hazırladığı ruzidən yeyin. Haqq-hesab çəkilməyiniz və etdiyiniz əməllərin əvəzini almağınız üçün qayıdış da təkcə Onadır.
67:16Page 563
ءَأَمِنتُم مَّن فِي ٱلسَّمَآءِ أَن يَخۡسِفَ بِكُمُ ٱلۡأَرۡضَ فَإِذَا هِيَ تَمُورُ ١٦
Do you feel secure that He who is above1 would not cause the earth to swallow you and suddenly it would sway?2
Göydə olan Allahın, yer üzünü sizin məskunlaşmanız üçün asanlaşdırdıqdan sonra, Qarunun ayağı altındakı yeri yardığı kimi, sizin də ayağınızın altındakı yeri yarıb sizi yerə batırmayacağına əminsinizmi? O zaman yer hərəkətə gəlib sizi titrətəcəkdir.
67:17Page 563
أَمۡ أَمِنتُم مَّن فِي ٱلسَّمَآءِ أَن يُرۡسِلَ عَلَيۡكُمۡ حَاصِبٗاۖ فَسَتَعۡلَمُونَ كَيۡفَ نَذِيرِ ١٧
Or do you feel secure that He who is above would not send against you a storm of stones? Then you would know how [severe] was My warning.
Yoxsa, göydə olan Allahın göydən Lut qövmünün üstünə daşlar yağdırdığı kimi, sizin də üstünüzə daşlar yağdırmayacağına əminsinizmi? Siz, Mənim verdiyim cəzanı gördüyünüz zaman sizə olan xəbərdarlığımın nə olduğunu biləcəksiniz. Lakin əzabı gördükdən sonra bu xəbrədalığın sizə heç bir faydası olmayacaqdır.
67:18Page 563
وَلَقَدۡ كَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ فَكَيۡفَ كَانَ نَكِيرِ ١٨
And already had those before them denied, and how [terrible] was My reproach.
Bu müşriklərdən əvvəl yaşamış ümmətlər də özlərinə göndərilən elçiləri yalançı hesab etmişdilər. Onlar öz küfrlərində və elçiləri yalan saymalarında israr etdikdə, Allahın əzabı onları yaxalamışdır. Bir görəydin Mənim onlar inkar etməyim necə idi. Bu, olduqca şiddətli bir inkar idi.
67:19Page 563
أَوَلَمۡ يَرَوۡاْ إِلَى ٱلطَّيۡرِ فَوۡقَهُمۡ صَٰٓفَّٰتٖ وَيَقۡبِضۡنَۚ مَا يُمۡسِكُهُنَّ إِلَّا ٱلرَّحۡمَٰنُۚ إِنَّهُۥ بِكُلِّ شَيۡءِۭ بَصِيرٌ ١٩
Do they not see the birds above them with wings outspread and [sometimes] folded in? None holds them [aloft] except the Most Merciful. Indeed He is, of all things, Seeing.
Məgər haqqı yalan sayanlar başları üzərində dəstə-dəstə pərvazlanıb uçan, hərdən qanadlarını yığan, hərdən də açan qanadlarını quşları görmürlərmi?! Onları yerə düşmədən havada saxlayan yalnız Mərhəmətli Allahdır. Şübhəsiz ki, O, hər şeyi görəndir və heç bir şey Ona gizli qalmaz.
67:20Page 563
أَمَّنۡ هَٰذَا ٱلَّذِي هُوَ جُندٞ لَّكُمۡ يَنصُرُكُم مِّن دُونِ ٱلرَّحۡمَٰنِۚ إِنِ ٱلۡكَٰفِرُونَ إِلَّا فِي غُرُورٍ ٢٠
Or who is it that could be an army for you to aid you other than the Most Merciful? The disbelievers are not but in delusion.
Ey kafirlər! Allah sizə əzab vermək istəsə, heç bir ordu sizi Onun əzabından xilas edə bilməz. Kafirlər ancaq aldanmaqdadırlar, şeytan onları aldatmış, onlar da ona aldanmışlar.
67:21Page 563
أَمَّنۡ هَٰذَا ٱلَّذِي يَرۡزُقُكُمۡ إِنۡ أَمۡسَكَ رِزۡقَهُۥۚ بَل لَّجُّواْ فِي عُتُوّٖ وَنُفُورٍ ٢١
Or who is it that could provide for you if He withheld His provision? But they have persisted in insolence and aversion.
Əgər Allah sizə verdiyi ruzinin qarşısını kəssə, heç kəs sizə ruzi verə bilməz. Xeyr, kafirlər inadkarlıq və təkəbbürlük göstərməkdə, həmçinin haqdan üz çevirməkdə davam edirlər.
67:22Page 563
أَفَمَن يَمۡشِي مُكِبًّا عَلَىٰ وَجۡهِهِۦٓ أَهۡدَىٰٓ أَمَّن يَمۡشِي سَوِيًّا عَلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ٢٢
Then is one who walks fallen on his face better guided or one who walks erect on a straight path?
Elə isə üzü üstə sürünərək gedən müşrik daha doğru yoldadır, yoxsa düz yolda özü şax gedən mömin kimsə?!
67:23Page 563
قُلۡ هُوَ ٱلَّذِيٓ أَنشَأَكُمۡ وَجَعَلَ لَكُمُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَٱلۡأَفۡـِٔدَةَۚ قَلِيلٗا مَّا تَشۡكُرُونَ ٢٣
Say, "It is He who has produced you and made for you hearing and vision and hearts [i.e., intellect]; little are you grateful."
Ey Peyğəmbər! Haqqı yalan sayan o müşriklərə de: "Sizi yaradan Allahdır. O Allah ki, sizə qulaq vermiş onun sayəsində eşidirsiniz, sizə göz vermiş onun sayəsində görürsünüz və sizə qəlb vermiş onun sayəsində dərk edirsiniz. Siz Onun sizə verdiyi nemətlərə necə də az şükür edirsiniz!"
67:24Page 563
قُلۡ هُوَ ٱلَّذِي ذَرَأَكُمۡ فِي ٱلۡأَرۡضِ وَإِلَيۡهِ تُحۡشَرُونَ ٢٤
Say, "It is He who has multiplied you throughout the earth, and to Him you will be gathered."
Ey Peyğəmbər! Haqqı yalan sayan o müşriklərə de: "Sizi yer üzünə göndərən və sizi orada yayıb səpələyəndə, heç bir şey yaratmağa qadir olmayan bütləriniz deyil, məhz Allahdır. Qiyamət günü siz haqq-hesaba çəkilmək və əməllərinizin əvəzini almaq üçün bütlərinizin deyil, təkcə Allahın hüzuruna toplanacaqsınız. Elə isə yalnız Ondan qorxun və yalnız Ona ibadət edin!
67:25Page 563
وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡوَعۡدُ إِن كُنتُمۡ صَٰدِقِينَ ٢٥
And they say, "When is this promise, if you should be truthful?"
Dirilməni yalan sayanlar onun mümkün olmadığını düşünərək belə deyirlər: "Ey Muhəmməd, əgər sən və sənin sahabələrin doğru deyirsinizsə, elə isə bizi təhdid etdiyin bu vəd nə vaxt olacaqdır?"
67:26Page 563
قُلۡ إِنَّمَا ٱلۡعِلۡمُ عِندَ ٱللَّهِ وَإِنَّمَآ أَنَا۠ نَذِيرٞ مُّبِينٞ ٢٦
Say, "The knowledge is only with Allāh, and I am only a clear warner."
Ey Peyğəmbər! De: "Qiyamətin qopacağı vaxtı bilmək Allaha məxsusdur, onun nə zaman qopacağını yalnız O bilir. Mən isə ancaq sizə açıq-aydın xəbərdar edən bir peyğəmbərəm".
67:27Page 564
فَلَمَّا رَأَوۡهُ زُلۡفَةٗ سِيٓـَٔتۡ وُجُوهُ ٱلَّذِينَ كَفَرُواْ وَقِيلَ هَٰذَا ٱلَّذِي كُنتُم بِهِۦ تَدَّعُونَ ٢٧
But when they see it1 approaching, the faces of those who disbelieve will be distressed, and it will be said, "This is that for which you used to call."2
Qiyamət günü, kafirlər özlərinə verilmiş vədin gerçək olduğunu və əzabın onlara yaxınlaşdığını gördükdə, Allaha küfr edənlərin üzləri dəyişib qapqara olacaq və onlara belə deyiləcək: "Dünyada sizin durmadan tələb etdiyiniz və tez gəlməsini istədiyiniz əzab budur!"
67:28Page 564
قُلۡ أَرَءَيۡتُمۡ إِنۡ أَهۡلَكَنِيَ ٱللَّهُ وَمَن مَّعِيَ أَوۡ رَحِمَنَا فَمَن يُجِيرُ ٱلۡكَٰفِرِينَ مِنۡ عَذَابٍ أَلِيمٖ ٢٨
Say, [O Muḥammad], "Have you considered:1 whether Allāh should cause my death and those with me or have mercy upon us, who can protect the disbelievers from a painful punishment?"
Ey Peyğəmbər! Haqqı yalan sayan o müşriklərə inkar edərək de: "Deyin görüm, əgər Allah məni və mənimlə birlikdə olan möminləri öldürərsə və ya bizə mərhəmət edib əcəlimizi uzatsa, o zaman kafirləri ağrılı-acılı əzabdan kim qurtara bilər?! Onları əzabdan heç kəs qurtara bilməz".
67:29Page 564
قُلۡ هُوَ ٱلرَّحۡمَٰنُ ءَامَنَّا بِهِۦ وَعَلَيۡهِ تَوَكَّلۡنَاۖ فَسَتَعۡلَمُونَ مَنۡ هُوَ فِي ضَلَٰلٖ مُّبِينٖ ٢٩
Say, "He is the Most Merciful; we have believed in Him, and upon Him we have relied. And you will [come to] know who it is that is in clear error."
Ey Peyğəmbər! O müşriklərə de: "O, Mərhəmətli Allahdır! O Allah ki, sizi yalnız Ona iman gətirməyinizi, öz işlərinizdə yalnız Ona təvəkkül etməyiniz buyurur. Heç şübhəsiz ki, siz kimin açıq-aydın azğınlıq içində, kimin də doğru yolda olduğunu tezliklə biləcəksiniz.
67:30Page 564
قُلۡ أَرَءَيۡتُمۡ إِنۡ أَصۡبَحَ مَآؤُكُمۡ غَوۡرٗا فَمَن يَأۡتِيكُم بِمَآءٖ مَّعِينِۭ ٣٠
Say, "Have you considered: if your water was to become sunken [into the earth], then who could bring you flowing water?"
Ey Peyğəmbər! O müşriklərə de: "Deyin görüm, əgər içdiyiniz su əliniz çatmayacaqı bir şəkildə çəkilib yerin dibinə getsə, Allahdan başqa kim sizə bol-bol axar su gətirə bilər? Əlbəttə ki, Allahdan başqa onu heç kəs gətirə bilməz".
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences