Al-MukhtasarAz‑Zukhruf · 43:1–87

Al-Mukhtasar · Tafsir · in Azerbaijani

الزخرف

Az-Zukhruf

The Ornaments of Gold · Meccan · 89 ayahs

43:1Page 489

حمٓ ١

Ḥā, Meem.1

﴾Ha. Mim.﴿ Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır.

43:2Page 489

وَٱلۡكِتَٰبِ ٱلۡمُبِينِ ٢

By the clear Book,

Allah, açıq-aydın şəkildə haqq yolu göstərən Qurana and içir.

43:3Page 489

إِنَّا جَعَلۡنَٰهُ قُرۡءَٰنًا عَرَبِيّٗا لَّعَلَّكُمۡ تَعۡقِلُونَ ٣

Indeed, We have made it an Arabic Qur’ān that you might understand.

Ey ərəblər! Biz Quranı ərəb dilində endirdik ki, onun mənasını başa düşəsiniz və gələcək nəsillərə nəql edəsiniz.

43:4Page 489

وَإِنَّهُۥ فِيٓ أُمِّ ٱلۡكِتَٰبِ لَدَيۡنَا لَعَلِيٌّ حَكِيمٌ ٤

And indeed it is, in the Mother of the Book1 with Us, exalted and full of wisdom.2

Şübhəsiz ki, bu Quran lövhi-məhfuzda çox yüksək məqamdadır və hik­mət­lə dolu­dur. Allahın əmrləri və qadağaları ilə bağlı ayələri mükəmməl şəkildədir.

43:5Page 489

أَفَنَضۡرِبُ عَنكُمُ ٱلذِّكۡرَ صَفۡحًا أَن كُنتُمۡ قَوۡمٗا مُّسۡرِفِينَ ٥

Then should We turn the message away, disregarding you, because you are a transgressing people?

Yoxsa siz çoxlu şirk və asilik etdiyinizə görə, Biz etiraz əlaməti olaraq Quranı si­zə nazil etməkdən vaz keçməli­yik?! Biz bunu edən deyilik, əksinə, sizə olan rəhmətimiz bunun əksini tələb edir.

43:6Page 489

وَكَمۡ أَرۡسَلۡنَا مِن نَّبِيّٖ فِي ٱلۡأَوَّلِينَ ٦

And how many a prophet We sent among the former peoples,

Biz əvvəlki ümmətlərə də neçə-ne­çə peyğəmbər gön­dər­miş­dik.

43:7Page 489

وَمَا يَأۡتِيهِم مِّن نَّبِيٍّ إِلَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ٧

But there would not come to them a prophet except that they used to ridicule him.

O keçmiş ümmətlərə Allah tərəfindən elə bir peyğəmbər gəlmədi ki, onu məsxərəyə qoymasınlar.

43:8Page 489

فَأَهۡلَكۡنَآ أَشَدَّ مِنۡهُم بَطۡشٗا وَمَضَىٰ مَثَلُ ٱلۡأَوَّلِينَ ٨

And We destroyed greater than them1 in [striking] power, and the example of the former peoples has preceded.

Biz onlardan daha qüv­vətli olan ümmətləri məhv etdik. Belə isə onlardan daha zəif olanları məhv etməyə də qadirik. Quranda əvvəlki ümmətlərin - Ad və Səmud tayfalarının, Lut qövmünün və Mədyən əhlinin necə həlak olduğu barədə xəbər verilmişdir.

43:9Page 489

وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ لَيَقُولُنَّ خَلَقَهُنَّ ٱلۡعَزِيزُ ٱلۡعَلِيمُ ٩

And if you should ask them, "Who has created the heavens and the earth?" they would surely say, "They were created by the Exalted in Might, the Knowing,"

Ey Peyğəmbər, əgər sən, haqqı yalan sayan o müşriklərdən: “Göy­ləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, səni sualına belə cavab verəcəklər: “On­la­rı heç kəsin qalib gələ bilməyəcəyi Qüdrətli və hər şeyi Bilən Allah yaratmışdır!”

43:10Page 489

ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ مَهۡدٗا وَجَعَلَ لَكُمۡ فِيهَا سُبُلٗا لَّعَلَّكُمۡ تَهۡتَدُونَ ١٠

[The one] who has made for you the earth a bed and made for you upon it roads that you might be guided

O Allah ki, yeri sizin üçün üstündə ayaq qoyub yeriyə biləsiniz deyə döşədi, üstəlik, dağlarda və dərələrdə sizin üçün yollar saldı ki, bunların sayəsində yolunuza davam edə bilə­siniz.

43:11Page 490

وَٱلَّذِي نَزَّلَ مِنَ ٱلسَّمَآءِ مَآءَۢ بِقَدَرٖ فَأَنشَرۡنَا بِهِۦ بَلۡدَةٗ مَّيۡتٗاۚ كَذَٰلِكَ تُخۡرَجُونَ ١١

And who sends down rain from the sky in measured amounts, and We revive thereby a dead land - thus will you be brought forth -

O Allah, göydən həm sizə, həm də sizin heyvanlarınıza və əkinlərinizə kifayət edəcək qə­dər su endirdi. Biz onunla heç bir bitgi bitməyən ölü bir diyarı di­ril­tdik. Alah o ölü diyarı bitkilərlə diriltdiyi kimi, sizi də hüzuruna toplamaq üçün dirildəcəkdir.

43:12Page 490

وَٱلَّذِي خَلَقَ ٱلۡأَزۡوَٰجَ كُلَّهَا وَجَعَلَ لَكُم مِّنَ ٱلۡفُلۡكِ وَٱلۡأَنۡعَٰمِ مَا تَرۡكَبُونَ ١٢

And who created the species, all of them, and has made for you of ships and animals those which you mount

O Allah ki, gecə və gündüz, kişi və qadın və başqa bu kimi cütlərin hamısını ya­ratdı. Sizin üçün səfərə çıxdığınızda heyvanlardan və gəmilərdən minə biləcəyiniz miniklər yaratdı. Siz gəmiləri dənizdə, heyvanları isə quruda minib istifadə edirsiniz.

43:13Page 490

لِتَسۡتَوُۥاْ عَلَىٰ ظُهُورِهِۦ ثُمَّ تَذۡكُرُواْ نِعۡمَةَ رَبِّكُمۡ إِذَا ٱسۡتَوَيۡتُمۡ عَلَيۡهِ وَتَقُولُواْ سُبۡحَٰنَ ٱلَّذِي سَخَّرَ لَنَا هَٰذَا وَمَا كُنَّا لَهُۥ مُقۡرِنِينَ ١٣

That you may settle yourselves upon their backs and then remember the favor of your Lord when you have settled upon them and say, "Exalted is He who has subjected this to us, and we could not have [otherwise] subdued it.1

Uca Allah bütün bunları yaratdı ki, səfər çıxdıqda, onların belinə, yaxud göyərtəsinə qalxıb yerləşdiyi­niz za­man Rəb­binizin nemətini - bu minikləri sizin ixtiyarınıza verdiyini yada salıb, dilinizlə belə deyə­si­niz: “Bu miniyi bizim ixtiyarımıza verən və bunu bizə ram edən və beləliklə də ondan istədiyimiz kimi istifadə etməyi bizim üçün asanlaşdıran Allah pak və müqəd­dəs­dir. Əgər Allah onu bizim ixtiyarımıza verməsəydi, bi­zim ona əsla gücümüz çatmaz­dı.

43:14Page 490

وَإِنَّآ إِلَىٰ رَبِّنَا لَمُنقَلِبُونَ ١٤

And indeed we, to our Lord, will [surely] return."

Şübhəsiz ki, biz öldükdən sonra (dirilib) haqq-hesaba çəkilmək və əməllərimizin əvəzini almaq üçün yalnız Rəbbi­mizin hzüruna qayıdacağıq”.

43:15Page 490

وَجَعَلُواْ لَهُۥ مِنۡ عِبَادِهِۦ جُزۡءًاۚ إِنَّ ٱلۡإِنسَٰنَ لَكَفُورٞ مُّبِينٌ ١٥

But they have attributed to Him from His servants a portion.1 Indeed, man is clearly ungrateful.

Müşriklər Allahın yaratdıqlarından bəzisinin onun övladı olduğunu iddia edib dedilər: "Mələklər Allahın qızlarıdır". Belə söz söyləyən insan, həqi­qə­tən də, açıq-aydın küfr və azğınlıq içindədir.

43:16Page 490

أَمِ ٱتَّخَذَ مِمَّا يَخۡلُقُ بَنَاتٖ وَأَصۡفَىٰكُم بِٱلۡبَنِينَ ١٦

Or has He taken, out of what He has created, daughters and chosen you for [having] sons?

Ey müşriklər, yoxsa Allah, yaratdıq­la­rından qız­ları Özünə götürüb oğ­lan­la­rı sizin üçün övlad seçdiyinimi deyirsiniz?! İddia etdiyiniz bu bölgü necə bir bölgüdür?!

43:17Page 490

وَإِذَا بُشِّرَ أَحَدُهُم بِمَا ضَرَبَ لِلرَّحۡمَٰنِ مَثَلٗا ظَلَّ وَجۡهُهُۥ مُسۡوَدّٗا وَهُوَ كَظِيمٌ ١٧

And when one of them is given good tidings of that which he attributes to the Most Merciful in comparison [i.e., a daughter], his face becomes dark, and he suppresses grief.

Onlardan birinə, Rəbbinə aid etdiyi qız uşa­ğı ilə müj­də verilsə, sıxıntı və kədərdən üzü qapqara qaralar, olduqca bərk qəzəblənər. Bəs nə haqla, özünə müjdə verildiyi təqdirdə kədərlənməsinə səbəb olan qız uşağını Rəbbinə isnad edir?!

43:18Page 490

أَوَمَن يُنَشَّؤُاْ فِي ٱلۡحِلۡيَةِ وَهُوَ فِي ٱلۡخِصَامِ غَيۡرُ مُبِينٖ ١٨

So is one brought up in ornaments while being during conflict unevident1 [attributed to Allāh]?

Onlar zinət içində böyü­dülən və mübahisə vaxtı qadın olduğundan dolayı açıq-ay­dın da­nı­şa bilməyənimi Allaha isnad edirlər?!

43:19Page 490

وَجَعَلُواْ ٱلۡمَلَٰٓئِكَةَ ٱلَّذِينَ هُمۡ عِبَٰدُ ٱلرَّحۡمَٰنِ إِنَٰثًاۚ أَشَهِدُواْ خَلۡقَهُمۡۚ سَتُكۡتَبُ شَهَٰدَتُهُمۡ وَيُسۡـَٔلُونَ ١٩

And they described the angels, who are servants of the Most Merciful, as females. Did they witness their creation? Their testimony will be recorded, and they will be questioned.

Onlar pak və müqəddəs Mərhəmətli Allahın qul­ları sayılan mələkləri qız adlandırırlar. Məgər onlar, Allah mələkləri yaradarkən orada olub, onların qız olduqlarını öz gözləri ilə gördülər? Mələklər on­la­rın bu şahidliyini yazacaqlar. Qiyamət günün onlar bu şahidliyə görə cavab ver­əcək və yalan danışdıqlarına görə əzaba düçar olacaqlar.

43:20Page 490

وَقَالُواْ لَوۡ شَآءَ ٱلرَّحۡمَٰنُ مَا عَبَدۡنَٰهُمۗ مَّا لَهُم بِذَٰلِكَ مِنۡ عِلۡمٍۖ إِنۡ هُمۡ إِلَّا يَخۡرُصُونَ ٢٠

And they said, "If the Most Merciful had willed, we would not have worshipped them." They have of that no knowledge. They are not but misjudging.

Onlar qədəri əsas gətirərək dedilər: “Əgər Allah bizim mələklərə ibadət etməyimizi istəməsəydi, biz on­lara ibadət et­məzdik. Allahın bizdən bunu istəməsi, bu ibadətdən razı qalmasına dəlalət edir”. Onların bu sözləri haqda heç bir bi­liyi yoxdur. Onlar ancaq yalan danı­şırlar.

43:21Page 490

أَمۡ ءَاتَيۡنَٰهُمۡ كِتَٰبٗا مِّن قَبۡلِهِۦ فَهُم بِهِۦ مُسۡتَمۡسِكُونَ ٢١

Or have We given them a book before it [i.e., the Qur’ān] to which they are adhering?

Yoxsa o müşriklərə Qurandan əv­vəl elə bir kitab vermişik ki, o, onlara Allahdan qeyrisinə ibadət etməyə icazə verir və onlar da ondan möhkəm tutub ona is­tinad edir­lər?!

43:22Page 490

بَلۡ قَالُوٓاْ إِنَّا وَجَدۡنَآ ءَابَآءَنَا عَلَىٰٓ أُمَّةٖ وَإِنَّا عَلَىٰٓ ءَاثَٰرِهِم مُّهۡتَدُونَ ٢٢

Rather, they say, "Indeed, we found our fathers upon a religion, and we are in their footsteps [rightly] guided."

Xeyr, belə bir şey olmayıb, əksinə, onlar təqlid etdiklərini dəlil göstərib dedilər: “Biz özümüzdən əvvəl ata­larımızı dinə və etiqada bağlı olduğunu görmüşük. Onlar bütlərə ibadət edirdilər. Biz də, həmçinin, bütlərə ibadət etməkdə onların yo­lunu tutub gedə­cəyik!”

43:23Page 491

وَكَذَٰلِكَ مَآ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ فِي قَرۡيَةٖ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتۡرَفُوهَآ إِنَّا وَجَدۡنَآ ءَابَآءَنَا عَلَىٰٓ أُمَّةٖ وَإِنَّا عَلَىٰٓ ءَاثَٰرِهِم مُّقۡتَدُونَ ٢٣

And similarly, We did not send before you any warner into a city except that its affluent said, "Indeed, we found our fathers upon a religion, and we are, in their footsteps, following."

Ey Peyğəmbər! Onlar yalan danışdıqları və atalarına təqlid etdiklərini dəlil gətirdikləri kimi, səndən əvvəl, hansı bir məmləkətə onun sakinlərini qorxudan bir peyğəm­bər gön­dər­diksə, o diyarın cah-calal içində yaşayan başçıları və böyükləri dedilər: “Biz ata­larımızı dinə və etiqada bağlı olduğunu görmüşük və biz də, onların yo­lunu tutub gedə­cəyik!” Sənin qövmün belə dəlil gətirənlərin birincisi deyil.

43:24Page 491

۞ قَٰلَ أَوَلَوۡ جِئۡتُكُم بِأَهۡدَىٰ مِمَّا وَجَدتُّمۡ عَلَيۡهِ ءَابَآءَكُمۡۖ قَالُوٓاْ إِنَّا بِمَآ أُرۡسِلۡتُم بِهِۦ كَٰفِرُونَ ٢٤

[Each warner] said, "Even if I brought you better guidance than that [religion] upon which you found your fathers?" They said, "Indeed we, in that with which you were sent, are disbelievers."

Peyğəmbəri onlara belə dedi: “Siz atalarınızın yolunu tutub gedirsiniz?! Əgər mən sizə ata­la­rınızın etiqad etdiyindən daha xeyirlisini göstər­səm, onda necə?” Onlar dedilər: “Biz səninlə və səndə əvvəlki peyğəmbərlərlə göndə­rilənləri inkar edi­rik”.

43:25Page 491

فَٱنتَقَمۡنَا مِنۡهُمۡۖ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُكَذِّبِينَ ٢٥

So We took retribution from them; then see how was the end of the deniers.

Biz də səndən əvvəlki peyğəmbərləri yalançı sayan ümmətlərdən intiqam alıb onları məhv etdik. Bir düşün, peyğəmbərlərini yalançı sayan­la­rın axırı necə oldu. Onların axırı çox acınacıqlı oldu.

43:26Page 491

وَإِذۡ قَالَ إِبۡرَٰهِيمُ لِأَبِيهِ وَقَوۡمِهِۦٓ إِنَّنِي بَرَآءٞ مِّمَّا تَعۡبُدُونَ ٢٦

And [mention, O Muḥammad], when Abraham said to his father and his people, "Indeed, I am disassociated from that which you worship

Ey Peyğəmbər! Xatırla ki, bir zaman İbrahim öz atasına və qövmünə demişdi: “Mən si­zin Allahdan baqşa ibadət etdiyiniz bütlərdən uzağam.

43:27Page 491

إِلَّا ٱلَّذِي فَطَرَنِي فَإِنَّهُۥ سَيَهۡدِينِ ٢٧

Except for He who created me; and indeed, He will guide me."

Yalnız məni yaradan Allah­dan başqa! Şübhəsiz ki, O məni, mənə fayda verəcək bir yola - Özünün möhkəm dininə tabe olmağa yönəl­dəcəkdir”.

43:28Page 491

وَجَعَلَهَا كَلِمَةَۢ بَاقِيَةٗ فِي عَقِبِهِۦ لَعَلَّهُمۡ يَرۡجِعُونَ ٢٨

And he made it1 a word remaining among his descendants that they might return [to it].

İbrahim tovhid kəlməsini ("lə ilahə illəl­lah”ı) özündən sonra öz nəsli arasında daimi qala­caq bir kəlmə etdi ki, bəl­kə (aralarındakı günahkarlar) şirkdən və asilikdən tövbə edib Allahın dininə qayıtsın­lar. Odur ki, onların arasında Tək Allaha ibadət edib Ona şərik qoşmayan kimsələr indiyə qədər mövcuddur.

43:29Page 491

بَلۡ مَتَّعۡتُ هَٰٓؤُلَآءِ وَءَابَآءَهُمۡ حَتَّىٰ جَآءَهُمُ ٱلۡحَقُّ وَرَسُولٞ مُّبِينٞ ٢٩

However, I gave enjoyment to these [people of Makkah] and their fathers1 until there came to them the truth and a clear Messenger.2

Mən, haqqı yalan sayan o müşrikləri dərhal həlak etməyə tələsmədim. Əksinə, onlara dünyada yaşayıb gün-güzaran görməyi nəsib etdim. Mən onlardan əvvəl onların ata­la­rına da, Quran və onu bəyan edən Muhəmməd (səllallahu aleyhi və səlləm) gələnədək dolanışıq nəsib etdim.

43:30Page 491

وَلَمَّا جَآءَهُمُ ٱلۡحَقُّ قَالُواْ هَٰذَا سِحۡرٞ وَإِنَّا بِهِۦ كَٰفِرُونَ ٣٠

But when the truth came to them, they said, "This is magic, and indeed we are, concerning it, disbelievers."

Onlara haqq sayılan və içində heç bir şübhə olmayan bu Quran gəldikdə: “Bu, sehrdir ki, Muhəmməd onun vasitəsilə bizi sehirləyir. Biz onu inkar edirik və əsla ona inanmayacağıq” - dedilər.

43:31Page 491

وَقَالُواْ لَوۡلَا نُزِّلَ هَٰذَا ٱلۡقُرۡءَانُ عَلَىٰ رَجُلٖ مِّنَ ٱلۡقَرۡيَتَيۡنِ عَظِيمٍ ٣١

And they said, "Why was this Qur’ān not sent down upon a great man from [one of] the two cities?"1

Haqqı yalan sayan müşriklər dedilər: “Kaşki Allah bu Qu­ranı kasıb və yetim Muhəmmədin deyil, Mək­kə­dən və ya Taifdən olan iki bö­yük kişidən birinə nazil edəydi?”

43:32Page 491

أَهُمۡ يَقۡسِمُونَ رَحۡمَتَ رَبِّكَۚ نَحۡنُ قَسَمۡنَا بَيۡنَهُم مَّعِيشَتَهُمۡ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۚ وَرَفَعۡنَا بَعۡضَهُمۡ فَوۡقَ بَعۡضٖ دَرَجَٰتٖ لِّيَتَّخِذَ بَعۡضُهُم بَعۡضٗا سُخۡرِيّٗاۗ وَرَحۡمَتُ رَبِّكَ خَيۡرٞ مِّمَّا يَجۡمَعُونَ ٣٢

Do they distribute the mercy of your Lord? It is We who have apportioned among them their livelihood in the life of this world and have raised some of them above others in degrees [of rank] that they may make use of one another for service. But the mercy of your Lord is better than whatever they accumulate.

Ey Peyğəmbər! Sənin Rəbbinin mərhə­mətini on­lar bölüşdürür və onu istədiklərinə verir, istədiklərini də ondan məhrum edir, yoxsa Allah?! Biz dün­ya həya­tında onla­rın ruzisini aralarında bölüşdürdük, onlardan kimisini varlı, kimisini də kasıb etdik ki, bi­ri digəri­nin tabeçiliyində olsun. Sənin Rəb­bi­nin axirətdə Öz qullarına göstərdiyi mərhəməti onların yığdığı fani dünya malından daha xeyirlidir.

43:33Page 491

وَلَوۡلَآ أَن يَكُونَ ٱلنَّاسُ أُمَّةٗ وَٰحِدَةٗ لَّجَعَلۡنَا لِمَن يَكۡفُرُ بِٱلرَّحۡمَٰنِ لِبُيُوتِهِمۡ سُقُفٗا مِّن فِضَّةٖ وَمَعَارِجَ عَلَيۡهَا يَظۡهَرُونَ ٣٣

And if it were not that the people would become one community [of disbelievers],1 We would have made for those who disbelieve in the Most Merciful - for their houses - ceilings and stairways of silver upon which to mount.

Əgər insanların kafirlik zəminində birləşmiş vahid bir ümmətə çevrilmək ehtimalı ol­masaydı, Allaha küfr edənlərin ev­lərinin tavan­larını və çıx­dıqları nərdi­van­la­rı gümüşdən edər­dik.

43:34Page 492

وَلِبُيُوتِهِمۡ أَبۡوَٰبٗا وَسُرُرًا عَلَيۡهَا يَتَّكِـُٔونَ ٣٤

And for their houses - doors and couches [of silver] upon which to recline

Evlərinin qapılarını və söykən­dik­ləri taxtları da (gümüşdən edərdik ki,) tədricən məhv olsunlar və fitnəyə məruz qalsınlar.

43:35Page 492

وَزُخۡرُفٗاۚ وَإِن كُلُّ ذَٰلِكَ لَمَّا مَتَٰعُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۚ وَٱلۡأٓخِرَةُ عِندَ رَبِّكَ لِلۡمُتَّقِينَ ٣٥

And gold ornament. But all that is not but the enjoyment of worldly life. And the Hereafter with your Lord is for the righteous.

Üstəlik, qızıldan edərdik. Bütün bunlar sadəcə dünya hə­yatının keçici zövqüdür. Bunlar fani olduğu üçün onların faydası azdır. Ey Peyğəmbər! Axirətdə, Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Ondan qorxan müttəqilər üçün Rəbbinin yanında olan nemətlər daha xeyirlidir.

43:36Page 492

وَمَن يَعۡشُ عَن ذِكۡرِ ٱلرَّحۡمَٰنِ نُقَيِّضۡ لَهُۥ شَيۡطَٰنٗا فَهُوَ لَهُۥ قَرِينٞ ٣٦

And whoever is blinded from remembrance of the Most Merciful - We appoint for him a devil, and he is to him a companion.

Kim Qurana qeyri-ciddi baxar və beləliklə də, bu hərəkəti onu Qurandan uzaqlaşdırarsa, şey­tanın ona yoldaş edilməsi və o şeytanın onun azğınlığını artırması ilə cəzalandırılar.

43:37Page 492

وَإِنَّهُمۡ لَيَصُدُّونَهُمۡ عَنِ ٱلسَّبِيلِ وَيَحۡسَبُونَ أَنَّهُم مُّهۡتَدُونَ ٣٧

And indeed, they [i.e., the devils] avert them from the way [of guidance] while they think that they are [rightly] guided

Doğrusu, Qurandan üz döndərən kimsələrə yoldaş olmuş o şeytanlar on­ları Allahın dinindan azdırar, beləliklə də, Allahın əmrlərini yerinə yetirməz və qadağan etdiyi əməllərdən çəkinməzlər, lakin bununla belə, onlar özlərinin haqq yolda olduqlarını güman edə­r­lər. Elə bu səbəbdən də onlar öz azğınlıqlarına görə tövbə etməzlər.

43:38Page 492

حَتَّىٰٓ إِذَا جَآءَنَا قَالَ يَٰلَيۡتَ بَيۡنِي وَبَيۡنَكَ بُعۡدَ ٱلۡمَشۡرِقَيۡنِ فَبِئۡسَ ٱلۡقَرِينُ ٣٨

Until, when he comes to Us [at Judgement], he says [to his companion], "How I wish there was between me and you the distance between the east and west; and what a wretched companion."

Nəhayət, Allahın zikrindən üz döndərmiş kimsə hüzurumu­za gəldik­də təmənna edib belə deyər: “Ey yoldaş, kaş, mə­nimlə sə­nin aranda məşriqlə məğrib arasındakı uzaq­lıq qədər mə­safə olaydı. Sən nə pis yoldaş imişsən!”

43:39Page 492

وَلَن يَنفَعَكُمُ ٱلۡيَوۡمَ إِذ ظَّلَمۡتُمۡ أَنَّكُمۡ فِي ٱلۡعَذَابِ مُشۡتَرِكُونَ ٣٩

And never will it benefit you that Day, when you have wronged, that you are [all] sharing in the punishment.

Qiyamət günü Allah kafirlərə belə deyəcəkdir: “Siz şirk və asilik etməklə öz nəfslərinizə zülüm etdiyinizə görə, bu gün əzaba şə­rik olma­ğı­nız sizə heç bir fayda verməz. Şərikləriniz sizin əzabınızdan heç bir şey öz üzərilərinə götürməyəcəklər”.

43:40Page 492

أَفَأَنتَ تُسۡمِعُ ٱلصُّمَّ أَوۡ تَهۡدِي ٱلۡعُمۡيَ وَمَن كَانَ فِي ضَلَٰلٖ مُّبِينٖ ٤٠

Then will you make the deaf hear, [O Muḥammad], or guide the blind or he who is in clear error?

Onlar kardılar - haqqı eşitməzlər, habelə, kordular - haqqı görməzlər. Ey Peyğəmbər, sən karlara eşitdirə bilərsənmi, ya­xud korları və ya aşkar zəlalət için­də olanları doğru yola yönəldə bilərsənmi?!

43:41Page 492

فَإِمَّا نَذۡهَبَنَّ بِكَ فَإِنَّا مِنۡهُم مُّنتَقِمُونَ ٤١

And whether [or not] We take you away [in death], indeed, We will take retribution upon them.

Biz onlara əzab verməmişdən əvvəl sənin canını alsaq da, yenə onlardan həm bu dünyada, həm də axirətdə inti­qam ala­ca­ğıq.

43:42Page 492

أَوۡ نُرِيَنَّكَ ٱلَّذِي وَعَدۡنَٰهُمۡ فَإِنَّا عَلَيۡهِم مُّقۡتَدِرُونَ ٤٢

Or whether [or not] We show you that which We have promised them, indeed, We are Perfect in Ability.

Yaxud onlara vəd etdi­yi­mizi əzabın bəzisini sə­nə göstərəcəyik. Şüb­hə­siz ki, Bi­zim on­lara gücü­müz yetər. Onlar heç cür Bizə qalib gələ bilməzlər.

43:43Page 492

فَٱسۡتَمۡسِكۡ بِٱلَّذِيٓ أُوحِيَ إِلَيۡكَۖ إِنَّكَ عَلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ٤٣

So adhere to that which is revealed to you. Indeed, you are on a straight path.

Ey Peyğəmbər, elə isə sən, Rəbbinin sənə vəhy etdiyindən möhkəm tut və ona əməl et! Şübhəsiz ki, sən heç bir şəkk-şübhə olmayan haqq yoldasan.

43:44Page 492

وَإِنَّهُۥ لَذِكۡرٞ لَّكَ وَلِقَوۡمِكَۖ وَسَوۡفَ تُسۡـَٔلُونَ ٤٤

And indeed, it is a remembrance1 for you and your people, and you [all] are going to be questioned.

Həqiqətən, bu Quran sə­nin üçün və sənin qövmün üçün bir şərəfdir. Qiyamət günü siz ona iman gətirib-gətirmədiyiniz, göstərdiyi yolu gedib-getmədiyiniz və ona dəvət edib-etmədiyiniz barədə sor­ğu-sual ediləcəksiniz.

43:45Page 492

وَسۡـَٔلۡ مَنۡ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ مِن رُّسُلِنَآ أَجَعَلۡنَا مِن دُونِ ٱلرَّحۡمَٰنِ ءَالِهَةٗ يُعۡبَدُونَ ٤٥

And ask those We sent before you of Our messengers; have We made besides the Most Merciful deities to be worshipped?

Ey Peyğəmbər, səndən əvvəl göndərdi­yimiz el­çilərdən soruş: "Məgər Biz Mərhə­mət­li Allahdan başqa iba­dət edi­ləsi mə­bud­lar­ icad et­mi­şik?!

43:46Page 492

وَلَقَدۡ أَرۡسَلۡنَا مُوسَىٰ بِـَٔايَٰتِنَآ إِلَىٰ فِرۡعَوۡنَ وَمَلَإِيْهِۦ فَقَالَ إِنِّي رَسُولُ رَبِّ ٱلۡعَٰلَمِينَ ٤٦

And certainly did We send Moses with Our signs to Pharaoh and his establishment, and he said, "Indeed, I am the messenger of the Lord of the worlds."

Biz Musanı Öz dəlilləri­mizlə Fi­ron və onun qövmündən olan əşrəflərinin ya­nı­na göndər­dik. Musa onlara de­di: “Mən bütün yaradılanların Rəb­bi­nin elçisiyəm!”

43:47Page 492

فَلَمَّا جَآءَهُم بِـَٔايَٰتِنَآ إِذَا هُم مِّنۡهَا يَضۡحَكُونَ ٤٧

But when he brought them Our signs, at once they laughed at them.

Musa dəlillərimizi onla­ra göstərdikdə, onlar onu məsxərəyə qoyaraq və istehza edərək gül­dü­lər.

43:48Page 493

وَمَا نُرِيهِم مِّنۡ ءَايَةٍ إِلَّا هِيَ أَكۡبَرُ مِنۡ أُخۡتِهَاۖ وَأَخَذۡنَٰهُم بِٱلۡعَذَابِ لَعَلَّهُمۡ يَرۡجِعُونَ ٤٨

And We showed them not a sign except that it was greater than its sister, and We seized them with affliction that perhaps they might return [to faith].

Bizim Firona və onun qövmündən olan əşrəflərə, Musaın (aleyhissəlam) peyğəmbərliyinin doğru olduğunu sübut etmək üçün göstərdiyi­miz hər bir möcüzə, əvvəlki­n­dən da­ha böyük idi. Biz on­ları dünyada əzabla yaxaladıq ki, bəlkə, küfrlərindən dönsünlər. Lakin bunun heç bir faydası olmadı.

43:49Page 493

وَقَالُواْ يَٰٓأَيُّهَ ٱلسَّاحِرُ ٱدۡعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِندَكَ إِنَّنَا لَمُهۡتَدُونَ ٤٩

And they said [to Moses], "O magician, invoke for us your Lord by what He has promised you. Indeed, we will be guided."

Onların başına bəzi müsibətlər gəldikdə, Musaya (aleyhissəlam) dedilər: “Ey sehrbaz, Rəbbinin, bizim iman gətirəcəyimiz təqdirdə, əzabı bizdən dəf edəcəyinə dair verdiyi sözə görə, Ona bizdən ötrü dua et ki, əgər əzabı bizdən uzaq etsə, biz mütləq doğru yola gələcəyik”.

43:50Page 493

فَلَمَّا كَشَفۡنَا عَنۡهُمُ ٱلۡعَذَابَ إِذَا هُمۡ يَنكُثُونَ ٥٠

But when We removed from them the affliction, at once they broke their word.

Biz əzabı onlardan uzaq­laşdıran kimi, əhdlərindən dön­dü­lər və onu yerinə yetrmədilər.

43:51Page 493

وَنَادَىٰ فِرۡعَوۡنُ فِي قَوۡمِهِۦ قَالَ يَٰقَوۡمِ أَلَيۡسَ لِي مُلۡكُ مِصۡرَ وَهَٰذِهِ ٱلۡأَنۡهَٰرُ تَجۡرِي مِن تَحۡتِيٓۚ أَفَلَا تُبۡصِرُونَ ٥١

And Pharaoh called out among his people; he said, "O my people, does not the kingdom of Egypt belong to me, and these rivers flowing beneath me; then do you not see?

Firon öz səltənəti ilə lovğalanaraq qövmünə müraciət edib belə dedi: “Ey qövmüm, məgər Misirin səl­tə­nə­ti və qəsrlərimin al­tımndan axan, Nildən ayrılan bu çaylar mənim deyilmi?! Məgər siz mənim səltənətimi görmür­sü­nüz, əzəmətimi bilmirsiniz?!

43:52Page 493

أَمۡ أَنَا۠ خَيۡرٞ مِّنۡ هَٰذَا ٱلَّذِي هُوَ مَهِينٞ وَلَا يَكَادُ يُبِينُ ٥٢

Or am I [not] better than this one [i.e., Moses] who is insignificant and hardly makes himself clear?1

Mən bu qovulmuş, zəif və sözünü açıq-aydın deyə bilməyən Musadan daha üstünəm?!

43:53Page 493

فَلَوۡلَآ أُلۡقِيَ عَلَيۡهِ أَسۡوِرَةٞ مِّن ذَهَبٍ أَوۡ جَآءَ مَعَهُ ٱلۡمَلَٰٓئِكَةُ مُقۡتَرِنِينَ ٥٣

Then why have there not been placed upon him bracelets of gold or come with him the angels in conjunction?"

Məgər onu elçi göndərən Allah, onun həqiqi elçi olduğunu bəyan etmək üçün onu qızıl bilər­ziklərlə bəzəməli, yaxud onunla bir­likdə bir-birilərini təqib edən mə­lək­lər gəlməli deyildimi?”

43:54Page 493

فَٱسۡتَخَفَّ قَوۡمَهُۥ فَأَطَاعُوهُۚ إِنَّهُمۡ كَانُواْ قَوۡمٗا فَٰسِقِينَ ٥٤

So he bluffed his people, and they obeyed him. Indeed, they were [themselves] a people defiantly disobedient [of Allāh].

Firon öz qövmünü aldatdı, onlar da onun azğın fikrinə itaət etdilər. Hə­qi­qə­tən, onlar Allahın itaətindən çıxmış bir qövm idilər.

43:55Page 493

فَلَمَّآ ءَاسَفُونَا ٱنتَقَمۡنَا مِنۡهُمۡ فَأَغۡرَقۡنَٰهُمۡ أَجۡمَعِينَ ٥٥

And when they angered Us, We took retribution from them and drowned them all.

Onlar küfr etmələrinə davam etməklə Bizi qəzəbləndir­dikdə onlardan intiqam alıb ha­mısını dənizdə ba­tırdıq.

43:56Page 493

فَجَعَلۡنَٰهُمۡ سَلَفٗا وَمَثَلٗا لِّلۡأٓخِرِينَ ٥٦

And We made them a precedent and an example for the later peoples.

Biz Firon və onun qovmünü kafirlərin önündə gedən bir toplum etdik. Sənin qövmündən kafir olanları da onların ardıcıllarından etdik. Beləliklə də Biz onları, nəticə çıxaran kimsələr üçün ibrət etdik ki, onlar kimi əməl edib sonda onların düçar olduğuna düçar olmasınlar.

43:57Page 493

۞ وَلَمَّا ضُرِبَ ٱبۡنُ مَرۡيَمَ مَثَلًا إِذَا قَوۡمُكَ مِنۡهُ يَصِدُّونَ ٥٧

And when the son of Mary was presented as an example,1 immediately your people laughed aloud.

Müşriklər Uca Allahın: ﴾Siz və Allahdan başqa ibadət etdikləriniz Cəhənnəmdə yanacaq odunsunuz. Siz ora varid olacaqsınız﴿ ayəsinin, nəsranilərin məbud qəbul etdiyi İsaya da aid olduğunu zənn etdilər. Halbuki Allah bütlərə ibadət etməyi qadağan etdiyi kimi, İsanı da məbud qəbul edərək ona ibadət etməyi qadağan etmişdi. Ey Peyğəmbər, (bu misal çəkilincə,) sənin qövmün mübahisə edib, qışqıraraq və hay-haray salaraq belə dedi: "Biz bütlərimizin İsa ilə bir yerdə olmasına razıyıq". Allah da onlara cavabı olaraq bu ayəni nazil etdi: ﴾Əzəldən özlərinə ən gözəl aqibət yazılmış insanlara gəldikdə isə, onlar Oddan uzaqlaşdırılmış olacaqlar﴿.

43:58Page 493

وَقَالُوٓاْ ءَأَٰلِهَتُنَا خَيۡرٌ أَمۡ هُوَۚ مَا ضَرَبُوهُ لَكَ إِلَّا جَدَلَۢاۚ بَلۡ هُمۡ قَوۡمٌ خَصِمُونَ ٥٨

And they said, "Are our gods better, or is he?"1 They did not present it [i.e., the comparison] except for [mere] argument. But, [in fact], they are a people prone to dispute.

Onlar dedilər: “Bizim məbudlarımız yaxşıdır, yoxsa İsa?!” İbn Zibəranin və onun bənzərləri bu misalı sə­nə haqqı bəlli etmək eşqinə yox, yalnız mübahisə etmək eşqinə dedilər. Doğrusu, onlar xilqətcə mübahisəyə can atan bir kimsələrdir.

43:59Page 493

إِنۡ هُوَ إِلَّا عَبۡدٌ أَنۡعَمۡنَا عَلَيۡهِ وَجَعَلۡنَٰهُ مَثَلٗا لِّبَنِيٓ إِسۡرَٰٓءِيلَ ٥٩

He [i.e., Jesus] was not but a servant upon whom We bestowed favor, and We made him an example for the Children of Israel.

Məryəm oğlu İsa sadəcə Bi­zim peyğəmbərlik və risalət verdiyimiz Allah qullarından biridir. Uca Allah Adəmi atasız və anasız yaratdığı kimi, onu da atasız yaratmışdır. Beləliklə Biz onu, İsrail oğulları üçün Allahın qüdrətini göstərən bir nümunə etdik.

43:60Page 493

وَلَوۡ نَشَآءُ لَجَعَلۡنَا مِنكُم مَّلَٰٓئِكَةٗ فِي ٱلۡأَرۡضِ يَخۡلُفُونَ ٦٠

And if We willed, We could have made [instead] of you angels succeeding [one another]1 on the earth.

Ey Adəm oğlulları! Əgər Biz sizi məhv etmək istəsəydik, sizi yer üzündə məhv edib əvəzinizə Allaha ibadət edən və heç bir şeyi Ona şərik qoşmayan mə­lək­lər ya­ra­dardıq.

43:61Page 494

وَإِنَّهُۥ لَعِلۡمٞ لِّلسَّاعَةِ فَلَا تَمۡتَرُنَّ بِهَا وَٱتَّبِعُونِۚ هَٰذَا صِرَٰطٞ مُّسۡتَقِيمٞ ٦١

And indeed, he [i.e., Jesus] will be [a sign for] knowledge of the Hour, so be not in doubt of it, and follow Me.1 This is a straight path.

Həqiqətən, İsanın axır zamanda yer üzü­nə nazil olması qiyaməin böyük əlamətlərindən biridir. Qi­yamətin vaqe olacağına şəkk-şübhə etmə­yin və mənim Allahdan gətirdiyimə tabe olun. Çünki gətirdiyim bu (din), heç bir əyriliyi olmayan doğru yoldur!

43:62Page 494

وَلَا يَصُدَّنَّكُمُ ٱلشَّيۡطَٰنُۖ إِنَّهُۥ لَكُمۡ عَدُوّٞ مُّبِينٞ ٦٢

And never let Satan avert you. Indeed, he is to you a clear enemy.

Şeytan sizi tovlayıb aldatmaqla doğru yoldan azdırmasın. Şübhəsiz ki, o, si­zin açıq-aydın düşmə­niniz­dir.

43:63Page 494

وَلَمَّا جَآءَ عِيسَىٰ بِٱلۡبَيِّنَٰتِ قَالَ قَدۡ جِئۡتُكُم بِٱلۡحِكۡمَةِ وَلِأُبَيِّنَ لَكُم بَعۡضَ ٱلَّذِي تَخۡتَلِفُونَ فِيهِۖ فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ ٦٣

And when Jesus brought clear proofs, he said, "I have come to you with wisdom [i.e., prophethood] and to make clear to you some of that over which you differ, so fear Allāh and obey me.

İsa (aleyhissəlam) qövmünə özünün Allah rəsulu olduğuna dair aydın dəlillər gətir­diyi za­man onlara dedi: “Mən Allahdan sizə hik­mət gətirmi­şəm və dininizə aid məsələlərdə ixtilafa düşdü­yü­nüz bəzi şeyləri izah et­mək üçün gəl­mi­şəm. Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qorxun və sizə əmr və qadağan etdiyim işlərdə mənə itaət edin!

43:64Page 494

إِنَّ ٱللَّهَ هُوَ رَبِّي وَرَبُّكُمۡ فَٱعۡبُدُوهُۚ هَٰذَا صِرَٰطٞ مُّسۡتَقِيمٞ ٦٤

Indeed, Allāh is my Lord and your Lord, so worship Him. This is a straight path."

Həqiqətən, Allah mə­nim də Rəb­bim, sizin də Rəbbiniz­dir. Bizim Ondan başqa Rəbbimiz yoxdur. Odur ki, ixlasla yalnız Ona ibadət edin! Bu tovhid, heç bir əyriliyi olmayan düz yoldur”.

43:65Page 494

فَٱخۡتَلَفَ ٱلۡأَحۡزَابُ مِنۢ بَيۡنِهِمۡۖ فَوَيۡلٞ لِّلَّذِينَ ظَلَمُواْ مِنۡ عَذَابِ يَوۡمٍ أَلِيمٍ ٦٥

But the denominations from among them differed [and separated], so woe to those who have wronged from the punishment of a painful Day.

Nəsranilərdən olan firqələr İsa barəsində ixtilaf etdilər. Onlardan qismi: "O, ilahdır" - dedi. Bir qismi: "O, Allahın oğludur" - dedi. Bir qismi də: "O və onun anası iki ilahdır" - dedi. İsanın ilah, yaxud Allahın oğlu, yaxud da üçlüyün üçüncüsü olduğunu deməklə özlərinə zülm edən kimsələrin, qiyamət günü onları gözləyən ağrılı-acılı bir əzabdan dolayı vay halına!

43:66Page 494

هَلۡ يَنظُرُونَ إِلَّا ٱلسَّاعَةَ أَن تَأۡتِيَهُم بَغۡتَةٗ وَهُمۡ لَا يَشۡعُرُونَ ٦٦

Are they waiting except for the Hour to come upon them suddenly while they perceive not?

Yoxsa, İsa barəsində ixtilafa düşmüş o firqələr özləri də hiss etmədən qiyamət saatının qəflətən on­la­rı haqlayacağından baş­qa bir şeymi gözləyirlər?! Əgər onlar kafir olduqları halda qiyamət onları haqlayarasa, şübhəsiz ki, onların aqibəti ağrılı-acılı bir əzab olacaqdır.

43:67Page 494

ٱلۡأَخِلَّآءُ يَوۡمَئِذِۭ بَعۡضُهُمۡ لِبَعۡضٍ عَدُوٌّ إِلَّا ٱلۡمُتَّقِينَ ٦٧

Close friends, that Day, will be enemies to each other, except for the righteous

Küfr və azğınlıq yolunda bir-biri ilə möhkəm dost olan və bir-birinə sadiq qalan kimsələr qiyamət günü bir-birinə düş­mən kə­silə­cəklər. Yalnız Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qorxan kimsələrdən başqa. Onların dostluğu əbədidir, heç vaxt sona yetməyəcəkdir.

43:68Page 494

يَٰعِبَادِ لَا خَوۡفٌ عَلَيۡكُمُ ٱلۡيَوۡمَ وَلَآ أَنتُمۡ تَحۡزَنُونَ ٦٨

[To whom Allāh will say], "O My servants, no fear will there be concerning you this Day, nor will you grieve,

Allah onlara belə buyuracaq: "Ey qullarım, bu gün sizi qarşıda gözləyənlərdən ötrü heç bir qorxu yoxdur və əldə edə bilmədiyiniz dünya nemətlərinə görə də siz kə­dər­lənməyə­cəksiniz.

43:69Page 494

ٱلَّذِينَ ءَامَنُواْ بِـَٔايَٰتِنَا وَكَانُواْ مُسۡلِمِينَ ٦٩

[You] who believed in Our verses and were Muslims.

Siz Rəsulumuza nazil olmuş Qurana iman gə­tirib ona tabe olan, əmrlərini yerinə yetirən və qadağalarından çəkinən kimsələr olmusunuz.

43:70Page 494

ٱدۡخُلُواْ ٱلۡجَنَّةَ أَنتُمۡ وَأَزۡوَٰجُكُمۡ تُحۡبَرُونَ ٧٠

Enter Paradise, you and your kinds,1 delighted."

Siz və sizin kimi gətirən möminlərlə birgə, sizə verilən tükənməz və əbədi nemətlərə sevindiyiniz halda Cənnətə daxil olun!"

43:71Page 494

يُطَافُ عَلَيۡهِم بِصِحَافٖ مِّن ذَهَبٖ وَأَكۡوَابٖۖ وَفِيهَا مَا تَشۡتَهِيهِ ٱلۡأَنفُسُ وَتَلَذُّ ٱلۡأَعۡيُنُۖ وَأَنتُمۡ فِيهَا خَٰلِدُونَ ٧١

Circulated among them will be plates and vessels of gold. And therein is whatever the souls desire and [what] delights the eyes, and you will abide therein eternally.

(Cənnət əhlinin) xidmətçiləri onlar üçün qızıldan olan qulpsuz sinilər və piya­lələr dolandıracaqlar. Cənnətdə nəfslərin istədiyi və göz­lərin baxmaqla həzz aldığı hər şey ola­caq­. Siz ora­da qalacaq və heç vaxt oradan çıxmayacaq­sınız.

43:72Page 494

وَتِلۡكَ ٱلۡجَنَّةُ ٱلَّتِيٓ أُورِثۡتُمُوهَا بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ٧٢

And that is Paradise which you are made to inherit for what you used to do.

Sizə vəsf edilən Cənnət, Allahın Öz tərəfindən bir lütf olaraq əməlləriniz sayəsində sizi varis etdiyi Cən­nətdir.

43:73Page 494

لَكُمۡ فِيهَا فَٰكِهَةٞ كَثِيرَةٞ مِّنۡهَا تَأۡكُلُونَ ٧٣

For you therein is much fruit1 from which you will eat.

Orada sizin üçün çoxlu tükənməz mey­və­lər vardır, onlardan yeyəcək­siniz.

43:74Page 495

إِنَّ ٱلۡمُجۡرِمِينَ فِي عَذَابِ جَهَنَّمَ خَٰلِدُونَ ٧٤

Indeed, the criminals will be in the punishment of Hell, abiding eternally.

Şübhəsiz ki, küfr və asilik etməklə günaha batan kimsələr qiyamət günü əbədi olaraq Cəhənnəm əzabı için­də qalacaq­lar.

43:75Page 495

لَا يُفَتَّرُ عَنۡهُمۡ وَهُمۡ فِيهِ مُبۡلِسُونَ ٧٥

It will not be allowed to subside for them, and they, therein, are in despair.

Onların əzabı yüngül­ləş­diril­mə­yə­cək və onlar orada Allahın rəhmətindən ümidlərini üzəcəklər.

43:76Page 495

وَمَا ظَلَمۡنَٰهُمۡ وَلَٰكِن كَانُواْ هُمُ ٱلظَّٰلِمِينَ ٧٦

And We did not wrong them, but it was they who were the wrongdoers.

Biz onların Cəhənnəmə vasil etməklə onlara zülm et­mə­dik, lakin onlar küfr etməklə özlərinə zülm etdilər.

43:77Page 495

وَنَادَوۡاْ يَٰمَٰلِكُ لِيَقۡضِ عَلَيۡنَا رَبُّكَۖ قَالَ إِنَّكُم مَّٰكِثُونَ ٧٧

And they will call, "O Mālik,1 let your Lord put an end to us!" He will say, "Indeed, you will remain."

Onlar Cəhənnəm gözət­çi­si­ Malikə müraciət edib deyəcəklər: “Ey Malik! Qoy Rəbbin canımızı alsın ki, biz rahatlıq tapaq.” Malik də onlara belə cavab verəcək: “Siz daim əzab içində olub ölməyəcəksiniz və bu əzab sizdən səngiməyəcəkdir”.

43:78Page 495

لَقَدۡ جِئۡنَٰكُم بِٱلۡحَقِّ وَلَٰكِنَّ أَكۡثَرَكُمۡ لِلۡحَقِّ كَٰرِهُونَ ٧٨

We had certainly brought you the truth, but most of you, to the truth, were averse.

Biz sizə dünyada ikən içində heç bir şəkk-şübhə olmayan haqqı gətirmiş­dik, lakin sizin əksəriyyətiniz haqqı xoşlamırdı.

43:79Page 495

أَمۡ أَبۡرَمُوٓاْ أَمۡرٗا فَإِنَّا مُبۡرِمُونَ ٧٩

Or have they devised [some] affair?1 But indeed, We are devising [a plan].

Onlar Peyğəmbərə (səllallahu aleyhi və səlləm) qarşı hiylə qurdular, Biz də onlara qarşı elə bir tədbir gördük ki, bu, onların hiyləsini alt-üst etdi.

43:80Page 495

أَمۡ يَحۡسَبُونَ أَنَّا لَا نَسۡمَعُ سِرَّهُمۡ وَنَجۡوَىٰهُمۚ بَلَىٰ وَرُسُلُنَا لَدَيۡهِمۡ يَكۡتُبُونَ ٨٠

Or do they think that We hear not their secrets and their private conversations? Yes, [We do], and Our messengers [i.e., angels] are with them recording.

Yoxsa onlar elə zənn edirlər ki, Biz onların qəlblərində gizlətdikləri sirlərini və ya öz aralarında gizli danışdıqları sirlərini eşitmi­rik?! Xeyr, Biz bunların hamısını eşidirik və onların yanında olan mələklər də, onların etdiyi bütün əməllə­ri­ ya­zırlar.

43:81Page 495

قُلۡ إِن كَانَ لِلرَّحۡمَٰنِ وَلَدٞ فَأَنَا۠ أَوَّلُ ٱلۡعَٰبِدِينَ ٨١

Say, [O Muḥammad], "If the Most Merciful had a son, then I would be the first of [his] worshippers."1

Ey Peyğəmbər! Allaha qızlar nisbət edən kimsələrə de: "Allah onların söylədiklərindən uzaqdır, ucadır. Allahın övladı yoxdur. Allah belə nöqsandan uzaqdır və müqəddəsdir. Mən Uca Allaha ibadət edənlərin və Onu bütün nöqsanlardan uzaq tutanların birincisiyəm.

43:82Page 495

سُبۡحَٰنَ رَبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ رَبِّ ٱلۡعَرۡشِ عَمَّا يَصِفُونَ ٨٢

Exalted is the Lord of the heavens and the earth, Lord of the Throne, above what they describe.

Göylərin və yerin Rəbbi, Ərşin Rəbbi o müşriklərin Ona aid etdikləri şəriklərdən, həyat yoldaşından və övladdan tamamilə uzaqdır!”

43:83Page 495

فَذَرۡهُمۡ يَخُوضُواْ وَيَلۡعَبُواْ حَتَّىٰ يُلَٰقُواْ يَوۡمَهُمُ ٱلَّذِي يُوعَدُونَ ٨٣

So leave them to converse vainly and amuse themselves until they meet their Day which they are promised.

Ey Peyğəmbər! Onları burax, qoy özlərinə vəd edilmiş qiyamət gününə yetişənədək batil sözlərini danışsınlar və əylənsinlər.

43:84Page 495

وَهُوَ ٱلَّذِي فِي ٱلسَّمَآءِ إِلَٰهٞ وَفِي ٱلۡأَرۡضِ إِلَٰهٞۚ وَهُوَ ٱلۡحَكِيمُ ٱلۡعَلِيمُ ٨٤

And it is He [i.e., Allāh] who is [the only] deity in the heaven, and on the earth [the only] deity. And He is the Wise, the Knowing.

O pak və müqəddəs Allah həm göydə, həm də yerdə ibadət olunmağa layiq olan haqq məbuddur. O, yaratmaq, qədəri yazmaq və işləri idarə etmək xüsusunda Hikmət sahibidir, həmçinin, Öz qullarının etdiklərini Bilən­dir və onların əməllərindən heç bir şey Ona gizli qalmaz.

43:85Page 495

وَتَبَارَكَ ٱلَّذِي لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا وَعِندَهُۥ عِلۡمُ ٱلسَّاعَةِ وَإِلَيۡهِ تُرۡجَعُونَ ٨٥

And blessed is He to whom belongs the dominion of the heavens and the earth and whatever is between them and with whom is knowledge of the Hour and to whom you will be returned.

Pak və müqəddəs Allahın xeyir və bərəkəti boldur. O Allah ki, göylərin, yerin və onların arasındakıların mülkü Ona məxsusdur. Qiyamətin qopacağı saat haqqında bilgi yalnız Ondadır. Ondan başqa heç kəsin bu haqda bilgisi yoxdur və siz axirətdə haqq-hesaba çəkilmək və əməllərinizin əvəzini almaq üçün yalnız Onun hüzuruna qaytarılacaqsınız.

43:86Page 495

وَلَا يَمۡلِكُ ٱلَّذِينَ يَدۡعُونَ مِن دُونِهِ ٱلشَّفَٰعَةَ إِلَّا مَن شَهِدَ بِٱلۡحَقِّ وَهُمۡ يَعۡلَمُونَ ٨٦

And those they invoke1 besides Him do not possess [power of] intercession; but only those who testify to the truth [can benefit], and they know.2

Müşriklərin Allahdan başqa ibadət etdikləri tanrılar Allah yanında şəfaətçilik edə bilməzlər. Yalnız İsa, Uzeyr və mələklər kimi "lə ilahə illəllah" deyərək şəhadət gətirən və gətirdiyi şəhadətin mənasını bilən kimsələr müstəsnadır.

43:87Page 495

وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَهُمۡ لَيَقُولُنَّ ٱللَّهُۖ فَأَنَّىٰ يُؤۡفَكُونَ ٨٧

And if you asked them1 who created them, they would surely say, "Allāh." So how are they deluded?

Əgər onlardan: "Sizi kimi yaradıb?" – deyə soruşsan, onlar mütləq: “Bizi Allah yaradıb!”– de­yəcəklər. Bu etirafdan sonra Allaha ibadət etməkdən necə üz döndərirlər?!

Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences

Contents

Ayat al-Kursi36Al-Kahfpage 42juz 15Bukhari 1Muslim 2999

Style

Theme
Text size
Layout

Читать на русском