Al-Mukhtasar · Tafsir · in Azerbaijani
Taha 20:91–135
20:91Page 318
قَالُواْ لَن نَّبۡرَحَ عَلَيۡهِ عَٰكِفِينَ حَتَّىٰ يَرۡجِعَ إِلَيۡنَا مُوسَىٰ ٩١
They said, "We will never cease being devoted to it [i.e., the calf] until Moses returns to us."
Buzovun ibadətinə məftun olan kimsələr Haruna belə dedilər: "Musa yanımıza qayıdana qədər biz ona ibadət etməyə davam edəcəyik!"
20:92Page 318
قَالَ يَٰهَٰرُونُ مَا مَنَعَكَ إِذۡ رَأَيۡتَهُمۡ ضَلُّوٓاْ ٩٢
[Moses] said, "O Aaron, what prevented you, when you saw them going astray,
Musa qardaşı Haruna belə dedi: "Ey Harun! Onların Uca Allahı tərk edib, buzova ibadət edərək azdıqlarını gördüyün zaman onları bu işdən çəkindirməyə sənə nə mane oldu?
20:93Page 318
أَلَّا تَتَّبِعَنِۖ أَفَعَصَيۡتَ أَمۡرِي ٩٣
From following me? Then have you disobeyed my order?"
Onları tərk edib nə üçün ardımca gəlmədin? Yoxsa səni onlara başçı təyin etdikdən sonra əmrimə qarşımı çıxdın?
20:94Page 318
قَالَ يَبۡنَؤُمَّ لَا تَأۡخُذۡ بِلِحۡيَتِي وَلَا بِرَأۡسِيٓۖ إِنِّي خَشِيتُ أَن تَقُولَ فَرَّقۡتَ بَيۡنَ بَنِيٓ إِسۡرَٰٓءِيلَ وَلَمۡ تَرۡقُبۡ قَوۡلِي ٩٤
[Aaron] said, "O son of my mother, do not seize [me] by my beard or by my head. Indeed, I feared that you would say, 'You caused division among the Children of Israel, and you did not observe [or await] my word.'"
Musa qardaşının etdiyini qınayaraq onun saçından və saqqalından tutub özünə tərəf çəkdikdə, Harun da ona mülayim şəkildə belə dedi: "Saqqalımdan və saçımdan tutma. Mənim onlarla birgə qalıb, sənin yanına gəlmədiyimə görə üzürüm var. Mən onları başlı-başına buraxıb sənin yanına gəldikdə, onların, öz aralarında parçalanmağından və sənin mənə: "Sən onların arasın parçaladın və sənə onlar barədə etdiyim vəsiyyətimi yerinə yetirmədin" – deyəcəyindən qorxdum!"
Musa - aleyhissəlam - Samiriyə belə dedi: "Ey Samiri! Səni bu işə vadar edən nə idi?"
20:96Page 318
قَالَ بَصُرۡتُ بِمَا لَمۡ يَبۡصُرُواْ بِهِۦ فَقَبَضۡتُ قَبۡضَةٗ مِّنۡ أَثَرِ ٱلرَّسُولِ فَنَبَذۡتُهَا وَكَذَٰلِكَ سَوَّلَتۡ لِي نَفۡسِي ٩٦
He said, "I saw what they did not see, so I took a handful [of dust] from the track of the messenger1 and threw it,2 and thus did my soul entice me."
Samiri Musaya belə dedi: "Mən İsrail oğularının görmədiklərini gördüm. Mən Cəbraili atının üstündə gördüm bu zaman onu atının ayağı dəydiyi torpaqdan bir ovuc aldım və həmən torpağı buzov şəkilində düzəldilən ərimiş qızıl əşyalarının üstünə atdım bundan sonra inək böyürtüsü kimi böyürüb səs çıxaran bir buzov əmələ gəldi və beləliklə də nəfsim mənə etdiyim bu şeyi gözəl göstərdi".
20:97Page 318
قَالَ فَٱذۡهَبۡ فَإِنَّ لَكَ فِي ٱلۡحَيَوٰةِ أَن تَقُولَ لَا مِسَاسَۖ وَإِنَّ لَكَ مَوۡعِدٗا لَّن تُخۡلَفَهُۥۖ وَٱنظُرۡ إِلَىٰٓ إِلَٰهِكَ ٱلَّذِي ظَلۡتَ عَلَيۡهِ عَاكِفٗاۖ لَّنُحَرِّقَنَّهُۥ ثُمَّ لَنَنسِفَنَّهُۥ فِي ٱلۡيَمِّ نَسۡفًا ٩٧
[Moses] said, "Then go. And indeed, it is [decreed] for you in [this] life to say, 'No contact.'1 And indeed, you have an appointment [in the Hereafter] you will not fail to keep. And look at your 'god' to which you remained devoted. We will surely burn it and blow it [i.e., its ashes] into the sea with a blast.
Musa - aleyhissəlam - Samiriyə belə dedi: "Haydı çıx get! Sən həyatın boyu: "Mənə toxunmayın, mən də sizə toxunmayım!" – deyəcəksən. Daima tək tənha qalacaqsan. Qiyamət günü də sənin üçün hesaba çəkilib, əzab olunacağın bir gün vardır. Uca Allah bu vədindən əsla dönməz. İndi isə sən özünə Allahdan başqa məbud qəbul etdib, ona ibadət etdiyin buzova bax. Biz indi onu atəş içində əriyənə qədər yandıracaq, sonra da onun külünü bir zərrə qədər qalmayanadək dənizə sovuracağıq!"
20:98Page 318
إِنَّمَآ إِلَٰهُكُمُ ٱللَّهُ ٱلَّذِي لَآ إِلَٰهَ إِلَّا هُوَۚ وَسِعَ كُلَّ شَيۡءٍ عِلۡمٗا ٩٨
Your god is only Allāh, except for whom there is no deity. He has encompassed all things in knowledge."
Ey İnsanlar! Həqiqətən də, sizin haqq olan məbudunuz Özündən başqa heç bir haqq məbud olmayan Allahdır. O, Öz elm ilə hər şeyi əhatə etmişdir. Heç bir şeyin elmi Pak və Uca olan Allaha əsla gizli qalmaz.
20:99Page 319
كَذَٰلِكَ نَقُصُّ عَلَيۡكَ مِنۡ أَنۢبَآءِ مَا قَدۡ سَبَقَۚ وَقَدۡ ءَاتَيۡنَٰكَ مِن لَّدُنَّا ذِكۡرٗا ٩٩
Thus, [O Muḥammad], We relate to you from the news of what has preceded. And We have certainly given you from Us a message [i.e., the Qur’ān].
Ey Peyğəmbər! Biz sənə təskinlik olsun deyə Musa və Fironun və onların qövmlərinin hekayətini xəbər verdiyimiz kimi, beləcə də olub-keçmiş peyğəmbərlərin və onların ümmətlərinin hekayətlərinin də xəbər veririk. Artıq sənə, ibrət almaq istəyən insanların düşünüb, ibrət alması üçün Öz tərəfimizdən Quranı verdik.
20:100Page 319
مَّنۡ أَعۡرَضَ عَنۡهُ فَإِنَّهُۥ يَحۡمِلُ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وِزۡرًا ١٠٠
Whoever turns away from it - then indeed, he will bear on the Day of Resurrection a burden [i.e., great sin],
Kim sənə nazil edilən Qurandan üz çevirib, ona iman gətirməyib və onunla əməl etməzsə, o, Qiyamət günü böyük bir günahla yüklənmiş olaraq gələcəkdir və şiddətli bir əzaba düçar olacaqdır.
20:101Page 319
خَٰلِدِينَ فِيهِۖ وَسَآءَ لَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ حِمۡلٗا ١٠١
[Abiding] eternally therein,1 and evil it is for them on the Day of Resurrection as a load -
Onlar bu daimi əzabda əbədi olaraq qalacaqlar. Onların Qiyamət günü daşıyacağı yük nəcə də pis yükdür!
20:102Page 319
يَوۡمَ يُنفَخُ فِي ٱلصُّورِۚ وَنَحۡشُرُ ٱلۡمُجۡرِمِينَ يَوۡمَئِذٖ زُرۡقٗا ١٠٢
The Day the Horn will be blown. And We will gather the criminals, that Day, blue-eyed.1
Mələyin sura yenidən dirilmək üçün ikinci dəfə üfürdüyü zaman, Biz o gün kafirlərin gözlərinin rəngi axirətin şiddətli əzabından qorxaraq göm-göy göyərmiş halda həşir edəcəyik.
20:103Page 319
يَتَخَٰفَتُونَ بَيۡنَهُمۡ إِن لَّبِثۡتُمۡ إِلَّا عَشۡرٗا ١٠٣
They will murmur among themselves, "You remained not but ten [days in the world]."
Onlar öz aralarında: "Öldükdən sonra bərzəx aləmində cəmi on gün qaldınız!" – deyə bir-biriləri ilə pıçıldaşacaqlar.
20:104Page 319
نَّحۡنُ أَعۡلَمُ بِمَا يَقُولُونَ إِذۡ يَقُولُ أَمۡثَلُهُمۡ طَرِيقَةً إِن لَّبِثۡتُمۡ إِلَّا يَوۡمٗا ١٠٤
We are most knowing of what they say when the best of them in manner [i.e., wisdom or speech] will say, "You remained not but one day."
Biz onların gizlincə pıçıldaşıb, bir-birilərinə nə deyəcəklərini yaxşı bilirik. Onların pıçıltısından Bizə heç bir şey gizli qalmaz. Onların içərisində ən ağıllı olanı: "Siz bərzəx aləmində çox yox, yalnız bir gün qaldınız!" – deyəcəkdir.
20:105Page 319
وَيَسۡـَٔلُونَكَ عَنِ ٱلۡجِبَالِ فَقُلۡ يَنسِفُهَا رَبِّي نَسۡفٗا ١٠٥
And they ask you about the mountains, so say, "My Lord will blow them away with a blast.1
Ey Peyğəmbər! Səndən Qiyamət günü dağların durumu necə olacağı barədə soruşurlar. Onlara belə de: "Rəbbim qiyamət günü dağları kökündən qoparıb havaya sovuraraq, toz halına gətirəcəkdir.
Uca Rəbbim, dağları üzərində daşiyan yer üzünü, üzərində heç bir bina olmayan və heç bir şey bitməyən boş düzəngaha çevirəcəkdir.
20:107Page 319
لَّا تَرَىٰ فِيهَا عِوَجٗا وَلَآ أَمۡتٗا ١٠٧
You will not see therein a depression or an elevation."
Ey yer üzünə baxan kimsə! Yer üzünün həddən artıq dümdüz olduğundan, sən orada nə bir eniş, nə də bir yoxuş, nə də ki, bir əyrilik görə biləcəksən!"
20:108Page 319
يَوۡمَئِذٖ يَتَّبِعُونَ ٱلدَّاعِيَ لَا عِوَجَ لَهُۥۖ وَخَشَعَتِ ٱلۡأَصۡوَاتُ لِلرَّحۡمَٰنِ فَلَا تَسۡمَعُ إِلَّا هَمۡسٗا ١٠٨
That Day, they [i.e., everyone] will follow [the call of] the Caller1 [with] no deviation therefrom, and [all] voices will be stilled before the Most Merciful, so you will not hear except a whisper [of footsteps].
O gün insanlar məhşərə çağıran carçının arxasınca yeriyəcəklər. Onun ardınca getməkdən kimsə onları yayındıra bilməyəcəkdir. Rəhmanın qorxusundan bütün səslər kəsiləcək və o gün sən yalnız onların yavaşca danışıqlarını eşidəcəksən.
20:109Page 319
يَوۡمَئِذٖ لَّا تَنفَعُ ٱلشَّفَٰعَةُ إِلَّا مَنۡ أَذِنَ لَهُ ٱلرَّحۡمَٰنُ وَرَضِيَ لَهُۥ قَوۡلٗا ١٠٩
That Day, no intercession will benefit except [that of] one to whom the Most Merciful has given permission and has accepted his word.
O əzəmətli gündə Allahın şəfaət etməyə izin verdiyi və şəfaət etmək üçün söz deməsinə razı olduğu şəxslərdən başqa, kimliyindən aslı olmayaraq heç kimin şəfaəti fayda verməyəcəkdir.
20:110Page 319
يَعۡلَمُ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡ وَلَا يُحِيطُونَ بِهِۦ عِلۡمٗا ١١٠
He [i.e., Allāh] knows what is [presently] before them and what will be after them,1 but they do not encompass it [i.e., what He knows] in knowledge.
Uca Allah insanların Qiyamət günü aqibətlərinin necə olacağını və onların dünyada nə etdiklərini yaxşı bilir. Bütün yaradılmışlar, uca Allahın zatının və Onun sifətlərinin necəliyini ehtiva edib, əsla dərk edə bilməz!
20:111Page 319
۞ وَعَنَتِ ٱلۡوُجُوهُ لِلۡحَيِّ ٱلۡقَيُّومِۖ وَقَدۡ خَابَ مَنۡ حَمَلَ ظُلۡمٗا ١١١
And [all] faces will be humbled before the Ever-Living, the Self-Sustaining.1 And he will have failed who carries injustice.2
O gün insanların üzü, məxluqatın hər işini yoluna qoyan, onları idarə edib, dolandıran əbədi yaşayan Allah qarşısında zəlil görkəm alacaqdır. Nəsfini günaha batıraraq özlərini həlaka sürükləyənlər isə ziyana uğrayacaqlar.
20:112Page 319
وَمَن يَعۡمَلۡ مِنَ ٱلصَّٰلِحَٰتِ وَهُوَ مُؤۡمِنٞ فَلَا يَخَافُ ظُلۡمٗا وَلَا هَضۡمٗا ١١٢
But he who does of righteous deeds while he is a believer - he will neither fear injustice nor deprivation.
Allaha və Onun rəsuluna iman edərək saleh əməllər edən şəxslər mükafatına tam olaraq nail olacaqdır. O şəxslər nə, etmədikləri günahlara görə haqsızlıq edilərək əzaba məruz qalmaqdan, nə də ki, saleh əməlinin savabının naqis edilməsindən qorxarlar.
20:113Page 319
وَكَذَٰلِكَ أَنزَلۡنَٰهُ قُرۡءَانًا عَرَبِيّٗا وَصَرَّفۡنَا فِيهِ مِنَ ٱلۡوَعِيدِ لَعَلَّهُمۡ يَتَّقُونَ أَوۡ يُحۡدِثُ لَهُمۡ ذِكۡرٗا ١١٣
And thus We have sent it down as an Arabic Qur’ān1 and have diversified therein the warnings that perhaps they will avoid [sin] or it would cause them remembrance.
Biz keçmişdəki ummətlərin hekayələrini nazil etdiyimiz kimi, bu Quranı da ərəbcə nazil etdik və Biz onun içindəki müxtəlif növ təhdidləri cürbəcür misallar çəkməklə dönə-dönə açıqladıq ki, bəlkə onlar, Allahdan qorxsunlar yaxud da ki, bu Qurandan öyüd-nəsihət və ya ibrət alsınlar.
20:114Page 320
فَتَعَٰلَى ٱللَّهُ ٱلۡمَلِكُ ٱلۡحَقُّۗ وَلَا تَعۡجَلۡ بِٱلۡقُرۡءَانِ مِن قَبۡلِ أَن يُقۡضَىٰٓ إِلَيۡكَ وَحۡيُهُۥۖ وَقُل رَّبِّ زِدۡنِي عِلۡمٗا ١١٤
So high [above all] is Allāh, the Sovereign,1 the Truth.2 And, [O Muḥammad], do not hasten with [recitation of] the Qur’ān before its revelation is completed to you, and say, "My Lord, increase me in knowledge."
Allah: ulu, uca, müqəddəs, pak, eyib və nöqsanlardan uzaqdır. O, hər şeyin mülkünə sahib olan hökmdardır! O, həm Özü və həm də sözü haqq olandır. O, müşriklərin Onu vəsf etdiklərindən uzaq və ucadır. Ey Peyğəmbər! Cəbrail sənə ayələrinin vəhy edilməsini tamamlanmayınca Quranı oxumağa tələsmə və: "Ey Rəbbim! Mənə öyrətdiklərində elmimi artır!" – de.
20:115Page 320
وَلَقَدۡ عَهِدۡنَآ إِلَىٰٓ ءَادَمَ مِن قَبۡلُ فَنَسِيَ وَلَمۡ نَجِدۡ لَهُۥ عَزۡمٗا ١١٥
And We had already taken a promise from Adam before, but he forgot; and We found not in him determination.1
Biz bundan öncə Adəmə ağacın meyvəsindən yeməməsini əmr etmiş, onu bu işdən yasaqlamışdıq və ona sonda bunun nəticəsinin necə olacağını bəyan etmişdik. O isə, Bizim əmrimizi unudub o ağacın meyvəsindən yedi və əmrimizə səbirsizlik göstərdi. Beləliklə də, əmrimizə əməl etməkdə onda əsla qətiyyət görmədik.
20:116Page 320
وَإِذۡ قُلۡنَا لِلۡمَلَٰٓئِكَةِ ٱسۡجُدُواْ لِأٓدَمَ فَسَجَدُوٓاْ إِلَّآ إِبۡلِيسَ أَبَىٰ ١١٦
And [mention] when We said to the angels, "Prostrate to Adam," and they prostrated, except Iblees;1 he refused.
Ey Peyğəmbər! Yadına sal ki, Biz bir zaman mələklərə: "Adəmə salam məqsədilə səcdə edin!" – demişdik. Mələklərlə birğə olan, amma onlardan olmayan İblisdən başqa mələklərin hamısı Allahın əmrinə tabe olaraq salam məqsədilə Adəmə səcdə etdi. İblis isə təkəbbürlük edərək və lovğalanaraq səcdə etməkdən imtina etdi.
20:117Page 320
فَقُلۡنَا يَٰٓـَٔادَمُ إِنَّ هَٰذَا عَدُوّٞ لَّكَ وَلِزَوۡجِكَ فَلَا يُخۡرِجَنَّكُمَا مِنَ ٱلۡجَنَّةِ فَتَشۡقَىٰٓ ١١٧
So We said, "O Adam, indeed this is an enemy to you and to your wife. Then let him not remove you from Paradise so you would suffer.
Biz Adəmə dedik: "Ey Adəm! Həqiqətən bu İblis, həm sənin, həm də zövcənin düşmənidir. O sizə vəsvəsə verib özünə itaət etdirərək sizi aldatdıb Cənnətdən çıxartmasın! Yoxsa, məşəqqətlərə və çətinliklərə məruz qalarsan.
20:118Page 320
إِنَّ لَكَ أَلَّا تَجُوعَ فِيهَا وَلَا تَعۡرَىٰ ١١٨
Indeed, it is [promised] for you not to be hungry therein or be unclothed.
Şübhəsiz ki, Rəbbin səni Cənnətdə yedizdirəcək və sən orada əsla ac qalmayacaqsan, habelə, səni libasla geydirəcək və sən orada əsla çılpaq olmayacaqsan.
20:119Page 320
وَأَنَّكَ لَا تَظۡمَؤُاْ فِيهَا وَلَا تَضۡحَىٰ ١١٩
And indeed, you will not be thirsty therein or be hot from the sun."
Biz sənə Cənnətdə içməyə su verəcəyik, sən orada susamayacaqsan və səni orada günəşdən qoruyacağıq, onun hərarəti sənə isabət etməyəcəkdir!"
20:120Page 320
فَوَسۡوَسَ إِلَيۡهِ ٱلشَّيۡطَٰنُ قَالَ يَٰٓـَٔادَمُ هَلۡ أَدُلُّكَ عَلَىٰ شَجَرَةِ ٱلۡخُلۡدِ وَمُلۡكٖ لَّا يَبۡلَىٰ ١٢٠
Then Satan whispered to him; he said, "O Adam, shall I direct you to the tree of eternity and possession that will not deteriorate?"
Şeytan Adəmə vəsvəsə edib ona belə dedi: "Ey Adəm! Sənə meyvəsindən yeyəcəyin təqdirdə heç vaxt ölməyəcəyin, həmişə həyat da yaşayacağın ağacı, tükənmək və qurtarmaq bilməyən bir mülkü göstərimmi?!"
20:121Page 320
فَأَكَلَا مِنۡهَا فَبَدَتۡ لَهُمَا سَوۡءَٰتُهُمَا وَطَفِقَا يَخۡصِفَانِ عَلَيۡهِمَا مِن وَرَقِ ٱلۡجَنَّةِۚ وَعَصَىٰٓ ءَادَمُ رَبَّهُۥ فَغَوَىٰ ١٢١
And they [i.e., Adam and his wife] ate of it, and their private parts became apparent to them, and they began to fasten over themselves from the leaves of Paradise. And Adam disobeyed his Lord and erred.
Nəhayət, Adəm və Həvva onlara qadağan edilən ağacın meyvəsindən yedilər və bu zaman öyrət yerləri örtülü ikən birdən-birə açılaraq özlərinə göründü. Onlar Cənnət ağaclarının yarpaqlarından qoparıb, bu yarpaqlarla övrət yerlərini örtməyə başladılar. Beləliklə də, Adəm, Rəbbinin ona ağacın meyvəsindən yeməməsi barədə əmrinə asi olaraq uca Allahın əmrinə müxalif oldu və ona icazə verilməyən şeyi edərək səhvə yol verdi.
20:122Page 320
ثُمَّ ٱجۡتَبَٰهُ رَبُّهُۥ فَتَابَ عَلَيۡهِ وَهَدَىٰ ١٢٢
Then his Lord chose him and turned to him in forgiveness and guided [him].
Sonra Uca Allah onu seçdi, tövbəsini qəbul buyurdu və onu doğru yola müvəffəq etdi.
20:123Page 320
قَالَ ٱهۡبِطَا مِنۡهَا جَمِيعَۢاۖ بَعۡضُكُمۡ لِبَعۡضٍ عَدُوّٞۖ فَإِمَّا يَأۡتِيَنَّكُم مِّنِّي هُدٗى فَمَنِ ٱتَّبَعَ هُدَايَ فَلَا يَضِلُّ وَلَا يَشۡقَىٰ ١٢٣
[Allāh] said, "Descend from it [i.e., Paradise] - all, [your descendants] being enemies to one another. And if there should come to you guidance from Me - then whoever follows My guidance will neither go astray [in the world] nor suffer [in the Hereafter].
Allah Adəmə və Həvvaya belə buyurdu: "Sizin hər ikiniz və İblis Cənnətdən yerə enin. İblis sizin düşməninizdir, sizdə onun düşmənisiniz. Məndən sizə, Mənim haqq yolumu göstərən biri gəldikdə, kim Mənim haqq yolumu göstərənə tabe olub, ona əməl edər və bu yolda sabitqədəm olarsa, o nə dünya həyatında azğınlığa düşər, nə də ki, axirət həyatın da bədbəxt olmar. Əksinə, uca Allah onu Cənnətə daxil edər!
20:124Page 320
وَمَنۡ أَعۡرَضَ عَن ذِكۡرِي فَإِنَّ لَهُۥ مَعِيشَةٗ ضَنكٗا وَنَحۡشُرُهُۥ يَوۡمَ ٱلۡقِيَٰمَةِ أَعۡمَىٰ ١٢٤
And whoever turns away from My remembrance - indeed, he will have a depressed [i.e., difficult] life, and We will gather [i.e., raise] him on the Day of Resurrection blind."
Kim Mənim Zikrimdən üz döndərib, onu qəbul etməz və ona icabət etməzsə, onun üçün dünya da və bərzəx aləmində sıxıntılı bir həyat vardır və Biz Qiyamət günü onu məhşərə kor və heç bir hüccətsiz olaraq gətirəcəyik!"
20:125Page 320
قَالَ رَبِّ لِمَ حَشَرۡتَنِيٓ أَعۡمَىٰ وَقَدۡ كُنتُ بَصِيرٗا ١٢٥
He will say, "My Lord, why have you raised me blind while I was [once] seeing?"
Dünyada uca Allahın zikirindən üz şevirən kimsə belə deyəcəkdir: "Ey Rəbbim! Bu gün məni nə üçün kor olaraq həşir etdin? Axı mən dünyada ikən hər şeyi görürdüm!"
20:126Page 321
قَالَ كَذَٰلِكَ أَتَتۡكَ ءَايَٰتُنَا فَنَسِيتَهَاۖ وَكَذَٰلِكَ ٱلۡيَوۡمَ تُنسَىٰ ١٢٦
[Allāh] will say, "Thus did Our signs come to you, and you forgot [i.e., disregarded] them; and thus will you this Day be forgotten."
Uca Allah ona cavab olaraq belə deyəcəkdir: "Sən dünyada ikən elə etdin. Çünki sənə qüdrətimizə dəlalət edən ayələrimiz gəldikdə sən ondan üz çevirdin. Bu gün sən də beləcə əzabda tək-tənha tərk ediləcəksən!"
20:127Page 321
وَكَذَٰلِكَ نَجۡزِي مَنۡ أَسۡرَفَ وَلَمۡ يُؤۡمِنۢ بِـَٔايَٰتِ رَبِّهِۦۚ وَلَعَذَابُ ٱلۡأٓخِرَةِ أَشَدُّ وَأَبۡقَىٰٓ ١٢٧
And thus do We recompense he who transgressed and did not believe in the signs of his Lord. And the punishment of the Hereafter is more severe and more enduring.1
Biz, haram olan şəhvətlərə dalıb və Rəbbinin aşıq-aydın dəlillərinə iman etməkdən üz çevirib, onlara inanmayanı belə cəzalandırırıq. Uca Allahın axirətdəki əzabı isə, dünya və bərzəx aləmindəki sıxıntılı yaşantıdan daha qorxunc, daha şiddətli və daha davamlı olacaqdır.
20:128Page 321
أَفَلَمۡ يَهۡدِ لَهُمۡ كَمۡ أَهۡلَكۡنَا قَبۡلَهُم مِّنَ ٱلۡقُرُونِ يَمۡشُونَ فِي مَسَٰكِنِهِمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّأُوْلِي ٱلنُّهَىٰ ١٢٨
Then, has it not become clear to them how many generations We destroyed before them as they walk among their dwellings? Indeed in that are signs for those of intelligence.
Məgər müşriklərə özlərindən öncə məhv etdiyimiz ümmətlərin çoxluğu bəlli olmadımı?! Bununla belə onlar, məhv edilmiş ümmətlərin diyarlarında gəzib dolaşır və onlara üz vermiş əzabın əlamətlərini öz gözləri ilə görürlər.Həqiqətən, bir çox ümmətlərin həlak edilib, onların diyarlarının yerlə yeksan edilməsində ağıl sahibləri üçün ibrətlər vardır.
20:129Page 321
وَلَوۡلَا كَلِمَةٞ سَبَقَتۡ مِن رَّبِّكَ لَكَانَ لِزَامٗا وَأَجَلٞ مُّسَمّٗى ١٢٩
And if not for a word1 that preceded from your Lord, it [i.e., punishment] would have been an obligation [due immediately],2 and [if not for] a specified term [decreed].
Ey Peyğəmbər! Əgər Rəbbin tərəfindən heç kəsə haqq bəyan edilmədə əzab verilməyəcəyinə dair əvvəlcədən bir söz və Allah qatında təqdir edilmiş bir vaxt olmasaydı, onlar əzaba layiq olduğlarına görə əzab onları dərhal yaxalayardı.
20:130Page 321
فَٱصۡبِرۡ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ قَبۡلَ طُلُوعِ ٱلشَّمۡسِ وَقَبۡلَ غُرُوبِهَاۖ وَمِنۡ ءَانَآيِٕ ٱلَّيۡلِ فَسَبِّحۡ وَأَطۡرَافَ ٱلنَّهَارِ لَعَلَّكَ تَرۡضَىٰ ١٣٠
So be patient over what they say and exalt [Allāh] with praise of your Lord before the rising of the sun and before its setting; and during periods of the night [exalt Him] and at the ends of the day, that you may be satisfied.
Ey Peyğəmbər! Batil vəsflərlə səni yalanlayanların sözlərinə qarşı səbir et. Günəş doğmamışdan öncə fəcir namazında və günəş batmamışdan əvvəl əsir namazında, gecə saatlarında məğrib və işa namazında, günün ilk yarısının bitdiyi zəval vaxtı zöhür namazında və günün ikinci yarısnın bitdyi məğrib namazında Uca Allah qatında razı qaldığın savaba nail olmaq üçün Onun şəninə həmd-sənalar və təriflər de.
20:131Page 321
وَلَا تَمُدَّنَّ عَيۡنَيۡكَ إِلَىٰ مَا مَتَّعۡنَا بِهِۦٓ أَزۡوَٰجٗا مِّنۡهُمۡ زَهۡرَةَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا لِنَفۡتِنَهُمۡ فِيهِۚ وَرِزۡقُ رَبِّكَ خَيۡرٞ وَأَبۡقَىٰ ١٣١
And do not extend your eyes toward that by which We have given enjoyment to [some] categories of them, [its being but] the splendor of worldly life by which We test them. And the provision of your Lord is better and more enduring.
Allahın ayələrini yalan sayan kimsələrin bəzisini imtahan etmək məqsədi ilə onlara dünya həyatının bərbəzəyindən müvəqqəti olaraq əylənmələri üçün verdiyimiz şeylərə gözünü dikmə. Onlara verdiyimiz bu bər-bəzək fani dünya malıdır. Rəbbinin razı olmağın üçün sənə vəd etdiyi mükafat, dünya həyatında müvəqqəti olaraq əylənmələri üçün onlara verilən fani dünya malından daha xeyirli və daha davanmlıdır.
20:132Page 321
وَأۡمُرۡ أَهۡلَكَ بِٱلصَّلَوٰةِ وَٱصۡطَبِرۡ عَلَيۡهَاۖ لَا نَسۡـَٔلُكَ رِزۡقٗاۖ نَّحۡنُ نَرۡزُقُكَۗ وَٱلۡعَٰقِبَةُ لِلتَّقۡوَىٰ ١٣٢
And enjoin prayer upon your family [and people] and be steadfast therein. We ask you not for provision; We provide for you, and the [best] outcome is for [those of] righteousness.
Ey Peyğəmbər! Ailənə namazı vaxtı-vaxtında qılmağı əmr et və sən də onu səbirlə yerinə yetir. Biz səndən özün və ailən üçün ruzi tələb etmirik, əksinə Biz sənə ruzi veririk. Dünyada və axirətdə gözəl sonluq Allahdan qorxub, Onun əmrlərini yerinə yetirərək, qadağalarından çəkinən müttəqilərindir üçündür.
20:133Page 321
وَقَالُواْ لَوۡلَا يَأۡتِينَا بِـَٔايَةٖ مِّن رَّبِّهِۦٓۚ أَوَلَمۡ تَأۡتِهِم بَيِّنَةُ مَا فِي ٱلصُّحُفِ ٱلۡأُولَىٰ ١٣٣
And they say, "Why does he not bring us a sign from his Lord?" Has there not come to them evidence of what was in the former scriptures?1
Peyğəmbəri (sallallahu aleyhi və səlləm) yalan sayan bu kafirlər: "Elə isə qoy Muhəmməd Rəbbindən bizə onun həqiqətən Allah tərəfindən göndərilən bir peyğəmbər olmasına və həmçinin onun sadiqliyinə dəlalət edən açıq-aydın bir dəlil gətirsin?" – dedilər. Məgər yalan sayan bu kimsələrə əvvəlki səmavi kitabları təsdiq edən Quran gəlmədimi?!
20:134Page 321
وَلَوۡ أَنَّآ أَهۡلَكۡنَٰهُم بِعَذَابٖ مِّن قَبۡلِهِۦ لَقَالُواْ رَبَّنَا لَوۡلَآ أَرۡسَلۡتَ إِلَيۡنَا رَسُولٗا فَنَتَّبِعَ ءَايَٰتِكَ مِن قَبۡلِ أَن نَّذِلَّ وَنَخۡزَىٰ ١٣٤
And if We had destroyed them with a punishment before him,1 they would have said, "Our Lord, why did You not send to us a messenger so we could have followed Your verses [i.e., teachings] before we were humiliated and disgraced?"
Əgər Biz Muhəmməd Peyğəmbəri (sallallahu aleyhi və səlləm) yalan sayan bu kafirləri, peyğəmbəri göndərmədən və Quranı nazil etmədən öncə əzabla məhv etsəydik, Qiyamət günü onlar etdikləri küfrlərə görə özlərinə bəraət qazandırıb, üzr gətirərək: "Ey Rəbbimiz! Dünyada ikən bizə bir peyğəmbər göndərsəydin, biz də ona iman edər, əzabından dolayı bizə zəlillik və rüsvayşılıq isabət etməzdən öncə onun gətirdiyi ayələrə iman edərdik?!" – deyərdilər.
20:135Page 321
قُلۡ كُلّٞ مُّتَرَبِّصٞ فَتَرَبَّصُواْۖ فَسَتَعۡلَمُونَ مَنۡ أَصۡحَٰبُ ٱلصِّرَٰطِ ٱلسَّوِيِّ وَمَنِ ٱهۡتَدَىٰ ١٣٥
Say, "Each [of us] is waiting;1 so wait. For you will know who are the companions of the sound path and who is guided."
Ey Peyğəmbər! Haqqı yalan sayan kafirlərə belə de: "Bizdən və sizdən hər kəs Allahın hökmünü gözləməkdəyik. Elə isə gözləyir. Siz tezliklə kimin doğru yol sahibi olduğunu və sizinmi yoxsa bizimmi hidayət yolunda olduğumuzu mütləq biləcəksiniz?"
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences