Al-Mukhtasar · Tafsir · in Azerbaijani
مريم
Maryam
Mary · Meccan · 98 ayahs
﴾Kəf. Hə. Yə. Ayn. Sad.﴿ Bu xüsusda bənzər bir açıqlama Bəqərə surəsinin əvvəlində zikir edilmişdir.
19:2Page 305
ذِكۡرُ رَحۡمَتِ رَبِّكَ عَبۡدَهُۥ زَكَرِيَّآ ٢
[This is] a mention of the mercy of your Lord to His servant Zechariah
Bu sənin Rəbbinin Öz qulu Zəkəriyyaya - aleyhissəlam - göstərdiyi rəhmət və şəfqətinin yada salınmasıdır. Düşünüb ibrət alasan deyə, Biz bu hekayəni sənə nəql edəcəyik.
19:3Page 305
إِذۡ نَادَىٰ رَبَّهُۥ نِدَآءً خَفِيّٗا ٣
When he called to his Lord a private call [i.e., supplication].
Bir zaman Zəkəriyya duasının qəbul olunması üçün Rəbbinə gizlicə dua edib, yalvararaq
19:4Page 305
قَالَ رَبِّ إِنِّي وَهَنَ ٱلۡعَظۡمُ مِنِّي وَٱشۡتَعَلَ ٱلرَّأۡسُ شَيۡبٗا وَلَمۡ أَكُنۢ بِدُعَآئِكَ رَبِّ شَقِيّٗا ٤
He said, "My Lord, indeed my bones have weakened, and my head has filled1 with white, and never have I been in my supplication to You, my Lord, unhappy [i.e., disappointed].
Belə dedi: "Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da olan ağ saçlarım çoxalmışdır. Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam. Sənə nə vaxt dua etmişəmsə, duamı qəbul etmisən.
19:5Page 305
وَإِنِّي خِفۡتُ ٱلۡمَوَٰلِيَ مِن وَرَآءِي وَكَانَتِ ٱمۡرَأَتِي عَاقِرٗا فَهَبۡ لِي مِن لَّدُنكَ وَلِيّٗا ٥
And indeed, I fear the successors1 after me, and my wife has been barren, so give me from Yourself an heir
Mən öldükdən sonra qohumlarımın dünya ilə məşğul olub dini layiqincə yanaşmayacaqlarından qorxuram. Həyat yoldaşm da uşaq doğmayan sonsuz bir qadındır. Ey Rəbbim! Mənə Öz tərəfindən mənə yardımçı olacaq bir övlad bəxş et!
19:6Page 305
يَرِثُنِي وَيَرِثُ مِنۡ ءَالِ يَعۡقُوبَۖ وَٱجۡعَلۡهُ رَبِّ رَضِيّٗا ٦
Who will inherit me1 and inherit from the family of Jacob. And make him, my Lord, pleasing [to You]."
O həm məndən, həm də Yaqub - aleyhissəlam - oğullarından peyğəmbərliyə varis olsun. Ey Rəbbim! Onu dinində, əxlaqında və əməlində razı qaldığın kimsə et!"
19:7Page 305
يَٰزَكَرِيَّآ إِنَّا نُبَشِّرُكَ بِغُلَٰمٍ ٱسۡمُهُۥ يَحۡيَىٰ لَمۡ نَجۡعَل لَّهُۥ مِن قَبۡلُ سَمِيّٗا ٧
[He was told],1 "O Zechariah, indeed We give you good tidings of a boy whose name will be John. We have not assigned to any before [this] name."
Uca Allah onun duasına cavab verdi və ona: "Ey Zəkəriyya! Biz sənə, səni sevindirəcək bir xəbərlə müjdələyirik. Artıq Biz duanı qəbul etdik və sənə Yəhya adlı bir övlad verdik. Biz bu adı ondan öncə kimsəyə vermədik!" – deyə nida etdi.
19:8Page 305
قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِي غُلَٰمٞ وَكَانَتِ ٱمۡرَأَتِي عَاقِرٗا وَقَدۡ بَلَغۡتُ مِنَ ٱلۡكِبَرِ عِتِيّٗا ٨
He said, "My Lord, how will I have a boy when my wife has been barren and I have reached extreme old age?"
Zəkəriyya Allahın qüdrətinə heyrət edərək dedi: "Ey Rəbbim! Həyat yoldaşım uşaq doğmayan sonsuz bir qadın ikən, özüm də ömrümün son həddinə çatıb sümüklərim zəyiflədiyi bir halda mənim necə övladım ola bilər?!"
19:9Page 305
قَالَ كَذَٰلِكَ قَالَ رَبُّكَ هُوَ عَلَيَّ هَيِّنٞ وَقَدۡ خَلَقۡتُكَ مِن قَبۡلُ وَلَمۡ تَكُ شَيۡـٔٗا ٩
[An angel] said, "Thus [it will be]; your Lord says, 'It is easy for Me, for I created you before, while you were nothing.'"
Mələk dedi: "Bəli, dediyin kimidir, həyat yoldaşın uşaq doğmayan sonsuz bir qadın, özün də ömrünün son həddinə çatıb, sümüklərin zəyifləyib, yaşa dolmuş bir insansan, lakin Rəbbin belə buyurdu: "Uca Allah üçün Yəhyanı sonsuz bir anadan və ömrümün son həddinə çatıb, qocalmış bir atadan xəlq etməsi asandır. Ey Zəkəriyya! Mən səni daha öncədən zikir edilən bir şey deyilkən yoxdan xəlq etmişdim!"
19:10Page 305
قَالَ رَبِّ ٱجۡعَل لِّيٓ ءَايَةٗۖ قَالَ ءَايَتُكَ أَلَّا تُكَلِّمَ ٱلنَّاسَ ثَلَٰثَ لَيَالٖ سَوِيّٗا ١٠
[Zechariah] said, "My Lord, make for me a sign." He said, "Your sign is that you will not speak to the people for three nights, [being] sound."1
Zəkəriyya - aleyhissəlam - dedi: "Ey Rəbbim! Ürəyim arxayın olsun deyə, mələklərin məni müjdələdiyi şeyin gerçəkləşəcəyinə dəlalət edən mənə bir əlamət ver". Allah buyurdu: "Mələklərin səni müjdələdikləri şeyin gerçəkləşəcəyinə dəlalət edən əlamətin budur ki, sən sağlam ikən və heç bir xəstəliyin olmadığı bir halda üç gecə insanlarla danışa bilməyəcəksən!"
19:11Page 305
فَخَرَجَ عَلَىٰ قَوۡمِهِۦ مِنَ ٱلۡمِحۡرَابِ فَأَوۡحَىٰٓ إِلَيۡهِمۡ أَن سَبِّحُواْ بُكۡرَةٗ وَعَشِيّٗا ١١
So he came out to his people from the prayer chamber and signaled to them to exalt [Allāh] in the morning and afternoon.
Nəhayət, Zəkəriyya namazgahından öz qövmünün qarşısına çıxıb, danışmadan, onlara günün əvvəlində və sonunda uca Allahın şəninə təriflər edib, Onu zikir etmələrini işarə ilə başa saldı.
19:12Page 306
يَٰيَحۡيَىٰ خُذِ ٱلۡكِتَٰبَ بِقُوَّةٖۖ وَءَاتَيۡنَٰهُ ٱلۡحُكۡمَ صَبِيّٗا ١٢
[Allāh said], "O John, take the Scripture [i.e., adhere to it] with determination." And We gave him judgement [while yet] a boy
Nəhayət Yəhya dünyaya gəlib, xitab ediləcək yaşa çatdıqda, Biz ona: "Ey Yəhya! Tövratdan ciddi və möhkəm bir şəkildə yapış!" – dedik. Biz ona uşaq ikən düzgün anlayış, elm, təmkin, qətiyyət bəxş etdik.
19:13Page 306
وَحَنَانٗا مِّن لَّدُنَّا وَزَكَوٰةٗۖ وَكَانَ تَقِيّٗا ١٣
And affection from Us and purity, and he was fearing of Allāh
Öz tərəfimizdən ona bir rəhmət bəxş etdik və onu günahlardan təmizlədik. O, Allahın əmrlərinə boyun əyib, qadağalarından çəkinən Allaha müti bir qul idi.
19:14Page 306
وَبَرَّۢا بِوَٰلِدَيۡهِ وَلَمۡ يَكُن جَبَّارًا عَصِيّٗا ١٤
And dutiful to his parents, and he was not a disobedient tyrant.
Həm də o, ata-anasına qarşı qayğıkeş, nəvazişkar və onlara lütf, mərhəmət və yaxşılıq edən biri idi. O, Rəbbinə və ata-anasına itaət etməkdə təkəbbürlük edən, həmçinin, Rəbbinə və ata-anasına asi olan bir kimsə deyildi.
19:15Page 306
وَسَلَٰمٌ عَلَيۡهِ يَوۡمَ وُلِدَ وَيَوۡمَ يَمُوتُ وَيَوۡمَ يُبۡعَثُ حَيّٗا ١٥
And peace be upon him the day he was born and the day he dies and the day he is raised alive.
Doğulduğu gün, ölərək bu həyatdan çıxacağı gün və Qiyamət günü qəbirdən diri olaraq qaldırılacağı gün ona Allahın salamı olsun! Bu üç məqam insanın qarşılaşdığı ən çətin məqamlardır. Əgər insan bu üç məqamdan sağ-salamat keçərsə, bundan sonra gələnlərdə onun heç bir qorxusu olmaz.
19:16Page 306
وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ مَرۡيَمَ إِذِ ٱنتَبَذَتۡ مِنۡ أَهۡلِهَا مَكَانٗا شَرۡقِيّٗا ١٦
And mention, [O Muḥammad], in the Book [the story of] Mary, when she withdrew from her family to a place toward the east.
Ey Peyğəmbər! Sənə nazil edilən Quranda Məryəmin - aleyhəssəlam - xəbərini də yada sal. Bir zaman o, Allaha ibadət məqsədilə ailəsindən ayrılıb təkbaşına şərq tərəfdə olan xəlvət bir yerə çəkilmişdi.
19:17Page 306
فَٱتَّخَذَتۡ مِن دُونِهِمۡ حِجَابٗا فَأَرۡسَلۡنَآ إِلَيۡهَا رُوحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرٗا سَوِيّٗا ١٧
And she took, in seclusion from them, a screen. Then We sent to her Our Angel [i.e., Gabriel], and he represented himself to her as a well-proportioned man.
Məryəm, Rəbbinə ibadət etdikdə qövmü onu görməməsi üçün özü ilə onlar arasında bir pərdə tutmuşdu. Biz Cəbraili - aleyhissəlam - onun yanına göndərdik. Cəbraili - aleyhissəlam - da Məryəmin qarşısında kamil bir insan surətində peyda oldu. Bu zaman Məryəm bu kimsənin ona bir zərər verəcəyindən qorxdu.
19:18Page 306
قَالَتۡ إِنِّيٓ أَعُوذُ بِٱلرَّحۡمَٰنِ مِنكَ إِن كُنتَ تَقِيّٗا ١٨
She said, "Indeed, I seek refuge in the Most Merciful from you, [so leave me], if you should be fearing of Allāh."
Məryəm, qarşısında kamil bir insan surətində peyda olan bu kimsənin ona tərəf gəldiyini görüncə ona: "Ey İnsan! Əgər Allahdan qorxan, təqvalı bir kimsəsənsə, sənin mənə bir pislik toxundurmağından Rəhman olan Allaha sığınıram!"
19:19Page 306
قَالَ إِنَّمَآ أَنَا۠ رَسُولُ رَبِّكِ لِأَهَبَ لَكِ غُلَٰمٗا زَكِيّٗا ١٩
He said, "I am only the messenger of your Lord to give you [news of] a pure boy [i.e., son]."
Cəbraili - aleyhissəlam - Məryəmə belə dedi: "Mən bəşər övladından deyiləm. Mən Rəbbimin sənə pak bir oğlan övladı bəxş etmək üçün göndərdiyi bir elçisiyəm!"
19:20Page 306
قَالَتۡ أَنَّىٰ يَكُونُ لِي غُلَٰمٞ وَلَمۡ يَمۡسَسۡنِي بَشَرٞ وَلَمۡ أَكُ بَغِيّٗا ٢٠
She said, "How can I have a boy while no man has touched me and I have not been unchaste?"
Məryəm təəccüblənərək dedi: "Mənə bir ər və ya başqa biri yaxınlaşmamış ikən, özüm də zinakar olmadığım bir halda, necə mənim övladım ola bilər?!"
19:21Page 306
قَالَ كَذَٰلِكِ قَالَ رَبُّكِ هُوَ عَلَيَّ هَيِّنٞۖ وَلِنَجۡعَلَهُۥٓ ءَايَةٗ لِّلنَّاسِ وَرَحۡمَةٗ مِّنَّاۚ وَكَانَ أَمۡرٗا مَّقۡضِيّٗا ٢١
He said, "Thus [it will be]; your Lord says, 'It is easy for Me, and We will make him a sign to the people and a mercy from Us. And it is a matter [already] decreed.'"
Cəbraili - aleyhissəlam - Məryəmə dedi: "Bəli, həqiqət dediyin kimidir. Sənə bir ər və ya başqa biri yaxınlaşmamış və özün də əsla zinakar bir qadın olmamışsan. Lakin pak və uca Rəbbin belə buyurdu: "Atasız bir övlad yaratmaq Mənim üçün asandır. Uca Allah, sənə bəxş edilən bu övladı insanlar üçün Allahın qüdrətinə dəlalət edən bir möcüzə, sənə və ona iman edənlərə isə bir mərhəmət edəcəkdir. Övladının belə xəlq edilməsi əvvəlcədən uca Allah tərəfindən əzəldən müəyyən edilmiş və Lövhi-məhfuzda yazılmış bir işdir!"
19:22Page 306
۞ فَحَمَلَتۡهُ فَٱنتَبَذَتۡ بِهِۦ مَكَانٗا قَصِيّٗا ٢٢
So she conceived him, and she withdrew with him to a remote place.
Məryəm mələyin ona ruh üfürməsi ilə uşağa qaldı və o, bətnindəki ilə birlikdə insanlardan uzaq bir yerə çəkildi.
19:23Page 306
فَأَجَآءَهَا ٱلۡمَخَاضُ إِلَىٰ جِذۡعِ ٱلنَّخۡلَةِ قَالَتۡ يَٰلَيۡتَنِي مِتُّ قَبۡلَ هَٰذَا وَكُنتُ نَسۡيٗا مَّنسِيّٗا ٢٣
And the pains of childbirth drove her to the trunk of a palm tree. She said, "Oh, I wish I had died before this and was in oblivion, forgotten."
Doğuş sancıları başladı və bu səbəbdən o, bir xurma ağacının gövdəsinə söykənməyə vadar oldu. Bu zaman Məryəm - aleyhissəlam - dedi: "İnsanlar mənim barəmdə pis şeylər düşünməmələri üçün, kaş bu gündən əvvəl ölüb və birdəfəlik unudulaydım!"
19:24Page 306
فَنَادَىٰهَا مِن تَحۡتِهَآ أَلَّا تَحۡزَنِي قَدۡ جَعَلَ رَبُّكِ تَحۡتَكِ سَرِيّٗا ٢٤
But he1 called her from below her, "Do not grieve; your Lord has provided beneath you a stream.
İsa Məryəmin ayağlarının altından ona səslənərək: "Qəm yemə, artıq Rəbbin sənin su içməyin üçün ayağlarının altından bir bulaq axıtdı" – dedi.
19:25Page 306
وَهُزِّيٓ إِلَيۡكِ بِجِذۡعِ ٱلنَّخۡلَةِ تُسَٰقِطۡ عَلَيۡكِ رُطَبٗا جَنِيّٗا ٢٥
And shake toward you the trunk of the palm tree; it will drop upon you ripe, fresh dates.
Xurma ağacının gövdəsindən yapış və onu özünə tərəf silkələ ki, yığıb ondan yeməyin üçün üstünə yetişmiş, təzə xurma tökülsün.
19:26Page 307
فَكُلِي وَٱشۡرَبِي وَقَرِّي عَيۡنٗاۖ فَإِمَّا تَرَيِنَّ مِنَ ٱلۡبَشَرِ أَحَدٗا فَقُولِيٓ إِنِّي نَذَرۡتُ لِلرَّحۡمَٰنِ صَوۡمٗا فَلَنۡ أُكَلِّمَ ٱلۡيَوۡمَ إِنسِيّٗا ٢٦
So eat and drink and be contented. And if you see from among humanity anyone, say, 'Indeed, I have vowed to the Most Merciful abstention, so I will not speak today to [any] man.'"
Təzə xurmalardan ye, sudan iç və dünyaya belə bir uşaq gətirdiyinə görə gözün aydın olsun, əsla üzülmə! Əgər insanlardan kimsə səndən bu uşaq barədə sorusa, de: "Mən özümə, Rəbbim üçün danışmamağı nəzir etmişəm. Odur ki, bu gün insanlardan heç kimlə danışmayacağam!"
19:27Page 307
فَأَتَتۡ بِهِۦ قَوۡمَهَا تَحۡمِلُهُۥۖ قَالُواْ يَٰمَرۡيَمُ لَقَدۡ جِئۡتِ شَيۡـٔٗا فَرِيّٗا ٢٧
Then she brought him to her people, carrying him. They said, "O Mary, you have certainly done a thing unprecedented.
Məryəm oğlunu qucağına alıb onu öz qövmünün yanına gətirdi. Qövmü Məryəmin bu əməlini çirkin bir iş gördüklərindən dolayı ona belə dedi: "Ey Məryəm! Sən görünməmiş bir şeylə, atası olmayan bir uşaqla gəldin!"
19:28Page 307
يَٰٓأُخۡتَ هَٰرُونَ مَا كَانَ أَبُوكِ ٱمۡرَأَ سَوۡءٖ وَمَا كَانَتۡ أُمُّكِ بَغِيّٗا ٢٨
O sister [i.e., descendant] of Aaron, your father was not a man of evil, nor was your mother unchaste."
Ey ibadətində Haruna bənzəyən qadın! (Harun saleh bir insan idi). Sənin atan da, anan da zinakar deyildi. Sən özün də salehliyi ilə bilinən pak, təmiz bir ailədənsən. Axı sən, atasız bir oğlan uşağı necə dünyaya gətirə bilərsən?!
19:29Page 307
فَأَشَارَتۡ إِلَيۡهِۖ قَالُواْ كَيۡفَ نُكَلِّمُ مَن كَانَ فِي ٱلۡمَهۡدِ صَبِيّٗا ٢٩
So she pointed to him. They said, "How can we speak to one who is in the cradle a child?"
Məryəm onlara beçikdə olan oğlu İsanı - aleyhissəlam - göstərdi. Qövmü təəccüblənərək ona: "Beşikdə olan bir körpə ilə biz necə danışa bilərik?!" – dedilər.
19:30Page 307
قَالَ إِنِّي عَبۡدُ ٱللَّهِ ءَاتَىٰنِيَ ٱلۡكِتَٰبَ وَجَعَلَنِي نَبِيّٗا ٣٠
[Jesus] said, "Indeed, I am the servant of Allāh. He has given me the Scripture and made me a prophet.
İsa - aleyhissəlam - dedi: "Şübhəsiz ki, mən Allahın quluyam! O mənə İncil verdi və məni peyğəmbərlərdən biri etdi.
19:31Page 307
وَجَعَلَنِي مُبَارَكًا أَيۡنَ مَا كُنتُ وَأَوۡصَٰنِي بِٱلصَّلَوٰةِ وَٱلزَّكَوٰةِ مَا دُمۡتُ حَيّٗا ٣١
And He has made me blessed wherever I am and has enjoined upon me prayer and zakāh as long as I remain alive
Harada oluramsa olum, O, məni insanlar üçün xeyirli, faydalı etdi və həyatım boyu mənə namaz qılıb zəkat verməyi əmr etdi.
19:32Page 307
وَبَرَّۢا بِوَٰلِدَتِي وَلَمۡ يَجۡعَلۡنِي جَبَّارٗا شَقِيّٗا ٣٢
And [made me] dutiful to my mother, and He has not made me a wretched tyrant.
Məni anama qarşı qayğıkeş etdi, məni Rəbbimin itaətinə təkəbbürlük edən və Ona qarşı üsyan edən bir kimsə etmədi.
19:33Page 307
وَٱلسَّلَٰمُ عَلَيَّ يَوۡمَ وُلِدتُّ وَيَوۡمَ أَمُوتُ وَيَوۡمَ أُبۡعَثُ حَيّٗا ٣٣
And peace is on me the day I was born and the day I will die and the day I am raised alive."
Uca Allah doğulduğum gün, öləcəyim gün və Qiyamət günü yenidən dirildiləcəyim gün məni şeytan və onun yardımçıların şərindən əmin-aman etmişdir. Şeytan bu üç qorxulu və dəhşətli anlardan mənə zərər verə bilməyəcəkdir!"
19:34Page 307
ذَٰلِكَ عِيسَى ٱبۡنُ مَرۡيَمَۖ قَوۡلَ ٱلۡحَقِّ ٱلَّذِي فِيهِ يَمۡتَرُونَ ٣٤
That is Jesus, the son of Mary - the word of truth about which they are in dispute.
Belə sifətlərlə zikir edilən kimsə, Məryəm oğlu İsadır. Bu söz onun barədə söylənən haqq bir sözdur. Bu, heç də onun barədə ixtilafa düşən azğınların söylədiyi kimi deyildir.
19:35Page 307
مَا كَانَ لِلَّهِ أَن يَتَّخِذَ مِن وَلَدٖۖ سُبۡحَٰنَهُۥٓۚ إِذَا قَضَىٰٓ أَمۡرٗا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ ٣٥
It is not [befitting] for Allāh to take a son; exalted is He!1 When He decrees an affair, He only says to it, "Be," and it is.
Allaha övlad götürmək yaraşmaz. Uca Allah pak və müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq "Ol!" – deməsi kifayət edər, o da dərhal Allahın istədiyi kimi olar. Belə bir sifətə layiq olan İlah, Özünə övlad götürməkdən münəzzəhdir.
19:36Page 307
وَإِنَّ ٱللَّهَ رَبِّي وَرَبُّكُمۡ فَٱعۡبُدُوهُۚ هَٰذَا صِرَٰطٞ مُّسۡتَقِيمٞ ٣٦
[Jesus said], "And indeed, Allāh is my Lord and your Lord, so worship Him. That is a straight path."
Şübhəsiz ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə siz ixlasla yalnlz Ona ibadət edin! Sizə söylədiyim bu yol, Allahın razılığına qovuşduran doğru-düzgün yoldur!
19:37Page 307
فَٱخۡتَلَفَ ٱلۡأَحۡزَابُ مِنۢ بَيۡنِهِمۡۖ فَوَيۡلٞ لِّلَّذِينَ كَفَرُواْ مِن مَّشۡهَدِ يَوۡمٍ عَظِيمٍ ٣٧
Then the factions differed [concerning Jesus] from among them, so woe to those who disbelieved - from the scene of a tremendous Day.
Onlar İsa - aleyhissəlam - barədə ixtilafa düşüb öz aralarında müxtəlif firqələrə ayrıldılar. Onlardan bəziləri İsaya iman edib: "O, Allahın elçisidir!" – desə də, bəziləri də, yəhudilər kimi ona küfür etdi. Onlardan bəziləri onun barədə həddlərini aşıb: "O, Allahdır!" – dedilər. Bəziləri də: "O, Allahın oğludur!" – dedilər. Uca Allah onların söylədiklərindən uzaq və ucadır. İsa barədə ixtilafa düşən kimsələrin qiyamətin dəhşətinə, ağrılı-acılı əzabına və haqq-hesaba şahid olacaqlarına görə onların vay halına!
19:38Page 307
أَسۡمِعۡ بِهِمۡ وَأَبۡصِرۡ يَوۡمَ يَأۡتُونَنَا لَٰكِنِ ٱلظَّٰلِمُونَ ٱلۡيَوۡمَ فِي ضَلَٰلٖ مُّبِينٖ ٣٨
How [clearly] they will hear and see the Day they come to Us, but the wrongdoers today are in clear error.
Qiyamət günü onlar elə yaxşı eşidəcək, elə də yaxşı görəcəklər! Amma o zaman nə eşitməkləri, nə də ki, görməkləri onlara heç bir fayda verməyəcəkdir. Lakin zalımlar dünya həyatında haqq yoldan açıq-aydın azmışlar. Onlar günah işlər görməklə özlərinə zülm etməyə davam edib, Qiyamət saatı onlara anidə gələnə qədər axirət həyatına hazırlaşmazlar.
19:39Page 308
وَأَنذِرۡهُمۡ يَوۡمَ ٱلۡحَسۡرَةِ إِذۡ قُضِيَ ٱلۡأَمۡرُ وَهُمۡ فِي غَفۡلَةٖ وَهُمۡ لَا يُؤۡمِنُونَ ٣٩
And warn them, [O Muḥammad], of the Day of Regret, when the matter will be concluded;1 and [yet], they are in [a state of] heedlessness, and they do not believe.
Ey Peyğəmbər! Pislik edənin etdiyi pisliklərə görə yaxşılıq edənin də çoxluca ibadət etmədiyinə görə peşman olacağı bir gün barədə insanları xəbərdar et. Məhz o gün insanların əməl dəftərləri bağlanıb, etdikləri əməllərin haqq-hesabı edildikdə, hər bir kimsə dünya da ikən etdiklərini öz qarşısında görəcəkdir. Onlar dünya həyatında aldanmış, axirət həyatını unutmuş və qiyamət gününə də iman gətirməyən kimsələrdir.
19:40Page 308
إِنَّا نَحۡنُ نَرِثُ ٱلۡأَرۡضَ وَمَنۡ عَلَيۡهَا وَإِلَيۡنَا يُرۡجَعُونَ ٤٠
Indeed, it is We who will inherit the earth and whoever is on it, and to Us they will be returned.
Şübhəsiz ki, bütün yaradılmışlar fəna olduqdan sonra əbədi qalan Bizik. Yer üzününə sahib çıxan yalnız Bizik. Yer üzündə olanlar yox olduqdan sonra ora varis olanda yalnız Bizik. Biz orada istədiyimizi edəcəyik. Onlar qiyamət günü hesab və cəza üçün yalnız Bizə qaytarılacaqlar.
19:41Page 308
وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ إِبۡرَٰهِيمَۚ إِنَّهُۥ كَانَ صِدِّيقٗا نَّبِيًّا ٤١
And mention in the Book [the story of] Abraham. Indeed, he was a man of truth and a prophet.
Ey Peyğəmbər! Sənə nazil edilən Quranda İbrahimin - aleyhissəlam - xəbərini də xatırla! Həqiqətən, o, çox sadiq və daima Allahın ayələrini təsdiq edən bir kimsə idi. O, Allah tərəfindən göndərilmiş bir peyğəmbər idi.
19:42Page 308
إِذۡ قَالَ لِأَبِيهِ يَٰٓأَبَتِ لِمَ تَعۡبُدُ مَا لَا يَسۡمَعُ وَلَا يُبۡصِرُ وَلَا يُغۡنِي عَنكَ شَيۡـٔٗا ٤٢
[Mention] when he said to his father, "O my father, why do you worship that which does not hear and does not see and will not benefit you at all?
Bir zaman İbrahim, atası Azərə belə demişdi: "Atacan! Nə üçün Allahı qoyub, dua etdikdə duanı eşitməyən, ibadət etdikdə, ibadətini görməyən, sənə heç bir zərər və ya fayda verə bilməyən bütlərə ibadət edirsən?!
19:43Page 308
يَٰٓأَبَتِ إِنِّي قَدۡ جَآءَنِي مِنَ ٱلۡعِلۡمِ مَا لَمۡ يَأۡتِكَ فَٱتَّبِعۡنِيٓ أَهۡدِكَ صِرَٰطٗا سَوِيّٗا ٤٣
O my father, indeed there has come to me of knowledge that which has not come to you, so follow me; I will guide you to an even path.
Atacan! Şübhəsiz ki, vəhy vasitəsi ilə sənə gəlməyən bir elm, artıq mənə gəlmişdir. Elə isə mənə tabe ol ki, səni Allahın buyurduğu doğru yola yönəldim.
19:44Page 308
يَٰٓأَبَتِ لَا تَعۡبُدِ ٱلشَّيۡطَٰنَۖ إِنَّ ٱلشَّيۡطَٰنَ كَانَ لِلرَّحۡمَٰنِ عَصِيّٗا ٤٤
O my father, do not worship [i.e., obey] Satan. Indeed Satan has ever been, to the Most Merciful, disobedient.
Atacan! Şeytana itaət edərək ona ibadət etmə! Çünki şeytana Adəmə səcdə etmək əmr edildikdə, əmrə müxalif olaraq Allaha çox asi olmuşdur.
19:45Page 308
يَٰٓأَبَتِ إِنِّيٓ أَخَافُ أَن يَمَسَّكَ عَذَابٞ مِّنَ ٱلرَّحۡمَٰنِ فَتَكُونَ لِلشَّيۡطَٰنِ وَلِيّٗا ٤٥
O my father, indeed I fear that there will touch you a punishment from the Most Merciful so you would be to Satan a companion [in Hellfire]."
Atacan! Küfr üzərində ölüb, Mərhəmətli Allahdan sənə bir əzab toxunmasından və şeytana olan dostluğundan dolayı, əzaba düçar olmaqda ona yoldaş olmağından qorxuram!"
19:46Page 308
قَالَ أَرَاغِبٌ أَنتَ عَنۡ ءَالِهَتِي يَٰٓإِبۡرَٰهِيمُۖ لَئِن لَّمۡ تَنتَهِ لَأَرۡجُمَنَّكَۖ وَٱهۡجُرۡنِي مَلِيّٗا ٤٦
[His father] said, "Have you no desire for my gods, O Abraham? If you do not desist, I will surely stone you, so avoid me a prolonged time."
Azər, oğlu İbrahimə - aleyhissəlam - belə dedi: "Ey İbrahim! Sən mənim ibadət etdiyim bütlərimdən üzmü çevirirsən?! Əgər bütlərimi təhqir etməyə son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol, mənimlə danışma və mənimlə bir yerdə olma!"
19:47Page 308
قَالَ سَلَٰمٌ عَلَيۡكَۖ سَأَسۡتَغۡفِرُ لَكَ رَبِّيٓۖ إِنَّهُۥ كَانَ بِي حَفِيّٗا ٤٧
[Abraham] said, "Peace [i.e., safety] will be upon you.1 I will ask forgiveness for you of my Lord. Indeed, He is ever gracious to me.
İbrahim - aleyhissəlam - atasına belə dedi: "Məndən sənə salam olsun! Məndən sənə heç bir pislik gəlməyəcəkdir. Rəbbimdən sənin üçün bağışlanma və doğru yol diləyəcəyəm. Həqiqətən, Rəbbim mənə qarşı çox lütfkardır.
19:48Page 308
وَأَعۡتَزِلُكُمۡ وَمَا تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ وَأَدۡعُواْ رَبِّي عَسَىٰٓ أَلَّآ أَكُونَ بِدُعَآءِ رَبِّي شَقِيّٗا ٤٨
And I will leave you and those you invoke other than Allāh and will invoke1 my Lord. I expect that I will not be in invocation to my Lord unhappy [i.e., disappointed]."
Mən sizi və sizin Allahdan başqa ibadət etdiyiniz bütləri tərk edir və heç bir şeyi Ona şərik qoşmadığım Rəbbimə dua və ibadət edirəm. Çünki mən, Rəbbimə etdiyim dua və ibadətimlə Rəbbimin məni heç vaxt məhrum və bədbəxt etməyəcəyini ümüd edirəm!"
19:49Page 308
فَلَمَّا ٱعۡتَزَلَهُمۡ وَمَا يَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ وَهَبۡنَا لَهُۥٓ إِسۡحَٰقَ وَيَعۡقُوبَۖ وَكُلّٗا جَعَلۡنَا نَبِيّٗا ٤٩
So when he had left them and those they worshipped other than Allāh, We gave him Isaac and Jacob, and each [of them] We made a prophet.
İbrahim onları və onların Allahdan başqa ibadət etdikləri bütləri tərk etdikdə, o, ailəsini Allah üçün tərk etdiyinə görə Biz də ona bunun əvəzində oğlu İshaqı və nəvəsi Yaqubu bəxş etdik. Biz onların hər ikisini də peyğəmbər etdik.
19:50Page 308
وَوَهَبۡنَا لَهُم مِّن رَّحۡمَتِنَا وَجَعَلۡنَا لَهُمۡ لِسَانَ صِدۡقٍ عَلِيّٗا ٥٠
And We gave them of Our mercy, and We made for them a mention [i.e., reputation] of high honor.
Biz onlara peyğəmbərliklə birğə öz mərhəmətimizdən bol-bol xeyir-bərəkət əta etdik və insanların dilində onların tərif-sənasını daimi etdik.
19:51Page 308
وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ مُوسَىٰٓۚ إِنَّهُۥ كَانَ مُخۡلَصٗا وَكَانَ رَسُولٗا نَّبِيّٗا ٥١
And mention in the Book, Moses. Indeed, he was chosen, and he was a messenger and a prophet.1
Ey Peyğəmbər! Sənə nazil etdiyimiz Quranda Musanı - aleyhissəlam -xəbərini də xatırla! Həqiqətən o, seçilmiş bir qul və Allah tərəfindən göndərilən elçi və peyğəmbər idi.
19:52Page 309
وَنَٰدَيۡنَٰهُ مِن جَانِبِ ٱلطُّورِ ٱلۡأَيۡمَنِ وَقَرَّبۡنَٰهُ نَجِيّٗا ٥٢
And We called him from the side of the mount1 at [his] right and brought him near, confiding [to him].
Biz Musanı - aleyhissəlam - durduğu yerə görə onu Tur dağının sağ tərəfindən səslənib çağırdıq və onunla danışmaq üçün onu özümüzə yaxın etdik. Beləcə Uca Allah onunla danışdı.
19:53Page 309
وَوَهَبۡنَا لَهُۥ مِن رَّحۡمَتِنَآ أَخَاهُ هَٰرُونَ نَبِيّٗا ٥٣
And We gave him out of Our mercy his brother Aaron as a prophet.
Biz Musaya olan rəhmətimizdən və nemətimizdən dolayı qardaşı Harunu - aleyhissəlam - da peyğəmbər etdik. Bu, Rəbbindən qardaşının da peyğəmbər olmasını dilədiyi zaman duasına olan icabət idi.
19:54Page 309
وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ إِسۡمَٰعِيلَۚ إِنَّهُۥ كَانَ صَادِقَ ٱلۡوَعۡدِ وَكَانَ رَسُولٗا نَّبِيّٗا ٥٤
And mention in the Book, Ishmael. Indeed, he was true to his promise, and he was a messenger and a prophet.
Ey Peyğəmbər! Sənə nazil edilən Quranda İsmailin xəbərini da xatırla! Həqiqətən o, doğru danışan bir kimsə idi. Bir vəd verdikdə onu mütləq yerinə yetirərdi. O bir elçi həmdə, bir peyğəmbər idi.
19:55Page 309
وَكَانَ يَأۡمُرُ أَهۡلَهُۥ بِٱلصَّلَوٰةِ وَٱلزَّكَوٰةِ وَكَانَ عِندَ رَبِّهِۦ مَرۡضِيّٗا ٥٥
And he used to enjoin on his people prayer and zakāh and was to his Lord pleasing [i.e., accepted by Him].
O, öz ailəsinə namazı vaxtı-vaxtında, kamil bir şəkildə qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin dərgahında bəyənilib, razı qalınmış bir kimsə idi.
19:56Page 309
وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ إِدۡرِيسَۚ إِنَّهُۥ كَانَ صِدِّيقٗا نَّبِيّٗا ٥٦
And mention in the Book, Idrees. Indeed, he was a man of truth and a prophet.
Ey Peyğəmbər! Sənə nazil edilən Quranda İdrisin - aleyhissəlam - xəbərini da xatırla! Həqiqətən, o, çox sadiq və daima Rəbbinin ayələrini təsdiq edən bir kimsə idi. O, Allah tərəfindən göndərilmiş peyğəmbərdən bir peyğəmbər idi.
Biz ona bəxş etdiyimiz peyğəmbərliklə, onun zikrini yüksək məqama ucaltdıq. O, Rəbbi yanında yüksək məqam sahibidir.
19:58Page 309
أُوْلَٰٓئِكَ ٱلَّذِينَ أَنۡعَمَ ٱللَّهُ عَلَيۡهِم مِّنَ ٱلنَّبِيِّـۧنَ مِن ذُرِّيَّةِ ءَادَمَ وَمِمَّنۡ حَمَلۡنَا مَعَ نُوحٖ وَمِن ذُرِّيَّةِ إِبۡرَٰهِيمَ وَإِسۡرَٰٓءِيلَ وَمِمَّنۡ هَدَيۡنَا وَٱجۡتَبَيۡنَآۚ إِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُ ٱلرَّحۡمَٰنِ خَرُّواْۤ سُجَّدٗاۤ وَبُكِيّٗا۩ ٥٨
Those were the ones upon whom Allāh bestowed favor from among the prophets of the descendants of Adam and of those We carried [in the ship] with Noah, and of the descendants of Abraham and Israel [i.e., Jacob], and of those whom We guided and chose. When the verses of the Most Merciful were recited to them, they fell in prostration and weeping.
Bu surədə Zəkəriyyədən başlayıb İdris - aleyhiməssəlam - ilə bitən adı çəkilən hər kəs Adəmin - aleyhissəlam - və Nuhla - aleyhissəlam - birlikdə gəmidə daşıdığımız kimsələrin nəslindən, həmçinin, İbrahimin və Yəqubun - aleyhiməssəlam - İslama müvəffəq etdiyimiz kimsələrin nəslində gələn Allahın peyğəmbərliklə nemətləndirdiyi kimsələrdir. Onlar Allahın ayələri oxunduğunu eşitdikdə Allah qorxusundan ağlayaraq səcdəyə qapanırdılar.
19:59Page 309
۞ فَخَلَفَ مِنۢ بَعۡدِهِمۡ خَلۡفٌ أَضَاعُواْ ٱلصَّلَوٰةَ وَٱتَّبَعُواْ ٱلشَّهَوَٰتِۖ فَسَوۡفَ يَلۡقَوۡنَ غَيًّا ٥٩
But there came after them successors [i.e., later generations] who neglected prayer and pursued desires; so they are going to meet evil1 -
Bu seçilmiş peyğəmbərlərin ardından azğın və pis əməllərə tabe olan bir nəsil gəldi. Onlar namazı zay edib, onu tələb olunan kimi qılmadılar, əksinə, zina kimi nəfslərinin istədikləri günahların ardınca getdilər. Onlar Cəhənnəmə və xüsrana uğrayaraq şər ilə qarşılaşacaqlar.
19:60Page 309
إِلَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَٰلِحٗا فَأُوْلَٰٓئِكَ يَدۡخُلُونَ ٱلۡجَنَّةَ وَلَا يُظۡلَمُونَ شَيۡـٔٗا ٦٠
Except those who repent, believe and do righteousness; for those will enter Paradise and will not be wronged at all.
Bundan yalnız etdiyi xətalardan tövbə edən və Allaha iman gətirib, saleh əməllər edən kimsələr müstəsnadır! Bu sifətlərə sahib olan kimsələr, Cənnətə daxil olacaq və etdikləri əməllərin savabı az olsa belə, savabları əksilməyəcəkdir.
19:61Page 309
جَنَّٰتِ عَدۡنٍ ٱلَّتِي وَعَدَ ٱلرَّحۡمَٰنُ عِبَادَهُۥ بِٱلۡغَيۡبِۚ إِنَّهُۥ كَانَ وَعۡدُهُۥ مَأۡتِيّٗا ٦١
[Therein are] gardens of perpetual residence which the Most Merciful has promised His servants in the unseen. Indeed, His promise has ever been eminent.1
Bu, Rəhmanın saleh qullarına görmədikləri halda girəcəklərinə dair vəd etdiyi və içərisində əbədi qalacaqları Cənnətlərdir. Onlar bu Cənnətləri görmədikləri bir halda buna iman etdilər. Allahın Cənnəti vəd etməsi -bu sizə qeyb də olsa belə- onun gəlməsi haqqdır və barədə heç bir şəkk-şübhə yoxdur.
19:62Page 309
لَّا يَسۡمَعُونَ فِيهَا لَغۡوًا إِلَّا سَلَٰمٗاۖ وَلَهُمۡ رِزۡقُهُمۡ فِيهَا بُكۡرَةٗ وَعَشِيّٗا ٦٢
They will not hear therein any ill speech - only [greetings of] peace - and they will have their provision therein, morning and afternoon.
Onlar orada boş, faydasız və lağlağı sözlər eşitməzlər. Əksinə bir-birilərinə və mələklərin onlara verdikləri salamı eşidərlər. Orada könülləri istədiyi təamlar onlar üçün səhər-axşam gətiriləcəkdir.
19:63Page 309
تِلۡكَ ٱلۡجَنَّةُ ٱلَّتِي نُورِثُ مِنۡ عِبَادِنَا مَن كَانَ تَقِيّٗا ٦٣
That is Paradise, which We give as inheritance to those of Our servants who were fearing of Allāh.
Belə bir sifətlərlə vəsf edilən Cənnət, Allah və Rəsulunun (səllallahu aleyhi və səlləm) əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Allahdan qorxan qullarımıza miras ediləcəkdir.
19:64Page 309
وَمَا نَتَنَزَّلُ إِلَّا بِأَمۡرِ رَبِّكَۖ لَهُۥ مَا بَيۡنَ أَيۡدِينَا وَمَا خَلۡفَنَا وَمَا بَيۡنَ ذَٰلِكَۚ وَمَا كَانَ رَبُّكَ نَسِيّٗا ٦٤
[Gabriel said],1 "And we [angels] descend not except by the order of your Lord. To Him belongs that before us and that behind us and what is in between. And never is your Lord forgetful -
Ey Cəbrail! Muhəmmədə (sallallahu aleyhi və səlləm) belə de: "Şübhəsiz ki, mələklər öz istəkləri ilə yer üzünə nazil ola bilməzlər. Onlar yalnız Allahın əmri ilə yer üzünə nazil olarlar. Axirətdə, dünyada və bunların arasında nə varsa, hamısı yalnız Uca Allaha məxsusdur. Ey Peyğəmbər! Sənin Rəbbin heç bir şeyi unudan deyildir".
19:65Page 310
رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا فَٱعۡبُدۡهُ وَٱصۡطَبِرۡ لِعِبَٰدَتِهِۦۚ هَلۡ تَعۡلَمُ لَهُۥ سَمِيّٗا ٦٥
Lord of the heavens and the earth and whatever is between them - so worship Him and have patience for His worship. Do you know of any similarity to Him?"
Göylərin və yerin xaliqi Allahdır. Onların hər ikisinin sahibi və idarə edəni də Odur. Onların arasında olanları xəlq edən də, onların arasında olanların sahibi və idarə edəni də Odur! Elə isə sən yalnız Ona ibadət et, çünki ibadətə layiq olan ancaq Odur və Ona etdiyin ibadətdə səbirlə davam et! İbadətdə Ona şərik olacaq bir Onun oxşarı və ya bənzəri yoxdur.
19:66Page 310
وَيَقُولُ ٱلۡإِنسَٰنُ أَءِذَا مَا مِتُّ لَسَوۡفَ أُخۡرَجُ حَيًّا ٦٦
And man [i.e., the disbeliever] says, "When I have died, am I going to be brought forth alive?"
Öldükdən sonra yenidən dirilməyi inkar edən kafir insan istehza edərək belə deyir: "Doğrudanmı mən öldükdən sonra dirilib, qəbirimdən ikinci bir həyat üçün çıxarılacağam?! Şübhəsiz ki, bu ağıla sığmayan bir şeydir!".
19:67Page 310
أَوَلَا يَذۡكُرُ ٱلۡإِنسَٰنُ أَنَّا خَلَقۡنَٰهُ مِن قَبۡلُ وَلَمۡ يَكُ شَيۡـٔٗا ٦٧
Does man not remember that We created him before, while he was nothing?
Məgər öldükdən sonra yenidən dirilməyi inkar edən o kafir insan, o heç bir şey deyilkən onu yoxdan xəlq etdiyimizi düşünmürmü?! Uca Allah bu ayədə birinci yaradılışı, ikinci yaradılışa dəlil gətirdi. Yəni, sizi ilk dəfə yaratmağa qadir olan, ikinci dəfə də yaratmağa qadirdir. Çünki ikinci yaradılış birinci yaradılışdan daha asan və daha bəsitdir.
19:68Page 310
فَوَرَبِّكَ لَنَحۡشُرَنَّهُمۡ وَٱلشَّيَٰطِينَ ثُمَّ لَنُحۡضِرَنَّهُمۡ حَوۡلَ جَهَنَّمَ جِثِيّٗا ٦٨
So by your Lord, We will surely gather them and the devils; then We will bring them to be present around Hell upon their knees.1
Ey Peyğəmbər! Rəbbinə and olsun ki, Biz onları azğınlığa sürükləyən şeytanlarla birlikdə qəbirlərindən çıxarıb məhşərə bir yerə toplayacaq, sonra da onları zəlil vəziyyətdə, dizləri üstə çökmüş halda Cəhənnəmin qapılarına tərəf sürükləyəcəyik.
19:69Page 310
ثُمَّ لَنَنزِعَنَّ مِن كُلِّ شِيعَةٍ أَيُّهُمۡ أَشَدُّ عَلَى ٱلرَّحۡمَٰنِ عِتِيّٗا ٦٩
Then We will surely extract from every sect those of them who were worst against the Most Merciful in insolence.
Sonra hər azğın toplumdan ən günahkar olanlarını şiddətli və sərt şəkildə çəkib çıxararıq. Onlar bu toplumun öndə gedənləridir.
19:70Page 310
ثُمَّ لَنَحۡنُ أَعۡلَمُ بِٱلَّذِينَ هُمۡ أَوۡلَىٰ بِهَا صِلِيّٗا ٧٠
Then, surely it is We who are most knowing of those most worthy of burning therein.
Sonra Cəhənnəmə daxil olmağa, onun hərarətinə və əzabına kimin daha çox haqqlı olduğunu, əlbəttə ki, Biz yaxşı tanıyırıq.
19:71Page 310
وَإِن مِّنكُمۡ إِلَّا وَارِدُهَاۚ كَانَ عَلَىٰ رَبِّكَ حَتۡمٗا مَّقۡضِيّٗا ٧١
And there is none of you except he will come to it.1 This is upon your Lord an inevitability decreed.
Ey İnsanlar! Sizdən hər biriniz Cəhənnəmin ortasından qurulmuş sirat körpüsünün üstündən keçəcəkdir. Bu, Allahın əzəldən təyin etdiyi qəti bir qərardır. Onun hökmünü kimsə dəyişə bilməz.
19:72Page 310
ثُمَّ نُنَجِّي ٱلَّذِينَ ٱتَّقَواْ وَّنَذَرُ ٱلظَّٰلِمِينَ فِيهَا جِثِيّٗا ٧٢
Then We will save those who feared Allāh and leave the wrongdoers within it, on their knees.
Nəhayət, İnsanlar bu sirat körpüsünün üzərindən keçdikdə, Biz onlardan Rəbbinin əmrlərini yerinə yetirib, qadağalarından çəkinən kimsələri Cəhənnəmə düşməkdən xilas edərik. Günahlar etməklə özlərinə zülüm edən zalımları isə dizləri üstə çökmüş bir halda orada tərk edəcəyik. Onlar oradan əsla qaçıb canlarını qurtara bilməyəcəklər.
19:73Page 310
وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُنَا بَيِّنَٰتٖ قَالَ ٱلَّذِينَ كَفَرُواْ لِلَّذِينَ ءَامَنُوٓاْ أَيُّ ٱلۡفَرِيقَيۡنِ خَيۡرٞ مَّقَامٗا وَأَحۡسَنُ نَدِيّٗا ٧٣
And when Our verses are recited to them as clear evidences, those who disbelieve say to those who believe, "Which of [our] two parties is best in position and best in association?"1
İnsanlara, elçilərimizə nazil etdilən açıq-aydın ayələrimiz oxunduğu zaman kafirlər möminlərə belə deyərlər: "Bu iki firqədən hansının məqamı, məkanı daha yaxşı, məclisi və toplumu daha gözəldir. Bizim firqəmiz yoxsa sizin firqəniz?!"
19:74Page 310
وَكَمۡ أَهۡلَكۡنَا قَبۡلَهُم مِّن قَرۡنٍ هُمۡ أَحۡسَنُ أَثَٰثٗا وَرِءۡيٗا ٧٤
And how many a generation have We destroyed before them who were better in possessions and [outward] appearance?
Biz maddi imkanlarının üstünlüyü ilə öyünüb fəxr edən bu kafirlərdən öncə, var-dövlət baxımından, həmçinin gözəl libasları və bədənlərinin sağlamlığına görə zahiri görünüşcə onlardan daha üstün olub, nemətlər içində yaşayan neçə-neçə nəsilləri məhv etdik.
19:75Page 310
قُلۡ مَن كَانَ فِي ٱلضَّلَٰلَةِ فَلۡيَمۡدُدۡ لَهُ ٱلرَّحۡمَٰنُ مَدًّاۚ حَتَّىٰٓ إِذَا رَأَوۡاْ مَا يُوعَدُونَ إِمَّا ٱلۡعَذَابَ وَإِمَّا ٱلسَّاعَةَ فَسَيَعۡلَمُونَ مَنۡ هُوَ شَرّٞ مَّكَانٗا وَأَضۡعَفُ جُندٗا ٧٥
Say, "Whoever is in error - let the Most Merciful extend for him an extension [in wealth and time] until, when they see that which they were promised - either punishment [in this world] or the Hour [of resurrection] - they will come to know who is worst in position and weaker in soldiers."
Ey Peyğəmbər! De ki: "Kim azğınlıq içində gəzib-dolaşırsa, Rəhman, onun azğınlığını artırana qədər ona möhlət verər. Dünyada özlərinə vəd edilən əzabı və ya Qiyamətin dəhşətini öz gözləri ilə görüb, şahid olduqda isə onlar kimin məqamının daha pis, kimin yardımçısının daha az olduğunu biləcəklər. Bu onların firqəsidirmi, yoxsa möminlərin firqəsi?"
19:76Page 310
وَيَزِيدُ ٱللَّهُ ٱلَّذِينَ ٱهۡتَدَوۡاْ هُدٗىۗ وَٱلۡبَٰقِيَٰتُ ٱلصَّٰلِحَٰتُ خَيۡرٌ عِندَ رَبِّكَ ثَوَابٗا وَخَيۡرٞ مَّرَدًّا ٧٦
And Allāh increases those who were guided, in guidance, and the enduring good deeds are better to your Lord1 for reward and better for recourse.
Azğınlıqlarını artırmaları üçün onlara verilən möhlətin qarşılığında, Uca Allah doğru yolda olanların hidayətini və imanlarını daha da artırar. Ey Peyğəmbər! Rəbbinin yanında, əbədi səadətə qovuşduran yaxşı əməllər isə savab baxımından daha faydalı, aqibətcə daha xeyirlidir.
19:77Page 311
أَفَرَءَيۡتَ ٱلَّذِي كَفَرَ بِـَٔايَٰتِنَا وَقَالَ لَأُوتَيَنَّ مَالٗا وَوَلَدًا ٧٧
Then, have you seen he who disbelieved in Our verses and said, "I will surely be given wealth and children [in the next life]"?
Ey Peyğəmbər! Açıq-aydın dəlillərimizi və əzabımızı inkar edib: "Əgər mən ölüb, yenidən dirilməli olsam, mənə hökmən çoxlu var-dövlət və övlad veriləcək!" – deyən adamı gördünmü?
19:78Page 311
أَطَّلَعَ ٱلۡغَيۡبَ أَمِ ٱتَّخَذَ عِندَ ٱلرَّحۡمَٰنِ عَهۡدٗا ٧٨
Has he looked into the unseen, or has he taken from the Most Merciful a promise?
Olmaya, o, qeybdən xəbərdardır və ya əlində bir dəlil olduğu üçün belə demişdir?! Yoxsa Rəbbindən onu Cənnətə daxil edəcəyinə və ona çoxlu var-dövlət və övlad verəcəyinə dair vəd almışdır?!
19:79Page 311
كـَلَّاۚ سَنَكۡتُبُ مَا يَقُولُ وَنَمُدُّ لَهُۥ مِنَ ٱلۡعَذَابِ مَدّٗا ٧٩
No! We will record what he says and extend [i.e., increase] for him from the punishment extensively.
Bu, heç də onun iddia etdiyi kimi deyildir. Biz onun söylədiklərini və etdiklərini yazacaq və bunun batil bir iddiada olduğu üçün əzabına əzab qatacağıq.
19:80Page 311
وَنَرِثُهُۥ مَا يَقُولُ وَيَأۡتِينَا فَرۡدٗا ٨٠
And We will inherit him [in] what he mentions,1 and he will come to Us alone.
Biz onu həlak etdikdən sonra tərk etdiyi var-dövlətinə və oğul-uşağına Biz varis olacağıq, qiyamət günü hüzurumuza dünyada kef çəkdiyi var-dövləti və cah-cəlalı əlindən alınmış bir halda, heç nəsiz, tək-tənha gələcəkdir.
19:81Page 311
وَٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ ءَالِهَةٗ لِّيَكُونُواْ لَهُمۡ عِزّٗا ٨١
And they have taken besides Allāh [false] deities that they would be for them [a source of] honor.
Müşriklər özlərinə yardım edib, dəstək olsun deyə özləri üçün Allahdan başqa məbudlar qəbul etdilər.
19:82Page 311
كـَلَّاۚ سَيَكۡفُرُونَ بِعِبَادَتِهِمۡ وَيَكُونُونَ عَلَيۡهِمۡ ضِدًّا ٨٢
No! They [i.e., those "gods"] will deny their worship of them and will be against them opponents [on the Day of Judgement].
Xeyr! Bu heç də onların iddia etdiyi kimi deyildir. Onların Allahdan başqa ibadət etdikləri bütləri, Qiyamət günü müşriklərin onlara etdikləri ibadəti inkar edəcək, onlardan uzaq olub, onların düşməni olacaqlar.
19:83Page 311
أَلَمۡ تَرَ أَنَّآ أَرۡسَلۡنَا ٱلشَّيَٰطِينَ عَلَى ٱلۡكَٰفِرِينَ تَؤُزُّهُمۡ أَزّٗا ٨٣
Do you not see that We have sent the devils upon the disbelievers, inciting them [to evil] with [constant] incitement?
Ey Peyğəmbər! Məgər şeytanları kafirlərin üstünə göndərib onları günaha sövq etdirdiyini, onların üzərində hökmüranlıq etdiklərini və onları Allahın dinində azdırmaq üçün əlindən gələn hər bir şeyi etdiyini görmürsənmi?
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences