Al-Mukhtasar · Tafsir · in Azerbaijani
الأنبياء
Al-Anbya
The Prophets · Meccan · 112 ayahs
21:1Page 322
ٱقۡتَرَبَ لِلنَّاسِ حِسَابُهُمۡ وَهُمۡ فِي غَفۡلَةٖ مُّعۡرِضُونَ ١
[The time of] their account has approached for the people, while they are in heedlessness turning away.
İnsanların qiyamət günü əməllərindən dolayı hesaba çəkiləcəkləri gün yaxınlaşdı. Amma onların başları dünyaya qarışdığı üçün onlar hələ də axirət həyatından qafil olaraq, üz çevirməkdədirlər.
21:2Page 322
مَا يَأۡتِيهِم مِّن ذِكۡرٖ مِّن رَّبِّهِم مُّحۡدَثٍ إِلَّا ٱسۡتَمَعُوهُ وَهُمۡ يَلۡعَبُونَ ٢
No mention [i.e., revelation] comes to them anew from their Lord except that they listen to it while they are at play
Onlara uca Allah tərəfindən Qurandan yeni bir ayə nazil edildikdə, onlar bu ayələrə özlərinə fayda verəcək bir şəkildə deyil, əksinə, istehza edərək və məhəl qoymadan dinləyərlər.
21:3Page 322
لَاهِيَةٗ قُلُوبُهُمۡۗ وَأَسَرُّواْ ٱلنَّجۡوَى ٱلَّذِينَ ظَلَمُواْ هَلۡ هَٰذَآ إِلَّا بَشَرٞ مِّثۡلُكُمۡۖ أَفَتَأۡتُونَ ٱلسِّحۡرَ وَأَنتُمۡ تُبۡصِرُونَ ٣
With their hearts distracted. And those who do wrong conceal their private conversation, [saying], "Is this [Prophet] except a human being like you? So would you approach magic while you are aware [of it]?"
Onlar Quranı, qəlbləri ondan qafil olduuğu halda dinləyərlər. Uca Allahın nazil etdiyi ayələrə küfr edərək özlərinə zülm edən zalımlar öz aralarında yavaşca, pıçıltı ilə belə deyirlər: "Məgər özünün Allah tərəfindən göndərilən bir elçi olduğunu iddia edən bu Muhəmməd sizdən heç bir üstünlüyü olmayan, əksinə, elə sizin kimi bəşər övladı olan adi bir insan deyilmi?! Onun gətirdiyi Quran sehrdən başqa bir şey deyildir. Siz onun, özünüz kimi adi bir bəşər övladı olduğunu və gətirdiyi Quranın da sehrdən başqa bir şey olmadığını dərk etdiyiniz bir halda indi onun ardıncamı gedəcəksiniz?!"
21:4Page 322
قَالَ رَبِّي يَعۡلَمُ ٱلۡقَوۡلَ فِي ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ٤
He [the Prophet (ﷺ)] said, "My Lord knows whatever is said throughout the heaven and earth, and He is the Hearing, the Knowing."
Peyğəmbər (sallallahu aleyhi və səlləm) Məkkə müşriklərinə belə dedi: "Rəbbim qəlbinizdə gizlədib, demədiyiniz və göylərdə və yerdə hər bir kimsənin dediyi sözü daha yaxşı bilir. O, qullarının sözlərini eşidəndir, etdikləri əməlləri biləndir. Allah Qiyamət günü onların dünyada ikən etdikləri əməllərin mükafatını verəcəkdir!"
21:5Page 322
بَلۡ قَالُوٓاْ أَضۡغَٰثُ أَحۡلَٰمِۭ بَلِ ٱفۡتَرَىٰهُ بَلۡ هُوَ شَاعِرٞ فَلۡيَأۡتِنَا بِـَٔايَةٖ كَمَآ أُرۡسِلَ ٱلۡأَوَّلُونَ ٥
But they say, "[The revelation is but] a mixture of false dreams; rather, he has invented it; rather, he is a poet. So let him bring us a sign just as the previous [messengers] were sent [with miracles]."
Məkkə müşrikləri Muhəmmədin (sallallahu aleyhi və səlləm) gətirdiyi din barədə müxtəlif fikirlərə düşərək bəzən: "Bunlar yozumu olmayan qarmaqarışıq yuxulardır!", bəzən: "Xeyr, bu əsli olmayan, özündən uydurduğu bir yalandır!", bəzən də: "Xeyr, o, bir şairdir!. Əgər o peyğəmbər olduğu iddiasında doğrudursa, elə isə qoy o, Musanın əsası və Salehin dəvəsi kimi əvvəlki elçilərə göndərilən möcüzələrdən bizə də bir möcüzə gətirsin!"- dedilər.
21:6Page 322
مَآ ءَامَنَتۡ قَبۡلَهُم مِّن قَرۡيَةٍ أَهۡلَكۡنَٰهَآۖ أَفَهُمۡ يُؤۡمِنُونَ ٦
Not a [single] city which We destroyed believed before them,1 so will they believe?
Onlardan əvvəl möcüzələr nazil edilməsini tələb edən kimsələrə Allah tərəfindən möcüzələr nazil edilsə də, onlar yenə də bu möcüzələrə iman gətirmədilər, əksinə, bütün bunları yalan saydılar, elə bu üzdən də Biz onların hamısını məhv etdik. Məgər indi onların tələb etdikləri möcüzələri nazil etmiş olsaq onlar Allaha imanmı gətirəcəklər?!
21:7Page 322
وَمَآ أَرۡسَلۡنَا قَبۡلَكَ إِلَّا رِجَالٗا نُّوحِيٓ إِلَيۡهِمۡۖ فَسۡـَٔلُوٓاْ أَهۡلَ ٱلذِّكۡرِ إِن كُنتُمۡ لَا تَعۡلَمُونَ ٧
And We sent not before you, [O Muḥammad], except men to whom We revealed [the message], so ask the people of the message [i.e., former scriptures] if you do not know.
Ey Peyğəmbər! Biz səndən əvvəl də onlara vəhy nazil etdiyimiz ancaq bəşər övladından olan kişi peyğəmbərlər göndərmişdik. Biz onlara əsla mələklərdən peyğəmbərlər göndərmədik. Əgər bunu bilmirsinizsə, bu barədə sizdən əvvəl olan Kitab əhlindən soruşun!
21:8Page 322
وَمَا جَعَلۡنَٰهُمۡ جَسَدٗا لَّا يَأۡكُلُونَ ٱلطَّعَامَ وَمَا كَانُواْ خَٰلِدِينَ ٨
And We did not make them [i.e., the prophets] forms not eating food,1 nor were they immortal [on earth].
Biz göndərdiyimiz peyğəmbərləri yemək yeməyən bir vücuda sahib etmədik. Əksinə, Biz onları diğər insanlar kimi yemək yeyən bir kimsələr etdik. Onlar həyatda ölümsüz bir şəkildə əbədi qalan da deyildilər.
21:9Page 322
ثُمَّ صَدَقۡنَٰهُمُ ٱلۡوَعۡدَ فَأَنجَيۡنَٰهُمۡ وَمَن نَّشَآءُ وَأَهۡلَكۡنَا ٱلۡمُسۡرِفِينَ ٩
Then1 We fulfilled for them the promise, and We saved them and whom We willed and destroyed the transgressors.
Sonra elçiləri və möminlərdən dilədiyimiz kimsələri həlak olmaqdan xilas edib, Elçilərimizə verdiyimiz vədi yerinə yetirdik. Allaha küfr edərək və günahlar işləyərək həddi aşanları isə məhvə uğratdıq.
21:10Page 322
لَقَدۡ أَنزَلۡنَآ إِلَيۡكُمۡ كِتَٰبٗا فِيهِ ذِكۡرُكُمۡۚ أَفَلَا تَعۡقِلُونَ ١٠
We have certainly sent down to you a Book [i.e., the Qur’ān] in which is your mention.1 Then will you not reason?
Biz sizə Quranı nazil etdik. Bilin ki, əgər siz bu Quranı təsdiq edib və orada olan Allahın əmr və qadağalarına əməl etsəniz bu sizin Allah yanında qədir-qiymətinizi və dəyərinizi yüksəldər. Doğurdanmı siz bunu başa düşmürsünüz?! Məgər siz bundan sonra da Qurana iman gətirməyə və onun içindəkilərə əməl etməyə tələsməyəcəksiniz?!
21:11Page 323
وَكَمۡ قَصَمۡنَا مِن قَرۡيَةٖ كَانَتۡ ظَالِمَةٗ وَأَنشَأۡنَا بَعۡدَهَا قَوۡمًا ءَاخَرِينَ ١١
And how many a city which was unjust1 have We shattered and produced after it another people.
Biz zülm və küfr edən bir çox məmləkət əhlini etdikləri günahlar səbəbindən məhv edib, sonra başqa xalqlar yaratdıq.
21:12Page 323
فَلَمَّآ أَحَسُّواْ بَأۡسَنَآ إِذَا هُم مِّنۡهَا يَرۡكُضُونَ ١٢
And when they [i.e., its inhabitants] perceived Our punishment, at once they fled from it.
Həlaka düçar olanlar öz gözləri ilə şiddətli əzabımıza şahid olduqda, dərhal yaşadıqları öz yurdlarından qaçmağa başladılar.
21:13Page 323
لَا تَرۡكُضُواْ وَٱرۡجِعُوٓاْ إِلَىٰ مَآ أُتۡرِفۡتُمۡ فِيهِ وَمَسَٰكِنِكُمۡ لَعَلَّكُمۡ تُسۡـَٔلُونَ ١٣
[Some angels said], "Do not flee but return to where you were given luxury and to your homes - perhaps you will be questioned."1
Onlara istehza və məsxərə edilərək belə deyiləcəkdir: "Qaçmayın! Ləzzət və bolluq içində yaşadığınız yurdlarınıza geri dönün. Çünki etdiyiniz əməllərə görə mütləq soruşulacaqsınız!"
21:14Page 323
قَالُواْ يَٰوَيۡلَنَآ إِنَّا كُنَّا ظَٰلِمِينَ ١٤
They said, "O woe to us! Indeed, we were wrongdoers."
Günahlarını etiraf edən bu zalim kimsələr belə dedilər: "Vay halımıza! Artıq biz həlak olduq. Biz, doğrudan da Allaha küfr edib və öz nəfslərimizə zülm etməklə zalım olmuşuq".
21:15Page 323
فَمَا زَالَت تِّلۡكَ دَعۡوَىٰهُمۡ حَتَّىٰ جَعَلۡنَٰهُمۡ حَصِيدًا خَٰمِدِينَ ١٥
And that declaration of theirs did not cease until We made them [as] a harvest [mowed down], extinguished [like a fire].
Onlar günahlarını etiraf etməyə, özlərinin həlak olmaları üçün öz nəfslərinə bəd dua etməyə və etdikləri bu duaları təkrarlamağa davam edərkən, Biz onları biçilmiş əkinə və hərəkət etməyən ölülərə çevirdik.
21:16Page 323
وَمَا خَلَقۡنَا ٱلسَّمَآءَ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا لَٰعِبِينَ ١٦
And We did not create the heaven and earth and that between them in play.
Biz göyü, yeri və onların arasında olanları boş və əbəs yerə yaratmadıq. Biz bütün bunların hamısını qüdrətimizə dəlalət etməsi üçün yaratdıq.
21:17Page 323
لَوۡ أَرَدۡنَآ أَن نَّتَّخِذَ لَهۡوٗا لَّٱتَّخَذۡنَٰهُ مِن لَّدُنَّآ إِن كُنَّا فَٰعِلِينَ ١٧
Had We intended to take a diversion,1 We could have taken it from [what is] with Us - if [indeed] We were to do so.
Əgər Biz Özümüzə arvad-uşaq seçmək istəsəydik, onu mütləq Öz yanımızda olanlardan seçərdik. Ancaq Biz belə şeylərdə uzaq olduğumuz üçün bunu etmədik.
21:18Page 323
بَلۡ نَقۡذِفُ بِٱلۡحَقِّ عَلَى ٱلۡبَٰطِلِ فَيَدۡمَغُهُۥ فَإِذَا هُوَ زَاهِقٞۚ وَلَكُمُ ٱلۡوَيۡلُ مِمَّا تَصِفُونَ ١٨
Rather, We dash the truth upon falsehood, and it destroys it,1 and thereupon it departs. And for you is destruction from that which you describe.2
Biz, elçilərimizə vəhy etdiyimiz haqqı, küfr əhlinin sahib olduğu batil üzərinə atarıq, beləliklə də, batil məhv olub gedər. Ey Allahın Özünə arvad-uşaq seçdiyini söyləyən kimsələr! Allaha layiq olmayan sifətləri Ona aid etdiyinizə görə siz mütləq həlak olacaqsınız!
21:19Page 323
وَلَهُۥ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَمَنۡ عِندَهُۥ لَا يَسۡتَكۡبِرُونَ عَنۡ عِبَادَتِهِۦ وَلَا يَسۡتَحۡسِرُونَ ١٩
To Him belongs whoever is in the heavens and the earth. And those near Him [i.e., the angels] are not prevented by arrogance from His worship, nor do they tire.
Göylərin və yerin mülkü yalnız pak və uca olan Allaha məxsusdur. Onun yanında olan mələklər Ona ibadət etməyə əsla lovğalıq, təkəbbür göstərməz və bundan yorulmazlar.
21:20Page 323
يُسَبِّحُونَ ٱلَّيۡلَ وَٱلنَّهَارَ لَا يَفۡتُرُونَ ٢٠
They exalt [Him] night and day [and] do not slacken.
Onlar daima Allahı zikir edib, Onun şəninə təriflər və həmd-sənalar deyir və bundan əsla usanmazlar.
21:21Page 323
أَمِ ٱتَّخَذُوٓاْ ءَالِهَةٗ مِّنَ ٱلۡأَرۡضِ هُمۡ يُنشِرُونَ ٢١
Or have they [i.e., men] taken for themselves gods from the earth who resurrect [the dead]?
Amma müşriklər isə özlərinə yer üzündə Allahdan başqa ölüləri diriltməyə qadir olmayan tanrılar qəbul etdilər. Axı onlar bunu etməkdən aciz olana necə ibadət edirlər?
21:22Page 323
لَوۡ كَانَ فِيهِمَآ ءَالِهَةٌ إِلَّا ٱللَّهُ لَفَسَدَتَاۚ فَسُبۡحَٰنَ ٱللَّهِ رَبِّ ٱلۡعَرۡشِ عَمَّا يَصِفُونَ ٢٢
Had there been within them [i.e., the heavens and earth] gods besides Allāh, they both would have been ruined. So exalted is Allāh, Lord of the Throne, above what they describe.
Əgər göylərdə və yerdə bir çox ilahlar olsaydı, bu zaman göylərin və yerin mülkünə sahib çıxmaq üçün onlar arasında bir çəkişmə baş verərdi və sonda onların hər ikisi məhv olub gedərdi. Həqiqət isə bunun tam əksidir. Ərşin Rəbbi olan Allah müşriklərin iftira ataraq Onun şərikləri olduğu iddialarından uzaqdır!
21:23Page 323
لَا يُسۡـَٔلُ عَمَّا يَفۡعَلُ وَهُمۡ يُسۡـَٔلُونَ ٢٣
He is not questioned about what He does, but they will be questioned.
Uca Allah mülkündə və hökmündə təkdir. Verdiyi hökmlərə görə kimsə Onu sorğu-sual edə bilməz. Ancaq O, Öz qullarının etdikləri əməllərə görə onları sorgu-sual edəcək və əməllərinin qarşılığını verəcəkdir.
21:24Page 323
أَمِ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ ءَالِهَةٗۖ قُلۡ هَاتُواْ بُرۡهَٰنَكُمۡۖ هَٰذَا ذِكۡرُ مَن مَّعِيَ وَذِكۡرُ مَن قَبۡلِيۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ ٱلۡحَقَّۖ فَهُم مُّعۡرِضُونَ ٢٤
Or have they taken gods besides Him? Say, [O Muḥammad], "Produce your proof. This [Qur’ān] is the message for those with me and the message of those before me."1 But most of them do not know the truth, so they are turning away.
Məgər müşriklər özləri üçün Allahdan başqa ilahlar qəbul etdilər? Ey Peyğəmbər! O müşriklərə belə de: "Haydı onların ibadətə layiq olmasına dair sübutunuzu göstərin! Mənə nazil edilən bu Quranda və məndən öncəkilərə nazil edilən kitablarda sizin üçün heç bir dəlil və sübut yoxdur. Lakin müşriklərin əksəriyyəti yalnız cəhalətə və təqlidə istinad edər və haqqı qəbul etməkdən də üz çevirərlər!"
21:25Page 324
وَمَآ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ مِن رَّسُولٍ إِلَّا نُوحِيٓ إِلَيۡهِ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱعۡبُدُونِ ٢٥
And We sent not before you any messenger except We revealed to him that, "There is no deity except Me, so worship Me."
Ey Peyğəmbər! Səndən öncə göndərdiyimiz bütün elçilərə: "Məndən başqa ibadətə layiq haqq məbud yoxdur. O halda tək Mənə ibadət edin və Mənə heç bir şeyi şərik qoşmayın! – deyə vəhy etmişdik.
21:26Page 324
وَقَالُواْ ٱتَّخَذَ ٱلرَّحۡمَٰنُ وَلَدٗاۗ سُبۡحَٰنَهُۥۚ بَلۡ عِبَادٞ مُّكۡرَمُونَ ٢٦
And they say, "The Most Merciful has taken a son." Exalted is He! Rather, they1 are [but] honored servants.
Müşriklər: "Allah mələkləri Özünə övlad götürdü!" – dedilər. Uca Allah onların söylədikləri bu yalandan, pak və müqəddəsdir! Əksinə, mələklər Allahın hörmətli və Ona yaxın olan qullarıdır
21:27Page 324
لَا يَسۡبِقُونَهُۥ بِٱلۡقَوۡلِ وَهُم بِأَمۡرِهِۦ يَعۡمَلُونَ ٢٧
They cannot precede Him in word, and they act by His command.
Mələklər Rəbbindən öncə bir söz söyləməzlər. Onlara izin verilmədikcə danışmazlar. Onlar ancaq Allahın əmrini yerinə yetirərlər və Onun heç bir əmrinə əsla müxalif olmazlar.
21:28Page 324
يَعۡلَمُ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡ وَلَا يَشۡفَعُونَ إِلَّا لِمَنِ ٱرۡتَضَىٰ وَهُم مِّنۡ خَشۡيَتِهِۦ مُشۡفِقُونَ ٢٨
He knows what is [presently] before them and what will be after them,1 and they cannot intercede except on behalf of one whom He approves. And they, from fear of Him, are apprehensive.
Allah onların nə etdiklərini və nə edəcəklərini bilir. Onlar Allahın, şəfaət edilməsinə razı qaldığı kimsələrə Onun izni olmadan heş bir kimsəyə şəfaətçi olmazlar. Onlar Allahın qorxusundan tir-tir əsirlər və Allahın əmr və yasaqlarına əsla müxalif olmazlar.
21:29Page 324
۞ وَمَن يَقُلۡ مِنۡهُمۡ إِنِّيٓ إِلَٰهٞ مِّن دُونِهِۦ فَذَٰلِكَ نَجۡزِيهِ جَهَنَّمَۚ كَذَٰلِكَ نَجۡزِي ٱلظَّٰلِمِينَ ٢٩
And whoever of them should say, "Indeed, I am a god besides Him" - that one We would recompense with Hell. Thus do We recompense the wrongdoers.
Əgər mələklərdən biri: "Mən Allahdan başqa bir məbudam!" – deyərsə, Qiyamət günü Biz, onun söylədiyi bu sözündən dolayı ona içərisində əbədi qalacağı Cəhənnəm əzabı ilə cəzalandırarıq. Biz Allaha qarşı küfr və şirk edən zalımları da belə cəzalandırırıq.
21:30Page 324
أَوَلَمۡ يَرَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَنَّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ كَانَتَا رَتۡقٗا فَفَتَقۡنَٰهُمَاۖ وَجَعَلۡنَا مِنَ ٱلۡمَآءِ كُلَّ شَيۡءٍ حَيٍّۚ أَفَلَا يُؤۡمِنُونَ ٣٠
Have those who disbelieved not considered that the heavens and the earth were a joined entity, and then We separated them and made from water every living thing? Then will they not believe?
Məgər Allaha küfr edənlər göylərlə yerin bir-biri ilə bitişmiş və aralarında heç bir boşluğun olmadığı bir halda, səmadan yağmur endirib onların arasını bir-birindən araladığımızı və səmadan yerə endirdiyimiz yağmur səbəbi ilə yer üzündə hər bir canlını və bitkini sudan yaradıb onlara həyat verdiyimizi görmürlərmi?! Məgər onlar bundan sonra da ibrət alıb və tək olan Allaha iman etməyəcəklər?!
21:31Page 324
وَجَعَلۡنَا فِي ٱلۡأَرۡضِ رَوَٰسِيَ أَن تَمِيدَ بِهِمۡ وَجَعَلۡنَا فِيهَا فِجَاجٗا سُبُلٗا لَّعَلَّهُمۡ يَهۡتَدُونَ ٣١
And We placed within the earth firmly set mountains, lest it should shift with them, and We made therein [mountain] passes [as] roads that they might be guided.
Yer, üzərində olanları yırğalamasın deyə orada möhkəm durmuş dağlar yaratdıq. Onlar səfərlərində getmək istədikləri yerə asanlıqla gedə bilsinlər deyə, orada geniş yollar saldıq.
21:32Page 324
وَجَعَلۡنَا ٱلسَّمَآءَ سَقۡفٗا مَّحۡفُوظٗاۖ وَهُمۡ عَنۡ ءَايَٰتِهَا مُعۡرِضُونَ ٣٢
And We made the sky a protected ceiling, but they, from its signs,1 are turning away.
Göy üzünü qopub yerə düşməməsi üçün heç bir dirəksiz mühafizə olunan bir tavan etdik və şeytanların ora gizli bir şəkildə yaxınlaşıb hər hansı bir xəbər oğurlamasına mane olduq. Amma müşriklər göydə olan günəş və ay kimi əzəmətli ayələrimizi düşünüb ibrət almaqdan üz çevirirlər.
21:33Page 324
وَهُوَ ٱلَّذِي خَلَقَ ٱلَّيۡلَ وَٱلنَّهَارَ وَٱلشَّمۡسَ وَٱلۡقَمَرَۖ كُلّٞ فِي فَلَكٖ يَسۡبَحُونَ ٣٣
And it is He who created the night and the day and the sun and the moon; all [heavenly bodies] in an orbit are swimming.
Gecəni yatıb rahatlanmaq və gündüzü də çalışıb ruzi qazanmaq üçün yaradan tək olan Allahdır. Günəşi gündüzün əlaməti, Ayı da gecənin əlaməti olaraq, O yaratdı. Günəş və Ayın hər biri öz məcrası üzrə axıb gedər və onların hər biri nə öz məcrasından kənara çıxar, nədi ki, hər hansı başqa bir tərəfə meyil edər.
21:34Page 324
وَمَا جَعَلۡنَا لِبَشَرٖ مِّن قَبۡلِكَ ٱلۡخُلۡدَۖ أَفَإِيْن مِّتَّ فَهُمُ ٱلۡخَٰلِدُونَ ٣٤
And We did not grant to any man before you eternity [on earth]; so if you die - would they be eternal?
Ey Peyğəmbər! Biz səndən öncə heç bir bəşər övladına bu həyatda əbədi olaraq qalmasına izin vermədik. Yoxsa sən bu həyatda əcəlin çatıb öldüyün bir halda, onlar səndən sonra həmişəlik sağmı qalacaqlar?! Xeyir, bu əsla baş tutan bir şey deyil.
21:35Page 324
كُلُّ نَفۡسٖ ذَآئِقَةُ ٱلۡمَوۡتِۗ وَنَبۡلُوكُم بِٱلشَّرِّ وَٱلۡخَيۡرِ فِتۡنَةٗۖ وَإِلَيۡنَا تُرۡجَعُونَ ٣٥
Every soul will taste death. And We test you with evil and with good as trial; and to Us you will be returned.
Hər bir mömin və kafir nəfs bu dünyada ölümü dadacaqdır. Ey İnsanlar! Biz sizi bu dünya həyatında öhdəliklər, nemətlər və çətinliklərlə sınağa çəkəcəyik. Siz öldükdən sonra başqasına deyil, yalnız Bizə qaytarılacaqsınız və Bizdə dünyada ikən etdiyiniz əməllərinizin qarşılığını sizə verəcəyik!
21:36Page 325
وَإِذَا رَءَاكَ ٱلَّذِينَ كَفَرُوٓاْ إِن يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَٰذَا ٱلَّذِي يَذۡكُرُ ءَالِهَتَكُمۡ وَهُم بِذِكۡرِ ٱلرَّحۡمَٰنِ هُمۡ كَٰفِرُونَ ٣٦
And when those who disbelieve see you, [O Muḥammad], they take you not except in ridicule, [saying], "Is this the one who mentions [i.e., insults] your gods?" And they are, at the mention of the Most Merciful, disbelievers.
Ey Peyğəmbər! Müşriklər səni gördükləri zaman özlərinə tabe olanların qəlbində sənə qarşı nifrət yaratmaq üçün sənə istehza edərək bir-birinə: "İbadət etdiyiniz ilahlarınızı təhqir edən budurmu?" – deyirlər. Onların sənə istehza etmələri azmış kimi, Allahın Qurandan onlara nazil etdiyi ayələri inkar edər və onlara bəxş etdilən nemətlərə qarşı isə nankorluq edərlər. Onlar bütün bu pisliklərə sahib olduqları üçün eyib olunmağa daha yaliq görülən kimsələrdir.
21:37Page 325
خُلِقَ ٱلۡإِنسَٰنُ مِنۡ عَجَلٖۚ سَأُوْرِيكُمۡ ءَايَٰتِي فَلَا تَسۡتَعۡجِلُونِ ٣٧
Man was created of haste [i.e., impatience]. I will show you My signs [i.e., vengeance], so do not impatiently urge Me.
İnsan xilqət etibarilə hövsələsiz və tələskən yaradılmışdır. O, müşriklərin, Allahın əzabının özlərinə tez bir zamanda gəlməsini istədikləri kimi, bir işin vaxtı çatmadan olmasına tələsər. Ey əzabıma tələsən kimsələr! Tələsdiyiniz şeyləri mütləq sizə göstərəcəm, elə isə tələsərək onun tez bir zaman da olmasını istəməyin!
21:38Page 325
وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡوَعۡدُ إِن كُنتُمۡ صَٰدِقِينَ ٣٨
And they say, "When is this promise, if you should be truthful?"
Öldükdən sonra yenidən dirilməyi inkar edən kafirlər səbirsizlik göstərərək: "Ey Müsəlmanlar! Əgər doğru söyləyirsinizsə deyin görək, öldükdən sonra yenidən dirilməyi iddia etdiyiniz Qiyamət saatı nə vaxt gerçəkləşəcəkirdir?!" – deyə soruşarlar.
21:39Page 325
لَوۡ يَعۡلَمُ ٱلَّذِينَ كَفَرُواْ حِينَ لَا يَكُفُّونَ عَن وُجُوهِهِمُ ٱلنَّارَ وَلَا عَن ظُهُورِهِمۡ وَلَا هُمۡ يُنصَرُونَ ٣٩
If those who disbelieved but knew the time when they will not avert the Fire from their faces or from their backs and they will not be aided...1
Kaş ki, öldükdən sonra yenidən dirilməyi inkar edən kafirlər üzlərindən və kürəklərindən onları əhatə edən alovdan qaçıb canlarını qurtara bilməyəcəklərin və onları Allahın əzabından heç bir kimsənin kömək edə bilməyəcəyini biləydilər! Əgər onlar bunu bilsəydilər, Allahın əzabının tezliklə gəlməsini əsla istəməzdilər.
21:40Page 325
بَلۡ تَأۡتِيهِم بَغۡتَةٗ فَتَبۡهَتُهُمۡ فَلَا يَسۡتَطِيعُونَ رَدَّهَا وَلَا هُمۡ يُنظَرُونَ ٤٠
Rather, it will come to them unexpectedly and bewilder them, and they will not be able to repel it, nor will they be reprieved.
Yox, onlara əzab verən atəş heç də onların zənn etdikləri kimi gözlədikləri bir halda deyil, əksinə, qəfildən və gözləmədikləri bir halda gələcəkdir. Allahın əzabı onlara yetişdikdə, bu əzabın qarşısını alıb onu özlərindən dəf edə bilməyəcəklər və onlar Allahın rəhmətinə nail olmasın deyə onlara heç tövbə etməyə aman da verilməyəcəkdir.
21:41Page 325
وَلَقَدِ ٱسۡتُهۡزِئَ بِرُسُلٖ مِّن قَبۡلِكَ فَحَاقَ بِٱلَّذِينَ سَخِرُواْ مِنۡهُم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ٤١
And already were messengers ridiculed before you, but those who mocked them were enveloped by what they used to ridicule.
Ey Peyğəmbər! Sən göndərilən peyğəmbərlərin birincisi olmadığın halda, qövmün səni məsxərəyə qoyub, istehza etsə, bil ki, səndən əvvəlki peyğəmbərlər də öz qövmləri tərəfindən məsxərəyə qoyulub, onlara istehza edilmişdir. Peyğəmbərlərin dünyada ikən kiafirləri Allahın əzabı ilə qorxutduğu bir zaman peyğəmbərləri istehza edən kafirləri elə istehza etdikləri əzab məhv etdi.
21:42Page 325
قُلۡ مَن يَكۡلَؤُكُم بِٱلَّيۡلِ وَٱلنَّهَارِ مِنَ ٱلرَّحۡمَٰنِۚ بَلۡ هُمۡ عَن ذِكۡرِ رَبِّهِم مُّعۡرِضُونَ ٤٢
Say, "Who can protect you at night or by day from the Most Merciful?" But they are, from the remembrance of their Lord, turning away.
Ey Peyğəmbər! Əzabın tez bir zamanda gəlməsinə tələsən kimsələrə de: "Rəhman sizə əzab göndərmək və ya sizi məhv etmək istəsə, deyin görək, sizi gecə və gündüz Allahın əzabından kim müdafiə etməyə qadir ola bilər?!" Lakin onlar öz Rəbbinin nəsihətini və dəlillərini xatırlamaqdan üz döndərdilər. Cəhalət və səfehliklərindən dolayı bu barədə əsla düşünmürlər.
21:43Page 325
أَمۡ لَهُمۡ ءَالِهَةٞ تَمۡنَعُهُم مِّن دُونِنَاۚ لَا يَسۡتَطِيعُونَ نَصۡرَ أَنفُسِهِمۡ وَلَا هُم مِّنَّا يُصۡحَبُونَ ٤٣
Or do they have gods to defend them other than Us? They are unable [even] to help themselves, nor can they be protected from Us.
Onları Bizim əzabımızdan qurtara biləcək ilahlarımı var? Onların ilahları nə özlərinə fayda verən bir şeyi əldə etməyə, nə də ki, özlərinə zərər verən bir şeyi dəf etməyə qadirdilər. Axı özünə fayda verməyə qadir olmayan başqasına yardım etməyə necə qadir ola bilər?! Onlar heç özlərini Bizim əzabımızdan qurtata bilməzlər.
21:44Page 325
بَلۡ مَتَّعۡنَا هَٰٓؤُلَآءِ وَءَابَآءَهُمۡ حَتَّىٰ طَالَ عَلَيۡهِمُ ٱلۡعُمُرُۗ أَفَلَا يَرَوۡنَ أَنَّا نَأۡتِي ٱلۡأَرۡضَ نَنقُصُهَا مِنۡ أَطۡرَافِهَآۚ أَفَهُمُ ٱلۡغَٰلِبُونَ ٤٤
But, [on the contrary], We have provided good things for these [disbelievers] and their fathers until life was prolonged for them. Then do they not see that We set upon the land, reducing it from its borders?1 Is it they who will overcome?
Bəli, Biz kafirlərə və onların ata-babalarına, onları qəfildən əzabla yaxalamaq üçün ömürləri boyunca bol-bol nemətlər və xoş güzəran bəxş etdik. Onlar bu bol-bol nemətlər içərisində o qədər firavan yaşadılar ki, hətta daima belə qalacaqlarına aldanıb, öz küfr əməllərində ölənə davam etdilər. Məgər onlara bəxş edilən nemətlərimizə aldanıb, əzabımızın tez bir zamanda gəlməsini istəyən o kimsələr, müsəlmanlara zəfər verərək, onları məğlub edib yaşadıqları torpaqları əllərindən alaraq və ərazini hər tərəfdən əskildib müsəlmanların ixtiyarına verdiyimizi görmürlərmi? Yoxsa onlar, başqalarının başına gələnlərin onların başına gəlməyəcəyinimi zənn edirlər?! Onlar qalib deyil, əksinə, məğlub olan kimsələrdir!
21:45Page 326
قُلۡ إِنَّمَآ أُنذِرُكُم بِٱلۡوَحۡيِۚ وَلَا يَسۡمَعُ ٱلصُّمُّ ٱلدُّعَآءَ إِذَا مَا يُنذَرُونَ ٤٥
Say, "I only warn you by revelation." But the deaf do not hear the call when they are warned.
Ey Peyğəmbər! De ki: "Ey İnsanlar! Mən, Rəbbimin mənə nazil etdiyi vəhy sayəsində sizi Allahın əzabıilə qorxuduram. Lakin karlar Allahın əzabından qorxudulduğları zaman çağılıldıqları haqqı qəbul edib onu lazımınca dinləməzlər!"
21:46Page 326
وَلَئِن مَّسَّتۡهُمۡ نَفۡحَةٞ مِّنۡ عَذَابِ رَبِّكَ لَيَقُولُنَّ يَٰوَيۡلَنَآ إِنَّا كُنَّا ظَٰلِمِينَ ٤٦
And if [as much as] a whiff of the punishment of your Lord should touch them, they would surely say, "O woe to us! Indeed, we have been wrongdoers."
Ey Peyğəmbər! Rəbbinin əzabından payı olub, bu əzabın özlərinə tez bir zamanda gəlməsinə tələsən o kimsələrə əzab toxunduqda, onlar mütləq: "Vay bizim halımıza! Biz, həqiqətən də, Allaha şərik qoşmaqla, Muhammədin (sallallahu aleyhi və səlləm) bizə gətirdiyi haqqı yalan saymaqla özümüzə zülm etmişik" – deyərlər.
21:47Page 326
وَنَضَعُ ٱلۡمَوَٰزِينَ ٱلۡقِسۡطَ لِيَوۡمِ ٱلۡقِيَٰمَةِ فَلَا تُظۡلَمُ نَفۡسٞ شَيۡـٔٗاۖ وَإِن كَانَ مِثۡقَالَ حَبَّةٖ مِّنۡ خَرۡدَلٍ أَتَيۡنَا بِهَاۗ وَكَفَىٰ بِنَا حَٰسِبِينَ ٤٧
And We place the scales of justice for the Day of Resurrection, so no soul will be treated unjustly at all. And if there is [even] the weight of a mustard seed,1 We will bring it forth. And sufficient are We as accountant.
Biz Qiyamət günü insanların əməllərini haqq-hesaba çəkmək üçün ədalət tərəziləri quracağıq. O gün heç bir kimsəyə yaxşı əməlləri naqis edilərək və ya pis əməlləridə artırılaraq zülüm edilməyəcəkdir. Əgər etdikləri əməllər xardal dənəsi qədər kiçik bir şey olsa belə, Biz onu gətirib tərəziyə qoyacağıq. Qullarımzın əməllərini haqq-hesab etməyə Biz bəs edərik.
21:48Page 326
وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَىٰ وَهَٰرُونَ ٱلۡفُرۡقَانَ وَضِيَآءٗ وَذِكۡرٗا لِّلۡمُتَّقِينَ ٤٨
And We had already given Moses and Aaron the criterion and a light and a reminder1 for the righteous
Biz Musa və Haruna - aleyhiməssəlam - haqqı batildən, halalı haramdan ayıran, iman etmiş kimsələrə doğru yol göstərən və müttəqilər üçün Rəbbi yanında bir öyüd-nəsihət olan Tövratı verdik.
21:49Page 326
ٱلَّذِينَ يَخۡشَوۡنَ رَبَّهُم بِٱلۡغَيۡبِ وَهُم مِّنَ ٱلسَّاعَةِ مُشۡفِقُونَ ٤٩
Who fear their Lord unseen,1 while they are of the Hour apprehensive.
O müttəqilər ki, öz Rəbbini görmədikləri halda Ona iman edib, Onun əzabından qorxar və Qiyamət saatında da qorxub çəkinərlər.
21:50Page 326
وَهَٰذَا ذِكۡرٞ مُّبَارَكٌ أَنزَلۡنَٰهُۚ أَفَأَنتُمۡ لَهُۥ مُنكِرُونَ ٥٠
And this [Qur’ān] is a blessed message which We have sent down. Then are you with it unacquainted?1
Muhəmmədə (sallallahu aleyhi və səlləm) nazil edilən bu Quran, xeyir-bərəkəti, bol və öyüd-nəsihət almaq istəyənlər üçün mübarək bir Zikrdir. Bütün bunlara rəğmən siz onu inkarmı edirsiniz?! Onu təsdiq edib, içindəkilərə əməl etməyəcəksinizmi?!
21:51Page 326
۞ وَلَقَدۡ ءَاتَيۡنَآ إِبۡرَٰهِيمَ رُشۡدَهُۥ مِن قَبۡلُ وَكُنَّا بِهِۦ عَٰلِمِينَ ٥١
And We had certainly given Abraham his sound judgement before,1 and We were of him well-Knowing
Biz İbrahimə elə kiçik yaşında ikən qövmünə Allahın vəhdaniyyətini sübut edən dəlillər bəxş etdikdə. Biz zatən onu daha yaxşı tanıyırdıq. Biz ona qövmü qarşısında dəlillər gətirməsi üçün Öz elmimizdən lazım olan dəlillər bəxş etmişdik.
21:52Page 326
إِذۡ قَالَ لِأَبِيهِ وَقَوۡمِهِۦ مَا هَٰذِهِ ٱلتَّمَاثِيلُ ٱلَّتِيٓ أَنتُمۡ لَهَا عَٰكِفُونَ ٥٢
When he said to his father and his people, "What are these statues to which you are devoted?"
Bir zaman o atası Azərə və qövmünə: "Öz əllərinizlə düzəldib sonra da onlara ibadət ediyiniz bu bütlər nədir?" – demişdi.
21:53Page 326
قَالُواْ وَجَدۡنَآ ءَابَآءَنَا لَهَا عَٰبِدِينَ ٥٣
They said, "We found our fathers worshippers of them."
Qövmü ona belə dedi: "Atalarımızın onlara ibadət etdiklərini gördük, bizdə onların ardınca gedərək bu bütlərə ibadət edirik!"
21:54Page 326
قَالَ لَقَدۡ كُنتُمۡ أَنتُمۡ وَءَابَآؤُكُمۡ فِي ضَلَٰلٖ مُّبِينٖ ٥٤
He said, "You were certainly, you and your fathers, in manifest error."
İbrahim - Aleyhissəlam - qövmünə belə dedi: "Ey atalarının ardınca gedənlər! Doğrusu, siz də, atalarınız da, açıq-aydın haqq bir yoldan azğınlığa düşmüş kimsələrsiz!"
21:55Page 326
قَالُوٓاْ أَجِئۡتَنَا بِٱلۡحَقِّ أَمۡ أَنتَ مِنَ ٱللَّٰعِبِينَ ٥٥
They said, "Have you come to us with truth, or are you of those who jest?"
Qövmü ona belə dedi: "Sən bizə bu söylədiklərini ciddi deyirsən, yoxsa bizimlə zarafat edirsən?"
21:56Page 326
قَالَ بَل رَّبُّكُمۡ رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ ٱلَّذِي فَطَرَهُنَّ وَأَنَا۠ عَلَىٰ ذَٰلِكُم مِّنَ ٱلشَّٰهِدِينَ ٥٦
He said, "[No], rather, your Lord is the Lord of the heavens and the earth who created them, and I, to that, am of those who testify.
İbrahim onlara belə cavab verdi: "Xeyr, mən sizinlə zarafat etmirəm, əksinə, sözümü ciddi olaraq deyirəm. Sizin Rəbbiniz göyləri və yeri misilsiz olaraq yoxdan var edən tək olan Allahdır. Mən də? yalnız Uca Allahın göylərin və yerin Rəbbi olduğuna şahidlik edənlərdənəm. Bu xüsusda ibadət etdiyiniz bütlərin heç bir payı yoxdur.
21:57Page 326
وَتَٱللَّهِ لَأَكِيدَنَّ أَصۡنَٰمَكُم بَعۡدَ أَن تُوَلُّواْ مُدۡبِرِينَ ٥٧
And [I swear] by Allāh, I will surely plan against your idols after you have turned and gone away."
İbrahim qövmü eşitməyəcək bir şəkildə belə dedi: "Allaha and olsun ki, siz bayramınızı qeyd etməyə getdikdən sonra bütlərinizin başına xoşlamadığınız bir oyun açacağam!"
21:58Page 327
فَجَعَلَهُمۡ جُذَٰذًا إِلَّا كَبِيرٗا لَّهُمۡ لَعَلَّهُمۡ إِلَيۡهِ يَرۡجِعُونَ ٥٨
So he made them into fragments, except a large one among them, that they might return to it [and question].
Nəhayət İbrahim bütləri sındırıb kiçik parçalara ayırdıqdan sonra qövmünün qayıdıb bütlərinin kim bu hala salmasını soruşacaqlarını zənn edərək yalnız onların ən irisini sındırmadan sağ buraxdı.
21:59Page 327
قَالُواْ مَن فَعَلَ هَٰذَا بِـَٔالِهَتِنَآ إِنَّهُۥ لَمِنَ ٱلظَّٰلِمِينَ ٥٩
They said, "Who has done this to our gods? Indeed, he is of the wrongdoers."
İbrahimin qövmü qayıdıb bütlərinin parça-parça edilib sındırılmış bir halda gördükdə, bir-birilərinə: "Məbudlarımızı kim bu hala salmışdır? Təzimə layiq olan bütlərimizə qarşı belə bir həqarətə əl atan kimsə həqiqətən də zalımlardandır!" – dedilər.
21:60Page 327
قَالُواْ سَمِعۡنَا فَتٗى يَذۡكُرُهُمۡ يُقَالُ لَهُۥٓ إِبۡرَٰهِيمُ ٦٠
They said, "We heard a young man mention them who is called Abraham."
Onlardan bəziləri: "Bir cavan oğlanın onları təhqir edib, eyiblədiyi eşitmişik, insanlar ona İbrahim deyə çağırırlar. Ola bilsin ki, bu işi o edib" – dedilər.
21:61Page 327
قَالُواْ فَأۡتُواْ بِهِۦ عَلَىٰٓ أَعۡيُنِ ٱلنَّاسِ لَعَلَّهُمۡ يَشۡهَدُونَ ٦١
They said, "Then bring him before the eyes of the people that they may testify."1
Qöymünün zadəgan təbəqəsindən olanları: "İbrahimi insanların gözü qabağına gətirin ki, bəlkə o, etdiyi əməli insanlar qarşısında boynuna almasına onlarda şahidlik edərlər. Bu zaman onun bu etdiyi əməli boynuna alması sizin əlinizdə ona qarşı bir dəlil olar" – dedilər.
21:62Page 327
قَالُوٓاْ ءَأَنتَ فَعَلۡتَ هَٰذَا بِـَٔالِهَتِنَا يَٰٓإِبۡرَٰهِيمُ ٦٢
They said, "Have you done this to our gods, O Abraham?"
Müşriklər İbrahimi tapıb gətirərək ona belə dedilər: "Bütlərimizə qarşı çirkin bu əməli sənmi etdin, ey İbrahim?!"
21:63Page 327
قَالَ بَلۡ فَعَلَهُۥ كَبِيرُهُمۡ هَٰذَا فَسۡـَٔلُوهُمۡ إِن كَانُواْ يَنطِقُونَ ٦٣
He said, "Rather, this - the largest of them - did it, so ask them, if they should [be able to] speak."
İbrahim, insanların gözü önündə bütlərinin acizliyini onlara göstərmək üçün dedi: "Xeyr, bunu mən etmədim. Əksinə bu işi bütlərin ən böyüyü etmişdir. Əgər bütləriniz danışa bilirlərsə, məndən yox, onlardan soruşun."
21:64Page 327
فَرَجَعُوٓاْ إِلَىٰٓ أَنفُسِهِمۡ فَقَالُوٓاْ إِنَّكُمۡ أَنتُمُ ٱلظَّٰلِمُونَ ٦٤
So they returned to [blaming] themselves and said [to each other], "Indeed, you are the wrongdoers."
Onlar bir qədər düşünüb, bütlərinin heç bir fayda, yaxud zərər verə bilmədiyini və onların da Allahı tərk edib dilsiz-ağılsız, heç özlərini belə qorumağa qadir olmayan bütlərə ibadət etdikləri üçün öz-özlərinə zülm etdiklərini anladılar.
21:65Page 327
ثُمَّ نُكِسُواْ عَلَىٰ رُءُوسِهِمۡ لَقَدۡ عَلِمۡتَ مَا هَٰٓؤُلَآءِ يَنطِقُونَ ٦٥
Then they reversed themselves,1 [saying], "You have already known that these do not speak!"
Sonra inadkarlıq edərək yenə öz bildikləri batil əqidələrinə qayıdıb dedilər: "Ey İbrahim! Axı sən bu bütlərin danışmağa qadir olmadığlarını bildiyin bir halda, bizə necə onlardan soruşmağı əmr edirsən?" Onlar bu sözlə İbrahimə qarşı dəlil gətirmək istəslər də, lakin onların bu sözü elə özlərinə qarşı dəlil oldu.
21:66Page 327
قَالَ أَفَتَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُكُمۡ شَيۡـٔٗا وَلَا يَضُرُّكُمۡ ٦٦
He said, "Then do you worship instead of Allāh that which does not benefit you at all or harm you?
İbrahim onların söylədiklərini inkar edərək belə dedi: "Allahı qoyub sizə heç bir fayda və zərər verə bilməyən, özlərini zərərdən qorumağa və həmçinin özlərinə hər hansı bir faydanı cəlb etməyə aciz olan bütlərəmi tapınırsınız?!"
21:67Page 327
أُفّٖ لَّكُمۡ وَلِمَا تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِۚ أَفَلَا تَعۡقِلُونَ ٦٧
Uff1 to you and to what you worship instead of Allāh. Then will you not use reason?"
Sizə də yazıqlar olsun, Allahdan başqa fayda və zərər verə bilməyən tapındıqlarınız bütlərə də! Doğrudanmı, siz bunu dərk edib, onlara tapınmaqdan əl çəkməyəcəksiniz?!"
21:68Page 327
قَالُواْ حَرِّقُوهُ وَٱنصُرُوٓاْ ءَالِهَتَكُمۡ إِن كُنتُمۡ فَٰعِلِينَ ٦٨
They said, "Burn him and support your gods - if you are to act."
(Nəmrud və ətrafındakılar öz camaatına) İbrahimi dəlil-sübutla məğlub etməkdən aciz qaldıqlarını gördükdə, ona qarşı zor tətbiq edərək belə dedilər: "Parça-parça yerlə yeksan etdiyi bütlərinizə yardım edib, İbrahimə bir cəza vermək istəyirsinizsə, onu atəşdə yandırın!"
21:69Page 327
قُلۡنَا يَٰنَارُ كُونِي بَرۡدٗا وَسَلَٰمًا عَلَىٰٓ إِبۡرَٰهِيمَ ٦٩
We [i.e., Allāh] said, "O fire, be coolness and safety upon Abraham."
Həhayət, onlar böyük bir od qalayıb İbrahimi onun içinə atdılar. Biz bu zaman: "Ey od! İbrahim üçün soyuq və salamat ol!" – dedik. Od da elə ona əmr etdiyimiz kimi oldu və beləliklə, İbrahimə heç bir zərər yetirmədi.
21:70Page 327
وَأَرَادُواْ بِهِۦ كَيۡدٗا فَجَعَلۡنَٰهُمُ ٱلۡأَخۡسَرِينَ ٧٠
And they intended for him a plan [i.e., harm], but We made them the greatest losers.
İbrahimin - aleyhissəlam - qövmü onu oda atıb yandırmaqla ona qarşı hiylə qurmaq istədi, lakin Biz onların qurduqları bu hiyləni boşa çıxarıb onları məğlub və həlak olanlar etdik.
21:71Page 327
وَنَجَّيۡنَٰهُ وَلُوطًا إِلَى ٱلۡأَرۡضِ ٱلَّتِي بَٰرَكۡنَا فِيهَا لِلۡعَٰلَمِينَ ٧١
And We delivered him and Lot to the land which We had blessed for the worlds [i.e., peoples].
Biz İbrahimi də, Lutu da zalım tayfasının əlindən xilas edib, hər ikisini, peyğəmbərlər çıxartdığımız və aləmlər üçün xeyir-bərəkət verdiyimiz Şam torpağlarına gətirdik.
21:72Page 327
وَوَهَبۡنَا لَهُۥٓ إِسۡحَٰقَ وَيَعۡقُوبَ نَافِلَةٗۖ وَكُلّٗا جَعَلۡنَا صَٰلِحِينَ ٧٢
And We gave him Isaac and Jacob in addition, and all [of them] We made righteous.
İbrahim Rəbbinə onu bir oğlan övladı ilə ruziləndirməsi üçün dua etdikdə, Biz ona İshaqı və üstəlik, Yaqubu bağışladıq. Biz İbrahimi və onun hər iki övladını əməlisaleh və Allaha itaətkar qullardan etdik.
21:73Page 328
وَجَعَلۡنَٰهُمۡ أَئِمَّةٗ يَهۡدُونَ بِأَمۡرِنَا وَأَوۡحَيۡنَآ إِلَيۡهِمۡ فِعۡلَ ٱلۡخَيۡرَٰتِ وَإِقَامَ ٱلصَّلَوٰةِ وَإِيتَآءَ ٱلزَّكَوٰةِۖ وَكَانُواْ لَنَا عَٰبِدِينَ ٧٣
And We made them leaders guiding by Our command. And We inspired to them the doing of good deeds, establishment of prayer, and giving of zakāh; and they were worshippers of Us.
Biz onları xeyirli işlərdə insanlara doğru yolu göstərən rəhbərlər etdik. Onlar Allahın izni ilə insanları yalnız tək Allaha ibadət etməyə dəvət edirdilər. Biz onlara xeyirli işlər görməyi, namaz vaxtı-vaxtında kamil şəkildə qılmağı və zəkat verməyi vəhy etdik. Onlar Bizim itaətkar qullarımızdan idilər
21:74Page 328
وَلُوطًا ءَاتَيۡنَٰهُ حُكۡمٗا وَعِلۡمٗا وَنَجَّيۡنَٰهُ مِنَ ٱلۡقَرۡيَةِ ٱلَّتِي كَانَت تَّعۡمَلُ ٱلۡخَبَٰٓئِثَۚ إِنَّهُمۡ كَانُواْ قَوۡمَ سَوۡءٖ فَٰسِقِينَ ٧٤
And to Lot We gave judgement and knowledge, and We saved him from the city that was committing wicked deeds. Indeed, they were a people of evil, defiantly disobedient.
Biz Luta mübahisəçilər arasında çətin məsələləri həll edib hökm çıxartmağı və şəri elmi bəxş etdik. Biz onu, Sədum məmləkətinə göndərdiyimiz əzabdan xilas etdik. O məmləkətin xalqı olduqca murdar işlər görən bir kimsələr idi. Həqiqətən, onlar Rəbbinin itaətindən çıxan fasiq bir qövm idi.
21:75Page 328
وَأَدۡخَلۡنَٰهُ فِي رَحۡمَتِنَآۖ إِنَّهُۥ مِنَ ٱلصَّٰلِحِينَ ٧٥
And We admitted him into Our mercy. Indeed, he was of the righteous.
Biz onu, qövmünə göndərilən əzabdan xilas edərək Öz mərhəmətimizlə bürüdük. Həqiqətən də, o, əmrlərimizi yerinə yetirib, qadağalarımızdan çəkinən saleh kimsələrdən idi.
21:76Page 328
وَنُوحًا إِذۡ نَادَىٰ مِن قَبۡلُ فَٱسۡتَجَبۡنَا لَهُۥ فَنَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥ مِنَ ٱلۡكَرۡبِ ٱلۡعَظِيمِ ٧٦
And [mention] Noah, when he called [to Allāh]1 before [that time], so We responded to him and saved him and his family from the great affliction [i.e., the flood].
Ey Peyğəmbər! Nuhun hekayəsini də yada sal! Belə ki o, İbrahim və Lutdan da əvvəl Uca Allaha dua etmiş, Biz də onun duasını qəbul edərək, istədiyini verib, onu və ailəsindən ona iman edənləri böyük qəm-qüssədən qurtarmışdıq!
21:77Page 328
وَنَصَرۡنَٰهُ مِنَ ٱلۡقَوۡمِ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَآۚ إِنَّهُمۡ كَانُواْ قَوۡمَ سَوۡءٖ فَأَغۡرَقۡنَٰهُمۡ أَجۡمَعِينَ ٧٧
And We aided [i.e., saved] him from the people who denied Our signs. Indeed, they were a people of evil, so We drowned them, all together.
Biz Nuhu, onun, həqiqətən də, Allah tərəfindən göndərilən bir peyğəmbər olduğuna dəlalət edən ayələrimizlə dəstəkləyərək onu yalançı hesab edən qövmünün hiyləsindən xilas etdik. Çünki onlar yer üzündə fitnə-fəsad çıxaran şər bir qövm idi. Odur ki, Biz onların hamısını suya batırdıq.
21:78Page 328
وَدَاوُۥدَ وَسُلَيۡمَٰنَ إِذۡ يَحۡكُمَانِ فِي ٱلۡحَرۡثِ إِذۡ نَفَشَتۡ فِيهِ غَنَمُ ٱلۡقَوۡمِ وَكُنَّا لِحُكۡمِهِمۡ شَٰهِدِينَ ٧٨
And [mention] David and Solomon, when they judged concerning the field - when the sheep of a people overran it [at night],1 and We were witness to their judgement.
Ey Peyğəmbər! Davud və onun oğlu Süleymanın hekayəsini də yada sal! Bir zaman onlar bir adamın qoyunlarının gecə vatxı girib zay elədiyi bir əkin sahəsi barəsində iki kişi arasında hökm vermişdilər. Biz Davud və Süleymanın verdiyi hökmə şahid idik. Onların verdikləri hökmdən Bizə heç bir şey gizli qalmadı.
21:79Page 328
فَفَهَّمۡنَٰهَا سُلَيۡمَٰنَۚ وَكُلًّا ءَاتَيۡنَا حُكۡمٗا وَعِلۡمٗاۚ وَسَخَّرۡنَا مَعَ دَاوُۥدَ ٱلۡجِبَالَ يُسَبِّحۡنَ وَٱلطَّيۡرَۚ وَكُنَّا فَٰعِلِينَ ٧٩
And We gave understanding of it [i.e., the case] to Solomon, and to each [of them] We gave judgement and knowledge. And We subjected the mountains to exalt [Us], along with David and [also] the birds. And We were doing [that].1
Biz o məsələdə necə hökm vermək lazım olduğunu Davuda deyil, onun oğlu Süleymana başa saldıq. Biz, Davud və Süleymana - hər ikisinə peyğəmbərlik və şəriəti dərindən bilməyi bəxş etdik. Biz bunu sadəcə Süleymana xas etmədik. Biz dağları və quşları Davudun ixtiyarına buraxdıq. Davud Allahın şəninə həmd-sənalar etdikdə onlarda Davudla birlikdə Allahın şəninə həmd-sənalar edərdilər. Biz bütün bunların hamısını anlatmaq, hökm və elm bəxş etmək və bəzi şeyləri onların ixtiyarına buraxmaq üçün belə etdik.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences