Al-MukhtasarFatir · 35:1–45

Al-Mukhtasar · Tafsir · in Azerbaijani

فاطر

Fatir

Originator · Meccan · 45 ayahs

35:1Page 434

ٱلۡحَمۡدُ لِلَّهِ فَاطِرِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ جَاعِلِ ٱلۡمَلَٰٓئِكَةِ رُسُلًا أُوْلِيٓ أَجۡنِحَةٖ مَّثۡنَىٰ وَثُلَٰثَ وَرُبَٰعَۚ يَزِيدُ فِي ٱلۡخَلۡقِ مَا يَشَآءُۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ١

[All] praise is [due] to Allāh, Creator of the heavens and the earth, [who] made the angels messengers having wings, two or three or four. He increases in creation what He wills. Indeed, Allāh is over all things competent.

Həmd, göyləri və yeri bənzəri olmayan bir şəkildə xəlq edən Alla­ha məxsusdur! O Allah ki, mələklərdən, əzəldən qədərə yazılmış əmrləri yerinə yetirmək və peyğəmbərlərə vəhyi çatdırmaq üçün elçilər seçmiş, üstəlik, onlara özlərinə həvalə edilmiş əmanəti ödəmək üçün qüvvət vermişdir. Onlardan bəzisi iki, bəzisi üç, bəzisi də dördqa­nad­lıdır. Onlar bu qanadlarla uçub Rəbbinin əmrlərini yerinə yetirirlər. Allah yaratdıqlarından dilədiyinin əzasını, yaxud gözəlliyini yaxdu da səsini ar­tı­rır. Həqiqətən, Allah hər şe­yə qadirdir, heç kəs Onu aciz edə bilməz.

35:2Page 434

مَّا يَفۡتَحِ ٱللَّهُ لِلنَّاسِ مِن رَّحۡمَةٖ فَلَا مُمۡسِكَ لَهَاۖ وَمَا يُمۡسِكۡ فَلَا مُرۡسِلَ لَهُۥ مِنۢ بَعۡدِهِۦۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٢

Whatever Allāh grants to people of mercy - none can withhold it; and whatever He withholds - none can release it thereafter. And He is the Exalted in Might, the Wise.

Hər bir şeyin açarı Allahın əlindədir. Allahın insanlara bəxş etdiyi ruzinin, hidayətin, səadətin və s. bu kimi nemətlərin qarşısını heç kəs ala bilməz. Onun vermədiyi bir şeyi də Ondan başqa heç kəs verə bilməz. O, yenilməz qüdrət sahibidir, üstəlik, yaratmaq, hər şeyin müqəddəratını əzəldən müəyyən etmək və işləri idarə etmək xüsusunda Hikmət sahibidir.

35:3Page 434

يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱذۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ عَلَيۡكُمۡۚ هَلۡ مِنۡ خَٰلِقٍ غَيۡرُ ٱللَّهِ يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۚ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ فَأَنَّىٰ تُؤۡفَكُونَ ٣

O mankind, remember the favor of Allāh upon you. Is there any creator other than Allāh who provides for you from the heaven and earth? There is no deity except Him, so how are you deluded?

Ey insanlar! Allahın sizə bəxş etdiyi nemətləri qəlbinizlə, dilinizlə və əməl etdiyiniz əzalarınızla xatırlayıb yada salın. Allahdan başqa sizə göydən yağış endirərək və yerdən meyvələr və dənli bitkilər və s. bu kimi nemətləri yetişdirərək ruzi verən bir xaliq varmı?! Ondan başqa ibadətə haqqı olan məbud yoxdur. Bütün bunlardan sonra siz necə bu haqdan döndərirsiniz, Allaha qarşı iftira yaxırsınız və Allah sizi yaratdığı və sizə ruzi verdiyi halda Onun şərikləri olduğunu iddia edirsiniz!

35:4Page 435

وَإِن يُكَذِّبُوكَ فَقَدۡ كُذِّبَتۡ رُسُلٞ مِّن قَبۡلِكَۚ وَإِلَى ٱللَّهِ تُرۡجَعُ ٱلۡأُمُورُ ٤

And if they deny you, [O Muḥammad] - already were messengers denied before you. And to Allāh are returned [all] matters.

Ey Peyğəmbər, əgər qövmün səni yalançı he­sab et­sə, səbir et. Sən qövmü tərəfindən yalançı sayılmış ilk elçi deyilsən. Səndən əv­vəl də, Ad, Səmud və Lut tayfaları kimi ümmətlər özlərinə göndərilmiş elçiləri ya­lançı hesab etmişdi. Bütün işlər təkcə Alla­ha qaytarıla­­caqdır. Allah haqqı yalan sayanları məhv edəcək, peyğəmbərlərinə və möminlərə isə qələbə bəxş edəcək.

35:5Page 435

يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞۖ فَلَا تَغُرَّنَّكُمُ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا وَلَا يَغُرَّنَّكُم بِٱللَّهِ ٱلۡغَرُورُ ٥

O mankind, indeed the promise of Allāh is truth, so let not the worldly life delude you and be not deceived about Allāh by the Deceiver [i.e., Satan].

Ey insanlar! Həqiqətən, Allahın vədi - öldükdən sonra dirilmə və qiyamət günü haqq-hesaba çəkilmə haqdır, buna heç bir şübhə yoxdur. Dün­ya həyatı və içindəki ləzzətlər sizi al­dadıb, saleh əməllər etməklə qiyamət gününə hazırlıq görməkdən yayındırmasın. Tovlayan şeytan da, batili sizə gözəl göstərməklə və dünya həyatını sevdirməklə yol­dan çıxartmasın.

35:6Page 435

إِنَّ ٱلشَّيۡطَٰنَ لَكُمۡ عَدُوّٞ فَٱتَّخِذُوهُ عَدُوًّاۚ إِنَّمَا يَدۡعُواْ حِزۡبَهُۥ لِيَكُونُواْ مِنۡ أَصۡحَٰبِ ٱلسَّعِيرِ ٦

Indeed, Satan is an enemy to you; so take him as an enemy. He only invites his party to be among the companions of the Blaze.

Ey insanlar, həqiqətən də, şeytan sizin əbədi düşmə­ni­nizdir, siz də ona qarşı müharibə etməklə onu düş­mən qəbul edin. Şeytan öz ardıcıllarını Allaha küfr etməyə dəvət edir ki, onların hamısının axırı, qiyamət günü yandırıb-yaxan atəşə girmək olsun.

35:7Page 435

ٱلَّذِينَ كَفَرُواْ لَهُمۡ عَذَابٞ شَدِيدٞۖ وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَهُم مَّغۡفِرَةٞ وَأَجۡرٞ كَبِيرٌ ٧

Those who disbelieve will have a severe punishment, and those who believe and do righteous deeds will have forgiveness and great reward.

Şeytana uyub Allaha küfr etmiş kimsələr üçün şiddətli əzab hazırlanmışdır. Allaha iman gəti­rib saleh əməllər edənləri isə Allah tərəfindən onların günahlarının bağışlanması və böyük bir mükafat - Cənnət gözləyir.

35:8Page 435

أَفَمَن زُيِّنَ لَهُۥ سُوٓءُ عَمَلِهِۦ فَرَءَاهُ حَسَنٗاۖ فَإِنَّ ٱللَّهَ يُضِلُّ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۖ فَلَا تَذۡهَبۡ نَفۡسُكَ عَلَيۡهِمۡ حَسَرَٰتٍۚ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِمَا يَصۡنَعُونَ ٨

Then is one to whom the evil of his deed has been made attractive so he considers it good [like one rightly guided]? For indeed, Allāh sends astray whom He wills and guides whom He wills. So do not let yourself perish over them in regret. Indeed, Allāh is Knowing of what they do.

Pis əməli özünə şeytan tərəfindən gözəl gös­tərilib onu yaxşı hesab edən kimsə, Allahın haqq yola yönəltdiyi kimsə eyni ola bilməz. Həqiqətən, Allah dilədiyini zə­la­lətə salır, dilədiyini də doğru yola yönəldir. Heç kəs onu məcbur edə bilməz. Ey Peyğəmbər, sən, azmış insanların azmasına görə özünü üzüb əldən salma. Şübhəsiz ki, pak və müqəddəs Allah on­ların nə etdiklərini bi­lir. Onların etdiyi əməllərdən heç bir şey Ondan gizli qalmaz.

35:9Page 435

وَٱللَّهُ ٱلَّذِيٓ أَرۡسَلَ ٱلرِّيَٰحَ فَتُثِيرُ سَحَابٗا فَسُقۡنَٰهُ إِلَىٰ بَلَدٖ مَّيِّتٖ فَأَحۡيَيۡنَا بِهِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَاۚ كَذَٰلِكَ ٱلنُّشُورُ ٩

And it is Allāh who sends the winds, and they stir the clouds, and We drive them to a dead land and give life thereby to the earth after its lifelessness. Thus is the resurrection.

Buludları hərəkətə gətirən külək­lə­ri göndərən Allahdır. Biz o buludları heç bir bitki bitməyən bir diyara tərəf qovub, onlardan qurumuş torpağa yağmur endirməklə və orada bitkilər bitirməklə onu canlandırırıq. Biz yer üzünü öldükdən sonra orada bitkilər bitirməklə canlandırdığımız kimi qiyamət günü ölülərin dirildilməsi də belə olacaqdır.

35:10Page 435

مَن كَانَ يُرِيدُ ٱلۡعِزَّةَ فَلِلَّهِ ٱلۡعِزَّةُ جَمِيعًاۚ إِلَيۡهِ يَصۡعَدُ ٱلۡكَلِمُ ٱلطَّيِّبُ وَٱلۡعَمَلُ ٱلصَّٰلِحُ يَرۡفَعُهُۥۚ وَٱلَّذِينَ يَمۡكُرُونَ ٱلسَّيِّـَٔاتِ لَهُمۡ عَذَابٞ شَدِيدٞۖ وَمَكۡرُ أُوْلَٰٓئِكَ هُوَ يَبُورُ ١٠

Whoever desires honor [through power] - then to Allāh belongs all honor.1 To Him ascends good speech, and righteous work raises it.2 But they who plot evil deeds will have a severe punishment, and the plotting of those - it will perish.

Kim bu dünyada və ya axirətdə izzətli olmaq istəsə, qoy bunu yalnız Allahdan istəsin. Çünki dünyada da, axirətdə də, izzət yalnız Allaha məxsusdur. Gözəl söz Ona tərəf yük­sə­lir və onu yüksəldən insanların saleh əməlləridir. Peyğəmbəri (səllallahu aleyhi və səlləm) qətlə yetirməyə cəhd göstərmək kimi pis hiylələr quran kimsələri şiddət­li əzab göz­ləyir. O kafirlərin qur­duq­ları hiylələr batil olub, puça çıxacaq­ və onların istəyi baş tutmayacaqdır.

35:11Page 435

وَٱللَّهُ خَلَقَكُم مِّن تُرَابٖ ثُمَّ مِن نُّطۡفَةٖ ثُمَّ جَعَلَكُمۡ أَزۡوَٰجٗاۚ وَمَا تَحۡمِلُ مِنۡ أُنثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلۡمِهِۦۚ وَمَا يُعَمَّرُ مِن مُّعَمَّرٖ وَلَا يُنقَصُ مِنۡ عُمُرِهِۦٓ إِلَّا فِي كِتَٰبٍۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ ١١

And Allāh created you from dust, then from a sperm-drop; then He made you mates. And no female conceives nor does she give birth except with His knowledge. And no aged person is granted [additional] life nor is his lifespan lessened but that it is in a register. Indeed, that for Allāh is easy.

Allah atanız Adəmi torpaqdan, sonra sizi nütfədən yaratmış, sonra da sizi bir-biri ilə evlənən kişi və qadınlar yaratmışdır. Pak və müqdəddəs Allahın xəbəri olmadan heç bir qadın nə hamilə olar, nə də daşıdığını yerə qoyar, bunlardan heç bir şey Ondan gizli qalmaz. Onun yaratdıqlarından hər hansı birinin uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da, lövhi-məhfuzda yazılmışdır. Həqiqətən, bu zikr edilənlər - sizin torpaqdan yaradılmağınız və mərhələ-mərhələ xəlq edilməyiniz, habelə, ömrünüzün lövhi-məhfuzda yazılması Allah üçün asandır.

35:12Page 436

وَمَا يَسۡتَوِي ٱلۡبَحۡرَانِ هَٰذَا عَذۡبٞ فُرَاتٞ سَآئِغٞ شَرَابُهُۥ وَهَٰذَا مِلۡحٌ أُجَاجٞۖ وَمِن كُلّٖ تَأۡكُلُونَ لَحۡمٗا طَرِيّٗا وَتَسۡتَخۡرِجُونَ حِلۡيَةٗ تَلۡبَسُونَهَاۖ وَتَرَى ٱلۡفُلۡكَ فِيهِ مَوَاخِرَ لِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ ١٢

And not alike are the two seas [i.e., bodies of water]. One is fresh and sweet, palatable for drinking, and one is salty and bitter. And from each you eat tender meat and extract ornaments which you wear, and you see the ships plowing through [them] that you might seek of His bounty; and perhaps you will be grateful.

İki dəniz eyni deyil. Birinin suyu olduqca şirin və şirinliyinə görə içməyə ra­hat, digərininki isə duzlu və acıdır, olduqca duzlu olduğuna görə içmək üçün yararsıdır. Zikr olunan bu iki dənizin hər birindən təzə ba­lıq ye­yir, zinət əşyası olaraq taxdığınız inci və mərcan çıxa­rır­sı­nız. Ey müşahidə edən kəs, sən gəmilərin irəli-geri ləngər vura-vura üzüb dənizi yardığını gö­rür­sən. Bütün bunlar ticarət edib Alla­hın lüt­fünü axtarıb tapmağınız üçündür ki, bəlkə Allahın sizə bol nemətlər verdiyinə görə Ona şü­kür edəsiniz.

35:13Page 436

يُولِجُ ٱلَّيۡلَ فِي ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِي ٱلَّيۡلِ وَسَخَّرَ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَۖ كُلّٞ يَجۡرِي لِأَجَلٖ مُّسَمّٗىۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡ لَهُ ٱلۡمُلۡكُۚ وَٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِهِۦ مَا يَمۡلِكُونَ مِن قِطۡمِيرٍ ١٣

He causes the night to enter the day, and He causes the day to enter the night and has subjected the sun and the moon - each running [its course] for a specified term. That is Allāh, your Lord; to Him belongs sovereignty. And those whom you invoke other than Him do not possess [as much as] the membrane of a date seed.

Allah gecəni gündüzə qatıb onun vaxtını uzadır, habelə, gün­düzü də, gecəyə qatıb onun vaxtını uzadır. Pak və müqəddəs Allah günə­şi və ayı ram et­mişdir. Onların hər biri Allahın bildiyi, əvvəlcədən müəyyən edilmiş qiyamət vax­tınadək hə­rə­kət edir. Bunların müqəddəratını təyin edən və onları idarə edən, sizin Rəbbiniz olan Allahdır. Mülk yalnız Ona məxsusdur. Sizin On­dan başqa ibadət etdiyiniz bütlər xurma çəyir­dəyinin pərdəsinə belə sa­hib deyil­lər. Belə olduğu təqdirdə, siz Məni qoyub, necə onlara ibadət edirsiniz?!

35:14Page 436

إِن تَدۡعُوهُمۡ لَا يَسۡمَعُواْ دُعَآءَكُمۡ وَلَوۡ سَمِعُواْ مَا ٱسۡتَجَابُواْ لَكُمۡۖ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ يَكۡفُرُونَ بِشِرۡكِكُمۡۚ وَلَا يُنَبِّئُكَ مِثۡلُ خَبِيرٖ ١٤

If you invoke them, they do not hear your supplication; and if they heard, they would not respond to you. And on the Day of Resurrection they will deny your association.1 And none can inform you like [one] Aware [of all matters].

Əgər siz öz məbudlarınızı çağırsa­nız, onlar sizin duanızı eşitməzlər, çünki onlar canı və eşitmə orqanı olmayan bir əşyadırlar. Tutaq ki, duanızı eşitdilər, yenə sizə ca­vab verə bilməzlər. Onlar qiyamət günü sizin onları Allaha şərik qoşduğunuzu və on­la­ra ibadət etdiyinizi danacaqlar. Ey Peyğəmbər, heç kəs pak və müqəddəs Allah ki­mi sənə doğru xəbər verə bilməz.

35:15Page 436

۞ يَٰٓأَيُّهَا ٱلنَّاسُ أَنتُمُ ٱلۡفُقَرَآءُ إِلَى ٱللَّهِۖ وَٱللَّهُ هُوَ ٱلۡغَنِيُّ ٱلۡحَمِيدُ ١٥

O mankind, you are those in need of Allāh, while Allāh is the Free of need, the Praiseworthy.

Ey insanlar! Siz hər bir işinizdə və hər bir halınızda Allaha möhtacsı­nız. Allah isə zəngin­dir heç bir şeydə sizə möhtac deyil, üstəlik, dünyada və axirətdə Öz qulları üçün hazırladığı nemətlərə görə Tərifəlayiqdir.

35:16Page 436

إِن يَشَأۡ يُذۡهِبۡكُمۡ وَيَأۡتِ بِخَلۡقٖ جَدِيدٖ ١٦

If He wills, He can do away with you and bring forth a new creation.

Əgər pak və müqəddəs Allah sizi məhv edərək yox etmək istəsə, sizi yox edib yerinizə elə yeni məxluq gəti­rər ki, onlar Ona ibadət edər və heç bir şeyi Ona şərik qoşmazlar.

35:17Page 436

وَمَا ذَٰلِكَ عَلَى ٱللَّهِ بِعَزِيزٖ ١٧

And that is for Allāh not difficult.

Sizi məhv etməklə yox edib, yerinizə yeni məxluq gətrimək pak və uca Allah üçün çətin de­yildir.

35:18Page 436

وَلَا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰۚ وَإِن تَدۡعُ مُثۡقَلَةٌ إِلَىٰ حِمۡلِهَا لَا يُحۡمَلۡ مِنۡهُ شَيۡءٞ وَلَوۡ كَانَ ذَا قُرۡبَىٰٓۗ إِنَّمَا تُنذِرُ ٱلَّذِينَ يَخۡشَوۡنَ رَبَّهُم بِٱلۡغَيۡبِ وَأَقَامُواْ ٱلصَّلَوٰةَۚ وَمَن تَزَكَّىٰ فَإِنَّمَا يَتَزَكَّىٰ لِنَفۡسِهِۦۚ وَإِلَى ٱللَّهِ ٱلۡمَصِيرُ ١٨

And no bearer of burdens will bear the burden of another. And if a heavily laden soul calls [another] to [carry some of] its load, nothing of it will be carried, even if he should be a close relative. You can only warn those who fear their Lord unseen and have established prayer. And whoever purifies himself only purifies himself for [the benefit of] his soul. And to Allāh is the [final] destination.

Heç bir günahkar adam başqa­ günahkarın gü­nahını daşımaz. Əksinə, hər bir günahkar öz günahını daşıyacaq. Günah yükü ağır olan kimsə günahlarını daşımaq üçün baş­qa­sını kö­məyə çağırsa və çağırdığı kim­sə yaxın qohumu olsa belə, onun günahlarından heç bur şey da­şıya bilməz. Sən, ey Peyğəmbər, an­caq, Rəbbindən Onu gör­mə­dik­ləri halda qorxanları və kamil şəkildə namaz qılanları Allahın əzabı ilə qorxudub xəbərdar edənsən. Məhz belələri sənin xəbərdarlığından fayda götürürlər. Kim günahlardan - ələlxüsus da, ən böyüyü olan şirkdən tə­miz­lə­nər­sə, öz xe­yri­nə təmiz­lənmiş olar. Qiyamət günü haqq-hesaba çəkilmək və əməllərin əvəzini (mükafatını vəya cəzasını almaq) üçün dönüş yalnız Allahadır.

35:19Page 437

وَمَا يَسۡتَوِي ٱلۡأَعۡمَىٰ وَٱلۡبَصِيرُ ١٩

Not equal are the blind and the seeing,

Kor ilə görən eyni dərəcədə olmadığı kimi, kafir ilə mömin də eyni de­yil­.

35:20Page 437

وَلَا ٱلظُّلُمَٰتُ وَلَا ٱلنُّورُ ٢٠

Nor are the darknesses and the light,

Zülmətlərlə nur eyni olmadığı kimi, küfrlə iman da eyni deyil.

35:21Page 437

وَلَا ٱلظِّلُّ وَلَا ٱلۡحَرُورُ ٢١

Nor are the shade and the heat,1

Kölgə ilə bürkü eyni olmadığı kimi, Cənnətlə Cəhənnəmdəki hal da eyni deyil.

35:22Page 437

وَمَا يَسۡتَوِي ٱلۡأَحۡيَآءُ وَلَا ٱلۡأَمۡوَٰتُۚ إِنَّ ٱللَّهَ يُسۡمِعُ مَن يَشَآءُۖ وَمَآ أَنتَ بِمُسۡمِعٖ مَّن فِي ٱلۡقُبُورِ ٢٢

And not equal are the living and the dead. Indeed, Allāh causes to hear whom He wills, but you cannot make hear those in the graves.1

Dirilərlə ölülər eyni olmadığı kimi, möminlərlə kafirlər də eyni deyillər. Şübhəsiz ki, Allah is­tə­di­yi­nə haqqı eşit­dirir. Sən isə, ey Peyğəmbər, qəbirlərdə olan ölülərə bənzəyən kafirlərə haqqı eşit­di­rə bilməzsən.

35:23Page 437

إِنۡ أَنتَ إِلَّا نَذِيرٌ ٢٣

You, [O Muḥammad], are not but a warner.

Sən ancaq onları Allahın əzabı ilə qorxudub xə­bərdar edənsən.

35:24Page 437

إِنَّآ أَرۡسَلۡنَٰكَ بِٱلۡحَقِّ بَشِيرٗا وَنَذِيرٗاۚ وَإِن مِّنۡ أُمَّةٍ إِلَّا خَلَا فِيهَا نَذِيرٞ ٢٤

Indeed, We have sent you with the truth as a bringer of good tidings and a warner. And there was no nation but that there had passed within it a warner.

Ey Peyğəmbər, həqiqətən, Biz səni içində şübhə olmayan haq­la möminlərə - Allahın onlar üçün hazırladığı dəyərli mükafat barədə - müjdə verən, kafirləri də, Allahın onlar üçün hazırladığı ağrılı-acılı əzabla qorxudan bir peyğəmbər gön­dər­dik. Keçmiş ümmətlər arasında elə bir ümmət olmayıb ki, ona Allah tərəfindən, onu Allahın əzabı ilə qorxudan bir pey­ğəm­bər göndərilmiş olmasın.

35:25Page 437

وَإِن يُكَذِّبُوكَ فَقَدۡ كَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ جَآءَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ وَبِٱلزُّبُرِ وَبِٱلۡكِتَٰبِ ٱلۡمُنِيرِ ٢٥

And if they deny you - then already have those before them denied. Their messengers came to them with clear proofs and written ordinances and with the enlightening Scripture.

Ey Peyğəmbər, əgər qövmün səni yalançı hesab et­sə, səbir et. Sən qövmü tərəfindən yalançı sayılmış ilk peyğəmbər deyilsən. Belə ki, Ad, Səmud və Lut tayfaları kimi keçmiş ümmmətlər özlərinə göndərilmiş elçiləri yalançı he­sab etmişdilər. Halbuki elçiləri özlərinin doğru danışdıqlarını isbat etmək üçün onlara - ağlı kəsən və ibrət alan kimsələrə, Allah tərəfindən aydın dəlillər, mü­qəd­dəs yazılar və nur saçan kitab gətirmişdi­lər.

35:26Page 437

ثُمَّ أَخَذۡتُ ٱلَّذِينَ كَفَرُواْۖ فَكَيۡفَ كَانَ نَكِيرِ ٢٦

Then I seized the ones who disbelieved, and how [terrible] was My reproach.

Buna rəğmən onlar Allaha və Onun peyğəmbərlərinə küfr etdilər, üstəlik, onların Allah tərəfindən gətirdiklərini təsdiq etmədilər. Buna görə də, Mən küfr edənləri məhv etdim. Bir görəydin, ey Peyğəmbər, Mənim on­ları məhv etmə­yim necə oldu!

35:27Page 437

أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَخۡرَجۡنَا بِهِۦ ثَمَرَٰتٖ مُّخۡتَلِفًا أَلۡوَٰنُهَاۚ وَمِنَ ٱلۡجِبَالِ جُدَدُۢ بِيضٞ وَحُمۡرٞ مُّخۡتَلِفٌ أَلۡوَٰنُهَا وَغَرَابِيبُ سُودٞ ٢٧

Do you not see that Allāh sends down rain from the sky, and We produce thereby fruits of varying colors? And in the mountains are tracts, white and red of varying shades and [some] extremely black.

Məgər sən, ey Peyğəmbər, Allahın göydən yağmur endirdiyini və onunla ağaclara su verdikdən sonra onlardan müx­tə­lif rəngli - yaşıl, qırmızı, sarı və başqa rəngdə olan meyvələr ye­tiş­dirdiyimizi görmürsən­mi?! Dağ­larda da müxtəlif rəngli – ağ, qır­mızı və tünd qara rəngli təhlükəli cı­ğır­lar əmələ gə­tirdik.

35:28Page 437

وَمِنَ ٱلنَّاسِ وَٱلدَّوَآبِّ وَٱلۡأَنۡعَٰمِ مُخۡتَلِفٌ أَلۡوَٰنُهُۥ كَذَٰلِكَۗ إِنَّمَا يَخۡشَى ٱللَّهَ مِنۡ عِبَادِهِ ٱلۡعُلَمَٰٓؤُاْۗ إِنَّ ٱللَّهَ عَزِيزٌ غَفُورٌ ٢٨

And among people and moving creatures and grazing livestock are various colors similarly. Only those fear Allāh, from among His servants, who have knowledge. Indeed, Allāh is Exalted in Might and Forgiving.

İnsanlar, heyvanlar və mal-qara (dəvə, inək və qoyunlar) arasında da, bu cür müxtəlif rəng­li olan­ları vardır. Uca Allahın Öz qulları arasın­da ancaq alimlər Onun məqamını uca tutar və Ondan qorxarlar. Çünki onlar Onun sifətlərini, şəri qanunlarını və qüdrət əlamətlərini bilirlər. Həqi­qətən, Allah yenilməz qüdrət sahibidir və qullarından Ona tövbə edən kimsələrin günahlarını bağışlayandır.

35:29Page 437

إِنَّ ٱلَّذِينَ يَتۡلُونَ كِتَٰبَ ٱللَّهِ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ وَأَنفَقُواْ مِمَّا رَزَقۡنَٰهُمۡ سِرّٗا وَعَلَانِيَةٗ يَرۡجُونَ تِجَٰرَةٗ لَّن تَبُورَ ٢٩

Indeed, those who recite the Book of Allāh and establish prayer and spend [in His cause] out of what We have provided them, secretly and publicly, [can] expect a transaction [i.e., profit] that will never perish -

Allahın Öz rəsuluna nazil etdiyi Kitabını oxu­yub içindəkilərə əməl edən, na­mazı ən gözəl şəkildə qılan və özlərinə verdiyimiz ru­zidən gizli və aş­kar zəkat və s. verən kimsələr, bu əməllərinin müqabilində, Allah yanında sə­mərəsiz olmayacaq bir ticarətə ümid edirlər.

35:30Page 437

لِيُوَفِّيَهُمۡ أُجُورَهُمۡ وَيَزِيدَهُم مِّن فَضۡلِهِۦٓۚ إِنَّهُۥ غَفُورٞ شَكُورٞ ٣٠

That He may give them in full their rewards and increase for them of His bounty. Indeed, He is Forgiving and Appreciative.1

Belə edirlər ki, Allah onlara əməllərinin mükafatla­rı­nı tam olaraq versin, üstəlik, on­la­ra Öz lüt­fündən artırsın. Belə ki, yalnız O buna qadirdir. Hə­qiqətən, pak və müqəddəs Allah, bu xislətləri özündə cəm edən kimsələri bağış­la­yandır, onların yaxşı əməllərinin şükrünün əvə­zini verəndir.

35:31Page 438

وَٱلَّذِيٓ أَوۡحَيۡنَآ إِلَيۡكَ مِنَ ٱلۡكِتَٰبِ هُوَ ٱلۡحَقُّ مُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيۡهِۗ إِنَّ ٱللَّهَ بِعِبَادِهِۦ لَخَبِيرُۢ بَصِيرٞ ٣١

And that which We have revealed to you, [O Muḥammad], of the Book is the truth, confirming what was before it. Indeed Allāh, of His servants, is Aware and Seeing.

Ey Peyğəmbər, sənə vəhy etdiyimiz Ki­tab, içində şübhə olmayan haqdır. O kitab ki, Allah onu əvvəlki kitabları təs­diq­ləmək üçün nazil etmişdir. Hə­qi­qətən, Allah Öz qulların­dan xə­bərdardır, görəndir. O, hər bir ümmətin rəsuluna onların yaşadığı zaman uyğun vəhylər nazil etmişdir.

35:32Page 438

ثُمَّ أَوۡرَثۡنَا ٱلۡكِتَٰبَ ٱلَّذِينَ ٱصۡطَفَيۡنَا مِنۡ عِبَادِنَاۖ فَمِنۡهُمۡ ظَالِمٞ لِّنَفۡسِهِۦ وَمِنۡهُم مُّقۡتَصِدٞ وَمِنۡهُمۡ سَابِقُۢ بِٱلۡخَيۡرَٰتِ بِإِذۡنِ ٱللَّهِۚ ذَٰلِكَ هُوَ ٱلۡفَضۡلُ ٱلۡكَبِيرُ ٣٢

Then We caused to inherit the Book those We have chosen of Our servants;1 and among them is he who wrongs himself [i.e., sins], and among them is he who is moderate, and among them is he who is foremost in good deeds by permission of Allāh. That [inheritance] is what is the great bounty.

Sonra, Biz ümmətlər arasından seçdiyimiz Muhəmmədin (sallallahu aleyhi və səlləm) ümmətinə Quranı mi­ras et­dik. Onlar­dan kimisi haram işlər görməklə və vacibləri tərk etməklə özü­nə zülm edər, kimisi vacibləri yerinə yetirməklə və haram işlərdən çəkinməklə, habelə, bununla yanaşı bəzi müstəhəbləri tərk etməklə və bəzi məkruhları etməklə or­ta yol tutar, ki­mi­si də Allahın izni ilə vacibləri və müstəhəbləri yerinə yetirməklə, habelə, haram və məkruh işlərdən çəkinməklə xeyirli işlərdə öndə gedər. Bu deyilənlər, - bu ümmətin seçilməsi və Quranın onlara verilməsi, - bənzəri olmayan bö­yük lütfdür.

35:33Page 438

جَنَّٰتُ عَدۡنٖ يَدۡخُلُونَهَا يُحَلَّوۡنَ فِيهَا مِنۡ أَسَاوِرَ مِن ذَهَبٖ وَلُؤۡلُؤٗاۖ وَلِبَاسُهُمۡ فِيهَا حَرِيرٞ ٣٣

[For them are] gardens of perpetual residence which they will enter. They will be adorned therein with bracelets of gold and pearls, and their garments therein will be silk.

O seçilmiş insanlar əbədi məskunlaşacaqları cən­nətlərə da­xil olacaq, orada qızıl bilərzik­lərlə və incilərlə bə­zədiləcək­lər. Libasları da ipəkdən ola­caqdır.

35:34Page 438

وَقَالُواْ ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِيٓ أَذۡهَبَ عَنَّا ٱلۡحَزَنَۖ إِنَّ رَبَّنَا لَغَفُورٞ شَكُورٌ ٣٤

And they will say, "Praise to Allāh, who has removed from us [all] sorrow. Indeed, our Lord is Forgiving and Appreciative -

Onlar Cənnətə daxil olduqdan sonra deyəcəklər: “Cəhənnəm düşməkdən qorxduğumuzdan dolayı bizi bürüyən qəm-kədəri bizdən uzaq edən Alla­ha həmd olsun! Həqiqətən, Rəb­bi­miz Öz qullarından tövbə edən kimsələrin günahlarını bağışlayandır, itaət etdiklərinə görə şükürün əvə­zini ve­rəndir.

35:35Page 438

ٱلَّذِيٓ أَحَلَّنَا دَارَ ٱلۡمُقَامَةِ مِن فَضۡلِهِۦ لَا يَمَسُّنَا فِيهَا نَصَبٞ وَلَا يَمَسُّنَا فِيهَا لُغُوبٞ ٣٥

He who has settled us in the home of duration [i.e., Paradise] out of His bounty. There touches us not in it any fatigue, and there touches us not in it weariness [of mind]."

Biz güc və qüvvət sərf etmədən, Öz lütfü ilə bizi əbədi iqa­mətgahda, - bundan sonra tərk etməyəcəyimiz yerdə, - yerləşdirən Odur. Ora­da bizə nə bir yorğunluq üz verər, nə də bir üz­gün­lük toxunar!”

35:36Page 438

وَٱلَّذِينَ كَفَرُواْ لَهُمۡ نَارُ جَهَنَّمَ لَا يُقۡضَىٰ عَلَيۡهِمۡ فَيَمُوتُواْ وَلَا يُخَفَّفُ عَنۡهُم مِّنۡ عَذَابِهَاۚ كَذَٰلِكَ نَجۡزِي كُلَّ كَفُورٖ ٣٦

And for those who disbelieve will be the fire of Hell. [Death] is not decreed for them1 so they may die, nor will its torment be lightened for them. Thus do We recompense every ungrateful one.

Allaha küfr etmiş kimsələri isə içərisində əbədi qalalcaqları Cəhənnəm odu göz­ləyir. Orada nə onların ölümünə hökm olunar ki, ölüb canlarını qurtarsın, nə də Cəhənnəm əzabından on­lar üçün yüngülləşdi­rilər. Qiyamət günü Biz Allahın nemətinə qarşı küfr etmiş hər kəsi bu cür cəza ilə cəza­lan­dı­rı­rıq.

35:37Page 438

وَهُمۡ يَصۡطَرِخُونَ فِيهَا رَبَّنَآ أَخۡرِجۡنَا نَعۡمَلۡ صَٰلِحًا غَيۡرَ ٱلَّذِي كُنَّا نَعۡمَلُۚ أَوَلَمۡ نُعَمِّرۡكُم مَّا يَتَذَكَّرُ فِيهِ مَن تَذَكَّرَ وَجَآءَكُمُ ٱلنَّذِيرُۖ فَذُوقُواْ فَمَا لِلظَّٰلِمِينَ مِن نَّصِيرٍ ٣٧

And they will cry out therein, "Our Lord, remove us;1 we will do righteousness - other than what we were doing!" But did We not grant you life enough for whoever would remember therein to remember, and the warner had come to you? So taste [the punishment], for there is not for the wrongdoers any helper.

Onlar orada bərk səslə fəryad qo­pararaq yal­varıb deyəcəklər: “Ey Rəb­bimiz! Bi­zi Cəhənnəmdən çıxart, dünyada etdiyimiz əməllərin əksi olan saleh əməllər edək ki, Sənin rizanı qazanaq və Sənin əzabından qurtulaq.” Allah da onlara belə buyuracaq: “Məgər orada sizə dü­şü­nəcək kim­sənin dü­şünüb tövbə edəcəyi və yaxşı işlər görə bilə­cə­yi qədər uzun ömür ver­mə­mişdik­mi?! Sizə Allahın əzabı ilə sizi qorxudan Peyğəmbər də gəlmişdi. Bütün bunlardan sonra sizin öz lehinizə nə bir dəliliniz, nə də bir bəhanəniz var. Elə isə dadın Cəhənnəm əzabını! Küfür və asiliklər etməklə özlərinə zülm etmiş kimsələri Allahın əzabından xilas edən və ya bu əzabı yüngülləşdirən bir kö­­məkçi tapılmaz.”

35:38Page 438

إِنَّ ٱللَّهَ عَٰلِمُ غَيۡبِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ٣٨

Indeed, Allāh is Knower of the unseen [aspects] of the heavens and earth. Indeed, He is Knowing of that within the breasts.

Şübhəsiz ki, Allah göy­lərin və yerin qeybini biləndir. Budan heç bir şey Ona gizli qalmaz. Həqiqətən, O, Öz qullarının kökslərində gizlətdikləri xeyir və şəri bilir.

35:39Page 439

هُوَ ٱلَّذِي جَعَلَكُمۡ خَلَٰٓئِفَ فِي ٱلۡأَرۡضِۚ فَمَن كَفَرَ فَعَلَيۡهِ كُفۡرُهُۥۖ وَلَا يَزِيدُ ٱلۡكَٰفِرِينَ كُفۡرُهُمۡ عِندَ رَبِّهِمۡ إِلَّا مَقۡتٗاۖ وَلَا يَزِيدُ ٱلۡكَٰفِرِينَ كُفۡرُهُمۡ إِلَّا خَسَارٗا ٣٩

It is He who has made you successors upon the earth. And whoever disbelieves - upon him will be [the consequence of] his disbelief. And the disbelief of the disbelievers does not increase them in the sight of their Lord except in hatred; and the disbelief of the disbelievers does not increase them except in loss.

Ey insanlar, yer üzündə sizin nə əməllər edəcəyinizi sınamaq üçün bəzilərinizi digərlərinizin xələflər edən Odur. Kim Allaha və Onun peyğəmbərlərinin gətrdikləri haqqa küfr edərsə, onun küfrünün günahı və onun cəzası öz əley­hi­nə olar, onun küfrü Rəbbinə heç bir zərər yetirməz. Kafirlərin küfrü onların pak və müqəddəs Rəbbi yanında ancaq onlara olan qə­zə­bi artırar. Kafirlərin küfrü onlara ziyandan başqa bir şey ar­tır­maz. Belə ki, onlar iman gətirəcəkləri təqdirdə Allahın Cənnətdə möminlər üçün hazırladığı nemətləri itirdiklərinə görə ziyayana uğramışlar.

35:40Page 439

قُلۡ أَرَءَيۡتُمۡ شُرَكَآءَكُمُ ٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ أَرُونِي مَاذَا خَلَقُواْ مِنَ ٱلۡأَرۡضِ أَمۡ لَهُمۡ شِرۡكٞ فِي ٱلسَّمَٰوَٰتِ أَمۡ ءَاتَيۡنَٰهُمۡ كِتَٰبٗا فَهُمۡ عَلَىٰ بَيِّنَتٖ مِّنۡهُۚ بَلۡ إِن يَعِدُ ٱلظَّٰلِمُونَ بَعۡضُهُم بَعۡضًا إِلَّا غُرُورًا ٤٠

Say, "Have you considered1 your 'partners' whom you invoke besides Allāh? Show me what they have created from the earth, or have they partnership [with Him] in the heavens? Or have We given them a book so they are [standing] on evidence therefrom? [No], rather, the wrongdoers do not promise each other except delusion."2

Ey Peyğəmbər, o müşriklərə de: “Mənə bir deyin görüm, Allahdan başqa ibadət etdiyiniz şəriklər yer üzündə nəyi yaradıblar? Dağları onlarmı yaradıblar? Bəlkə çayları onlar yaradıblar? Yaxud heyvanları onlar yaradıblar? Yoxsa onların göy­lərin yaradılmasında Allahla bir şərik­liyi var? Ya­xud on­lara elə bir ki­tab vermişik ki, içində onların şəriklərinə ibadət etmələrinin doğru olduğunu isbat edən dəlil vardır? Bu deyilənlərdən heç birinin onlara aidiyyatı yoxdur. Əksinə, küfr və asiliklər etməklə özlərinə zülm etdən kimsələr bir-birilərinə ancaq yalan vəd ve­rirlər.

35:41Page 439

۞ إِنَّ ٱللَّهَ يُمۡسِكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ أَن تَزُولَاۚ وَلَئِن زَالَتَآ إِنۡ أَمۡسَكَهُمَا مِنۡ أَحَدٖ مِّنۢ بَعۡدِهِۦٓۚ إِنَّهُۥ كَانَ حَلِيمًا غَفُورٗا ٤١

Indeed, Allāh holds the heavens and the earth, lest they cease. And if they should cease, no one could hold them [in place] after Him. Indeed, He is Forbearing1 and Forgiving.

Həqiqətən, pak və müqəddəs Allah göyləri və yeri öz mehvərindən çıxmasınlar deyə, tutub sax­layır. Onlar öz mehvərindən çıxacaqları təqdirdə, Allahdan başqa onları heç kəs tutub saxla­ya bilməz. Həqi­qə­tən də, O, həlimdir, günahkar kimsəni dərhal cəzalandırmaz, üstəlik, Öz qullarından Ona tövbə edən kimsənin günahlarını bağışla­yar.

35:42Page 439

وَأَقۡسَمُواْ بِٱللَّهِ جَهۡدَ أَيۡمَٰنِهِمۡ لَئِن جَآءَهُمۡ نَذِيرٞ لَّيَكُونُنَّ أَهۡدَىٰ مِنۡ إِحۡدَى ٱلۡأُمَمِۖ فَلَمَّا جَآءَهُمۡ نَذِيرٞ مَّا زَادَهُمۡ إِلَّا نُفُورًا ٤٢

And they swore by Allāh their strongest oaths that if a warner came to them, they would be more guided than [any] one of the [previous] nations. But when a warner came to them, it did not increase them except in aversion

Haqqı yalan sayan o kafirlər möh­kəm and içdilər ki, əgər özlərinə Allah tərəfindən Onun əzabı ilə qorxudan bir pey­ğəm­bər gəlsə,yəhudilərdən, nəsranilərdən və digərlərindən daha çox doğru yolda olacaq və daha çox haqqa tabe olacaqlar. Muhəmməd (səllallahu aleyhi və səlləm) öz Rəbbi tərəfindən onlara peyğəmbər olaraq gəlib, onları Allahın əzabı ilə qorxutduqda isə, bu gəliş ancaq onların haqdan uzaqlaşmasını və batilə sarılmasını bir qədər də artırdı. Onlar əvvəlki ümmətlərdən daha çox doğru yolda olacaqlarıına dair verdikləri möhkəm andlarını yerinə yetirmədilər.

35:43Page 439

ٱسۡتِكۡبَارٗا فِي ٱلۡأَرۡضِ وَمَكۡرَ ٱلسَّيِّيِٕۚ وَلَا يَحِيقُ ٱلۡمَكۡرُ ٱلسَّيِّئُ إِلَّا بِأَهۡلِهِۦۚ فَهَلۡ يَنظُرُونَ إِلَّا سُنَّتَ ٱلۡأَوَّلِينَۚ فَلَن تَجِدَ لِسُنَّتِ ٱللَّهِ تَبۡدِيلٗاۖ وَلَن تَجِدَ لِسُنَّتِ ٱللَّهِ تَحۡوِيلًا ٤٣

[Due to] arrogance in the land and plotting of evil; but the evil plot does not encompass except its own people. Then do they await except the way [i.e., fate] of the former peoples? But you will never find in the way [i.e., established method] of Allāh any change, and you will never find in the way of Allāh1 any alteration.2

Onların Allaha and möhkəm içməsi, gözəl niyyət və salamat məqsədlə yox, əksinə, yer üzündə təkəbbürlük göstərmək və insanları aldatmaq üçün idi. Yara­maz hiylələr isə ancaq öz hiyləgər sahiblər­ini qap­layar. Yoxsa təkəbbürlü hiyləgərlər Allahın sabit qanunu üzrə əv­vəl­kilərin baş­ı­na gə­lən müsibətləri, əvvəlkilərin həlak olduğu kimi özlərinin həlak olmağını göz­lə­yirlər?! Sən təkəbbürlülərin həlak olmasına dair, Allahın qayda-qanununda heç bir əvəz tapa bilməzsən. Belə ki, bu bəlanın qarşısı alınmaz. Həmçinin, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən. Belə ki, bu bəla onlardan ötüşüb, başqasını yaxalamaz. Çünki bu, dəyişməyən ilahi bir qayda-qanundur.

35:44Page 439

أَوَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ وَكَانُوٓاْ أَشَدَّ مِنۡهُمۡ قُوَّةٗۚ وَمَا كَانَ ٱللَّهُ لِيُعۡجِزَهُۥ مِن شَيۡءٖ فِي ٱلسَّمَٰوَٰتِ وَلَا فِي ٱلۡأَرۡضِۚ إِنَّهُۥ كَانَ عَلِيمٗا قَدِيرٗا ٤٤

Have they not traveled through the land and observed how was the end of those before them? And they were greater than them in power. But Allāh is not to be caused failure [i.e., prevented] by anything in the heavens or on the earth. Indeed, He is ever Knowing and Competent.

Qureyşlilərdən səni yalançı sayan kimsələr yer üzündə gəzib-dolaşıb, (peyğəmbərlərini) yalançı saymış keçmiş ümmətlərin aqibətinin necə olduğunu görmürlərmi?! Məgər Allah onların məhv edərkən onların axırı pis qurtarmadımı?! Halbuki onlar qureyşlilərdən daha qüvvətli idilər. Göylərdə və yerdə Allahdan qaçıb qurtulacaq heç bir şey yoxdur. Həqiqətən, O, haqqı yalan sayanların nə əməllər etdiklərini biləndir, onların əməllərindən heç bir şey Ondan gizli qalmaz və Ondan yayına bilməz, üstəlik, istədiyi vaxt onları məhv etməyə də qadirdir.

35:45Page 440

وَلَوۡ يُؤَاخِذُ ٱللَّهُ ٱلنَّاسَ بِمَا كَسَبُواْ مَا تَرَكَ عَلَىٰ ظَهۡرِهَا مِن دَآبَّةٖ وَلَٰكِن يُؤَخِّرُهُمۡ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗىۖ فَإِذَا جَآءَ أَجَلُهُمۡ فَإِنَّ ٱللَّهَ كَانَ بِعِبَادِهِۦ بَصِيرَۢا ٤٥

And if Allāh were to impose blame on the people for what they have earned, He would not leave upon it [i.e., the earth] any creature. But He defers them for a specified term. And when their time comes, then indeed Allāh has ever been, of His servants, Seeing.

Əgər Allah insanları etdikləri asiliklərə və qazandıqları günahlara görə dərhal cəzalandırsaydı, yer üzündəki canlıların hamısını, üstəlik, onların heyvanlarını və mal-dövlətlərini dərhal məhv edərdi. Lakin pak və müqəddəs Allah onla­ra Özünün bildiyi müəyyən edilmiş vaxta­dək - Qiyamət gününədək möhlət verir. Qiyamət günü gəldikdə isə hər kəsə əməllərinin əvəzini - yaxşı əmələ görə mükafat, şər əmələ görə isə cəza verəcək. Şübhəsiz ki, Allah Öz qul­la­rını görür, heç bir şey Ondan gizli qala bilməz.

Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences

Contents

Ayat al-Kursi36Al-Kahfpage 42juz 15Bukhari 1Muslim 2999

Style

Theme
Text size
Layout

Читать на русском