Al-Mukhtasar · Tafsir · in Azerbaijani
As-Saffat 37:101–182
Biz də onun duasını qəbul edib ona, onu sevindirəcək bir xəbər verdik. Onu, böyüdükdə həlim xasiyyətli olacaq bir oğlan uşağı ilə müjdələdik. Bu uşaq İsmail (aleyhissəlam) idi.
37:102Page 449
فَلَمَّا بَلَغَ مَعَهُ ٱلسَّعۡيَ قَالَ يَٰبُنَيَّ إِنِّيٓ أَرَىٰ فِي ٱلۡمَنَامِ أَنِّيٓ أَذۡبَحُكَ فَٱنظُرۡ مَاذَا تَرَىٰۚ قَالَ يَٰٓأَبَتِ ٱفۡعَلۡ مَا تُؤۡمَرُۖ سَتَجِدُنِيٓ إِن شَآءَ ٱللَّهُ مِنَ ٱلصَّٰبِرِينَ ١٠٢
And when he reached with him [the age of] exertion,1 he said, "O my son, indeed I have seen in a dream that I [must] sacrifice you, so see what you think." He said, "O my father, do as you are commanded. You will find me, if Allāh wills, of the steadfast."
İsmail böyüyüb atası ilə bərabər çalışmaq həddinə çatdıqda atası İbrahim yuxu gördü. Peyğəmbərlərin yuxusu isə vəhydir. İbrahim öz oğluna gördüyü yuxu barədə məlumat verərək belə dedi: “Ey oğlum, yuxuda səni qurban kəsdiyimi gördüm. Bax gör bu haqda nə düşünürsən!”. İsmail atasına dərhal cavab verərək belə dedi: “Atacan, Allahın mənim qurban kəsilməyimə dair sənə buyurduğu əmrini yerinə yetir. Mənim səbirlilərdən və Allahın verdiyi hökmə razı qalanlardan olduğumu görəcəksən”.
37:103Page 450
فَلَمَّآ أَسۡلَمَا وَتَلَّهُۥ لِلۡجَبِينِ ١٠٣
And when they had both submitted1 and he put him down upon his forehead,
Hər ikisi Allahın əmrinə boyun əydikləri və İbrahim Allahın əmrini yerinə yetirmək üçün öz oğlunu üzüstə yerə uzatdığı zaman
İbrahim Allahın əmrini yerinə yetirib oğlunu qurban kəsmək istədikdə, Biz onu çağırıb dedik: “Ey İbrahim!
37:105Page 450
قَدۡ صَدَّقۡتَ ٱلرُّءۡيَآۚ إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ١٠٥
You have fulfilled the vision." Indeed, We thus reward the doers of good.
Artıq sən yuxuda gördüyünü - oğlunu qurban kəsmək əmrini yerinə yetirdin!” Biz səni bu böyük imtahandan qurtardığımız kimi, yaxşı iş görən kimsələri də, sınaqlardan və müsibətlərdən xilas etməklə, mükafatlandırırıq.
Həqiqətən, bu, açıq-aydın bir imtahan idi ki, İbrahim ondan müvəffəqiyyətlə keçdi.
Biz İsmailin əvəzinə böyük bir qoç fidyə verdik ki, onun əvəzinə o qoçu kəssin.
37:108Page 450
وَتَرَكۡنَا عَلَيۡهِ فِي ٱلۡأٓخِرِينَ ١٠٨
And We left for him [favorable mention] among later generations:
Sonra gələn ümmətlər onu tərifləsinlər deyə, onların arasında onun üçün gözəl xatirə qoyduq.
Allahın ona salamı olsun və bu onun üçün hər bir zərərdən və bəladan qoruyan bir dua olsun!
Biz İbrahimi əmrə itaət etdiyinə görə mükafatlandırdığımız kimi, yaxşı əməl sahiblərini də, belə mükafatlandırırıq!”
Həqiqətən İbrahim, Allaha etdiyi ibadətləri tam yerinə yetirən mömin qullarımızdan idi.
37:112Page 450
وَبَشَّرۡنَٰهُ بِإِسۡحَٰقَ نَبِيّٗا مِّنَ ٱلصَّٰلِحِينَ ١١٢
And We gave him good tidings of Isaac, a prophet from among the righteous.1
Biz ona digər bir övlad - peyğəmbər və əməlisaleh olacaq bir övlad ilə müjdə verdik. Bu da, İshaq idi. Bu, onun, Allaha itaət edib yeganə övladı İsmaili qurban kəsmək istəyinin əvəzi idi.
37:113Page 450
وَبَٰرَكۡنَا عَلَيۡهِ وَعَلَىٰٓ إِسۡحَٰقَۚ وَمِن ذُرِّيَّتِهِمَا مُحۡسِنٞ وَظَالِمٞ لِّنَفۡسِهِۦ مُبِينٞ ١١٣
And We blessed him and Isaac. But among their descendants is the doer of good and the clearly unjust to himself [i.e., sinner].
Biz ona və onun oğlu İshaqa Öz tərəfimizdən bərəkət verdik və onlara verdiyimiz nemətləri artırdıq. Bu nemətlərdən bir, onların övladlarını artırmağımız idi. Hər ikisinin nəslində Rəbbinə itaət edib yaxşı iş görənləri də var, küfr və asiliklər etməklə açıq-aydın özlərinə zülm edənləri də.
37:114Page 450
وَلَقَدۡ مَنَنَّا عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ ١١٤
And We did certainly confer favor upon Moses and Aaron.
Biz Musaya və onun qardaşı Haruna da peyğəmbərlik bəxş etdik.
37:115Page 450
وَنَجَّيۡنَٰهُمَا وَقَوۡمَهُمَا مِنَ ٱلۡكَرۡبِ ٱلۡعَظِيمِ ١١٥
And We saved them and their people from the great affliction,
Biz onların hər ikisini və onların qövmü İsrail oğullarını, Fironun onları kölə etməsindən və onların dənizdə qərq olmasından xilas etdik.
37:116Page 450
وَنَصَرۡنَٰهُمۡ فَكَانُواْ هُمُ ٱلۡغَٰلِبِينَ ١١٦
And We supported them so it was they who overcame.
Biz onlara Firona və onun ordusuna qarşı yardım etdik və onlar öz düşmənlərinə qalib gəldilər.
37:117Page 450
وَءَاتَيۡنَٰهُمَا ٱلۡكِتَٰبَ ٱلۡمُسۡتَبِينَ ١١٧
And We gave them the explicit Scripture [i.e., the Torah],
Biz Musaya və onun qardaşı Haruna Allahın açıq-aydın, içində heç bir şübhə olmayan Kitabını - Tövratı verdik.
37:118Page 450
وَهَدَيۡنَٰهُمَا ٱلصِّرَٰطَ ٱلۡمُسۡتَقِيمَ ١١٨
And We guided them on the straight path.
Onların hər ikisini, heç bir əyriliyi olmayan doğru yola yönəltdik! Bu, pak və müqəddəs Xaliqin rizasına doğru yönəldən İslam dininin yoludur.
37:119Page 450
وَتَرَكۡنَا عَلَيۡهِمَا فِي ٱلۡأٓخِرِينَ ١١٩
And We left for them [favorable mention] among later generations:
Biz hər ikisi üçün, sonra gələn nəsillər arasında gözəl təriflər və xoş xatirələr saxladıq.
Allahdan onların hər ikisinə gözəl salam və təriflər olsun, üstəlik, hər bir xoşagəlməz şeydən salamat qalsınlar!
Biz Musanı və Harunu bu gözəl mükafatla mükafatlandırdığımız kimi, yaxşı əməl sahiblərini də, özlərinin Rəbbinə itaət etdiklərinə görə belə mükafatlandıracağıq.
37:122Page 450
إِنَّهُمَا مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ ١٢٢
Indeed, they were of Our believing servants.
Həqiqətən, Musa və Harun Allaha iman gətirən və Allahın onlara buyurduqlarını yerinə yetirən qullarımızdan idi.
37:123Page 450
وَإِنَّ إِلۡيَاسَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ ١٢٣
And indeed, Elias was from among the messengers,
Şübhəsiz ki, İlyas da, Rəbbinin göndərdiyi elçilərdən idi. Allah ona peyğəmbərlik və risalət bəxş etmişdir.
37:124Page 450
إِذۡ قَالَ لِقَوۡمِهِۦٓ أَلَا تَتَّقُونَ ١٢٤
When he said to his people, "Will you not fear Allāh?
Bir zaman o, İsrail oğullarından elçi göndərildiyi qövmünə demişdi: “Ey qövmüm, məgər siz Allahın əmrlərini yerinə yetirməklə - Allahın təkliyini qəbul etməklə və qadağan etdiyi əməllərdən - şirkdən çəkinməklə Allahdan qorxmursunuz?
37:125Page 450
أَتَدۡعُونَ بَعۡلٗا وَتَذَرُونَ أَحۡسَنَ ٱلۡخَٰلِقِينَ ١٢٥
Do you call upon Baʿl1 and leave the best of creators -
Siz yaradanların ən yaxşısı olan Allaha ibadət etməyi buraxıb bütünüz Bələ ibadət edirsiniz?!
37:126Page 450
ٱللَّهَ رَبَّكُمۡ وَرَبَّ ءَابَآئِكُمُ ٱلۡأَوَّلِينَ ١٢٦
Allāh, your Lord and the Lord of your first forefathers?"
Allah sizin Rəbbinizdir. O Rəbbiniz ki, həm sizi, həm də, sizin əcadlarınızı yaratmışdır. Allahdan başqa nə fayda, nə də zərər verən bütlər yox, məhz Allah ibadət edilməyə layiqdir.
37:127Page 451
فَكَذَّبُوهُ فَإِنَّهُمۡ لَمُحۡضَرُونَ ١٢٧
And they denied him, so indeed, they will be brought [for punishment],
Qövmü onu yalançı saydı. Elə bu günahlarına görə də, onlar əzaba düçar olacaqlar.
Yalnız onun qövmündən mömin olmuş Allaha ixlasla ibadət etmiş kimsələrdən başqa. Belələri, əzaba düçar olmaqdan qurtulacaqlar.
37:129Page 451
وَتَرَكۡنَا عَلَيۡهِ فِي ٱلۡأٓخِرِينَ ١٢٩
And We left for him [favorable mention] among later generations:
Biz onun üçün, sonra gələn nəsillər arasında gözəl təriflər və xoş xatirələr saxladıq.
İlyasa Allahdan salam və təriflər olsun!
Biz İlyası bu gözəl mükafatla mükafatlandırdığımız kimi, yaxşı əməl sahiblərini də, özlərinin Rəbbinə itaət etdiklərinə görə belə mükafatlandıracağıq.
Həqiqətən, İlyas Rəbbinə sidq-ürəklə iman gətirmiş həqiqi mömin qullarımızdan idi.
Şübhəsiz ki, Lut da, Allahın öz qövmlərinə müjdə verən və qorxudan olaraq göndərdiyi elçilərindən biri idi.
37:134Page 451
إِذۡ نَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥٓ أَجۡمَعِينَ ١٣٤
[So mention] when We saved him and his family, all,
Bir zaman Biz onu və bütün ailəsini qövmünə göndərdiyimiz əzabdan xilas etdiyimizi xatırla.
37:135Page 451
إِلَّا عَجُوزٗا فِي ٱلۡغَٰبِرِينَ ١٣٥
Except an old woman [i.e., his wife] among those who remained [with the evildoers].
Yalnız onun zövcəsindən başqa. O qadın da, qövmünün düçar olacağı əzaba düçar olmuşdu. Çünki o, onlar kimi kafir idi.
Sonra Biz onun qövmündən yerdə qalanları - onu yalançı sayanları və onun gətirdiyi risaləti təsdiq etməyənləri məhv etdik.
37:137Page 451
وَإِنَّكُمۡ لَتَمُرُّونَ عَلَيۡهِم مُّصۡبِحِينَ ١٣٧
And indeed, you pass by them in the morning
Ey Məkkə əhli, siz Şama səfər edərkən, səhər çağı onların məhv olduğu yerdən keçirsiniz.
Həmçinin, axşam çağı da, onların yanından keçirsiniz. Məgər anlamırsınız və onların haqqı yalan saydıqdan, küfr etdikdən və əvvəlki nəsillərdən heç kəsin etmədiyi fahişəliyi etdikdən sonra, onların başına gələnlərdən ibrət almırsınız?!
Şübhəsiz ki, qulumuz Yunis da, Allahın öz qövmlərinə müjdə verən və qorxudan olaraq göndərdiyi elçilərindən biri idi.
37:140Page 451
إِذۡ أَبَقَ إِلَى ٱلۡفُلۡكِ ٱلۡمَشۡحُونِ ١٤٠
[Mention] when he ran away to the laden ship.
Bir zaman o, Rəbbinin izni olmadan qövmünün (küfründən) qaçıb insanlar və əşyalarla dolu bir gəmiyə minmişdi.
Gəmi dolu olduğundan az qala batacaqdı. Gəmidəkilər insan sayının həddən ziyadə olduğundan dolayı, gəminin batacağından qorxduqlarına görə, öz aralarından bəzilərini dənizə atmaq üçün püşk atmaq qərarına gəldilər. Yunus uduzanlar arasında idi. Odur ki, onu da dənizə atdılar.
37:142Page 451
فَٱلۡتَقَمَهُ ٱلۡحُوتُ وَهُوَ مُلِيمٞ ١٤٢
Then the fish swallowed him, while he was blameworthy.1
Onlar onu dənizə atdıqda balıq onu tutub udmuşdu. O vaxt o, Rəbbinin izni olmadan dənizə çıxdığına görə qınanmağa layiq idi.
37:143Page 451
فَلَوۡلَآ أَنَّهُۥ كَانَ مِنَ ٱلۡمُسَبِّحِينَ ١٤٣
And had he not been of those who exalt Allāh,
Əgər Yunis bu hadisədən öncə Allahı çox zikr edənlərdən olmasaydı, habelə, balığın qarnında Allahı yad edib, Onun şəninə təriflər deməsəydi,
37:144Page 451
لَلَبِثَ فِي بَطۡنِهِۦٓ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ ١٤٤
He would have remained inside its belly until the Day they are resurrected.1
balığın qarnında qiyamət gününə qədər qalardı. Belə ki, balığın qarnı onun üçün qəbir olardı.
37:145Page 451
۞ فَنَبَذۡنَٰهُ بِٱلۡعَرَآءِ وَهُوَ سَقِيمٞ ١٤٥
But We threw him onto the open shore while he was ill.
O, balığın qarnında uzun müddət qaldığına görə, halsız olduğu vəziyyətdə, Biz onu balığın qarnından çıxardıb, heç bir ağac və tikili olmayan boş bir sahəyə atdıq.
37:146Page 451
وَأَنۢبَتۡنَا عَلَيۡهِ شَجَرَةٗ مِّن يَقۡطِينٖ ١٤٦
And We caused to grow over him a gourd vine.1
Və o boş sahədə onun üstünə kölgə salmaq üçün, üstəlik onun meyvəsindən yesin deyə, qabaq növündən iriyarpaqlı bir ağac bitirdik.
37:147Page 451
وَأَرۡسَلۡنَٰهُ إِلَىٰ مِاْئَةِ أَلۡفٍ أَوۡ يَزِيدُونَ ١٤٧
And We sent him1 to [his people of] a hundred thousand or more.
Biz onu sayı yüz min, hətta daha çox olan bir qövmünə peyğəmbər göndərdik.
37:148Page 451
فَـَٔامَنُواْ فَمَتَّعۡنَٰهُمۡ إِلَىٰ حِينٖ ١٤٨
And they believed, so We gave them enjoyment [of life] for a time.
Onlar ona iman gətirdilər və onun gətridiyi (risaləti) təsdiqlədilər, Allah da onlara dünya həyatında əcəlləri yetişənədək firavanlıq nəsib etdi.
37:149Page 451
فَٱسۡتَفۡتِهِمۡ أَلِرَبِّكَ ٱلۡبَنَاتُ وَلَهُمُ ٱلۡبَنُونَ ١٤٩
So inquire of them, [O Muḥammad], "Does your Lord have daughters while they have sons?1
Ey Muhəmməd, müşriklərə inkar edərək soruş: “Yoxsa, xoşlamadığınız qızları Allaha, sevdiyiniz oğlanları isə özünüzə nisbət edirsiniz?! Bu nə cür bölgüdür?!”
37:150Page 451
أَمۡ خَلَقۡنَا ٱلۡمَلَٰٓئِكَةَ إِنَٰثٗا وَهُمۡ شَٰهِدُونَ ١٥٠
Or did We create the angels as females while they were witnesses?"
Onlar mələklərin yaradılışında iştirak etmədikləri və bunu görmədikləri halda, onların dişi olduğunu necə iddia edə bilərlər?!
37:151–152Page 451
أَلَآ إِنَّهُم مِّنۡ إِفۡكِهِمۡ لَيَقُولُونَ ١٥١
Unquestionably, it is out of their [invented] falsehood that they say,
وَلَدَ ٱللَّهُ وَإِنَّهُمۡ لَكَٰذِبُونَ ١٥٢
"Allāh has begotten," and indeed, they are liars.
Müşriklər Allaha qarşı yalan danışaraq və Ona iftira ataraq Onun övladının olduğunu iddia edirlər. Onların bu iddiası yalandır.
Məgər Allah onların nifrət etdiyi qızları Özü üçün seçib, onların sevdiyi oğlanlardan üstünmü tutmuşdur?! Əsla belə deyildir.
Ey müşriklər, sizə nə olub, belə ədalətsiz hökm verir - qızları Allaha, oğlanları isə özünüzə aid edirsiniz?!
Məgər siz tutduğunuz bu yaramaz etiqadın batil olduğunu düşünmürsünüz?! Əgər düşünsəydiniz, belə söz danışmazdınız.
Yoxsa sizin buna dair Kitabdan və ya Peyğəmbərdən tutarlı bir sübutunuz və aydın bir dəliliniz var?!
37:157Page 452
فَأۡتُواْ بِكِتَٰبِكُمۡ إِن كُنتُمۡ صَٰدِقِينَ ١٥٧
Then produce your scripture, if you should be truthful.
Əgər iddianızın doğru olduğunu deyirsinizsə, onda bu iddianı isbat edən kitabınızı gətirin!”
37:158Page 452
وَجَعَلُواْ بَيۡنَهُۥ وَبَيۡنَ ٱلۡجِنَّةِ نَسَبٗاۚ وَلَقَدۡ عَلِمَتِ ٱلۡجِنَّةُ إِنَّهُمۡ لَمُحۡضَرُونَ ١٥٨
And they have made [i.e., claimed] between Him and the jinn a lineage, but the jinn have already known that they [who made such claims] will be brought [to punishment].
Müşriklər Allahla özlərinin görmədikləri mələklər arasında qohumluq olduğunu uydurdular. Belə ki, onlar mələklərin Allahın qızları olduğunu söylədilər. Mələklər Allahın müşrikləri sorğu-sual etmək üçün (məhşərə) gətirəcəyini bilirlər.
Allah pak və müqəddəsdir, müşriklərin Ona aid etdikləri, Ona layiq olmayan sifətlərdən - Özünə övlad götürməkdən, şəriki olmaqdan və başqa bu kimi nöqsanlardan uzaqdır.
37:160Page 452
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ ١٦٠
Except the chosen servants of Allāh [who do not share in that sin].
Yalnız Allahın seçilmiş qullarından başqa. Həqiqətən də, onlar Allahı yalnız Ona layiq olan - uca və kamil sifətlərlə vəsf edirlər.
37:161Page 452
فَإِنَّكُمۡ وَمَا تَعۡبُدُونَ ١٦١
So indeed, you [disbelievers] and whatever you worship,
Ey müşriklər, nə siz, nə də Allahdan başqa ibadət etdikləriniz,
Siz heç kəsi haqq dindən azdıra bilməzsiniz.
37:163Page 452
إِلَّا مَنۡ هُوَ صَالِ ٱلۡجَحِيمِ ١٦٣
Except he who is to [enter and] burn in the Hellfire.1
Allah kimin Cəhənnəm əhlindən olacağına qərar vermişdirsə, Allah onun barəsində verdiyi qərarını gerçəklədirəcək və o adam kafir olacaq, beləliklə də, Cəhənnəm oduna girəcək. Sizin və sizin ibadət etdiyiniz bütlərin isə buna qüdrəti çatmaz.
37:164Page 452
وَمَا مِنَّآ إِلَّا لَهُۥ مَقَامٞ مَّعۡلُومٞ ١٦٤
[The angels say],1 "There is not among us any except that he has a known position.2
Mələklər Allaha qul olduqlarını və müşriklərin onlar barədə iddia etdiklərindən uzaq olduqlarını bəyan edərək dedilər: “Bizdən hər kəsin Allaha ibadət və itaət etməkdə, müəyyən bir yeri vardır.
37:165–166Page 452
وَإِنَّا لَنَحۡنُ ٱلصَّآفُّونَ ١٦٥
And indeed, we are those who line up [for prayer].
وَإِنَّا لَنَحۡنُ ٱلۡمُسَبِّحُونَ ١٦٦
And indeed, we are those who exalt Allāh."
Həqiqətən, biz mələklər Allaha ibadət və itaət etmək üçün səf-səf dururuq və biz, Allahı Ona layiq olmayan sifətlərdən və vəsflərdən uzaq tuturuq.
37:167–170Page 452
وَإِن كَانُواْ لَيَقُولُونَ ١٦٧
And indeed, they [i.e., the disbelievers] used to say,1
لَوۡ أَنَّ عِندَنَا ذِكۡرٗا مِّنَ ٱلۡأَوَّلِينَ ١٦٨
"If we had a message from [those of] the former peoples,
لَكُنَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ ١٦٩
We would have been the chosen servants of Allāh."
فَكَفَرُواْ بِهِۦۖ فَسَوۡفَ يَعۡلَمُونَ ١٧٠
But they disbelieved in it,1 so they are going to know.
Muhəmməd (səllallahu aleyhi və səlləm) peyğəmbər göndərilməmişdən əvvəl Məkkə müşrikləri belə deyirdilər: "Əgər bizdə də, əvvəlkilərə göndərilmiş kitablardan - məsələn Tövrat kimi - bir kitab olsaydı, Allaha ixlasla ibadət edərdik." Onlar yalan danışırlar. Çünki Muhəmməd (səllallahu aleyhi və səlləm) onlara Quran gətirmiş, lakin onlar ona küfr etmişlər. Onlar qiyamət günü özlərini şiddətli əzab gözlədiyini tezliklə biləcəklər.
37:171–173Page 452
وَلَقَدۡ سَبَقَتۡ كَلِمَتُنَا لِعِبَادِنَا ٱلۡمُرۡسَلِينَ ١٧١
And Our word [i.e., decree] has already preceded for Our servants, the messengers,
إِنَّهُمۡ لَهُمُ ٱلۡمَنصُورُونَ ١٧٢
[That] indeed, they would be those given victory
وَإِنَّ جُندَنَا لَهُمُ ٱلۡغَٰلِبُونَ ١٧٣
And [that] indeed, Our soldiers [i.e., the believers] will be those who overcome.1
Bizim elçilərimizə dediyimiz sözümüz əzəldən deyilmişdi ki, onlar Allahın onlara verdiyi dəlil-sübut və güc sayəsində öz düşmənlərinə qalib gələcəklər. Qələbə Bizim orduya məxsusdur. O kəslər ki, Allahın kəlməsini ucaltmaq üçün Onun yolunda vuruşurlar.
Sən, ey Peyğəmbər, Allahın bildiyi bir vaxtadək - onlara əzab yetişəcək vaxta qədər o inadkar müşriklərdən üz çevir!
37:175Page 452
وَأَبۡصِرۡهُمۡ فَسَوۡفَ يُبۡصِرُونَ ١٧٥
And see [what will befall] them, for they are going to see.
Sən onlara əzaba düçar olacaqları zamana qədər möhlət ver! Onlar əzabı görməyin heç bir faydası olmayacağı bir vaxt onu görəcəklər.
O müşriklər Allahın əzabının tez gəlməsinimi istəyirlər?
37:177Page 452
فَإِذَا نَزَلَ بِسَاحَتِهِمۡ فَسَآءَ صَبَاحُ ٱلۡمُنذَرِينَ ١٧٧
But when it descends in their territory, then evil is the morning of those who were warned.
Allahın əzabı onları yaxladığı zaman onların sabahı necə də pis sabah olacaq!
Ey Peyğəmbər, Allah onlara əzab göndərənədək sən onlardan üz çevir!
Sən onların əzaba düçar olacaqları zamanı gözlə! Onlar da tezliklə Allahın göndərdiyi əzabın və cəzanın onları necə yaxalayacağını görəcəklər.
37:180Page 452
سُبۡحَٰنَ رَبِّكَ رَبِّ ٱلۡعِزَّةِ عَمَّا يَصِفُونَ ١٨٠
Exalted is your Lord, the Lord of might, above what they describe.
Ey Muhəmməd, sənin pak və müqəddəs Rəbbin - qüdrət sahibi olan Rəbbin müşriklərin Ona aid etdikləri naqis sifətlərdən uzaqdır.
Allahın salamı və tərfiləri göndərdiyi hörmətli elçilərə olsun!
Həmd-sənaların hamısı pak və uca Allaha məxsusdur. Yalnız O, buna layiqdir və O, bütün aləmlərin Rəbbidir. Onların Allahdan başqa Rəbbi yoxdur.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences