Al-Mukhtasar · Tafsir · in Azerbaijani
الغاشية
Al-Ghashiyah
The Overwhelming · Meccan · 26 ayahs
88:1Page 592
هَلۡ أَتَىٰكَ حَدِيثُ ٱلۡغَٰشِيَةِ ١
Has there reached you the report of the Overwhelming [event]?
Ey Peyğəmbər! Öz dəhşətləri ilə insanları bürüyən qiyamətin xəbəri sənə gəlib çatdımı?!
Qiyamət günü insanların bir qismi bədbəxt, digərləri isə xoşbəx olacaq. Bədbəxt insanların üzü zəlil görkəm alıb yerə dikiləcək.
Kafirlərin boyunlarına vurulmuş zəncirlər və halqalar onları yorub əldən salacaq.
Zəlil görkəm almış üz sahibləri yandırıb-yaxan oda girəcək və onun hərarətindən əzab çəkəcək.
Onlara çox qaynar suyu olan çeşmədən içirdiləcək.
88:6Page 592
لَّيۡسَ لَهُمۡ طَعَامٌ إِلَّا مِن ضَرِيعٖ ٦
For them there will be no food except from a poisonous, thorny plant
Onların ən pis, ən murdar və quruyanda isə zəhərli olan şibriq deyilən bitkidən başqa yeməyə bir təamı olmayacaqdır.
88:7Page 592
لَّا يُسۡمِنُ وَلَا يُغۡنِي مِن جُوعٖ ٧
Which neither nourishes nor avails against hunger.
Bu yemək onları nə kökəldər, nə də aclıqdan qurtarar.
O gün xoşbəxt insanlar (çoxlu) nemətlər əldə etdiklərinə görə üzlərini nəşə, fərəh və sevinc bürüyəcək.
Dünyada etdiyi saleh əməllərdən razı qalacaq. Çünki o əməllərin savabının qat-qat artmış olduğu halda onun üçün saxlanıldığını görəcəkdir.
Məqam və dəyər baxımından yüksək olan Cənnətdə olacaqlar.
Onlar Cənnətdə nəinki haram söz, heç batil söz və lağlağı belə eşitməyəcəklər.
Bu Cənnətdə onların istədikləri yerə axıdacaqları və istədikləri kimi istifadə edəcəkləri çeşmələr vardır.
Orada hündür taxtlar vardır,
İçmək üçün hazırlanmış qədəhlər vardır.
Orada bir-birinin yanına qoyulmuş yastıqlar vardır,
Orada hər yerə sərilmiş xalçalar və döşəklər vardır.
88:17Page 592
أَفَلَا يَنظُرُونَ إِلَى ٱلۡإِبِلِ كَيۡفَ خُلِقَتۡ ١٧
Then do they not look at the camels - how they are created?
Məgər onlar Allahın dəvəni necə yaratdığını və onu Adəm övladının ixtiyarına verdiyini görmürlərmi?!
Həmçinin, Allahın göyü necə yüksəltdiyini, hətta onların üzərində, başlarına uçmayıb yerində möhkəm duran bir tavan etdiyini görmürlərmi?!
Habelə, Allahın dağları necə ucaltdığını, yer üzü insanları silkələməsin deyə, onları yerə bərkitdiyini görmürlərmi?!
Eləcə də, Allahın yeri necə döşədiyini, insanlan üstündə qərar tutsunlar deyə onu sabit etdiyini görmürlərmi?!
88:21Page 592
فَذَكِّرۡ إِنَّمَآ أَنتَ مُذَكِّرٞ ٢١
So remind, [O Muḥammad]; you are only a reminder.
Ey Peyğəmbər! Onlara nəsihət ver, onları Allahın əzabı ilə qorxut! Sən ancaq öyüd-nəsihət verənsən. Səndən yalnız onlara xatırlatmaq tələb olunur. Onların iman gətirməyə müvəffəq edilməsi isə təkcə Allahın əlindədir.
Sən onların üstün hökmran deyilsən ki, onları iman gətirməyə məcbur edəsən.
Lakin kim imandan üz döndərib Allaha və Onun rəsuluna küfr edərsə,
88:24Page 592
فَيُعَذِّبُهُ ٱللَّهُ ٱلۡعَذَابَ ٱلۡأَكۡبَرَ ٢٤
Then Allāh will punish him with the greatest punishment.
Qiyamət günü Allah onu içində əbədi qalacağı Cəhənnəmə vasil etməklə onu ən böyük əzaba düçar edər.
Şübhəsiz ki, onların ödükdən sonra qayıdışları yalnız Bizədir.
Sonra onları əməllərinə görə sorğu-suala çəkmək də yalnız Bizə aiddir. Bunun nə sənə, nə də səndən başqasına heç bir aidiyyatı yoxdur.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences