Al-Mukhtasar · Tafsir · in Azerbaijani
الشمس
Ash-Shams
The Sun · Meccan · 15 ayahs
Uca Allah günəşə və onun məşriqdən doğduqdan sonra yüksəldiyi vaxta and içir.
Uca Allah, həmçinin, günəş batdıqdan sonra, onun ardından çıxan aya and içir.
Uca Allah, həmçinin, öz işığı ilə yer üzünü işıqlandıran gündüzə and içir.
Uca Allah, həmçinin, yer üzünü zülmətə bürüyən gecəyə and içir.
Uca Allah, həmçinin, göyə və onun möhkəm qurulmasına and içir.
Uca Allah, həmçinin, yerə və insanların üstündə qərar tutması üçün yerin döşənməsinə and içir.
Uca Allah, həmçinin, hər bir nəfsə və onu yaradıb kamilləşdirən Allaha and içir.
91:8Page 595
فَأَلۡهَمَهَا فُجُورَهَا وَتَقۡوَىٰهَا ٨
And inspired it [with discernment of] its wickedness and its righteousness,
Həmçinin, ona, günahlardan çəkinsin deyə, şər yolunu və Allahdan qorxsun deyə, xeyir yolunu öyrədənə,
Yaxşı işlər görməklə nəfsini gözəlləşdirən və pis əməllərdən çəkinməklə onu günahdan təmizləyən kimsə uğur qazanmışdır.
Nəfsini gizlincə asiliklərə və günahlara batıran kimsə isə ziyana uğramışdır.
91:11Page 595
كَذَّبَتۡ ثَمُودُ بِطَغۡوَىٰهَآ ١١
Thamūd denied [their prophet] by reason of their transgression,
Səmud qövmü asilik etməkdə və günah işlər görməkdə həddi aşdıqlarına görə, öz peyğəmbərləri Salehi yalançı saydı.
Onların ən bədbəxti, qövmünün tələbini yerinə yetirmək üçün ayağa qalxdıqda,
91:13Page 595
فَقَالَ لَهُمۡ رَسُولُ ٱللَّهِ نَاقَةَ ٱللَّهِ وَسُقۡيَٰهَا ١٣
And the messenger of Allāh [i.e., Ṣāliḥ] said to them, "[Do not harm] the she-camel of Allāh or [prevent her from] her drink."
Allahın rəsulu Saleh aleyhissəlam onlara dedi: "Allahın bu dişi dəvəsinə toxunmayın, onun su içməsinə mane olmayın və ona pislik etməyin!"
91:14Page 595
فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمۡدَمَ عَلَيۡهِمۡ رَبُّهُم بِذَنۢبِهِمۡ فَسَوَّىٰهَا ١٤
But they denied him and hamstrung1 her. So their Lord brought down upon them destruction for their sin and made it equal [upon all of them].
Onlar o dəvə xüsusunda peyğəmbərini yalançı saydılar. Sonra onların ən bədbəxti qövmünün razılığı ilə dəvəni öldürdü və beləliklə də, onların hamısı o günaha şərik oldu. Allah da onları əzabla yaxaladı və etdikləri günahlara görə onları qorxunc səslə məhv edib hamısını yerlə yeksan etdi.
Uca Allah günahkarlara əzab verib onları məhv etməyinin nəticəsindən çəkinməz!
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences