Al-MukhtasarAsh‑Shu'ara · 26:100–198

Al-Mukhtasar · Tafsir · in Azerbaijani

Ash-Shu'ara 26:100–198

26:100Page 371

فَمَا لَنَا مِن شَٰفِعِينَ ١٠٠

So now we have no intercessors

İndi isə Allah yanında bizi Onun əzabından xilas edəcək şə­fa­ət­çi­ləri­miz də yoxdur.

26:101Page 371

وَلَا صَدِيقٍ حَمِيمٖ ١٠١

And not a devoted friend.

Nə də ki, bizi müdafiə edib, bizə şəfaətçi olan səmimi bir dos­tu­muz yoxdur!

26:102Page 371

فَلَوۡ أَنَّ لَنَا كَرَّةٗ فَنَكُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ ١٠٢

Then if we only had a return [to the world] and could be of the believers..."1

Kaş ki, bizə bir daha dünya həyatına geri dönməyə izin verilsəydi, o zaman biz mütləq Allaha iman edən möminlərdən olar­dıq!"

26:103Page 371

إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ١٠٣

Indeed in that is a sign, but most of them were not to be believers.

Şübhəsiz ki, İbrahimin - aleyhissəlam - bu hekayətində və onu təkzib edənlərin aqibətinin necə olduğunda, düşünüb ibrət alanlar üçün bir öyüd-nəsihət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.

26:104Page 371

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ١٠٤

And indeed, your Lord - He is the Exalted in Might, the Merciful.

Ey Peyğəmbər! Həqiqətən də, sənin Rəbbin, Öz düşmənlərindən intiqam alan, yenilməz qüvvət sahibidir. O, tövbə edən qullarına qarşı da çox mərhəmətlidir.

26:105Page 371

كَذَّبَتۡ قَوۡمُ نُوحٍ ٱلۡمُرۡسَلِينَ ١٠٥

The people of Noah denied the messengers1

Nuhun qövmü, Nuhu - aleyhissəlam - yalan saymaqla göndərilən bütün peyğəmbərləri yalançı saymış oldular.

26:106Page 371

إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ نُوحٌ أَلَا تَتَّقُونَ ١٠٦

When their brother Noah said to them, "Will you not fear Allāh?

Nəsəb baxımından qardaşları olan Nuh peyğəmbər onlara belə demişdir: "Məgər Allahdan qorxaraq, Ondan başqasına olan ibadəti tərk edib, Allahdan qorxmursunuzmu?!

26:107Page 371

إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ ١٠٧

Indeed, I am to you a trustworthy messenger.

Həqiqətən, mən sizə göndərilmiş bir elçiyəm. Məni sizə Uca Allah göndərmişdir. Mən, Allahın mənə vəhy etdiyinə ziyadə və naqislik etməyən əmin bir peyğəmbərəm.

26:108Page 371

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ ١٠٨

So fear Allāh and obey me.

Uca Allahın əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək Ondan qorxun. Sizə əmr və qadağan etdiyim işlərdə mə­nə itaət edin.

26:109Page 371

وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ ١٠٩

And I do not ask you for it any payment. My payment is only from the Lord of the worlds.

Rəbbimdən gətirdiyim bu dini sizə təbliğ etdiyimə görə siz­dən heç bir mükafat istə­mi­rəm. Mə­nim müka­fa­tım yalnız bütün yaradılmışların Rəbbinə aiddir, başqasına deyil.

26:110Page 371

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ ١١٠

So fear Allāh and obey me."

Uca Allahın əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək Ondan qorxun. Sizə əmr və qadağan etdiyim işlərdə mə­nə itaət edin.

26:111Page 371

۞ قَالُوٓاْ أَنُؤۡمِنُ لَكَ وَٱتَّبَعَكَ ٱلۡأَرۡذَلُونَ ١١١

They said, "Should we believe you while you are followed by the lowest [class of people]?"

Nuhun qövmü ona belə dedi: "Ey Nuh! Sənin ardınca gələnlər, aramızda səfil və aşağı təbəqədən olan adamlardır. Onların arasında şərəfli və yuxarı təbəqədən olan kimsələr yoxdur. Durumun bu halda ikən bizlər sənin gətirdiyinə tabe olub, əməlmi edəcəyik?!"

26:112Page 372

قَالَ وَمَا عِلۡمِي بِمَا كَانُواْ يَعۡمَلُونَ ١١٢

He said, "And what is my knowledge of what they used to do?

Nuh - aleyhissəlam - onlara belə dedi: "Axı möminlərin nə et­dik­lərinə dair mənim nə bilgim ola bilər ki! Mən onların əməllərini haqq-hesab etmək üçün vəkil təyin edilməmişəm!

26:113Page 372

إِنۡ حِسَابُهُمۡ إِلَّا عَلَىٰ رَبِّيۖ لَوۡ تَشۡعُرُونَ ١١٣

Their account is only upon my Lord, if you [could] perceive.

Onların haqq-hesabı mənə deyil, yal­nız gizli və aşkarı bilən Uca Allaha aiddir. Əgər söylədiklərinizi başa düşsəydiniz, bunları bir daha söyləməzdiniz!

26:114Page 372

وَمَآ أَنَا۠ بِطَارِدِ ٱلۡمُؤۡمِنِينَ ١١٤

And I am not one to drive away the believers.

Siz iman edəsiniz deyə, sizin istədiklərinizi yetinə yetirib möminləri öz məclisimdən qovan de­yiləm!

26:115Page 372

إِنۡ أَنَا۠ إِلَّا نَذِيرٞ مُّبِينٞ ١١٥

I am only a clear warner."

Mən yalnız Allahın əzabı ilə çəkindirən açıq-aşkar bir xəbərdar edənəm!"

26:116Page 372

قَالُواْ لَئِن لَّمۡ تَنتَهِ يَٰنُوحُ لَتَكُونَنَّ مِنَ ٱلۡمَرۡجُومِينَ ١١٦

They said, "If you do not desist, O Noah, you will surely be of those who are stoned."

Nuhun qövmü ona belə dedi: "Əgər sən bu dəvətindən vaz keçməsən, mütləq təhqir edilənlərdən və daşqalaq edilərək öldürülənlərdən olacaqsan!"

26:117Page 372

قَالَ رَبِّ إِنَّ قَوۡمِي كَذَّبُونِ ١١٧

He said, "My Lord, indeed my people have denied me.

Nuh Rəbbinə dua edərək belə dedi: "Ey Rəbbim! Qövmüm məni yalançı hesab etdi. Onlar, Sənin dərgahından gətirdiyim dinə inanmadılar!"

26:118Page 372

فَٱفۡتَحۡ بَيۡنِي وَبَيۡنَهُمۡ فَتۡحٗا وَنَجِّنِي وَمَن مَّعِيَ مِنَ ٱلۡمُؤۡمِنِينَ ١١٨

Then judge between me and them with decisive judgement and save me and those with me of the believers."

Onların batil üzərində israr etdiklərinə görə mənimlə onlar arasında, onları məhv edəcək qəti bir hökm ver. Qövmümdən kafir olanları həlak etdyin zaman məni və mə­nimlə bir­lik­də olan möminləri o əzabdan qurtar!"

26:119Page 372

فَأَنجَيۡنَٰهُ وَمَن مَّعَهُۥ فِي ٱلۡفُلۡكِ ٱلۡمَشۡحُونِ ١١٩

So We saved him and those with him in the laden ship.

Biz Nuhun - aleyhissəlam - duasına cavab verdik. Biz onu və onunla bir­likdə olan­ları, insanlar və heyvanlarla dolu olan bir gəmidə o əzabdan xi­las et­dik.

26:120Page 372

ثُمَّ أَغۡرَقۡنَا بَعۡدُ ٱلۡبَاقِينَ ١٢٠

Then We drowned thereafter the remaining ones.

Onlardan sonra Nuhun qövmündən geridə qalanları isə su­ya qərq et­dik.

26:121Page 372

إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ١٢١

Indeed in that is a sign, but most of them were not to be believers.

Şübhəsiz ki, Nuh və onun qövmü haqqında, Nuhun və onunla birgə olan möminlərin xilas olub və qövmündən kafir olanların isə həlak olması ilə əlaqəli deyilən bu hekayədə, düşünüb ibrət alanlar üçün bir öyüd-nəsihət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.

26:122Page 372

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ١٢٢

And indeed, your Lord - He is the Exalted in Might, the Merciful.

Ey Peyğəmbər! Həqiqətən də, sənin Rəbbin, Öz düşmənlərindən intiqam alan, yenilməz qüvvət sahibidir. O, tövbə edən qullarına qarşı da çox mərhəmətlidir.

26:123Page 372

كَذَّبَتۡ عَادٌ ٱلۡمُرۡسَلِينَ ١٢٣

ʿAad denied the messengers

Ad qövmü də, peyğəmbərləri olan Hudu - aleyhissəlam - yalan saymaqla bütün peyğəmbərləri yalançı saydılar.

26:124Page 372

إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ هُودٌ أَلَا تَتَّقُونَ ١٢٤

When their brother Hūd said to them, "Will you not fear Allāh?

Nəsəb baxımından qardaşları olan Hud peyğəmbər onlara: "Məgər Allahdan qorxaraq, Ondan başqasına olan ibadəti tərk edib, Allahdan qorxmursunuzmu?!"- dediyini xatırla.

26:125Page 372

إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ ١٢٥

Indeed, I am to you a trustworthy messenger.

Həqiqətən, mən sizə göndərilmiş bir elçiyəm. Məni sizə Uca Allah göndərmişdir. Mən, Allahın mənə təbliğ etməyi əmr etdiyinə ziyadə və naqislik etməyən əmin bir peyğəmbərəm.

26:126Page 372

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ ١٢٦

So fear Allāh and obey me.

Uca Allahın əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək Ondan qorxun. Sizə əmr və qadağan etdiyim işlərdə mə­nə itaət edin.

26:127Page 372

وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ ١٢٧

And I do not ask you for it any payment. My payment is only from the Lord of the worlds.

Rəbbimdən gətirdiyim bu dini sizə təbliğ etdiyimə görə siz­dən heç bir mükafat istə­mi­rəm. Mə­nim müka­fa­tım yalnız bütün yaradılmışların Rəbbinə aiddir, başqasına deyil.

26:128Page 372

أَتَبۡنُونَ بِكُلِّ رِيعٍ ءَايَةٗ تَعۡبَثُونَ ١٢٨

Do you construct on every elevation a sign,1 amusing yourselves,

Məğər siz hər təpə üstündə yoldan keçən insanları ələ salıb, onları məsxərəyə qoymaq üçün dünyanıza və axirətinizə heç bir faydası olmayan, boş və əbəs yerə hündür bi­nalarmı tikir­siniz?!

26:129Page 372

وَتَتَّخِذُونَ مَصَانِعَ لَعَلَّكُمۡ تَخۡلُدُونَ ١٢٩

And take for yourselves constructions [i.e., palaces and fortresses] that you might abide eternally?

Sanki bu dünyada əbədi qalıb və oradan əsla köçməyəcəksiniz kimi möhkəm qalalar və qəsirlər tikir­siniz?

26:130Page 372

وَإِذَا بَطَشۡتُم بَطَشۡتُمۡ جَبَّارِينَ ١٣٠

And when you strike, you strike as tyrants.

Sizlər öldürmək və ya vurmaq üçün hücum etdiyiniz zaman rəhmət və mərhəmət etmədən, qəd­dar hökmdarlar kimi zalımcasına hücum edirsiniz. Allahın sizə bəxş etdiyi güc-güvvəti Allaha asilik etməkdə istifadə edirsiniz.

26:131Page 372

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ ١٣١

So fear Allāh and obey me.

Uca Allahın əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək Ondan qorxun. Sizə əmr və qadağan etdiyim işlərdə mə­nə itaət edin.

26:132Page 372

وَٱتَّقُواْ ٱلَّذِيٓ أَمَدَّكُم بِمَا تَعۡلَمُونَ ١٣٢

And fear He who provided you with that which you know,

Bildiyiniz nemətləri si­zə əta edən Allahın qəzəbindən qorxun.

26:133Page 372

أَمَدَّكُم بِأَنۡعَٰمٖ وَبَنِينَ ١٣٣

Provided you with grazing livestock and children

O sizə heyvanlar və övladlar verdi,

26:134Page 372

وَجَنَّٰتٖ وَعُيُونٍ ١٣٤

And gardens and springs.

Üstəlik, O sizə bağlar və bol-bol axan çeş­mə­lər də bəxş etdi.

26:135Page 372

إِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ عَذَابَ يَوۡمٍ عَظِيمٖ ١٣٥

Indeed, I fear for you the punishment of a terrible day."

Ey Qövmüm! Mən sizin üçün bö­yük gü­nün əzabından qor­xu­ram. Bu gün, Qiyamət günüdür!"

26:136Page 372

قَالُواْ سَوَآءٌ عَلَيۡنَآ أَوَعَظۡتَ أَمۡ لَمۡ تَكُن مِّنَ ٱلۡوَٰعِظِينَ ١٣٦

They said, "It is all the same to us whether you advise or are not of the advisors.

Qövmü Huda belə dedi: "Bizə öyüd-nə­si­hət versən də, ver­mə­sən də, bi­zim üçün eynidir. Biz onsuz da sənə iman gətirməyəcəyik və sənin dediklərindən dolayı dinimizi əsla tərk etməyəcəyik!"

26:137Page 373

إِنۡ هَٰذَآ إِلَّا خُلُقُ ٱلۡأَوَّلِينَ ١٣٧

This is not but the custom of the former peoples,

Bu, keçmişdəkilərin dini, ədət-ənənəsi və əxlaqından başqa bir şeydildir!

26:138Page 373

وَمَا نَحۡنُ بِمُعَذَّبِينَ ١٣٨

And we are not to be punished."

Biz əzaba da olunmayacaq!"

26:139Page 373

فَكَذَّبُوهُ فَأَهۡلَكۡنَٰهُمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ١٣٩

And they denied him, so We destroyed them. Indeed in that is a sign, but most of them were not to be believers.

Onlar Hud - aleyhissəlam - peyğəmbəri yalançı saymaqda davam etdilər. Onların yalançı sayma səbəbi ilə Biz də onları hər şeyi qurudub məhv edən, xeyirsiz bir külək göndərərək məhv etdik. Hud qövmünün məhv edilməsində düşünüb ibrət alanlar üçün bir öyüd-nəsihət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.

26:140Page 373

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ١٤٠

And indeed, your Lord - He is the Exalted in Might, the Merciful.

Ey Peyğəmbər! Həqiqətən də, sənin Rəbbin, Öz düşmənlərindən intiqam alan, yenilməz qüvvət sahibidir. O, tövbə edən qullarına qarşı da çox mərhəmətlidir.

26:141Page 373

كَذَّبَتۡ ثَمُودُ ٱلۡمُرۡسَلِينَ ١٤١

Thamūd denied the messengers

Səmud qövmü də, peyğəmbərləri olan Salehi - aleyhissəlam - yalan saymaqla bütün peyğəmbərləri yalançı saydılar.

26:142Page 373

إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ صَٰلِحٌ أَلَا تَتَّقُونَ ١٤٢

When their brother Ṣāliḥ said to them, "Will you not fear Allāh?

Nəsəb baxımından qardaşları olan Saleh peyğəmbər onlara belə demişdir: "Məgər Allahdan qorxaraq, Ondan başqasına ibadəti tərk edib Allahdan çəkinmirsinizmi?!

26:143Page 373

إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ ١٤٣

Indeed, I am to you a trustworthy messenger.

Həqiqətən, mən sizə göndərilmiş bir elçiyəm. Məni sizə Uca Allah göndərmişdir. Mən, Allahdan sizə təbliğ etdiyimdə əminəm. Allah adında sizə nə artıq, nə də ki, əksik bir şey şöyləmərəm.

26:144Page 373

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ ١٤٤

So fear Allāh and obey me.

Uca Allahın əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək Ondan qorxun. Sizə əmr və qadağan etdiyim işlərdə mə­nə itaət edin.

26:145Page 373

وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ ١٤٥

And I do not ask you for it any payment. My payment is only from the Lord of the worlds.

Rəbbimdən gətirdiyim bu dini sizə təbliğ etdiyimə görə siz­dən heç bir mükafat istə­mi­rəm. Mə­nim müka­fa­tım yalnız bütün yaradılmışların Rəbbinə aiddir, başqasına deyil.

26:146Page 373

أَتُتۡرَكُونَ فِي مَا هَٰهُنَآ ءَامِنِينَ ١٤٦

Will you be left in what is here, secure [from death],

Məgər siz, sizə verilən bu gözəl nemətlər və bol-bol xeyirlər içində qorxusuz və əmin-aman yaşayacağınızımı ümid edirsiniz?!

26:147Page 373

فِي جَنَّٰتٖ وَعُيُونٖ ١٤٧

Within gardens and springs

Bağ-bağçalar və bol-bol su axan çeş­mə­lər arasında.

26:148Page 373

وَزُرُوعٖ وَنَخۡلٖ طَلۡعُهَا هَضِيمٞ ١٤٨

And fields of crops and palm trees with softened fruit?

Əkinlər və yumşaq gözəl mey­vəli xur­malıqlar içində arxa­yın­lıqla qalırdınız.

26:149Page 373

وَتَنۡحِتُونَ مِنَ ٱلۡجِبَالِ بُيُوتٗا فَٰرِهِينَ ١٤٩

And you carve out of the mountains, homes, with skill.

Bir də, içində (sanki dünyada əbədi yaşayacaqsınız deyə, özünüzə) yaşamaq üçün dağları məharətlə yo­nub özünüzə orada evlər düzəldirdiniz.

26:150Page 373

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ ١٥٠

So fear Allāh and obey me.

Uca Allahın əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək Ondan qorxun. Sizə əmr və qadağan etdiyim işlərdə mə­nə itaət edin.

26:151Page 373

وَلَا تُطِيعُوٓاْ أَمۡرَ ٱلۡمُسۡرِفِينَ ١٥١

And do not obey the order of the transgressors,

Günahlar etməklə nəfslərinə zülüm edib, həddi aşanların əmri­nə tabe ol­mayın!

26:152Page 373

ٱلَّذِينَ يُفۡسِدُونَ فِي ٱلۡأَرۡضِ وَلَا يُصۡلِحُونَ ١٥٢

Who cause corruption in the land and do not amend."

Onlar etdikləri günahlarla yer üzündə fitnə-fə­sad törədir və Uca Allaha davamlı itaət etməyərək özlərini günahdan tə­miz­lə­mirlər".

26:153Page 373

قَالُوٓاْ إِنَّمَآ أَنتَ مِنَ ٱلۡمُسَحَّرِينَ ١٥٣

They said, "You are only of those affected by magic.

Qövmü ona belə demişdir: "Sən dəfələrlə sehrlənmiş və sehr ağlını başından çıxarmış kimsələrdənsən".

26:154Page 373

مَآ أَنتَ إِلَّا بَشَرٞ مِّثۡلُنَا فَأۡتِ بِـَٔايَةٍ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ ١٥٤

You are but a man like ourselves, so bring a sign, if you should be of the truthful."

Sən də bizim kimi adi bir bəşər övladısan, sənin bizdən üstün olacaq bir məziyyətin yoxdur ki, Allahdan bizə elçi olasan. Əgər sən, Allahın elçisi olduğun iddianda doğru da­nı­şan­lar­dan­san­sa, elə isə, haydı, bizə Allahın elçisi olduğunu göstərən bir möcüzə gətir!"

26:155Page 373

قَالَ هَٰذِهِۦ نَاقَةٞ لَّهَا شِرۡبٞ وَلَكُمۡ شِرۡبُ يَوۡمٖ مَّعۡلُومٖ ١٥٥

He said, "This is a she-camel.1 For her is a [time of] drink, and for you is a [time of] drink, [each] on a known day.

Saleh - uca Allah ona bir möcüzə bəxş etmişdir. Bu möcüzə, Uca Allahın qayadan çıxatdığı dişi bir dəvədir - onlara belə dedi: "Bu gözlə görünən və əllə toxunulan dişi bir də­vədir! Onun sudan müəyyən bir payı vardır, sizin də həmən sudan mü­əy­yən bir payınız vardır. O, sizin növbəniz olduğu gündə sudan içməz, sizdə onun növbəsi olduğu gündə o sudan içməzsiniz!"

26:156Page 373

وَلَا تَمَسُّوهَا بِسُوٓءٖ فَيَأۡخُذَكُمۡ عَذَابُ يَوۡمٍ عَظِيمٖ ١٥٦

And do not touch her with harm, lest you be seized by the punishment of a terrible day."

Ehtiyatlı olun! Onu öldürərək və ya vuraraq əsla ona bir pislik toxundurmayın, yox­sa bu səbəbdən üzərinizə Allahın əzabı enər və əzabın endiyi o böyük bir gündə əzab hamınızı məhv edər".

26:157Page 373

فَعَقَرُوهَا فَأَصۡبَحُواْ نَٰدِمِينَ ١٥٧

But they hamstrung her and so became regretful.

Onlar öz aralarında dəvəni kəsmək qərarına gəldilər və nəhayət işərilərindən ən bədbəxt olanı qalxıb dəvəni kəs­di, sonra da etdikləri bu əmələ görə mütləq Allah tərəfindən özlərinə bəlanın gələcəyinə əmin olduqları üçün peş­man ol­du­lar. Lakin əzabın gəldiyi zaman olan peşmanşılıq sahibinə fayda verməz.

26:158Page 373

فَأَخَذَهُمُ ٱلۡعَذَابُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ١٥٨

And the punishment seized them. Indeed in that is a sign, but most of them were not to be believers.

Sonda vəd edildikləri əzab onları yaxaladı. O əzab, güclü zəlzələ və tük ürpədici bir səs idi. Hudu yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, Saleh və onun qövmünün hekayətində düşünüb ibrət alanlar üçün bir öyüd-nəsihət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.

26:159Page 373

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ١٥٩

And indeed, your Lord - He is the Exalted in Might, the Merciful.

Ey Peyğəmbər! Həqiqətən də, sənin Rəbbin, Öz düşmənlərindən intiqam alan, yenilməz qüvvət sahibidir. O, tövbə edən qullarına qarşı da çox mərhəmətlidir.

26:160Page 374

كَذَّبَتۡ قَوۡمُ لُوطٍ ٱلۡمُرۡسَلِينَ ١٦٠

The people of Lot denied the messengers

Lutun qövmü, peyğəmbərləri Lutu - aleyhissəlam - yalan saymaqla göndərilən bütün peyğəmbərləri yalançı saymış oldular.

26:161Page 374

إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ لُوطٌ أَلَا تَتَّقُونَ ١٦١

When their brother Lot said to them, "Will you not fear Allāh?

Nəsəb baxımından qardaşları olan Lut onlara belə demişdir: "Məgər Allahdan qorxaraq, Ondan şərik qoşmağı tərk edib, Ondan qorxmayacaqsınızmı?

26:162Page 374

إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ ١٦٢

Indeed, I am to you a trustworthy messenger.

Həqiqətən, mən sizə göndərilmiş bir elçiyəm. Məni sizə uca Allah göndərmişdir. Mən, Allahdan sizə təbliğ etdiyimdə əminəm. Allah adında sizə nə artıq, nə də ki, əksik bir şey şöyləmərəm.

26:163Page 374

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ ١٦٣

So fear Allāh and obey me.

Uca Allahın əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək Ondan qorxun. Sizə əmr və qadağan etdiyim işlərdə mə­nə itaət edin.

26:164Page 374

وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ ١٦٤

And I do not ask you for it any payment. My payment is only from the Lord of the worlds.

Rəbbimdən gətirdiyim bu dini sizə təbliğ etdiyimə görə siz­dən heç bir mükafat istə­mi­rəm. Mə­nim müka­fa­tım yalnız bütün yaradılmışların Rəbbinə aiddir, başqasına deyil.

26:165Page 374

أَتَأۡتُونَ ٱلذُّكۡرَانَ مِنَ ٱلۡعَٰلَمِينَ ١٦٥

Do you approach males among the worlds1

Doğrudanmı, siz insan­lar içində ancaq kişilərə arxalarından ya­xın­lıq edirsiniz?!

26:166Page 374

وَتَذَرُونَ مَا خَلَقَ لَكُمۡ رَبُّكُم مِّنۡ أَزۡوَٰجِكُمۚ بَلۡ أَنتُمۡ قَوۡمٌ عَادُونَ ١٦٦

And leave what your Lord has created for you as mates? But you are a people transgressing."

Uca Allahın şəhvətlərinizi ödəyəsiz deyə sizin üçün yarat­dığı qadınlarınıza öndən yaxınlaşmağı tərk edir­si­niz?! Siz, hə­qiqətən də, çirkin bu əməli etməklə Allahın qoyduğu həddi aşan adamlarsı­nız".

26:167Page 374

قَالُواْ لَئِن لَّمۡ تَنتَهِ يَٰلُوطُ لَتَكُونَنَّ مِنَ ٱلۡمُخۡرَجِينَ ١٦٧

They said, "If you do not desist, O Lot, you will surely be of those evicted."

Qövmü ona belə dedi: "Ey Nuh! Əgər bu işimizdə bizə mane olmağa çalışsan və bizi bu işdən çəkindirməyə son qoymasan, mütləq sən və səninlə birğə olanlar yurdumuzdan daşqalaq edilərək, qovulub çıxarılanlardan olacaqsınız!"

26:168Page 374

قَالَ إِنِّي لِعَمَلِكُم مِّنَ ٱلۡقَالِينَ ١٦٨

He said, "Indeed, I am, toward your deed, of those who detest [it].

Lut onlara dedi: "Həqiqətən, mən sizin bu çirkin əməl­lərinizə nifrət və qəzəb edən­lərdə­nəm!

26:169Page 374

رَبِّ نَجِّنِي وَأَهۡلِي مِمَّا يَعۡمَلُونَ ١٦٩

My Lord, save me and my family from [the consequence of] what they do."

Lut Rəbbinə dua edərək belə dedi: "Ey Rəbbim! Bunların etdikləri bu çirkin əməllərinə görə başlarına gələcək əzabdan məni və ailə­mi xi­las et!"

26:170Page 374

فَنَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥٓ أَجۡمَعِينَ ١٧٠

So We saved him and his family, all,

Biz onun duasını qəbul edib, onu və onun bütün ailəsini xilas etdik.

26:171Page 374

إِلَّا عَجُوزٗا فِي ٱلۡغَٰبِرِينَ ١٧١

Except an old woman1 among those who remained behind.

Yalnız Lutun zövcəsindən başqa. Çünki o, kafir idi. Beləliklə də, o, geridə qalıb həlak olanlardan oldu.

26:172Page 374

ثُمَّ دَمَّرۡنَا ٱلۡأٓخَرِينَ ١٧٢

Then We destroyed the others.

Lut və onun ailəsi Sədum diyarından çıxdıqdan sonra Biz Lutun geridə qalan qövmünü ən şiddətli bir şəkildə məhv edik.

26:173Page 374

وَأَمۡطَرۡنَا عَلَيۡهِم مَّطَرٗاۖ فَسَآءَ مَطَرُ ٱلۡمُنذَرِينَ ١٧٣

And We rained upon them a rain [of stones], and evil was the rain of those who were warned.

Biz onların üstünə yağışın yağdığı kimi göydən daş­lar yağdırdıq. Lutun, uca Allahın əzabından xəbərdar edib, çəkindirtdiyi bu yağış necə də pis bir yağışı imiş! Bu əzab onların başına etdikləri çirkin əmələri üzündə gəldi.

26:174Page 374

إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ١٧٤

Indeed in that is a sign, but most of them were not to be believers.

Şübhəsiz ki, etdikləri çirkin əməlləri üzündən Lutun qövmünə göndərilən bu əzabda, düşünüb ibrət alanlar üçün bir öyüd-nəsihət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.

26:175Page 374

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ١٧٥

And indeed, your Lord - He is the Exalted in Might, the Merciful.

Ey Peyğəmbər! Həqiqətən də, sənin Rəbbin, Öz düşmənlərindən intiqam alan, yenilməz qüvvət sahibidir. O, tövbə edən qullarına qarşı da çox mərhəmətlidir.

26:176Page 374

كَذَّبَ أَصۡحَٰبُ لۡـَٔيۡكَةِ ٱلۡمُرۡسَلِينَ ١٧٦

The companions of the thicket [i.e., the people of Madyan] denied the messengers

Mədyən yaxınlığındakı sarmaşıq ağacları olan kəndin əhalisi də peyğəmbərləri Şueybi -Aleyhissəlam- yalançı saymaqla göndərilən bütün peyğəmbərləri ya­lançı saymış oldular.

26:177Page 374

إِذۡ قَالَ لَهُمۡ شُعَيۡبٌ أَلَا تَتَّقُونَ ١٧٧

When Shuʿayb said to them, "Will you not fear Allāh?

O zaman peyğəmbərləri Şueyb onlara belə demişdir: "Məgər Allahdan qorxaraq, Ondan başqasına ibadəti tərk edib Allahdan çəkinmirsinizmi?

26:178Page 374

إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ ١٧٨

Indeed, I am to you a trustworthy messenger.

Həqiqətən, mən sizə göndərilmiş bir elçiyəm. Məni sizə uca Allah göndərmişdir. Mən, Allahdan sizə təbliğ etdiyimdə əminəm. Allahın mənə təbliğ etməyi əmr etdiyinə heç bir ziyadə və naqislik etmərəm.

26:179Page 374

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ ١٧٩

So fear Allāh and obey me.

Uca Allahın əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək Ondan qorxun. Sizə əmr və qadağan etdiyim işlərdə mə­nə itaət edin.

26:180Page 374

وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ ١٨٠

And I do not ask you for it any payment. My payment is only from the Lord of the worlds.

Rəbbimdən gətirdiyim bu dini sizə təbliğ etdiyimə görə siz­dən heç bir mükafat istə­mi­rəm. Mə­nim müka­fa­tım yalnız bütün yaradılmışların Rəbbinə aiddir, başqasına deyil.

26:181Page 374

۞ أَوۡفُواْ ٱلۡكَيۡلَ وَلَا تَكُونُواْ مِنَ ٱلۡمُخۡسِرِينَ ١٨١

Give full measure and do not be of those who cause loss.

İnsanlara satdığınız zaman ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın!

26:182Page 374

وَزِنُواْ بِٱلۡقِسۡطَاسِ ٱلۡمُسۡتَقِيمِ ١٨٢

And weigh with an even [i.e., honest] balance.

Başqası üçün çəkdiyiniz zaman düz tərəzi ilə çəkin!

26:183Page 374

وَلَا تَبۡخَسُواْ ٱلنَّاسَ أَشۡيَآءَهُمۡ وَلَا تَعۡثَوۡاْ فِي ٱلۡأَرۡضِ مُفۡسِدِينَ ١٨٣

And do not deprive people of their due and do not commit abuse on earth, spreading corruption.

İnsanların haqqnı əksiltməyin və yer üzündə günahlar etməklə orada fitnə-fə­sad törətməyin!

26:184Page 375

وَٱتَّقُواْ ٱلَّذِي خَلَقَكُمۡ وَٱلۡجِبِلَّةَ ٱلۡأَوَّلِينَ ١٨٤

And fear He who created you and the former creation."1

Sizi və sizdən əvvəlki ümmətləri yara­danın, sizə bir əzab göndərməsindən qorxaraq Ondan çəkinin!"

26:185Page 375

قَالُوٓاْ إِنَّمَآ أَنتَ مِنَ ٱلۡمُسَحَّرِينَ ١٨٥

They said, "You are only of those affected by magic.

Şueybin qövmü ona belə dedi: "Həqiqətən, sən dəfələrlə sehrlənmiş və sehr ağlını başından alıb aparmış kimsələrdənsən!

26:186Page 375

وَمَآ أَنتَ إِلَّا بَشَرٞ مِّثۡلُنَا وَإِن نَّظُنُّكَ لَمِنَ ٱلۡكَٰذِبِينَ ١٨٦

You are but a man like ourselves, and indeed, we think you are among the liars.

Sən də bizim kimi adi bir bəşər övladısan, sənin bizdən üstün olacaq bir məziyyətin yoxdur. Axı belə olduğu təqdirdə sən necə Allahın elçisi ola bilərsən? Biz sənin Allahın elçisi olduğunun iddanda yalançı olduğunu zənn edirik.

26:187Page 375

فَأَسۡقِطۡ عَلَيۡنَا كِسَفٗا مِّنَ ٱلسَّمَآءِ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ ١٨٧

So cause to fall upon us fragments of the sky, if you should be of the truthful."

Əgər idda etdiyində doğru danışan­lar­dan­san­sa, elə isə göydən üstümüzə bizi məhv edəcək bir azab en­dir!"

26:188Page 375

قَالَ رَبِّيٓ أَعۡلَمُ بِمَا تَعۡمَلُونَ ١٨٨

He said, "My Lord is most knowing of what you do."

Şueyb onlara belə dedi: "Rəbbim etdiyiniz şirk və asilikləri daha yaxşı bilir, etdiyiniz əməllərdən Ona heç bir şey gizli qalmaz!"

26:189Page 375

فَكَذَّبُوهُ فَأَخَذَهُمۡ عَذَابُ يَوۡمِ ٱلظُّلَّةِۚ إِنَّهُۥ كَانَ عَذَابَ يَوۡمٍ عَظِيمٍ ١٨٩

And they denied him, so the punishment of the day of the black cloud seized them. Indeed, it was the punishment of a terrible day.

Onlar Şueybi yalançı saymaqda davam etdilər və elə bu səbəbdən də böyük bir əzaba düçar oldular. Belə ki, qızmar günəşdən sonra başlarının üstünü bir bulud aldı və o bulud onların üzərinə onları yandırıb-yaxan od yağdırdı və beləliklə də məhv oldular. Həqiqətən, onların məhv edildikləri gün, çox dəhşətli bir gü­n idi.

26:190Page 375

إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ١٩٠

Indeed in that is a sign, but most of them were not to be believers.

Şübhəsiz ki, Şueyb qövmünün necə məhv edildiyini xatırladan bu hekayədə, düşünüb ibrət alanlar üçün bir öyüd-nəsihət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.

26:191Page 375

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ١٩١

And indeed, your Lord - He is the Exalted in Might, the Merciful.

Ey Peyğəmbər! Həqiqətən də, sənin Rəbbin, Öz düşmənlərindən intiqam alan, yenilməz qüvvət sahibidir. O, tövbə edən qullarına qarşı da çox mərhəmətlidir.

26:192Page 375

وَإِنَّهُۥ لَتَنزِيلُ رَبِّ ٱلۡعَٰلَمِينَ ١٩٢

And indeed, it [i.e., the Qur’ān] is the revelation of the Lord of the worlds.

Şübhəsiz ki, Muhəmmədə (sallallahu aleyhi və səlləm) nazil edilən bu Quran, bütün yaradılmışların Rəbbi olan Allah tərəfindən nazil edilmişdir.

26:193Page 375

نَزَلَ بِهِ ٱلرُّوحُ ٱلۡأَمِينُ ١٩٣

The Trustworthy Spirit [i.e., Gabriel] has brought it down

Onu, vəhyə etibar edilən Cəb­rail - aleyhissəlam - mələk endir­di –

26:194Page 375

عَلَىٰ قَلۡبِكَ لِتَكُونَ مِنَ ٱلۡمُنذِرِينَ ١٩٤

Upon your heart, [O Muḥammad] - that you may be of the warners

Ey Peyğəmbər! Cəbrail bu Quranı, insanları xəbərdar edən və onları Allahın əzabı ilə qorxudan peyğəmbərlərdən olman üçün sənin qəlbinə endirdi.

26:195Page 375

بِلِسَانٍ عَرَبِيّٖ مُّبِينٖ ١٩٥

In a clear Arabic language.

Cəbrail bu Quranı, açıq-aydın bir di­lin­də nazil edildi.

26:196Page 375

وَإِنَّهُۥ لَفِي زُبُرِ ٱلۡأَوَّلِينَ ١٩٦

And indeed, it is [mentioned] in the scriptures of former peoples.

Şübhəsiz ki, bu Quran, əvvəlki üm­mət­lə­rin kitablarında da zikir edilmişdir. Öncəki kitablarda Quranın nazil ediləcəyi barədə müjdələr vermişdir.

26:197Page 375

أَوَلَمۡ يَكُن لَّهُمۡ ءَايَةً أَن يَعۡلَمَهُۥ عُلَمَٰٓؤُاْ بَنِيٓ إِسۡرَٰٓءِيلَ ١٩٧

And has it not been a sign to them that it is recognized by the scholars of the Children of Israel?

Məgər səni yalan sayan o kimsələrə Abdullah bin Salam kimi İsrail İsrail oğulların­dan olan alimlərin sənin həqiqətən də Allah tərəfindən göndərilən bir peyğəmbər olduğunu bilmə­lə­ri onlar üçün bir dəlil deyilmi?

26:198Page 375

وَلَوۡ نَزَّلۡنَٰهُ عَلَىٰ بَعۡضِ ٱلۡأَعۡجَمِينَ ١٩٨

And even if We had revealed it to one among the foreigners1

Əgər Biz bu Quranı ərəb dilində danışmayan bəzi əcəmlərə nazil etsəy­dik,

Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences

Contents

Ayat al-Kursi36Al-Kahfpage 42juz 15Bukhari 1Muslim 2999

Style

Theme
Text size
Layout

Читать на русском